Məhkəmə qərarları › İş №1(103)-117/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-117/2024

09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-117/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Əhmədovun sədrliyi və məruzəsi ilə, X8 İbrahimli və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Şahrud Rafiq oğlu Qədirovun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası Məhkəmələrində X4 Şöbəsinin prokuroru X2, Mülki iddiaçı - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndələri X3 və X5, Məhkum Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 1971-ci il tarixdə Ermənistan Res. Razdan rayonu, Axundov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, alı təhsilli, əvvəllər məhkum olunmayan, Bakı şəhəri Sabunçu rayonu, S Cəfərov küçəsi, ev 1, mənzil 32- də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3cü maddəsi ilə məhkum olunmasına dair 21 sentyabr 2023-cü il tarixli, 1(005)-34/2023 saylı hökmündən dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və mülki iddiaçı - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 1(005)- 34/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi və onun üzərində 03 (üç) il sınaq müddəti müəyyən edilməsi, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 880 (səkkiz yüz səksən) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməsi, iş üzrə verilmiş mülki iddianın qismən təmin edilməsi, mülki cavabdeh Təqsirləndirilən şəxs 659.152,54 manat tutulub dövlət büdcəsinə keçirilməsi, qalan hissədə mülki iddianın təmin olunmaması hökm edilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olmaqla hüquqi ünvanı ünvan 2” MMC-nin (VÖEN**********) xx.xx.2015-ci il tarixdən xx.xx.2020- cu il tarixədək olan dövrdə fəaliyyətinə rəhbərlik edərkən, cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirərək, bina tikintisi fəaliyyəti ilə məşğul olub, vergitutma obyekti üzrə vergilərin və sosial sığorta haqlarının hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmış və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin və sosial sığorta haqlarının ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 77.3, 78.1, 82, 103, 104.1, 105.1, 196, 201 və 219.3-cü və Azərbaycan Respublikası “Sosial sığorta haqqında” qanunun 1, 2, 6, 9-1,12, 14-cü maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyərək və təqdim etdiy bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edərək, xüsusilə külli miqdar təşkil edən, 3989644,35 manat məbləğində vergiləri, 169718,77 manat məbləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, o, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 69 saylı sərəncamına əsasən, ünvan 3 ünvanında yerləşən torpaq sahəsində kommersiya məqsədləri üçün, 2016-cı ilin 2-ci rübündə təməli qoyulmuş, yaşayış sahəsi 12464,0 kvadrat metr, qeyri-yaşayış sahəsi 726,0 kvadrat metr olmaqla, ümumi sahəsi 18977,76 kvadrat metr olan 2 girişli, 17 mərtəbəli, 192 mənzilli; Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 167 saylı sərəncamına əsasən, ünvan 4 ünvanında yerləşən torpaq sahəsində kommersiya məqsədləri üçün, 2017-cı ilin 1-ci, 3-cü rüblərində təməli qoyulmuş, yaşayış sahəsi 24513,5 kvadrat metr, qeyri-yaşayış sahəsi 1556,1 kvadrat metr olmaqla, ümumi sahəsi 39963,16 kvadrat metr olan 4 girişli, 17 (16+mansard) mərtəbəli, 352 mənzilli; Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 46 saylı sərəncamına əsasən, Bakı şəhəri Nizami rayonu M.Abbasov küçəsi, 2538-ci məhəllədə yerləşən torpaq sahəsində kommersiya məqsədləri üçün, 2017-cı ilin 4-cü rübündə təməli qoyulmuş, yaşayış sahəsi 17576,48 kvadrat metr, qeyri-yaşayış sahəsi 1021,24 kvadrat metr olmaqla, ümumi sahəsi 27154,68 kvadrat metr olan 3 girişli, 17 mərtəbəli, 240 mənzilli yaşayış binalarına görə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini hesablamalı və hesablanmış vergini bərabər hissələrlə 10 rüb ərzində, sonrakı ayın 20-dən gec olmayaraq, öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödəməli olduğu halda, qeydiyyatda olduğu Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edərək, 2016- cı ilin 2-ci rübü üzrə 308254,95 manat, 2017-ci ilin 1-ci rübü üzrə 444890,88 manat, 3-cü rübü üzrə 900561,08 manat, 4-cü rübü üzrə isə bəyannamə təqdim etməyərək, 1522117,98 manat olmaqla, cəmi 3175824,89 manat; Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-cı il tarixli, 266 saylı sərəncamına əsasən, Bakı şəhəri Xətai rayonu, Nobel prospekti 13 ünvanda yerləşən torpaq sahəsində kommersiya məqsədləri üçün, 2019-cu ilin 3-cü rübündə təməli qoyulmuş, yaşayış sahəsi 4779,0 kvadrat metr, qeyri-yaşayış sahəsi 781,0 kvadrat metr olmaqla, ümumi sahəsi 5560,0 kvadrat metr olan 1 girişli, 18 mərtəbəli, 75 mənzilli və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 175 saylı sərəncamına əsasən, ünvan 6 ünvanda yerləşən torpaq sahəsində, kommersiya məqsədləri üçün 2019-cu ilin 3-cü rübündə təməli qoyulmuş, yaşayış sahəsi 1789,6 kvadrat metr, qeyri-yaşayış sahəsi 2399,80 kvadrat metr olmaqla, ümumi sahəsi 4189,40 kvadrat metr olan 2 girişli, 8-9 mərtəbəli 74 mənzilli yaşayış binalarına görə, cəmi 1122640,20 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini hesablamalı və hesablanmış vergini bərabər hissələrlə 10 (on) rüb ərzində, sonrakı ayın 20-dən gec olmayaraq, öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödəməli olduğu halda, qeydiyyatda olduğu Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim etdiyi bəyannamədə 2019-cu ilin 3-cü rübü üzrə hesablanmış və xx.xx.2019-cu il tarixədək ödənilməli olan 112264,02 manat, xx.xx.2020-ci il tarixədək ödənilməli olan 112264,02 manat, xx.xx.2020-ci il tarixədək ödənilməli olan 112264,02 manat, xx.xx.2020-ci il tarixədək ödənilməli olan 112264,02 manat, xx.xx.2020ci il tarixədək ödənilməli olan 112264,02 manat, xx.xx.2021-ci il tarixədək ödənilməli olan 112264,02 manat olmaqla, cəmi 673584,12 manat, ümumilikdə isə, cəmiyyət üzrə 3849409,01 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, o, cəmiyyətin 2017-ci il üzrə ümumi gəliri 4237288,00 manat, gəlirin əldə edilməsi üçün çəkdiyi xərcləri 3531073,44 manat, vergiyə cəlb edilən ümumi mənfəəti 706214,56 manat, 2016-cı il üzrə cəmiyyətin 5101,75 manat zərəri nəzərə alınmaqla büdcəyə ödənilməli mənfəət vergisi 140222,56 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək, 140222,56 manat mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Vergi orqanına təqdim etdiyi Əmlak vergisi bəyannaməsində cəmiyyətin əsas vəsaitlərinın qalıq dəyərini 2019-cu ilin əvvəlinə 1460,40 manat, ilin sonuna amortizasiya xərcləri nəzərə alınmaqla 1095,30 manat, həmin əsas vəsaitlərə görə hesablanmış əmlak vergisini 12,78 manat göstərməsinə baxmayaraq, 12,78 manat məbləğində əmlak vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Təqsirləndirilən şəxs həmçinin, cəmiyyət adından vergi orqanına təqdim etdiyi 2018-cı ilin 1-ci rübü üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”da cəmiyyətin işçilərinin orta sayını 24 nəfər, onlara ödənilmiş 12759,16 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı məcburi dövlət sosial sığorta haqqını (bundan sonra MDSS) 3189,79 manat göstərməsinə baxmayaraq, 49,18 manat; 2-ci rüb üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatı”nda cəmiyyətin işçilərinin orta sayını 51 nəfər, onlara ödənilmiş 25637,02 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı məcburi dövlət sosial sığorta haqqını 6409,26 manat göstərməsinə baxmayaraq, 5672,56 manat; 3-cü rüb üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatı”nda cəmiyyətin işçilərinin orta sayını 43 nəfər, onlara ödənilmiş 22647,06 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı məcburi dövlət sosial sığorta haqqını 5661,76 manat göstərməsinə baxmayaraq, 5032,56 manat; 2019-cı ilin 4-cü rübü üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatı”nda cəmiyyətin işçilərinin orta sayını 183 nəfər, onlara ödənilmiş 122030,40 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı məcburi dövlət sosial sığorta haqqını 30507,61 manat göstərməsinə baxmayaraq, 30507,61 manat və kameral vergi yoxlaması ilə əlavə hesablanmış 5645,18 manat nəzərə alınmaqla 36152,79 manat olmaqla, cəmi 46907,09 manat məcburi dövlət sosial sığorta haqqı; cəmiyyət adından vergi orqanına təqdim etdiyi 2018-cı ilin 1-ci rübü üzrə “İşsizlik sığortası üzrə rüblük hesabatı”nda cəmiyyətin işçilərinin orta sayını 24 nəfər, onlara ödənilmiş 12759,16 manat əmək haqqında1% dərəcə ilə hesabladığı işsizlikdən sığorta haqqını 127,59 manat göstərməsinə baxmayaraq, 127,59 manat; 2-ci rübü üzrə üzrə “İşsizlik sığortası üzrə rüblük hesabatı”nda cəmiyyətin işçilərinin orta sayını 51 nəfər, onlara ödənilmiş 25637,02 manat əmək haqqından 1% dərəcə ilə hesabladığı işsizlikdən sığorta haqqını 256,37 manat göstərməsinə baxmayaraq, 256,37 manat; 3-cü rübü üzrə üzrə “İşsizlik sığortası üzrə rüblük hesabatı”nda cəmiyyətin işçilərinin orta sayını 43 nəfər, onlara ödənilmiş 22647,06 manat əmək haqqından 1% dərəcə ilə hesabladığı işsizlikdən sığorta haqqını 226,47 manat göstərməsinə baxmayaraq, 226,47 manat; 2019-cı ilin 4-cü rübü üzrə “İşsizlik sığortası üzrə rüblük hesabatı”nda cəmiyyətin işçilərinin orta sayını 183 nəfər, onlara ödənilmiş 122030,40 manat əmək haqqından 1% dərəcə ilə hesabladığı işsizlik sığorta haqqını 1220,32 manat göstərməsinə baxmayaraq, 1220,32 manat olmaqla, cəmi 1830,75 manat məbləğində işsizlikdən sığorta haqqı; 2020-ci ilin 1-ci rübü üzrə “Vahid hesabat”da cəmiyyətin işçilərinin orta sayını 130 nəfər, onlara ödənilmiş 96166,03 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı məcburi dövlət sosial sığorta haqqını 24041,28 manat, 1% dərəcə ilə hesabladığı işsizlikdən sığorta haqqını 961,68 manat göstərməsinə baxmayaraq, 24041,28 manat MDSS və 961,68 manat işsizlikdən sığorta haqqını; 2020-ci ilin 2-ci rübü üzrə “Vahid hesabat”da cəmiyyətin işçilərinin orta sayını 176 nəfər, onlara ödənilmiş 125187,0 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı məcburi dövlət sosial sığorta haqqını 31296,78 manat, 1% dərəcə ilə hesabladığı işsizlikdən sığorta haqqını 1252,54 manat göstərməsinə baxmayaraq, 31296,78 manat MDSS və 1252,54 manat işsizlikdən sığorta haqqını; 2020-ci ilin 3-cü rübü üzrə “Vahid hesabat”da cəmiyyətin işçilərinin orta sayını 166 nəfər, onlara ödənilmiş 119180,45 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı məcburi dövlət sosial sığorta haqqını 29795,19 manat, 1% dərəcə ilə hesabladığı işsizlikdən sığorta haqqını 1191,92 manat göstərməsinə baxmayaraq 29795,19 manat MDSS və 1191,92 manat işsizlikdən sığorta haqqını, 2020-ci ilin 4-cü rübü üzrə “Vahid hesabat”da cəmiyyətin işçilərinin orta sayını 191 nəfər, onlara ödənilmiş 124774,01 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı məcburi dövlət sosial sığorta haqqını 31193,62 manat, 1% dərəcə ilə hesabladığı işsizlikdən sığorta haqqını 1247,92 manat göstərməsinə baxmayaraq 31193,62 manat MDSS və 1247,92 manat işsizlikdən sığorta haqqı olmaqla, cəmi 116326,87 manat MDSS və 4654,06 manat işsizlikdən sığorta haqqını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs xüsusilə külli miqdar təşkil edən, 3989644,35 manat məbləğində vergiləri, 169718,77 manat məbləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı apellyasiya protesti verərək, apellyasiya protestinin təmin edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 1(005)-34/2023 saylı hökmünün ləğv edilməsini, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl edilərək, həmçinin CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilməklə, onun verilmiş ittihamda göstərilən həcmdə vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınması barədə, eləcə də iş üzrə verilmiş mülki iddianın (dövlət büdcəsinə edilmiş ödənişlər nəzərə alınaraq) tam təmin olunaraq, cəzanın həddi ilə bağlı etdiyim təklifə uyğun hədlərdə əsas və əlavə cəzaya məhkum olunması barədə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan mülki iddiaçı - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 1(005)-34/2023 saylı hökmünün qismən - mülki iddianın rədd olunmuş hissəsində ləğv edilərək verilmiş mülki iddia tam təmin edilməsi, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın (vergilərin, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının) ondan tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya Məhkəmələrində X4 Şöbəsinin prokuroru X7 apellyasiya protestinin dəlillərini müdafiə edərək, apellyasiya protestinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, məhkum Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Bununla belə olan ona cəza təyin olunarkən məhkəmə əsassız olaraq Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə azadlıqdan məhrumetmə cəzasını şərti tətbiq etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 1(005)-34/2023 saylı hökmündən verilmiş apellyasiya protestinin təmin olunaraq, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli hökmünün ləv edilməsini, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl edilərək, həmçinin CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilməklə, onun verilmiş ittihamda göstərilən həcmdə vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınması barədə, eləcə də iş üzrə verilmiş mülki iddianın (dövlət büdcəsinə edilmiş ödənişlər nəzərə alınaraq) tam təmin olunaraq, cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə əsas və əlavə cəzaya məhkum olunması barədə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında mülki iddiaçı - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndələri X9 və X12 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun çıxış etməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 1(005)-34/2023 saylı hökmünün qismən - mülki iddianın rədd olunmuş hissəsində ləğv edilərək verilmiş mülki iddia tam təmin edilməsi, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın (vergilərin, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının) ondan tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 hər biri ayrı-ayrılıqda apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, dəymiş zərərdən 1.283.536,13 manat ödəniş etməsini, qalan 6ağır ailə vəziyyətini, ailəsinin yeganə qazanc gətirən üzvü olmasını, ziyanın bir qismini ödəməsini və təyin edilmiş cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2023cü il tarixli, 1(005)-34/2023 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin və mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olduqlarından təmin edilməməsi, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 1(005)-34/2023 saylı hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılması barədə ədalətli və humanist qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb tərəflərin hər birinin ayrı-ayrılqda çıxışlarını dinləyərək hesab edir ki, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-34/2023 saylı 21 sentyabr 2023-cü il tarixli hökmü “verilmiş mülki iddianın qismən təmin edilməsi, mülki cavabdeh Təqsirləndirilən şəxs 659.152,54 manat tutulub dövlət büdcəsinə keçirilməsi, qalan hissədə mülki iddianın təmin olunmaması” hissəsində dəyişdirilməli, mülki iddia qismən təmin edilərək Təqsirləndirilən şəxs 821.871,31 manat (müvafiq hesablama aşağıda verilmişdir) tutulub dövlət büdcəsinə keçirilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2009-cu ilin dekabr ayında "xxxx" MMC-ni təsis etmiş, həmin vaxtdan cəmiyyətin fəaliyyətinə rəhbərlik və nəzarət etmiş, cəmiyyətin hüquqi ünvanı ünvan 7əri, Yasamal rayonu, M.Şərifzadə küçəsi, 571-ci məhəllə, 18 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Cəmiyyət vergi ödəyicisi kimi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır, VÖEN **********dir. Cəmiyyətin rəsmi direktoru onun yaxın qohumu Şahid3 olsa da, sonuncu onun tapşırığına əsasən fəaliyyət göstərmiş, onun tapşırıqları əsasında cəmiyyətin sənədlərini direktor kimi imzalamışdır. Cəmiyyətin fəaliyyətinə həmişə özü rəhbərlik etmiş, kənardan heç kəs cəmiyyətin fəaliyyətinə müdaxilə etməmişdir. Cəmiyyətin əsas fəaliyyəti yaşayış binalarının tikintisindən ibarət olmuşdur. "xxxx" MMC tərəfindən Bakı şəhəri Yasamal rayon icra hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 69 saylı sərəncamına əsasən, ünvan 3 ünvanında yerləşən 1 girişli, 4 mərtəbəli, 40 mənzildən ibarət, qəzalı vəziyyətdə olan yataqxana binasının sökülərək, yerində 2 blokdan ibarət 17 mərtəbəli, 180 mənzilli yaşayış binası və Yasamal rayon icra hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 167 saylı sərəncamına əsasən, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında yerləşən 3 girişli, 5 mərtəbəli, 92 mənzildən ibarət qəzalı vəziyyətdə olan yataqxana binasının sökülərək, yerində 4 girişli, 17 mərtəbəli, 330 mənzilli yaşayış binası inşa edilmişdir. Eyni zamanda Nizami rayon icra hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli sərəncamına əsasən, Bakı şəhəri Nizami rayonu M.Abbasov küçəsi, 2038-ci məhəllədə yerləşən ərazidə, mövcud köhnə yaşayış və qeyri yaşayış binaları sökülərək yerində 3 girişli, 17 mərtəbəli, 200 mənzilli yaşayış binası inşa edilmişdir.Bundan başqa göstərmişdir ki, həmin binalar pilot layihə olaraq tikilmiş, bu binaların tikildiyi ərazidə əvvəllər mövcud olmuş köhnə, yararsız binalardan köçürülmüş sakinlər onlara yeni binalarda təklif olunan mənzil sahələri ilə razı olmadığından, daha artıq mənzil sahələri tələb etdikləri üçün, onlar məcbur olub layihədə nəzərdə tutulduğundan artıq mərtəbə və artıq mənzil sahələri tikmiş, o cümlədən, ünvan 3 ünvanda inşa edilmiş binanın layihə sənədlərində göstərildiyi 16 mərtəbə əvəzinə 17 mərtəbə, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanda inşa edilmiş binanın layihə sənədlərində göstərildiyi 16 mərtəbə əvəzinə 17 mərtəbə (16+mansard), ünvan 8də inşa edilmiş binanın layihə sənədlərində göstərildiyi 14+15 mərtəbə əvəzinə 17 mərtəbə tikmişlər, əlavə mərtəbə tikilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu binaların dayanıqlılığı ilə bağlı müayinələr aparıb müvafiq texniki rəy vermişlər. "xxxx" MMC-tərəfindən həmçinin, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-cı il tarixli, 266 saylı sərəncamına əsasən, Bakı şəhəri Xətai rayonu, Nobel prospekti 13 ünvanda yerləşən torpaq sahəsində, ümumi sahəsi 5560,0 kvadrat metr olan, 1 girişli, 18 mərtəbəli, 75 mənzilli və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 175 saylı sərəncamına əsasən, ünvan 6 ünvanda yerləşən, ümumi sahəsi 4189,40 kvadrat metr olan, 2 girişli, 8-9 mərtəbəli, 74 mənzilli yaşayış binaları inşa edilir. "xxxx" MMC tərəfindən inşa edilən binaların tikintisində istifadə olunan mal materiallar müxtəlif müəssisə, təşkilatlardan və ticarət mərkəzlərindən alınmış, tikinti işləri cəmiyyətin öz işçi qüvvəsi tərəfindən aparılmşdır. Bundan başqa, o göstərmişdir ki, həmin dövrdə maddi çətinlikləri yaranmış, "xxxx" MMC tərəfindən Bakı şəhəri Yasamal, Nizami və Xətai rayonları ərazisində tikilmiş hündürmərtəbəli yaşayış binalarında mənzillərin satışından əldə olunmuş pul vəsaitlərindən vergiləri ödəməli olduğu halda, həmin binalar üzrə satışdan əldə edilmiş pul vəsaitini, həmçinin, həmin binalar üzrə vergilərin ödənilməsi üçün nəzərdə tutulmuş vəsaiti digər yeni binaların tikintisinə və şəxsi xərclərinə sərf etmiş, fikirləşmişdir ki, Pirallahı massivindəki digər binaları tezlikllə tikib təhvil verdikdən sonra əldə edəcəkləri pul vəsaiti ilə bütün vergilərini, o cümlədən, Yasamal, Nizami və Xətai rayonları ərazisində inşa etdikləri binalar üzrə vergilərini ödəyər. Lakin cəmiyyətin maddi çətinlikləri yarandığından tikinti işləri dayanmış, ona görə də,cəmiyyətə hesablanmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəyə bilməmişdir. Vergiləri vaxtında ödəmədiyinə görə tutduğu əməldən peşiman olmuş, indi həmin vergilərin bir hissəsini artıq ödəmiş, cəmiyyətin ödənməmiş qalan vergi borcunu, hissə-hissə olsa da, tam həcmdə ödəməyə çalışacaqdır. İttihama əsasən ona hesablanmış vergi borcu şişirdilmiş oldugundan o məbləglə razı deyil. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1216 saylı rəyinə əsasən gösrətilmiş məbləğlə razıdır. Etdiyi əməldən peşmandır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin dövlət vergi müfəttişi Şahid1 ifadəsində göstərmişdir ki, ********* saylı cinayət işi üzrə "xxxx" MMC-də xx.xx.2015- cu il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrü üzrə dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergi məbləğinin müəyyən edilməsi məqsədi ilə müstəntiqin xx.xx.2020 tarixli qərarəna əsasən mütəxəssis qismində cəlb olunmuş, mütəxəssis araşdırmasının nəticəsinə dair xx.xx.2020-ci il tarixli rəy tərtib etmişdir. Mütəxəsis araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC-də cari bəyannamələrlə hesablanmış, 2017-ci ilin dekabr ayı üzrə 397742,82 manat, 2018-ci ilin fevral ayı üzrə 1678,27 manat, may ayı üzrə 1800,00 manat, noyabr ayı üzrə 9958,47 manat əlavə dəyər vergisi, 2018-ci ilin yanvar-dekabr ayları üzrə 575,46 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, 2018-ci ilin 1 və 2-ci rübləri üzrə 1428,00 manat ödəmə mənbəyində tutulan vergi, 2018-ci il və 2019-cu ilin 1-3-cü rübləri üzrə 17,27 manat əmlak vergisi, səyyar vergi yoxlaması ilə hesablanmış 2017-ci il üzrə 140222,56 manat mənfəət vergisi, 2017-ci ilin 4cü rübü üzrə 132744,16 manat ödəmə mənbəyində tutulan vergi, 2016-cı ilin 2-ci rübü üzrə 531771,80 manat, 2017-ci ilin 1-ci rübü üzrə 718531,76 manat, 3-cü rübü üzrə 1233111,16 manat və 4-cü rübü üzrə 1963636,10 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi olmaqla, ümumilikdə, xüsusilə külli miqdar təşkil edən 5133227,83 manat məbləğində vergilər hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı "xxxx" MMC tərəfindən Yasamal rayonu, İsfəndiyar Zülalov küçəsi 19 ünvanda 2 girişli, 16 mərtəbəli, 180 mənzilli olmaqla, ümumi sahəsi 17949,00 kvadrat metr, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanda 4 girişli, 16 mərtəbəli, 330 mənzilli olmaqla, ümumi sahəsi 37832,85 kvadrat metr, ünvan 8 ünvanında 3 girişli, 14- 15 mərtəbəli, 200 mənzilli olmaqla, ümumi sahəsi 23470,80 kvadrat metr olan yaşayış binasının tikintisi işləri aparıldığı müəyyən edilmişdir. Lakin, istintaq zamanı cəlb olunmuş tikinti sahəsi üzrə mütəxəssisin xx.xx.2020-ci il tarixli rəyinə əsasən "xxxx" MMC tərəfindən ünvan 3 ünvanda inşa edilmiş binanın 16 mərtəbəli deyil, 17 mərtəbəli olmaqla, ümumi sahəsinin 18977,76 kvadrat metr, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanda inşa edilmiş binanın 16 mərtəbəli deyil, 17 mərtəbəli olmaqla, ümumi sahəsinin 39963,16 kvadrat metr, ünvan 8 ünvanında inşa edilmiş binanın 14-15 mərtəbəli deyil, 17 mərtəbəli olmaqla, ümumi sahəsinin 27154,68 kvadrat metr olduğu müəyyən edilmişdir. Araşdırma zamanı göstərilən- xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi nəzərə alınmaqla müəyyən olundu ku, vergi ödəyicisinin 2015-ci ildə fəaliyyəti olmamış, 2016-cı ili 5101,75 manat zərərlə başa vurması təsdiq edilmişdir. 2017-ci il üzrə müəssisə tərəfindən əldə edilmiş 4237288,00 manat gəlirə (xərcləri təsdiq edən sənədlər təqdim edilmədiyindən) Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən şərti rentabellik tətbiq edilməklə və əvvəlki ilin zərəri nəzərə alınmaqla 140222,56 ((4237288,00 / 120 x 20 - 5101,75) x 20%) manat mənfəət vergisi hesablanmışdır. Həmçinin, xx.xx.2020-ci il tarixli mütəxssis rəyinə əsasən müəssisə tərəfindən Bakı şəhərinin Yasamal və Nizami rayonlarında tikilən binaların faktiki tikinti sahələri nəzərə alınmaqla, Yasamal rayonu, İsfəndiyar Zülalov küçəsi 19 ünvanda tikilən binaya görə əlavə olaraq 1028,79 (Mütəxəssis rəyi ilə müəyyən olunmuş ümumi sahə 18977,76 kv.m. - SVY zamanı müəyyən edilmiş ümumi sahə 17949,00 kv.m.) kvadrat metr sahə üçün, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanda tikilən binaya görə əlavə olaraq 2130,31 (Mütəxəssis rəyi ilə müəyyən olunmuş ümumi sahə 39963,16 kv.m. - SVY zamanı müəyyən edilmiş ümumi sahə 37832,85 kv.m.) kvadrat metr sahə üçün və ünvan 8 ünvanında tikilən binaya görə əlavə olaraq 3683,88 (Mütəxəssis rəyi ilə müəyyən olunmuş ümumi sahə 27154,68 kv.m. - SVY zamanı müəyyən edilmiş ümumi sahə 23470,80 kv.m.) kvadrat metr sahə üçün, cəmi 554278,95 ((1028,79 + 2130,31 + 3683,88) x 81,00 = 6842,95 x 81) manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə əlavə vəsait hesablanmışdır. Eyni zamanda səyyar vergi yoxlaması ilə hesablanmış 3451067,91 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə əlavə vəsait təsdiq olunmuşdur. Bundan başqa araşdırma zamanı səyyar vergi yoxlaması ilə müəssisəyə hesablanmış 140222,56 manat mənfəət vergisi və 132744,16 manat ödəmə mənbəyində tutulan vergi təsdiq edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət idarəsinin 3-cü şöbəsinin dövlət vergi müfəttişi Şahid2 ifadə verərkən göstərmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MMC üzrə “Cinayət tərkibi yaradan borcların araşdırılmasının nəticəsinə dair xx.xx.2020, xx.xx.2020 və xx.xx.2021-ci il tarixli Aktlar tərtib etmişdir. Cəmiyyətin vergi borcunun araşdırılması zamanı müəyyən edilmişdir ki, cəmiyyətin xx.xx.2020-ci il tarixə 433895,721 manat vergi borcu olmuş, həmin borc cəmiyyətin vergi orqanına təqdim etdiyi cari bəyannamələr üzrə hesablanmış, 2017-ci ilin 3-cü rübü üzrə 278539,04 manat, 2019-cu ilin 3-cü rübü üzrə 112264,02 manat BTFSV; 2019-cu ilin 4-cü rübü üzrə muzdlu işlə işləyənləri işə götürən sığorta edənlərın sığorta haqqı 1220,32 manat, 2018-ci ilin 1-ci, 2-ci və 3-cü rübləri üzrə işsizlik sığortasına cəlb olunan hüquqi şəxslərin sığorta haqqı 610,43 manat, 2018-ci ilin 1-ci, 2-ci və 3-cü rübləri üzrə MDSS 10754,30 manat, 2019-cu ilin 4-cü rübü üzrə MDSS 30507,61 manat olmaqla, cəmi 433895,72 manat məbləğində vergi və sossial sığorta haqqından ibarət olmuşdur. Cəmiyyətin xx.xx.2020-ci il tarixli Akt üzrə vergi borcu 430989,41 manat olmuş, həmin borc cəmiyyətin vergi orqanına təqdim etdiyi cari bəyannamələr üzrə hesablanmış, 2019cu ilin 3-cü rübü üzrə 336792,06 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi (hər dəfə 112264,02 manat olmaqla xx.xx.2020, xx.xx.2020 və xx.xx.12020-ci il tarixlərdə ödənilməli olan); 2019-cu il üzrə 12,78 manat hüquqi şəxsin əmlak vergisi; 2020-ci ilin 1-ci rübü üzrə 24041,28 manat, 2-ci rübü üzrə 31296,78 manat, 3-cü rübü üzrə 29795,19 manat məcburi dövlət sosial sığorta haqqı; 2020-ci ilin 1-ci rübü üzrə 961,68 manat, 2-ci rübü üzrə 1252,54 manat, 3-cü rübü üzrə 1191,92 manat işsizlikdən sığorta haqqı; həmçinin, kameral vergi yoxlaması ilə hesablanmış, 2019-cu ilin 4-cü rübü üzrə 5645,18 manat məcburi dövlət sosial sığorta haqqı olmaqla, ümumilikdə, 430989,41 manat vergi məbləğindən ibarət olmuşdur. 2019-cu ilin 3-cü rübü üzrə hesablanmış 336792,41 manat bina tikintisi fəaliyyəti ilə əlaqədar sadələşdirilmiş vergilər "xxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu, Nobel pr 13, (F.Bayramov, A.Cəlilov və A.İsmayılov küçələrinin kəsişməsi) və ünvan 9 ünvanlarında tikdiyi yaşayış binalarına aiddir. Cəmiyyətin xx.xx.2021- ci il tarixli Aktı üzrə vergi borcu isə 144705,56 manat olmuş, həmin borc cəmiyyətin vergi orqanına təqdim etdiyi cari bəyannamələr üzrə hesablanmış, 2019-cu ilin 3-cü rübü üzrə 112264,02 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi, 2020-ci ilin 4-cü rübü üzrə 1247,92 manat işsizlikdən sığorta və 31193,62 manat məcburi dövlət sosial sığorta haqlarından ibarət olmuşdur. Həmin Aktlar tərtib olunmazdan əvvəl vergi ödəyicisinə vergi borcu materiallarının birgə araşdırılması barədə rəsmi məlumatlar verilmiş, lakin müəssisənin rəhbəri üzürlü səbəb olmadan çağırışlara gəlməmiş, ona görə də "xxxx" MMC üzrə “Vergi borclarının ödənilməməsinin araşdırılması nəticələrinə dair» xx.xx.2020, xx.xx.2020 və xx.xx.2021-ci il tarixli Aktlar tərtib olunaraq vegi ödəyicisinin ünvanına göndərilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 Ağabala oğlu ifadəsində göstərmişdir ki, həmin cəmiyyət 2009-cu ilin dekabr ayında Təqsirləndirilən şəxs tərəfindən təsis olunmuş, cəmiyyətin direktoru Şahid3 olsa da, cəmiyyətin bütün fəaliyyətinə Təqsirləndirilən şəxs rəhbərlik edir. "xxxx" MMC tərəfindən Yasamal rayonu, İsfəndiyar Zülalov küçəsi 19 ünvanda 2 girişli, 17 mərtəbəli, 180 mənzilli yaşayış binasının tikintisi başa çatdırılmış, ünvan 10 ünvanda 4 girişli, 17 mərtəbəli, 330 mənzilli yaşayış binasının tikitisi başa çatmaq üzrədir, ünvan 11 ünvanında 3 girişli, 17 mərtəbəli, 200 mənzilli yaşayış binasının tikintisi başa çatmışdır. Pirallahı rayonu İcra Hakimiyyəti ilə bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən yeni yaşayış massivində bir neçə yaşayış binasının tikintisi işləri başa çatdırılmışdır. Həmçinin, cəmiyyət tərəfindən Bakı şəhəri Xətai rayonu, Nobel prospekti 13 ünvanda yerləşən torpaq sahəsində ümumi sahəsi 5560,0 kvadrat metr olan 1 girişli, 18 mərtəbəli, 75 mənzilli və ünvan 6 ünvanda yerləşən, ümumi sahəsi 4189,40 kvadrat metr olan 2 girişli, 8-9 mərtəbəli 74 mənzilli yaşayış binaları inşa edilir. Binaların tikintisində istifadə olunan mal materiallar müxtəlif müəssisə və təşkilatlardan və ticarət mərkəzlərindən alınmış, baş mühəndis kimi tikintidə lazım olam mal material barədə cəmiyyətin ofisinə sifariş vermiş, həmin sifarişə uyğun olaraq mal materiallar cəmiyyət tərəfindən alınıb obyektlərə göndərilmişdir, tikinti işləri cəmiyyətin öz işçi qüvvəsi ilə aparılmış, tikinti obyektlərində işin həcmindən asılı olaraq obyektlərə əlavə işçilər cəlb olunmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid8 Mirhadi oğlu ifdəsində göstərmişdir ki, rəhbərlik etdiyi "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 12liyev prospektində yerləşən “Çinar Plaza” və “Sahil Plazada” yerləşir, cəmiyyətin satış mərkəzi və anbarı Bakı şəhəri Dərnəgül bazarında yerləşir, cəmiyyət əsasən Rusiya, Türkiyə və İrandan müxtəlif adda və çeşiddə tikinti materiallarının idxalı və satışı ilə məşğul olur. "xxxx" MMC onların müştərilərindən biri olmuş, "xxxx" MMC-nin rəsmi direktoru Şahid3 olsa da, cəmiyyətin fəaliyyətinə faktiki olaraq Təqsirləndirilən şəxs rəhbərlik edir. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən xx.xx.2017-ci il tarixdə 176999,29 manat (ƏDV 26999,89), xx.xx.2018-ci il tarixdə isə 589999,41 manat (ƏDV 89999,91) məbləğində əməliyyatlar aparılmış, həmin əməliyyatlar zamanı "xxxx" MMC tərəfindən "xxxx" MMC-nə 3214,27 kub metr taxta satılmış, taxta materialı ümumi razılaşmaya əsasən onların tikinti obyektlərinə daşınmış və alıcı tərəfin nümayəndəsinə təhvil verilmişdir. Lakin, "xxxx" MMC-nə satdıqları 649998,50 (ƏDV-siz) manat dəyərində malın yalnız 399008,50 manatı onlara ödənilmiş, 250000,0 manatı ödənilməmişdir. Bu günədək dəfələrlə "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxslə telefon danışıqları və üzbəüz görüşləri olmasına baxmayaraq Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələrlə malın pulunu bu günədək tam həcmdə ödəməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində çağırılmış Şahid3, Şahid4, Şahid6 və Şahid7 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyun 2020-ci il tarixli, 9/908 saylı rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstırilənlər nəzərə alınmaqla səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə 11187,18 manat məbləgində ƏDV-nin artıq hesablanması və 2017-ci il üzrə 140222,56 manat məbləgində mənfəət vergisinin 2017-ci ilin 1-ci, 2-ci və 4-cü rübləri üzrə isə 677653,12 manat məbləgində bina tikintisi fəaliyyəti ilə məşgul olan şəxslərin sadələşdirilmiş vergisinin dövlət büdcəsinə az hesanlanması müəyyən olunur.(ekspertiza xərci 145 manat təşkil edir.) İş materiallarında olan məhkəmə-mühasibat ekspertizasının xx.xx.2021-cu il tarixli, 9/4515 saylı rəyindən görünür ki, "xxxx" MMC-də cari bəyannamələrlə hesablanmış, 2019cu ilin 3-cü rübü üzrə 112264,02 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi, 2020-ci ilin 4-cü rübü üzrə 1247,92 manat işsizlikdən sığorta və 31193,62 manat məcburi dövlət sosial sığorta haqları olmaqla, ümumilikdə, 144705,56 manat məbləğində vergilər, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları dövlət büdcəsinə ödənilməkdən yayındırılmışdır. (ekspertiza xərci 145 manat təşkil edir.) İş materiallarında olan məhkəmə-mühasibat ekspertizasının xx.xx.2020-cu il tarixli, 9/2396 saylı rəyindən görünür ki, "xxxx" MMC-nin fəaliyyəti üzrə dövlət büdcəsinə ödənilməli olan vergi, işsizlikdən sığorta və məcburi dövlət sığorta haqqı 433.895,72 manat məyyən olunur. (ekspertiza xərci 145 manat təşkil edir.) İş materiallarında olan məhkəmə-mühasibat ekspertizasının xx.xx.2020-ci il tarixli 9/2878 saylı rəyi ilə "xxxx" MMC tərəfindən 11187,18 manat ƏDV-nin artıq hesablanması və 2017-ci il üzrə 140222,56 manat məbləğində mənfəət vergisinin, 2017-ci ilin 1-ci, 2-ci və 4-cü rübləri üzrə 3009549,87 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin dövlət büdcəsinə az hesablanması müəyyən edilmişdir. (ekspertiza xərci 100 manat təşkil edir.) İşdə olan məhkəmə-mühasibat ekspertizasının xx.xx.2021-cu il tarixli, 9/1444 saylı rəyindən görünür ki, "xxxx" MMC-də cari bəyannamələrlə hesablanmış 2019-cu ilin 3-cü rübü üzrə 336792,06 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi; 2019-cu il üzrə 12,78 manat hüquqi şəxsin əmlak vergisi; 2020-ci ilin 1-ci rübü üzrə 24041,28 manat, 2-ci rübü üzrə 31296,78 manat, 3-cü rübü üzrə 29795,19 manat məcburi dövlət sosial sığorta haqqı; 2020-ci ilin 1-ci rübü üzrə 961,68 manat, 2-ci rübü üzrə 1252,54 manat, 3-cü rübü üzrə 1191,92 manat işsizlikdən sığorta haqqı; həmçinin, kameral vergi yoxlaması ilə hesablanmış 2019-cu ilin 4-cü rübü üzrə 5645,18 manat məcburi dövlət sosial sığorta haqqı olmaqla, ümumilikdə, 430989,41 manat məbləğində vergi və sosial sığorta haqları dövlət büdcəsinə ödənilməkdən yayındırılmışdır. (ekspertiza xərci 145 manat təşkil edir.) Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun “ünvan 13 ünvandakı çoxmərtəbəli yaşayış binalarının A blokunun 15, 16, mansard və texniki mərətəbələrinin (lift maşın şöbəsi), B blokunun 16, mansard və texniki mərətəbələrinin (lift maşın şöbəsi) müayinəsi haqqında Texniki rəyi”ndə çoxmərtəbəli yaşayış binalarının layihəyədən kənarçıxmalarla inşa edildiyi, lakin, binaların konstruktiv elementlərində qüsurlara rast gəlinmədiyi göstərilmişdir. Bakı şəhəri Sabunçu RİHB Pirşağı qəsəbəsi üzrə nümayəndəliyinin 2022-ci il tarixli Təqsirləndirilən şəxs barəsində vermiş olduğu xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair heç bir məlumat yoxdur. Mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mülki cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MMC-də xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il olan dövrdə 3989644,35 manat məbləğində vergilər və 169718,77 manat məbləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinə ödənilməkdən yayındırılması ilə əlaqədar olaraq qeyd olunan ziyan məbləğinin dövlət büdcəsinə ödənilməsini təmin edilməsi xahiş edilmişdir. (cild 8, vər.98) İş materiallarından görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Hüquq İdarəsinin İddiaçı qismində məhkəmə işlərinin təşkili şöbəsinin baş hüquqşünası X10 18 aprel 2022-ci il tarixli qərarla ********* saylı cinayət işi üzrə mülki iddiaçının nümayəndəsi kimi tanınmışdır. İş materiallarında olan mülki cavabdeh qismində tanımaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinini xx.xx.2022-ci il tarixli, 9/5441 saylı rəyindən görünür k, rəyin göstərilənlərə əsasən səyyar vergi yoxalamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə hesablanmış bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin bir hissəsinin və ödəmə mənbəyində tutulan verginin dövlət büdcəsinə az hesablanmasının düzgünlüyü müəyyən olunmadı. Tədqiqi hissədə göstərilənlər nəzərə, alınmaqla səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə hüquqi şəxs inşaat Konstruksiyaları” MMC tərəfindən aparılmış əməliyyatlara görə 11.187,18 manat məbləğində ƏDV-nin artıq hesablanması və 2017- ci il üzrə 140.222,56 manat məbləğində mənfəət vergisinin, 2017-ci ilin 1-ci, 2-ci və 4-cü rübləri üzrə isə 1.110.694,81 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin az hesablanması müəyyən olunur. Həmçinin qeyd edilir ki, tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdən sonrakı dövrdə vergi ödəyicisinin ünvan 14 ünvanda yerləşən torpaq sahələrində 2019-cu ilin 3-cü rübündə təməli qoyulmuş yaşayış və qeyri yaşayış sahələrinə görə 673.584,12 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə borcunun olması müəyyən olunur. Eyni zamanda qeyd edilir ki, iş materiallarından (ittiham aktına əlavə edilmiş arayış və s.) göründüyü kimi, mülki iddia məbləğindən 1.276.536,13 manat məbləği dövlət büdcəsinə ödənilmişdir. Göstərilənlərdən əlavə qeyd edilir ki, bütün yuxarıda qeyd edilənlərə əsasən vergi ödəyicisinin şəxsi hesab vərəqəsində düzgün azalma verilməməsi müəyyən olunur. (ekspertiza xərci 100 manat təşkil edir.) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1216 saylı rəyinin nəticə hissəsində qeyd olunur ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxalamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə hesablanmış bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin bir hissəsinin və ödəmə mənbəyində tutulan verginin dövlət büdcəsinə az hesablanmasının düzgünlüyü müəyyən olunmadı. Tədqiqi hissədə göstərilənlər nəzərə alınmaqla səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə hüquqi şəxs "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə 11.187,18 manat məbləğində ƏDV-nin artıq hesablanması və 2017- ci il üzrə 140.222,56 manat məbləğində mənfəət vergisinin, 2017-ci il üzrə 1-ci, 2-ci və 4-cü rübləri üzrə isə 1.110.694,81 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin az hesablanması müəyyən olunur. Həmçinin qeyd edilir ki, tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi döyrdən sonrakı dövrdə vergi ödəyicisinin ünvan 14 ünvanda yerləşən torpaq sahələrində 2019-cu ilin 3-cü rübündə təməli qoyulmuş yaşayış və qeyri yaşayış sahələrinə görə 673.584,12 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə borcunun olması müəyyən olunur. Eyni zamanda qeyd edilir ki, iş materiallarından (ittiham aktına əlavə edilmiş arayış və s.) göründüyü kimi, mülki iddia məbləğindən 1.276.536,13 manat məbləği dövlət büdcəsinə ödənilmişdir. Göstərilənlərdən əlavə qeyd edilir ki, bütün yuxarıda qeyd edilənlərə əsasən vergi ödəyicisinin şəxsi hesab vərəqəsində düzgün azalma verilməməsi müəyyən olunur. İş materiallarından görünür ki, məhkəmə tərəfindən mülki iddiaçının vəsatəti təmin edilərək hazırkı təkrar məhkəməmühasibat ekspertizası təyin edilmişdir. Hazırkı ekspertiza üzrə ekspert qarşısında "xxxx" MMC tərəfindən inşa edilən binalarda müəyyən edilən layihə sənədlərində göstəriləndən artıq olan mərtəbələr, aparılmış istintaqla hər bina üzrə təsdiq edilmiş sahələr, eyni zamanda pilot layihə üzrə sakinlərə ödənişsiz verilmiş sahələr, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən məhkəmə- mühasibat ekspertizasının xx.xx.2020-ci il tarixli 9/2878 saylı, xx.xx.2020-ci il tarixli, 9/2396 saylı, xx.xx.2021-ci il tarixli, 9/1444 saylı və xx.xx.2021-ci il tarixli, 9/4515 saylı rəyləri nəzərə alınmaqla səyyar vergi yoxlaması ilə əhatə olunan dövrdə yəni, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi nə qədər təşkil edir sualı qoyulmuşdur. Bununla bağlı yəni hazırkı ekspert qarşısında qoyulan sualla bağlı qeyd edilir ki, İnşaat Konstruksiyaları” MMC tərəfindən inşa edilən binalarda müəyyən edilən layihə sənədlərində göstəriləndən artıq olan mərtəbələr, aparılmış istintaqla hər bina üzrə təsdiq edilmiş sahələr, eyni zamanda pilot layihə üzrə sakinlərə ödənişsiz verilmiş sahələr, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən məhkəmə-mühasibat ekspertizasının xx.xx.2020-ci il tarixli 9/2878 saylı, xx.xx.2020-ci il tarixli, 9/2396 saylı, xx.xx.2021-ci il tarixli, 9/1444 saylı və xx.xx.2021-ci il tarixli, 9/4515 saylı rəyləri nəzərə alınmaqla yoxlanılan dövrdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin hansı məbləğdə olması iş materiallarında olan sənədlərdə (ittiham aktı və s.) öz əksini tapmışdır. Yəni vergi orqanı tərəfindən sualda göstərilənlər nəzərə alınaraq müəssisəyə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə hesablama aparılmış və həmin hesablamalar iş naterialalarında olan ittiham aktında öz əksini tapmamışdır. (ekspertiza xərci 100 manat təşkil edir.) Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş ekspert X11 iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 9/1216 saylı rəyi müdafiə edərək cinayət işi üzrə təqdim olunmuş sənələrə əsasən hüquqi şəxs inşaat Konstruksiyaları” MMC tərəfindən aparılmış əməliyyatlara görə 11.187,18 manat məbləğində ƏDV-nin artıq hesablanması və 2017-ci il üzrə 140.222,56 manat məbləğində mənfəət vergisinin, 2017-ci ilin 1-ci, 2-ci və 4-cü rübləri üzrə isə 1.110.694,81 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin az hesablanması müəyyən olunması, həmçinin tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdən sonrakı dövrdə vergi ödəyicisinin ünvan 14 ünvanda yerləşən torpaq sahələrində 2019-cu ilin 3-cü rübündə təməli qoyulmuş yaşayış və qeyri yaşayış sahələrinə görə 673.584,12 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə borcunun olması müəyyən olunmuşdur. Eyni zamanda iş materiallarından göründüyü kimi, mülki iddia məbləğindən 1.276.536,13 manat məbləği dövlət büdcəsinə ödənilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş ekspert X14 iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 9/1216 saylı rəyi müdafiə etmişdir. Birinci instansiya məhkəməsi, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsinə əsasən, bu Məcəllənin 213.1 və 213.2.1-ci maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə —üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd: Bu maddədə “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icb ari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı törətdiyi əməl Cinayət Məcəlləsinin 213.3cü maddəsi düzgün tövsif edilmiş və o, həmin maddə ilə məsuliyyət daşımalıdır. Birinci instansiya məhkəməsi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə verilmiş ittihama dair isə aşağıdakıları qeyd etmişdir: Birinci instansiya məhkəməsində məhkəmə istintaqında müəyyən edilmişdir ki, istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs xüsusilə külli miqdar təşkil edən, 3989644,35 manat məbləğində vergiləri, 169.718,77 manat məbləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınması kimi ittiham verilmiş, həmin məbləğdən 1276536,13 manatı dövlət büdcəsinə ödənilmişdir, lakin məhkəmə istintaqı zamanı təyin edilmiş təkrar məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/1216 saylı saylı rəyinə əsasən qeyd edilən zərərin məbləği "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə 11.187,18 manat məbləğində ƏDV-nin artıq hesablanması və 2017-ci il üzrə 140.222,56 manat məbləğində mənfəət vergisinin, 2017-ci il üzrə 1-ci, 2-ci və 4-cü rübləri üzrə isə 1.110.694,81 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin az hesablanması müəyyən olunur. Həmçinin qeyd edilir ki, tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdən sonrakı dövrdə vergi ödəyicisinin ünvan 14 ünvanda yerləşən torpaq sahələrində 2019-cu ilin 3-cü rübündə təməli qoyulmuş yaşayış və qeyri yaşayış sahələrinə görə 673.584,12 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə borcunun olması müəyyən olunmuş, eyni zamanda həmin mülki iddia məbləğindən 1.276.536,13 manat məbləği dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə vurulmuş zərərin-mülki iddianın məbləğinin 659.152,54 manat olmasını müəyyən edir.(cəmi 1.935.688,67- 1.276.536,13=659.152,54 manat). Apellyasiya baxışı zamanı təyin edilərək keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 30 avqust 2024-cü il tarixli, 9/2918 saylı ekpert rəyində qeyd edilmişdir ki, birinci-yeddinci sualalr üzrə: rəyin tədqiqi hissəsində göstərildiyi kimi, ekspert qarşısında qoyulan birinci sual və ikinci sualın bir hissəsnidə göstərilənlərlə bağlı bildirilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilən binalarda müəyyən edilən layihə sənədlərində göstəriləndən artıq olan mərtəbələr, aparılmış istintaqla hər bina üzrə təsdiq edilmiş sahələr, eyni zamanda pilot layihə üzrə sakinlərə ödənişsiz verilmiş sahələr, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eksperizası Mərkəzi tərəfindən verilən məhkəmə- mühasibat ekspertizasının 05 noyabr 2020-ci il tarixli, 9/2878 saylı, 04 noyabr 2020-ci il tarixli, 9/2396 saylı, 19 may 2021-ci il tarixli, 9/1444 saylı və 23 iyul 2021-ci il tarixli, 9/4515 saylı rəyləri nəzərə alınmaqla yoxlanılan dövrdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin hansı məbləğdə olması iş materiallarında olan sənədlərdə (ittiham aktı və s.) göstərilmişdir. Yəni, vergi orqanı tərəfindən sualda göstərilənlər nəzərə alınaraq müəssisəyə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə hesablama aparılmış və həmin hesablamalar iş materiallarında olan ittiham aktında öz əksini tapmışdır. Həmçinin bildirilir ki, yuxarıda göstərilənlər 25 iyıln 2023-cü il tarixli, 9/1216 saylı rəydə də qeyd olunmuşdur. Eyni zamanda qeyd edilir ki, iş materiallarından göründüyü kimi, istintaq orqanının təyin etdiyi ekspertizalaıfl üzrə tərtib edilmiş 05 noyabr 020-ci il tarixli 9/2878 sayh, 04 noyabr 2020-ci il tarixli, 9H2396 saylı, 19 may 2021-ci il tarixli, 9/1444 saylı və 23 iyul 2021-cı ıl tarixli, 9/4515 saylı rəylər ekspert qarşısında qoyulan suallar, istintaq orqanının qərarında göstərilənlər və s. nəzərə alınaraq verilmişdir. 29 dekabr 2022-ci il tarixli, 9/5541 saylı rəydə və hazırkı ekspertiza qarşısında qoyulan suallarda (3-7-ci suallar) göstərilənlər, iş materiallarında olan sənədlər (29 dekabr 2022-ci il tarixli, 9/5541 sayli rəydə və hazırkı ekspertiza qarşısında qoyulan 3- 7-cı suallarda göstərilənlərə dair) nəzərə alınmaqla isə aşağıdakılar müəyyən olunur. Tədqiqi hissədə göstərilənlərəlləsasən səyyar vergi yoxalamasının əhatə etdiyi dovr ərzində müəssisə tərəfindəp aparılmış əməliyyatlara görə yoxlama ilə hesablanmış bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin bir hissəsinin dövlət büdcəsinə az hesablanmasının düzgünlüyü müəyyən olunmadı. Hazırkı ekspertiza ilə tədqiqi hissədə göstərilənlər nəzərə alınmaqla səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə hüquqi şəxs "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə 11.187,18 manat məbləğində ƏDV-nin artıq hesablanması və 2017-ci il üzrə 1401222,56 manat məbləğində mənfəət vergisinin, 2017-ci ilin 1-ci, 2-ci və 4-cü rübləri üzrə isə 1.110.694,81 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin az hesablanması müəyyən olunur. Həmçinin qeyd edilir ki, tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdən sonrakı dövrdə vergi ödəyicisinin 2019-cu ildə 12,78 manat məbləğində əmlak vergisi və ünvan 14 ünvanda yerləşən torpaq sahələrində 2019-cu ilin 3-cü rübündə təməli qoyulmus yaşayış və qeyri yaşayış slhələrinə görə 673.584,12 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi uzrə borcunun olması müəyyən olunur. Göstərilənlərlə yanaşı qeyd edilir ki, iş materiallarından (ittiham aktına əlavə edilmiş arayış və s.) göründüyü kimi, mülki iddia məbləğindən 1.276.536,13 manat məbləği dövlət büdcəsinə ödənilmişdir. Bundan əlavə qeyd edilir ki, bütün yuxarıda qeyd edilənlərə əsasən vergi ödəyicisinin şəxsi hesab vərəqəsində düzgün azalma verilməməsi müəyyən olunur. Səkkizinci sual üzrə: təqdiqi hissədə göstərildiyi kimi, təqdim eilmiş ş materiallarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istintaqın əhatə etdiyi dövr üzrə ümumilikdə işsizlikdən sığorta və məcburi dövlət sığorta haqları üzrə borcu 169.718,77 məbləğində müəyyən olunur. İş materiallarına əlavə edilmiş 31 yanvar 2024-cü il tarixli Azərbaycan Beynəlxalq Bankın Yasamal filialı tərəfindən təsdiq olunmuş ödəniş tapşırığına əsasən Təqsirləndirilən şəxs tərəfindən iş uzrə vurulmuş zərərdən 7000(yeddi min) manat da ödəmişdir. Birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmcinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli cinayət işi üzrə toplanmış materiallar, zərərcəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmcinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ücün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir, o, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən-hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X17rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. “Penitersiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə“ Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimaitəhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür.15.2.Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur.15.3.Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.15.4.Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.15.5.Bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 25.1-ci maddəsinə əsasən, birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli, 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.145.3.İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxşı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəllsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsada onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun şəraitdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməklə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafıq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.Həmin Məcəllənin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinin hökmdən xaric edilməsi barədə apellyasiya protestinin dəlillərini əsassız hesab edib qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2, 8, 41.2, 58.1 və 58.3-cü maddələrinin tələblərinə əsasəən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, habelə məhkum edilmiş şəxsin şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət vermiş və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin olunmuş cəzanı şərti tətbiq etməklə əsaslı nəticəyə gəlmişdir. Belə ki, ədalət prinsipini özündə əks etdirən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almış, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirmiş, nəticədə həddindən artıq humanizm nümayiş etdirilməsinə yol verilməmiş və ədalətsiz cəza təyininə gətirib çıxarmamış, təyin olunan cəza Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cəzanı yüngülləşdirən halların cinayəthüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar:1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza, şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59, 61 və 70-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyası hüdudlarında cəzanın məqsədlərini təmin edən azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin digər halları da nəzərə alınaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin hökmdən xaric edilməsi üçün hazırda apellyasiya baxışı zamanı əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır.Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.Həmin Məcəllənini 397.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri buna əsas verərsə, haqlarında apellyasiya verilməyən şəxslərin xeyrinə yekun qərar qəbul etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək, məhkum Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması öz ifadəsi, mülki iddiaçının nümayəndəsinin və şahidlərin məhkəmə iclasında, habelə ibtidai istintaq zamanı verdikləri ifadələri və digər iş materialları ilə sübuta yetirildiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə tövsif edilməsi qənaətinə gəlinmişdir, eləcə də məhkum Təqsirləndirilən şəxs şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən hallar, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsiri, məhkum Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, dəymiş zərərdən 1.276.536,13 manat Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, məhkum Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmışdır, həmin hallar, habelə hazırda apellyasiya icraatı zamanı 7000 manat ödəniş etməsi, yəni iş üzrə cəmi 1.283.536,13 manat dəymiş zərərdən Təqsirləndirilən şəxs tərəfindən odənilməsi nəzərə alınaraq apellyasiya protestinin cəzaya aid hissədə təmin edilməsi üçün qanuni maddi və prosessual əsaslar müəyyən edilməmiş, habelə birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən məhkum Təqsirləndirilən şəxs şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən hallar kifayət nəzərə alınmışdır. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki iddia məsələsini həll edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/2878 saylı. xx.xx.2020-ci il tarixli 9/2396 saylı, xx.xx.2021-cu il tarixli 9/1444 saylı və xx.xx.2021-cu il tarixli 9/4515 saylı rəyləri nəzərə alınmaqla səyyar vergi yoxlaması ilə əhatə olunan dövrdə, yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin ittiham aktında öz əksini tapdığı qeyd edilsə də, birinci instansiya məhkəməsi öz hökmündə xx.xx.2023-cü il tarixli 9/1216 saylı rəyə istinad edərək yayındırılmış məbləğlərin ittiham aktında öz əksini tapmadığını qeyd etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə istintaqı zamanı təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 30 avqust 2024-cü il tarixli, 9/2918 saylı ekpert rəyinə əsasən qeyd edilən zərərin məbləği "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə 11.187,18 manat məbləğində ƏDV-nin artıq hesablanması və 2017-ci il üzrə 140.222,56 manat məbləğində mənfəət vergisinin, 2017-ci il üzrə 1-ci, 2-ci və 4-cü rübləri üzrə isə 1.110.694,81 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin az hesablanması müəyyən olunur. Həmçinin tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdən sonrakı dövrdə vergi ödəyicisinin 2019-cu ildə 12,78 manat məbləğində əmlak vergisi və ünvan 14 ünvanda yerləşən torpaq sahələrində 2019-cu ilin 3-cü rübündə təməli qoyulmus yaşayış və qeyri yaşayış slhələrinə görə 673.584,12 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi uzrə borcunun olması müəyyən olunur. Bundan başqa, təqdiqi hissədə göstərildiyi kimi, təqdim eilmiş ş materiallarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istintaqın əhatə etdiyi dövr üzrə ümumilikdə işsizlikdən sığorta və məcburi dövlət sığorta haqları üzrə borcu 169.718,77 məbləğində müəyyən olunur. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs tərəfindən mülki iddia məbləğindən 1.276.536,13 manat, habelə apellyasiya baxışı gedişatında 7000 manat məbləği dövlət büdcəsinə ödənilmişdir, yəni iş üzrə cəmi 1.283.536,13 manat dəymiş zərərdən Təqsirləndirilən şəxs tərəfindən odənilmişdir. Beləliklə, müvafiq hesablama aparılaraq aşağıdakı nəticə əldə olunur: Mülki iddia 11.187,18+140.222,56+1.110.694,81+12.78+673.584,12+169.718,77cəmi 2.105.407,44 manat, ödənilmiş məbləğ isə cəmi 1.283.536,13 manatdır. Dövlət büdcəsinə ödənilmiş məbləğlər nəzərə alınaraq hesablama aparıldıqda aşağıdakı yekun nəticəyə gəlinir: 2.105.407,44 - 1.283.536,13 = 821.871,31 manat ödənilməmiş qalan məbləğdir. Odur ki, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və mülki iddiaçının apellyasiya şikayəti mülki iddiaya aid hissədə qismən təmin olunmalı, iş üzrə birinci instansiya məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli hökmü “mülki iddianın qismən təmin edilməsi, mülki cavabdeh Təqsirləndirilən şəxs 659.152,54 manat tutulub dövlət büdcəsinə keçirilməsi, qalan hissədə mülki iddianın təmin olunmaması” hissəsində dəyişdirilməli, mülki iddiaçı - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş mülki iddia qismən təmin edilərək məhkum Təqsirləndirilən şəxs 821.871,31 manat tutulub dövlət büdcəsinə keçirilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsini rəhbər tutaraq q ə r a r a a l ı r: Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 1(005)-34/2023 saylı hökmü “mülki iddianın qismən təmin edilməsi, mülki cavabdeh Təqsirləndirilən şəxs 659.152,54 manat tutulub dövlət büdcəsinə keçirilməsi, qalan hissədə mülki iddianın təmin olunmaması” hissəsində dəyişdirilsin. Mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iş üzrə verilmiş mülki iddia qismən təmin edilsin, məhkum Təqsirləndirilən şəxs 821.871,31 (səkkiz yüz iyirmi bir min səkkiz yetmiş bir manat, otuz bir qəpik) manat tutulub dövlət büdcəsinə keçirilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən hakim Həsən Əhmədov Hakimlər: İbrahim İbrahimli Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar