Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1174/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi hakim), İbrahimli İbrahim Adil oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 1(005)-193/2021 saylı, 25 may 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 1(005)-193/2021 saylı, 25 may 2021-ci il tarixli hökmü ilə (Sədrlik edən hakim Tural Ələkbərov) xx xxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 1(005)-291/2020 saylı, 10 noyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 25 may 2021-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) günün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılması və qəti olaraq ona 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-291/2020 saylı, 10 noyabr 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 2 (iki) il 8 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 01 (bir) il 04 (dörd) günün hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməsi və qəti olaraq ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi və onun məhkəmə iclas zalında dərhal həbs edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasının əvvəlinin tutulduğu vaxtdan, yəni 25 may 2021-ci il tarixdən hesablanması, ona narkomaniyadan məcburi müalicə təyin olunması və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi, iş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,554 qram narkotik vasitə heroinin məhv edilməsi, iş üzrə maddi sübut - onun üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı diskin cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq ümumi təmiz çəkisi 0,674 qram miqdarda qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış və 30 yanvar 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151A ünvanın qarşısında DİN-nin ƏÇPA 1-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə gətirilmiş, polis bölməsində video çəkiliş vasitəsi ilə üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibində olan “Winston” markalı siqaret qutusunun içərisindən üç ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,186 qram, 0,233 qram və 0,255 qram miqdarda qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 apellyasiya şikayəti vermiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 1(005)-193/2021 saylı, 25 may 2021-ci il tarixli hökmüdən narazıdırlar. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasını təyin edərkən hökmdə göstərdiklərini (cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir) nəzərə almamış va azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Məhkəmə yuxarıda göstərilanləri nəzərə alaraq onun barəsində hazırki iş üzrə də azadlğın məhdudlaşdırılması cazası təyin edə bilərdi və əvvəlki hökmlə ona təyin edilmiş azadlığın məhdudlaşdırlması cazasının çəkilməmiş hissəsini qismən birləşdirməklə müvafiq müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edə bilərdi. Bundan başqqa məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkazi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 04 fevral 2021-ci il tarixli 32 nömrəli rəyini tam nəzərə almamışdır. Belə ki, həmin rəydə göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxsdə tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılq sindromu (narkomaniya) xastaliyi aşar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Rəydən göründüyü kimi Təqsirləndirilən şəxs narkomaniya xəstəsidir va onun müalicəyə ehtiyacı vardlr. Onu azadlıqdan məhrum etmə cəzasına məhkum edilməməklə də məcburi müalicəsini təyin etmək olar. Bundan başqa o, yaşayış yeri üzrə də müsbət xarakterizə olunur. Bu səbəbdən də onun ictimai həyatdan təcrid olunmasına ehtiyac yoxdur. Çünki o, ictimai təlükəli adam deyildir. Onun narkomaniya xəstəliyindən müalica olunması və islah olunması azadlıqdan məhrumetmə növündə cəza təyin edilmədən də mümükündür. Azadhqdan məhrum etmə növündə cəzanın azadlığın məhdudlaşdırılması cəzası ilə dəyişdirilməsi onun ailəsinin həyat şəraitinə də öz müsbat təsirini göstərər. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs məhkum edilməsi haqqında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmünün dəyişdirilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza ilə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. İşdə iştirak еdən şəхslərin çıхışları: Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini müdafiə etdiklərini bildirərək, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış etməklə Təqsirləndirilən şəxs məhkum edilməsi haqqında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmünün dəyişdirilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza ilə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunması barədə qərar qəbul edilməsi xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru X2 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunduğunu, məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, şəxsiyyəti, törətdiyi cinayətin ictimai təhlükəliliyi və xarakteri, təyin edilmiş cəzanın ailəsinə təsiri nəzərə alınmaqla ona ədalətli cəza təyin olunduğunu, məhkəmənin hökmünün apellyasiya şikayətinə əsasən dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək apellyasiya şikayətinin təmin edilmədən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 1(005)-193/2021 saylı, 25 may 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Birinci intansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin əsas dəlili Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmünün dəyişdirilməsindən və Təqsirləndirilən şəxs təyin edilmiş cəzasının həbslə bağlı olmayan cəza ilə əvəz edilməsi barədə qərar qəbul edilməsindən ibarətdir. Cinayət işinin materiallarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən onun cinayət əməlini törətməsini etiraf etməsi ilə bağlı ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, baxış protokolları və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək onu həmin maddə ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən görünür ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin maddədə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə iş üzrə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətində işin faktiki hallarını və əməlinin hüquqi tövsifini mübahisələndirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin təyin olunmuş cəzanın sərt olması barədə apellyasiya şikayətinin dəlilrərini işin faktiki halları ilə müqayisəli şəkildə yoxlayaraq hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirini etiraf etməsi, törətdiyi cinayət əməlindən peşman olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınaraq, sonuncunun əməlində cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyi göstərilərək, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) günün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılması və qəti olaraq ona 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-291/2020 saylı, 10 noyabr 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 2 (iki) il 8 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 01 (bir) il 04 (dörd) günün hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməsi və qəti olaraq ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək onun şəxsiyyəti, təyin olunan cəzanın islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə qanuni və ədalətli cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə kollegiyası Müdafiəçi2 apellyasiya şikayətinin Təqsirləndirilən şəxs narkomaniya xəstəsi olması, müalicəyə ehtiyacının olması, onu azadlıqdan məhrum etmə cəzasına məhkum edilməməklə də məcburi müalicəsini təyin etməyin mümkün olması, cəza təyin edilərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasının nəzərə alınmaması, onun ictimai təlükəli adam olmaması, narkomaniya xəstəliyindən müalica olunması və islah olunmasının azadlıqdan məhrumetmə növündə cəza təyin edilmədən də mümükü olması, azadhqdan məhrum etmə növündə cəzanın azadlığın məhdudlaşdırılması cəzası ilə dəyişdirilməsinun onun ailəsinin həyat şəraitinə də öz müsbat təsirini göstəcəyi barədə dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 1(005)-291/2020 saylı, 10 noyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin kökmlə ona azadlıqdan məhrum edilmədən narkomaniya xəstəliyindən müalicə olunmaq şansı verilmişdir. Lakin Təqsirləndirilən şəxs ona verilmiş bu imkandan səmərəli istifadə etmək əvəzinə iradə zəifliyi göstərərək təkrarən qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək üzərində saxlamaqla və narkotik vasitələrdən istifadə etməklə, azadlıqda qalacağı halda islah olunacağı və könüllü şəkildə narkomaniya xəstəliyindən müalicə olunacağı barədə fikirləri şübhə altında qoymuşdur. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilmədən islah olunması və narkomaniya xəstəliyindən müalicə olunmasının mümkün olmaması barədə birinci instansiya məhkəməsinin mövqeyi düzgündür. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri 53 saylı Mənzil-Kommunal İstismar idarəsi tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli xasiyyətnaməyə əsasən müsbət xarakterizə olunsa da, apellyasiya şikayətində də qeyd olunduğu kimi “narkomaniya xəstəsi olmaqla müalicəyə ehtiyacı olan şəxs”in müsbət xasiyyətləndirilməsi şübhə doğurmaqla, xasiyyətnamənin formal olaraq tərtib edilməsinə dəlalət edir. Odur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsi barədə xasiyyətnamə onun cəzasını yüngülləşdirən hal kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, onun şəxsiyyəti, cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri nəzərə alınmaqla ədalətli cəza təyin edildiyindən, apellyasiya şikayətində qeyd olunan hallar onun cəzasının daha aşağı həddə yüngülləşdirilməsi, barəsində təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza növü ilə əvəz edilməsi və cəza çəkməkdən azad olunması üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin təyin olunmuş cəzanın sərt olması barədə dəlillərini əsassız hesab edir. Beləliklə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və onun müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, ibtidai araşdırma zamanı, həmçinin açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 1(005)-193/2021 saylı, 25 may 2021-ci il tarixli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik еdən: Zəki Bаbаyеv Hаkimlər: İbrahim İbrahimli Ziya Şirinov
Məhkəmə qərarları › İş №1(103)-1174/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1174/2021
27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver