Məhkəmə qərarları › İş №1(103)-120/2021

Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-120/2021

04.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-120/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı Bakı Apellyasiya Məhkəməsinə ezam edilmiş, Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Müdafiəçilər Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 və Müdafiəçi5 iştirakı ilə xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Sumqayıt şəhər Pİnin İŞ-də istintaq olunan ********* nömrəli cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə və barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə bəraət verilməsinə və xx.xx.1979-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 2 ünvanda qeydiyyatda olmaqla Sumqayıt şəhəri, “Qurd dairəsi” adlanan ərazidə yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə bəraət verilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxış keçirərək MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirsiz hesab edilmiş və əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilməklə barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmişdir. Həmin hökmlə digər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz hesab edilərək, həmin hissədə ona bəraət verilmiş, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Mustafayev Cəmil Ələsgər oğluna ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Rzayev Tariyel Ağamulad oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 06.12.2019-cu il tarixdə saat 04 radələrində Cəmil Mustafayevin idarə etdiyi sonuncunun qardaşı Mustafayev Fuad Ələsgər oğluna məxsus **-TF-*** dövlət qeydiyyat nişanlı “Opel Zafira” markalı avtomaşınla Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən bağ evinin yaxınlığına gələrək, əvvəlcədən aralarında olan razılığa əsasən Tariyel Rzayev gələn olarsa xəbər verməsi üçün maşında qalaraq ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs2 isə Ağakişiyev Yaşar Seyfət oğluna məxsus bağ evinə pəncərədən qanunsuz daxil olaraq bir ədəd 300 (üç yüz) manat dəyərində cilalayıcı elektrikli mişar alətini, bir ədəd 150 (yüz əlli) manat dəyərində laqunda aparatını, bir ədəd 200 (iki yüz) manat dəyərində “Panasonic RX1” markalı video kameranı, hər biri 100 (yüz) manat dəyərində olan iki cüt kişi ayaqqabısını və bir ədəd 150 (yüz əlli) manat dəyərində qədimi samovarı gizli olaraq talayıb zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 900 (doqquz yüz) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Digər təqsirləndirilən şəxs Rzayev Tariyel Ağamulad oğluna ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Mustafayev Cəmil Ələsgər oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 06.12.2019-cu il tarixdə saat 04 radələrində Cəmil Mustafayevin idarə etdiyi sonuncunun qardaşı Mustafayev Fuad Ələsgər oğluna məxsus **-TF-*** dövlət qeydiyyat nişanlı “Opel Zafira” markalı avtomaşınla Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən bağ evinin yaxınlığına gələrək, əvvəlcədən aralarında olan razılığa əsasən Tariyel Rzayev gələn olarsa xəbər verməsi üçün maşında qalaraq ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs2 isə Ağakişiyev Yaşar Seyfət oğluna məxsus bağ evinə pəncərədən qanunsuz daxil olaraq bir ədəd 300 (üç yüz) manat dəyərində cilalayıcı elektrikli mişar alətini, bir ədəd 150 (yüz əlli) manat dəyərində laqunda aparatını, bir ədəd 200 (iki yüz) manat dəyərində “Panasonic RX1” markalı video kameranı, hər biri 100 (yüz) manat dəyərində olan iki cüt kişi ayaqqabısını və bir ədəd 150 (yüz əlli) manat dəyərində qədimi samovarı gizli olaraq talayıb zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 900 (doqquz yüz) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Mustafayev Cəmil Ələsgər oğlu və Rzayev Tariyel Ağamulad oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Həmin hökmdən narazı qalan Dövlət ittihamçısı1 apellyasiya protesti verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində olan 22.09.2020-ci il tarixli hökmü ləğv edilərək, hər ikisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməklə, onlara həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilib məhkum edilmələrinə dair yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir hüquqi əsas olmadan əsassız olaraq, ibtidai istintaq orqanı tərəfindən sübut növü kimi tanınmış təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması protokollarının mövcudluğuna ümumiyyətlə əhəmiyyət verməmiş, həmin protokolların sübutlar siyahısından çıxarılıb-çıxarılmamasına münasibət bildirməyərək, həqiqiliyi şübhə doğurmayan və əldə edilmə qaydası cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olan həmin sübutlara qiymət verməmişdir. Hökmdən də göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs, şahidlərin məhkəmədə verdikləri ifadələrini, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəylərinin araşdırılmasını göstərsə də, həmin sübutları düzgün tədqiq etməyərək iş üzrə əsassız nəticəyə gəlmiş, ittiham tərəfinin təqdim etdiyi sübutların rədd edilməsinin motivlərini hökmdə əsaslandırmağa çalışsa da, bu əsaslandırma işin faktiki halları ilə ziddiyyət təşkil etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs2, bəraət almış şəxs Təqsirləndirilən şəxs1 və müdfiəçiləri apellyasiya protestinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli hökmü ləğv edilərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalı, barələrində yeni hökm çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17.03.2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olmaları aşağıdakı sübutlara əsasən hazırkı apellyasiya baxışı zamanı kifayət qədər təsdiq olunur. İş materiallarında olan 06.12.2019-cu il tarixli qərardan görünür ki, 06.12.2019cu il tarixdə saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən Ağakişiyev Yaşar Seyfət oğluna məxsus bağ evində oğurluq hadisəsinin baş verməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 190041000 nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 06.12.2019-cu il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin inzibati binasının həyətyanı sahəsində saxlanılmış gümüşü rəngli “Opel Zafira” markalı 99 TF 348 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildi, baxış zamanı müəyyən edilmişdir ki, həmin avtomobilin arxa salonunda bir ədəd ağ rəngli sintetik kisə və kisənin içərisində bir neçə əşya vardır, kisəyə baxış keçirilərkən, içərisində olan 01 ədəd laqunda aparatı, 01 ədəd cilalayıcı elektrikli mişar, futlyarında olan 01 ədəd «Panasonic RX1» markalı kiçik ölçülü videokamera, 01 cüt ağ rəngli və 01 cüt göy rəngli kişi ayaqqabısı, 01 ədəd vintaçan alət, 04 cüt əlcək, 02 ədəd papaq, ağ rəngli ip, 03 ədəd künc metal və 01 ədəd şəffaf plastmass hissə aşkar olunaraq götürülmüş, şübhəli şəxs Cəmil Mustafayev həmin əşyalardan 01 ədəd laqunda aparatı, 01 ədəd cilalayıcı elektrikli mişar, futlyarında olan 01 ədəd «Panasonic RX1» markalı kiçik ölçülü videokamera, 02 cüt kişi ayaqqabısını Binəqədi rayonu Novxanı bağlar massivində kanalın yaxınlığında yerləşən bağ evlərinin birindən oğurladıqlarını, həmin əşyalarla birlikdə 01 ədəd samovar oğurladığı, lakin avtomobilə yükləyə bilmədiyini, digər əşyaları oğurluq etmək üçün özləri ilə əvvəldən götürdüklərini bildirmişdir. Baxış keçirilməsi başa çatandan sonra yuxarıda qeyd olunan əşyalar təkrarən ağ rəngli sintetik kisənin içərisində qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan 06.12.2019-cu il tarixli protokollardan görünür ki, “Opel Zafira” markalı 99 TF 348 dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunaraq götürülmüş 01 ədəd laqunda aparatı, 01 ədəd cilalayıcı elektrikli mişar, 01 ədəd «Panasonic RX1» markalı kiçik ölçülü videokamera, 01 cüt ağ rəngli və 01 cüt mavi rəngli kişi ayaqqabıları tanınması üçün zərərçəkmiş şəxs Ağakişiyev Yaşar Seyfət oğluna təqdim olunmuş, o, həmin əşyaları tanıyaraq özünə məxsus olduğunu və həmin əşyaların 06.12.2019-cu il tarixdə gecə saatlarında evindən oğurlandığını qeyd etmişdir. İş materiallarına əlavə edilmiş 06.12.2019-cu il tarixli protokoldan görünür ki, Mustafayev Cəmil Ələsgər oğlu 06.12.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 06.12.2019-cu il tarixli protokoldan görünür ki, Rzayev Tariyel Ağamulad oğlu 06.12.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.12.2019-cu il tarixli, 4(001)- 967/2019 nömrəli qərarından görünür ki, Mustafayev Cəmil Ələsgər oğlu barəsində 3 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 06.12.2019-cu il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.12.2019-cu il tarixli, 4(001)-968/2019 nömrəli qərarından görünür ki, Rzayev Tariyel Ağamulad oğlu barəsində 3 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 06.12.2019- cu il tarixdən hesablanmışdır İş materiallarına əlavə edilmiş 21.02.2020-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, Rzayev X2 Cəmil Ələsgər oğlu ilə birgə oğurluq etmək barədə razılaşmış və bu cinayət əməlini birgə törətdiyini etiraf etmişdir. İş materiallarında olan 21.02.2020-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birgə oğurluq etdiyini etiraf etmişdir. İş materiallarına əlavə edilmiş 21.01.2020-ci il tarixli və 27.01.2020-ci il tarixli şahidin dindirilməsi protokollarına əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kisənin içində olan əşyaları birgə oğurladığını etiraf etmişlər. İş materiallarında olan 07.12.2019-cu il tarixli protokollardan və onlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, Mustafayev Cəmil Ələsgər oğlunun və Rzayev Tariyel Ağamulad oğlunun ibtidai istintaqa verdiyi ifadələri yerində yoxlanılmışdır İş materiallarına əlavə edilmiş 10.12.2019-cu il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Mustafayev Cəmil Ələsgər oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.12.2019-cu il tarixli, 4(001)-1023/2019 nömrəli qərarından görünür ki, Mustafayev Cəmil Ələsgər oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 207201, AZ-İİ 458429 və AZ-İİİ 147120 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Mustafayev Cəmil Ələsgər oğlunun himayəsində 08.09.2008-ci il təvəllüdlü Mustafazadə Əliəsgər Cəmil oğlu, 19.05.2010-cu il təvəllüdlü Mustafazadə Məsumə Cəmil qızı və Mustafazadə Əbəlfəz Cəmil oğlu adlı üç azyaşlı uşağı vardır. İş materiallarında olan 10.02.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, eləcə də müvafiq hökmün və qərarın surətindən görünür ki, Rzayev Tariyel Ağamulad oğlu Sumqayıt Şəhər Məhkəməsinin 29.03.2016-cı il tarixli, 1(060)-81/2016 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05.03.2019-ci il tarixli, 7(011)-290/2018 nömrəli qərarı ilə Rzayev Tariyel Ağamulad oğlu barəsində olan Sumqayıt Şəhər Məhkəməsinin 29.03.2016-cı il tarixli, 1(060)-81/2016 nömrəli hökmü qanunvericiliyin qüvvədə olan müddəalarına uyğunlaşdırılaraq, ona təyin edilmiş cəza müddəti 4 ilə endirilmişdir. Rzayev Tariyel Ağamulad oğlu 19.08.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə edilmiş 18.02.2020-ci il tarixli, 1570 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində və mağazalarda, eləcə də elektrik avdanlıqların satışı və təmiri məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilən tədqiqat obyektlərinin, 06.12.2019-cu il tarixdə, Respublika daxili orta bazar pərakəndə ümumi satış qiyməti təxminən 216,00 manat müəyyən edilir. İş materiallarında olan 20.02.2020-ci il tarixli qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxs Ağakişiyev Yaşar Seyfət oğluna məxsus, 06.12.2019-cu il tarixdə oğurlanmış bir ədəd cilalayıcı elektrikli mişar aləti, bir ədəd laqunda aparatı, bir ədəd “Panasonic RX1” markalı videokamera və iki cüt kişi ayaqqabısı iş üzrə maddi sübut kimi tanınmış və qəbzlə sahibi Yaşar Ağakişiyevə təhvil verilmişdir. Baxış və götürmə aparılması istintaq hərəkəti zamanı “Opel Zafira” markalı 99 TF 348 dövlət qeydiyyat nişanlı avtomobilin salonunda olan kisənin içərisindən aşkar edilərək götürülmüş bir ədəd vintaçan alət, dörd cüt əlcək, iki ədəd papaq, ağ rəngli ip, üç ədəd künc metal və bir ədəd şəffaf plastmas hissə iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan 21.02.2020-ci il tarixli qərardan görünür ki, Rzayev Tariyel Ağamulad oğlu təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 21.02.2020-ci il tarixli qərardan görünür ki, Mustafayev Cəmil Ələsgər oğlu təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 10.08.2020-ci il tarixli, 4(060)-168/2020 nömrəli qərarından görünür ki, Sumqayıt şəhər Pİ-nin İŞ-də istintaq olunan 200730231 nömrəli cinayət işi üzrə Mustafayev Cəmil Ələsgər oğlu barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 08.08.2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan iş üzrə zərərçəkmiş şəxs Ağakişiyev Yaşar Seyfət oğlunun məhkəmə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslər Mustafayev Cəmil Ələsgər oğlu və Rzayev Tariyel Ağamulad oğluna qarşı heç bir şikayəti yoxdur. Ona dəymiş ziyan tam ödənilməmiş, lakin qalan ziyanı onlara bağışlamışdır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09.02.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində məcburi gətirilmə qərarı qəbul edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və onun barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 06.09.2021-ci il tarixli məktubuna əsasən, Təqsirləndirilən şəxs1 01.09.2021-ci il tarixdə Binəqədi RPİ-in 43-cü PB-in əməkdaşları tərəfindən tutularaq 03.09.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13.09.2021-ci il tarixli qərarından görünür ki, dayandırılmış cinayət işi üzrə icraat təzələnmişdir. Hazırkı apellyasiya baxışı zamanı məhkəmə kollegiyası baxılan iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq, ibtidai istintaq, birinci instansiya və hazırda apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışı zamanı tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində gəldiyi nəticə əsassız olmaqla təqsirləndirilən şəxslərin törətmiş olduğu əməllərinə düzgün hüquqi qiymət verilməmiş, iş üzrə düzgün nəticəyə gəlinməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilməsini aşağıdakılarla əsaslandırır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrində qeyd olunan cinayət əməllərini birgə törətməsini etiraf etdiklərini qeyd etməyi zəruri bilir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidadi istintaq orqanına ifadə verərkən Təqsirləndirilən şəxs2 təklifi əsasında sonuncu ilə birlikdə oğurluq etmək məqsədilə ilə 06.12.2020-ci il tarixdə 03 radələrində Binəqədi rayonu, Novxanı bağlar massivinə getməsini, həmin zaman o, ətrafa nəzarət etmək üçün avtomobildə qalmasını, Təqsirləndirilən şəxs2 isə orada yerləşən evlərin birinə daxil olub oradan oğurluq etməsini bildirmiş, lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 06.12.2020-ci il tarixdə saat 03 radələrində Mustafayev Cəmil Ələsgər oğlunu təklifi əsasında onunla birlikdə marketə getməsini, həmin zaman sonuncunun avtomobili Novxanı bağlar massivi adlanan ərazidə saxlayıb işinin olmasını deyərək çıxıb getməsini, Təqsirləndirilən şəxs2 bir müddət sonra əlində kisə ilə qayıtmasını, yola düşüb gedərkən polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Cəmil Mustafeyevin oğurluq etməsindən xəbəri olmasını, bundan onun heç bir məlumatının olmamasını, Cəmil Mustafayevin cinayəti təkbaşına törətməsini, ibtidai istintaq zamanı məhkəmədə verdiyi kimi ifadə verməsini, lakin ifadəsini oxunmasına imkan verilmədən imzaladığını bildirmişdir. Digər təqsirləndirilən şəxs Mustafayev Cəmil Ələsgər oğlu ibtidai istintaq orqanına ifadə verərkən Rzayev Tariyel Ağamulad oğlu ilə razılığa gələrək 06.12.2019-cu il tarixdə saat 03 radələrində Binəqədi rayonu, Novxanı bağlar massivinə oğurluğa getməsini, həmin zaman sonuncunun avtomobildə qalaraq ətrafa nəzarət etməsini, orada yerləşən evlərdən birinə daxil olaraq oğurluq etməsini bildirmiş, halbuki, Mustafayev Cəmil Ələsgər oğlu məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 06.12.2019-cu il tarixdə saat 03 radələrində marketə gedərkən Rzayev Tariyel Ağamulad oğlunu özü ilə birlikdə götürməsini, bu zaman oğurluq etmək qərarına gələrək sonuncuya heç bir məlumat vermədən avtomobili Novxanı bağlar massivində saxlayıb orada olan evlərin birinə daxil olub oğurluq etməsini, oğurladığı əşyaları idarə etdiyi avtomobilə qoyaraq yola düşdükdən sonra polis əməkdaşları tərəfindən sxalanılmasını, törətdiyi oğurluq barədə Tariyel Rzayevə heç bir təklif etməməsini, sonuncunun bu hadisədən xəbərsiz olmasını, ibtidai istintaq zamanı məhkəmədə verdiyi kimi ifadə verməsini, lakin ifadəsini oxunmadan imzaladığını bildirmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrini qəbul etmiş və qeyd olunan cinayət əməllərini törətməsində təqsirli olmamaları qənaətinə gəlmişdir. Bütün ibtidai istintaqı dövrü ərzində Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf etmiş və özünü təqsirli bilmiş, Təqsirləndirilən şəxs1 isə istintaq dövrünün əvvəlində özünü təqsirli bilmiş, lakin sonradan cinayət əməlinin törədilməsində onun rolunun olmadığını və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayəti təkbaşına törətdiyini bildirmişdir. Bundan əlavə, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər barəsində ifadələrin yerində yoxlanılması istintaq hərəkətləri keçirilmiş və onların ittiham olunduqları cinayət əməllərini harada və hansı üsullarla həyata keçirdikləri sənədləşdirilərək iş materiallarına əlavə edilmiş, təqsirləndirilən şəxslər istintaq orqanına verdikləri ifadələri hadisə yerində əyani şəkildə göstərib tam təsdiq etmişlər. Birinci instansiya məhkəməsi əsassız olaraq ibtidai istintaqı orqanı tərəfindən sübut növü kimi tanınmış təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması protokollarının mövcudluğuna ümumiyyətlə əhəmiyyət vermiyərək, iş üzrə həqiqliyi şübhə doğurmayan və əldə edilmə qaydası cinayətprosessual qanunvericiliyin tələblərinə uyğun olan həmin sübutlara qiymət verməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadələri əsas götürüb, Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət əməllərini törətməsində təqsiri olmamasını göstərərək, səhv nəticəyə gəlmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı özünün istintaq və məhkəmə baxışı zamanı ifadəsinə uyğun olmayan ərizə təqdim edərək, iş üzrə tamamilə başqa cür ifadə vermişdir. Məhkəmə kollegiyası cinayət hadisəsinin baş verdiyi zaman, məkan hadisənin törədilməsi üsuluna diqqət yönəltməyi zəruri bilir və aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 əvvəllər də oğurluq cinayəti törətdiyindən bu sahədə təcrübəsi olması, bu səbəbdən də, Təqsirləndirilən şəxs2 ona qeyd olunan cinayəti törətməyi təklif etməsini nəzərə almamış, bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 gecə saat 3 radələrində avtomobil ilə gedən zaman təsadüfən Təqsirləndirilən şəxs1 görməsi, ona siqarət almaq üçün birlikdə marketə getməyi təklif etməsi məhkəmə istintaqı zamanı ifadələrində göstərdikləri kimi onlardan birinin Novxanı bağlar massivi yaxınlıqda maşını saxlayaraq harasa düşməsi, 15-20 dəqiqə sonra əlində kisə ilə qayıtması və Təqsirləndirilən şəxs1 isə bundan heç şübhələnməməsi ağlabatan olmamaqla, işin hallarına, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrinə uyğun gəlmir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələr əldə edilmiş sübutlarla uzlaşmadığından onların ağır cəzadan qurtulmağa çalışdığını göstərir və həmin ifadələrə tənqidi yanaşaraq, özlərini müdafiə üçün gətirdikləri dəlil kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “Qavazov Bolqarıstana qarşı iş üzrə” 06.04.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “Əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Əsaslı şübhədən kənar” standartı adından göründüyü kimi onu ifadə edir ki, cinayət işində şəxsin təqsirliliyində heç bir əsaslı (ağlabatan) şübhə qalmamalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə kollegiyası baxılan iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq, məhkəmə baxışı zamanı tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət əməlləri törətmələri mötəbər və təkzibolunmaz sübutlarla tam təsdiq olunduğundan, onların əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə müvafiq olaraq az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cianyət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2 və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsi əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 xəstəliyini və Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə müaviq olaraq cinayətlərin residivi var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18.03.2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə, Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27.12.1996-cı il tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30.03.2006-cı il tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27.12.1996-cı il tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli təqsirləndirilən şəxslər X3 barəsində 22.09.2020-ci il tarixdən, Təqsirləndirilən şəxs1 Ağamulad oğlu barəsində isə 01.09.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası CPM-in 132-ci maddəsinin tələblərinə əsasən, hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd cilalayıcı elektrikli mişar alətinin, bir ədəd laqunda aparatının, bir ədəd “Panasonic RX1” markalı videokameranın və iki cüt kişi ayaqqabısının saxlanması üçün sahibi zərərçəkmiş şəxs Ağakişiyev Yaşar Seyfət oğluna təhvil verilməsi nəzərə alınmalı və iş üzrə baxış keçirilməsi və götürmə aparılması haqqında istintaq hərəkəti zamanı “Opel Zafira” markalı 99 TF 348 dövlət qeydiyyat nişanlı avtomobilin salonunda olan kisənin içərisindən aşkar edilərək götürülmüş və Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc yerində saxlanılan bir ədəd vintaçan alət, dörd cüt əlcək, iki ədəd papaq, ağ rəngli ip, üç ədəd künc metal və bir ədəd şəffaf plastmas hissə istifadəyə yararsız olduğu üçün hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə kollegiyası CPM-in 197.1.4-cü maddəsinə görə, hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 75 (yetmiş beş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Mustafayev Cəmil Ələsgər oğlu və Təqsirləndirilən şəxs1 tutulmalıdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 Əhrəman oğlu və Təqsirləndirilən şəxs2 hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 40 (qırx) iş saat hüquqi xidmətə görə Müdafiəçi5 240 (iki yüz qırx) manat və 40 (qırx) iş saat hüquqi xidmətə görə Müdafiəçi6 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353, 354, 356, 397.1, 397.2, 398.1.2, 399.1, 401-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.09.2020-ci tarixli hökmü ləğv edilsin, iş üzrə yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Mustafayev Cəmil Ələsgər oğlunun 06.12.2019-cu il tarixdən 26.12.2019-cu il tarixədək həbsdə və 26.12.2019-cu il tarixdən 08.08.2020-ci il tarixədək ev dustaqlığında olduğu cəmi 8 (səkkiz) ay 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində çəkməsi üçün 1 (bir) il 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X1 cəzaçəkmə müddətinin başlanğıcı 22.09.2020-ci il tarixdən hesablansın. X3 cəzasını «ümumi» rejimli cəzacəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 06.12.2019-cu il tarixdən (azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan) 22.09.2020-ci il tarixədək, yəni 09 (doqquz) ay 16 (on altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə hesabı ilə hesablanmaqla, 09 (doqquz) ay 16 (on altı) gün müddət hazırkı hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində çəkməsi üçün 02 (iki) il 02 (iki) ay 14 (on dörd) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 01.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını «ciddi» rejimli cəzacəkmə müəssisəsində cəksin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd cilalayıcı elektrikli mişar alətinin, bir ədəd laqunda aparatının, bir ədəd “Panasonic RX1” markalı videokameranın və iki cüt kişi ayaqqabısının saxlanması üçün sahibi zərərçəkmiş şəxs Ağakişiyev Yaşar Seyfət oğluna təhvil verilməsi nəzərə alınsın. İş üzrə baxış keçirilməsi və götürmə aparılması haqqında istintaq hərəkəti zamanı “Opel Zafira” markalı 99 TF 348 dövlət qeydiyyat nişanlı avtomobilin salonunda olan kisənin içərisindən aşkar edilərək götürülmüş və Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc yerində saxlanılan bir ədəd vintaçan alət, dörd cüt əlcək, iki ədəd papaq, ağ rəngli ip, üç ədəd künc metal və bir ədəd şəffaf plastmas hissə istifadəyə yararsız olduğu üçün hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 75 (yetmiş beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 Ələsgər oğlu və Təqsirləndirilən şəxs1 tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 40 (qırx) iş saat hüquqi xidmətə görə Müdafiəçi5 240 (iki yüz qırx) manat və 40 (qırx) iş saat hüquqi xidmətə görə Müdafiəçi6 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə zərərçəkmiş şəxs Ağakişiyev Yaşar Seyfət oğluna cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Ramin Qaraqurbanlı Hakimlər Mirzəli Abbasov Vaqif Mursaqulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar