Məhkəmə qərarları › İş №1(103)-1181/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1181/2021

22.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1181/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiyaları məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Sabirabad rayonu, Nizami kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası ƏN-in PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli hökmündən Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 01.02.2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində naməlum mənbədən satış məqsədilə qanunsuz olaraq, ümumi çəkisi 0,296 qram çəkidə narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlayaraq daşımış, 02.02.2021-ci il tarixdə saat 20:30-da ünvan 1 ünvanın qarşısında Binəqədi RPİ-in 40-cı PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 40-cı PB-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümün içərisində 07 ədəd sellofan bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,021 qram, 0,094 qram, 0,027 qram, 0,030 qram, 0,030 qram, 0,053 qram, 0,022 qram olmaqla, ümumi təmiz çəkisi 0,277 qram və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,019 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 1(001)-255/2021 saylı hökmünə əsasən (hakim E.Z.Ağayev) Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 02 fevral 2021-ci il tarixdən hesablanması, ona Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunması və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, maddi sübutlar-Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan müvafiq olaraq 0,172 qram və 0,004 qram təşkil edən narkotik vasitə heroinin məhv edilməsi, bir ədəd sd diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılması, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 177,40 (yüz yetmiş yeddi manat qırx qəpik) manatın təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X3, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülməsi, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı -210 (iki yüz on) manat ödənilməsi hökm edilmişdir. Hökmdən Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı apelyasiya protesti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli hökmünün ləğv edilməsi və onun CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı apelyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticəyə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən törədilmiş əməl tövsif edilərkən səhvə yol verilmişdir. Belə ki, məhkəmə qərar qəbul edərkən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamış, bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs əməli düzgün tövsif edilməmişdir.Həmin qərarı qəbul edərkən məhkəmə yalnız təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi məqsədyönlü təkzib ifadələrini əsas götürmüş, onun ifadələrini cinayət işi üzrə toplanmış digər sübutlarla əlaqəli şəkildə təhlil etməmiş, sonda Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədilə əldə etməsinə dair ibtidai istintaq zamanı toplanmış kifayət qədər sübutların məcmusuna düzgün hüquqi qiymət verməyərək yanlış nəticəyə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması sübuta yetirilmir.Məhkəmə istintaqında aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq məqsədi ilə üstündə saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur.Belə ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunan 0,296 qram qram narkotik vasitə heroin 8 ədəd bükümdə olsa da, sonuncunun həmin narkotik vasitəni məhz satış məqsədi ilə üzərində saxlamasını təsdiq edən hər hansı hallar mövcud deyildir. Bundan başqa iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar da mövcud deyildir. Həmçinin, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərində daşıdığı narkotik vasitəni satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 29 mart 2021ci il tarixli, 894 saylı rəyi ilə də Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyinin aşkar olunması, onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi və məcburi müalicəyə ehtiyacının olması öz təsdiqini tapır. Göründüyü kimi, məhkəmənin obyektiv həqiqətlərlə heç bir halda uzlaşmayan təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadəsində göstərdiklərini sübut kimi qəbul etməsi müvafiq olaraq yalnış nəticəyə gəlməsinə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 01 fevral 2021-ci il tarixdə saat 23 radələrində “Ağ Çiçəyim” şadlıq sarayının arxa hissəsində bir nəfər üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata narkotik vasitə olan heroin almışdır. Satan şəxs bildirmişdir ki, heroinin çəkisi təxminən 0,3 qrama yaxındır, onları siqaretin gümüşü rəngli kağızında 7 ədəd xırda bükülü şəklində qablaşdırmışdır. Bu cür qablaşdırma istifadə üçün daha rahat olduğundan onları cibinə qoyub yaşadığı evə getmişdir. 02.02.2021-ci il tarixdə yaşadığı evdə bükümlərdən birini iki yerə bölərək bir hissəsini yandırıb yarıya kimi çəkmiş, qalanını isə əynindəki boz rəngli şalvarının sağ yan cibinə qoymuşdur ki, birlikdə yaşadığı anası evdə görməsin. Buradan görünür ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində qeyri-səmimi olmuş və reallığa əsaslanmayan ifadələr verərək cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Lakin, məhkəmə onun özünün müdafiəsi üçün gətirdiyi dəlilləri düzgün qiymətləndirməyərək əsassız olaraq onun əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Bununla da, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi kifayət qədər sübut olunmuş, lakin məhkəmə istintaqı zamanı qeyd olunan xüsusatlar ümumiyyətlə araşdırılmamış və nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi özünü müdafiə xarakterli olub qeyrisəmimi, qeyri-obyektiv olduğundan və istintaq materialları ilə kifayət qədər təkzib edildiyindən özünü müdafiə xarakterli kimi qiymətləndirilməli olduğu halda, məhkəmə qeyd olunan hala tənqidi yanaşmamışdır.Göründüyü kimi, məhkəmə yalnış təhlil aparmaqla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli Qərarında göstərilmiş müddəaları təhrif etmişdir.Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində verilmiş izaha əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə əldə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi çəkisi 0,296 qram narkotik vasitə heroinin 07 ədəd bükümdə qablaşdırılmasına qiymət verməyərək, hökmdə yuxarıda göstərilən Plenum qərarına istinad etdiyi halda, həmin Plenum qərarında göstərilənlərə əsasən narkotik vasitələrin miqdarı ilə yanaşı narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi faktının Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində göstərilən narkotik vasitələrinin satmaq niyyəti ilə qanunsuz olaraq əldə etmənin sübut növü kimi qəbul edilməli olduğunu nəzərə almamış, əksinə olaraq müvafiq qərara görə bu faktlarla yanaşı başqa sübutların da mütləq zərurililiyini qeyd etməklə təhrifə yol vermişdir. Habelə, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-nin 234.1-ci maddəsinə tövsif edərkən belə ona yüngül cəza təyin etməklə nə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, nə onun törədilməsi şəraitinə, nə də təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Məhkumun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyi və şəxsiyyətini nəzərə almadan CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alması məqsədinə nail olmaq mümkün deyildir. Bu eyni xarakterli cinayətlərə görə məhkum olunmuş şəxslərin islah olunmasına mənfi təsir göstərməklə yanaşı, həm də cəzasızlıq şəraiti yaradır. Nəticədə məhkumlar və digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması barədə cinayət qanununun xəbərdaredici funksiyası öz əhəmiyyətini itirmiş olur. Bundan başqa, məlakəmə təqsirləndirilən şəxsin əməlini əsassız olaraq tövsif edərkən və cəza təyin edərkən nəzərə almamışdır ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarında məhkəmələrin diqqətini narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə yönəldilən qanunların düzgün tətbiq edilməsi, bu barədə Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarının tələblərindən irəli gələn müddəalarına ciddi əməl olunması, işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması sahəsində fəaliyyətinin təkmilləşdirilməsi zəruriliyinə cəlb edilməsini zəruri hesab etmişdir. Məhkəmə isə hazırki işə baxarkən cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarını nəzərə almamışdır. Məhkəmə yuxarıda göstərilən sübutları nəzərə almamaqla Azərbaycan Respublikası CPM-nin 28-ci maddəsi ilə nəzərdə tutulmuş “cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi” prinsipinə riayət etməmişdir. Belə ki, CPMnin 28.1-ci maddəsinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Məhkəmə hökmündən göründüyü kimi, məhkəmə iş üzrə ibtidai istintaqın topladığı yuxarıda sadalanan sübutlara qərəzli yanaşaraq CPM-nin 33-cii maddəsində təsbit olunmuş “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi" prinsipini də pozmuşdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin həmin normalarının tələblərini pozaraq yuxarıda qeyd olunan işin obyektiv hallarına uyğun olan istintaqda əldə olunmuş sübutları düzgün qiymətləndirməmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs əməlinin tövsifində səhvə yol verilmişdir. Azərbaycan Respublikası CPM-nin 392.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apelyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apelyasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli hökmünün ləğv edilməsi və onun CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təqsirləndirilən şəxs və onun müdafiəçisinin apelyasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya protesti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Azəbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, əvvəllər Şirvan şəhər məhkəməsinin 01.11.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək üç il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsinə əsasən həmin cəza 3 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Təyin edilmiş sınaq müddəti bitmişdir. ünvan 1 ünvanda anası ilə birlikdə yaşayaraq evin yaxınlığında yerləşən meyvə-tərəvəz mağazasında satıcı işləmişdir. Ayağında ağrılar olduğu üçün aradabir narkotik vasitə olan heroindən yandırıb çəkməklə istifadə edir. 01 fevral 2021-ci il tarixdə saat 23 radələrində “Ağ Çiçəyim” şadlıq sarayının arxa hissəsində bir nəfər üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata narkotik vasitə olan heroin almışdır. Satan şəxs bildirmişdir ki, heroinin çəkisi təxminən 0,3 qrama yaxındır, onları siqaretin gümüşü rəngli kağızında 7 ədəd xırda bükülü şəklində qablaşdırmışdır. Bu cür qablaşdırma istifadə üçün daha rahat olduğundan onları cibinə qoyub yaşadığı evə getmişdir. 02.02.2021-ci il tarixdə yaşadığı evdə bükümlərdən birini iki yerə bölərək bir hissəsini yandırıb yarıya kimi çəkmiş, qalanını isə əynindəki boz rəngli şalvarının sağ yan cibinə qoymuşdur ki, birlikdə yaşadığı anası evdə görməsin. Həmin gün, yəni 02 fevral 2021-ci il tarixdə saat 20:30-da yaşadığı Sulutəpə qəsəbəsində R.Allahverdiyev küçəsi döngə 14-ün yaxınlığında tək dayanarkən, mülki geyimdə iki nəfər şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmiş, polis əməkdaşları üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib onu 40-cı polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşlarına razılığını bildirdikdən sonra polis əməkdaşları ilə birlikdə 40-cı polis bölməsinə gəlmiş, orada təhqiqatçı tərəfindən ona hüquqları izah edilmiş və şübhəli şəxs kimi hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Vəkil ona təqdim edilmiş, barəsində şübhəli şəxs qismində tutma protokolu tərtib edilmiş, eyni zamanda hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlər aşkar edilmişdir. Həmin bükümlər açıldıqda birinin içərisindən 7 ədəd şəffaf sellofan bükümlər, digər bükümün içərisindən isə yandırıb istifadə etdiyi, lakin istifadəyə yararlı olan qalıq qalmış narkotik vasitə olan heroin aşkar olunmuşdur. Həmçinin 07 ədəd sellofan bükümlər də açıldıqda hər birinin içərisindən narkotik vasitə olan heroin aşkar olunmuşdur. İlkin soğru zamanı həmin bükümlərdə olan maddələrin narkotik vasitə olan heroin olduğunu və bir gün əvvəl “Ağ Çiçəyim” şadlıq sarayının arxasında tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manat müqabilində aldığını bildirmişdir.Daha sonra üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinlər olan bükümlər polis əməkdaşları tərəfindən zərfə qablaşdırılaraq götürülmüş, keçirilmiş axtarış və götürmə ilə bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra toplanmış material istintaqa təqdim edilmiş və barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İstintaqın ilk günündən özünü həmin maddə ilə təqsirli bildiyini bildirmişdir. Buna baxmayaraq ibtidai istintaqın aparılması həvalə edilmiş müstəntiq heç bir əsaslandırma aparmadan, öz müdafiəsi üçün gətirdiyi dəlilləri yoxlamadan, dəfələrlə tələb etməsinə baxmayaraq istifadəsində olan telefon nömrəsi üzrə anten məlumatlarını götürüb qiymətləndirmədən cinayət işi üzrə əməli CM-in 234.2-ci maddəsinə tövsif etmişdir. Bu zaman müstəntiq üzərində aşkar edilmiş bükümlərin sayına əsaslansa da, satış niyyətinin olub-olmaması istiqamətində heç bir araşdırma aparmamışdır. Qeyd olunanlara əsasən əməlinin cinayət qanununun düzgün maddəsinə tövsif edilməsini, həmin maddə ilə cəza təyin edilən zaman isə himayəsində xəstə anasının olmasını, öz əməlinə mənfi münasibət bəsləməsini nəzərə almağı xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-in 40-cı PB-in əməliyyat müvəkkili vəzifəsində işləyir. 02.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə rəhbərliyin göstərişi əsasında onun və Binəqədi RPİ-in 40-cı PB-in əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra həmin tarixdə saat 20:30 radələrində daxil olmuş məlumat əsasında ünvan 1-ün yaxınlığına gəlmiş, həmin yerin yaxınlığında əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs tərəfindən saxlanılmışdır. Məlumatla uyğun gələn şəxsdən özünü təqdim etməsini xahiş etmiş, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsi üzərinə baxış keçirilməsi üçün Binəqədi RPİ-in 40-cı PB-nə dəvət edərək, orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları çıxarıb təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən siqaretin rəngli kağızına bükülmüş 02 ədəd kağız bükümləri çıxarıb təqdim etmişdir. Həmin bükümlər açıldıqda birinin içərisində qara rəngli, yanmış halda maddə olması, digər bükümün içərisində isə 07 ədəd sellofana bükülmüş xırda bükümlər olması müəyyən olunmuşdur. Həmin 07 ədəd xırda sellofan bükümlər də açıldıqda hər birinin içərisində narkotik vasitə olan heron olması aşkar olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin narkotik vasitə olan «heroin» olduğunu, bir gün əvvəl Yasamal rayonunda “Ağ Çiçəyim” şadlıq sarayının arxa hissəsində tanımadığı şəxsdən 20 manat müqabilində öz istifadəsi üçün aldığını bildirmişdir.Aşkar edilmiş bükümlər zərfə qoyularaq möhürlənmiş, keçirilmiş baxışla bağlı videoçəkiliş aparılmış, protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Bakı şəhəri Binəqədi RPİ-in 40cı PB-nə daxil olmuş məlumat Təqsirləndirilən şəxs narkotik vasitələrdən şəxsi istifadəsi ilə bağlı olmuşdur.Onun narkotik vasitələrin satışı ilə məşğul olduğuna dair heç bir məlumat daxil olmamış, müstəntiqin verdiyi əməliyyat tapşırıqlarına əsasən əməliyyat yolu ilə də bunu təsdiq etmək mümkün olmamışdır. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Binəqədi RPİ-in 40-cı PB-in CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 02.02.2021-ci il tarixli raportundan görünür ki, xx.xx.1997-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Sabirabad rayonu, Nizami kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin saxlaması və gəzdirməsi barədə mötəbər mənbədən polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur (i.v.4). Şəxsi axtarış və götürmə aparılması haqqında 02.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümün içərisində 07 ədəd sellofan bükümlərdə narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Sorgusual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni 01 fevral 2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu “Ağ Çiçəyim” şadlıq sarayının arxa hissəsində bir nəfər tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata alıb üzərində gəzdirmişdir. 02.02.2021-ci il tarixdə yaşadığı evdə siqaretin gümüşü rəngli kağız bükümündə olan heroinin bir hissəsini yandırıb çəkmiş, qalanını isə əynindəki boz rəngli şalvarının sağ yan cibinə qoymuşdur (i.v.31-33) Məhkəmə kimyəvi ekspertizasının 03 fevral 2021-ci il tarixli 6/482 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün N 234”” dairəvi möhür əks olunan “imza Təqsirləndirilən şəxs, imza Şahid2, imza Şahid1, imza....” yazı və imzalar olan zərfdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 0,021 qram, 0,094 qram, 0,027 qram, 0,030 qram, 0,030 qram, 0,053 qram, 0,022 qram olmaqla ümumi çəkisi 0,277 qram qəhvəyi rəngli, tozşəkilli maddə və bir ədəd kağız bükümdə təmiz çəkisi 0,019 qram tünd qəhvəyi rəngli maddə qalığı kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqatdan sonra müvafiq olaraq 0,207 qram və 0,009 qram qalıq qalmışdır (i.v 42-46). 02 fevral 2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (i.v.21). 04 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1). 04 fevral 2021-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir (i.v.60). 04 fevral 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v.62-63). Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə 04 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 02 fevral 2021ci il tarixdən hesablanmaqla üç ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v 85-86). Bakı şəhər Binəqədi RPİ-in 40-cı PB-in 25.02.2021-ci il tarixli məktubundan (istintaq şöbəsinə ünvanlanmışdır) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni əldə etdiyi şəxsin, həmçinin onun narkotik vasitələri sata biləcəyi şəxslərin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə etmək mümkün olmamışdır (i.v 93). Əlavə məhkəmə-kimyəvi ekspertizasının 15.02.2021-ci il tarixli 6/634 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi TƏDQİQAT OBYEKTİ № 75” “Ekspert rəyi 6/482” dairəvi möhür əks olan zərfdə 7 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,011 qram, 0,084 qram, 0,017 qram, 0,020 qram, 0.020 qram, 0,043 qram, 0,012 qram olmaqla ümumi çəkisi 0,207 qram heroinlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub 1 ədəd bükümdə olan təmiz çəkisi 0,009 qram heroin ilə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə fərqlidir. Tədqiqatdan sonra müvafiq olaraq 0,172 qram və 0,004 qram qalıq qalmışdır (i.v 111- 115). Məhkəmə-narkoloji ekspertizanın 894 saylı 29.03.2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v.116-117). Sübutların qiymətləndirilməsi haqqında 23 aprel 2021-ci il tarixli qərardan görünür ki, keçirilmiş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi müvafiq olaraq 0,172 qram və 0,004 qram təşkil edən narkotik vasitə heroin və baxış zamanı videoçəkilişin köçürüldüyü bir ədəd sd disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır (i.v.118-123). Azərbaycan Respublikası DİN-in Əməliyyat və X2 İdarəsinin Tələbnaməsindən və Şirvan probasiya idarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər məhkəməsinin 01.11.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək, 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsinə əsasən həmin cəza 3 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddəti bitmişdir (i.v.91- 92) Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.2-ci maddəsində nəzərdə tutulan - narkotik vasitəni satış məqsədi ilə əldə edib satmasını, yəni yayılmasını təsdiq edən mötəbər sübutlar olmadığından və məhkəmə istintaqında yeni mötəbər sübutların əldə edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, Təqsirləndirilən şəxs əməlini həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməyi qanuni və əsaslı saymışdır. Azərbaycan Respublikası CPM-nin 392.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apelyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər. Məhkəmə istintaqı ilə aparılan apelyasiya icraatı zamanı ifadə verərək təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanda anası ilə birlikdə yaşayaraq evin yaxınlığında yerləşən meyvə-tərəvəz mağazasında satıcı işləyir. Ayağında ağrılar olduğu üçün aradabir, il yarım, iki il olar ki, narkotik vasitə olan heroindən yandırıb çəkməklə istifadə edir. 01 fevral 2021-ci il tarixdə saat 23 radələrində “Ağ Çiçəyim” şadlıq sarayının arxa hissəsində bir nəfər üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata narkotik vasitə olan heroin almışdır. Satan şəxs bildirmişdir ki, heroinin çəkisi təxminən 0,3 qrama yaxındır, onları siqaretin gümüşü rəngli kağızında 7 ədəd xırda bükülü şəklində qablaşdırmışdır. Bu cür qablaşdırma istifadə üçün daha rahat olduğundan onları cibinə qoyub yaşadığı evə getmişdir. 02 fevral 2021-ci il tarixdə yaşadığı evdə bükümlərdən birini istifadə edərək çəkmiş, qalanını isə əynindəki boz rəngli şalvarının sağ yan cibinə qoymuşdur ki, birlikdə yaşadığı anası evdə görməsin. Heroini aldığı günün səhəri işə gedərkən polis əməkdaşları onu saxlayaraq polis bölməsinə dəvət etmişlər. Orada şəxsi axtarış zamanı siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlər aşkar edilmişdir. O, bükümlərdən birini aldığı gün istifadə etdiyindən üzərində 6 büküm heroin qalmışdır. Cinayət işinin materillarında olan “Cinayət işi başlanması barədə” 04 fevral 2021-ci il tarixli qərardan göründüyü kimi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Emil Abdullayevin həmin tarixli qərarı ilə onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində CM-nin 234.2-ci maddəsinə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən heç bir sübutla Təqsirləndirilən şəxs digər şəxsə narkotik vasitəni satması, dəyişdirməsi, borc əvəzinə verməsi, borc olaraq verməsi kimi hallar müəyyən edilməmişdir. İbtidai istintaq orqanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini ondan aşkar edilərək götürülmüş narkotik vasitənin 7 ədəd xırda bağlamalara bükülməsinə görə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif etmiş, dövlət ittihamçısı da apelyasiya protestini məhz narkotik vasitənin 7 ədəd xırda bağlamalara bükülməsi ilə əsaslandırmış, lakin cinayət işində onun digər şəxslə (istehlakçı) əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin özü tərəfindən çəkilib xırda bağlamalara bükülməsi və narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gələcək sübutlar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həm də apelyasiya instansiyası məhkəməsində ifadəsində öz istifadəsi üçün 20 manata narkotik vasitə olan heroin aldığını, satan şəxsin ona verdiyi xırda bükümlərdə olan narkotik vasitəni çəkisinin almaq istədiyi heroinlə eyni olduğunu, odur ki, satan şəxsin həmin narkotik vasitəni ona verdiyini bildirmişdir. İşin faktiki halları təsdiq edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan - narkotik vasitəni satış məqsədi ilə əldə edib satmasını, yəni yayılmasını təsdiq edən mötəbər sübutlar olmadığından və məhkəmə istintaqında yeni mötəbər sübutların əldə edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, Təqsirləndirilən şəxs əməlini həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməyi düzgün olaraq əsaslandırmışdır. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, istər məhkəməyədək araşdırma zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitəni əldə etməsinə və yaymasına, narkotik vasitəni əldə etməmişdən öncə başqa şəxslə (şəxslərlə) sövdələşməsinə dair hər hansı mötəbər sübut əldə etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini ondan aşkar edilərək götürülmüş narkotik vasitənin 7 ədəd xırda bağlamalara bükülməsinə görə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif etsə də, cinayət işində onun digər şəxslə (istehlakçı) əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin özü tərəfindən çəkilib xırda bağlamalara bükülməsi və narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gələcək sübutlar mövcud deyil. Əməli cinayət qanunun daha ağır maddəsinə tövsif etmiş müstəntiq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində verilmiş izaha istinad etsə də, həmin izahı sonadək nəzərə almamış, şəxsin CM-in 234.2ci maddəsi ilə ittiham olunması üçün yeddi ədəd bükümün mövcudluğunu kifayətedici hesab etsə də, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olub-olmaması, istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsi istiqamətində heç bir araşdırma aparmamışdır. Məhkəmə hesab etmişdir ki, ittiham tərəfi təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitələri satmaq niyyətində olmasını kifayətedici aydınlıqla sübut edə bilməmiş, müdafiə tərəfi isə öz sübutlarını təqdim etməklə ittihamın həmin hissəsini qəbul etməmişdir. Hər nə qədər müdafiə tərəfinin sözügedən sübutları məhkəmə iclaslarında ittiham tərəfindən mötəbər dəlillərlə təkzib edilməsə də, verilmiş ittihamın (satış niyyətinin) ittihamın özü tərəfindən də birmənalı şəkildə sübuta yetirilməməsi onun tam əsaslılığına dair şübhələr yaratmaqla müdafiə tərəfinin sübutlarının inandırıcılığını gücləndirir. İttiham tərəfi isə, yaranmış şübhələrin aradan qaldırılması, qeyd olunan ehtimalın təkzib olunması və təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitələri satmaq niyyətində olmasını təsdiq edən hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Belə olan halda isə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satmaq niyyətinin və istehlakçı ilə razılığının olmasını təsdiq edən mötəbər sübutlar əldə edib, qiymətləndirmədən, ehtimal əsasında Təqsirləndirilən şəxs əməlini narkotik vasitə olan maddələrin satma kimi qiymətləndirilməsi və əməlin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi əsassız və qanunsuzdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən heç bir sübutla Təqsirləndirilən şəxs digər şəxsə narkotik vasitəni satması, dəyişdirməsi, borc əvəzinə verməsi, borc olaraq verməsi kimi hallar müəyyən edilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi obyektiv həqiqətin müəyyən olunması, işin qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halları müəyyən etmək məqsədilə cinayət mühakimə icraatında ittiham və müdafiə tərəfinin çəkişməsini təmin edib sübutların əldə edilməsi, yoxlanılması və birinin digərilə əlaqəli qiymətləndirilməsi nəticəsində iş üzrə prosessual qanunvericiliklə müəyyən edilən ümumi tələblərə cavab verən qanuni və əsaslı ittiham hökmü çıxarmışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə əlaqədar cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu sübuta yetirilməsi Azərbaycan Respublikası CPM-nin 32.2.3cü maddəsi baxımından ittiham tərəfinin öhdəliyidir. Bu Məcəllənin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Məhkəmə kollegiyası işin faktiki hallarını və iş üzrə ittihamın təqdim etdiyi (eyni zamanda apelyasiya protestində istinad etdiyi) sübutlarla bağlı əsaslı şübhələrin yarandığını nəzərə almaqla qeyd edir ki, məhkəmə törəfindən qiymətlərindirilən cinayətin tövsifi törədilən əməlin cəhətləri ilə cinayət hüquq normasında nəzərdə tutulan tərkib əlamətləri arasında eyniliyi müəyyən etməklə məhkəmənin yekun aktında qanunvericiliyin tələbinə uyğun olaraq öz əksini tapmış və cinayət hüquqi nəticələrə səbəb olan əmələ düzgün olan cinayət hüquqi qiymət verilmişdir. İşin faktiki halları prosessual qanunvericiliyin tələbləri baxımından müəyyən edilməklə seçilən hüquq normasında nəzərdə tutulan tərkib əlamətləri ilə göstərilən ictimai təhlükəli əməlin faktiki əlamətlərinin müqayisə edilməsi nəticəsində aşkar olunan ictimai təhlükəli əməl qanunauyğun qaydada tövsif edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi qanunauyğun olmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, təqsirləndirilən şəxsin əməli yalnız narkotik vasitəni qanunsuz olaraq satış məqsədi olmadan üzərində saxlayaraq, 02.02.2021-ci il tarixdə saat 20:30-da ünvan 1 ünvanın qarşısında Binəqədi RPİ-in 40-cı PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq 40-cı PB-nə gətirilməsi, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümün içərisində 07 ədəd sellofan bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,021 qram, 0,094 qram, 0,027 qram, 0,030 qram, 0,030 qram, 0,053 qram, 0,022 qram olmaqla, ümumi təmiz çəkisi 0,277 qram və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,019 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülməsi faktına dair mötəbər sübutlar əldə edildiyindən və qiymətləndirildiyindən, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət ittihamçısının apelyasiya protestində istinad etdiyi dəlillər, yəni birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməməsi, onun tərəfindən törədilmiş əməlin tövsif edilərkən səhvə yol verilməsi, məhkəmənin qərar qəbul edərkən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmaması, bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif edilməməsi, həmin qərarı qəbul edərkən məhkəmənin yalnız təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi məqsədyönlü təkzib ifadələrini əsas götürməsi, onun ifadələrinin cinayət işi üzrə toplanmış digər sübutlarla əlaqəli şəkildə təhlil etməməsi, sonda Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədilə əldə etməsinə dair ibtidai istintaq zamanı toplanmış kifayət qədər sübutların məcmusuna düzgün hüquqi qiymət verməyərək yanlış nəticəyə gəlməsi barədə şikayətinin dəlilləri, nə işin faktiki hallarından nə də ki məhkəmə tədqiq edilmiş sübutlar məcmusundan müəyyən olunmamışdır. Qeyd edilənlərlə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 02 fevral 2021-ci il tarixdən hesablanması, ona Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunması və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması barədə qanuni və əsaslı ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası ittiham hökmünü qanuni və əsaslı hesab etməklə yanaşı məhkəmənin təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməlin tövsifi ilə bağlı mövqelərilə tam razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, X7 Məhkəməsinin uzun illər ərzində baxdığı işlər üzrə yaratdığı presidentlərə əsasən əsaslandırılmış qərarın qəbul edilməsi, işin nəticəsinə təsiri olan hadisə, fakt və arqumentlərin əks etdirilməsi öhdəliyinin olmasını şərtləndirsə də, bu formada olan əsaslandırmanın mütləq şəkildə detallı, hər nüansa qiymət verilən şəkildə olması şərt deyil. Lakin əsaslandırma, ittiham və ya müdafiə tərəfindən birinin digərinə nisbətdə üstün tutulma səbəbinin və buna əsasən iş üzrə tərəflərin irəli sürdüyü dəlillərdən qərarın əsaslandırılması üçün hansıların götürülməsi və hansıların rədd edilməsi barədə, ağlabatan məlumatlandırmanı əks etdirəcək ölçüyə malik olmalıdır. Məhkəmələr tərəfindən qəbul edilən qərarların əsaslandırılmış olmaması hələ özlüyündə bu hüququn, yəni əsaslandırılmış qərar hüququnun pozulması kimi qəbul edilməməlidir. Apelyasiya instansiya məhkəməsi hökmü çıxarmış birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı eyni fikirdə olması və bunu eyni əsaslandırmadan istifadə etməklə və ya daha sadə şəkildə öz qərarında əks etdirməsi yetərlidir. Bu halda, birinci instansiya məhkəməsi tərəfindən hökmdə əks etdirilən əsasların yuxarı instansiya məhkəməsi tərəfindən qəbul edildiyi nəticəsinə gəlinməlidir. Burda vacib olan məsələ, tərəflərə yuxarı instansiya məhkəməsi tərəfindən apelyasiya şikayətində göstərilmiş əsas dəlillərin araşdırıldığını, birinci instansiya məhkəməsinin qərarının araşdırılaraq qüvvədə saxlanıldığını və ya ləğv edildiyini göstərməkdir. Bütün sadalanan hallar bir daha təsdiq edir ki, birinci instansiya məhkəməsinin hökmü Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi hissəsində əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası işin hallarını tətbiq edilməli maddi və prosessual hüquq normalarının tələblərinə əsasən qiymətləndirib bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün həmin hissədə etirafı və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmiş, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün iş üzrə toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmiş və ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla ona sübut olunduğu üçün Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edərək, onu həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmişdir. Məhkəmə kollegiyası apelyasiya protestinin məhkəmənin Təqsirləndirilən şəxs əməlini CM-nin 234.1-ci maddəsinə tövsif edərkən belə ona yüngül cəza təyin etməklə nə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, nə onun törədilməsi şəraitinə, nə də təqsirkarın şəxsiyyətinə uyğun olmaması barədə dəlilləri ilə əlaqədar bildirir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb, cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməyərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq təqsirli bilindiyi cinayət qanunun sanksiyasının hüdudları daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə də cəza siyasətinin humanistləşdirilməsi qarşıya qoyulan əsas vəzifə kimi göstərilmişdir. Azadlıqdan məhrum etmə ilə yanaşı alternativ cəzaların tətbiqinin genişləndirilməsi, alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilməsi mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinə əsasən məhkəmə hökmü ilə təyin edilən normanın saksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cinayət qanunvericiliyinin və cinayət məsuliyyətinin prinsiplərinə tam uyğundur. Yuxarıda qeyd edilən halları əsas tutaraq məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli hökmünün dəyişdirilmədən, apelyasiya protestinin isə təmin edilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə dəyişdirilmədən, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Faiq Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar