Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1186/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi hakim), İbrahimli İbrahim Adil oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X5, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-499/2021 saylı, 14 aprel 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-499/2021 saylı, 14 aprel 2022-ci il tarixli hökmü ilə (X7 (sədrlik edən və məruzəçi) Siyavuş Hacıyev və Rahib Salmanov) xx xxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, 19 iyun 2021-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 19 iyun 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması, maddi sübut kimi tanınaraq Xətai RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalan 121,467 qram narkotik vasitə heroin və 36,942 qram psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, onun istifadəsində olmuş “Samsung A 50” markalı mobil telefonun qohumlarına qaytarılması, üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd diskin və onun istifadəsində olmuş mobil nömrə kartına dair məlumatları özündə əks etdirən “Azerfon MMC”-dən daxil olmuş bir ədəd diskin cinayət işində saxlanılması hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs оğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, o həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişlər оna görə ki, 19 iyun 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1 ədəd sellofan bükümdə təmiz çəkisi 121,567 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda 1 ədəd sellofan bükümdə təmiz çəkisi 37,042 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 19 iyun 2021-ci il tarixdə saat 07:30-da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Xətai RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanda saxlanılıb ünvan 3 Xətai RPİ-nin 35-ci Polis Bölməsinə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən külli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 121,567 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və gödəkçənin sol yan cibindən külli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 37,042 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Hökmdən məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs оğlunun müdafiəçisi, Bakı şəhəri 18 saylı Bürosunun vəkili Müdafiəçi2 apellyasiya şikayəti vermiş və apellyasiya şikayətini оnunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cii maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutulmamışdan təxminən 6 ay qabaq sosial şəbəkə vasitəsi ilə adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxs narkotik vasitələri şəhərin müxtəlif yerlərinə qoyacağını, deyilən yerlərdən nakotik maddələri götürə biləcəyini, bunun müqabilində isə müvafiq kart hesablarına pul köçürməli olduğunu bildirmişdir. Narkotik vasitə istifadəçisi olduğuna görə ilk dəfə narkotik vasitə sifariş verərkən 700 manat pulu, ona şəkili göndərilmiş kart hesabına göndərmiş, bundan sonra Bakı şəhərində dəqiq ünvanı xatırlamadığı yerdən narkotik vasitə olan heroini götürmüş və bir müddət həmin heroində istifadə etmişdir. Hadisədən bir neçə gün əvvəl qonşuluqda yaşayan uzun müddətdir tanıdığı Şahid4 ona 30-40 qram heroin və metamfetamin əldə etmək istədiyini bildirib, ondan bu məqsədlə İran vətəndaşı ilə əlaqə saxlamasını xahiş etmişdir. Odur ki, İran vətəndaşı ilə “Whatsapp” tətbiqi vasitəsi ilə +**********60 şaxlı mobil nömrə ilə əlaqə saxlamışdır. İran vətəndaşı olan həmin şəxs buna görə 1.000 manat pulu kart hesabına göndərməli olduğunu bildirmiş və o da bu barədə Şahid4 demişdir. 17 ivun 2021-ci il tarixdə Şahid4 zəng vuraraq narkotik vasitə sifariş vermək üçün İran vətəndaşına pul göndərmək istədiyini bildirmiş və o, bu məqsədlə iranlı ilə əlaqə saxlamışdır. Həmin vaxt Şahid4 mobil telefonu sadə telefon olduğundan “Whatsapp” proqramı olmadığına görə, həmçinin iranlının Maarifi tanımadığına görə özü şəxsən İran vətəndaşı ilə əlaqə saxlamışdır. Sonuncu ona 2 ədəd İran İslam Respublikası banklarına aid kartların şəkillərini göndərmiş, o, da bu barədə Şahid4 məlumat vermişdir. Şahid4 həmin kartlara elektron ödəmə sistemi vasitəsi ilə müvafiq olaraq 400 manat və 600 manat olmaqla ümumilikdə 1.000 manat pul göndərib ona xəbər etmişdir. 19 iyun 2021-ci il tarixdə gecə saatlarında iranlı ona narkotik vəsitələrin yerləşdiyi yerin şəkilini göndərmişdir. Bu barədə dərhal Maarifə xəbər vermişdir. Daha sonra Maarifin xahişini nəzərə alıb gecə saatları olduğuna görə Maarifin idarə etdiyi avtomaşınla Xətai rayonu, İ.İsmayılov küçəsi 56 ünvanına getmişlər. Maarif ona yaxınlıqdakı binanın ətrafına dövr edib qayıdacağını deyərək maşından düşüb getmişdir. Bir müddət sonra Maarif qayıtmış, elə bu xaxt polis əməkdaşları yaxınlaşıb onlardan bu vaxtı burada nə etdiklərini soruşmuşlar. Maarif polis əməkdaşlarına qohumlarıgilə gəldiklərini demişdir. Bundan sonra polis əməkdaşları onların üzərinə baxış keçirmiş, lakin heç nə aşkar edə bilməmişlər. Bu vaxt iranlı ona mesaj yazıb, əslində Maarifə məxsus olan narkotik vasitələri götürübgötürmədiyini soruşmuşdur. Polis əməkdaşları onun mobil telefonuna baxıb “Whatsapp” yazışmalarını oxuyarkən bu yazını görmüşlər və dərhal narkotik vasitələri axtarmağa başlamışlar. Lakin heç bir narkotik vasitə aşkar edə bilməyərək hər ikisini şübhəli şəxs kimi Xətai RPİ-nin 35-ci Polis Bölməsinə aparmışlar. 35-ci Polis Bölməsində ona təzviq edib, hədə-qorxu gəldiklərinə görə məcbur qalıb videoçəkiliş aparılarkən həmin narkotik vasitələrin ona aid olmasını bildirərək üzərindən çıxarıb könüllü şəkildə təqdim etmişdir. Təqsirləndirilən şəxs məhkəmə prosesi zamanı bildirmişdir ki, Şahid4 həmin narkotik vasitələrin pulunu ödəyib sifarişini vermişdir. Bu səbəbdən həmin narkotik vasitələr Şahid4 məxsusdur. Həmin narkotik vasitələrin növündən və çəkisindən xəbəri olmamışdır. Baş vermiş hadisədə yeganə iştirakı Maarifin “Whatsapp” proqramını dəstəkləyən mobil telefonu olmadığına görə öz telefonunun “Whatsapp” proqramı vasitəsi ilə iranlı ilə əlaqə saxlaması və ona göndərilən bank kartı şəkillərinə baxıb müvafiq kart nömrələrini Maarifə bildirməsindən ibarət omuşdur. Polislər tərəfindən Xətai rayonu, İ.İsmayılov küçəsi 56 ünvanında təsadüfən saxlanılarkən üstündən narkotik vasitə aşkar edilməmişdir. Həmçinin həmin ərazidə polislər tərəfindən axtarış aparılmasına baxmayaraq ümumiyyətlə heç bir narkotik vasitə aşkar edilməmişdir. Həmin narkotik vasitə 35-ci Pois Bölməsində məcburən onun üzərinə qovulmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə prosesi zamanı özünün təqsirsiz olmasını sübut edən sözlərinin hər birini Şahid4 üzünə də demişdir. Lakin çox təəssüf ki, məhkəmə bunların heç birini nəzərə almayaraq Təqsirləndirilən şəxs təqsirli bilərək ona ağır cəza vermişdir. Məhkəmə öz hökmündə şahid kimi dindirilmiş ayrı-ayrı şəxslərin ifadələrinə istinad edərək həmin ifadələri ittihamın əsasını təşkil edən mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki həmin şəxslərin ifadələri tam ziddiyyətli olmaqla bir-birini inkar edir. İş üzrə şahid kimi dindirilmiş polis nəfəri Şahid1 həm istintaq zamanı, həm də məhkəmə baxışı zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxsla Şahid4 təsadüfən ərazidə xidmət apararkən iş yoldaşları Şahid2 və Pərviz İlyasovla birlikdə 19 iyun 2021-ci il tarixdə saat 07:30 radəərində ünvan 6 ünvanda şübhəli şəxs kimi saxlamışlar. Onların narkotik vasitələrin təsirində olmalarından və həmin iki nəfərin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli hesab edərək Xətai RPİ-nin 35-ci Polis Bölməsinə aparmışlar. Tural və Maarifi saxlayarkən üzərlərində şəxsi axtarış və ya baxış keçirməmişlər. Həmçinin onları saxlayarkən həmin ərazidə heç bir yerə baxış keçirməmişlər və hər hansı bir narkotik vasitə aşkar etməmişlər. Həmin iki nəfəri bölməyə təhvil verdikdən sonra təhqiqatçı Şahid3 tərəfindən nədənsə yalnız Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs gödəkçəsinin sağ və sol yan ciblərindən müvafiq olaraq iki bükümdə tünd qəhvəyi rəngdə və ağ rəngdə olan narkotik vasitələrin olduğu bükümləri könüllü şəkildə çıxardıb masanın üzərinə qoymuşdur, Guya həmin bükümün birində heroin, digər bükümdə metamfetamin olmuşdur. Sözügedən “narkotik vasitələri hardan əldə etmisən?” sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitələri 2-3 gün qabaq adını bilmədiyi sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşına məxsus kart hesabına elektron ödəmə sistemi vasitəsilə 1.000 manat pul göndərdikdən sonra ünvan 7 ünvanında binanın alt hissəsindən şəxsi istifadəsi üçün götürmüşdür. Məhkəmə prosesində şahid kimi dindirilmiş digər polis əməkdaşları Şahid2la Pərviz İlyasov da Şahid1la oxşar ifadə vermişlər. Hər üç polis əməkdaşı bildirmişdir ki, biz Təqsirləndirilən şəxsla Şahid4 təsadüfən ərazidə xidmət apararkən şübhəli şəxs kimi saxlamışıq və onların üzərlərində şəxsi axtarış və ya baxış həyata keçirməmişik və hər hansı bir narkotik vasitə aşkar etməmişik. Əslində isə polis əməkdaşları onların üzərlərinə baxış keçirib, şəxsi axtarış aparmışlar. Lakin nə üzərlərindən, nə də saxlandıqları ərazidən heç bir narkotik vasitə aşkar edə bilməmişlər. Bu fakt bir daha sübut edir ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmamışdır. Həmin narkotik vasitələr Turalın üzərinə 35-ci bölmədə təhqiqatçı tərəfindən hədə-qorxu gələrək qoyulmuş, işgəncə və zor tətbiq edəcəkləri ilə hədələyib videoçəkiliş aparama guya Turalın üzərindən narkotik vasitə çıxmasını rəsmiləşdirmişlər. Sual olunur ki, Tural narkotik vasitənin üzərində daşımağın məsuliyvətə səbəb olduğunu bilərək necə ola bilər ki, 163 qramdan çox çəkisi olan narkotik vasitəsini üzərində saxlasın?. Necə ola bilər ki, həmin narkotik vasitə şübhəli şəxs kimi tutulan zaman polislər tərəfindən onun üzərindən aşkar edilməsin? Söhbət 1-2 qramdan deyil, 163 qramdan çox narkotik vasitədən gedir. Necə ola bilər ki, Turalı narkotik vasitənin satışı ilə məşğul olmaqda şübhəli bilib saxlayırlar, lakin üzərində axtarış aparmırlar? Bu o deməkdir ki, polislər yalan danışırlar. Əslində Turalın üzərində şəxsi axtarış keçiriblər, lakin heç bir narkotik vasitə tapa bilməyiblər. Hesab olunsa ki, polislər narkotiki onun üzərindən tapa bilməyiblər, bəs necə ola bilər ki, Tural tutulduğu yerdən 35-ci Polis Bölməsinə aparılan vaxt ərzində imkan edib həmin narkotik xasitəni üzərindən ata bilməyib? Bu inandırıcı deyil. Bu o deməkdir ki, Turalda ümumiyyətlə narkotik vasitə olmayıb. Bütün bu taktlar Turalın təqsirsiz olmasını bir daha təsdiq edir. Məhkəmədə şahid kimi dindirilmiş Şahid4 bildirmişdir ki, Turalı 10 ildən çoxdur ki, tanıyır. Onun Turala 4.400 manat borcu olmuş, həmin borcdan 1.100 manatın qaytarmış yerdə qalan hissəsi qalmışdır. 17 iyun 2021-ci i tarixdə Tural ondan borcunu istəmiş. O, da dərhal dayısı Şahid5 ilə əlaqə saxlayıb ondan 1.000 manat pul alaraq elektron ödəmə sistemi vasitəsi ilə Turalın ona verdiyi bank kartlarına göndərmişdir. İran vətəndaşından narkotik vasitə sifariş etməmişdir. Şahid4 bildirmişdir ki, 19 iyun 2021-ci il tarixdə Turalın xahişinə əsasən onu Köhnə Günəşli qəsəbəsinə etibarnamə əsasında idarə eldiyi avtomobil vasitəsi ilə aparmışdır. Tural ilə birgə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərlərində və ya ətraf ərazidə onlara məxsus narkotik vasitə aşkar edilməmişdir. Polislər tərəfindən üzərlərində axtarış aparılmamışdır. Yalnız polis bölməsində Turalın üzərindən narkotik vasitə çıxdığını bilmiş, özünün isə izahatı alınaraq sərbəst buraxılmışdır. Sual olunur əgər saxlanıldıqları zaman üzərlərində şəxsi axtarış aparılmamışdırsa nə üçün məcburi qaydada bölməyə aparılmışlar? Buna nə zərurət var idi. Nə üçün Turalın üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış, lakin Maarifin üzərində şəxsi axtarış keçirilmədən izahatı alınıb sərbəst buraxılmışdır? Sual olunur ki, nə üçün Maarif Turala olan borcunu neçə vaxtı yox məhz 17 iyun tarixində, özüdə ödəmə terminalı vasitəsi ilə karta göndərmişdir? Niyə məhz 1.000 manat və nə üçün 400 manat və 600 manat olmaqla iki ayrı-ayrı kart hesabına göndərmişdir? Əvvəla Tural ilə Maarifin dost kimi yaxın münasibətləri olduğuna görə tez-tez görüşürmüşlər. Həmçinin onlar qonşuluqda yaşayırlarmış. Maarif Turala olan borcunu qaytarırdısa pulu şəxsən görüşüb onun özünə də verə bilərdi. Nə gərək var idi ki, pulu kart hesabına ödəmə terminalı vasitəsi ilə göndərsin? Bütün bu faktlar bir daha onu sübut edir ki, həmin pulu Maarif məhz narkotik vasitələrin sifarişi üçün müvafiq kart hesablarına göndərmiş və həmin narkotik vasitələr də Maarifə məxsus olmuşdur. Məhkəmədə şahid kimi dindirilmiş təhqiqatçı Şahid3 bildirmişdir ki, Tural ilə Maarif şübhəli şəxs kimi bölməyə təhvil verilmişlər. Onlar təhfil verilənədək onların üzərində narkotik vasitə aşkar edilməmişdir. Bölmədən Turalın üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilərkən narkotik vasitələrini özü könüllü təhvil vermiş, Şahid4 isə şifahi olaraq bildirmişdir ki, onda narkotk vasitə yoxdur və məhz bu səbəbdən onun üzərində axtarış adi qaydada aparılmış və daha sonra sərbəst buraxılmışdır. Sual olunur nə üçün hər iki şəxs eyni vaxtda şübhəli şəxs kimi bölməyə təhvil verilmiş, lakin birinin üzərində axtarış videoçəkiliş vasitəsi ilə digərinin isə adı qaydada aparılmışdır? Təhqiqatçı Şahid3 qanunvericiliyin tələbini kobud şəkildə pozmuşdur. Göründüyü kimi Tural ilə Maarifi saxlayan hər üç polis əməkdaşı, həm təhqiqatçı Şahid3, həm də Şahid4 bildirmişlər ki, Turalın üzərindən narkotik vasitə aşkar edilməmişdir. Bu fakt bir daha onu sübut edir ki, həmin narkotik vasitələri Turalın üzərinə hədə-qorxu gələrək 35-ci Polis Bölməsində qoymuşlar. Apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-499/2021 saylı, 14 aprel 2022-ci il tarixli hökmünun ləğv edilməsi, Təqsirləndirilən şəxs bəraət verilməsi хahiş olunmuşdur. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. İşdə iştirak edən şəхslərin çıхışları: Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs оğlu apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətinin dəlillərinə uyğun şəkildə çıхış etdi, əlavə olaraq göstərdi ki, istintaq zamanı videoçəkilişdən əvvəl ona polis əməkdaşları hədə-qorxu gələrək narkotikin ona aid olduğunu etiraf etməsini tələb etmişlər. Onu işgəncə və zor tətbiq edəcəkləri ilə hədələyib videoçəkiliş aparsalar da, döyülməyib və üzərində hər hansı xəsarət olmayıb. İstintaq təcridxanasına aparılarkən həkim tərəfindən yoxlanılmış və bədənində hər hansı xəsarət aşkar edilməmişdir. Özü də ona polis əməkdaşları tərəfindən işgəncə və zor tətbiq edəcəkləri ilə hədələnməsi barədə hər hansı orqana şikayət etməmişdir. Narkotik vasitələrin istifadəçisi olduğuna görə əməlindən peşimandır, arvadından başanmış və üç azyaşlı uşağı onun himayəsindədir. Hazırda uşaqlarına yaşlı anası baxır. Bütün bunların nəzərə alınmasını xahiş edir. Göstərilənlərə əsasən onun məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2022ci il tarixli hökmünün ləğv edilməsini, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinini 234.4.3-cü maddəsi ilə bəraət verilməsini, bu mümkün olmadıqda ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini хahiş edir. Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 18 saylı Bürosunun vəkili Müdafiəçi2 apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, apellyasiya şikayətinin dəlillərinə uyğun şəkildə çıхış edərək Təqsirləndirilən şəxs məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmünün ləğv edilməsini, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinini 234.4.3-cü maddəsi ilə bəraət verilməsini, bu mümkün olmadıqda isə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngülləşdirilməsini хahiş etdi. Apellyasiya məhkəməsinin iclasında, dövlət ittihamını müdafiə edən Azərbaycan Respublikası Baş Prоkurоrluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prоkurоru X13 оğlu məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərinin əsassız оlduğunu, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif оlunduğunu, məhkum edilmiş şəхsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla, şəхsiyyəti, törətdiyi cinayətin ictimai təhlükəliliyi və хarakteri, təyin edilmiş cəzanın оnun ailəsinə təsiri nəzərə alınmaqla оna ədalətli cəza təyin оlunduğunu, məhkəmənin hökmünün apellyasiya şikayətinə əsasən dəyişdirilməsi üçün əsasların оlmadığını göstərərək apellyasiya şikayətinin təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-499/2021 saylı, 14 aprel 2022-ci il tariхli hökmünün dəyişdirilmədən saхlanılmasını хahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin əsas dəlili Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmünun ləğv edilməsindən və Təqsirləndirilən şəxs bəraət verilməsi barədə hökm çıxarılmasından ibarətdir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək onu həmin maddə ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işinin materiallarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən onun ibtidai istintaq və birinci instansiya məhkəməsi zamanı verdiyi ifadələri ilə yanaşı şahidlərin ifadələri, baxış və götürmə haqqında protokollar, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Məhkəmə kollegiyası xatırladır ki, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 19 iyun 2021-ci il tarixdə Xətai rayonu ərazisində iş yoldaşları Şahid2 və Pərviz İlyasov ilə birlikdə xidmət aparmışdır. Saat 07:30 radələrində ünvan 8 ünvanın yaxınlığında iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını görüb həmin şəxslərə yaxınlaşıb, özlərini təqdim edib burada nə etdiklərini soruşmuşlar. Həmin şəxslər həyəcanlı olduqlarını görmüşdür. Gözlərinə baxdıqda və hərəkətlərinə diqqət etdikdə narkotik vasitənin təsiri altında olduqlarını ehtimal etmişlər. Odur ki, həmin iki nəfər şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu düşünüb, onları 35-ci PB-nə aparmışlar. Bölmədə onların şəxsiyyətləri araşdırıldıqda birinin Təqsirləndirilən şəxs, digərinin isə Şahid4 olmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, bölməyə müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin, onun, Şahid2 və Pərviz İlyasovun iştirakları ilə Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı Şahid3 tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Sonuncu təhqiqatçının təklifindən sonra əynində olan qara rəngli gödəkçənin sağ cibindən bir ədəd şəffaf sellofanda tünd qəhvəyi rəngli maddəni və gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofanda ağ rəngli maddəni təqdim edərək masanın üzərinə qoymuş, tünd qəhvəyi rəngli maddənin heroin, ağ rəngli maddənin isə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələri 2-3 gün qabaq “E-Manat” elektron ödəmə sistemi vasitəsi ilə 1.000 manat pulu sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşının kart hesabına göndərməklə Köhnə Günəşli qəsəbəsində İ.İsmayılov küçəsi, ev 56 saylı ünvanda yerləşən binanın alt hissəsindən şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Bundan sonra təqdim edilən maddələr təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, ağ rəngli kristal şəkilli maddənin çəkisi 39,56 qram, tünd qəhvəyi rəngli maddənin çəkisinin isə 124,02 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş maddələr qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı vəzifəsində işləyir. 2021ci ilin iyun ayının 19-da bölmədə xidmətdə olduğu vaxt PPXB-nin əməkdaşları raportla polis bölməsinə müraciət edərək İ.İsmayılov küçəsi 56 saylı ünvanda 2 nəfərin şübhəli şəxs qismində polis bölməsinə gətirdiklərini bildirmişdir. Bölmədə həmin şəxslərdən biri Təqsirləndirilən şəxs səmimi olaraq üzərində narkotik vasitə saxladığını etiraf etmiş və bu səbəbdən Turalın üzərində şəxsi axtarış keçirilməsi zərurəti yaranmışdır. Bunun üçün bölməyə müdafiəçi dəvət olunmuş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Müdafiəçi Məhəmməd Nemətov polis bölməsinə gəldikdən sonra videoçəkilişdən istifadə edilməklə PPXB-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs özünü və iştirakçıları təqdim etdikdən sonra ona üzərində şəxsi axtarış keçirəcəyini elan etmişdir. Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmadığını soruşub, əgər varsa könüllü təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ cibindən 1 ədəd şəffaf sellofanda olan tünd qəhvəyi rəngli maddəni və gödəkçənin sol yan cibindən 1 ədəd şəffaf sellofanda olan ağ rəngli maddəni təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs tünd qəhvəyi rəngli maddənin narkotik vasitə heroin, ağ rəngli maddənin isə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmiş, lakin, hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitələri 2-3 gün bundan əvvəl «E-Manat» elektron ödəmə sistemi vasitəsi ilə 1.000 manat pulu sosial şəbəkədə tanış olduğu anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşının kart hesabına göndərməklə Köhnə Günəşli qəsəbəsində İ.İsmayılov küçəsi, ev 56 saylı ünvanda yerləşən binanın alt hissəsindən şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Bundan sonra təqdim edilən maddələr onun tərəfindən elektron tərəzi vasitəsi ilə çəkilmiş, ağ rəngli kristal şəkilli maddənin çəkisinin 39,56 qram, tünd qəhvəyi rəngli maddənin çəkisinin isə 124,02 qram olması müəyyən edilmişdir. Daha sonra narkotik vasitələrə bənzər maddələr qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Polis bölməsinə Təqsirləndirilən şəxs ilə birlikdə gətirilmiş Şahid4 üzərində adi qaydada videoçəkilişdən istifadə edilmədən baxış keçirilmiş və bu barədə akt tərtib olunmuşdur. Sonuncunun üzərindən qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar edilmədiyi üçün izahatı alınaraq sərbəst buraxılmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs 10 ildən çoxdur ki, tanıyır. Turalın narkotik vasitələrdən istifadə etdiyi barədə məlumatı olmuşdur. Hadisədən təxminən 2 il əvvəl Təqsirləndirilən şəxs özünə məxsus VAZ-2107 markalı avtomobili satmışdır. Həmin vaxt evində təmir işləri apardığından, Turaldan borca pul istəmiş və sonuncu ona 4.400 manat borc vermişdir. Bir müddət sonra borcun 1.100 manatını qaytarmışdır. 17 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib, təcili olaraq borcunun 1.000 manatını da qaytarmasını, həmin pulu dediyi bank kartlarına ödəmək lazım olduğunu, rayonda olan qohumlarının pul çıxaracaqlarını bildirmişdir. Odur ki, dərhal dayısı Şahid5 ilə əlaqə saxlayıb sonuncudan 1.000 manat pul alıb, Buzovna yolundakı “Everest” marketdə olan elektron ödəmə sistemi vasitəsi ilə Turalın ona verdiyi bank kartlarına göndərmişdir. Xatırladığı qədəri ilə bank kartları xanımların adına olmuşdur. 19 iyun 2021-ci il tarixdə gecə saatlarında etibarnamə əsasında idarə etdiyi “Mercedes” markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evin yanına gəlmişdir. Bu zaman yaxınlıqda olan Tural onu Köhnə Günəşli qəsəbəsinə aparmağını xahiş etmiş və o, razılaşmışdır. Yolda Turaldan nəyə görə oraya getdiyini soruşmuş, lakin sonuncu konkret cavab verməyərək işinin olduğunu demişdir. Avtomobildə olarkən Tural mobil telefonla hansısa qızla danışmış, buna görə də Turalın qızla görüşə getdiyini zənn etmişdir. Köhnə Günəşli qəsəbəsində İ.İsmayılov küçəsində binaların birinin yanına getmişlər. Tural avtomobildən düşüb, bir nəfər şəxslə görüşəcəyini demişdir. Bir qədər sonra Tural qayıdıb gəlmişdir. Bu zaman xidməti avtomobillə gələn polis əməkdaşları onlara yaxınlaşıb, burada nə etdiklərini soruşmuşlar. Tural qohumugilə gəldiyini demişdir. Bundan sonra polis əməkdaşları onları 35-ci PB-nə aparmışlar. Orada Təqsirləndirilən şəxs İ.İsmayılov küçəsinə narkotik vasitələr götürmək üçün getdiyini bilmişdir. Bölmədə Turalın üzərində keçirilən axtarış zamanı üzərindən narkotik vasitə heroin və metamfetamin aşkar edilmişdir. O, isə hadisə ilə bağlı izahat yazdıqdan sonra sərbəst buraxılmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şahid4 onun bacısı oğludur. 2021-ci ilin iyun ayının ortalarında Maarif ona müraciət edərək tanışı Turala borcu olduğunu və tez bir zamanda 1.000 manat qaytarmalı olduğunu deyib, ondan pul istəmişdir. Maarif vaxtilə evini təmir etdiyinə görə Turaldan borc götürdüyünü demişdir. 17 iyun 2021-ci il tarixdə Maarifin yaşadığı Şağan qəsəbəsində olan evində sonuncuya nağd şəkildə 1.000 manat pul verib, Turala olan borcunu qaytarmasını tapşırmışdır. Təxminən 2-3 gün keçdikdən sonra Maarif 1.000 manat pulu Turala çatdırdığını demişdir. Daha sonra Maarif və Turalın polis əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. Ailə üzvlərindən öyrənmişdir ki, Maarif və Tural Xətai rayonuna getmiş, orada Tural narkotik vasitələr götürmüş və polis əməkdaşları tərəfidən saxlanılmışlar. Üzərindən narkotik vasitələr aşkar olunduğu üçün Tural həbs olunmuş, Maarif isə sərbəst buraxılmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 2002-ci ildə X11 ilə rəsmi ailə qurmuşur. X14 Respublikasının vətəndaşıdır. Yoldaşının Ərşiya adlı oğlu var. 2021-ci ilin mart aynda öz adına “Kapital Bank”dan 4169 7332 1374 4589 nömrəli bank kartı götürmüşdür. Həmin bank kartını şəxsi məqsədləri üçün istifadə etmişdir. 2021-ci ilin iyun ayında oğlunun tanışı İran İslam Respublikasının vətəndaşı olan Selda onlarla əlaqə saxlayıb İranda yaşayan bir nəfər şəxsin ona 400 manat borcu olduğunu bildirmişdir. Seldanın deməsinə görə həmin şəxs borcunu bağlamaq və İranda olduğu üçün bank kartına pul göndərmək istəmişdir. Selda özündə bank kartı olmadığına görə ondan xahiş etmişdir ki, həmin 400 manat pulu onun “Kapital Bank” kartına köçürtsün. Bunun üçün öz bank kartının şəklini çəkib Seldaya göndərmişdir. 17 iyun 2021-ci il tarixdə bank kartına 400 manat məbləğində pul vəsaitini köçürülmüşdür. Oğlu Ərşiya həmin pul vəsaitini çıxarıb Seldaya vermişdir. Bank kartına narkotik vasitənin alınması üçün pulun köçürülməsi barədə heç bir məlumatı olmamış və o, pulu Seldaya vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, 2015-ci ildən etibarən Bakı şəhərində yaşayır. Tibb universitetini bitirmişdir. Hazırda 1 illik müddətə müvəqqəti qeydiyyata alınmışdır. Tələbə vaxtlarından Mənaf Fəryad adlı şəxslə tanış olmuşdur. Həmin şəxs İran İslam Respublikasının Biləsuvar şəhərində yaşayır. Mənəf Fəryad pul köçürmələri ilə məşğuldur. Təxminən 2021-ci ilin may-iyun aylarında ona İrandan qohumları tərəfindən pul göndərilməli olmuşdur. Adətən qohumları Mənafın vasitəsi ilə ona pul göndərmişdir. Həmin zaman Mənaf bir nəfər tanımadığı şəxsin vasitəsi ilə ona pul göndərmiş, amma pulun 400 manatı çatmamışdır. Buna görə Mənafla əlaqə saxlamış, sonuncu pulu tezliklə qaytaracağına söz vermişdir. 17 iyun 2021-ci il tarixdə Mənəf onunla əlaqə saxlayıb pulu göndərə biləcəyini və 400 manat puldan taksiyə 20 manat verilməli olduğunu demişdir. O, bununla razı olmamış və buna görə Mənaf kart vasitəsi ilə pul göndərməyi təklif etmişdir. Onun kartı olmadığından tanışları Gülarə və Ərşiyadan öz bank kartlarının şəklini göndərmələrini istəmiş və həmin karta pul köçürüləcəyi barədə demişdir. Sonuncular etiraz etməmiş və Gülnarənin bank kartının şəkli ona göndərilmişdir. Daha sonra o, kartın şəklini Mənafa göndərib, pulu həmin karta göndərməyini istəmişdir. Sonuncu pulu həmin karta köçürmüş və o, yaşadığı evin yaxınlığında Ərşiya ilə görüşüb öz pulunu ondan almışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid8 Ərşiya ifadəsində göstərmişdir ki, 2012-ci ildən etibarən Azərbaycan Respublikasında yaşayır. Atası Azərbaycanda fərdi əməklə məşğul olaraq ailəni dolandırır. 2021-ci ilin mart ayında anası Şahid6 öz adına “Kapital Bank”a aid 4169 7332 1374 4589 nömrəli bank kartı götürmüşdür. Həmin bank kartını Gülarə özü üçün istifadə etmişdir. 2021-ci ilin iyun ayında onun İran İslam Respublikasının vətəndaşı olan Selda adlı tanışı onunla əlaqə saxlayıb İranda yaşayan bir nəfər şəxsin ona 400 manat borclu olduğunu, bank kartı vasitəsilə pulu göndərəcəyini deyib, özündə bank kartı olmadığından həmin pulu onun anasının kartına göndərməsini xahiş etmişdir. Anası buna etiraz etməmiş və öz bank kartının şəklinin çəkib Seldaya göndərmişdir. 17 iyun 2021-ci il tarixdə anasının bank kartına 400 manat məbləğində pul vəsaiti köçürülmüşdür. O, həmin pul vəsaitini çıxarıb Selda ilə görüşüb sonuncuya vermişdir. Bank kartına narkotik vasitənin alınması üçün pulun köçürülməsi barədə heç bir məlumatı olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 35-ci PB-nin məsul növbətçisi vəzifəsində işləyir. 19 iyun 2021-ci il tarixdə səhər saatlarında xidmətdə olarkən Xətai RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən polis bölməsinə narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən iki nəfər gətirilmişdir. Həmin şəxslərdən biri Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olduğunu bildirdiyindən sonuncunun üzərində axtarış keçirilməsi zərurəti yaranmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir. Digər vətəndaş, Şahid4 üzərində isə adi qaydada polis bölməsinin növbətçi hissəsində baxış keçirilmişdir. Bu barədə akt tərtib edilmişdir. Baxış zamanı Şahid4 üzərində 25 manat pul, açarlar, cib dəsmalı, 1 ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Bundan sonra Şahid4 izahatı alınaraq sərbəst buraxılmış və üzərində aşkar edilən əşyalar özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs ittiham olunaraq təqsirli bilindiyi əməli törətməsi ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi öz ifadələri, şahid ifadələri, üzləşdirmə protokolları və iş üzrə toplanmış digər sübutlarla, o cümlədən axtarış və götürmə aparılması haqqında 19 iyun 2021-ci il tarixli protokol (cild 1, iş v. 26-27), elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokol (cild 1, iş v. 140-141), məhkəmə-kimyəvi ekspertizasının 19 iyun 2021-ci il tarixli 6/2501 saylı rəyi (cild 1, iş v. 39-45), məhkəmə ambulator narkoloji ekspertizasının 17 avqust 2021-ci il tarixli 2919 saylı rəyi (cild 1, iş v. 134-135) ilə də tam təsdiq olunur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** CSM nömrəsinə daxil olan SMS məlumatlarının mətnlərində aşağıdakı SMS mətnləri əhəmiyyət kəsb etmişdir. Belə ki, ***-***-**-** saylı mobil nömrə kartından ***-***-**-** saylı mobil nömrə kartına ünvanlanmış: - xx-xx-2021-ci il saat 20:15:25-də - 10 manat - xx-xx-2021-ci il saat 20:16:07-də -10 manat kola 077-429- 50-15 saylı mobil nömrə kartından ***-***-**-** saylı mobil nömrə kartına ünvanlanmış: - xx-xx-2021-ci il saat 17:28:44-də - Menem tural gedirem abyekde pulu goturum gelirem Həmçinin, ***-***-**-** saylı mobil nömrə kartına daxil olunan sms-lərə baxış zamanı istintaq əhəmiyyəti kəsb edəcək məlumatlardan aşağıdakılar müəyyən edildi. ***-***-**-** mobil nömrəsinə ***-***- **-** saylı mobil nömrə kartından daxil olmuş aşağıdakı mətnlərdə: - xx-xx-2021-ci il saat 20:15:28-də -10 manat - xx-xx-2021-ci il saat 20:16:11-də - 10 manat kola. Baxış zamanı ***-***-**-** saylı mobil nömrənin Bakı şəhəri Şağan qəsəbəsi, Məktəbli küçəsi, döngə 5, ev 12-də qeydiyyatda olan X2, ***-***-**-** saylı mobil nömrənin isə həmin ünvanda qeydiyyatda olan X1 adına rəsmiləşdirilməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməməsi, ona həmin maddə ilə bəraət verilməsi barədə apellyasiya şikayətinin dəlillərini, həmçinin işin hallarını şübhə altına alan digər fikirlərini onun cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkum edilmiş şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsindən görünür ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini; bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə isə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Ali Məhkəmə Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün təkcə narkotik vasitələrin miqdarı ilə yanaşı çəkilib xırda bağlamalara bükülməsi, digər, yəni istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədiylə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən isə şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif olunması üçün əsaslar müəyyən etmir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona istinad olunan CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair daxili inamı rəhbər tutaraq, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin həmin narkotik vasitələrin pulunu Şahid4 ödəməsi və sifariş verməsi, narkotik vasitələrin Şahid4 məxsus olması, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin aşkar edilməməsi, bu səbəbdən də ona bəraət verilməsi barədə dəlillərini təhlil edərək, həmin dəlillərin iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla təkzib olunmasını qeyd etməklə əsassız hesab edir. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini iş materialları və işin obyektiv halları ilə tam sübut olunmuş hesab etdiyindən, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətində göstərilən digər dəlillərə ətraflı cavab verməyə lüzum görmür və apellyasiya şikayətinin təmin olunmaması nəticəsinə gəlməsini qeyd edir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarinin və əsas azadliqlarin pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (19 aprel 1994-cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə kollegiyası həmçinin təyin olunmuş cəzanın sərt olması barədə apellyasiya şikayətinin dəlillərini, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin apelyasiya baxışı zamanı çıxışlarının dəlillərini işin faktiki halları ilə müqayisəli şəkildə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsüf edilmiş, törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması kimi cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması göstərilərək, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir ki, məhkəmə kollegiyası təyin edilmiş həmin cəzanı qanuni və ədalətli hesab etmir. Belə ki, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, vahid məhkəmə təcrübəsinin formalaşması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsində “narkotok vasitələrin dövriyyəsi ilə bağlı işlər üzrə” tərtib edilmiş ümumi cədvəl nəzərdən keçirilərkən, təxminən 100-150 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək, üzərində saxlamaqla daşımış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə məhkum edilmiş şəxslərə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddinin, cinayətin əvvəllər məhkum edilmiş şəxslər tərəfindən törədilib-törədilməməsi, cəzasını yüngülləşdirən və ağırlaşdıran digər halların nəzərə alınmasından asılı olaraq 6 ildən 8 il 6 ayadək müddətə azadlıqdan məhrum etmə cəzası həddində dəyişdiyi müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə cinayətin törədilməsində rollarına, törədilmiş cinayətin хarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətlərinə görə, habelə təyin olunmuş cəzanın onun islah olunmalarına təsiri baxımından birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəs ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərkən ədalətsiz nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasından görünür ki, həmin cinayət əməllərini törətməyə görə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə görə isə cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Göründüyü kimi qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa halların mövcud оlmasını da, cəza təyini zamanı yüngülləşdirici hal kimi nəzərə alınmasını müəyyən etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tariхli qərarının 2-ci bəndində həmçinin göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəхsin islah оlunmasına хidmət etməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi hazırki cinayəti törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarına uyğun olaraq, təqsirləndirildiyi Cinayət Məcəllənin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərkən оnun cəzasını yüngülləşdirən halı (himayəsində üç azyaşlı uşağının olması) qeyd etsə də, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının оnun ailəsinin həyat şəraitinə təsirini nəzərə almamış və cəzanı yüngülləşdirən hallara düzgün hüquqi qiymət verməmiş, nəyə görə Təqsirləndirilən şəxs 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə həddində cəza təyin etməsini hökmdə əsaslandırmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü Zəhra, xx.xx.2011-ci il təvəllüdlü Fatimə, xx.xx.2013-cü il təvəllüdlü Əsmər, adlı 3 (üç) azyaşlı uşağı vardır. Qeyd оlunanlara əsasən məhkəmə kоllegiyası cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələblərini, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələrini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən törətdiyi cinayəti qismən etiraf etməsi və əməlindən peşman оlması, kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, habelə təyin оlunmuş cəzanın şəхsin islah оlunmasına və оnun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin təyin olunmuş cəzanın cərt olmasına aid hissədə qismən təmin edilməsini və Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın azaldılmasını məqsədəuyğun hesab edir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və onun müdafiəçisinin çıxışlarını, apellyasiya şikayətinin təmin edilmədən məhkəmə hökmünün isə dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-499/2021 saylı, 14 aprel 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası 7 (yeddi) ilə endirilməli, hökm apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saхlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki ibtidai araşdırma zamanı, həmçinin açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, Qərara aldı: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-499/2021 saylı, 14 aprel 2022-ci il tarixli hökmü məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinə əsasən dəyişdirilsin: Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası 7 (yeddi) ilə endirilsin. Hökm məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilməsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik еdən: Zəki Bаbаyеv Hаkimlər: İbrahim İbrahimli Ziya Şirinov
Məhkəmə qərarları › İş №1(103)-1186/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1186/2022
21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver