Məhkəmə qərarları › İş №1(103)-1160/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1160/2022

23.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1160/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əkbərovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımov Fəxri Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı X3, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə 06 avqust 1999-cu ildə Zərdab rayonu, Ağabağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Zərdab rayonu, Ağabağı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Telman Hüseynov, hakimlər Eldar İsmayılov və Əli Məmmədov) 14 aprel 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 26 oktyabr 2021-ci il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, 25 oktyabr 2021-ci il tarixdə saat 18:30 radələrində ünvan 1 ünvanında tanışı Zərərçəkmiş şəxs ilə görüşdükdən sonra, sonuncunun qeyd olunan evdə birgə kirayənişin olaraq yaşamaq istəməsi barədə israrlı təklifini qəbul etməməsi ilə bağlı aralarında yaranmış və təxminən 10 dəqiqə davam etmiş sözlü mübahisə ilə əlaqədar evdən çıxaraq sonuncu ilə birlikdə həmin evin yaxınlığında yerləşən heç kəsin olmadığı ünvan 3 ünvanın qarşısında olan boş ərazidə göstərilən tarixdə saat 18:45 radələrində mübahisəni davam etdirib Zərərçəkmiş şəxs birlikdə kirayədə yaşamayacaqlarını bir daha bildirərək ünvanına nalayiq ifadə işlətdikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bir dəfə yumruqla onun sağ göz nahiyəsinə qəsdən vuraraq ona sağ gözaltı nahiyənin qançırı, dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsi səbəbindən üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, qatlanan, soyuq silah hesab edilməyən cib bıçağı ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyəti ilə həyat üçün vacib orqanlarına çoxsaylı zərbələr endirərək ona döş qəfəsinin sol yarısının arxa divarında 3-cü qabırğaarası nahiyədə 1 (bir) ədəd, döş qəfəsinin sol yarısının arxa divarında 1 (bir) ədəd, sol qalça nahiyəsində 1 (bir) ədəd daxilə nüfuz etməyən, sağ said nahiyəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları kimi, cəmi 4 (dörd) ədəd ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, ürəyin perikard qişasının zədələnməsi ilə 5-ci qabırğaarası nahiyədən döş boşluğuna nüfuz edən 1 (bir) ədəd, sol ağciyərin aşağı payının, diafraqmanın, mədənin seroz qişasının zədələnmələri ilə müşayiət olunan 7-ci qabırğaarası nahiyədən döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd, perietal peritonun zədələnməsi ilə qarının ön divarının sol yarısından qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi cəmi 3 (üç) ədəd, ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs onun bıçaq zərbələrindən yayınaraq hadisə yerindən qaçdığından Zərərçəkmiş şəxs bilavasitə qəsdən öldürməyə yönəlmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək qəsdən adam öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib ona verilən cəza müddətindən narazı olmasını, ailə vəziyyətini, hadisəni törətdiyi zaman anlaqsız vəziyyətdə olduğunu və törətdiyi əməldən peşman olduğunu qeyd edərək barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətinə əlavə verərək məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əmlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət işinin materiallarını araşdırıb, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılması, məhkum edilmiş şəxs və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, hökm verilmiş apellyasiya şikayətinə dəyişdirilmədən saxlanılmalıdır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkum edilmiş şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəl, götürmə aparılması haqqında xx.xx.2021-ci il tarixli protokol və fotocədvəl, məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 838 saylı rəyi, məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 877/2021-MTBŞ saylı və xx.xx.2021-ci il tarixli, 763/2021-MTKŞ saylı rəyləri, ambulaor məhkəmə psixiatrik ekspertizanın xx.xx.2021-ci il tarixli, 2877 saylı rəyi və həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Ona görə də məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əmlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi barədə müdafiəçinin vermiş olduğu apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmənin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hadisəni törətdiyi zaman anlaqsız vəziyyətdə olduğunu qeyd etsə də, işdə olan və məhkəmədə tədqiq edilmiş ambulaor məhkəmə psixiatrik ekspertizanın xx.xx.2021-ci il tarixli, 2877 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası СМ-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, cavan olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi və cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxsin cəzasının yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmişdir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə məhkum edilməsinə dair 14 aprel 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən, AR CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l ı r : Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə məhkum edilməsinə dair 14 aprel 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar