Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-12/2025 07.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X158 İlham oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə Nəcəfova Lamiə Amil qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1, onun nümayəndələri və vəkilləri Müdafiəçi9, Nümayəndə7, Nümayəndə9, Zərərçəkmiş şəxs Kat Holding MMC-nin nümayəndəsi Nümayəndə5 X2 və X46 Təqsirləndirilən şəxs1, onun müdafiəçiləri Bakı şəhəri “As Leqal” vəkil bürosunun vəkili Müdafiəçi5 və Bakı şəhəri “Güvən” vəkil bürosunun vəkili Müdafiəçi10, Bakı şəhəri “Ədalət” vəkil bürosunun vəkili Müdafiəçi11 Təqsirləndirilən şəxs2, onun müdafiəçiləri Bakı şəhəri “Verdiktum” vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri “Ədalət” vəkil bürosunun vəkili Müdafiəçi11 iştirakları ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4, 32.4, 312.1 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi5, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 nümayəndəsi və zərərçəkmiş şəxs (mülki iddiaçı) "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə, zərərçəkmiş şəxs (mülki iddiaçı) Pocius Povalis tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə və Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 1(101)-470/2022 saylı hökmü ilə (sədrlik edən Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, hakimlər X156 və X29 ibarət tərkibdə) xx xxxx 1960-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Zərərçəkmiş şəxs2 təsisçisi, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Gülçülük Sovxozu” adlanan ərazidə nömrəsiz bağ evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü 32.4,312.1-ci və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə, həm də əsas cəzaya əlavə cəza birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cəza təyin edilməməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcının 30 iyul 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi; xx xxxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Zərərçəkmiş şəxs2 direktoru işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, X202 küçəsi, ev 3, mənzil 69 ünvanda qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cəza təyin edilməməsi, Təqsirləndirilən şəxs2 barəsində ibtidai araşdırma zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi; İş üzrə üzərinə həbs qoyulmuş əmlaklar: - X86 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, mənzil 8, X57 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, 1-ci giriş, 3-cü mərtəbədə yerləşən 2 nömrəli mənzil, X47 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 5, X48 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 9, Şahid40 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 10, Şahid32 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 18, Sultan-zadə X121 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 47, Şahid10 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 19, Şahid7 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 7, Şahid36 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 29, mənzil 4, Şahid34 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28 mənzil 62, Şahid45 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 64, Şahid42 Əsgər qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 67, Şahid35 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 29, mənzil 16 və Şahid17 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 29, mənzil 25, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 81, mənzil 36, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi, ev 46/50, mənzil 29 və ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakların, X86 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, mənzil 8 və X57 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, 1-ci giriş, 3-cü mərtəbədə yerləşən 2 nömrəli mənzil üzərinə X86 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, mənzil 8 və X57 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, 1-ci giriş, 3-cü mərtəbədə yerləşən 2 nömrəli mənzil, X60 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X175 Naxçıvani küçəsi, ev 15, mənzil 33 və ünvan 6 ünvanda yerləşən mənzil, X86 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 56, mənzil 77, X38 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 46, mənzil 39, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 39, mənzil 33, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, ev 219C (fərdi yaşayış evi), Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 75, mənzil 51, Bakı şəhəri. Yasamal rayonu, M.Müşfiq küçəsi, ev 10, mənzil 41, Bakı şəhəri, Səbail rayonu, İqor Ağayev küçəsi, ev 10, mənzil 28, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 34, mənzil 38 və Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 23, mənzil 45, Təqsirləndirilən şəxs1 adına "xxxx" ASCdə kart, “Yelo Bank”, "xxxx", "BTB Bank" və "xxxx" ASC-lərdə müvafiq cari hesablar, xx.xx.1964-cü il təvəllüdlü X60 adına "xxxx" ASC-də cari (qalıq 3400 ABŞ dolları), "xxxx" ASC-də cari hesab, xx.xx.1976-cı il təvəllüdlü X86 adına "xxxx" ASC-də cari və depozit, "xxxx" ASC-də 4 kart və 2 cari, "xxxx" ASC-də 3 depozit (11000 AZN, 10000 AZN, 23000 AZN), "xxxx" ASC-də depozit (25000 AZN), "xxxx" ASC-də 2 cari (60000 AZN, 3700 AZN), "xxxx" ASC-də depozit (15000 ABŞ dolları) hesab, xx.xx.1985-ci il təvəllüdlü X38 adına "xxxx" ASC-də qeyri-aktiv kart, “Yelo Bank” və "xxxx" ASC-lərdə cari hesablar, xx.xx.1990cı il təvəllüdlü X61 adına "xxxx" ASC-də depozit (9500 ABŞ dolları), "xxxx" ASC-də cari (1000 ABŞ dolları) və depozit (4000 ABŞ dolları) hesab, xx.xx.1966-cı il təvəllüdlü X62 adına "xxxx" ASC-də 4 kart və 2 cari (3187 AZN), "xxxx" və "xxxx" ASC-lərdə cari hesablar, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 adına "xxxx" ASC-də qeyri-aktiv əmək haqqı, “Yelo Bank” və "xxxx" ASC-lərdə cari hesablar, "xxxx" MMC-nin adına rəsmiləşdirilmiş **-AA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Equus” markalı, Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş **-CE-*** dövlət qeydiyyat nişanlı “Qaz 24” markalı, X60 adına rəsmiləşdirilmiş **-DJ-*** dövlət qeydiyyat nişanlı “Audi Q7” markalı, X38 adına rəsmiləşdirilmiş **-UC-*** dövlət qeydiyyat nişanlı, “GAC GS8” markalı, X87 adına rəsmiləşdirilmiş **-DJ-*** dövlət qeydiyyat nişanlı “Porsche Cayenne” markalı minik avtomobillərinin həbsdən azad edilməsi; Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülki iddiasının qismən – ******* (üç milyon dörd yüz otuz beş min altı yüz əlli səkkiz) manat 57 qəpik maddi ziyanının ödənilməsi ilə bağlı hissədə qismən təmin edilməsi, ümumi sahəsi 377,47 kv.metr olmaqla ümumi dəyəri 490711 manat təşkil edən mənzillərin və ümumi sahəsi 599,45 kv.metr olmaqla ümumi dəyəri ******* manat təşkil edən qeyri-yaşayış sahələrinin zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1un artıq mülkiyyətinə verilməsi nəzərə alınmaqla təmin edilmiş mülki iddia məbləğinin - ******* (üç milyon dörd yüz otuz beş min altı yüz əlli səkkiz) manat 57 qəpik maddi ziyanının ******* (bir milyon beş yüz doqquz min yeddi yüz yetmiş altı) manatının ödənilmiş kimi hesab olunması, "xxxx" MMC-nin mülkiyyətində olmuş, 13 iyun 2018-ci il tarixli B01/18 saylı barter (dəyişdirmə) müqaviləsinə əsasən 48 mənzillə dəyişdirilmiş ünvan 15 ünvanında yerləşən ərazi və tikililərdən ibarət ******* (dörd milyon səksən altı min üç yüz əlli dörd) manat dəyərində qiymətləndirilmiş əmlak kompleksi - beton və sement zavodunun (Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış Seriya MH № 0138544, reyestr № **********43-12301, qeydiyyat №**********, xx.xx.2008 və Texniki pasporta əsasən İnventar nömrəsi 11/623, xx.xx.2008) Zərərçəkmiş şəxs2ndən başqa digər şəxslərin adına özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulması, həmin zavodun Zərərçəkmiş şəxs2 MMC-nin adına rəsmiləşdirilməsi prosesinin qanunla nəzərdə tutulmuş qaydada sona çatdırılması, bundan sonra həmin beton və sement zavodunun müvafiq qaydada satılmaqla əldə olunacaq pul vəsaitinin ******* (bir milyon doqquz yüz iyirmi beş min səkkiz yüz səksən iki) manat 57 qəpiyinin mülki iddianın ödənilməmiş qalan hissəsi kimi zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ödənilməsi, satışdan əldə olunacaq məbləğin artıq qalan hissəsinin isə Zərərçəkmiş şəxs2 MMC-yə məxsus vəsait kimi sonuncunun hesabına keçirilməsi, ünvan 15 ünvanında yerləşən ərazi və tikililərdən ibarət əmlak kompleksinin - beton və sement zavodunun qanunla nəzərdə tutulmuş qaydada satıldığı vaxtda mümkün likvidliyin nəzərə alınması üçün Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş Salyan rayonu, Varlı kəndində yerləşən 0,06 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin (JN- 16117H KOD 00301016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”) üzərinə qoyulmuş həbslərin iddianın təmini tədbiri kimi qüvvəsində saxlanılması, mümkün likvidlik riski nəzərə alınmaqla mülki iddanın təmin edilmiş hissəsinin tam ödənilməsi üçün yuxarıda qeyd olunan əmlak kompleksinin satışından əldə olunacaq vəsaitin kifayət etməyəcəyi halda qeyd olunan hər iki torpaq sahəsinin müvafiq qaydada satılmaqla çatışmayan hissədə Zərərçəkmiş şəxs1 ödənilməsi, pul vəsaitindən artıq qalacağı halda isə həmin məbləğin Təqsirləndirilən şəxs1 qaytarılması, əmlak kompleksinin satışından əldə olunacaq vəsait mülki iddianın təmin edilmiş hissəsinin ödənilməsinə kifayət edəcəyi halda hər iki torpaq sahəsinin həbsdən azad edilməsi hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar məsələsi də həll edilmişdir. İşin halları: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını xüsusilə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəməklə talamış, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 26 noyabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Kommersiya X143 Qeydiyyat İdarəsi tərəfindən **********1 №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" X36 təsisçisi və faktiki rəhbəri olmaqla müəssisənin həmin tarixli Nizamnaməsinin 5-ci bölməsinə əsasən, müəssisənin nizamnaməsinə əlavə və ya dəyişiklik etmək, müəssisənin illik hesabatını və mühasibat balansını təsdiq etmək, mənfəəti və zərəri bölüşdürmək, ümumi yığıncağında iştirak etmək, icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanının üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək, müəssisənin yenidən təşkil və ya ləğvi haqqında qərar qəbul etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə "xxxx" МММ tərəfindən ünvan 8 ünvanında 1 ədəd 2 girişli 14 mərtəbəli binanın tikintisinin aparıldığını, ərazidə 3 saylı yaşayış binasının tikintisinin aparılmayacağını bildiyi halda, 2014-cü ilin iyun ayında mənzil almaq üçün müraciət etmiş X15 əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, 23 iyun 2014-cü il tarixdə guya "xxxx" МММ tərəfindən ünvan 8də inşa ediləcək 3 saylı yaşayış binasında 1-ci giriş, 10-cu mərtəbə, sahəsi 169,9 m2 olan mənzili 203.880,0 (iki yüz üç min səkkiz yüz səksən) manata ona satacağı barədə yalandan vəd verib aldadaraq, faktiki olaraq X16 mənzil satmaq məqsədi olmadan sonuncunun əmlakını ələ keçirmək məqsədilə mənzilin satılması görüntüsü yaratmaq üçün 23 iyun 2014-cü il tarixdə ünvan 9 ünvanında yerləşən ofisində məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş saxta rəsmi sənədləri "xxxx" MMM-nin 23 iyun 2014-cü il “çoxmərtəbəli yaşayış binasının tikintisi haqqında" müqaviləsini şəxsən imzalayıb müəssisənin möhürünü birbaşa olaraq şəxsən sənədə vurub möhürləməklə təsdiq edərək Zərərçəkmiş şəxs3 təqdim etməklə vəzifə saxtakarlığı edib, mənzilə görə ilkin ödəniş olaraq sonuncuya məxsus ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 175,7 m2 olan fərdi yaşayış evinin dəyərini öz aralarında 105.000 (bir yüz beş min) manat məbləğinə razılığa gələrək 7 yanvar 2015-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat kontorunda alqı-satqısını həyata keçirməklə həmin evin özünün tanışı olan Şahid1 adına rəsmiləşdirilməsinə nail olaraq, həmçinin, eyni niyyətlə, sonradan 2015-ci ilin iyun ayında ünvan 9 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs3 yenidən sonuncunun oğlu Şahid3 vasitəsilə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə X16 məxsus 125.000 (bir yüz iyirmi beş min) manat məbləğində əmlakını - pul vəsaitini ələ keçirib ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, 2017-ci ilin iyun ayında tanışı - Litva Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının Mənzil X133 tərəfindən sosial evlər layihəsinin həyata keçirilməsində iştirak edərək tikinti layihələrinə investisiya yatırmaqla külli miqdarda gəlir əldə edəcəklərini yalandan bildirib, həmin işə sərmayə qoymağa Zərərçəkmiş şəxs1 razı saldıqdan sonra, özünün həmin Agentliyin rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını və həmin münasibətlərindən istifadə edərək müsabiqə komissiyasının iclasında qalib gələrək binaların tikintisini həyata keçirməklə gəlir əldə edəcəklərini aldatmaqla vəd edib, həmin məsələnin müsbət həll edilməsi üçün qeyd edilən agentliyin rəhbər vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onların xeyrinə edəcəyi hərəkətə, yəni həmin agentliyin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 iyun 2017-ci il tarixində keçiriləcək müsabiqə komissiyasının iclasında qalib gələrək Bakı şəhəri, Yasamal rayonu, X132 yolu 8 ünvanında yerləşən X70 27, 28 və 29 saylı binaların tikintisinə cəlb edilmələrinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 50.000 (əlli min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 85.000 (səksən beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2 iyun 2017-ci il tarixdə Bakı şəhəri, K.Səfərəliyeva küçəsində yerləşən “Holiday İnn” otelində yerdə görüşləri zamanı Zərərçəkmiş şəxs1 bildirib, sonuncunun özünə olan inam və etibarından istifadə etməklə onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə, sonuncudan 4 iyun 2017-ci il tarixdə Bakı şəhəri, K.Səfərəliyeva küçəsində yerləşən “Holiday İnn” otelində 50.000 (əlli min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 85.105 (səksən beş min bir yüz beş) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 85.105 (səksən beş min bir yüz beş) manat məbləğində pul vəsaitini ələ keçirib ona külü miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs2 təsisçisi və faktiki rəhbəri oimaqla, təkrarən, qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2017-ci ilin iyun ayında tanışı - Litva Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının Mənzil X133 tərəfindən sosial evlər layihəsinin həyata keçirilməsində iştirak edərək Cəmiyyətin Bakı şəhəri, Yasamal rayonu, X132 yolu 8 ünvanında yerləşən X70 inşasına başlanan 27, 28 və 29 saylı binaların tikinti layihələrinə investisiya yatırmaqla külli miqdarda gəlir əldə edəcəklərini yalandan bildirib, həmin işə sərmayə qoymağa Zərərçəkmiş şəxs1 razı salıb inandırmaq məqsədilə 50 faiz payla "xxxx" MMC-yə onun şərik olmasına nail olduqdan sonra, həmin niyyətlə, investisiya qoyuluşu adı ilə xx.xx.2017-ci il tarixdə Zərərçəkmiş şəxs1 sonuncunun özü və tanışları Nümayəndə1 vasitəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 889-cu məhəlldə yerləşən “Kapital Bank" ASC-nin “Gənclik" filialının qarşısında 250.000 (iki yüz əlli min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 425.200 (dörd yüz iyirmi beş min iki yüz) manat, 17.10.20*17-ci il tarixdə həmin ünvanda 100.000 (bir yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 170.030 (bir yüz yetmiş min otuz) manat, xx.xx.2017-ci il tarixdə həmin ünvanda 200.000 (iki yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 340.040 (üç yüz qırx min qırx) manat, xx.xx.2017-ci il tarixdə həmin ünvanda 200.000 (iki yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 340.020 (üç yüz qırx min iyirmi) manat, xx.xx.2017-ci il tarixdə həmin ünvanda 250.000 (iki yüz əlli min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 425.000 (dörd yüz iyirmi beş min) manat, xx.xx.2017-ci il tarixdə həmin ünvanda 100.000 (bir yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 170.010 (bir yüz yetmiş min on) manat, xx.xx.2017-ci il tarixdə həmin ünvanda 200.000 (iki yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 340.020 (üç yüz qırx min iyirmi) manat, xx.xx.2018-ci il tarixdə həmin ünvanda 200.000 (iki yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 340.020 (üç yüz qırx min iyirmi) manat, xx.xx.2018-ci il tarixdə həmin ünvanda 200.000 (iki yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 340.020 (üç yüz qırx min iyirmi) manat, 2018-ci ilin fevral ayından 15 may 2018-ci il tarixədək Bakı şəhəri ərazisində bir neçə dəfəyə 320.745 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 545.298,57 manat (beş yüz qırx beş min iki yüz doxsan səkkiz manat əlli yeddi qəpik) olmaqla, ümumilikdə həmin şəxsə məxsus cəmi 2.020.745 (iki milyon iyirmi min yeddi yüz qırx beş) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.435.658,57 manat (üç milyon dörd yüz otuz beş min altı yüz əlli səkkiz manat əlli yeddi qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə alıb həmin pul vəsaitini Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Yasamal rayonu, X132 yolu 8 ünvanında yerləşən X70 inşa edilən yaşayış binalarına yönəltməyərək öz şəxsi ehtiyaclarına sərf edib, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 3.435.658,57 manat (üç milyon dörd yüz otuz beş min altı yüz əlli səkkiz manat əlli yeddi qəpik) məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək sonuncuya xüsusilə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, Zərərçəkmiş şəxs2 təsisçisi və faktiki rəhbəri olmaqla cəmiyyətin 11 aprel 2011-ci il tarixli Nizamnaməsinə əsasən, cəmiyyətin fəaliyyətinə cari nəzarətin həyata keçirilməsi, cəmiyyətin təmsil edilməsi, maliyyə vəsaitinin xərc istiqamətlərinin müəyyən edilməsi və digər təşkilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə həmin cəmiyyətin direktoru Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə edərək rəhbəri olduğu Cəmiyyətlə Azərbaycan Respublikasının Mənzil X133nin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 30 iyun 2017-ci il tarixli «İnvestisiya sahəsində birgə sahibkarlıq fəaliyyəti haqqında» 01 nömrəli müqaviləyə əsasən 18 ay müddətinə 27 saylı binanı Azərbaycan Respublikasının Mənzil X133nin sərəncamına təqdim etməyi, Zərərçəkmiş şəxs2 MMC-nin təsisçilərinin Ümumi Yığıncağının 3 saylı protokolundan Çıxarışa əsasən Cəmiyyətin direktoru-qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 tərəfindən 28 və 29 saylı binalarda mənzillərin və qeyri-yaşayış sahələrinin satışının «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında notarial qaydada alqısatqı edilməklə həyata keçirilməli olması nəzərdə tutulduğu halda, habelə, mənzillərlə bağlı ödənişlərin Cəmiyyətin "xxxx" ASC-də olan AZ46NABZ******************** nömrəli müxbir hesabına mədaxil edilməklə həyata keçirilməsinin müəyyən edilməsinə baxmayaraq, yaşayış sahəsi almaq üçün cəmiyyətin ünvan 9 ünvanında müraciət etmiş şəxslərdən Təqsirləndirilən şəxs2 tərəfindən cəmiyyətin adından binanın tamamlanmayan hissəsinin layihə-smeta sənədlərinə uyğun olaraq tikilib başa çatdırılması, binanın montajı, liftin montajı, metal konstruksiyalı giriş qapısı, plastik pəncələr, döşəmə, divar və tavanın təmiri, xarici və daxili su, qaz, kanalizasiya, elektrik xətlərinin çəkilməsi, istilik sistemi (radiatorlann), mətbəx mebeli, vanna otağı və mətbəx üçün avadanlıqların quraşdırılması və ərazinin abadlaşdırılması həyata keçirildikdən sonra 2019-cu ilin dekabr ayınadək mənzili alıcıya təhvil vermək öhdəliyi götürülməklə, mənzillərin dəyərinə uyğun qiymət razılaşdırılması aparıldıqdan sonra Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib qulluq mövqeyindən istifadə edərək onlara etibar edilmiş həmin MMC-yə məxsus əmlakı mənimsəməklə talamaq məqsədilə mənzil satışlarına dair alqı-satqı müqavilələri əsasında bir sıra alıcılardan notarial qaydada sənədləşmə aparılmayıb satışa görə alınan pul məbləğini bütünlüklə, habelə, bir sıra alıcılara münasibətdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsində razılaşdırılmış qiymətdən aşağı qiymət qeyd edilib, qalan məbləği həmin şəxslərdən Cəmiyyətin ünvan 9 ünvanında yerləşən ofisində götürməklə həmin məbləğdə pul vəsaitini cəmiyyətin həmin hesabına mədaxil etməyərək, habelə, əvvəlcədən borclu olduğu şəxslərə öhdəliklərindən azad olunmaq məqsədilə hər hansı məbləğdə ödəniş edilmədən həmin şəxslər tərəfindən göstərilən alıcıların adına rəsmiləşdirməklə, habelə, yaxın qohumlarına və tanışlarına mənzilləri hədiyyə kimi verməklə, Təqsirləndirilən şəxs2 vasitəsilə müxtəlif məbləğlərdə, o cümlədən, Şahid5 17 may 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 61 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 78.790 (yetmiş səkkiz min yeddi yüz doxsan) manata razılaşıb, ondan 15.000 (on beş min) manat, Şahid4 5 iyun 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 5-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 54 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 48.288 (qırx səkkiz min iki yüz səksən səkkiz) manata razılaşıb,ondan 31.000 (otuz bir min) manat, Şahid6 14 iyun 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 3-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 58,86 m2 olan 12 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 74.457 (yetmiş dörd min dörd yüz əlli yeddi) manata razılaşıb, ondan 43.457 (qırx üç min dörd yüz əlli yeddi) manat, Şahid7 20 iyul 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 2-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 7 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 66.164 (altmış altı min bir yüz altmış dörd) manata razılaşıb, ondan 22.500 (iyirmi iki min beş yüz) manat, Şahid8 1 avqust 2018-ci i! tarixdə 28 saylı binadan 2-ci giriş, 3-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 45 №4i mənzilin oğlu X98 adına rəsmiləşdirməklə satılması ilə əlaqədar onunla mənzili 87.614 (səksən yeddi min altı yüz on dörd) manata razılaşıb, ondan 48.914,48 (qırx səkkiz min doqquz yüz on dörd manat qırx səkkiz qəpik) manat, Şahid10 7 avqust 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 19 №-li mənzilin satılması ilə əlaqədar ondan 62.475 (altmış iki min dörd yüz yetmiş beş) manat, Şahid11 20 avqust 2018-ci il tarixdə 28 saylı binadan 2- ci giriş, 4-cü mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 50 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 50.903 (əlli min doqquz yüz üç) manata razılaşaraq, ondan 26.000 (iyirmi altı min) manat, Şahid12 20 avqust 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 63 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 75.120 (yetmiş beş min bir yüz iyirmi) manata razılaşıb, ondan 25.620 (iyirmi beş min altı yüz iyirmi) manat, Şahid13 28 avqust 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 6- cı mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2olan 58 №-li mənzilin qohumu X39 adına rəsmiləşdirilməklə satılması ilə əlaqədar onunla mənzili 40.964 (qırx min doqquz yüz altmış dörd) manata razılaşıb, həmin pul vəsaitinin 25.724 (iyirmi beş min yeddi yüz İyirmi dörd) manatını 30 avqust 2018-ci il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 15.240 (on beş min iki yüz qırx) manat, X40 31 avqust 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 15 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 75267,5 manat (yetmiş beş min iki yüz altmış yeddi manat əlli qəpik) məbləğinə razılaşıb, ondan 42.267,5 (qırx iki min iki yüz altmış yeddi manat əlli qəpik) manat, Şahid16 2 sentyabr 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 27 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 75.267,50 (yetmiş beş min iki yüz altmış yeddi manat əlli qəpik) manata razılaşıb, ondan 48.880 (qırx səkkiz min səkkiz yüz səksən) manat, Şahid17 14 sentyabr 2018-ci il tarixdə 29 saylı binadan 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 66,52 m2 olan 25 №-li mənzilin satılması ilə əlaqədar 99.314 (doxsan doqquz min üç yüz on dörd) manat, X63 24 sentyabr 2018-ci il tarixdə 28 saylı binadan 1ci giriş 2-ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 5 saylı mənzili 75.120 (yetmiş beş min bir yüz iyirmi) manat, Şahid20 29 sentyabr 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 49 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 99.669,35 (doxsan doqquz min altı yüz altmış doqquz manat otuz beş qəpik) manata razılaşıb, ondan 40.136,35 qəpik (qırx min bir yüz otuz altı manat otuz beş qəpik) manat, Şahid21 10 oktyabr 2018- ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 23 Ne-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 75.267 (yetmiş beş min iki yüz altmış yeddi) manata razılaşıb, ondan 46.267 (qırx altı min iki yüz altmış yeddi) manat, Şahid22 15 oktyabr 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 8-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 30 Nə-li mənzilin nəvəsi X72 adına rəsmiləşdirməklə satılması ilə əlaqədar onunla mənzili 79.189 (yetmiş doqquz min yüz səksən doqquz) manata razılaşıb, ondan 41.436 (qırx bir min dörd yüz otuz altı) manat, Şahid23 17 oktyabr 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 25 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 65.000 (altmış beş min) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 18 oktyabr 2018-cİ il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 35.000 (otuz beş min) manat, Şahid24 18 oktyabr 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 1-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 38 №-li mənzilin satılması İlə əlaqədar onunla mənzili 46.276 (qırx altı min iki yüz yetmiş altı) manata razılaşıb, həmin pul vəsaitinin 25.000 (iyirmi beş min) manatını 18 oktyabr 2018-ci il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 21.276 (iyirmi bir min iki yüz yetmiş altı) manat, Şahid14 31 oktyabr 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 55 №-li mənzilin atası X49 adına rəsmiləşdirməklə satılması ilə əlaqədar satılması ilə əlaqədar onunla mənzili 64.500 (altmış dörd min beş yüz) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 2 noyabr 2018-ci il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 34.500 (otuz dörd min beş yüz) manat, Şahid25 3 dekabr 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 1-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 37 №- li mənzilin dostu X50 adına rəsmiləşdirməklə satılması ilə əlaqədar onunla mənzili 83.000 (səksən üç min) manata razılaşıb, həmin pul vəsaitinin 40.000 (qırx min) manatını 5 dekabr 2018-ci il «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 43.000 (qırx üç min) manat, Şahid27 5 oktyabr 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 59 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 62.000 (almış iki min) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 9 oktyabr 2018-cİ il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı- satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan məbləğin 32.000 (otuz iki min) manat, Şahid29 14 dekabr 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 1-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 39 №-li mənzilin X73 adına rəsmiləşdirməklə satılması ilə əlaqədar onunla mənzili 79.189 (yetmiş doqquz min yüz səksən doqquz) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 21 dekabr 2018-ci il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 5 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 49.189 (qırx doqquz min bir yüz səksən doqquz) manat, Sultan- zadə X138 10 dekabr 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 47 №-li mənzilin satılması ilə əlaqədar ondan 30.000 (otuz min) manat, Şahid32 29 dekabr 2018ci il tarxdə 28 saylı binadan 1-ci giriş, 5- ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 18 №-li mənzilin satılması ilə əlaqədar 55.000 (əlli beş min) manat, Şahid34 9 yanvar 2019cu il tarixdə 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 62 №-li mənzilin satılması İlə əlaqədar 50.903 (əlli min doqquz yüz üç) manat, Şahid35 qızma 5 fevral 2019-cu il tarixdə 29 saylı binadan 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 66,44 m2 olan 16 №-li mənzilin satılması ilə əlaqədar 65.000 (altmış beş min) manat, Şahid36 11 fevral 2020-ci il tarixdə 29 saylı binadan 1-ci giriş, 1-ci mərtəbə, 3 otaqlı ümumi sahəsi 80,2 m2 olan 4 №-!i mənzilin satılması ilə əlaqədar 45.000 (qırx beş min) manat, Şahid40 7 mart 2019-ci il tarxdə 28 saylı binadan 1-ci giriş 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 10 №-li mənzilin satılması ilə əlaqədar 75.120 (yetmiş beş min bir yüz iyirmi) manat, Şahid43 1 aprel 2019-cu il tarixdə 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 52 №- li mənzilin satılması ilə əlaqədar onunla mənzili 70.000 (yetmiş min) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 2 aprel 2019-cu İl tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 40.000 (qırx min) manat, Şahid38 Cəmaləddin oğluna 10 iyun 2019-cu il tarixdə 28 saylı binadan, 2-ci giriş, 9- cu mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 69 №-li mənzilin satılması ilə əlaqədar ondan 99.669,35 (doxsan doqquz min altı yüz altmış doqquz manat otuz beş qəpik) manat, Şahid41 14 iyun 2019- cu il tarixdə 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 51 №-li mənzilin anası X17 adına rəsmiləşdirməklə satılması ilə əlaqədar onunla mənzili 65.500 (altmış beş min beş yüz) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 15 iyun 2019-cu il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinın həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 35.500 (otuz beş min) manat, X64 06 avqust 2019-cu il tarixdə 28 saylı binadan 1 -ci giriş 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 9 №li mənzilin satılması ilə əlaqədar 75.120 (yetmiş beş min bir yüz iyirmi) manat, Şahid42 qızma 6 avqust 2019-cu il tarixdə 28 saylı binadan 2-ci giriş, 8-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 67 №-li mənzilin satılması ilə əlaqədar onunla 66,500 (altmış altı min beş yüz) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 07 avqust 2019-cu il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinın həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 36.500 (otuz altı min beş yüz) manat, Şahid45 9 dekabr 2019-cu il tarixdə 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 64 №-li mənzilin satılması ilə əlaqədar onunla 93.000 (doxsan üç min) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 9 dekabr 2019-cu il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirİlməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 63.000 (altmış üç min) manat olmaqla, ümumilikdə qeyd edilən qaydada 34 nəfər şəxsə 34 mənzilin satışına görə həmin şəxslər tərəfindən ödənilmiş cəmi 1.900.128,68 manat (bir milyon doqquz yüz min bir yüz iyirmi səkkiz manat səksən beş qəpik) məbləğində pul vəsaitinin 330.724 (üç yüz otuz min yeddi yüz iyirmi dörd) manatını cəmiyyətin qeyd edilən müxbir hesabına mədaxil edib qalan cəmi 1.569.404,68 (bir milyon beş yüz altmış doqquz min dörd yüz dörd manat altmış səkkiz) manat məbləğində pul vəsaitini həmin hesaba mədaxil etməyib Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs2 MMC-yə məxsus olmaqla onlara etibar edilmiş əmlakı həmin Cəmiyyətə xüsusilə külli miqdarda ziyan vurmaqla təkrarən vahid niyyətlə mənimsəyərək talamış, həmin hərəkətləri ilə qeyd olunan binanın tikintisini müqavilə şərtlərinə uyğun tamamlamayıb, mənzillərin alıcılara təhvil verilməsini həyata keçirməyərək Zərərçəkmiş şəxs2 MMC-nin mənzil alıcıları qarşısında götürdüyü öhdəliklərin vaxtında icra edilməməsi ilə əlaqədar həmin Cəmiyyətin fəaliyyətini pozmaqla əmlak hüquqlarına və qanuni mənafelərinə Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 178.4, 179.4, 32.4,312.1, 313 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməklə talamış, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, 11 aprel 2011-ci il tarixdən 5 mart 2020-ci il tarixədək Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Kommersiya X143 Qeydiyyat İdarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış Zərərçəkmiş şəxs2 direktoru vəzifəsində işləyərkən Cəmiyyətin 11 aprel 2011-ci il tarixli Nizamnaməsinə əsasən, cəmiyyətin fəaliyyətinə cari nəzarətin həyata keçirilməsi, cəmiyyətin təmsil edilməsi, cəmiyyətin adından əqdlər bağlaması, maliyyə vəsaitinin xərc istiqamətlərinin müəyyən edilməsi və digər təşkilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə həmin cəmiyyətin təsisçisi və faktiki rəhbəri Təqsirləndirilən şəxs1 Bəkir oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə edərək rəhbəri olduğu Cəmiyyətlə Azərbaycan Respublikasının Mənzil X133nin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 30 iyun 2017-ci il tarixli «İnvestisiya sahəsində birgə sahibkarlıq fəaliyyəti haqqında» 01 nömrəli müqaviləyə əsasən 18 ay müddətinə 27 saylı binanı Azərbaycan Respublikasının Mənzil X133nin sərəncamına təqdim etməyi, Zərərçəkmiş şəxs2 MMC-nin təsisçilərinin Ümumi Yığıncağının 3 saylı protokolundan Çıxarışa əsasən 28 və 29 saylı binalarda mənzillərin və qeyri-yaşayış sahələrinin satışının «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında notarial qaydada alqı-satqı edilməklə həyata keçirilməli olması nəzərdə tutulduğu halda, habelə, mənzillərlə bağlı ödənişlərin Cəmiyyətin “Muğanbank" ASC-də olan AZ46NABZ******************** nömrəli müxbir hesabına mədaxil edilməklə həyata keçirilməsinin müəyyən edilməsinə baxmayaraq, yaşayış sahəsi almaq üçün cəmiyyətin ünvan 9 ünvanında müraciət etmiş şəxslərdən cəmiyyətin adından binanın tamamlanmayan hissəsinin layihə-smeta sənədlərinə uyğun olaraq tikilib başa çatdırılması, binanın montajı, liftin montajı, metal konstruksiyalı giriş qapısı, plastik pəncələr, döşəmə, divar və tavanın təmiri, xarici və daxili su, qaz, kanalizasiya, elektrik xətlərinin çəkilməsi, istilik sistemi (radiatorların), mətbəx mebeli, vanna otağı və mətbəx üçün avadanlıqların quraşdırılması və ərazinin abadlaşdırılması həyata keçirildikdən sonra 2019-cu ilin dekabr ayınadək mənzili alıcıya təhvil vermək öhdəliyi götürülməklə, mənzillərin dəyərinə uyğun qiymət razılaşdırılması apanldıqdan sonra Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib qulluq mövqeyindən istifadə edərək onlara etibar edilmiş həmin MMC-yə məxsus əmlakı mənimsəməklə talamaq məqsədilə mənzil satışlarına dair alqı-satqı müqavilələri əsasında bir sıra alıcılardan notarial qaydada sənədləşmə aparılmayıb satışa görə alınan pul məbləğini bütünlüklə, habelə, bir sıra alıcılara münasibətdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsində razılaşdırılmış qiymətdən aşağı qiymət qeyd edib, qalan məbləği həmin şəxslərdən Cəmiyyətin ünvan 9 ünvanında yerləşən ofisində götürməklə həmin məbləğdə pul vəsaitini cəmiyyətin həmin hesabına mədaxil etməyərək, habelə, Təqsirləndirilən şəxs1 əvvəlcədən borclu olduğu şəxslərə öhdəliklərindən azad olunmaq məqsədilə hər hansı məbləğdə ödəniş edilmədən həmin şəxslər tərəfindən göstərilən alıcıların adına rəsmiləşdirməklə, habelə, Təqsirləndirilən şəxs1 yaxın qohumlarına və tanışlarına mənzilləri hədiyyə kimi verməklə, müxtəlif məbləğlərdə, o cümlədən, Şahid5 17 may 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 61 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 78.790 (yetmiş səkkiz min yeddi yüz doxsan) manata razılaşıb, ondan 15.000 (on beş min) manat, Şahid4 5 iyun 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 5-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 54 №-fi mənzilin satılması ilə əlaqədar onunla mənzili 48.288 (qırx səkkiz min iki yüz səksən səkkiz) manata razılaşıb,ondan 31.000 (otuz bir min) manat, Şahid6 14 iyun 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 3-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 58,86 m2 olan 12 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 74.457 (yetmiş dörd min dörd yüz əlli yeddi) manata razılaşıb, ondan 43.457 (qırx üç min dörd yüz əlli yeddi) manat, Şahid7 20 iyul 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 2-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 7 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 66.164 (altmış altı min bir yüz altmış dörd) manata razılaşıb, ondan 22.500 (iyirmi iki min beş yüz) manat, Şahid8 1 avqust 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 3-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 45 №-li mənzilin oğlu X98 adına rəsmiləşdirməklə satılması ilə əlaqədar onunla mənzili 87.614 (səksən yeddi min altı yüz on dörd) manata razılaşıb, ondan 48.914,48 (qırx səkkiz min doqquz yüz on dörd manat qırx səkkiz qəpik) manat, Şahid10 7 avqust 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 19 №-li mənzilin satılması ilə əlaqədar ondan 62.475 (altmış iki min dörd yüz yetmiş beş) manat, Şahid11 20 avqust 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 50 №-li mənzilin satılması İlə əlaqədar onunla mənzili 50.903 (əlli min doqquz yüz üç) manata razılaşaraq, ondan 26.000 (iyirmi altı min) manat, Şahid12 20 avqust 2018-cİ İl tarixdə 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 63 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 75.120 (yetmiş beş min bir yüz iyirmi) manata razılaşıb, ondan 25.620 (iyirmi beş min altı yüz iyirmi) manat, Şahid13 28 avqust 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 6-cı mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2olan 58 №-li mənzilin qohumu X39 adına rəsmiləşdirilməklə satılması ilə əlaqədar onunla mənzili 40.964 (qırx min doqquz yüz altmış dörd) manata razılaşıb, həmin pul vəsaitinin 25.724 (İyirmi beş min yeddi yüz iyirmi dörd) manatını 30 avqust 2018-cİ il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 15.240 (on beş min iki yüz qırx) manat, Şahid15 qızma 31 avqust 2018-cİ il tarixdə 28 saylı binadan 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 15 №- li mənzilin satılması ilə əlaqədar onunla mənzili 75267,5 manat (yetmiş beş min iki yüz altmış yeddi manat əlli qəpik) məbləğinə razılaşıb, ondan 42.267,5 (qırx iki min iki yüz altmış yeddi manat əlli qəpik) manat, Şahid16 2 sentyabr 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 27 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 75.267,50 (yetmiş beş min iki yüz altmış yeddi manat əlli qəpik) manata razılaşıb, ondan 48.880 (qırx səkkiz min səkkiz yüz səksən) manat, Şahid17 14 sentyabr 2018-ci il tarixdə 29 saylı binadan 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 66,52 m2 olan 25 №-!i mənzilin satılması İlə əlaqədar 99.314 (doxsan doqquz min üç yüz on dörd) manat, X63 24 sentyabr 2018-ci il tarixdə 28 saylı binadan 1ci giriş 2-ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 5 saylı mənzili 75.120 (yetmiş beş min bir yüz iyirmi) manat, Şahid20 29 sentyabr 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 49 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 99.669,35 (doxsan doqquz min altı yüz altmış doqquz manat otuz beş qəpik) manata razılaşıb, ondan 40.136,35 qəpik (qırx min bir yüz otuz altı manat otuz beş qəpik) manat, Şahid21 10 oktyabr 2018- ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 23 №-li mənzilin satılması İlə əlaqədar onunla mənzili 75.267 (yetmiş beş min iki yüz altmış yeddi) manata razılaşıb, ondan 46.267 (qırx altı min iki yüz altmış yeddi) manat, Şahid22 15 oktyabr 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 8-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 30 №-li mənzilin nəvəsi X72 adına rəsmiləşdirməklə satılması ilə əlaqədar onunla mənzili 79.189 (yetmiş doqquz min yüz səksən doqquz) manata razılaşıb, ondan 41.436 (qırx bir min dörd yüz otuz altı) manat, Şahid23 17 oktyabr 2018-ci il tarixdə 28 saylı binadan 1-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 25 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 65.000 (altmış beş min) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 18 oktyabr 2018-ci il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 35.000 (otuz beş min) manat, Şahid24 18 oktyabr 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 1-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 38 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 46.276 (qırx altı min iki yüz yetmiş altı) manata razılaşıb, həmin pul vəsaitinin 25.000 (iyirmi beş min) manatını 18 oktyabr 2018-ci il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 21.276 (iyirmi bir min iki yüz yetmiş altı) manat, Şahid14 31 oktyabr 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 55 №-li mənzilin atası X49 adına rəsmiləşdirməklə satılması ilə əlaqədar satılması ilə əlaqədar onunla mənzili 64.500 (altmış dörd min beş yüz) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 2 noyabr 2018-cİ İl tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 34.500 (otuz dörd min beş yüz) manat, Şahid25 3 dekabr 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 1-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 37 №- li mənzilin dostu X50 adına rəsmiləşdirməklə satılması ilə əlaqədar onunla mənzili 83.000 (səksən üç min) manata razılaşıb, həmin pul vəsaitinin 40.000 (qırx min) manatını 5 dekabr 2018-ci il «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 43.000 (qırx üç min) manat, Şahid27 5 oktyabr 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 59 №-li mənzilin satılması ilə əlaqədar onunla mənzili 62.000 (almış iki min) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 9 oktyabr 2018-ci il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı- satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan məbləğin 32.000 (otuz iki min) manat, Şahid29 14 dekabr 2018-ci i! tarixdə 28 saylı binadan 2-ci giriş, 1-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 39 №-ü mənzilin X73 adma rəsmləşdirməklə satılması ilə əlaqədar onunla mənzili 79.189 (yetmiş doqquz min yüz səksən doqquz) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 21 dekabr 2018-ci il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 49.189 (qırx doqquz min bir yüz səksən doqquz) manat, Sultan- zadə X138 10 dekabr 2018-ci il tarixdə 28 saylı binadan 2-ci giriş, 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 47 №-li mənzilin satılması ilə əlaqədar ondan 30.000 (otuz min) manat, Şahid32 29 dekabr 2018ci il tarxdə 28 saylı binadan 1-ci giriş, 5- ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 18 №-li mənzilin satılması ilə əlaqədar 55.000 (əlli beş min) manat, Şahid34 9 yanvar 2019-cu il tarixdə 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 62 №-li mənzilin satılması ilə əlaqədar 50.903 (əlli min doqquz yüz üç) manat, Şahid35 5 fevral 2019-cu il tarixdə 29 saylı binadan 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 66,44 m2 olan 16 №-li mənzilin satılması ilə əlaqədar 65.000 (altmış beş min) manat, Şahid36 11 fevral 2020-ci il tarixdə 29 saylı binadan 1-ci giriş, 1-ci mərtəbə, 3 otaqlı ümumi sahəsi 80,2 m2 olan 4 №-li mənzilin satılması ilə əlaqədar 45.000 (qırx beş min) manat, Şahid40 7 mart 2019-ci il tarxdə 28 saylı binadan 1-ci giriş 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 10 №-li mənzilin satılması ilə əlaqədar 75.120 (yetmiş beş min bir yüz İyirmi) manat, Şahid43 1 aprel 2019-cu il tarixdə 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 52 №- li mənzilin satılması ilə əlaqədar onunla mənzili 70.000 (yetmiş min) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 2 aprel 2019-cu ii tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 40.000 (qırx min) manat, Şahid38 Cəmaləddin oğluna 10 iyun 2019-cu İl tarixdə 28 saylı binadan, 2-ci giriş, 9- cu mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 69 №-li mənzilin satılması ilə əlaqədar ondan 99.669,35 (doxsan doqquz min altı yüz altmış doqquz manat otuz beş qəpik) manat, Şahid41 14 iyun 2019- cu il tarixdə 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 51 №-li mənzilin anası X18 adına rəsmiləşdirməklə satılması ilə əlaqədar onunla mənzili 65.500 (altmış beş min beş yüz) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 15 iyun 2019-cu il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 35.500 (otuz beş min) manat, X64 06 avqust 2019-cu il tarixdə 28 saylı binadan 1-ci giriş 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 9 №-li mənzilin satılması ilə əlaqədar 75.120 (yetmiş beş min bir yüz iyirmi) manat, Şahid42 6 avqust 2019-cu i! tarixdə 28 saylı binadan 2-ci giriş, 8-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 67 №-li mənzilin satılması ilə əlaqədar onunla 66.500 (altmış altı min beş yüz) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 07 avqust 2019-cu il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 36.500 (otuz altı min beş yüz) manat, Şahid45 9 dekabr 2019-cu il tarixdə 28 saylı binadan 2-ci giriş» 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 64 №-li mənzilin satılması ilə əlaqədar onunla 93.000 (doxsan üç min) manata razılaşıb, həmin pul vəsaitinin 30.000 (otuz min) manatını 9 dekabr 2019cu il tarixdə «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında Bakı şəhəri 6 saylı notariat kontorunda notarial qaydada «daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə cəmiyyətin müxbir hesabına mədaxil edib, qalan 63.000 (altmış üç min) manat olmaqla, ümumilikdə qeyd edilən qaydada 34 nəfər şəxsə 34 mənzilin satışına görə həmin şəxslər tərəfindən ödənilmiş cəmi 1.900.128,68 manat (bir milyon doqquz yüz min bir yüz iyirmi səkkiz manat səksən beş qəpik) məbləğində pul vəsaitinin 330.724 (üç yüz otuz min yeddi yüz iyirmi dörd) manatını cəmiyyətin qeyd edilən müxbir hesabına mədaxil edib qalan cəmi doqquz yüz min bir yüz iyirmi səkkiz manat səksən beş qəpik) məbləğində pui vəsaitinin 330.724 (üç yüz otuz min yeddi yüz iyirmi dörd) manatını cəmiyyətin qeyd edilən müxbir hesabına mədaxil edib qalan cəmi 1.569.404,68 (bir milyon beş yüz altmış doqquz min dörd yüz dörd manat altmış səkkiz) manat məbləğində pul vəsaitini həmin hesaba mədaxil etməyib Təqsirləndirilən şəxs1la aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs2 MMC-yə məxsus olmaqla onlara etibar edilmiş əmlakı həmin Cəmiyyətə xüsusilə külli miqdarda ziyan vurmaqla vahid niyyətlə mənimsəyərək talamış, həmin hərəkətləri ilə qeyd olunan binanın tikintisini müqavilə şərtlərinə uyğun tamamlamayıb, mənzillərin alıcılara təhvil verilməsini həyata keçirməyərək Zərərçəkmiş şəxs2 MMC-nİn mənzil alıcıları qarşısında götürdüyü öhdəliklərin vaxtında icra edilməməsi ilə əlaqədar həmin cəmiyyətin fəaliyyətini pozmaqla əmlak hüquqlarına və qanuni mənafelərinə Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 179.4 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlilləri: Hökmdən Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi5 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 1(101)- 470/2022 saylı hökmünun Təqsirləndirilən şəxs1 aid hissədə ləğv edilməsi, Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmü çıxarılması, Təqsirləndirilən şəxs1 məxsus Salyan rayonu, Varlı kəndində yerləşən 0,06 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbslərin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Təqsirləndirilən şəxs1 AR CM-nin 178.4-cü maddəsi ilə elan olunmuş ittihamla bağlı müdafiə tərəfi olaraq hesab edirik ki, Təqsirləndirilən şəxs1 tərəfindən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə əməlləri ibtidai istintaq zamanı sübut olunmamış və məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Cinayət işinin materiallarından və məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, 2017-ci ildə "xxxx" tərəfindən Yeni Yasamalda inşa edilən binaların tikintisi ilə bağlı keçirilmiş tenderdə “Kat Holdinq" MMC qalib gəlmiş və tikinti işləri başlamışdır. 2017-ci ilin sentyabr ayında üç binanın bünövrələri qoyulduğu halda Litva Respublikasının vətəndaşı Pocius Povillas hər üç binanın tikintisinin getdiyini görüb, həmin binaların tikintisinə sərmayə qoymağı Təqsirləndirilən şəxs1 təklif etmiş və öz şəxsi hesabındakı iki milyon ABŞ dollarını manatla digər bankda olan şəxsi hesabına qoymuş, bir il ərzində öz hesabından hissə-hissə (Povilas tərəfindən 2 milyon ABŞ dollarının hansı yolla əldə edilməsi yəni həmin pulun mənbəyi tərəfimizdən həm ibtidai istinaq orqanında, həm də məhkəmə istintaqında araşdırılması ilə bağlı vəsətatlərimiz təmin edilməmişdir. Çünki, əgər belə bir məbləğ Azərbaycan Respublikasında qazanılsa idi, ABŞ dolları ilə yox, Azərbaycan manatı ilə əldə edilməli idi. Povilas öz izahat və ifadələrində 2 milyon ABŞ dollarını kapital bankdakı öz hesabına manata dəyişdirərək qoyduğunu, sonradan da öz hesabından manatla çıxardığını təsdiq edir.) həmin pulları çıxardaraq "xxxx" MMC-yə sərmayə kimi təqdim etmişdir. Bu sərmayəyə görə Təqsirləndirilən şəxs1 onu sahibi olduğu Zərərçəkmiş şəxs2 MMC-nin 50 faiz təsis payına həmtəsisçi etmişdir. 2019-cu ildə bir 12 mərtəbəli bina tam təmirli halda "xxxx"ya təhvil verilmiş və inşa edilən iki binada olan mənzillərin satışında çətinlik yaranmışdır. Hər iki təsisçinin razılığı ilə Binəqədi rayonunda yerləşən sementbeton zavodu 29 saylı binada yerləşən 48 mənzillə əvəzləşdirilmişdir. Həmin kompleks 5 milyon manat məbləğində qiymətləndirilmişdir. Həmin əməliyyat uğursuz olduğuna görə Povilasla Təqsirləndirilən şəxs1 arasında narazılıq başlamış və bu narazılığın aradan qaldırılması məqsədi ilə razılaşmaya əsasən həmin sement-beton zavodu, inşa edilən binalardan isə 6 mənzil və 2 qeyri-yaşayış sahəsi Povilasın adına keçirilmiş, bu hal da tərəflər arasında müqavilə əsasında rəsmiləşdirilmişdir. Yuxarıda qeyd olunan təhlil göstərir ki, Təqsirləndirilən şəxs1 Povillasın etibarından sui-istifadə etməmiş, onu aldatmamış, binalar inşa edilmiş, 12 mərtəbəli bina tam təmir edilməklə MİDA-ya təhvil verilmiş, iki binada isə əsas tikinti işləri tamamlanmışdır. Yalnız xırda quraşdırılma işləri qalmışdır. Həmin quraşdırma işləri vətandaşlara daxili kreditlə satılan pulun hesabına tamamlanması mümkündür. Məhkəmə araşdırması zamanı da yuxarıda qeyd etdiyimiz hallar öz təsdiqini tapmış və hökmdə qeyd edilmişdir. Beləliklə, məhkəmə öz hökmündə əsaslı olaraq Təqsirləndirilən şəxs1 Povilasa qarşı əməllərində Zərərçəkmiş şəxs2 MMCyə sonuncu tərəfindən sərmayə qoyulduğu zaman borc müqaviləsinin bağlanmasını, Povilası Zərərçəkmiş şəxs2 MMC-yə 50 faiz payla həmtəsisçi etməsi, sərmayənin təminatı məqsədi ilə 6 mənzil, 2 qeyri-yaşayış sahəsi və sement-beton kompleksin müqaviləyə əsasən Povilasa verilməsi Təqsirləndirilən şəxs1 tərəfindən Povilasa qarşı dələduzluq etməsini istisna edir. Belə ki, hazırki mübahisə iki təsisçi arasında müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı olan mülki mübahisədir. Təqsirləndirilən şəxs1 30 iyul 2020-ci il tarixdə həbs olunduğuna görə Povilasıla qarşılıqlı razılıq əasasında bağlanılmış müqavilə öhdəliklərini yerinə yetirə bilməmişdir. Halbuki, həmin müqavilədə göstərilmiş 3 illik müddət başa çatmamışdır. Buna sübut olaraq Povilas tərəfindən Bakı şəhər Xətai RPİnin 37-ci PB-nə müraciəti əsasında araşdırma aparılmış və mübahisənin mülki xarakterli olduğuna görə müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün müddət bitmədiyinə görə xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bildiririk ki, yuxarıda qeyd etdiyimiz qərar ləğv edilməmiş Təqsirləndirilən şəxs1 barəsində eyni məzmunlu şikayət ərizəsi əsasında cinayət işi başlanılmışdır. Bildiririk ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 120.000 (bir yüz iyirmi min) manat dələduzluq yolu ilə pulun alınması qeyd olunsa da, həmin hal Zərərçəkmiş şəxs3nm ifadəsi ilə təsdiq olunmamışdır. Zərərçəkmiş şəxs3 ibtidai istintaq və məhkəmə istintaqı zamanı bildirmişdir ki, 2014-cü ildə Təqsirləndirilən şəxs1 Xətai rayonunda inşa etdiyi binadan mənzil almaq üçün müraciət etmiş və onunla müqavilə bağlamışdır. Özünə məxsus olan mənzili o, Şahid1 adlı şəxsə Təqsirləndirilən şəxs1 təklifi ilə satmasını qeyd etmişdir. Halbuki, Şahid1 istintaq zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tanımır, Zərərçəkmiş şəxs3 məxsus mənzili oğlu internetdə yerləşdirilən elanlar vasitəsi ilə tapmış və notariat qaydasında almış, pulu notariusun bankda olan depozit hesabına qoymuşdur. Bu epizod üzrə qeyd eləmək lazımdır ki, Zərərçəkmiş şəxs3 mənzil alınması məqsədi ilə müqavilə bağlasa da "xxxx" MMC-yə pul ödəməmiş və ona maliyyə arayışı verilməmişdir. E.Mehrəlıyeva məhkəməyə Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir şikayətinin, iddia və tələbinin olmaması barədə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir. E.Meyhrəliyevanın epizodu ilə bağlı belə fikir yaranır ki, müstəntiq Zərərçəkmiş şəxs2 MMC-nin sənədlərini araşdırarkən Zərərçəkmiş şəxs3 ilə 2014-cü ildə başqa binanın inşası edilən zaman müqaviləni aşkar edib, istintaqını apardığı işlə heç bir əlaqəsi olmadığı halda pulun ödənilməsi, maliyyə arayışı tərtib olunmadığı halda yalnız Təqsirləndirilən şəxs1 mənzil verilməsi barədə uydurma ifadəyə əsaslanaraq, sonuncunun ittihamını gücləndirmək məqsədilə elan etmişdir. Belə ki, Mehrəliyevanın öz mənzilini Təqsirləndirilən şəxs1 verdiyi barədə ifadələri ilə təkzib olunur, Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tanımır, evin elanını oğlu internetdə oxuyub, mənzilə görə 40.000 (qırx min) manat notariat idarəsinin depozitinə ödəyib Zərərçəkmiş şəxs3 qaynı Rzayevlə alqı-satqı müqaviləsi bağlamışdır. Hökmdə Şahid1 ifadəsinə qiymət vermədən, notarial idarədən götürülən və cinayət işinə əlavə edilən sənədləri qiymətləndirmədən Təqsirləndirilən şəxs1 əsassız olaraq dələduzluq əməllərinə görə məhkum edilmişdir. Hesab edirik ki, bu epizod üzrə də, Təqsirləndirilən şəxs1 əməllərində cinayət hadisəsi olmadığına görə bəraət verilməlidir. Azərbaycan Respublikası CM-nın 312-ci maddəsi ilə rüşvət verməyə, yəni xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə maddi və sair nemət verilməsini nəzərdə tutur. İbtidai istintaq zamanı hansı vəzifəli şəxsə və hansı hərəkətlərinə görə rüşvət verilməsi araşdırılmamış, vəzifəli şəxsə maddi və sair nemət verilməsini nəzərdə tutur. İbtidai istintaq zamanı hansı vəzifəli şəxsə və hansı hərəkətlərinə görə rüşvət verilməsi araşdırılmamış, məhkəmə istintaqı zamanıda belə hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 Povillasdan 50.000(əlli min) ABŞ dolları hansı vəzifəli şəxsə verilməsi barədə yalnız zərərçəkmiş şəxs Povillasın ifadəsində göstərilmişdir. Hətta Povillas öz ifadəsində Şahid31 istinad edərək sonuncunun da bu barədə ona bildirdiyini qeyd etmişdir. Lakin, ibtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid31 öz ifadəsində bu halları təsdiq etməmişdir. (Hökmün 38-39-cu vərəqələri) Belə olan halda CM-nin 312-ci maddəsinin cinayətin obtyekti olmadığına görə qanunvericiliyin tələblərinə görə cinayət tərkibinin əlamətlərindən birinin olmaması (CM-nin 3-cü maddəsi) cinayət məsuliyyəti yaratmır, Təqsirləndirilən şəxs1 CM-nin 32.4, 312-ci maddəsi ilə məhkum olunması əsassız və qanunsuzdur. Həmçinin CM-nin 313-cü maddəsi saxta sənədlərin tərtib edilməsi nəzərdə tutulduğu halda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tərəfindən heç bir saxta sənəd tərtib edilməmiş, vəzifəli şəxs olmadığı üçün vəzifə saxtakarlığının törədilməsi cinayəti ilə o, ittiham oluna bilməz. Bildiririk ki, Təqsirləndirilən şəxs1 məhkəmənin hökmü ilə AR CM-nin 178.4, 32.4, 312-ci maddəsi ilə məhkum olunması Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəzadan azad edilməsi hissəsində ləğv edilməli və onun barəsində bəraət hökmü çıxarılmaqla həbsdən azad edilməlidir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, zərərçəkmiş şəxsin mülki iddiası hökmlə həll edildiyinə görə yəni 3.410.000 (üç milyon dörd yüz on min) manat mülki iddiasına qarşı 3.435.658 manat 57 qəpik dəyərində təmin edilmiş digər əmlaklar mülki iddiada da tələb edilən məbləğdən artıq olduğuna görə Təqsirləndirilən şəxs1 məxsus Salyan rayonu, Varlı kəndində yerləşən 0,06 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbslər əsassızdır. Zərərçəkmiş şəxs1ın nümayəndəsi Nümayəndə3 Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, müdafiəçilərin apellyasiya şikayəti əsassızdır, qanunun tələbərinə uyğun deyil, maddi və prosessual hüquq normalarının pozuntusuna istinad olunmamışdır. Belə ki: 1. Müdafiəçilər iş materiallarına istinad etmək əvəzinə, şikayətdə xaotik və uydurma mülahizələrə yol vermiş, öz mövqelərini faktiki və hüquqi cəhətdən əsaslandıra bilməmişlər. 1.1. Zərərçəkmiş şəxs1 hesabında olan və hesaba qoyulmuş, məhkum E. Ələkbərov tərəfindən ələ keçirilmiş pul məbləğinin araşdırılmadığı fikri həqiqətə uyğun deyil. İlk növbədə Povilas öz ifadələrində və izahatlarında, verilmiş suallara cavablarında həmin məsələlərə aydınlıq gətirmişdir. Digər tərəfdən pulun hər hansı qanunsuz yolla əldə edilməsinə və pulun mövcudluğuna və bilavasitə E. Ələkbərova verilməsinə və onun tərəfindən qəbul edilməsinə dair hər hansı şübhə, qaranlıq məqam olmamışdır. 1.2. E. Ələkbərovun məhkəmə istintaqı zamanı Povilasdan pul almadığını, Povilasın pulu "Kal Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinə verdiyini israr etməsi, Cəmiyyətin direktoru olmuş Təqsirləndirilən şəxs2 da ifadəsi, iş materiallarında olan və şəxsən E. Ələkbərov tərəfindən icra olunmuş və imzalanmış qəbzlə təkzib olunmuşdur. Həmin qəbzlə E. Ələkbərov təsdiq etmişdir ki, 20 iyun 2017-ci ildən may 2018-ci ilədək olan dövrdə Povilasdan 2.020.745 (iki milyon iyirmi min yeddi yüz qırx beş) ABŞ dolları almışdır. Povilasa məxsus pul vəsaitlərinin mövcudluğu və hərəkəti habelə işdə olan bank hesablarının çıxarışlarında əks olunan məlumatlarla da təsdiq olunmuşdur. E. Ələkbərov Povilasdan aldığı pulun xərclənmə istiqamətlərini və formasını izah edə bilməmişdir. Povilasm pulları çıxardaraq "xxxx" MMC-yə sərmayə kimi təqdim etməsi müdafiə tərəfindən uydurulmuş mövqedir. Pociusun Cəmiyyətə təsisçi kimi daxil edilməsi də aldadıcı xarakter daşımışdır. Faktiki olaraq qanuna və nizamnaməyə əsasən təsisçi hüquqları realizə olunmamış, Cəmiyyətin büdcəsinə, maliyyə vəziyyətinə və təsisçilərin müstəsna səlahiyyətinə aid olan hər hansı məsələ müzakirə olunub qərarlar qəbul edilməmişdir. Direktor M. İbadov Povilasdan alınmış pullardan xəbərsiz olmasını, bununla bağlı sənədləri E. Ələkbərovun istəyi və tapşırığı ilə icra etməsini bildirməsi də göstərilənləri təsdiq etmişdir. 1.3. 2019-cu ildə bir 12 mərtəbəli binanın tam təmirli halda "xxxx"ya təhvil verilməsi və inşa edilən iki binada olan mənzillərin satışında çətinlik yaranması da uydurmadır. Həmin ildə binaların heç biri tam şəkildə inşa edilməmişdir və heç biri təhvil verilməmişdir. Ələkbərov və İbadov Cəmiyyətin fəaliyyətindən kənarlaşdıqdan sonra binaların tikintisi və təmir işləri başa çatdırırlaraq istismara hazır vəziyyətə gətirilmişdir. 1.4. Hər iki təsisçinin razılığı ilə Binəqədi rayonunda yerləşən sement-beton zavodu 29 saylı binada yerləşən 48 mənzillə əvəzləşdirilməsi, həmin kompleksin 5 milyon manat məbləğində qiymətləndirilməsi mülahizəsi iş materiallarına əsaslanmır. Müdafiəçilər özləri həmin əməliyyatın uğursuz olduğunu və buna görə Povilasla E. Ələkbərov arasında narazılıq başladığını və bu narazılığın aradan qaldırılması məqsədi ilə razılaşmaya əsasən həmin sement-beton zavodu, inşa edilən binalardan isə 6 mənzilin və 2 qeyri-yaşayış sahəsinin Povilasm adına keçirildiyini göstərirlər. Amma məhkəmə istintaqında araşdırılmış hallar tamamilə fərqli halları ortaya çıxarmışdır. Yəni sement-beton zavodu adlanan əmlakla 48 mənzilin dəyişdirilməsinə dair Povilasm heç bir razılığı olmamışdır, həmin əmlakın 5 milyon manat qiymətləndirilməsi baş verməmişdir, faktiki olaraq heç bir mənzil zavodun mülkiyyətçisinə və zavodun Zərərçəkmiş şəxs2ə təhvil-təslimi, hər hansı mənzilin və qeyri- yaşayış sahəsinin Povilasa təqdim olunması halları müəyyən olunmamış, həmin əmlaklarla bağlı real vəziyyət aydınlaşdırılmamışdır. Halbuki məhkəmə istintaqı zamanı tərəfimizdən dəyişmənin pərdələmə xarakterli olduğu, zavodun və 48 mənzilin aidiyyəti üzrə keçmədiyi, 48 mənzilin Ələkbərov və İbadov tərəfindən ayrı-ayrı şəxslərə saxta müqavilələr üzrə Zərərçəkmiş şəxs2 MMC adından satıldığı və əldə edilən məbləğlərin mənimsənildiyi, zavodun mülkiyyətçisi "xxxx" MMC-nin ləğv edilərək izləri itirməyə və bununla da bütün riskləri Zərərçəkmiş şəxs2 MMC üzərinə gətirdikləri konkret faktlar və sənədlərlə nümayiş etdirilmişdir. 1.5. Müdafiəçilər böyük uydurmanı acizanə etirafla əvəz edərək binalarda yalnız xırda quraşdırılma işləri qaldığını etiraf edərək onların vətəndaşlara daxili kreditlə satılan pulun hesabına tamamlanması mümkünlüyü barədə mülahizə irəli sürürlər. 1.6. Apellyasiya şikayətinin əsas hissəsi məhkəmə hökmündən kontekstdən çıxarılaraq köçürülmüş mətn təşkil edir. Əslində həmin istinad olunan hissələrdə müəyyən təhriflərə yol verilməklə işdə olan müqavilənin təsviri verilir və mübahisələndirilməyən hallar öz əksini tapmışdır. Hökmün həmin hissələri məhkəmə istintaqında araşdırılan və aşkar edilən hallarla belə uyğun deyil və tərəflərin izahatları kontekstində şərh olunmamışdır. Məhkəmə adi hüquqi məsələləri belə qiymətləndirə bilməmiş, daşınmaz əmlakın və qeydə alınmalı olan hüquqların girov (ipoteka) qoyulması qaydalarına məhəl qoymamış, hansı aksiyalar və qiymətli kağızlardan söhbət getdiyinin, bu cür müqavilənin real deyil, növbəti aldatma cəhdi olduğunu bilərəkdən nəzərə almamışdır. 1.7.Eyni zamanda şikayətdə çoxsaylı şahid ifadələri, sənədlərlə və digər sübutlarla aşkar edilən hallar kənarda saxlanılmışdır. 2. Hökmdə mülki iddianın həllinə dair edilmiş çıxarışa istinadın da mənası aydın deyil. Məhkəmə mülki iddianı düzgün həll etməmiş, maddi və prosessual hüquq normalarını ziyana, ziyanın tərkib hissələrinə, ziyan vuran şəxsə münasibətdə müəyyənləşdirə və mahiyyətinə uyğun tətbiq edə bilməmişdir. Məhkəmə dələduzluq ittihamı üzrə mülki iddiam bilavasitə E. Ələkbərova qarşı tam təmin etməli və onun vəsaitləri və əmlakı hesabına təminetmə tədbirləri tətbiq etməli idi. Məhkəmə kobud qanun pozuntularına yol verməyi davam etdirərək faktiki olaraq E. Ələkbərovu maddi məsuliyyətdən kənarda saxlamaq yolu tutmuş və ona məxsus əmlakları həbsdən azad etmək qərarına gəlmişdir.3.Şikayətdə irəli sürülən digər mülahizələrin də E. Ələkbərovun təqsirsizliyinə dəlalət etməsinin heç bir əsası yoxdur, onlar məhkəmə istintaqında araşdırılan halların təhrif olunmasına yönəlmişdir.4.E. Ələkbərovun müqavilə öhdəliyini yerinə yetirməməyə görə dələduzluq ittihamına məruz qalması və bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ’’Dələduzluq cinayətlərinə dair məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli qərarına istinadlar görünüş xarakterlidir. Bir tərəfdən, israr olunur ki, E. Ələkbərovun deyil, Zərərçəkmiş şəxs2 MMCnin zərərçəkmiş qarşısında öhdəliyinə istinad olunur, digər tərəfdən isə E. Ələkbərovun borc öhdəliyi olduğu və həbsə alındığı üçün borcu qaytara bilmədiyi təsdiq olunur, lakin əvvəlki 3 il və sonrakı 3 il, yəni 6 il ərzində hər hansı məbləği qaytarmadığına aydınlıq gətirilmir. 5. Məhkəmə baxışı zamanı araşdırılmış və məhkəmənin hökmündə əks olunmuş hallarla E. Ələkbərovun və Təqsirləndirilən şəxs2 Povilasın və Zərərçəkmiş şəxs2 MMCnin pul vəsaitlərini əlbir olaraq mühasibat uçotu aparılmadan, pul vəsaitlərin dövriyyəsini dolaşdırmaqla, qulluq mövqeyindən sui-istifadə və saxtakarlığa yol verməklə özgənin əmlakını və ya əmlaka olan hüququnu etibardan sui-istifadə və aldatma yolu ilə əvəzsiz olaraq ələ keçirmək niyyətiylə hərəkət etdikləri tamamilə öz təsdiqini tapmışdır.6. İbtidai istintaq zamanı hansı vəzifəli şəxsə və hansı hərəkətlərinə görə rüşvət verilməsi araşdırılmadığı, məhkəmə istintaqı zamanı belə halların müəyyən edilmədiyi mülahizələri də konkret əsaslara malik deyil. Təqsirləndirilən şəxs1 Povilasdan 50 min ABŞ dolları alması və rüşvət verməsi təkcə Povilasın ifadəsi ilə yox, habelə Şahid31, Vəhdət Sultanzadənin məhkəmə istintaqında tədqiq edilmiş ifadələri, sənədlərlə də təsdiq edilmişdir.7. Təqsirləndirilən şəxs1 vəzifəli şəxs hesab edilməsinin mümkün olmadığı barədə şikayətdə irəli sürülən mülahizənin də faktiki və hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 2013- cü il 19 iyul tarixli qərarında izah olunur ki, “Konkret vəzifəyə təyin olunmadan lakin faktiki olaraq təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyaları yerinə yetirən şəxslər CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinə əsasən vəzifəli şəxs hesab edilə b ilərlər.Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 388- ci maddəsini rəhbər tutaraq E. Ələkbərovun müdafiəçilərinin apellyasiya şikayətinə etiraz edir və apellyasiya şikayətinin təmin edilməməsi, zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə verilmiş apellyasiya şikayətinin və dövlət ittihamçısının apellyasiya protestinin təmin olunmasını xahiş etmişdir. Hökmdən həmçinin Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs2 barəsində cinayət hadisəsi olmadığından bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəliləri qismində işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad edilərək, məhkəmənin hökmündə hakimin göstərilən qənaətlərə gəlməsi üçün heç bir əsas və səbəb olmadığı, məhkəmənin yalnız bu hissədə öz daxili inamını rəhbər tutduğu, bunun isə CPM-nə tam şəkildə zidd olması, cəza verilmə siyasətinə gəldikdə isə bu hissədə də məhkəmənin qeyri-obyektivliyə yol verdiyi göstərilmişdir. Zərərçəkmiş şəxs1ın nümayəndəsi Nümayəndə3 Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, Müdafiəçinin apellyasiya şikayəti qanunun tələblərinə uyğun tərtib edilməyib, əsassızdır, dəlillər göstərilməyib, maddi və prosessual hüquq normalarının pozuntusuna istinad olunmamışdır. Belə ki, şikayətin mətni, bir neçə cümlədən başqa, Təqsirləndirilən şəxs2 ifadəsinin və məhkəmə hökmünün sərfəli hissələrinin köçürülməsindən ibarətdir. Şikayət bütövlükdə qeyri-ciddi xarakter daşıyır. Şikayətdə irəli sürülən “Təqsirləndirilən şəxs2 barəsində məhkəmənin hökmündə hakimin göstərilən qənaətlərə gəlməsi üçün heç bir əsas və səbəb olmamışdır” fikri ilə onun barəsində ittihamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsinin çıxarılması hissəsində razılaşmaq mümkündür. Həqiqətən də, bu ittiham üzrə Təqsirləndirilən şəxs2 təqsirli bilinməməsinə heç bir faktiki və hüquqi əsas olmamışdır. Bununla belə qeyriprosessual səbəb olması da istisna deyil. Hökmdən zərərçəkmiş şəxs və mülki iddiaçı Poçius Povilasın mənafeyi üçün verilmiş apellyasiya şikayətində, dövlət ittihamçısının apellyasiya protestində və məhkum E. Ələkbərovun müdafiəçilərinin verdikləri apellyasiya şikayətinə dair etirazda E. Ələkbərovun Təqsirləndirilən şəxs2la əlbir olaraq birgə törətdikləri ciddi cəzalanmalı olduqları cinayətlərə dair əsaslı mövqe öz əksini tapdığından, həmin əsasların təkrar şərh edilməsini prosessual qənaət prinsipi baxımından məqbul hesab etmirlər. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 388-ci maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs2 müdafiəçisinin apellyasiya şikayətinə etiraz edir və apellyasiya şikayətinin təmin edilməməsi, zərər çəkmiş şəxs və mülki iddiaçı Poçius Povilasın xeyrinə verilmiş apellyasiya şikayətinin və dövlət ittihamçısının apellyasiya protestinin təmin olunmasını xahiş etmişlər. Hökmdən eyni zamanda zərərçəkmiş şəxs və mülki iddiaçı Pocius Povillasın nümayəndəsi, vəkil Nümayəndə3 apellyasiya şikayəti verərək məhkəmə hökmünün dəyişdirilərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü, 179.4, 32.4, 312.1-ci, 313-cü və 308.2 maddələri, Təqsirləndirilən şəxs2 Mecid oğlunun 179.4 və 308.2 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə növündə ciddi cəzalandırılaraq məhkum edilmələri, zərəçəkmiş şəxs və mülki iddiaçı Poçius Povilos tərəfindən verilmiş mülki iddia üzrə tələblərin tam təmin edilməsi, ibtidai istintaq zamanı tətbiq edilmiş əmlaklar üzərinə qoyulmuş həbslərin qüvvədə saxlanılması, zərərçəkmiş şəxs və mülki iddiaçı kimi ərizələrin təmin olunaraq aşkar edilmiş əmlaklar və əmlak hüquqları üzərinə həbs qoyulması və dəymiş ziyanın və mülki iddianın ödənilməsi haqqında qanuni, əsaslı və ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: cinayət işi Zərərçəkmiş şəxs1 ərizələrinin yoxlanılması nəticəsində toplanılmış materiallarla onun hüquqlarının pozulması, aldatma və sui-istifadə yolu ilə əmlakının ələ keçirilməsi, əmlak mənafeyinə maddi ziyan vurulması hallarının müəyyən edilməsinə dair məlumatlar əsasında başlanılmışdır. Təmsil və hüquqlarını müdafiə etdiyim Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs kimi ona görə tanınmışdır ki, Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri nəticəsində Litva Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 2.020.745 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 3.435.266,5 manat məbləğində maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduğundan iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (02 dekabr 2020-ci il tarixli qərar). Təmsil və hüquqlarını müdafiə etdiyim Zərərçəkmiş şəxs1 (08 iyul 2021-ci il tarixli ərizısi və həmin tarixli qərar) iş üzrə mülki iddiaçı kimi ona görə tanınmışdır ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona maddi ziyan vurulmuşdur və o, 2.020.745 ABŞ dollarının, 3.410.000 manat məbləğində ziyanın, 500.000 manat məbləğində mənəvi ziyana görə kompensasiyanın, həmin məbləğlər ödənilənədək, 2019-cu ilin yanvar ayından hesablanmaqla ödənilməyən məbləğin illik 6.25% hissəsinin ödənilməsi barədə mülki iddia vermişdir. Məhkəmə istintaqı zamanı mülki iddia ilə bağlı dəymiş ziyanın tələb olunması məsələsinə baxılması ilə əlaqədar işdə iştiraka cəlb etmə və mülki iddianın təmin edilməsi tədbirlərinin tətbiqi haqqında 29 avqust 2022-ci il tarixli ərizə-vəsatət verilmiş, lakin məhkəmə tərəfindən baxılıb qanuni həll edilməmişdir. Ərizə-vəsatət iş üzrə mənbəyi məlum olan sübutlar nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, beynəlxalq hüquq normalarının tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeləri əsasında irəli sürülən aşağıdakılar üzrə: -Birgə cavabdeh kimi Zərərçəkmiş şəxs2 (AZ 1025, Bakı şəhəri, Xətai rayonu, İzzət Orucova, ev 1); -Üçüncü şəxslər kimi: X86 (Ünvan: Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi 31, mənzil 81, tel **********), X57 (Ünvan: Bakı şəhəri. Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, 1-ci giriş, 2 nömrəli mənzil), X38 (Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbaszadə küçsəi 80, tel: **********). X60 (Ünvan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, ev 219C, tel: **********), X61 (Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, ev 219C, tel: **********), X62 (Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi 31, mənzil 8, tel: **********) - işə cəlb olunmaları; Təqsirləndirilən şəxs1 adına olan **-CE-*** dövlət qeydiyyat nişanlı "Qaz 24” markalı, X57 adına olan **-DJ-*** dövlət qeydiyyat nişanlı “Porsche Cayenne” markalı, X41 adına olan 99-UC- 305 dövlət qeydiyyat nişanlı, “GAC GS8” markalı, X60 adına olan 90- DJ-900 dövlət qeydiyyat .nişanlı "Audi Q7” markalı avtomaşın, Zərərçəkmiş şəxs2 MMC-yə məxsus ünvan 15 ünvanında olan əmlak kompleksi. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 50% təsis payına və başqa hüquqi şəxslərdəki təsis paylarına həbs qoyulması; haqqında qərarlar çıxarılması təmin olunmamışdır. Ərizə-vəsatətə əlavə olaraq 24 oktyabr 2022-ci il tarixli ərizə ilə habelə: - X38 adına rəsmiləşdirilmiş ünvan 16 ünvanında yerləşən 4 nömrəli mənzilin və X61 adına rəsmiləşdirilmiş ünvan 17 ünvanında yerləşən 4 nömrəli mənzilin üzərinə həbs qoyulması barədə qərar çıxarılması barədə müraciət edilmişdir. Ərizə-vəsatətə əlavə olaraq 05 noyabr 2022-ci il tarizli ərizə ilə habelə: 29 avqust 2022-ci il tarixli ərizə-vəsatətlə müraciət olunaraq “2.4 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 81, mənzil 36 - 174.132,30 manat, 2.5 Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi, ev 46/50, mənzil 29 - 124.190,45 manat, 2.6. ünvan 5 - 168.527,61 manat”; — bəndləri əlavələri edilməklə həmin mənzil-əmlaklar da daxil olmaqla irəli sürülmüş tələblər tam qüvvədə saxlanılmaqla ərizə-vəsatətin təmin olunması barədə təkrarən xahişimizə baxılıb həlli barədə qərar çıxarılmamışdır. Bununla da iş üzrə Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs2 mülki cavabdeh kimi, digər şəxslərin üçüncü şəxslər tanınmalı olması barədə qanunun tələbləri kobud şəkildə pozulmuşdur. O cümlədən digər zərərçəkmiş şəxsin vəsatətləri və mülki iddiası üzrə zəruri qanuni qərarlar çıxarılmamışdır. İttiham tərəfinin Ələkbərov və İbadova verilmiş ittihamların sübut olunduğunu və hər bir ittiham üzrə onlara cəza təyin edilməsini, cəzanı yüngülləşdirən halların olmadığını, cəzanı ağırlaşdıran halların nəzərə alınaraq qəti olaraq Təqsirləndirilən şəxs1 14 il müddətinə azadlıqdan məhrum etmə, 3 il müddətinə rəhbər vəzifə tutma hüququndan məhrum etmə; Təqsirləndirilən şəxs2 13 il müddətinə azadlıqdan məhrum etmə, 3 il müddətinə rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzası verilməsi, Zərərçəkmiş şəxs1 mülki iddiasının təmin olunmasının təklifi və dəlilləri məhkəmə tərəfindən təhlil olunaraq qiymətləndirilməmişdir. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadələri məhkəmə hökmünə köçürülsə də, onlar digər sübutlarla əlaqədə təhlil olunub düzgün qiymətləndirilməmişdir. Məhkəmə hökmündə məhkəmə istintaqında araşdırılmayan və mənbəyi bəlli olmayan sübutlar və “təsnifat’lar göstərilsə də, onların mahiyyəti və işin hansı hissələri ilə bağlılığı şərh olunmamışdır. Ümumiyyətlə məhkəmə apardığı qısa müddətli, uzun fasiləli və bəsit məhkəmə iclaslarında araşdırılmış sübutlara belə istinad etməmiş, əvvəlcədən məqsədli şəkildə qanunsuz mövqe tutmuşdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara: Ələkbərovun, İbadovun və Povilasın və digərlərinin ifadələrinə və işdə olan yazılı məlumatlara görə, Təqsirləndirilən şəxs1 «Kat Holdinq” X36 təsisçisi və faktiki rəhbəri olmaqla təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə, təkrarən, 2017-ci ilin iyun ayında tanışı - Litva Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının Mənzil X133 tərəfindən sosial evlər layihəsinin həyata keçirilməsində iştirak edərək tikinti layihələrinə investisiya yatırmaqla külli miqdarda gəlir əldə edəcəklərini yalandan bildirib, həmin işə sərmayə qoymağa Zərərçəkmiş şəxs1 razı saldıqdan sonra, özünün həmin Agentliyin rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını və həmin münasibətlərindən istifadə edərək müsabiqə komissiyasının iclasında qalib gələrək binaların tikintisini həyata keçirməklə gəlir əldə edəcəklərini aldatmaqla vəd edib, həmin məsələnin müsbət həll edilməsi üçün qeyd edilən Agentliyin rəhbər vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onların xeyrinə edəcəyi hərəkətə, yəni həmin Agentliyin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 iyun 2017-ci il tarixində keçiriləcək müsabiqə komissiyasının iclasında qalib gələrək Bakı şəhəri, Yasamal rayonu, X132 yolu 8 ünvanında yerləşən X70 27, 28 və 29 saylı binaların tikintisinə cəlb edilmələrinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 50.000 (əlli min) ABŞ dolları rüşvət qismində verilməsinin zəruri olmasını 2 iyun 2017-ci il tarixdə Bakı şəhəri, K.Səfərəliyeva küçəsində yerləşən “Holiday İnn" otelində görüşləri zamanı Zərərçəkmiş şəxs1 bildirib, sonuncunun özünə olan inam və etibarından istifadə etməklə onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə, sonuncudan 4 iyun 2017- ci il tarixdə Bakı şəhəri, K.Səfərəliyeva küçəsində yerləşən “Holiday İnn” otelində 50 (əlli min) ABŞ dolları alıb, şəxsi ehtiyaclarına sərf edərək, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 85.105 (səksən beş min bir yüz beş) manat məbləğində pul vəsaitini ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Məhkəmə baxışında Ələkbərovun hər hansı investisiya qoymaq iqtidarında olmadığı, “Kat Holdinq" MMC-nin maliyyə və maddi-texniki və işçi imkanları olmadığı halda, tenderin qalibi çıxdığı, tikinti işlərinin müstəsna olaraq cəlb edilən kənar podratçılar vasitəsilə aparıldığı, ödəmələrin tikilən mənzillərlə və ya az hallarda mənzillərin satışından əldə olunan vəsaitlərlə təmin ediləcəyi şərti müəyyən olunmuşdur. Daha sonra zərərçəkmiş şəxs və mülki iddiaçı Pocius Povillas apellyasiya şikayətinə əlavə təqdim edərək qeyd etmişdir:
1. Dövlət ittihamçı apelyasiya protesti və mənim nümayəndəm apelyasiya şikayəti verərkən birinci instansiya məhkəməsinin iclas protokolları hazır olmadığı üçün onunla tanış olmaq imkanından mərhum olmuşuq. Odur ki, protest və şikayətdə məhkəmədə araşdırılan sübutlara istinad edilmişdir.
2. Birinci instansiya məhkəməsinin iclas protokolları ilə tanış olarkən aşağıdakıları müəyyən etmişəm: A) Mənim, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri iclas protokoluna qısaldılmış və təhrif olunmuş şəkildə yazılmışdır. Təqsirləndirilən şəxslərin məhkəmədə verdiyi ifadələri, xüsusən Təqsirləndirilən şəxs2 ifadələri, ibtidai istintaq dövründə verdiyi ifadələrdən əhəmiyyətli fərqlənməsinə baxmayaraq, məhkəmə həmin ifadələrlə bağlı dövlət ittihamçısının və mənim nümayəndəmin, mənim özümün təqsirləndirilən şəxslərə verdikləri sualları və onlara cavabları məhkəmə iclas protokoluna daxil etməmişdir. B) Məhkəməyə dəvət edilmiş “X90”nin eksperti X107 məhkəmə verdiyi ifadəsi də məhkəmə iclas protokoluna təhrif edilmiş şəkildə daxil edilmiş, ekspertin 17 iyul 2020-ci il tarixli 198№li və 06 iyun 2022-ci il tarixli 111№li qiymətləndirmə rəyləri arasında binanın maya dəyəri ilə əlaqədar verdiyi rəylə bağlı mənim və nümayəndəmin sualları və onlara cavablar məhkəmə iclas protokoluna təhrif edilmiş şəkildə daxil edilmişdir. C) Məhkəmə iclas protokoluna verdiyim çoxsaylı və geniş qeydlərim, birinci instansiya məhkəməsində sədrlik edən X204 tərəfindən təmin edilməmişdir. D) Məhkəmə iclas protokoluna verdiyim qeydlər məhkəmə iclasında mobil telefonum vasitəsilə yazdığım məhkəmə iclasının audioyazısı əsasında edilmişdi. Odur ki, məhkəmə iclas protokoluna qeydlərimin əsaslılığını təmin etmək üçün məhkəmə iclasının audio fayllarını flaş karta yazaraq nümayəndəmə vermişdim ki, iclas protokoluna qeydlərim məhkəmədə sual doğursa, flaş kartı məhkəməyə təqdim etsin. X204 məhkəmə iclasının audio yazısının qanunsuz olduğunu bildirərək, onu qəbul etməkdən imtina etdi və nümayəndəmin israr etdiyi halda bu qanunsuz hərəkətlərə görə onun da məsuliyyət daşıyacağını ona bildirdiyi üçün nümayəndəm flaş kartı məhkəməyə verə bilməmişdir. E) Mən məhkəmə iclas protokoluna sonuncu qeydlərimi rus dilində yazıb nümayəndəm vasitəsilə məhkəməyə təqdim etmişdim. Nümayəndəmin iştirakı ilə keçirilən məhkəmə iclasında hakim bu qeydlərimi də qəbul etməkdəm imtina etmişdir ki, verilən qeydlər kifayətdir.
3. Təqsirləndirilən şəxs2 hökmdə təsvir olunan ifadəsi ittiham aktında təsvir edilən və cinayət işində olan ifadələrindən əhəmiyyətli fərqlənsə də məhkəmə hökmdə təqsirləndirilən şəxsin təhrif edilmiş və qısaldılmış ifadələrini əks etdirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi ifadələri ilə məhkəmə iclas protokoluna yazılmış və hökmdə təsvir edilən ifadələri arasında olan ziddiyyətlərə hökmdə təsvir etməmiş və onlara qiymət verməmişdir.
4. Məhkəmə hökmdə yalnız təqsirləndirilən şəxslərin müraciəti ilə “X90” tərəfindən verilmiş tikilmiş binaların qiymətləndirilməsi barədə 06 iyun 2022- ci il tarixli 111№li və ünvan 18 ünvanında 1.13158 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin qiymətləndirilməsi barədə 20 may 2022-ci il tarixli 114№li qiymətləndirmə rəylərini əsas götürmüş və hökmdə onlara istinad etmədən gəlinmiş nəticələrini qəbul etmiş və hökmə sübut kimi daxil etmişdir. Bu zaman Məhkəmə ittihamın sübutu olan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin 02 fevral 2021-ci il tarixli qiymətləndirmə rəyini (c.14,i.v.52-85) və mənim sifarişimlə “X90”nin tərtib etdiyi 17 iyul 2020-ci il tarixli 198№li qiymətləndirmə rəyini (c.7,i.v.9-21) nəzərə almamış və işdəki eyni əmlakların qiymətləndirilməsi zamanı gəlinmiş fərqli nəticələri qiymətləndirmədən təqsirləndirilən şəxslərin xeyrinə olan sübutları qəbul etmişdir. Məhkəmə iclasında ekspertiza rəyləri araşdırılmamasına baxmayaraq, məhkəmə araşdırılmayan sübutları məhkəmə hökmündə əks etdirmişdir.
5. Məhkəmə hökmündə məhkəmə istintaq materiallarına əsasən Zərərçəkmiş şəxs2 MMC tərəfindən tikilən 28 və 29 saylı binalarda mülkiyyətçilərin siyahısını və yaşayış və qeyri-yaşayış sahələrinin “təsnifat”ını tərtib etmişdir. Bu məhkəmənin səlahiyyətinə aid olmayan xüsusi bilik tələb edən haldır. Məhkəmə 28 və 29 saylı binalarda alqı- satqının vəziyyətini, mülkiyyətçilərin və ya istifadəçilərin siyahısını hazırlamaq istəyirdisə, bunun üçün mütəxəssis dəvət etməli və müvafiq rəy alaraq, yalnız həmin rəyə istinad etməli idi. Məhkəmənin hökmdə təsvir etdiyi bu siyahıya və təsnifata daxil olan məlumatları hansı mənbədən əldə etməsi şübhə doğurur. Məhkəmənin tərtib etdiyi həmin cədvəldə göstərilən məlumatlar etibarlı və həqiqi deyil, möhtəbər olmayan mənbələrə əsasən hazırlanmışdır.
6. Məhkəmə hökmündən görünür ki, guya ümumi sahəsi 377,47 kv.metr olmaqla ümumi dəyəri 490711 manat təşkil edən mənzillər və ümumi sahəsi 599,45 kv.metr olmaqla ümumi dəyəri ******* manat təşkil edən qeyri-yaşayış sahələri mənim mülkiyyətimə verilmişdir. Lakin bu məlumatlar həqiqəti əks etdirmir və bu məsələlər ümumiyyətlə məhkəmə baxışı zamanı araşdırılmamışdır. Araşdırılsa idi, mən sənədləri məhkəməyə təqdim edərdim və məhkəmə müəyyən edərdi ki, ümumi sahəsi 377,47 kv.metr olan mənzillər və ümumi sahəsi 599,45 kv.metr olan qeyri-yaşayış sahələri Zərərçəkmiş şəxs2 MMC tərəfindən notariat qaydada satılmış və əldə edilən vəsait Zərərçəkmiş şəxs2 MMC-nin fəaliyyətinin həyata keçirilməsinə və binaların tikintisində yarımçıq qalmış işlərin tamamlanmasına sərf edilmişdir. Odur ki, məhkəmə 6 mənzili və qeyri-yaşayış sahələrinə mənə vurulmuş zərərin ödənilməsi kimi qəbul etməkdə haqlı deyildi.
7. Məhkəmə hökmündən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olmuş, ünvan 15 ünvanında yerləşən ərazi və tikililərdən ibarət əmlak kompleksi - beton və sement zavodunun (Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış Seriya MH № 0138544, reyestr № **********43-12301, qeydiyyat №**********, xx.xx.2008 və Texniki pasporta əsasən İnventar nömrəsi 11/623, xx.xx.2008) Zərərçəkmiş şəxs2ndən başqa digər şəxslərin adına özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulmuş, həmin zavodun Zərərçəkmiş şəxs2 MMC-nin adına rəsmiləşdirilməsi prosesi qanunla nəzərdə tutulmuş qaydada sona çatdırılması bundan sonra həmin beton və sement zavodu müvafiq qaydada satılmaqla əldə olunacaq pul vəsaitinin ******* (bir milyon doqquz yüz iyirmi beş min səkkiz yüz səksən iki) manat 57 qəpiyi mülki iddianın ödənilməmiş qalan hissəsi kimi zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ödənilsin, satışdan əldə olunacaq məbləğin artıq qalan hissəsi isə Zərərçəkmiş şəxs2 MMC-yə məxsus vəsait kimi sonuncunun hesabına keçirilməsi hökm edilmişdir. Hökmün bu hissəsi məhkəmənin ümumiyyətlə qanuna və mülkiyyətçilərin hüquqlarına hörmətsizliyini ifadə edir. Qeyd edilən əmlak kompleksinin hüquqi statusu qeyri-müəyyəndir və hüquqi statusu qeyri müəyyən olan əmlakla bağlı məhkəmə hansısa öhdəliklər yarada bilməz. Məhkəmənin hökmünün icrası əmlak kompleksinin Zərərçəkmiş şəxs2 MMC-nin adına rəsmiləşdirilməsi, sonra Zərərçəkmiş şəxs2 MMC tərəfindən satılması, əldə edilən vəsaitin mənə verilməsi kimi mürəkkəb və həlli mübahisəli hallardan ibarətdir. Faktiki olaraq məhkəmə mənə vurulmuş zərərin ödənilməsi barədə deyil, təqsirləndirilən şəxslərin əvəzinə zərərin ödənilməsi görüntüsü yaratmaq barədə qərar qəbul etmişdir.
8. Məhkəmə öz hökmü ilə üzərinə həbs qoyulmuş mənzilləri, o cümlədən dəyəri Zərərçəkmiş şəxs2 MMC-yə ödənilməyən, Təqsirləndirilən şəxs1 başqa borclarına görə, ayrı-ayrı-şəxslər qarşısında öhdəliklərinə görə, hədiyyə və rüşvət verdiyi mənzillərin üzərindən həbsi götürmüş, həmin mənzillərin Zərərçəkmiş şəxs2 MMC- yə qaytarılması barədə qərar qəbul etməmişdir.
9. Məhkəmə Təqsirləndirilən şəxs1 ailə üzvlərinin və özünün adında olan əmlaklarla bağlı maraqlı şəxslərin məhkəməyə dəvət edilməsi barədə nümayəndəmin verdiyi vəsatəti təmin etməmiş, həmin əmlakların taleyini araşdırmamış, lakin hökmü ilə həmin əmlakların üzərindən də həbsi götürmüşdür.
10. Məhkəmə mənim və Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş mülki iddiaları araşdırmamış və hökmündə onlara qiymət verməmişdir. Hökmdən həmçinin Dövlət ittihamçısı2 apellyasiya protesti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 179.4 və 308.2-ci maddələri ilə irəli sürülmüş ittihamlar üzrə əməllərinin CM-nin 313-cü maddəsinə tövsıf edildiyi hissəsində ləğv edilməsi, Təqsirləndirilən şəxs1 CM-nin 178.4, 179.4, 32.4,312.1, 313 və 308.2-ci maddələri və Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 179.4 və 308.2-ci maddələri iiə təqsirli bilinməsi, həmin maddələrin sanksiyası həddində, eləcə də cinayət qanunvericiliyin tələbləri nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə daha ağır qəti cəza təyin edilməklə, iş üzrə verilmiş mülki iddia tələbinin təmin edilərək ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş 5.960.477.1 manat dəyərində əmlakın xüsusi müsadirə edilib ziyanın ödənilməsinə yönləndilrnəklə barələrində yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri qismində göstərilmişdir: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittihamlar üzrə qismən, yalnız mənzillərlə bağlı məcburiyyət qarşısında edilmiş sənədləşmələrdə yol vermiş yanlışlıqlar olmaqla Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirli bilərək özünümüdafiə xarakterli ziddiyətli ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 179.4 və 308.2-ci maddələri ilə əməlini Azərbaycan Respublikası CM-nin 313-cü maddəsinə tövsif edərkən şahidlərin ibtidai istintaqda, eləcə də məhkəmdə verdikləri ifadələrini sübut kimi qəbul etməməsini və buna əsaslandırılmış hüquqi qiymət vermədən belə bir nəticəyə gəlməsinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmiş və bununla da məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş şahid ifadələri, bank mədaxil qəbzləri və maliyyə arayışlarından görünür ki, 34 nəfər şəxsə 34 mənzilin satışına görə həmin şəxslər tərəfindən ödənilmiş cəmi 1.900.128,68 manat məbləğində pui vəsaitinin 330.724 manatı cəmiyyətin müxbir hesabına mədaxil edib qalan cəmi 1.569.404,68 manat məbləğində pul vəsaitini həmin hesaba mədaxil edilməyərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeylərindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs2 MMC-yə məxsus olmaqla onlara etibar edilmiş əmlakı həmin Cəmiyyətə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, həmin hərəkətləri ilə qeyd olunan mənzillərin tikintisini müqavilə şərtlərinə uyğun tamamlamayıb, mənzillərin alıcılara təhvil verilməsini həyata keçirməyərək Zərərçəkmiş şəxs2 MMC-nin mənzil alanların qarşısında götürdüyü öhdəliklərin vaxtında icra edilməməsi ilə əlaqədar həmin Cəmiyyətin fəaliyyətini pozmaqla əmlak hüquqlarına və qanuni mənafelərinə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişlər. Lakin məhkəmə 34 nəfər şəxsə 34 mənzilin satışına görə həmin şəxslər tərəfindən ödənilmiş cəmi 1.900.128,68 manat məbləğində pul vəsaitinin 330.724 manatı cəmiyyətin müxbir hesabına mədaxil edib qalar; cəmi 1.569.404,68 manat məbləğində pul vəsaitini həmin hesaba mədaxil etməməsini qəbul etsə də, lakin həmin pul vəsaitinin hər hansı təsdiqedici sənədlərə əsasən deyil, təqsirləndirilən şəxslərin özünümüdafiə xarakterli ifadələrinə istinad edib podratçılar və tikintiyə cəlb edilmiş digər şəxslərlə nağd hesablaşmaların aparılmasına, nağd pulla mal-material alınmasına, əmək haqlarının nağd ödənilməsinə, habelə nağd hesablaşmalarla aparılan cari xərclərin və digər məsrəflərin ödənilməsinə sərf etdiyi qənaətinə gəlmişdir. Bundan başqa iş materiallarda əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş yuxanda qeyd edilən şahid ifadələrinə əsasən həmçinin müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 MMC-nin vəzifəli şəxsləri binalarda tikinti işlərinin 18 ay ərzində yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə təhvil veriləcəyini söz versə də razılaşmadan uzun müddət keçməsinə baxmayaraq həmin binalar təhvil verilməmiş, bununla da Təqsirləndirilən şəxs1 və X122 qanunsuz əməlləri çoxsaylı vətəndaşların haqlı narazılıqlarına, şikayət aıməiərinə səbəb olmuşdur. Halbuki, cinayət işi materiallarında mülkiyyətçi Azərbaycan Respublikası Prezdenti yanında Mənzil İnşaat Dövlət Agentliyinin tabeliyində "MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə investor Zərərçəkmiş şəxs2 MMC arasında bağlanmış İnvestisiya sahəsində birgə sahibkarlıq fəaliyyəti haqqında 01 nömrəli, 3C iyun 2017-ci il tarixli müqavilədən görünür ki, həmin Agentliyin Direktorunun qərarı əsasında keçirilən investisiya müsabiqəsi nəticəsində cəlb etdiyi investor xüsusi mülkiyyət hüququ əsasında mülkiyyətçiyə məxsus olan torpaq sahəsində yerləşəcək, vətəndaşların mənzil şəraitini yaxşılaşdırılmasına xidmət etmək məqsədini daşıyan 3 (üç) tikinti obyektinin inşasını həyata keçirməyi 18 ay müddətinə öhdəsinə götürmüşdür.(cild 1, i/v.49-57) Beləliklə, müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 MMC-nin vəzifəli şəxsləri olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 34 nəfər şəxsə 34 mənzilin satışına görə həmin şəxslər tərəfindən ödənilmiş cəmi 1.900.128,68 manat məbləğində pul vəsaitinin 330.724 manatı cəmiyyətin müxbir hesabına mədaxil edib qalan cəmi 1.569.404,68 manat məbləğində pul vəsaitini həmin hesaba mədaxil edilməyərək aralarmda bölüb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeylərindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs2 MMC-yə məxsus olmaqla onlara etibar edilmiş əmlakı həmin, Cəmiyyətə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışlar. Məhkəmə ibtidai istintaq orqanının təqdim etdiyi sübutları cinayət prosessual qanunvericiliyinin tələbərinə müvafiq qaydada araşdırsa da, əməlin tövsifi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Bundan başqa hökmə əsasən Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilmiş, Zərərçəkmiş şəxs1un mülkiyyətinə veilmiş mənzillər və qeyri-yaşayış sahələri mülki iddia məbləğinin bir hissəsinin ödənilməsi kimi hesab olunmuş, 48 mənzillə dəyişdirilmiş beton və sement zavodunun Zərərçəkmiş şəxs2 MMC-dən başqa digər şəxslərin adına özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulmuş, zavodun Zərərçəkmiş şəxs2 MMC-nin adına rəsmiləşdirilməsi prosesi sona çatdırılması, zavodu müvafiq qaydada satılmaqla əldə olunacaq pul vəsaitinin bir hissəsinin mülki iddianın ödənilməmiş qalan hissəsi kimi Zərərçəkmiş şəxs1 ödənilməsi, satışdan əldə olunacaq məbləğin artıq qalan hissəsinin Zərərçəkmiş şəxs2 MMC-yə məxsus vəsait kimi sonuncunun hesabına keçirilməsi qərara alınmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən ərazi və tikililərdən ibarət əmlak kompleksinin - beton və sement zavodunun qanunla nəzərdə tutulmuş qaydada satıldığı vaxtda mümkün likvidliyin nəzərə alınması üçün E.B.Əkbərovun adına rəsmiləşdirilmiş Salyan rayonu, Varlı kəndində yerləşən 0,05 ha torpaq sahəsinə və Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbslər iddianın təmini tədbiri kimi qüvvəsində saxlanılmışdır. Əmlakların qiymətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsindən daxil olmuş 2 fevral 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 15 ünvanında olan əmlak (sement-betorı zavad) kompleksinin orta bazar dəyəri həmin kompleksin yerləşdiyi 3994.90 m2 torpaq sahəsi üzərində mülkiyyət hüququ təsdiq edildiyi halda, 1.288.235,40 manat, Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş Salyan rayonu, Varlı kəndində sahibkarlıq məqsədli 0.06 ha anoloji torpaq sahələrinin orta bazar dəyərinin 4149.00 manat, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 0.12 ha anoloji torpaq sahələrinin orta bazar dəyəri 141426.00 manat manat müəyyən edilmişdir. İstintaq orqanı tərəfindən xüsusi müsadirə edilməklə ziyanın ödənilməsinə yönləndirilməsi təklif edilən və üzərinə həbs qoyulmuş əmlakların ümumi dəyəri 5.960.477.1 manat olmuş, onlardan yalnız Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş 145.575 manat dəyərində əmlaklar istisna olmaqla digər əmlaklar üzərindən həbs məhkəmə tərəfindən əsassız olaraq götürülmüş, bununla da məhkəmə vurulmuş ziyanın ödənilməsi və mülki iddia tələbinin təmin olunmasına formal yanaşmaqla cinayət qanunu normalarını düzgün tətbiq etməmişdir. Lakin məhkəmə istintaqı zamanı müdafiə tərəfinin təqdim etdiyi Azərbaycan Respublikası “X90’’nin 28 may 2022-ci il tarixli 114 №-li rəyindən görünür ki, ünvan 19 ünvanında yerləşən əmlak kompleksinin 2022-ci ilin iyun ayına olan bazar dəyəri 4.086.354 (dörd milyon səksən altı min üç yüz əlli dörd) manat müəyyən edilmişdir. Qeyd edilən əmlakın hüquqi statusu, dəyəri mübahisə predmeti olmasına baxmayaraq məhkəmə “X90” tərəfindən tərtib edilmiş sənədin obyektiv olmasını əsaslandıra bilməmiş, bununla da məhkəmənin şərh etdiyi hallarla gəldiyi nəticə uyğunsuzluq təşkil etmişdir. Hazırkı cinayət işi üzrə verilmiş ittiham sübuta yetirilməsinə baxmayaraq, məhkəmə qeyd edilən halları düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirməyərək obyektiv nəticəyə gəlməmiş, sübutlara qiymət verərkən yalnız təqsirləndirilən şəxslərin məhkəmədə özünümüdafiə xarakteri daşıyan ziddiyyətli və hadisənin obyektiv səhnəsinə uyğun olmayan mövqeyinə əsaslanmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutları tam və hərtərəfli araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmiş və iş üzrə təcrübədən fərqli olan nəticəyə gəlmişdir. Göründüyü kimi, məhkəmənin həmin hökmündə gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, mübahisələndirilən hökmdə şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olmuş, məhkəmə cinayət qanunun normasını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticələr isə işin faktiki hallarına uyğun olmamışdır. Hökmdən həmçinin Zərərçəkmiş şəxs2 MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə5 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(001)-470/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 179.4 və 308.2-ci maddələri ilə irəli sürülmüş ittihamlar üzrə əməllərinin Cinayət Məcəlləsinin 313-cü maddəsinə tövsif edildiyi hissəsində ləğv edilməsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4, 179.4, 32.4,312.1, 313 və 308.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 179.4 və 308.2-ci maddələri ilə təqsirli bilinmələrini və həmin maddələrin sansksiyası həddində daha ağır cəza təyin edilərək azadlıqdan məhrum edilmələrini, cəzalarını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkmələrini və iş üzrə verilmiş mülki iddianın tam təmin edilməsi, 6.520.000 (altı milton beş yüz iyirmi min) manat manat məbləğində dəymiş ziyanın yuxarıda göstərilən məbləğlər ödənilənədək, 2019-cu ilin yanvar ayından hesablanmaqla, ödənilməyən məbləğin illik 6.25 % hissəsi cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq "xxxx" MMC-yə ödənilməsi; "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Bakı dairəvi yolu 8 ünvanında inşa etdiyi 28 saylı binanın, 7 saylı mənzilə dair Şahid7 adına rəsmiləşdirilmiş 20 iyul 2028-ci il tarixli “Coxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi” Müqavilənin, 9 saylı mənzilə dair Şəlalə Soltanovanın adına rəsmiləşdirilmiş 6 avqust 2019-cu il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi” Müqavilənin, 10 saylı mənzilə dair Şahid40 adına rəsmiləşdirilmiş 24 sentyabr 2019-cu il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi” Müqavilə və Əfqan Aşurovun adına rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı Müqaviləsinin, 18 saylı mənzilə dair Şahid32 adına rəsmiləşdirilmiş 29 dekabr 2018-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi” Müqavilənin, 19 saylı mənzilə dair Şahid10 adına rəsmiləşdirilmiş 7 avqust 2018-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi” Müqavilənin, 23 saylı mənzilə dair Şahid21 adına rəsmiləşdirilmiş 10 oktyabr 2018-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi” Müqavilənin, 58 saylı mənzilə dair Mərziyə Mirzəyevə adına rəsmiləşdirilmiş 30 avqust 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı Müqaviləsinin, 62 saylı mənzilə dair Şahid34 adına rəsmiləşdirilmiş 9 yanvar 2019-cu il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi” Müqavilənin, 64 saylı mənzilə dair Şahid45 adına rəsmiləşdirilmiş 9 dekabr 2019-cu il tarixli “Coxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi” Müqavilənin, 67 saylı mənzilə dair Şahid42 adına rəsmiləşdirilmiş 6 avqust 2019-cu il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi” Müqavilənin, 69 saylı məznilə dair Şahid38 adına rəsmiləşdirilmiş 10 iyun 2019-cu il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi” Müqavilənin, 29 saylı binanın 4 saylı mənzilə dair Şahid36 adına rəsmiləşdirilmiş 24 yanvar 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı Müqaviləsinin, 16 saylı mənzilə dair Şahid35 adına rəsmiləşdirilımiş 5 fevral 2018-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi” Müqavilələrinin etibarsız hesab edilməsi və həmin mənzillərin "xxxx" MMC-nin mülkiyyətinə qaytarılması barədə yeni ittiham hökmü qəbul edilməsini xahiş etmişdir.
Proses iştirakçılarının çıxışları:
Məhkəmə iclasında çıxış edən Dövlət ittihamçısı4 bildirdi ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.4, 179.4, 308.2, 32.4, 312.1 və 313-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 179.4-cü və 308.2-ci maddələri təqsirləndirilmələrinə dair cinayət işi üzrə uzun müddət davam edən qismən məhkəmə istintaqı ilə məhkəmə prosesi keçirildi və hesab edir ki, məhkəmə istintaqı zamanı yeni bir hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 4 epizod üzrə ittiham irəli sürülmüşdür. 1-ci epizod Zərərçəkmiş şəxs3 qarşı 125000 manat məbləğində dələduzluqla bağlıdır və həmin epizod üzrə vurulmuş ziyan ödənilmişdir, məhkəmə həmin əmələ hüquqi qiymət verməlidir. 2-ci epizod Zərərçəkmiş şəxs1 qarşı törədilmiş cinayətlə bağlıdır və həmin epizoda görə Təqsirləndirilən şəxs1 CM-nin 178.4 və 32.4, 312.1-ci maddəsi ilə ittiham verilmişdir, lakin ittiham irəli sürüldükdən sonrakı mərhələdə Azərbaycan Repsublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı, eləcə də Azərbaycan Repsublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2023-cü il tarixli Qərarı qəbul edilmişdir, həmin qərarlarda həmin əməl dələduzluq cinayətinin törədilməsi vasitəsi kimi qiymətləndirildiyindən həmin hissədə, yəni CM-nin 32.4, 312.1-ci maddəsi ilə verilmiş ittihamdan imtina edir. 3-cü epizod üzrə Zərərçəkmiş şəxs1 3.435.658,57 manat ziyan vurmaqla dələduzluq və 1 milyon manatdan artıq məbləğdə mənimsəmə və israf etmə cinayətlərinə münasibətdə bildirmək istəyir ki, ibtidai istintaqda alınmış ifadələr, aparılmış istintaq hərəkətləri və ekspertiza rəyləri 3.435.658,57 manat ziyan vurmaqla dələduzluq əməlini tam sübuta yetirir, Zərərçəkmiş şəxs1 biznes fəaliyyəti ilə məşğul olmuş və o pulu verməkdə məqsədi gəlir əldə etmək olmuşdur, lakin hazırda da görünür ki, indiyə kimi heç bir gəlir əldə etməmişdir, bundan sonra satılacaq mənzil də qalmadığı üçün gəlir əldə edə bilməyəcəkdir, bu da həmin pulun tenderi udmaq üçün depozit hesabına qoyulmasına dair onun ifadəsini təsdiq edir. Birinci instansiya məhkəməsinin CM-nin 179.4-cü maddəsinə mövqeyini düzgün hesab etmir, belə ki, birinci instansiya məhkəməsi ibtidai istintaqda toplanmış sübutlara əhəmiyyət verməyərək Təqsirləndirilən şəxs1 əməllərinin CM-nin 313cü maddəsi ilə əhatə olunduğu qənaətinə gəlmişdir, halbuki ittiham pulun binanın xərclərinə sərf edilməsinə görə yox, Təqsirləndirilən şəxs1 öz şəxsi ehtiyaclarına xərcləməsinə görə verilmişdir. İbtidai istintaqda çoxsaylı ifadələr var ki, Təqsirləndirilən şəxs1 mənzillərin bir hissəsini müəyyən şəxslərə öz borclarının müqabilində verib, həmin şəxslər də aldıqları mənzilləri başqa şəxslərin adına rəsmiləşdirib pullarını alıblar. Mənzillərin borc əvəzi verilməsi CM-nin 179-cu maddəsinin tərkibini yaradır. Birinci instansiya məhkəməsi isə əmələ belə qiymət vermişdir ki, 20000 manatdan yuxarı məbləğlər nəğd şəkildə binanın tikintisinə sərf olunmuşdur, lakin məhkəmənin bu mövqeyini təsdiq edən heç bir sənəd və ya dəlil yoxdur. Həm ibtidai istintaqda, həm də məhkəmədə verilmiş ifadələrdən görünür ki, binanın tikintisi Zərərçəkmiş şəxs1 verdiyi puldan əlavə barter müqavilələri əsasında həyata keçirilib. Bildirmək istəyir ki, ittiham irəli sürüldükdən sonra Zərərçəkmiş şəxs1 həmin binaya 1 milyon manatdan çox xərc çəkib. Zərərçəkmiş şəxs2 MMC təmirli və mətbəx mebelli mənzillər satmalı olduğu halda təmirsiz evlər satıb və mənzil sahiblərinin də əsas narazılığı ondan ibarətdir ki, ekspertiza rəy verərkən mənzil sahiblərinin özlərinin çəkdiyi xərcləri hesablamamalıdır. Birinci instansiya məhkəməsi ziyanın məbləğini müəyyən edərkən qeyd edir ki, 6 mənzil və 2 qeyri-yaşayış sahəsi verilmişdir, Zərərçəkmiş şəxs1 "xxxx" MMC-nin səhmlərini aldığı üçün beton zavod da Zərərçəkmiş şəxs2 MMC-nin balansına keçmişdir və onun dəyəri tam ödənilmişdir. Halbuki, ibtidai istintaqda həm mənzillərin, həm qeyri-yaşayış sahələrinin, həm də zavodun qiymətləndirilməsi həyata keçirilmişdir. Bundan sonra müdafiə tərəfi bir neçə dəfə ekspertizaya müraciət edib və fərqli-fərqli rəqəmlər alıb, lakin sonuncu ekspertiza rəyindən görünür ki, zavodun qiymətləndirilməsi mümkün deyil. Bu məsələyə münasibətdə hesab edirəm ki, ibtidai istintaq zamanı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış qiymətləndirmə ədalətlidir. 6 mənzilin vurulmuş ziyana yönəldilməsi də düzgün deyildir, belə ki, həmin mənzillər satılaraq binanın natamam qalmış işlərinə sərf edilmişdir. Məhkəmədən apellyasiya protestinin təmin edilməsini xahiş etdi, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 nümayəndəsi və zərərçəkmiş şəxs (mülki iddiaçı) "xxxx" MMCnin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinin və zərərçəkmiş şəxs (mülki iddiaçı) Pocius Povalis tərəfindən verilmiş apellyasiya şikayətinə əlavənin təmin edilməsinə etiraz etmədiyini bildirdi və Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi5, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 çıxışını yazılı təqdim edərək tərəflərindən verilmiş apellyasiya şikayətinin və ona əlavənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxsin nümayəndəsi Pocius Povillasın nümayədəsi Müdafiəçi9 bildirdi ki, dövlət ittihamçısının çıxışında göstərdiyi xüsusatları müdafiə edirlər. Qeyd etmək istəyir ki, ekspertizanın nəticələri subyektiv xarakter daşıyır. Birinci instansiya məhkəməsinin ziyanın ödənilməsi ilə bağlı mövqeyini əsassız hesab edir. Məhkəmədən zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin, zərərçəkmiş şəxs (mülki iddiaçı) Pocius Povalis tərəfindən verilmiş apellyasiya şikayətinə əlavənin və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxsin nümayəndəsi Pocius Povillasın nümayədəsi X123 bildirdi ki, birinci instansiya məhkəməsində hər iki təqsirləndirilən şəxsə ittiham elan edilmiş CM-nin 179-cu maddəsini tövsif etmişdir, bu məsələyə münasibətdə bildirmək istəyir ki, iş üzrə 34 mənzilin satışından əldə olunan ******* manat pulun cəmisi 333000 manatı "xxxx" MMC-nin kassasına daxil olub, ibtidai istintaq və məhkəmə zamanı 34 nəfər şahid dindirilmişdir, apellyasiya istintaqı zamanı da qeyd etdikləri öz təsdiqini tapdı. 34 şahidin ifadəsi olduğu halda birinci instansiya məhkəməsi əməli necə CM-nin 179-cu maddəsindən 313-cü maddəsinə tövsif edə bilər? Birinci instansiya məhkəməsi bu tövsifi də əsaslandırmamışdır. Hökmün mülki iddiaya aid hissəsinin icrası da qeyrimümkündür. Məhkəmədən zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin, zərərçəkmiş şəxs (mülki iddiaçı) Pocius Povalis tərəfindən verilmiş apellyasiya şikayətinə əlavənin və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs KAT Holding MMC-nin nümayəndəsi Nümayəndə5 apellyasiya şikayətindən imtina etdiyini bildirdi və məhkəmədən apellyasiya şikayətinin geri qaytarılmasını və apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi11 bildirdi ki, Təqsirləndirilən şəxs1 professional inşaatçıdır və iş materialları ilə də təsdiq olunur ki, onun tikdiyi hər 3 bina standartlara uyğundur. Digər tərəfdən, Zərərçəkmiş şəxs1 ifadələrindən də görünür ki, o, Təqsirləndirilən şəxs1 tikinti işi ilə məşğul olduğunu və belə bir layihə olduğunu bilib özü bu işə maraq göstərmişdir. Onların arasında müqavilə bağlanır və Zərərçəkmiş şəxs1 əvvəldən də bilirdi ki, bu işdə qazanc ya olmayacaq, ya da çox cüzi ola bilər, lakin əgər işi uğurla başa çatdırsalar gələcəkdə başqa layihələri həyata keçirib mənfəət əldə etmək olar. Tikinti başladıqdan bir müddət sonra pandemiya başlayır və işlər dayanır, təbii ki, bu da Zərərçəkmiş şəxs1 narazılığına səbəb olur, Zərərçəkmiş şəxs1 şikayətlər yazır və bu şikayətlər toplanaraq Xətai Rayon Polis İdarəsinə göndərilir. Araşdırma nəticəsində belə qənaətə gəlinir ki, bu iki şəxs arasındakı məsələ mülki mübahisədir. Qərar narazı qalan Zərərçəkmiş şəxs1 yuxarı orqanlara müraciət edir və nəticədə AR CM-nin 178-ci maddəsi ilə cinayət işi başlanır. Burada maraqlı məqam odur ki, təhqiqat orqanının ləğv edilməmiş qərarı olduğu halda cinayət işi başlana bilərdimi? İş icraata götürüldükdən 30 gün sonra Təqsirləndirilən şəxs1 əməli CM-nin 179.3-cü maddəsindən 179.4-cü maddəsinə tövsif edilir, axı cinayət işi CM-nin 179-cu maddəsi ilə başlanmamışdır ki, tövsif edə edilsin. Digər bir məsələ, 34 mənzili satmağa Təqsirləndirilən şəxs1 səlahiyyəti var idi mi? Müqaviləyə əsasən var idi. İttihama əsasən, pullar veriləndə Zərərçəkmiş şəxs1 burada olmamışdır, verdiyini bildirdiyi pullarla ittihamdakı pullar ümumiyyətlə düz gəlmir. Zərərçəkmiş şəxs1 həmin pulları Təqsirləndirilən şəxs1 verməsini təsdiq edən heç bir sənəd və ya dəlil yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi5 verdiyi apellyasiya şikayətinin təmin edilməsini və Təqsirləndirilən şəxs1 bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi10 zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 nümayəndəsi və zərərçəkmiş şəxs (mülki iddiaçı) "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə, zərərçəkmiş şəxs (mülki iddiaçı) Pocius Povalis tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə və Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti ilə razı deyillər, uzun müddət davam edən apellyasiya istintaqı zamanı müəyyən edildi ki, baş verənlər heç də zərərçəkmiş şəxsin bildirdiyi kimi deyil. Belə ki, Zərərçəkmiş şəxs1 və "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, Zərərçəkmiş şəxs1 3 ədəd binanın tikintisinə sərf edilməsi məqsədilə ******* ABŞ dolları pul verməyi və həmin pulu bank vasitəsilə köçürməyi, qarşı tərəf isə pul məbləğini 10 iyul 2020-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürür. Qeyd edilən məbləğin binaların tikintisinə sərf edilməsi hesab edirəm ki, işin mübahisəsiz halıdır. Bildirmək istəyir ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 heç bir zaman nağd pul verməyib. Zərərçəkmiş şəxs1 məhkəmədəsi ifadəsində də bildirdi ki, həmin pulları öz şəxsi hesabına qoyub və hissə-hissə çıxarıb Təqsirləndirilən şəxs1 verib, lakin həmin pulları verdiyini bildirdiyi tarixlərin əksəriyyətində Zərərçəkmiş şəxs1 ümumiyyətlə Azərbaycan ərazisində olmayıb və Təqsirləndirilən şəxs1 pul verməsi barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməyib. Zərərçəkmiş şəxs1 verdiyi pulun mənbəyini 2008-2017-ci illər arasında Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olması kimi göstərməsinə baxmayaraq, cinayət işinin materiallarında həmin pulun ona məxsus olması barədə sənəd yoxdur. Zərərçəkmiş şəxs1 nə Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub, nə də Azərbaycana bəyan edərək pul gətirməyib. Zərərçəkmiş şəxs1 "xxxx" MMC-nin birgə təsisçisi olanadək sahibkarlıq fəaliyyəti ilə məşğul olmayıb və hazırda da bu təsisçiliyə əsasən dəyəri 5 milyon manat olan beton zavodun yarısı, yəni ******* manata, həm də ibtidai istintaq dövründə dəyəri 1 milyon manatdan artıq olmaqla ona verilmiş evlərin sahibidir. Aşağıdakı səbəblərə görə hökm əsassız və qanunsuzdur. AR CPM-nin 39-cu maddəsinə əsasən cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. CPM-nin 39.1.1-ci maddəsinə əsasən, cinayət hadisəsinin olmaması dedikdə, cinayət təqibi başlanması üçün faktın (hadisənin) olmaması, yəni ictimai-təhlükəli hərəkət və hərəkətsizliyin həqiqətdə mövcud olmaması başa düşülməlidir. CPM-in 39.1.1-ci maddəsi aşağıdakı halları nəzərdə tutur: Cinayət hadisəsi kimi qiymətləndirilə biləcək hadisənin (faktın) özünün olmaması və fərz edilən cinayət əməlinin şəxslərin iradəsindən asılı olmayaraq baş vermiş təbii hadisədən (pandemiya, uçqun, zəlzələ və s.) bu fors major hallarının olması. Digər tərəfdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 MMC-nin verdiyi mülki iddiaya münasibətdə bildirmək istəyir ki, ümumiyyətlə həmin mülki iddialar təmin edilə bilməz, cinayət işinin materiallarında mülki iddiaya görə ödənilməli olan dövlət rüsumuna dair sənəd yoxdur və Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanununda nəzərdə tutulan dövlət rüsumunu ödəməkdən azad edilmə halları barədə sübut yoxdur. Eləcə də, Zərərçəkmiş şəxs2 MMC-yə Təqsirləndirilən şəxs1 tərəfindən ziyan vurulması sübuta yetirilməmişdir. Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında etibara əsaslanan heç bir münasibət olmamışdır və onlar arasında yalnız biznes münasibətləri mövcud olmuşdur. Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs ola bilməz, çünkü hazırda əlindəki məbləğ bu işə qoyduğu məbləğdən çoxdur. Zərərçəkmiş şəxs1 müqaviləyə əsasən verdiyi pulu depozit hesbaılna qoymalı olduğu halda depozit hesabına yox, öz şəxsi hesabına qoyaraq pulları hissə-hissə çıxarmışdır. Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 arasındakı münahisə mülki xarakterlidir. Məhkəmədən Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi5 verdiyi apellyasiya şikayətinin təmin edilməsini və Təqsirləndirilən şəxs1 bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 bildirdi ki, cinayət işinin materiallarında olan polis bölməsinə müraciətlərə və zərərçəkmiş şəxsin ifadələrinə fikir versək görərik ki, zərərçəkmiş şəxsin ifadələri eynilik təşkil edir. Cinayət işinin materiallarından açıq-aşkar görünür ki, şəxsə 1 əmələ görə CM-nin 178 və 179-cu maddələri ilə 2 ittiham verilmişdir, ibtidai istintaqın başa çatmasına çox az qalmış 1 milyon 500 min manata münasibətdə hüquqi şəxsə qarşı mənimsəmə cinayəti ilə yeni bir ittiham ortaya atılır. CM-nin 178.4-cü maddəsi ilə irəli sürülən ittihama münasibətdə qeyd etmək istəyirəm ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında etibardan sui-istifadə edilməsindən söhbət gedə bilməz, çünkü onların arasında belə bir münasibət olmamışdır, aldatma yolu ilə də bu cinayətin törədilməsi mümkün deyil, çünkü Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 tərəfindən gələn təklifi qəbul edərək Zərərçəkmiş şəxs1 şirkətin birgə təsisçisi etmiş, ona 6 mənzil və 2 qeyri-yaşayış sahəsi vermiş, eləcə də 5,5 milyon dəyərində zavodun satılıb pulunun verilməsi vədi vermişdir. Onlar arasındakı məsələ sadəcə uğursuz biznesdir. Zərərçəkmiş şəxs1 indiyə kimi verdiyi ifadələrində bildirmişdir ki, biz gəlir əldə etməyəcəkdik, bizim məqsədimiz gələcəkdəki layihələri udmaq idi. Təqsirləndirilən şəxs1 da Zərərçəkmiş şəxs1 bildirmişdir ki, binadan gəlir əldə edilməyəcək, 3 binadan biri təmirli və mebellə təchiz olunmuş şəkildə MİDA-ya təhvil veriləcək, digər 2 binadakı mənzillərin satışından isə qoyulmuş vəsait çıxarılacaq, ya da çox cüzi gəlir əldə ediləcək. Hərrac keçiriləndən sonra binanın katlavanları hazırlanmış, 1 mərtəbə tikilmiş, bundan sonra Zərərçəkmiş şəxs1 ilə biznes əlaqəsinə girilmişdir. Digər tərəfdən, tərəflər arasında qanunvericiliyin tələblərinə tam cavab verən müqavilə bağlanmışdır. Zərərçəkmiş şəxs həmin müqavilənin boş bir şey olduğunu bildirsə də, AR mülki qanunverciliyinə əsasən, tərəflərdən biri müqaviləni gələcəkdə bəyənərsə, həmin müqavilə qanuni müqavilə kimi tanınır. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında bildirdi ki, o, 6 mənzili müəyyən məbləğə satmışdır, hansı ki, həmin mənzillər müqaviləyə əsasən, gələcəkdə pulunun qaytarılmayacağı təqdirdə Zərərçəkmiş şəxs1 vəd verilən əmlaklardır. Qeyd etmək istəyirəm ki, ibtidai istintaqın ilkin mərhələrində Təqsirləndirilən şəxs1 şəxsən mənim vasitəmlə liftin təmiri üçün 80000 manat pul vermişdir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi dələduzluq cinayətinə başqa bir don geyindirmək üçün MİDA-ya sorğu verərək cavab alır ki, 3 binaya sərf olunan məbləğ MİDA-nın digər bənzər binaları ilə oxşardır, ona görə də ekspertiza keçirilməsini ,ümumiyyətlə rədd edir. Çox təəssüflər olsun ki, biz dəfələrlə birinci instansiya məhkəməsində ekspertiza ilə bağlı vəsatətlər versək də, təmin edilmədi. Hesab edirəm ki, apellyasiya istintaqı zamanı təyin edilmiş ikinci ekspertiza rəyi tam əsaslıdır. CM-nin 179.4-cü maddəsi ilə verilən ittihama münasibətdə bildirmək istəyirəm ki, Təqsirləndirilən şəxs1 vəzifəli şəxs olmadığı üçün həmin cinayətin subyekti ola bilməz, həmin maddədə özgə əmlakını mənimsəmək nəzərdə tutulur və burada bir sual meydana çıxır ki, burada hansı özgə əmlakından söhbət gedir, "xxxx" MMC-nin əmlakı, yoxsa Zərərçəkmiş şəxs1 verdiyi pul? Bu hissəyə ümumiyyətlə ibtidai istintaq orqanı tərəfindən nə sübutların qiymətləndirilməsi haqqında qərarda, nə də başqa bir sənəddə qiymət verilməmişdir. Onda belə çıxır ki, şirkətin 50 faiz təsisçisi Təqsirləndirilən şəxs1 özü-özündən pul mənimsəmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs1 bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 bildirdi ki, uzun müddət davam edən məhkəmə prosesi nəhayət ki, yekunlaşmaq üzrədir. Qədim zamanlarda bir şah olur, şah görür ki, qəssabxanada ət yoxdur, soruşanda deyirlər ki, pişik aparıb, şah tez pişiyi götürüb tərəziyə qoyur, amma görür ki, pişiyin də çəkisi artmayıb, şah da soruşur ki, əgər əti pişik aparıbsa pişiyin çəkisi niyə artmayıb, pişik aparmayıbsa ət hanı? Əgər əməl CM-nin 178-ci maddəsi ilə tövsif olunursa CM 179 hanı? Bu məsələ borc müqaviləsi ilə başlayıb, axırda da zərərçəkmiş şəxs dedi ki, müqavilə saxtadır. Bildirmək istəyir ki, verilmiş ittihamın ümumiyyətlə kökü yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs2 bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi11 bildirdi ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 çağırıb bildirirlər ki, barəsində CM-nin 178-ci maddəsi ilə cinayət işi var, Zərərçəkmiş şəxs1 şikayət verib. Həmin şikayətin qarşısını almaq üçün Təqsirləndirilən şəxs1 tapşırıb, sən də dost-tanışlarından mənzilləri alıb Zərərçəkmiş şəxs1 verməlisiniz. Daha sonra Təqsirləndirilən şəxs2 yaddan çıxır, Təqsirləndirilən şəxs1 həbs edilir, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 CM-nin 179.4 və 308-ci maddələri ilə ittiham elan edilir və təqsirləndirilən şəxs qismində cəlb edilir. Burada bir sual meydana çıxır ki, bəs CM-nin 178-ci maddəsi necə oldu? İbadov X140 Pociusu sadəcə bir dəfə müqavilə bağlanarkən görüb, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 nə nağd, nə də köçürmə şəklində pul verməmişdir. Təqsirləndirilən şəxs2 əməlində heç bir cinayət tərkibi yoxdur, ona görə də məhkəmədən Təqsirləndirilən şəxs2 bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs1 heç bir cinayət törətmədiyini bildirdi və məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs2 bildirdi ki, ibtidai istintaqa və birinci instansiya məhkəməsinə təqdim edilən cədvəllər və hesabatları o tərtib edərək təqdim etmiş və həmin sənədlər iş materiallarına əlavə edilib. Mənzil satışlarına dair hesabatları mövcud olan iş materialları əsasında, daha dəqiq desək, vətəndaşların ibtidai istintaq zamanı verdiyi ifadələr əsasında hazırlamışdır. Baxmayaraq ki, həmin vətəndaşlar birinci instansiya məhkəməsində verdikləri ifadələrin şişirdilmiş olduğunu bildirdilər. Belə ki, onlara verilmiş suallara cavab olaraq bildirdilər ki, məsələn, mənzilin müqavilə qiyməti 80000 manat olsa da, onlar güzəştli qiymətlə, məsələn 65-70 min manata alıblar. Məhkəmə onlardan ifadələrində niyə 80000 manat qeyd etdiklərini soruşduqda, onlar bildirdilər ki, bizə prokurorluqda belə məsləhət gördülər ki, müqavilədə qeyd olunan qiyməti yazın. Həmin şişirdilmiş qiymətlərlə belə, satışdan əldə olunan ümumi vəsait 4,8 milyon manat təşkil edir. Zərərçəkmiş şəxs1 tikintiyə qoyduğu vəsaitlə birlikdə həmin məbləğ 8,2 milyon manat təşkil edir. Ekspertizanın apardığı araşdırma nəticəsində əldə edilən məbləğ isə ƏDV ilə birlikdə 11 milyon manata yaxındır, belə olan halda hansı mənimsəmədən söhbət gedə bilər? Məxaric mədaxildən çoxdursa hansı mənimsəmədən söhbət gedə bilər? Əksinə, bu, digər Təqsirləndirilən şəxs1 tərəfindən tikintiyə qoyulan vəsaitin göstəricisi və sübutudur. Belə çıxır ki, Təqsirləndirilən şəxs1 özü tikintiyə 2 milyon manatdan çox vəsait qoyub, sonra da 1,5 milyon manatı mənimsəyib, o da onunla əlbir olmuşdur. Daxil olan vəsait 8,2 milyon manat, sərf olunan vəsait isə 11 milyon manata yaxındır, üstəlik ortada dəyəri 5 milyon manatdan çox olan zavod var. Bu danılmaz faktlar qarşısında hansı mənimsəmədən söhbət gedə bilər? Ekspertiza aparılarkən 2 bina da ümumiyyətlə, təmirsiz olaraq qiymətləndirilməli idi, çünkü bilirdi ki, ittiham tərəfi deyəcək ki, bütün mənzillərə baxış keçirilməyib, halbuki sakinlərin məskunlaşdığı mənzillərin hamısına baxış keçirtməyə ehtiyac yox idi, smeta sənədlərində məlumatlar mövcuddur. Digər 2 binada ümumiyyətlə təmir nəzərə alınmasa belə, sərf olunan vəsait 9 milyon manatdan artıqdır. Birinci instansiya məhkəməsi mənim əməlimi CM-nin 313-cü maddəsinə tövsif edib, ittiham tərəfi məbləğ böyük olduğu üçün bunun absurd olduğunu bildirir, hüquq meyarı məbləğlə ölçülür ki, böyük məbləğ tövsif edilməsin? Biz ibtidai istintaq zamanı da, birinci instansiya məhkəməsində dəfələrlə vəsatət verdik ki, ekspertiza keçirilsin, müəyyən olunsun ki, şirkətə nə qədər vəsait daxil olub və nə qədər vəsait xərclənib, lakin təmin edilmədi. Hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi bəraət verməmək üçündür. Təqsirləndirilən şəxs1 tərəfindən bir neçə mənzilin hədiyyə verilməsi və onun da bu işdə iştirak etməyi ilə bağlı bildirmək istəyir ki, həmin mənzillərin dəyəri Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmişdir. Mənimsəmə obyekti olan 34 mənzillər bağlı bildirmək istəyir ki, niyə məhz 34 mənzil? Nağd pul almaq onların şəxsi istəyi olmayıb, tikinti bazarda olan reallığın diqtəsidir. Heç bir yoxlama aparılmadan 34 mənzilin pulunun mənimsənildiyi iddia olunur. İbtidai istintaq zamanı mütəxəssis rəyi alınıb, lakin həmin rəydə sərfiyyat barədə sual qoyulubmu? Xeyr. Bəs necə müəyyən edilib ki, həmin 34 mənzilin nağd gələn pul hissəsi mənimsənilib? Məhkəmədən ona bəraət verilməsini xahiş etdi.
İşin hüquqi məsələləri:
Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün məhkum edilmiş şəxslərin müdafiəçlərinin, zərərçəkmiş şəxslərin nümayəndələrinin və dövləti ittihamçısının mübahisələndirdikləri hissədə yoxlanılmasını, eyni zamanda hökmün qanuni və əsaslı olmasını apellyasiya şikayətlərinin və protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasını məqsədəuyğun hesab edərək, apellyasiya icraatını qismən məhkəmə istintaqı keçirməklə aparmışdır. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan Təqsirləndirilən şəxs1 müdafiəçilərinin apellyasiya şikayətinin əsas dəlili Təqsirləndirilən şəxs1 bəraət verilməsindən və Təqsirləndirilən şəxs1 məxsus Salyan rayonu, Varlı kəndində yerləşən 0,06 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbslərin ləğv edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan Təqsirləndirilən şəxs2 müdafiəçisinin apellyasiya şikayətinin əsas dəlili Təqsirləndirilən şəxs2 barəsində cinayət hadisəsi olmadığından bəraət hökmü çıxarılmasından ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan zərərçəkmiş şəxs və mülki iddiaçı Pocius Povillasın nümayəndəsinin apellyasiya şikayətinin əsas dəlili təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü, 179.4, 32.4, 312.1-ci, 313-cii və 308.2 maddələri, Təqsirləndirilən şəxs2 Mecid oğlunun 179.4 və 308.2 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə növündə ciddi cəzalandırılaraq məhkum edilmələri, zərəçəkmiş şəxs və mülki iddiaçı tərəfindən verilmiş mülki iddia üzrə tələblərin tam təmin edilməsi, ibtidai istintaq zamanı tətbiq edilmiş əmlaklar üzərinə qoyulmuş həbslərin qüvvədə saxlanılması, zərərçəkmiş şəxs və mülki iddiaçı kimi ərizələrin təmin olunaraq aşkar edilmiş əmlaklar və əmlak hüquqları üzərinə həbs qoyulması və dəymiş ziyanın və mülki iddianın ödənilməsindən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan Dövlət ittihamçısı2 apellyasiya protestinin əsas dəlili Təqsirləndirilən şəxs1 CM-nin 178.4, 179.4, 32.4,312.1, 313 və 308.2-ci maddələri və Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 179.4 və 308.2-ci maddələri iiə təqsirli bilinməsi, həmin maddələrin sanksiyası həddində cinayətlərin məcmusu üzrə daha ağır qəti cəza təyin edilməklə, iş üzrə verilmiş mülki iddia tələbinin təmin edilərək ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş 5.960.477.1 manat dəyərində əmlakın xüsusi müsadirə edilib ziyanın ödənilməsinə yönləndirilməklə barələrində yeni ittiham hökmünün çıxarılmasından ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan zərərçəkmiş şəxs KAT Holding MMC-nin apellyasiya şikayətinin əsas dəlili Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4, 179.4, 32.4,312.1, 313 və 308.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 179.4 və 308.2-ci maddələri ilə təqsirli bilinmələrini və həmin maddələrin sanksiyası həddində daha ağır cəza təyin edilərək azadlıqdan məhrum edilmələrini, cəzalarını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkmələrini və iş üzrə verilmiş mülki iddianın tam təmin edilməsi, 6.520.000 (altı milton beş yüz iyirmi min) manat manat məbləğində dəymiş ziyanın yuxarıda göstərilən məbləğlər ödənilənədək, 2019-cu ilin yanvar ayından hesablanmaqla, ödənilməyən məbləğin illik 6.25 % hissəsi cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq "xxxx" MMC-yə ödənilməsi və müqavilələrin etibarsız hesab edilməsindən ibarətdir. Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir: Mən, Povilas Posius, Litva Respublikasının vətəndaşıyam. 2007-ci ildə Azərbaycana əməkdaşlıq əsasında pəncərələrin, qapıların, fasadların, şüşələnmə sistemlərinin Avropa Şurası istehsalçılarının markasını, həmçinin memarlıqda və tikintidə yeni texnologiyaların və konstruksiyaların tətbiqi üçün konsaltinqə görə gəldim. Əsasən yuxarıda sadalananlar şüşələnmə sistemi ilə bağlıdır. Təqsirləndirilən şəxs1la məni 2015-ci ildə Azərbaycana lap əvvəldən gəlişimdən taniş olduğum Fikrət Xəlilov tanış etdi. Fikrət Xəlilovu və onun ailəsini çox yaxından tanıyıram. Onun oğlu Nümayəndə1la dostluq edirdim, buna görə atası ilə aramızda etibarlı münasibət olub. Onların evində tez-tez olurdum, buna görə o məni 20 ildən artıq dost olduğu Təqsirləndirilən şəxs1la tanış edəndə bunu muvafiq sayğı və inamla qəbul etdim. Fikrət Xəlilov və Təqsirləndirilən şəxs1 mənə müxtəlif layihələrə sərmayə qoymağı, birgə işbirliyi təklif edirdi, amma mənə bu təhlükəli və maliyyə baxımından düzgün görünmürdü, bu səbəbdən imtina edirdim, razılaşmırdım. Ünsiyyətimiz 2 il davam etdi. 2016-cı ilin sonunda Təqsirləndirilən şəxs1 sosial innovasiya layihəsi olan Mənzil X133nin (MİDA) yaradılması haqqında xəbər eşitdim. Layihə Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılmışdı. Layihə cənab Prezidentin diqqətində olduğu və vətəndaşların sosial müdafiəsinə yönəldiyi üçün investisiyaların da müdafiəsi baxımından əhəmiyyətli idi. Bir halda ki, televiziyada, mediada Prezident Azərbaycanın iqtisadiyyatına sərmayə qoymağa dəvət edərək xarici investisiyaları dəstəkləyirdi, etibar edirdim ki, onlar xüsusilə qorunacaqdır, dövlət bu sahədə xüsusi nəzarətə malikdir və xarici investorların qayğısına qalınacaq, bunlar mənə münasib göründü. Bundan savayı hesab edirdim ki, dövlət tərəfindən sığortalanacağam və layihədə uyğunsuzluqlar olmayacaq, icraata, iş qrafikinə ciddi nəzarət olunacaq. 2017-ci ilin əvvəlində mənə Təqsirləndirilən şəxs1 tərəfindən MİDA-ın sosial yaşayış layihəsinin tikintisində əməkdaşlıq və sərmayəçi qismində iştirak etməsi təklifi gəldi. Onun sözlərinə görə birinci arvadı ilə boşanma prosesi onun maliyyə durumunu bərbad günə qoyub, əlində pul-para yoxdur, buna görə layihədə iştirak edib tərəfdaş-sərmayəçi olmamı təklif etdi. O özünü MİDA rəhbərliyi ilə sıx əlaqələri olan və tikinti işlərini yerinə yetirmək imkanına malik olan şəxs kimi qələmə verdi. Təqsirləndirilən şəxs1 mənə bildirmişdi ki, tenderdə iştirak etmək üçün inşaatda təcrübəsi, lazımi lisenziyalara malik, tikinti işlərini icra edə biləcək zəmanəti verə bilən, maliyyə qabiliyyətini sübut edərək bank hesabına ******* manat köcürə biləcək hüquqi şəxs olmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs1 cənab Prezidentin adı və nüfuzu, həmçinin MİDA-nın sosial innovasiya layihəsinin sərmayənin qorunması ilə pərdələnərək məni üç binanın inşaatı üçün şəxsi maliyyə vəsaitimin ayırmağıma inandıra bildi. Təqsirləndirilən şəxs1 məni dilə tuturdu ki, mən heç bir şeylə risk etmirəm, yalnız banka pul vəsaitimi depozit kimi qoymalıyam ki, zəmanət verilsin. Onun sözlərinə görə pullar tikintiyə sərf olunmayacaq, onlar depozitdə qalacaq. Onun iddiasına görə mənzillər layihə üzrə özül yerindən satılacaq və əldə olunmuş vəsaitlə tikinti işləri davam etdiriləcək. Bu hiyləgər yalan idi, bunlar sadəcə ona görə deyilmişdir ki, mən başqa banklardan öz pulumu çıxarıb göstərilən banka köçürüm. MİDA-nın sifarişçisinin şərtlərinə görə (Təqsirləndirilən şəxs1 belə iddia edirdi) bank zəmanəti qismində mənim tərəfimdən "xxxx"a qeyd olunmuş layihənin tikintisi üçün ******* ABŞ dolları məbləğində şəxsi vasitələrim yerləşdirilmişdir, bu da 3.000.000 (üç milyon) manat təşkil edirdi. Sonra bir qədər pul vəsaiti köçürdüm, çünki inşaatın ləngiməsi və satışların olmaması, vaxtın daralması, daha çox vəsait lazım olması barədə söhbət gedirdi. Beləliklə, mən borca girdim, 240.000$ ödəyərək, ümumikdə 2.020.745 ABŞ dolları maliyyə vəsaiti ayırdım. Daha sonra bu vəsaitlər şəxsən mənim tərəfimdən və ya Nümayəndə1la Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2in bank hesabına mənim adımdan qeyd olunmuş layihənin tikintisi üçün mərhələlərlə çatdırılmışdır. İttiham aktında iki dəfə təkrarlanmamaq üçün pulların ötürülmə hissələri və tarixləri göstərilir. Hərçənd ki, Təqsirləndirilən şəxs1 vəsaitin "xxxx"in bank hesabına yerləşdirəcəyini iddia etsə də, sonralar məlum oldu ki, pulları şəxsən özü mənimsəyib. Əlimdə Təqsirləndirilən şəxs1 öz əli ilə yazdığı yuxarıda göstərilən faktları təsdiqləyən borc qəbzi və saziş vardır, onlar işə qoşulmuşdur. Bizim aramızda inşaat üçün vəsaitin tikintinin bitməsindən sonra tam məbləqdə geri qaytarılmaqla və gəlirin 50% mənə ödənilməsi barədə danışıq olmuşdur. Vəzifəli şəxslərə ötürülmüş rüşvət haqqında ifadə vermək istəyirəm. İttiham aktının 88-ci səhifəsində qısaldılmış olay təsvir olunur. Beləliklə, mənim və Şahid31 ifadələri əsasında qeyd olunmuş olay dəqiq göstərilməyib. Təqsirləndirilən şəxs1 və Şahid31 onun özünə və onun vasitəsilə MİDA-nın rəhbərliyinə rüşvətlərin verilməsi ilə bağlı ifadələri. Bu fırıldaqçı sxemdə X. Abdinovun rolu MİDA-nın o zamankı rəhbərliyi (müavinlərlərlə) ilə Təqsirləndirilən şəxs1 calayaraq saxta tenderi udmaq və maliyyə məsələlərini (otkat) həll etmək idi. Daha sonralar o MİDA-nın rəhbərliyinə Təqsirləndirilən şəxs1 tikintidə baş verən yalan məlumatını ötürmək üçün lazım oldu. Lap əvvəl 2017-ci ildə mən vəsaitləri "Kapital Bankda" hesaba depozit kimi yerləşdirəndə, Təqsirləndirilən şəxs1 məni 50.000 (əlli min) ABŞ dolları ona borc verməyə razı salmağa başladı. O deyirdi ki, onda pul yoxdur, tender üçün sənədləşməni və başqa xidmətləri hazırlamaq lazımdır. Mənə pulu qaytaracağını və ya gələcəkdə mənim boynuma düşən pay ödəməm kimi onu "xxxx" tikintisi üçün kassaya mədaxil kimi hesab edəcəyini söz verdi. Mən 4 iyul 2017-ci il tarixində Bakida, K.Səfərəliyeva küçəsində yerləşən “Holiday İnn” mehmanxanasında Təqsirləndirilən şəxs1 50 000 ABŞ dolları borc verdim. Elə oradaca Təqsirləndirilən şəxs1 məni Şahid31 ilə tanış edərək məlumatlandırdı ki, o, vasitəçi olaraq MİDA-nın rəhbərliyi ilə təqdimetmə məsələlərini həll edəcək. Bundan başqa heç bir söhbət olmadı və məni məsələrə həsr etmədilər. Təxminən 1 ay sonra mən borc verilmiş pul haqqında və nə iş görüldüyünü soruşduqda Təqsirləndirilən şəxs1 şəxsən mənə dedi ki, o pulu Şahid31 verib ki, o, rüşvət şəklində MİDA-nın vəzifəli şəxslərinə çatdırsın. Mən narazılığımı bildirdim ki, agah olmadan mənim vəsaitimlə bu cür davranıb və belə əməllərə razı olub-olmadığımı soruşmadan fakt qarşısında qoyub. O özünü doğrultmağa çalışaraq mənə izah etdi ki, belə lazımdır, Azərbaycanda başqa cür olmur. Buna görə mən soruşdum: "Bu vəsaiti tender, sənədləşmə üçün istəmişdilər? Elə deyil?" Mənim narazılığımı görərək Elçin dedi ki: "Narahat olma. Elədir ki var, tender axı saxtadır və bunlar "bütün sənədləşmədir". Narahat olma, elə hesab et ki, sən mənə şəxsən borc verdin. Mənzillərin satışları tezliklə olacaq və mən sənə pulu qaytararam". Biz beləcə ayrıldıq. Şahid31 il yarım il sonra, 2019cu ilin əvvəlində məni taparaq Təqsirləndirilən şəxs1 narazı olduğunu, onun və MİDA-nın qarşılarındakı öhdəçiliyini yerinə yetirmədiyini dedi. O zaman mən dəqiqləşdirərək: "Problem nədədir?” soruşdum. Şahid31 mənə dedi ki, o yalnız 20.000 (iyirmi min) rüşvət alıb, halbuki ona çox daha çox söz verilib. Onun sözlərinə görə Təqsirləndirilən şəxs1 "xxxx" mülkiyyətindən rüşvət şəklində 4 mənzili MİDA-nın məmurlarına verdi, hərçənd daha çox söz vermişdi. Bu məsələ ilə bağlı mən Təqsirləndirilən şəxs1 müraciət etdim və soruşdum: "Şahid31 dedikləri doğrudurmu? 4 mənzil və məndən borc götürdüyün 50.000 ABŞ dolları ( bu 85 000 AZN edir) rüşvət kimi çatdırılıb? Xəyyama mənzillə "təşəkkür etmisən?" Təqsirləndirilən şəxs1 cavab verdi ki, Şahid31 nahaq yerə şikayət edir, 20.000 (iyirmi min) AZN özü alaraq və Zərərçəkmiş şəxs2dən 60.000 (altmış min) AZN dəyərində mənzili aldı. Bu mənzil şəhərcikdədir, ev 47, mənzil 28. O dedi ki, Xəyyam yalan danışmasın, başqa pullar, 50.000 (əlli min) Xəyyamın vasitəsilə MİDA-nın məmurlarına çatdırılıb. Bundan başqa o, məmurlara 4 mənzilin rüşvət kimi verilməsini təsdiq edərək aydınlıq gətirdi ki, "Daha çox vermədim ki, onlar çox işi görməyiblər, etsinlər, sonra hesablaşarıq”. Bu onun cavabı idi. Mən çox narazı idim ki, niyə belə kriminal hərəkətlər olur, niyə vəsait mənim xəbərim olmadan belə "ehtiyaclara" sərf edilir, niyə bu informasiya məndən gizlədilir və mən bunu kənar adamlardan eşidirəm? Elçin cavab verdi ki, o zaman bunu mənə demirdi, çünki mən razılıq verməyəcəkdim, bu səbəbdən özü lazım bildiyi kimi hərəkət edib. Məni sakitləşdiridi ki, narahat olmayım, qoy bu məsrəflər onun gəlir payından çıxılsın, “sonra aydınlaşdırarıq”. Sonralar, Şahid31 təsdiq etdi ki, o, Təqsirləndirilən şəxs1 20 000 (iyirmi min) AZN və 60 000 (altmış min) AZN MİDA-da şəhərcikdə ev 28, mənzil 47 rüşvət kimi alıb. Daha dəqiq desəm, mən yenə onunla görüşdüm və soruşdum: "Bu necə olur, sən deyirdin ki, almamışam, amma 20 000 AZN, üstəlik mənzil də almısan? Düzdür?" O özünü itirdi və təsdiq etdi ki,"Bəli, aldım, amma biz daha çox məbləğə razılaşmışdıq". O təsdiq etdi ki, pulun bir hissəsini sərf ediblər və bu mənzili rəsmiləşdirərək qurama şəxs, Azərbaycan Respunlikasının keçmiş səfiri X19 adına keçirmişlər. X105 mənə özü təsdiq etdi ki, bəli, bu sözləşmə idi. O mənzil üçün Şahid31 ödəniş edib, hərçənd ki "xxxx"in mənzilləri rüşvət kimi verilirdi. Buyurun, sübut təqdim edirəm, ev 28, mənzil 47 X30 və "xxxx" arazında sövdələşmə imzalanaraq xx.xx.2018-ci il tarixdə 79.189 AZN məbləğində, № ******* saylı notarial sənədi ilə 30.000 AZN sənədləşdirilib. Beləliklə dələduzluq sxemini sübut edərək 30.000 AZN vergiləri 1.126,8 AZN olmaqla "xxxx" şirkətinin hesabına saxta müqavilələrlə daxil olurdu (İşdə göstərilib), nağdlaşdırılaraq Şahid31 rüşvət şəklində verilirdi, qalan hissə isə nağd şəklində 30 000 – 35 000 AZN yuxarıda göstərilən xx.xx.2016-ci il sazişi ilə birbaşa Şahid31 vəzifəli şəxslərə rüşvət verilməsi üçün çatıb. İstintaq zamanı Şahid31 öz ifadələrində rüşvətin alınmasını boynuna alıb və onu qismən qaytardı. Vəziyyəti yumşaltmaq üçün prokurorluğun təsiri altında "xxxx"ə ev 28-də mənzil 47 qaytardı. X11 Abdinovla birlikdə notariusa gedərək öz adına rəsmiləşdirilmiş mənzili alıcıya satmış, əldə olunmuş vəsaiti Zərərçəkmiş şəxs2ə cari təmir işlərinin ödənilməsi üçün vermişlər. Prokuratura ilə razılıq əldə olunmuşdur ki, bitirilməmiş tikinti işləri davam etdirilsin və sakinlər şikayətlənməsinlər, yəni Zərərçəkmiş şəxs2in məhkəməyə qədər qaytarılmış o mənzilləri sataraq qeyd olunmuş şirkətin tikinti işlərinə və cari məsrəflərə sərf ediləcək. Yuxarıda qeyd olunmuş rüşvət kimi MİDA-nın əməkdaşlarına verilmiş mənzillər və 50 000 ABŞ dolları hələ də qaytarılmayıb. Mənzilin qaytarılması və bunları boynuna almaları onu göstərir ki, Təqsirləndirilən şəxs1 Mayıl İbadovla birlikdə vəsaitlərlə istədikləri kimi davranmış, vəzifəli şəxslərə rüşvət verərək mənzilləri mənimsəyib kimə gəldi verərək Zərərçəkmiş şəxs2in əmlakı ilə öz şəxsi mülkiyyəti kimi idarə ediblər. Dəqiqləşdirmək istərdim ki, Mayıl İbadovun "xxxx"in direktoru olduğu zaman mənə və Nümayəndə1 verdiyi siyahı/cədvəllərdə sübutlar var. Cədvəllərdən: rüşvət şəklində ev 28 mənzil 23 Ələkbərə- MİDA-nın əməkdaşına verilib, lakin qurama şəxs Şahid21 adına rəsmiləşdirilmişdir; ev 28, mənzil 58 rüşvət şəklində MİDA-nın hüquqşünası Anara verilib (mən onunla görüşmüşəm, o MİDA-da hüquq məsələlərini həll edirdi), amma X51 adına sənədləşib/satılıb, ev 28, mənzil 69 MİDA-nın direktor müavini Kamala rüşvət şəklində verilsə də, qurama şəxs Şahid38 adına rəsmiləşdirilmişdir. Şahid38 məhkəmədə öz ifadəsində mənzili hansı yolla aldığını öz ifadələrində təsdiq edə bilmədi. Kəsişmə dindirmədə Mayıl İbadov və Təqsirləndirilən şəxs1 təsdiq etdilər ki, Hamletdən ondan pul almayıblar, məhkəmənin audioyazısı var, təqdim edə bilərəm. Birinci Məhkəmənin qərarında bu göstərilmir, mənim istinad etdiklərim protokolda düzgün göstərilməyib. Dördüncü mənzil xüsusi düzəltməsiz (əl ilə edilmiş düzəliş olmadan) direktor Təqsirləndirilən şəxs2 cədvəlində verilmişdir. Kimə, hansı qurama şəxsin adına rəsmiləşdirilməsi barədə bir söz deyə bilmərəm. Zərərçəkmiş şəxs2də işlər pis gedirdi, binaların təhvili bir ildən çox gecikdirilirdi. MİDA-nın rəhbərliyi və mənzilləri almış adamlar narazı idi. Buna görə MİDA-nın məmurları Şahid31 müraciət edərək “Təqsirləndirilən şəxs1 sən gətirdin, zəmanət verdin, indi get, işlərin yerinə yetirilməsinə nəzarət et” demişlər. Bunları mənə şəxsən Şahid31 ondan Zərərçəkmiş şəxs2in tikindi obyektində nə etdiyini və sakinlərə niyə yalan vədlər verdiyini soruşduqda dedi. Söhbətimizi eşidən ev 28, mənzil 13 sakini Rauf dediklərimi təsdiqləyə bilər. Bu bir daha mənim ifadələrimin doğruluğunu sübut edir ki, Şahid31 saxta tenderlərin içtirakçısı və rüşvət verərək şübhəli imkanları və pozuntuları olan Təqsirləndirilən şəxs1 MİDA-nın sosial inşaat layihələrinə buraxılmasında fırıldaqların vasitəçisi olub. Bu pozuntular və onların sübutu barədə aşağıdaki maddələrdə yazacağam. Törətdiyi əməlin boynuna alması və mənzilin qaytarılması bir daha sübut edir ki, Təqsirləndirilən şəxs1 və Mayıl İbadov öz istəklərinə uyğun hərəkət edib vəzifəli şəxslərə rüşvət verərək mənzilləri mənimsəyib və kimin adına gəldi rəsmiləşdiriblər, "xxxx"in əmlakı ilə öz şəxsi cüzdanı kimi davranıblar. Daha sonra Şahid31 MİDA rəhbərliyini sakitləşdirmək, tikintidə işlərin pis getdiyini anlamaq üçün vasitəçilik edib, təhrif məlumat verərək Təqsirləndirilən şəxs1 müdafiə edirdi, bunun muqabilində hər ay ondan zərflərdə rüşvətlər alırdı. Belə çıxır ki, Şahid31 "xxxx"dən mənim də pulum olan vasitələri “MİDA-nın rəhbərliyi ilə vasitəçilik” adı ilə yalan vədlərlə məni sakitləşdiridi. Şahid31 2020-ci ilin əvvəllərində bunu o, özü mənimlə söhbətində boynuna aldı. Həmçinin, bu şəxs daima 28 və 29 evlərin aldadılmış sakinləriylə, Təqsirləndirilən şəxs1 və MİDA ilə görüşlərdə iştirak edib yalan vədlər verirdi, halbuki nə agentliyə, nə də ki “KAT Holdingə” heç bir aidiyyati yox idi. Bunu bir çox sakinlər, məsələn, 28-ci ev, mənzil 13 sakini Rauf , ev 28, mənzil 19 sakini X52, həmçinin hüquqşünaslar və bir çox şahid təsdiqləyə bilər, buna sübut KİV-lərin məqalə və videoreportajları göstərmək olar. Mayıl İbadov məhkəmə istintaqında öz ifadələrində bildirdi ki, mən, Povilas Posyusun pulu Təqsirləndirilən şəxs1 verməsi barədə agah olmayıb, bu həqiqət deyil. Araşdırılmış sübutlar göstərir ki, o yalan danışırdı. Əksinə, o bütün işlərdə bilavasitə və aktiv rolu oynayırdı: yanlış müqavilələrin tərtib edilməsi, ikiqat müqavilələr, şəhadətnamələrin hamıya, real və saxta qurama "alıcılara" məbləğ göstərilmədən öz imzası və şirkətin möhürü ilə verilməsi və s. Bu qanunun pozulmasını bilərək qurama adamların adına rəsmiləşdirib mənzilləri mənimsəmək dələduzluğudur. Eyni şəhadətnamələri Təqsirləndirilən şəxs1 da verirdi, halbuki bunu etmək hüququna malik deyildi, çünki o yalnız "xxxx"in həmtəsisçisi idi. Bu onu sübut edir ki, onların arasında möhkəm dələduzluq və mənimsəmə əlaqəsi mövcuddur. Bütün bu rüşvətlərin əsasında "saxta tenderin keçirilməsi" dururdu, hansında ki, guya “KAT Holding" şirkəti qalib gəldi. Yəni, MİDA-nın daxilindən vəzifəli şəxslərin dəstəyi olmadan bu qeyri mümkün idi. Bu səbəbdən məhz MİDA-nın bəzi şəxsləri ilə cinayətkar sözləşmə olduğunu deməyə hüququm var. Təqsirləndirilən şəxs1 dediyi kimi tender uydurma idi, onlar artıq qalib gəldilər. Saxta tender sözləşmə haqqında faktları təqdim edirəm və niyə bu rüşvətlər reallıq idi: 1.1.KAT Holding" 50 AZN nizamnamə sərmayəsi ilə xx.xx.2011-ci il tarixdə yaradılmışdır. Şirkət heç vaxt işləməyib, öz fəaliyyətini həyata keçirmirdi. (Reyestrdən çıxarışın surətini əlavə edirəm). 1.2. KAT Holding" inşaat işləri üçün lisenziyaya malik deyildi. Necə ola bilərdi ki, səriştəsi, bu azmiş kimi lisenziyası olmayan inşaat şirkəti dövlət tikinti tenderində iştirak edə bilsin? "xxxx" lisenziyanı 2017-ci ilin iyununda tender baş tutmasından iki ay sonra almışdı, hətta MİDA ilə xx.xx.2017-ci il tarixində sosial evlərin inşaatı üzrə müqavilə bağlanmışdır. (Sənədin surətini əlavə edirəm). MİDA və “KAT Holdong”in müqaviləsinin surəti işdə var. Yenə təqdim edə bilərəm. 1.3 Tender saxta görünməsin deyə güya bir neçə şirkətin mübarizə etməsi illüziyası yaratmaqdan ötrü Təqsirləndirilən şəxs1 dostu olan Aydının “MAG LTD” dəvət edilmişdir”. Onun qurama olmasını tenderdə iştirakını "xxxx"in direktoru Mayıl İbadov ödəniş etmişdir. Ödəniş çekini teqdim edirəm.1.4. "xxxx" tenderdə iştirak edə bilməzdi, çünki onun hesabında balans sıfır idi. Tenderin şərtlərinə görə 3000 000 AZN ödəmə qabiliyyətini bank zəmanətini göstərmək lazım idi. Mən yalnız xx.xx.2017-il banka göstərilən məbləğin yarısını qoydum. Bu o deməkdir ki, mən məbləğin yarısını “Kapital Banka” güya ki saxta tender baş tutduqdan sonra keçirmişəm. Tenderin əsaslarına görə məbləğ və tarixlər uyğun deyil. “Bank çıxarışını işə birləşdirirəm .1.5."xxxx" saxta tender və MİDA ilə müqavilənin imzalanması zamanı tək təsisçi Təqsirləndirilən şəxs1 var idi. Mən yalnız xx.xx.2017-ci il tarixində, 2 ay sonra və MİDA ilə kontrakt seçiləndə yalançı tenderın həmtəsisçi oldum Təsisedici müqaviləni işə qoşuram. 1.6. Bank zəmanəti heç vaxt verilməmişdi. Mənim məbləğimin yarısı "xxxx" ilə əlaqəsi olmayan dostum Nümayəndə1 adına yerləşdirilmişdi. O zaman nə mən, nə o "xxxx" sirkətinə aidiyyatımız yox idi, vəsaitimin bankın zamini kimi müqavilənin imzalanması üçün əsas yoxdur. Bank çıxarışını təqdim edirəm.1.7.MİDA-nın "xxxx" ilə müqaviləsinin imzalanması şərtləri birtərəflidir. Bütün şərtlər MİDA-nı müdafiə edir, lakin nə məni, nə də şirkəti qorumur. Müqavilədə müqavilənin məbləği, yerinə yetirilən işlərin həcmi, maya dəyəri, investisiyaların qaytarılmasının zəmanətləri və s. göstərilməyib. Bu o deməkdir ki, xüsusi olaraq belə müqavilə imzalanmışdı ki, həqiqəti tapmaq və ya öz sərmayəmi təhlükəsizləşdirmək imkanlarım olmasın. Uzun müddət müqavilənin şərtlərini məndən gizlətmişdilər. Müqavilə mənə 2017-ci ilin avqust ayının sonunda tərcümə edilmiş formada əhəmiyyətli bəndlər – müqavilənin dayandırılması şərtləri qeyd olunmadan göstərilmişdir. (Müqaviləni izahatıma əlavə edirəm). Yuxarıda göstərilən faktlar təsdiq edir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir tərəfdən, digər tərəfdən isə MİDA-nın məmurları ilə sözləşmələri olmuşdur. Birgünlük nizamnamə sərmayəsi 50 AZN olan şirkət lisenziyasız, bank zəmanəti olmadan yalançı tenderdə qalib gəlib və çoxmərtəbəli yaşayış evlərinin tikintisi və maliyyələşdirməsi üzrə Mənzil İnşaatı Dövlət Ağentliyi ilə müqavilə imzalayıb. Yuxarıda göstərilən faktlar, zəmanət, vaxt və saatın uyğun gəlməməsi mahiyyətcə sübut edir ki, MİDA və Zərərçəkmiş şəxs2 arasındakı tender uydurma olub, müqavilə də eləcə, bunları yalnız qeyd edilmiş fiqurantların arasındakı sözləşmə nəticəsində gerçəkləşdirmək olar. Bunun səbəbi isə qurama adamların və MİDA-nın məmurlarının adına rəsmiləşdirilmiş mənzillər, maliyyə vasitələri ilə satın alma korrupsiya təşkil edir. Bütün bu ifadələr və sübutlar o, Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verən zaman verilib. Bu, səs yazılarında qeydə alınıb, lakin nədənsə məhkəmə iclaslarının protokollarında göstərilməyib. 2. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 şirkətinin təsisçisi və faktiki rəhbəri olmaqla təkrarən, 2017-ci ilin iyun ayında vəzifə mövqeyindən istifadə edib, aldatma və etimaddan sui-istifadə yolu ilə, Litva vətəndaşı Povilas Pozyusa, mənə Mənzil X133 tərəfindən həyata keçirilən Bakı şəhəri, Yasamal rayonu , Mir Cəlal, 8 ünvanında yerləşən X70 27, 28 və 29 nömrəli sosial yaşayış binalarının inşaatı layihəsinin həyata keçirilməsində iştirak edərək sərmayə qoymağım barədə yalan vədlər verib. Yasamal rayonu, Xarici Halqa küçəsi 8 tikinti sərmayə qoymaq, bu işə sərmayə qoyub ”KAT Holdinq” MMC-yə 50% pay ilə tərəfdaş edib investisiya yatırmaq bəhanəsi ilə ona xx.xx.2017-ci il tarixdə Bakı şəhərindəki K.Səfərəliyeva küçəsindəki “Holiday İNN” otelində 1000 (min) ABŞ dolları, 4.07.2017-ci il tarixdə 50 000 (əlli min) dollar, sonra yalan yollarla etibarımdan istifadə edərək xx.xx.2017-ci il tarixdə şəxsən məndən güya ki, investisiya və X70 27, 28, və 29-cu evlərin tikinti işlərinin başlanmasının gerçəkləşdirilməsi üçün 165 000 (yüz altmış beş min) AZN, bu isə 97 630 ABŞ dolları təşkil edir, alaraq, yalan vədlər verib. Fırıldaq sxemi ilə aldatma və etimaddan sui-istifadə edərək bir qrup şəxs Mayıl İbadov, Tərlan Qədirov və başqaları ilə dəfələrlə ünvan 23 ünvanında yerləşən "xxxx" ASC-də depozit hesablarına qoyulmuş şəxsi vəsaiti güya ki tikinti işlərini maliyyələşdirməsinə görə Povilas Pozyus və dostu Nümayəndə1 adına çıxarırdı. Ümidvar edirdi ki, vəsaiti tikinti işlərinin maliyyələşdirilməsi üçün "xxxx" şirkətinin hesabına qoyacaq,lakin bu baş vermədi. Beləliklə, orada Povilas Pozsyusdan və dostu Nümayəndə1 ünvan 24 ünvanında "xxxx" ASC Gənclik filialının qarşısında 30500 (otuz min beş yüz) ABŞ dolları, xx.xx.2017 və iki gün sonra eyni ünvanda 100000 (yüz min) ABŞ dolları, 100000 (yüz min) ABŞ dolları xx.xx.2017, 100000 (yüz min) ABŞ dolları xx.xx.2017, 50000 (əlli min) ABŞ dolları xx.xx.2017, 98000 (doxsan səkkiz min) ABŞ dolları xx.xx.2017, 102000 (yüz iki min) ABŞ dolları xx.xx.2017, 100000 (yüz min) ABŞ dolları xx.xx.2017, 100000 (yüz min) ABŞ dolları xx.xx.2017, 100000 (yüz min) ABŞ dolları xx.xx.2017, 100000 (yüz min) ABŞ dolları xx.xx.2017, 100000 (yüz min) ABŞ dolları xx.xx.2017, 100000 (yüz min) ABŞ dolları xx.xx.2018, 100000 (yüz min) ABŞ dolları xx.xx.2018, 90000 (doxsan min) ABŞ dolları xx.xx.2018, 100000 (yüz min) ABŞ dolları xx.xx.2018, 90000 (doxsan min) ABŞ dolları xx.xx.2018, 200000 (iki yüz min) ABŞ dolları xx.xx.2018, 2018-ci il may ayının xx.xx.2018dən 15-dək Bakı şəhərində bir neçə dəfə 111615 (yüz on bir min altı yüz on beş) ABŞ dolları, ümumi məbləği 2.020.745 (iki milyon iyirmi min yeddi yüz qırx beş) ABŞ dolları, həmin dövrün məzənnəsi üzrə 3.435.658,57 (üç milyon dörd yüz otuz beş min altı yüz əlli səkkiz manat əlli yeddi qəpik) manat vəsait əlbəəl almışdır. Bununla belə alınan məbləği Zərərçəkmiş şəxs2 tərəfindən Bakı şəhəri ünvanında X70 tikilən yaşayış binalarının tikintisi üçün sərf etməyib, öz şəxsi ehtiyaclara xərcləyirdi, vəzifə mövqeyindən istifadə edərək, aldatma və etimaddan sui-istifadə yolu ilə Povilas Pozsusa məxsus 3.435.658,57 (üç milyon dörd yüz otuz beş min altı yüz əlli səkkiz manat əlli yeddi qəpik) manat pul vəsaitini mənimsəmiş, Povilas Pozsusa xüsusilə böyük miqdarda maddi ziyan vurmuşdur. 3. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 təsisçisi və faktiki rəhbəri olub nizamnaməyə uyğun olaraq cəmiyyətin fəaliyyətinə nəzarəti həyata keçirmək, cəmiyyəti təmsil etmək, maliyyə vəsaitlərinin xərclənməsinin istiqamətlərini müəyyən etmək və digər təşkilati-inzibati funksiyaları yerinə yetirmək məqsədi ilə vəzifəli şəxs kimi, göstərilən cəmiyyətin direktoru Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılığa əsasən, bir qrup şəxsin tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar özünə və üçüncü şəxsə qanunsuz üstünlük verməsi, bilə-bilə onunla cinayət əlaqəsinə girərək arasında bağlanmış birgə sahibkarlıq fəaliyyəti haqqında 30 iyun 2017-ci il tarixli 01 nömrəli müqavilə əsasında vəzifə səlahiyyətlərindən vəzifə maraqları əleyhinə istifadə edərək, eyni zamanda Mənzil X133nin nəzdində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə rəhbərlik etməsinə baxmayaraq, 3 saylı protokoldan çıxarış əsasında Zərərçəkmiş şəxs2 MMC-nin təsisçilərinin ümumi yığıncağının direktoru - Təqsirləndirilən şəxs2 28 və 29 saylı evlərdə yerləşən mənzilləri və qeyri-yaşayış sahələrini daşınmaz əmlakın reyestrindən alqı-satqının notarial qeydiyyatı yolu ilə hüquqların ilkin qeydiyyatı haqqında arayışı əsasında satmağa, habelə , mənzillərin ödənişi müxbir hesaba vəsait köçürülməklə həyata keçirilməli olmasına baxmayaraq, Təqsirləndirilən şəxs2 cəmiyyətin Bakı şəhəri, Xətainski ünvanında yerləşən ofisində mənzil almaq üçün müraciət edənlərlə razılaşıb, mənzillərin qiymətləri ilə bağlı, 2019-cu ilin dekabr ayına kimi binanın yarımçıq hissələri layihə-smeta sənədlərinə uyğun tamamlandıqdan sonra mənzilin alıcıya təhvil verilməsi öhdəliyi, Təqsirləndirilən şəxs2la qabaqcadan razılıq əsasında bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək, ona həvalə edilmiş, göstərilən MMC-yə məxsus əmlakı sənədləri notarial qaydada təsdiq etmədən, mənzillərin alqı-satqısı müqavilələri əsasında oğurlamaq məqsədilə, bir sıra alıcılardan mənzillərin məbləğini tam həcmdə, habelə bir sıra alıcılara münasibətdə notariat qaydasında bağlanmış alqı-satqı müqavilələrində göstəriləndən az məbləğ göstərilməklə, qalan məbləği ünvan 27 ünvanında yerləşən ofis bu məbləği cəmiyyətin göstərilən hesabına köçürməmiş, habelə borclu olduğu şəxslər qarşısında öhdəliklərdən yayınmaq məqsədilə həmin şəxslərin adına rəsmiləşdirilərək alıcılar tərəfindən həmin şəxslər tərəfindən heç bir məbləğ ödəmədən, habelə mənzilləri yaxın qohumlarına və dostlarına bağışlamaqla, onunla əlbir olaraq və Mailə İbadova vasitəsilə müxtəlif məbləğlərdə, o cümlədən qondarma fiziki şəxslərə satış və ya saxta qeydiyyatla: - Şahid7 daxili müqavilə ilə 20 iyul 2018-ci il tarixində ümumi sahəsi 59,5 м² ev 28-də olan 7 nömrəli iki otaqlı mənzil üçün 66.164 (altmış altı min yüz altmış dörd) manat həcmində göstərilib, ondan 22,500 (iyirmi iki min beş yüz) manat alıb. Bu məlumat onun ifadəsində var. Daxili araşdırmanın məlumatına görə, Şahid7 göstərilən məbləği ümumiyyətlə ödəməyib. Bu ona layihə ilə bağlı daxili məlumatlara görə mükafat olaraq verilib, çünki o MİDA-nın bu layihəsində başqa bir podratçının işçisi olub. Bu müqavilə guya ki ipoteka sənədi kimi rəsmiləşdirilmişdir, yəni o ilkin ödəniş edib, digər hissəsini isə bank ipotekası ödəyəcək. Əgər ev hələ təhvil verilməyibsə və alış-veriş əldə etmək imkanı yoxdursa, bu müqavilənin heç bir faktiki və hüquqi gücü yoxdur, bank ipotekasını almaq qeyri-realdır. İstintaq zamanı prokurorluq bu mənzilə həbs qoydu. - X124 daxili müqavilə ilə 17 may 2018-ci il tarixində ümumi sahəsi 78,79 м² olan ev 28, üçotaqlı mənzil 61 üçün 78,790 (yetmiş səkkiz min yeddi yüz doxsan) manat həcmində göstərilmiş, ondan 15,000 (on beş min) manat alınmışdır. Bu məlumat onun ifadəsinə yerini alıb. Daxili araşdırmaya görə, Şahid5 da 15,000 (on beş min) manat ödəməyib. Bu müqavilə guya ki saxta fiziki şəxs adına ipoteka müqaviləsi kimi rəsmiləşdirilib, əslində isə Xəta rayon i prokurorunun köməkçisi Bəsti xanıma 15,000 manat rüşvət şəklində edilib. Bunlar sakinlərin Təqsirləndirilən şəxs1 Xətai prokurorluğuna şikayət etdikləri zaman problemləri olan dönəmdə həyata keçirilmişdir. Bu epizod haqqında daha müfəssəl məlumat «Xətai prokurorluğuna rüşvət verilməsi» şərhində verirəm. İstintaq zamanl prokurorluq bu mənzili həbs etdi; Şəhid Şahid5 öz açıqlamasında qeyd edib ki, poçt vasitəsilə imzalanmış və möhürlənmiş 17 may 2018-ci il tarixli «Çoxmərtəbəli yaşayış binasının tikintisi üçün fərdi müqavilə» ni onun adına ev 28, mənzilin 61 rəsmiləşdirilməsi üzrə qalan borclar haqqında mühasibat hesabatı ilə birlikdə təqdim edib. O təsdiq edib ki, Bəsti Emçiyeva onun xalasıdır, Xətai rayon prokurorluğunun əməkdaşıdır; Sonuncunun ona «satın aldığı» mənzili tapmağa kömək etdiyini, lakin onun «satın aldığı» mənzil ilə heç bir əlaqəsi olmadığını və 15.000 AZN ona qaytardıqda omənzildən imtina edəcəyini bildirib. - Şahid4 5 iyun 2018-ci il tarixində ümumi sahəsi 40,24 м² olan ev 28 bir otaqlı mənzil 54 üçün müqavilə əsasında məbləği 48,288 (qırx səkkiz min iki yüz səksən səkkiz) manat həcmində göstərilmişdir, ondan 31,000 (otuz bir min) manat alınaraq. daxili kredit kimi rəsmiləşdirilmişdir. Yerdə qalan qalıq ödənilməyib, Təqsirləndirilən şəxs2 heç bir yerdə maliyyə keçidini qeyd etmədən pulu götürmüşdür; - Şahid6 daxili müqavilə ilə 14 iyun 2018-ci il tarixində ümumi sahəsi 58,86 м² ev 28, ikiotaqlı mənzil üçün müqavilə üzrə məbləği 74,457 (yetmiş dörd min dörd yüz əlli yeddi) manat həcmində göstərilib, ondan 43,457 (qırx üç min dörd yüz əlli yeddi) manat alınıb. Mənzil daxili kredit kimi rəsmiləşdirilmişdir. Qalıq ödənilməyib, M. İbadov heç bir yerdə maliyyə keçidini qeyd etmədən pul götürmüşdür; - X139 daxili müqavilə ilə 1 avqust 2018ci il tarixində ümumi sahəsi 78,79 м² ev 28, üç otaqlı mənzil 28 oğlu X139 adına rəsmiləşdirilməsi yolu ilə, müqavilə üzrə məbləği 87.614 (səksən yeddi min altı yüz on dörd) manat məbləğində göstərilib, ondan 48.914,48 (qırx səkkiz min doqquz yüz on dörd manat qırx səkkiz qəpik) manat alıb. Mənzil daxili kredit kimi rəsmiləşdirilmişdir. Qalıq ödənilməyib. Təqsirləndirilən şəxs2 heç bir yerdə maliyyə keçidi qeyd etmədən pul götürərək EƏləkbərova verirdi; - Şahid10 daxili müqavilə ilə 7 avqust 2018-ci il tarixində ümumi sahəsi 59,5 м² olan ev 28, ikiotaqlı mənzil 19 üçün müqavilə əsasında məbləği 62475 (altmiş iki min dörd yüz yetmiş beş) manat həcmində göstərilmişdir. Daxili araşdırmanın məlumatına görə Şahid10 Təqsirləndirilən şəxs1 əmisi qızının əridir. Mənzil Təqsirləndirilən şəxs1 şəxsi borclarına görə ona verilmişdir. Yerdə qalan kredit əvvəlcədən ödənildiyi kimi rəsmiləşdirilib ki, bu da əslində belə olmayıb. Bu mənzil əslində Təqsirləndirilən şəxs1 məxsusdur və Şahid10in adına saxta şəkildə rəsmiləşdirilmişdir. İstintaq zamanı istintaq prokurorluğu bu mənzili həbs etdi; - Şahid11 daxili müqavilə ilə 20 avqust 2018-ci il tarixində ümumi sahəsi 40,24 м² olan ev 28, bir otaqlı mənzil 50 üçün müqavilə əsasında məbləği 50,903 (əlli min doqquz yüz üç) manat həcmində göstərilmiş, ondan 26,000 (iyirmi altı min) manat alınmışdır. Mənzil daxili kredit kimi rəsmiləşdirilmişdir. Mənzil daxili kredit kimi Yasamal rayonunun DİN əməkdaşı Şahid11 adına rəsmiləşdirilib. Hazırda qalan məbləği ödənilməyən mənzildə onun məşuqəsi Rübabə yaşayır. - X178 Qızı daxili müqavilə ilə 20 avqust 2018-ci il tarixində ümumi sahəsi 62,6 м² olan ev 28, mənzil 63 üçün müqavilə əsasında məbləği 75,120 (yetmiş beş min yüz iyirmi) manat həcmində göstərilmiş, ondan 25,620 (iyirmi beş min altı yüz iyirmi) manat alınmışdır. Mənzil daxili kredit kimi rəsmiləşdirilmişdir. - X74 daxili müqavilə ilə 28 avqust 2018-ci il tarixində ümumi sahəsi 40,24 м² olan ev 28, bir otaqlı mənzil 58 qohumunun adına rəsmiləşdirmə yolu ilə, müqavilə üzrə məbləği 40,964 (qırx min doqquz yüz altmış dörd) manat göstərilib. Hüquqların ilkin qeydiyyatı haqqında daşınmaz əmlak reyestrindən arayış əsasında, Bakı şəhəri 6 saylı notarial kontorda daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, 30 avqust 2018-ci il tarixində rəsmiləşdirilməsini həyata keçirmək məqsədiylə cəmiyyətin müxbir hesabına 25.724 (iyirmi beş min yeddi yüz iyirmi dörd) manat vəsait köçürüb, ondan 15,240 (on beş min iki yüz qırx) manat məbləğində qalan məbləği alınıb. Bu məlumat onun ifadəsində yer alıb. Daxili araşdırmanın məlumatına görə, bu mənzil MİDA-nin vəkili Anara vəzifə hiyləsinə görə rüşvət şəklində verilib. İstisna deyil ki, Miriyeva Mərziyyə saxta şəxsdir. Zərərçəkmiş şəxs2də kupçanın hər iki nüsxəsi var; - Şahid15 daxili müqavilə ilə 31 avqust 2018-ci il tarixində ümumi sahəsi 59,5 м² olan ev 28, iki otaqlı mənzil 15 üçün müqavilə əsasında məbləği 75267,5 (yetmiş beş min iki yüz altmış yeddi manat) manat göstərilib, ondan 42,267,5 (qırx iki min iki yüz altmış yeddi) manat alınıb. Mənzil daxili kredit kimi rəsmiləşdirilmişdir. - Şahid16 daxili müqavilə ilə 2 sentyabr 2018-ci il tarixində ümumi sahəsi 59,5 м² ev 28, iki otaqlı olan mənzil 27 üçün müqavilə əsasında məbləği 75,267,50 (yetmiş beş min iki yüz altmış yeddi manat əlli qəpik) manat göstərilib, ondan 48,880 (qırx səkkiz min səkkiz yüz səksən) manat alınıb. - Şahid17 daxili müqavilə ilə 14 sentyabr 2018-ci il tarixində ümumi sahəsi 66,52 м² olan ev 28, iki otaqlı mənzil 25 üçün müqavilə əsasında məbləği göstərilib...... manat, ondan 99,314 (doxsan doqquz min üç yüz on dörd) manat alınıb; Bu yalandır, mənzili Təqsirləndirilən şəxs1 köhnə borclara görə Nizami Xudiyevə verib, mənzil qohumu Salmanov Rasımın adına rəsmiləşdirilib. Daha çox məlumatı 12.2 hissəsində baxmaq olar. İstintaq zamanı prokurirluq bu mənzilə həbs qoymuşdur. - X99 daxili müqavilə ilə 24 sentyabr 2018-ci il tarixində ümumi sahəsi 62,6 м² olan ev 28, iki otaqlı mənzil 5 üçün müqavilə əsasında məbləği 75122,00(yetmiş beş min yüz iyirmi iki) manat göstərilib, ondan 75,120 (yetmiş beş min yüz iyirmi) manat alınıb Bu mənzili Təqsirləndirilən şəxs1 köhnə borclarına görə Şahid19 verib, mənzil onun qızı X47 adına rısmiləşdirilib.Daha çox məlumata 12.1 hissədə baxmaq olar. İstintaq zamanı prokurorluq mənzilə həbs qoymuşdur.Prokurorluğun köməyi ilə mənzil Zərərçəkmiş şəxs2ə qaytarılıb, beləliklə Təqsirləndirilən şəxs1 dələduq əməlləri təsdiqini tapıb. - Şahid20 daxili müqavilə ilə 29 sentyabr 2018-ci il tarixində ümumi sahəsi 78,79 м² olan ev 28, 2ç otaqlı mənzil 49 üçün müqavilə üzrə məbləği 99,669,35 (doxsan doqquz min altı yüz altmış doqquz manat otuz beş qəpik) manat məbləğində göstərilib, ondan 40,136.35 (qırx min yüz otuz altı manat 35 qəpik) manat alınıb. - Şahid21 daxili müqavilə ilə 10 oktyabr 2018-ci il tarixində ümumi sahəsi 59,5 м² olan ev 28, iki otaqlı mənzil 23 müqavilə əsasında məbləği 75,267 (yetmiş beş min iki yüz altmış yeddi) manat məbləğində göstərilib, ondan 46,267 (qırx altı min iki yüz altmış yeddi) manat alınıb. Bu mənzili Təqsirləndirilən şəxs1 MİDA-nın hüquqşünası Ələkbərə rüşvət kimi verib. -Şahid22 Zayid oğlu daxili müqavilə ilə 15 oktyabr 2018-ci il tarixində ümumi sahəsi 62,6 м² olan ev 28, iki otaqlı mənzil 30 nəvəsi X125 adına rəsmiləşdirmə yolu ilə müqavilə üzrə məbləği 79,189 (yetmiş doqquz min yüz səksən doqquz) manat göstərilib, ondan 41 436 (qırx bir min dörd yüz otuz altı) manat alınıb. - Şahid23 Hüseynəli oğlu daxili müqavilə ilə 17 oktyabr 2018-ci il tarixində ümumi sahəsi 62,6 м² olan ev 28, iki otaqlı mənzil 25 üçün müqavilə üzrə məbləği 79189AZN, lakin Təqsirləndirilən şəxs2la şifahi razılığa gəlib 65,000 (altmış beş min) manat məbləğində göstərilib, Hüquqların ilkin qeydiyyatı haqqında daşınmaz əmlak reyestrindən arayış əsasında, Bakı şəhəri 6 nömrəli notarial ofisində daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, 18 oktyabr 2018-ci il tarixində rəsmiləşdirilməni həyata keçirmək məqsədilə cəmiyyətin müxbir hesabına 30,000 (otuz min) manat köçürüb, yerdə qalan 35,000 (otuz beş min) manatı ondan alıb; - Şahid24 daxili müqavilə ilə 18 oktyabr 2018-ci il tarixində ümumi sahəsi 40,24 м² olan ev 28, bir otaqlı mənzil 38 üçün müqavilə üzrə məbləği 46,276 (qırx altı min iki yüz yetmiş altı) manat göstərilib, Hüquqların ilkin qeydiyyatı haqqında daşınmaz əmlak reyestrindən arayış əsasında, Bakı şəhəri 6 nömrəli notarial ofisində daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, 18 oktyabr 2018-ci il tarixində rəsmiləşdirilməsini həyata keçirmək məqsədilə cəmiyyətin müxbir hesabına 25,000 (iyirmi beş min) manat köçürüb, ondan qalan məbləği 21,276 (iyirmi bir min iki yüz yetmiş altı) manat alınmışdır; - Şahid14 daxili müqavilə ilə 31 oktyabr 2018-ci il tarixində ümumi sahəsi 62,6 м² olan ev 28, iki otaqlı mənzil 55 atasının adına rəsmiləşdirmə yolu ilə məbləği 79189AZN, lakin Təqsirləndirilən şəxs2la razılığa gəlib 64,500 (altmış dörd min beş yüz) manat göstərilib. Hüquqların ilkin qeydiyyatı haqqında daşınmaz əmlak reyestrindən arayış əsasında, Bakı şəhəri 6 nömrəli notarial ofisində daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, 2 noyabr 2018-ci il tarixində rəsmiləşdirilməni həyata keçirmək məqsədi ilə cəmiyyətin müxbir hesabına 30,000 (otuz min) manat köçürüb, ondan qalan məbləğ 34,500 (otuz dörd min beş yüz) manat alınmışdır; - X126 daxili müqavilə ilə 3 dekabr 2018-ci il tarixində ümumi sahəsi 78,79 м² olan ev 28, üç otaqlı mənzil 37 dostu X165 oölunun adına rəsmiləşdirmə yolu ilə müqavilə üzrə məbləği 83,000 (səksən üç min) manat göstərilib, Hüquqların ilkin qeydiyyatı haqqında daşınmaz əmlak reyestrindən arayış əsasında, Bakı şəhəri 6 nömrəli notarial ofisində daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, 5 dekabr 2018-ci il tarixində rəsmiləşdirilməni həyata keçirmək məqsədilə cəmiyyətinin müxbirlik hesabına 40,000 (qırx min) manat köçürüb, ondan qalan məbləğ 43,000 (qırx üç min) manat alınmışdır; - Şahid27 daxili müqavilə ilə 5 dekabr 2018-ci il tarixində ümumi sahəsi 62,6 м² olan ev 28, iki otaqlı mənzil 59 üçün müqavilə üzrə məbləği 62,000 (altmış iki min) manat göstərilib, Hüquqların ilkin qeydiyyatı haqqında daşınmaz əmlak reyestrindən arayış əsasında, Bakı şəhəri 6 nömrəli notarial ofisində daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, 9 oktyabr 2018-ci il tarixində rəsmiləşdirilməni həyata keçirmək məqsədilə cəmiyyətin müxbir hesabına 30,000 (otuz min) manat köçürüb, ondan qalan məbləğ 32,000 (otuz iki min) manat alınmışdır; - Rauf Şükür oğlu daxili müqavilə ilə 14 dekabr 2018-ci il tarixində ümumi sahəsi 62,6 м² olan ev 28, ikiotaqlı mənzil 39 X75 adına rəsmiləşdirmə yolu ilə müqavilə üzrə məbləği 79,189 (yetmiş doqquz min yüz səksən doqquz) manat göstərilib, Daşınmaz əmlak reyestrindən hüquqların ilkin qeydiyyatı haqqında arayış əsasında, Bakı şəhəri 6 nömrəli notarial ofisində daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, 21 dekabr 2018-ci il tarixində rəsmiləşdirilməni həyata keçirmək məqsədi cəmiyyətin müxbir hesabına 30,000 (otuz min) manat köçürüb, ondan qalan məbləğ 49,189 (qırx doqquz min yüz səksən doqquz) manat alınmışdır; - Şahid30 daxili müqavilə ilə 10 dekabr 2018-ci il tarixində ümumi sahəsi 62,6 м² olan ev 28, iki otaqlı mənzil 47 üçün müqavilə əsasında məbləği 79189,00 (yetmiş doqquz min yüz səksən doqquz) manat məbləğində göstərilmiş, ondan 30,000 (otuz min) manat alınmışdır; Bu mənzili Təqsirləndirilən şəxs1 Xəyyama rüşvət olaraq verib. İstintaq zamanı prokurorluq bu mənzili həbs etdi; Prokurorluğun köməyi ilə bu mənzil Zərərçəkmiş şəxs2 ə qaytarıldı. Bu da Təqsirləndirilən şəxs1 saxta hərəkətini bir daha təsdiqləyir. - Şahid32 daxili müqavilə ilə 29 dekabr 2018-ci il tarixində ümumi sahəsi 62,6 м² olan ev 28, iki otaqlı mənzil 18 üçün müqavilə əsasında məbləği 79189,00 (yetmiş doqquz min yüz səksən doqquz) manat göstərilmiş, ondan 55,000 (əlli beş min) manat alınmışdır; İsgtintaq zamani prokurorluq mənzilə həbs qoymuşdur.- Şahid36 daxili müqavilə ilə 11 fevral 2020ci il tarixində ev 29, üç otaqlı mənzil ümumi sahəsi 80,2 м² olan müqavilə əsasında məbləği.. 101453AZN, 45 000 (qırx beş min) almışdır...., 45.000 (qırx beş min) manat göstərilmişdir; Bu yalandır, mənzili Təqsirləndirilən şəxs1 ABŞ-da olan kürəkəni Turala hədiyyə edib. Satıb, vəsaiti mənimsəyib. - Şahid40 daxili müqavilə ilə 7 mart 2019-cu il tarixində ev 28, iki otaqlı mənzil 10 ümumi sahəsi 62,6 м² 75.120 (yetmiş beş min yüz iyirmi) manat göstərilib; Bu mənzili Təqsirləndirilən şəxs1 köhnə borclarına görə Şahid19 vermişdir, qardası oğlu Şahid40 adına rəsmiləşdirilib. Notarial müqaviləyə görə 30000 AZN rəsmiləşdirilib, vəsaiti Şahid19 nağdlaşdırıb. Daha çox məlumat 12.1 hissədə bax. İstintaq zamanı prokurorluq mənzilə həbs qoymuşdur. - 2019-cu il aprelin 1-də Şahid43 ilə müqavilə üzrə ümumi sahəsi 62,6 m2 olan ev 28, iki otaqlı mənzil 70.000 (yetmiş min) manat göstərilib «Hüququn ilkin qeydiyyatı haqqında reyestr və əmlakdan arayış» əsasında, Bakı şəhəri 6 nömrəli notarial ofisində «Daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə görə cəmiyyətin müxbir hesabına 30.000 (otuz min) manat sərmayə qoyub, qalan 40.000 (qırx min) manat götürüb; - Şahid38 daxili müqavilə ilə 10 iyun 2019-cu il tarixində ümumi sahəsi 78,79 m2 üç otaqlı mənzil 69 müqavilə üzrə məbləği 99.669,35 (doxsan doqquz min altı yüz altmış doqquz manat otuz beş qəpik) məbləğində göstərilib, Bu mənzili Təqsirləndirilən şəxs1 MİDA-nın birinci müavini Kamala rüşvət qismində verib. İstintaq zamanı prokurorluq mənzilə həbs qoyub. Daha çox məlumat 11 hissədə bax.Şahid38 qurama şəxsdir, heç bir ödəniş etməyib. - Şahid41 14 iyun 2019-cu il tarixində satılmış ümüumi sahəsi 62,6 m2 olan ev 28 iki otaqlı mənzil 51 anası X20 adına rəsmiləşdirilərək müqavilə ilə məbləği 79189AZN, lakin Təqsirləndirilən şəxs2la razılaşıb 65.500 (altmış beş min beş yüz) manat göstərilib 15 iyun 2019-cu il tarixində «Hüququn ilkin qeydiyyatı haqqında reyestr və əmlakdan arayış» əsasında Bakı şəhər 6 nömrəli notarial ofisində «Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi»nə görə, cəmiyyətin müxbir hesabına 30000 (otuz min) manat köçürüb, qalan 35.500 (otuz beş min beş yüz) manat ondan alınmışdır; - X100 daxili müqavilə əsasında 9 nömrəli 2 otaqlı mənzil, 28 nömrəli ev, ümumi 62,6 m2 olan ev 28, iki otaqlı mənzil 9 üçün məbləği 75.120 (yetmiş beş min yüz iyirmi) manat göstərilmişdir. Bu mənzili Təqsirləndirilən şəxs1 köhnə borclarına görə Şahid19 verib, mənzil qohumu Soltanova Şamil qızının adına rəsmiləşdirilib, o, qurama şəxsdir, heç bir ödəniş etməyib. Daha çox məlumata 12.1 hissədə bax. İstintaq zamanı prokurorluq mənzilə həbs qoyub.; - Şahid42 6 avqust 2019-cu il tarixli daxili müqavilə ilə ümumi sahəsi 62,6 m2 olan ev 28, iki otaqlı mənzil 67 üçün məbləq 66.500 (altmış altı min beş yüz) manat göstərilib, 07 avqust 2019-cu il «Hüququn əvvəlcədən qeydiyyata alınması haqqında reyestr və əmlakdan arayış» əsasında Bakı şəhər 6 nömrəli notarial ofisində «Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi»nə görə, cəmiyyətin müxbir hesabına sərmayə qoymaq məqsədi ilə 30000 (otuz min) manat köçürüb, qalan 36.500 (otuz altı min beş yüz) manat ondan alınmışdır; Bu mənzili Təqsirləndirilən şəxs1 köhnə borclarına görə Nizami Xudiyevə verib. Qohumu Şahid42 adına rəsmiləşdirilib, pul hissəsini N.Xudiyev özünə götürüb. Notarial satış üçün şirkətin hesabına köçürülmüş məbləğ sonralar nağdlaşdırılıb Nizami Xudiyevə verilib. Daha çox məlumat 12.2. hissədə.İstintaq zamanı prokurorluq mənzilə həbs qoyub. - Şahid45 daxili müqavilə ilə 9 dekabr 2019-cu il tarixdə ümumi sahəsi 62,6 m2 olan ev 28, iki otaqlı mənzil 64 üçün məbləğ 93.000 (doqquz üç min) manat göstərilib, 9 dekabr 2019-cu il tarixində «Hüququn ilkin qeydiyyatı haqqında reyestr və əmlakdan arayış» əsasında, Bakı şəhər 6 nömrəli notarial ofisində «Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi»nə görə cəmiyyətin müxbir hesabına sərmayə kimi 30000 (otuz min) manat köçürçüşdür, qalan 63.000 (altmış üç min) manat ondan götürüb, Bu mənzili Təqsirləndirilən şəxs1 köhnə borclarına görə Nizami Xudiyevə verib, Qohumu Şahid45 adına rəsmiləşdirilib, pul hissəsini N.Xudiyev özünə götürüb. Notarial satış üçün şirkətin hesabına köçürülmüş məbləğ sonralar nağdlaşdırılıb Nizami Xudiyevə verilib. Daha çox məlumat 12.2. hissədə. İstintaq zamanı prokurorluq mənzilə həbs qoyub. Ümumilikdə, əldə etdikləri 34 nəfərə satılan 34 mənzildən 1.900.128,68 - manat (bir milyon doqquz yüz min yüz iyirmi səkkiz manat altmış səkkiz qəpik) manat cəmiyyətin müxbir hesabına 330.724 (üç yüz otuz min yeddi yüz iyirmi dörd) manat qoyulmuş, qalan 1.569.404,68 (bir milyon beş yüz altmış doqquz min dörd yüz dörd manat altmış səkkiz) manat məbləği Təqsirləndirilən şəxs1 cəmiyyətin hesabına sərmayə qoymadan, Təqsirləndirilən şəxs2la bölüşərək öz ehtiyaclarına xərcləyərək, xidməti səlahiyyətindən istifadə edərək öz şəxsi ehtiyaclarına sərf etmişlər. Mayıl İbadov dəfələrlə Zərərçəkmiş şəxs2 MMC-yə məxsus olan əmlakı mənimsəmiş, şirkətə, eləcədə mənə, həmtəsisçi (50%) Posyus Povilasa çox böyük ziyan vurub. Təqsirləndirilən şəxs1 Mayıl İbadovla əvvəlcədən sövdələşib əlbir olub şirkətə ağır nəticələr vermiş böyük ziyan vuraraq vəzifə səlahiyyətindən sui-istifadə ediblər. 4. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Povilasin Pocius və digərlərinin ifadələrinə və işdə olan yazılı məlumatlara görə: 4.1 Nəticədə Ələkbərovun hər hansı investisiya qoymaq iqtidarında olmadığı, Zərərçəkmiş şəxs2 MMC-nin maliyyə və maddi-texniki və işçi imkanları olmadığı halda, tenderin qalibi çıxdığı, tikinti işlərinin müstəsna olaraq cəlb edilən kənar podratçılar vasitəsilə aparıldığı, ödəmələrin tikilən mənzillərlə və ya az hallarda mənzillərin satışından əldə olunan vəsaitlərlə təmin ediləcəyi şərti müəyyən olunmuşdur. 4.2 Povilasa Pociusa məxsus pul vəsaitlərinin ələ keçirilməsi və həmin vəsaitlərin tikintiyə sərf edilmədiyi faktları məhkəmə istintaqı zamanı Povilasın ifşaedici ifadələri, Ələkbərovun və İbadovun qismən etirafları, tədqiq olunmuş sənədlərlə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4 maddəsinə görə, ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır; 312.1 maddəsinə əsasən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi rüşvət vermə cinayətini təşkil edir. 4.3 Ələkbərovun öz əli ilə icra etdiyi maliyyə qəbzində təsdiq edir ki, Povilas ona xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək 2.020.745 ABŞ dolları vermişdir və həmin məbləğ Zərərçəkmiş şəxs2in icra etdiyi "xxxx" layihəsi başa çatdıqda geri qaytarılmalıdır Həmin qəbz Ələkbərov, Povilas, şahid kimi X127 və Nümayəndə1 tərəfindən hər səhifədə imzalanmaqla təsdiqlənmişdir.4.4 Ələkbərov və İbadov özlərini müdafiə edərək uydurma və açıq-aşkar uydurmalar irəli sürərək smeta xərclərində təmirli mənzillərin maya dəyəri hər kvadrat metrinə görə 1.115 manat, təmirsiz mənzillərin isə 870 manat kimi göstərildiyinə istinad etsələr də, özlərinin təqdim etdiyi və məhkəmə istintaqında araşdırılmış qiymətləndirmə rəyində hazırki vəziyyətdə xərclərin qiymətlər 2 dəfədən çox aşağı olduğu göstərilmişdir. Bir bina üzrə aparılmış bir neçə il əvvəlki ekspert rəyində isə 1 kvm-nin xərci 397 manat müəyyən olunmuşdur. 4.5 Ələkbərov və İbadovun əldə etdikləri pul vəsaitlərini Cəmiyyətin xərclərinə yönəltdikləri barədə ifadələri də araşdırma zamanı öz təsdiqini tapmamışdır. Belə ki, onlar bilərəkdən və düşünülmüş olaraq Cəmiyyətdə mühasibat uçotu, vəsaitlərin və qiymətlilərin uçotunu aparmayaraq dolaşıqlıq yaratmış, kontragentlərlə münasibətləri hüquqi cəhətdən rəsmiləşdirməmiş və öz qanunsuz əməllərini və çirkin niyyətlərini həyata keçirmək üçün əlverişli şərait yaradaraq cinayətlərinin izlərinin aşkar edilməsini çətinləşdirməyə nail olmağa çalışmışlar. 4.6 Tədqiqat zamanı müəyyən edilmişdir ki, ünvan 28 ünvanında yerləşən X45 28 nömrəli evdə 20, 24, 31, 36, 65, 68 nömrəli mənzillər Povilas Posyusa girov kimi daxili müqavilələrlə onun adına rəsmiləşdirilərək verilib. Bu Zərərçəkmiş şəxs2 MMC-nin direktoru Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən mənzillərin digər fiziki şəxslərin adina rəsmiləşdirildiyini bilərək məni aldadıb və qəsdən ikili müqavilə tərtib olunurdu. Bütün ikili müqavilələr işin içindədir. (Müxtəlif cildlərdə axtarmamaq üçün surətlərini izahatıma əlavə edirəm). Öncədən istintaq zamanı Prokurorluğun Korrupsiya və Banditizm şöbəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanuni olmayan hərəkətlərinə qarşı məhz bu epizodlara, ikiqat müqavilələrə görə həbs təcridxanada saxlanılması qətimkan tədbiri təyin edilmişdir. Bu qərarı təsdiqləyir. İstintaqın məlumatına görə, ünvan 30 ünvanında yerləşən X70 mənzillər 20,24 Bilqə qəsəbəsində onun qohumları ilə torpaq sahələrinə mübadilə olunub və X42 adına xx.xx.2018-ci il tarixli daxili müqavilə ilə ümumi sahəsi 58.86 м2 olan ev 28, ikiotaqlı mənzil 24 rəsmiləşdirilib. Müqavilə əsasında məbləği 75,046 manat göstərilib, lakin heç nə ödəməsə də, ifadəsində bunu özü də etiraf edir, bununla belə ona "xxxx"in möhürü ilə Təqsirləndirilən şəxs1 və direktor Təqsirləndirilən şəxs2 tərəfindən tam ödəniş olması barədə maliyyə qəbzləri verilmişdir; - X76 xx.xx.2018-ci il tarixli daxili müqavilə əsasında ümumi sahəsi 58.86 м2 olan ev 28, ikiotaqlı mənzil 24, 28 nömrəli ev, ümumi sahəsi 58.86 m2 olan iki otaqlı mənzil rəsmiləşdirilib onun adına rəsmiləşdirilib, müqavilə əsasında məbləği 75,046 manat göstərilib. Ələkbərova Həbibə ifadəsində heç bir maliyyə vəsaitini ödəmədiyini, əmisi Təqsirləndirilən şəxs1 torpaq sahəsi ilə mübadiləsinə icazə verməsi ilə rəsmiləşdirildiyini etiraf edib. O, həmçinin bütün məbləği ödənilməyi barədə direktor Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən maliyyə qəbzləri alıb;- X157 adına xx.xx.2018-ci il daxili müqaviləyə əsasən ümumi sahəsi 59.50 м2 olan ev 28, ikiotaqli mənzil 31 rəsmiləşdirilib, müqavilə əsasında məbləği 30000 manat dəyərində göstərilib. Belə çıxır ki, tam təmir, daxili mebel, radiator, istilik sistemi, sanitar qovşağı tam təchiz olunmuş mənzil 504azn/m2 qiymətə «satılırdı»; Eyni şəkildə X77 adına xx.xx.2018-ci il daxili müqaviləyə əsasən ümumi sahəsi 58.86 м2 olan ev 28, ikiotaqlı mənzil 36 iki otaqlı mənzil rəsmiləşdirilib, müqaviləyə əsasən məbləği 30000 manat, kvadrat metrinin qiyməti 509azn/m2 göstərilib. Bu mənzillərin hər ikisi Təqsirləndirilən şəxs1 köhnə borclarına görə verilmişdir. X35 müəllimi olaraq hələ 2005-ci ildə Təqsirləndirilən şəxs1 60000 (altmış min) ABŞ dollara mənzili alsa da, ona aldadılmışdır və bu illər ərzində xərclədiyi vəsaitini geri qaytara bilməmişdir. Onlar 2020-ci ilin martında Zərərçəkmiş şəxs2 ə müraciət etdilər, o zaman artıq direktor Nümayəndə1 idi və mən təsadüfən orada olub bunu gördüm. O, bu hekayəni Təqsirləndirilən şəxs1 yanında ərz etdi ki, illərdir onları aldadır. Təqsirləndirilən şəxs1 mənim yanımda onları bir daha aldatdı, başqa bir fırıldaqçı ilə telefonla danışıb tamaşa oynayaraq və yuxarıda göstərilən 31, 36 mənzillər qarşılığında başqa mənzillər verəcəyinə söz verdi, təki onlar çıxıb getsin. Belə çıxır ki, bir adama 15 il gərəkdir ki, ona xərclədiyi vəsaiti geri qaytarsın. O zaman anladım ki, Təqsirləndirilən şəxs1 çoxdan dələduz və fırıldaqçı idi və mən onun kələklərinə düşmüşəm. X27 adına daxili müqavilə ilə 2 mənzil rəsmiləşdirilmişdir: 05.):.2018-ci il tarixdə ümumi sahəsi 78.79 м2 olan ev 28, üç otaqlı mənzil 65, müqaviləyə görə məbləği 99669,5 (doxsan doqquz min alti yüz altmış doqquz manat otuz beş qəpik) manat göstərilib, digəri daxili müqavilə ilə xx.xx.2018-ci il tarixdə ümumi sahəsi 62.60 м2 olan. Ev 28, ikiotaqlı mənzil 68 müqaviləyə görə qiyməti 79189 (yetmiş doqquz min yuz səksən doqquz) manat göstərilib. Hər iki mənzil Təqsirləndirilən şəxs1 tərəfindən X12 borc əvəzi verilib, o, heç bir ödəniş etməyib. Bundan başqa o direktor Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tam məbləğin ödənildiyi barədə maliyyə qəbzi almışdır. Xatırlatdığım kimi, bütün mənzillərə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ikili müqavilələr tərtib olunub və rəsmiləşdirib. Bakı şəhəri, Yasamal rayonu, Mir Cəlal, 8 küçəsindəki X45 ev 28, 20, 24, 31, 36, 65, 68 mənzillər mənim, Povilas Posyusun adına aldadıb yanlış yola salmaq üçün rəsmiləşdirilmişdir. 4.7 Birinci instansiya məhkəməsi materialında və məhkəmə işinin hökmündə dələduzluq epizodu və ikili müqavilələr haqqında istintaqa tanış olmayan və məhkəmədə açıqlanmayan material tapılıb. Bu material zirzəmi binaların kvadraturası, müxtəlif qiymətlərin və ekspertizalar üzrə manipulyasiyalarla çox mahiranə şəkildə gizlədilmişdir. Bu onu göstərir ki, məhkəmənin birinci instansiya hökmünün əksər hissəsini təqsirləndirilən tərəf yazırdı, çünki bu məlumatı və cədvəlləri yalnız saxta sxemləri həyata keçirən şəxs, "xxxx" MMC-nin keçmiş direktoru Mayıl İbadov bilirdi. Məsələ bundadır ki, Təqsirləndirilən şəxs1 və M. İbadov hələ də saxta əməllər həyata keçirməyə davam edirlər, istintaqı, məhkəməni və zərərçəkəni yanlış yola sürükləyirlər. İkili müqavilələri «qanuniləşdirmək» məqsədilə dələduzluq epizodunu rəsmi açıqlamaya özləri daxil etmişdir. Belə ki, «KAT Xolding» OOO-nun direktoru Təqsirləndirilən şəxs2, faktiki rəhbəri Təqsirləndirilən şəxs1 və mən - Povilas Possyus arasında əvvəllər qeyd olunan kredit müqaviləsi 2019-cu ilin dekabrında məni aldadıb, yanlış yolla aparmaq istəmişlər. Müqaviləni imzalayarkən onlar sənədə əməl olunmayacağını, girov olaraq verildiyi iddia edilən əmlakın artıq digər şəxslərə məxsus olduğunu aydın bilirdilər. Bu, əvvəllər adı çəkilən 6 mənzilə, həmçinin zirzəmilərə də aiddir. Məlum olub ki, o vaxtkı direktor Təqsirləndirilən şəxs2 ünvan 30 ünvanındakı X45 28 saylı evin zirzəmisinin Təqsirləndirilən şəxs1 tərəfindən X65 adına borc əvəzi rəsmiləşdiyini və verildiyini bilərək daxili müqaviləni məni aldadaraq Povilas Pozyusun adına rəsmiləsdirib. Mən bunu bilmirdim. Əgər 2019-cu ilin dekabrında bunlardan agah olsaydım ilk növbədə məni yanıltan bütün bu aldadıcı müqavilələrə razı olmazdım, dərhal cinayət işi açmaq üçün polisə müraciət edərdim. Onlar mənim hüquq-mühafizə orqanlarına müraciət etməyə gedəcəyimi gördükləri üçün bu addımı atıb aldatdılar. Mən onlara bunu demişdim, lakin məndə bu məlumat yox idi, bir tək 2020-ci ilin mart ayında "xxxx" MMC-də Nümayəndə1 direktor təyin edəndən sonra sənədlərə çıxış oldu və daxili araşdırma aparmağa başlandı. Məhz o zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 fırıldaqçı hərəkətləri - mənim və Zərərçəkmiş şəxs2 MMC vəsaitlərimin mənimsənilməsi, vəzifə kələyi, dələduzluğ, sənədlərin saxtalaşdırılması, vəzifəli şəxslərin satın alınması, ikili müqavilələr və s. üzə çıxmağa başladı. X108 adına 28 saylı evin zirzəmisi üçün ikiqat müqavilə olması haqqında 2020-ci ilin iyul və ya avqust aylarında məlumat aldıq. Bunu öyrəndikdən sonra "xxxx" MMC-nin yeni direktoru Nümayəndə1 ilə birlikdə X65 yanına getdik. O, Nümayəndə1 atası Fikrət Xəlilovun bağ sahəsinin qonşusu və dostu idi, yeri gəlmişkən, məni Təqsirləndirilən şəxs1la o tanış etmişdi. X109 2010-cu ilin iyul və ya avqust aylarında bu əmlakı, 28 saylı evin zirzəmisini hansı şəraitdə aldığını bizə danışdı. Məlum oldu ki, Təqsirləndirilən şəxs1 Ağ şəhərdə payı olduğu şirkətdə mənzil inşa etmək üçün Bədəlbəyli Anar ilə müqavilə bağlayıb və ondan avans götürüb, iddiaya görə, 90000 ABŞ dolları, bu da məzənnə ilə ilə 115300 manat təşkil edir. Lakin Təqsirləndirilən şəxs1 sözünə əməl etməyərək X78 aldadıb, pulu da geri qaytara bilməyib. Buna görə də o, şəxsi borcuna görə "xxxx" MMC-nin əmlakı olan 28 saylı evin zirzəmisini borc əvəzi verməklə zərərin ödənilməsini təklif edib. Zirzəmi satıla bilmədiyinə görə, Bədəlbəyli Anar onun ən yaxşı hissəsini tələb etdi və Təqsirləndirilən şəxs1 tapşırığı ilə direktor Təqsirləndirilən şəxs2la müqavilə bağladı. Zərərçəkmiş şəxs2 MMC və Bədəlbəyli Anar arasında xx.xx.2019-cu il tarixdə bağlanan müqavilədə şişirdilmiş qiymət 1500AZN/m2 göstərilib, güya ki Bədəlbəyli Anar 275.7m2 413550 manat pul ödəyib, halbuki A.Bədəlbəylinin ifadəsinə görə real qiymət 555AZN/m2 (115300/275.7 = 555AZN/m2) təşkil edir. Bunlar dələduzluqdur, sənədlərin saxtalaşdırılması, vəzifə kələyi, məni aldatmaq və şirkətdəki payımdan məhrum etmək məqsədi güdür. Bədəlbəyli Anar "xxxx" ilə daxili müqavilənin əslini, şəxsən direktor Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs1 ödəniş barədə şirkətin möhürü ilə təsdiq edilmiş maliyyə qəbzlərini göstərdi. (Qəbzlərin surətlərini əlavə edirəm). Həmçinin bu zirzəmi otaqların müvəqqəti alıcısının surəti nüsxəsi təqdim olunub, Təqsirləndirilən şəxs1 maliyyə qəbzi məhkəmənin birinci instansiyası işində də var. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən eyni daşınmaz əmlaka dair digər müqavilə girov qismində ayrı-ayrı müqavilələrlə mənim, Povilas Posyusun adına rəsmiləşdirilmişdir. Zərərçəkmiş şəxs2 MMC-nin xx.xx.2019-cu il müqaviləsində ən real 500AZN/m2 qiymət göstərilib (zirzəmi açıq məkandan ibarət idi, divarsız və şüşələnməmiş; kanalizasiya daşqınına məruz qalməşdır; bunun sübutu və fotoşəkiləıri var). Zirzəminin sahəsi müvəqqəti mülk kağızında qeyd olunduğu kimi 529,36m2 təşkil edir, lakin təmir edilməsinə ehtiyac olduğu və ya mənim hansısa məbləği ödədiyim barədə arayış yoxdur. Bu müqavilə məni yanlış yolla aparmaq üçün girov kimi rəsmiləşdirilib. (Sənədləri əlavə edirəm). Gördüyümüz kimi, Təqsirləndirilən şəxs1 müqavilədə təmirisiz zirzəmi üçün daha real 500AZN/m2, Bədəlbəyli Anarla isə 555AZN/m2 təyin edib. Bu heç cür Bədəlbəyli Anar ilə müqavilədə qeyd edilən 1500AZN/m2 qiymətinə və ya məhkəmənin birinci instansiyasının qərarında göstərilən 1700AZN/m2 uyğun gəlmir. Bu onu göstərir ki, hökmün birinci instansiyasının əksər hissəsi təqsirləndirilən tərəf "xxxx" MMC-nin direktoru M. İbadov tərəfindən yazılıb və reallığla uyğun gəlmir. Mən sonra anladım ki, onlar öz saxtakarlıqlarını qanuniləşdirmək qərarına gəliblər, çünki həmin dövrdə Prokurorluğun Korrupsiya və Banditizm şöbəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı cinayət işi qaldırılmışdır, Təqsirləndirilən şəxs1 isə həbs edilmişdir. O zaman mən Nümayəndə1la birlikdə Bədəlbəyli Anara prokurorluğa gedib Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2nın əleyhinə ifadə verməyi təklif etdim, lakin o, imtina edərək bildirdi ki, E.X93 müqaviləsinin ona geri qaytarılmasını xahiş edir və zərəri ödəyəcəyinə söz verib. Bədəlbəyli Anar ümid edirdi ki, onlar razılaşacaqlar. X193 izah etdim ki, Təqsirləndirilən şəxs1 özünə məxsus olmayan əmlakı kiməsə vermək hüququna malik deyildi. Bu qanuni deyil və onun yüksək qiymətlə imzaladığı müqavilə çox çirkin görünür. Cavab olaraq o söylədi ki, bu zirzəminin kimə məxsus olduğunu bilməyib. Mən onu inadla (uzun müddət) prokurorluğa müraciət etməyə dilə tutdum, lakin o məmur olduğunu və «prokurorluğa müraciət etməsi yaxşı olmadığını» söyləyərək razılaşmadı, bildirdi ki, qardaşı Elman Ələkbərov ilə razılığa gələrlər. Deyilənlərin hamısını o vaxtkı bu söhbətdə iştirak edən "xxxx"in direktoru Nümayəndə1 təsdiqləyə bilər. Mən bu barədə prokurorluğa məlumat verdim, lakin Bədəlbəyli Anar bu məsələni qaldırmağa razılıq vermədiyinə görə, hər şey olduğu kimi qaldı. İndi görürəm ki, bu sual təsadüfən (gözlənilmədən) qaldırılır. Məhkəmənin birinci instansiyasının çıxardığı hökmdə göstərilib ki, ünvan 30 ünvanındakı X45 28 saylı evin zirzəmiləri 529,36 m2 olduğu halda təsadüfən 253,66 m2 olmuşdur, beləcə də təsadüfən Bədəlbəyli Anarın gizli ikili müqaviləsindəki 275,7 kv. m2 endirilib. Belə bir təsadüf necə ola bilər? Nə istintaq zamanı, nə də ki məhkəmə prosesində bu mövzu qaldırılanda qeyd olunan məlum deyildi, Bədəlbəyli Anar müqaviləni heç kimə məlum etdirmədiyi halda hakim ikili müqavilənin kvadraturası barədə necə xəbər tutdu? Bu çox xoşagəlməz təəssürat yaradır. Mən nə Bədəlbəyli Anar və "xxxx" arasındakı dələduzluq müqaviləsini, həm də məni aldatmaq, yanlış yolla aparmaq üçün, Povilas Posyus və "xxxx" arasında bağlanmış müqaviləni tanımıram.«KAT Xoldinqə» şirkətinin təmir işlərinin və cari xərcləri, yəni işçilərə, mühafizəçilərə, mühasib hesabatlarına görə maaşlar, şirkətlərə qarşı mülki iddialara xidmət, vəkillik xidmətləri, həmçinin "xxxx"ə məxsus olan "xxxx" və s. cari xərcləri təmin etmək məqsədilə, 6 mənzil və 2 zirzəmi otaq fiziki şəxslərə Təqsirləndirilən şəxs1 mənimlə "xxxx" müqavilələrində təyin etdiyi məbləğə satılıb. 4.8 Məhkəmə istintaqında habelə müəyyən olunmuşdur ki, Ələkbərov və İbadov qabaqcadan əlbir olaraq 28 və 29 saylı binalarda mənzillərin və qeyri-yaşayış sahələrinin satışının özləri istədiyi kimi, bəzən hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən arayış əsasında notarial qaydada alğı-satqı aparmaqla, bəzən sadə qaydada müqavilə imzalamaqla, müqavilədə mənzilin dəyərini olduqca aşağı qiymətə, Ələkbərovun müəyyən etdiyi 1 otaqlını 25 min, 2 otaqlını 30 min, 3 otaqlını 40 min manat göstərməklə rəsmiləşdirmiş, mənzilləri tam hazır və təmirli şəkildə 2019-cu ilin dekabr ayınadək təhvil veriləcəyini öhdəsinə götürmüşdür. Lakin İbadov təkcə alıcılardan nəqd aldığı pulları deyil, onların bank depozit hesabına ödədikləri məbləğləri də nağdlaşdıraraq Ələkbərova vermişdir. 4.9 Məhkəmədə tədqiq olunmuş 10 iyul 2017-ci il tarixli 01 saylı borc müqaviləsinin mətnindən aydın olur ki, artıq xx.xx.2017-ci ilə Povilas tərəfindən tikinti işlərinin görülməsi üçün maliyyə təminatının verilməsindən ötrü "xxxx"da depozit hesabına 1.780.000 ABŞ dolları qoyulmuşdur (Müqavilə işin 5-ci cildindədir). Həmin müqavilədə vəsaitin mərhələli şəkildə hesabdan çıxarılaraq, cəmi 2.020.745 ABŞ dollarının Təqsirləndirilən şəxs1 veriləcəyi və verilmiş məbləğin xx.xx.2020-ci ilədək qaytarılacağı nəzərdə tutulmuşdur. Müqavilədə vəsaitin qaytarılmasının əmlak və əmlak hüquqları ilə təmin ediləcəyi və bunun üçün müqaviləyə əlavə imzalanacağı razılaşdırılmış və həmin müqavilə Ələkbərov, Povilas və İbadov tərəfindən imzalanmışdır. Baxmayaraq ki, İbadov məhkəmə istintaqı zamanı ifadəsində Povilasın Ələkbərova pul verməsindən xəbəri olmadığını, heç bir vaxt Ələkbərovun ona iri məbləğdə pul vermədiyini, dollar olaraq pul verməsini bildirsə də, tədqiq olunan sübutlar onun yalan danışdığını, əksinə, bütün hallarda birbaşa və fəal rol oynadığını və Ələkbərovla aralarında möhkəm əlaqə və birliyin olduğunu göstərir. 4.10 İbadov göstərmişdir ki, Zərərçəkmiş şəxs2 MMC-nin rəsmi xəzinəsi olmamış, cəmiyyətin bank hesabı olmuşdur. Zərərçəkmiş şəxs2 MMC-nin təsisçilərinin qərarına əsasən mənzil alqı-satqısl notarial qaydada, yəni Hüquqların qabaqcadan dövlət qeydiyyatı barədə reyetstrdən Arayış əsasında həyata keçirilməli olsada, bəzi mənzilləri Təqsirləndirilən şəxs1 tapşırığı ilə daxili kredit və ya müqavilə əssında satışı həyata keçirmişdir. Zərərçəkmiş şəxs2 MMC tərəfindən inşa edilmiş binalardakı mənzillərin adlarına rəsmiləşdirilən vətəndaşlar mənzillərin pullarını hissə-hissə ödədikləri üçün sonuncuların mənzillərini qabaqcadan notarial alqı-satqı etmək mümkün olmamışdır. Razılaşmaya əsasən mənzilin dəyəri tam şəkildə ödənildikdən sonra notarial qaydada alqı-satqı aparılmalı olmuşdur. Lakin sonda qeyd olunan vəsaitin notarial qayda depozitə və ya bank hesabına qoymaq üçün maliyyə vəsaiti olmadığından mümkün olmamışdır. Təqsirləndirilən şəxs1 ona verdiyi şifahi tapşırıq əsasında kreditə götürülmüş mənzillərlə bağlı vətəndaşlar tərəfindən ödənilən pullar cəmiyyətin bank hesabına "kassa qalığı” adı ilə mədaxil edilmiş və nağd hesablaşmalar üçün istifadə edilmişdir. Təqsirləndirilən şəxs1 göstərişinə əsasən həmin mənzillər hissə-hissə ödənilməsi şərtilə vətəndaşlara satılmışdır. O, yalnız Elçin Ələkbrəovun göstərişi əsasında işlədiyindən və bu barədə göstəriş almadığından vətəndaşlar tərəfindən ödənilən pulları həmin şəxslərin adlarından cəmiyyətin bank hesabına mədaxil etməmişdir. Bir sıra tikinti materialları, əmək haqları və digər xərclərin ödənilməsi nağd şəkildə həyata keçirildiyindən və bank haqqında təlimatlara əsasən ay ərzində hesabda olan pulun 30.000 manat olan nağdlaşması imkanı olduğundan tikintinin dayandırılmaması üçün bu əməliyyatları göstərilən qaydada aparmışlar. Bir neçə mənzil isə əvəzləşdirmə yolu ilə verildiyindən və bu yolla satışa keçdiyi üçün həmin pui vəsaitinin tam şəkildə banka ödənilməsi mümkün olmamışdır. Bu məsələlərə hamısı ona verilən Təqsirləndirilən şəxs1 taşırığı əsasənda olmuşdur. Elçin Ələbərov ona digər təsisçi Zərərçəkmiş şəxs1da xəbəri olduğunu demişdir. Lakin onun bu barədə Povilasla heç bir söhbəti olmamışdır. İşlədiyi müddətdə nadir hallarda Povilasla görüşmüşdür. 5. 2020-ci ildə tikintinin maya dəyəri, mətbəx, laminat, divar kağızları və s. görülmüş işlərin səviyyəsinin müəyyənləşdirilməsi üçün aparılmış ekspertizanı təqdim edirəm. Ekspertiza prokurorluğa təqdim olunub və İşin (202026142 7-cild) 9-cu səhifəsində 2020-ci il tarixində «MİDA-nın 27 evininin tikinti dəyəri» ekspertizası var. Ekspertiza göstərdi ki, başa görülən işlər başa çatdıqdan sonra 1,515,400 AZN təşkil edib. Bunu əgər faydalı sahəyə köçürsək, tikinti-təmir işləri 397 AZN/м² təşkil edir. Ekspertiza hesablamalarına görə rəqəmlər digər podratçılara nisbətən 15% yüksək olub, lakin bu səhv prinsiplərində məqbul hesab edilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində ƏDV-ni daxil etmək təklifi var, lakin bunun məntiqi əsası yoxdur, yalnız rəqəm və anlayışların manipulyasiyası güdülür. Müttəhimlər müvəqqəti alış-veriş sənədlərində göstərilən və müştərilərə həqiqətən satılan kvadraturanı deyil, divar və zirzəmilərlə ümumi məsafəni nəzərə almaq lazım olduğunu qaldıran anlayışların dəyişdirilməsini nəzərdə tutur. Yerinə yetirilən işə xərclənən məbləğ bundan dəyişmir, 1,515,400 AZN olaraq qalır. 1 kv/m üçün göstərilən rəqəm, 1 kvadratmetr üçün dəyər fərqli olur ki, faydalı sahənin dəyərini bilmək istəyirik (bu fərqi açıq şəkildə görməkdən ötrü qiymətini və neçəyə satıldığını müqayisə etmək üçün lazımdır). Ümumi kvadratın qiyməti, əlbəttə ki, müvafiq olaraq daha aşağı olacaq və heç bir şeyə şamil oluna bilməz. ƏDV maya dəyərində sayılmır (daxil deyil), çünki alıcı tərəfindən ödənilir. Ekspertizada materialların və tikinti işlərinin qiymətləri ƏDV ilə göstərilib. Mənzillər satıldıqdan sonra xərclənən materialların ƏDV-ni vergi müfəttişliyi qaytarır. Hazırda "xxxx"də yığılıb qalmış qaytarılmış ƏDV qalmışdır. 6. Zavod haqqında-Təqsirləndirilən şəxs1 və Mayıl İbadov dəfələrlə bildirirdilər ki, "xxxx" MMC və "xxxx" MMC arasında müqavilə imzalanıb və güya ki hansısa ******* (beş milyon) AZN dəyərində zavod şirkətə verilib. Həmçinin "xxxx" MMC 49 mənzili "xxxx" MMC-yə barter mübadilədi kimi verib. Araşdırmalar göstərdi ki, "xxxx" MMC-yə 49 mənzilin verilməsi barədə heç bir sənəd mövcud deyil. "xxxx" MMC bütün mənzilləri fiziki şəxslərə saxta müqavilələr ilə “satmışdır”. Bundan başqa bu saxta muvavilələrdə göstərilən şərtlər və ödənişlər reallığa uyğun deyildir. Müqavilədə deyilir ki, müştərinin mənzilə icazəsi var, Zərərçəkmiş şəxs2 isə onu inşa edir. Bu mahiyyətcə reallığa uyğun deyildir. Əsas pozuntu isə göstərilmiş 1495 AZN/m² məbləğidir ki, bu da o vaxt üçün real qiymətdən 2 dəfə artıq idi. Bu onu gösrərir ki, Zərərçəkmiş şəxs2 və “alıcılar” (çox zaman qurama) arasındakı müqavilələr saxta olub. Digər yalan odur ki, Təqsirləndirilən şəxs1 və direktor Təqsirləndirilən şəxs2 alıcının/müştərinin tam məbləğin ödəməsi barədə Zərərçəkmiş şəxs2in möhürü vurulmuş və öz imzaları qoyulmuş yazılı təqsiqləmə verirdilər. Birincisi, Təqsirləndirilən şəxs1 “KAT Holdin1”in adlndan şirkətin möhüründən istifadə edərək təsdiqləmə vermək səlahiyyəti olmayıb. İkincisi, bunlar mənzilləri saxta sənədlərlə qurama fiziki şəxslərin adına keçirdərək mənimsənməsi, fırıldaq əməlləri gizlədərək sənəd saxtalaşdırılması və xidməti hiylədir. Bundan başqa ödənişlərin saxta təsdiqlənməsini verərək bu mənzillərin qurama alıcılar, yalançı fiziki şəxslər adında olmasını bu müqavilələrin ləğv olunması imkanı olmadan təmin edilməsidir. Belə çıxır ki, müqavilələrdən gələn gəlirlər heç bir yerdə əks olunmayib. 49 mənzilin alınması barədə 49 müqavilə üzrə bir dənə də olsun ödənişin daxil olması barədə sənəd mövcud deyil. Əgər bu müqavilələr üzrə maliyyə daxil olmayıbsa, necə onları həqiqi hesab etmək olar? Necə həqiqi hesab edilə bilər ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən müqavilələr üzrə bütün məbləğin ödənilməsi barədə təsdiqləmə var? Əgər belədirsə bu məbləğlərin onlar tərəfindən mənimsənməsi kimi hesab etmək olar. Buna görə mən hesab edirəm ki, həmən 49 mənzil Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən "xxxx" zavodunun sahibləri ilə fırıldaqçı sxem üzrə əlbirliyi əsasında mənimsənmişdir. Bu əməl təsisçilərdən biri olduğum Zərərçəkmiş şəxs2in vəsaitlərinin böyük ölçülərdə mənimsənməsi və dələduzluğu, sənədlərin saxtalaşdırılması,xidməti kələkdir. Bundan başqa rəsmi sənədlərə əsasən ( Reyestrdən çıxarışa əsaslanaraq), "xxxx" MMC adına ******* manat dəyərində zavod yoxdur, rəsmən yalnız "xxxx" MMC-nin 19400 manat dəyərində səhmlərinə malikdir. Guya ki satın alınmış zavod "xxxx" MMC-yə məxsus olan "xxxx" MMC-nin adındadır. Bütün fırıldaqçı dəlilləri gizlətmək üçün, MMC şirkəti "xxxx" MMC şirkəti ləğv edilmişdir, bunu yoxlaya bilərsiniz. Şirkət ləğv edildikdən sonra heç bir sənəd, nə də ki "xxxx" MMC-nin qalıq əmlakı rəsmiləşdirilməyib və heç bir yana ötürülməyib. Bunlar məqsədli şəkildə fırıldaqçı əməlin dəlillərini ört-basdır etmək üçün yerinə yetirilmişdir. Səhmlər ”KAT Holding” MMC tərəfindən bank hesabından əldə edilmişdi. Bu bir daha təsdiq edir ki, əmlakın mübadiləsi olmayıb, səhmlərin satın alması yolu ilə əldə edilib. Bu sxem mənə zavodun real dəyəri və mənsubiyyəti barədə yanlış məlumat vermək üçün edilmişdir. Ekspertlərin qiymətinə görə, zavod və torpaq sahəsinin dəyəri sənədlərin və mülk kağızının qaydasında olması şərtilə 600000 (altı yüz min) manatdan çox deyil. Hazırda sənəd mövcud deyil, çünki "xxxx"MMC ləğv edilmişdir və guya ki onun 1,13 hektar torpaq sahəsi olub, əmlak aydınlaşdırılmamış şəraitdə keçmiş sahiblərinin dövlətə ödənilməmiş borcları üzündən yenidən rəsmiləşdirilməyib. Buna görə heç kim inamla daşınmaz mülkün kimə məxsus olmasını deyə bilmir. Hüquqlarının bərpa edilməsini tələb edən köhnə sahiblərin və ya başqa şəxslərin üzə çıxması da istisna edilmir. Bundan başqa araşdırma göstərdi ki,"xxxx"in "xxxx" MMC-nin təsisçilərinə 49 mənzilin ötürülməsi ilə bağlı sənəd yoxdur, çünki bu saxta barterdir. Barteri qanuni hesab etmirəm, əgər barter olsaydı qeyd olunmuş 49 mənzil "xxxx" MMC-nın təsisçilərinə ötürülməli idi, lakin bunun əksi oldu. "xxxx" adından 49 mənzil guya fiziki şəxslərə hər kv/m üçün 1495 AZN ödəməklə satılmışdır. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 imzası və möhürü ilə dəqiq məbləğ göstərilmədən ödənişlərin arayışı vardır. Həmçinin bu müqavilələrdə heç bir yerdə "xxxx" MMC ilə barterlə nəsə bağlı olması barədə qeyd olunmayıb. Bu onu sübut edir ki, mənzillərin bir hissəsi satılmışdır, vəsaitlər Təqsirləndirilən şəxs1 və M. İbadov tərəfindən mənimsənmişdir, qalan pul isə nağdlaşdırıb özləri üçün saxlayıblar. Mənzillərin bir hissəsi gələcəkdə satmaq məqsədi ilə Təqsirləndirilən şəxs1 qurama şəxslərin adlarına rəsmiləşdirilmişdir. Qeyd etmək istəyirəm ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayətkar əməlləri bir qrup insan tərəfindən "xxxx" MMC-nin təsisçiləri ilə ilkin sözləşməyə girməklə həyata keçirilib. Bundan başqa, Təqsirləndirilən şəxs1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin faktiki təsisçisi və rəhbəri olaraq təkrarən vəzifə səlahiyyətindən istifadə edərək, yalan yollarla etibarımdan sui-istifadə edib mənə bu barter sazişi barədə yanlış vədlər verib. "xxxx" MMC-nin səlahiyyətlı direktoru olan Təqsirləndirilən şəxs2la birgə vəzifəsindən yararlanaraq sənədləri, müqavilələri saxtalaşdırıb, şirkətin möhüründən istifadə edərək, yanlış arayış və qəbzlərlə ilkin sözləşməyə girib məni aldadıb 49 mənzili və ya onlardan əldə edilmiş vəsaiti mənimsəmişlər. Bütün yuxarıda sadalananlar onu göstərir ki, zavodun əldə edilməsi məsələsi "xxxx"in 49 mənzilini və vəsaitini mənimsəmək üçün dələduzluğu həyata keçirmək olub. Sizə bildirmək istəyirəm ki, Təqsirləndirilən şəxs2 tərtib edib imzaladığı müqavilələrə əsasən 49 mənzilin dəyəri ******* (beş milyon) manat təşkil edir. Bu "saxta" alıcılarla bağlanan müqavilələrdən görünür. Onlar istintaq orqanlarına təqdim edilmişdir. Bu mənzillərin bəziləri dövlət orqanlarının əməkdaşlarına rüşvət səklində verilmişdir. Təqsirləndirilən şəxs2 qeyd edilmiş 49 mənzillə bağlı müqavilələr və təqdim etdiyi cədvəl hesabatına əsasən (surətini sizə verirəm) 1 kv/m qiyməti 1.265−1.495 manatdır, bu isə cəmi 5.000.000 AZN təşkil edir. Bu növbəti dəfə yuxarıda deyilmişləri təsdiq edir. Kupçanın alınması və mənzillərin qurama şəxslərin adına rəsmi qeydiyyata salınmasına görə və gələcəkdə başqa alıcılara azad satışı üçün mənimsənilmiş fırıldaq sxem əsasında “zavod üçün” mənzillərin bir hissəsi notarius tərəfindən Zərərçəkmiş şəxs2in fiziki şəxslərə alışsatışı 460 AZN/m² qiymətində rəsmiləşdirilib, yəni 3 dəfədən çox qiymət aşağı göstərilib (saxta müqavilədəki 1495 AZN/m² dən 460 AZN/m² notarial müqaviləyədək). Saxta “satış”dan əldə edilmiş ”KAT Holding” MMC-nin bank hesabına oturmuş vəsaitlər dərhal Təqsirləndirilən şəxs1 tərəfindən çıxarılaraq birgünlük şirkətlərin vasitəsilə qeyri-rəsmi nağdlaşdırıb (“nağdlaşdırmanın” əlaqə kontaktları vardlr, sübut kimi istintaq orqanlarına təqdim edilə bilər). Habelə, tədqiq olunmuş 10 dekabr 2019-cu il tarixli 01 saylı müqaviləyə 01 saylı müqaviləyə əlavənin Ələkbərov, Povilas və İbadov tərəfindən imzalanmış mətnindən aydın olur ki, girov kimi qiymətli kağızlar qoyulur və Ələkbərov və İbadov təsdiq edir və təminat verirlər ki, qiymətli kağızların sahibinin ünvan 34 ünvanlı 1,13158 ha torpaq sahəsində yerləşən qurğular və tikililərdən ibarət kompleksin mülkiyyətçisidir. Həqiqətdə isə, həmin kompleks qiymətli kağızların sahibinin deyil, Zərərçəkmiş şəxs2 MMC ilə mənzillərlə barter müqaviləsi bağlamış "xxxx" adlı MMC-nin mülkiyyətində olmuşdur. Ələkbərov və İbadovun ifadələrinə görə, Zərərçəkmiş şəxs2 MMC tərəfindən 48 mənzil həmin kompleks müqabilində verilsə də, bu halı təsdiq edən sübut ortaya çıxmamışdır. Əksinə məlum olmuşdur ki, "xxxx" MMC-yə hər hansı mənzil verilməmişdir, verildiyi bildirən mənzillər Ələkbərov və İbadov tərəfindən Zərərçəkmiş şəxs2 MMC-nin adından ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş, əldə edilən vəsaitləri isə onlar mənimsəmişlər. Eləcə də, adı çəkilən kompleks nə faktiki, nə də hüquqi cəhətdən Zərərçəkmiş şəxs2 MMC-nin adına və mülkiyyətinə keçməmiş və təhvil-təslim aparılmamışdır. Buna görə, mən "xxxx" MMC ilə bu "barteri" tanımıram, çünki "xxxx"-nın zavod və torpaq sahəsinə sənədi yoxdur, istənilən vaxt hər kəs onlara iddia qaldıra bilər. Birinci instansiyanın məhkəmə hökmündə "xxxx" MMC zavoda malikdir deməsi təmiz yalandır. Birinci instansiyanın Məhkəməsi məhkəmə iclaslarında agah olmadan, zavodun kimə məxsus olması məsələsini qaldırmadan onu satışa qoyub mənə vurulan ziyanı ödəmək qərarını necə verə bilər? Əgər məhkəmə bacarırsa, qoy satsın və mənim pulumu versin. Mən xahiş edirəm ki, məhkəmə mənə pullarımın qaytarılması qərarını çıxarsın. Dələduzluqda ittiham edilən Təqsirləndirilən şəxs1 və Mayıl İbadovun vəzifə səlahiyyətlərindən istifadə edərək fırıldaq yollarla böyük ölçülərdə qeyd olunmuş şəxslərdən sadalanan faktlar üzrə oğurluq cinayət işinə baxmağınızı xahiş edirəm. 7. 2017-ci ilin iyun ayından 2018-ci ilin may ayınadək MİDA sosial evlərinin tikintisi proyekti ilə əlaqədar onun tərəfindən Təqsirləndirilən şəxs1 2.020745 (iki milyon iyirmi min yeddi yüz qırx beş) ABŞ dolları pul məbləği təqdim edilmişdir. Sonradan araşdırmalar zamanı bu pulların Təqsirləndirilən şəxs1 tərəfindən "xxxx" MMC-nin cari hesabına qoyulmayaraq, qeyri-qanuni şəkildə mənimsənildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 onun pullarının mənimsənilməsi və ələ keçirilməsi məqsədilə cinayətkar qrup yaratmışdır. Qrupun hər bir üzvünün fəaliyyət sahələrinə uyğun öz vəzifə və rolları olmuşdur. Mənim "xxxx" MMC-nin səhmdarı kimi Təqsirləndirilən şəxs1 borcları ilə heç bir əlaqəm yox idi. Bu məsələlər ilə yəni, dələduzluq məsələləri ilə bağlı ona hər hansı xəbər verməmiş və onun da bundan xəbəri olmamışdır. Belə ki, İTV-nin keçmiş rəhbəri Şahid19 olan şəxsi borcu əvəzinə "xxxx"dən “yalançı alıcıların adına rəsmiləşdirilməklə, Təqsirləndirilən şəxs2 köməyi ilə 13 mənzil təqdim etmişdir. Şahid19 siyahı olaraq, “güya alıcılarını adını təqdim etmiş və sonuncuların adına daxili qeyri-rəsmi müqavilə imzalanmış, sonradan çox aşağı qiymətə, həmin mənzillər 30.000 manata rəsmiləşdirməklə, bir neçə nəfərin adına 28-ci binadan olan 5, 9 və 10 nömrəli mənzillərərə çıxarış da əldə edilmişdir. Təqsirləndirilən şəxs1 AZTV-nin əvvəlki rəhbəri Nizami Xudiyevə də yerinə yetirilməmiş öhdəliklər üzrə borcu olmuşdur. X148 V borcların geri qaytarılmasını tələb etdikdə, Təqsirləndirilən şəxs1 mənimsəmə və dələduzluq yolu ilə Təqsirləndirilən şəxs2 köməyi ilə, "xxxx" MMC-dən Nizamiyə 6 mənzil təqdim etmişdir. Bununla bağlı 28-ci binadan 62, 64, 67 saylı mənzillər, 29-cu binadan isə 16, 25, 49 saylı mənzillər ayrı-ayrı “yalançı alıcıların adına rəsmiləşdirilmişdir. “Yalançı alıcı” lar notariusda ərizə yazaraq mənzildən imtina etmiş və həmin mənzil qeyri-qanuni olaraq digər şəxsə satılmışdır. Yeni alıcının kim olduğu, yəni qohum və ya yaxın olduqda başqa bir qanunsuz sxem qurulmuş - endirimli qiymətə 1 otaqlı mənzil 25.000 manat, 2 otaqlı mənzil 30.000 manat, 3 otaqlı mənzil 40.000 manata notariusda alış-veriş edilmişdir.
8. Məni əvvəlcədən bir söz demədən notariusa dəvət etdilər. Sadəcə dedilər ki, müqavilə var, imzala və sən Zərərçəkmiş şəxs2 in həmtəsisçisi olursan. Bu xx.xx.2017 və ya ayın 14-də baş verib. Qeyd etmək istəyirəm ki, "xxxx" in həmtəsisçisi xx.xx.2017-ci il tarixdən oldum. Belə çıxır ki, müqavilə 1,5-2 ay əvvəl imzalanıb, mən hətta həmtəsisçi deyildim və bütün bunlar onun mənə nəyisə nümayiş etdirmək və iş başına gətirmək üçün qurama əməl idi. Mayıl İbadov və Təqsirləndirilən şəxs1 ifadələrinə görə, bütün işlərlə hüquqşünas məşğul olub, nə tenderin şərtləri, nə də müqavilə haqqında bilmir, lakin bu reallığa uyğun deyil, çünki müqavilə layihəsinin rus dilində versiyası mənə verilib, onun bir nüsxəsi var, orada qeydlər etdim ki, nədə düzəliş etmək və ya nəsə əlavə etmək lazımdır, amma bunların heç biri nəzərə alınmayıb. 13 avqust 2017-ci ildə müqavilənin azərbaycan dilində versiyası təqdim olundu, burada kvadratura, iç həcmi, materiallar və s. haqqında heç bir məlumat yox idi, yəni bu heç bir zəmanətsiz, investisiyanın geri qaytarılması şərti olmayan sənəd idi. Mən çox narazı idim, bu məsələni qaldırdım. Məni sakitləşdirmək üçün bir neçə həftə sonra MİDA-nın həmtəsisçisi, o vaxtkı rəhbər Samir Nuriyevlə görüş təşkil etdilər, o, arxayın etdi ki, imzalanmlş müqavilə var, narahat olmaq üçün heç bir əsas yoxdur, heç bir problem görmür, sadəcə işə başlayıb, tikintini davam etdirmək lazımdır, əgər bir şey baş verərsə o zaman problemləri həll edəcək. Bu söz şifahi formada verilib, lakin mən orqanlara, yüksək rütbəli insanlara etibar etdiyim üçün ümid edirdim ki, hər şey düzələcək. Zərərçəkmiş şəxs2 tərəfindən müqaviləni direktor Mayıll İbadov imzalayıb. O, Təqsirləndirilən şəxs1 tapşırıqlarını yerinə yetirirdi, «qara mühasibat»ı aparırdı və onun rəsmi nümayəndəsi idi. Pulu ehtiyaca görə ötürürdü. Məsələn, 100.000 (yüz min) ABŞ dolları, 200.000 (iki yüz min) ABŞ dolları və s. lazımdır, vəsaiti bank depozitindən çıxarırdı. 9.Tikinti işləri- Təqsirləndirilən şəxs1 iddia etdiyi kimi tikinti işləri 2017-ci ilin iyulundan başlayıb. Tikinti işləri üçün müqavilə olmasa da, anladığım qədər bunlar qəsdən edilirdi ki mən belə işlərdə iştirak etməkdən imtina etməyim. Təqsirləndirilən şəxs1 deyirdi ki, MİDA təklif edir ki, işə başlamaq lazımdır, vaxt sıxışdırır, tikintini 2018-ci ilin sonuna qədər başa çatdırmaq lazımdır, çox sərt, dar cədvəldir. Bu səbəbdən Təqsirləndirilən şəxs1 məndən 100.000 (yüz min) ABŞ dolları istədi, mən pulu manat ekvivalentində verdim ki, çala (özül yeri) qazımağa başlasınlar. Bütün bu müddət ərzində maliyyə və idarəetmə məsələlərinə müdaxilə etməmişəm. Şirkətin direktordan işçiyə qədər bütün işçiləri Təqsirləndirilən şəxs1 təyin etmişdi və hamısı ona tabe idi. Azərbaycanda olduğum az müddətdə layihənin mövcud vəziyyəti ilə yaxından tanış olmaq üçün dəfələrlə cəhdlərim olub, hər bir belə cəhddə hər hansı bir sənədin yoxluğuna və ya tikinti işlərinin tamamlanmamasına istinadən müxtəlif bəhanələr gətirilirdi. Mən qismən və ya yalan məlumat alırdım. Təqsirləndirilən şəxs1 deyirdi ki, narahatlıq üçün heç bir səbəb yoxdur, məni əmin edirdi ki «bütün sənədlər, görülən işlər haqqında hesabatlar, həmçinin maliyyə hesabatları tikintinin gedişatına nəzarət etmək və yoxlamaq üçün MİDA rəhbərliyinə verilir». Mən Azərbaycana gələndə (daim burada olmamışam) tam hesabat, sənədləşmə, inşaat işlərinin gedişatı və s. barədə məlumatı verməməsinə yeni səbəblər ortaya çıxırdı. Bütün sənədlərdə imzalarə Zərərçəkmiş şəxs2in keçmiş direktoru Mayıl İbadov qoyurdu, sakinlər də əmin edirlər ki, bütün razılaşmalar Təqsirləndirilən şəxs1la aparılıb. Mayıl İbadov və Təqsirləndirilən şəxs1 ifadələrində güya ki mənim işin gedişatından, gerçəyə uyğun olmayan satışlardan, həmçinin "xxxx"nin zavodu ilə bağlı fırıldaq kələkdən xəbərim olması həqiqətə uyğun deyil, açıq-aşkar yalandır. Bununla onlar məsuliyyətdən boyun qaşırmaq istəyirlər. Belə iddialar məntiqə uyğun deyil, bəzi ifadələrində Təqsirləndirilən şəxs2 məni demək olar tanımadığını deyir, hətta müqavilələri Təqsirləndirilən şəxs1la mənim tərtib etdiyimi iddia edir. Bu ağ yalandlır. Mən Azərbaycan dilini birmirəm, əksinə Zərərçəkmiş şəxs2 əmlakı və vəsaitini mənimsəmək üçün məndən hər şeyi gizlədirdilər, heç bir şeyə yaxın qoymurdular ki əməllərini üstü açılmasın. Məhkəmədən xahiş edirəm ki, onların güya ki mənim Zərərçəkmiş şəxs2, "xxxx" işlərinə dəxli olmağım, podratçılara, sakinlərə, hər hansı sənədlərə aidiyyatım kimi iddialarını müdafiə kimi hesab etsin.Yalnız 2020-ci ilin mart ayından etibarən Zərərçəkmiş şəxs2in direktorunu əvəz etməsi barədə israrlı tələbimdən sonra mən şirkət daxilində və tikinti obyektində ətraflı araşdırma aparmağa başladım. Bir daha qeyd edirəm, araşdırma, çünki hər şey məndən əvvəl artıq olunmuşdu, mən tək nəyin baş verdiyini öyrənmək üçün tanış olurdum və X194 Ələkbərovun firildaqçı əməllərini sübut edən dəlil və sənədləri qorumaq üçün çalışırdım. Daxili məhkəmə prosesinin başlaması ilə əlaqədar mənə şirkət daxilində real vəziyyət açıldı, dələduzluq, ikili müqavilə, vergidən yayınma, vəsaitin mənimsənilməsi, habelə vəzifəli şəxslərin korrupsiya faktları və daha çox şey ortaya çıxdı. 10. Təqsirləndirilən şəxs1 Xətai prokurorluğunun vəzifəli şəxslərinə, işçilərinə rüşvət verib. Mənzillərin mənimsənilməsinin başqa bir epizodu barədə məlumat verirəm. Mənzillər qanunsuz olaraq Xətai Rayon Prokurorluğunun vəzifəli şəxslərinə rüşvət şəklində təhvil verilib. Bu sübutları 2 fərqli mənbədən almışam. Bu barədə ilk dəfə 2020-ci ilin əvvəlində Mayıl İbadov məlumat verib. Vəziyyət elə idi ki, bir çox əhali tikintinin gecikməsindən narazı idi (onların 17 ildir mülk kağızları (kupçisi) yoxdur və s.). Təqsirləndirilən şəxs2 onun və Elçinin bu vəziyyətdən necə çıxacağı barədə sual verdim. Təqsirləndirilən şəxs2 cavab verdi: «Şikayət etsinlər, qorxmuram, hər şeyi ən yüksək səviyyədə həll edəcəyik». Xətai rayon prokurorluğu onu sakinlərin şikayəti ilə əlaqədar şəxsən dindirilməyə çağırırdı (dəqiq kimin olduğunu dəqiqləşməyib). O, uzun müddət prokurorluqda saxlanılıb, ertəsi gün isə bir-iki gün orada saxlanılan Təqsirləndirilən şəxs1 çağırıldı, lakin məsələ həll edildi, razılığa gəldilər. O zaman Xətai Prokurorluğunun rəhbəri Yusif İldırımzadə ilə M. İbadova onun adamlarının adına 2 (iki) mənzil rəsmiləşdirməyi tapşıraraq razılığa gəliblər. M. İbadov bu tapşırığı yerinə yetirib. Mənzilləri kimin üçün rəsmiləşdirdiyini dəqiqləşdirməyib. Təqsirləndirilən şəxs2 mənzillərin rəsmiləşdirilməsində qəsdən səhvlər etdi ki, bundan sonra bu mənzillərin yenidən addan ada keşməsində çətinliklər olsun. Həmçinin bir mənzil prokurorun köməkçisi Bəsti İnciyevaya təhvil verilib. Ev28 mənzil 61 onun qardaşı oğlu Şahid5 adına rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs2 lovğalanıb ki, Xətai Rayon Prokurorluğunun vəzifəli şəxslərinə verilən rüşvətdən sonra bütün şikayətlər kəsilib, şikayət edən şəxslər hətta ondan üzr istəyiblər. İkinci mənbə Təqsirləndirilən şəxs1 özüdür. Mən bu hadisəni şəxsən ondan soruşdum. Təqsirləndirilən şəxs1 mənə iki dəfə müsbət cavab verdi ki, bəli, əslində belə olub. Dedi ki: "Şikayətlər səbəbindən Xətai Prokurorluğuna 2 (iki) mənzil verməli oldum və əgər belə davam edərsə, üçüncüsünü də itirməli olacağam. İstəmədiyim bir şeydir,daha çox şikayət gəlsə, mənzilləri verməli olacağıq ". Mən «Niyə belə?» soruşduqda o cavab verdi: "Bu mənim işimdir. Sonra hesablaşarıq". 11. "xxxx" bəzi işçilər mənzil şəklində rüşvət alırdılar-MİDA-nın bəzi işçiləri, hüquqşünaslar öz paylarını-rüşvəti mənzil şəklində alırdılar ki, insanlar qarşısında problemli vəziyyəti düzəltsinlər və s.Şahid31 şəxsən mənə deyib ki, MİDA işçilərinə səssizliklərinə görə rüşvət kimi əlavə olaraq daha bir neçə mənzil bonusla təhvil verilib. Tikintinin tamamlanmaması və razılaşmanın yerinə yetirilməməsi, həmçinin sakinlərdən şikayətlərin gəlməsi ilə əlaqədar olaraq MİDA işçilərinə 2019-cu il və 2020-ci ilin əvvəllərində mənzillərlə rüşvət alıb (Mayıl İbadovun köməyi ilə özlərinın saxta şəxslərinin adlarına yazdırıblar). Mayıl İbadovun qarışıqlıq düşməsin deyə tərtib etdiyi cədvəllər də var. Anar - MİDA-nın hüquqşünası - ev 28, mənzil 58, X74 üzərinə rəsmiləşdirilmişdir. O,artıq-əskik məlumat verməsin deyə ümumiyyətlə ifadə verməyib, onun yerinə başqa adam danışıb. Bu necə olur, çox maraqlıdır. Ələkbər MİDA-nın hüquqşünası – ev 28, mənzil 23, Şahid21 üzərinə rəsmiləşdirilmişdir. Kamal – MİDA-nın birinci müavini – ev 28, mənzil 69, X32 adına rəsmiləşdirilmişdir. O,məhkəmədə ifadə verib ki, bütün məbləği ödəyib, lakin həmin iclasda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkzib edərək, onun heç bir şey ödəmədiyini (sübut kimi səs yazəsə vardır) bildiriblər. Hakim ondan nə qədər maaş aldığını soruşduqda, Rüstləmov Hamlet cavab verdi ki, aya 800 AZN qazanır.O zaman hakim 100000 manat məbləği necə ödəməyi bacardığını soruşanda Rüstəmov cavab verə bilmədi. 12. Təqsirləndirilən şəxs1 köhnə borclarına görə mənzillər verilmişdir: 12.1 Təqsirləndirilən şəxs1 mənzilləri köhnə borclarına görə təhvil verirdi. 2010-2012-ci illərdə, 20-ci məktəbin arxasında Fövqəladə Hallar Nazirliyinin layihəsi var idi, Ələkbərov öz tərəfdaşları ilə layihəni bitirə bilmədikdə FHN obyekti ondan geri götürdü. Böyük qalmaqal baş verdi, məhkəmə oldu, yüksək vəzifəli məmurlar, deputatlar və s. Bu məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən görülən işə görə Amay yaxınlığında yerləşən torpaq sahəsi kompensasiya kimi verilib. Təqsirləndirilən şəxs1 bu torpaq sahəsini özü üçün saxlayaraq, digər tərəfdaşlarına borclu qaldı. O zamandan bəri Təqsirləndirilən şəxs1 3-4 tərəfdaşına borcu var idi. Onlardan biri İTV-nin direktoru Şahid19, digəri isə onun qardaşı Ələsgər Ömərov və Xudiyev Nizami idi. Təqsirləndirilən şəxs1 köhnə borclarını Şahid19 tam qaytararaq «KAT Xolding» mənzillərini verib. Təqsirləndirilən şəxs2 tərtib etdiyi cədvəldə də təsdiq var. Ancaq orada yalnız 3 (üç) mənzil üçün təsdiqlər var, halbuki daha çox mənzil verilib. 28-ci evdə 5, 9 və 10 mənzillər verilmişdir. Mənzil 5 onun qızı X53 adına rəsmiləşdirilib. Prokurorluğun köməyi ilə bu mənzil Zərərçəkmiş şəxs2 ə qaytarıldı. Bu bir daha dələduzluq hərəkətini təsdiqləyir. Beləliklə, 2010-2012-ci illərdə Təqsirləndirilən şəxs1 köhnə borclarını "xxxx"in mənzilləri ilə ödəyib. Mənzilin geri qaytarılması bir daha sübut edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz istəyinə görə mənzilləri kiməsə vermək və ya yenidən adına rəsmiləşdirmək sərəncamı veriblər. Ömərov X115 qarşı istintaqın ifadəsində göstərib ki, Ələkbərovla 2005-ci ildən tanış olub, yaxın münasibətləri olub. 2018-ci ilin sentyabrında Elçinlə görüşərək onun inşa etdiyi evlərin birindən iki otaqlı mənzil almaq istədiyini bildirib. Elçinlə 5 nömrəli mənzil haqqında razılığa gəldikdən sonra ümumi sahəsi 62,6 m2 olan ev 28, 1-ci giriş, 2-ci mərtəbə, iki otaqlı mənzili 24 sentyabr 2018-ci ildə qızı Könül Səmədovanın adına salınması haqqında müqavilə tərtib edib və ona verib. Bundan əlavə, Elçin mənzil borcunun olmaması barədə maliyyə hesabatı hazırlayıb ona təqdim edib. O, eyni şəkildə umumi sahəsi 62,6kv/m olan ev 28, ikiotaqlı mənzil 9, “alıb” qohumu X21 rəsmiləşdirib. 1 giriş, 3 mərtəbə, 2 otaq, 28 nömrəli 9 nömrəli evdə qeydiyyata alınıb. Həmin evdəki 10 saylı mənzili onun qohumu Şahid40 «alıb». Beləliklə, Şahid19 bu mənzilləri qohumlarının adına «rəsmiləşdirərək» dediyim məlumatı təsdiqləyib, bu mənzilləri «satın aldığı» termini istifadə edib. Əslində isə Təqsirləndirilən şəxs1la birlikdə bu mənzilləri mənimsəyib. Təqsirləndirilən şəxs2 ifadələrindən aydın olur ki, Təqsirləndirilən şəxs1 göstərişi ilə o, Zərərçəkmiş şəxs2 MMCnin tikdiyi evlərdən 3 mənzili Təqsirləndirilən şəxs1 heç bir ödənişsiz İsmayılov Ömərova borcu olan şəxslər üçün rəsmiləşdirib. Ev 28, mənzil 5 X99 adına, Ev 28, mənzil 9 X167 Qızı adına, daxili müqavilə əsasında rəsmiləşdirilib, ev 28, mənzil 10 Şahid19 qohumu olan Şahid40 adına rəsmiləşdirilib.Ev 28 mənzil10 görə Şahid19 qohumu Şahid40 kimi tanıdığı şəxs şirkətin hesabına 30.000 manat köçürüldükdən sonra şirkətin adına notarius tərəfindən rəsmiləşdirilib. Şirkətin hesabına 30.000 manat köçürmə Təqsirləndirilən şəxs1 göstərişinə əsasən nağdlaşdırılmalı və Şahid19 qaytarılmalı idi, lakin bu məbləğ geri qaytarılmadı və şirkətə borc olaraq qaldı. Bundan sonra o, prosesdə iştirak etmədiyindən Elçin Şahid19 hansı məbləğin qaytarıldığını bilmirdi. Bu üsulla Şahid19 yalnız 3 mənzil verilib. 12.2 Təqsirləndirilən şəxs1 köhnə borclarına görə Nizami Xudiyevə də mənzilləri təhvil verib. Təqsirləndirilən şəxs1 Şahid19 (yuxarıdakı fəsilə baxın) olan borcu kimi və keçmiş AZTV rəhbəri Nizami Xudiyevlə eyni borc öhdəçiliyi var idi. Həm də digər təsisçi Povilas Pozyusun xəbəri olmadan, E.X118 Zərərçəkmiş şəxs2 MMC-dən qanunsuz olaraq 5 mənzil, yəni ev 28-dən 62, 64, 67 saylı mənzillər və ev 29-dan 16, 25 saylı mənzillər verilib. Bu mənzillər Nizami Xudiyevin qohumları olan Rasim və Elçin tərəfindən də satılıb, pul hissəsini özlərinə götürüb, şirkətin hesabına köçürülən məbləğlər isə notarial satış üçün sonradan nağdlaşdırılıb Nizami Xudiyevə qaytarılıb. Qeyd etməliyəm ki, X195 rayon məhkəməsində işləyib. O, eyni zamanda AZTV-nin sədri idi (bu yaxınlarda vəfat edib). Təsdiqləyici ifadəni atasının əvəzinə Xətai rayon prokurorluğunda işləyən oğlu vermişdir. X58 ev 16, mənzili geri alaraq "xxxx"ə qaytarıb. Geri qaytarılmış vəsait prokurorluğun şərti ilə ev 28 də lift quraşdırılmasına xərclənib. Təəssüf edirəm ki, prokurorluq işin daha da səs-küylü olması və bəzi vəzifəli şəxslər üçün əlverişsiz həqiqət açılmasın deyə dələduzluq faktları barədə susmağa üstünlük verib. İstintaqın zamanı prokurorluq Təqsirləndirilən şəxs1 köhnə borclarına görə Şahid19 və Nizami Xudiyevə (yuxarıda qeyd olunan mənzillər) verdiyi mənzilləri həbs edib. Dövlət ittihamçısının suallarına cavab olaraq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 bildirmişdir: “Sizi həmin layihəyə investisiya qoymağa kim cəlb etdi? Təqsirləndirilən şəxs1 cəlb etdi.” “Nə dedi sizə? Mənə dedi ki, sən tikintiyə pul qoymursan, sadəcə tender üçün depozitə pul qoyursan, tikinti satılmış evlərin hesabına aparılacaq.” “Depozitə qoyulan pul hansı hesaba qoyulurdu? Mənim və Nümayəndə1 adına olan depozit hesabına qoyulurdu.” “ Qoyulmuş 1 milyon 750 min manatın sonrakı aqibəti necə oldu? niyə depozitdən çıxarıldı həmin məbləğ? Sonra məndən xahiş etməyə başladılar ki, tikintiyə nəsə göstərmək lazımdır ki, biz bunu bacarırıq, MİDA razı deyil, buna görə də gəlin bünövrəni başlayaq. Birinci dəfə keçən dəfə dediyim kimi 50 min götürdülər ki, hansısa hazırlıq işlərini görürlər, sonra təxminən 167 min pul götürdülər. Yəni 100 min dollar məbləğində pulu mən manatla ödədim. Mən bunların hamısını qeyd etdim. Onlar mənə tarixləri, məlumatları və s. göstərdilər. Onlar dedilər ki, nə qədər ki, satış həyata keçirilmir, yəni sata bilmirlər. Sənədlər falan. Sonra mənə 2 kupça verdilər. Dedilər ki, zəhmət olmasa yenə də pul verin. “Aranızdakı razılaşma necə idi? Necə oldu ki, pul qoymağa razılaşdınız? Ondan başladı ki, 3 bina tikiləcək, 27, 28 29 saylı. Bunlar əvvəlcə pilot olacaq. Daha sonra 10 və bir neçə. Ona görə də dedi ki, gəlir az olacaq 15%. Torpağa, kommunikasiyaya, və s. Ona görə də özünün dəyəri çox böyük məbləğdi. O yalan danışıb. Nə torpaq, nə kommunikasiya daxil deyil.” Məhkəmə tərkibinin sualına cavab olaraq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 bildirmişdir: “Konkret razılıq nədən ibarət olmuşdu? Ondan ibarət olmuşdu ki, bu 3 binaları tikəcəyik və şərik olacağıq. Mən depozitə maliyyə köməkliyi edirəm ki, layihə həyata keçirilsin, o isə inşa edir. Sonradan o məni MİDA ilə olan razılaşmaya daxil etmədi.” “Siz kömək edirsiniz və qarşılığında nə alırsınız? O dedi ki mənə vəsaiti qaytaracaq və üstəlik gəlir verəcək.” “Nə qədər? O dedi ki, çox olmayacaq 15%.” Məhkəmə tərkibinin suallarına cavab olaraq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 bildirmişdir: “Pulu başqa kim verirdi? Mən verirdim, mən olmayanda Nümayəndə1 verirdi.” “Sizin bu pulu nəzarətə saxlamaq imkanınız var idi? Xeyr yox idi.” “Bəs onda necə 15%-ə necə əmin oldunuz? Mən pulu nəğd əlinə verdim. O dedi ki, KAT Holdinqin hesabına qoyacaq həmin pulu.” “Sizin razılığınız 15% olmuşdur? Bəli.” “Hansı məbləğin 15%-i? Onu dəqiq danışmamışdıq. Biz razılaşmışdıq ki, gəliri 50:50-yə böləcəyik.” “Bəs siz məbləği bilmirdinizsə gəliri necə nəzarətdə saxlayacaqdınız? Mən məbləği bilirdim. Mənim pulum 3 milyon yarım idi.” “Hansı məbləğin 15% -nə aid idi? 15 faiz 1 il ərzində 3 milyon yarım pula aid idi? Bəli.” “15% sizə necə verilməli idi? Tikinti bitdikdən sonra” “Daha sonra şirkətə partnyor oldunuz? Bəli.” “Nə zaman partnyor oldunuz? 14 avqust 2017-ci ildə.” “Depozitdən pulları hansı tarixdən çıxardıb tikintiyə qoymağa başladınız? Həmin vaxtdan sonra. Amma o vaxta qədər mən artıq 250 min vermişdim.” “Həmin depozitdən 250 min dollar götürdünüz? Xeyr. Çünki dedilər ki, indi lazımdı o məbləğ isə depozitdə qalsın. Depozitə dəymədən 50 min, 100 min. 30 min, cəmi 180 min dollar vermişəm.” “Bu pulları nə üçün verirdiniz? Birinci 50 mini dedi ki, tender üçün lazımdır, 100 min təməl üçün, ammu bu yalan idi. 30 min isə dəqiqləşdirmədim hansısa materiallara və s. 50 mini iyun ayının 4-də, 100 mini iyulun sonları, və 16 avqustda 30 min 500, 28 avqustda 100 min dollar vermişəm. “2017-ci ilin avqust ayından 2018-ci ilin mart ayının sonunadək, ümumilikdə 7 ay ərzində bank hesabından 2 milyon 20 min dollar pul çıxarılıb, həmin pullar tikintiyə ayrılmışdı? Həmin vaxt tikinti davam edirdi? Xeyr mən tikintiyə nəzarət etmirdim. Çünki çox vaxt burda olmurdum, hərdən gəlirdim və gedirdim. Mən pulları Təqsirləndirilən şəxs1 verdim, amma bilmədim pul hara getdi.” “Nəyə görə verirdiniz pulu? Elçin mənə dedi ki, tikinti gedir biz geçikirik. MİDA ilə olan razılaşmaya əsasən 2018-ci ilin sonuna biz bitirməli idik. Əvvəl deyirdi ki, sənəd yoxdur. 2018-ci ilin yanvarın sonunda müvəqqəti kupçalar gəldi. Elçin dedi ki, tikinti davam edir bitirək, sonra hesablaşarıq. Ona görə də əl ilə qəbzə imza atdı ki, 2 milyon 21 min dollar məndən almışdır ki, tikintiyə sərf etsin. Bu 2018-ci ilin may ayında imzalanıb. Bundan sonra mən heç nə vermədim.” “Siz tikintiyə nəzarət edirdiniz ki, tikinti hansı mərhələdədir? Mən burda olmadığım üçün tikintiyə nəzarət etmirdim. İki dəfə getmişdim, birinci dəfə gedəndə hələ tikinti yox idi, ikinci dəfə gedəndə birinci mərtəbə qalxmışdı.” “Razılaşma necə idi? Evlərin alqı-satqısı hansı formada həyata keçirilməli idi? Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satışla məşğul olurdu, əvvəllər mənə demişdilər ki, evlər tez satılacaq, daha sonra dedilər ki, satış yoxdur.” “Satış qaydası necə olmalı idi? Pullar hara köçürülürdü? Razılaşmaya görə, evlər notariat qaydasında satılmalı idi, amma müqavilə ilə də satılırdı, pullar "xxxx"in hesabına köçürülürdü, sonra mənə aid hissə mənə gəlirdi.” “Həmin vaxt yoxlayırdınız ki, "xxxx"in hesabına nə qədər pul gəlib və neçə ev satılıb? Xeyr.” “Niyə yoxlamırdınız? Onlar deyirdilər ki, heç bir ev satılmayıb, əvvəl göstərdilər ki, guya evlər barterlə satılacaq.” “Nə zaman müəyyən etdiniz ki, evlər barterlə satılır? Direktor dəyişəndən sonra.” “O vaxta qədər gedib alqı-satqı müqavilələrinə baxmırdınız? Xeyr, mənə demişdilər ki, heç bir ev satılmayıb.” Dövlət ittihamçısının suallarına cavab olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir: “Tender üçün depozitə qoydunuz 2 milyon dollar pulu niyə çıxardıb tikinti üçün verdiniz? 2 milyon deyildi, 1 milyon 200 min dollar idi, Elçin mənə deyirdi ki, hələ tikinti yoxdur, biz evləri sata bilmirik, tikinti gecikir, depozitdən tikintiyə qoymaq üçün pul götürmək lazımdır, pulu ona görə verdim ki, tikinti getsin.” “Hansı şərtlə tikintiyə pul verməyə razılaşdınız? Tikintini maliyyələşdirmək üçün pulu "xxxx" MMC-nin hesabından çıxardıb tikintiyə qoymağa razılaşdıq, gəlir təxminən 15 faiz olmalı idi.” “Həmin mərhələyə qədər tikinti hansı vəsait hesabına aparılırdı? Depozitdə olan puldan əvvəl mən ona pul vermişdim.” “Həmin vaxt niyə Təqsirləndirilən şəxs1 demədiniz ki, əgər vəsaitiniz yoxdursa niyə tikinti işinə girirsiniz, razılaşma odur ki, mən pulu ancaq tender üçün depozitə qoyuram? Mənə dedilər ki, tenderi udmuşuq, artıq tikintiyə pul qoymaq lazımdır, mən əvvəlcə 50 min dollar, daha sonra 100 min dollar vermişdim, sonra məni tələyə saldılar, geriyə addım ata bilmədim, Elçinin sözü ilə mən də depozitdəki pulları çıxardıb tikintiyə verdim.” “Siz pulları hissə-hissə çıxardıb verdikcə tikinti davam edirdi? Bəli.” “Tikinti sizin vəsaitiniz hesabına tikilirdi? İndi görürəm ki, xeyr.” “Tikinti hansı vəsait hesabına aparılırdı? Mənzillər barter yolu ilə tikilirdi, təxminən 54-56 mənzil barter olunub, həmin pul hesbaına tikilib, bütün işlər barter hesabına aparılırdı.” “Əgər kupça yox idisə, mənzillər hansı qaydada barter edən şəxslərin adına keçirilirdi? Daxili müqavilə əsasında barter edən şəxslərin adına keçirilirdi, parketin və s. xərcləri özləri qəsdən artırırdılar, barter edən şəxslər Təqsirləndirilən şəxs1 köhnə tanışları idi, ona görə də görülən işlərin qiymətləri şişirdilirdi. Məndə barterlərin siyahıları var, onlar istədikləri qiymətləri yazıb göstərirdilər. Barter edənlər öz adına rəsmiləşdirmək istəmirdilər, qohumunun adına rəsmiləşdirirdilər. Daha sonra real alıcı tapanda barter edənlər həmin evi satırdılar.” “Həmin alqı-satqıdan Təqsirləndirilən şəxs1 qazancı var idi? Pulun bir hissəsi Elçin və Mailə verilirdi.” “Mənzil alqı-satqısı necə gedirdi? Təqsirləndirilən şəxs1 barter müqavilələri ilə bağlı sizə deyirdi? Xeyr, mənə heç nə demirdi. Mənə deyirdilər ki, sən qarışma, biz bütün hesabatları MİDA-ya veririk, sənin qarışmağın mənasızdır.” “Ümumiyyətlə, evlərin alqı-satqısı necə aparılırdı? Onlar deyirdi ki, heç bir ev satmamışıq, 192 mənzildən biri də satılmayıb. Ancaq barter olunub. Həmin evlərin özgəninkiləşdirilməsindən əldə olunan pulun bir hissəsi "xxxx" MMC-nin hesabına köçürülürdü, görülən işin pulu barter edən şəxslərə verilirdi, qalan pul razılaşdırılırdı.” “Evlərin alqı-satqısından "xxxx" MMC-nin hesabına köçürülən pulların aqibəti necə oldu? Ya müxbir hesaba köçürülürdü ya da nağdlaşdırıb hesabdan çıxarırdılar.” “Mənzilin alqısatqısından əldə olunan məbləğin müxbir hesaba köçürülməyən, əlbəəl alınan hissəsi necə olurdu? Artıq dediyim kimi satılan mənzillər üzrə əvvəlcə daxili, saxta müqavilə olurdu, amma sonra notarius vasitəsilə 30 min manata satırdılar, 30 mini hesaba yatırırdılar. Qalan pulu isə əlbəəl alırdılar.” “Təqsirləndirilən şəxs1 borclu olduğu şəxslərə evlərin verilməsi barədə nə deyə bilərsiniz? neçə mənzil verilməsi barədə məlumatınız var? Təxminən 30 mənzil borc əvəzi olaraq verilib.” “Təqsirləndirilən şəxs1 nə zaman və niyə zavodu barter etməyi təklif etdi? 2018-ci ilin aprel-may ayları olardı Təqsirləndirilən şəxs1 dedi ki, satış getmir, ona görə də belə edə bilərik ki, zavodu barter edə bilərik, mənim dostum var,adı İsadır, həbsdədir, ona ev lazımdır.” “Zavod əvəzinə barter müqavilələri kimin adına tərtib olunmuşdu? Müxtəlif adlara.” “Neçə mənzil? 49 mənzil.” “Niyə və hansı şərtlərlə zavodu barter etməyə razılaşdınız? İsa Məmmədovun problemləri var idi, Elçin ona kömək etmək üçün formal müqavilə bağlamaq istəyirdi, qeyd olunan zavodu gələcəkdə daha yüksək məbləğə satmaq olar, alıcı var, zavodu satıb sənin də pulunu qaytaracayıq, amma barter müqaviləsi alınmadı, rüsumlar çox idi.” “49 mənzil necə oldu bəs? 1 mənzil qaytarılıb, 14 mənzil İsa Məmmədovun zərərçəkmişlərinə verilib, 34 mənzili Təqsirləndirilən şəxs1 mənimsəyib.” “Həmin 34 mənzildən 1 milyon götürülüb? Demək olar ki. Orda bir neçəsi var ki, notariusla həll edə bilmədilər çünki mən dayandırdım.” “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində qeyd edib ki, zavoda bir neçə dəfə alıcı çıxsa da, Zərərçəkmiş şəxs1 satılmasına razılıq verməyib, bu barədə nə deyə bilərsiniz? Yalandır, mən istəyirdim ki, pulumu qaytarsınlar.” “Sonra necə oldu ki, sizin adınıza 2 ədəd qeyri-yaşayış sahəsi və 6 ədəd mənzil verildi? Bu 2019-cu ilin dekabr ayında baş verdi. Mən bildirdim ki, prokrorluğa gedirəm, onlar tez müqavilə hazırladılar və dedilər ki, al sənə 2 zirzəmi və 6 mənzil veririk. Bu yolla onlar 2 ay vaxt qazandılar, mən gözlədim gördüm ki, yenə heç nə yoxdur. Sonra mən öz direktorumu təyin etdim, o zaman müəyyən olundu ki, hər şey yalan və qurma imiş.” “132 mənzildən neçəsi satılıb? Notarial qaydada. Hansı ki, daxili müqavilə ilə hazırlanıb heç bir mənzil satılmayıb, Notarial qaydada 75 mənzil satılıb. Dəqiq bilmirəm. Mənə verdikləri 6 mənzilin boş olduğunu deyirdilər. Amma yalandır.” “Hər 3 bina tam hazırdır? Xeyr.” “Neçə bina hazırdır? MİDA-ya aid olan bir bina hazırdır, digər ikisi yox.” “28 və 29 saylı evlər də təmirli şəkildə verilməli idi? MİDA ilə olan razılaşmaya görə bəli, amma daxili razılaşmaya görə xeyr.” “MİDA ilə bağlanan investisiya müqaviləsinə əsasən binalar hazırdır? Xeyr.” “Bəs daxili müqaviləyə əsasən binalar hazırdır? Xeyr. 2021-ci ildə biz sorğu verdik və bizə deyildi ki, bu binalarda insanlar yaşaya bilməz, istismara qəbul olunmamışdır. Hazır olub-olmaması ilə bağlı suala ekspert cavab verməlidir. 2020-ci ildə mən ekspert çağırdım hazırki bitmiş binanı qiymətləndirsin, o qiymətləndirdi sonra digərini göstərdim dedi ki, bitməsi üçün 300 min manat lazımdır.” “11 milyonu nəyə əsasən deyirsiniz? Müqaviləyə əsasən.” “Ekspertiza qiymətləndirmə apardıqdan sonra "xxxx" MMC yarımçıq binalarda hər hansı iş görüb? -Bəli. Lift qoyuldu, elektrik, santexnik işləri görüldü.” Müdafiəçi5 suallarına cavab olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir: “Siz ifadənizdə qeyd etmisiniz ki, 2 milyon dollar depozitdə qalmaq üçün verilib və Təqsirləndirilən şəxs1 maliyyə vəziyyətinin pis olduğunu bilirdiniz, bu halda 3 bina necə tikiləcəkdi? Yarım ildən sonra satışın hesabına tikinti getməli idi.” “Bina vətəndaşlardan əvvəlcədən alınan pulun hesabına tikilməli idi? Mən bunu dəqiq bilmirəm. Elçinin fikri hər dəfə dəyişilirdi. Belə idi ki, mən depozitə pul qoyuram, bundan başqa təməl və s. üçün pul verirəm. 2017-ci ilin avqustun ortalarına qədər müqavilə yox idi.” Dövlət ittihamçısının suallarına cavab olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir: “Hansı vəsaitin hesabına bu 3 bina tikilməli idi? O deyirdi ki, sakinlərdən satışdan alınan vəsaitin hesabına tikəcəkdir. Amma bünövrəyə və s. pulu ver. Sədrlik edənin suallarına cavab olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir: “Satış hansı tarixdən başladı? 2019-cu ilin sonlarında mən soruşdum ki, hansı mənzil satılıb. O dedi ki heç bir mənzil satılmamışdır. Məndən pul alırdı ki, guya tikir, amma əslində 52 mənzilin barterinin hesabına tikilmişdir. Tikinti üçün məndən pul alınmışdı, amma əslində evləri barter üsulu ilə tikiblər” Müdafiəçi5 suallarına cavab olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir: “Depozitə qoyulan puldan gəlir əldə olunması barədə nə deyə bilərsiniz? Əgər pul depozitdə qalması üçün verilibsə, necə 50 faiz gəlir verilməsi barədə razılaşma ola bilər? Şifahi razılaşmanı təsdiq edən sənəd varmı? Mənim yazılı sənədim var. Orda Elçin əli ilə yazmışdır. Həmin sənəd 3-cü cildin 62 və 63-cü səhifələrindədir.” “50 faiz həmin sənəddə göstərilmişdir? Bəli.” Sədrlik edən cinayət işinin 3-cü cildinin 62-ci səhifəsinin tədqiq olunduğu elan edir və bildirir ki, razılaşmaya əsasən gəlirin 50 faizi ilə bağlı müddəa aşkar olunmadı. Müdafiəçi5 suallarına cavab olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir: “İfadənizdə bildirmisiniz ki, 50 min ABŞ dolları pulu 04 iyun 2017-ci il tarixdə Şahid31 vermisiniz, tender 30 iyun 2017-ci il tarixdə keçirilib, 50 min ABŞ dolları pulu kimə vermisiniz? Həmin pulu Təqsirləndirilən şəxs1 vermişəm.” “Siz ifadənizdə bildirmisiniz ki, tender 30 iyun 2017-ci il tarixdə keçirilib, niyə ifadənizdə həmin 50 min dollar pulu rüşvət kimi yox, borc kimi verdiyinizi qeyd etmisiniz? Təqsirləndirilən şəxs1 mənə demişdi ki, həmin pul tenderin xərcləridir, mən o pulun rüşvət kimi verildiyini bilmirdim.” “Təsisçilərlə şirkət arasında üçtərəfli borc müqaviləsi bağlanmışdır, niyə Təqsirləndirilən şəxs1 yox, "xxxx" MMC tərəf kimi qeyd olunub? 2018-ci il may ayındakı müqavilə artıq bağlanılmışdı. 2019-cu ilin sonunda bunun qurma olduğunu görəndə onlar vəziyyətdən çıxmaq istədilər. Buna görə də mənə nəsə verdilər ki, mən sakitləşim.” “Sizə verilmiş 6 ədəd mənzil və 2 ədəd qeyri-yaşayış sahəsinin başqa sahibləri olduğunu nə vaxt bildiniz? 2020-ci ilin fevral-mart ayında, Nümayəndə1 direktor təyin olunandan sonra.” “2020-ci ilin may ayında şikayət edərkən niyə 50 min ABŞ dollarının rüşvət kimi verilməsi ilə bağlı heç bir orqana müraciət etməmisiniz? Birincisi polisdə mən vəkillə olmuşam, polis əməkdaşı rus dilini bilmirdi, mənim sözlərimi vəkil tərcümə edir və yazırdı. Bütün cinayətkar əməlləri yaza bilməzdim. Öz ifadəmi neçə günə yazmışam.” “Apellyasiya məhkəməsindəki ifadənizdə zavodun iranlı alıcılar tərəfindən alınmasına razılıq verdiyinizi qeyd etmisiniz, niyə bu məsələ ilə bağlı ibtidai istintaqda və birinci instansiya məhkəməsində heç nə deməmisiniz? Hansı iranlılar. Deyirdilər ki, zavodu almaq istəyən iranlılar var.” “Nə üçün ibtidai istintaqda bu barədə heç nə deməmisiniz? İranlı alıcı yox idi.” “Bəs nə vaxt oldu? Heç vaxt. Mən heç kimi görməmişəm.” “İranlı alıcı barədə eşitmisiniz heç? Elçin demişdi.” Hakim Elmar Rəhimovun suallarına cavab olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir: “ Elçinin sizə bu barədə deməsi barədə istintaqda bildirmisiniz? Bəli.” Müdafiəçi5 suallarına cavab olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir: “Zavodu aldıqdan sonra niyə icarəyə verilməsinə razılıq verməmisiniz? Elə bir şey olmayıb.” “Nümayəndə1 direktor olduğu müddətdə mənzillərin alqı-satqısı necə həyata keçirilirdi? Bilmirəm.” “Təqsirləndirilən şəxs2 direktorluqdan kim və nə vaxt kənarlaşdırdı? 2020-ci ilin mart ayında.” “Nümayəndə1 direktor olduğu müddətdə mənzillərin alqı-satqısı nəticəsində əldə olunan bir qisminin nağd verilməsi, bir qisminin şirkətin hesabına keçirilməsi olub? Satışlar notarius və bank vasitəsilə olmuşdur.” “Təqsirləndirilən şəxs1 tərəfindən aldadıldığınızı nə zaman bildiniz? 19 dekabr 2019-cu il tarixdə.” “Təqsirləndirilən şəxs1 tərəfindən aldadıldığınızı necə bildiniz? MİDA rəhbərliyi ilə görüşəndən sonra. Onların verdiyi məlumat. Elçinin verdiyi məlumatı təkzib edirdi.” “Aldadıldığınızı bilərək müqaviləni niyə bağladınız? Məni inandırdılar ki, 2 aya hər şeyi yoluna qoyacaqlar.” Təqsirləndirilən şəxs1 suallarına cavab olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir: “Mən cinayət işinin 3-cü cildinin 62-ci səhifəsində olan kağıza nə vaxt qol çəkmişəm? Orda tarix var baxın, dəqiq xatirlamıram. Bəli mənzilimdə.” “Siz 2018-ci ilin may ayında dediniz ki, pulum qurtarıb? Tikintini necə edəcəyik. Mən sizə nə cavab verdim 2018-ci ildə o məndən daha çox pul tələb edirdi. Mən dedim ki, yetər artıq bu sondu. Sonra gəldik və müqaviləni imzaladıq. Barter daha sonra oldu. Mən Elçindən soruşmadım ki, nə edəcəyik, mənə pulum maraqlı idi.” “Əgər tikintinin vəziyyətinin pis olduğunu bilirdinizsə, niyə maraqlanmadınız? Bu sualları 2018-ci il ildə niyə vermədiniz? Elçin yalan danışır, belə bir şey olmayıb, mən maraqlanmışam, bu məsələlər 2019-cu ildə baş verib, Elçin isə deyir ki 2018-ci il baş verib.” “12 il bundan əvvəl siz mənim yanıma gəlib mənimlə işləmək istədiyinizi demisiniz? Xeyr, olmayıb.” “Fikrət Xəlilov mənə təklif etmişdi ki, biznesi mənimlə qur? Xeyr.” “Mən sizə demişdim ki, gəlir olmayacaq? Xeyr, əgər gəlir olmasaydı mən biznesə girməzdim.” “Mən sizə demişdim ki, depozitdəki pul tikintiyə forma 2 ilə hissə-hissə qoyulacaq? Xeyr, elə bir şey olmayıb.” “Əgər siz pulun depozitdə qalmalı olduğunu deyirsinizsə, onda siz investor olaraq mənim nəyimə lazımsınız? Mülk məsələsi olmayıb, pul depozitdə qalmalı idi, ofisdə yanğın olub, mənim pulum qalmayıb, bu da ola bilsin ki, pulu məndən almaq üçün bir sxem idi, X168 filialının rəhbəri Elçinin tanışı idi və əməliyyatların əksəriyyəti orada aparılırdı, mən hesab edirəm ki, mənim pullarımın da məhz həmin banka cəlb olunması dələduzluq sxeminin bir hissəsi idi, bankda təminat olaraq pul göstərilməli idi.” “Siz neçə dəfə tikintidə olmusunuz? Əvvəl iki dəfə gəlmişəm, özüm Xəlilovu direktor qoyandan sonra hər gün gəlirdim.” “Hansı sənəddə qeyd olunub ki, şirkət sizə ildə 15 % gəlir verəcək? Şifahi formada razılaşma olub ki, şirkət yox, Təqsirləndirilən şəxs1 mənə 15 % gəlir verəcək, yazılı heç nə olmayıb, əgər şirkət olsaydı şirkətin direktoru ilə yazılı razılıq olmalı idi, amma razılıq şifahi olub. Şifahi danışıqlar iyunun əvvəlində olub, mən avqustun 14-də müəssisənin təsisçisi olmuşam, necə ola bilərdi ki, mən təsisçi olmadığım halda müəssisə ilə aramda rəsmiyyət olsun.” “Siz bilirdiniz ki, MİDA-nın şərtlərinə görə binaların 30 faizi tikildikdən sonra satışına icazə veriləcək? Aranızda belə şifahi bir razılaşma olub? Xeyr, olmayıb, mənim ümumiyyətlə belə bir razılıqdan xəbərim olmayıb, ilk öncə mən pulu qoymuşam, pul qoyulandan sonradan mənə müqavilə təqdim olunub ki, "xxxx" ilə MİDA arasında razılaşma olub və mən o müqavilədən çox narazı qalmışam. "xxxx" ilə MİDA arasında 30 faiz məsələsi olmayıb. Sədrlik edənin dəqiqləşdirmək üçün suallarına cavab olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir: “Əgər müavilə şərtləri sizə sonradan təqdim olunmuşdursa, siz pulu nə məqsədlə qoyurdunuz? Mən Təqsirləndirilən şəxs1 məni aldatması nəticəsində pulu depozitə qoymuşdum, külli miqdarda pul qoyulduğu üçün və pulun müəyyən hissəsi çıxarıldığı üçün sonradan müqavilə mənə təqdim olunanda artıq gec idi, geriyə dönüş yox idi, mən Təqsirləndirilən şəxs1 ilə aramda olan razılıqdan çıxa bilməzdim, ona görə də mən məntiqli olaraq MİDA-nın rəhbəri ilə danışıqlara getdim, narazı qaldığım üçün MİDA-nın rəhbəri ilə görüşdüm, o da mənə dedi ki, müqavilə ideal olmasa da, problem olmayacaq, siz işləyin, lazım olsa mənə müraciət edərsiniz.” Təqsirləndirilən şəxs1 suallarına cavab olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir: “Sizi kim məcbur edib ki, siz bu danışıqlardan məyus olmusunuzsa, onsuzda tikinti gedirdi, 1-1,5 il müddətdə depozitdəki pulları çıxardasınız? Təqsirləndirilən şəxs1 məni şantaj edirdi ki, tikinti surətli getməlidir, MİDA bizi tələsdirir ki, tikinti tez bitsin, binanın açılışında Azərbaycan Respublikası Prezidenti iştirak edəcək, əgər tikinti 18 ay ərzində bitməsə layihəni bizdən alıb başqa şirkətə verəcəklər, bizim də pulumuz ancaq evlər satılıb qurtarandan sonra veriləcək, ona görə məcbur olub pulları tez verirdim.” Müdafiəçi11 suallarına cavab olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir: “Tamamlanmamış iki binanın idarəçiliyi ilə kim məşğuldur? Heç kim məşğul deyil, hal-hazırda "xxxx"in rəhbəri yoxdur, 132 mənzilin yarısında yaşayış yoxdur. MİDA da bilir ki, burda işlər düzgün deyil. Sakinlər elektrikdən pulsuz istifadə edir.” Sədrlik edənin dəqiqləşdirmək üçün suallarına cavab olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir: “Nəyi oğurlamasınlar? Çünki sakinlərin yarısı yoxdu. 132 mənzilin yarısı boşdu. Müdafiəçi5 suallarına cavab olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir: “6 mənzil və 2 qeyri-yaşayış sahəsi üçün çıxartdığınız 700 min manat pul ilə bağlı nə deyə bilərsiniz? Bu mənzillər 2020-ci ilin aprelində satılmışdır. Bu Holdinqin və zavodun vəsaitlərinə xərclənmişdir.” “Qeyd etdikləriniz saxta olduğunu bildirdiyiniz müqavilədəki mənzil və 2 qeyri-yaşayış sahəsidir? Bəli.” Müdafiəçi1 suallarına cavab olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir: “Siz layihə üçün hər dəfə pul ayıranda işlərin yerinə yetirilməsi üçün forma 2-lərə baxırdınız? Onu mənə kim verirdi ki.” “Hissə-hissə pulları çıxaranda Təqsirləndirilən şəxs1 pul verdiyinizə dair hər hansı bir qəbz almısınız? Xeyr, birdəfəlik sənəd olub.” “Mənzillərin alqı-satqısının rəsmiləşdirilməsini Təqsirləndirilən şəxs2 kim tapşırıb? Ümumi yığıncağın qərarı əsasında olub.” “Oraya siz imza etmisiniz? Bəli.” “Hər bir mənzilin satılmasına təsisçilərdən kimsə icazə verib? 2019-cu ilin dekabrın 19-dan sonra aldadıldığımı başa düşəndən sonra belə qərar qəbul edildi ki, hər bir mənzilin satışı üçün dərkənar qoyulsun və mən icazə verim.” “2019-cu ilin dekabr ayında mənzillərin pulunun yarısının notarial qaydada, yarısının isə nağd şəkildə keçirilməsi davam edirdimi? Mən satışa icazə verirdim. Satış necə olurdu bilmirdim.” “Zavodun Təqsirləndirilən şəxs1 tərəfindən əldə edilməsi ilə məlumatınız var idi? Var idisə nə vaxt məlumatınız oldu? 2018ci ilin aprel-may aylarında xəbərim olub.” “Həmin vaxt sizin Təqsirləndirilən şəxs1 ilə şərikliyiniz davam edirdi? Bəli, davam edirdi.” “Zavodun hesabına mənzillərin barter edilməsi barədə məlumatınız var idi? Var idisə nə vaxt məlumatınız oldu? İyul-avqust aylarında məlumat oldu. Barter həyata keçmədi.” “Təqsirləndirilən şəxs2 vəzifədən kənarlaşdırılarkən hər hansı bir təhvil-təslim sənədləşdirməsi aparılmışdı? Xeyr.” “Niyə bu məsələni tələb etməmisiniz? Mənə tam məlumat vermirdilər. Nə də forma 2 vermirdilər.” “Təqsirləndirilən şəxs2 qeyd etdiyiniz hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət etmisiniz? Xeyr.” Təqsirləndirilən şəxs2 suallarına cavab olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir: “Mənzillərin satış qiyməti və satış forması ilə bağlı şəxsən mənə hər hansı bir göstəriş vermişdiniz? Xeyr.” “2019-cu ilin dekabr ayına qədər şirkətin fəaliyyəti, o cümlədən tikinti işləri ilə bağlı şəxsən məndən hər hansı bir sənəd tələb etmisiniz? Bəli, əlbəttə.” “Hansı şəkildə? Necə yəni hansı formada? Ofisdə. Bundan başqa məni notariusa çağırdılar. Həmin sənədləri sən hazırlamışdın.” “2019-cu ilin dekabr ayından sonra, yəni bilavasitə şirkətin ofisində olduğunuz vaxt verdiyiniz göstərişlərin və qadağaların mənim tərəfimdən icra edilməməsi halları olmuşdur? Əlbəttə olub.” “2020-ci ilin mart ayında mən işdən çıxarılanda 4 nüsxədə tərtib edilən təhvil-təslim aktını imzalamaqdan imtina etməyinizin səbəbi nə idi? Elə bir akt olmayıb. 4 nüsxədə nəsə yox idi.” “Təhvil-təslim aktını imzalamadan məndən zorla aldığınız məxaric orderlərini, çekləri, qaimələri, forma 2-ləri və aktları hansı səbəbdən ibtidai istintaqa təqdim etməmisiniz? Yalandır, belə bir şey olmayıb.” “29 saylı binanın 35 saylı mənzilinin vətəndaşa məxsus olmadığı və guya Təqsirləndirilən şəxs1 tərəfindən mənə hədiyyə olunması barədə məlumatı haradan almısınız və bunu nə ilə təsdiq edirsiniz? Binanın sakinlərinə müraciət olundu. Onlar çağırıldı.Onlar göstərdilər ki, məsələn bir şəxs dedi ki, 35 saylı mənzil Mailə hədiyyə olunub, o da həmin mənzili 25-30 minə almışdır. Biz pulu kimə verdiyini soruşanda dedilər ki, Mailə.” “Mənzillərin dəyərinin bir hissəsinin nağd, bir hissəsinin köçürmə yolu ilə alınması barədə Təqsirləndirilən şəxs1 ilə razılıq olub? Bu barədə mənə göstəriş verilib? Təsisçilərin razılığı var idi ki, tamamilə notariusda bağlanmış müqavilə əsasında satılır. Başqa yazılı və şifahi razılaşma olmamışdır.” “2019-cu ilin dekabr ayından sonra, yəni bilavasitə şirkətin ofisində olduğunuz və rəhbərlik etdiyiniz dövrdə, hansı ki, həmin vaxt da mənzillər əvvəlki qaydada satılırdı, satış formasından və qaydasından xəbərdar olduğunu təsdiq edirsiniz mi? Xeyr, mənə dedilər ki, bu mənzillər artıq barterlə satılmışdır, sadəcə rəsmiləşdirilməmişdir.” “Sizin bankda pul vəsaitiniz olduğu halda və şirkət həmtəsisçisi olduğunuz halda borc müqaviləsinə görə verdiyiniz pulu hansı səbəbdən şirkətin birbaşa bank hesabına köçürtməmisiniz və nağdlaşdıraraq şirkətin digər təsisçisinə nağd şəkildə təqdim etmisiniz? Aldanmışam, Təqsirləndirilən şəxs1 dedi ki, nağd şəkildə ver, belə daha yaxşıdır.” “Zavodun qiyməti barədə məlumatlı olduğunuzu və onun mənzillər müqabilində barter yolu ilə əldə edilməsinə razı olduğunuzu təsdiq edirsinizmi? Mənə demişdilər ki, onlar zavod satmırlar. Zavodun qiymətini bilmirdim amma zavodun mənzillər müqabilində barter edilməsinə razılıq vermişdim.” Dövlət ittihamçısının suallarına cavab olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir: “Zavodun barter edilməsinə razılıq verəndə əvəzinə 48 mənzil veriləcəyini bilirdiniz? Bəli bilirdim. 49 mənzili ele belə yazmışdılar. O mənzillər o qədər edə bilməzdi.” Təqsirləndirilən şəxs2 suallarına cavab olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir: “İşdə podratçı qismində iştirak etmiş şəxslərə ayrılmış mənzillərin iddianıza görə guya görülmüş iş müqabilində verilmədiyini və qurulmuş sxem əsasında mənimsənildiyini nə ilə təsdiq edirsiniz? Bəli var. Soyadını xatırlamadığım Süleyman adlı vəkil dedi ki, mənzili əldə etməyə gəldikdə bilmişlər ki, həmin mənzillər fiziki şəxslərin adına rəsmiləşdirilmişdir. Pulu nağd şəkildə Mailə vermişlər. Mail isə barter edənlərə və s. Bunlar həmin sübutlardır. Bunlar yalnız şifahi ifadələr deyil, yazılı şəkildə də qeyd olunmuşdur ki, həmin mənzillər podratçılara verilmişdir. Amma bu formal olmuşdur. Çünki onlar sonradan məhkəməyə müraciət edərək pullarını tələb etmişlər.” “Bilavasitə sizin rəhbərlik etdiyiniz dövrdə kreditdə olan mənzil sahiblərinin könüllü surətdə təqdim etdikləri kredit pullarının yığılmamasının, toplanan vəsaitin layihəyə yönləndirilməməsinin və təmir işlərinin başa çatdırılmamasının səbəbi nə idi? Çünki mən bu müqavilələri qəbul etmirdim.” “Sizin rəhbərlik etdiyiniz dövrdə, o cümlədən istintaq dövründə şirkətin bank hesabı dondurulmuş və sanksiya altında olduğu halda sizin satışını həyata keçirtdiyiniz mənzil və qeyri-yaşayış sahələrinin dəyəri hansı qaydada ödənilirdi? Alqı-satqı notarial qaydada həyata keçirilib və pul notariusun depozit hesabına qoyulub, lakin pul notariusun depozit hesabından müəssisənin hesabına köçürülməyib, direktor tərəfindən nağd götürülüb.” “Tərəflər arasında imzalanmış borc müqaviləsinin legitim olmadığını iddia etdiyiniz halda elə həmin müqavilənin şərtlərinə əsasən sizə verilmiş 6 ədəd mənzil və 2 ədəd qeyri-yaşayış sahəsini və 700 mini əldə etdiyinizi təsdiq edirsinizmi? Mənlik nə var ki, burda KAT Holding qəbul edib.Yenə də deyirəm həmin müqavilə saxta idi, vaxt qazanmaq üçün edilmişdi.” Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərdi: Fikrət Xəlilov tanış etməmişdən əvvəl Zərərçəkmiş şəxs1 mənim yanıma gəlmişdi, amma mən onunla işləmədim, ondan sonra Fikrət gəlib dedi ki, bu şəxs səninlə işləmək istəyir, bir neçə dəfə görüşdük. Gördü ki, hazır layihələr var, mən heç vaxt özüm layihə təklif etməmişəm. Daha sonra sosial tikintilər ortaya çıxdı və bu layihə təklifi gəldi, mən də mənə layihə ilə bağlı informasiya veriləndən daha sonra dedim ki, bu layihədə bu şərtlər var. Həmin şərtlər ilə əlaqədar MİDA-nın da hesabının olduğu "xxxx"da 3 milyon manat pul göstərilməli idi, biz Zərərçəkmiş şəxs1 çox get-gələ düşməsin deyə onu Sabir adlı müdür ilə tanış etdik, Zərərçəkmiş şəxs1 Sabirin otağında kofe içib işləri öyrənirdi. Sonra 2 hesab açıldı və o hesablara pulu qoydular, biz MİDA-ya müraciət etdik. MİDA bizə şərt qoydu ki, o pula blok qoyulmalıdır və qarantiya kimi işlənməməlidir. Biz də razılaşdıq, amma dedik ki, qanunvericiliklə bu pul necə işlənə bilər? Dedilər ki, MİDA hər mərtəbə tikilib başa çatanda puldan sizə ayrılacaq, biz də düşündük ki, pulu hissə-hissə çıxardıb tikintiyə yönəldərik. Başqa bir şərt də o idi ki, tikintinin 30 faizi başa çatdıqdan sonra satışı həyata keçirilə bilər. Zərərçəkmiş şəxs1 deyir ki, mənzillər barter olunacaqdı və onun hesabına mənzillər tikiləcəkdi. Tutaq ki, mən tikinti işi ilə məşğulam, tikinti adam kənardan gələn adam mənzilə vəsait qoyursa, ev barterə yazılır, lakin hələ ortada mənzil yoxdur, biz orada katlavan tikmişik, onu da havayı tikməmişik, pul ilə tikmişik və heç bir barterçi olmayıb. Ondan əvvəl isə mən özüm vəsait buraxırdım, MİDA-nın smetası 10 milyon 800 mindən çox idi. Mən həmişə deyirdim ki, barterçilərə ayrılan vəsait smetadan çox ola bilməz, əksinə aşağı olmalıdır ki, biz onu ödəyə bilək. MİDA-nın şərtləri çox sərt idi, məsələn tikintidə 5 nəfərdən aşağı mühəndis dəstəsi saxlaya bilməzdik. 3 binanın birini MİDA-ya təhvil verdik. Digər iki binaya tələb az idi, ikinci binanın 48-49 mənzilini zavodun əvəzində verdik. Həmin zavodun 4 milyon 700 min manat dəyəri var idi, yiyəsi Vidadi adlı şəxsdir, o, mənə inanıb heç mənzilləri verməmiş zavodu müqavilə əsasında vermişdi. "xxxx" "xxxx" MMC-nin təsisçisi və səhmdarıdır, biz "xxxx" MMC-yə mühafizə qoymuşuq, direktor təyin etmişik və mühasib qoymuşuq, biz direktoru işdən azad edən kimi Zərərçəkmiş şəxs1 özü oraya direktor təyin edib, möhür də onlarda idi, necə ola bilər ki, bu rəsmi olmasın? Biz hətta zavodu 2 milyona satmağa razılaşdıq ki, bu söhbətdən qurtaraq, amma Zərərçəkmiş şəxs1 nümayəndələri razılaşmadı, sənəd problemi var. İbtidai istintaq vaxtı da prokurorluq qadağa qoydu ki, zavodda heç bir iş görməyək. MİDA-nın forma 2-yə möhür vurması üçün həftələrlə vaxt gedirdi, biz də gördük ki, uzun çəkir, depozitdəki pula blok qoyulmamışdı, tikintinin davam etməsi üçün depozitdəki pulu hissə-hissə çıxartmağa başladıq, Zərərçəkmiş şəxs1 pulu tikintiyə qoymuşdu, bilirdi ki, pul tikintiyə sərf olunacaq, 2018-ci ilin may ayında Zərərçəkmiş şəxs1 gəlib mənə dedi ki, mənim vəsaitim qurtardı, indi nə edəcəyik? Mən də dedim ki, heç nə olmaz, qalanını özüm tikəcəm. Mən əvvəlcədən Zərərçəkmiş şəxs1 demişdim ki, bu işdən qazanc olmayacaq, bizə növbəti tenderlərdə işin olması barədə vəd olunmuşdu. MİDA bizə demişdi ki, evlərin kvadratını 1200 manatdan satacaqlar, biz isə 1400 manatdan satmağı planlaşdırırdıq. Daha sonra MİDA sosial ev olduğu üçün mənzilin kvadratını 840 manata saldı, biz də gördük ki, evləri fikirləşdiyimiz qiymətə sata bilməyib ziyana düşəcəyik, bizə zirzəmi vermişdilər, mən də getdim həmin zirzəmini mağaza elədim, oradan pul götürdük, ziyanı biraz azaltdıq. Mən heç bir cinayət törətməmişəm. Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir: “Siz Zərərçəkmiş şəxs3 haradan tanıyırsınız? Rəhmətlik atasını tanıyırdım.” “Onunla ev alqısatqısı ilə bağlı danışığınız olub? Xeyr.” “Zərərçəkmiş şəxs3 ilə Nigar Rəfibəyli küçəsindəki bina tikintisi barəsində alqı-satqı müqaviləsi bağlanıb? "xxxx" MMC müqavilə bağlayıb, onun da təsisçisi mən deyiləm.” “Siz ümumiyyətlə Zərərçəkmiş şəxs3 ilə ev alqı-satqısı ilə bağlı razılaşmamısınız? Mən bu barədə onun əri Mehman ilə danışmışam, razılıq olmuşdu, müqavilə var idi, amma mən onlardan pul almamışam.” “Hansı mənzilin alqısatqısı ilə bağlı müqavilə bağlanıb? Nigar Rəfibəyli küçəsindəki 3 saylı bina ilə bağlı.” “Həmin 3 saylı bina indi mövcuddur? Xeyr, mövcud deyil, heç onlar da pul verməyib.” “Müqavilənin şərtlərinə görə onlar nə ödəməli idilər? Pul ödəməli idilər.” “Onların Binəqədi rayonundakı evinin taleyi ilə bağlı aranızda razılaşma olub? Rəsmi xeyr.” “Qeyri-rəsmi olub? Bəli, o da ki, adam var idi, zəng etmişik, o da gedib onunla razılaşıb.” “Qeyri-rəsmi razılaşma necə olub? Suala cavab verməkdən imtina edirəm, bu işə aidiyyəti yoxdur.” “Siz Zərərçəkmiş şəxs3 oğlu Anar ilə sizin ofisinizdə görüşmüsünüz? Mən Anarı uşaqlığından tanıyıram, əlbəttə ki, görüşmüşəm.” “Həmin şəxs ofisdə sizə həmin alqı-satqə ilə bağlı 20 min manat pul verib? Anarın ifadəsində yazılıb nə qədər pul verməsi, Anar ifadəsində deyib ki, yadımda deyil, vermişəm, ya yox.” “MİDA ilə olan razılaşmaya əsasən, evlər hansı mərhələdən sonra satılacaqdı? Şifahi razılaşmaya əsasən, binanın 30 faizi tikiləndən sonra.” “Binanın 30 faizi tikilənə kimi hər hansı bir mənzil satılıb? Bilmirəm.” “Mənzillərin satılma qaydasını kim müəyyən edirdi? Mən və Zərərçəkmiş şəxs1 birlikdə müəyyən etmişik.” “Razılaşmışdınız ki, evlərin pulunun bir qismi nağd, bir qismi isə köçürmə ilə olsun? Zərərçəkmiş şəxs1 bu barədə məlumatı var idi, aramızda şifahi razılaşma olmuşdu.” “Bu göstərişi kim Təqsirləndirilən şəxs2 verdi ki, evlər bu qaydada satılsın? Biz direktora bu barədə göstəriş verə bilmərik.” “Bəs niyə evlər həmin qaydada satıldı? Direktor bu barədə izahatında bildirib. Biz göstəriş verməmişik, bizim razılığımız olub.” “Evlərin alqı-satqısı notaril qaydada, yoxsa başqa qaydada aparılırdı? Proseduru Təqsirləndirilən şəxs2 bilir, biz hər ikimiz notarial qaydada yazıb vermişik ki, Təqsirləndirilən şəxs2 evləri satmaq hüququ var.” “Mənzillərin alqı-satqısındakı nağd pulları kim götürürdü? Bilmirəm, heç maraqlanmamışam.” “Bəs pulu tikintiyə kim xərcləyib? Təqsirləndirilən şəxs2.” “Təqsirləndirilən şəxs2 sizə sənədləri göstərirdi ki, pullar hara gedib? Bəli.” “Podratçılara ödənişi nağd edirdiniz? Dəqiq bilmirəm, o işi Təqsirləndirilən şəxs2 aparırdı, mən tikintinin necə getdiyinə baxırdım.” “Sizə satmağa neçə mənzil vermişdilər? 132 mənzil.” “Neçəsi satılıb? Dəqiq bilmirəm.” “Hansı mərhələdə Beton Zavodu ilə mənzilləri dəyişdirməyə qərar verdiniz? 2016-cı il idi deyəsən. Bina tikilməmiş zavodun sənədləri hazırlanmışdı ki, barter olunsun.” “Sizi bunu etməyə nə vadar etdi? Evlər satılmırdı, ona görə.” “Beton Zavodu ilə dəyişdikdə tikintini davam etdirmək üçün pulu haradan əldə edəcəkdiniz? Zavodu icarəyə verə ya da sata bilərdik.” “Zavod satılana kimi tikinti yarımçıq qalacaqdı? Mən tikintiyə öz pulumu xərcləmişəm, 2018-ci ildə onsuzda pul qurtarmışdı.” Sədrlik edənin suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir: “Həmin vaxt Zərərçəkmiş şəxs1 pulundan xərclənmişdi? Xeyr. Amma satış getmirdi.” “Zərərçəkmiş şəxs1 vəsaiti bir binaya yoxsa ümumi binalara xərclənib? Ümumiyyətlə xərclənib, pul çatmırdı, mən də hissə-hissə götürürdüm.” Nümayəndə Müdafiəçi9 suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir: "xxxx" MMC-nin təsisçiləri arasında sizin ailə üzvləriniz var mı? Mən satanda yox idi.” “Siz şəxsən MİDA-nın vəzifəli şəxsləri ilə tender öncəsi danışıqlar aparmısınız? Zərərçəkmiş şəxs1 ilə birlikdə gedib danışmışıq, lakin tenderdən əvvəl, ya sonra olması yadımda deyil.” “Siz ifadənizdə bildirdiniz ki, MİDA-nın 3 bina üçün 10 milyon 700 min manat smetası var idi, siz Zərərçəkmiş şəxs1 ilə danışıqlar apararkən smetanın bu məbləğdə olmasını bildirdiniz? Bəli.” “10 milyon 700 min manat smeta barədə biləndə Zərərçəkmiş şəxs1 ilə birgə fəaliyyət barədə danışıq aparmışdınız ki, o da investisiya qoysun? Bəli.” “Birgə fəaliyyət barədə müqavilə bağlayıb Zərərçəkmiş şəxs1 təsisçi kimi qəbul edəndə Zərərçəkmiş şəxs1 3 milyon vəsaiti nə üçün verdiyini bildirmisiniz? Bəli, tenderin şərtinə görə olduğunu bildirdim.” “Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, 3 milyon manat depozitdə qalmalı idi, bu barədə nə deyə bilərsiniz? Yalandır, ümumiyyətlə Zərərçəkmiş şəxs1 yalan ifadələr verib.” “Siz 3 milyon manatı tikintinin aparılması üçün vəsait kimi görürdünüz? Tikintidə istifadə edilməsi üçün bəli, 3 milyon manat ilə bütün tikinti aparıla bilməzdi.” “Smeta 10 milyon 700 min manat olduğu və Zərərçəkmiş şəxs1 3 milyon verdiyi halda siz qalan 7 milyon 700 min manatı vəsait kimi qoydunuzmu? Mən 35 ildir tikinti işi ilə məşğulam, o vəsaiti qoymamış tikilməsi mümkün deyil.” “Siz Zərərçəkmiş şəxs1 dediniz mi ki, mən 7 milyon 700 min manat vəsaitim var və filan bankdadır? 2018-ci ilin may ayında Zərərçəkmiş şəxs1 mənə dedi ki, mənim vəsaitim bitdi, tikinti necə davam edəcək, mən də dedim ki, sən çəkil kənara, qalanını mən tikəcəm.” “Siz 7 milyon 700 min manat vəsaitin haradan qoyulacağını Zərərçəkmiş şəxs1 dedinizmi? Zərərçəkmiş şəxs1 dedim ki, həmin pulu mən qoyacağam, satışdan ola bilər, başqa cür də.” “Siz pulun real mənbəyini Zərərçəkmiş şəxs1 göstərdinizmi? O bilsəydi ki, mənim pulum yoxdur, mən tikintini apara bilməyəcəm, onda niyə gəlib mənlə işləmək istəsin. O heç məndən soruşmayıb.” Nümayəndə Müdafiəçi9 suallarına cavab olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir: “Təqsirləndirilən şəxs1 sizə 7 milyon 700 min manat vəsaitin haradan qoyulacağını deyib? Yəni sizə hansı zəmanət verildi? O mənə heç bir zəmanət, heç bir vəsait göstərmədi. O həmişə deyirdi ki, onda heç bir vəsait yoxdur. Buna görə də hər dəfə məndən alırdı.” Nümayəndə Müdafiəçi9 suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir: “Tikintini nağd əməliyyatlarla aparmaqda məqsədiniz nə idi? Mən təsisçi olmuşam, mühasibatlıqla bağlı məsələlərə direktor baxırdı.” “Qanunvericiliyin tələbinə əsasən, hər mühasibat ili başa çatdıqdan sonra Ümumi Yığıncağa gəlirlər və xərclər barədə hesabat daxil olmalıdır, həmin hesabat Ümumi Yığıncaq və ya təsisçinin özü tərəfindən təsdiqlənməlidir, bu barədə sizə direktor tərəfindən sənədlər təqdim olunub? Təsisçilər tələb edərsə təqdim olunur, dəqiq yadımda deyil ki, təqdim olunub, ya yox.” “Siz ifadənizdə göstərdiniz ki, hansısa infrastrukturlar çəkmisiniz, bu barədə nə deyə bilərsiniz? Qazıntı işləri görmüşük, infrastruktur işlərinin görülməsi üçün biz MİDA ilə danışdıq, həmin işlərə görə işi görənlərə vəsait ödədik.” “Siz investisiya sahəsində birgə sahibkarlıq haqqında MİDA ilə "xxxx" arasında bağlanmış müqaviləni oxumusunuz? Mən yox, vəkillərim oxuyub.” “Siz ifadənizdə dediniz ki, MİDA sizdən 5-6 nəfər idarəedici personal saxlamanızı tələb edirdi, MİDA bunu hansı qaydada tələb edirdi? Yazılı qaydada.” “Tikinti proyektinə başlamazdan öncə bilirdiniz ki, bir bina MİDA-ya təhvil veriləcək, qalan iki binanı siz satacaqsınız, siz tikintiyə başlamazdan əvvəl MİDA ilə danışdınızmı ki, MİDA binadakı evləri hansı qiymətə satacaq və bu barədə razılaşmanız necə oldu? İnformasiya şəklində, bizə bu barədə informasiya verilmişdi.” “Siz ifadənizdə bildirdiniz ki, ilk öncə evlərin kvadratı MİDA tərəfindən 1200 manat, sonra 950 manat müəyyən edildi, daha sonra 840 manata düşdü, lakin alqı-satqı müqavilələrində daha yüksək rəqəmlər görünür, bu barədə nə deyə bilərsiniz? O rəqəmlər Zərərçəkmiş şəxs1 ilə danışılmışdı.” “Ən son rəqəmlər belə 1200 manatdan aşağı deyil, bununla bağlı nə deyə bilərsiniz? Çünkü protokol ilə 1265 manat danışılmışdı və biz protokoldan kənara çıxa bilmirdik, ondan aşağı qiymətə razılıq verilmirdi.” Nümayəndə Müdafiəçi9 suallarına cavab olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir: “Aranızda evlərin kvadratının 1265 manatdan aşağı olmaması barədə razılıq olub? Xeyr, belə bir razılıq olmayıb. Xeyr nə şifahi, nə də yazılı belə bir qərar və ya razılıq olmamışdır.” Nümayəndə Müdafiəçi9 suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir: “Barter müqavilələrində barter olunan evlərin kvadratının 1490 manat olması göstərilib, bu qiymət fərqini necə izah edə bilərsiniz? Həmin qiyməti kim müəyyənləşdirmişdi? O vaxt bizə məlumat verilmişdi ki, 1265 manata MİDA satacaq, 1490 manata da biz, ona görə də elə göstərilib.” Nümayəndə Müdafiəçi9 suallarına cavab olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir: “Barter müqavilələrində barter olunan evlərin kvadratının 1490 manat olması göstərilib, siz bu barədə bilirdiniz? Həmin qiyməti kim müəyyənləşdirmişdi? Birincisi elə bir müqavilə yoxdur ki, bunlar barterlə, digərləri belə satılacaq. Bunu onlar daxili mühasibtlıqda qeyd etmişlər ki, barterlə və ya belə satılacaq. Mən bu məlumatı bilmirdim. Bunu mənə 2019-cu ilin sonlarında Elçin Əlkbərov emailə göndərdi mən dəfələrlə tələb etdikdən sonra. Müqavilələrlə bağlı qeyd etmək istəyirəm ki, deyirlər ki 1265 manatdan aşağı müəyyən edilməmişdi, amma bu yalandır. Kifayət qədər müqavilə var ki, orda kvadrat metrə görə 500, 700, 800, 1000 manat yazıblar. Guya zavoda görə mənzilləri baha qiymətə satdıqlarını göstərmək üçün 1500 manata satdıqlarını yazmışlar. Baxmayaraq ki, həmin dövr üçün normal bazar qiyməti kvadrat metrə görə 850 manat idi. Nümayəndə Müdafiəçi9 suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir: “27 saylı binada görülən bütün işlər forma 2 əsasında təhvil verilmişdi? Bəli.” “Həmin işlərin həcmi nə qədər idi? 3 milyon manatdan artıq idi.” “Forma 2-yə görülmüş tikinti işlərindən başqa əmək haqları, sosial ödənişlər və digər xərclər də daxil idi? Xeyr, ancaq tikinti xərcləri aid idi.” “Tikinti norma və qaydalarına əsasən, eləcə də smeta sənədlərində tikintiyə aid olan xərclərdən başqa, əmək sərfiyyatı və ona sərf olunan vəsaitin miqdarı da göstərilir, siz bu barədə məlumatlı idiniz? Mən mühasib deyiləm, məlumatım yoxdur. Hökümət təşkilatı ilə kommersiya təşkilatının tikintisində fərq var. belə ki, hökümət təşkilatının sərf etdiyi xərclərlə qiymətlə kommersiya təşkilatının sərf etdiyi xərclər eyni deyil, MİDA-ya bizim o binanı neçəyə başa gətirməyimiz maraqlı deyildi.” Sədrlik edənin suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir: “Siz xeyir əldə etməyəcəyinizi əvvəlcədən görürdünüz? Bəli, əvvəlcədən demişdim ki, bu işdə gəlir olmayacaq.” “Bəs onda niyə Zərərçəkmiş şəxs1 bu işə vəsait qoyub? Biz gələcəkdə planlaşdırırdıq ki, bizə ayrı tenderlər veriləcək, biz bu barədə Zərərçəkmiş şəxs1 ilə danışmışdıq.” Nümayəndə Müdafiəçi9 suallarına cavab olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir: “Elçin müəllim sizə demişdi ki, bu layihə yalnız bazara, sosial layihərə daxil olmaq üçündür ki, sonradan qazanc əldə edilsin, hal-hazırda heç bir gəlir olmayacaq? Xeyr. Bu ağlabatan deyil, mən nəyə görə vəsaitlərimlə risk etməliyəm ki, nə vaxtsa gəlir əldə edəcəm. Bu tamamilə yalandır.” Müdafiəçi1 suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir: “Şərikli işlədiyiniz dövrdə forma 2 tərtib olunurdu? Bəli.” “Forma 2 sənədləri harada saxlanırdı? Ofisdə saxlanırdı.” “Təqsirləndirilən şəxs2 işdən çıxarılanda təhvil-təslim olub? Xeyr.” “O forma 2 sənədləri necə oldu bəs? Zərərçəkmiş şəxs1 yığıb apardı.” “Sənədlərin yığılıb aparılması rəsmiləşdirilib? Xeyr.” Müdafiəçi1 suallarına cavab olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir: “Tikinti vaxtı Forma 2 rəsmiləşdirilirdi? Təqsirləndirilən şəxs1 deyirdi ki, rəsmiləşdirir. Amma mənə dedi ki, MİDA-ya verib mənə göstərə bilmir. Nümayəndə1 gələnə kimi o heç nə göstərmədi. Mənim vəkilim və direktor MİDA-ye getdilər Forma 2-ni istədilər. Orda dedilər ki, heç bir Fomra 2 yoxdur.” Müdafiəçi10 suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir: “Sement zavodu alınandan və siz həbs olunandan sonra həmin zavod kimin istifadəsindədir və kim direktor təyin olunub? Sement zavoda direktoru birinci dəfə "xxxx" Təqsirləndirilən şəxs2 təyin etmişdi, Təqsirləndirilən şəxs2 çıxarılandan sonra yeni direktor təyin edildi və həmin direktoru Zərərçəkmiş şəxs1 və Nümayəndə1 təsdiq etdi, mən təzə direktoru tanımıram.” “Siz həbs olunandan sonra yeni direktor hansı qərarla təyin edilib? Bilmirəm, mən həbs olunduğum üçün orada iştirak etməmişəm.” “Siz həbs olunandan sonra ildə bir dəfə keçirilən Ümumi Yığıncaqla bağlı sizə hər hansı bir bildiriş gəlib? Xeyr.” “Hazırda sement zavodunun rəhbərinin kim olduğunu bilirsiniz? Xeyr.” “Hazırda sement zavodunun kimin sərəncamında olduğunu bilirsiniz? "xxxx"in sərəncamındadır, direktoru da onlar təyin edir.” Müdafiəçi10 suallarına cavab olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir: “Sement zavodu ilə bağlı, Elçin müəllim həbs edildikdən sonra onunla iclasınız oldumu? Elçin müəllim həbs olunubsa, necə iclas ola bilər?” “Ola bilər siz ona bildirş göndərərdiniz nümayəndəsi iştirak edərdi. Onun nümayəndəsi yox idi.” “İclas olub, ya yox. Xeyr. Bir etibarnamə göstərin ki, o kiməsə vermişdi.” “Hazirda sement zavodunu kimin idarə etdiyini bilirsiniz? 2018-ci ildə sement zavodu ləğv edilmişdir. Digər soruşmaq istədiyiniz sualla bağlı bildirim ki. 2020-ci ilin əvvəllərində biz Cavid Sultanovu direktor təyin etdik.” “Sizin orada təxminən yarım milyon oğurluq olması barədə məlumatınız var? Yarım milyonu oğurluq olmasını kim hesabladı? Mən onu bilirəm ki, Təqsirləndirilən şəxs1 2020-ci ildə heç bir mühafizəçiyə pul vermədi. Guya mühafizə də hansısa oğurluq etdi. Sonra biz araşdırma apardıq Təqsirləndirilən şəxs1 adamları bildirdi ki, Təqsirləndirilən şəxs1 göstərişinə əsasən 2 qazelə avadanlıqlar yüklənmiş və hansısa anbara aparılmışdır.” “Bu nə vaxt olmuşdur? 2020-ci ilin sonlarında və ya 2021-ci ilin əvvəllərində.” “Siz polisə və ya başqa harasa şikayət etmisiniz? Əlbəttə şikayət olmuşdur. Hətta bununla bağlı 1 şəxs həbs edilmişdi. Guya həmin oğurluqda iştirak etmişdir. O 1-2 ay həbsdə qaldı. Sonra onu hansı səbəbdənsə azad etdilər.” “Sizin bununla bağlı yazılı sənədiniz varmı? Əlbəttə var. Həmin işi qaldırmaq olar. Orada hansı tədqiqat aparıldı, kimi həbs edildiyi və s. var. Orda mühafizəçi oğurluq etmişdisə, xırda bir şeylər idi. Əsas avadanlıqlar və s. çıxarılmışdı. Çünki hər şeyi götürüb, bağlayıb, çıxmaq istəyirdilər. Amma dövlət qarşısında borcları olduğu üçün hamısını götürə bilmədilər.” Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsini yazılı şəkildə təqdim edərək göstərdi: Mən 2006-cı ildən KAT şirkətində çalışmışam, əvvəlcə memar, mühəndis daha sonra isə direktor vəzifələrində işləmişəm. İşlədiyim dövr ərzində hər hansı bir cinayət əməlində iştirakım olmayıb, eləcə də hər hansı qanunsuz fəaliyyətin şahidi olmamışam. 2017-ci ilin iyun ayında Zərərçəkmiş şəxs2 MMC şirkətinin (Cəmiyyət) o zamankı yeganə təsisçisi olan Təqsirləndirilən şəxs1 mənə Mənzil X133 (MTDA) tərəfindən sosial yönümlü yaşayış binalarının tikintisi üzrə tender keçiriləcəyi barədə məlumat verib və tenderdə iştirak etmək üçün müvafiq sənədlərin toplanaraq MİDA-ya təqdim edilməsi tapşırılıb. Aparılan tenderin nəticəsində Zərərçəkmiş şəxs2 MMC ilk investor şirkət olaraq qalib elan olunub, bu barədə KİV-də o cümlədən MİDA-nın rəsmi internet səhifəsində məlumat da yerləşdirilib. xx.xx.2017-ci ildə "xxxx" MMC və Zərərçəkmiş şəxs2 MMC arasında “İnvestisiya sahəsində birgə sahibkarlıq fəaliyyəti haqqında 01 saylı Müqavilə” imzalanmışdır. Müqavilə şərtlərinə əsasən 2-si 12 mərtəbə və 1-i 9 mərtəbə olmaqla, 27, 28 və 29 saylı 3 ədəd yaşayış binası inşa olunmalı idi. 1 ədəd 12 mərtəbəli, 27 saylı bina tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə MİDA-nın sərəncamına təmənnasız olaraq təqdim edilməli, digər 28 və 29 saylı 2 ədəd yaşayış binasının isə yalnız tikintisi tam şəkildə yekunlaşmalı idi. MİDA-ya verilən binadakı mənzillərin satışı MİDA tərəfindən, “Güzəştli mənzil” elektron sistemi vasitəsilə aparılmalı, digər 2 binada olan mənzillərin satışını isə Zərərçəkmiş şəxs2 MMC özünün təyin etdiyi bazar qiymətlərinə uyğun olaraq həyata keçirməli idi. Layihənin sosial yönümlü olduğu nəzərə alınaraq, Zərərçəkmiş şəxs2 MMC-nin rəhbərliyi tərəfindən həmin 2 binadakı mənzillərin də təmirli şəkildə satışa çıxarılması qərara alınmışdır və satış qiyməti 1265 azn olaraq müəyyən edilmişdir. Müqavilə bağlanan tarixdən, yəni xx.xx.2017-ci il tarixindən etibarən ərazidə, vəni Yasamal rayonu, X199-8 ünvanında tikinti-quraşdırma işləri başlanılmışdır. xx.xx.2017-ci il tarixdə, yəni Müqavilə imzalandıqdan 10 gün sonra, mənim əvvəllər tanımadığım və Təqsirləndirilən şəxs1 tərəfindən investor kimi təqdim edilən Litva vətəndaşı Potsius Povilas ilə Zərərçəkmiş şəxs2 MMC arasında Borc müqaviləsi imzalanmışdır. Həmin Müqaviləyə əsasən Potsius Povilas tərəfindən 3 435 266 manat pul vəsaiti sözügedən layihənin icrası məqsədilə Borc şəklində təqdim edilir, əvəzində isə Cəmiyyət tərəfindən Borc vəsaitinin qarantiyası olaraq Cəmiyyətin əmlakı olan vaşayış və qeyri-yaşayış sahələri, aksiyalar və digər qiymətli kağızlar ona girov şəkilndə təqdim edilirdi. Müqavilənin şərtlərinə əsasən, borc məbləği 3 il müddətində qaytarılmadığı təqdirdə isə, göstərilən əmlaklar Potsius Povilasın adına rəsmiləşdirilməli, bu halda verilən real aktivlərin satış qiyməti müstəqil ekspertlər tərəfindən dəyərləndirilməli, qaytarılacaq "Borc vəsaiti” yenidən hesablanmalı və yarana biləcək mübahisələr mülki qaydada həll edilməli idi. Həmçinin müqavilənin şərtlərinə əsasən Borc vəsaiti üçün heç bir faiz hesablanmır və ödənilmir. Yalnız təqdim edilən edilən aktivlərin dəyəri Borc vəsaitini ödəmədiyi halda qalıq məbləğ üçün illik 15% peniya hesablanmalı idi. xx.xx.2017-ci il tarixində Təqsirləndirilən şəxs1 qərarı ilə ona məxsus Zərərçəkmiş şəxs2 MMC-nin paylarının 50%-nin Potsius Povilas-a notarial qaydada satışı həyata keçirilmişdir. Əvvəlki və sonrakı, yəni xx.xx.2017-ci il tarixində əldə edilmiş reyestr Çıxarışları iş materiallarına əlavə olunmuşdur. Tikinti işlərinin xx.xx.2017-ci il tarixdə başlamasına və Borc Müqaviləsinin xx.xx.2017-ci il idə imzalanmasına baxmayaraq, həmin ilin sentyabr ayına qədər, yəni 2 ay ərzində tikinti işlərinin maliyyələşməsi yalnız Təqsirləndirilən şəxs1 daxil olan nağd pul vəsaiti hesabına həyata keçirilmişdir, iş materiallarına əlavə edilmiş Google Earth programı vasitəsilə əldə edilmiş sputnik şəkillərindən indiiyü kimi, Potsius Povilas tərəfindən borc vəsaiti ayrılana qədər Cəmiyyət tərəfindən 27 saylı binada 1-ci mərtəbədə beton-qəlib işləri, 28 saylı binada zirzəmi mərtəbədə beton-qəlib işləri, 29 saylı binada isə, təməl-izolyasiya işləri artıq yerinə yetirilmişdi. Potsius Povilas tərəfindən Borc vəsaiti isə, yalnız xx.xx.2017-ci il tarixdən sonra, yəni ötən 2 ay ərzində həqiqətən tikinti işlərinin aparıldığına əminlik yarandıqdan sonra təqdim edilməyə başlanmışdır. İnvestor cəlb olunması və Borc müqaviləsinin bağlanması, yəni borc alınması zərurəti, bir tərəfdən ilkin olaraq tikintisi başlanan və MİDA-ya təmənnasız təhvil veriləcək 27 saylı binada tiyyət tərəfindən heç bir satışın həyata keçiriİməyəcəyi, yəni həmin binadakı mənzillərin satışından Cəmiyyətə heç bir vəsaitin daxil olmayacağı ilə bağlı olmuşdur. Digər tərəfdən isə, "xxxx" MMC və Zərərçəkmiş şəxs2 MMC arasında imzalanmış "investisiya sahəsində birgə sahibkarlıq fəaliyyəti haqqında 01 saylı Müqavilə"-nin 6.3 maddəsinə əsasən MİDA-ya təmənnasız təhvil veriləcək 27 saylı binanın tikinti və təmirinə sərf olunacaq tam smeta dəyəri həcmindəki vəsaitin bank hesabında olmasını təsdiq edən sənədlər bank qarantiyası olaraq "xxxx" MMC-nə təqdim edilməli idi, hansı ki, məhz elə bu vəsait X149 vəsaiti olaraq layihənin icrası məqsədilə alınmışdır. 2018-ci ilin aprel ayına qədər, yəni mənzillərin satışı başlayana qədər Cəmiyyət tərəfindən aparılan tikinti işlərinin maliyyələşməsi yalnız Təsisçidən daxil olan nağd pul vəsaiti hesabına həyata keçirilmiş, alınan məbləğin bir hissəsi bank hesabına mədaxil edilərək köçürmə əməliyyatlarına əldilmiş, digər hissəsi isə, cari tələbata uyğun olaraq nağd ödəmələrə sərf olunmuşdur. Təsisçilərin xx.xx.2018-ci il tarixli ortaq qərarına əsasən mənzillərin və qeyri-yaşayış sahələrinin satılması üçün müqavilə və digər sənədlərin imzalanmasına tam səlahiyyət mənə həvalə edilmişdir, təsisçilərin həmin qərarının surəti iş materiallarına əlavə olunmuşdur. Mövcud real bazar şəraitində cari tələbat, köçürmə əməliyyatları ilə yanaşı, nağd ödəmələri də zəruri etdiyindən, əvvəlki dövrdə olduğu kimi, satışdan əldə olunan vəsaitin də bir hissəsi bank hesabına mədaxil edilmiş, digər hissəsi isə, nağd şəkildə alınaraq carı ödəmələrə sərf olunmuşdur, başqa sözlə desək, məqsəd deyil, səbəb mövcud olmuşdur. Belə ki, tikinti sahəsində olan mövcud reallıqlar, o cümlədən mal-materialın bir çox hissəsinin köçürmə ilə almağın mümkün olmadığı, eləcə müvəqqəti işə cəlb olunmuş işçi və texniki heyətə münasibətdə ödənişlər nağd şəkildə həyata keçirildiyi səbəbilə, nağd pul vəsaitinə olan tələbatın ödənilməsi üçün, vəsaitin bir hissəsi məhz nağd şəkildə əldə edilmişdir. Tikinti işlərinin icrası zamanı nəinki xırdavatın o cümlədən yanmış məftil, mismar, katinka və s. alınması, eləcə də daha iri həcmli materialların, məsələn qum, şeben, mişar daşı, hətta armaturun belə xeyli hissəsi nağd vəsait hesabına əldə edilmişdir. Materialın nağd pulla alınması, köçürmə ilə müqayisədə şirkət üçün əlavə maliyyə hesabına başa gəlsə də, bu mövcud bazar reallığı şəraitində zərurət olmuşdur. Məsələn, armatur üçün zavoda edilmiş sorğulara cavab olaraq bildirilirdi ki, zavodun həftəlik istehsal gücü nəzərə alınmaqla, şirkətə həftəyə 6-7 ton armatur satılar. Halbuki 1 binanın 1 mərtəbəsinə, sərf olunamı amratur həcmi 20-22 ton təşkil edir ki, bu da həftələrlə hissə-hissə armatur yığmaq anlamına gəlirdi. Layihənin mövcud icra qrafiki qarşısında isə, bu yolverilməz hal olduğundan, məcburiyyət qarşısında armaturun qalan hissəsi bazardan nağd pulla alınırdı. Köçürmə yolu ilə zavoddan alınan armaturun 1 tonu 900-950 azn + ƏDV (cəmi 1060-1 120 ) idisə, bazardan alınanda bu məbləğ 1150-1200 azn təşkil edirdi, yəni 1 ton armaturda 80-90 azn daha dəqiqi desək ziyan yaranırdı. Digər tələdən, köçürmə yolu ilə mal-material alınan zaman ödənilən ƏDV məbləği şirkətin sonrakı fəaliyyətində vergi ödəmələri məqsədilə istifadə oluna, yəni əvəzləşdirmə adlanan əməliyyata cəlb oluna bilərdi, hansı kı, nağd alış-verişdə bu mümkün deyildi. Bir sözlə, nağd əməliyyatları şirkətin maliyyə vəziyyətinə ikiqat zərbə olsa da, mövcud bazar reallıqları qarşısında zəruri prosesə çevrilmişdi. 2020-ci ilin yanvar ayına qədər olan qaydalara görə təsisçi Təqsirləndirilən şəxs1 və Potsius Povilas tərəfindən bütün mənzil və qeyri-yaşayış sahələrinin satış hüququnun mənə həvalə edilməsinə dair ümumi qərara əsasən mənim tərəfimdən müqavilə imzalanıb, satış həyata keçirilirdi, 2020-ci ilin yanvarından etibarən isə, Təqsirləndirilən şəxs1 və Potsius Povilasın hər ikisinin hər bir satış üçün razılığı alınırdı və müqavilə imzalanıb, satış həyata keçirilirdi. Ümumiyyətlə, vəsaitin bir hissəsinin bank hesabına mədaxil edilib, digər hissəsinin isə, nağd şəkildə alınaraq cari ödəmələrə sərf olunması bilavasitə Təsisçilərin göstərişi ilə yerinə yetirilmişdir. Mənzillərin satışından əldə olunan nağd vəsaitə, o cümlədən kredit mənzillərin ödənişlərinə onlar tərəfindən nəzarət olunmuş, həmin vəsait onlarla razılaşdırılaraq və kompüterdə tərtib olunan müvafiq məxaric qəbzləri aidiyyəti şəxslər tərəfindən imzalanaraq, aparılan tikinti və təmir işlərinə, nağd material alınmasına, işçilərin əmək haqqına və digər xərclərə tam şəkildə istifadə olunmuşdur. Sərfiyyatın sübutu olan, 3 il ərzində toplanan həmin məxaric qəbzləri Təsisçilər arasında münasibətlər gərginləşdikdən və mən işdən azad olunduqdan sonra Potsius Povilas tərəfindən tələb edilmiş və heç bir təhvil-təslim sənədi tərtib edilmədən ona təhvil verilmişdir. Povilas həmin sənədləri istintaqa bilərəkdən təqdim etməsə də, tərəfimdən həmin məxaric qəbzlərinin bəzi nüsxələri qorunub saxlanılmışdır və əyani faktlar olaraq istintaqa və məhkəməyə təqdim edilmişdir. Əldə olunan vəsaitin bir hissəsinin nağd alınması Təsisçilərin şifahi təlimatı ilə yanaşı həm də alıcıların razılığı ilə həyata keçirilmişdir. Belə ki, mənzillərin notarial qaydada alqı-satqısı aparılarkən, bütün alıcılarla razılaşdırılmış şəkildə, mənzilin müəyyən edilmiş ümumi satış qiymətinin bir hissəsi alıcı tərəfindən bank hesabına mədaxil edilmiş, digər hissəsi isə, alıcıdan nağd şəkildə alınmış və onlara müvafiq maliyyə arayışları təqdim edilmişdir. Vəsaitin tam olaraq bank hesabına mədaxil edilməməsinin digər səbəbi isə, Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanununa əsasən vergi orqanı tərəfindən ƏDV ödəyicilərinə münasibətdə bank hesabından nağdlaşmaya aylıq 30000 azn limitlə bağlı tətbiq edilən məhdudiyyət olmuşdur. Həmçinin qeyd etmək lazımdır ki, satışdan əldə olunan vəsaitin bir hissəsinin nağd alınmasına baxmayaraq, mənzil satışı zamanı vergidən yayınma halı olmamışdır. Belə ki, notarial alqı-satqı müqavilələrində də göstərildiyi kimi, mənzil satışından tutulan vergi, bank hesabına mədaxil edilən məbləğin həcmindən asılı deyildi və mənzilin sahəsinə tətbiq edilirdi, yəni mənzilin hər kvm-nə əsasən hesablanırdı və alqısatqı aparılarkən avtomatik olaraq ödənilmişdir. Mən işdən ayrıldığım tarixə qədər Cəmiyyətin heç bir vergi borcu olmamışdır. İşlədiyim dövr ərzində bütün nağd hesablaşmaların həm yazılı, həm də elektron qeydiyyatı aparılmış, təyinatı üzrə görülən müvafiq işlər səlahiyyətli şəxslərin iştirakı ilə aktlaşdırılmış, qaimələr, çeklər, həmçinin ödənilən nağd vəsaiti alan şəxslər tərəfindən imzalanan müvafiq orderlər toplanaraq Potsius Povilasa təhvil verilmişdir. Nağd vəsait ödənişinin qeydiyyatının elektron formada tərtib edilmiş hesabatı ibtidai istintaq zamanı elektron poçt vasitəsilə təqdim edilmişdir. Lakin, ibtidai istintaq zamanı nağd pul vəsaitinin tam şəkildə, təyinatı üzrə xərcləndiyinin əyani və danılmaz sübutu olan sözügedən minlərlə sayda aktlar, qaimələr, çeklər və orderlər yuxarıda qeyd etdiyim kimi, Potsius Povilas tərəfindən bilərəkdən iş materiallarına əlavə edilməmişdir. Eləcə də, vəsaiti alan şəxslərin, iş icraçılarının, ofis işçilərinin, şahidlərin və digər aidiyyəti şəxslərin ibtidai istintaq zamanı bu xüsusda ifadələri alınmamış və ilkin araşdırma zamanı yalnız Potsius Povilasın həqiqəti əks etdirməyən ifadələri əsas götürülmüşdür. Mənzil bazarında mövcud olan durğunluq səbəbilə, satış proqnozları özünü doğrultmamış, mənzillərin satış qiyməti 1265 azn müəyyən edilməsinə baxmayaraq, alıcı, tələbat yoxluğu səbəbilə əksər mənzillər daha ucuz qiymətə satılmışdır. Məhz bu səbəbdən, tələbata uyğun olaraq, bir neçə mənzil kredit şəkilndə alıcılara təqdim edilmiş, mənzilin dəyərinin hissə-hissə ödənişi və borcun bağlanmasından sonra notarial alqı-satqı aparılması şərtilə onlarla daxili müqavilələr imzalanmışdır. Belə ki, Cəmiyyətin mənzil satışını həyata keçirdiyi 28 və 29 saylı yaşayış binalarında kredit mənzillərin satışı, həmçinin öhdəlikərini tam olaraq yerinə yetirməyən podratçılara ayrılan mənzillərin satışı daxili müqavilə ilə həyata keçirilmişdir. Cəmiyyət qarşısında bu və ya digər şəkildə öhdəliyi olmayan və notarial alqı-satqı əməliyyatının tələblərini icra edən vətəndaşlarla isə, "Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış” əsasında notarial qaydada alqı-satqı aparılmışdır. Barter əsaslı mənzillərin satışı zamanı mənzillərin real satış qiyməti bilavasitə podratçılarla alıcılar arasında razılaşdırılmışdır. Notarial qaydada alqı-satqısı aparılan mənzillər üçün ödənilən məbləğin bir hissəsi podratçılar tərəfindən nağd olaraq əldə edilmiş, digər hissəsi isə, Cəmiyyətin bank hesabına köçürülmüşdür. Köçürülən vəsaitin bir hissəsi podratçılarla MMC arasında mövcud olan Xidmət Müqaviləsinə əsasən onların bank hesabına köçürülmüş, qalan hissəsi isə, nağd qaydada podratçılara ödənilmişdir. Daxili müqavilə üzrə, o cümlədən kredit şəklində satılan mənzillər üçün ödənilən ilkin və aylıq ödənişlər bilavasitə podratçılar tərəfindən əldə edilmiş, mənim tərəfimdən isə, sadəcə rəsmiləşdirmə proseduru icra olunmuşdur. Həmçinin 3 ədəd mənzilin bank ipoteka krediti üzrə rəsmiləşdirilməsi nəzərdə tutulsa da, sonradan banklar tərəfindən həmin mənzillər üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş “Hüquqların qabaqcadan qeydiyyatı barədə Arayış” əsasında ipoteka ayrılmasından imtina edilmişdir. Vətəndaşlar tərəfindən hazırda həmin mənzillərin yalnız ilkin ödənişləri Cəmiyyətə ödənilmiş, qalan məbləğlərin bank ipoteka krediti üzrə ödənişini həyata keçirmək mümkün olmamışdır. Qeyd olunan xüsusatlar podratçıların və alıcıların ibtidai istintaq və məhkəmə baxışı zamanı müvafiq xüsusda verdikləri ifadələrində öz təsdiqini tapmışdır. Satış göstəricilərinin aşağı olması səbəbilə, Təsisçilər tərəfindən, zamanında daha uğurlu biznes əməliyyatı kimi qiymətləndirilən, 48 mənzil müqabilində zavod alınması barədə qərar verilmişdir. Belə ki, 2018-ci ilin iyun ayında Təsisçilərin ortaq razılığı ilə ünvan 36 ünvanında, 1,13158 ha torpaq sahəsində yerləşən, Daşmmaz Əmlakın Dövlət reyestrindən Çıxarış Seriya MH № 0138544, reyestr № **********43-12301, qeydiyyat №1 108051324, xx.xx.2008 və Texniki pasporta əsasən İnventar nömrəsi 1 1 '623, xx.xx.2008 ərazi və tikililərdən ibarət Əmlak kompleksi kimi müəssisənin, faktiki sement-beton zavodunun barter yolu ilə əldə edilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən, inşa olunan 29 saylı yaşayış binasından 48 ədəd mənzil həmin zavodun alınması məqsədilə ayrılmış, tərəflər arasında İ 3.06.2018-ci il tarixdə Barter müqaviləsi imzalanmış və səhmlərin alqı-satqısı həyata keçirilmişdir. Müvafiq sənədlərin surəti iş materiallarında mövcuddur. 2012-ci ildə "xxxx" LTD Şirkəti tərəfindən həmin müəssisənin əmlak dəyərləndirilməsi həyata keçirilmiş və əldə olunan Rəyə əsasən zavodun cari bazar dəyəri 5 615 070 azn olaraq müəyyən edilmişdir. Rəyin surəti iş materiallarına əlavə olunmuşdur. Zərərçəkmiş şəxs2 MMC-nin təsisçisi Təqsirləndirilən şəxs1, "xxxx" MMC-nin təsisçisi İsa Məmmədovun qardaşı Şahid27 və "xxxx" QSC-nin direktoru Rüfət İbrahimovun iştirakı ilə aparılan danışıqların nəticəsi olaraq, 13 iyun 2018ci ıl tarixdə B01/1 8 saylı Barter (Dəyişdirmə) Müqaviləsi imzalanmışdır. Həmin Müqaviləyə əsşsən Yasamal rayonu, X199-8 ünvanında inşa olunan 29 saylı yaşayış binasında ilkin mərhələdə ümumi sahəsi 3187.44 kvm, 47 ədəd, sınaq müddəti başa çatdıqdan sonra isə, ümumi sahəsi 161.34 kvm, 2 ədəd, cəmi sahəsi 3348.8 kvm olan, 49 ədəd mənzilləri "xxxx" MMC-nə verməyi, sonuncu isə, ünvan 37 ünvanında 1.13158 ha torpaq sahəsində 3994.9 kvm ümumi, 2489.4 kvm əsas, 1505.5 kvm köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəni Zərərçəkmiş şəxs2 ММС-nə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin surəti iş materiallarında mövcuddur. Sınaq müddəti başa şatdıqdan sonra həmin müəssisədə aşkar olunan qüsurlar səbəbindən l(bir) ədəd mənzil "xxxx" MMC-nə geri qaytarılmışdır, beləliklə ümumi sahəsi 3309.36 m2 olan, 48 ədəd mənzil müqabilində yuxanda qeyd olunan müəssisə Zərərçəkmiş şəxs2 MMC-nə verilmişdir və "xxxx" ASC-də "xxxx" MMC-nin təsisçisi "xxxx" QSC-nin adına olan, ümumi dəyəri 19420.80 azn səhmlərin "xxxx" QSC-nin X95 iştirakı ilə alqı-satqı əməliyyatı aparılmışdır. Bununla da Zərərçəkmiş şəxs2 MMC "xxxx" QSC-nin həm Təsisçisi, həm də Səhmdarı olmuşdur. Müvafiq sənədlər iş materiallarına əlavə olunmuşdur. Bundan sonra Cəmiyyətin Təsisçilərinin göstərişi ilə Vergilər Nazirliyinə "BELFA-K” MMC və "xxxx" QSC-nin ləğv edilməsi ilə bağlı müraciət edilmişdir. Belə ki, hər iki Cəmiyyət ləğv olunduqdan sonra sözügedən Müəssisənin bilavasitə Zərərçəkmiş şəxs2 MMC-nin adma rəsmiləşdirilərək, Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əldə olunması nəzərdə tutulmuşdu. 18 fevral 2019-cu ildə "xxxx" MMC-nin dövlət qeydiyyatı ləğv edilmiş və "xxxx" QSC- nin ləğvetmə proseduruna start verilmişdir. Bildirişin surəti iş materiallarında mövcuddur. Barter müqaviləsinə əsasən barter olunan 48 ədəd mənzildən, 2018-ci ilin iyun ayından başlayaraq ilkin olaraq 13, daha sonra isə, daha bir neçə mənzil razılaşdırılmış şəkildə, Şahid27 tərəfindən təqdim olunan şəxslərin adma rəsmiləşdirilmişdir. Həmin ərəfədə Məhəmməd adlı şəxs İsa Məmmədovun adından, sonuncunun göstərişi ilə çıxış edərək mənzillərin satışı ilə məşğul olmağa başlamış və qalan mənzillər onun təqdimatı ilə ayrı-ayrı vətəndaşların adına rəsmiləşdirilmişdir. Ümumilikdə 48 ədəd mənzildən 18 ədəd daxili müqavilə, 30 ədəd notarial alqı-satqı müqaviləsi ilə satılmışdır. Mənzillərin real satış qiyməti Şahin və Məhəmmədlə alıcılar arasında bilavasitə razılaşdırılmışdır. Mənzillərin rəsmi qaydada notarial alqı-satqısı həyata keçirildikdə ümumi dəyərinin bir hissəsi, yəni 1 otaqlı mənzilə görə 25000 azn, 2 otaqlı mənzilə görə 30000 azn və 3 otaqlı mənzilə görə 40000 azn MMC-nin bank hesabına köçürülmüş, qalan hissəsi isə, Şahin və Məhəmməd tərəfindən mənə təqdim edilmədən əldə edilmişdir. Cəmiyyətin hesabına köçürülən məbləğlərin bir hissəsi köçürmə yolu ilə, qalan hissəsi isə nağd şəkildə qaytarılmışdır. İş materiallarına əsasən göstərilən faktlar İsa, Şahin və Məhəmmədin ibtidai istintaq zamanı verdiyi ifadələrdə öz əksini tapmışdır (Cild 6, səh. 82-84). Perspektiv prognozların əksinə olaraq Təsisçilərin ortaq qərarı və razılığı ilə əldə edilmiş zavod Cəmiyyətə nəinki heç bir gəlir gətirməmiş, əksinə zavodun mühafizəçiləri üçün aylıq əmək haqları, kommunal ödənişlər kimi xərclər Cəmiyyətin vəsaiti hesabına müntəzəm olaraq həyata keçirilmişdir. Barter olunan mənzillərin ümumi sahəsinin 3309.36 m2 olduğunu nəzərə alaraq, zavod alınması əməliyyatı həyata keçirilməyəcəyi təqdirdə, Cəmiyyətin həmin mənzillərin satışından əldə edə biləcəyi vəsaitlə, Potsius Povilasdan alınmış borc vəsaitini pul şəklində vaxtında və tam olaraq qaytarmaq mümkün idi, həmçinin tikinti-təmir işləri üzrə öhdəliklərin vaxtında yerinə yetirilməsinə, beləliklə də istər Povilas, istərsə də sakinlər tərəfindən hər hansı bir narazılıq və şikayətin olmayacağına gətirib çıxaracaqdı. Digər tərəfdən isə, borc müqabilində Povilasa verilən ümumi sahəsi 377.47 m2 olan 6 ədəd mənzil, ümumi sahəsi 599.45 m2 olan qeyri-yaşayış sahələrinin satışından əldə oluna biləcək vəsaitin, həmçinin kredit mənzillərin satışından şirkətin əldə edəcəyi qalıq vəsaitin müəyyən hissəsi cari təmir-quraşdırma xərclərinə sərf oluna, qalan hissəsi isə Cəmiyyətin faktiki gəliri kimi qanunvericiliyə uyğun olaraq Təsisçilər arasında bölüşdürülə bilərdi. Beləliklə, Cəmiyyətin Təsisçilərinin ortaq razılığı və istəyi ilə həyata keçirilən, lakin iqtisadi cəhətdən özünü doğrultmayan barter əməliyyatı, Cəmiyyətə daha ciddi zərbə vurmaqla, layihə üzrə öhdəliklərin vaxtında yerinə yetrilməməsi ilə nəticələnmişdir. Lakin bu fakt və xüsusatlar ibtidai istintaq zamanı düzgün və hərtərəfli araşdırılmamış və Cəmiyyətdə yaranan maliyyə çətinliyinin əsas səbəbi olaraq birmənalı şəkildə mənimsəmə olduğu göstərilmişdir. Bundan əlavə sözügedən layihədə əldə ediləcəyi-proqnozlaşdırılan gəlirin həcmi cüzi olsa da, Cəmiyyətin bu layihədə iştirakında məqsəd, böyük qazanc əldə etmək deyil, sonrakı mərhələlərdə, MİDA-nm daha iri layihələrində iştirak etmək niyyəti olmuşdur ki, bu xüsusat Təsisçilərin sərbəst ifadələrində də öz təsdiqini tapmışdır. Potsius Povilas yalnız 2019-cu ilin noyabr-dekabr aylarından etibarən Cəmiyyətin fəaliyyəti ilə müntəzəm olaraq maraqlanmağa başlamış, gündəlik olaraq ofisdə hesabatlarla, maliyyə və tikintiyə aid sənədlərlə yaxından tanış olmağa başlamışdır. Bu faktı Potsius Povilas özü də sərbəst ifadələrində təsdiq etmişdir. Cəmiyyətin çətin maliyyə durumunda olduğunu anladıqdan sonra isə, 10 dekabr 2019-cu il tarixində Borc müqaviləsinin ayırlmaz tərkib hissəsi sayılacaq Əlavə hissəsi tərtib edilmiş və həmin Əlavədə konkret olaraq göstərilən əmlakların, yəni mənzillərin, qeyri-yaşayış sahələrinin, həmçinin sement-beton zavodunun Müqavilənin şərtlərinə əsasən Povilasın adma rəsmi ləşdirilməsini, eləcə də mənzillərin notarial qaydada satışına icazənin artıq fərqi qaydada aparılmasını tələb etmişdir. Bundan sonra ümumi sahəsi 377.47 m2 olan 6'ədəd mənzil, ümumi sahəsi 599.45 m2 olan qeyriyaşayış sahələrinin onun adma keçirilməsi ilə bağlı müvafiq müqavilələr yazılmış, mənzil satışına icazə ilə bağlı Təsisçilərin yeni qərarı imzalanmış, həmçinin sement-beton zavodunun onun adına rəsmiləşdirilməsinə dair Təsisçilərin ortaq qərarı və protokollar imzalanaraq müvafiq icraedici orqana təqdim edilmişdir. Belə ki. 2020-ci ilin yanvar ayında "xxxx" QSC-nin səhmlərinin Potsius Povilasın adına rəsmiləşdirilməsi məqsədilə "xxxx" ASÇ-nə müraciət olunmuşdur. Lakin Vergilər Nazirliyi tərəfindən, ASC-nin ləğvetmə proseduru başa çatmadan alqı-satqı əməliyyatının aparılmasının mümkün olmadığı bildirilmiş, bu səbəbdən də Vergilər Nazirliyinə müraciət olunaraq ləğvetmə prosedurunun dayandırılması barədə məktub ünvanlanmışdır. Müvafiq sənədlərin surəti iş materiallarında mövcuddur. Zavodun icarəsi, istismarı və satış qiyməti ilə bağlı Təsisçilər arasında əvvəllər də mövcud olan fikir ayrılığı, həmin dövrdə daha da dərinləşməyə başlamış və bu narazılıq getdikcə artaraq münaqişə şəklinə keçmişdir. Məhz bundan sonra, Potsius Povilas, zavodun icarəsi və satışı ilə bağlı real bazar rəqabəti şəraitində mövcud olan təkliflərlə razılaşmayaraq, aldadıldığını iddia edərək borc müqaviləsinin müddəti bitmədən, borc məbləğinin pul şəklində qaytarılması tələbini irəli sürməyə başlamışdır. Bu ərəfədə, yəni 2020-ci ilin yanvar ayında Potsius Povilas tərəfindən mənim işdən çıxmağım tələbi qoyulmuş və Cəmiyyətə aid bütün sənədlərin ona verilməsi tələbi irəli sürülmüşdür. Tərəfimdən bununla bağlı təhvil-təslim aktı tərtib edilsə də, qarşı tərəf aktı imzalamaqdan imtina etmişdir. Təhvil-təslim aktı olmadan sənədləri verməyəcəyimi və işdən ayrılmayacağımı Potsius Povilasa dəfələrlə bildirərək müqavimət göstərməyə davam etsəm də, 2 ay sonra, yəni həmin ilin mart ayında Təqsirləndirilən şəxs1 da təkidi ilə ərizə yazaraq işdən ayrılmağa məcbur olmuşam. Qeyd etməliyəm ki, Potsius Povilas tərəfindən istər şirkətin direktoru olduğum zaman, istər ibtidai istintaq dövründə, istərsə də ilkin məhkəmə prosesində mənə qarşı əsassız, yalan, iftira və qərəz dolu ən müxtəlif ittihamlar irəli sürülsə də, onların heç biri sübuta yetirilməmişdir. Zərərçəkmiş şəxs1 və direktor Nümayəndə1 şirkətdə idarəetməm ələ keçirdikdən sonra onun tərəfindən tikintidə təmirquraşdırma işlərinin aparlmasının qarşısı alınmış, sakinlərin öz mənzillərinə girişinə qadağa qoyulmuş, onların aktlaşdırmaq yolu ilə öz hesablarına təmir işlərini görmələrinə maneə yaradılmış, sakinlərlə müntəzəm olaraq mübahisə və münaqişə baş verfniş və yalnız Yasamal rayon polis idarəsinin işə müdaxiləsindən sonra onunların bu hərəkətlərinə son qoyulmuşdur. Kreditdə olan mənzillərin aylıq ödənişləri sakinlər tərəfindən könüllü şəkildə təqdim edilsə də, qəbul edilməmiş, əldə oluna biləcək vəsait təmir-quraşdırma işlərinə yönəldilməmişdir. İbtidai istintaq orqanının təlimatına uyğun alaraq, ötən ilin iyul ayında mənzillərə sayğacların quraşdırılması məqsədilə müvafiq sənədləşmə işlərinin aparılmasına Təqsirləndirilən şəxs1 və mənim tərəfimdən cəhd edilsə də, sənədlərin imzalanması və möhürlənməsi Zərərçəkmiş şəxs1 tərəfindən əngəllənmişdir. Eləcə də, həmin tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən 28 və 29 saylı binalarda təmir-quraşdırma işlərinin tamamlanmasına başlansa da, Zərərçəkmiş şəxs1 müxtəlif dövlət qurumlarına şikayətləri nəticəsində görülən işlər bir müddət sonra yenidən dayandırılmışdır. Göstərilən xüusuatlarla əlaqədar müvafiq sənədlərin surəti iş materiallarına əlavə edilmişdir. Cəmiyyət tərəfindən faktiki 78 ədəd mənzilin satışından vəsait əldə edilməsinə baxmayaraq, ibtidai istintaq zamanı yalnız 34 ədəd mənzilin satışı ilə bağlı araşdırma aparılmışdır. Həmin araşdırma isə, hərtərəfli aparılmadığından həmin mənzillərin satışından əldə olunan vəsaitin mənimsənilməsi ilə bağlı ittiham aktında göstərilən nəticə həqiqəti əks etdirməməkdədir. Belə ki, mənimsənin əsas sübutu olaraq 34 ədəd mənzilin satışı zamanı əldə olunan pulun bir hissəsinin nağd, digər hissəsinin bank yolu ilə alınması xüsusatı göstərilsə də, eyni qayda və prosedurların digər 44 mənzilə münasibətdə də həyata keçirilməsi nəzərə alınmamış. Cəmiyyətə daxil olan ümumi vəsait, icra olunan layihənin ümumi smetafdəyəri, tikintiyə sərf olunmuş vəsait, .tamamlanmamış işlərə sərf olunacaq vəsait dəyərləndirilməmiş, rəqəmlərin müqayisələri aparılmamış, eləcə də, vaxtilə işlərin layihəyə və tikinti normalarına uyğun yerinə yetirildiyinə nəzarət etmiş Layihə institutunun rəyi, Dadaşov adma institutun rəyi, sifarişçi olaraq layihəyə baş nəzarəti həyata keçirmiş MİDA-nın rəyi və digər müvafiq ekspertiza rəyləri alınmamış, bir sözlə Cəmiyyətə daxil olan ümumi vəsaitin xərclənib-xərclənmədiyi araşdırılmadan, sadəcə alman vəsaitin bir hissəsinin bank hesabına mədaxil edilmədiyi əsas gətirilərək, onun təyinatı üzrə xərclənmədiyi sübuta yetirilmədən, birmənalı olaraq mənimsənildiyi göstərilmişdir. Həmçinin, ittiham aktında qeyd olunan mənzillər, Cəmiyyətin Təsisçisi Təqsirləndirilən şəxs1 əvvəlki öhdəliklərinin icrasına sərf olunması kimi təqdim edilsə də, faktiki olaraq həmin mənzillər ayrı-ayrı vətəndaşlara Cəmiyyət tərəfindən satılmış və dəyəri ödənilmişdir. Tərəflər arasında imzalanmış Borc müqaviləsinə əsasən X169 məbləğini rəsmi şəkildə, köçürmə yolu ilə Cəmiyyətə verməli olduğu halda, vəsaiti nağd şəkildə, hissə-hissə Təqsirləndirilən şəxs1 təqdim etməsi xüsusatı araşdırılmamışdır. Tərəflər arasında mövcud olan Borc müqaviləsinə əsasən borc əvəzinə Povilasa verilən əmlaklarla bağlı ibtidai istintaq müddətində qiymətləndirmə aparılmaqla mütəxəssis rəyi verilsə də, həmin mənzil və qeyri-yaşayış sahələrinin yerləşdiyi binaların tikinti-təmirinə sərf olunan vəsaitlə bağlı ümumiyyətlə heç bir dəyərləndirmə aparılmamışdır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2020-ci tarixdə (cild 2, səh. 213-216) Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi üzrə tikinti-texniki ekspertizasının təyin edilməsi və ekspertizanın keçirilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi bağlı qərar qəbul edilmişdir. Lakin zəruri layihə-smeta sənədləri şirkətin rəhbərliyi tərəfindən məqsədyönlü şəkildə təqdim edilmədiyinə görə sözügedən Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən müvafiq tikinti- texniki ekspertizasının keçirilməsi təmin edilməmiş, beləliklə də, ekspertiza qarşısında qoyulan suallar cavablandırılmamış, o cümlədən 27, 28 və 29 saylı yaşayış binalarında yaşayış və ümumi sahələrinin həcmi, hər m2-nin maya dəyəri, binalara ümumilikdə sərf olunmuş və sərf olunacaq vəsait barədə göstəricilər müəyyən edilməmişdir. xx.xx.2020-ci il tarixdə (cild 9, səh. 120-122) Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən mütəxəssis yoxlamasının aparılması və həmin idarənin Mütəxəssislər qrupunun müfaviq əməkdaşının Mütəxəssis qismində təyin olunması barədə qərar qəbul edilmişdir. Mütəxəssis qarşısında əmlakların, o cümlədən X181 əvəzində təqdim edilmiş mənzillərin, qeyri-yaşayış sahələrinin və ünvan 38 ünvanında yerləşən əmlak kompleksinin (sement və beton zavodu) dəyərinin ən edilməsi tapşırığı qoyulsa da, 27, 28 və 29 saylı yaşayış binalarında tikinti-təmirin hər m2nin maya dəyəri, binalara ümumilikdə sərf olunmuş və sərf olunacaq vəsaitin müəyyən edilməsi sualları nədənsə qoyulmamışdır. xx.xx.2020-ci il tarixdə qeyd edilən əmlakara Mütəxəssis Baxışı (cild 9, səh. 190-224) həyata keçirilmiş və müvafiq protokol imzalanmışdır. xx.xx.2021-ci il tarixdə verilmiş müvafiq Mütəxəssis rəyinə (cild 14. səh. 50- 85) əsasən X181 əvəzində təqdim edilmiş mənzillərin ümumi dəyəri - 331796.13 azn (377.47 m2 x 879azn), qeyri-yaşayış sahələrinin ümumi dəyəri - 606043.95 azn (599.45 m2 x 1011 azn), ünvan 39 ünvanında yerləşən əmlak kompleksinin (sement və beton zavodu) ümumi dəyəri isə - 1 288 235.40 azn olaraq müəyyən edilmişdir. Yeri gəlmişkən, iş materiallarından görünür ki, zavodun satış qiyməti müəyyən edilərkən yalnız ərazidəki tikililərin sahəsinə görə hesablama aparılmışdır: 3994.9m2 x 322.47 azn. Mövcud sahəsi və avadanlıqlar isə dəyərləndirilməmişdir. Digər tərəfdən, xx.xx.2020-ci il tarixdə Potsius Povilasın müraciəti əsasında “Müstəqil Məhkəmə Ekspertizası" MMC tərəfindən ekspertiza təşkil edilmiş və ekspert qarşısında inşa olunan 27, 28 və 29 saylı yaşayış binasında mənzillərin 1 m2-nin (tamamlanmış formada) inşa edilməsinə sərf olunan vəsaitin müəyyən edilməsi qoyulmuşdur (cild 7, səh-,- 9-21). Müvafiq Ekspert rəyinə əsasən əldə olunan nəticəyə görə mənzillərin 1m2-nin inşa edilməsinə sərf olunmuş vəsaitin orta bazar qiyməti 397 azn təşkil edir. Həmçinin, inşa olunan 27, 28 və 29 saylı yaşayış binalarının tikinti-təmirinə sərf olunan ümumi vəsaitin müəyyən edilməsi üçün Potsius Povilas tərəfindən aşağıdakı formul təqdim edilmişdir. 12400 m2 x 397 azn = 4 922 800 azn. Qeyd etmək lazımdır ki, bu formulda göstərilən 12400 m2 ümumi tikinti sahəsini deyil, mənzillərin yalnız daxili sahəsini, yəni satış sahəsini əks etdirir. 3 binada olan mənzillərin daxili sahələri müvafiq olaraq təxminən 4000 m2, 4400 m2 və 4000 m2, cəmi 12400 m2 təşkil edir ki, bu göstəricilər də Əmlak Komitəsi tərəfindən verilən ilkin kupçalarda göstərilmişdir. İnşa olunan binaların tikinti-təmirinə sərf olunan vəsaitin hesablanması üçün isə, ümumi tikinti sahəsinin əsas götürülməsi zəruridir. Belə ki, binada mənzillərin daxili sahələrindən əlavə qeyri-yaşayış sahələri, həmçinin qeyri-satış sahələri mövcuddur, hansı ki, onun tikintisi və təmirinə vəsait qoyulur, iş görülür ilkin satışı həyata keçirilmir. “Povilas formulasına” görə isə, yalnız mənzillər özləri mövcuddur, binalar isə tikilməyib. Əslində isə, anlamaq lazımdır ki, həmin formulun verdiyi qiymət, yəni 922800 azn vəsait təkcə mənzillərin daxili tiknti-təmirinə sərf olunan vəsaiti əks etdirir (ƏDV xaric). Ümumilikdə binaya və binalara sərf olunan vəsaiti hesablayanda isə, ümumi tikinti sahəsi əsas götürülməlidir. Digər tərəfdən qeyd etmək lazımdır ki, həmin rəydə göstərilən qiymətə, yəni 1m2-nin inşa inşa edilməsinə sərf olunmuş vəsaitin orta bazar qiymətinə (397 azn) ƏDV daxil deyil. Bu faktı ekspert özü məhkəmədə verdiyi ifadə ilə təsdiq edərək bildirmişdir ki, ilkin və yeni rəylər arasında fərq həm qiymətlərin artımı, həm də binalarda 2 il ərzində yerinə yetirilmiş təmir-quraşdırma işləri ilə bağlıdır. Ötən dövr ərzində Təqsirləndirilən şəxs1 tərəfindən 28 və 29 saylı binalarda təşkil edilmiş təmir- quraşdırma işlərini də nəzərə alaraq, yekun nəticəni əldə etmək məqsədilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində "xxxx" MMC-nə təkrar edilmiş müraciətlər əsasında həyata keçirilmiş ekspertizaların nəticələrinə gorə, inşa olunan 27, 28 və 29 saylı yaşayış binalarının, tikinti-təmiri üçün sərf olunmuş ümumi vəsaitin dəyəri 9 729 100 azn, mənzillərin 1 m2-nin bazar qiyməti - 1300 azn, qeyri-yaşayış sahələrinin 1 m2-nin bazar qiyməti - 1700 azn, ünvan 39 ünvanında yerləşən əmlak kompleksinin (sement və beton zavodu) bazar qiyməti isə - 4 086 354 azn (qiymətlərə ƏDV daxildir) olduğu müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş “Hüquqların qabaqcadan qeydiyyatı barədə Arayış”a əsasən binaların faydalı ümumi sahəsi 27 və 29 saylı binalar üçün - 4784.91 m2, 28 saylı bina üçün isə, 5298.75 m2 təşkil edir (28 saylı bina üçün - Reyestr nömrəsi: 01 **********-05301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2017, 27 və 29 saylı binalar üçün - Reyestr nömrəsi: **********18-05301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2017). Həmçinin, MİDA ilə KAT Holdinq MMC arasında imzalanmış İnvestisiya müqaviləsinə və Layihə-smeta sənədlərinə əsasən tikinti-quraşdırma və təmir işlərinin yerinə yetiriləcəyi ümumi sahələr, 27 və 29 saylı binalarda - 5295 m2, 28 saylı binada - 5900 m2, ümumilikdə - 16490 m2 təşkil edir. Beləliklə, binaların inşasına sərf olunmuş ümumi vəsaiti müəyyən etmək üçün, məhz tikintinin ümumi sahəsi, yəni 16490m2 sahəsi əsas olaraq qəbul edilməlidir. Qeyd etmək lazımdır ki, mənzil satışından əldə edilmiş məbləğlərlə bağlı istintaq materialları və real göstəricilər arasında ziddiyyətlər mövcuddur. Belə ki, ış materiallarına əsasən bir çox vətəndaşın ibtidai istintaq zamanı verdikləri ifadələrdə onların həqiqətdə ödədikləri məbləğ deyil, müqavilə qiyməti göstərilmişdir. Müqavilə qiyməti ilə yalnız bir neçə vətəndaş, uzun müddətli kredit şərtləri üzrə mənzil əldə etmişdir. Qalan digər mənzillər reallıqda 1 m2 üçün ***-**** azn dəyərində, yəni müqavilə qiymətindən (1m2 - 1265 azn) fərqli olaraq əhəmiyyətli güzəştlərlə satılmışdır. Müqavilədə mənzilin satış qiymətinin 1m2 qiymətinin dəyişilməz olaraq 1265 azn göstərilməsinin səbəbi Potsius Povilasın aşağı qiymətlərlə mənzil satışına razı olmaması, Təqsirləndirilən şəxs1 isə, bunun əksinə, zərəri öz üzərinə götürəcəyi ilə bağlı müvafiq göstərişi olmuşdur. Cəmiyyət, mövcud ümumi 132 mənzilin yalnız 78 ədədinin satışından vəsait əldə etmişdir və X150 alınan vəsaitlə birlikdə ümumi məbləğ, yəni Cəmiyyətə qalan ümumi vəsait istintaq materiallarına əsasən 8214 236.57 azn, həqiqətdə isə 7991 941 azn təşkil edir. Sözügedən binalarda hal-hazırda tikinti-təmir işlərinin ümumilikdə təxminən 90%-i yerinə vetirilmişdir, belə ki, hər 3 binada tikinti işləri tam şəkildə, həmçinin MİDA-ya təqdim edilən 27 saylı binada təmir işləri tam şəkildə başa çatmış, tam məskunlaşma həyala keçirilmiş, digər 28 və 29 saylı binalarda isə təmirquraşdırma işləığnin bir hissəsi tamamlanmamış və qismən məskunlaşma mövcuddur. Ərazinin yə binaların mövcud vəziyyətini, eləcə də xronoloji dəyişiklikləri əks etdirən sputnik görüntüləri iş materiallarına əlavə edilmişdir. 28 və 29 saylı binalarda qalıq təmirquraşdırma işlərinin tamamlanmayan hissəsinin yekunlaşması üçün tələb olunan vəsait təxminən 300000azn (+ƏDV) təşkil edir. Cəmiyyət tərəfindən kredit şəklində satılan mənzillərdən əldə ediləcək qalıq məbləğ 523533 azn təşkil edir, yəni alınacaq məbləğ tamamlanmamış işlərin başa çatdırılmasına tam şəkildə kifayət edir. Həmin məbləğ mən işdən uzaqlaşdırıldığım dövrdən etibarən qalmaqdadır və hazırki rəhbərlik dövründə həmin vəsaitin sakinlər tərəfindən könüllü surətdə təqdim edilməsinə baxmayaraq, onlardan alınmasından qəti şəkildə imtina edilmişdir ki, bu faktı sakinlər istintaqda və məhkəmədə verdikləri ifadlərində təsdiq etmişdir. Qeyd etmək lazımdır ki, 3 binanın birlikdə smeta üzrə tikinti-təmir xərci 10703375azn təşkil edir. Bu göstərici "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmış, FHN tərəfindən Rəy verilmiş, digər müvafiq qurumlar tərəfindən təsdiq edilmiş və MİDA tərəfindən qəbul edilmiş layihə-smeta sənədlərinə (Sifariş № 14096/3, Smeta sənədi № 421688, Albom № 53, Smeta 53 və Sifariş № 14096/3, Smeta sənədi № 421692, Albom №37, Smeta 37) istinad edir. İnşası aparılan kompleksdə binalar tipik, standart olduğundan KAT Holdinq MMC-nə təqdim edilən layihə-smeta sənədləri də təbii ki, digərlərindən fərqlənməmişdir. Potsius Povilas tərəfindən Borc verilmiş və mənzillərin satışından əldə edilmiş ümumi mədaxil iş materiallarına əsasən - ******* azn (həqiqətdə isə ******* azn) olduğu halda, eskpertiza rəyi ilə də təsdiq olunan ümumi məxaric, daha çox, yəni - ******* azn təşkil edir. Həmçinin eskpertiza rəyi ilə müəyyən edilmişdir ki, X181 müqaviləsi əsasında təqdim edilmiş əmlakların dəyəri borc məbləğindən (3435658 azn) daha çox yəni - ******* azn təşkil edir. Onu da qeyd etməliyəm ki, Təsisçilər arasında yaranmış narazılıqların kəskinləşdiyi, şikayət və narazılıqlarının artdığı, zavodun satılması üçün səy göstərildiyi dövr, dünyada, o cümlədən ölkədə pandemiyanın geniş vüsət aldığı, karantin tələb və məhdudiyyətlərinin sərtləşdiyi dövrə təsadüf edir ki, bu da şirkətin bütövlükdə fəaliyyətinin iflic olmasına gətirib çıxarmışdır. Təəssüf ki, bu xüsuat istintaq dövründə əhəmiyyətli arqument olaraq ümumiyyətlə nəzərə alınmamışdır. Önəmli məqamlardan biri də ondan ibarətdir ki, 2019cu ilin sonuna qədər tikinti-təmir işlərinin vaxtında yekunlaşmaması ilə lokal narazılıqlar olsa da, sakinləri müxtəlif dövlət qurumlarına şikayət ərizəsi ilə müraicət etməyə məhz Povilas sövq etmiş, şirkətdə yeyinti və mənimsəmə olması iddialarını təbliğ etmiş, sakinləri onu müdafiə edərək, onun şirkət rəhbərliyinə qarşı iddialarına qoşulmağa çağırmış, narazılıqların miqyasının artmasına, beləliklə də cinayət işinin açılmasına nail olmuşdur. İbtidai istintaq orqanı isə öz növbəsində layihənin başa çatmamasım məhz satışdan əldən olunan vəsaitin msənimsənilməsi ilə əlaqələndirərək ittiham irəli sürmüşdür. Bir daha qeyd edirəm ki, Potsius Povilasın uydurma, ehtimal və əsassız iddialarından fərqli olaraq, mən həm ibtidai istintaq dövründə, həm də Məhkəmə baxışı zamanı inkarolunmaz faktlarla günahsız olduğumu sübuta yetirməyə çalışmışam və bu məqsədlə tərəfimdən vaxtilə tərtib edilmiş bir çox sənəd, hesabat və cədvəllər həm ibtidai istintaq orqanına, həm də ilkin instansiya məhkəməsinə təqdim edilmişdir, hansı ki, bu hesabatlarda qeyd edilən göstəricilər aparılmış ekspertiza zamanı da öz təsdiqini tapmışdır. Bildirmək istəyirəm ki, işlədiyim dövr ərzində direktor olaraq vəzifələrimin icrası zamanı hansısa inzibati səhvlərə yol vermiş ola bilsəm də, qətiyyən heç kimə qarşı hər hansı bır mənimsəmə, aldatma, saxtakarlıq, vəzifə və etibardan sui-istifadə hallarına yol verməmişəm, bu səbəbdən də mənə qarşı irəli sürülən ittihamla özümü təqsirli hesab etmirəm. Beləliklə, bütün mövcud xüsusatların, o cümlədən ekspertiza nəticələrinin nəzərə alınmasını, ibtidai istintaq orqanı və ilkin məhkəmə instansiyası tərəfindən yol verilən yanlış qərarların aradan qaldırılmasını və barəmdə ədalətli qərar olaraq bəraət verilməsini məhkəmədən xahiş edirəm. Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir: “Siz nə vaxtdan orada direktor işləmisiniz? Rəsmi 2011-ci ildə yaranandan etibarən, amma şirkət yaranan kimi fəaliyyəti dayandırıldı, 2011-2017-ci illər arasında şirkət fəaliyyət göstərməyib.” “Layihə nə vaxtdan başlayıb? 2017-ci ilin yayından.” “O vaxta kimi şirkət heç bir işlə məşğul olmayıb? Xeyr.” “Birdən-birə layihə necə yarandı? Sizə bu barədə kim dedi? Mənə layihə barədə Təqsirləndirilən şəxs1 dedi.” “Təqsirləndirilən şəxs1 sizə layihə barədə nə dedi? Dedi ki, belə bir layihə var, dövlət layihəsidir, sənədləri toplayıb tenderdə iştirak etmək lazımdır, mən də hüquqşünas ilə birlikdə lazım olan sənədləri toplayıb şirkətə təqdim etdim.” “Elə bir tələb var idi ki, tenderdə iştirak etmək üçün depozitdə 3 milyon pul göstərmək lazımdır? Tender üçün olan sənədlərdə elə bir şey görməmişəm, sonradan investisiya müqaviləsində göstərilmişdi ki, 27 saylı binanın tikintisinə və təmirinə sərf olunacaq smeta dəyəri bank qarantiyası olaraq əvvəlcədən göstərilməlidir.” “MİDA ilə "xxxx" MMC arasında investisiya müqaviləsi nə vaxt bağlandı? 30 iyun 2017-ci ildə.” “Bəs tender nə vaxt uduldu? İnvestisiya müqavilə bağlanmamışdan bir qədər əvvəl.” “Onda tenderin udulması üçün depozitdə 3 milyon pul göstərilməsi lazım deyildi? Yazılı şəkildə belə bir şərt olmayıb, ola bilsin şifahi razılaşma olub. O pul 27 saylı binanın tikilməsi üçün qarantiya kimi lazım idi.” “3 milyon pulu haradan əldə etdiniz? Digər təsisçi Zərərçəkmiş şəxs1 tərəfindən "xxxx"a qoyuldu.” “Zərərçəkmiş şəxs1 pulu qoyanda artıq təsisçi idi? Xeyr, sonradan oldu.” “Elə bir şərt var idi ki, pulu qoysun və təsisçi olsun? Xeyr.” “Tikintiyə nə vaxt başladınız? İnvestisiya müqaviləsi bağlanandan sonra başladıq.” “Tikintinin şərtləri necə idi? Satış və qiymət necə olmalı idi? 3 binadan biri tam təmirli şəkildə və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə təmənnasız olaraq MİDA-ya təhvil verilməli və həmin mənzillər MİDA tərəfindən elektron portal vasitəsilə satışa çıxarılmalı idi, digər iki bina müəyyən olunmuş vaxtadək tikilib başa çatdırılmalı idi və həmin binalardakı mənzillərin satışını şirkət özü müəyyən etməli idi. Sonradan isə təsisçilər tərəfindən qərar qəbul edildi ki, o iki binadakı mənzillər də təmirli şəkildə satışa çıxarılsın.” “Həmin iki binadakı qiyməti MİDA müəyyən etmişdi? Xeyr, təsisçilər tərəfindən müəyyən edilmişdi.” “İlkin məbləğ nə qədər müəyyən edilmişdi? 1265 manat.” “Sizin hesablamalarına görə satışdan əldə olunacaq pul qazanc gətirəcəkdi, yoxsa xərci bağlayacaqdı? Qazanc gözlənilmirdi, xərci bağlamalı idi. Bizim gözləntimiz gələcəkdəki tenderlərdə daha yaxşı iştirak etmək idi.” “Təqsirləndirilən şəxs1 sizə layihəni deyəndə qazanc olmayacağını, gələcəkdə işlərin daha yaxşı olacağını demişdi? Bəli.” “Evlərin satışına nə vaxt başladınız? 2018-ci ilin aprel-may aylarında.” “Hansı mərhələdə satışa başladınız? Hər üç binada tikinti gedirdi.” “Təqsirləndirilən şəxs1 ifadəsində bildirdi ki, binanın 30 faizi tikiləndən sonra satışa başlanacaqdı, bu barədə nə deyə bilərsiniz? Bu barədə yazılı heç nə yox idi, ola bilsin şifahi razılaşma olub.” “Bəs siz satışa başlayanda 30 faizi tikilmişdi? 9-10 ay idi tikinti gedirdi, 30 faizi tikilmişdi.” “Təqsirləndirilən şəxs1 ifadəsində bildirdi ki, elə bir razılaşma var idi, lakin mən əlaqələrimdən istifadə etdim və daha da tez satış başladıq, bu barədə nə deyə bilərsiniz? Bilmirəm, bu barədə məlumatım yoxdur.” “Satış qaydalarını kim müəyyən etmişdi? Bütün qərarlar təsisçilər tərəfindən qəbul edilirdi, mən onların şifahi göstərişlərini icra edirdim.” “Şifahi göstərişləri sizə kim verirdi? Hər iki təsisçi. Zərərçəkmiş şəxs1 Azərbaycanda olmayanda göstərişlər onunla razılaşdırılırdı.” “Mənzillərin fərqli formadakı müqavilələrlə satılmasının səbəbi nə idi? Ödənişi və öhdəliyi tam şəkildə yerinə yetirmiş şəxslərlə notarial qaydada alqı-satqı aparılırdı, şirkət qarşısında öhdəliyi olan və həmin öhdəliyi tam yerinə yetirməmiş şəxslərlə isə daxili müqavilə bağlanırdı, məsələn, şəxs ilkin ödənişi ödəyib qalan məbləği hissə-hissə ödəyirdisə daxili müqavilə bağlanırdı.” “İş materiallarından görünür ki, notarial qaydada alqı-satqı müqaviləsi bağlanmış mənzillərə münasibətdə çox az məbləğ köçürmə yolu ilə şirkətin müxbir hesabına köçürülüb, digər hissəsi isə nağd şəkildə əldə edilib, belə formada satılmasını kim tapşırmışdı? Bütün qərarlar təsisçilər tərəfindən ortaq qəbul edilirdi.” “Bu formada satılmasını məhz kim demişdi? Dəqiq yadımda deyil ki, Zərərçəkmiş şəxs1 həmin vaxt Azərbaycanda idi yoxsa yox, amma o burada olanda o da göstəriş verirdi, olmayanda da qərarlar ortaq qəbul edilirdi.” “Ümumilikdə neçə mənzil satılmalı idi? Satışda 132 mənzil var idi.” “Neçəsi satılıb? Hamısı satılıb.” “O mənzillərin neçə barter müqaviləsi ilə barterçilərə verilib? 46 ədəd mənzil barter idi, 19 ədəd mənzili şirkət satıb, 48 ədəd mənzil zavodun əvəzində verilib, 13 ədəd mənzil kreditdir, 6 ədəd mənzil də Zərərçəkmiş şəxs1dır.” “Mənzillərin qiymətini kim müəyyən edirdi? İlkin razılıq hər iki təsisçi tərəfindən 1265 manat olub, amma mənzil satışı çox zəif olduğuna görə Təqsirləndirilən şəxs1 tapşırıq verdi ki, ziyan mənə də dəysə bu evlər satılmalıdır və layihə yekunlaşmalıdır.” “Ziyan Təqsirləndirilən şəxs1 hansı formada dəyəcəkdi? Zərərçəkmiş şəxs1 kimi Təqsirləndirilən şəxs1 da tikintiyə investisiya qoyurdu.” “Təqsirləndirilən şəxs1 tikintiyə nə qədər investisiya qoymuşdur? Dəqiq bilmirəm amma 2 milyon manatdan artıq idi.” “Təqsirləndirilən şəxs1 investisiyanı hansı formada qoymuşdu? Nağd şəkildə.” “Barterçilər nə işlər görmüşdü ki, əvəzində mənzil verilmişdi? Onlar smeta əsasında gördükləri işin əvəzində mənzil alıblar.” “Həmin işlər hansı məbləğdə qiymətləndirilmişdi? Biz müqavilə bağlayanda göstərilmişdi ki, mənzillərin kvadratı 1265 manatdandır. Onlar sonradan özləri həmin evi başqasına satırdı.” “Yadınızdadır ki, barterçilər nə iş görüblər? Demək olar ki, bütün kateqoriyalar üzrə iş görüblər. Tikintinin ilk mərhələlərində onlara həm pul verilirdi, həm də mənzil danışılmışdı, daha sonra isə pul problemi yarandı və tam olaraq barter variantına keçildi.” “Əgər binanın ərsəyə gəlməsində barterçilər bu qədər rol oynayıbsa Təqsirləndirilən şəxs1 investisiyanı hara qoyub? Barterlə tam olmayıb, bir hissəsi olub. Zərərçəkmiş şəxs1 bir bina üçün vəsait qoyub, qalan pul satışdan gələn pul ilə qoyulub və Təqsirləndirilən şəxs1 da investisiya qoyub.” “Elə bir hal olub ki, Təqsirləndirilən şəxs1 sizə tapşırıq versin ki, hansısa bir evi kiminsə adına rəsmiləşdirib pul alma? Olub, Təqsirləndirilən şəxs1 deyib ki, həmin evin dəyərini mən ödəyəcəm, həqiqətən də ödəyib.” “Hara ödəyib? Şirkətə ödəyib.” “Şirkətin müxbir hesabına ödəyib? Nağd da ödəyib, müxbir hesaba da ödəyib.” “Həmin mənzilin kimin adına olduğunu bilirsiniz? Fiziki şəxslərin adına idi, amma dəqiq xatırlamıram, 8 mənzil elə olub.” “Zavod məsələsi necə olub? Zavodun sahibinin qardaşı ilə Zərərçəkmiş şəxs1 arasında zavodun alınması ilə bağlı görüşlər olub, mən həmin görüşlərdə şəxsən iştirak etməmişəm, nəticə olaraq zavod 5 milyon manat dəyərində qiymətləndirilib və qərar qəbul edilib ki, 29 saylı binadakı 49 mənzil əvəzində barter olunsun, çünkü 49 mənzilin qiyməti kvadratı 1493 manatdan 5 milyon edirdi, sonrada zavodda aşkarlanan qüsurların aradan qaldırılması xərc tələb edirdi, ona görə də 1 mənzil geri qaytarıldı, nəticədə 48 mənzil qarşılığında zavod barter olundu.” “Həmin 48 mənzil satılıb? Bəli, zavodun sahibləri tərəfindən satılıb.” “Neçəyə satılıb? Mənim bu barədə məlumatım yoxdur, özləri satırdılar.” “Həmin mənzillərin satışı necə həyata keçirilib? Müəyyən hallarda 30-40 min manat pul şirkətin hesabına köçürülürdü, qalan hissəsini özləri alırdılar.” “Şirkətin hesabına köçürülən pul necə olurdu bəs? Nağdlaşdırıb onlara verilirdi.” Nümayəndə Müdafiəçi9 suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir: “Siz qeyd etdiniz ki, investisiya müqaviləsinə əsasən, bank təminatı olmalı idi, bank təminat məktubu vermişdi? Bilmirəm.” “Bank təminat vermişdi ki, təsisçi olaraq Zərərçəkmiş şəxs1 orada 3 milyon manat pulu var? Bilmirəm.” “Zərərçəkmiş şəxs1 şirkətə hansısa sənəd təqdim etmişdi ki, 3 milyon manat pulu tenderin və ya tikintinin təminatı olaraq verirəm? Xeyr.” “Siz bildirmisiniz ki, şirkət ilə Zərərçəkmiş şəxs1 arasında borc müqaviləsi və borc müqaviləsinə əlavə bağlanmışdı, borc müqaviləsi nə zaman bağlanmışdı? 10 iyun 2017-ci ildə, əlavə isə 2019-cu ilin dekabr ayında bağlanıb.” “10 iyun 2017-ci il tarixli müqaviləyə əsasən, 1 miyon 780 min ABŞ dollarına ekvivalent olan 3 milyon 260 min manat pul vəsaiti MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X206 ünvanında yerləşən binaların tikintisi üçün bank qarantiyası olaraq "xxxx"a təminat olaraq yerləşdirilir, bu barədə nə deyə bilərsiniz? Belə bir şey olubmu? Zərərçəkmiş şəxs1 verdiyi vəsait yerləşdirilib.” “Müqavilədə göstərilir ki, tikinti işlərinin aparılması məqsədilə həmin vəsait təsisçi Təqsirləndirilən şəxs1 veriləcək, siz bu müqaviləni imzalayarkən Zərərçəkmiş şəxs1 dedi ki, mən həmin pulu Təqsirləndirilən şəxs1 verəcəm ki, tikintiyə xərcləsin? Müqaviləni qarşı tərəf özü tərtib edib, mən imzalamışam.” “Zərərçəkmiş şəxs1 mail adresindən çıxarılmış sənədlərdən görünür ki, bu sənədlər Təqsirləndirilən şəxs1 tərəfindən 2019-cu ilin dekabr ayında müxtəlif tarixlərdə göndərilib, bu barədə sizə məlumdur ki, həmin sənədlər 2019-cu ilin dekabrında hazırlanıb? Xeyr, müqavilə 2017-ci ilin iyun ayında bağlanıb, əlavə hissəsi isə 2019-cu ilin dekabr ayında bağlanıb, əlavə müqavilənin məqsədi isə Zərərçəkmiş şəxs1 borc əvəzində konkret hansı əmlakların verilməsini müəyyənləşdirmək idi.” “Siz tikintiyə nə vaxt başlamısınız? 10 iyun 2017-ci ildə müqavilə bağlanandan sonra başlamışıq, lakin bir müddət tikintiyə hazırlıq işləri gedib.” “Sizə MİDA tərəfindən torpaq sahəsini təhvil-təslim aktı verilib? Torpaq bizə icarəyə verilib.” “Nə zaman verilib? Tarix dəqiq yadımda deyil.” Nümayəndə Müdafiəçi9 suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir: “10 iyun 2017-ci ildə tərtib olunmuş borc müqaviləsi nə vaxt imzalanıb? Dəqiq yadımda deyil.” Nümayəndə Müdafiəçi9 suallarına cavab olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir: “10 iyun 2017-ci ildə tərtib olunmuş borc müqaviləsi nə vaxt imzalanıb? Bununla bağlı ifadə vermişəm, yenə də bildirirəm ki, bu müqavilə məni aldatmaq üçün idi. Onlar 2019-cu ilin dekabrında imzalanıb. Mən emailimdən çıarıb verdiyim həmin məktublardan görünür ki, 18, 19, 20 dekabr tarixlərində onlar yazışma göndərirdi ki, mətni təsdiqləyək. Onlar mətni hazırlayırdılar, mənə göndədirdilər. Bunlar hamısı sübutlardır.” Nümayəndə Müdafiəçi9 suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir: “Borc müqaviləsinin 2.3-cü bəndində göstərilir ki, borc vəsatinin qarantiyası hazırki müqaviləyə əlavə şəklində tərtib edilir və onun ayrılmaz tərkib hissəsi olur, hazırki müqaviləyə əlavə 0.1: yaşayış sahələri, qeyri-yaşayış sahələri, müəssisələrin aksiyaları və digər qiymətli kağızlar şəklindəki aktivlər əldə olunduqda tərtib olunur. Siz 2017-ci ildə haradan bilirdiniz ki, gələcəkdə əlinizə müəssisələrin aksiyaları keçəcək və siz bu müqaviləni tərtib etdiniz? Bu təsisçilərin qərarıdır.” Nümayəndə Müdafiəçi9 suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir: “Borc müqaviləsinin 2.3-cü bəndində göstərilir ki, borc vəsatinin qarantiyası hazırki müqaviləyə əlavə şəklində tərtib edilir və onun ayrılmaz tərkib hissəsi olur, hazırki müqaviləyə əlavə 0.1: yaşayış sahələri, qeyri-yaşayış sahələri, müəssisələrin aksiyaları və digər qiymətli kağızlar şəklindəki aktivlər əldə olunduqda tərtib olunur. Siz 2017-ci ildə haradan bilirdiniz ki, gələcəkdə əlinizə müəssisələrin aksiyaları keçəcək və siz bu müqaviləni tərtib etdiniz? Müqavilə bağlayanda onu fors-major kimi yazmışıq.” “Borc müqaviləsinə əlavə 1 sənədində qeyd var ki, Bakı şəhəri, ünvan 34 ünvanında yerləşən 1,13158 hektar sahəsində yerləşən kompleks də girov qoyulub. İş materiallarından görünür ki, həmin zavodun "xxxx" adına aksiyaları keçirilib, siz 2017-ci ildə haradan bilirdiniz ki, 2019-cu ildə zavodun aksiyalarını alacaqsınız? Mən bu suala cavab vermirəm.” Nümayəndə Müdafiəçi9 suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir: “Borc müqaviləsinə əlavə 1 sənədində qeyd var ki, Bakı şəhəri, ünvan 34 ünvanında yerləşən 1,13158 hektar sahəsində yerləşən komleks də girov qoyulub. İş materiallarından görünür ki, həmin zavodun "xxxx" adına aksiyaları keçirilib, siz 2017-ci ildə haradan bilirdiniz ki, 2019-cu ildə zavodun aksiyalarını alacaqsınız? 2017-ci ildəki borc müqaviləsində göstərilib ki, gələcəkdə əmlak verilə bilər, 2019-cu ildəki müqavilədə isə hansı əmlakın olduğu konkret göstərilib.” Nümayəndə Müdafiəçi9 suallarına cavab olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir: “Borc müqaviləsinə əlavə 1 sənədində qeyd var ki, Bakı şəhəri, ünvan 34 ünvanında yerləşən 1,13158 hektar sahəsində yerləşən komleks də girov qoyulub. İş materiallarından görünür ki, həmin zavodun "xxxx" adına aksiyaları keçirilib, siz 2017-ci ildə haradan bilirdiniz ki, 2019-cu ildə zavodun aksiyalarını alacaqsınız? Siz 2017ci ilin iyun ayında Təqsirləndirilən şəxs1la əməkdaşlıq etmək qərarına gələndə, nə vaxtsa müəssisədə səhm almaq məqsədiniz var idi? Xeyr yox idi.” Nümayəndə Müdafiəçi9 suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir: “Siz direktor kimi hər bir alqı-satqıdan sonra vergi ödəmisiniz? Bəli.” “Hansı qaydada ödəmisiniz? Notarial qaydada müqavilə bağlananda şirkətin hesabına gələn puldan vergi tutulurdu.” “Şirkət materialı hansı qaydada alırdı? Həm nağd, həm də köçürmə yolu ilə.” “Köçürmə yolu olduğu halda, niyə nağd şəkildə də alınırdı? Hamısını köçürmə yolu ilə almaq əlverişli deyildi.” “Müqavilədən görünür ki, siz ƏDV ödəyicisi olmusunuz və bütün əməliyyatları nağdsız qaydada aparmalı idiniz, siz MİDA ilə bağladınız investisiya haqqında müqavilədə də göstərilənin əksinə niyə əməliyyatları nağd qaydada aparmısınız? Mən artıq bu suala cavab verdim ki, hər əməliyyatı nağdsız qaydada aparmaq mümkün olmurdu, bizim qarşımızda qrafik var idi, biz o qrafikə uyğun iş görmək üçün bəzi materialları nağd qaydada almalı olurduq.” “Podratçının gördüyü işə görə siz forma 2 tərtib edirdiniz? Bəli, əlbəttə ki tərtib edirdik.” “Sizə podratçılar tərəfindən forma 2 təqdim olunub? Bəli, forma 2 təqdim olunmasa idi onlara vəsait ayrılmazdı.” “Siz podratçılara vəsait ayırmısınız? Vəsait təkcə pul şəklində deyildi, mənzil də nəzərdə tutulurdu.” “Siz mənzilləri podratçılara nə zaman verməyə başladınız? İşlər başlamazdan əvvəl, yoxsa təhvil veriləndən sonra? Mənzil ayrılırdı, bir iş üçün şəxslər öz smetalarını təqdim edirdi, ən uyğun olan seçilirdi, həmin şəxslə görəcəyi işə görə mənzil razılaşdırılırdı, iş başa çatandan sonra mənzil alqı-satqı edilirdi.” “Podratçının adına müqavilə nə vaxt bağlanırdı? İş görüləndən sonra.” “Zavod üçün barter olunan 48 mənzilin neçəsi noratial qaydada və neçəsi daxili müqavilə ilə rəsmiləşdirilib? Dəqiq xatırlamıram.” “Zavoda barter olunan 30-31 mənzil üçün notarial qaydada alqı-satqı aparılıb, həmin mənzillərin pulunu kim verirdi bəs? Hansı şəxslər ki, vaxtilə zavodun sahibinə pul ödəmişdilər, onlarla daxili müqavilə bağladıq biz, qalan notarial qaydada müqavilə bağlanan şəxslərin hamısı heç zərərçəkən deyildi, zavodun sahibi o evləri özü satmışdı.” “Bəs bu halda həmin mənzilin pulu zavodun sahibinə getməli deyildi? Mənzilin çıxarışı şirkətin adına idi, ona görə pul şirkətin hesabına köçürülürdü, biz həmin pulunu hesabdan çıxardıb zavodun sahibinə verirdik, nağd hissəsini isə zavodun sahibi götürürdü.” Müdafiəçi1 suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir: “İşlədiyiniz dövrdə Zərərçəkmiş şəxs1 ilə bağlı sənədlər harada və necə saxlanılırdı, kimə təqdim edilirdi? Hamısı ofisdə olub, bütün tikinti prosesi mərhələli şəkildə aparılıb və mərhələli şəkildə təhvil verilib, 4 qurum da işə nəzarət edirdi. Mən də işdən çıxanda Zərərçəkmiş şəxs1 təhvil etmişəm.” “Siz sənədləri təhvil verəndə təhvil-təslim aktı tərtib etmisiniz? Bəli, 4 nüsxədə tərtib etmişəm, 2 ay ərzində Zərərçəkmiş şəxs1 və yeni direktor tərəfindən imzalanmadığndan mən ərizə yazmaqdan imtina edirdim, mart ayında Təqsirləndirilən şəxs1 razılığı ilə təhvil-təslim aktına imza atılmadan ərizə yazıb işdən çıxmışam.” “Zərərçəkmiş şəxs1 qoyduğu pullar bankdan hansı qaydada çıxarılırdı və şirkət bunu hansı qaydada rəsmiləşdirirdi? Mən bilavasitə iştirak etməmişəm, bildiyim odur ki, forma 2 aktları ilə tanış olduqca pul hissə-hissə çıxarılırdı.” “Forma 2 aktları ilə kim tanış olurdu? Həm Zərərçəkmiş şəxs1, həm də Təqsirləndirilən şəxs1.” “Sizin adınıza hər hansı daşınmaz əmlak var?Xeyr, yoxdur.” “İstintaq dövründə Zərərçəkmiş şəxs1 sizdən əsas tələbi nə idi? O iddia edirdi ki, hesabatlar vaxtlı-vaxtında verilməyib, hansısa mənzillər rüşvət kimi verilib, hesabatlarda yanlışlıqlar var, ayrılan vəsaitlər təyinatı üzrə xərclənməyib.” “Smeta dəyəri üzrə MİDA tərəfindən 3 bina üzrə nə qədər məbləğ göstərilmişdi? Smeta dəyəri 11 milyona manata yaxın vəsait idi, 10 milyon manata yaxın vəsait də xərclənib.” “Hazırda həmin binalar ilə bağlı sizin işlədiyiniz dövrü əhatə edən alacaq-verəcək var mı? Mən işdən çıxdığım dövrdə verilməli olan 533 min manat kredit pul var idi.” “İstintaq dövründə Təqsirləndirilən şəxs1 həbs olunandan sonra həmin binada hər hansı iş görülübmü, görülübsə kimin vəsaiti hesabına görülüb? Elə Təqsirləndirilən şəxs1 vəsaiti hesabına daxili təmir və quraşdırma işlər görülüb. Müstəntiq mənə tapşırmışdı ki, orada aparılan işlərə nəzarət edin və hesabatını aparın.” “Qaz və işıq sayğacı ilə bağlı hansı problem yaranıb və bu problem necə həll olunub? Sayğacların quraşdırılması ilə bağlı iş hələ istintaqda olarkən mənə tapşırılmışdı ki, o işlərlə məşğul olun, sənədləri müvafiq kommunal strukturlara təqdim edək, mən də gedib lazım olan sənədləri topladım və yeganə tələb olunan şey şirkətin rəhbəri tərəfindən müraciət məktubuna qol çəkilib möhür vurulması idi, mən də müraciət məktubunu hazırladım, aparıb Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim etdim və dedim ki, çağırın, şirkətin rəhbərini ki, gəlib qol çəksin, möhür vurub göndərək, ama etmədilər, hətta məndən sonra kommunal strukturlara müraciət etdilər ki, biz hələ sayğac quraşdırmaq mərhələsində deyilik. Hətta Zərərçəkmiş şəxs1 şikayət etmişdi ki, məndən xəbərsiz binada təmir işləri görülür.” “Həmin binalara ümumilikdə nə qədər vəsait xərclənib? 10 milyona yaxın vəsait artıq xərclənib, bundan sonra da təxminən 300-350 min manat vəsait xərclənməlidir.” Müdafiəçi5 suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir: “Tikintini yekunlaşdırmaq üçün təxminən 300-350 min manat vəsait tələb olunduğunu nə əsasında müəyyən etmisiniz? Mən işdən çıxdığım dövrdə təmir işləri getmişdi, onları da nəzərə almaqla mənim təxmini hesablamalarıma görə 300-350 min manat vəsait lazımdır.” "xxxx"in alacağı nə qədərdir? 530 min manat.” Müdafiəçi10 suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir: “10 iyul 2017ci il tarixli borc müqaviləsinin bağlanılmasına necə qərar verildi? Təsisçilər arasında olan məsələdir.” “Müqavilənin bağlanması könüllü şəkildə olub? Müqaviləni kim hazırlayıb? Bəli, könüllü şəkildə bağlanıb, təsisçilər öz aralarından razılaşıb, müqaviləni Zərərçəkmiş şəxs1 tərtib etmişdi.” “Zərərçəkmiş şəxs1 borc müqaviləsində göstərilən əmlakları qəbul etdi? 6 mənzil və 2 qeyri-yaşayış yeri onun adına yazıldı, amma zavodun onun adına keçirilməsi mümkün olmadı.” “Zərərçəkmiş şəxs1 müqavilə tərəfi kimi müqavilələrə qol çəkib? Bəli.” Sədrlik edənin suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir: “28 və 29 saylı binalar da təmirli vəziyyətdə təhvil verilib? MİDA ilə olan müqaviləyə əsasən həmin binaların yalnız tikintisi nəzərdə tutulurdu, lakin biz həmin kompleksdəki binalarda fərqlənməməsi üçün 28 və 29 saylı binaları da təmir etdik.” “Siz 28 və 29 saylı binalardakı mənzilləri təmirli formada satmısınız? Bəli.” “Siz 28 və 29 saylı binalarda neçə mənzil satmısınız? 132 mənzil, 72 mənzil 28 saylı binada, 60 mənzil 29 saylı binada.” “Bu mənzillərin içərisində "xxxx" MMC ilə dəyişdirilənlər də var? Bəli, var.” “Siz mənzilləri təmirli təhvil vermisiniz yoxsa bu formada təhvil verməyi planlaşdırırdınız? Tam təmirli təhvil verilən mənzillər də var, təmiri tam yekunlaşmayan mənzillər də var, məsələn bəzi mənzillərdə divar kağızı vurulmamışdı, mətəbx mebeli yox idi və s.” “132 mənzil ilə bağlı alqı-satqı danışıqları sizlə gedib? Bəli, mən də rəhbərliyə məlumat verirdim, razılıq verilsə satış həyata keçirilirdi.” “Satışa kim razılıq verirdi? Zərərçəkmiş şəxs1 Azərbaycanda olanda hər iki təsisçi razılıq verirdi, burada olmayanda isə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ilə razılaşdırırdı.” “Razılıq şifahi, yoxsa yazılı verilirdi? Şifahi də olurdu, yazılı da.” “İş materiallarına əsasən iki mənzilin alqı-satqısı ilə bağlı danışıq Təqsirləndirilən şəxs1 ilə aparılıb, bu barədə nə deyə bilərsiniz? Tam yadımda deyil, ola bilsin ki, tanış adamlar danışığı Təqsirləndirilən şəxs1 ilə aparsın, amma alqı-satqı müqavilələri mənimlə bağlanıb.” “Zərərçəkmiş şəxs1 alqı-satqı ilə bağlı təması olub? Bu barədə məlumatım yoxdur.” “Mənzillərin satılmasına kim qərar verib? Mən məlumat vermişəm ki, mənzili almaq istəyən müştəri var, Zərərçəkmiş şəxs1 Azərbaycanda olanda hər iki təsisçi satışa razılıq verib, burada olmayanda isə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ilə razılaşdırıb.” “Zərərçəkmiş şəxs1 narazılıqları nə vaxtdan başladı? 2019-cu ilin dekabr ayında.” “Niyə başladı? Gəlib ofisdəki otağında oturdu və hesabatlarla tanış olmağa başladı, gördü ki, maliyyə çətinliyi var və şirkət öhdəliklərini yerinə yetirə bilmir, o da ziyana şərik olmamaq üçün qoyduğu pulu və ona ayrılan əmlakları götürüb çıxmaq istəyirdi, ona görə də tələb etdi ki, borc müqaviləsinə əlavə tərtib olunaraq göstərilsin ki, ona təminat kimi konkret hansı əmlak verilir.” “Həmin vaxta kimi sənədlərlə tanış olmasına hər hansı maneə var idi? Xeyr, forma 2 sənədləri də ona təqdim olunurdu.” “Verilən əmlaklar Zərərçəkmiş şəxs1 qoyduğu pulun ekvivalenti idi? Bəli.” “Necə hesabladınız bunu? Orta bazar qiymətinə əsasən hesablandı, öz aralarında razılaşdılar, təkcə zavodun qiyməti 5 milyon 600 min manat idi, verilən əmlak artıqlaması ilə borcu bağlayırdı.” “Zərərçəkmiş şəxs1 pulunun təminatı olaraq həmin əmlak verilib? Müqavilə müddəti bitəndən sonra həmin əmlakın Zərərçəkmiş şəxs1 mülkiyyətinə keçirilməsini öz öhdəsinə götürdü.” “Bəs zavod niyə Zərərçəkmiş şəxs1 adına keçirilmədi? Sənədlər hazırlanmışdı, mən işdən çıxarılanda hələ zavod Zərərçəkmiş şəxs1 adına keçirilməmişdi.” “Sizi işdən kim çıxartdı? Zərərçəkmiş şəxs1 tələbi ilə çıxartdılar. Mən təhvil-təslim aktı imzalanmadığı üçün ərizə yazmırdım, mart ayında Təqsirləndirilən şəxs1 mənə dedi ki, təhvil-təslim aktı olmadan çıx get, mən də ərizə yazıb işdən çıxdım.” “Katlavan nə vaxtdan qazılmağa başlandı? 2017-ci ilin iyul ayında.” “Katlavan başlayanda Zərərçəkmiş şəxs1 işə qoşulmuşdu? Xeyr, o 2 ay sonra, sentyabr ayında qoşuldu, 2 ay Təqsirləndirilən şəxs1 maliyyələşdirib.” “Təqsirləndirilən şəxs1 tikintiyə nə qədər vəsait qoyub? Təxminən 2 milyon manat.” “Təqsirləndirilən şəxs1 həmin vəsaiti tikintinin hansı mərhələsində qoyub? Mərhələli şəkildə qoyub.” “Pulu nağd formada qoyub? Bəli.” “Evlərin kvadratının qiymətinin müxtəlif vaxtlarda müxtəlif qiymətlərdə olmasını nə ilə izah edə bilərsiniz? Təsisçilər öz aralarında bu qiymətlər barədə razılaşıb.” Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir: “Forma 2 sənədləri hansı mərhələlərdə tərtib olunurdu? Hər mərtəbə təhvil veriləndə.” “Üç binada ümumi neçə mərtəbə var idi? 33 mərtəbə idi.” “Hər mərtəbənin tikintisi nə qədər çəkirdi? Ümumilikdə 1,5 ilə tikilməsi nəzərdə tutulmuşdu.” “Bəs siz nə vaxta bitirdiniz? Elə 1,5 ilə başa çatmışdı.” “İş materiallarından görünür ki, forma 2 sənədləri üzrə 4 ay ərzində pul köçürülməsi olub, 4 ay ərzində neçə mərtəbə tikilmişdi? Dəqiq yadımda deyil.” “Şirkətin satdığı 19 evdən nə qədər gəlir əldə olunub? Dəqiq yadımda deyil, iş materiallarında var.” Nümayəndə Müdafiəçi9 suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir: “Forma 2 sənədləri təsdiqlənəndən sonra həmin sənədlər əsasında Zərərçəkmiş şəxs1 müraciət etmişdiniz ki, o, pulu bank hesabına köçürtsün? Bunun ödənişə heç bir aidiyyəti yoxdur.” “Zərərçəkmiş şəxs1 forma 2 sənədləri təqdim olunandan sonra sizə pul verib? Bəli.” “Pul sizə hansı formada çatdırılırdı? Pul mənə yox, Təqsirləndirilən şəxs1 çatdırılırdı.” “Təqsirləndirilən şəxs1 o pulu sizə verirdi? Bəli.” “Zərərçəkmiş şəxs1 verdiyi vəsait hansısa formada rəsmiləşdirilirdimi? Pul vəsaiti qaimə faktura əsasında təhvil alınırdı.” “Müəssisənin hazırda nə qədər borcu var? Borcu yoxdur.” Nümayəndə Müdafiəçi9 suallarına cavab olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir: “Siz forma 2 sənədlərini görmüsünüz? Xeyr, görməmişəm. MİDA mənə demişdi ki, forma 2 yoxdur.” Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir: “Forma 2 sənədləri nəyə və kimə lazım idi? MİDA ilə şirkətin razılaşmasına əsasən şirkət hər 3 binanı tikib təhvil verməlidir, 27 saylı binanı isə təmirli şəkildə təhvil verməli idi, forma 2 sənədi görülən işin təhvil aktıdır.” “27,28,29 saylı binaların tenderi nə vaxt olmuşdur? Xatırlamıram.” “Tenderin şərtləri nə idi. Yadımda deyil.” “MİDA-nın maliyyə şərtləri nə idi. Yadımda deyil. Bu suala cavab vermişəm.” “MİDA-da kimə sənədləri vermisiniz?” (Cavab vermir)” “Tenderin şərtlərində tikintinin həyata keçirilməsi zəmanəti olaraq 3 milyon manat banka depozit hesabına pul qoymaq var idi? Müqavilədə var.” “Tenderin şərtlərində var idi, ya yox? (Cavab vermir)” “Şərtlərdə var idi ki yalnız göstərilən X168 filialına qoymaq lazımdır pulu? (Cavab vermir)” “Başqa kimlər tenderdə iştirak edirdilər? Siz və ya Elçin bu şirkətləri tanıyırdınız? Başqa şirkətləri mən hardan bilim.” “Tenderdə MAC LTD firması iştiakçı idi? Yadımda deyil.” “MAC LTD ilə hansı əlaqəsi var? Bilmirəm.” “Təqsirləndirilən şəxs1 və KAT LTD-nin MAK LTD ilə nə əlaqəsi var? Qonşu şirkətlərdi.” “Sizin tenderdə işitrak haqqı kimi həm KAT Holdinq, həm də MAK LTD üçün ödəniş etməyinizi necə izah edirsiniz? Xatırlmıram.” “Tenderin şərtlərində tikinti üçün lisenziya verilməsi var idi? Elə bir tələb olmayıb. Şirkət özü subpodratçı olaraq başqa bir şirkəti cəlb edə bilərdi. Amma sonradan biz aldıq lisenziya.” “KAT holdinqin pulu, daha doğrusu mənim pulum KAT LTD-yə xərclənibmi? Xeyr.” Ziya Orucov 1 ünvanındakı yanğından sonra KAT Holdingin pulu təmirə xərclənibmi? Xeyr.” “Danışıqlar aparılarkən KAT Holdingi MİDA-da kim təmsil edirdi? Hüquqşünas idi, adı yadımda deyil.” “KAT Holding və MİDA arsındakı müqaviləni kim tərtib edirdi? (Cavab vermir)” “Təqsirləndirilən şəxs1 bunda iştirak edib? Bilmirəm. Hüquqşünas məşğul olurdu.” “Müqaviləni kim imzalayırdı? Mən.” “Digər tərəfdən? Adı yadımda deyil.” “Nəyə görə müqavilədə büdcə, tikiləcək mənzillərin sayı, kvadratı nəyə görə göstərilmir. Orda kvadrat göstərilmişdir, qiymət ona görə göstərilməmişdir ki, orda da smetalar olur. Müqavilədə də həmin smetalara uyğun olaraq deyilib.” “Əgər hər layihəin öz smetası olursa, nəyə görə müqavilədə bu yoxdu? Bu suala cavab verdim.” “Nəyə görə müqavilədə MİDA-nın öhdəlikləri qeyd olunmamışdır. Əgər zəmanət yoxdursa, necə investisiya barədə müqavilə bağlanıla bilər? Müqavilə olub da. Mən tərtib etməmişəm, hüquqşünslar tərtib edib.” “Nəyə görə həmin müqavilə mənə tanış olmaq üçün verilməmişdir. Sən həmin vaxt yox idin.” “Necə ola bilər ki mən olmayım. Siz hesabda pul olmadan tenderdə necə qalib gəlmisiniz? Qarantiya ilə.” “Qarantiya necə ola bilərdi, kapital 50 manat idi? (Cavab vermir)” “Dövlət orqanı MİDA lisenziyası, kapitalı, qarantiyası olmayan şirkətlə necə müqavilə bağlaya bilərdi? Əgər mən yox idimsə? Sən olmasan səhər açılmırdı?” “Siz məndən bünovrə üçün 100 min manat aldınız həmin pul bünövrəyə sərf olunub, ya bu pullar hanı? Tikinti işləri iyulda başlayıb, sentyabr ayına qədər Elçin müəllim tərəfindən maliyyələşdirilmişdir.” “Nəyə görə smeta ilə 25-28 min manat təşkil edən bünövrəyə görə 2 mənzil verilmişdir ki, bunların da təxmini qiyməti 200 min təşkil edir. Bünövrəyə 1 mənzil ayrılıb o da 50 min manatdır. Hansı 200 mindən danışır bilmirəm. Qalan vəsait pul şəklində verilib.” “Hər kvadrat metrin 1265 manat ollmasını kim müəyyən etdi? Bu nədən asılıdı? Nəyə görə saxta müqavilələrdə demək olar ki, hər yerdə göstərilmişdir. Təsisçilər arasındakı razılığa əsasən.” “Bu razılıq haradadır? Şifahi razılıq olmuşdur.” “Nə vaxt olub bu razılıq? “Xatırlamıram.” “KAT Holdingin kapitalında pul olmadığı halda tenderdə necə iştirak etdiniz? Cavab vermək istəmirəm.” (Təqsirləndirilən şəxs2 artıq heç bir suala cavab vermək istəmədiyini bildirdi.) Nümayəndə7 suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir: “Belfa MMC ilə barter olunan mənzillərin qiymətini kim müəyyən edib? Bu suala əvvəl cavab vermişəm.” “Mənzillər kimin adına rəsmiləşdirilib? Suala artıq cavab vermişəm.” “Kimin göstərişi əsasında mənzillər hansı şəxslərin adına rəsmiləşdirilib? Suala artıq cavab vermişəm.” “X196 Ələkbərova nə aidiyyəti var? Suala artıq cavab vermişəm.” “Hansı sənədlər əsasında İsa Məmmədov qiymət tənzimləyib? Suala artıq cavab vermişəm.” Müdafiəçi10 suallarına cavab olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir: “Siz 3 milyon manatı qarantiya üçün vermisiniz yoxsa tikintiyə vəsait kimi qoymusunuz? Mən bu suallara dəfələrlə cavab vermişəm. Hər dəfə bir vəkil eyni sualı verir. Artıq cavab vermək istəmirəm.” Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iş üzrə kompleks məhkəmə texniki mühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir: Qərardadın birinci sualı ilə bağlı qeyd olunur ki, Bakı şəhəri, Yasamal rayonu, X132 Yolu 8 ünvanında yerləşən "xxxx"-nın sifarişinə əsasən “KAT HOLDİNG1' MMC tərəfindən inşa edilmiş 27, 28 və 29 saylı binalara lahiyə-smeta sənədləri DÖVLƏTBAŞEKSPERTİZA-da razılaşdırıldığını, həmin binanın parametirləri, ölçüləri, mərtəbəliyi layihə sənədlərinə uyğun olduğunu nəzərə alaraq, 27, 28 və 29 saylı binalar tələb olunan norma və qaydalara uyğun inşa edilmişdir. Qərardadın ikinci sualı ilə bağlı qeyd olunur ki,Bakı şəhəri, Yasamal rayonu, X132 Yolu 8 ünvanında inşa edilən 27, 28 və 29 saylı binalara dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X59 Aqentliyinin Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu tərəfindən 1991-ci ılın bazis qiymətləri və 2016-cı ilin bazar qiymətlərinə keçid əmsalı nəzərə alaraq, həmin 27, 28 və 29 saylı binalar başa çatdırılması üçün çəkilmiş xərclərin ümumi dəyəri 9.280.890,0 manat, o cümlədən 27 saylı binanın inşası üçün çəkilməli xərçin dəyəri 2.988.582.24 manat, 29 saylı binanın inşası üçün çəkilməli xərçin dəyəri 3.041.029.32 manat və 28 saylı binanın inşası üçün çəkilməli xərçin dəyəri 3.251.278.44 manat məbləğində müəyyən olunur. Qərardadın üçüncü sualında Bakı şəhəri, Yasamal rayonu, X132 Yolu 8 ünvanında yerləşən "xxxx"-nın sifarişinə əsasən “KAT HOLDİNG" MMC tərəfindən inşa edilmiş 27 saylı binanın tam təmirli olmaqla tamamlanmış formada 1 m2 -nin inşa edilməsinə (material, əmək haqqı və digər xərclər daxil olmaqla) sərf edilmiş vəsaitin tikinti başa çatdığı dövrə olan orta bazar qiyməti və bunun əsasında binanın tikintisinə sərf edilən vəsait müəyyən etmək tələb olunmuşdur. Bununla əlaqədar olaraq qeyd olunur ki, binanın ümumi sahəsinin müəyyən olunması üçün layihə sənədlərinin təqdim olunması üçün vəsatət verilmişdir. Lakin vəsatətə cavab olaraq, binanın layihə (eskiz layihəsi) sənədləri mərkəzə təqdim olunmamışdır. Eyni zamanda Azərbaycan Respublikasının Mənzil X133 "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixdə xx-xx/2495. saylı verilmiş məktubundan əsasən, Bakı şəhəri, Yasamal rayonu, X132 yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən "xxxx" MMC-nin sifarişinə əsasən olunmuş 27 nömrəli binanın ümumi sahəsinin 5295 kvadratmetr olduğunu nəzərə alaraq, 27 saylı binanın tam təmirli olmaqla tamalanmış formada binanın tikintisinə sərf edilən 1 kv.m. dəyəri 564,41 (2.988.582.24 manat/ 5295) manat müəyyən olunur, (tikinti-təmir işləri üzrə). Qərardadın dördüncü və yeddinci sualları ilə bağlı qeyd olunur ki, Bakı şəhəri Yasamal rayonu, X132 yolu 8 ünvanında yerləşən "xxxx"xxxx"xxxx" MMC tərəfindən inşa edilmiş 27 saylı binanın tam təmir olunmuş mənzillərində binanın təhvil verilən dövrə olan və 28, 29 saylı binalarda 2020-ci ilin avqust ayına qədər MİDA-nın tələbinə uyğun olaraq 1 mənzil üçün mətbəx mebeli təminatının orta bazar dəyəri 350 manat məbləğində müəyyən edilir. Qərardadın beşinci sualı ilə bağlı qeyd olunur ki, yuxarıda göstərilənlərə əsasən, Bakı Şəhəri, Yasamal rayonu, X132 Yolu 8 ünvanında yerləşən "xxxx"xxxx"xxxx" MMC tərəfindən inşa edilmiş 27 saylı binanın tamamlanmış vəziyyətdə tikintisinə sərf edilən vəsait ümumi 2.988.582.24 manat məbləğində müəyyən olunur. Eyni zamanda təminatına sərf edilən vəsait 1 mənzil üçün mətbəx mebelinin 1 ədədin dəyəri 350,0 manat məbləğində müəyyən edilir. Qərardadın altıncı sualı ilə bağlı qeyd olunur ki, Bakı şəhəri, Yasamal rayonu, X132 Yolu 8 ünvanında inşa edilən 27, 28 və 29 saylı binalara dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X59 Aqentliyinin Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən 1991-ci ılın bazis qiymətləri və 2016-cı ilin bazar qiymətlərinə keçid əmsalı nəzərə almaqla, "xxxx"-nın sifarişinə əsasən “KAT HOLDİNG “ MMC tərəfindən inşa edilmiş 28 və 29 saylı binalarda 2020-ci ilin avqust ayına qədər görülən tikintiquraşdırma işlərinin orta bazar dəyəri (material, əmək haqqı və digər bütün xərclər daxil olmaqla) ümumi dəyəri (mətbəx mebeli daxil olmamaqla) 6.292.307,76 manat, o cümlədən 29 saylı binanın İnşası üçün çəkilməli xərçin dəyəri 3.041.029.32 manat və 28 saylı binanın inşası üçün çəkilməli xərçin dəyəri 3.251.278.44 manat məbləğində müəyyən olunur. Qərardadın səkkizinci sualında ünvan 36 ünvanında, 1,13158 ha torpaq sahəsində yerləşən (Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış Seriya MH № 0138544, reyestr № **********43-12301, qeydiyyat №**********, xx.xx.2008 və Texniki pasporta əsasən İnventar nömrəsi 11/623, xx.xx.2008) ərazi və tikililərdən ibarət Əmlak kompleksi kimi müəssisənin (sement-beton zavodu) orta bazar satış qiyməti müəyyən etmək tələb olunmuşdur. Bununla əlaqədar olaraq qeyd olunur ki, ünvan 36 ünvanında, 1,13158 ha torpaq sahəsində yerləşən əraziyə və tikililərdən ibarət Əmlak kompleksi kimi müəssisənə baxış keçirilmiş və müvafiq qeydlər aparılmışdır. Lakin əmlak komplekslərinə uyğun analoji internet saytlarında və eləcə də Mərkəzdə məlumat olmadığı üçün müqayisə metodu ilə ilə tədqiqat aparılması mümkün olmamışdır. Bu səbəbdən də qərardad ilə ekspetiza qarşısında qoyulmuş səkkizinci sual üzrə tədqiqat aparılması və cavablandırılması mümkün olmamışdır. Qərardadın doqquzuncu sualı ilə bağlı qeyd olunur ki, ünvan 44 ünvanında 1,13158 ha torpaq sahəsində yerləşən əraziyə və tikililərdən ibarət Əmlak kompleksi kimi müəssisəsinə baxış keçirilmiş və müvafiq qeydlər aparılmışdır. Lakin əmlak komplekslərinə uyğun analoji internet saytlarında və eləcə də Mərkəzdə məlumat olmadığı üçün müqayisə metodu ilə tədqiqat aparılması mümkün olmamışdır. Bu səbəbdən də qərardad ilə ekspertiza qarşısında qoyulmuş səkkizinci sual üzrə tədqiqat aparılması və cavablandırılması mümkün olmamışdır. Qərardadın doqquzuncu sualı ilə bağlı qeyd olunur ki, ünvan 44 ünvanında, 1,13158 ha torpaq sahəsində yerləşən əraziyə və tikililərdən ibarət Əmlak kompleksi kimi müəssisənin orta bazar satış qiyməti müəyyən etmək mümkün olmadığı üçün, qərardadın bu sualı üzrə tədqiqat aparılması mümkün olmamışdır. Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya icraatı zamanı ekspert X79 dindirilmişdir. Sədrlik edənin suallarına cavab olaraq ekspert X79 bildirmişdir: “Binaların sahəsi ilə bağlı nə deyə bilərsiniz? Binaların sahəsinə nəyə uyğun müəyyən etmisiniz? Bizə layihə tam şəkildə təqdim edilmədiyindən MİDA tərəfindən təqdim edilən sənədlərə əsasən müəyyən etmişik.” “Binaların sahəsini müəyyən edərkən xalis sahə əsas götürülür, yoxsa bina? Binanın sahəsinin hesablanma qaydası var, layihə olduqda binanın sahəsi mənzillərin daxilində divardan divara şaxta və arakəsmələr nəzərə alınmadan hesablanır, eyni zamanda qanunvericiliyə əsasən binanın sahəsi hesablanarkən eyvanlar, localar və balkonlar müvafiq azalma əmsalına vurulur, faktiki sahədə isə daxildən ölçülər əsas götürülür, eyvanlar müvafiq əmsala vurulmur.” “Siz binanın sahəsini yerində ölçmüsünüz? Xeyr, iş materiallarında xx.xx.2020-ci il tarixli MİDA-nın məktubuna əsasən, 27 saylı binanın sahəsi 5295 kvadrat metr, 28 saylı binanın sahəsi 5290 kvadrat metr, 29 saylı binanın sahəsi 5900 kvadrat metrdir.” “Siz niyə sahəni smeta ilə yox, məktub ilə müəyyənləşdirmisiniz? Layihədə konkret göstərilməyib, mən hər binanın ayrılıqda layihəsini istəmişəm.” “Siz binaya ƏDV-siz 9 milyon manatdan çox xərc çəkilməli olduğunu nəyə əsasən müəyyən etmisiniz? İş materiallarındakı smeta sənədlərində 1991-ci ilin bazis qiyməti ilə hər binanın qiyməti göstərilib, daha sonra mənə məhkəmə tərəfindən təqdim edilmiş məktubda hər bina üçün keçid əmsalı göstərilib, həmin əmsala vurmaqla hesablamışam.” Nümayəndə Müdafiəçi9 suallarına cavab olaraq ekspert X79 bildirmişdir: “Siz binanın qiymətini müəyyən edərkən cinayət işinin materialları ilə tanış olmusunuz? X182 Nazirliyi tərəfindən verilmiş məktub təqdim edilib, həmin məktubda keçid əmsalı göstərilib, ona əsasən rəy vermişik, qiymətlər də smetada göstərilib, binanın xərci həmin qiymətləri keçməməlidir.” “Həmin qiymətdən çox, ya da az ola bilər? Ola bilər amma onu mən müəyyən edə bilmərəm.” Dövlət ittihamçısının suallarına cavab olaraq ekspert X79 bildirmişdir: “Siz rəydə çəkilmiş xərcləri nəzərdə tutursunuz, yoxsa çəkiləcək xərcləri? Çəkiləcək xərclər nəzərdə tutulub.” “Çəkilmiş xərcləri müəyyən etmək mümkündürmü? Forma 2 sənədləri əsasında müəyyən etmək olar, əlavə qiymət razılaşdırılmayıbsa məbləğ smetanı aşa bilməz.” Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 suallarına cavab olaraq ekspert X79 bildirmişdir: “İddia edirsiniz ki, smetaya baxmamısınız. Əgər baxmamısınızsa necə deye bilərsiniz ki, hesablama aparmaq mümkün deyil? 2020-ci ildə ekspertlər, həmçinin Elçinin sifarişi ilə olan ekspertizada hesablaya bildilər. Smetada nə qədər material lazımdır, nə lazımdır, işçilik nə qədər olmuşdur cədvəldə yazılıb. Mən baxmışam, sizin və ya digər tərəfin apardığı ekspertizanın mənə və ya inanmağınızın mənə aidiyyatı yoxdur. Dövlətin tikintinin qiymətləndirilməsi qaydaları var. 2021-ci ilin öz əmsalları var. Əlavə xərclər də hesablanır. Orada nə olduğunu da bilirəm.” “Bu binalara nə qədər xərclənib? Forma 2 sənədləri təqdim olunsa, müəyyənləşdirmək olar.” Müdafiəçi5 suallarına cavab olaraq ekspert X79 bildirmişdir: “Sizin verdiyiniz rəy hazırki vəziyyətdə binaya çəkilmiş xərc kimi qəbul edilə bilər? Rəydə çəkiləcək xərc qeyd edilib, indiyə kimi çəkilmiş xərci dəqiq deyə bilmərəm.” “Binaların ümumi sahəsinə yardımçı sahələr də aid idi? Bütün sahələr aiddir.” Müdafiəçi10 suallarına cavab olaraq ekspert X79 bildirmişdir: “Belə nəticəyə gəlmək olarmı ki, ən aşağı rəydə göstərilən xərc çəkilməlidir ki, tikinti təhvil verilsin? Tikintiyə çəkilməli xərc rəydə göstərilib.” Nümayəndə X8 cavab olaraq ekspert X79 bildirmişdir: “Rəydə 27 saylı binanın tikilməsi üçün 2 milyon 988 min manat, 29 saylı bina üçün isə 3 milyon manat müəyyən edilib, 27 saylı bina hazırdır, 29 saylı bina isə yox, 29 saylı binanın xərcinin 27 saylı binadan çox olmasını necə izah edirsiniz? Rəydə çəkilməli olan xərc qeyd edilib, mən binanın bütün mənzillərinə baxmamışam ki, hansı binaya konkret nə qədər xərc çəkildiyini müəyyən edə bilim.” Nümayəndə Müdafiəçi9 ekspertə suallarına cavab olaraq ekspert X79 bildirmişdir: “Siz layihə-smeta sənədlərinə verilmiş rəylə tanışsınız? Bəli.” “Siz ekspertiza rəyində binaların smeta dəyərlərini göstərmisiniz, layihə-smeta sənədlərinə verilmiş rəydə isə fərqli qiymətlər göstərilib, bu fərqi necə izah edə bilərsiniz? Smeta sənədlərinə uyğun rəy verilib.” “28 saylı binanın smeta dəyərinin 132597 manat olmasını nəyə əsasən qeyd edirsiniz? İş materiallarındakı smeta sənədlərinə əsasən.” Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 suallarına cavab olaraq ekspert X79 bildirmişdir: “Siz bütün mənzillərə baxış keçirtmisiniz? Xeyr, 2-3 mənzilə baxmışam, o mənzillərdə də xırda işlər qalmışdı.” Müdafiəçi10 suallarına cavab olaraq ekspert X79 bildirmişdir: “Siz hər üç binaya baxış keçirtmisiniz? Vizual baxış keçirtmişik.” “Bəs zavoda baxış keçirtmisiniz? Bəli.” “Həmin zavodda torpaq özəldir? Bəli.” “Sizə təqdim olunan sənədlərdə hansısa işlərin yarımçıq qalması barədə sənəd var? Xeyr, binaya vizual baxışda da görünür ki, xırda işlər qalıb.” “Həmin binalara çəkilmiş xərclər nə qədərdir? Rəydə çəkiləcək xərclər qeyd edilib, bizə 2016-cı ilin keçid əmsalları təqdim edilib, o əmsallar əsasında çəkilməli olan xərclər barədə rəy verilib.” “Hazırkı infilyasiya xərci nəzərə alınmaqla illik artım nə qədərdir? Mən mühasib deyiləm, dəqiq deyə bilmərəm.” “27, 28 və 29 saylı binaların bazar qiyməti nə qədərdir? Dəqiq bilmirəm.” “Binalara çəkilməli xərclər müəyyən edilərkən ƏDV nəzərə alınıb? Xeyr.” “Binalara çəkilməli olan xərclər arasındakı fərq nə ilə bağlıdır? Hər bina üçün fərqli smeta müəyyən edilib, rəy də smetalara uyğun verilib, ola bilsin ki, blok və mərtəbə fərqi var.” Müdafiəçi5 suallarına cavab olaraq ekspert X79 bildirmişdir: “Sizə layihə təqdim edilsəydi çəkilməli olan xərclər dəyişə bilərdi? Smeta elə layihə əsasında tərtib edilir, biz də rəyi smetaya uyğun vermişik.” Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iş üzrə təkrar kompleks məhkəmə tikinti-texniki və əmtəşünaslıq ekspertizası təyin edilmişdir. xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir: Birinci və üçüncü sualar üzrə: 2017-ci ilin oktyabr ayından 05 mart 2020-ci il tarixədək olan müddət ərzində tədqiq olunan binaların tikintisində istifadə olunmuş malmaterialların alınmasını təsdiq edən sənədlərin mövcudluğunu, onların mədaxilməxaricinin tələb olunan qaydada aparılıb-aparılmamasının müəyyən edilməsi məhkəmə tikinti-texniki ekpertlərin səlahiyyətlərinə aid olmadığından, tədqiq olunan binalarda istifadə olunmuş mal-materialların alınmasını təsdiq edən sənədlərin mövcudluğunu, onların mədaxil-məxaricinin tələb olunan qaydada aparılıb-aparılmamasının müəyyən edilməsinə dair tədqiqat aparılmadı. Həmin dövrdə ofis xidməti, işçilərə, mühəndis-fəhlə heyətinə, texnika, avadanlıq və qurğuların icarəsinə çəkilmiş xərclər iş materiallarında olan “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən 1991-ci ilin bazis qiymətlərinə uyğun tərtib edilmiş smeta sənədlərində nəzərdə tutulmadığından, həmçinin iş materiallarında qeyd olunan işlərə dair sənədlər olmadığından, ofis xidməti, işçilərə, mühəndis-fəhlə heyətinə, texnika, avadanlıq və qurğuların icarəsinə çəkilmiş xərcləri müəyyən etmək mümkün olmamışdır. 2017-ci ilin oktyabr ayından 05 mart 2020-ci il tarixədək olan müddət ərzində təqdim edilmiş Bakı şəhəri, Yasamal rayonu, X132 Yolu 8 ünvanında inşa edilən 27, 28 və 29 saylı binalarda istifadə olunmuş tikinti işlərinin həcmi və tikinti materiallarına sərf olunmuş vəsaitin ümumi məbləği Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X59 Agentliyinin Azərdövlətlayihə Dövlət Baş Layihə İnstitutu tərəfindən tərtib edilmiş smeta sənədlərinə göstərilmişdir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, X132 Yolu 8 ünvanında inşa edilən 27, 28 və 29 saylı binalara dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X59 Agentliyinin Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən 1991-ci ilin bazis qiymətləri və 2016-cı ilin bazar qiymətlərinə keçid əmsalı (24.36 və 24.52 keçid əmsalları) nəzərə alaraq, həmin 27, 28 və 29 saylı binalar üzrə aparılmış tikinti-təmir işlərinin ümumi dəyəri 9.280.890,0 manat (material, əmək haqqı və smetada nəzərdə tutulan digər xərclər daxil olmaqla), o cümlədən 27 saylı bina üzrə 2.988.582.24 manat, 28 saylı bina üzrə 3251278,44 manat və 29 saylı bina üzrə isə 3.041.029,32 manat müəyyən olunur. İkinci sual üzrə: ünvan 36 ünvanında, 1,13158 ha torpaq sahəsində yerləşən əraziyə və tikililərdən ibarət əmlak kompleksinə baxış keçirilmiş və müvafiq qeydlər aparılmışdır. Lakin, tədqiq olunan əmlak komleksi faktiki olaraq fəaliyyət göstərmədiyindən, həmin kompleksə uyğun əmlak kompleksinin satışı barədə məlumat olmadığı üçün müqayisə metodu ilə tədqiqat aparılması mümkün olmamışdır. Dördüncü sual üzrə: Bakı şəhəri, Yasamal rayonu, X132 Yolu 8 ünvanında yerləşən "xxxx"xxxx"xxxx" MMC tərəfindən inşa edilmiş 28 və 29 nömrəli tikinti obyektlərində 05 mart 2020-ci il tarixdən hazırkı vaxta qədər görülən tikinti-təmir işlərinə dair smeta sənədləri, Forma 2B sənədləri olmadığından, eləcə də 28 və 29 saylı yaşayış binalarında mənzillərin çoxu sakinlərin istifadəsində olduğundan və həmin mənzillərə baxış keçirilməsinə şərait yaradılmadığından, tikinti obyektlərində 05 mart 2020-ci il tarixdən hazırkı vaxta qədər görülən işlərin həcmini və görülməsinə nə qədər vəsait sərf edildiyini müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittihamlar üzrə qismən, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilərək göstərdi ki, 1984cü ildən 2006-cı ilədək X110 ilə ailəli həyatı qurmuş, həmin nikahdan Səbinə və Solmaz adlı iki övladı vardır. Səbinə və Solmaz, habelə Sevinc özləri müstəqil ailələr kimi ayrılqda yaşayırlar. İkinci dəfə 2006-cı ildə X135 ilə ailə həyatı qurmuş, həmin nikahdan Teymur və Ləman adlı iki övladı vardır. Zərərçəkmiş şəxs2 2011-ci ildə təsis etmiş, həmin vaxtdan şirkətin direktoru Təqsirləndirilən şəxs2 təyin etmişdir. Cəmiyyətin 2017-ci ilə qədər fəaliyyəti olmamışdır. 2015-ci ildə tanışı Fikrət Xəlilov vasitəsi ilə Litva Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1la tanış olmuş, bir müddət münasibət saxladıqdan sonra 2017-ci ilin əvvəllərində sonuncu onunla görüşərək Mənzil X133 tərəfindən keçiriləcək sosial evlər layihəsində iştirak etmək, biznes qurmaq, yatırım etmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1la razılaşaraq birgə bu layihədə iştirak etmək qərarına gəlmişdir. Razılaşmaya görə Zərərçəkmiş şəxs1 3.000.000 manat məbləğində investisiya kimi tikinti layihəsinə yatırmalı olmuşdur. MİDA-nın sosial evlər layihəsi üzrə keçirəcəyi tenderdə iştirak etmək üçün bu məbləğdə pulun hesabda olması tələb olunduğundan həmin ekvivalentdə olan 1.780.000 ABŞ dolları məbləğində pulu Zərərçəkmiş şəxs1 "xxxx" ASCnin «Gənclik» filialında özünün və cəmiyyətin direktoru Nümayəndə1 adına açılmış hesablara qoymuşdur. Daha sonra MİDA-nın tələblərinə görə investisiya proqramının tenderində iştirak etmək üçün hesabda kifayət qədər pulun olması barədə MİDA-nın rəhbərliyinə məlumat verdikdən sonra onlar özləri bankdan həmin məlumatı yoxlamış və məlumat təsdiq olunduğundan 2017-ci ilin avqust ayında MİDA tərəfindən keçirilmiş tenderdə Zərərçəkmiş şəxs2 MMC şirkəti tam qanuni əsaslarla, heç bir subyektivliyə yol verilmədən qalib gəlmiş və 2017-ci ilin iyun ayının 30-u tarixində şirkətlə MİDA-nın tabeliyində olan "xxxx" MMC arasında “investisiya sahəsində birgə sahibkarlıq fəaliyyəti haqqında” müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə 30 dekabr 2018-ci il tarixə qədər Zərərçəkmiş şəxs2 şirkəti Bakı şəhəri, Yasamal rayonu, Bakı dairəvi yolu 8 ünvanında 27, 28 və 29 nömrəli binaların tikintisini yekunlaşdırmalı olmuşdur. Bundan başqa "xxxx" MMC 3 binanın inşası üçün tələb olunan 0,17 ha zəruri torpaq sahəsini və xarici mühəndis kommunikasiya təminatı sistemi ilə Zərərçəkmiş şəxs2 şirkətini təmin etməli, rəhbəri olduğu cəmiyyət isə inşa etdiyi 3 binadan 12 mərtəbəli, 27 nömrəli binanı tam təmir olunmuş, həmçinin layihə üzrə mətbəx mebeli ilə təhciz edilmiş vəziyyətdə "xxxx" MMC-yə təhvil verəcəyini öhdəsinə götürmüşdür. Həmin şərtlərə görə 27 nömrəli binanın satışını MİDA, 28 və 29 nömrəli binaların satışını isə Zərərçəkmiş şəxs2 MMC həyata keçirməli idi. Müqavilə bağlandıqdan sonra şirkət həmin sahədə tikinti işlərini başlamışdır. Binaların tikintisi başlamamışdan öncə binalardakı bütün mənzillərin qabaqcadan qeydiyyatı həyata keçirilmiş və şirkətə ilkin qeydiyyat barədə arayışlar verilmişdir. Zərərçəkmiş şəxs1 investisiya edəcəyi məbləğin birbaşa tikinti xərcələrinə sərf olunması məqsədi ilə qarşılıqlı razılaşmaya əsasən sonuncu "xxxx" ASC-də olan hesabdakı pullarını şirkətin hesabına köçürmədən öz hesabından çıxardaraq nağd şəkildə müvafiq yatırımlar etmişdir. Tikinti prosesində Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasında olduğu müddətdə öz adına açılmış hesabdan, olmadığı vaxtda isə, tələbi ilə bir və ya iki dəfə Nümayəndə1 öz adından açılmış hesabdan pul çıxardaraq ona vermiş, o da öz növbəsində həmin məbləği nağd şəkildə tikintiyə sərf etmişdir. 2017-ci ilin iyul ayından 2018-ci ilin may ayına kimi ümumilikdə Povilas təxminən 2.060.000 ABŞ dolları məbələğində investisiya kimi onun vasitəsi ilə tikinti işlərinə yatırım etmişdir. 2018-ci ilin may ayına qədər hər üç binanın tikintisi ilə bağlı təxminən 70 faiz işlər görülmüş, lakin 28 və 29 nömrəli binaların mənzillərini almaq istəyən çox az sayda adamlar müraciət etdiyindən Povilasla qarşılıqlı razılaşma əsasında Binəqədi rayonu ərazisində yeni inşa edilmiş, tam hazır vəziyyətdə olan, böyük biznes perspektivli, likvid qiyməti tam real olaraq 5.000.000 manat dəyərində olan sement zavodunu almaq qərarına gəlmişlər. Belə ki, 2018-ci ilin iyun ayında tanışı həmin vaxt həbsdə saxlanılan İsa Məmmədovun özünə məxsus ünvan 39 ünvanında 1.13158 ha torpaq sahəsində 3994.9 m2 ümumi, 2489.4 m2 əsas, 1505.5 m2 olan sement və beton istehsal edən zavodu 5.000.000 manata satdığını öyrənmiş, bununla bağlı İsa Məmmədov həbsdə olduğu üçün sonuncunun xalası oğlu Vidadi Hüseynovla danışmış və zavodun faktiki olaraq İsaya məxsus olsa da Vidadi Hüseynovun təsisçisi olduğu "xxxx" MMC-nin mülkiyyətində olduğunu öyrənmişdir. Həmin vaxt nağd vəsait olmadığı üçün şəriki Zərərçəkmiş şəxs1 bu barədə bildirmiş və sonuncunun razılığı ilə zavoda görə inşa etdikləri binadan mənzil vermək qərarına gəlmişlər. İsa və Vidadi ilə razılaşmaya əsasən 5.000.000 manatın əvəzində kvadratı 1493 manat olmaqla 29-cu binadan 48 ədəd mənzil veriləcəyi nəzərdə tutulmuşdur. Mənzillərin bu qiyməti də o vaxt üçün tam real bazar qiyməti idi və hələ qiymət çox qalxmamışdı. Yəni, kvadratı 1265 manata satılan mənzilin dəyərinin üzərinə ƏDV gəldikdə bu məbləğ – 1493 manat alınırdı. Povilasla birlikdə həmin zavoda bir neçə dəfə gedib baxdıqdan sonra sonuncu razılığını bildirmişdir. 13 iyun 2018-ci il tarixdə Povilasın razılığına əsasən bununla bağlı "xxxx" MMC ilə Zərərçəkmiş şəxs2 MMC arasında rəsmi Barter Müqaviləsi bağlanmış, həmin cəmiyyətlə bağlanmış B01/18 saylı Barter (Dəyişdirmə) Müqaviləsinə əsasən yuxarıda qeyd edilən sement zavodun qarşılığında Bakı şəhəri, Yasamal rayonu, X199 8 ünvanında inşa olunan 29 saylı yaşayış binasından cəmi sahəsi 3348.8 m2 olan, 49 ədəd mənzil İsa Məmmədova verilmişdir. Belə ki, razılaşmaya əsasən, zavodun ümumi qiymətini 5.000.000 manata razılaşaraq, həmin dəyərdə hər kvadratı 1493 manatdan mənzillər dəyərləndirilmişdir. Alqı-satqı edərkən zavod tam işlək vəziyyətdə olmuş, yoxlama zamanı hətta 480 marka sement istehsal olunmuş və zavodun işlək olmasına dair bununla bağlı onunla Vidadi Hüseynov arasında təhvil-təslim aktı bağlanmışdır. Sonradan zavodda aşkar olunan bir sıra qüsurların aradan qaldırılması üçün mənzillərdən biri geri qaytarılmış, bununla da zavoda görə verilən mənzillərin sayı sonda 48 ədəd olmuşdur. Zavoda görə verilən mənzillərin bir çox hissəsi İsa Məmmədovun təqsiriləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxslərə verilmişdir, bir hissəsinin pulları isə İsanın qardaşı Şahin və dostu Məhəmmədə verilmişdir. Amma mənzillərin vətəndaşlara satılması elə Zərərçəkmiş şəxs2 MMC-nin adından adi qaydada alqı-satqı müqavilələri bağlanmaqla aparılmışdır. Həmin müştəriləri zavodun nümayəndələri özləri tapmış, qiymətlərini özləri razılaşmış, Zərərçəkmiş şəxs2 MMC isə yalnız sənədləşməni aparmışdır. Aylıq nağdlaşdırmaya tətbiq edilən 30000 manat limitlə bağlı nağd pula olan ehtiyacları ödəmək üçün mənzillərin alqısatqısı zamanı pulun bir hissəsi bank vasitəsilə ödənilmiş, qalan hissəsi isə müştəri ilə razışmaya əsasən nağd şəkildə ödənilmişdir. Bu prosesdə yol verdikləri yanlışlıqları başa düşür və qəbul edir. Amma nağd şəkildə alınan pullar heç bir halda mənimsənilməmiş, onlar nağd şəkildə podratçılara, başqa iş görənlərə, mal-material alınmasına, əmək haqlarının ödənilməsinə sərf edilmişdir. Həmin pulların dəqiq hesabatı aparılmış, daxili yazışma tərtib olunmuş, daxili məxaric orderləri tərtib edilməklə verilmişdir. Hər manatına qədər pulların hesabatı direktor Təqsirləndirilən şəxs2 tərəfindən aparılmış, təsisçi kimi ona və Povilasa məruzə edilmişdir. Ümumiyyətlə, hesab üzrə aylıq məhdudiyyətə görə bir çox tikinti şirkətləri də bu qaydada fəaliyyət göstərməyə məcburdurlar və hal-hazırda da bu qaydada işləməkdə davam edirlər. Zavodu aldıqdan sonra Povilas qeyd olunan zavodu 80.000 manata aylıq icarəyə verilməsinə icazə verməmiş və icarə haqqı olaraq sahibkardan ayda 105.000 manata razılığını bildirdiyi üçün həmin zavodu icarəyə verə bilməmişlər. Bundan sonra həmin zavodu ilkin olaraq 10.000.000 manata satışa çıxarmışlar, lakin Povilas həmin qiymətdən aşağı satışına razılıq vermədiyi üçün alqı-satqı baş tutmamışdır. Dəfələrlə müxtəlif müştərilər gələrək bu məbləğdən bir qədər aşağı olan məbləğlər təklif etmişlər, amma Povilas hər dəfə imtina etmiş və 10.000.000 manatdan aşağı satmayacağını bildirmişdir. Sonradan qeyd olunan sahədə digər rəqabət aparanlar yaranmış və həmin zavodun dəyəri 10.000.000 manatdan aşağı – 5-6 milyon manata düşəndən sonra Povilas aldanması ilə əlaqədar ondan şikayət etməyə başlamışdır. 2018- 2019-cu illərdə tikinti işlərinin icrasında gecikmələr olmuş, belə ki, mənzilləri heç kəs almadığından, yəni satış az olduğundan tikintini aparmaq üçün vəsait çatışmamazlığı yaranmışdır. Buna görə onun və Povilasın şifahi razılığı ilə tikinti işlərini aparan podratçı şirkətlərin və şəxslərin gördükləri işin əvəzinə sonuncuların təqdim etdiyi şəxslərin adlarına 28 və 29 nömrəli binalardan olan mənzillər ödəniş kimi “Çox mənzilli yaşayış binasının tikintisi haqqında” fərdi müqavilə ilə rəsmiləşdirilsə də, mənzillərin görülən işin müqabilində verilməsi şərti müqavilələrdə göstərilmişdir. Buna baxmayaraq 2019-cu ilin mart ayına kimi bütün binaların tikintisi yekunlaşdırılsa da, təmir işləri bitmədiyindən binalardan mənzil almış şəxslər narazılıq etməyə başlamış, bununla əlaqədar dəfələrlə həm tikinti sahəsində, həm şirkətin ofisində, həm də MİDA-nın inzibati binasında vətəndaşlarla görüşmüş və təmir işlərinin aparılması üçün vəsait olmadığını, kreditlə satışdan daxil olacaq məbləğlər hesabına da olsa tezliklə bu qalıq işlərin yekunlaşdırıb təhvil veriləcəyini bildirmişdir. Nömrələrini xatırlamadığı 28 nömrəli binadan 6 mənzilin ikisini 2018-ci ilin may ayında qohumları X76 və X43 adlarına, ikisinin 2018-ci ilin oktyabr ayında X77 və X111 adlarına, ikisinin isə 2018-ci ilin iyul ayında X27 adına “Çox mənzilli yaşayış binasının tikintisi haqqında” fərdi müqavilə ilə rəsmiləşdirilməsi üçün şirkətin direktoru Təqsirləndirilən şəxs2 xahiş etmiş, sonuncu da onun tapşırığını yerinə yetirərək mənzilləri adları çəkilən şəxslərin adlarına rəsmiləşdirmişdir. Qeyd olunan şəxslərdən mənzillərə görə pul almamış, belə ki, H.Ələkbərova və G.Ələkbərova onun qohumlarıdır, mənzillər onların atası Vaqif Ələkbərova məxsus Bilgəh qəsəbəsində yerləşən bağ evinin müqabilində adlarına rəsmiləşdirilmişdir. Həmin bağla əlaqədar biznes layihəsi həyata keçirmək istəmiş, lakin layihə baş tutmadığından bağda olan evdə xırda söküntü işlərindən başqa heç bir əlavə iş görməmiş, həmin bağ evi onun adına rəsmiləşdirilməmişdir. X77 və X129 2005-ci ildən tanıyır, sonuncuların mənzilləri olmadığı üçün onlara köməklik edəcəyinə söz vermiş və 2017-ci ilin oktyabr ayında 28 nömrəli binadan adlarına mənzil rəsmləşdirilmişdir, həmin mənzillərə görə heç bir məbləğdə pul vəsaiti almamışdır. Bundan başqa, X27 adına formal olaraq hər hansı məbləğdə pul almadan 28 nömrəli binadan 2 mənzil rəsmiləşdirilmişdir. 19 iyul 2020-ci il tarixdə isə Povilasla aralarında narazılıq yarandığı üçün həmin şəxslərlə görüşərək qeyd olunan mənzillərə dair onların imtina ərizələrini almış və mənzilləri şirkətə qaytarmışdır. 2019-cu ilin dekabr ayında Zərərçəkmiş şəxs1 ondan investisiya kimi yatırdığı məbləği tələb etdikdə o, mənzillərin tam satılıb qurtarmadığını və həmin mənzillərin bir qisminin əvəzinə sement zavod alındığını bildirdikdə Povilas ondan yatırdığı investisiyasının sığortası kimi girov tələb etmişdir. Bu zaman razılaşmaya əsasən 6 mənzil girov təminatı kimi Povilasın adına rəsmiləşdirilmiş, həmin vaxt Povilasa qeyd olunan mənzilləri formal olaraq qohumlarının adına rəsmiləşdirməsi barədə heç bir söz deməmişdir. Bu altı mənzilin qiyməti hazırda təxminən yarım milyon manat təşkil edir. Həmçinin binalardakı sahəsi 599,45 kv.metr olan qeyriyaşayış sahələri də Povilasın adına rəsmiləşdirilmişdir. Bu qeyri-yaşayış sahələrinin də dəyəri təxminən bir milyon manatdır. Bundan başqa, Zərərçəkmiş şəxs1 ondan sement zavodun da girovu kimi ona verilməsini tələb etmiş, o da öz növbəsində məcbur olub Povilasın bu tələbi ilə razılaşmış və həmin ərəfələrdə aralarında bağlanmış müqavilədə 6 mənzili, qeyri-yaşayış sahələri və sement zavodunu Povilasa investisiya etdiyi məbləğin girovu kimi vermişdir. 6 mənzilin və qeyri-yaşayış sahələrinin Pocius Pavilasa verilməsi barədə Təqsirləndirilən şəxs2 “Çox mənzilli yaşayış binasının tikintisi haqqında” fərdi müqaviləni də rəsmiləşdirmişdir. Daha sonra, 2020-ci ili mart ayında Povilasın tələbi ilə Təqsirləndirilən şəxs2 direktor vəzifəsindən azad edərək, Nümayəndə1 direktor vəzifəsinə təyin etmişdir. Povilasla mənzillərin hər kvadrat metrinə görə konkret qiymətə satacaqları barədə razılaşsalar da, faktiki olaraq həmin qiymətdən aşağı qiymətlə satış həyata keçirilmişdir. Povilas mənzillərin kvadratının 1265 manatdan aşağı satılmasına razılıq vermədiyinə görə sonuncudan xəbərsiz “Çox mənzilli yaşayış binasının tikintisi haqqında” müqavilədə həmin məbləği 1265 manatdan guya satıldığı göstərilmiş, lakin mənzillər faktiki olaraq kvadrat metri 1265 manatdan daha ucuz qiymətə satılmışdır. Zərərçəkmiş şəxs2 MMC-nin təsisçilərinin qərarına əsasən mənzil alqı-satqıları notarial qaydada, yəni “Hüquqların qabaqcadan dövlət qeydiyyatı barədə reyestrdən arayış” əsasında həyata keçirilməli olmasına baxmayaraq bank hesabına köçürülmüş pulları nağdlaşdırmaq çətin olduğundan, yəni bir az əvvəl qeyd etdiyi kimi ayda 30.000 manatdan artıq vəsaitin nağdlaşdırılması mümkün olmadığı üçün bu səbəbdən də notarial qaydada alqı-satqı müqavilələrində mənzilin dəyərinin bir hissəsi, yəni 1 otaqlı mənzilə görə 20.000 manat, 2 otaqlı mənzilə görə 30.000 manat, 3 otaqlı mənzilə görə 40.000 manat ödənilməsi notarial qaydada alqı-satqı müqaviləsində göstərilmiş, qalan pullar isə nağd qaydada saxlanılmaqla şirkətin xərclərinə sərf edilmişdir. Bütün bu məsrəflərin hamısının Zərərçəkmiş şəxs2 MMC-də daxili sənədləşməsi aparılmış, bütün məxaric orderləri, aktlar, qaimələr, qəbzlər, forma-2-lər hamısı ofisdə saxlanmışdır. Zərərçəkmiş şəxs2 MMC-nin möhürü vurulmaqla da təsdiqlənmiş həmin sənədlər bütün faktiki fəaliyətlərini əks etdirmiş, daxil olan və məxaric edilən maliyyə vəsaitləri qəpiyinə qədər orada əks olunmuşdur. Povilas özü də mütəmadi olaraq həmin hesabatları yoxlamış, nəzarətdə saxlamış, heç bir kənarlaşma olmadığını görmüşdür. Povilasla mübahisədən sonra sonuncunun təşəbbüsü ilə yeni direktor təyin olunduğu vaxtda Povilas həmin sənədlərin hamısını götürmüş, amma həmin sənədləri götürməsi barədə heç bir sənədi, aktı imzalamamış, belə təhvil-təslim sənədi tərtib olunmasına ehtiyac olmadığını vurğulamış və bununla da həmin sənədləri ələ keçirərək sonradan onun və Təqsirləndirilən şəxs2 üzərinə şübhələrin cəmlənməsi, ittiham olunmaları üçün əsas yaratmağa çalışmışdır. İbtidai istintaq zamanı da dəfələrlə özü və müdafiəçiləri, həm rəsmi, həm də qeyri-rəsmi qaydada bu sənədlərin istintaq orqanına təqdim edilməsi üçün vəsatətlər qaldırmış, amma Povilas həmin sənədləri onun tələb etdiyi pullar nağd şəkildə bilavasitə özünə, həm də dərhal ödəniləcəyi halda verəcəyini bildirmişdir. Daha sonrakı mərhələdə isə ümumiyyətlə onda belə sənədlər olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməmiş, aralarında olan razılaşmaya uyğun hərəkət edilmiş və sonradan anlaşılmazlıq ortadan qaldırılmışdır. Hazırda da bu şəxslə aralarında tam razılıq əldə olunmuş, Zərərçəkmiş şəxs3 ilə aralarındakı borc məsələsi artıq bitmiş və sonuncu ümumiyyətlə ondan şikayətçi deyildir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 iyun 2017-ci il tarixində keçiriləcək müsabiqə komissiyasının iclasında qalib gələrək Bakı şəhəri, Yasamal rayonu, X132 yolu 8 ünvanında yerləşən X70 27, 28 və 29 saylı binaların tikintisinə cəlb edilmələrinə görə 50000 ABŞ dolları pul vəsaitini alması ilə bağlı ittihamı da ümumiyyətlə qəbul etmir və belə bir hal baş verməmişdir. Onun özünə və yaxın, uzaq qouhmlarına məxsus əmlakların üzərinə ibtidai istintaq zamanı heç bir qanuni əsası olmadan həbslər qoyulmuşdur. Halbuki, qeyrilərinin adına rəsmiləşdirilmiş əmlaklara onun heç bir aidiyyəti yoxdur, ona məxsus deyildir. İttiham olunduğu əməlin törədildiyi vaxtdan illər əvvəl qohumlarının aldığı əmlakların üzərinə həbs qoyulmasını tam əsassız və qanunsuz hesab edir. Qohuməqrabası məhz onun qohumları olduğuna görə bu səbəbdən narahatçılıqlara məruz qalmışlar. Ona görə də məhkəmədən bu qanunazidd vəziyyətin aradan qaldırılmasını xahiş edir. İnşa edilmiş binalarda sakinlərin pulunu bütünlüklə ödəyib aldıqları, bir qisminin isə müqavilələr uyğun olaraq daxili kreditlə aldıqları mənzillərin də üzərinə qoyulmuş həbslər tam əsassızdır. Bu insanlar vicdanlı alıcılar olaraq halal pulunu ödəyib mənzil əldə ediblər, qanuni müqavilələr bağlanıb, heç bir ikili sənədləşmə, yəni bir mənzilin iki və ya daha artıq şəxsə satılması halı mövcud deyildir. Belə olan vəziyyətdə insanların haqlı narazılığına səbəb olan bu vəziyyətin hansı qanunla izah oluna biləcəyini başa düşmür. Tək bir insanın – Povilasın kaprizləri ucbatından bu qədər insanın narahat vəziyyətə salınması, onun özünün uzun müddətdən bəri heç bir ciddi səbəb olmadan həbsdə saxlanılmasını da əsassız hesab edir. Hələ xeyli müddət əvvəldən Povilas zavodun satılmasına imkan verəcəyi halda bu məsələlər artıq çoxdan bitmiş olacaqdı. Məhkəmə araşdırmasının gedişində də onun və müdafiəçilərinin cəhdləri ilə zavoda dəfələrlə alıcılar tapılmış, həmin alıcılar zavodun qiyməti ilə razılaşaraq pulun xaricdən ödənilməsi üçün hesab istəmişlər. Amma Povilas öz bildiyi səbəbdən hesablaşma hesabına pulun köçürülməsi ilə razılaşmayaraq bütün məbləğin hamısının bir yerdə nağd şəkildə ona Bakı şəhərində ödənilməsini tələb kimi qoymaqda davam etmişdir. Öz ölkəsində ola biləcək hesablaşma hesabı verməkdən də qəti imtina etmişdir. Çünki, həmin pulun mənbəyi barədə aidiyyəti orqanlara hesabat verməli olduğunu yaxşı bilir. Aralarındakı bütün ziddiyyətlərə baxmayaraq ona imkan yaradılacağı təqdirdə zavodu realizə edib Povilasa borcunu ödəməyə bu gün də hazırdır. Həmin borcun əvəzinə Povilasa verdiyi 6 mənzilin və qeyri-yaşayış sahələrinin ümumilikdə real bazar dəyəri bu günkü gündə təxminən iki milyon manata yaxındır. Bütün bunlar nəzərə alınmalıdır. Müqaviləyə əsasən MİDA-ya pulsuz təhvil verdiyi binanın inşasına, bütün mənzillərinin tam təmirinə xərclənmiş pul niyə nəzərə alınmamalıdır ki?! Həmin məbləğlər də nəzərə alındıqda Povilasdan borc olaraq investisiya kimi alınmış məbləğin də tam şəkildə tikintiyə sərf olunduğu aydın görünür. Ən sadə hesablama belə onun dediklərinin həqiqət olduğunu təsdiqləyir. Amma bunlar nədənsə nəzərə alınmır. Hansı mənimsəmədən söhbət gedə bilər axı?! Povilas nağd pul sərfiyyatı ilə bağlı şirkətin sənədlərini gizlədib təqdim etmir. Ən sadə riyazi hesablama ilə müəyyən olunur ki, bir qəpik belə mənimsəmə mümkün deyildir. Əksinə, o özü kifayət qədər ciddi məbləğdə şəxsi vəsaitini investisiya kimi həmin tikintiyə yatırmışdır. Yeganə məqsədi də bu layihənin icrasında qazanc güdmədən MİDA qarşısında etimadı doğruldub növbəti layihələrin onun rəhbəri olduğu şirkətə etibar edilməsi olmuşdur. Külli miqdarda şəxsi vəsaitini də oraya yatırdıb itirdiyi bir vəziyyətdə guya mənimsəmə törəməsi ilə bağlı ittiham olunmasını tam ədalətsizlik və qanunsuz vəziyyət hesab edir. Ona görə də bütün bu halları nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini, Povilasla aralarında olan anlaşılmazlığın tam mülki xarakterli olmasının, heç bir mənimsəmə və vəzifədən suiistifadə halı olmamasını, törətdiyi əməlin yalnız mənzillərlə bağlı yuxarıda qeyd etdiyi səbəblərdən məcburiyyət qarşısında edilmiş sənədləşmələrdə yol verilmiş yanlışlıqlardan ibarət olmasının nəzərə alınmasını xahiş edir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 2006-cı ildən Təqsirləndirilən şəxs1 məxsus şirkətdə çalışmış, əvvəlcə memar, mühəndis daha sonra isə direktor vəzifələrində işləmişdir. İşlədiyi dövr ərzində hər hansı bir cinayət əməlində iştirakı, eləcə də hər hansı qanunsuz fəaliyyətin şahidi olmamışdır. Sənədləşmələr zamanı yol verilmiş yanlışlıqları qəbul edir və onların fəaliyyətin təşkili üçün məcburiyyət qarşısında qalaraq etdiklərini qeyd edir. Bu barədə bir qədər sonra ətraflı bəhs edəcəkdir. Heç bir halda vəzifə səlahiyyətindən sui-istifadə etməmiş, bir manat belə mənimsəmə etməmişdir. Əslində onun elə bir vəzifəsi də olmamış, yalnız iki təsisçinin qərarlarını mexaniki olaraq icra etmiş, bütün hesabatların düzgün və vaxtında tərtib edilib təsisçilərə təqdim edilməsi ilə məşğul olmuşdur. Bu işinin də müqabilində ayda əvvəllər 400-500 manat, sonralar isə ayda 700- 1000 manat arası maaş almışdır. Yaşamağa öz evi belə yoxdur, uzun illərdir kirayələrdə yaşayır. Hazırda həm də iki ildən artıq davam edən istintaq və məhkəmə araşdırmaları ilə əlaqədar heç yerdə işləmədiyindən himayəsində olan həyat yoldaşı və anası ilə birlikdə ağır maddi vəziyyətə düşmüşlər. 2017-ci ilin iyun ayında Zərərçəkmiş şəxs2 MMC şirkətinin o zamankı yeganə təsisçisi olan Təqsirləndirilən şəxs1 ona Mənzil X133 (MİDA) tərəfindən sosial yönümlü yaşayış binalarının tikintisi üzrə tender keçiriləcəyi barədə məlumat vermiş və tenderdə iştirak etmək üçün müvafiq sənədlərin toplanaraq MİDA-ya təqdim edilməsini tapşırmışdır. Aparılan tenderin nəticəsində Zərərçəkmiş şəxs2 MMC ilk investor şirkət olaraq qalib elan olunmuş, bu barədə KİV-də o cümlədən MİDA-nın rəsmi internet səhifəsində məlumat da yerləşdirilmişdir. xx.xx.2017-ci ildə "xxxx" MMC və Zərərçəkmiş şəxs2 MMC arasında “İnvestisiya sahəsində birgə sahibkarlıq fəaliyyəti haqqında 01 saylı Müqavilə” imzalanmışdır. Müqavilə şərtlərinə əsasən ikisi 12 mərtəbə və biri 9 mərtəbə olmaqla, 27, 28 və 29 saylı 3 ədəd yaşayış binası inşa olunmalı idi. Bir ədəd 12 mərtəbəli, 27 saylı bina tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə MİDA-nın sərəncamına təmənnasız olaraq təqdim edilməli, digər 28 və 29 saylı 2 ədəd yaşayış binasının isə yalnız tikintisi tam şəkildə yekunlaşmalı idi. MİDA-ya verilən binadakı mənzillərin satışı MİDA tərəfindən, “Güzəştli mənzil” elektron sistemi vasitəsilə aparılmalı, digər 2 binada olan mənzillərin satışını isə Zərərçəkmiş şəxs2 MMC özünün təyin etdiyi bazar qiymətlərinə uyğun olaraq həyata keçirməli idi. Layihənin sosial yönümlü olduğu nəzərə alınaraq, Zərərçəkmiş şəxs2 MMC-nin rəhbərliyi tərəfindən həmin 2 binadakı mənzillərin də təmirli şəkildə satışa çıxarılması qərara alınmışdır və satış qiyməti 1265 manat olaraq müəyyən edilmişdir. Müqavilə bağlanan xx.xx.2017-ci il tarixindən etibarən ərazidə, yəni Yasamal rayonu, X199 8 ünvanında tikinti-quraşdırma işləri başlanılmışdır. xx.xx.2017-ci il tarixdə, yəni Müqavilə imzalandıqdan 10 gün sonra, onun əvvəllər tanımadığı və Təqsirləndirilən şəxs1 tərəfindən investor kimi təqdim edilən Litva vətəndaşı Potsius Povilas ilə Zərərçəkmiş şəxs2 MMC arasında Borc müqaviləsi imzalanmışdır. Həmin Müqaviləyə əsasən Potsius Povilas tərəfindən ******* manat pul vəsaiti sözügedən layihənin icrası məqsədilə Borc şəklində təqdim edilmiş, əvəzində isə Cəmiyyət tərəfindən Borc vəsaitinin qarantiyası olaraq Cəmiyyətin əmlakı olan yaşayış və qeyri-yaşayış sahələri, aksiyalar və digər qiymətli kağızlar ona girov şəklində təqdim edilmişdir. Müqavilənin şərtlərinə əsasən, borc məbləği 3 il müddətində qaytarılmadığı təqdirdə isə, göstərilən əmlaklar Potsius Povilasın adına rəsmiləşdirilməli, bu halda verilən real aktivlərin satış qiyməti müstəqil ekspertlər tərəfindən dəyərləndirilməli, qaytarılacaq “Borc vəsaiti” yenidən hesablanmalı və yarana biləcək mübahisələr mülki qaydada həll edilməli idi. Həmin ilin avqust ayında, yəni bir ay sonra Təqsirləndirilən şəxs1 qərarı ilə ona məxsus Zərərçəkmiş şəxs2 MMC-nin paylarının 50%-nin Potsius Povilasa satışı həyata keçirilmişdir. Tikinti işlərinin xx.xx.2017-ci il tarixdə başlamasına və Borc Müqaviləsinin xx.xx.2017-ci il tarixdə imzalanmasına baxmayaraq, həmin ilin sentyabr ayına qədər, yəni 2 ay ərzində tikinti işlərinin maliyyələşməsi yalnız Təqsirləndirilən şəxs1 daxil olan nağd pul vəsaiti hesabına həyata keçirilmişdir. Potsius Povilas tərəfindən borc vəsaiti ayrılana qədər Cəmiyyət tərəfindən 27 saylı binada 1-ci mərtəbədə beton-qəlib işləri, 28 saylı binada zirzəmi mərtəbədə beton-qəlib işləri, 29 saylı binada isə, təməl-izolyasiya işləri artıq yerinə yetirilmişdir. Potsius Povilas tərəfindən Borc vəsaiti isə yalnız xx.xx.2017-ci il tarixdən sonra, yəni ötən 2 ay ərzində həqiqətən tikinti işlərinin aparıldığına onda əminlik yarandıqdan sonra təqdim edilməyə başlanmışdır. Borc müqaviləsinin bağlanması, yəni borc alınması zərurəti, ilkin olaraq tikintisi başlanan və MİDA-ya təmənnasız təhvil veriləcək 27 saylı binada Cəmiyyət tərəfindən heç bir satışın həyata keçirilməyəcəyi, yəni həmin binadakı mənzillərin satışından Cəmiyyətə heç bir vəsaitin daxil olmayacağı ilə bağlı olmuşdur. 2018-ci ilin aprel ayına qədər, yəni mənzillərin satışı başlayana qədər Cəmiyyət tərəfindən aparılan tikinti işlərinin maliyyələşməsi yalnız Təsisçidən daxil olan nağd pul vəsaiti hesabına həyata keçirilmiş, alınan məbləğin bir hissəsi bank hesabına mədaxil edilərək köçürmə əməliyyatlarına yönəldilmiş, digər hissəsi isə, cari tələbata uyğun olaraq nağd ödəmələrə sərf olunmuşdur. Təsisçilərin xx.xx.2018-ci il tarixli ortaq qərarına əsasən mənzillərin və qeyri-yaşayış sahələrinin satılması üçün müqavilə və digər sənədlərin imzalanması səlahiyyəti ona verilmişdir. Mövcud real bazar şəraitində cari tələbat, köçürmə əməliyyatları ilə yanaşı, nağd ödəmələri də zəruri etdiyindən, əvvəlki dövrdə olduğu kimi, satışdan əldə olunan vəsaitin də bir hissəsi bank hesabına mədaxil edilmiş, digər hissəsi isə nağd şəkildə alınaraq cari ödəmələrə sərf olunmuşdur. Yəni, podratçılar və tikintiyə cəlb edilmiş digər şəxslərlə nağd hesablaşmaların aparılmasına, nağd pulla mal-material alınmasına, əmək haqlarının nağd ödənilməsinə, habelə nağd hesablaşmalarla aparılan cari xərclərin və digər məsrəflərin ödənilməsinə lazım olan maliyyəni əldə etmək üçün sənədləşmədə bu qaydada yanlışlığa yol verməyə məcbur olmuşlar. Bu məsələ hər iki təsisçinin razılığı, məlumatı və gündəlik nəzarəti altında olmuş, özünün təşəbbüsü olmamışdır. Belə ki, tikinti sahəsində olan mövcud reallıqlar, o cümlədən mal-materialın bir çox hissəsinin köçürmə ilə almağın mümkün olmadığı, eləcə də, müvəqqəti işə cəlb olunmuş işçi və texniki heyətə münasibətdə ödənişlər nağd şəkildə həyata keçirildiyinə görə nağd pul vəsaitinə olan tələbatın ödənilməsi üçün vəsaitin bir hissəsi məhz nağd şəkildə əldə edilmişdir. Bütün bu məsrəflərin hamısının Zərərçəkmiş şəxs2 MMC-də onun tərəfindən daxili sənədləşməsi aparılmış, bütün məxaric orderləri, aktlar, qaimələr, qəbzlər, forma 2-lər hamısı ofisdə saxlanmışdır. Zərərçəkmiş şəxs2 MMCnin möühürü vurulmaqla da təsdiqlənmiş həmin sənədlər bütün faktiki fəaliyətlərini əks etdirmiş, daxil olan və məxaric edilən maliyyə vəsaitləri qəpiyinə qədər orada əks olunmuşdur. Bu sənədlərdəki məsrəflərin çox ciddi hesabatı aparılmışdır. Povilas və Təqsirləndirilən şəxs1 mütəmadi, demək olaraq gündəlik olaraq həmin hesabatları yoxlamış, nəzarətdə saxlamış, heç bir kənarlaşma olmadığını görmüşlər. Elçinin Povilasla mübahisəsindən sonra sonuncunun təşəbbüsü ilə yeni direktor təyin olunduğu vaxtda Povilas həmin sənədlərin hamısını şəxsən ondan ofisdə Nümayəndə1 və Zaur adlı hüquqşünaslarının iştirakı bilavasitə şəxsən qəbul edib götürmüş, amma həmin sənədləri götürməsi barədə heç bir sənədi, aktı imzalamamış, belə təhvil-təslim sənədi tərtib olunmasına ehtiyac olmadığını vurğulamış və bununla da həmin sənədləri ələ keçirərək sonradan Elçinin və onun üzərinə şübhələrin cəmlənməsi, günahkar, borclu bilinmələrinə əsas yaratmağa çalışmışdır. İbtidai istintaq zamanı da dəfələrlə özü və müdafiəçisi sərfiyyatın sübutu olan, 3 il ərzində toplanan həmin sənədlərin təqdim edilməsi üçün müraciətlər etmiş, amma Povilas həmin sənədləri onun tələb etdiyi pullar nağd şəkildə dərhal ödəniləcəyi halda verəcəyini bildirmişdir. Sonralar isə Povilas ümumiyyətlə bu sənədlərin onda olmasını inkar etmişdir. 2020-ci ilin yanvara ayına qədər olan qaydalara görə təsisçi Təqsirləndirilən şəxs1 və Potsius Povilas tərəfindən bütün mənzil və qeyriyaşayış sahələrinin satış hüququnun ona həvalə edilməsinə dair ümumi qərara əsasən onun tərəfindən müqavilə imzalanıb, satış həyata keçirilmişdir. 2020-ci ilin yanvarından etibarən isə, Təqsirləndirilən şəxs1 və Potsius Povilasın hər ikisinin hər bir satış üçün razılığı alınırdı və müqavilə imzalanıb, satış həyata keçirilirdi. Ümumiyyətlə bir daha qeyd edir ki, vəsaitin bir hissəsinin bank hesabına mədaxil edilib, digər hissəsinin isə, nağd şəkildə alınaraq cari ödəmələrə sərf olunması bilavasitə təsisçilərin göstərişi ilə yerinə yetirilmişdir. Əldə olunan vəsaitin bir hissəsinin nağd alınması təsisçilərin şifahi təlimatı ilə yanaşı həm də alıcıların razılığı ilə həyata keçirilmişdir. Belə ki, mənzillərin notarial qaydada alqı-satqısı aparılarkən, bütün alıcılarla razılaşdırılmış şəkildə, mənzilin müəyyən edilmiş ümumi satış qiymətinin bir hissəsi alıcı tərəfindən bank hesabına mədaxil edilmiş, digər hissəsi isə, alıcıdan nağd şəkildə alınmış və onlara müvafiq maliyyə arayışları təqdim edilmişdir. Faktiki və hüquqi cəhətdən bu cür sənədləşmə əslində alıcıların heç birinin mənafeyinə toxunmamış, hər kəs maliyyə arayışı ilə təmin olunmuş, bütün vətəndaşlar vicdanlı alıcılar olaraq mənzillərinə sahiblənmişlər, heç bir tələb və şikayət olmamışdır və bu gün də yoxdur. O, işdən ayrıldığı tarixə qədər cəmiyyətin heç bir vergi borcu olmamışdır. Bir daha qeyd edir ki, işlədiyi dövr ərzində bütün nağd hesablaşmaların həm yazılı, həm də elektron qeydiyyatı aparılmış, təyinatı üzrə görülən müvafiq işlər səlahiyyətli şəxslərin iştirakı ilə aktlaşdırılmış, qaimələr, çeklər, həmçinin ödənilən nağd vəsaiti alan şəxslər tərəfindən imzalanan müvafiq orderlər toplanaraq Potsius Povilasa təhvil verilmişdir. Nağd vəsait ödənişinin qeydiyyatının elektron formada tərtib edilmiş hesabatını ibtidai istintaq zamanı elektron poçt vasitəsilə təqdim etmiş, amma nədənsə bu ciddi məqamlar, hər qəpiyin belə sərf olunduğu yeri ətraflı şəkildə açıqlayan, izah edən bu məlumatları ibtidai istintaq orqanı nəzərə alınmamış, ibtidai istintaq zamanı nağd pul vəsaitinin tam şəkildə, təyinatı üzrə xərcləndiyinin əyani və danılmaz sübutu olan sözügedən minlərlə sayda aktlar, qaimələr, çeklər və orderlər Potsius Povilasdan geri tələb edilərək iş materiallarına əlavə edilməmişdir. Bir az əvvəl qeyd etdiyi kimi bu barədə dəfələrə ibtidai istintaq orqanının qarşısında vəsatətlər qaldırsa da təmin olunmamışdır. Eləcə də vəsaiti alan şəxslərin, iş icraçılarının, ofis işçilərinin, şahidlərin və digər aidiyyəti şəxslərin ibtidai istintaq zamanı bu xüsusda ifadələri alınmamış və yalnız Potsius Povilasın sənədlərin mövcudluğunu inkar edən ifadələri əsas götürülmüşdür. Təkcə bu məqamlar araşdırıılmış olsa idi, nəinki mənimsəmə olmadığı aşkar edilərdi, həm də əlavə olaraq Təqsirləndirilən şəxs1 özünün kifayət qədər ciddi məbləğdə şəxsi vəsaitinin tikintiyə sərf edildiyi aydın şəkildə görünmüş olardı. Yəni, bütünlüklə ibtidai istintaq zamanı onun fikrincə əslində təsisçilər arasındakı mülki qaydada həll olunmalı olan mübahisəsini onu və Təqsirləndirilən şəxs1 məsuliyyətə cəlb etməklə həll etmək, yəni Potsius Povilasa pul ödənilməsinə nail olmaq istəmişdir. Tikinti vaxtı proses həm də belə davam etmişdir ki, mənzil bazarında mövcud olan durğunluq səbəbilə, satış proqnozları özünü doğrultmamış, mənzillərin satış qiyməti 1265 manat müəyyən edilməsinə baxmayaraq, alıcı, tələbat yoxluğu səbəbilə əksər mənzillər daha ucuz qiymətə satılmışdır. Məhz bu səbəbdən, tələbata uyğun olaraq, bir neçə mənzil kredit şəklində alıcılara təqdim edilmiş, mənzilin dəyərinin hissə-hissə ödənişi və borcun bağlanmasından sonra notarial alqı-satqı aparılması şərtilə onlarla daxili müqavilələr imzalanmışdır. Belə ki, Cəmiyyətin mənzil satışını həyata keçirdiyi 28 və 29 saylı yaşayış binalarında kredit mənzillərin satışı, həmçinin öhdəliklərini tam olaraq yerinə yetirməyən podratçılara ayrılan mənzillərin satışı daxili müqavilə ilə həyata keçirilmişdir. Cəmiyyət qarşısında bu və ya digər şəkildə öhdəliyi olmayan və notarial alqı-satqı əməliyyatının tələblərini icra edən vətəndaşlarla isə “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış” əsasında notarial qaydada alqı-satqı aparılmışdır. Barter əsaslı mənzillərin satışı zamanı mənzillərin real satış qiyməti bilavasitə podratçılarla alıcılar arasında razılaşdırılmışdır. Notarial qaydada alqı-satqısı aparılan mənzillər üçün ödənilən məbləğin bir hissəsi podratçılar tərəfindən nağd olaraq əldə edilmiş, digər hissəsi isə Cəmiyyətin bank hesabına köçürülmüşdür. Köçürülən vəsaitin bir hissəsi podratçılarla MMC arasında mövcud olan Xidmət Müqaviləsinə əsasən onların bank hesabına köçürülmüş, qalan hissəsi isə, nağd qaydada podratçılara ödənilmişdir. Daxili müqavilə üzrə, o cümlədən kredit şəklində satılan mənzillər üçün ödənilən ilkin və aylıq ödənişlər bilavasitə podratçılar tərəfindən əldə edilmiş, onun tərəfindən isə, sadəcə rəsmiləşdirmə proseduru icra olunmuşdur. Həmçinin 3 ədəd mənzilin bank ipoteka krediti üzrə rəsmiləşdirillməsi nəzərdə tutulsa da, sonradan banklar tərəfindən həmin mənzillər üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş “Hüquqların qabaqcadan qeydiyyatı barədə Arayış” əsasında ipoteka ayrılmasından imtina edilmişdir. Vətəndaşlar tərəfindən hazırda həmin mənzillərin yalnız ilkin ödənişləri Cəmiyyətə ödənilmiş, qalan məbləğlərin bank ipoteka krediti üzrə ödənişini həyata keçirmək mümkün olmamışdır. Satış göstəricilərinin aşağı olması səbəbilə, təsisçilər tərəfindən, zamanında daha uğurlu biznes əməliyyatı kimi qiymətləndirilən, 48 mənzil müqabilində zavod alınması barədə qərar verilmişdir. Belə ki, 2018-ci ilin iyun ayında təsisçilərin ortaq razılığı ilə ünvan 36 ünvanında, 1,13158 ha torpaq sahəsində yerləşən, Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış Seriya MH № 0138544, reyestr № **********43-12301, qeydiyyat №**********, xx.xx.2008 və Texniki pasporta əsasən İnventar nömrəsi 11/623, xx.xx.2008 ərazi və tikililərdən ibarət əmlak kompleksi kimi müəssisənin, faktiki sement-beton zavodunun barter yolu ilə əldə edilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən, inşa olunan 29 saylı yaşayış binasından 48 ədəd mənzil həmin zavodun alınması məqsədilə ayrılmış, tərəflər arasında xx.xx.2018-ci il tarixdə Barter müqaviləsi imzalanmış və səhmlərin alqı-satqısı həyata keçirilmişdir. 2012-ci ildə "xxxx" LTD Şirkəti tərəfindən həmin müəssisənin əmlak dəyərləndirilməsi həyata keçirilmiş və əldə olunan rəyə əsasən zavodun cari bazar dəyəri ******* manat olaraq müəyyən edilmişdir. Zərərçəkmiş şəxs2 MMC-nin təsiscisi Təqsirləndirilən şəxs1, "xxxx" MMC-nin təsiscisi İsa Məmmədovun qardaşı Şahid27 və "xxxx" QSC-nin direktoru Rüfət İbrahimovun iştirakı ilə aparılan danışıqların nəticəsi olaraq, 13 iyun 2018-ci il tarixdə B01/18 saylı Barter (Dəyişdirmə) Müqaviləsi imzalanmışdır. Həmin Müqaviləyə əsasən Yasamal rayonu, X199 8 ünvanında inşa olunan 29 saylı yaşayış binasında ilkin mərhələdə ümumi sahəsi 3187.44 kvm, 47 ədəd, sınaq müddəti başa çatdıqdan sonra isə, ümumi sahəsi 161.34 kvm, 2 ədəd, cəmi sahəsi 3348.8 kvm olan, 49 ədəd mənzilləri "xxxx" MMC-nə verməyi, sonuncu isə, ünvan 39 ünvanında 1.13158 ha torpaq sahəsində 3994.9 kvm ümumi, 2489.4 kvm əsas, 1505.5 kvm köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəni Zərərçəkmiş şəxs2 MMC-nə verməyi öhdəsinə götürmüşdür. Sınaq müddəti başa çatdıqdan sonra həmin müəssisədə aşkar olunan qüsurlar səbəbindən bir ədəd mənzil "xxxx" MMC-yə geri qaytarılmışdır. Beləliklə, ümumi sahəsi 3309.36 m2 olan, 48 ədəd mənzil müqabilində yuxarıda qeyd olunan müəssisə Zərərçəkmiş şəxs2 MMC-nə verilmişdir və "xxxx" ASC-də "xxxx" MMC-nin təsisçisi "xxxx" QSC-nin adına olan, ümumi dəyəri 19420.80 azn səhmlərin "xxxx" QSC-nin X95 iştirakı ilə alqı-satqı əməliyyatı aparılmışdır. Bununla da Zərərçəkmiş şəxs2 MMC "xxxx" QSC-nin həm Təsisçisi, həm də Səhmdarı olmuşdur. Bundan sonra Cəmiyyətin Təsisçilərinin göstərişi ilə Vergilər Nazirliyinə "xxxx" MMC və "xxxx" QSC-nin ləğv edilməsi ilə bağlı müraciət edilmişdir. Belə ki, hər iki Cəmiyyət ləğv olunduqdan sonra sözügedən Müəssisənin bilavasitə Zərərçəkmiş şəxs2 MMC-nin adına rəsmiləşdirilərək, Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əldə olunması nəzərdə tutulmuşdu. 18 fevral 2019cu ildə "xxxx" MMC-nin dövlət qeydiyyatı ləğv edilmiş və "xxxx" QSC-nin ləğvetmə proseduruna start verilmişdir. Barter müqaviləsinə əsasən barter olunan 48 ədəd mənzildən, 2018-ci ilin iyun ayından başlayaraq ilkin olaraq 13, daha sonra isə, daha bir neçə mənzil razılaşdırılmış şəkildə, Şahid27 tərəfindən təqdim olunan şəxslərin adına rəsmiləşdirilmişdir. Həmin ərəfədə Məhəmməd adlı şəxs İsa Məmmədovun adından, sonuncunun göstərişi ilə çıxış edərək mənzillərin satışı ilə məşğul olmağa başlamış və qalan mənzillər onun təqdimatı ilə ayrı-ayrı vətəndaşların adına rəsmiləşdirilmişdir. Ümumilikdə 48 ədəd mənzildən 18 ədəd daxili müqavilə, 30 ədəd notarial alqı-satqı müqaviləsi ilə satılmışdır. Mənzillərin real satış qiyməti Şahin və Məhəmmədlə alıcılar arasında bilavasitə razılaşdırılmışdır. Mənzillərin rəsmi qaydada notarial alqı-satqısı həyata keçirildikdə ümumi dəyərinin bir hissəsi, yəni 1 otaqlı mənzilə görə 25000 manat, 2 otaqlı mənzilə görə 30000 manatvə 3 otaqlı mənzilə görə 40000 manat MMC-nin bank hesabına köçürülmüş, qalan hissəsi isə, Şahin və Məhəmməd tərəfindən ona təqdim edilmədən əldə edilmişdir. Cəmiyyətin hesabına köçürülən məbləğlərin bir hissəsi köçürmə yolu ilə, qalan hissəsi isə nağd şəkildə qaytarılmışdır. Belə olan vəziyyətdə qeyd olunan mənzillərin satışı ilə bağlı onun və Təqsirləndirilən şəxs1 mənimsəmə əməli törətməsi mümkünsüz və absurd məsələdir. Çünki, bu mənzillərə münasibətdə də sənədləşmə eyni qaydada, yəni məbləğin bir hissəsi nağd yolla, digər hissəsi köçürmə ilə alınmışdır. Perspektiv proqnozların əksinə olaraq, təsisçilərin ortaq qərarı və razılığı ilə əldə edilmiş zavod elə təsisçilərin özlərinin günahı, mübahisəli vəziyyət yaratmaları səbəbindən Cəmiyyətə əlavə külli miqdarda gəlir gətirməli olduğundan son nəticədə bu baş verməmişdir. Çünki, eşitdiyinə görə həmin zavodu üçün hətta 7-8 milyon manat vəsait təklif edən çoxsaylı müştərilər olmuş, amma Povilas 10 milyon manatdan aşağı satmayacağını bildirərək razılaşmadığından sata bilməmişlər. Əksinə, zavodun mühafizəçiləri üçün aylıq əmək haqları, kommunal ödənişlər kimi xərclər Cəmiyyətin vəsaiti hesabına müntəzəm olaraq həyata keçirilmişdir. Beləliklə, Cəmiyyətin Təsisçilərinin ortaq razılığı və istəyi ilə həyata keçirilən barter əməliyyatı, əldə olunmuş böyük həcmli həmin daşınmaz əmlak vaxtında realizə edilmədiyindən Cəmiyyətə ziyan vurmaqla, layihə üzrə öhdəliklərin az bir hissəsinin vaxtında yerinə yetirilməməsi ilə nəticələnmişdir. Lakin bu fakt və xüsusatlar ibtidai istintaq zamanı düzgün və hərtərəfli araşdırılmamış, Cəmiyyətdə yaranan maliyyə çətinliyinin əsas və yeganə səbəbi olan həmin beton və sement zavodu – əmlak kompleksi olduğu halda digər əsaslar yaradılaraq mənimsəmə əməlinin törədilməsi görüntüsü yaradılmışdır. Bir məsələni də qeyd edir ki, MİDA ilə bağlı sözügedən layihədə əldə ediləcəyi proqnozlaşdırılan gəlirin həcmi çox cüzi olsa da, Cəmiyyətin bu layihədə iştirakında məqsəd, böyük qazanc əldə etmək deyil, sonrakı mərhələlərdə MİDA-nın daha iri layihələrində iştirak etmək niyyəti olmuşdur ki, bu xüsusat təsisçilərin hər birinə bəlli olmuş, onların hər ikisi bu vəziyyəti qabaqcadan görmüş və razılaşmışlar. Potsius Povilas yalnız 2019-cu ilin noyabr-dekabr aylarından etibarən Cəmiyyətin fəaliyyəti ilə müntəzəm olaraq maraqlanmağa başlamış, gündəlik olaraq ofisdə hesabatlarla, maliyyə və tikintiyə aid sənədlərlə yaxından tanış olmağa başlamışdır. Cəmiyyətin barterdən sonra maliyyə durumundakı çətinlikləri anladıqdan sonra isə, borc müqaviləsinə əsasən mənzillərin, qeyri-yaşayış sahələrinin, həmçinin sement-beton zavodunun onun adına rəsmiləşdirilməsini, eləcə də mənzil satışına icazənin artıq fərqli qaydada aparılmasını tələb etmişdir. Bundan sonra ümumi sahəsi 377.47 m2 olan 6 ədəd mənzil, ümumi sahəsi 599.45 m2 olan qeyri-yaşayış sahələrinin onun adına keçirilməsi ilə bağlı müvafiq müqavilələr yazılmış, mənzil satışına icazə ilə bağlı təsisçilərin yeni qərarı imzalanmış, həmçinin sement-beton zavodunun onun adına rəsmiləşdirilməsinə dair təsisçilərin ortaq qərarı və protokollar imzalanaraq müvafiq icraedici orqana təqdim edilmişdir. Belə ki, 2020-ci ilin yanvar ayında "xxxx" QSC-nin səhmlərinin Potsius Povilasın adına rəsmiləşdirilməsi məqsədilə "xxxx" ASC-yə müraciət olunmuşdur. Lakin Vergilər Nazirliyi tərəfindən, ASC-nin ləğvetmə proseduru başa çatmadan alqı-satqı əməliyyatının aparılmasının mümkün olmadığı bildirilmiş, bu səbəbdən də Vergilər Nazirliyinə müraciət olunaraq ləğvetmə prosedurunun dayandırılması barədə məktub ünvanlanmışdır. Zavodun icarəsi, istismarı və satış qiyməti ilə bağlı təsisçilər arasında əvvəllər də mövcud olan fikir ayrılığı, həmin dövrdə daha da dərinləşməyə başlamış və bu narazılıq getdikcə artaraq münaqişə şəklinə keçmişdir. Məhz bundan sonra, Potsius Povilas, zavodun icarəsi və satışı ilə bağlı real bazar rəqabəti şəraitində mövcud olan təkilflərlə razılaşmayaraq, aldadıldığını iddia edərək, Borc müqaviləsinin müddəti bitmədən, borc məbləğinin pul şəklində qaytarılması tələbini irəli sürməyə başlamışdır. Bu ərəfədə, yəni 2020-ci ilin yanvar ayında Potsius Povilas tərəfindən onun işdən çıxarılması tələbi qoyulmuş və Cəmiyyətə aid bütün sənədlərin ona verilməsi tələbi irəli sürülmüşdür. Bir az əvvəldə qeyd etdiyi kimi onun tərəfindən bununla bağlı təhvil-təslim aktı tərtib edilsə də, qarşı tərəf - Potsius Povilas aktı imzalamaqdan imtina etmişdir. Təhvil-təslim aktı olmadan sənədləri verməyəcəyini və işdən ayrılmayacağını Potsius Povilasa dəfələrlə bildirərək müqavimət göstərməyə davam etsə də, 2 ay sonra, yəni həmin ilin mart ayında Təqsirləndirilən şəxs1 da təkidi ilə ərizə yazaraq işdən ayrılmağa məcbur olmuşdur. Zərərçəkmiş şəxs1 və direktor Nümayəndə1 şirkətdə idarəetməni ələ keçirdikdən sonra onun tərəfindən tikintidə təmir-quraşdırma işlərinin aparılmasının qarşısı alınmış, sakinlərin öz mənzillərinə girişinə qadağa qoyulmuş, onların aktlaşdırmaq yolu ilə öz hesablarına təmir işlərini görmələrinə maneə yaradılmış, sakinlərlə müntəzəm olaraq mübahisə və münaqişə baş vermiş və yalnız Yasamal rayon Polis idarəsinin işçilərinin gəlib müdaxiləsindən sonra Zərərçəkmiş şəxs1 və direktor Nümayəndə1 narazılıq yaradan bu əsassız hərəkətlərinə son qoyulmuşdur. Kreditdə olan mənzillərin aylıq ödənişləri sakinlər tərəfindən könüllü şəkildə təqdim edilsə də, qəbul edilməmiş, əldə oluna biləcək vəsait təmir-quraşdırma işlərinə yönəldilməmişdir. Bu gün də həmin vəziyyət davam edir. İbtidai istintaq zamanı hətta mənzillərə sayğacların quraşdırılması məqsədilə müvafiq sənədləşmə işlərinin aparılmasına Təqsirləndirilən şəxs1 və onun tərəfindən cəhdlər edilsə də, sənədlərin imzalanması və möhürlənməsi Zərərçəkmiş şəxs1 tərəfindən əngəllənmişdir. Eləcə də, həmin vaxt Təqsirləndirilən şəxs1 tərəfindən 28 və 29 saylı binalarda təmir-quraşdırma işlərinin tamamlanmasına başlansa da, Zərərçəkmiş şəxs1 müxtəlif dövlət qurumlarına şikayətləri nəticəsində görülən işlər bir müddət sonra yenidən dayandırılmışdır. Bir daha qeyd edir ki, Potsius Povilasın uydurma, ehtimal və əsassız iddialarından fərqli olaraq o, ibtidai istintaq dövründə də inkarolunmaz faktlarla günahsız olduğunu sübuta yetirməyə çalışmışdır. Bu məqsədlə bir çox sənəd, hesabat və cədvəllər tərtib edərək ibtidai istintaq orqanına təqdim etmişdir. Həmin hesabatlarda qeyd edilən göstəricilər aparılmış ekspertizalar zamanı da tam öz təsdiqini tapmışdır. İşlədiyi dövr ərzində direktor olaraq vəzifələrinin icrası zamanı təsisçilərin razılığı və tapşırığı ilə sənədlərdə – alqı-satqı müqavilələrində nağd pulla bağlı sənədləşmələrdə yanlışlıqlara yol versə də, heç bir halda mənimsəmə, vəzifədən sui-istifadə hallarına yol verməmişdir. Həmin binalardan mənzil almış sakinlərin alqı-satqılarla bağlı heç bir narazılığı olmayıb və yoxdur. Heç bir mənzilin eyni vaxtda iki və ya daha artıq şəxsə satılması olmamış və yoxdur. Orada yaşayan insanların, mənzil mülkiyyətçilərinin bir hissəsinin yeganə xahişi qalan cüzi işlərin tamamlanmasıdır ki, bu da təsisçilərin, konkret olaraq Povilasın hərəkətləri səbəbindən sona çatdırıla bilinmir. Ona görə də bütün bu halları nəzərə alıb məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, 2007-ci ildə Azərbaycan Respublikasına gəlmiş, həmin vaxtdan məsləhətçi və icraçı kimi Heydər Əliyev adına X136 Qovşağının, Heydər Əliyev adına X119, Aviasiya Akademiyasının və digər tikinti obyektlərinin tikintisində iştirak etmişdir. 2015-ci ilin təxminən yaz aylarında tanışı "xxxx" MMC şirkətinin işçisi Fikrət Xəlilov vasitəsi ilə "xxxx" MMC-nin rəhbəri kimi özünü təqdim edən Təqsirləndirilən şəxs1la tanış olmuşdur. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs1 müxtəlif layihələrdə iştirak etmək üçün ona investisiya yatırımları etmək təklifini versə də, ilk əvvəl sonuncunun təkliflərini qəbul etməmiş, lakin Fikrət Xəlilovun iştirakı ilə Təqsirləndirilən şəxs1la mütəmadi olaraq görüşmüşdür. 2016-cı ilin sonlarında Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən sosial evlər layihəsinin həyata keçirilməsi xəbərini öyrəndikdə, bu layihənin dövlət nəzarətində olmasına görə onda həmin layihəyə investisiya yatırmaq marağı yaranmışdır. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs1la görüşlərinin birində sonuncu sosial evlər layihəsində iştirak etməyi təklif etmişdir. Əvvəlcə Elçinin təkliflərini qəbul etməmiş, Elçin ona layihə üzrə binalar tikildikdən sonra hər kvadrat metrinin maya dəyəri 1160 manat təşkil edəcəyini və həmin mənzillərin MİDA-nın şərtlərinə görə 1265-1450 manat aralığında satışının aparılacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 dediyi şərtlərlə qazanc çox cuzi olduğundan əvvəlcə qəbul etməmiş, lakin Elçin sonrakı aylarda hər görüşdə müxtəlif məlumatlarla onu layihəyə investisiya etməyinə təhrik etməyə başlamışdır. Hər görüşdə Təqsirləndirilən şəxs1 bu layihə haqqında daha dərindən maraqlanmış, Elçin onun verdiyi suallar üzrə ətraflı araşdırma aparıb layihə üzrə məlumatları və prespektivləri ona öyrənərək danışmışdır. Bir müddətdən sonra Elçinin təkliflərinin perspektivli olduğuna inanmağa başlamışdır. Təqsirləndirilən şəxs1 ona qoşulacaqları ilkin layihədən böyük həcmdə qazanc əldə etməyin önəmli olmadığını, önəmlisi bu xətt üzrə gələcəkdə olacaq layihələrdə iştirak etməyin olduğunu demiş, bundan sonra daha 10-15 bina tikiləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 hər dəfə ona özünü səmimi və işgüzar insan kimi təqdim etməklə onda özünə qarşı inam formalaşdırmışdır. Buna görə Elçinin təqdim etdiyi layihə üzrə investisiya etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs1 ona MİDA-nın şərtlərinə görə, sosial layihədə iştirak etmək üçün qarant kimi 3.000.000 manat "xxxx" ASC-də depozit olaraq qoymaq lazım olduğunu demişdir. Buna görə öz adına və Nümayəndə1 adına 3.000.000 manata bərabər olan 1.780.000 ABŞ dolları məbləğində vəsaiti "xxxx" ASC-də depozit olaraq hesaba qoymuşdur. 2017-ci ilin iyul ayının təxminən 2-i Təqsirləndirilən şəxs1 ona tanışı Xəyyam Abdullayev adlı şəxsin MİDA-nın rəhbərliyi ilə danışmaq üçün, saxta tender keçirməsini təşkil etməsi məqsədi ilə 50.000 ABŞ dolları məbləğində pul tələb etdiyini, həmin pulu ödəmək lazım olduğunu demişdir. Buna görə təxminən 04 iyul 2017-ci tarixində “Holiday İnn” otelində Elçinlə görüşərək tələb olunan pulları sonuncuya vermiş, həmin vaxt əyləşdikləri masaya Xəyyam Abdullayev yaxınlaşmış, Elçin ona həmin şəxsi təqdim etmişdir. Xəyyamla tanış olmuş və sonuncu ona öz vizit kartını təqdim etdikdən sonra Elçinlə layihə və tender haqqında danışmağa başlamış və Agentliyin rəhbərliyindəki tanışları vasitəsi ilə "xxxx" MMC-nin tenderdə qalib gəlməsini təşkil edəcəyini bildirmişdir. Bir müddət söhbət etdikdən sonra şəxsi işləri ilə əlaqədar həmin yerdən aralanmışdır. Bir neçə gündən sonra Xəyyam ona zəng edərək görüşmək istədiyini dediyindən onlar sonuncunun Xəqani küçəsində yerləşən ofisində görüşmüşlər, lakin söhbət zamanı Xəyyam ona başqa biznes təklifləri etsə də, sonuncu ilə razılaşmamışdır. Bundan sonra Xəyyam ona MİDA-nın rəhbərliyində olan tanışları vasitəsi ilə tender məsələsini həll edəcəklərini demişdir. Söhbət əsnasında Xəyyamdan Elçinin pul verib-verməməsini soruşmamış və az müddət söhbət etdikdən sonra oranı tərk etmişdir. 2017-ci ilin təxminən iyun ayının ortalarında Elçinlə aralarında olan investisiya razılaşmasına uyğun olaraq “Silkway”, “BTB”, “Unibank” və “Beynəlxalq” banklarında olan hesablarından ümumilikdə 1.780.000 ABŞ dolları məbləğində pulunu çıxarmış və Təqsirləndirilən şəxs1 təklifi ilə "xxxx" ASC-nin “Gənclik” filialında öz adına və Nümayəndə1 adına təxminən bərabər paylarla açılmış depozit hesaba qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 MİDA-nın hüquqşünasları ilə danışıqların uzandığını və yalnız 13 avqust 2017- ci ildə müqavilə imzalanacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 da MİDA-nın rəhbərliyi ilə saxta tender keçiriləcəyini, buna görə saxta firmalar iştirak edəcəyini təsdiq etmişdir. O, həmin vaxt etiraz etsə də Elçin belə lazım olduğunu, MİDAnın direktor müavini Sadıq adlı şəxsin onun qohumu olduğunu demişdir. 2017-ci ilin avqust ayında MİDA tərəfindən keçirilmiş tenderdə "xxxx" MMC şirkəti qalib gəlmiş və köhnə tarixlə 2017-ci ilin iyun ayının 30-u tarixində şirkətlə MİDA-nın tabeliyində olan "xxxx" MMC arasında “investisiya sahəsində birgə sahibkarlıq fəaliyyəti haqqında” müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə 30 dekabr 2018-ci il tarixə qədər "xxxx" şirkəti Bakı şəhəri, Yasamal rayonu, Bakı dairəvi yolu 8 ünvanında 27, 28 və 29 nömrəli binaların tikintisini yekunlaşdırmalı olmuşdur. Bundan başqa "xxxx" MMC şirkəti 3 binanın inşası üçün tələb olunan 0,17 ha zəruri torpaq sahəsini və xarici mühəndis kommunikasiya təminatı sistemi ilə "xxxx" şirkətini müvəqqəti 18 aylıq təmin etmişdir. "xxxx" ASC-də olan hesablar depozit formatında olduğundan həmin pulların "xxxx" şirkətinin hesabına köçürülməsi mürəkkəb olmuşdur. Bundan başqa, ilk dəfə həmin ilin iyul ayında tikinti prosessində Təqsirləndirilən şəxs1 ondan pul istəmişdir. Həmin vaxt o, Elçinə 165.000 manat məbləğində pul vermişdir. Ümumilikdə Təqsirləndirilən şəxs1 onun və Nümayəndə1 "xxxx" ASC-də olan depozit hesabından 1.780.000 ABŞ dolları verilmişdir. Lakin, bu məbləğ Elçinə bəs etməmiş və tikintinin yenidən davam etdirilməsi üçün ondan əlavə pul istəmişdir. Buna görə 2018-ci ilin fevral ayının sonundan 15 may 2018-ci ilə kimi müxtəlif vasitələrlə, yəni nağd və ya köçürmə yolu ilə ümumilikdə 241.000 ABŞ dollarına bərabər məbləğdə pul vəsaitini özü və ya Nümayəndə1 tərəfindən Elçinə verilmişdir. 2018-ci ilin aprel və may aylarında Təqsirləndirilən şəxs1 dəfələrlə işin gedişatı barədə mütəmadi olaraq maraqlandıqda sonuncu işlərin qaydasında olduğunu, lakin mənzillərin satılmaması barədə danışmışdır. 2018-ci ilin may ayında Elçin ona mənzilləri alan olmadığını, 29 saylı binadan 5.000.000 manat dəyərində olan ümumi sahəsi 3.348 m2 olan 48 ədəd mənzili Binəqədi rayonu ərazisində yerləşən “Sement Zavodu” ilə dəyişməsi barədə yeni saxta sxemi təklif etmişdir. Elçin zavodu almağı ona təklif edərkən zavodun gələcək layihələrdə lazım olacağını, hazırki qiymətinin aşağı olduğunu, bu zavodu əldə etməyin "xxxx" MMC üçün mühüm prespektivləri olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 onu inandırdığından həmin əməliyyatın aparılmasına icazə vermişdir. Sonuncular zavodun səhmlərini 20.000 manata almağı təklif etmiş, o da öz növbəsində razılıq vermiş və "xxxx" MMC onun adından "xxxx" şirkətinin hesabına 10 faiz səhm üçün 20.000 manat pul köçürmüşdür. Şirkətin bütün işlərini Təqsirləndirilən şəxs1 və etibarlı adamı olan Cəmiyyətin direktoru Təqsirləndirilən şəxs2 aparmışdır. O, sonunculardan məlumat istəyəndə ona yalan hesabatlar verilmiş, sənədləri tələb etdikdə isə həmin sənədlərin MİDA-ya verildiyini və başqa vaxt göstərəcəklərini demişlər. 2019-cu ilin yanvar ayında Litva Respublikasından növbəti dəfə Bakı şəhərinə gəldikdə tikinti işlərinin hələ də yekunlaşmadığını, binalardan mənzil almış şəxslərin narazılıqlar etməsinin şahidi olmuşdur. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs1 layihəni gecikdirdiyindən və onun yatırdığı investisiyadan pul geri qaytarmamağından narahat olmağa başlamışdır. Bundan başqa mart ayında mənzilləri almış narazı şəxslərlə Təqsirləndirilən şəxs1la görüşəndə özü də də iştirak etmiş, Elçinin yalan danışdığını gördükdə narahatçılıq keçirmişdir. Lakin o, yenidən Elçinin tikintini sentyabr ayına kimi yekunlaşdıracağı vədinə inanaraq Litva Respublikasına geri dönmüşdür. Həmin ilin dekabr ayında artıq Elçinin ona mənzilin satılmaması barədə sözlərinə inanmamış və yatırdığı investisiyanın ödənilməsini tələb etmişdir. Bundan sonra Elçin xx.xx.2019-cu il tarixli müqavilələrlə 28 nömrəli binanın 24, 36, 31, 20, 65, 68 və 28 və 29-cu binalarda yarımzirzəmiləri onun adına rəsmiləşdirmiş, lakin müqaviləni ona verməmişdir. 2019-cu ilin noyabr ayında təsisçilərin ümumi yığıncağında mənzillərin satışının dayandırılması haqqında qərar qəbul edilmiş və direktor Təqsirləndirilən şəxs2 mənzillərin satışının dayandırılması barədə göstəriş verilmişdir. Həmin gündən sonra özü şirkət daxilində yoxlamalara başlamış və bir sıra nöqsanlar aşkar etdiyi üçün 2020-ci ili mart ayında Təqsirləndirilən şəxs1la birlikdə Təqsirləndirilən şəxs2 direktor vəzifəsindən azad edərək, Nümayəndə1 direktor vəzifəsinə təyin etmişlər. Nümayəndə1 direktor təyin ediləndən sonra, daxili araşdırma aparmağa, işlərin gedişatını öyrənməyə başlamışdır. Bu zaman bütün nöqsanlar üzə çıxmışdır. Belə ki, bütün vergi və maliyyə hesabatları araşdırarkən direktor Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə qanunsuz hərəkətlər həyata keçirərək satdıqları mənzillərin dəyərinin Cəmiyyətin hesabına daxil edilməyərək mənimsənildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən görülən işlər təkcə bununla bitməmiş və onun tərəfindən investisiya olaraq təqdim edilmiş 3.500.000 manatın da xərclənməsi ilə bağlı Cəmiyyət daxili bir ədəd belə maliyyə sənədi təqdim edilməmiş və bu günədək həmin pulların harada olması barədə məlumat yoxdur. Hazırda Cəmiyyətin hesabında hər hansı pul məbləği olmadığından, nə tikinti aparmaq, nə əmək haqqı ödəmək, nə də şirkətin ona olan borcunu ödəmək mümkün olmamışdır. 2017- ci ilin iyun ayından 2018-ci ilin may ayınadək MİDA sosial evlərinin tikintisi proyekti ilə əlaqədar onun tərəfindən Təqsirləndirilən şəxs1 2.020745 (iki milyon iyirmi min yeddi yüz qırx beş) ABŞ dolları pul məbləği təqdim edilmişdir. Sonradan araşdırmalar zamanı bu pulların Təqsirləndirilən şəxs1 tərəfindən "xxxx" MMC-nin cari hesabına qoyulmayaraq, qeyriqanuni şəkildə mənimsənildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 onun pullarının mənimsənilməsi və ələ keçirilməsi məqsədilə cinayətkar qrup yaratmışdır. Qrupun hər bir üzvünün fəaliyyət sahələrinə uyğun öz vəzifə və rolları olmuşdur. 2017-ci ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ondan sənədləşmə işləri və tenderə hazırlıq işləri ilə əlaqədar 50.000 ABŞ dolları verməsini xahiş etmişdir. "xxxx" MMC-nin və həmin şirkətin payçısı olaraq, onun Təqsirləndirilən şəxs1 borclarına hər hansı aidiyyatı olmamışdır. Bu məsələlər ilə yəni, dələduzluq məsələləri ilə bağlı ona hər hansı xəbər verməmiş və onun da bundan xəbəri olmamışdır. Belə ki, İTVnin keçmiş rəhbəri Şahid19 olan şəxsi borcu əvəzinə "xxxx"dən “yalançı alıcı”ların adına rəsmiləşdirilməklə, Təqsirləndirilən şəxs2 köməyi ilə 13 mənzil təqdim etmişdir. Şahid19 siyahı olaraq, güya “alıcı”ların adını təqdim etmiş və sonuncuların adına daxili qeyri rəsmi müqavilə imzalanmış, sonradan çox aşağı qiymətə, həmin mənzillər 30.000 manata rəsmiləşdirməklə, bir neçə nəfərin adına 28-ci binadan olan 5, 9 və 10 nömrəli mənzillərərə çıxarış da əldə edilmişdir. Təqsirləndirilən şəxs1 AZTV-nin əvvəlki rəhbəri Nizami Xudiyevə də yerinə yetirilməmiş öhdəliklər üzrə borcu olmuşdur. X148 borcların geri qaytarılmasını tələb etdikdə, Təqsirləndirilən şəxs1 mənimsəmə və dələduzluq yolu ilə Təqsirləndirilən şəxs2 köməyi ilə, "xxxx" MMC-dən Nizamiyə 6 mənzil təqdim etmişdir. Bununla bağlı 28-ci binadan 62, 64, 67 saylı mənzillər, 29-cu binadan isə 16, 25, 49 saylı mənzillər ayrı-ayrı “yalançı alıcı”ların adına rəsmiləşdirilmişdir. “Yalançı alıcı” lar notariusda ərizə yazaraq mənzildən imtina etmiş və həmin mənzil qeyri qanuni olaraq digər şəxsə satılmışdır. Yeni alıcının kim olduğu, yəni qohum və ya yaxın olduqda başqa bir qanunsuz sxem qurulmuş - endirimli qiymətə 1 otaqlı mənzil 25.000 manat, 2 otaqlı mənzil 30.000 manat, 3 otaqlı mənzil 40.000 manata notariusda alış-veriş edilmişdir. Ona görə də mülki iddiasının tam həcmdə təmin olunmasını, ona vurulmuş ziyanın ödənilməsi üçün zəruri olan qanuni tədbirlərin görülməsini xahiş edir. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, birinci instansiya məhkəməsində ifadəsi elan olunaraq tədqiq olunmuş dindirilmiş Zərərçəkmiş şəxs2 MMC-nin direktoru Nümayəndə1 Zərərçəkmiş şəxs1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərdi ki, Təqsirləndirilən şəxs1 təxminən 1985-ci ildən tanımış, bundan sonra sonuncuyla ailəvi münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs1 qohumu Kəmalə Sərdarovanın həyat yoldaşı Azər Sərdarov ilə tələbə yoldaşı olmuş, bunun nəticəsi olaraq da sonuncu ilə onların ailəvi münasibətləri yaranmışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs1 tikinti işləri ilə məşğul olan, özünün deməsi ilə uğurlu lahiyələrlə tikinti işləri həyata keçirən şəxs kimi tanımışdır. Təxminən 2014-cü ilin əvəllərində özünə məxsus ünvan 45 ünvanında yerləşən yaşayış evini sataraq Bakı şəhəri ərazisində şəhər mərkəzinə yaxın məsafədə yerləşən yeni mənzil almağı qərara almışdır. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs1 ilə yaxın ailəvi münasibətləri olduğu üçün 2014- cü il xatırlamadığı tarixdə ailəvi məclislərin birində sonuncu da iştirak etdiyindən, qeyd edilən məclisdə söhbət zamanı yuxarıda göstərilən ünvanda yerləşən yaşayış evini sataraq yeni mənzil almaq istəyilə bağlı söhbət açmışdır. Təqsirləndirilən şəxs1 da ona rəhbəri olduğu "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisində yeni yaşayış binasının tikintisinə başlanacağını, həmin binadan ona istədiyi mənzili verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşdığını bildirən zaman sonuncu ondan ünvan 45 ünvanında yerləşən yaşayış evini hansı məbləğdə satmaq istədiyini soruşmuş, öz növbəsində həmin evi 105.000 manata satmaq istədiyini bildirərkən Təqsirləndirilən şəxs1 yaşayış evini 105.000 manat məbləğinə alacağını, əvəzində isə "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisində tikiləcək olan yaşayış binasından ona mənzil verəcəyini demişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 ona yeni tikilən binada mənzillərin Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən mənzillərdən baha qiymətə olduğunu, mənzillər arasında yaranacaq məbləği isə binanın tikintisi yekunlaşanadək ödəyə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1la yaxın ailəvi münasibətləri olduğu üçün aldadıla bilmə ehtimalını düşünmədiyi üçün razılaşmışdır. Təxminən 2014-cü ilin yay aylarında Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşdığını bildirmiş və sonuncu onu Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə dəvət etmişdir. Ofisdə olan zaman Elçin ona "xxxx" MMC tərəfindən ünvan 47 ünvanında yerləşən 3 saylı binanın tikinti layihəsini təqdim etmiş, o da öz növbəsində həmin binadan 1-ci giriş, 10-cu mərtəbə, sahəsi 169.9 m2 olan mənzili seçmişdir. Elçin də ona xx.xx.2014-cü il tarixli KAT LTD” MMC tərəfindən ünvan 47 ünvanında yerləşən 3 saylı binanın 1-ci giriş, 10-cu mərtəbə, sahəsi 169.9 m2 olan mənzilin onun adına rəsmiləşdirilməsinə dair “Çoxmərtəbəli yaşayış binasının tikintisi haqqında fərdi” müqaviləni özü imzalayaraq möhürlənmiş şəkildə ona təqdim etmiş, o da həmin müqavilələri imzalayaraq bir nüsxəsini özündə saxlamaqla geri qaytarmışdır. Həmin müqavilə iki tərəfli bağlansa da notarial qaydada təsdiq olunmamışdır. Həmin müqavilədə mənzilin 1 m2 sahəsi 1200 manat olmaqla ümumi dəyəri 203880 manat qeyd edilmişdir. Təqsirləndirilən şəxs1 ilə şifahi razılaşmalarına əsasən onların ünvan 45 ünvanında yerləşən yaşayış evinin dəyəri 105.000 manat hesablanmaqla Elçin tərəfindən müqavilə əsasında onun adına rəsmiləşdirilmiş yuxarıda qeyd edilən mənzilin dəyərindən çıxılmaqla qalan məbləğ onun tərəfindən binanın tikintisinin yekununa qədər ödənilməli olmuşdur. Lakin qeyd edilən binada onun mənzil üçün hər hansı ödəniş etməyi göstərilməmiş və ya bununla bağlı ona hər hansı təsdiqedici sənəd, eləcə də maliyyə arayışı verilməmişdir. Təqsirləndirilən şəxs1 ilə yaxın ailəvi münasibətləri olduğundan inandığı üçün sonuncunun onu aldatmayacağını ehtimal edərək belə bir sənəd tələb etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1la şifahi razılaşmaları əsasında onun istifadəsində olan ünvan 45 ünvanında yerləşən yaşayış evi qaynı Şahid2 adına rəsmiləşdirildiyi üçün onun qaynıyla Təqsirləndirilən şəxs1 təqdim etdiyi hazırda tanımadığı, əlaqə vasitələrini və ünvanını bilmədiyi Şahid1 arasında xx.xx.2015-ci il tarixdə notarial alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin notarial müqavilədə mənzilin dəyəri 40.000 manat göstərilsə də faktiki olaraq həmin yaşayış evinin dəyəri Təqsirləndirilən şəxs1 ilə razılaşmalarına əsasən 105.000 manat olmuşdur. Təqsirləndirilən şəxs1 vergi ödənişlərinin azaldılması üçün mənzilin qiymətini 40.000 manat göstərmişdir. Notarial alqı-satqı müqaviləsi bağlandıqdan sonra yəni, təxminən 2015-ci ilin iyun ayında Təqsirləndirilən şəxs1 onun oğlu Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək mənzil üçün əlavə 20.000 manat ödəməli olduqlarını demiş, oğlu Anar da həmin vaxt əlaqə saxlayaraq Təqsirləndirilən şəxs1 Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisində 20.000 manat pulu ünvan 47 ünvanında yerləşən 3 saylı binanın 1-ci giriş, 10-cu mərtəbə, sahəsi 169.9 m2 olan mənzil üçün təqdim etmişdir. Lakin Təqsirləndirilən şəxs1 mənzil üçün ödəniş etməsi ilə bağlı oğlu Anara hər hansı təsdiq edici sənəd və ya Maliyyə arayışı təqdim etməmişdir. Həmin vaxt Elçin artıq binanın tikintisinə başlanılacağını, tikinti işlərinin də təxminən bir il ərzində yekunlaşaraq mənzillərin təhvil veriləcəyini bildirmişdir. Anarla birlikdə dəfələrlə Təqsirləndirilən şəxs1la əlaqə saxlayaraq binanın tikintisinə nə vaxt başlanılacağı ilə bağlı maraqlansalar da sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək, binanın tikintisini tez bir zamanda başlayacağını bildirmişdir. Lakin Elçinin verdiyi vəddən uzun müddət keçəməsinə baxmayaraq hələ də tikinti işləri başlanmamışdır. Dəfələrlə Təqsirləndirilən şəxs1 müraciət edərək ona vəd etdiyi mənzili tez bir zamanda tikib təhvil verməsini, eləcə də ona dəymiş zərərin başqa cür aradan qaldırmasını tələb edərək, əks halda hüquq mühafizə orqanlarına zəruri tədbirləri görməsi üçün müracit edəcəyini demişdir. Elçin də ona hər dəfə qısa müddətlər deyərək binanın tikintisinə başlanılacağını, ona dəymiş ziyanın ödəniləcəyini bildirərək onu aldatmışdır. Təqsirləndirilən şəxs1 ilə ailəvi yaxın münasibətləri olduğu üçün sonuncudan hüquq mühafizə orqanlarına şikayət edə bilməmişdir. Daha sonra mətbuat və sosial şəbəkə vasitəsilə Təqsirləndirilən şəxs1 dələduzluq əməlləri ilə bağlı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində cinayət işinin aparıldığını gördükdən sonra ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs1 onu aldadaraq ünvan 47 ünvanında yerləşən 3 saylı binanın 1-ci giriş, 10-cu mərtəbə, sahəsi 169.9 m2 olan mənzili ona təhvil verməsi adı ilə istifadəsində olan ünvan 45 ünvanında yerləşən yaşayış evini 105.000 manat dəyərində qiymətləndirərək əlindən almış, eləcə də mənzillər arasında yaranmış qiymət fərqi üçün isə ondan əlavə olaraq 20.000 manat məbləğində pul vəsaiti almışdır. Ümumilikdə Təqsirləndirilən şəxs1 əməli nəticəsində ona 125.000 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs1 hazırda ona vurulmuş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır. İş üzrə yekun qərar qəbul edilərkən onun bu mövqeyinin nəzərə alınmasını xahiş edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2, Şahid3 və ibtidai istinaq zamanı şahid qismində dindirilmiş, birinci instansiya məhkəməsində ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 Zərərçəkmiş şəxs3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 16, iş vərəqə 101-104). İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, birinci instansiya məhkəməsində ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid5 göstərmişdir ki, 2018-ci ilin may ayında xatırlamadığı tanışlarından MİDA-nın nəzarəti altında tikilən sosial evlərin növbə yolu ilə müəyyən olunmuş sosial kateqoriyalı şəxslərə güzəştli şəkildə satıldığını eşitmiş və hərbiçi olduğu üçün bununla bağlı MİDA-ya müraciət etmişdir. Sosial evlərə baxış keçirən zaman yalnız bir otaqlı mənzillərin qaldığını müəyyən etmiş və həmin vaxt MİDA-nın əməkdaşlarına bir otaqlı mənzil istəmədiyini, özü üçün böyük ölçüdə mənzil almaq istədiyini bildirən zaman "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirildiyini öyrənmişdir. Həmin mənzillər dövlət təminatı ilə tikildiyindən anası X28 ilə birlikdə "xxxx" MMC-nin Amay Ticarət mərkəzinin yaxınlığında yerləşən ofislərinə gedərək, şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Mail ona təmir olunmuş vəziyyətdə, mətbəx mebeli ilə təchiz edilmiş mənzilləri hər kvadrat metrini 1.000 manatdan təklif etmiş, sonuncu ilə razılaşaraq 3 otaqlı 78,79 m2 sahəsi olan mənzili 78.790 manat dəyərində olan ipoteka yolu ilə almaq istədiyini bildirərək razılığa gəlmişlər. 17 may 2018ci il tarixdə qeyd olunan ofisdə Təqsirləndirilən şəxs2la görüşərək mənzilə görə ilkin ödəniş kimi anası Rəfiqə Mahmudovanın yanında Təqsirləndirilən şəxs2 15.000 manat pul vəsaitini vermişlər. Həmin vaxt Mail 28 nömrəli binanın 61 saylı mənzilinin onun adına rəsmiləşdirilməsi barədə 17 may 2018-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” imzalanmış möhürlənmiş şəkildə ödəniş müqabilində qalıq borc barədə maliyyə arayışı ilə birlikdə təqdim etmişdir. Həmin müqavilə iki tərəfli bağlansa da notarial qaydada təsdiq olunmamışdır. İpoteka yolu ilə krediti hansı banka ödəyəcəyi barədə soruşduqda Mail ona mənzillər təhvil verildikdən sonra ödənişləri banka ödəməli olduğunu demişdir. Müqavilə bağlandıqdan sonra Mail ona 2018-ci ilin oktyabr ayınadək binanın tam hazır olacağını, mənzillərin təhvil verilməsindən, ödənişlərini ipoteka yolu ilə bank sənədləri rəsmiləşdirdikdən sonra ödəməyə başlamalı olduğunu demişdir. Bundan sonra mənzillərin deyilən vaxt təhvil verilmədiyini görüb bununla bağlı Təqsirləndirilən şəxs2 dəfələrlə müraciət etsə də sonuncu müxtəlif bəhanələr gətirib vədlər verməklə aldığı mənzili təhvil verməmişdir. Bina hələ də təhvil verilmədiyindən və mənzillə bağlı ipoteka şəklində bank sənədləşməsi aparılmadığına görə hazıradək mənzil ilə bağlı heç bir ödəniş etməmişdir. Həmçinin, o, ifadəsində göstərmişdir ki, Xətai rayon prokurorluğunun əməkdaşı Bəsti Emçiyeva onun doğma xalasıdır. X137 Təqsirləndirilən şəxs1 tərəfindən heç bir mənzil verilməmiş, ümumiyyətlə aralarında bununla bağlı heç bir söhbət olmamışdır. Xalası Bəstinin onun mənzil alması ilə bağlı heç bir əlaqəsi olmamışdır. Sadəcə özü rayonda yaşadığı üçün Bakı şəhərini tanımadığı üçün mənzilin və Zərərçəkmiş şəxs2 MMC-nin ünvanının tapılmasında xalası Bəsti köməklik göstərmişdir. Mənzili özü Zərərçəkmiş şəxs2 MMC-yə müraciət edərək ilkin ödəniş kimi 15.000 manat məbləğində ödəniş etməklə almışdır. X54 mənzil alması ilə bağlı heç kimə müraciət etməmişdir. Qeyd edilən mənzil üçün özü Zərərçəkmiş şəxs2 MMCyə müraciət edərək ilkin ödəniş kimi Təqsirləndirilən şəxs2 sonuncunun deməsi ilə 15.000 manat məbləğində ödəniş edərək daxili müqavilə əsasında adına rəsmiləşdirmişdir. Maddi imkanı zəif olduğu üçün "xxxx" MMC tərəfindən adına daxili müqavilə əsasında rəsmiləşdirilimiş olan Bakı şəhəri, Yasamal rayonu, X206 8, bina 28, mənzil 61 ünvanında yerləşən mənzildən, həmin mənzil üçün Təqsirləndirilən şəxs2 ödədiyi 15.000 manat məbləğində pul vəsaiti ona geri qaytarıldığı təqdirdə mənzildən imtina edəcəkdir (cild 11, iş vərəqə 183-195) Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, 2018ci ilin iyun ayında hazırda xatırlamadığı tanışlarından MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı öyrənmiş, "xxxx" MMC-nin Amay Ticarət mərkəzinin yaxınlığında yerləşən ofislərinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Mail ona təmir olunmuş vəziyyətdə, mətbəx mebeli ilə təchiz edilmiş mənzilləri hər kvadrat metrini 1.200 manatdan təklif etmiş, o da razılaşmış və 1 otaqlı 40,24 m2 sahəsi olan mənzili 48.288 manat dəyərində olan daxili kreditlə almaq istədiyini bildirmişdir. Mail də onunla razılaşdıqdan sonra, yəni 05 iyun 2018-ci il tarixdə qeyd olunan ofisdə sonuncuyla görüşərək ilkin ödəniş kimi 10.000 manat mənzilə görə ödəniş etmiş, həmin vaxt Mail tərəfindən ona 28 nömrəli binanın 54 saylı mənzilinin onun adına rəsmiləışdirilməsi barədə xx.xx.2018-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” imzalanıb möhürlənərək verilmişdir. Ödəniş müqabilində Mail ona mədaxil qəbzi və qalıq borc barədə maliyyə arayışı da vermişdir. Həmin müqavilə iki tərəfli bağlansa da notarial qaydada təsdiq olunmamışdır. Daxili krediti hansı banka ödəyəcəyi barədə soruşduqda, Mail ona həmin ödənişləri banka deyil, ofisdə etməli olduğunu dediyindən sonuncuya inanaraq razılaşmışdır. Müqavilə bağlandıqdan sonra Mail ona 2019-cu ilin dekabr ayınadək binanın tam hazır olacağını və mənzillərin təhvil veriləcəyini söz vermişdir. Bundan sonra o, 2020ci lin fevral ayına qədər hər ay, ödəniş etməklə təxminən 31.000 manat şirkətə ödəniş etmişdir. Ödəniş edərkən ona mədaxil qəbzi verilməsə də, Mail tərəfindən ona qalıq borcu haqqında arayış verilmişdir. 2020-ci ilin fevral ayında o, binanın işlərinin dayandığını görüb kredit üzrə ödənişləri saxlamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını, müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsini istəyir. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, birinci instansiya məhkəməsində ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid6 göstərmişdir ki, 2018-ci ilin iyun ayında hazırda xatırlamadığı internet saytında MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı öyrəndikdən sonra "xxxx" MMC-nin Amay Ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Mail ona təmir olunmuş vəziyyətdə, mətbəx mebeli ilə təchiz edilmiş mənzilləri hər kvadrat metrini 1.265 manatdan təklif etmiş və 2 otaqlı 58,86 m2 sahəsi olan mənzili 74.457 manat dəyərində olan daxili kreditlə almaq istədiyini bildirmiş və razılaşmışlar. 14 iyun 2018-ci il tarixdə qeyd olunan ofisdə Təqsirləndirilən şəxs2la görüşərək ilkin ödəniş kimi 25.000 manat mənzilə görə ödəniş etmiş və həmin vaxt sonuncu tərəfindən 28 nömrəli bina, 1-ci giriş, 3-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 58.86 m2 olan 12 saylı mənzilinin adına rəsmiləşdirilməsi barədə xx.xx.2018-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” imzalanıb möhürlənərək ona təhvil verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona ilkin olaraq 25.000 manat ödəniş etməsi ilə bağlı mədaxil qəbzi verməsə də, qalıq borc barədə maliyyə arayışını təqdim etmişdir. Həmin müqavilə iki tərəfli bağlansa da notarial qaydada təsdiq olunmamışdır. Daxili krediti hansı banka ödəyəcəyi barədə soruşduqda, Mail ona həmin ödənişləri banka deyil, ofisdə etməli olduğunu demişdir. Müqavilə bağlandıqdan sonra Mail ona 2019-cu ilin yanvar ayınadək binanın tam hazır olacağını və mənzillərin təhvil veriləcəyinə söz vermişdir. Bundan sonra 2019-cu ilin iyul ayına qədər hər ay, ödəniş etməklə təxminən 43.457 manat şirkətə mənzillə bağlı ödəniş etmişdir. Hər dəfə ödəniş edərkən Təqsirləndirilən şəxs2 ona qalıq borc barədə maliyyə arayışını təqdim etmişdir. Həmin maliyyə arayışında göstərildiyi kimi onun qeyd edilən mənzilə görə şirkətə 31.000 manat borcu qalmışdır. Lakin sonradan mənzillərin vəd edilən vaxtda təhvil verilmədiyini görüb ödənişlərini dayandırmışdır. Təqsirləndirilən şəxs2 ona müqavilə bağlandıqdan sonra 5-6 ay ərzində mənzilin tam təmirli təhvil veriləcəyini bildirsə də, hələ də qeyd edilən mənzil təhvil verilməmişdir. Həmin binaların sakinləri ilə birlikdə mənzillərin təhvil verilməməsi ilə bağlı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 o, cümlədən Mənzil X133nə dəfələrlə müraciət etsələr də, sonuncular müxtəlif bəhanələr gətirib vədlər verməklə aldıqları mənzilləri təhvil verməmişlər (cild 7, iş vərəqə 139-151). Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, "xxxx" MMC-də mühəndis işləyir. 2018-ci ilin iyul ayında maraqlanaraq "xxxx" MMC tərəfindən Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təhciz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı gördükdən sonra həmin Cəmiyyətin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedib, şirkətin direktoru Təqsirləndirilən şəxs2 və Cəmiyyətin rəhbəri Təqsirləndirilən şəxs1la görüşmüşdür. Mail və Elçinlə təmir olunmuş vəziyyətdə mənzilləri hər kvadrat metrini təxminən 1.112 manatdan alacağı barədə razılığa gəlmişlər. Razılaşmaya əsasən maddi imkanı olmadığı üçün ilkin ödəniş etdikdən sonra qalan məbləği bina təhvil verildikdən sonra bankda ipoteka ilə yüklü edərək kredit şəklində ödəməsi nəzərdə tutulmuşdur. Mail və Elçin onunla razılaşdıqdan sonra 28 saylı binanın 1-ci giriş, 2-ci mərtəbə, ümumi sahəsi 59.5 m2 olan 2 otaqlı 7 saylı mənzili almaq qərarına gəlmiş, həmin mənzilin dəyəri 66.164 manat təşkil etsə də, 20 iyul 2018-ci il tarixdə o, ilkin olaraq 22.000 manatı Təqsirləndirilən şəxs2 ofisdə ödədikdən sonra ona həmin tarixli sonuncu tərəfindən 28 saylı binanın 1-ci giriş, 2- ci mərtəbə, ümumi sahəsi 59.5 m2 olan 2 otaqlı 7 saylı mənzilin adına rəsmiləşdirilməsi barədə “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi” müqavilə və 22.000 manat ödəməsi ilə əlaqədar maliyyə arayışı verilmişdir. xx.xx.2018-ci il tarixdə onun tərəfindən əlavə olaraq 500 manat ödənildikdən sonra ona həmin tarixli Maliyyə Arayışı verilmişdir. Mail tərəfindən ona hər hansı ödəniş qəbzi verilməmişdir. Mail ona binalarda tikinti işlərinin 2019-cu ilin yanvar ayınadək yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə, o cümlədən mebel mətbəxi ilə təchiz olunmuş vəziyyətdə təhvil veriləcəyinə söz vermişdir. Lakin razılaşmadan uzun müddət keçməsinə baxmayaraq binalar təhvil verilməmişdir. Həmin binalardan mənzil alan şəxslərlə birlikdə bununla əlaqədar "xxxx" şirkətinin direktoru Mail adlı şəxsə və rəhbəri Təqsirləndirilən şəxs1, o, cümlədən Mənzil X133nə dəfələrlə müraciət etsələr də, sonuncular müxtəlif bəhanlər gətirib vədlər verməklə aldıqları mənzilləri təhvil verməmişlər. O, həmçinin ifadəsində göstərmişdir ki, Şahid9 2008-2016-cı illər ərzində mühəndis kimi fəaliyyət göstərdiyi "xxxx" MMC-nin direktoru kimi tanımış. Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi 8 ünvanında Zərərçəkmiş şəxs2 MMC tərəfindən inşa edilmiş, 28 saylı binanın 1-ci giriş, 2-ci mərtəbə, ümumi sahəsi 59.5 m2 olan 2 otaqlı 7 saylı mənzili Təqsirləndirilən şəxs2 müraciət edərək almışdır. Lakin həmin mənzili alarkən nağd pulu olmadığına görə ipoteka ilə yüklü edilmiş qaydada almaq istəmiş və qiymətdə ona güzəşt edilməsi üçün həmin vaxt çalışdığı müəssisənin direktoru Şahid9 müraciət edərək Təqsirləndirilən şəxs1 ona güzəş edilməsini xahiş etmişdir. Bundan sonra qeyd edilən mənzilin ümumi qiyməti 66.164 manat təşkil etsə də o, 20 iyul 2018-ci il tarixdə ilkin olaraq ümumilikdə 22.500 manatı Təqsirləndirilən şəxs2 ofisdə ödəmişdir. Mənzillə bağlı ödənişlərini ipoteka yolu ilə heç bir bankda rəsmiləşdirilmədiyi üçün mənzillə bağlı heç bir ödəniş edə bilməmişdir. 28 saylı binanın 1- ci giriş, 2-ci mərtəbə, ümumi sahəsi 59.5 m2 olan 2 otaqlı 7 saylı mənzili öz vəsaiti hesabına ilkin ödəniş edərək almışdır. Şahid9 sadəcə mənzilin qiymətində ona güzəşt edilməsi üçün Təqsirləndirilən şəxs1 xahiş etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Qalıq kreditini ödəməyə hazırdır. Amma pulu ondan kimin qəbul edəcəyi bilinmir. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, birinci instansiya məhkəməsində ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid9 Şahid7 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 13, iş vərəqə 197-199). Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, 2018ci ilin avqust ayında hazırda xatırlamadığı tanışlarından MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı öyrəndikdən sonra həmin Cəmiyyətin Amay Ticarət mərkəzinin yaxınlığında yerləşən ofislərinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Mail ona təmir olunmuş vəziyyətdə, mətbəx mebeli ilə təchiz edilmiş mənzilləri hər kvadrat metrini 1.112 manatdan təklif etmiş, öz növbəsində razılaşaraq 3 otaqlı 78,79 m2 sahəsi olan mənzili 87.614 manat dəyərində olan daxili kreditlə almaq istədiyini bildirərək razılığa gəlmişlər. 01 avqust 2018-ci il tarixdə qeyd olunan ofisdə Təqsirləndirilən şəxs2la görüşərək ilkin ödəniş kimi Təqsirləndirilən şəxs2 33.614 manat mənzilə görə ödəniş etmiş və həmin vaxt Mail tərəfindən 28 nömrəli binanın 2-ci giriş, 3-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 45 saylı mənzilin oğlu X98 adına rəsmiləşdirilməsi barədə xx.xx.2018-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” imzalanıb möhürlənmiş vəziyyətdə şirkətə mənzil üçün ümumi qalıq borcunun göstərilməsinə dair həmin tarixli maliyyə arayışı ilə birlikdə ona təqdim edilmişdir. Həmin müqavilə iki tərəfli bağlansa da notarial qaydada təsdiq olunmamışdır. Daxili krediti hansı bankda ödəyəcəyi barədə soruşduqda, Mail ona həmin ödənişləri bankda deyil, ofisdə etməli olduğunu bildirmişdir. Müqavilə bağlandıqdan sonra Mail ona 2019-cu ilin mart ayında binanın tam hazır olacağını və mənzillərin təhvil veriləcəyini bildirmişdir. Bundan sonra 2020-ci ilin mart ayına qədər hər ay 900 manat ödəniş etməklə ümumilikdə təxminən 48.914 manat 48 qəpik şirkətə ödəniş etmişdir. Ödəniş edərkən ona mədaxil qəbzi verilməmiş, lakin Mail tərəfindən qalıq borcu haqqında arayış verilmişdir. 2020-ci ilin mart ayının 16-da Zərərçəkmiş şəxs2 MMC tərəfindən ona verilmiş Maliyyə arayışına əsasən onun qeyd edilən mənzilə görə şirkətə ümumilikdə 38.700 manat borcu qalmışdır. Təqsirləndirilən şəxs2 ona müqavilə bağlandıqdan 3-4 ay ərzində mənzilin tam təmirli təhvil veriləcəyini bildirsə də, hələ də qeyd edilən mənzil təhvil verilməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını, müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsini istəyir. Krediti isə kimə ödəyəcəyini bilmir. İndi müraciət etdiyi şəxslər də cinayət işi bağlı ondan pul qəbul etməkdən imtina edirlər. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, birinci instansiya məhkəməsində ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid10 göstərmişdir ki, "xxxx" MMC-nin direktorudur. Rəhbəri olduğu cəmiyyət tikinti işləri ilə bağlı fəaliyyət göstərir, lakin hazırda heç bir iş olmadığı üçün fəaliyyəti dayandırılmışdır. Zərərçəkmiş şəxs2 MMC-nin təsisçisi və faktiki rəhbəri Təqsirləndirilən şəxs1 onun qaynıdır. 2017-ci ilin iyun ayında MİDA tərəfindən keçirilmiş tenderdə Təqsirləndirilən şəxs1 rəhbəri olduğu "xxxx" MMC qalib gəlmiş və şirkətlə MİDA-nın tabeliyində olan "xxxx" MMC arasında “investisiya sahəsində birgə sahibkarlıq fəaliyyəti haqqında” müqavilə bağlanmış, həmin müqavilənin şərtlərinə görə "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, Bakı dairəvi yolu 8 ünvanında 27, 28 və 29 nömrəli binaların tikintisinə başlamışdır. 2018-ci ilin avqust aylında qaynı Təqsirləndirilən şəxs1 rəhbəri olduğu şirkətin inşa etdiyi binalardan mənzil almaq qərarına gəlmişdir. Bununla bağlı, həmin vaxt Elçinlə Bakı şəhəri, Xətai rayonu, Amay Ticarət Mərkəzinin yaxınlığında yerləşən Cəmiyyətin ofisində görüşmüş və 2 otaqlı mənzil almaq istədiyini bildirmişdir. Elçinlə söhbət zamanı sonuncu ona kənar şəxslərə mənzilin kvadrat metrini 1.265 manat satıldığını, qohum olduqları üçün ona mənzilin hər kvadrat metrini 1.065 manat sata biləcəyini bildirmişdir. Elçinlə onun razılaşmalarına əsasən mənzilin dəyərini hissə-hissə ödəməsi nəzərdə tutulmuşdur. 07 avqust 2018-ci il tarixdə 28 saylı binanın 1-ci giriş, 2 otaqlı, ümumi sahəsi 59.5, m2 olan 19 saylı mənzilin dəyəri 62.475 manat göstərilməkə onun adına rəsmiləşdirilməsi barədə həmin tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” tərtib edilərək Elçin tərəfindən ona verilmişdir. İlkin olaraq ofisdə Elçinə 25.000 manat ödəmişdir. Ödəniş etməyi ilə bağlı Elçin tərəfindən ona heç bir sənəd verilməmişdir. 2019-cu ilin dekabr ayınadək hissə-hissə olmaqla ümumilikdə mənzilin dəyərini, yəni 62.475 manatı Elçin Ələbərova ofisində ödəmişdir. Hazırda həmin mənzillə bağlı onun borcu qalmamışdır. Elçinlə qohum oldğu üçün inanaraq ödənişlərlə bağlı heç bir sənəd almamış, bunu tələb etməmişdir. Söhbət zamanı Elçin ona binalarda tikinti işlərinin 1 il ərzində yekunlaşacağını və binalar tam təmir olunmuş vəziyyətdə təhvil veriləcəyini söz vermişdir. Lakin razılaşmadan uzun müddət keçməsinə baxmayaraq binalar təhvil verilməmişdir (cild 2, iş vərəqə 13-20). Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid11 göstərdi ki, 2018-ci ilin avqust ayında Elman Ələkbərov ona MİDA-nın nəzarəti altında "xxxx" MMC şirkəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışı həyata keçirildiyini, həmin mənzillərin dövlət təminatı ilə tikildiyini və həmin şirkətin rəhbərinin qardaşı Təqsirləndirilən şəxs1 olduğunu, istədiyi halda oradan mənzili daxili kredit ilə ala biləcəyini bildirmişdir. Bununla əlaqədar özü "xxxx" MMC-nin Amay Ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedib, şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Mail ona təmir olunmuş vəziyyətdə, mətbəx mebeli ilə təchiz edilmiş mənzilləri hər kvadrat metrini 1.265 manatdan təklif etmiş, o da razılaşaraq 1 otaqlı 40,24 m2 sahəsi olan mənzili 50.903 manat dəyərində olan daxili kreditlə almaq istədiyini bildirmişdir. Bundan sonra onlar razılaşaraq 20 avqust 2018-ci il tarixdə qeyd olunan ofisdə görüşərək ilkin ödəniş kimi 10.000 manat mənzilə görə Təqsirləndirilən şəxs2 pul vermiş, Mail də ona 28 nömrəli binanın 50 saylı mənzilinin onun adına rəsmiləşdirilməsi barədə xx.xx.2018-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”ni imzalanmış, möhürlənmiş halda ona təqdim etsə də ödəniş müqabilində mədaxil qəbzi və ya şirkətə qalıq borcu barədə maliyyə arayışını təqdim etməmişdir. Həmin müqavilə iki tərəfli bağlanmış, lakin notarial qaydada təsdiq olunmamışdır. Daxili krediti hansı banka ödəyəcəyi barədə soruşduqda, Mail ona həmin ödənişləri banka deyil, ofisdə ödəməli olduğunu demişdir. Müqavilə bağlandıqdan sonra Mail ona 2019-cu ilin sentyabr ayınadək binanın tam hazır olacağını və mənzillərin təhvil veriləcəyini demişdir. Bundan sonra 2019-cu lin dekabr ayına qədər hər ay ödəniş etməklə təxminən ümumilikdə mənzil üçün Təqsirləndirilən şəxs2 26.000 manat ödəniş etmişdir. Ödəniş edərkən Mail ona mədaxil qəbzi verməmiş, lakin qalıq borcu haqqında arayış vermişdir. Mail ona müqavilə bağlandıqdan sonra 2019-cu ilin dekabr ayına qədər mənzilin tam təmirli təhvil veriləcəyini bildirsə də, hələ də qeyd edilən mənzil təhvil verilməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını, müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsini istəyir. Krediti isə kimə ödəyəcəyini bilmir. İndi müraciət etdiyi şəxslər də cinayət işi bağlı ondan pul qəbul etməkdən imtina edirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid12 göstərdi ki, 2018-ci ilin avqust ayında hazırda xatırlamadığı tanışlarından MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı öyrəndikdən sonra həmin Cəmiyyətin Amay Ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedib, şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Mail ona təmir olunmuş vəziyyətdə, mətbəx mebeli ilə təchiz edilmiş mənzilləri hər kvadrat metrini 1.200 manatdan təklif etmiş, öz növbəsində 28 saylı bina, 2ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62.6 m2 olan 63 saylı mənzili 75.120 manat dəyərində olan daxili kreditlə almaq istədiyini bildirmişdir. 20 avqust 2018-ci il tarixdə qeyd olunan ofisdə görüşərək ilkin ödəniş kimi Təqsirləndirilən şəxs2 21.100 manat mənzilə görə ödəniş etmiş və həmin vaxt Mail tərəfindən 28 nömrəli binanın 63 saylı mənzilinin onun adına rəsmiləşdirilməsi barədə xx.xx.2018-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” imzalanıb möhürlənərək ona təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 ona ilkin ödənişlə bağlı mədaxil qəbzi verməsə də, qalıq borc barədə maliyyə arayışını təqdim etmişdir. Həmin müqavilə iki tərəfli bağlansa da notarial qaydada təsdiq olunmamışdır. Daxili krediti hansı banka ödəyəcəyi barədə soruşduqda, Mail ona həmin ödənişləri banka deyil ofisdə nağd şəkildə etməli olduğunu demişdir. Müqavilə bağlandıqdan sonra Mail ona 2018-ci ilin dekabr ayınadək binanın tam hazır olacağını və mənzillərin təhvil veriləcəyini söz vermişdir. Bundan sonra 2020-ci ilin mart ayına qədər o, hər ay, ödəniş etməklə təxminən ümumilikdə 25.620 manat şirkətə ödəniş etmiş, hər dəfə ödəniş edərkən arayış dəyişdirilərək Mail tərəfindən ona qalıq borcu haqqında yeni arayış verilmişdir. 2020-ci ilin mart ayında ona verilmiş maliyyə arayışında göstərildiyi kimi onun həmin şirkətə 49.500 manat məbləğində borcu qalmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını, mənzilin müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsini istəyir. Krediti isə kimə ödəyəcəyini bilmir. İndi müraciət etdiyi şəxslər də cinayət işi bağlı ondan pul qəbul etməkdən imtina edirlər. Şirkətin fəaliyyətini bərpa etməsini və qalıq işlərin tamamlanmasını arzulayır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid13 göstərdi ki, X101 onun qohumudur. Cəmiyyətdən aldıqları mənzilin alqı-satqısında Mərziyə Miriyeva ilə birlikdə iştirak etmişdir. Belə ki, 2018-ci ilin avqust ayında hazırda xatırlamadığı tanışları vasitəsilə MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı öyrəndikdən sonra həmin ünvana gedərək mənzillərə baxıb bəyənmişlər və mənzillərin satışının ancaq "xxxx" MMCnin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisində həyata keçirildiyini öyrənmişlər. Bundan sonra o, Mərziyə ilə birlikdə "xxxx" MMC-nin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşlər. Təqsirləndirilən şəxs2 sözlərindən onlara Cəmiyyətin rəhbərinin Təqsirləndirilən şəxs1 olduğu məlum olmuşdur. Həmin vaxt Mərziyyə Təqsirləndirilən şəxs2 28 saylı binadan, 2-ci giriş, 6-cı mərtəbə, 1 otaqlı, 40.24 m2 sahəsi olan 58 saylı mənzili almaq istədiyini bildirmiş və sonuncuyla həmin mənzilə görə 40.964 manat məbləğində ödəniş edəcəyinə dair razılığa gəlmişlər. Mail onlara ödəniləcək məbləğin hamısını bank hesabına köçürmədiklərini və bu səbəbdəndə notarial alqı-satqıda mənzilə görə alınacaq məbləğin 25.724 manat qeyd ediləcəyini bildirmişdir. Onlar da Təqsirləndirilən şəxs2la razılaşmışlar və 28 avqust 2018ci il tarixdə Mərziyə Miriyeva Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, “Amay” Ticarət Mərkəzinin yaxınlığında yerləşən ofisində onun yanında mənzil üçün Təqsirləndirilən şəxs2 15.240 manat ödəniş etmiş, Mail də onlara Mərziyənin mənzil üçün 15.240 manat ödəniş etməsi ilə bağlı Maliyyə arayışını imzalanmış və möhürlənmiş vəziyyətdə təqdim etmişdir. 30 avqust 2018-ci il tarixdə Mərziyə Miriyeva və Təqsirləndirilən şəxs2la birlikdə 6 saylı notariusun yaxınlığında olan "xxxx"ın Sahil filialına getmişlər və 25.724 manatı şirkətin hesabına qoyduqdan sonra notariusa gələrək alqı-satqısı aparılmış və müqavilədə mənzilə görə guya 25.724 manat ödənildiyi göstərilmişdir. Onlar Təqsirləndirilən şəxs2 bu barədə soruşduqda sonuncu şirkətin daxili məsələləri olduğunu demiş, onlar da ilk dəfə mənzil aldıqlarına görə məlumatları olmadığı üçün etirazlarını bildirməmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını istəyir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid15 göstərdi ki, 2018-cu ilin avqust ayında internet saytında MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təhciz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı gördükdən sonra həmin Cəmiyyətin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Mail ona təmir olunmuş vəziyyətdə mənzillərin hər kvadrat metrini təxminən 1.265 manatdan təklif etmişdir. 28 saylı binanın 1ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 59.5 m2 olan 2 otaqlı 15 saylı mənzili almaq qərarına gəlmiş və Təqsirləndirilən şəxs2la həmin mənzili 75.267,5 manata razılaşmışdır. Razılaşmaya əsasən həmin mənzilin dəyərini 48 ay müddətinə ödəməsi nəzərdə tutulmuşdur. 31 avqust 2018-ci il tarixdə ilkin olaraq Təqsirləndirilən şəxs2 23.000 manatı qeyd edilən ofisdə ödədikdən sonra onun adına həmin tarixli müqavilə ilə 28 saylı binanın 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 59.5 m2 olan 2 otaqlı 15 saylı mənzili rəsmiləşdirilmişdir. 31 avqust 2018-ci il tarixdən etibarən Təqsirləndirilən şəxs2 şəxsən cəmi 42.267,5 manat ödəmiş və hazırda şirkətə 33.000 manat borcu qalmışdır. Ödənişlərlə bağlı Mail tərəfindən ona yalnız Maliyyə arayışı verilmiş, lakin heç bir ödəniş qəbzi verilməmişdir. Mail ona binalarda tikinti işlərinin 2019- cu ilin sonunadək yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə, o cümlədən mebel mətbəxi ilə təchiz olunmuş vəziyyətdə təhvil veriləcəyini söz vermişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını, mənzilin müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsini istəyir. Krediti isə kimə ödəyəcəyini bilmir. Müraciət etdiyi şəxslər də cinayət işi bağlı ondan pul qəbul etməkdən imtina edirlər. Şirkətin fəaliyyətini bərpa etməsini və qalıq işlərin tamamlanmasını arzulayır. Birinci instansiya məhkəməsində Məhkəmədə şahid qismində dindirilmiş Şahid16 göstərdi ki, 2018-ci ilin sentyabr ayında internet saytında MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təhciz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı gördükdən sonra həmin Cəmiyyətin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Mail ona təmir olunmuş vəziyyətdə mənzilləri hər kvadrat metrini təxminən 1.265 manatdan təklif etdikdən sonra o, 28 saylı binanın 1-ci giriş, 7-ci mərtəbə, ümumi sahəsi 59.5 m2 olan 2 otaqlı 27 saylı mənzili almaq qərarına gəlmiş və Təqsirləndirilən şəxs2la həmin mənzili 75267,5 manata razılaşmışdır. Razılaşmaya əsasən o, mənzilin dəyərini 48 ay müddətinə ödəməli olmuşdur. 02 sentyabr 2018-ci il tarixdə ilkin olaraq o, Təqsirləndirilən şəxs2 35.000 manatı ofisində ödədikdən sonra həmin tarixli müqavilə ilə 28 saylı binanın 1-ci giriş, 7-ci mərtəbə, ümumi sahəsi 59.5 m2 olan 2 otaqlı 27 saylı mənzil onun adına rəsmiləşdirilmişdir. 02 sentyabr 2018-ci il tarixdən etibarən o, şəxsən Təqsirləndirilən şəxs2 ümumilikdə 48.880,5 manat ödəmiş və hazırda 29.387 manat borcu qalmışdır. Ödənişlərlə bağlı Mail tərəfindən ona yalnız Maliyyə arayışı verilmiş, heç bir ödəniş qəbzi verilməmişdir. Mail ona binalarda tikinti işlərinin 2019-cu ilin sonunadək yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə, o cümlədən mebel mətbəxi ilə təchiz olunmuş vəziyyətdə təhvil veriləcəyinə söz vermişdir. Lakin razılaşmadan uzun müddət keçməsinə baxmayaraq binalar təhvil verilməmişdir. Hazırda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını, mənzilin müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsini istəyir. Krediti isə kimə ödəyəcəyini bilmir. Cinayət işi bağlı ondan pul qəbul etməkdən imtina edilir, işlər də buna görə getmir. Şirkətin işini bərpa etməsini və qalan işlərin yekunlaşdırılmasını istəyir. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, birinci instansiya məhkəməsində ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid17 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2007-ci ildən tanıyır. X34 onu və xalası oğlu Şahid18 Təqsirləndirilən şəxs1 ilə tanış edərək sonuncunun mənzil və ofislərin tikintisi və alqı-satqısı ilə məşğul olduğunu demişdir. Onlar da gələcəkdə təmir etdirib sataraq qazanc əldə etmək məqsədi ilə 28 avqust 2007-ci il tarixdə Təqsirləndirilən şəxs1 təsisçisi olduğu "xxxx" MMC-nin inşa etdiyi Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 20-ci sahə, 14 mərtəbəli biznes mərkəzinin binasında yerləşən 8-ci mərtəbə, 356.2 m2 sahəsi olan daşınmaz əmlakı almaq qərarına gəlmişlər. Onlar Elçin ilə həmin əmlak üçün 165.000 ABŞ dolları məbləğində razılığa gəlmiş və əmlak onun adına rəsmiləşdirilmişdir. Həmin vaxt əmlak üçün qeyd edilən pulu Elçinə ödədikdən sonra sonuncu tərəfindən “Çoxmərtəbəli biznes mərkəzinin tikintisi haqqında fərdi müqavilə” imzalanaraq təhvil verilmişdir. Həmin vaxt binada tikinti işləri hələ başlamadığından Elçin onlara binada tikinti işlərinin 2-3 il ərzində yekunlaşaraq təhvil veriləcəyini söz versə də, razılaşmadan uzun müddət keçməsinə baxmayaraq binada tikinti işləri başa çatdırılmamışdır. Bununla bağlı onlar Elçinə müraciət edən zaman sonuncu pulu tezliklə qaytaracağını söz vermişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 həmin əmlakın sahəsi və dəyərinə uyğun olaraq Zərərçəkmiş şəxs2 MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu, X206, 8 ünvanında yerləşən binada mənzillər verə biləcəyini bildirmiş, belə olan halda onlar razılaşmışlar. 2018-ci ilin təxminən əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, X206, 8 ünvanında yerləşən 28 saylı binadan 62, 64, 67 və həmin ünvanda yerləşən 29 saylı binadan 16, 25 saylı mənzilləri onun və xalası oğlu Şahid18 adına daxili müqavilə əsasında rəsmiləşdirilmişdir. Həmin mənzillərdən 4-ü, yəni 28 saylı binadan 62, 64, 67 və həmin ünvanda yerləşən 29 saylı binadan isə 16 saylı mənzillər onun və xalası oğlu Şahid18 razılığına əsasən Təqsirləndirilən şəxs2 tərəfindən müxtəlif şəxslərə satılmaqla pulları onlara ödənilmişdir. Yalnız daxili müqavilə əsasında onun adına rəsmiləşdirilmiş 29 saylı binadakı 25 saylı mənzil hal-hazıradək satılmamışdır. Mənzillər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən satıldıqdan sonra həmin mənzillərin dəyəri, yəni 150.000 manat pul vəsaiti onlara verilmişdir. O və xalası oğlu Şahid18 Zərərçəkmiş şəxs2 MMC-nin Bakı şəhəri Yasamal rayonu, X206, 8 ünvanında yerləşən 28 saylı binadan 62, 64, 67 və həmin ünvanda yerləşən 29 saylı binadan 16, 25 saylı mənzillərin alınması üçün heç kimə heç bir məbləğdə vəsait ödəməmişlər. Həmin mənzillər onlara Təqsirləndirilən şəxs1 tərəfindən daxili müqavilə əsasında borcu qarşılığında verilmişdir. Hazırda Təqsirləndirilən şəxs1 onlara 80.000 manat borcu qalmışdır (cild 11, iş vərəqə 98- 101). Birinci instansiya məhkəməsində Məhkəmədə şahid qismində dindirilmiş Şahid18 Şahid17 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayətinin olmadığını bildirdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid19 göstərdi ki, Təqsirləndirilən şəxs1 2005-ci ildən tanımış, yaxın münasibətləri olmuş, sonuncuyla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 2018-ci ilin sentyabr ayında qızı Könülün ailəsinə mənzil almaq üçün maraqlandıqda tanışı Təqsirləndirilən şəxs1 MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirdiyini öyrəndikdən sonra həmin Cəmiyyətin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedib Elçinlə görüşmüş və inşa etdiyi binalardan iki otaqlı mənzil almaq istədiyini bildirmişdir. Elçinlə mənzilin hər kvadrat metrini 1.200 manatdan razılaşdıqdan sonra 28 saylı binadan 1-ci giriş 2-ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 62.6 m2 olan 5 saylı mənzili almaq qərarına gəlmişdir. 24 sentyabr 2018-ci il tarixdə qeyd olunan ofisdə Təqsirləndirilən şəxs1 75.120 manat ödəniş etdikdən sonra sonuncu tərəfindən onun qızı Könül Səmədovanın adına qeyd olunan mənzilin rəsmiləşdirilməsi ilə bağlı həmin tarixli müqavilə tərtib edilərək onlara verilmişdir. Həmin mənzil onun qızı Könül Səmədovanın adına rəsmiləşdirilmişdir. Bundan başqa, Elçin tərəfindən ona mənzilə dair borcunun olmaması ilə bağlı Maliyyə arayışı tərtib edilərək verilmişdir. Bundan sonra isə qızının ailəsində bədbəxt hadisə baş verdiyi üçün həmin mənzilin düşərli olmaması qənaətinə gələrək binada gedən tikinti işləri ilə maraqlanmamışdır. Daha sonra eyni qaydada 28 saylı binadan 1-ci giriş 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62.6 m2 olan 9 saylı mənzili 75.120 manata almışdır. Həmin məzillərin dəyərini, yəni ümumilikdə iki mənzilə görə 150.240 manatı ofisində Təqsirləndirilən şəxs1 ödəmiş, 9 saylı mənzil qohumu X48 adına rəsmiləşdirilmişdir. Həmin binadan 10 saylı mənzili onun vasitəsilə bacısı oğlu Şahid40 alımışdır. Həmçinin o, ifadəsində göstərmişdir ki, Elçin ona bina tam hazır olandan sonra mənzilə dair çıxarış ala biləcəyini bildirsə də həmin vaxt sonuncu mənzili notarial qaydada alqı-satqı edərək adlarına rəsmiləşdirməsinin mümkün olması barədə heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxs1 əsassız yerə həbs olunduğunu hesab edir. Ona görə də tanınmış bir iş adamı olan bu şəxsin tezliklə azad olunmasını və insanlara xidmət edən fəaliyyətini bərpa etməsini istəyir. Pulunu ödəyib mənzillərinə sahiblənmiş insanların rahatlığının pozulmasına isə haradan maliyyə əldə etdiyi, məqsədinin nə olduğu bilinməyən, əsassız pul tələbi iddiaları ilə çıxış edən Povilasın səbəb olduğunu düşünür. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, birinci instansiya məhkəməsində ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid20 göstərmişdir ki, 2018-ci ilin senbtyabr ayında tanışları vasitəsilə MİDA-nın nəzarəti altında "xxxx" MMC şirkəti tərəfindən Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təhciz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumat öyrəndikdən sonra həmin Cəmiyyətin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Mail ona təmir olunmuş vəziyyətdə mənzilləri hər kvadrat metrini təxminən 1265 manatdan təklif etmiş o da Təqsirləndirilən şəxs2 ilə razılaşaraq 28 saylı binadan, 2-ci giriş, 4-cü mərtəbə, 3 otaqlı, 78,79 m2 sahəsi olan 49 saylı mənzili 99.669 manat 35 qəpik dəyərində olan dövlət ipotekası ilə almaq istədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona dövlət ipotekası ilə mənzillərin rəsmiləşdirilməsi mövcud olduğunu bildirmişdir. Bundan sonra o da razılaşaraq 29 sentyabr 2018-ci il tarixdə qeyd olunan ofisdə Təqsirləndirilən şəxs2la görüşərək ilkin ödəniş kimi 30.000 manat mənzilə görə ödəniş etmiş və həmin vaxt Mail tərəfindən 28 nömrəli binanın 49 saylı mənzilinin onun adına rəsmiləşdirilməsi barədə xx.xx.2018-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” imzalanıb möhürlənmiş vəziyyətdə qalıq borc barədə maliyyə arayışı ilə birlikdə təqdim edilmişdir. Həmin müqavilə iki tərəfli bağlanmış, lakin notarial qaydada təsdiq olunmamışdır. O, dövlət ipotekası ilə ödənişlərini həyata keçirmək barədə soruşduqda sonuncu ona 2018-ci ilin dekabr ayında mənzilin dövlət ipotekası ilə rəsmiləşdiriləcəyini bildirsə də qeyd edilən mənzil dövlət ipotekası ilə rəsmiləşdirilməmiş və o əlavə olaraq heç bir məbləğdə ödəniş etməmişdir. Bundan sonra o, mənzilin təmiri ilə razılaşmadığı üçün Təqsirləndirilən şəxs1 mənzili özü təmir edəcəyini və mənzilin təmiri üçün xərclənəcək olan 10.000 manat məbləğində olan pulun mənzil üçün onun şirkətə olan ümumi borcundan çıxılmasını təklif etmişdir. Təqsirləndirilən şəxs1 da onunla razılaşmış və xx.xx.2019-cu il tarixli şirkətə olan ümumi borcundan 10.000 manat çıxılaraq ümumi borcun 59.533 manat qalmasına dair maliyyə arayışı Təqsirləndirilən şəxs2 tərəfindən ona təqdim edilmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs2 ona binalarda tikinti işlərinin 18 ay ərzində yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə təhvil veriləcəyini söz versə də razılaşmadan uzun müddət keçməsinə baxmayaraq binalar təhvil verilməmişdir (cild 03, iş vərəqə 77-83). Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid21 İsmayıl qızı göstərdi ki, 2018-ci il ildə tanışları vasitəsi ilə MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təhciz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumat əldə etdikdən sonra həmin Cəmiyyətin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək şirkətin direktoru Mayıl İbadovla görüşmüşdür. Mail ona təmir olunmuş vəziyyətdə mənzillərin hər kvadrat metrini təxminən 1.265 manatdan təklif etmiş, o da razılaşaraq 28 saylı binadan, 1-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, 59.5 m2 sahəsi olan 23 saylı mənzili almaq istədiyini bildirmişdir. Həmin mənzilin dəyəri 75.267,5 manat təşkil etdiyindən məbləği tam qaydada ödəyə bilmədiyi üçün Təqsirləndirilən şəxs2la həmin məbləği 5 il müddətinə ödəyəcəyi barədə razılaşmışdır. 10 oktyabr 2018-ci il tarixdə ilkin ödəniş olaraq məbləğin 40 faizini ödədikdən sonra Təqsirləndirilən şəxs2 10 oktyabr 2018-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” tərtib edib ona təqdim etmişdir. Həmin aydan etibarən o, mənzilə görə mütəmadi ödənişlər edərək ümumilikdə 46267,5 manat Təqsirləndirilən şəxs2 pul ödəmiş və hər dəfə ona Cəmiyyət tərəfindən qalıq borcu barədə Maliyyə arayışı verilmiş, lakin ödənişlərlə bağlı hər hansı mədaxil qəbzi verilməmişdir. Söhbət zamanı Mail ona binalarda tikinti işlərinin 18 ay ərzində yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə təhvil veriləcəyinə söz vermişdir. Lakin razılaşmadan uzun müddət keçməsinə baxmayaraq binalar təhvil verilməmişdir. O və həmin binalardan mənzil alan şəxslər bununla əlaqədar "xxxx" şirkətinin direktoru Mail adlı şəxsə və rəhbəri Təqsirləndirilən şəxs1, o cümlədən Mənzil X133nə dəfələrlə müraciət etsələr də sonuncular müxtəlif bəhanlər gətirib vədlər verməklə aldıqları mənzilləri təhvil verməmişlər. O, həmçinin ifadəsində göstərmişdir ki, ona məxsus mənzil rüşvət şəklində tikinti prosesinin uzanmasına göz yumması, sakinləri sakitləşdirməsi və digər hüquqi məsələləri həll etməsi üçün MİDA-nın əməkdaşı olan Ələkbər adlı şəxsə verilməmiş, belə ki, adı çəkilən şəxs, yəni, X81 onun qardaşıdır, mənzil alarkən yalnız sonuncunun məsləhətindən istifadə etmişdir. O, qardaşı Ələkbər ilə "xxxx" MMC şirkətinin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə müraciət edərək daxili kredit əsasında 28 saylı binadan, 1-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, 59.5 m2 sahəsi olan 23 saylı mənzili ilkin ödəniş edərək almışdır. Hazırda həmin mənzilə görə də şirkətə 29.000 manat onun borcu qalmışdır. Həmin borc məbləğini də binalarda tikinti işlərinə davam etdiriləndən sonra ödəyəcəkdir. Həmçinin o, ifadəsində göstərmişdir ki, mənzil almaq üçün bir neçə şirkətlərə müraciət edən zaman mənzilin daxili kredit müddəti 36 aya qədər olduğu üçün həmin ödənişləri etməyə onun maddi imkanı olmadığına görə ala bilməmişdir. Bununla bağlı qardaşı Ələkbər ilə Təqsirləndirilən şəxs2 müraciət edərkən sonuncudan kredit məbləğini yalnız 60 aya qədər olan müddət ərzində ödəyə biləcəyini deyərək bununla bağlı güzəşt edilməsini xahiş etmişdir. Mail də həmin vaxt onunla razılaşmış və mənzilin dəyərinin 60 aya qədər ödəyə biləcəyini bildirmişdir. Lakin o, bununla bağlı Təqsirləndirilən şəxs2 başqa heç kimdən xahiş etməmiş, qardaşı Ələkbər də bununla bağlı heç kimə müraciət etməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını, mənzilin müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsini istəyir. Krediti isə kimə ödəyəcəyini bilmir, pul qəbul etməkdən imtina edirlər. Şirkətin fəaliyyətinin bərpa olunması ilə bu problemlərə son qoyulacağı qənaətindədir. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, birinci instansiya məhkəməsində ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid22 göstərmişdir ki, 2019-cu ilin oktyabr ayında tanışları vasitəsilə MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı öyrəndikdən sonra həmin Cəmiyyətin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Təqsirləndirilən şəxs2 sözlərindən ona Cəmiyyətin rəhbəri Təqsirləndirilən şəxs1 olduğu məlum olmuşdur. Mail ona təmir olunmuş vəziyyətdə mənzilləri hər kvadrat metrini təxminən 1.265 manatdan təklif etmişdir. Maillə 28 saylı binadan, 1-ci giriş, 8-ci mərtəbə, 2 otaqlı, 62,6 m2 sahəsi olan 30 saylı mənzili 79.189 manat dəyərində olan daxili kreditlə almaq istədiyini bildirmiş və sonuncuyla razılaşmışdır. 15 oktyabr 2018-ci il tarixdə qeyd olunan ofisdə Təqsirləndirilən şəxs2la görüşərək ilkin ödəniş kimi 23.000 manat mənzilə görə ödəniş etmiş və həmin vaxt Mail tərəfindən 28 nömrəli binanın 30 saylı mənzilinin nəvəsi X72 adına rəsmiləşdirilməsi barədə xx.xx.2018ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” imzalanıb möhürlənərək ona təhvil verilmişdir. Ödəniş müqabilində Mail ona mədaxil qəbzi və qalıq borc barədə maliyyə arayış da vermişdir. Həmin müqavilə iki tərəfli bağlanmış, lakin notarial qaydada təsdiq olunmamışdır. O, daxili krediti hansı banka ödəyəcəyi barədə soruşduqda, Mail ona həmin ödənişləri banka deyil, ofisdə etməli olduğunu demişdir. Mail ona müqavilə bağlandıqdan 18 ay ərzində mənzilin tam təmirli təhvil veriləcəyini bildirsə də hələ də qeyd edilən mənzil ona təhvil verilməmişdir. Həmin binaların sakinləri ilə birlikdə mənzillərin təhvil verilməməsi ilə bağlı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dəfələrlə müraciət etsələr də sonuncular müxtəlif bəhanələr gətirib vədlər verməklə aldıqları mənzilləri təhvil verməmişlər (cild 03, iş vərəqə 109-140). Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid23 göstərdi ki, 2018-ci ilin iyun oktyabr ayında bina.az saytı vasitəsilə MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin nağd satışının həyata keçirilməsi barədə məlumatı öyrəndikdən sonra həmin Cəmiyyətin Amay Ticarət mərkəızinin yaxınlığında yerləşən ofislərinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Mail ona təmir olunmuş vəziyyətdə, mətbəx mebeli ilə təchiz edilmiş mənzilləri hər kvadrat metrini 1.250 manatdan təklif etmiş, o da cəmi 65.000 manat pulunun olmasını və hər kvadrat metrini 1.025 manata almaq istədiyini bildirmişdir. Mail də onunla razılaşmış və həmin mənzili qeyd edilən məbləğə satacağını bildirmişdir. Bundan sonra Mail ona mənzilə görə 30.000 manat pulu notarial qaydada alqı satqı etmək üçün "xxxx" ASC-ə, yerdə qalan 35.000 manatı pulu isə şirkətin kassasına ödəməli olduğunu demişdir. 17 oktyabr 2018-ci il tarixdə 30.000 manat pulu "xxxx" ASC-nin Sahil filialında şirkətin hesabına ödəmiş və həmin məbləği ödəməsi ilə bağlı mədaxil qəbzini əldə etmişdir. Bundan sonra xx.xx.2018-ci il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmış və Mail tərəfindən 28 nömrəli binanın 25 saylı mənzilinin onun adına rəsmiləşdirilməsi barədə xx.xx.2018-ci il tarixli “Çoxmənzilli yaşaış binasının tikintisi haqqında fərdi müqavilə” imzalanıb möhürlənərək ona təqdim edilmişdir. Bundan sonra o, danışdıqları kimi şirkətin kassasına, yəni Təqsirləndirilən şəxs2 35.000 manat məbləğində pul ödəmişdir. Ödəniş müqabilində Mail ona şirkətin kasasına 35.000 manat ödəniş etməsi ilə bağlı mədaxil qəbzi vermişdir. Mənzilə görə 65.000 manata razılaşmasına baxmayaraq xx.xx.2018-ci il tarixli müqavilədə mənzilin guya 79.189 manata satılması göstərilməsindən həmin vaxt məlumatı olmamışdır. O, bu rəqəmi görsə də həmin vaxt əhəmiyyət verməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını, mənzilin müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsini istəyir. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, birinci instansiya məhkəməsində ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid24 göstərmişdir ki, 2018-ci ilin oktyabr ayında tanışları vasitəsilə MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı öyrəndikdən sonra, həmin Cəmiyyətin Amay Ticarət mərkəzinin yaxınlığında yerləşən ofislərinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Təqsirləndirilən şəxs2 sözlərindən ona Cəmiyyətin rəhbərinin Təqsirləndirilən şəxs1 olması məlum olmuşdur. Mail ona təmir olunmuş vəziyyətdə mənzilləri hər kvadrat metrini təxminən 1.150 manatdan təklif edən zaman o, 28 saylı binadan, 2-ci giriş, 1-ci mərtəbə, 1 otaqlı, 40.24 m2 sahəsi olan 38 saylı mənzili almaq istədiyini bildirmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs2la həmin mənzilə görə 46.276 manat məbləğində ödəniş edəcəyinə dair razılığa gəlmişlər. Mail ona ödəniləcək məbləğin hamısını bank hesabına köçürülmədiyini və bu səbəbdən də notarial alqı-satqıda mənzilə görə alınacaq məbləğin 25.000 manat qeyd ediləcəyini demişdir. Təqsirləndirilən şəxs2la razılaşaraq 16 oktyabr 2018-ci il tarixdə 6 saylı Notariusda Təqsirləndirilən şəxs2 21.276 manat vermişdir. Pulu Təqsirləndirilən şəxs2 verdikdən sonra sonuncu ona xx.xx.2018-ci il tarixli şirkətə mənzil üçün 21.276 manat ödəniş etməsiylə bağlı məxaric orderi vermişdir. xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs2la birlikdə 6 saylı notariusun yaxınlığında olan Muğan banka gedərək 25.000 manat məbləğində pulu şirkətin hesabına köçürdükdən sonra notariusa gələrək alqı-satqısı aparılmış və müqavilədə mənzilə görə guya 25.000 manat ödənildiyi göstərilmişdir. Təqsirləndirilən şəxs2 bu barədə soruşduqda sonuncu şirkətin daxili məsələləri ilə bağlı olduğunu demişdir. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra Mail ona binalarda tikinti işlərinin 5-6 ay ərzində yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə təhvil veriləcəyini söz versə də razılaşmadan uzun müddət keçməsinə baxmayaraq binalar təhvil verilməmişdir (cild 03, iş vərəqə 141-151). Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid14 göstərdi ki, 2018-ci ilin oktyabr ayında tanışları vasitəsilə MİDA-nın nəzarəti altında "xxxx" MMC şirkəti tərəfindən Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı gördükdən sonra atası Mübariz Əhmədov ilə birlikdə həmin Cəmiyyətin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşlər. Mail təmir olunmuş vəziyyətdə mənzilləri hər kvadrat metrini təxminən 1.000 manatdan təklif etmiş, onlar da razılaşaraq 28 saylı binadan, 2-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, 62.6 m2 sahəsi olan 55 saylı mənzili almaq istədiklərini bildirərək sonuncuyla həmin mənzilə görə 62.500 manat məbləğində ödəniş edilməsinə dair razılığa gəlmişlər. Mail ödəniləcək məbləğin hamısını bank hesabına köçürülməyəcəyini və bu səbəbdəndə notarial alqı-satqıda mənzilə görə alınacaq məbləğ 30.000 manat qeyd ediləcəyini demişdir. Təqsirləndirilən şəxs2la razılaşaraq 31 oktyabr 2018-ci il tarixdə atası Mübariz Əhmədov ilə birlikdə Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, “Amay Ticarət Mərkəzinin yaxınlığında yerləşən ofisində 62.500 manat mənzilə görə, alqı-satqı üçün ödəniləcək xərclər üçün isə əlavə olaraq 2.000 manat pulu sonuncuya vermişdir. Mail də həmin vaxt ona xx.xx.2018-ci il tarixli 64.500 manat ödəniş etməsilə bağlı kassa mədaxil orderini təqdim etmişdir. Bundan sonra o, atası Mübariz Əhmədov və Təqsirləndirilən şəxs2 ilə birlikdə 6 saylı notariusun yaxınlığında "xxxx"ın Sahil filialına gedərək 30.000 manatı şirkətin hesabına qoymuşdur. Qeyd edilən məbləği şirkətin hesabına qoyduqdan sonra notariusa gələrək atası Mübariz Əhmədov ilə Təqsirləndirilən şəxs2 arasında qeyd edilən mənzilə görə alqı-satqı aparılmış və müqavilədə mənzilə görə guya 30.000 manat ödənildiyini göstərilmişdir. Təqsirləndirilən şəxs2 bu barədə soruşduqda sonuncu şirkətin daxili məsələləri ilə bağlı olduğunu demiş, o da etirazını bildirməmişdir. Söhbət zamanı Mail ona binalarda tikinti işlərinin 5-6 ay ərzində yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə təhvil veriləcəyini söz versə də, razılaşmadan uzun müddət keçməsinə baxmayaraq həmin binalar təhvil verilməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını, mənzilin müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsini istəyir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid25 göstərdi ki, 2018- ci ilin dekabr ayında hazırda xatırlamadığı internet saytında MİDA-nın nəzarəti altında "xxxx" MMC şirkəti tərəfindən Bakı dairəvi yolu 8 ünvanında inşa edilmiş 28-ci binanın 2-ci giriş, 1-ci mərtəbə, 3 otaqlı ümumi sahəsi 78,79 m2 olan 37 saylı mənzilin 86.000 manata satılması barədə məlumatı görüb, həmin Cəmiyyətin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Təqsirləndirilən şəxs2 sözlərindən ona Cəmiyyətin rəhbərinin Təqsirləndirilən şəxs1 olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs2la bir qədər söhbət etdikdən sonra həmin mənzili aralarında 83.000 manata razılaşmışlar. Mail ona mənzili tam təmir olunmuş vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təhvil verəcəyini bildirmiş, o da razılaşaraq mənzili almaq qərarına gəlmişdir. 03 dekabr 2018-ci il tarixdə yenidən ofisdə Mail ilə görüşən zaman sonuncu ona cəmiyyətin daxili məsələlərinə görə ödəniləcək məbləğin hamısını bank hesabına köçürməyəcəyini bu səbəbdəndə notarial alqı-satqıda mənzilə görə alınacaq məbləğin 40.000 manat qeyd ediləcəyini bildirmişdir. Qeyd edilən mənzili dostu X50 adına rəsmiləşdirmək qərarına gəldiyi üçün sonuncu onunla birlikdə bütün məsələlərdə iştirak etmişdir. 03 dekabr 2018-ci il tarixdə 43.000 manatı Təqsirləndirilən şəxs2 ödədikdən sonra Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, “Amay Ticarət Mərkəzinin yaxınlığında yerləşən ofislərində həmin tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” tərtib edilərək ona verilmişdir. Həmin mənzil dostu Fərid Əhmədovun adına rəsmiləşdirililmişdir. Bundan sonra, yəni 05 dekabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 və dostu Fərid Əhmədovla birlikdə Cəmiyyətin yaxınlığında olan 6 saylı notariusa gedərək Fərid Əhmədovun adına olan hesaba 40.000 manat məbləğində pul köçürmüşlər və daha sonra hesabda pulun olmasını təsdiq edən sənədlərlə notariusa yaxınlaşaraq mənzilin 40.000 manat məbləğində Fərid Əhmədovun adına alqı-satqı edilməsi barədə notarial təsdiq olunmuş alqı-satqı müqaviləsini almışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını, mənzilin müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsini istəyir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X102 göstərdi ki, 2019cu ilin aprel ayında hazırda xatırlamadığı internet saytında MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən tikilmiş Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təhciz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı görmüş və həmin elanda qeyd edilən ünvana gedərək orada mənzillərin satışı ilə maraqlanan zaman istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsilə əlaqə saxladığı Sultan adlı şəxslə tanış olmuşdur. Sultan ona Zərərçəkmiş şəxs2 MMC-də podratçı işlədiyini və əmək haqqısının qarşılığında şirkət tərəfindən verilmiş mənzili pul müqabilində aldığını və həmin mənzili satdığını bildirmişdir. Bundan sonra o, Sultanla birlikdə Bakı şəhəri, Yasamal rayonu, X199 8 bina 28, giriş 2, mənzil 48 ünvanında yerləşən mənzilə baxmağa getmişlər. Mənzilə baxdıqdan sonra Sultana mənzili almaq istədiyini bildirən zaman sonuncu mənzilin 1 kv.metrini 1.000 manatdan olmaqla ümumilikdə 62.600 manat məbləğində satdığını demişdir. Bundan sonra qiymətlə razılaşaraq Sultanla birilikdə "xxxx" MMC-in Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Mail ona alqı-satqı müqaviləsini rəsmiləşdirmək üçün ödəniləcək məbləğin hamısını bank hesabına köçürmədiyini, bu səbəbdən də notarial alqı-satqıda mənzilə görə alınacaq məbləğ 30.000 manat qeyd ediləcəyini demişdir. Təqsirləndirilən şəxs2la razılaşaraq sonuncu ilə birlikdə 6 saylı notariusun yaxınlığında olan Muğan banka getmiş və 14 fevral 2019-cu il tarixdə 30.000 manat məbləğində pulu Muğan bank ASC-nin Sahil filialında şirkətin hesabına köçürmüşdür. Bundan sonra xx.xx.2019-cu il tarixdə notariusa gələrək alqı-satqısı aparılmış və müqavilədə mənzilə görə guya 30.000 manat ödənildiyi göstərilmişdir. Təqsirləndirilən şəxs2 bu barədə soruşduqda sonuncu şirkətin daxili məsələləri ilə bağlı olduğunu bildirmişdir. Notoriusdan çıxdıqdan sonra qalıq 32.600 manat məbləğində olan pulu Sultana hissə-hissə olmaqla ödəmiş, həmin vaxt təxminən 5.000 manat məbləğində borcu qalmışdır. Lakin Sultanla aralarında yaxın münasibətləri olduğundan, Sultan tərəfindən ona ödəniş etməsilə bağlı heç bir mədaxil qəbzi və qalıq borc barədə maliyyə arayışı verilməmişdir. Söhbət zamanı Mail ona binalarda tikinti işlərinin 2019-cu ilin mart ayında yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə təhvil veriləcəyini söz versə də razılaşmadan uzun müddət keçməsinə baxmayaraq binalar təhvil verilməmişdir. Hazırda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını, mənzilin müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsini istəyir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid27 göstərdi ki, tikinti sahəsində işlədiyinə görə MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təhciz edilmiş mənzillərin satışının həyata keçirilməsini öyrənmiş, 2018-ci ilin oktyabr ayında "xxxx" MMC şirkətinin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Təqsirləndirilən şəxs2 sözlərindən ona Cəmiyyətin rəhbərinin Təqsirləndirilən şəxs1 olduğu müəyyən olmuşdur. Mail ona təmir olunmuş vəziyyətdə mənzilləri hər kvadrat metrini təxminən 990 manatdan təklif etmiş, o da razılaşaraq 28 saylı binadan, 2-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, 62.6 m2 sahəsi olan 59 saylı mənzili almaq istədiyini bildirmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs2la həmin mənzilə görə aralarında 62.000 manat məbləğində ödəniş edəcəyinə dair razılığa gəlmişlər. Mail ona ödəniləcək məbləğin hamısını bank hesabına köçürməyəcəyini, bu səbəbdən də notarial alqı-satqıda mənzilə görə alınacaq məbləğin 30.000 manat qeyd ediləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2la razılaşmış və 5 oktyabr 2018-ci il tarixdə Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, “Amay Ticarət Mərkəzinin yaxınlığında yerləşən ofisində Təqsirləndirilən şəxs2 12.000 manat, 9 oktyabr 2018-ci il tarixdə isə 18.000 manat verdikdən sonra sonuncu ona həmin məbləğləri şirkətə ödəməsi ilə bağlı mədaxil qəbzini təqdim etmişdir. 5 oktyabr 2018-ci il tarixdə o, Təqsirləndirilən şəxs2la birlikdə 6 saylı notariusun yaxınlığında olan X207 filialında getmiş və 30.000 manatı şirkətin hesabına qoyduqdan sonra, xx.xx.2018-ci il tarixdə notariusa gələrək aralarında alqı-satqı aparılmış və müqavilədə mənzilə görə guya 30.000 manat ödənildiyi göstərilmişdir. Birinci dəfə mənzil aldığı üçün bu barədə məlumatı olmadığından Maildən heç bir şey soruşmamışdır. Onun mənzilə görə şirkətə 2.000 manat borcu qalmışdır. Onun həmin vaxt pulu qalmadığı üçün Təqsirləndirilən şəxs2 onu gözləməsi üçün xahiş etmiş, sonuncu da ona mənzil təhvil veriləndə həmin məbləğdə olan pulu ödəyəcəyini bildirmişdir. Sonradan onun bildiyinə görə şirkətin rəhbəri Təqsirləndirilən şəxs1 onun aldığı mənzili şirkətin tikinti ləvazimatları ilə təmin edən hazırda tanımadığı şəxsə borc əvəzinə vermiş, daha sonra həmin şəxs mənzildən imtina ərizəsi verdikdən sonra qeyd edilən mənzil onun adına rəsmiləşdirilmişdir. Mail ona binalarda tikinti işlərinin 18 ay ərzində yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə təhvil veriləcəyini bildirsədə razılaşmadan uzun müddət keçməsinə baxmayaraq binalar təhvil verilməmişdir. Hazırda bir insan olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur, onların həbsini də arzulamır. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını, mənzilin müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsini istəyir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid28 ifadəsində Şahid27 ilə oxşar məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs2 MMC-in inşa etdiyi 29 saylı binadan , 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 38.55 m2 olan, 1 otaqlı, 18 nömrəli mənzili 78.000 manata razılaşaraq həmin məbləğin 25.000 manatını notarial qaydada alqısatqı etmək üçün cəmiyyətin müxbir hesabına, 53.000 manatı isə cəmiyyətin direktoru Təqsirləndirilən şəxs2 ödəyərək adına rəsmiləşdirdiyini göstərmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Mənzilin çox az həcmdə qalmış işlərinin başa çatdırılaraq müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsini istəyir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid29 göstərdi ki, 2018-ci ilin dekabr ayında qohumu Asəf vasitəsi ilə maraqlanaraq MİDA nəzarəti altında tikilən Zərərçəkmiş şəxs2 MMC-in Bakı şəhəri Yasamal rayonu, X199 8 ünvanında inşa edilən hündürmərtəbəli binalarada tam təmirli ucuz qiymətə mənzillərin satışının həyata keçirildiyini öyrənmişdir. Asəf ona həmin binada tikinti işlərini gördüyünü və həmin binadan gördüyü işlərin əvəzinə 2 otaqlı 62.6 m2 sahəsi olan 13 nömrəli mənzilin verildiyini, hər kvadratını 1.150 manatdan satdığını bildirmişdir. Bundan sonra o, həmin mənzili almaq qərarına gəlmiş və Asəflə birlikdə cəmiyyətin Bakı şəhəri Xətai rayonu, İ.Orucova küçəsində yerləşən ofisinə gələrək direktor Təqsirləndirilən şəxs2la görüşmüşdür. Mail söhbət əsnasında cəmiyyətin rəhbərinin iş adamı Təqsirləndirilən şəxs1 olduğunu və əlavə olaraq satışda ucuz qiymətə mənzillər olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 qeyd olunan ünvandan əlavə olaraq 62.6 m2 sahəsi olan 2 otaqlı 39 nömrəli mənzili 79.189 manata satıldığını deyərək həmin mənzillərin tam təmirli vəziyyətdə mətbəx mebeli və hamam aksesuarları ilə qoyulmaq şərtilə satıldığını bildirmiş, o da mənzillərin sərfəli qiymətə olduğunu görüb hər iki mənzili almaq qərarına gəlmişdir. Mail mənzillərin ilkin dövlət qeydiyyatı sənədləri olduğu üçün notarial qaydada satıldığını, lakin mənzilin pulunun 30.000 manatının notariusa qalan hissəsini isə nağd alacağını bildirmişdir. Mail ilə razılaşaraq 39 nömrəli mənzili cəmiyyətdən, 13 nömrəli mənzili isə Asəfdən almaq istədiyini demişdir. Onun Asəfdən aldığı 13 nömrəli mənzilin dəyərini, yəni 71.990 manatı Asəfə vermiş, sonuncu Mailin sözü ilə həmin məbləğin 30.000 manatını notariusa ödəmiş və qeyd olunan mənzilin 21 dekabr 2018-ci il tarixdə həyat yoldaşı X82 adına rəsmiləşdirilmiş, 39 nömrəli mənzilin dəyərini, yəni 79.189 manatı isə Təqsirləndirilən şəxs2 vermişdir. Sonuncu alqı-satqı ilə əlaqədar həmin məbləğin 30.000 manatını notariusa köçürmüş qalan məbləği isə Elçinə verəcəyini bildirmişdir. 39 nömrəli mənzili ögey qardaşı X73 adına rəsmiləşdirmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı məxsusi tələb və şikayəti yoxdur, onların məsuliyyətə cəlb olunmalarını da istəmir. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını arzulayır. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, birinci instansiya məhkəməsində ifadəsi elan olunaraq tədqiq olunmuş Sultan-zadə X173 göstərmişdir ki, 2018-ci il tarixdə Şahid31 adlı dostu ona MİDA-nın nəzarəti altında "xxxx" MMC şirkəti tərəfindən Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təhciz edilmiş mənzillərdən birini 63.000 manata almağı təklif etmiş, o da razılaşmışdır. Xəyyam və "xxxx" MMC-in direktoru Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, Yasamal rayonu, X199 8 ünvanında yerləşən 28 saylı binanın 2-ci giriş, 3-cü mərtəbə, ümumi sahəsi 62.6 m2 olan 2 otaqlı 47 saylı mənzili onun adına rəsmiləşdirmək üçün Xəyyamla aralarında razılaşdıqları kimi X207 filialına gələrək şirkətin hesabına 30.000 manat ödədikdən sonra Bakı şəhəri 6 saylı notariusa gələrək qeyd edilən mənzilin onun adına rəsmiləşdirilməsi barədə notarial alqısatqı müqaviləsini əldə etmişdir. Daha sonra müqavilə bağlandıqdan sonra o, mənzil üçün qalan 33.000 manat məbləğində pul vəsaitini hissə-hissə olmaqla müxtəlif vaxtlarda Xəyyama ödəsə də sonuncu ona ödəniş etməsilə bağlı heç bir qəbz və ya hər hansı təsdiq edici sənəd verməmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs2 ona binalarda tikinti işlərinin 2019-cu ilin sonunadək yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə, o cümlədən mebel mətbəxi ilə təchiz olunmuş vəziyyətdə təhvil veriləcəyini söz versə də mənzillər təhvil verilməmişdir. Təqsirləndirilən şəxs1 tanımır, sonuncu ilə heç bir münasibətləri olmamış, Zərərçəkmiş şəxs2 MMC-nin təsisçisi və direktoru kimi adını eşitmişdir. Bakı şəhəri, Yasamal rayonu, X199 8 ünvanında yerləşən 28 saylı binanın 2-ci giriş, 3-cü mərtəbə, ümumi sahəsi 62.6 m2 olan 2 otaqlı 47 saylı mənzilin alınması üçün ilk olaraq rəsmiləşdirmə edən zaman 30.000 manat məbləğini mənzil üçün X207 filialında şirkətin hesabına ödəmiş, daha sonra isə mənzil üçün qalan 33.000 manat məbləğini hissə-hissə olmaqla Xəyyama şəxsən ödəmişdir. Şahid31 adlı dostunun qeyd edilən mənzili necə və kimin vasitəsilə əldə etməsi barədə onun heç bir məlumatı olmamışdır (cild 9, iş vərəqə 106-108). İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, birinci instansiya məhkəməsində ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid31 göstərmişdir ki, 2012-ci ildən Müasir İncəsənət Muzeyinin direkrotu vəzifəsində çalışır. Təqsirləndirilən şəxs1 təxminən 2017-ci ilin əvvəllərindən tanıyır, sonuncu ilə aralarına hər hansı düşmənçilik və ya ədavət olmamışdır. Belə ki, o, muzey müdiri vəzifəsində çalışdığı üçün müxtəlif fəaliyyət xarekterli mədəniyyət tədbirlərində və ya sərgilərdə iştirak edir, Təqsirləndirilən şəxs1 da hazırda tam dəqiq xatırlamadığı sərgilərin birində iş dostlarının vasitəsi ilə tikinti işləri ilə məşğul olan investor kimi tanımışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 ilə münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs1 ilə görüşən zaman sonuncu ona MİDA-nın sosial evlərin tikilməsi ilə bağlı lahiyəsinə investisiya qoymaq istədiyini və oradakı mənzillərin tikintisini həyata keçirmək istədiyini bildirmişdir. Bununla bağlı tədbirlərin birində MİDA-nın rəhbəri vəzifəsində çalışmış Samir Nuriyev əvvəlcədən ona sosial evlərin tikintisi ilə bağlı lahiyənin həyata keçirilməsi üçün yerli şirkətlərin tələb olunduğunu dediyi üçün sonuncuya Təqsirləndirilən şəxs1 bəhs edərək, invetisya qoymaq istədiyini bildirmişdir. Samir Nuriyev onunla razılaşaraq Təqsirləndirilən şəxs1la görüşüb danışmış və bundan sonra Elçin də həmin layihə üzrə binaların tikintisinə başlamışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə onun arasında sosial evlərin tikintisi layihəsi ilə bağlı MİDA-nın rəhbərinə xahiş edilməsi qarşılığında, hər hansı məbləğdə pul alınması haqqında heç bir söhbət olmamış, bununla bağlı heç kimdən hər hansı məbləğ də pul vəsaiti tələb etməmişdir. Təqsirləndirilən şəxs1 binaların tikintisini xeyli müddət gecikdirdiyi üçün ona MİDA-dan şikayət etdiklərinə görə öz növbəsində Poviliasla görüşərək ona Elçinin tikintini gecikdirməsi və binaların vaxtında təhvil verməməsi ilə bağlı narazılıqlarını bildirmişdir. Lakin həmin vaxt Poviliasa Təqsirləndirilən şəxs1 ona hər hansı məbləğdə pul vəsaiti söz verməsi, eləcə də həmin vəsaitin çatdırılmaması ilə bağlı heç bir söz deməmiş, ümumiyyətlə onunla aralarına pul ilə bağlı söhbət olmamışdır. Bundan başqa o, ifadəsində göstərmişdir ki, yaşamaq üçün evi olmadığından Təqsirləndirilən şəxs1 xahiş edərək bir mənzil verməsini istəmiş, Elçin də ona 28-ci bina 47 saylı mənzili hədiyyə olaraq verə biləcəyini bildirmişdir. Daha sonra Elçin qeyd edilən mənzili onun anası Abdinova Hicran İspəndiyar qızının adına rəsmiləşdirilməsi barədə “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”-ni ona təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ona binaların tikintisini başa çatdıra bilmədiyini və pul lazım olduğunu bildirərək ona hədiyyə olaraq verdiyi mənzilə görə ən azı 30.000 manat ödəniş etməyini tələb etmişdir. Bu səbəbdən həmin vaxt o, məbləği verməyə imkanı olmadığı üçün uzun müdddət əvvəldən yaxın dostluq münasibəti olan və ona dəfələrlə müraciət edərək münasib qiymətə mənzil almaq istədiyini bildirən X23 həmin mənzili satmaq qərarına gəlmişdir. Bundan sonra Vəhdətlə qeyd edilən 28-ci binada 47 saylı mənzil üçün rəsmiləşdirmə işlərinə görə şirkətə 30.000 manat, qalan 33.000 manat məbləği isə hissə-hissə olmaqla ona ödəyəcəyinə dair razılığa gəlmişlər. Razılaşdıqları kimi Vəhdət 28-ci bina 47 saylı mənzilin adına rəsmiləşdirilməsi üçün şirkətin hesabına 30.000 manat ödəyərək mənzili öz adına rəsmiləşdirmişdir (cild 10, iş vərəqə 157-160). İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, birinci instansiya məhkəməsində ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid32 göstərmişdir ki, 2018-ci ilin dekabr ayında Tap.az internet saytında "xxxx" MMC tərəfindən tikilmiş Bakı dairəvi yolu 8 ünvanında 28 saylı bina, 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 18 saylı mənzili təmir olunmamış vəziyyətdə satıldığını görmüş və həmin elanda olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayan zaman qeyd edilən mənzilin Şahid33 məxsus olduğunu öyrənmişdir. Bundan sonra o, Şahid33 ilə görüşərək həmin mənzilə baxmış və sonuncu ilə mənzili 55.000 manata razılaşmışlar. Şahid33 ona həmin mənzili Zərərçəkmiş şəxs2 MMC-dən aldığını və mənzillərin 2019-cu ilin mart ayında tam təmirli mətbəx mebeli ilə təchiz edilmiş formada təhvil veriləcəyini bildirmişdir. Mənzili almaq barədə qərara gələrək alqı-satqı eləmək üçün ilk olaraq Svetlana ilə birlikdə 6 saylı notariat ofisinə gedərək mənzildən imtina edərək onun adına rəsmiləşdirilməsi üçün ərizə yazdıqdan sonra birlikdə "xxxx" MMC-in Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək, şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşlər. Təqsirləndirilən şəxs2 sözlərindən ona Cəmiyyətin rəhbərinin Təqsirləndirilən şəxs1 olduğu müəyyən olmuşdur. Ərizəni Təqsirləndirilən şəxs2 təqdim edərək mənzilin onun adına rəsmiləşdirilməsi üçün sonuncuya müraciət eləmişlər. Təqsirləndirilən şəxs2 da 28 saylı binadan, 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, 62.6 m2 sahəsi olan 18 saylı mənzil üzrə Zərərçəkmiş şəxs2 MMC ilə onun arasında xx.xx.2018-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə və Zərərçəkmiş şəxs2 MMC-ə mənzilə görə heç bir məbləğdə borcunun olmamasına dair maliyyə arayışını təqdim etmişdir. Qeyd edilən mənzilə görə 55.000 manat Şahid33 ödəniş etmişdir. Şahid33 ilə onun arasında heç bir notarial alqı-satqı müqaviləsi bağlanmamışdır. O, bunun səbəbini soruşduqda isə Təqsirləndirilən şəxs2 ona xx.xx.2018-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə mənzilin onun adına rəsmiləşdirilməsi üçün əsas rol oynadığını, 2019-cu ilin mart ayında mənzil tam təmirli və mətbəx mebeli ilə təchiz edilmiş halda ona təhvil veriləcəyini və mənzilin onun adına rəsmiləşdirilməsi ilə bağlı çıxarışın da təqdim ediləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 inanaraq razılaşmış, lakin razılaşmadan uzun müddət keçməsinə baxmayaraq hələ də mənzillər təhvil verilməmişdir (cild 3, iş vərəqə 53- 63). Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid33 Şahid32 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayətinin olmadığını bildirdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid34 göstərdi ki, 2018-ci ilin dekabr ayında internet saytında MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı gördükdən sonra həmin Cəmiyyətin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Həmin vaxt Mail ona təmir olunmuş vəziyyətdə mənzilləri hər kvadrat metrini təxminən 1.265 manatdan təklif etmiş, öz növbəsində 28 saylı binadan, 1-ci giriş, 3-cü mərtəbə, 2 otaqlı, 59.5 m2 sahəsi olan 11 saylı mənzili almaq istədiyini bildirərək həmin mənzili Təqsirləndirilən şəxs2la 75.267.5 manata razılaşmışlar. Söhbət əsnasında Mail ona Cəmiyyətin daxili qaydalarına əsasən ödəniləcək məbləğin hamısını bank hesabına köçürülmədiyini və bu səbəbdən də notarial alqı-satqıda mənzilə görə alınacaq məbləğin 30.000 manat qeyd ediləcəyini, qalan məbləği isə nağd qaydada ödəməli olduğunu demişdir. Təqsirləndirilən şəxs2la razılaşmış və 18 dekabr 2018-ci il tarixdə Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, “Amay Ticarət Mərkəzinin yaxınlığında yerləşən ofisində Təqsirləndirilən şəxs2 45.267.5 manatı ödədikdən sonra adına Mail tərəfindən 18 dekabr 2018-ci il tarixli “Çöxmənzilli yaşayış binasının tikinti haqqında fərdi müqavilə” tərtib edilərək ona verilmiş və bundan sonra birlikdə 6 saylı notariusun yaxınlığında olan adını xatırlamadığı banka getmişlər. Qeyd edilən bankda 30.000 manatı şirkətin hesabına qoyduqdan sonra notariusa gələrək alqısatqı aparılmış və müqavilədə mənzilə görə guya 30.000 manat ödənildiyi göstərilmişdir. Təqsirləndirilən şəxs2 bu barədə soruşduqda sonuncu şirkətin daxili məsələləri ilə bağlı olduğunu demişdir. Söhbət zamanı Mail ona binalarda tikinti işlərinin 18 ay ərzində yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə təhvil veriləcəyinə söz vermişdir. 16 avqust 2019-cu ildə daha böyük sahəsi olan mənzil almaq məqsədilə qeyd olunan mənzili 60.000 manata X112 “Asan 2” xidmətində notarial qaydada alqı-satqı edərək satmış və həmin gün, yəni 16 avqust 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 müraciət edərək 29 saylı binadan 1-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, ümumi sahəsi, 66.52 m2 olan 30 saylı mənzili almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 qeyd olunan mənzilin hər kvadrat metrini 1.493 manata satıldığını bildirmiş, öz növbəsində razılaşdıqdan sonra həmin gün ofisdə 99.314,36 manat məbləğini ofisdə Mailə şəxsən ödəmişdir. Mail də həmin mənzillə bağlı ona 16 avqust 2019-cu il tarixli “Çoxmənzilli yaşayış binasının tikinti haqqında fərdi” müqavilə və maliyyə arayışını təqdim etmişdir. Göstərilən mənzilə görə alqı-satqı xərcini o, ödəyəcəyinə görə gələcəkdə pulu olacağı təqdirdə həmin mənzili notarial qaydada alqı-satqı edəcəyini nəzərdə tutduğundan notarial qaydada alqı-satqı edilməmişdir. Bundan başqa o, 9 yanvar 2019-cu il tarixdə yenədə həmin binadan mənzil almaq məqsədilə Təqsirləndirilən şəxs2 müraciət edərək daha 1 otaqlı mənzil almaq istədiyini bildirmiş və həmin gün 28 saylı binadan, 2-ci giriş, 1 otaqlı, 40.24 m2 sahəsi olan 62 nömrəli mənzili 1265 manat olmaqla 50.903,6 manata Mail ilə razılaşmışlar. Söhbət əsnasında Mail ona Cəmiyyətin daxili qaydalarına əsasən ödəniləcək məbləğin hamısını bank hesabına köçürülmədiyini və bu səbəbdəndə notarial alqı-satqıda mənzilə görə alınacaq məbləğin 25.000 manat qeyd ediləcəyini, qalan məbləği isə nağd qaydada ödəməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2la razılaşaraq 09 yanvar 2019-cu il tarixdə Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, “Amay Ticarət Mərkəzinin yaxınlığında yerləşən ofisində Təqsirləndirilən şəxs2 50.903,6 manat məbləğində pulu ödədikdən sonra onun adına Mail tərəfindən həmin tarixli “Çöxmənzilli yaşayış binasının tikinti haqqında fərdi müqavilə” tərtib edilərək verilmişdir. Həmin gün artıq gec olduğu üçün səhəri gün, yəni 10 yanvar 2019-cu il tarixdə Mail ilə birlikdə 6 saylı notariusun yaxınlığında olan adını xatırlamadığı banka getmişlər və sonuncu 25.000 manatı hesaba qoyduqdan sonra notariusa gələrək alqı-satqısı aparılmış və müqavilədə mənzilə görə guya 25.000 manat ödənildiyi göstərilmişdir. Bu barədə soruşduqda Təqsirləndirilən şəxs2 şirkətin daxili məsələləri ilə bağlı olduğunu dediyindən o, bununla bağlı etirazını bildirməmişdir. Sonradan onun pula ehtiyacı olduğu üçün 15 noyabr 2019-cu il tarixdə 62 saylı mənzili 50.000 manata Şahid39 “Asan 2” notarial ofisi vasitəsilə satmışdır. Bundan əlavə o, Bakı şəhəri Yasamal rayonu, X199 8 ünvanında yerləşən 28 nömrəli bina 64, 67 saylı, 29-cu binadan isə 16 və 25 saylı mənzillərin, eləcə də şirkət tərəfindən onun adına rəsmiləşdirilmiş həmin ünvanda yerləşən 28 nömrəli binadan 62 saylı mənzilin Təqsirləndirilən şəxs1 tərəfindən Az TV-nin sabiq rəhbəri Nizami Xudiyevə olan borcunun qarşılığında əvəzsiz olaraq “yalançı alıcıların” adına rəsmiləşdirilməklə verilməsi ilə bağlı xüsusata münasibət bildərək göstərmişdir ki, qeyd edilən mənzili öz adına rəsmiləşdirməklə Təqsirləndirilən şəxs2 ümumilikdə 50.903,6 manat pul ödəyərək almışdır. Onun qeyd edilən mənzillərin Təqsirləndirilən şəxs1 tərəfindən Az TV-nin sabiq rəhbəri Nizami Xudiyevə olan borcunun qarşılığında əvəzsiz olaraq “yalançı alıcıların” adına rəsmiləşdirilməklə verilməsindən heç bir məlumatı olmamışdır. O, həmin mənzili əvəzsiz olaraq deyil, 50.903,6 manat pul qarşılığında almış və mənzili notarial alqı-satqı edilməklə öz adına rəsmiləşdirmişdir. 28 nömrəli binadan 62 saylı mənzilin sonradan Nizami Xudiyevə verilməsi və digər məsələlərlə onun adına rəsmiləşdirilməsinə dair onun heç kimlə danışığı olmamış və bunu ona təklif edən də olmamışdır. Sonradan da həmin mənzili xx.xx.2019-cu il tarixdə Şahid39 50.000 manat məbləğində pul qarşılığında notarial alqı-satqı yolu ilə satmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, birinci instansiya məhkəməsində ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid39 Şahid34 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 11, iş vərəqə 170-174). Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid35 göstərdi ki, 2019-cu ilin fevral ayında həyat yoldaşı Mübariz Abdullayevlə birlikdə maraqlanaraq MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təhciz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumat aldıqdan sonra yoldaşıyla birlikdə həmin mənzillərin dövlət təminatı ilə tikildiyindən o, "xxxx" MMC şirkətinin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə əri Mübarizlə birlikdə getmiş, şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Mail ona təmir olunmuş vəziyyətdə mənzilləri hər kvadrat metrini təxminən 1495 manatdan təklif etmişdir. Təqsirləndirilən şəxs2la bir qədər danışdıqdan sonra 29-cu binada 1-ci giriş 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 66.44 m2 olan 16 nömrəli mənzili uzun söhbətdən sonra cəmi 65.000 manata razılaşmışlar. Mail onun yanında hər bir məsələ ilə bağlı Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra qərar vermişdir. Söhbət əsnasında onlar həmin mənzilə görə 65.000 manat məbləğində ödəniş etməsinə dair razılığa gəlmişlər. Mail ona vergi məsələlərinə görə ödəniləcək məbləğin hamısını bank hesabına köçürülmədiyini və bu səbəbdən də notarial alqı-satqıda mənzilə görə alınacaq məbləğin 30.000 manat qeyd ediləcəyini demiş və razılığa gəlmişlər. Həmin vaxt mənzilin adına rəsmiləşdirilməsi barədə müqavilə tərtib edilsə də imzalanmamışdır. 16 fevral 2019-cu il tarixdə həyat yoldaşı Mübariz və Təqsirləndirilən şəxs2la birlikdə 6 saylı notariusa getmiş və notariusda razılaşdıqları kimi 30.000 manat bank hesabına qoyulmaqla daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Qalan 35.000 manatı isə ofisə qayıtdıqdan sonra Təqsirləndirilən şəxs2 vermişdir. Söhbət zamanı Mail ona binalarda tikinti işlərinin 2019-cu ilin may ayınadək yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə təhvil veriləcəyini söz versə də razılaşmadan uzun müddət keçməsinə baxmayaraq binalar təhvil verilməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbsini istəmir, tələb etdiyi yalnız şirkət tərəfindən yarımçıq işləri başa çatdırılmasıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid36 göstərdi ki, Zərərçəkmiş şəxs2 MMC-nin rəhbəri Təqsirləndirilən şəxs1 kürəkəni Tural Çıraqovu 6-7 ildir tanıyır, yaxşı münasibətləri vardır, heç bir düşmənçilikləri və ya ədavətləri olmamışdır. Tural Çıraqov 2 il bundan əvvəl ailəsi ilə birlikdə ABŞ-da yaşamağa başlamışdır. 2020-ci ilin yanvar ayında Tural ona +**********2 mobil nömrəsindən zəng edərək qaynatası Təqsirləndirilən şəxs1 rəhbəri olduğu "xxxx" MMC tərəfindən Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təhciz edilmiş mənzillərin satışını həyata keçirdiyini və həmin ünvandan sonuncuya məxsus 29 saylı binadan 3 otaqlı, 80.2 m2 sahəsi olan 4 nömrəli mənzili satmaq niyyətində olduğunu bildirmişdir. Tural həmin mənzili 70.000 manata satdığını bildirmiş, öz növbəsində razılaşaraq mənzilin dəyərinin bir hissəsini, yəni 45.000 manatı qabaqcadan, qalan pulu isə hissə-hissə ödəyəcəyini bildirmişdir. Tural onunla razılaşandan sonra o, özünə məxsus **-SM-*** qeydiyyat nişanlı Changan markalı avtomobilimi 12.000 manata və Ramanı qəsəbəsində evini 30.000 manata sataraq ümumilikdə 45.000 manat pul düzəldərək 25 fevral 2020-ci ildə Tural Çıraqovla zəngləşib pulu düzəltdiyini bildirmişdir. Bundan sonra Tural mənzilin qohumu Xıdır adlı şəxsin adına rəslimələşdirildiyini bildirərək, sonuncunun nömrəsini ona göndərmişdir. Xıdırla zəngləşərək 6 saylı notariusda görüşərək depozitə 45.000 manat qoyduqdan sonra qeyd olunan mənzil alqı-satqı edilərək onun adına rəsmiləşdirilmişdir. Bundan sonra Tural Çıraqovun sözü ilə Xıdır depozitə qoyulan pulu çıxardaraq ona vermiş və o, həmin məbləği Turala çatdırılması üçün Bakı şəhəri, Bayıl qəsəbəsində hazırda adını və mobil nömrəsini xatırlamadığı şəxsə vermişdir. Tural Çıraqova qeyd oluna mənzilə görə hazıradək cəmi 45.000 manat ödəmiş, qalan məbləği isə maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid37 Şahid36 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayətinin olmadığını bildirdi. Birinci instansiya məhkəməsində şahid qimsində dindirilmiş Şahid40 göstərdi ki, Təqsirləndirilən şəxs1 2018-ci ilin sentyabr ayında dayısı Şahid19 vasitəsi ilə tanımışdır. Həmin vaxt o, dayısı Ömər İsmayılovun MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı dairəvi yolu 8 ünvanında tikilmiş binalardan Təqsirləndirilən şəxs1 vasitəsilə iki mənzil aldığını öyrənmiş, qiymətlərin münasib olduğunu görmüş, həmin ünvandan mənzil almaq qərarına gəlmiş və dayısıla birlikdə həmin Cəmiyyətin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək Elçinlə görüşmüş və inşa etdiyi binalardan iki otaqlı mənzil almaq istədiyini bildirmişdir. Elçinlə mənzilin hər kvadrat metrini 1.200 manatdan razılaşdıqdan sonra o, 28 saylı binadan 1-ci giriş 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62.6 m2 olan 10 saylı mənzili almaq qərarına gəlmişdir. 2018-ci ilin sentyabr ayında qeyd olunan ofisdə Təqsirləndirilən şəxs1 75.120 manat ödəniş etdikdən sonra sonuncu tərəfindən onun adına qeyd olunan mənzilin rəsmiləşdirilməsi ilə bağlı həmin tarixli müqavilə tərtib edilərək ona verilmişdir. Bundan başqa, Elçin tərəfindən ona mənzilə dair borcunun olmaması ilə bağlı Maliyyə arayışı tərtib edilərək verilmişdir. Təqsirləndirilən şəxs1 tapşırığı ilə mənzilin rəsmiləşdirilməsi üçün Təqsirləndirilən şəxs2la görüşmüşlər. Mail ona ödəniləcək məbləğin hamısını bank hesabına köçürmədiklərini bu səbəbdən də notarial alqı-satqıda mənzilə görə alınacaq məbləğin 30.000 manat qeyd ediləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2la razılaşmış və birlikdə 6 saylı notariusun yaxınlığında olan X207 filialına gedərək 30.000 manatı hesaba qoyduqdan sonra notariusda alqısatqısı aparılmışdır. Qeyd edilən müqavilədə mənzilə görə guya 30.000 manat ödənildiyi göstərilmişdir. Təqsirləndirilən şəxs2 bu barədə soruşduqda sonuncu şirkətin daxili məsələləri ilə bağlı olduğunu demişdir. Söhbət zamanı Mail ona binalarda tikinti işlərinin 4- 5 ay ərzində yekunlaşacağını və binalar tam təmir olunmuş vəziyyətdə təhvil veriləcəyini söz versə də, razılaşmadan uzun müddət keçməsinə baxmayaraq binalar təhvil verilməmişdir. Qeyd edilən mənzili xx.xx.2020-ci il tarixdə Aşurova soyadlı şəxsə 60.000 manat məbləğində notarial alqı-satqı müqaviləsi əsasında satmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, birinci instansiya məhkəməsində ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid43 göstərmişdir ki, 2018-ci ilin təxminən mart ayında onun əvvəllər yaşadığı ünvan 58 ünvanında yerləşən mənzil müvafiq qərarla Bakı şəhər İcra Hakimiyyəti tərəfindən söküldükdən sonra mənzilsiz qaldığı üçün mənzil almaq üçün maraqlanmış, 2019-cu ilin mart ayının axırlarında hazırda xatırlamadığı tanışlarından MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Xairici dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təhciz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı öyrəndikdən sonra qeyd edilən ünvana gedərək mənzillərin satışı ilə maraqlanmışdır. Həmin vaxt mənzillərin satışının "xxxx" MMC şirkətinin ofisində həyata keçirildiyini öyrəndikdən sonra "xxxx" MMC şirkətinin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedib, şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Təqsirləndirilən şəxs2 sözlərindən ona Cəmiyyətin rəhbərinin Təqsirləndirilən şəxs1 olduğu məlum olmuşdur. Mail ona təmir olunmuş vəziyyətdə 28 saylı binadan, 2-ci giriş, 4- cü mərtəbə, 2 otaqlı, 62.6 m2 sahəsi olan 52 saylı mənzili 70.000 manata təklif etmiş, o da həmin mənzilə baxdıqdan sonra almaq istədiyini bildirmişdir. Mail ona ödəniləcək məbləğin hamısını bank hesabına köçürmədiyini, bu səbəbdən də notarial alqı-satqıda mənzilə görə alınacaq məbləğin 30.000 manat qeyd ediləcəyini demiş, o da razılaşmış və xx.xx.2019- cu il tarixdə sonuncu ilə birlikdə 6 saylı notariusun yaxınlığında olan "xxxx"ın Sahil filialına gedərək 30.000 manatı şirkətin hesabına qoymuşdur. Həmin gün gec olduğu üçün səhəri gün yəni xx.xx.2019-cu il tarixdə Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, “Amay Ticarət Mərkəzinin yaxınlığında yerləşən ofisində Təqsirləndirilən şəxs2 mənzil üçün 40.000 manat ödəniş etmişdir. Həmin vaxt Mail ona mənzil üçün ödəniş etməsi ilə bağlı xx.xx.2019-cu il tarixli “Kassa mədaxil orderi”-ni imzalanmış, möhürlənmiş vəziyyətdə ona təqdim etmişdir. Daha sonra qeyd edilən mənzilin Maillə onun arasında notarial alqı-satqısı aparılmış və müqavilədə mənzilə görə guya 30.000 manat ödənildiyi göstərilmişdir. O, Təqsirləndirilən şəxs2 bu barədə soruşduqda sonuncu şirkətin daxili məsələləri və vergi xərclərinin azaldılması üçün olduğunu demiş, o da etirazını bildirməmişdir. Söhbət zamanı Mail ona binalarda tikinti işlərinin 4-5 ay ərzində yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə təhvil veriləcəyini söz vermişdir. Lakin razılaşmadan uzun müddət keçməsinə baxmayaraq binalar təhvil verilməmişdir. O və həmin binalardan mənzil alan şəxslər bununla əlaqədar "xxxx" şirkətinin direktoru Maill adlı şəxsə və rəhbəri Təqsirləndirilən şəxs1, o, cümlədən Mənzil X133nə dəfələrlə müraciət etsələr də, sonuncular müxtəlif bəhanlər gətirib vədlər verməklə aldıqları mənzilləri onlara təhvil verməmişlər (cild 07, iş vərəqə 246-250). Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid38 Cəmaləddin göstərdi ki, 2019-cu ilin iyun ayında maraqlanaraq MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirildiyini öyrənmiş və həmin ünvana yaxınlaşaraq binalara baxdıqdan sonra mənzil almaq qərarına gəlmiş, "xxxx" MMC-in Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək, şirkətin rəhbəri Təqsirləndirilən şəxs1la görüşmüşdür. Elçin ona təmir olunmuş vəziyyətdə mənzilləri hər kvadrat metrini təxminən 1.265 manatdan təklif etmiş, o da razılaşaraq 28 saylı binadan 3 otaqlı ümumi sahəsi 78.79 m2 olan 69 saylı mənzili almaq qərarına gəlmişdir. 10 iyun 2019-cu il tarixdə yenidən ofisə gedərək Elçin Əlkbərova 99.669,35 manatı ofisdə ödədikdən sonra ona həmin tarixli 28 saylı binadan, 2-ci giriş, 9-cu mərtəbə, 3 otaqlı, 78.79 m2 sahəsi olan 69 saylı mənzil onun adına rəsmiləşdirilməsi barədə müqaviləni cəmiyyətin direktoru Təqsirləndirilən şəxs2 tərtib edərək imzalayıb ona təhvil vermişdir. Həmin vaxt ödənişlə bağlı ona hər hansı maliyyə arayışı və ya mədaxil qəbzi verilməmişdir. Elçin ona tikinti işləri tamamlayandan sonra birbaşa Çıxarış veriləcəyini bildirmiş, həmçinin tikinti işlərinin 2019- cu ilin iyul ayınadək tam başa çatacağını demişdir. Bu səbəbdən də Elçinə inanaraq digər sənəd tələb etməmişdir. Lakin bir müddət sonra o, binanın artıq ilkin çıxarışı mövcud olduğunu və alqı-satqı notarial qaydada həyata keçirilməli olduğunu öyrənmişdir. Bununla bağlı Elçinə dəfələrlə bildirsə də heç bir nəticəsi olmamışdır. Bundan başqa, o ifadəsində göstərmişdir ki, X83 adlı şəxsi tanımır, ümumiyyətlə sonuncu ilə aralarında hər hansı münasibət olmamışdır. Adına “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” əsasında rəsmiləşdirilmiş "xxxx" MMC tərəfindən inşa edilən Bakı şəhəri, Yasamal rayonu, X199 8 ünvanında yerləşən 28 saylı binadan 3 otaqlı ümumi sahəsi 78.79 m2 olan 69 saylı mənzilin “Panda boya” adlı şirkət tərəfindən "xxxx" MMC-yə verilmiş boya məhsullarının qarşılığında, pul müqabilində həmin şirkətin hazırki direktoru X55 barter şəklində verilməsi yalandır. Belə ki, o, X83 adlı şəxsi ümumiyətlə tanımamış, sonuncu ilə aralarında heç bir münasibəti olmamışdır. O, qeyd edilən mənzili Təqsirləndirilən şəxs1 99.669,35 manat məbləğində olan pulu sonuncuya ödəməklə almışdır. Təqsirləndirilən şəxs2 isə yalnız bir dəfə 28 saylı binadan 3 otaqlı ümumi sahəsi 78.79 m2 olan 69 saylı mənzilin onun adına rəsmiləşdirilməsi barədə “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”ni ona təqdim edərkən görmüşdür. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid41 göstərdi ki, 2019-cu ilin iyun ayının 14-də hazırda sosial şəbəkə vasitəsilə MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yolu 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı öyrənmiş, anası X33 ilə birlikdə həmin Cəmiyyətin “Amay” Ticarət Mərkəzinin yaxınlığında yerləşən ofislərinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşlər. Təqsirləndirilən şəxs2 sözlərindən ona Cəmiyyətin rəhbərinin Təqsirləndirilən şəxs1 olduğu məlum olmuşdur. Mail təmir olunmuş vəziyyətdə mənzilləri hər kvadrat metrini təxminən 1.050 manatdan təklif etmiş, o da razılaşaraq 28 saylı binadan, 2-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, 62.6 m2 sahəsi olan 51 saylı mənzili almaq istədiyini bildirmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs2la həmin mənzilə görə 65.500 manat məbləğində ödəniş edəcəyinə dair aralarında razılığa gəlmişlər. Mail ona ödəniləcək məbləğin hamısını bank hesabına köçürülmədiyini bu səbəbdən də notarial alqı-satqı zamanı mənzilə görə alınacaq məbləğin 30.000 manat qeyd ediləcəyini bildirmiş, o da Təqsirləndirilən şəxs2la razılaşaraq 15 iyun 2019-cu il tarixdə anası Nəzakət Mövsümov ilə birlikdə 6 saylı notariusun yaxınlığında olan "xxxx" ASC-nin Sahil filialına gedərək 30.000 manatı hesaba qoyduqdan sonra notariusa gələrək mənzili alqısatqı etmiş və müqavilədə mənzilə görə guya 30.000 manat ödənildiyi göstərilmişdir. Təqsirləndirilən şəxs2 bu barədə soruşduqda sonuncu şirkətin daxili məsələləri ilə bağlı olduğunu demiş, öz növbəsində buna etirazını bildirməmişdir. Bundan sonra o, Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yolu 8 ünvanında yerləşən 28 saylı binadan, 2-ci giriş, 4cü mərtəbə, 2 otaqlı, 62.6 m2 sahəsi olan 51 saylı mənzilin anası X24 adına rəsmiləşdirilməsinə dair Daşınmaz əmlakın alqı-satqı müqaviləsini əldə etdikdən sonra 6 saylı Notariusun qarşısında mənzil üçün qalan 35.500 manat məbləğində vəsaiti Təqsirləndirilən şəxs2 təqdim etmişdir. Təqsirləndirilən şəxs2 da ona həmin vaxt qeyd edilən mənzilə dair şirkətə heç bir məbləğdə borcunun olamamasına dair maliyyə arayışını təqdim etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Yalnız qalıq tamamlama işlərinin başa çatdırılmasını, mənzilin müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsini istəyir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid42 göstərdi ki, 2019- cu ilin internet saytında MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X199 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı görüb həmin Cəmiyyətin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Təqsirləndirilən şəxs2 sözlərindən ona Cəmiyyətin rəhbərinin Təqsirləndirilən şəxs1 olduğu müəyyən olmuşdur. Mail ona təmir olunmuş vəziyyətdə mənzillərin hər kvadrat metrini təxminən 1.493 manatdan təklif etmiş, bir qədər söhbətdən sonra aralarında 28 saylı binadan, 2-ci giriş, 8-ci mərtəbə, 2 otaqlı, 62.6 m2 sahəsi olan 67 saylı mənzili 66.500 manata razılaşmışlar. Mail ona ödəniləcək məbləğin hamısının bank hesabına köçürmədiklərini, bu səbəbdən də notarial alqı-satqı zamanı mənzilə görə alınacaq məbləğin 30.000 manat qeyd ediləcəyini demiş, o da Təqsirləndirilən şəxs2la razılaşaraq 06 avqust 2019-cu il tarixdə Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, “Amay Ticarət Mərkəzinin yaxınlığında yerləşən ofisində Təqsirləndirilən şəxs2 36.500 manat verdikdən sonra sonuncuyla birlikdə 6 saylı notariusun yaxınlığında olan "xxxx" ASC-yə gedərək qalan 30.000 manatı şirkətin hesabına qoymuşdur. Daha sonra notariusa gələrək alqısatqısı aparılmış və müqavilədə mənzilə görə guya 30.000 manat ödənildiyi göstərilmişdir. O, Təqsirləndirilən şəxs2 bu barədə soruşduqda sonuncu şirkətin daxili məsələləri ilə bağlı olduğunu demişdir. Təqsirləndirilən şəxs2 tərəfindən ona verilən 06 avqust 2019-cu il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”də mənzilə görə 93.461,8 manat ödənildiyi göstərilsə də o, faktiki olaraq 66.500 manat ödəmişdir. Müqavilədə 93.461,8 manat yazıldığını həmin vaxt görmədiyi üçün Təqsirləndirilən şəxs2 bu barədə soruşmamışdır. Söhbət zamanı Mail ona binalarda tikinti işlərinin 4-5 ay ərzində yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə təhvil veriləcəyini söz versə də razılaşmadan uzun müddət keçməsinə baxmayaraq binalar təhvil verilməmiş, o və həmin binalardan mənzil alan şəxslər bununla əlaqədar "xxxx" şirkətinin direktoru Maill İbadova və rəhbəri Təqsirləndirilən şəxs1, o, cümlədən Mənzil X133nə dəfələrlə müraciət etmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istədiyi şirkətin fəaliyyətini bərpa etməsi və mənzilin müqavilədə nəzərdə tutulduğu kimi ona təhvil verilməsidir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid44 Şahid42 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid45 göstərdi ki, 2019-cu ilin dekabr ayında tanışları vasitəsilə MİDA-nın nəzarəti altında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X199 8 ünvanında təmir olunmuş və mətbəx mebeli ilə təchiz edilmiş mənzillərin satışının həyata keçirilməsi barədə məlumatı öyrəndikdən sonra "xxxx" MMC şirkətinin Xətai rayonu, “AMAY” ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə gedərək, şirkətin direktoru Təqsirləndirilən şəxs2la görüşmüşdür. Təqsirləndirilən şəxs2 sözlərindən ona Cəmiyyətin rəhbərinin Təqsirləndirilən şəxs1 olduğu müəyyən olmuşdur. Mail ona təmir olunmuş vəziyyətdə mənzilləri hər kvadrat metrini təxminən 1.493 manatdan təklif etmiş, o da razılaşaraq 28 saylı binadan, 2-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, 62.6 m2 sahəsi olan 64 saylı mənzili almaq istədiyini bildirmişdir. Söhbət əsnasında o, Təqsirləndirilən şəxs2la həmin mənzilə görə 93.500 manat məbləğində ödəniş edəcəyinə dair razılığa gəlmişdir. Mail ona ödəniləcək məbləğin tam şəkildə bank hesabına köçürülməyəcəyini və bu səbəbdən notarial alqısatqı zamanı mənzilə görə alınacaq məbləğin 30.000 manat qeyd ediləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2la razılaşmış və 9 dekabr 2019-cu il tarixdə Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, “Amay” Ticarət Mərkəzinin yaxınlığında yerləşən ofisində Təqsirləndirilən şəxs2 93.000 manat verdikdən sonra həmin vaxt sonuncu tərəfindən 28 nömrəli binanın 64 saylı mənzilinin onun adına rəsmiləşdirilməsi barədə xx.xx.2019-cu il tarixli “Çoxmənzilli yaşaış binasının tikintisi haqqında fərdi müqavilə” imzalanıb möhürlənərək və həmin tarixli mənzilə dair şirkətə heç bir məbləğdə borcunun olmamasına dair maliyyə arayışı ilə birlikdə ona təqdim edilmişdir. Bundan sonra Mail ilə birlikdə 6 saylı notariusun yaxınlığında olan “Muğan” bankın Sahil filialına getmiş və 30.000 manatı hesaba qoyduqdan sonra notariusa gələrək aralarında alqı-satqı aparılmış və müqavilədə mənzilə görə guya 30.000 manat ödənildiyi göstərilmişdir. Təqsirləndirilən şəxs2 bu barədə soruşduqda sonuncu ona şirkətin daxili məsələləri və vergi xərclərinin azaldılması ilə bağlı olduğunu demişdir. Söhbət zamanı Mail ona binalarda tikinti işlərinin 3-4 ay ərzində yekunlaşacağını və binaların tam təmir olunmuş vəziyyətdə təhvil veriləcəyini bildirmişdir. Razılaşmadan uzun müddət keçməsinə baxmayaraq binalar təhvil verilməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş: "xxxx" ASC-dən daxil olmuş sənədlərdən görünür ki, Nümayəndə1 tərəfindən 250.000 (iki yüz əlli min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 425.200 (dörd yüz iyirmi beş min iki yüz) manat, xx.xx.2017-ci il tarixdə həmin ünvanda 100.000 (bir yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 170.030 (bir yüz yetmiş min otuz) manat, xx.xx.2017-ci il tarixdə həmin ünvanda 200.000 (iki yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 340.040 (üç yüz qırx min qırx) manat, xx.xx.2017-ci il tarixdə həmin ünvanda 200.000 (iki yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 340.020 (üç yüz qırx min iyirmi) manat, xx.xx.2017-ci il tarixdə həmin ünvanda 250.000 (iki yüz əlli min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 425.000 (dörd yüz iyirmi beş min) manat, xx.xx.2017-ci il tarixdə həmin ünvanda 100.000 (bir yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 170.010 (bir yüz yetmiş min on) manat, xx.xx.2017-ci il tarixdə həmin ünvanda 200.000 (iki yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 340.020 (üç yüz qırx min iyirmi) manat, xx.xx.2018-ci il tarixdə həmin ünvanda 200.000 (iki yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 340.020 (üç yüz qırx min iyirmi) manat, xx.xx.2018-ci il tarixdə həmin ünvanda 200.000 (iki yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 340.020 (üç yüz qırx min iyirmi) manat, 2018-ci ilin fevral ayından 15 may 2018-ci il tarixədək Bakı şəhəri ərazisində bir neçə dəfəyə 320.745 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 545.298,57 manat (beş yüz qırx beş min iki yüz doxsan səkkiz manat əlli yeddi qəpik) pul vəsaiti nağd olaraq məxaric edilmişdir (cild 13, iş vərəqə 18-31). Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya Hüquqi şəxsinin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs2 hüquqi şəxs kimi xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış, ünvanı - Bakı şəhəri, Xətai rayonu, İzzət Orucova küçəsi, ev 1-də yerləşir, ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi uçota götürülmüşdür. 11 aprel 2011-ci il tarixli Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsinin Dövlət reyestrindən çıxarışından görünür ki, Zərərçəkmiş şəxs2 təsisçisi 50 faiz payla Təqsirləndirilən şəxs1, qanuni təmsilçisi isə Təqsirləndirilən şəxs2dur (cild 02, iş vərəqə 144-145). 11 aprel 2011-ci il tarixli Zərərçəkmiş şəxs2 Nizamnaməsindən görünür ki, Cəmiyyətin ali idarəetmə orqanı təsisçilərinin azı ildə bir dəfə çağrılan Ümumi Yığıncağıdır. Cəmiyyətin təsisçisi bir nəfər olduqda, o, Ümumi Yığıncağın səlahiyyətlərini təkbaşına həyata keçirir. Ümumi Yığıncağın qərarları iştirakçılar tərəfindən qəbul edilir, onlar tərəfindən imzalanır və möhür vurulur. Ümumi yığıncaq növbəti və növbədənkənar olmaqla, növbəti ümumi yığıncaq icra orqanı tərəfindən müəyyən edilmiş müddətdə çağırılır, hər bir təsisçinin cəmiyyətin ümumi yığıncağında iştirak etmək, Cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə (şəxsən) iştirak etmək və ya müəyyən edilmiş orqanın təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq kimi hüquqları vardır. Ümumi yığıncağın cəmiyyətin Nizamnaməsinə əlavə və dəyişikliklər etmək, onun nizamnamə kapitalının miqdarını dəyişdirmək, cəmiyyətin növbədənkənar ümumi yığıncaqlarının çağırılması, bunun hallarını və qaydasını müəyyən etmək, cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, mənfəəti və zərəri bölüşdürmək, cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanının üzvlərini təyin etmək və geri çağırmaq (və ya səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək) onların səlahiyyət müddətini, səlahiyyət dairəsini müəyyənləşdirmək, cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək, cəmiyyətin başqa təşkilatlarda iştirakı, habelə hüquqi şəxslərin, filialların və nümayəndəliklərin yaradılması, yenidən təşkili və ləğv edilməsi, cəmiyyətin icra orqanının səlahiyyətlərinin kənar idarəçiyə verilməsi, cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydasının müəyyənləşdirilməsi kimi müstəsna səlahiyyətləri vardır. Direktorun Cəmiyyətin adından vəkalətsiz fəaliyyət göstərməklə cəmiyyətin fəaliyyətinə cari nəzarətin həyata keçirilməsi, cəmiyyətin təmsil edilməsi, cəmiyyətin adından əqdlər bağlaması, maliyyə vəsaitinin xərc istiqamətlərinin müəyyən edilməsi və digər təşkilati-sərəncamverici kimi səlahiyyətləri vardır (cild 01, iş vərəqə 30-34). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 26 noyabr 2012-ci il tarixli Nizamnaməsindən görünür ki, müəssisə 26 noyabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Kommersiya X143 Qeydiyyat İdarəsi tərəfindən **********1 №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış, təsisçisi Təqsirləndirilən şəxs1dur. Nizamnaməsinin 5-ci bölməsinə əsasən, Cəmiyyətin rəhbəri müəssisənin nizamnaməsinə əlavə və ya dəyişiklik etmək, müəssisənin illik hesabatını və mühasibat balansını təsdiq etmək, mənfəəti və zərəri bölüşdürmək, ümumi yığıncağında iştirak etmək, icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanının üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək, müəssisənin yenidən təşkil və ya ləğvi haqqında qərar qəbul etmək və digər səlahiyyətlərə malikdir (cild 01, iş vərəqə 31-32). Azərbaycan Respublikası Prezidenti yanında Mənzil X133nin tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Müsabiqə komissiyasının iclasının 30 iyun 2017-ci il tarixli 2/1 nömrəli protokolundan görünür ki, həmin Cəmiyyətin sərəncamında olan Bakı şəhərinin Yasamal rayonu ərazisində X132 yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 11,6 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində üç yaşayış binasının (tikinti layihəsi üzrə 27, 28 və 29 nömrəli binalar) tikintisi üçün keçirilən investisiya müsabiqəsinin qalibi toplanmış ballara əsasən Zərərçəkmiş şəxs2 MMC müəyyən edilmişdir (cild 01, iş vərəqə 33-34). Mülkiyyətçi Azərbaycan Respublikası Prezdenti yanında Mənzil X133nin tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə investor Zərərçəkmiş şəxs2 MMC arasında bağlanmış investisiya sahəsində birgə sahibkarlıq fəaliyyəti haqqında 30 iyun 2017-ci il tarixli 01 nömrəli müqavilədən görünür ki, həmin Agentliyin Direktorunun qərarı əsasında keçirilən investisiya müsabiqəsi nəticəsində cəlb etdiyi investor xüsusi mülkiyyət hüququ əsasında mülkiyyətçiyə məxsus olan torpaq sahəsində yerləşəcək, vətəndaşların mənzil şəraitini yaxşılaşdırılmasına xidmət etmək məqsədini daşıyan 3 (üç) tikinti obyektinin inşasını həyata keçirməyi 18 ay müddətinə öhdəsinə götürmüşdür (cild 1, iş vərəqə 49- 57). Zərərçəkmiş şəxs2 MMC-nin təsisçilərinin Ümumi Yığıncağının 3 saylı protokolundan Çıxarışa əsasən Cəmiyyətin direktoru Təqsirləndirilən şəxs2 tərəfindən 28 və 29 saylı binalarda mənzillərin və qeyri-yaşayış sahələrinin satışının «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən Arayış» əsasında notarial qaydada alqısatqı edilməklə həyata keçirilməsi nəzərdə tutulmuşdur (cild 5, iş vərəqə 225). Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 tərəfindən imzalanaraq təsdiq edilmiş, 02 aprel 2018-ci il tarixli Zərərçəkmiş şəxs2 MMC-nin təsisçilərinin Ümumi Yığıncağının iclasının 3 saylı protokolundan çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X199 8 ünvanında inşa olunan 28 və 29 saylı binalarda mənzillərin və qeyri-yaşayış sahələrinin satılması üçün müqavilənin və digər sənədlərin imzalanmasına tam səlahiyyət Zərərçəkmiş şəxs2 MMC-nin Baş direktoru Təqsirləndirilən şəxs2 həvalə edilmişdir (cild 5, iş vərəqə 225). Bakı şəhəri, Yasamal rayonu, X199 8 ünvanında 28 saylı binadan 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 19 №-li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş çoxmənzilli yaşayış binasının tikintisi haqqında 07 avqust 2018-ci il tarixli fərdi müqavilədən görünür ki, mənzilə görə 62.475 (altmış iki min dörd yüz yetmiş beş) manat ödənilmişdir (cild 2, iş vərəqə 17-18). 29 saylı binadan 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 66.44 kv.metr olan 16 №-li mənzilin satılmasına dair ******* nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsindən görünür ki, mənzilə görə 30.000 manat ödənilmişdir (cild 02, iş vərəqə 36-37). 28 saylı binadan 1-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62.6 kv.metr olan 25 №-li mənzilin satılmasına dair xx.xx.2018-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsindən görünür ki, mənzilə görə 30.000 manat ödənilmiş, Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 17 oktyabr 2018-ci il tarixli fərdi müqavilədə isə mənzilin dəyərinin 79.189 manat olduğu göstərilmişdir. Lakin aparılmış istintaqla mənzilə görə faktiki olaraq ümumilikdə 65.000 manat ödənildiyi müəyyən edilmişdir (cild 7, i. vərəqə 47-50). 28 saylı binadan 2-ci giriş, 5-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40.24 kv.metr olan 54 №-li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 05 iyun 2018-ci il tarixli fərdi müqavilədən mənzilin dəyərinin 48.288 manat olduğu, 05 fevral 2020-ci il həmin Cəmiyyət tərəfindən verilmiş maliyyə arayışından mənzilə görə 17.138 manat borc qaldığı göstərilmişdir (cild 2, iş vərəqə 100-106). 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 62 №li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 09 yanvar 2019-cu il tarixli fərdi müqavilə mənzilin dəyəri 50.903 manat, lakin xx.xx.2019-cu il tarixli, ******* nömrəli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsindən isə mənzilə görə 25.000 manat ödənildiyi göstərilmişdir (cild 2, iş vərəqə 266-271). 28 saylı binadan 2-ci giriş, 8-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 67 №li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 06 avqust 2019-cu il tarixli fərdi müqavilədən və həmin tarixli maliyyə arayışından görünür ki, mənzilin dəyəri 93.461 manat olmaqla tam şəkildə ödənilmişdir. xx.xx.2019-cu il tarixli ******* nömrəli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsində mənzil görə 30.000 manat ödənildiyi göstərilməsinə baxmayaraq aparılmış istintaqla həmin mənzilə görə Cəmiyyətə faktiki olaraq 66.500 manat ödənildiyi müəyyən edilmişdir (cild 3, iş vərəqə 16-23). 28 saylı binadan 1-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 23 №-li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” 10 oktyabr 2018-ci il tarixli fərdi müqavilədə mənzilin dəyəri 75.267 manat olduğu və 12 mart 2020-ci il tarixli maliyyə arayışından mənzilə görə 46.267 manat ödənildiyi və 29.000 manat borc qaldığı göstərilmişdir (cild 3, iş vərəq 43- 46). 28 saylı binadan 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 18 №- li mənzilin satılmasında dair satılmasına dair Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 29 dekabr 2018-ci il tarixli fərdi müqavilədən və həmin tairxli maliyyə arayışından görünür ki, mənzilin dəyəri 79.189 manat olmaqla tam şəkildə ödənilmişdir. Lakin aparılmış istintaq zamanı qeyd edilən mənzilə görə Cəmiyyətə faktiki olaraq 55.000 manat ödənildiyi müəyyən edilmişdir (cild 03, iş vərəqə 58-63). 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 49 №-li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 29 sentyabr 2018-ci il tarixli fərdi müqavilədən görünür ki, mənzilin dəyəri 99.669,35 manat olduğu göstərilmişdir. 04 dekabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, həmin mənzilin dəyərindən 40.136,35 manat ödənilmiş, 59.533 manat borc qalmışdır (cild 03, iş vərəqə 80-83). 28 saylı binadan 2-ci giriş, 3-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 45 №-li mənzilin satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 01 avqust 2018-ci il tarixli fərdi müqavilədə mənzilin dəyəri 87.614 manat olduğu, 16 mart 2020-ci il tarixli həmin cəmiyyət tərəfindən verilmiş maliyyə arayışında mənzilə görə həmin tarixə 48.914 manat ödənildiyi və 38.700 manat borc qaldığı göstərilmişdir (cild 03, iş vərəqə 87- 90). 28 saylı binadan 1-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 27 №li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 02 sentyabr 2018-ci il tarixli fərdi müqavilədə mənzilin dəyəri 75.267,50 manat olduğu, 05 dekabr 2019-cu il tarixli maliyyə arayışında həmin mənzilin dəyərindən 45.880 manat ödənildiyi və 29.387 manat borc qaldığı göstərilmişdir (cild 03, iş vərəqə 96-100). 28 saylı binadan 1-ci giriş, 2-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 7 №-li mənzilin satılmasına dair satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 20 iyul 2018-ci il tarixli fərdi müqavilədə mənzilin dəyəri 66.164 manat olduğu, 10 sentyabr 2018-ci il tarixli maliyyə arayışından isə mənzilin ümumi dəyərindən 22.500 manat ödənildiyi göstərilmişdir (cild 03, iş vərəqə 105-108). 28 saylı binadan 1-ci giriş, 8-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 30 №li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 15 oktyabr 2018-ci il tarixli fərdi müqavilədən və 05 mart 2020- ci il tarixli maliyyə arayışından görünür ki, mənzilin dəyəri 79.189 manat olmaqla həmin məbləğdən 41.436 manat ödənilmiş və 37753 manat borc qalmışdır (cild 03, iş vərəqə 112-119). 28 saylı binadan 2-ci giriş, 1-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 38 №li mənzilin satılmasına dair 18 oktyabr 2018-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsindən mənzilə görə 25.000 manat, həmin tarixli Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş kassa məxaric orderindən isə əlavə olaraq 21.276 manat ödənildiyi göstərilmişdir (cild 03, iş vərəqə 144-151) 28 saylı binadan 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 15 №li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 31 avqust 2018-ci il tarixli fərdi müqavilədə mənzilin dəyəri 75267,5 manat olduğu, 01 fevral 2020-ci il tarixli maliyyə arayışında isə mənzilin ümumi dəyərindən 42.267,5 manat ödənildiyi, 33.000 manat borc qaldığı göstərilmişdir (cild 3, iş vərəqə 156-160). 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 50 №-li mənzilin satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 20 avqust 2018-ci il tarixli fərdi müqavilədə mənzilin dəyəri 50.903 manat olduğu göstərilmişdir. Həmin müqaviləyə əlavə edilmiş 25 iyun 2019-cu il tarixli həmin tarixli maliyyə arayışından görünür ki, mənzilə görə 28.903 manat borc qalmışdır. ödənilmişdir (cild 03, iş vərəqə 189- 192). 28 saylı binadan 1-ci giriş 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 10 №- li mənzilin satılmasına dair ******* nömrəli, 07 mart 2019-cu il tarixli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsindən görünür ki, mənzilə görə 30.000 manat ödənilmişdir (cild 03, iş vərəqə 214). 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 51 №li mənzilin satılmasına dair ******* nömrəli, 15 iyun 2019-cu il tarixli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsindən görünür ki, mənzilə görə 30.000 manat ödəniş edilmişdir. Bundan başqa, istintaq materiallarına əlavə ediliş 13 iyun 2019-cu il tarixli maliyyə arayışından görünür ki, X22 qeyd olunan mənzilin dəyərini Zərərçəkmiş şəxs2 MMC-ə tam ödəmiş və borcu qalmamışdır (cild 03, i. vərəqə 219-221). 28 saylı binadan 1-ci giriş 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 9 №-li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 06 avqust 2019-cu il tarixli fərdi müqavilədən və həmin tarxili maliyyə arayışından görünür ki, mənzilin dəyəri 75.120 manat olmaqla tam şəkildə ödənilmişdir (cild 03, iş vərəqə 245-248). 28 saylı binadan 1-ci giriş 2-ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 5 saylı mənzilin satılmasına dair Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 24 sentyabr 2018-ci il tarixli fərdi müqavilədən görünür ki, mənzilin dəyəri 75.120 manat göstərilmişdir (cild 03, i. vərəqə 250-253). 28 saylı binadan 2-ci giriş, 1-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 37 №li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 03 dekabr 2018-ci il tarixli fərdi müqavilədən və həmin tarixli maliyyə arayışından görünür ki, mənzilin dəyəri 99.669 manat olmaqla tam şəkildə ödənilmişdir. Bundan başqa, istintaq matriallarından ******* nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsindən görünür ki, mənzilə görə 40.000 manat ödənilmişdir. Lakin aparılmış istintaqla həmin mənzilə görə faktiki olaraq 83.000 manat ödənidiyi müəyyən edilir (cild 04, iş vərəqə 113-121). 28 saylı binadan 2-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 59 №-li mənzilin satılmasına dair ******* nömrəli, 09 oktyabr 2018-ci il tarixli daşınmaz əmlakın notaria alqı-satqı müqaviləsindən görünür ki, mənzilə görə 30.000 manat ödənilmişdir. Bundan başqa, istintaq materiallarına əlavə edilmiş xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli kassa məxaric orderlərindən görünür ki, qeyd olunan mənzilə görə cəmiyyətə iki dəfəyə əlavə olaraq 30.000 manat ödənilmişdir (cild 04, iş vərəqə 203-207). 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 63 №li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 20 avqust 2018-ci il tarixli fərdi müqavilədə mənzilin dəyəri 75.120 manat göstərilsədə, 12 mart 2020-ci il tarixli maliyyə arayışından görünür ki, qeyd edilən mənzilə görə cəmiyyətə 25.620 manat ödənilmiş, 49.500 manat borc qalmışdır (cild 04, iş vərəqə 226-229). 29 saylı binadan 1-ci giriş, 1-ci mərtəbə, 3 otaqlı ümumi sahəsi 80,2 m2 olan 4 №-li mənzilin satılmasına dair ******* nömrəli, 11 fevral 2020-ci il tarixli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsindən görünür ki, mənzilə görə 45.000 manat ödənilmişdir (cild 05, iş vərəqə 65-66, 175-178). 28 saylı binadan 2-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 55 №li mənzilin satılmasına dair ******* nömrəli, 02 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsindən görünür ki, mənzilə görə 30.000 manat ödənilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş 31 oktyabr 2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, mənzilə görə cəmiyyətə 64500 manat ödəniş edildiyi gösərilmişdir (cild 05, iş vərəqə 183-186). 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 64 №li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 09 dekabr 2019-cu il tarixli fərdi müqavilədən və həmin tarixli maliyyə arayışından görünür ki, mənzilin dəyəri 93.431 manat olmaqla tam şəkildə Şahid45 tərəfindən ödənilmişdir. Bundan başqa, 6 saylı notariat ofisindən daxil olmuş Çıxarışdan görünür ki, qeyd olunan mənzilin alqı-satıqıs ilə əlaqədar alıcı Şahid45 tərəfindən 30.000 manat ödənilmişdir (cild 06, iş vərəqə 144-148; cild 09, iş vərəqə 85). 28 saylı binadan 1-ci giriş, 3-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 58,86 m2 olan 12 №-li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 14 iyun 2018-ci il tarixli fərdi müqavilə mənzilin dəyəri 74.457 manat olduğu, 17 iyul 2019-cu il tarixli maliyyə arayışından 12 saylı mənzilin ümumi dəyərindən 43457.9 manat ödənildiyi və 31.000 manat borc qaldığı göstərilmişdir (cild 7, iş vərəqə 142-151). 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 52 №li mənzilin satılmasına dair ******* nömrəli, 02 aprel 2019-cu il tarixli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsindən görünür ki, mənzilə görə 30.000 manat ödənilmişdir. Bundan başqa, istintaq materiallarına əlavə edilmiş 01 aprel 2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, cəmiyyətə qeyd oluna mənzilə görə həmin tarixdə 30.000 manat, 02 aprel 2019-cu il tarixli kassa məxaric orderinə əsasən isə 40.000 manat ödənildiyi göstərilmişdir (cild 7, iş vərəqə 249-250). 28 saylı binadan 2-ci giriş, 6-cı mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2olan 58 №li mənzilin satılmasına dair ******* nömrəli, 30 avqust 2018-ci il tarixli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsindən görünür ki, mənzilə görə 25.724 manat ödənilmişdir. Bundan başqa, Cəmiyyət tərəfindən verilmiş 28 avqust 2018-ci il tarixli malıyyə arayışından görünür ki, həmin mənzilə görə mənzilin ümumi dəyərindən 15240 manat ödənilmişdir (cild 8, iş vərəqə 20-22). 28 saylı binadan, 2-ci giriş, 9-cu mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 69 №-li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 10 iyun 2019-cu il tarixli fərdi müqavilədən görünür ki, mənzilə görə 99.669,35 manat ödənilmişdir (cild 5, iş vərəqə 11-13). 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 61 №li mənzilin satılmasına dair Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 17 may 2018-ci il tarixli fərdi müqavilədən görünür ki, mənzilin dəyəri 78.790 manat olduğu, ilkin ödəniş kimi 15.000 manat ödənildiyi göstərilmişdir (cild 11, iş vərəqə 187-195). 28 saylı binadan 2-ci giriş, 1-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 39 №li mənzilin alqı-satıqsına dair 21 dekabr 2018-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsindən görünür ki, mənzilə görə 30.000 manat ödənilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 14 dekabr 2018-ci il tarixli fərdi müqaviləsində qeyd olunan mənzilin dəyəri 79.189 manat olduğu göstərilmişdir (cild 16, iş vərəqə 217-221). 6 saylı notariat ofisindən daxil olmuş “elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, 28 saylı binadan 2-ci giriş, 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 47 №-li mənzil alıcı Şahid30 tərəfindən 30.000 manat ödənilməklə adına rəsmiləşdirmişdir (cild 9, iş vərəqə 32). ünvan 8 ünvanda 3 saylı yaşayış binasında, 1-ci girişdə, 10-cu mərtəbə, sahəsi 169,9 m2 olan mənzilin Zərərçəkmiş şəxs3 satılmasına dair "xxxx" MMC tərəfindən verilmiş çoxmənzilli yaşayış binasının tikintisi haqqında 23 iyun 2014-cü il tarixli fərdi müqavilədən görünür ki, mənzilin dəyəri 203.880 manat göstərilmiş, lakin aparılmış istintaqla həmin mənzilə görə 125.000 manat ödənildiyi müəyyən edilmişdir (cild 16, iş vərəqə 200-207). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qərarı ilə X86 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, mənzil 8, X57 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, 1-ci giriş, 3-cü mərtəbədə yerləşən 2 nömrəli mənzil, X47 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 5, X48 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 9, Şahid40 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 10, Şahid32 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 18, Sultan-zadə X121 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 47, Şahid10 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 19, Şahid7 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 7, Şahid36 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 29, mənzil 4, Şahid34 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28 mənzil 62, Şahid45 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 64, Şahid42 Əsgər qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 67, Şahid35 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 29, mənzil 16 və Şahid17 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 29, mənzil 25 ünvanında yerləşən daşınmaz əmlaklar üzərinə həbs qoyulmuşdur (cild 07, iş vərəqə 134-136). Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 31 avqust 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 adına Salyan rayonu, Varlı kəndində 0,06 ha sahibkarlıq məqsədli və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən 0,12 ha torpaq sahələri (JN-16117H KOD 00301016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə), X86 adına Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 81, mənzil 36, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi, ev 46/50, mənzil 29 və ünvan 5 ünvanında yerləşən mənzil qeydiyyata alınmışdır (cild 07, iş vərəqə 138). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, X86 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 81, mənzil 36, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi, ev 46/50, mənzil 29 və ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakların və Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş Salyan rayonu, Varlı kəndində 0,06 ha sahibkarlıq məqsədli və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən 0,12 ha torpaq sahələri (JN16117H KOD 00301016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”) üzərinə həbs qoyulmuşdur (cild 08, iş vərəqə 193-195). 17 noyabr 2020-ci il tarixli Zərərçəkmiş şəxs2 MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X199 8 ünvanında inşa edilmiş 27, 28 və 29 nömrəli binalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, qeyd edilən ünvanda yerləşən 3 ədəd yaşayış binasının 2 ədədi 12 mərtəbəli, 1 girişli, 1 ədədi isə, yəni 27 nömrəli bina isə 9 mərtəbəli olmaqla tikintisi və təmiri tam baş çatdırılmış, içərisində hazırda yaşayış mövcuddur. 28 və 29 nömrəli binalarda isə təmirsiz vəziyyətdə, elektrik xətləri çəkilməmiş, qapı və pəncərələr isə tam quraşdırılmamışdır. Baxış keçirilən binalarda olan mənzillərin daxilində isə divarların kağızlarla üzlənməməsi, qapıların quraşdırılmaması, sanitar qovşaqlarda tavan işlərinin aparılmadığı, lakin digər hissələrdə divarlarda suvaq işləri, elektrik işləri və sair təmir işlərinin aparılmadığı, eləcə də lift sisteminin quraşdırılmadığı müəyyən edilmişdir (cild 9, iş vərəqə 190-224). Azərbaycan Respublikası “X90”nin 18 may 2022-ci il tarixli 109 №-li hesabatından görünür ki, aparılan təhlil və hesablamalar nəticəsində Bakı şəhəri, Yasamal rayonu, X199 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 MMC-yə məxsus olan 27, 28 və 29 saylı binalarda orta təmirli yaşayış sahəsinin 1 kv.m-nin qiymətləndirmə tarixinə olan dəyəri 1300 (bir min üç yüz) manat, 28 və 29 saylı binalarda təmirsiz qeyri-yaşayış sahəsinin 1 kv.m-nin qiymətləndirmə tarixinə olan dəyəri 1700 (bir min yeddi yüz) manat müəyyən edilir. 10 iyul 2017-ci il tarixli 01 №-li borc müqaviləsindən görünür ki, “borc verən” (Zərərçəkmiş şəxs1) xx.xx.2017-ci il tarixdə ******* ABŞ dolları, ekvivalent olaraq ******* manat məbləğində pul vəsaitini “Borc alan” (Zərərçəkmiş şəxs2 MMC) tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X199 8 ünvanında yaşayış binalarının tikintisinin investisiyası üçün bank qarantiyası şəklində "xxxx"da bank depozit hesabına yerləşdirir. Bank tərəfindən MİDA üçün tələb olunan məbləğin depozitdə mövcudluğu təsdiq olunduqdan sonra “Borc verən” mərhələli şəkildə “Borc qəbul edən”in (Təqsirləndirilən şəxs1) ehtiyacı və xahişi ilə depozit hesabında olan məbləği çıxararaq məbləğin əlavə hissəsi ilə birlikdə ******* ABŞ dolları, ekvivalent olaraq ******* manat məbləğində pul vəsaitini tikinti işlərinin aparılmasının təmini məqsədilə “Borc alan”ının mülkiyyətinə vermək üçün Zərərçəkmiş şəxs2 MMC-nin həmtəsisçisi Təqsirləndirilən şəxs1 “Borc alan”ın balansına yerləşdirmək məqsədilə təqdim edir, “borc alan” isə qeyd olunan pul vəsaitini 10 iyul 2020-ci il tarixədək geri qaytarmağı öhdəsinə götürür. 10 iyul 2017-ci il tarixli 01 №-li borc müqaviləsinə 10 dekabr 2019-cu il tarixli 01 №-li Əlavədən görünür ki, borc vəsaitinin qaytarılmasının qarantiyasını təmin etmək məqsədilə “borc alan” borc vəsaitini tam qaytarana qədər öz əmlakını - ünvan 39 ünvanında 1.13158 ha torpaq sahəsində yerləşən ərazi və tikililərdən ibarət müəssisəni, Bakı şəhəri, Yasamal rayonu, X199 8 ünvanında inşa olunan 28 saylı yaşayış binasında olan 20, 24, 31, 36, 65, 68 saylı mənzillər, 28 və 29 saylı yaşayış binalarında olan sahələri 529,36 kv.m və 345.79 kv.m olan olan yarımzirzəmi qeyri-yaşayış sahələrini girov şəkilində “Borc verən”nin adına müvəqqəti rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Qeyd olunan aktivlərin satışının həyata keçirildiyi halda məbləğ ümumi borc vəsaitindən çıxılır. Borc vəsaiti göstərilən tarixlərdə qaytarılmadıqda girov aktivlər “Borc verən”in tam mülkiyyətinə keçir. “MAK CONSULTANCY BAKU Ltd” müştərək müəssisəsinin iyul 2012-ci il tarixli hesabatından görünür ki, ünvan 39 ünvanında yerləşən əmlakın bazar dəyəri ******* manat həcmində müəyyən olunmuşdur. Azərbaycan Respublikası “X90”nin 28 may 2022-ci il tarixli 114 №-li rəyindən görünür ki, ünvan 39 ünvanında yerləşən əmlak kompleksinin 2022-ci ilin iyun ayına olan bazar dəyəri 4.086.354 (dörd milyon səksən altı min üç yüz əlli dörd) manat müəyyən edilir. Azərbaycan Respublikası “X90”nin 06 iyun 2022-ci il tarixli 111 №-li rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X206 8 ünvanda yerləşən yaşayış kompleksinin mövcud vəziyyəti üzrə 27 saylı binaya 2.912.250 manat, 28 saylı binaya 2.950.000 manat, 29 saylı binaya 2.382.750 manat (ƏDVsiz) vəsaitin sərf edilməsi müəyyən edilmişdir. Həmçinin rəydə qeyd edilmişdir ki, 27saylı binanın tamamlanmış formada 1 kv m-in inşa edilməsinə sərf edilən vəsaitin orta bazar dəyəri 550 manat (ƏDV-siz) təşkil edir. 27 saylı binanın layihəsi 29 saylı bina ilə eyni, digər 28 saylı bina ilə az fərq olduğundan hesab etmək olar ki, həmin binaların 1 kv m-in inşa edilməsinə sərf edilən vəsaitin orta bazar qiyməti 550 manat (ƏDV-siz) müəyyən edilir. İş materiallarında olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, **-UC-*** dövlət qeydiyyat nişanlı, “GAC GS8” markalı avtomobil xx.xx.2019-cu il tarixdə X38 adına, **-DJ-*** dövlət qeydiyyat nişanlı “Porsche Cayenne” markalı minik avtomobil xx.xx.2008-ci il tarixdə X87, **-CE-*** dövlət qeydiyyat nişanlı “Qaz 24” markalı avtomobil xx.xx.1998-ci il tarixdə Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan çıxarışlardan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi, ev 46/50, mənzil 29 xx.xx.2015-ci il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 81, mənzil 36 (yeni qaydalarla Bakı şəhəri, H.Cavid prospekti, 207, M10, mənzil 1 xx.xx.2014-cü il tarixdə, ünvan 5 xx.xx.2015-ci il tarixdə, Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, mənzil 8 xx.xx.2015-ci il tarixdə X86 adına qeydiyyatdan keçməklə xüsusi mülkiyyətindədir. İş materiallarında olan çıxarışlardan görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 46, mənzil 39 xx.xx.2010-cu il tarixdə, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 39, mənzil 33 03.1.2010-cu il tarixdə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, ev 219C (fərdi yaşayış evi) xx.xx.2015-ci il tarixdə, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 75, mənzil 51 xx.xx.2015-ci il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, ev 10, mənzil 41 xx.xx.2018-ci il tarixdə, Bakı şəhəri, Səbail rayonu, İqor Ağayev küçəsi, ev 10, mənzil 28 xx.xx.2018-ci il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 34, mənzil 38 xx.xx.2019cu il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 23, mənzil 45 xx.xx.2019-cu il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 56, mənzil 77 xx.xx.2020-ci il tarixdə X44 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan X113 ilə X84 arasında bağlanmış xx.xx.2020-ci il tarixli Nikah müqaviləsindən göstərilmişdir ki, ər-arvad razılığa gəlirlər ki, ər-arvad tərəfindən nikaha qədər və birgə nikah dövründə əldə edilmiş bütün əmlaklar, o cümlədən tərəflərdən hər hansı birinin əldə etdiyi daşınar və daşınmaz əmlaklar, qiymətli kağızlar, dvidendlər, torpaq, kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan adına əldə olnumasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikha dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak birgə mülkiyyət hesab edilməyəcəkdir. Yalnız onu əldə edən tərəfə məxsus olacaqdır, nikah pozulduğu təqdirdə digər tərəfə heç bir pay və mülkiyyət hüququ verilməyəcəkdir. Və bu müqaviləni imzalamaqla tərəflər öhdələrinə götürülər ki, birgə nikah dövründə və nikahdan sonra digər tərəfə məxsus və onun əldə etdiyi əmlaka və sadalanan daşınar və daşınmaz əmlaklara heç bir iddia və tələbi olmayacaqdır. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qərarı ilə X86 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, mənzil 8 və X57 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, 1-ci giriş, 3-cü mərtəbədə yerləşən 2 nömrəli mənzil üzərinə X86 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, mənzil 8 və X57 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, 1-ci giriş, 3-cü mərtəbədə yerləşən 2 nömrəli mənzil üzərinə həbs qoyulmuşdur (cild 10, iş vərəqə 07-11). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 dekabr 2020-ci il tarixli qərarı ilə X60 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X175 Naxçıvani küçəsi, ev 15, mənzil 33 və ünvan 6 ünvanda yerləşən mənzil, X86 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 56, mənzil 77, X38 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 46, mənzil 39, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 39, mənzil 33, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, ev 219C (fərdi yaşayış evi), Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 75, mənzil 51, Bakı şəhəri. Yasamal rayonu, M.Müşfiq küçəsi, ev 10, mənzil 41, Bakı şəhəri, Səbail rayonu, İqor Ağayev küçəsi, ev 10, mənzil 28, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 34, mənzil 38 və Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 23, mənzil 45 üzərinə həbs qoyulmuşdur (cild 11, iş vərəqə 160-164). Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş 23 oktyabr 2020-ci il tarixli 2314-2885 nömrəli məktuba əsasən tərtib edilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 adına "xxxx" ASC-də kart, “Yelo Bank”, "xxxx", "BTB Bank" və "xxxx" ASC-lərdə müvafiq cari hesablar, xx.xx.1964-cü il təvəllüdlü X60 adına "xxxx" ASC-də cari (qalıq 3400 ABŞ dolları), "xxxx" ASC-də cari hesab, xx.xx.1976-cı il təvəllüdlü X86 adına "xxxx" ASC-də cari və depozit, "xxxx" ASC-də 4 kart və 2 cari, "xxxx" ASC-də 3 depozit (11000 AZN, 10000 AZN , 23000 AZN), "xxxx" ASC-də depozit (25000 AZN), "xxxx" ASC-də 2 cari (60000 AZN, 3700 AZN), "xxxx" ASC-də depozit (15000 ABŞ dolları) hesab, xx.xx.1985-ci il təvəllüdlü X38 adına "xxxx" ASC-də qeyri-aktiv kart, “Yelo Bank” və "xxxx" ASC-lərdə cari hesablar, xx.xx.1990-cı il təvəllüdlü X61 adına "xxxx" ASC- də depozit (9500 ABŞ dolları), "xxxx" ASC-də cari (1000 ABŞ dolları) və depozit (4000 ABŞ dolları) hesab, xx.xx.1966-cı il təvəllüdlü X62 adına "xxxx" ASC-də 4 kart və 2 cari (3187 AZN), "xxxx" və "xxxx" ASC-lərdə cari hesablar, xx.xx.1978ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 adına "xxxx" ASC-də qeyri-aktiv əmək haqqı, “Yelo Bank” və "xxxx" ASC-lərdə cari hesablar mövcuddur (cild 11, iş vərəqə 55-60). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 dekabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 adına "xxxx" ASC-də kart, “Yelo Bank”, "xxxx", "BTB Bank" və "xxxx" ASC-lərdə müvafiq cari hesablar, xx.xx.1964-cü il təvəllüdlü X60 adına "xxxx" ASCdə cari (qalıq 3400 ABŞ dolları), "xxxx" ASC-də cari hesab, xx.xx.1976-cı il təvəllüdlü X86 adına "xxxx" ASC-də cari və depozit, "xxxx" ASC-də 4 kart və 2 cari, "xxxx" ASC-də 3 depozit (11000 AZN, 10000 AZN, 23000 AZN), "xxxx" ASC-də depozit (25000 AZN), "xxxx" ASC-də 2 cari (60000 AZN, 3700 AZN), "xxxx" ASC-də depozit (15000 ABŞ dolları) hesab, xx.xx.1985-ci il təvəllüdlü X38 adına "xxxx" ASC-də qeyri-aktiv kart, “Yelo Bank” və "xxxx" ASC-lərdə cari hesablar, xx.xx.1990-cı il təvəllüdlü X61 adına "xxxx" ASC-də depozit (9500 ABŞ dolları), "xxxx" ASC-də cari (1000 ABŞ dolları) və depozit (4000 ABŞ dolları) hesab, xx.xx.1966-cı il təvəllüdlü X62 adına "xxxx" ASC-də 4 kart və 2 cari (3187 AZN), "xxxx" və "xxxx" ASC-lərdə cari hesablar, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 adına "xxxx" ASC-də qeyri-aktiv əmək haqqı, “Yelo Bank” və "xxxx" ASC-lərdə cari hesablar üzərinə həbs qoyulmaqla həmin hesablar üzrə əməliyyatların aparılmasına xitam verilmişdir (cild 11, i. vərəqə 165-169). Baş İdarənin Əməliyyat idarəsindən daxil olmuş 8 dekabr 2020-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin adına rəsmiləşdirilmiş **-AA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Equus” markalı minik avtomobili faktiki olaraq Təqsirləndirilən şəxs1 məxsusdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin adına rəsmiləşdirilmiş **-AA-*** dövlət qeydiyyat nişanlı “Hyundai Equus” markalı, Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş **-CE-*** dövlət qeydiyyat nişanlı “QAZ 24” markalı, X60 adına rəsmiləşdirilmiş **-DJ-*** dövlət qeydiyyat nişanlı “Audi Q7” markalı, X38 adına rəsmiləşdirilmiş **-UC-*** dövlət qeydiyyat nişanlı, “GAC GS8” markalı, X87 adına rəsmiləşdirilmiş **-DJ-*** dövlət qeydiyyat nişanlı “Porsche Cayenne” markalı minik avtomobillərinin üzərinə həbs qoyulmuşdur (cild 11, iş vərəqə 199-202). Bakı şəhəri, Yasamal rayonu, X199 8 ünvanında 28 saylı binadan 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 19 №-li mənzilin Şahid10 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 07 avqust 2018-ci il tarixli fərdi müqavilə, 29 saylı binadan 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 66.44 kv.metr olan 16 №li mənzilin Şahid35 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 05 fevral 2018-ci il tarixli fərdi müqavilə, ******* nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi,28 saylı binadan 1-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62.6 kv.metr olan 25 №-li mənzilin Şahid23 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 17 oktyabr 2018-ci il tarixli fərdi müqavilə, ******* nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2- ci giriş, 5-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40.24 kv.metr olan 54 №-li mənzilin Şahid4 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 05 iyun 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 62 №-li mənzilin Şahid34 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 09 yanvar 2019-cu il tarixli fərdi müqavilə, ******* nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 8-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 67 №-li mənzilin Şahid42 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 06 avqust 2019-cu il tarixli fərdi müqavilə, ******* nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 1-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 23 №-li mənzilin Şahid21 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 10 oktyabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 18 №-li mənzilin Şahid32 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 29 dekabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 49 №-li mənzilin Şahid20 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 29 sentyabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 3- cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 45 №-li mənzilin X13 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 01 avqust 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 27 №-li mənzilin Şahid16 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 02 sentyabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş, 2-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 7 №-li mənzilin Şahid7 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 20 iyul 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş, 8-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 30 №-li mənzilin X9 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 15 oktyabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 1-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 38 №-li mənzilin Şahid24 satılmasına dair ******* nömrəli, 18 oktyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 15 №-li mənzilin Şahid15 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 31 avqust 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 50 №-li mənzilin Şahid11 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 20 avqust 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 10 №-li mənzilin Şahid40 satılmasına dair ******* nömrəli, 07 mart 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 51 №-li mənzilin X1 dair ******* nömrəli, 15 iyun 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 1-ci giriş 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 9 №-li mənzilin X4 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 06 avqust 2019-cu il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş 2-ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 5 saylı mənzilin X5 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 24 sentyabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2ci giriş, 1-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 37 №-li mənzilin X6 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 03 dekabr 2018-ci il tarixli fərdi müqavilə, ******* nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 59 №-li mənzilin Şahid27 ******* nömrəli, 09 oktyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 63 №-li mənzilin Şahid12 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 20 avqust 2018-ci il tarixli fərdi müqavilə, 29 saylı binadan 1-ci giriş, 1-ci mərtəbə, 3 otaqlı ümumi sahəsi 80,2 m2 olan 4 №-li mənzilin Şahid36 satılmasına dair ******* nömrəli, 11 fevral 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 55 №-li mənzilin X7 dair ******* nömrəli, 02 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 64 №-li mənzilin Şahid45 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 09 dekabr 2019-cu il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş, 3-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 58,86 m2 olan 12 №-li mənzilin Şahid6 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 14 iyun 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 52 №-li mənzilin Şahid43 satılmasına dair ******* nömrəli, 02 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 6-cı mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2olan 58 №-li mənzilin X3 dair ******* nömrəli, 30 avqust 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan, 2-ci giriş, 9-cu mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 69 №-li mənzilin Şahid38 Cəmaləddin oğluna satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 10 iyun 2019-cu il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 61 №-li mənzilin Şahid5 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 17 may 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 1-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 39 №-li mənzilin X10 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 14 dekabr 2018-ci il tarixli fərdi müqavilə, ******* nömrəli, 21 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 47 №-li mənzilin Sultan-zadə X14 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 10 dekabr 2018-ci il tarixli fərdi müqavilə, daşınmaz əmlakın alqı-satqı müqaviləsi, qeyd olunan müqavilələrə əlavə olunmuş maliyyə arayışları, kassa məxaric orderləri, ünvan 8 ünvanda 3 saylı yaşayış binasında, 1ci girişdə, 10-cu mərtəbə, sahəsi 169,9 m2 olan mənzilin Zərərçəkmiş şəxs3 satılmasına dair "xxxx" MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 23 iyun 2014-cü il tarixli fərdi müqavilə və 03 avqust 2021-ci il tarixli protokolla Zərərçəkmiş şəxs2 MMC-nin direktoru Nümayəndə1 götürülmüş həmin cəmiyyətin möhürü cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edilən halların müəyyən edilməsinə kömək etdiyinə və cinayət hadisəsinin izlərini saxladığına görə 20 oktyabr 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır (cild 17, iş vərəqə 185-322). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişlər (cild 7, iş vərəqə 26-28). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya xəstəxanasından daxil olmuş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan xəstəxanada müalicədə olmamışlar (cild 6, iş vərəqə 127). Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respblikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan mərkəzdə müalicədə olmamışlar (cild 6, iş vərəqə 129). Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətlərini, əlavəni, iş materiallarını əlaqəli şəkildə araşdırıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin hökmü ləğv edilməli və iş üzrə yeni ittihamedici və bəraətverici hökm çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, … “Apellyasiya müraciətinin qismən təmin edilməsi və birinci instansiya məhkəməsinin hökmünün müəyyən hissədə ləğv edilməsi və həmin hissədə yeni hökmün çıxarılması, digər hissələrdə isə hökmün dəyişdirilmədən saxlanılması və yaxud dəyişdirilməsi üçün əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsinin hökmü həm hökmə, həm də apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasına və yaxud dəyişdirilməsinə dair apellyasiya instansiyası məhkəməsinin digər yekun qərarına xas olan xüsusiyyətləri təsviri-əsaslandırıcı və nəticəvi hissələrdə nəzərdə tutmalıdır. Həmçinin, apellyasiya icraatının xüsusiyyətləri apellyasiya instansiyası məhkəməsinin bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində irəli sürülmüş ittihamın mahiyyətinin və birinci instansiya məhkəməsinin ittiham hökmündə, digər yekun qərarda müəyyən edilmiş sayılan cinayətin təsvirinin verilməsi ilə yanaşı, apellyasiya məhkəməsinin özünün müəyyən etdiyi bəraətin verilməsinə əsas olmuş halların, ittiham tərəfinin gətirdiyi və yaxud birinci instansiya məhkəməsinin ittiham hökmündə, digər yekun qərarında əsaslandığı sübutların rədd edilməsinin motivlərinin göstərilməsini tələb edir.” Məhkəmə kollegiyası həm apellyasiya şikayətlərinin, əlavənin və apellyasiya protestinin dəlillərinə münasibətdə, həm də işin müəyyən edilmiş halları ilə bağlı aşağıdakıları vurğulamağı zəruri hesab edir: Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.4, 312.1-ci maddəsi ilə ittiham elan edilməsinə münasibətdə qeyd edir ki, apellyasiya icraatı zamanı dövlət ittihamçısı cinayət təqibindən imtina etmiş və nəticədə məhkəmədən cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə kollegiyası istər apellyasiya icraatı zamanı, istərsə də birinci instansiya məhkəməsində keçirilmiş hərtərəfli, tam və obyektiv araşdırma əsasında, ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusunu nəzərdə saxlamaqla bu nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs2 ilə Azərbaycan Respublikasının Mənzil X133nin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 30 iyun 2017-ci il tarixli «İnvestisiya sahəsində birgə sahibkarlıq fəaliyyəti haqqında» 01 nömrəli müqaviləyə əsasən inşa edilmiş 28 və 29 saylı binalarda mənzillərin və qeyri-yaşayış sahələrinin satışı ilə bağlı epizod üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində CM-in 308.2-ci maddəsinin tərkibi olduğundan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin maddə ilə təqsirli bilinməli, onların əməlində CM-in 179.4-cü maddəsi üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən onlara elan edilmiş ittiham üzrə bəraət verilməlidir. Belə ki, işin halları ilə müəyyən edildi ki, 2017-ci ilin iyun ayında Zərərçəkmiş şəxs2 MMC şirkəti qanuni şəkildə Mənzil X133 (bundan sonra MİDA) tərəfindən sosial yönümlü yaşayış binalarının tikintisi üzrə keçirdiyi tenderdə iştirak etmiş, tender nəticəsində Zərərçəkmiş şəxs2 MMC ilk investor şirkət olaraq qalib elan olunmuş, bu barədə kütləvi informasiya vasitələrində, o cümlədən MİDA-nın rəsmi internet səhifəsində məlumat yerləşdirilmişdir. 30 iyun 2017-ci il tarixdə MİDA və Zərərçəkmiş şəxs2 MMC arasında “İnvestisiya sahəsində birgə sahibkarlıq fəaliyyəti haqqında» 01 saylı müqavilə imzalanmışdır. Müqavilə şərtlərinə əsasən ikisi 12 mərtəbə və biri 9 mərtəbə olmaqla, 27, 28 və 29 saylı 3 ədəd yaşayış binasının inşa olunması nəzərdə tutulmuşdur. 1 ədəd 12 mərtəbəli 27 saylı bina tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə MİDA-nın sərəncamına təmənnasız olaraq təqdim edilməli, digər 28 və 29 saylı iki yaşayış binasının isə yalnız tikintisi tam şəkildə yekunlaşmalı olmuşdur. MİDA-ya verilən binadakı mənzillərin satışı MİDA tərəfindən, “Güzəştli mənzil” elektron sistemi vasitəsilə aparılmalı, digər iki binada olan mənzillərin satışını isə Zərərçəkmiş şəxs2 MMC özünün təyin etdiyi bazar qiymətlərinə uyğun olaraq həyata keçirməli olmuşdur. Layihənin sosialyönümlü olduğu nəzərə alınaraq, Zərərçəkmiş şəxs2 MMC-nin rəhbərliyi tərəfindən həmin iki binadakı mənzillərin də təmirli şəkildə satışa çıxarılması qərara alınmış və satış qiyməti hər kvadrat metrə görə 1265 manat olaraq müəyyənləşdirilmişdir. Müqavilə bağlanan tarixdən, yəni 30 iyun 2017-ci ildən etibarən ərazidə, yəni Yasamal rayonu, X199 8 ünvanında tikintiquraşdırma işləri başlanılmışdır. 10 iyul 2017-ci il tarixdə, yəni qeyd olunan müqavilə imzalandıqdan 10 gün sonra, Litva Respublikasının vətəndaşı Potsius Povilas ilə Zərərçəkmiş şəxs2 MMC arasında Borc müqaviləsi imzalanmışdır. Həmin Müqaviləyə əsasən Potsius Povilas tərəfindən milli valyuta ilə ifadəsi ümumilikdə ******* manat təşkil edən pul vəsaiti sözügedən layihənin icrası məqsədilə Borc şəklində təqdim edilmiş, əvəzində isə Cəmiyyət tərəfindən Borc vəsaitinin qarantiyası olaraq Cəmiyyətin əmlakı olan yaşayış və qeyri-yaşayış sahələri, aksiyalar və digər qiymətli kağızlar ona girov şəkilində təqdim edilməsi nəzərdə tutlmuşdur. Müqavilənin şərtlərinə əsasən, borc məbləği 3 il müddətində, yəni xx.xx.2020ci il tarixdə qaytarılmadığı təqdirdə göstərilən əmlaklar Potsius Povilasın adına rəsmiləşdirilməli, bu halda verilən real aktivlərin satış qiyməti müstəqil ekspertlər tərəfindən dəyərləndirilməli, qaytarılacaq Borc vəsaiti yenidən hesablanmalı və yarana biləcək mübahisələr mülki qaydada həll edilməli idi. Müəyyən edilmişdir ki, həmin ilin avqust ayında, yəni cəmi bir ay sonra Təqsirləndirilən şəxs1 qərarı ilə ona məxsus Zərərçəkmiş şəxs2 MMC-nin paylarının 50%-nin Potsius Povilasa satışı həyata keçirilmişdir. Bununla bağlı həm əvvəlki, həm də sonrakı reyestr Çıxarışları iş materiallarına əlavə olunmuşdur və qeyd olunan hal mübahisələndirilmir. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 (faktik sahib olaraq) və Təqsirləndirilən şəxs2 (direktor olaraq) vəzifə səlahiyyətlərindən sui-istifadə edərək - ƏDV ödəyicisi olan hüquqi şəxslərə münasibətdə bank nağdlaşdırılmasına tətbiq edilən aylıq 30000 manat limitlə əlaqədar tikinti prosesi ilə bağlı müvafiq qaydada təşkil edə bilmədikləri fəaliyyətlərində yarana biləcək məhdudiyyətlərdən yayınmaq üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək, mənzil satışlarına dair alqı-satqı müqavilələri əsasında bir sıra alıcılardan notarial qaydada sənədləşmə aparılmayıb satışa görə alınan pul məbləğini bütünlüklə, habelə, bir sıra alıcılara münasibətdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsində razılaşdırılmış qiymətdən fərqli qiymət qeyd etmiş, alınan məbləğin bir hissəsi bank hesabına mədaxil edilərək köçürmə əməliyyatlarına yönəldilmiş, digər hissəsini isə rəsmi hesaba mədaxil etməyib podratçılar və tikintiyə cəlb edilmiş digər şəxslərlə nağd hesablaşmaların aparılması, nağd pulla malmaterial alınması, əmək haqlarının nağd ödənilməsi, habelə nağd hesablaşmalarla aparılan cari xərclərin və digər məsrəflərin ödənilməsi işinə sərf etmişlər. Bundan başqa tikintinin aparıldığı dövr üçün mövcud real bazar şəraiti köçürmə əməliyyatları ilə yanaşı, mal-material alınması və fəaliyyəti təmin edən digər əməliyyatlar üzrə nağd ödəmələr qaçılmaz olduğundan, tikintinin aparılması ilə bağlı maraqlarla əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən həmin vəzifə səlahiyyətlərindən sui-istifadə edilərkən heç bir halda mənimsəmə məqsədi güdülməmişdir. Həmin prosesin gedişində Potsius Povilasın da digər təsisçi kim gündəlik fəaliyyətə nəzarəti şəraitində də həmin dövrdə maliyyə vəsaitlərinin sərfiyyatı ilə bağlı hər hansı anlaşılmazlığın yaranmaması da bu qənaətin təsdiqinə yönəlmiş dəlildir. Zərərçəkmiş şəxs2 MMC-dəki 2020-ci ilin yanvar ayına qədər olan qaydalara görə təsisçi Təqsirləndirilən şəxs1 və Potsius Povilas tərəfindən bütün mənzil və qeyri-yaşayış sahələrinin satış hüququnun direktor Təqsirləndirilən şəxs2 həvalə edilməsinə dair ümumi qərara əsasən sonuncu tərəfindən müqavilələr imzalanmaqla satış həyata keçirilmiş, 2020-ci ilin yanvar ayından etibarən isə Təqsirləndirilən şəxs1 və Potsius Povilasın hər ikisinin hər bir satış üçün razılığı alınmaqla müqavilə imzalanıb satış həyata keçirilmişdir. Eyni zamanda satış zamanı vəsaitin bir hissəsinin bank hesabına mədaxil edilib, digər hissəsinin isə nağd şəkildə alınaraq cari ödəmələrə sərf olunması faktiki bilavasitə təsisçilərin hər ikisinin iradəsi əsasında yerinə yetirilmiş, direktor Təqsirləndirilən şəxs2 bu məsələ ilə bağlı heç bir halda müstəqil qərar qəbul etməmişdir. Bu qaydada aparılan satışlardan əldə olunan nağd vəsait, o cümlədən kredit mənzillərin ödənişləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən binaların tikintisinə yönəldilmişdir. Təqsirləndirilən şəxs1 qurduğu bu sxemi əsasında Potsius Povilasın xüsusilə külli miqdarda vəsaiti, ümumilikdə ******* manat onun tərəfindən aldadılaraq ələ keçirilmiş, Təqsirləndirilən şəxs1 düşündüyü sxem əsasında təsisçi edilmiş Potsius Povilasın tərəfindən müntəzəm nəzarət olunaraq mənzillərin satışından əldə olunan vəsaitlərin hərəkəti razılaşdırılaraq aparılan təmir-tikinti işlərinə, nağd mal-material alınmasına, işçilərin əmək haqqına və digər xərclərə istifadə olunmuşdur. İş materialları ilə müəyyən edilmişdir ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə satışdan əldə olunan vəsaitin bir hissəsinin nağd alınmasına baxmayaraq, mənzil satışı zamanı rəsmiləşdirilən hissədə digər qanunazidd hallar aşkar edilməmiş, eyni mənzilin təkrar satışına – iki və ya daha artıq şəxsə satılmasına yol verilməsi, mənzil alıcılarının aldadılması halı ümumiyyətlə olmamışdır. Həm də notarial alqı-satqı müqavilələrində də göstərildiyi kimi, mənzil satışından tutulan vergi, bank hesabına mədaxil edilən məbləğin həcmindən asılı olmamış, bu hesablamalar mənzilin sahəsinə tətbiq edilmiş, yəni mənzilin hər kvadrat metrinə əsasən hesablanmış və alqı-satqı rəsmiləşdirilərkən avtomatik olaraq ödənişlər aparılmışdır. Təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrinə və digər sübutların məcmusuna əsasən müəyyən olunur ki, qeyd olunan dövrdə mənzil bazarında mövcud olmuş vəziyyətlə izah olunan hallara əsasən satış proqnozları özünü doğrultmadığından mənzillərin hər kvadrat metri üçün müəyyənləşdirilmiş 1265 manat satış qiyməti sonradan endirilmiş, tələbata uyğun olaraq bir neçə mənzil kredit şəklində alıcılara təqdim edilmiş, mənzilin dəyərinin hissə-hissə ödənişi və borcun bağlanmasından sonra notarial alqı-satqı aparılması şərtilə onlarla daxili müqavilələr imzalanmışdır. Belə ki, Zərərçəkmiş şəxs2 MMC-nin mənzil satışını həyata keçirdiyi 28 və 29 saylı yaşayış binalarında kredit mənzillərin satışı, həmçinin öhdəliklərini tam olaraq yerinə yetirən podratçılara ayrılan mənzillərin satışı daxili müqavilərlə həyata keçirilmiş, cəmiyyət qarşısında bu və ya digər öhdəliyi olmayan və notarial alqı-satqı əməliyyatının tələblərini icra edən alıcılara isə, “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış” əsasında notarial qaydada alqı-satqı aparılmışdır. Barter əsaslı mənzillərin satışı zamanı mənzillərin real satış qiyməti bilavasitə podratçılarla alıcılar arasında razılaşdırılmış, notarial qaydada alqı-satqısı aparılan mənzillər üçün ödənilən məbləğin bir hissəsi podratçılar tərəfindən nağd olaraq əldə edilmiş, digər hissəsi isə Zərərçəkmiş şəxs2 MMCnin bank hesabına köçürülmüşdür. Köçürülən vəsaitin bir hissəsi podratçılarla MMC arasında mövcud olan Xidmət Müqaviləsinə əsasən onların bank hesabına köçürülmüş, qalan hissəsi isə nağd qaydada podratçılara ödənilmişdir. Daxili müqavilə üzrə, o cümlədən kredit şəklində satılan mənzillər üçün ödənilən ilkin və aylıq ödənişlər bilavasitə podratçılar tərəfindən əldə edilmiş, Təqsirləndirilən şəxs2 tərəfindən isə yalnız rəsmiləşdirmə proseduru icra olunmuşdur. Həmçinin müəyyən olmuşdur ki, 3 ədəd mənzilin bank ipoteka krediti üzrə rəsmiləşdirilməsi nəzərdə tutulsa da, sonradan banklar tərəfindən həmin mənzillər üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş “Hüquqların qabaqcadan qeydiyyatı barədə Arayış” əsasında ipoteka ayrılmasından imtina edilmişdir. Alıcılar tərəfindən hazırda həmin mənzillərin yalnız ilkin ödənişləri Zərərçəkmiş şəxs2 MMC-yə ödənilmiş, qalan məbləğlərin bank ipoteka krediti üzrə ödənişini həyata keçirmək mümkün olmamışdır. Qeyd olunan xüsusatlar podratçıların və alıcıların ibtidai istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə də öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, bəlli dövrdə satış göstəricilərinin aşağı olması səbəbilə, təsisçilər tərəfindən daha uğurlu biznes əməliyyatı kimi qiymətləndirilən, 48 mənzil müqabilində zavod alınması barədə qərar verilmişdir. Belə ki, 2018-ci ilin iyun ayında təsisçilərin ortaq razılığı ilə ünvan 36 ünvanında 1,13158 ha torpaq sahəsində yerləşən, Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış Seriya MH № 0138544, reyestr № **********43-12301, qeydiyyat №**********, xx.xx.2008 və Texniki pasporta əsasən İnventar nömrəsi 11/623, xx.xx.2008 ərazi və tikililərdən ibarət əmlak kompleksi kimi müəssisənin, faktiki sement-beton zavodunun barter yolu ilə əldə edilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən, inşa olunan 29 saylı yaşayış binasından 48 ədəd mənzil həmin zavodun alınması məqsədilə ayrılmış, tərəflər arasında xx.xx.2018-ci il tarixdə Barter müqaviləsi imzalanmış və səhmlərin alqı-satqısı həyata keçirilmişdir (müvafiq sənədlərin surətləri cinayət işinin materiallarına əlavə edilmişdir). Cinayət işinin materiallarında olan rəydən görünür ki, hələ 2012-ci ildə "xxxx" LTD Şirkəti tərəfindən həmin müəssisənin əmlak dəyərləndirilməsi həyata keçirilmiş və zavodun o vaxtkı cari bazar dəyəri ******* manat müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş müvafiq sənədlərin, müqavilələrin surətlərindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 MMC-nin təsisçisi Təqsirləndirilən şəxs1, "xxxx" MMC-nin təsisçisi İsa Məmmədovun qardaşı Şahid27 və "xxxx" QSC-nin direktoru Rüfət İbrahimovun iştirakı ilə aparılan danışıqların nəticəsi olaraq 13 iyun 2018-ci il tarixdə B01/18 saylı Barter (Dəyişdirmə) Müqaviləsi imzalanmışdır. Həmin Müqaviləyə əsasən Zərərçəkmiş şəxs2 MMC Yasamal rayonu, X199 8 ünvanında inşa olunan 29 saylı yaşayış binasında ilkin mərhələdə ümumi sahəsi 3187.44 kvadrat metr 47 ədəd, sınaq müddəti başa çatdıqdan sonra isə, ümumi sahəsi 161.34 kvadrat metr 2 ədəd, cəmi sahəsi 3348.8 kvadrat metr olan 49 ədəd mənzili "xxxx" MMC-yə verməyi, sonuncu isə, ünvan 39 ünvanında 1.13158 ha torpaq sahəsində 3994.9 kvadrat metr ümumi, 2489.4 kvadrat metr əsas, 1505.5 kvadrat metr köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəni Zərərçəkmiş şəxs2 MMC-yə verməyi öhdəsinə götürmüşdür. Sınaq müddəti başa şatdıqdan sonra həmin müəssisədə aşkar olunan qüsurlar səbəbindən bir ədəd mənzil Zərərçəkmiş şəxs2 MMC-yə geri qaytarılmışdır. Beləliklə, ümumi sahəsi 3309.36 kvadrat metr olan 48 ədəd mənzil müqabilində yuxarıda qeyd olunan müəssisə Zərərçəkmiş şəxs2 MMC-yə verilmişdir və "xxxx" ASC-də "xxxx" MMC-nin təsisçisi "xxxx" QSC-nin adına olan, ümumi dəyəri 19420.80 manat səhmlərin "xxxx" QSC-nin X95 iştirakı ilə alqı-satqı əməliyyatı aparılmışdır. Bununla da Zərərçəkmiş şəxs2 MMC "xxxx" QSC-nin həm Təsisçisi, həm də Səhmdarına çevrilmişdir. Bundan sonra Cəmiyyətin Təsisçilərinin göstərişi ilə Vergilər Nazirliyinə "xxxx" MMC və "xxxx" QSC-nin ləğv edilməsi ilə bağlı müraciət edilmişdir. Belə ki, hər iki Cəmiyyət ləğv olunduqdan sonra sözügedən müəssisənin bilavasitə Zərərçəkmiş şəxs2 MMC-nin adına rəsmiləşdirilərək, Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əldə olunması nəzərdə tutulmuşdur. 18 fevral 2019cu ildə "xxxx" MMC-nin dövlət qeydiyyatı ləğv edilmiş və "xxxx" QSC-nin ləğvetmə proseduruna start verilmişdir. Barter müqaviləsinə əsasən barter olunan 48 ədəd mənzilin satışı ilə bağlı müəyyən olunmuşdur ki, 2018-ci ilin iyun ayından başlayaraq ilkin olaraq 13, sonra isə daha bir neçə mənzil razılaşdırılmış şəkildə Şahid27 tərəfindən təqdim olunan şəxslərin adına rəsmiləşdirilmişdir. Həmin ərəfədə İsa Məmmədovun adından, sonuncunun göstərişi ilə çıxış edən şəxslərin vasitəsilə mənzillərin satışı təşkil edilmiş və qalan mənzillər bu qaydada ayrı-ayrı vətəndaşların adına rəsmiləşdirilmişdir. Ümumilikdə 48 mənzildən 18-i daxili müqavilə, 30 mənzil isə notarial alqı-satqı müqaviləsi ilə satılmışdır. Mənzillərin real satış qiyməti isə barter müqaviləsindən irəli gələn şərtlərə əsasən Zərərçəkmiş şəxs2 MMC-yə aid olmayan şəxslər – qarşı tərəfin təmsilçiləri tərəfindən bilavasitə razılaşdırılmışdır. Həmin mənzillərin də rəsmi qaydada notarial alqı-satqısı həyata keçirildikdə vəzifə səlahiyyətlərindən sui-istifadə davam etdirilərək ümumi dəyərinin bir hissəsi, yəni 1 otaqlı mənzilə görə 25000 manat, 2 otaqlı mənzilə görə 30000 manat və 3 otaqlı mənzilə görə 40000 manat Zərərçəkmiş şəxs2 MMC-nin bank hesabına köçürülmüş, qalan hissəsi isə, barter tərəfinin nümayəndələri tərəfindən Təqsirləndirilən şəxs2 təqdim edilmədən əldə edilmişdir. Cəmiyyətin hesabına köçürülən məbləğlərin bir hissəsi köçürmə yolu ilə, qalan hissəsi isə nağd şəkildə qaytarılmışdır. Göstərilən faktlar müvafiq sənədlərlə bərabər aidiyyəti şəxslərin cinayət işinin materiallarında olan ifadələri ilə də öz təsdiqini tapmışdır (cild 6, iş vərəqə 82-84). Müəyyən olunur ki, təsisçilərin ortaq qərarı və razılığı ilə əldə edilmiş zavodun mühafizəsi üçün aylıq əmək haqları, kommunal ödənişlər kimi xərclər Zərərçəkmiş şəxs2 MMC-nin vəsaiti hesabına müntəzəm olaraq həyata keçirilmişdir. Barter olunan mənzillərin ümumi sahəsinin 3309.36 kvadrat metr olduğu nəzərə alınaraq, bu xüsusat ətraflı dəyərləndirilməmiş, barterlə bağlı ümumi sahəsi 3309.36 kvadrat metr olan mənzillərin satışının mümkün olmaması ilə əlaqədar Zərərçəkmiş şəxs2 MMC-nin layihə üzrə öhdəliklərinin bir hissəsinin vaxtında yerinə yetirilməməsi ilə nəticələnmişdir. ünvan 39 ünvanında yerləşən həmin əmlak kompleksi satılmadan saxlandığı, bununla da Cəmiyyətin dövriyyəsinə daxil olmalı olan maliyyə vəsaiti faktiki daşınmaz əmlak şəklində saxlandığından qeyd olunan mənzərə üzrə Zərərçəkmiş şəxs2 MMC-nin layihə öhdəliklərinin bir qisminin – tamamlama işlərinin bəzilərinin yerinə yetirilməməsinə səbəb olmuş maliyyə çatışmazlığının yaratdığı vəziyyət təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən mənimsənilməklə talanma əməllərinin törədilməsinin israr edilməsinə əsas vermir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mənzil satışlarına dair alqısatqı müqavilələri əsasında bir sıra alıcılardan notarial qaydada sənədləşmə aparılmayıb satışa görə alınan pul məbləğini bütünlüklə, habelə, bir sıra alıcılara münasibətdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsində razılaşdırılmış qiymətdən aşağı qiymət qeyd edib, qalan məbləği həmin şəxslərdən Cəmiyyətin ünvan 9 ünvanında yerləşən ofisində götürməklə həmin məbləğdə pul vəsaitini cəmiyyətin həmin hesabına mədaxil etməyərək, habelə, Təqsirləndirilən şəxs1 əvvəlcədən borclu olduğu şəxslərə öhdəliklərindən azad olunmaq məqsədilə hər hansı məbləğdə ödəniş edilmədən həmin şəxslər tərəfindən göstərilən alıcıların adına rəsmiləşdirməklə, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, yəni onların CM-in 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmələri iş materialları, şahid ifadələri ilə öz təsdiqini tapsa da, təqsirləndirilən şəxslər tərəfindən əmlakın ittihamda qeyd edildiyi kimi mənimənilməsi faktı öz təsdiqini tapmamışdır. Belə ki, istər şahid ifadələri ilə, istərsə də işdə olan digər sübutlarla mənzillərin satışından əldə edilmiş pul vəsaitlərinin binanın tikintisinə sərf edildiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, irəli sürülmüş ittihamda Təqsirləndirilən şəxs1 həm Potsius Povilasın xüsusilə külli miqdarda pulunun, ümumilikdə ******* manatın dələduzluq yolu ilə ələ keçirilməsi, həm də onun Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olaraq mənzillərin satışından əldə olunan, cəmi 1.569.404,68 manat məbləğində pul vəsaitin mənimsənilməsi iddia edilsə də, dövlət ittihamçısı işin həlli üçün mühüm əhəmiyyət kəsb edən əsas halını sübut edə bilməmiş, apellyasiya icraatında bu fakta münasibət bildirə bilməmişdir. Belə ki, həm ümumilikdə ******* manatın, həm mənzillərin satışından əldə olunan, cəmi 1.569.404,68 manat məbləğində pul vəsaitinin talandığı halda 03 binanın hansı vəsait üzrə tikilməsi faktına aydınlıq gətirilə bilinməmişdir. Bu faktı dəqiqləşdirmək üçün Potsius Povilasa məhkəmə kollegiyası tərəfindən sual verilmiş, o da ifadəsində ağlabatan sxemi izah etmişdir. Belə ki, o məhkəmə istintaqı zamanı bildirmişdir ki, tenderdə iştirak etmək üçün Təqsirləndirilən şəxs1 verilmiş, ümumilikdə ******* manat vəsait Təqsirləndirilən şəxs1 tərəfindən aldadılaraq ələ keçirilmiş, 03 bina isə binaların tikintisi gedişində mənzillərin satışından əldə edilmiş vəsait hesabına həyata keçirilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən epizod üzrə CM-in 308.2-ci maddəsi ilə təqsirli bilinməli və həmin şəxslərin əməllərində Azərbaycan Respublikası CMin 179.4-cü maddəsi üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən həmin maddə üzrə onlara bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş əməldə cinayət hadisəsi olmadıqda onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası eyni zamanda Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.4-cü və 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham üzrə qeyd edir ki: Təqsirləndirilən şəxs1 "xxxx" МММ tərəfindən ünvan 8 ünvanında 1 ədəd 2 girişli 14 mərtəbəli binanın tikintisinin aparıldığını, ərazidə 3 saylı yaşayış binasının tikintisinin aparılmayacağını bildiyi halda, 2014-cü ilin iyun ayında mənzil almaq üçün müraciət etmiş X15 əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, 23 iyun 2014-cü il tarixdə guya "xxxx" МММ tərəfindən ünvan 8də inşa ediləcək 3 saylı yaşayış binasında 1-ci giriş, 10-cu mərtəbə, sahəsi 169,9 m2 olan mənzili 203.880,0 (iki yüz üç min səkkiz yüz səksən) manata ona satacağı barədə yalandan vəd verib aldadaraq, faktiki olaraq X16 mənzil satmaq məqsədi olmadan sonuncunun əmlakını ələ keçirmək məqsədilə mənzilin satılması görüntüsü yaratmaq üçün 23 iyun 2014-cü il tarixdə ünvan 9 ünvanında yerləşən ofisində məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş saxta rəsmi sənəd!ərı "xxxx" MMM-nin 23 iyun 2014-cü il “çoxmərtəbəli yaşayış binasının tikintisi haqqında" müqaviləsini şəxsən imzalayıb müəssisənin möhürünü birbaşa olaraq şəxsən sənədə vurub möhürləməklə təsdiq edərək Zərərçəkmiş şəxs3 təqdim etməklə vəzifə saxtakarlığı edib, mənzilə görə ilkin ödəniş olaraq sonuncuya məxsus ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 175,7 m2 olan fərdi yaşayış evinin dəyərini öz aralarında 105.000 (bir yüz beş min) manat məbləğinə razılığa gələrək 7 yanvar 2015-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat kontorunda alqı-satqısını həyata keçirməklə həmin evin özünün tanışı olan Şahid1 adına rəsmiləşdirilməsinə nail olaraq, həmçinin, eyni niyyətlə, sonradan 2015-ci ilin iyun ayında ünvan 9 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs3 yenidən sonuncunun oğlu Şahid3 vasitəsilə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə X16 məxsus 125.000 (bir yüz iyirmi beş min) manat məbləğində əmlakını - pul vəsaitini ələ keçirib ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, yəni Təqsirləndirilən şəxs1 dələduzluq və vəzifə saxtakarlığı cinayətlərini törətməsi faktı iş materialları ilə sübuta yetirilir. Həmçinin iş materiallarından göründüyü kimi həmin epizod üzrə ziyan tam ödənilib şikayət yoxdur. Bundan başqa Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 məxsus 50000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 85.105 manat məbləğində külli miqdarda, Zərərçəkmiş şəxs1 məxsus 3,435658,57 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək sonuncuya xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 28 və 29 nömrəli mənzillərin satışına münasibətdə külli miqdarda ziyan vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadəsi, işdə olan mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Kollegiya vurğulayır ki, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələri, həmçinin işdə olan digər sübutlarla Təqsirləndirilən şəxs1 ona istinad edilən cinayəti törətməsi öz təsdiqini tapmışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 qarşı 125000 manat məbləğində dələduzluq və vəzifə saxtakarlığı etməsi faktı üzrə ziyan tam ödənilib, şikayət yoxdur. Həmçinin Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 məxsus 50000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 85.105 manat məbləğində külli miqdarda, Zərərçəkmiş şəxs1 məxsus 3,435658,57 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək sonuncuya xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi də iş materialları ilə sübuta yetirilmişdir. Belə ki, istər apellyasiya şikayətində qeyd edilmiş hallara əsasən, istər apellyasiya icraatı zamanı, istərsə də birinci instansiya məhkəməsində istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxs tərəfindən pul vəsaiti verildiyini qəbul etsələr də, həmin pul vəsaitinin binanın təmir-tikinti işlərinə sərf edildiyini, zərərçəkmiş şəxs tərəfindən verilmiş pul vəsaitinin 27,28,29 saylı binaların tikintisinə kifayət etmədiyini daha sona mənzillərin satışından əldə edilən vəsaitin binaların tikintisinə xərcləndiyini bildirmişlər. Lakin məhkəmə kollegiyası bu dəlillə razılaşmayaraq qeyd edir ki, Zərərçəkmiş şəxs1 məxsus 3,435658,57 manat məbləğində pul vəsaitinin binanın tikintisinə sərf edilməsi müəyyən edilmir. Həmin hal iş materialları ilə müəyyən edilə bilinmir. Belə ki, iş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs1 təsisçisi olduğu KAT Holding MMC ilə Zərərçəkmiş şəxs1 arasında 10 iyul 2017-ci il tarixdə borc müqaviləsi imzalanmışdır. Həmin Müqaviləyə əsasən Potsius Povilas tərəfindən milli valyuta ilə ifadəsi ümumilikdə ******* manat təşkil edən pul vəsaiti sözügedən layihənin icrası məqsədilə Borc şəklində təqdim edilmiş, əvəzində isə Cəmiyyət tərəfindən Borc vəsaitinin qarantiyası olaraq Cəmiyyətin əmlakı olan yaşayış və qeyri-yaşayış sahələri, aksiyalar və digər qiymətli kağızlar ona girov şəkilndə təqdim edilməsi qeyd edilmişdir. Həmçinin xx.xx.2019-cu il tarixli borc müqaviləsinə əlavəyə əsasən müəsissə (1,1 ha), 06 mənzil və 02 qeyri-yaşayış sahəsi girov qoyulmuşdur Lakin məhkəmə kollegiyası bununla bağlı vurğulayır ki, qeyd edilən müqavilələr etibarlı hesab edilə bilməz, əksinə həmin təmin müqavilələr öz-özlüyündə əhəmiyyətsizdir, yəni heç bir hüquqi nəticəyə malik deyildir. Belə ki, mülki qanunvericiliyin müddəaları baxımından aşkardır ki, daşınmaz əmlaka dair bütün hüquqlar dövlət qeydiyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası MM-in 269-cu maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa), ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin qərarın 31-ci bəndində göstərilir ki, vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı” qeyd edilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Bundan başqa iş materialları ilə müəyyən edilmişdir ki, 2019-cu ilin noyabr-dekabr aylarından etibarən xüsusilə külli miqdarda vəsaiti ələ keçirilmiş Potsius Povilas artıq şübhələnərək aldadılma prosesində Təqsirləndirilən şəxs1 istinad etdiyi Zərərçəkmiş şəxs2 MMC-nin fəaliyyəti ilə müntəzəm olaraq maraqlanmağa, ofisdə hesabatlarla, maliyyə və tikintiyə aid sənədlərlə yaxından tanış olmağa, nəzarət etməyə başlamışdır. Zərərçəkmiş şəxs2 MMC-nin əslində maliyyə durumunun arzulanan şəkildə uğurlu olmadığını aşkar etdikdən sonra Borc müqaviləsinə əsasən mənzillərin, qeyri-yaşayış sahələrinin, həmçinin sement-beton zavodunun onun adına rəsmiləşdirilməsini, eləcə də mənzil satışına icazənin artıq fərqli qaydada aparılmasını tələb etmişdir. Bundan sonra ümumi sahəsi 377,47 m2 olan 6 ədəd mənzil, ümumi sahəsi 599,45 m2 olan qeyri-yaşayış sahələrinin onun adına keçirilməsi ilə bağlı müvafiq müqavilələr tərtib olunmuş, mənzil satışına icazə ilə bağlı təsisçilərin yeni qərarı imzalanmış, həmçinin sement-beton zavodunun onun adına rəsmiləşdirilməsinə dair təsisçilərin ortaq qərarı və protokollar imzalanaraq müvafiq icraedici orqana təqdim edilmişdir. Belə ki, 2020-ci ilin yanvar ayında "xxxx" QSC-nin səhmlərinin Potsius Povilasın adına rəsmiləşdirilməsi məqsədilə "xxxx" ASC-yə müraciət olunmuşdur. Lakin Vergilər Nazirliyi tərəfindən ASC-nin ləğvetmə proseduru başa çatmadan alqı-satqı əməliyyatının aparılmasının mümkün olmadığı bildirilmişdir. Həmçinin apellyasiya icraatı zamanı iş üzrə məhkəmə texniki-tikinti və əmtəəşünaslıq ekspertizası və təkrar ekspertiza keçirilmiş və ekspert rəyləri iş materiallarına əlavə edilmişdir. Lakin məhkəmə həmin rəyləri mötəbər hesab etmir. Belə ki, hər iki rəy formal olaraq verilmiş, yalnız smetada göstərilənlər təsdiq edilmişdir. Qeyd edilən smeta sənədləri isə iş materiallarında mövcuddur. Həmçinin məhkəmə kolegiyası tərəflərin ifadəsinə sasən dələduzluq və mənimsəmə epizodlarına qiymət vermək üçün iş materiallarını bir daha nəzərdən keçirmişdir. Əvvəla 1.569.404,68 manat məbləğində pul vəsaitinin mənimsənilməsinə dair Təqsirləndirilən şəxs2 və E. Ələkbərova ittiham verilməsinə baxmayaraq ibtidai istintaq zamanı binaların tikintisinə sərf edilmiş məbləğin müəyyən edilməsi üçün ekspertiza aparılmamışdır. İbtidai istintaq zamanı xx.xx.2020-ci il tarixdə mütəxəssis yoxlaması təyin edilmiş, lakin istintaq orqanı tərəfindən 27, 28, 29 saylı binaların mayası, sərf olunan və olunmuş əmlakın dəyəri ilə bağlı mütəxəssis qarşısında sual qoyulmamışdır. Beləliklə ibtidai istintaq zamanı mütəxəssis rəyi ilə 27, 28, 29 saylı binalara çəkilmiş xərcləri müəyyən etmək mümkün olmamışdır. Lakin xx.xx.2021-ci il tarixdə verilmiş mütəxəssis rəyində girov qismində qoyulan mənzillərin ümumi dəyəri 331796.13 azn (377.47 m2 x 879azn), qeyri-yaşayış sahələrinin ümumi dəyəri - 606043.95 azn (599.45 m2 x 1011 azn), ünvan 39 ünvanında yerləşən əmlak kompleksinin (sement və beton zavodu) ümumi dəyəri isə - 1 288 235.40 azn olaraq müəyyən edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, hökmün daha sonrakı hissəsində geniş şərh edildiyi kimi ibtidai istintaq orqanının qeyd edilən 6 mənzilə, 2 qeyri-yaşayış sahəsinə və əmlak kompleksinə girov kimi yanaşmasının özü qanunsuzdur. Çünki daşınmaz əmlakla bağlı bu müqavilə qanunauyğun şəkildə bağlanmadığına görə öz-özlüyündə əhəmiyyətsizdir. Bundan başqa X37 alınmış rəylər bir-birindən əhəmiyyətli dərəcədə fərqlənmişdir. Zərərçəkmiş şəxs1 müraciəti əsasında verilmiş rəyə əsasən binanın 1 kv m-i 397 manat təşkil etmişdir. (12400*397=4922800 manat zərərçəkmiş Zərərçəkmiş şəxs1 hesablaması), X90 tərəfindən verilmiş digər rəydə 27,28,29 saylı binaların 1 kv m-in dəyəri 550 manat, hesabatda isə 27 saylı bina üzrə 1300 manat, 27 və 29 saylı binalar üzrə 1700 manat müəyyən edilmişdir. Göründüyü kimi "xxxx" MMC-yə təkrar edilmiş müraciətlər əsasında həyata keçirilmiş ekspertizaların nəticələrinə görə, inşa olunan 27, 28 və 29 saylı yaşayış binalarının tikinti-təmiri üçün sərf olunmuş ümumi vəsaitin dəyəri ******* manat, mənzillərin 1 m2-nin bazar qiyməti 1300 manat, qeyri-yaşayış sahələrinin 1 m2-nin bazar qiyməti 1700 manat, ünvan 39 ünvanında yerləşən əmlak kompleksinin (sement və beton zavodu) bazar qiyməti isə ******* manat (qiymətlərə ƏDV daxildir) olduğu müəyyən edilmişdir. Daha sonra isə qeyd edildiyi kimi apellyasiya icraatı zamanı məhkəmə ekspertizası təyin edilmiş və qeyd edilən 27, 28 və 29 saylı binalar üzrə aparılmış tikintitəmir işlərinin ümumi dəyəri 9.280.890,0 manat (material, əmək haqqı və smetada nəzərdə tutulan digər xərclər daxil olmaqla), o cümlədən 27 saylı bina üzrə 2.988.582.24 manat, 28 saylı bina üzrə 3251278,44 manat və 29 saylı bina üzrə isə 3.041.029,32 manat müəyyən olunur. İstər mütəxəssis rəyinə, istərsə də ekspertiza rəylərinə nəzər saldıqda müəyyən olunur ki, rəylər qeyd edildiyi kimi bir-birindən fərqlənir, bu rəylər mötəbər deyil, həmin rəylər əvvəldən ümumilikdə nəzərdən keçirildikdə onlar ağlabatan və mötəbər yekun nəticəyə gəlmək üçün əsaslı sübut vasitəsi hesab olunmur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ibtidai istintaq həmin hissədə natamam aparıldığından, ağlabatan və mötəbər nəticəyə gəlmək üçün sübutlar kifayət etmədiyindən, müvafiq mühasibatlıq sənədləri, həmçinin “qara mühasibatlıq” sənədləri mövcud olmadığından ümumiyyətlə binalara çəkilmiş xərcləri müəyyən etmək üçün sübutlar kifayət etmir. Məhkəmə kollegiyası bir daha xüsusilə vurğulayır ki, mənimsənilmə ittihamı verildiyi halda bu faktı sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, mənimsəmə cinayət tərkibinin əksinə olaraq Təqsirləndirilən şəxs1 tərəfindən dələduzluq cinayətinin törədilməsi işdə olan mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycn Respublikası CM-in 179.4-cü maddəsi ilə bəraət verilməli, Təqsirləndirilən şəxs1 barəsində CM-in 32.4,312.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməlidirlər. Təqsirləndirilən şəxslərə təyin edilmiş cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.1.4-cü maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Göstərmək vacibdir ki, Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını qeyd etmiş digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını vurğulamışdır. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: - dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; - cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Ədalətli cəza öz növbəsində CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Məlumdur ki, cinayət qanununun tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə cəza CM-in Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs3 ilə barışıq əldə edilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs3 dəymiş ziyanın tam ödənilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əvvəllər məhkum olunmamasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə kollegiyası Məcəllənin 59.2-ci maddəsinə əsasən əvvəllər məhkum olunmamasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 61.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 308.2-ci maddəsində nəzərdə tutulan əməlləri qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törətmələrini cəzalarını ağırlaşdıran hal qismində nəzərə alır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 CM-in 178.4 və 308.2-ci və Təqsirləndirilən şəxs2 CM-in 308.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsinin sanksiyasında on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 308.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs1 CM-in 313-cü maddəsi üzrə cəza təyin edilməsi ilə bağlı qeyd edir ki, həmin maddə üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs1 həmin maddə üzrə cəza təyin edilməməlidir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs1 vəzifə saxtakarlığı cinayətini 2014cü ildə törətmişdir. Belə ki, CM-in 313-cü maddəsində min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. CM-in 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-in 56.1.2-ci maddəsinə uyğun olaraq ümumi rejimli, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülk iddiası ilə bağlı məsələləri müzakirə edərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 qanunun bu və digər tələblərinə əməl etməklə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və ona vurulmuş maddi ziyana görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2.020745 (iki milyon iyirmi min yeddi yüz qırx beş) ABŞ dolları (ödəniş gününə ABŞ dolları - Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ilə) və 3.410.000 (üç milyon dörd yüz on min) manat, ona vurulmuş mənəvi ziyana görə 500.000 (beş yüz min) manat, qeyd olunan məbləğlər ödənilənədək 2019-cu ilin yanvar ayından hesablanmaqla ödənilməyən məbləğin illik 6,25 % hissəsi məbləğində pulun tutularaq ona ödənilməsini barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası mövcud sübutların məcmusu əsasında irəli sürülmüş ittiham həcmində ümumilikdə Zərərçəkmiş şəxs1 3520763,57 (85105+3435658.57) manat ziyan vurulmasının təsdiqini tapmasını da nəzərə alaraq belə nəticəyə gəlir ki, mülki iddia 3435658.57 manat maddi ziyanla bağlı hissədə təmin olunmalı, qalan hissədə isə sübut olunmadığından təmin olunmamalıdır. Belə ki, işin halları ilə zərərçəkmiş şəxs-mülki iddiaçı tərəfindən Təqsirləndirilən şəxs1 50000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 85.105 (səksən beş min bir yüz beş) manat və 2.020745 (iki milyon iyirmi min yeddi yüz qırx beş) ABŞ dolları həmin dövrün məzənnəsi ilə 3435658.57 manat pul vəsaiti verilməsi öz təsdiqini tapır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Təqsirləndirilən şəxs2 aid hissədə əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa Mülki Porsessual qanunvericiliyin tələblərindən aydındır ki, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Mülki iddiaçı Povillas Pociusun verdiyi iddia ərizəsində onun tərəfindən ödənilmiş 2.020745 (iki milyon iyirmi min yeddi yüz qırx beş) ABŞ dollarının ödənilməsini tələb etdiyindən mülki iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin 3.410.000 (üç milyon dörd yüz on min) manatın ödənilməsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi dələduzluq maddi tərkibli cinayətdir və belə cinayət tərkiblərində ziyanın miqdarı ələ keçirilmiş əmlakın dəyəri ilə müəyyən edilir. Konkret halda məhkəmə zərərçəkmiş şəxsin mülki iddia ərizəsində heç bir sübuta istinad etmədən, yalnız öz mülahizələrinə görə hesablayıb əldə olunmuş gəlir kimi tələb etdiyi 3.410.000 manatı tələb etməsi əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs1 vurulmuş mənəvi ziyana görə 500.000 (beş yüz min) manatın ödənilməsi ilə bağlı iddia həmin hissədə qismən təmin edilməli, 20 000 (iyirmi min) manat məbləğində mənəvi ziyan cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq mülki iddiaçıya ödənilməlidir. Belə ki, iddia ərizəsinə 500000 manat məbləğində maddi ziyanın ödənilməsi ilə bağlı sübutlar əlavə edilməmişdir, buna görə də məhkəmə kollegiyası mənəvi zərərin 20 000 (iyirmi min) manat məbləğində müəyyən edilməsini ağlabatan hesab etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun qərarında göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd edilən məbləğ ödənilənədək 2019-cu ilin yanvar ayından hesablanmaqla ödənilməyən məbləğin illik 6,25 % hissəsi məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia həmin hissədə də qismən təmin edilməli və 2019-cü ilin yanvarından 2025-ci ilin yanvar ayınadək borc məbləğinin illik 5%-i tutularaq mülki iddiaçıya ödənilməlidir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası həmçinin əmlaklar müsadirə edilməli olması ilə bağlı apellyasiya protestinin dəlillərinə münasibətdə qeyd edir ki, işin hallarından görünür ki, istintaq orqanı tərəfindən iş üzrə gələcəkdə verilə biləcək mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə təqsirləndirilən şəxslərin və yaxın qohumlarının adlarına olan əmlaklarının üzərinə məhkəmə qərarları ilə həbs qoyulmuşdur. CM-in 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş əmlakın mülkihüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. Həmçinin bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak cinayət törətmiş şəxs tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən müsadirə edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsində təsbit olunmuşdur ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 fevral 2022-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayət-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Cinayəthüquqi tədbir tətbiq edilərkən ümumi əmlak üzərində cinayət törədən şəxslə birlikdə birgə və ya paylı mülkiyyət hüququna malik olan şəxslərin, habelə cinayət törədən şəxsin ailə üzvlərinin qanuni mənafelərinin qorunması təmin edilməlidir. Cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması məsələsinə baxılır. Bu zaman mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlərə məhkəmə müvafiq hüquqi qiymət verməlidir. Qeyd edilənlər məhkəmənin hazırlıq iclasında baş vermədiyi halda, məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməli, gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməlidir. Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, X38 adına rəsmiləşdirilmiş **-UC-*** dövlət qeydiyyat nişanlı, “GAC GS8” markalı avtomobil, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, ev 10, mənzil 41, Bakı şəhəri, Səbail rayonu, İqor Ağayev küçəsi, ev 10, mənzil 28, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 34, mənzil 38, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 23, mənzil 45 və Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 56, mənzil 77, xx.xx.1976-cı il təvəllüdlü X86 adına "xxxx" ASC-də 3 depozit (11000 AZN, 10000 AZN, 23000 AZN), "xxxx" ASC-də depozit (25000 AZN), "xxxx" ASC-də 2 cari (60000 AZN, 3700 AZN), "xxxx" ASC-də depozit (15000 ABŞ dolları) hesab üzərinə qoyulmuş həbs dəyişdirilmədən saxlanılmalı, xüsusi müsadirə edilməklə ziyanın ödənilməsinə yönəldilməlidir. Məhkəmə kollegiyası eyni zamanda vurğulayır ki, üzərinə həbs qoyulmuş əmlaklardan X86 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, mənzil 8, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 81, mənzil 36, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi, ev 46/50, mənzil 29 və ünvan 5, X57 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, 1-ci giriş, 3-cü mərtəbədə yerləşən 2 nömrəli mənzil, X47 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 5, X48 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 9, Şahid40 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 10, Şahid32 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 18, Sultan-zadə X121 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 47, Şahid10 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 19, Şahid7 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 7, Şahid36 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 29, mənzil 4, Şahid34 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28 mənzil 62, Şahid45 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 64, Şahid42 Əsgər qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 67, Şahid35 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 29, mənzil 16 və Şahid17 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 29, mənzil 25, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 81, mənzil 36, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi, ev 46/50, mənzil 29 və ünvan 5 ünvanında yerləşən daşınmaz əmlaklar, X60 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X175 Naxçıvani küçəsi, ev 15, mənzil 33 və ünvan 6 ünvanda yerləşən mənzil, X38 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 46, mənzil 39, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 39, mənzil 33, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, ev 219C (fərdi yaşayış evi), Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 75, mənzil 51, Təqsirləndirilən şəxs1 adına "xxxx" ASC-də kart, “Yelo Bank”, "xxxx", "BTB Bank" və "xxxx" ASC-lərdə müvafiq cari hesablar, xx.xx.1985-ci il təvəllüdlü X38 adına "xxxx" ASC-də qeyri-aktiv kart, “Yelo Bank” və "xxxx" ASC-lərdə cari hesablar, xx.xx.1990-cı il təvəllüdlü X61 adına "xxxx" ASC-də depozit (9500 ABŞ dolları), "xxxx" ASC-də cari (1000 ABŞ dolları) və depozit (4000 ABŞ dolları) hesab, xx.xx.1966-cı il təvəllüdlü X62 adına "xxxx" ASC-də 4 kart və 2 cari (3187 AZN), "xxxx" və "xxxx" ASClərdə cari hesablar, xx.xx.1976-cı il təvəllüdlü X86 adına Uni Bank" ASC-də cari və depozit, "xxxx" ASC-də 4 kart və 2 cari, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 adına "xxxx" ASC-də qeyri-aktiv əmək haqqı, “Yelo Bank” və "xxxx" ASC-lərdə cari hesablar, "xxxx" MMC-nin adına rəsmiləşdirilmiş **-AA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Equus” markalı, Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş **-CE-*** dövlət qeydiyyat nişanlı “Qaz 24” markalı, X60 adına rəsmiləşdirilmiş **-DJ-*** dövlət qeydiyyat nişanlı “Audi Q7” markalı, X38 adına rəsmiləşdirilmiş **-UC-*** dövlət qeydiyyat nişanlı, “GAC GS8” markalı, X87 adına rəsmiləşdirilmiş **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin cinayət nəticəsində əldə edilməsi müəyyən edilmədiyindən, cinayət törədilməsindən əvvəl əldə edildiyindən və ya törədilmiş cinayətə aidiyyəti olmadığından qeyd edilən əmlaklar üzərinə qoyulmuş həbs götürülməli, həmçinin Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş Salyan rayonu, Varlı kəndində yerləşən 0,06 ha torpaq sahəsi və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin (JN- 16117H KOD 00301016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”) üzərinə qoyulmuş həbslər iddianın təmini tədbiri kimi qüvvəsində saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda vurğulayır ki, zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi apellyasiya icraatı zamanı məhkəməyə ərizə təqdim edərək verilmiş apellyasiya şikayətindən imtina etdiklərini bildirmiş və baxılmasına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 396-cı maddəsinə görə apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz apellyasiya tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 398.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 399.1.2 maddələrinə əsasən, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməli, Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayəti və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, zərərçəkmiş şəxs və mülki iddiaçı Pocius Povillasın nümayəndəsi vəkil Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4, 32.4, 312.1 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 1(101)-470/2022 saylı hökmü ləğv edilməli, yeni itthamedici və bəraətverici hökm çıxarılmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası CPM-in 344, 346, 353, 398.1.2, 399.1.2, 401.1.2, 407-410-cu maddələrini rəhbər tutub, məhkəmə kollegiyası
HÖKM ETDİ:
Zərərçəkmiş "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayəti və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Pocius Povillasın nümayəndəsi vəkil Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti və Pocius Povillas tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4, 32.4, 312.1 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 1(101)-470/2022 saylı hökmü verilmiş apellyasiya şikayətlərinə və apellyasiya protestinə münasibətdə ləğv edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2, 313-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə, həm də əsas cəzaya əlavə cəza birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 30 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə üç il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından dərhal həbs edilsin və həbsdə saxlanılması üçün Penitensiar Xidmətin konvoy taboru vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 3435658,57 (üç milyon dörd yüz otuz beş min altı yüz əlli səkkiz manat 57 qəpik) məbləğində maddi ziyan, 2019-cu il yanvar ayından hesablanmaqla ilik 5% olmaqla 858914,64 (səkkiz yüz əlli səkkiz min doqquz yüz on dörd manat altmış dörd qəpik), 20 000 (iyirmi min) manat məbləğində mənəvi ziyan cəmi 4314573,21 (dörd milyon, üç yüz on dörd min beş yüz yetmiş üç manat iyirmi bir qəpik) manat və 30 manat dövlət rüsumu tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş Salyan rayonu, Varlı kəndində yerləşən 0,06 ha torpaq sahəsi və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin (JN-16117H KOD 00301016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”) üzərinə qoyulmuş həbslər iddianın təmini tədbiri kimi qüvvəsində saxlanılsın. X38 adına rəsmiləşdirilmiş **-UC-*** dövlət qeydiyyat nişanlı, “GAC GS8” markalı avtomobil, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, ev 10, mənzil 41, Bakı şəhəri, Səbail rayonu, İqor Ağayev küçəsi, ev 10, mənzil 28, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 34, mənzil 38, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 23, mənzil 45 və Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 56, mənzil 77, xx.xx.1976-cı il təvəllüdlü X86 adına "xxxx" ASC-də 3 depozit (11000 AZN, 10000 AZN, 23000 AZN), "xxxx" ASC-də depozit (25000 AZN), "xxxx" ASC-də 2 cari (60000 AZN, 3700 AZN), "xxxx" ASC-də depozit (15000 ABŞ dolları) hesab üzərinə qoyulmuş həbs dəyişdirilmədən saxlanılsın, xüsusi müsadirə edilməklə ziyanın ödənilməsinə yönəldilsin. İş üzrə üzərinə həbs qoyulmuş əmlaklar: - X86 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, mənzil 8, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 81, mənzil 36, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi, ev 46/50, mənzil 29 və ünvan 5, X57 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 19, 1-ci giriş, 3-cü mərtəbədə yerləşən 2 nömrəli mənzil, X47 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 5, X48 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 9, Şahid40 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 10, Şahid32 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 18, Sultan-zadə X121 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 47, Şahid10 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 19, Şahid7 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 7, Şahid36 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 29, mənzil 4, Şahid34 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28 mənzil 62, Şahid45 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 64, Şahid42 Əsgər qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 28, mənzil 67, Şahid35 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 29, mənzil 16 və Şahid17 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X199 8, bina 29, mənzil 25, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 81, mənzil 36, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi, ev 46/50, mənzil 29 və ünvan 5 ünvanında yerləşən daşınmaz əmlaklar, X60 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, X175 Naxçıvani küçəsi, ev 15, mənzil 33 və ünvan 6 ünvanda yerləşən mənzil, X38 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 46, mənzil 39, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 39, mənzil 33, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, ev 219C (fərdi yaşayış evi), Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 75, mənzil 51, Təqsirləndirilən şəxs1 adına "xxxx" ASC-də kart, “Yelo Bank”, "xxxx", "BTB Bank" və "xxxx" ASC-lərdə müvafiq cari hesablar, xx.xx.1985-ci il təvəllüdlü X38 adına "xxxx" ASC-də qeyri-aktiv kart, “Yelo Bank” və "xxxx" ASC-lərdə cari hesablar, xx.xx.1990-cı il təvəllüdlü X61 adına "xxxx" ASCdə depozit (9500 ABŞ dolları), "xxxx" ASC-də cari (1000 ABŞ dolları) və depozit (4000 ABŞ dolları) hesab, xx.xx.1966-cı il təvəllüdlü X62 adına "xxxx" ASC-də 4 kart və 2 cari (3187 AZN), "xxxx" və "xxxx" ASC-lərdə cari hesablar, xx.xx.1976-cı il təvəllüdlü X86 adına Uni Bank" ASC-də cari və depozit, "xxxx" ASC-də 4 kart və 2 cari, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 adına "xxxx" ASC-də qeyri-aktiv əmək haqqı, “Yelo Bank” və "xxxx" ASC-lərdə cari hesablar, "xxxx" MMC-nin adına rəsmiləşdirilmiş **-AA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Equus” markalı, Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş **-CE-*** dövlət qeydiyyat nişanlı “Qaz 24” markalı, X60 adına rəsmiləşdirilmiş **-DJ-*** dövlət qeydiyyat nişanlı “Audi Q7” markalı, X87 adına rəsmiləşdirilmiş **-DJ-*** dövlət qeydiyyat nişanlı “Porsche Cayenne” markalı minik avtomobillər həbsdən azad edilsin. İş üzrə maddi sübutlar: Bakı şəhəri, Yasamal rayonu, X199 8 ünvanında 28 saylı binadan 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 19 №-li mənzilin Şahid10 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 07 avqust 2018-ci il tarixli fərdi müqavilə, 29 saylı binadan 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 66.44 kv.metr olan 16 №li mənzilin Şahid35 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 05 fevral 2018-ci il tarixli fərdi müqavilə, ******* nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi,28 saylı binadan 1-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62.6 kv.metr olan 25 №-li mənzilin Şahid23 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 17 oktyabr 2018-ci il tarixli fərdi müqavilə, ******* nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2- ci giriş, 5-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40.24 kv.metr olan 54 №-li mənzilin Şahid4 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 05 iyun 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 62 №-li mənzilin Şahid34 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 09 yanvar 2019-cu il tarixli fərdi müqavilə, ******* nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 8-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 67 №-li mənzilin Şahid42 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 06 avqust 2019-cu il tarixli fərdi müqavilə, ******* nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 1-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 23 №-li mənzilin Şahid21 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 10 oktyabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 18 №-li mənzilin Şahid32 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 29 dekabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 49 №-li mənzilin Şahid20 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 29 sentyabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 3- cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 45 №-li mənzilin X13 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 01 avqust 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 27 №-li mənzilin Şahid16 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 02 sentyabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş, 2-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 7 №-li mənzilin Şahid7 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 20 iyul 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş, 8-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 30 №-li mənzilin X9 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 15 oktyabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 1-ci mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 38 №-li mənzilin Şahid24 satılmasına dair ******* nömrəli, 18 oktyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 1-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 59,5 m2 olan 15 №-li mənzilin Şahid15 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 31 avqust 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2 olan 50 №-li mənzilin Şahid11 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 20 avqust 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 10 №-li mənzilin Şahid40 satılmasına dair ******* nömrəli, 07 mart 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 51 №-li mənzilin X1 dair ******* nömrəli, 15 iyun 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 1-ci giriş 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 9 №-li mənzilin X4 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 06 avqust 2019-cu il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş 2-ci mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 5 saylı mənzilin X5 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 24 sentyabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2ci giriş, 1-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 37 №-li mənzilin X6 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 03 dekabr 2018-ci il tarixli fərdi müqavilə, ******* nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 6-cı mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 59 №-li mənzilin Şahid27 ******* nömrəli, 09 oktyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 63 №-li mənzilin Şahid12 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 20 avqust 2018-ci il tarixli fərdi müqavilə, 29 saylı binadan 1-ci giriş, 1-ci mərtəbə, 3 otaqlı ümumi sahəsi 80,2 m2 olan 4 №-li mənzilin Şahid36 satılmasına dair ******* nömrəli, 11 fevral 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 55 №-li mənzilin X7 dair ******* nömrəli, 02 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 64 №-li mənzilin Şahid45 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 09 dekabr 2019-cu il tarixli fərdi müqavilə, 28 saylı binadan 1-ci giriş, 3-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 58,86 m2 olan 12 №-li mənzilin Şahid6 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 14 iyun 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 52 №-li mənzilin Şahid43 satılmasına dair ******* nömrəli, 02 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 6-cı mərtəbə, 1 otaqlı, ümumi sahəsi 40,24 m2olan 58 №-li mənzilin X3 dair ******* nömrəli, 30 avqust 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 29 saylı binadan 1-ci giriş, 5-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 66,52 m2 olan 25 №-li mənzilin Şahid17 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 14 sentyabr 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan, 2-ci giriş, 9-cu mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 69 №-li mənzilin Şahid38 Cəmaləddin oğluna satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 10 iyun 2019-cu il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 7-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 78,79 m2 olan 61 №-li mənzilin Şahid5 satılmasına dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 17 may 2018-ci il tarixli fərdi müqavilə, 28 saylı binadan 2-ci giriş, 1-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62,6 m2 olan 39 №-li mənzilin X10 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 14 dekabr 2018-ci il tarixli fərdi müqavilə, ******* nömrəli, 21 dekabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, 28 saylı binadan 2-ci giriş, 3-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 62,6 m2 olan 47 №-li mənzilin Sultan-zadə X14 dair Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 10 dekabr 2018-ci il tarixli fərdi müqavilə, daşınmaz əmlakın alqı-satqı müqaviləsi, maliyyə arayışları, kassa məxaric orderləri, ünvan 8 ünvanda 3 saylı yaşayış binasında, 1-ci girişdə, 10-cu mərtəbə, sahəsi 169,9 m2 olan mənzilin Zərərçəkmiş şəxs3 satılmasına dair "xxxx" MMC tərəfindən verilmiş Çoxmənzilli yaşayış binasının tikintisi haqqında 23 iyun 2014-cü il tarixli fərdi müqavilə cinayət işinin materiallarında saxlanılsın; - Zərərçəkmiş şəxs2 MMC-nin iş üzrə maddi sübut kimi tanınmış möhürü Zərərçəkmiş şəxs2 MMC-nin səlahiyyətli nümayəndəsinə qaytarılsın. İş üzrə məhkəmə məsrəfləri - ekspertiza tədqiqatlarına sərf olunan 200 (iki yüz) manat ekspertiza xərci məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.