Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-116/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Əyyubov Fərid İlham oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Tərcüməçi - X3, Müdafiəçilər - Müdafiəçi3 və Müdafiəçi7, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxslər, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmü ilə (Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər X8 və X1 ibarət tərkibdə) 10 avqust 1990-cı il tarixdə Zaqatala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Zaqatala rayonu, Əliabad kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Təqsirləndirilən şəxs2 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin təyin edilmişdir. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətlərinin əvvəlinin 05 yanvar 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmlə xx xxxxxx 1991-ci il tarixdə Zaqatala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2, 228.4, 232.1-ci maddələri ilə təqsirli bilinərək 10 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qaradağ rayon məhkəməsinin 22 fevral 2018-ci il tarixli qərarı ilə onun əməli Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən həmin məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə tövsüf edilərək Cinayət Məcəlləsinin 66.2ci maddəsinə əsasən ona 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, məhkumluğu ödənilməmiş, Zaqatala rayonu, Əliabad kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, ev 175-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin təyin edilmişdir. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətlərinin əvvəlinin 05 yanvar 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanması hökm edilmişdir. Zərərçəkmiş şəxs dəymiş ziyandan ödənilməmiş 12000 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında bölünərək 6000 (altı min) manat Təqsirləndirilən şəxs1, 6000 (altı min) manat Təqsirləndirilən şəxs2 tutulmaqla Zərərçəkmiş şəxs ödənilməsi hökm edilmişdir. Hökmlə, həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını gizli talama məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə törətdikləri cinayətdə iştiraklarına və rollarına dair əvvəlcədən razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 yanvar 2022-ci tarixdən 02 yanvar 2022-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs məxsus, ünvan 1 ünvanında yerləşən üç mərtəbəli fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla düşərək birlikdə evin yarımzirzəmi hissəsində yerləşən istixana otağının pəncərəsinin üzərindəki qoruyucu dəmir barmaqlığı divara bərkidildiyi hissələrdən qoparıb və plastik pəncərənin kilidini sındıraraq açıb evin içərisinə birlikdə qanunsuz daxil olaraq evin birinci mərtəbəsindəki mətbəxinin divarından asılan monitorun arxasına yerləşdirilmiş, evin videomüşahidə kameralarının bir ədəd 1000 (bir min) manat dəyərində qeydiyyat qurğusunu, ikinci mərtəbəsində olan böyük yataq otağındakı paltar dolabının rəflərindən bir ədəd 3000 manat dəyərində «Dolce Gabbana» markalı, bir ədəd 1700 manat dəyərində “Longines” markalı, hər birinin dəyəri 2500 manat olmaqla ümumi dəyəri 5000 manat olan iki ədəd «Versace» markalı, bir ədəd 2000 manat dəyərində «Diesel» markalı, bir ədəd 4500 manat dəyərində «Omeqa» markalı, bir ədəd 2000 manat dəyərində «X10» markalı və bir ədəd 3000 manat dəyərində «Svarovski» markalı kişi qol saatlarını, bir ədəd 3500 manat dəyərində «Thomas Sabo» markalı və bir ədəd 2000 manat dəyərində «Cerruti» markalı qadın qol saatlarını, bir ədəd 800 manat dəyərində «Şeyx» markalı və bir ədəd 400 manat dəyərində «Egeblue» markalı ətirləri, kiçik yataq otağından içərisində 10.000 (on min) manat məbləğində nağd pul və üzərində üç ədədi iri, digərləri isə xırda ölçüdə briliyant qaşları olan, ağ qızıldan hazırlanmış gül bağlaması formalı 7000 manat dəyərində qadın qolbağı; boyunbağı və sırğa cütündən ibarət gül formalı 10000 manat dəyərində briliyant dəst; bənövşəyi rəngli qaşlarla bəzədilmiş 5000 manat dəyərində bir cüt briliyant sırğa; cəhrəyi qaşlı armud formalı 3000 manat dəyərində bir cüt qızıl sırğa; boyunbağı, sırğa cütü, qolbaq və üzükdən ibarət saçaq formalı 10000 manat dəyərində qızıl dəst; qolbaq, sırğa cütü, boyunbağından ibarət ürək formalı 5000 manat dəyərində qızıl dəst; ağ və göy rəngli briliyant qaşlarla bəzədilmiş, ağ qızıldan hazırlanmış gül naxışlı 20000 manat dəyərində boyunbağı; sallama qızıl kulonlu 5000 manat dəyərində qızıl boyunbağı; üzərində “Allah” yazısı həkk olunmuş yumru formalı kulonlu 3500 manat dəyərində qızıl boyunbağı; boyunbağı, sırğa cütü, üzükdən ibarət bəbir bəzəkli 4200 manat dəyərində qızıl dəst; hər tayının üzərində yeddi cüt briliyant qaşlı halqa formalı 10000 manat dəyərində qızıl sırğa cütü; ağ qızıldan hazırlanmış 3500 manat dəyərində sırğa cütü; çoxsaylı briliyant qaşlarla bəzədilmiş 7500 manat dəyərində ağ qızıl üzük; qolbaq və üzükdən ibarət rəngli qaşlarla bəzədilmiş ürək və gül formalı 3400 manat dəyərində qızıl dəst; briliyant qaşlarla bəzədilmiş 3700 manat dəyərində qızıl qolbaq; briliyant qaşlı gül formalı kulonlu 3300 manat dəyərində qızıl boyunbağı; üzəri qaşlarla bəzədilmiş gül formalı 5000 manat dəyərində qızıl kulon; briliyant qaşlarla bəzədilmiş göz şəkilli 2400 manat dəyərində qızıl kulon; briliyant qaşlarla bəzədilmiş şar formalı 2100 manat dəyərində ağ qızıl kulon; kəpənək formalı 2800 manat dəyərində qızıl üzük; halqa formalı 2500 manat dəyərində ağ qızıl üzük; briliyant qaşlı 7200 manat dəyərində ağ qızıl üzük; iri və xırda briliyant qaşlarla bəzədilmiş 7000 manat dəyərində ağ qızıl üzük; bir ədəd iri briliyant qaşlı gül formalı 7000 manat dəyərində qızıl üzük; ağ qızıldan hazırlanmış və çoxsaylı briliyant qaşlarla bəzədilmiş hörümçək toru formalı 12000 manat dəyərində qolbaq; boyunbağı və sırğa cütündən ibarət sallama formalı 6700 manat dəyərində qızıl dəst; toxunma formalı 7500 manat dəyərində qızıl boyunbağı; göy rəngli iri firuzə qaşlı və xırda briliyant qaşlı ağ və sarı qızılın qarışığından hazırlanmış 10000 manat dəyərində üzük; bir ədəd 10000 manat dəyərində “Geneva” markalı qızıl qol saatı; bir ədəd 8000 manat dəyərində “Geneva” markalı qızıl qol saatı; çoxsaylı bahalı briliyant qaşlarla bəzədilmiş ağ qızıldan olan 20000 manat dəyərində qol saatı; 1000 manat dəyərində ağ mirvari boyunbağı; bənövşəyi rəngli iri qaşlı 1200 manat dəyərində boyunbağı; çobanyastığı çiçəyi formalı 1200 manat dəyərində qızıl sırğa cütü; iri narıncı qaşlı və şəffaf xırda qaşlı 1400 manat dəyərində qızıl qolbaq; 1800 manat dəyərində halqavari qızıl sırğa cütü; iri mirvari qaşlı, romb formalı kulonu olan 1500 manat dəyərində muncuqlu qızıl boyunbağı; şəffaf rəngli xırda qaşlarla bəzədilmiş ümumi dəyəri 1200 manat olan 02 ədəd qızıl qolbaqlar; kişi köynəyinin qolları üçün 200 manat dəyərində gümüş düymə cütü; bənövşəyi rəngli iri qaşlı 1000 manat dəyərində ağ qızıl üzük; üzərində 02 ədəd ürək formalı qaşları və 01 ədəd sonsuzluq işarəsi sallanan 300 manat dəyərində qızıl sancaq; üzərində sallama buta, ulduz və halqa işarəsi olan xırda şəffaf qaşlarla bəzədilmiş 300 manat dəyərində qızıl açar halqası; iri yarpaq formalı şəffaf qaşlarla bəzədilmiş kulonlu və yaşıl rəngli yaqut qaşlı zəncir formalı 1500 manat dəyərində qızıl boyunbağı; qara və şəffaf qaşlı zəncir formalı 800 manat dəyərində qızıl boyunbağı; mirvari qaşlı 400 manat dəyərində qolbaq; xırda şəffaf qaşlı ulduz və aypara formalı 1000 manat dəyərində qızıl sırğa cütü; bənövşəyi muncuqlu 900 manat dəyərində qızıl qolbaq; balaca ayı formalı 500 manat dəyərində gümüş sırğa cütü; şəffaf qaşlı 1500 manat dəyərində 12 gümüş sırğa cütü; gül formalı 500 manat dəyərində gümüş sırğa cütü; X13 Əliyevin siması və imzası əks olunan 1800 manat dəyərində qızıl döş nişanı; bənövşəyi iri qaşlı 800 manat dəyərində qolbaq; 1000 manat dəyərində gümüş sırğa cütü; hər birinin dəyəri 1000 manat olmaqla ümumi dəyəri 5000 manat təşkil edən 05 ədəd “Nikolay”-ın onluq qızıl pulu; dəyəri 1000 manat olan “Atatatürk”-in bir ədəd onluq qızıl pulu saxlanılan və buna görə də saxlanc yeri hesab edilən bir ədəd 1000 (bir min) manat dəyərində dəmir seyfi gizli talayıb ev sahibinə ümumilikdə 282000 (iki yüz səksən iki min) manat məbləğində külli miqdarda maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını gizli talama məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə törətdikləri cinayətdə iştiraklarına və rollarına dair əvvəlcədən razılığa gələrək qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında birləşib 01 yanvar 2022-ci tarixdən 02 yanvar 2022-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs məxsus, ünvan 1 ünvanında yerləşən üç mərtəbəli fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla düşərək birlikdə evin yarımzirzəmi hissəsində yerləşən istixana otağının pəncərəsinin üzərindəki qoruyucu dəmir barmaqlığı divara bərkidildiyi hissələrdən qoparıb və plastik pəncərənin kilidini sındıraraq açıb evin içərisinə birlikdə qanunsuz daxil olaraq evin birinci mərtəbəsindəki mətbəxinin divarından asılan monitorun arxasına yerləşdirilmiş, evin videomüşahidə kameralarının bir ədəd 1000 (bir min) manat dəyərində qeydiyyat qurğusunu, ikinci mərtəbəsində olan böyük yataq otağındakı paltar dolabının rəflərindən bir ədəd 3000 manat dəyərində «Dolce Gabbana» markalı, bir ədəd 1700 manat dəyərində “Longines” markalı, hər birinin dəyəri 2500 manat olmaqla ümumi dəyəri 5000 manat olan iki ədəd «Versace» markalı, bir ədəd 2000 manat dəyərində «Diesel» markalı, bir ədəd 4500 manat dəyərində «Omeqa» markalı, bir ədəd 2000 manat dəyərində «X10» markalı və bir ədəd 3000 manat dəyərində «Svarovski» markalı kişi qol saatlarını, bir ədəd 3500 manat dəyərində «Thomas Sabo» markalı və bir ədəd 2000 manat dəyərində «Cerruti» markalı qadın qol saatlarını, bir ədəd 800 manat dəyərində «Şeyx» markalı və bir ədəd 400 manat dəyərində «Egeblue» markalı ətirləri, kiçik yataq otağından içərisində 10000 (on min) manat məbləğində nağd pul və üzərində üç ədədi in, digərləri isə xırda ölçüdə briliyant qaşları olan, ağ qızıldan hazırlanmış gül bağlaması formalı 7000 manat dəyərində qadın qolbağı; boyunbağı və sırğa cütündən ibarət gül formalı 10000 manat dəyərində briliyant dəst; bənövşəyi rəngli qaşlarla bəzədilmiş 5000 manat dəyərində bir cüt briliyant sırğa; cəhrayi qaşlı armud formalı 3000 manat dəyərində bir cüt qızıl sırğa; boyunbağı, sırğa cütü, qolbaq və üzükdən ibarət saçaq formalı 10000 manat dəyərində qızıl dəst; qolbaq, sırğa cütü, boyunbağından ibarət ürək formalı 5000 manat dəyərində qızıl dəst; ağ və göy rəngli briliyant qaşlarla bəzədilmiş, ağ qızıldan hazırlanmış gül naxışlı 20000 manat dəyərində boyunbağı; sallama qızıl kulonlu 5000 manat dəyərində qızıl boyunbağı; üzərində “Allah” yazısı həkk olunmuş yumru formalı kulonlu 3500 manat dəyərində qızıl boyunbağı; boyunbağı, sırğa cütü, üzükdən ibarət bəbir bəzəkli 4200 manat dəyərində qızıl dəst; hər tayının üzərində yeddi cüt briliyant qaşlı halqa formalı 10000 manat dəyərində qızıl sırğa cütü; ağ qızıldan hazırlanmış 3500 manat dəyərində sırğa cütü; çoxsaylı briliyant qaşlarla bəzədilmiş 7500 manat dəyərində ağ qızıl üzük; qolbaq və üzükdən ibarət rəngli qaşlarla bəzədilmiş ürək və gül formalı 3400 manat dəyərində qızıl dəst; briliyant qaşlarla bəzədilmiş 3700 manat dəyərində qızıl qolbaq; briliyant qaşlı gül formalı kulonlu 3300 manat dəyərində qızıl boyunbağı; üzəri qaşlarla bəzədilmiş gül formalı 5000 manat dəyərində qızıl kulon; briliyant qaşlarla bəzədilmiş göz şəkilli 2400 manat dəyərində qızıl kulon; briliyant qaşlarla bəzədilmiş şar formalı 2100 manat dəyərində ağ qızıl kulon; kəpənək formalı 2800 manat dəyərində qızıl üzük; halqa formalı 2500 manat dəyərində ağ qızıl üzük; briliyant qaşlı 7200 manat dəyərində ağ qızıl üzük; iri və xırda briliyant qaşlarla bəzədilmiş 7000 manat dəyərində ağ qızıl üzük; bir ədəd iri briliyant qaşlı gül formalı 7000 manat dəyərində qızıl üzük; ağ qızıldan hazırlanmış və çoxsaylı briliyant qaşlarla bəzədilmiş hörümçək toru formalı 12000 manat dəyərində qolbaq; boyunbağı və sırğa cütündən ibarət sallama formalı 6700 manat dəyərində qızıl dəst; toxunma formalı 7500 manat dəyərində qızıl boyunbağı; göy rəngli iri firuzə qaşlı və xırda briliyant qaşlı ağ və sarı qızılın qarışığından hazırlanmış 10000 manat dəyərində üzük; bir ədəd 10000 manat dəyərində “Geneva” markalı qızıl qol saatı; bir ədəd 8000 manat dəyərində “Geneva” markalı qızıl qol saatı; çoxsaylı bahalı briliyant qaşlarla bəzədilmiş ağ qızıldan olan 20000 manat dəyərində qol saatı; 1000 manat dəyərində ağ mirvari boyunbağı; bənövşəyi rəngli iri qaşlı 1200 manat dəyərində boyunbağı; çobanyastığı çiçəyi formalı 1200 manat dəyərində qızıl sırğa cütü; iri narıncı qaşlı və şəffaf xırda qaşlı 1400 manat dəyərində qızıl qolbaq; 1800 manat dəyərində halqavari qızıl sırğa cütü; iri mirvari qaşlı, romb formalı kulonu olan 1500 manat dəyərində muncuqlu qızıl boyunbağı; şəffaf rəngli xırda qaşlarla bəzədilmiş ümumi dəyəri 1200 manat olan 02 ədəd qızıl qolbaqlar; kişi köynəyinin qolları üçün 200 manat dəyərində gümüş düymə cütü; bənövşəyi rəngli iri qaşlı 1000 manat dəyərində ağ qızıl üzük; üzərində 02 ədəd ürək formalı qaşları və 01 ədəd sonsuzluq işarəsi sallanan 300 manat dəyərində qızıl sancaq; üzərində sallama buta, ulduz və halqa işarəsi olan xırda şəffaf qaşlarla bəzədilmiş 300 manat dəyərində qızıl açar halqası; iri yarpaq formalı şəffaf qaşlarla bəzədilmiş kulonlu və yaşıl rəngli yaqut qaşlı zəncir formalı 1500 manat dəyərində qızıl boyunbağı; qara və şəffaf qaşlı zəncir formalı 800 manat dəyərində qızıl boyunbağı; mirvari qaşlı 400 manat dəyərində qolbaq; xırda şəffaf qaşlı ulduz və aypara formalı 1000 manat dəyərində qızıl sırğa cütü; bənövşəyi muncuqlu 900 manat dəyərində qızıl qolbaq; balaca ayı formalı 500 manat dəyərində gümüş sırğa cütü; şəffaf qaşlı 1500 manat dəyərində gümüş sırğa cütü; gül formalı 500 manat dəyərində gümüş sırğa cütü; X13 Əliyevin siması və imzası əks olunan 1800 manat dəyərində qızıl döş nişanı; bənövşəyi iri qaşlı 800 manat dəyərində qolbaq; 1000 manat dəyərində gümüş sırğa cütü; hər birinin dəyəri 1000 manat olmaqla ümumi dəyəri 5000 manat təşkil edən 05 ədəd “Nikolay”-ın onluq qızıl pulu; dəyəri 1000 manat olan “Atatatürk”-in bir ədəd onluq qızıl pulu saxlanılan və buna görə də saxlanc yeri hesab edilən bir ədəd 1000 (bir min) manat dəyərində dəmir seyfi gizli talayıb ev sahibinə ümumilikdə 282000 (iki yüz səksən iki min) manat məbləğində külli miqdarda maddi zərər vurmaqla oğurluq etmişdir. Hökmdən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmünün cəza hissəsində dəyişdirilməsi, Təqsirləndirilən şəxs2 daha yüngül cəza təyin edilməsi və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə barəsində təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən həmçinin Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini və onun barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Hökmdən həmçinin Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmünün cəza hissəsində dəyişdirilməsi, barəsində ədalətli barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Təqsirləndirilən şəxs2 müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə araşdırma aparılan zaman işin faktiki hallarını araşdırsa da, cəza təyini zamanı cəza təyinetmənin ümumi prinsiplərini nəzərə almamış, kifayət qədər yüngülləşdirici halların mövcud olmasına, cəzanı ağırlaşdıran halların müəyyən olunmamasına baxmayaraq onlara qiymət verməmişdir. İş materiallarından və hökümdən də göründüyü kimi Təqsirləndirilən şəxs2 zərərçəkmişə dəyən zərəri ödəmiş, təqsirini etiraf etmiş və ilk dəfədir cinayət məsuliyyətinə cəlb edilmişdir. Yuxarıda qeyd etdiyi yüngülləşdirici halların məcmusu Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azatmaqla onun azadlıqdan məhrum edilmədən və təyin edilmiş cəzanı çəkmədən, həmin cəzanı şərti olaraq tətbiq etməklə islah olunmağını, eləcə də Azərbaycan Respublikası CM-nin 41-ci maddəsində göstərilmiş, cəzanın digər məqsədlərinə nail olunmasını mümkün edir. Təqsirləndirilən şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı araşdırma düzgün aparılmamışdır. Kifayət qədər sübutlar toplanmadan onun barəsində ağır ittiham verilmişdir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə bütün bu halları araşdırmadan onun barəsində ağır cəza təyin etmişdir. Təqsirləndirilən şəxs1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə bütün bu halları araşdırmadan onun barəsində ağır cəza təyin etmişdir. Belə ki, məhkəmə dəymiş zərərin böyük bir hissəsi ödənilməsi, əməlindən peşman olmasını nəzərə almamışdır. Hökmdən cinayət-prossesual qanunvericiliyində nəzərdə tutulmuş qaydada zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi7 verilmiş apellyasiya şikayətini müdafiə edərək məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmünün dəyişdirilməsini və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə barəsində təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi3 Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını, vurulmuş ziyanın xeyli hissəsi ödənilməsini bildirirək, məhkəmədən bu yüngülləşdirici halların nəzərə alınmaqla verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edib ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya şikayətlərindən görünür ki, apellyasiya şikayətlərində təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməli və onun halları, cinayət əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinin mövcudluğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlinə aidiyyəti və təqsirliliyi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar sübut edilməli olan qeyd edilən hallarla bağlı cinayət işinin materiallarında olan sübutlara qərarda istinad olunmasına zərurət görmür. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdırmış, təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayət əməlinin onların tərəfindən törədilməsi istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspert rəyi və işin digər obyektiv halları ilə tam təsdiq olunmuş, həmin sübutlara əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları cinayət əməlini törətmələri haqqında işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş, onların əməlinin cinayət olmasını aradan qaldıran hallar, eyni zamanda cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, iş materiallarından görünüdüyü kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində onların məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2, 228.4, 232.1-ci maddələri ilə təqsirli bilinərək 10 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qərarı ilə onun əməli Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən həmin məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə tövsüf edilərək Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir və yenidən qəsdən cinayət törətdiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5, 65.2-ci maddələrinin tələblərinə əsasən cinayətlərin residivinə görə daha sərt cəza təyin edilir, yəni ona təqsirli bilindiyi maddənin sanksiyasının son həddinin yarısından aşağı cəza təyin edilə bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun əməllərində onların məsuliyyətini yüngülləşdirən halların olmamasını və Təqsirləndirilən şəxs1 əməllərində məsuliyyətini ağırlaşdıran halların (cinayətlərin residivi) olmasını əsas götürərək təqsirləndirilən şəxslərə ittiham olunduqları maddənin sanksiyası həddində, onun şəxsiyyətinə və törətdiyi əməllərə uyğun, qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarından görünüdüyü kimi iş üzrə zərərəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş maddi zərərin məbləği ümumilikdə 282000 (iki yüz səksən iki min) manatdır, həmin zərərdən 270000 (iki yüz yetmiş min) manat məbləğində olan hissəsi istintaq zamanı ödənilmiş, zərərəkmiş şəxs Zərərçəkmiş şəxs zərərin qalan məbləği, yəni 12000 manat ödənilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmü ilə Zərərçəkmiş şəxs dəymiş ziyandan ödənilməmiş 12000 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında bölünərək 6000 (altı min) manat Təqsirləndirilən şəxs1, 6000 (altı min) manat Təqsirləndirilən şəxs2 tutulmaqla Zərərçəkmiş şəxs ödənilməsi hökm edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, zərərəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş zərər tam ödənilmədiyi üçün təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları maddənin sanksiyası həddində, onların şəxsiyyətinə və törətdiyi əmələ uyğun, qanuni və ədalətli cəza təyin etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 müdafiəçisinin apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təyin edilmiş cəzanın şərti olaraq tətbiq olunmasına dair göstərdiyi dəlilini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin müddəları tətbiq oluna bilməz. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 cəza təyin edərkən haqqlı olaraq Təqsirləndirilən şəxs2 və digər təqsirləndirilən şəxsin məhkəmədə vermiş olduqları ifadələrinə tənqidi yanaşmış və onların gizli taladıqları əmlakın hamısını könüllü olaraq zərərçəkmiş şəxsə qaytarılması üçün polis əməkdaşlarına təhvil verilməsini, zərərçəkmişə dəymiş ziyanın hamısını ödəmələri barədə ifadə verməkdə yalnız məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdməsini hesab edərək Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2ci maddəsinin sanksiyası daxilində nəzərdə tutulmuş hədlər daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsas müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilən şəxsin islah olunması məqsədinə cavab verməlidir. Hazırkı halda şərti məhkum etmə cinayət qanunvericiliyində təsbit edilmiş cəzanın sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq kimi məqsədlərinə nail olunmasını mümkünsüz etməklə, əksinə qeyd olunan cinayət hadisələrini müşahidə etmiş digər şəxslərdə, belə bir cinayət əməlini törətmiş şəxsin yekun etibarı ilə cəzasız qalması düşüncəsi yaratmaqla, sonuncularda zərərli sosial-psixoloji meyillərin və kriminogen xüsusiyyətlərin formalaşmasına yol aça bilər. Bundan əlavə olaraq, məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı cinayət işi materialları öyrənilərkən müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslərlə zərərçəkmiş şəxs arasında barışıq əldə olunmamışdır. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini nəzərə alaraq ona təyin edilmiş cəzanı real olaraq çəkmədən və cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göründüyü kimi, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğu halda məhz nəyə görə azadlıqdan məhrum etmə cəzasının, o cümlədən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsinin zəruriliyini əsaslandırmağı, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməyi qanunvericilik tələb edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, hökmdə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın növünü və həddini onun islah olunması üçün yetərli hesab edir. Cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə CM-in 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin edilmiş cəzanı onun məqsədlərini təmin etmək üçün yetərli hesab edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin və Təqsirləndirilən şəxs2 müadiəçisinin şikayətlərinin dəlili kimi göstərilən hallar təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınaraq ona daha yüngül cəza təyin edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmünün qanuniliyi və əsaslılığını yoxlayaraq hesab edir ki, hökm qanuni və əsaslıdır, hökm qəbul edilərkən hər hansı bir maddi və ya prosessual hüquq normasının tələbləri pozulmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 407-ci maddələrini rəhbər tutaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Yekun qərar qəbul edildiyi andan qüvvəyə minir. Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 40 (qırx) saat üçün cəmi 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi3 işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi7 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi7 işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Yekun qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov Hakimlər: Emin Mehdiyev Elmar Rəhimov
Məhkəmə qərarları › İş №1(103)-116/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-116/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver