Məhkəmə qərarları › İş №1(103)-1193/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1193/2021

16.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1193/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru- X1, Məhkum edimiş şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, 17 may 1987-ci ildə Biləsuvar rayonu Bəydilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Biləsuvar rayonu, M.F.axundov küçəsi, ev 41-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsındə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 özü və müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əhməd Quliyevin sədrliyi, hakimlər Azər Paşayev və İradə Həsənzadədən ibarət tərkibdə) 20 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 19 iyun 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, onun ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması qərara alınmışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 19 iyun 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış və onun ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması qərara alınmışdır. Hökmlə həmçinin, məhkəmə məsrəfləri və maddi sübut məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı və naməlum şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib birləşərək, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda 367,403 qram narkotik vasitə olan heroini, külli miqdarda 370,012 qram narkotik vasitə olan tiryəki, külli miqdarda 681,094 qram narkotik vasitə olan həşiş qatranı və külli miqdarda 21007,588 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib Təqsirləndirilən şəxs1 birlikdə öz üzərlərində daşımaqla və yaşadıqları mənzillərdə saxlamış, 19 iyun 2020-ci il tarixdə Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 03:30-da ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs1 ilə birlikdə saxlanılaraq ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə zamanı əynində olan açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş bükümdə ümumi çəkisi külli miqdarda 74,437 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, sağ yan cibindən 05 ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri 1,337 qram, 1,033 qram, 2,032 qram, 1,458 qram, 1,431 qram və 1 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə 0,297 qram olmaqla, ümumi çəkisi 7,588 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldükdən sonra, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 05:50-də yaşadığı ünvan 5 ünvanında keçirilmiş axtarış və götürülmə zamanı evin yataq otağında olan şkafın üstündəki “Star SPORTS” sözləri yazılan qırmızı rəngli idman çantasının içərisindən 01 ədəd elektron tərəzi, təmiz çəkisi külli miqdarda 356,292 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, ayrı-ayrılıqda təmiz çəkisi, 364,0 qram, 214,0 qram, 80,0 qram olmaqla, ümumi çəkisi külli miqdarda 658,0 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qatranı, saat 06:45-də əməliyyat axtarış tədbirlərinin davamı olaraq ünvan 6 ünvanın qarşısında avtomaşınlar park edilməsi göstərən yol nişanın altından 1 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş ümumi təmiz çəkisi külli miqdarda 288,205 qram narkotik vasitə heroin aşkar edilərək götürüldükdən sonra, həmin gün saat 08:00-da Zahir Hüseynovun kirayə yaşadığı ünvan 7 ünvanında yerləşən “Memi” paltar mağazasına axtarış və götürmə aparılan zaman oradan 01 ədəd elektron tərəzi, 5 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş ayrı-ayrılıqda təmiz çəkisi 0,901 qram, 1,013 qram, 1,048 qram, 0,898 qram, 0,901 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 4,761 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş ayrıayrılıqda təmiz çəkisi 10,282 qram, 3,438 qram olmaqla ümumi təmiz çəkisi 13,720 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, mağazada olan soyuducunun içərisindən 1 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş təmiz çəkisi 5,007 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qatranı, digər otaqdan isə 4 ədəd kisədə ayrıayrılıqda çəkisi 5 kq 550 qram, 5 kq 150 qram, 5 kq 200 qram, 5 kq 100 qram külli miqdarda ümumi təmiz çəkisi 21 kq çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmündən müdafiəçi Müdafiəçi3 apellyasiya şikayəti verərək məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Bundan əlavə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və Müdafiəçi1 da Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmündən apellyasiya şikayəti verərək ona bəraət verilməsini xahiş etmişlər. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsində müdafiəçisi olmuş Müdafiəçi3 tərəfindən cəzanın yüngülləşdirilməsi ilə bağlı verilmiş apellyasiya şikayətindən imtina etdiyini, özünün və Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərini müdafiə edərək, həmin şikayətlərə baxılmasını xahiş etmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində göstərmişdir ki, Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə razı olmadığını, məhkəməin onun barəsində qanunsuz və ədalətsiz hökm çıxardığını, ciddi qanun pozuntularına yol verildiyini, onun narkotik vasitəyə heç bir aidiyyatını olmadığını, onun üzərində narkotik vasitə olmadığını, məhkəmənin bu halları araşdırmadığını, hüquqlarının pozulduğunu və qeyd olunanlara əsasən Ağır cinayətlər Məhkəməsinin hökmünü ləğv edib barəsində bəraət verilməsini xahiş etmişdir. Müdafiəçi1 apellyasiya şikayətində göstərmişdir ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilməyərək göstərmişdir ki, heç bir təhsili olmadığından uzun müddətdi ki, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 da tutulmamışdan təxminən 4 ay əvvəl təsadüfən Zahir onun avtomaşınına müştəri qismində əyləşən zaman tanımış və onların arasında münasibət yaranmışdır. Sonradan münasibətləri yaxın olmuş və mütəmadi olaraq görüşməyə başlamışlar. Görüşlərin birində Zahir ona çantasını evində saxlamasını xahiş etmiş, ancaq çantanın içərisində nə olduğunu ona deməmiş, o da bu haqda ondan heç nə soruşmamış, lakin Zahir normal insan kimi tanıdığından ona məxsus çantanı saxlamağa razı olmuşdur. Zahir adətən taksi sürücüsü kimi hər yerə onunla getmişdir. 19.06.2020-ci il tarixdə saat 03 radələrində “Əhmədli” metro stansiyasının yaxınlığında olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş və onları polis şöbəsinə aparmışlar. O, polis əməkdaşları ilə Xətai RPİ-nin 34-cü PŞ-nə gəldikdə üzərinə baxış keçirilən zaman üzərində heç bir qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra onun idarə etdiyi **-VC-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” markalı avtomobilə Zahir və onun vəkillərinin, iki nəfər hal şahidinin və polis əməkdaşların iştirakı ilə baxış keçirilmişdir. Yeni Günəşli”də “Atilla hamamının qarşısında göstərilən narkotik vasitələrdən, o cümlədən onun yaşadığı Bakı şəhəri, Nizami rayonu,B.Çobanzadəküçəsi 53a mənzi 163 ünvanına keçirilən baxış zamanı aşkar edilmiş narkotik vasitələr olan çantadan xəbərsiz olmuşdur. Ümumiyyətlə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən ona təzyiq və pisixi təsir olunduğu üçün ibtidai istintaq zamanı sənədləri imzalamışdır. Вeləki polis əməkdaşları onun evindeə 3 dəfə çəkiliş aparmışlar. Əvvəl çəkdikləri çəkilişlərdə o,narkotik vasitədən məlumatı olmadığini bildirmiş, sonuncu çşəkilişdən əvvəl isə ona həyat yoldaşını həbs edəcəkləri ilə hədə qorxu gəldiklərindən ifadəsinə və protokola İmza etmişdir. Ümumiyyətlə o, oxumaq və yazmaq bilmir, məktəbə getməmişdir. Onsuzda ifadədə və protokolda yazılanları oxuya bilməzdi. Onun təqsiri olmadığından barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında Təqsirləndirilən şəxs2 yaşadığı mənzilə baxış protokolu da qanunsuz və əsassız tərtib olunmuş və sübut kimi hökmün əsasına qoyula bilməz. Ona görə ki, həmin mənzildə Təqsirləndirilən şəxs2 ailə üzvləri yaşasa da onlar həmin axtarışda iştirakı təmin edilməmişdir, məhkəmədə dəfələrlə vəsatət versək də məhkəmə vəsatəti nəinki təmin etməmiş, müzakirə belə etməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs2 məhkəmədə ifadə verərkən evlərinin giriş qapısında kameralar olduğunu və kamera görüntülərinin çıxarılmasını xahiş etsədə məhkəmə həmin halıda araşdırmamışdır. Ancaq nə ibtidai araşdırma zamanı nə də məhkəmədə Təqsirləndirilən şəxs2 yaşadığı evdə axtarış zamanı ailə üzvlərindən kimlərin olması, aydınlaşdırılmamış, onlar dəvət edilib işin hallarına uyğun dindirilməmişlər, onların axtarışda iştirakı təmin edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ifadə verərkən axtarış zamanı polis işçilərinin əgər sənədlərə imza etməsə və çəkiliş zamanı onların dediklərinə əməl etməsə onun həyat yoldaşını da tutacaqları ilə hədə-qorxu gəlindiyini bildirsə də məhkəmə həmin faktı da araşdırmamış və məhkəmədə dindirilən polis işçilərinə bu haqda verilən suallaara belə imkan verməmiş, onların ifadələrini müqayisəli təhlil edib, hüquqi qiymət verməmişdir. Təqsirləndirilən şəxs2 Xudaşkür oğlunun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki İlədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur ki, yuxarıda qeyd etdiyim kimi məhkəmə ona bəraət vermək əvəzinə həddindən artıq ağır cəza təyin etmişdir ki, bu da qanunvericiliyin ədalət prensipinin tələblərinə zidd və ədalət prinsipinin pozulması deməkdir. Qeyd edilənlərin nəzərə alınaraq Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlli sübuta yetmədiyindən 385/2021-saylı hökmünü ləğv edib, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi4 verilmiş apellyasiya şikayətlərini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, ona bəraət verilməsini xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayətlərinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətlərinin təmin olunması barədə məhkum edilmiş şəxs və onların müdafiəçisinin, həmçinin apellyasiya şikayətlərinin təmin edilməməsi haqqında dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs2 barəsində qəbul edilmiş 20 may 2021-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan məhkum edilmiş şəxs və onun müdafiəçiləri tərəfindən verdikləri apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində məhkum Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Hökmdən və cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələrində əməlini etiraf edərək, aşkar edilərək götürülmüş narkotik vasitələrinin haradan, hansı məqsədlə əldə edib saxlaması, aşkar edilmiş elektron tərəzinin özlərinə məxsus olmaları barədə səmimi ifadələr verərək, müdafiəçilərinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etsələr də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində elan olunmuş ittihamda özünü təqsirli bilməmişdir. Halbuki Təqsirləndirilən şəxs2 ilkin araşdırma dövründə vermiş olduğu ifadələrində tərəflərindən törədilmiş cinayət əməllərinin xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğura bilməz. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs2 verdikləri ifadələrində elan olunmuş ittihamda özünü təqsirli bilməsə də, həmin məhkəmə onun dəlillərini ətraflı araşdırmış və onun Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkum edilmiş şəxsin tutulmasında iştirak etmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin NBM-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Xətai rayon Polis İdarəsinin CAŞ-ın kiçik əməliyyat müvəkkili Şahid3 dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, üzləşdirmə protokolları, ekspert rəyləri və toplanmış digər sübutlara öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə qeyd edir ki, iş materiallarından göründüyü kimi sonuncunun istinad etdiyi dəlillər elə birinci instansiya məhkəməsində ifadəsində göstərdiyi dəlillərlə əsas etibarı ilə eynilik təşkil etmişdir. Qeyd olunan dəlillər birinci instansiya məhkəməsində cinayət işinin halları ilə müqayisəli şəkildə araşdırılmış və məhkum edilmiş şəxsin istinad etdiyi hallar iş üzrə istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri, maddi sübütlarla, tam təkzib olunduğundan iş üzrə məhkəmədə araşdırılmış onun bu ifadələrinin özünün müdafiəsinə yönələn cəhdi kimi qiymətləndirilmişdir. Apellyasiya məhkəməsində məhkəmə iclası zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bilirmişdir ki, narkotik vasitə onun evində olmamış, digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 taksi fəaliyyəti ilə məşğul olan zaman tanımış və münasibətləri yaranmışdır. Bundan sonra tutulana qədər dörd ay ərzində Zahirin sifarişləri əsasında onu getdiyi yerlərə aparmış, Zahir ona evində saxlaması üçün hər hansı bir çanta verməmiş və Zahirin narkotik vasitə satdığından xəbəri olmamışdır. Birinci instansiya məhkəməsində Zahirin verdiyi çantanı evində saxlamasını deməmişdir. Orta məktəb oxumadığına görə yazıb-oxumağı bilmədiyini, müştərilərinə telefonla zəng etməyi və ya yazmağı da çətinliklə icra etmişdir. İstintaq zamanı ona polis tərəfindən təzyiq edildiyini, lakin onların dedikləri ilə razılaşmayıb heç bir sənədə imza edə bilmədiyindən imzalamamışdır. Tutulduqdan sonra və istintaqda vəkili olsada onun müdafiəsi üçün hər hansı bir iş görməmişdir.Polisdən qorxduğuna görə edilmiş qanunsuzluqlar barədə hər hansı şikayəti olmamışdır. Hazırda da özünü təqsirli bilmir. Arada bir narkotik vasitədən istifadə etsədə heç vaxt onun satışı və ya daşıması ilə məşğul olmamışdır. Məhkum edilmiş şəxsin təhsilinin olmamasına və yazıb, oxuya bilmədiyindən istintaq zamanı ifadələrin onun tərəfindən imzalanmamsına, həmçinin polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasına münasibətdə məhkəmə qeyd edir ki, keçirilmiş bütün istintaq hərəkətləri onun müdafiəçisinin iştirakı ilə aparılmış və bu barədə ibtidai istintaq zamanı hər hansı etirazı olmamış, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı isə özünün bildirdiyi kimi onların hərəkətlərindən hər hansı şikayəti olmamışdır. Eyni zamanda məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 ona evində saxlaması üçün Təqsirləndirilən şəxs1 tərəfindən ona hər hansı bir çanta verilmədiyini desə də, ibtidai istintaq zamanı narkotik vasitə olan çantanın Təqsirləndirilən şəxs1 tərəfindən ona saxlaması üçün verildiyini etiraf etrmiş, bu hal iş materiallarında olan Təqsirləndirilən şəxs2 yaşadığı ünvana axtarış keçirilməsinin görüntülərini əks etdirən DVD disklə təsdiqini tapmış, məhkəmə zamanı verdiyi ifadələrindən və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətindən isə görünür ki, onun Təqsirləndirilən şəxs1la sonradan münasibətləri yaxın olmuş və mütəmadi olaraq görüşməyə başlamış, görüşlərin birində Zahirin ona çantasını evində saxlamasını xahiş etmiş, ancaq çantanın içərisində nə olduğunu ona deməmiş, o da bu haqda ondan heç nə soruşmamış, lakin Zahir normal insan kimi tanıdığından ona məxsus çantanı saxlamağa razı olduğunu bildirmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 qeyd etdiyi hallara və özünü təqsirli bilməməsinə dair vermiş olduğu ifadələrinə tənqidi yanaşır və onun dediklərini özünün müdafiəsinə yönələn cəhd kimi qiymətləndirir. Digər tərəfdən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşkar olunmuş narkotik vasitəsinin müxəlif çeşidlərdə və külli miqdarlarda-yəni 367,403 qram narkotik vasitə olan heroin, 370,012 qram narkotik vasitə olan tiryək, 681,094 qram narkotik vasitə olan həşiş qatranı, 21007,588 qram narkotik vasitə olan qurudulmuş marixuana olmaqla Təqsirləndirilən şəxs1la birlikdə öz üzərlərində daşımaqla və yaşadıqları mənzillərdə saxlamış olması məhkum edilmiş şəxsin narkotik vasitələrin satış məqsədi ilə saxlamasının göstəricisidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış və bu sübutlar əsasında məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Eyni zamanda hökmdən görünür ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, cəzanın təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həmçinin təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları müzakirə etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını, məhkum edilmiş şəxsin şəxsiyyətini tam nəzərə almış və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddələrinin sanksiyalarının həddində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxsin cəzasının daha da yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmiş, təyin edilmiş cəzanın həddi, məhkum edilmiş şəxsin şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs2 haqqındakı 20 may 2021-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan məhkumlar tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçisinin apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs2 haqqındakı 20 may 2021ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayətləri və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar