Məhkəmə qərarları › İş №1(103)-117/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-117/2022

26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-117/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Seyfəliyev Əli Səlim oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X17, Məhkum edilmiş şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Müdafiəçilər – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Biləsuvar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, evli, işləməyən Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, xx xxxxxx 1982-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Biləsuvar rayonu, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 1(101)-288/2021 nömrəli hökmündən məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər S.H.Hacıyevin sədrliyi, R.V.Salmanovun və E.Ə.Mikayılovdan ibarət tərkibdə) 15 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının 09 fevral 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının 13 fevral 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə etmək məqsədi ilə internetdən istifadə etməklə “Teleqram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu Bakı şəhəri Balaxanı qəsəbə sakini X18 ilə «WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə yaradaraq sonuncu ilə 340 manata danışıb razılaşmış, daha sonra sonuncunun göndərdiyi Təqsirləndirilən şəxs1 məxsus **********593017 nömrəli "xxxx" hesab kartına 09 fevral 2020-ci il tarixdə saat 00:15:37-də Bakı şəhəri Hovsan qəsəbəsində yerləşən “Araz” marketdə yerləşən “Milli Ön” ödəmə terminalı vasitəsi ilə 220 manat pul köçürmüş, bundan sonra X3 «WhatsApp” sosial şəbəkə hesabına göndərdiyi ünvana, yəni Bakı şəhəri Naximov küçəsində yerləşən C.Naxçıvanski adına hərbi liseyin qarşısına gedib orada olan avtobus dayanacağındakı oturacağın altında içərisində külli miqdarda narkotik vasitə heroin olan siqaret qutusu və içərisində psixotrop maddə metamfetamin olan kibrit qutusunu götürüb satış məqsədi ilə üzərində saxlayaraq daşımış, 09 fevral 2020-ci il tarixdə saat 08:30-da özünü şübhəli apardığına görə ünvan 4 ünvanın qarşısında Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Xətai rayon Polis İdarəsinin 35-ci polis şöbəsinə gətirilmiş, keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli paltonun sağ yan cibindən bir ədəd "Kent" markalı siqaret qutusunun içərisində iki ədəd sellofana bükülmüş ayrı-ayrılıqda çəkiləri 13,163 qram və 0.800 qram olan “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin İ siyahısı” ilə müəyyən edilmiş ümumi təmiz çəkisi 13,963 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, həmçinin əynindəki qara rəngli paltonun sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,885 qram və 0,432 qram olan “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin İ siyahısı” ilə müəyyən edilmiş ümumi təmiz çəkisi 1,317 qram ağ rəngli kristal şəkilli maddə kütləsi yəni kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı Mehsən Kari və X18 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 9 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 internetdən istifadə etməklə külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satmış, Xətai RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq hərəkətləri nəticəsində Təqsirləndirilən şəxs1 idarə etdiyi «Mercedes Benz E 320» markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 13 fevral 2020-ci il tarixdə saat 22:00-da Biləsuvar rayonunda keçirilmiş axtarış zamanı, avtomobilin qabaq sol qapısının saxlanc yerindəki ağ sellofan torbada satış məqsədi ilə əldə edərək özündə saxlayıb daşıdığı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin İ siyahısı” ilə müəyyən edilmiş ümumi təmiz çəkisi 130,503 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış külli miqdarda narkotik vasitə olan tiryək, eləcə də avtomobilin sürücü oturacağının altındakı qara rəngli sellofan torbanın içərisində olan ağ rəngli polietilen torbada “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin İ siyahısı” ilə müəyyən edilmiş ümumi təmiz çəkisi 525 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış, Təqsirləndirilən şəxs2 üzərindən və X11 evindən aşkar edilərək götürülmüş heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-ci maddələri ilə ittiham verilmişdir. Hökmdən məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermiş, həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti və ona əlavə vermişlər. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib tərəfindən verilmiş apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli hökmündən narazıdır. Belə ki, məhkəmə barəsində ədalətsiz hökm qəbul etdiyindən şikayəti təmin edilməlidir. Digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli hökmünün ləğv edilərək barəsində bəraət hökmünün qəbul edilməsini xahiş edib tərəfindən verilmiş apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli hökmü qanunazidd olaraq qəbul edilmişdir. Belə ki, məhkəmə təqdim etdiyi sübutları və aktları pərdələmişdir. Bununla da, onun konstitusion hüquqları kobud şəkildə pozulmuşdur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti və ona əlavəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli hökmünün ləğv edilərək, Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə iş üçün mühüm əhəmiyyət kəsb edən bir çox halları araşdırmadan, ziddiyyətli və qəbul edilməsi yolverilməz olan sübutlar əsasında qərar qəbul etmişdir. Belə ki, çıxarılmış bu hökm Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittiham üzrə onun təqsiri sübuta yetirilmədiyi, məhkəmənin yekun nəticəyə gəlmək üçün istinad etdiyi sübutların yolverilməz olması, ibtidai istintaq zamanı qanunu pozmaqla əldə edilmiş sübutlar əsasında ittiham hökmü çıxarıldığı və ibtidai istintaq, məhkəmə prosesinin prosessual hüquq normalarının pozulması ilə aparıldığı üçün, qanunsunsuzdur, ədalətsizdir və aşağıdakı əsaslara görə həmin hökm ləğv edilməli, Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə ittiham hökmünün çıxarılması üçün Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış, avtomaşına keçirilmiş axtarış və yaşadığı evdə aparılmış axtarış tədbiri nəticəsində əldə edilmiş sübutlara istinad etmişdir. Şəxsi axtarış istintaq protokolundan görünür ki, şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs1 üzərindən qanunla qadağan olunmuş və yaxud da istintaq üçün əhəmiyyət kəsb edən hər hansı bir şey aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş və maddi sübut kimi götürülmüş plastik kartlar, telefonlar, noutbuklar, pullar və sair Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair heç bir əsas vermir. Belə ki, telefonla və nömrələrlə bağlı sorğunun cavablarında, eləcə də noutbukda Təqsirləndirilən şəxs1 təqsirliliyini təsdiq edən heç bir dəlil mövcud deyildir. Plastik kartlar və pullar isə bu gün hər birimizin gündəlik həyatının bir parçası olduğu üçün onun təqsirliliyinə dəlalət edən başqa mötəbər sübutlarla bağlılığı olmadan Təqsirləndirilən şəxs1 yaşadığı evdə axtarış zamanı oradan Təqsirləndirilən şəxs1 qardaşı Qarabağ qazisi P.Hüseynovun həyətyanı torpaq sahəsini satmaqdan əldə etdiyi 10000 manat pul da götürülmüş, amma protokolda pulun məbləği 6000 manat göstərilmişdir. Həmin pulun Təqsirləndirilən şəxs1 deyil, onun qardaşı P.Hüseynova məxsus olmasını təsdiq edən sənədlər məhkəməyə təqdim edildiyindən, məhkəmə bu pulun sahibinə qaytarılmasına dair qərar vermişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Mersedes Benz” markalı **-TE-*** dövlət nömrə nişanlı avtomobildə həyata keçirilmiş axtarış və götürmə istintaq hərəkəti cinayət prosessual qanunvericiliyin tələblərinin kobud pozmaqla aparıldığı, Təqsirləndirilən şəxs1 konstitusiya ilə təsbit edilmiş hüquqlarının pozulması ilə həyata keçirildiyi və qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə nəzarəti qaydasında yoxlanılmadığı üçün 13.02.2020-ci il tarixli avtomobildə axtarış və götürmə aparılması haqqında protokol sübut kimi istifadə oluna bilməz və sübutlar sırasından çıxarılmalıdır. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında avtomaşında keçirilmiş axtarışın videogörüntüsünə baxış keçirilən zaman axtarış zamanı yol verilmiş qanunsuzluqlar tərəfindən hörmətli məhkəmə kollegiyasının diqqətinə çatdırıldı. Həmçinin müstəntiq Şahid8 və digər polis əməkdaşlarının məhkəmədə dindirilməsi zamanı müdafiə tərəfindən verilmiş suallara verilən ziddiyyətli cavablar Təqsirləndirilən şəxs1 ətrafında keçirilmiş istintaq axtarış tədbirləri zamanı qanunsuzluqlara yol verildiyini ortaya çıxardı. Belə ki, axtarışın əvvəlində axtarışı həyata keçirən müstəntiq avtomobildə axtarışı Xətai Rayon Məhkəməsinin qərarı əsasında apardığını elan edir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə videogörüntüyə keçirilmiş baxış zamanı müstəntiqin axtarışı məhkəmənin qərarı ilə apardığını elan etməsini şəxsən hörmətli məhkəmə kollegiyasının diqqətinə çatdırdım. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli qərarı ilə tanış olduqda bəlli olur ki, məhkəmənin qərarında avtomaşında axtarışın keçirilməsi və axtarışa icazə ilə bağlı bir kəlmə belə yoxdur. Həmin videogörüntüdə müstəntiqin axtarışı məhkəmə qərarı əsasında aparmasını elan etməsinə rəğmən, cinayət işi materiallarında avtomaşında axtarışın keçirilməsinə dair müstəntiqin qərarına da rast gəlinir. Əgər müstəntiq həmin axtarışı öz qərarı ilə aparsaydı, onda videogörüntüdə axtarışı Bakı şəhəri Xətai rayon Məhkəməsinin qərarı ilə apardığını elan etməz, əksinə axtarışı öz qərarı ilə apardığı elan edilərdi. Bu isə onu deməyə əsas verir ki, avtomaşında axtarışın aparılması zamanı müstəntiqin öz qərarı olmayıb və işə əlavə edilmiş avtomaşında axtarış barədə müstəntiqin qərarı sonradan yazılaraq işə əlavə edilmişdir. Bundan başqa iş materiallarından görünür ki, müstəntiq keçirilmiş axtarışla bağlı prokurorluğa və məhkəməyə məlumat vermişdir. Müstəntiq tərəfindən cinayət işinə əlavə edilmiş avtomaşında axtarışın keçirilməsi ilə əlaqədar Bakı şəhəri Xətai Rayon Prokuroruna və Bakı şəhəri Xətai Rayon Məhkəməsinə məlumat verilməsinə dair 13.02.2020-ci il tarixli sənədin göndərilməsini təsdiq edən heç bir poçt qəbzi və ya digər təsdiq edici sənəd mövcud deyildir. Bu sənəd, yəni avtomaşında axtarış keçirilməsi barədə məlumat da avtomaşında axtarış qərarı kimi sonradan işə əlavə edilmiş bir sənəddir. Avtomaşında axtarışın keçirilməsinə dair müstəntiqin 13.02.2020-ci il tarixli qərarı axtarış öncəsi mövcud olsaydı, axtarışdan əvvəl Təqsirləndirilən şəxs1 və onun dövlət vəsaiti hesabına təyin edilmiş müdafiəçisi həmin sənədlə tanış olar və tanış olmalarının təsdiqi olaraq həmin sənədə imza atardılar. İş üzrə materiallardan görünür ki, Təqsirləndirilən şəxs1 və onun dövlət vəsaiti hesabına təyin edilmiş müdafiəçisi Ə.Hüseynov həmin sənədlə tanış edilməmişlər. İbtidai istintaqın sonunda cinayət işi Bakı şəhəri Xətai Rayon Prokurorluğunda olarkən Bakı şəhəri Xətai rayon Məhkəməsinin həmin qərarının sonuncu səhifəsində "Qərara aldı: Vəsatət təmin edilsin. ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 yaşadığı Biləsuvar rayonundakı nömrəsiz evdə" sözündən sonra karandaşla yuxarıya doğru xətt çəkilmiş və qeyd də yazılmışdı ki, axtarışın aparılmasına məhkəmənin icazəsinin olmadığı müstəntiqin diqqətinə çatdırılsın. Həmin qeyd sonradan pozulsa da, bu gün də çəkilmiş xətt və bəzi sözlərin izinin qalması nəzərə çarpır. Məhz həmin hadisədən sonra müstəntiq tələm-tələsik axtarışa dair 13.02.2020-ci il İl tarixli qərar və həmin qərar əsasında keçirilmiş istintaq tədbirinin keçirilməsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə məlumat verilməsi üçün göndərilməsinə dair 13.02.2020-ci il tarixli saxta məktub yazıb işə əlavə etmişdir. Həmin məktubun tarixi (13.02.2020-ci il) məktubun saxtakarlığının göstəricisidir. Belə ki, cinayət işində olan sənədlərin tarixindən və saatından görünür ki, avtomaşında axtarışa dair qərarın və müvafiq materialların məlumat və yaxud da məhkəmə nəzarəti qaydasında yoxlanılması üçün 13.02.2020-ci il tarixdə məhkəməyə göndərilməsi qeyri mümkündür. Həmin istintaq hərəkətlərinin ardıcıllığına bir daha nəzər salaq görünür ki, Təqsirləndirilən şəxs1 tutulması-13.02.2020-ci il saat 22.10-22.20, avtomaşında axtarış 13.02.2020-ci il saat 22,30, şəxsi axtarış haqqında 13.02.2020-ci il saat 23.42-23.58, şübhəli şəxsin dindirilməsi-14.02.2020-ci il saat 00.15-00.55, evdə axtarış14.02.2020-cİ il saat 01.10-01.39. Bu ardıcıllıq onu göstərir ki, müstəntiq tərəfindən cinayət işinə əlavə edilmiş həmin sənəd saxtadır. Belə bir ardıcıllıqla müstəntiqin 13.02,2020-cİ İl tarixdə məhkəməyə və prokurorluğa məlumat verməsi mümkün olmayan bir məsələdir. Tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilmiş vəkil sorğusuna cavabdan görünür ki, 13.02.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş avtomaşında keçirilmiş axtarış barədə Bakı şəhəri Xətai rayon Məhkəməsinə məlumat verilməmiş və həmin qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsində Təqsirləndirilən şəxs1la bağlı 13.02.2020-ci il tarixli qərardan bir qərar vardır. Həmin qərarın isə avtomaşında aparılmış axtarışa aidiyyətı yoxdur. Deməli həmin protokol mötəbər sübut kimi qəbul edilə bilməz və sübutlar sırasından xaric edilməlidir. Müvafiq sənədlər birinci instansiya məhkəməsində hörmətli məhkəmə kollegiyasına təqdim edilmişdir. Həmin axtarışın video görüntüsündən avtomaşından götürülmüş narkotik maddənin çəkilmə prosesində tərəzidə problemin olması və çəki İlə bağlı yaşananlar da öz əksini tapır. 13.02.2020-ci il tarixli video görüntüdə götürülmüş maddənin qablaşdırılmadığı və iştirak edən şəxslər tərəfindən imzalanmadığı da bəlli olur. Eləcə də cinayət işində olan 13.02.2020-ci il tarixli avtomaşında axtarış protokolunda da götürülmüş maddənin qablaşdırılması və iştirak edən şəxslər tərəfindən imzalanması barədə məlumat yoxdur. Məhkəmə baxışı zamanı bu məqam da tərəfimdən hörmətli məhkəmə kollegiyasının diqqətinə çatdırılmışdı. Həmin videogörüntüdə avtomaşından 2200 manat pul vəsaitinin götürülməsi də öz əksini tapır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 tərəfindən Şahid8 “avtomaşından götürdüyünüz 2200 manat pulu nədən sənədləşdirmədiniz və həmin pulun taleyi barədə nə deyə bilərsiniz?“ sualına müstəntiq Şahid8 cavab verə bilmədi. Çünki video görüntüdə həmin məbləğin götürülməsi öz təsdiqini tapır, amma axtarışın sənədləşməsində yox. Bu qanunsuzluğa hər hansı bir don geyindirmək mümkün deyildir. Məhkəmənin ittiham hökmünü çıxarması üçün istinad etdiyi sübutlardan ilkin olaraq Təqsirləndirilən şəxs2 ifadəsi olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 öz ifadələrində Təqsirləndirilən şəxs1 tanımadığını, heç vaxt onunla görüşmədiyini, danışmadığını və narkotik vasitəni T.Ağayevdən aldığını bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 onu da bildirdi ki, əslində o saxlanıldığı zaman onun üzərində heroin və metamfetamin deyil, tiryək narkotik vasitəsi olmuşdur. Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamdan (AR CM-in 234.4.3) görünür ki, onun digər Təqsirləndirilən şəxs1la əlbirliyi müəyyən edilməyib. Əks təqdirdə ona qarşı AR CM-in 234.4.1-ci maddəsi ilə də ittiham irəli sürülərdi. Bundan başqa cinayət işin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi ifadəsi onun tərəfindən imzalanmayıb. Belə bir halda ifadə verməkdən imtina edilməsinə dair protokol tərtib edilməli olduğu halda, müstəntiq şübhəli şəxsin ifadəsini öz istəyinə uyğun yazmış və ifadənin alt hissəsinə imza atmaqdan imtina etdi sözlərini yazıb. Təqsirləndirilən şəxs1 bildirdiyinə görə ümumiyyətlə ondan şübhəli şəxs kimi İfadə alınmayıb və ondan Xətai Polis idarəsində bir dəfə ifadə almağa çalışıblar ki, həmin ifadə təqsirləndirilən şəxs ifadəsi olub. Şübhəli şəxs ifadəsi sonradan müstəntiq tərəfindən yazılaraq işə əlavə edilmişdir. Müstəntiq ifadə verməyən şəxsin etirafedici ifadəsini protokollaşdırıb. Birinci İnstansiya məhkəməsi bu qanunsuzluğa da qiymət verməmişdir. Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs kimi ifadəsinə nəzər saldıqda görünür ki, protokolun ikinci səhifəsində müstəntiq Şahid8 Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməsini göstərsə də, verilmiş suallara kompyuterdə yazılmış cavablarda Təqsirləndirilən şəxs1 özünü təqsirli bildiyini yazmışdır. İfadənin sonunda isə İ,Hüseynov öz xətti ilə narkotikin ona aid olmadığına dair qeyd yazmışdır. Bu isə həmin ifadənin məzmunu ilə tamami ilə ziddiyyət təşkil edir. Təqsirləndirilən şəxsin dindirilmə protokolunun tərtib edildiyi gün, yəni 15.02.20-ci il tarixdə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılan zaman Xətai Rayon Məhkəməsində də Təqsirləndirilən şəxs1 narkotik vasitənin ona məxsus olmadığını bildirib. İbtidai istintaqın gedişatında müdafiəçilərin vəsatəti əsasında dindirilmə zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 saxlanıldıqdan sonra başqa avtomobilə əyləşdirildiyini, həmin avtomaşında 40 dəqiqə ərzində başı aşağı vəziyyətdə saxlandığını, bu zaman avtomobilin qapılarının açıq qalmasını və həmin müddətdə avtomobilin onun nəzarətində olmamasını, Xətai RPİ-də şiddətə məruz qaldığını, şübhəli şəxs kimi və təqsirləndirilən şəxs kimi ifadələrin ona məxsus olmadığını, şübhəli və təqsirləndirilən şəxs kimi ifadələrin müstəntiq tərəfindən yazıldığını, həmin ifadədə narkotik vasitənin ona məxsus olmamasına dair qeyd yazdığını, digər Təqsirləndirilən şəxs2 və o cümlədən T.Ağayevi tanımadığını, kartına köçürülən vəsaitlərin narkotik satışı ilə əlaqəli olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxsin ifadəsində olduğu kimi öz ifadəsində narkotik vasitəni tapdığını demişdirsə, onda nədən müstəntiq İ,Hüseynova həmin narkotik vasitəni haradan, nə vaxt tapdığı, hansı tarixdən avtomaşına qoyduğu, avtomaşına qoyduğu vaxtadək harada saxladığı və sair barədə suallar verməyib? Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində ifadə verərək, özünü təqsirli bilibdirsə, onda nədən müstəntiq həmin protokolda “özünü təqsirli bilmir“ sözlərini yazıb. Nədən həmin ifadənin alındığı gün, yəni ifadənin alınmasından cəmi bir neçə saat sonra həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Xətai Rayon Məhkəməsində keçirilən iclasda o özünü təqsirli bilməyib? Xətai Rayon Məhkəməsinin təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair 15.02.2020-ci il tarixli Qərarından da görünür ki, Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməmişdir. İbtidai istintaqda Təqsirləndirilən şəxs1 tərəfindən verilməmiş ifadələrə istinad edərək, Təqsirləndirilən şəxs1 təqsirli olması barədə qənaətə gəlinməsi, həmin ifadənin etirafedici ifadə kimi qiymətləndirməsi qəbul edilməzdir. Bütün bunlar onu göstərir ki, məhkəmə Təqsirləndirilən şəxs1 adına yazılmış 13.02.20-ci il şübhəli şəxs və 15.02.20-ci il tarixli təqsirləndirilən şəxs ifadələrinə faktiki hallarına uyğun hüquqi qiymət verməmişdir. Bundan başqa ittiham hökmünün çıxarması üçün maddi sübutlara baxış protokoluna istinad edilməsi də, hökmün ədalətsiz və qanunsuzluğunun göstəricisidir. 22.02.2020-ci il tarixli maddi sübutlara baxış protokolunda maddi sübut kimi götürülmüş 9 ədəd əməliyyat çeklərinin, 9 ədəd qəbzlərin, avtomobilin qeydiyyat şəhadətnaməsinin, 8 ədəd plastik kartın, telefonların və 4 nömrənin adları sadalanır. Həmin protokoldan görünür ki, telefon və noutbukdan iş üçün sübut əhəmiyyəti kəsb edən hallar aşkar edilməyib. Maddi sübut kimi götürülmüş həmin qəbz, çek, şəhadətnamə, plastik kart, telefonlar və nömrələr özözlüyündə Təqsirləndirilən şəxs1 təqsirli hesab edilməsi üçün əsas vermir. Çünki həmin maddi sübutlarda Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edən heç bir məlumat aşkar edilməmişdir. Bir insanın sadəcə olaraq telefondan, kompyuterdən, plastik kartdan istifadə etməsinə, hər hansı bir pul köçürməsi həyata keçirməsinə görə onun üzərinə şübhə qoymaq olmaz. Bu gün demək olar ki, hər bir şəxsin istifadəsində plastik kartlar, telefon, nömrə, noutbuk var. Plastik kart və köçürmələr də bu günkü həyatımızın bir hissəsidir. Həmin əşyaların istifadəsi öz-özlüyündə heç bir məsuliyyət yaratmır. Maddi sübutlara baxış protokolunda həmin əşyalarda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumatın aşkar edilmədiyi göstərilir. Deməli maddi sübutlara baxış protokolu da Təqsirləndirilən şəxs1 təqsirsizliyinə dair mötəbər sübutlardandır. Mahiyyəti üzrə həmin baxış zamanı qeyd edilən sənəd və əşyalardan cinayətin sübut edilməsi üçün əhəmiyyət daşıyan məlumatlar aşkar edilməmişdir. Maraqlıdır ki, məhkəmə öz qərarında təqsirləndirilən şəxsin xeyrinə olan sübutları şadlayaraq onları analiz edərək qiymət vermək əvəzinə ya həmin sübutları görməməzdən gəlmiş və yaxud da həmin sübutları da Təqsirləndirilən şəxs1 təqsirini sübut edən mötəbər dəlil kimi qəbul etmişdir. Məhkəmə-narkoloji ekspertizasının rəyinə münasibətdə qeyd olunmalıdır ki, həmin ekspertiza üzrə verilmiş rəyə görə Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əziyyət çəkmir və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Göründüyü kimi bu sübut da Təqsirləndirilən şəxs1 təqsirli olmasına dair heç bir əsas vermir. Bundan başqa məhkəmə əmtəəşünaslıq ekspertizası müəyyən mənada müstəntiqin yol verdiyi nöqsanları pərdələmək məqsədilə keçirilmiş bir ekspertizadır və mahiyyət etibarilə təqsirliliyə dair heç bir əhəmiyyət kəsb etmir. Məhkəmə kimyəvi ekspertizası isə Təqsirləndirilən şəxs1 təqsirli olmasına dair sübut kimi qiymətləndirilə bilməz. Belə ki, avtomaşında keçirilmiş axtarış qanunsuz aparıldığı, həmin axtarış nəticəsində tərtib edilmiş protokolun sübut kimi istifadə edilməsinin qanunvericilyin tələbi ilə yolverilməz olduğu, axtarış nəticəsində götürülmüş maddənin axtarışın sonunda iştirakçıların imzası ilə qablaşdırılmaması və digər qanunsuzluqlar məhkəmə kimyəvi ekspertizanın rəyini Təqsirləndirilən şəxs1 təqsirli olmasına dair yekun qərara gəlməyə imkan vermir. Bir halda ki, avtomaşında keçirilmiş axtarış hərəkəti özü qanunsuzdur, deməli avtomaşından götürülməsi rəsmiləşdirilmiş maddənin narkotik olub-olmaması Təqsirləndirilən şəxs1 təqsirliliyi məsələsində əhəmiyyətsizdir. Bir halda ki, götürülmüş maddə qablaşdırılmayıb və qablaşdırılma iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilməyib, deməli ekspertizaya göndərilmiş vasitənin özü şübhə altına düşür. Qeyd edildiyi kimi nə avtomaşında axtarış protokolunda, nə də həmin axtarışın videogörüntüsündə götürülmüş maddənin qablaşdırılaraq imzalanması birmənalı olaraq yoxdur. Bundan başqa şahid X15 görünür ki, Təqsirləndirilən şəxs1 hesabından onun hesabına köçürülmüş vəsait onun biyan ticarətinin ödənişidir. Bu da Təqsirləndirilən şəxs1 bildirdiklərinin həqiqət olduğunu deməyə əsas verir. Çünki Təqsirləndirilən şəxs1 köçürülən pulların ticari münasibətlər zəminində olduğunu bildirir. İttiham tərəfi həmin pulların narkotik satışı ilə əlaqəsini sübut etməli və bu xüsusatda sübutlar toplamalı idi. Mövcud vəziyyətdə (Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1 məxsus **********593017 nömrəli hesab kartına 220 manat pulun köçürülməsinə dair 09.02.2020-ci il tarixli qəbz istisna olmaqla) köçürülmüş pulların narkotik satışı ilə bağlılığına dair sübutların olmadığı göz önündədir. Bu yeganə köçürmənin isə təsadüfi və yaxud da, qəsdən təşkil edilməsi ehtimalı vardır. Belə ki, hər hansı hesaba təsadüfü olaraq pul köçürülə bilər. Yaxud da, kimlərsə öz fəaliyyətində qəsdən bunu təşkil edə bilərlər. Kart hesabına köçürmələrlə bağlı olan insanların dairəsinin müəyyən edilməsi və şahid qismində dindirilməsi ilə bağlı ibtidai istintaqda müdafiəçilərin verdikləri vəsatətlər isə əsassız olaraq təmin olunmamış və həmin şəxslər dindirilməmişdir. Hesab edir ki, məhkəmə köçürülən pul vəsaitinin məhz İ,Hüseynovun razılığı və yaxud da iştirakı ilə həyata keçirilməsinə dair mötəbər sübutlara İstinad etməklə ittiham hökmü çıxara bilərdi. Təəssüf ki, məhkəmə belə mötəbər sübutlara istinad etmədən ittiham hökmü çıxarmışdır ki, bu da qanunsuz və ədalətsizdir. Digər şahidlər olan polis əməkdaşlarının verdiyi ifadələrin ibtidai araşdırma zamanı yazılmış ifadələrlə, bir-biri İlə və işin faktiki halları ilə əhəmiyyətli dərəcədə ziddiyyət və uyğunsuzluq təşkil edir. Göründüyü kimi ittiham tərəfinin istinad etdiyi sübutlar Təqsirləndirilən şəxs1 üzərinə həmin xüsusatlarla bağlı şübhə gətirsə də, onun təqsirli sayılmasına əsas vermir. Cinayət işinə əlavə edilmiş müstəntiq Şahid8 13.02.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan avtomaşında həyata keçirdiyi axtarış və götürmə istintaq hərəkətinin video görüntüsündən görünür ki, müstəntiq avtomobildə axtarışa başlayanda axtarışı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı əsasında apardığını elan edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli 5(011)- 55/2020 saylı qərarından isə görünür ki, məhkəmə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 yaşadığı Biləsuvar rayonundakı nömrəsiz evdə axtarış aparılmasına və sübut əhəmiyyətinə malik ola biləcək sənədlərin və əşyaların götürülməsinə icazə vermişdir. Həmin qərarda evdən başqa bir yerdə axtarışa icazə verilməmişdir. Müstəntiq isə həmin avtomaşında məhkəmə qərarına istinad etməklə axtarış aparmaqla qanunsuz prosessual hərəkət həyata keçirmişdir. Baxmayaraq ki, müstəntiq avtomobildə axtarışa başlamazdan əvvəl həmin axtarışı Xətai rayon Məhkəməsinin qərarı ilə apardığını elan edir, ziddiyyətli bir haldır ki, cinayət işində avtomaşında axtarışın aparılmasına dair Xətai RPİ-nin müstəntiqi Şahid8 13.02.2020-ci il tarixli qərarı da vardır. Həmçinin tərəfindən Biləsuvar Rayon Məhkəməsinə və Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış vəkil sorğusuna cavab məktubundan görünür ki, 13.02.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 avtomaşınında aparılmış axtarış və götürmə barədə məhkəməyə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməyib və həmin istintaq hərəkətinin qanuniliyi məhkəmə tərəfindən yoxlanılmamışdır. Qeyd edilənlər isə onu göstərir ki, avtomobildə aparılmış axtarış qanunsuzdur. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi dindirilməsi haqqında protokoldan görünür ki, dindirmə 14.02.2020-ci il tarixdə saat 00.15-00.55 radələrində aparılıb. Protokolun titul hissəsində dindirmənin Biləsuvar şəhərində keçirilməsi göstərilsə də, birinci abzasda dindirmənin Xətai RPİ-də aparıldığı göstərilir. Əslində Təqsirləndirilən şəxs1 ifadəsindən və işin hallarından görünür ki, dindirmə Biləsuvar rayonunda deyil, Bakı şəhər Xətai RPİ-də aparılıb. Beləliklə 13.02.2020-ci il saat 23.42-23.58 radələrində Biləsuvar RPŞ-də şəxsi axtarışın keçirilməsi və 14,02.2020-ci il tarixdə 01.10-01.39 radələrində Biləsuvarda Təqsirləndirilən şəxs1 yaşadığı evdə axtarış aparılması, şübhəli şəxs kimi 14.02.2020-ci il tarixdə saat 00.15-00.55-də şübhəli şəxsin Bakı şəhərində dindirməsini istisna edir. Əyər həmin sənədlərə inansaq. Onda belə çıxır ki, müstəntiq 13.02.21-ci il tarixdə saat 23.58-də Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarışı qurtardıqdan sonra hansısa reaktiv sürətlə 17 dəqiqəyə Bakı şəhərinə gedib və orada şübhəli şəxsi dindirərək (dindirmənin sonu 00.55), yenidən kosmik sürətlə 15 dəqiqəyə Təqsirləndirilən şəxs1 yaşadığı evdə axtarış aparmaq məqsədilə Biləsuvar rayonuna qayıdıb. Məhkəmə bu və digər bu tipli məsələlərdə olan saxtakarlıqları görməyibmi? Bütün bunlar Təqsirləndirilən şəxs1 avtomaşınında aparılmış axtarış və götürmə istintaq, şübhəli şəxsin dindirilməsi hərəkətinin qanunsuz aparıldığını, eyni zamanda saxtakarlıqlara yol verildiyini göstərir. Məhkəmə işin hallarına qiymət verərkən Təqsirləndirilən şəxs1 avtomaşından kənarlaşmasını da nəzərə almamışdır. Avropa Məhkəməsinin analoji işlərə münasibəti onu göstərir ki, belə vəziyyətlərdə avtomobilin şəxsin nəzarətindən kənarda qalması sonradan həmin avtomobildə aparılan axtarış nəticəsində avtomobildən aşkar edilmiş hər hansı qanunsuz əşya və sairlə bağlı şəxsin təqsirliliyini şübhə altına salır. İttiham aktına baxdıqda görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-İn 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüş, Təqsirləndirilən şəxs1 qarşı isə AR CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Burdan da görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 arasında hər hansı bir əlaqənin olmasını istisna edir. Çünki Təqsirləndirilən şəxs2 qarşı əlbirliklə bağlı ittiham irəli sürülməmişdir. Cinayət işi materiallarından görünür ki, İ.X22 Yuryevİç və X31 əlbirlikdə təqsirləndirilir. İş materiallarında Təqsirləndirilən şəxs1 adı belə dəqiq bilinməyən, şəxsiyyəti müəyyən edilməmiş İran vətəndaşı Mehsən deyilən şəxslə hər hansı cinayət əlaqəsini təsdiq edən mötəbər sübut yoxdur. İşdə yalnız pul köçürmələri vardır ki, həmin köçürmələr Təqsirləndirilən şəxs1 sahibkarlıq fəaliyyəti ilə bağlı olan köçürmələr və müəyyən faiz qarşısında İran və Azərbaycan vətəndaşlarının ehtiyaclarını ödəmək üçün həyata keçirilən köçürmələrdir. Dediyimizin sübutu olaraq cinayət işində olan şahid X9 ifadəsi var. Həmin şahidin ifadəsi Hüseynovun göstərdiklərinin doğru olmasını təsdiq edir. O öz ifadəsində göstərib ki, o Bərdə rayonunda "xxxx" MMC- də satış meneceri işləyir. Həmin şirkət biyan kökü istehsalı zavodu ilə müqavilə əsasında biyan kökü satır. Mütəmadi olaraq ticarətləri ilə əlaqədar məhsulların pulları onların hesablarına ödəniş terminalları, bank hesablan və yaxud da tanımadığı şəxslərdən alırlar. O cümlədən 13.02.2020-ci il tarixdə onun hesabına İİR-də yaşayan iş qurduğu İsmayıl adlı şəxsin adından tanımadığı şəxsdən 4000 manat məbləğində pul göndərilmişdir. Həmin pulun onun kart hesabına göndərilməsini o özü istəmişdir. Lakin pulu onun hesabına göndərən şəxsi tanımır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs1 əlbirlik X23 və İran İslam Respublikası vətəndaşı Meysən Kari ilə qabaqcadan əlbir olması əsası ilə verilmişdir. Halbuki X16 cinayət işi üzrə onun verdiyi ifadədən görünür ki, o Təqsirləndirilən şəxs1 tanımır. Həmçinin onun ifadəsindən görünür ki, İran İslam Respublikası vətəndaşı Şahbuz adlı şəxs ona Təqsirləndirilən şəxs1 məxsus **********593017 nömrəli hesabı göndərmiş və 13.963 qram narkotik vasitə olan heroinin və 1.317 qram psixotrop maddə olan metamfetaminin pulunu həmin hesaba yükləməsini xahiş etmişdir. Maraqlıdır ki, ibtidai istintaq zamanı X1 digər narkotiklərin pulunun hansı hesablara yüklətdirdikləri barədə suallar verilməyib və bu xüsusat araşdırılmamışdır. Müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş X16 AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə Sabunçu RPŞ-in İŞ-in müstəntiqi C.Nağıyev tərəfindən tərtib edilmiş və Sabunçu rayon prokuroru tərəfindən imzalanmış 10.12.2020-ci il tarixli ittiham aktından görünür ki, T.Ağayevin satdığı narkotik vasitə və psixotrop maddələrin pulundan yalnız bir dəfə (Təqsirləndirilən şəxs2 faktı üzrə) Təqsirləndirilən şəxs1 hesabına yüklənmişdir (həmin ittiham aktı məhkəmə çıxışına əlavə edilir). Digər hallarda Təqsirləndirilən şəxs1 hesabına T.Ağayevlə bağlı pul yükləməsi sübut olunmur. Həmçinin həmin cinayət işi üzrə T.Ağayevin İİR vətəndaşı Şahbuz adlı şəxslə əlaqə saladığı görünür. Halbuki Təqsirləndirilən şəxs1 pul köçürmələri İİR vətəndaşı Meysən Kari adlı şəxs olmuşdur. Göründüyü kimi iş üzrə toplanılmış sübutlar Təqsirləndirilən şəxs1 ona irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsinə imkan vermir. Məhkəmə araşdırması zamanı avtomaşında axtarışla bağlı qərar, narkotik vasitənin qablaşdırılmaması, imzalanmaması, 13.02.20-ci il tarixli müəmmalı şübhəli şəxs və 15.02.20-ci il tarixli müəmmalı təqsirləndirilən şəxs ifadələri, evdən götürülmüş 10000 manatın sənədlərdə 6000 manat, avtomaşından götürülmüş 2200 manatın sənədləşdirilməməsi, telefonun götürülməsinin "sirri" və xeyli sayda qanunsuzluqlar səbəbindən müdafiə tərəfinə ibtidai istintaqda bir sənəd belə göstərilməyib. Müdafiə tərəfi bunu məhkəməyə bildirsə də məhkəmə sanki olmamış kimi davranıb və bu məsələlərə ya qiymət verməmiş və yaxud da səhv qiymət vermişdir. Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavədə göstərmişdir ki, cinayət işi materialları ilə T.Ağayevlə Təqsirləndirilən şəxs1 arasında hesab nömrəsi xaricində hər hansı bir əlaqənin mövcudluğuna dair heç bir fakt yoxdur. Təqsirləndirilən şəxs1 cinayət işi üzrə İİR vətəndaşı Mehsən Kari adlı İİR vətəndaşının adı keçdiyi halda, T.Ağayevin barəsində aparılan cinayət işində isə T.Ağayevin İİR vətəndaşı Şahbuz adlı şəxslə narkotikin satışını təşkil etməsi müəyyən edilib. Təqsirləndirilən şəxs1 öz ifadəsində X31 ticari münasibətlərinin olduğunu bildirib. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 telefon zəngləri, mesajları, "WhatsApp" yazışmaları araşdırılmış, lakin narkotik vasitələrlə bağlı heç bir sübut əldə edilməmişdir. Eləcə də M.Karinin narkotik vasitələrlə bağlılığına dair heç bir mötəbər sübut mövcud deyildir. Məhkəmə hökmünə nəzər saldıqda belə ehtimal olunur ki, Mehsən Kari və Şahbuz eyni şəxslərdir. Bu hökmdə aydın açıq yazılmamışdır. Sadəcə hökmün məzmunundan belə bəlli olur. Məhkəmə hökmdə Təqsirləndirilən şəxs1 M.Kari, T.Ağayev ilə əlbir olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair nəticəyə gəldiyini qeyd etmişdir. Eləcə də hökmdə T.Ağayevin məhkəmədə verdiyi ifadəsində M.Kari adlı şəxs barədə deyil, Şahbuz adlı iranlı barədə məlumat vardır. Nə Təqsirləndirilən şəxs1 nə də T.Ağayevin cinayit işi üzrə bu iki iranlının eyni adam olması yaxud da fərqli şəxslər olması aydınlaşdırılmamışdır. Həmçinin T.Ağayevin verdiyi ifadədən bəlli olur ki, o Şahbuzla olan narkotik alverini Təqsirləndirilən şəxs1 məxsus hesabla deyil, başqa hesabla aparırmış. Sonuncu dəfə isə Şahbuz Təqsirləndirilən şəxs1 məxsus kartın hesabını ona ataraq həmin hesaba pulun köçürülməsini istəmişdir. Qeyd etdiyi kimi bu hansısa bir oyunun tərkib hissəsi ola bilər. Bu gün hər birimizin istifadəsində bank kartları və hesablar vardır. Hər hansı hesaba pul yüklənməsi hesab sahibinin icazəsi olmadan da həyata keçirilə bilir. Təqsirləndirilən şəxs1 kartına yüklənmiş 220 manat pula görə ona belə bir ağır ittiham irəli sürülməsi və ittiham hökmünün çıxarılması absurddur. Təqsirləndirilən şəxs1 təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü cinayət işində olan sübutlar qanunun tələbinə uyğun olaraq düzgün qiymətləndirilmədən çıxarılmışdır. Bu hökmdə sübutlar sadəcə sadalanır və məhkəmə bununla da həmin sübutların mötəbərliyim sadəcə sadalamaqla əsaslandırmışdır. Yuxarıda göstərilənlər və apellyasiya şikayətində göstərilənlər Təqsirləndirilən şəxs1 təqsirsiz olmasını sübut edir. Qeyd edilənlərə əsasən hesab edirik ki, Təqsirləndirilən şəxs1 barəsində çıxarılmış ittiham hökmü ədalətsizdir, əsassızdır və Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 verilmiş apellyasiya şikayətlərini müdafiə edərək, şikayətinin dəlillərinə uyğun çıxış edib iranlını tanıdığını, onunla ticarət münasibətlərinin olduğunu, lakin narkotik vasitənin satışı və daşınması ilə bir əlaqəsinin olmadığını bildirmiş, digər məhkum edilmiş şəxsin apellyasiya şikayətinin qanunamüvafiq həllini isə məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 şikayətin təmin edilməsini və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə hər hansı cinayətin törədilməsinə aidiyyəti olmadığından ona həmin maddələr ilə bəraət hökmünün çıxarılması xahiş etdi. Digər məhkum edilmiş şəxsin apellyasiya şikayətinə münasibətdə isə şikayət verməyin məhkumun hüququ olduğunu qeyd edib, qanuni həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 verilmiş apellyasiya şikayətinin müdafiə edərək, şikayətin təmin edilməsini və Təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişlər. Digər məhkum edilmiş şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin qanuni həllini isə məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X27 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını məhkəmədən xahiş etmişdir Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 1(101)-288/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisi tərəfindən verilmiş hər iki apellyasiya şikayətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olmasını mübahisələndirmiş, sonuncunun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmiş, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin onun barəsində çıxarılmış hökmün ədalətsiz olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli olmaları qənaətinə gəlmişdir. Məhkum edilmiş şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs1 münasibətdə ilkin istintaq hərəkətlərinin keçirilmə əsasları, onların qanuniliyi və istintaq hərəkətləri nəticəsində əldə olunmuş sübutların qanuniliyi, mümkünlüyü və mötəbərliyi mübahisələndirildiyindən, istintaqın ilkin mərhələsi ilə bağlı sübutlar qarşılıqlı əlaqəli şəkildə tədqiq edilməklə, apellyasiya şikayətinin həmin hissədə dəlillərinə qiymət verilməsi zəruridir. Həmçinin hadisələrin qeyd edilən hissəsi digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 ilə də birbaşa bağlı olduğundan həmin hissədə də Təqsirləndirilən şəxs2 özünün verdiyi apellyasiya şikayətinin dəlilləri araşdırılmalı və onlara hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi qeyd edilən cinayət işi üzrə ilk növbədə 09 fevral 2020-ci il tarixdə, saat 08:30 radələrində ünvan 7 ünvanın qarşısında Təqsirləndirilən şəxs2 özünü şübhəli apardığına görə Xətai RPİ-nin 35-ci PŞ-nə gətirilmiş (cild 01, iş vər. 05), orada Təqsirləndirilən şəxs2 qanunamüvafiq şəkildə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 06) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09.02.2020-ci il tarixli protokoldan və həmin protokolun əyani olaraq əks olunduğu videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs2 vəkilinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli paltonun sağ yan cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 13,163 qram və 0,800 qram olmaqla ümumi təmiz çəkisi isə 13,963 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 1 ədəd kibrit qutusunun içərisində iki ədəd bükümdə təmiz çəkiləri 0,885 qram və 0,432 qram olmaqla ümumi təmiz çəkisi 1,317 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə-metafetamin aşkar edilərək götürülmüşdür. Qeyd edilənlərlə yanaşı ,Təqsirləndirilən şəxs2 əynindəki tünd boz rəngli şalvarın sağ cibindən “Hoffman” markalı mobil telefon, sol yan cibindən isə “Jinga” markalı mobil telefon, şalvarın sağ arxa cibindən isə içərisində 158 manat pul olan qara rəngli pul qabı aşkar olunmuşdur. (cild 01, iş vər. 20-21) Məhkəmə fiziki-kimyəvi ekspertiza üzrə 9 fevral 2020-ci il tarixli 3355 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bir ədəd zərfdəki 1 ədəd “KENT” markalı siqaret qutusunda 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 13,163 qram və 0,800 qram; ümumi təmiz çəkisi 13,963 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 2 bükümdəki heroin tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Bir ədəd kibrit qutusundakı 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,885 qram və 0,432 qram; ümumi təmiz çəkisi 1,317 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış, psixotrop maddə -metamfetamindir. Bükümdəki metamfetaminlər tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ), Metamfetamin olan “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir (cild 01, iş vər. 29-32). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.02.2020-ci il tarixli, 4(011)-92/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən, məhkəmə iclasında göstərmişdir ki, üzərinə keçirilən şəxsi axtarış zamanı heroin və metamfetamin tərkibli dövriyyəsi qadağan edilmiş narkotik vasitələr üzərindən aşkar edilsə də, o, həmin maddələri satış məqsədilə deyil, şəxsi istehlak məqsədilə əldə etmişdir. Üzərindən çıxan heroinin miqdarı rəydə qeyd edilən çəkiyə uyğun olsa da, metamfetaminin çəkisi daha az olmuşdur. Məhkəmənin həmin qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbsetmə müddətinin əvvəli 09.02.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 53-54) Bakı şəhəri Xətai RPİ-nin 10.02.2020-ci il tarixli “Əməliyyat Tapşırığı”ndan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində, xatırlamadığı "teleqram” sosial şəbəkə ünvanı vasitəsi ilə tanış olduğu şəxsin dediyi hesab nömrəsinə 09.02.2020-ci il tarixdə "Milli ön" ödəniş terminalı vasitəsilə 300 manat pul köçürdükdən sonra, həmin şəxsin ona narkotik vasitəni C.Naçivanski adına hərbi liseyin qarşısında olan dayanacağın oturacağının altında gizlətdiyni və oradan götürə biləcəyini dediyi üçün həmin ünvana getdiyi, 09.02.2020-ci il tarixdə təxminən saat 07 radələrində deyilən yerdə narkotik vasitəni aşkar edib götürüb, üzərində saxlayaraq daşımış olduğunu bildirməsi nəzərə alınaraq, cinayət işi üzrə yaranmış zərurətlə əlaqədar Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini satan şəxsin şəxsiyyəti müəyyən edilməsi, Təqsirləndirilən şəxs2 "telegram” sosial şəbəkəsi vasitəsilə əlaqə yaratdığı "Baksell Balaxanı" adlı istifadəçinin şəxsin kimliyi, eləcə də onun narkotik vasitə və psixotrop maddələri əldə etmək üçün pul köçürdüyü bank hesab nömrəsinin kimə məxsus olması, həmin şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqələrinin müəyyən edilərək ətraflarında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün aidiyyatı şəxslərə göstəriş verilməsi Xətai RPİ-nin ƏİÜ rəis müavinindən xahiş edilmişdir. (cild 01, iş vər. 55-56) “Mobil telefona baxış keçirilməsi haqqında” 10.02.2020-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Xətai PRİ-nin İŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs2, müdafiəçisi və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə 10.02.2020-ci il tarixli qərar əsasında iş üzrə sübut əhəmiyyətli olan halları araşdırmaq məqsədi ilə Təqsirləndirilən şəxs2 məxsus olan "Hoffman" markalı mobil telefona baxış istintaq hərəkəti keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 məxsus "Hoffman" markalı mobil telefon qara rəngli olmaqla sensor tiplidir. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu zaman mobil telefon vasitəsilə kimlərlə telefon danışıqlarının olması, həmçinin kimlərlə "WhatsApp" və digər sosial şəbəkələr vasitəsilə yazışmalarını müəyyən etmək məqsədilə onun mobil proqramları araşdırılmışdır. " WhatsApp " yazışmalarında "Baksell Balaxanı" adlı istifadəçi ilə yazışmaları və səs vasitəsilə danışıqları tədqiq edilərək səsləndirilmişdir. Həmin səs yazısı və yazışmalardan görünür ki, 08.02.2020-ci il tarixdə "Baksell Balaxanı" adlı istifadəçi ilə olan danışığında "iranlıya pul göndərib narkotik vasitə alınmasından, narkotik vasitənin 340 manata danışıb. 220 manata razılaşmalarından söhbət gedir.” Həmin yazışmalarda "Baksell Balaxanı" adlı istifadəçi üzərində Təqsirləndirilən şəxs1 yazılmış "Kapital Banka" məxsus **********593017 nömrəli bank hesab kartının foto şəklinin Təqsirləndirilən şəxs2 göndərilməsi, Təqsirləndirilən şəxs2 həmin kart hesabına “Milli Ön” ödəmə terminalı ilə köçürdüyü 220 manat pulun qəbzinin fotoşəkilini göndərməsi, "Baksell Balaxanı" adlı istifadəçinin isə ona narkotik vasitə və psixotrop maddəni yerləşdirdiyi yerin fotoşəkillərini və səsli mesaj halında ünvanı göndərməsi müəyyən edilmişdir. Həmin yazışmaların əks olunduğu səhifələrin fotoşəkilləri çəkilərək, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün protokola əlavə edilmişdir. (cild 01, iş vər. 58-64) Bakı şəhəri Xətai RPİ-nin ƏİÜ rəis müavininin 13.02.2020-ci il tarixli, 101-5767-1220 nömrəli məktubundan görünür ki, Xətai RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis mayoru Şahid8 11.02.2020-ci il tarixli, ********* nömrəli əməliyyat tapşırığına cavab olaraq bildirilmişdir ki, 09.02.2020-ci il tarixdə ünvan 9 ünvanın qarşısında saxlanılan, üzərində 13,963 qram narkotik vasitə olan heroin və ümumi çəkisi 1,317 qram olan metamfetamin aşkar olunan Təqsirləndirilən şəxs2 istifadəsində olan "Hoffman" markalı mobil telefona baxış keçirilmiş və ətrafında keçirilən əməliyyat tədbirləri nəticəsində sonuncunun 08.10.1986-cı il təvəllüdlü Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi, Gülüstan WhatsApp vasitəsi ilə 08.10.1986-cı il təvəllüdlü ünvan 10 ünvanında qeydiyyatda olan X18 ilə əlaqə saxlamasi və narkotik vasitələrin alınması ilə bağlı yazışmaları, iranlıya pul göndərib narkotik vasitələrin əldə olunması ilə bağlı yazışmalar müəyyən olunmuşdur. Qeyd olunan narkotik vasitələrin əldə olunması üçün xx.xx.1982-ci il təvəllüdlü Biləsuvar rayonunda anadan olan əvvəllər məhkum olunmamış Təqsirləndirilən şəxs1 məxsus Kapital Banka məxsus **********593017 nömrəli karta pul göndərilməsi müəyyən olunmuşdur. (cild 01, iş vər. 65) Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 mahiyyət etibarı ilə hadisələrin baş verməsi vaxtı, yeri və ardıcıllığı baxımından həm işin faktiki halları, həm də ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə uyğun ifadə versə də, məhkəmə istintaqı zamanı Telman Ağayevdən əldə etdiyi narkotik vasitənin heroin və metamfetamin yox, tiryək olduğunu və özünün şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş və özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs2 dəlilləri ətraflı araşdırılmış və sonuncunun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini əməliyyat-axtarış və istintaq hərəkətlərində iştirak etmiş şahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, istintaq hərəkətlərinin protokolları və videogörüntülər, maddi sübutlar, ekspert rəyləri və toplanmış digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 Təqsirləndirilən şəxs2 ondan almaqla pulunu Təqsirləndirilən şəxs1 məxsus karta köçürdüyü pulun, Təqsirləndirilən şəxs2 aldığı narkotik vasitə tiryəkin (müdafiəçinin istinad etdiyi dəlil) ödənişi olması ilə bağlı ifadəsində göstərdiyi dəlilərinə ayrıca qiymət verərək, hesab edir ki, qeyd edilən hal şahid tərəfindən Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi özünü müdafiə üçün gətirdiyi dəlillərin həqiqətə uyğun olması görüntüsü yaratmaq məqsədi daşımışdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair 03.08.2021-ci il tarixli, 1(101)-580/2021 nömrəli hökmündən görünür ki, Telman Ağayevin təqsirli bilindiyi əməllərdən biri məhz 13,963 qram olan narkotik vasitə heroini və 1,317 qram olan psixotrop maddə metamfetamini 09 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 internet üzərindən qanunsuz olaraq satmaqda təqsirli bilinmişdir. Həmçinin qeyd olunmalıdır ki, Telman Ağayev özünün təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində də 09 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 karta 220 manat köçürdükdən sonra həmin narkotik vasitə heroini və psixotrop maddənin yerini, yəni Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən hərbi liseyin yaxınlığında avtobus dayanacağının altına qoyulmuş oturacağın fotoşəklini Whatsapp vasitəsilə İbrahimə göndərdiyini, Təqsirləndirilən şəxs2 həmin yerdən iki ədəd sellofan torbada olan heroini və iki ədəd sellofan torbada olan psixotrop maddə metamfetamini götürdüyü zaman tutulduğunu eşitdiyini bildirmişdir. Göründüyü kimi sadalanan hallar bir daha Təqsirləndirilən şəxs2 əldə etdiyi narkotik vasitə və psixotrop maddələrin növü və çəkisinin hazırki iş materialları ilə müvafiq istintaq hərəkəti protokolları ilə rəsmiləşdirilmiş növlərdə və çəkidə olduğunu birmənalı olaraq təsdiq edir. Məhkəmə kollegiyası məhkum edilmiş Təqsirləndirilən şəxs2 əməlinin tövsifi ilə bağlı apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı əynindəki qara rəngli paltonun sağ yan cibindən bir ədəd "Kent" markalı siqaret qutusunun içərisində iki ədəd sellofana bükülmüş ayrı-ayrılıqda çəkiləri 13,163 qram və 0.800 qram olan, ümumi təmiz çəkisi 13,963 qram çəkidə, külli miqdarda narkotik vasitə heroin, həmçinin əynindəki qara rəngli paltonun sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,885 qram və 0,432 qram olan, ümumi təmiz çəkisi 1,317 qram psixotrop maddə olan metamfetaminin aşkar edilməsi, həmin narkotik vasitə və psixotrop maddənin şəxsi istifadə üçün əldə edilib, saxlayaraq daşınması təkzib etməklə yanaşı, göstərilən hərəkətlərin məhz satış məqsədi ilə edildiyinə dəlalət edən haldır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilməklə ifadəsində göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırılmış və bu sübutlar əsasında məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Həmçinin qeyd edilməlidir ki, hadisələrin və prosessual hərəkətlərin yuxarıda sadalanan mexanizm üzrə davam etməsi fonunda, ibtidai istintaq orqanına hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və digər şəxs barəsində məlumat məhz yuxarıda qeyd edilən və qanuniliyi heç bir şübhə doğurmayan əməliyyat-istintaq hərəkətlərinin nəticəsində əldə edilmişdir ki, məhkəmə kollegiyası qeyd edilən mərhələdən sonra keçirilmiş istintaq hərəkətləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bakı şəhəri Xətai PRİ-nin İŞ-nin müstəntiqi Şahid8 Xətai rayon prokuroruna olan vəsatətlər və həmin vəsatətlər üzrə Xətai rayon prokurorunun Bakı şəhəri Xətai Rayon Məhkəməsinə olan 13.02.2020-ci il tarixli təqdimatından görünür ki, 1. X16 yaşadığı ünvan 11 ünvanında iş üçün sübut əhəmiyyətinə malik olan narkotik vasitə və ya psixotrop maddə, habelə hər hansı bir əşya və sənədlərin mövcudluğunu güman etməyə kifayət qədər əsas olduğuna görə həmin şəxslərin yaşadıqları evdə axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi barədə qərarın qəbul edilməsi, 2. Təqsirləndirilən şəxs1 yaşadığı Biləsuvar rayonundakı nömrəsiz evdə iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir əşya və sənədlərin mövcudluğunu güman etməyə kifayət qədər əsas olduğuna görə həmin şəxsin yaşadığı evdə və idarə etdiyi nəqliyyat vasitəsində axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi barədə qərarın qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. (cild 01, iş vər. 68-76) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli, 5(011)-55/2020 və 5(011)-56/2020 nömrəli qərarlarından görünür ki, məhkəməyə təqdim olunmuş hər iki vəsatət təmin edilmiş və müvafiq olaraq ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 yaşadığı Biləsuvar rayonundakı nömrəsiz evdə axtarış aparılmasına və sübut əhəmiyyətinə malik ola biləcək sənədlərin və əşyaların götürülməsinə, həmçinin X16 yaşadığı ünvan 11 ünvanında axtarış aparılmasına və sübut əhəmiyyətinə malik ola biləcək sənədlərin və əşyaların götürülməsinə icazə verilmiş, qərarların elan edildiyi andan 2 ay müddətində qüvvədə olması və axtarış və götürmənin aparılması Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. (cild 01, iş vər. 77-80) Bakı şəhəri Xətai PRİ-nin rəisinin Azərbaycan Respublikası Daxili İşlər Nazirinin birinci müavininə olan 13.02.2020-ci il tarixli raportundan görünür ki, iş üzrə müəyyən edilmiş hallar nəzərə alınaraq, narkotik vasitələrin onlayn satışını həyata keçirtməkdə şübhəli olan xx.xx.1982-ci il təvəllüdlü Biləsuvar rayonunda anadan olan və yaşayan Təqsirləndirilən şəxs1 tutularaq istintaq orqanına təhvil verilməsi məqsədilə Biləsuvar rayonunun inzibati ərazisində əməliyyat tədbirinin keçirilməsinə icazə verilməsi xahiş edilmişdir. “Axtarış və götürmə aparılması haqqında” 13.02.2020-ci il tarixli protokoldan, həmin protokola əlavə edilmiş fotocədvəldən və istintaq hərəkətinin əks olunduğu videogörüntüdən görünür ki, Xətai PRİ-nin İŞ-nin müstəntiqi tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli, 5(011)-55/2020 nömrəli qərarına əsasən, qərarı X6 elan etməklə, sonuncunun və eyni zamanda polis əməkdaşlarının iştirakları ilə ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evində axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Axtarış zamanı müəyyən edilmişdir ki, yaşayış evinə giriş küçədən dəmir qapıdır. Yaşayış evi iki mərtəbəli evdir. Yaşayış evinin birinci otağının sahəsi 16 m2.-dir. Həmin otaqda bir ədəd yemək masası, iki ədəd stul, bir ədəd kiçik ölçülü jurnal stolu, iki ədəd kreslo, bir ədəd divan, qaz sobası, bir ədəd televizor və bir ədəd güzgülü, siyirməli şkaf yerləşir. Otağa girişdə sağ tərəfdə yerləşən pəncərə yeri üç pilləli rəf formalı saxlanc kimi istifadə edilir. Həmin rəflərin üzərində kauçuk gül və kiçik ölçülü suvenirlər, dəftər və jurnallar vardır. Həmin rəfdən bir ədəd kiçik ölçülü gümüşü rəngli, markası məlum olmayan elektron tərəzi aşkarlandı. Bundan başqa otağa keçirilmiş axtarış zamanı girişdə sol tərəfdə yerləşən palıdı rəngli güzgülü şkafın aşağıdan birinci siyirməsindən bir ədəd şəffaf sellofan kisə aşkarlanmışdır. Həmin kisənin içərisində tünd qəhvəyi rəngli, kəskin, spesifik iyə malik olan narkotik vasitə olan heroinə bənzər kütlə aşkarlanmışdır. Həmin kütlə istintaq hərəkətində istifadə etmək üçün gətirdikləri "Kinlee" markalı elektron tərəzidə çəkilmişdir. Bundan sonra çəkilmiş narkotikə bənzər kütlə eləcə də otaqdan aşkar edilən gümüşü rəngli elektron tərəzi hər biri ayrı-ayrılıqda zərflərə qablaşdırılmış və Azərbaycan Respublikası DİN-in zərflər üçün №155 möhürü ilə möhürlənmiş və qablaşdırılan zərflər ekspertiza tədqiqatına təqdim edilməsi üçün götürülmüşdür. (cild 01, iş vər. 81-93) Məhkəmə-kimyəvi ekspertizasının 13 fevral 2020-ci il tarixli, 3851 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “X11 mənzilindən götürülmüş” sözlər və imzalar olan bir ədəd kağız paketdəki bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 508,1 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir və bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. (cild 01, iş vər. 97-100) “Şübhəli şəxsin tutulması haqqında” 13.02.2020-ci il tarixli protokoldan görünür ki, Xətai PRİ-nin İŞ-nin müstəntiqi Şahid8 tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində, həmin gün saat 22.10-da Biləsuvar RPŞ-də tutulmuşdur. Protokol saat 22.10-dan 22.20-dək tərtib olunmuşdur. (cild 01, iş vər. 102) “Axtarış aparılması haqqında” 13.02.2020-ci il tarixli, Biləsuvar rayonunda olmaqla, 266 nömrəli qeydiyyat nömrəsi ilə qeydə alınmış qərardan görünür ki Xətai PRİ-nin İŞ-nin müstəntiqi Şahid8 tərəfindən cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz E320” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomaşında iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək vasitələrin, əşya və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsasların olması səbəbindən axtarış keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 116) “Axtarış və götürmə aparılması haqqında” 13.02.2020-ci il tarixli protokoldan görünür ki, Xətai PRİ-nin İŞ-nin müstəntiqi Şahid8 tərəfindən Təqsirləndirilən şəxs1, müdafiəçi X12 və polis əməkdaşlarının iştirakı ilə, videoçəkiliş aparılmaqla 13.02.2020-ci il tarixdə, saat 22.30-da Təqsirləndirilən şəxs1 məxsus Mercedes Benz markalı 99-TE717 dövlət qeydiyyat nişanlı avtomaşına Biləsuvar rayonunda axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 bildirmişdir ki, idarə etdiyi idarə etdiyi Mercedes Benz E320 markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomaşınında dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya narkotik vasitə və psixotrop maddə yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşına proses iştirakçıları tərəfindən baxış axtarış aparılmağa başlanmışdır. Axtarış avtomaşının qabaq sol qapısından başlamışdır. Axtarış zamanı avtomaşının qabaq oturacağının üstündə və altında dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmadı. Bundan sonra avtomaşının qabaq oturacağı tərəfdə olan saxlanc yerində axtarış aparılarkən oradan Kəmalə Teymurovaya məxsus Azərbaycan Respublikasının pasportu, həmçinin üç ədəd Kapital Banka məxsus plastik kart aşkar edilərək müstəntiq tərəfindən götürülmüş, bundan sonra tərəflərin iştirakı ilə avtomaşının sağ arxa tərəfinə baxış zamanı həmin hissədə hər hansı dövriyyəsi qanunla qadağan olunan əşya və predmet aşkar olunmamış, bundan sonra axtarış avtomaşının sol arxa tərəfində davam etdirilmişdir. Avtomaşının həmin hissəsində də dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya predmet, həmçinin iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya aşkar edilməmiş, bundan sonra axtarış avtomaşının qabaq sol tərəfindən sürücü hissəsində davam etdirilmiş, qabaq sol qapının saxlanc yerində axtarış aparılan zaman ağ sellofan torbada tiryəkə bənzər kütlə aşkar edilərək proses iştirakçılarına göstərildikdən sonra sürücü oturacağının altında axtarış aparılan zaman oturacağın içərisindəki qara sellofan torbada tozşəkilli, sarımtıl rəngli, heroinə bənzər kütlə aşkar edilərək iştirakçılara göstərildikdən sonra müstəntiq tərəfindən götürülmüşdür. Bundan sonra avtomaşının sürətlər qutusunun yanında yerləşdirilmiş, qutunun içərisində axtarış aparılan zaman orada ayrı-ayrı şəxslərin ödəniş qəbzlərinin olması müəyyən edilmiş, həmin qəbzlər iş üçün əhəmiyyət kəsb etdiyindən və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi zamanı satılmış narkotik vasitələrin ödəniş qəbzləri olması nəzərə alınaraq müstəntiq tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşının yük yerində axtarış keçiirlən zaman orada dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, həmçinin iş üçün sübut əhəmiyyəti daşıyan aşkar olunmamışdır. Protokoldan həmçinin görünür ki, o, istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanmışdır. (cild 01, iş vər. 118-119) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13.02.2020-ci il tarixli qərardan görünür ki, Biləsuvar şəhərində Xətai PRİ-nin İŞ-nin müstəntiqi Şahid8 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilməsi, bu zaman videoçəkilişdən istifadə edilməsi qərara alınmışdır. (cild 01, iş vər. 121) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13.02.2020-ci il tarixli Biləsuvar şəhərində tərtib edilmiş protokoldan görünür ki, Xətai PRİ-nin İŞ-nin müstəntiqi Şahid8 tərəfindən Təqsirləndirilən şəxs1, müdafiəçisi X12 və digər polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə, əşya və ya predmetlərin olub-olmadığı soruşularaq əgər varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə, əşya və ya predmetlərin olmadığını bildirmişdir. Bu xüsusatın yoxlanması üçün polis əməkdaşı Kamran Quliyev tərəfindən şübhəli şəxsin əynindəki paltarlara şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə, əşya və ya predmetlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə aparılarkən polis əməkdaşı X10 tərəfindən videoyazan texniki vasitə olan "Panasonic" markalı video kamera vasitəsilə alınmış görüntü CD diskə yazılmalı və protokola əlavə edilməli olması qeyd olunmuş, şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasına dair tərtib edilmiş protokol müstəntiq tərəfindən ucadan oxunmuş və proses iştirakçıları tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması qaydası və bu barədə tərtib olunmuş protokolun məzmununa dair əlavələr, düzəlişlər və etirazlar daxil olmamışdır. Şəxsi axtarış sat 23.42-23-59 aralığında həyata keçiirlmişdir. (cild 01, iş vər. 122) “Axtarış və götürmə aparılması haqqında” 13.02.2020-ci il tarixli olaraq qeyd edilmiş protokoldan, həmin protokola əlavə edilmiş fotocədvəldən və istintaq hərəkətinin əks olunduğu videogörüntüdən görünür ki, Xətai PRİ-nin İŞ-nin müstəntiqi tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli qərarına əsasən, qərarı X4 elan etməklə, sonuncunun və eyni zamanda polis əməkdaşlarının iştirakları ilə Biləsuvar rayonu, ünvan 13 ünvanda yerləşən fərdi yaşayış evində axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Axtarış istintaq hərəkəti keçirilərkən müəyyən edilmişdir ki, istintaq hərəkətinin keçirildiyi yer - Təqsirləndirilən şəxs1 ailə üzvləri ilə birlikdə yaşadığı Biləsuvar rayonu ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evidir. Yaşayış evinə giriş küçədən dəmir qapı vasitəsilədir. Yaşayış evi bir mərtəbəli kürsülü evdir. Axtarış əvvəlcə yaşayış evindən başlanılır. Evə girişdə zal və yaşayış otaqları vardır. Girişdən birinci otaq Təqsirləndirilən şəxs1 iş otağı kimi istifadə etdiyi otaqda, şkaf, iş masası stullar və qapının arxa tərəfində yerdə dəmir seyf vardır. Həmin otaqda polis əməkdaşları tərəfindən axtarılmış, şkafın siyirməsindən iş üçün sübut əhəmiyyəti kəsb edə biləcək İki ədəd "Samsung" markalı iki ədəd "Nokia" markalı "Hope", "Tara" markalı mobil telefonlar o cümlədən ratsiya telefonları aşkarlanmışdır. İş masasından Təqsirləndirilən şəxs1 məxsus vəsiqələr, plastik kartlar, 230 ABŞ dolları pul, həmçinin həmin otaqdan bir ədəd "Roding" markalı, bir ədəd "Toshiba" markalı noutbuklar aşkar edildi. Aşkar olunanlar iş üçün sübut əhəmiyyət kəsb edən sənədlər və pul əskinazları olduğu üçün müstəntiq tərəfindən müvafiq qaydada götürülmüşdür. Bundan başqa həmin otaqda olan dəmir kassanın açarı ev sahibəsi Məhluqə Əliyevadan götürülüb, kassanın parol şifrəsi öyrənilərək kassa açılmış, içərisində 100 manatlıq əskinaslardan ibarət pullar aşkarlanmışdır. Həmin pullar sayılaraq miqdarının 6000 manat olması müəyyən edilmişdir. Həmin pulların Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əldə etdiyi pul vəsaitləri olmasını güman etməyə əsaslar odluğu üçün müstəntiq tərəfindən götürülmüşdür. Bundan başqa evin digər otaqlarına, yardımçı sahələrə, həyətyanı bağ sahəsinə axtarış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyəti kəsb edən başqa hallar aşkarlanmamışdır. (cild 01, iş vər. 128-130) 15.02.2020-ci il tarixli əməliyyat tapşırığından görünür ki, Xətai PRİ-nin İŞ-nin müstəntiqi Şahid8 Təqsirləndirilən şəxs1 idarə etdiyi Mercedes Benz E 320 markalı **-TE- *** dövlət qeydiyyat nişanlı avtomaşına keçirilmiş axtarış istintaq hərəkəti zamanı oradan 130,503 qram narkotik vasitə olan tiryək və 525 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 avtomobilindən və yaşadığı evdən ayrı-ayrı şəxslərə məxsus bank kartları aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 isə ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayında tanış olduğu İran İslam Respublikasının vətəndaşı Mehsəm Karinin iş təklifini qəbul etmiş və, müntəzəm olaraq tanımadığı şəxslərdən ona məxsus bank kartına köçürülən pulları çıxarıb öz növbəsində Mehsəm Karinin bank hesabına göndərmiş olması qeyd edilmiş və cinayət işi üzrə yaranmış zərurətlə əlaqədar İran İslam Respublikasının vətəndaşı olan Mehsəm Karinin şəxsiyyəti müəyyən edilərək dindirilməsi üçün İŞ-nə dəvət edilsin. Eləcə də Təqsirləndirilən şəxs1 evindən və idarə etdiyi nəqliyyat vasitəsindən aşkar olunan bank hesabı kartlarının sahibləri Kəmalə Teymurova, Pərvanə Mustafazadə, Elnur Ağayev, Məhbubə Əliyevanın şəxsiyyəti müəyyən edilərək dindirilməsi üçün İŞ-nə dəvət edilməsi, həmin şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqələrinin müəyyən edilərək ətraflarında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün aidiyyətı şəxslərə göstəriş verilməsi xahiş edilmişdir. (cild 01, iş vər. 175-176) Məhkəmə kollegiyası qeyd edilənlərə münasibətdə ilk növbədə onu vurğulayır ki, yuxarıda sadalanan iş materialları ilə müəyyən edildiyi kimi, müstəntiq tərəfindən vəsatətlə müraciət edilərkən Təqsirləndirilən şəxs1 yaşadığı evlə yanaşı, idarə etdiyi nəqliyyat vasitəsinə də axtarış keçirilməsinə icazə verilməsi xahiş edilmiş, məhkəmə tərəfindən qəbul edilmiş qərarda isə faktiki olaraq vəsatətin təmin edildiyi qeyd edilsə də, icazə verilən istintaq hərəkəti olaraq Təqsirləndirilən şəxs1 yaşadığı evdə axtarış keçirilməsi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən bu xüsusatla yanaşı, o da nəzərə alınmalıdır ki, hadisə günü Təqsirləndirilən şəxs1 yaşadığı Biləsuvar rayonundan Bakı şəhərinə gəlmiş, axşam saatlarında isə yenidən geriyə Biləsuvar rayonuna qayıtmışdır ki, bu barədə həmçinin istintaq orqanında məlumat olmuşdur. Göstərilən halların məcmusu isə Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz qaydada istintaq hərəkətlərin keçirilməsini zəruri etmişdir. Belə ki, hadisələrin axarına qeyd edilən yöndən baxdıqda müəyyən edilir ki, müstəntiq tərəfindən vəsatəti əsasında qəbul edilmiş məhkəmə qərarında Təqsirləndirilən şəxs1 avtomobilinə axtarış keçirilməsinə icazə verilməsinin göstərilmədiyi müəyyən edilməsi, artıq Biləsuvar rayonunda Təqsirləndirilən şəxs1 saxlanmasından sonra müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz E320” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomaşında axtarış keçirilməsinin qərara alınmasını mütləq şəkildə şərtləndirmişdir. Qeyd edilən məhkəmə qərarına və müstəntiq tərəfindən qəbul edilmiş axtarış barədə qərara da nəzər saldıqda, vəsatətlə müraciət edilən zaman müstəntiqə Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobil barədə məlumatların dəqiq olmadığı, artıq Biləsuvar rayonunda qərar qəbul edilərkən isə həmin avtomobilin “Mercedes Benz E320” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomaşın olmasının müəyyən edilməsi görünür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 242.1-ci maddəsinə əsasən əldə edilmiş (mövcud) sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə, müstəntiq axtarış apara bilər. 243.1-ci maddəsinə əsasən axtarış və ya götürmə, bir qayda olaraq, məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə axtarış və ya götürmənin aparılması haqqında qərarı müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı olduqda çıxara bilər. Axtarış və ya götürmə bu Məcəllənin 177.2-177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır. 243.4-cü maddəsinə əsasən bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 243.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, habelə məhkəmənin qərarı olmadan axtarış və ya götürmə aparılmasının zəruriliyi və təxirə salına bilməməsi əsasları nəzərə alınmaqla tərtib edilir. Məhkəmə kollegiyası hazırki iş üzrə müvafiq olaraq “Axtarış və götürmə aparılması haqqında” 13.02.2020-ci il tarixli protokolun məzmununa da həmin tarixdə keçirilmiş digər istintaq hərəkətlərinin protokol məzmunları ilə müqayisəli şəkildə nəzər salmaqla qiymət verilməli olduğunu vurğulayaraq qeyd edir ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsində axtarış istintaq hərəkətinin keçirilməsi zamanı axtarışın Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı əsasında aparılmasının qeyd edilməsinə baxmayaraq, “Axtarış və götürmə aparılması haqqında” 13.02.2020-ci il tarixli protokolun ilk vərəqindən (iştirakçılar tərəfindən sonda imzalanmış vərəqdən) görünür ki, müstəntiq tərəfindən həmin axtarış tədbirinin 13 fevral 2020-ci il tarixli qərarına və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 242-245-ci maddələrinə əsasən keçirildiyi qeyd edilmişdir. İş üzrə tərtib edilmiş Təqsirləndirilən şəxs1 ailə üzvləri ilə birlikdə yaşadığı Biləsuvar rayonu ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evində “Axtarış və götürmə aparılması haqqında” 13.02.2020-ci il tarixli protokoldan isə görünür ki, həmin istintaq hərəkətinin məhz Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli qərarına əsasən aparıldığı protokolun məzmununda qeyd edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin X16 yaşadığı ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evində “Axtarış və götürmə aparılması haqqında” 13.02.2020-ci il tarixli protokoldan da görünür ki, həmin istintaq hərəkətinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli, 5(011)- 55/2020 nömrəli qərarına əsasən həyata keçirildiyi qeyd edilməklə, protokolun hər bir vərəqi iştirakçılar tərəfindən imzalanmışdır. Göstərilən bu halların məcmusu isə onu deməyə əsas verir ki, 13.02.2020-ci il tarixdə istintaq qrupu olmadan təkbaşına istintaq aparan müstəntiqin bir gün ərzində qısa bir müddət çərçivəsində həm müvafiq vəsatətlərlə müraciət etməsi, həm də Bakı şəhəri və Biləsuvar rayonunda ardıcıl istintaq hərəkətlərinin aparılması zamanı sonuncu tərəfindən videoçəkiliş aparılarkən istintaq hərəkətinin məhz hansı qərara əsasən aparılmasının vurğulanması halında yanlışlığa yol verilməsi hər hansı qanunsuzluğu pərdələmək yox, məhz insan xətası faktorundan irəli gəlmişdir. Əks halda, yəni müdafiəçinin apellyasiya şikayətində vurğuladığı kimi müstəntiq tərəfindən qəbul edilmiş 13.02.2020-ci il tarixli Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildə axtarış və götürmə istintaq hərəkətinin aparılması qərarının sonradan qanunsuz şəkildə tərtib edilərək iş materiallarına əlavə edildiyi halda, yuxarıda qeyd edildiyi kimi “Axtarış və götürmə aparılması haqqında” 13.02.2020-ci il tarixli protokolun məzmununda həmin istintaq hərəkətinin məhkəmə qərarı əsasında yox, müstəntiqin qərarı əsasında aparılmasının öz əksini tapması mümkünsüz olardı, belə ki, həmin protokolun tərtib edildiyi 13.02.2020-ci il tarixdə iştirakçılar, xüsusilə Təqsirləndirilən şəxs1 və müdafiəçisi tərəfindən imzalanması məhkəmə kollegiyasında heç bir şübhə doğurmur. Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz E320” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomaşında keçirilmiş axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinin əsasının və onun nəticəsində əldə edilmiş sübutların qanuniliyi məsələsinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda həmin istintaq hərəkətinin əvvəldən axıra qədər videoçəkilişlə qeydə alınmaqla, aşkar olunan predmetlərin videogörüntüdə aşkar olaraq görünməsi, həmçinin həmin videoçəkilişdə Təqsirləndirilən şəxs1 və müdafiəçisi Əli Hüseynovun iştirakının təmin edilməsi və sonuncuların istintaq hərəkətinin gedişatını tam olaraq izləyə bilmə imkanlarının olması, o cümlədən Təqsirləndirilən şəxs1 tərəfindən istintaq hərəkətinin sonunda narkotik vasitələrin ona məxsus olmadığını sərbəst şəkildə bildirməsi kimi hallar həmin istintaq hərəkətinin və bu sübutun özlüyündə məhkəmə baxışı zamanı obyektiv sübut kimi qəbul edilməsinə hər hansı şübhə yaranmasını istisna edir. Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz E320” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomaşında keçirilmiş axtarış və götürmə istintaq hərəkəti nəticəsində aşkar edilmiş narkotik vasitələrin qablaşdırılmamasına münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin vasitələrin məhz qeyd edilən avtomobildən aşkar edilərək götürülməsi iş materiallarına əlavə edilmiş videogörüntülərdən müəyyən edilməklə yanaşı, həmin maddi sübutların qanunamüvafiq qaydada qablaşdırılmaqla müvafiq ekspertiza qurumuna təqdim edilmiş olması iş materiallarına əlavə edilmiş ekspertiza rəyindən müəyyən edilir. Belə ki, məhkəmə-fiziki-kimyəvi ekspertiza üzrə 14 fevral 2020-ci il tarixli 3938 nömrəli ekspert rəyindən görünür ki, ekspert tərəfindən tədqiqat obyektlərinin göndərilmə şəklinə dair məlumatlar olaraq qeyd edilmişdir ki, tədqiqat obyektləri üzərində” “Azərbaycan Respublikası DİN Zərflər üçün 155N”-li dairəvi əksi olan bir ədəd kağız paketdə və üzərlərində Azərbaycan Respublikası ƏN MEM-in “Tədqiqat Obyekti 74№”, “Tədqiqat obyekti 60№”-li ştamp əksləri olan 2 ədəd MEM-in qablaşdırılma paketlərində təqdim edilmişdir. Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs1 idarə etdiyi Mercedes Benz markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş....” yazısı və imzalar olan paketi açdıqda, içərisində bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 130,503 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifikm tiryək iyli maddə və bir ədəd qara rəngli polietilen bükümdə, təmiz çəkisi 525 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi aşkar edilmişdir. Aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 idarə etdiyi «Mercedes Benz E 320» markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş...” yazısı olan paketdə, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 130,503 qram tünd rəngli qətranabənzər maddə aş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryəkdir və bir ədəd bükümdə, təmiz çəkisi 525 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin və tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” İ siyahısına daxildirlər; Vət. İmamverdi Hüseynovun avtomobilindən götürülmüş heroin, Təqsirləndirilən şəxs2 götürülmüş heroinlə (09 fevral 2020-ci il tarixli 3355 saylı ekspert rəyi) eləcə də X8 götürülmüş heroinlə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərə görə eynidir (1-ci cild iş vərəqi 135-139). Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, avtomobilə axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı videogörüntülərdən müəyyən edilən avtomobildən aşkar edilmiş narkotik vasitələrin çəkisinin müəyyən edilməsi üçün müstəntiq tərəfindən elektron tərəzidə çəkilərkən həmin tərəzinin ekranında fərqli göstəricilərin müəyyən edilməsi həmin elektron tərəzinin ayarları və digər hallarla (çəkinin müəyyən edilməsi üçün fərqli ölçü vahidlərinin mövcudluğu mübahisə edilmir) bağlı olmuşdur ki, müvafiq ziddiyyətlərə həmin məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, həm də yuxarıda qeyd edilən qanunamüvafiq qaydada qablaşdırılmaqla ekspertiza idarəsinə təqdim edilmiş maddi sübutların mütəxəssis tərəfindən professional qurğulardan istifadə edilməklə çəkisinin müəyyən edilməsi ilə şübhə edilməsinə əsas olmayacaq dərəcədə aradan qaldırılmışdır. Belə ki, işdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 20 avqust 2020-ci il tarixli 276 nömrəli ekspert rəyindən görünür ki, ekspert tədqiqatına təqdim edilmiş “PORTABLE ELECTRONİC SCALE” markalı elektron tərəzi işlək vəziyyətdə olsa da, yüklərin çəkisini dəqiq müəyyən etmir. Belə ki, çəkinin müəyyən edilməsində istifadəyə yararsızdır. Həmin ekspert rəyi ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitənin çəkisi ilə ekspert rəyi arasında olan ziddiyyət aradan qaldırılmışdır. Elektron tərəzinin çəkini düzgün göstərmədiyi müəyyən edilmiş və ona görə də ekspert rəyində göstərilən çəki əsas götürülmüşdür (3-cü cild iş vərəqi 196-199). Məhkəmə kollegiyası müdafiəçinin Təqsirləndirilən şəxs1 saxlandığı yerin mübahisələndirilməsi və müdafiəçinin oraya göstərilən istintaq hərəkətləri müddətində deyil. məhz Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi kimi saxlanmasından 40 dəqiqə sonra gəlməsinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsində ifadə verən Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, təxminən saat 21:00 radələrində «Ələt- Astara» yol qovşağından ayrılaraq, Biləsuvar ərazisinə daxil olmuş, oradan təxminən 29-30 kilometr getdikdən sonra təkrar Biləsuvar rayon polis şöbəsinin yol patrul xidmətinin **-YP- *** dövlət qeydiyyat nişanlı patrul maşının «dalniy» işıqlarını (uzaq işıqlarını) yandırıb onun gəldiyi istiqamətdə yol kənarında dayandıqlarını görmüş, işıqlarına etiraz olaraq idarə etdiyi avtomobilin işıqlarını söndürüb-yandıraraq yanlarından keçmiş, onlar onun arxasınca dönərək təxminən 2 kilometr getdikdən sonra kimsəsiz, qaranlıq bir ərazidə ona saxla əmri vermişlər, o, avtomobili kənara çəkərək saxlamış və avtomobildən düşmüşdür. Həmçinin ifadəsində Təqsirləndirilən şəxs1 onun saxlandığı yeri Biləsuvar rayonunun Xırmandalı kəndinin inzibati ərazisi olaraq təsvir etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 Ələt-Astara yol qovşağından sonra avtomobili saxlandığı yerə kimi təxminən 31-32 ((29-30)+2) km yol qət etdiyini qeyd etmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi portalı olan “gomap.az” internet portalına nəzər salmaqla, portalın verdiyi texniki imkanlardan istifadə etməklə Ələt-Astara-İran yol qovşağından Biləsuvar rayonunun mərkəzinə kimi məsafənin təxminən 7-8 km olduğu müəyyən edilir. Həmçinin iş materiallarına əlavə edilmiş ekran görüntüsündən görünür ki, “Google Maps” proqram təminatının avto naviqasiya funksiyasından istifadə edərək Xırmandalı kəndindən Biləsuvar Rayon Polis Şöbəsinə minik avtomobili ilə marşrut və onun təxmini apardığı müddət hesablandıqda, həmin yolun 11 dəqiqəlik yol olması, yolun uzunluğunun isə 6,9 km olması müəyyən edilir. Eləcə də qeyd edilməlidir ki, 13.02.2020-ci il tarixli “Axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, qeyd edilən istintaq hərəkətinin dəqiq ünvanı təsbit edilməməklə, axtarışın keçirildiyi yer olaraq “Biləsuvar rayonu” ərazisi qeyd edilmişdir. Məhkəmə qeyd edilən halları müdafiəçinin və məhkum edilmiş şəxsin gətirdiyi dəlillərlə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 həqiqətən müdafiəçinin və özünün təsvir etdiyi yerdə saxlandığı halda belə, sonuncuların prosessual hərəkətlər arası keçməli olan müddətlə bağlı göstərdikləri arqumentlər (ilk saxlanma anından 40 dəqiqə sonra avtomobilə axtarış keçirilməsi və s.) həqiqətə uyğun olmamaqla, aparılmış istintaq hərəkətlərinin zaman baxımından mümkünsüz olması nəticəsinə gəlinməsi üçün əsas ola bilməz. Bundan başqa qeyd edilməlidir ki, müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs1 saxlandığı andan fiziki zorakılıq, artıq istintaq orqanında isə işgəncəyə belə məruz qalmış olması ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 177.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan istintaqın normal gedişini təmin etmək üçün istintaq hərəkətini məcburi apara bilər, onun iştirakçılarının bu hərəkətin başlanmasını gözləmələri və onun aparıldığı yeri tərk etməmələri üçün tədbirlər görə bilər. Birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahid ifadələrindən göründüyü kimi, Təqsirləndirilən şəxs1 saxlandıqdan sonra sonuncuya heç bir fiziki zorakılıq tətbiq edilməmiş, görülən tədbirlər faktiki olaraq sonuncunun istintaq hərəkətinin aparılacağı yeri (idarə etdiyi avtomobilin yaxınlığını) tərk etməməsi üçün edilmişdir. Təqsirləndirilən şəxs1 istintaqın sonrakı gedişatında hər hansı fiziki zorakılığa və ya işgəncəyə məruz qalmasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, istintaqın ən ilkin mərhələsindən sonuncu müdafiəçi ilə təmin olunmaqla, avtomobilində keçirilən axtarış zamanı özünün sərbəst fikirlərini söyləməklə aşkar edilmiş narkotik vasitələrin ona aid olmadığını bildirmiş, sonrakı ifadələrində də bunu sərbəst əlyazma qeydləri ilə bildirmiş, həmçinin Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçildikdən sonra da müvafiq istintaq təcridxanasına daxil olması zamanı bədənində hər hansı xəsarət izlərinin olması müəyyən edilməmiş (belə bir məlumat iş materiallarında yoxdur), o cümlədən nə Təqsirləndirilən şəxs1, nə də ki müdafiəçiləri tərəfindən qeyd edilən hal ilə bağlı nə yuxarı prokurora, nə də məhkəmə nəzarəti qaydasında şikayətləri olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası göstərilən hissədə müdafiəçinin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və həmin dəlillərin istintaq hərəkətləri nəticəsində əldə edilmiş sübutların mümkünlüyü və mötəbərliyinə şübhə yarada bilən hal kimi qiymətləndirmir. Məhkəmə kollegiyası hazırki apellyasiya baxışı zamanı iş materiallarını qarşılıqlı şəkildə tədqiq və təhlil edərək, həmçinin qeyd edilən hissədə sübutları CPM-in 125, 144- 146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlayıb, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək müstəntiq tərəfindən Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz E320” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomaşında keçirilmiş axtarış və götürmə istintaq hərəkəti və onun nəticəsində əldə olunmuş sübutlar cinayət prosessual qanunvericiliyin tələbləri baxımından mümkün və mötəbər sübut olaraq qəbul edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsinin elan edilməklə tədqiq edilməsinin qanunsuz olması ilə bağlı müdafiəçinin apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) halında elan edilə və ya göstərilə bilər. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə sonrakı mərhələdə, o cümlədən birinci instansiya məhkəməsində verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər mövcud olmuş, təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsində sərbəst ifadəsi alınmış, yalnız bundan sonra həmin şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Sözügedən ifadənin əks olunduğu 15.02.2020-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, anası Məhbubə Əliyeva ilə birlikdə Biləsuvar rayonunda yaşayır və həmin rayonda məişət əşyalarının alqısatqısı ilə məşğul olduğu mağazası var. Eyni zamanda Hicran adlı dostuna məxsus olan “Mercedes Benz” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərək taksi fəaliyyəti ilə məşğul olur. 2019-cu ildə İran İslam Respublikası vətəndaşı Mehsəm Kari adlı şəxslə tanış olmuşdur. Söhbət zamanı Mehsəm Kari yaşadığı İran İslam Respublikasında pul dəyişmə məntəqəsində işlədiyini bildirmişdir. Mehsəmlə bir neçə dəfə pul dəyişdikdən sonra onunla şəxsi söhbətlər etmiş və söhbət zamanı Mehsən ona Azərbaycan Respublikasında ayrı-ayrı şəxslərə pul verməli olanda çətinlik çəkdiyini, bu məsələdə ona köməklik etməyini xahiş etmişdir. Aralarında olan münasibətlərə görə onunla razılaşmış və beləcə onların iş birliyi yaranmışdır. İlk dəfə 2020-ci ilin yanvar ayında Mehsən Kami ilə aralarında pul mübadiləsi başlamışdır. 20 yanvar 2020-ci il tarixdə Mehsəm Karinin tanışı, lakin onun tanımadığı şəxs ona məxsus və aktiv istifadəsində olan **********593017 nömrəli "xxxx" hesab kartına 900 manat pul göndərmişdir. Sonradan isə Mehsəm Kari ona həmin çekin şəklini istifadəsində olan ***-***-**-** mobil nömrəsinə yüklənmiş «WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə göndərib pulun onun kartına oturub-oturmadığını soruşmuşdur. O, hesabını yoxlayıb pulun kartına keçdiyini dəqiqləşdirdikdən sonra Mehsəm Karinin hazırda xatırlamadığı mobil nömrəsinə zəng edib bu barədə məlumat vermişdir. Sonradan bir neçə dəfə də X31 pul mübadiləsini davam etdirmişdir. Ümumilikdə isə 2020-ci ilin yanvar ayı ərzində sahiblərini şəxsən tanımadığı adamlar ona məxsus kart hesabına “MilliÖN” ödəniş terminalları vasitəsilə müxtəlif məbləğlər köçürmüşlər. O hər dəfə kartına pul köçürüldükdən sonra Mehsan Kariyə zəng edib "OK" deməklə pulun hesabına köçürüldüyünü bildirmişdir. O təxmini bildirdi ki, həmin pullar narkotik vasitə satışı ilə bağlıdır. Lakin özü şəxsən həmin narkotik vasitələrin satışında iştirak etməmişdir. 13.02.2020-ci il tarixdə idarə etdiyi avtomobildən aşkar olunmuş heroin və tiryəki isə o, bir neçə il əvvəl İranla həmsərhəd ərazidən tapmışdır. Həmin narkotik vasitələri heç kimə satmamış, satmaq niyyəti olmasına baxmayaraq heç vaxt bunu həyata keçirməmişdir. Həmin heroin və tiryəki saxlamağın qanunsuz olduğunu bildiyi üçün onları atmaq niyyəti ilə avtomaşında saxlamışdır. 13 fevral 2020-ci il tarixdə heroin və tiryəki idarə etdiyi avtomobildə gəzdirən zaman Biləsuvar rayonunda Xətai RPİ-nin əməkdaşları onun saxlamışlar. Şübhəli şəxs qismində tutub vəkilin iştirakı ilə avtomobilində axtarış aparılarkən 130 qram tiryək, 525 qram isə heroin aşkar edilərək götürülmüşdür. İdarə etdiyi “Mercedes Benz” markalı avtomobildə keçirilən axtarış zamanı oradan həmçinin ödəniş qəbzləri və plastik kartlar aşkar edilərək götürülmüş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə əməlindən səmimi peşmandır. O, Mehsəm Kari ilə pul mübadiləsi aparan zaman özünə məxsus ifadəsində qeyd etdiyi kartdan istifadə etmiş, lakin kartı itirdiyinə görə mağazada şəriki Kəmalə Teymurovaya, həmçinin xalası oğlu Rəhmana məxsus plastik kartlar olmuş və o, həmin şəxslərin kartından istifadə etmişdir. Həmin şəxslər onun kartları nə üçün istifadə etdiyini bilməmişlər. Həmin protokolun sonunda əlyazma ilə “ifadəmə əlavəm yoxdur. Qeyd etmək istəyirəm ki, avtomaşından aşkar edilmiş narkotik vasitələr mənim deyildir. İmzamla təsdiq edirəm, İmza ... Hüseynov” qeyd edilmiş və protokol həm Təqsirləndirilən şəxs1, həm də müdafiəçi Əli Hüseynov tərəfindən imzalanmışdır. (cild 01, iş vər. 163-165) Məhkəmə-xətşünaslıq ekspertizası üzrə 03 mart 2021-ci il tarixli, 4/138 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş cinayət işinin birinci cildinin 163- 165-ci vərəqlərində olan 15 fevral 2020-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolun 1-2-ci vərəqlərindəki 6 ədəd imza və 3-cü vərəqində “Hüseynov” soyadı qarşısındakı imza öz aralarında - eyni şəxs Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. Göründüyü kimi sözügedən protokol tərtib edilən zaman həm təqsirləndirilən şəxs, həm də müdafiəçisi iştirak etməklə protokolu imzalamış, Təqsirləndirilən şəxs1 isə qeyd olaraq yalnız avtomobildən aşkar edilmiş narkotik vasitələrin onun olmadığını bildirmişdir. Həmin ifadənin məzmunundan isə müəyyən edildiyi kimi Təqsirləndirilən şəxs1 Mehsan Kari adlı şəxslə münasibətləri məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi kimi borc pulların yığılması ilə bağlı yox, məhz Təqsirləndirilən şəxs1 məlumatlı olması ilə həmin şəxsin narkotik vasitələrin dövriyyəsi ilə bağlı ödənilməli olan pulların onun özünə məxsus kart hesabına köçürülməsi və onun da bu barədə həmin şəxsə təsdiqedici məlumat verməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası göstərilən xüsusatın məntiqi təhlilinin davamı olaraq məhz Təqsirləndirilən şəxs1 və onun ətrafında olan şəxslərin adlarına olan kartların Təqsirləndirilən şəxs1 sahibliyində olması və onlarla bağlı keçirilmiş əməliyyatların tədqiq edilməli olmasının zəruri olduğunu qeyd edir. Bununla bağlı ilk növbədə vurğulanmalıdır ki, müdafiəçi apellyasiya şikayətində müasir dövrün tələblərinə uyğun olaraq hər kəsin istifadəsində mobil telefonlar, plastik bank hesab kartları olduğunu qeyd edib, köçürmələrin də adi bir hal olduğunu, həmçinin Təqsirləndirilən şəxs2 əldə etdiyi narkotik vasitənin ödənişinin Təqsirləndirilən şəxs1 məxsus **********593017 nömrəli "xxxx" hesab kartına köçürülməsinin təsadüfi rəqəm səhvi nəticəsi ola biləcəyini vurğulamışdır. Məhkəmə kollegiyası iş materiallarında olan Təqsirləndirilən şəxs2 mobil telefonundan müəyyən edilmiş danışıqları zamanı sonuncuya rəqəmlə hesab nömrəsinin deyil, məhz Təqsirləndirilən şəxs1 məxsus **********593017 nömrəli "xxxx" hesab kartının vizual olaraq göründüyü fotoşəkilin göndərildiyi müəyyən edilməsi hadisələrin müdafiəçinin təsvir etdiyi kimi təsadüfi rəqəm səhvinin mövcudluğunu istisna edir. Bundan başqa qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsinə məhkəmə iclası zamanı ifadəsində və verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, İran vətəndaşı olan Xalid ilə al-ver etmiş, İranda ona pul borcu olan şəxslərə tapşırmışdır ki, həmin pulları qeyd etdiyi iranlıya versinlər. O, iranlı Xalidə hər 1.000 manata görə 5 manat qazanc vermişdir. İranlı Xalidə Azərbaycanda pul borclu olan şəxslər də həmin şəxsə çatdırması üçün pulları ona vermiş, Xalid də ona hər 1.000 manata görə 5 manat qazanc vermişdir. Onun hesab nömrəsinə pul məbləğləri köçürülmüş, lakin istintaq zamanı həmin pulların kim tərəfindən köçürülməsi müəyyən edilməmiş, həmin şəxslər dindirilməmişdir. Onun plastik kartına müxtəlif məbləğlərdə pul daxil olub, həmin pullar dükanında etdiyi al-verdən əldə edilən pullar olmuş, bu səbəbdən də kartına dəqiq olaraq kim tərəfindən pul köçürüldüyünü bilməmişdir. Hal-hazırda da ona borclu olan şəxslər kart hesabına pul göndərirlər. Təqsirləndirilən şəxs2 tərəfindən ona pul göndərilmiş, İbrahim bu barədə çekin şəklini də Telman Ağayev adlı şəxsə göndərmişdir. Bu hadisəyə qədər Təqsirləndirilən şəxs2 tanımamışdır. Avtomobilimdən aşkar edilmiş 2.100 manat pul ticarətlə məşğul olarkən qazandığı pul olmuşdur. “Maddi sübutlara baxış keçirilməsi haqqında” 22.02.2020-ci il tarixli protokoldan görünür ki, Xətai PRİ-nin İŞ-nin müstəntiqi Şahid8 tərəfindən digər bir nəfər polis əməkdaşı və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə 13.02.2020-ci il tarixdə Biləsuvar rayonunda şübhəli şəxs Təqsirləndirilən şəxs1 idarə etdiyi "Mercedes-Benz E320" markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobildə və yaşadığı Biləsuvar rayonu Babək küçəsi ev 15-də keçirilmiş axtarış istintaq hərəkəti zamanı iş üzrə sübut əhəmiyyətli kəsb etdiyi üçün götürülmüş əşyalara Xətai RPİ-nin inzibati binasının 206 saylı xidməti otağında baxış istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə, 13.02.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 idarə etdiyi "Mercedes benz E320" markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş sənədlərə baxış keçirilməyə başlanmış, götürülən əşyalar arasında 5 ədəd "E-manat", 4 ədəd isə "Milli-Ön" elektron ödəmə terminalları vasitəsi ilə köçürülən pul əməliyyatlarını çekləri olduğu müəyyən edilmişdir. Bunlar 13.02.2020-ci il tarixdə saat 11:30:40-da Biləsuvar rayonu H.Əliyev küçəsində yerləşən "BolMarket"-də olan "Milli-Ön" ödəmə terminalı vasitəsilə H.Eİ.Ollahzade adlı şəxə məxsus *****0499 sonluğu ilə bitən hesab kartına köçürülmüş 3000 ABŞ dolları və 13.02.2020-ci il tarixdə saat 11:33:17-də yenə eyni mağazada olan ödəmə terminalı vasitəsi ilə .Eİ.Ollahzade adlı şəxsə məxsus *****0499 sonluğu ilə bitən hesab kartına 3000 ABŞ dolları köçürülməsi barədə qəbzlərdir. Bundan başqa 13.02.2020-ci il tarixdə saat 17:11:41-də Bakı şəhəri Sulutəpə qəsəbəsi, R.Allahveridyev küçəsində yerləşən "Karvan Market"-də olan "Milli-Ön" ödəmə terminalı vasitəsilə "xxxx" xidmətinin **********01944115 saylı müqavilə nömrəsinə ödənilmiş 500 AZN barədə; yenə eyni ünvanda olan E-Manat ödəmə terminalı vasitəsilə X13 məxsus, ****6309 sonluğu ilə bitən hesab kartı nömrəsinə ödənilmiş 4000 AZN barədə qəbzlərdir. Bundan başqa Bakı şəhəri M.Xiyabani küçəsi 77B-də yerləşən "ARMO market"-də olan E-Manat ödəmə terminalı vasitəsilə 53xxxx6303 olan hesab kartına 13.02.2020-ci il tarixdə saat 19:10:16-da 2000 AZN; saat 19:15:05-də 2000 AZN; saat 19:15:02-də 2000 AZN; saat 19:16:34-də 2000 AZN; saat 19:18:21-də 2000 AZN köçürülməsi barədə olan qəbzlərdir. Bundan başqa avtomobildən aşkar olunan sənədlər arasında Təqsirləndirilən şəxs1 məxsus "fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməsi" (VÖEN **********), 2019cu ildə keçirilən bələdiyyə seçkilərində müşahidəçi olması barədə vəsiqə, AZE N-******** seriyalı şəxsiyyət vəsiqəsi, AB N-789625 seriyalı sürücülük vəsiqəsi; idarə etdiyi "Mercedes benz E320" markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi vardır. Bundan başqa avtomobildən aşkar olunan sənədlər arasında Elman Ağayev adlı şəxsə məxsus "xxxx" ASC-nin debit kartı; Kəmalə Teymurovaya məxsus şəxsə "xxxx" ASC-nin debit kartı; Pərvanə Mustafazadəyə məxsus "xxxx" ASC nin debit kartı olan cəmi 3 ədəd plastik kartlar vardır. 13.02.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı Biləsuvar rayonu Babək küçəsi ev 15-də keçirilmiş axtarış istintaq hərəkəti zamanı aşkar olunan əşyalar isə "xxxx" tərəfindən verilmiş "Birkart"; Rəhman Əliyevə məxsus "xxxx" ASC-nin debit kartı; Təqsirləndirilən şəxs1 məxsus 2018-ci il tarixli "xxxx" ASC-nin debit kartı; Məhbubə Əliyevaya məxsus "xxxx" ASC-nin debit kartı; Kəmalə Teymurovaya məxsus 2018-ci il tarixli "xxxx" ASC-nin debit kartı; və **********075807 saylı "xxxx" ASC-nin qızıl debit kartı vardır. Təqsirləndirilən şəxs1 məxsus əşyalar arasında götürülmüş mobil telefonlardan yalnız ikisinin "Samsung" markalı mobil telefonların işlək olduğu, içərisindəki mobil nömrələrin isə "Azercell" şirkətinə mənsub ***-***-**-**, ***-***-**-** nömrələri; və "Azerfon" şirkətinə mənsub olan ***-***-**-** və ***-***-**-** nömrələri olduğu müəyyən edildi. Baxış zamanı "Samsung" markalı mobil telefonun albom bölməsindən İmanverdi Hüsyenovun iş üzrə şahid qismində dindirilmiş Pərvanə Mustafazadə ilə birlikdə olan intim videoları da aşkarlanmışdır. Axtarış istintaq hərəkəti zamanı aşkar olunmuş noutbuklardan və digər mobil telefonlardan iş üzrə sübut əhəmiyyəti kəsb edən başqa hallar aşkarlanmamışdır. Baxış istintaq hərəkəti zamanı debit kartlarının fotoşəkilləri çəkilmiş, ödəniş terminalları vasitəsi ilə köçürülən pulların qəbzləri isə A4 formatlı kağıza yapışdırılmış, həmin sənədlər iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün protokola əlavə edilmişdir. (cild 01, iş vər. 198-200) Təqsirləndirilən şəxs1 ifadələrində köçürmələrinin və kart hesablarındakı pulların məhz özünün mağazası üzərindən apardığı biznes fəaliyyəti ilə əlaqədar olması xüsusatı ilə bağlı, sonuncuya məxsus ********** VÖEN nömrəsi (yuxarıda qeyd edildiyi kimi avtomobilə axtarış zamanı aşkar edilmiş "fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməsi"ndən müəyyən edilmişdir) üzrə məlumatlar Elektron məhkəmə informasiya sisteminin verdiyi imkanlardan istifadə edilməklə yoxlanılmışdır. Həmin yoxlama məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs1 həmin VÖEN üzərindən “Biləsuvar rayonu, Biləsuvar, ünvan 15 ünvanı olmaqla, kofe, çay, kako və ədviyyatın pərakəndə satışını həyata keçirən mağazası olmaqla, həmin VÖEN üzrə status “fəaliyyətini müvəqqəti dayandırmış” olaraq təsbit edilmiş, bank hesabları haqqında informasiyalarda isə "xxxx" ASC-nin Biləsuvar rayon filialında olmaqla 1- “AZ15AİİB********************” və “AZ91AİİB********************” cari hesabları vardır. İş materiallarında olan Kapital Bank ASC-nin 157000/2-1777 nömrəli, 15.05.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin bankda aşağıdakı bank hesablarının olduğu müəyyən edilmişdir:

1. **********5923240151 hesab nömrəsi ilə, AZN valyutasında kart hesabı, hesabda qalıq 25057,35 manat;

2. ******************** hesab nömrəsi ilə, AZN valyutasında kart hesabı, hesabda qalıq 0 manat;

3. ******************** hesab nömrəsi ilə, AZN valyutasında kart hesabı, hesabda qalıq 0 manat;

4. 410120A**********151 hesab nömrəsi ilə, AZN valyutasında cari hesabı, hesabda qalıq 9,73 manat;

5. 4104001944********** hesab nömrəsi ilə, AZN valyutasında cari hesabı, hesabda qalı 0 manat;

6. ******************** hesab nömrəsi ilə, USD valyutasında cari hesabı, hesabda qalıq 0 USD. Göründüyü kimi Təqsirləndirilən şəxs1 fəaliyyəti müvəqqəti dayandırmış statusunda olan mağazası üzrə açılmış Bank hesabları, Bankdan əldə edilmiş məlumatlar üzrə yuxarıda qeyd edilən 5 və 6-cı sətirlərdəki hesablar olmaqla, hər iki hesabın balansı 0 olması, Təqsirləndirilən şəxs1 ifadələrində qeyd etdiyi biznes fəaliyyəti ilə bağlı gəlirlərini toplaması və onun hesabına köçürülməsi kimi məlumatların həqiqətə uyğun olmadığı qənaətinə gəlməyə əsas verir. Təqsirləndirilən şəxs2 narkotik vasitənin alışı ilə bağlı 220 manat pulu köçürdüyü Təqsirləndirilən şəxs1 məxsus hesabın isə Təqsirləndirilən şəxs2 mobil telefonuna baxış keçirilərkən müvafiq qəbzin fotoşəklindən (hesab nömrəsi isə **********5****) məhz yuxarıda qeyd edilən 1-ci sətrdə qeyd edilən bank kart hesabı olmaqla, həmin kart hesabının balansında 25.000 manat vəsaitin olması müəyyən edilir. Təqsirləndirilən şəxs1 hadisə günü həm Biləsuvar şəhərində, həm də Bakı şəhərinə gəldikdən sonra müəyyən edilmiş pul köçürmələrinə münasibətdə isə qeyd edilməlidir ki, yuxarıda qeyd edilmiş qəbzlərdən göründüyü kimi Təqsirləndirilən şəxs1 13.02.2020-ci il tarixdə saat 11:30:40-da Biləsuvar rayonu H.Əliyev küçəsində yerləşən "BolMarket"-də olan "Milli-Ön" ödəmə terminalı vasitəsilə H.Eİ.Ollahzade adlı şəxsə məxsus *****0499 sonluğu ilə bitən hesab kartına 3000 ABŞ dolları və 13.02.2020-ci il tarixdə saat 11:33:17-də yenə eyni mağazada olan ödəmə terminalı vasitəsi ilə H.Eİ.Ollahzade adlı şəxsə məxsus *****0499 sonluğu ilə bitən hesab kartına 3000 ABŞ dolları köçürmüş, 13.02.2020-ci il tarixdə saat 17:11:41-də Bakı şəhəri Sulutəpə qəsəbəsi, R.Allahveridyev küçəsində yerləşən "Karvan Market"-də olan "Milli-Ön" ödəmə terminalı vasitəsilə "xxxx" xidmətinin **********01944115 saylı müqavilə nömrəsinə 500 AZN; yenə eyni ünvanda olan E-Manat ödəmə terminalı vasitəsilə X13 məxsus, ****6309 sonluğu ilə bitən hesab kartı nömrəsinə 4000 AZN köçürmüşdür. Bundan başqa Bakı şəhəri M.Xiyabani küçəsi 77B-də yerləşən "ARMO market"-də olan E-Manat ödəmə terminalı vasitəsilə 53xxxx6303 olan hesab kartına cəmi 08 dəqiqə ərzində, yəni 13.02.2020-ci il tarixdə saat 19:10:16-da, saat 19:15:05-də, saat 19:15:02-də, saat 19:16:34-də, saat 19:18:21-də olmaqla, hər dəfə 2000 manat, ümumilikdə 10.000 manat məbləğində pul köçürmüşdür. Məhkəmə kollegiyası artıq Təqsirləndirilən şəxs1 ticarət fəaliyyəti ilə bağlı gəlirlərinin rəsmi sənədlər əsasında 0-a bərabər olduğununun müəyyən edildiyini qeyd etməklə, sonuncunun qanuni fəaliyyətlərdən irəli gələn faktiki gəlirlərinin də bir gün ərzində 6.000 ABŞ dolları və 14500 manat pul köçürməsi edə biləcək səviyyədə olmasına şübhə ilə yanaşır və hesab edir ki, iş üzrə müəyyən edilmiş digər sübutlarla birgə qiymətləndirilən zaman hazırki faktor Təqsirləndirilən şəxs1 pul köçürmələrini məhz narkotik vasitələrin satışı ilə bağlı etmiş olmasına dəlalət edir. Bundan başqa qeyd edilməlidir ki, müdafiəçi apellyasiya şikayətinə əlavəsində artıq apellyasiya şikayətində qeyd etdiyi dəlillərlə yanaşı, Təqsirləndirilən şəxs1 cinayət işi üzrə əlbir olduğu İİR vətəndaşı kimi Mehsən Kari adlı şəxsin, Telman Ağayevin barəsində olan cinayət işi üzrə isə İİR vətəndaşı Şahbuz adlı şəxslə əlbir olmalarının qeyd edildiyini vurğulayıb, məhkəmənin ehtimallar əsasında sübutlara qiymət verdiyini bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 7-ci bəndində qeyd edilmişdir ki, məhkəmə araşdırmaları yalnız məhkəməyə verilən şəxs haqqında aparıldığından hökmdə başqa şəxslərin cinayət törətməkdə təqsirli olmasının göstərilməsi yolverilməzdir. Müttəhimin ittiham olunduğu cinayət hadisəsinin digər iştirakçıları qanunla nəzərdə tutulmuş əsaslarla cinayət məsuliyyətindən azad edilmişlərsə və bu məlumatın müttəhimin cinayət hadisəsində rolu, iştirakı dərəcəsi, əməlinin tövsifi və işin digər mühüm hallarının müəyyən edilməsində əhəmiyyəti varsa, o zaman həmin kənar şəxslər haqqında işin icraatına xitam verilməsi mütləq göstərilməklə, onların cinayət hadisəsində roluna istinad edilə bilər. Başqa şəxslər haqqında cinayət işi qanunda göstərilən əsaslarla ayrı icraata götürülmüşsə, hökmdə həmin şəxslərin familiyaları göstərilmədən, cinayətin başqa şəxslərlə birlikdə törədildiyi qeyd edilir. “Sübutların qiymətləndirilməsi haqqında” 13.07.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini satan, eləcə də Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan X18 və İran İslam Respublikasının vətəndaşı Mehsən Kari barəsində hazırki cinayət işindən bu faktla bağlı yeni cinayət işinin ayrılması qərara alınmışdır. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə” 13.07.2020-ci il tarixli qərarla qeyd edilən cinayət işi ayrılmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 24.08.2020-ci il tarixli qərarla yuxarıda qeyd edilən cinayət işinin ayrılmış olması nəzərə alınmışdır. (cild 03, iş vər. 80-100, 103-105, 218- 239) Məhkəmə kollegiyası hesab edir ki, bir-birindən ayrılmış şəkildə istintaqı aparılmış cinayət işləri üzrə şəxsiyyəti istintaqa dəqiq olaraq məlum olmayan İİR vətəndaşı olan bir şəxsin Azərbaycan Respublikasında yaşayan qabaqcadan əlbir olduğu digər şəxslərə özünü fərqli adlarla təqdim etmiş olmasının elə, cinayətkar qrup tərkibində üzvlərin şəxsiyyətinin istintaq orqanından gizlədilməsi məqsədilə edilmiş bir addımdır. Belə bir fərqliliklərin olması isə həmin şəxsin ayrı-ayrı adamlar olması qənaətinə gəlinməsinə əsas vermir. Həmin şəxsin şəxsiyyətinin müəyyən edilərək istintaqa təqdim edilməsi hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələbləri baxımından məhkəmə baxışının predmeti deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apelyasiya şikayətinin, həmçinin onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavənin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırılmış və bu sübutlar əsasında məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 ittiham olunan əməlləri törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməllərini Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxslərə təyin edilmiş cəza məsələsinə gəlincə, məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onların cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri müvafiq maddələr üzrə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onların şəxsiyyətini səciyyələndirən və cəzalarının yüngülləşdirən və ağırlaşdıran halların olmamasını əsas götürərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həm təqsirli bilindikləri cinayətin ağırlığına, həm də şəxsiyyətlərinə uyğun olan qanuni və ədalətli cəza təyin etmiş və apellyasiya baxışı zamanı onlara təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş şəxslər verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair 15 sentyabr 2021-ci il tarixli, 1(101)-288/2021 nömrəli hökmü qanuni və əsaslı olduğundan məhkum edilmiş şəxslərin və Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 406.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi işin ibtidai araşdırması və ya birinci instansiya məhkəməsində baxış zamanı cinayət prosesi iştirakçılarının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan pozuntuları müəyyən etdikdə xüsusi qərar çıxara bilər. Həmin Məcəllənin 406.3.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış xüsusi qərar müvafiq təsir tədbirlərinin görülməsi üçün müstəntiqlər, təhqiqatçılar və təhqiqat orqanının əməkdaşları barəsində—tabeçiliyindən asılı olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbərinə göndərilməlidir: Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, müstəntiq tərəfindən ibtidai araşdırma müddətində iş üzrə yekun nəticəyə gəlinməsi üçün təsir etməsə də, Təqsirləndirilən şəxs1 hüquqlarının əhəmiyyətli pozulması ilə bağlı yol verilmiş bir neçə prosessual pozuntularla bağlı Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Şahid8 barəsində xüsusi qərar çıxarılaraq aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1, 406 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair 15 sentyabr 2021-ci il tarixli, 1(101)-288/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə (əlavə ilə birlikdə) münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Rəşad Abdulov Hakimlər: Əli Seyfəliyev Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar