Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-120/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi, Babayev Qədim Xalid oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi–X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamın müdafiəsi üzrə idarəsinin prokuroru X4, zərərçəkmiş - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 və müdafiəçisi-“Xəzər Konsaltinq” Vəkil bürosunun vəkili Müdafiəçi3 və Təqsirləndirilən şəxs2 və müdafiəçisi-Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim: Zeynal Ağayev) xx xxxxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşının, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1992-ci ildə Bərdə rayonunun Ləmbəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşının, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Ləmbəran kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 barələrində olan 23 sentyabr 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi təqsirli bilinib cəzasının əvvəli 10 yanvar 2022-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum edilmişdir. Məhkəmənin eyni hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi təqsirli bilinib, cəzasının əvvəlinin 10 yanvar 2022-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum edilmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədilə xüsusi cins ev heyvanları saxlayan şəxslərin maddi imkanların geniş olmasını, üzərlərində dəyərli əmlak və pul gəzdirmələrini fikirləşməklə aralarında olan razılaşmaya əsasən “İnstagram” internet sosial şəbəkəsində Zərərçəkmiş şəxs ilə tanış olaraq saxladığı “Skottish” cinsindən olan pişiyini özündə olan eyni cinsdən pişiklə cütləşdirmək adı ilə 09 yanvar 2022-ci ildə saat 21 radələrində, Zərərçəkmiş şəxs Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi nömrəsiz ünvanda yerləşən heyvandarlıq fermasının qarşısına dəvət etmiş və Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs ilə görüşdükdən sonra əvvəlcədən planlaşdırdıqları cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə cütləşdirəcəkləri pişiyini gətizdirmək üçün zəng etmək adı ilə Zərərçəkmiş şəxs mobil telefonunu götürən kimi Təqsirləndirilən şəxs2 dərhal Zərərçəkmiş şəxs üz nahiyəsindən kəllə ilə zərbə vurub yerə yıxaraq, əlləri ilə boğazından sıxmaqla, sonuncuya burun sümüyünün yerini dəyişməyən qapalı sınığı, burun və sol yanaq nahiyələrin qançırları ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs göstərə biləcəyi müqavimətinin qarşısını tam almaqla ona əlverişli şərait yaratmış, Zərərçəkmiş şəxs 40 manat dəyərində gödəkcəsini əynindən, 5 manat nağd pulunu, balansında pul olmayan 2 manat dəyərində 01 ədəd avtobus kartını və 10 manat dəyərində hesabı boş olan “Muğan Bank”a aid 01 ədəd plastik kartını isə əynində olan şalvarının ciblərindən çıxararaq 80 manat dəyərində "Xiaomi" markalı mobil telefonu ilə birlikdə ələ keçirərək və zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs cəmi 137 manat maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında hücuma məruz qalmış zərərçəkmiş Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək quldurluq etmişdir. Məhkəmənin həmin hökmü ilə Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını ələ keçirmək məqsədi ilə, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədilə xüsusi cins ev heyvanlarını saxlayan şəxslərin maddi imkanların geniş olması, üzərlərində dəyərli əmlak və pul gəzdirmələrini fikirləşib aralarında olan razılaşmaya görə Təqsirləndirilən şəxs1 “İnstagram” internet sosial şəbəkəsində Zərərçəkmiş şəxs ilə tanış olaraq, sonuncunun saxladığı “Skottish” cinsindən olan pişiyini özündə olan eyni cinsdən pişiklə cütləşdirmək adı ilə 9 yanvar 2022-ci ildə saat 21 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi nömrəsiz ünvanda olan heyvandarlıq fermasının qarşısına dəvət etmiş və Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs ilə görüşdükdən sonra, əvvəlcədən planlaşdırdıqları cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 cütləşdirəcəyi pişiyini gətizdirmək üçün zəng etmək adı ilə Zərərçəkmiş şəxs mobil telefonunu götürən kimi, Təqsirləndirilən şəxs2 dərhal Zərərçəkmiş şəxs üz nahiyəsindən kəllə ilə zərbə vurub yerə yıxaraq, əlləri ilə boğazından sıxmaqla, on burun sümüyünün yerini dəyişməyən qapalı sınığı, burun və sol yanaq nahiyələrinin qançırları ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs göstərə biləcəyi müqavimətinin qarşısını tam almaqla Təqsirləndirilən şəxs1 əlverişli şərait yaratmış, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs 40 manat dəyərində gödəkçəsini əynindən, 5 manat pulunu, balansında pul olmayan 2 manat dəyərində 01 ədəd avtobus kartını və 10 manat dəyərində hesabı boş olan “Muğan Bank”a aid 1 ədəd plastik kartını isə əynindəki şalvarının ciblərindən çıxarıb 80 manat dəyərində "Xiaomi" markalı mobil telefonu ilə birlikdə ələ keçirərək zərərçəkmişə cəmi 137 manat maddi ziyan vurmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib quldurluq etmişdir. Məhkəmənin hökmü ilə razılaşmayan Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, məhkəmənin hökmünün qanunsuz və əsassız olduğundan, ittiham edildiyi əməlin törədilməsində özünü təqsirli bilmədiyi və Zərərçəkmiş şəxs qarşı qudurluq cinayəti törətmədiyini göstərməklə, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hökmündən narazı qalan təqsirləndirilən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 apelyasiya şikayəti verərək, məhkəmənin 23 avqust 2022-ci il tarixli hökmünün əsassız və qanunsuz olduğundan ləğv olunmasını və müdafiə etdiyi Təqsirləndirilən şəxs2 cinayət əməlinin düzgün tövsif edilərək, Azərbaycan Respublikası barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə yeni hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Belə ki, məhkəmənin hökmü əsassız, cinayət qanunu normaların düzgün tədbiq edilməməsi ilə aparıldığından ləğv edilməli, Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə tovsif edilməklə, ona maddənin sanksiyası əsasında cəza təyin edilməlidir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tutularkən tanımış, Kənanın dayısının evində fərdi qaydada təmir işləri ilə məşğul olmuşdur. 09 yanvar 2022-ci ildə saat 21 radələrində Ramana qəsəbəsində olan “Akasya” restoranının yaxınlığından keçərkən Kənanın sonradan adını bildiyi Sahib adlı şəxslə mübahisə etdiyini, hər ikisinin uca səslə söyüşlər söydüyünü görmüş, onlara yaxınlaşanda Sahib nalayiq söyüş söydüyündən, Sahibin üzündən bir yumruq vuraraq, həmin yerdən qaçıb getmiş və sonra orada nə baş verdiyini bilməmişdir. Sahibi vuran kimi oradan qaçıb getmiş, arxasınca kiminsə gəlib-gəlmədiyini görməmişdir. Hadisə yerinə gələrkən qəfəsdə bir pişik görmüş, lakin hansı rəngdə olduğunu xatırlamır. Sonra polis bölməsində bildmişdir ki, Kənan Sahibin telefonunu götürmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tutularkən onu polis idarəsində tanımış, Məhəmməd onun dayısıgılin evində təmir işlərində usta kimi işləmişdir. 06 yanvar 2022-ci ildə “İnstagram” sosial şəbəkəsində bir nəfərin sonra adını bildiyi Sahib adlı şəxs ona sms yazmış və söhbət etmişlər. Tanışlıqdan 02 gün sonra Sahib ondan evində pişik saxlayıb-saxlamadığını soruşduqda evində pişik saxladığını demişdir. Sahib də özünün “Skottis" cinsli pişiyi olduğunu və pişiyi ilə cütləşdirmək istədiyini demiş, Sahibin təklifini qəbul etmiş, 09 yanvar 2022-ci ildə Ramana qəsəbəsi “Akasya” restoranının yaxınlığında görüş təyin etmişlər və görüşmüşlər. Pişiyini gətirmiş, lakin Sahib pişiyini gətirməmiş, Sahibdən niyə pişiyini gətirmədiyini soruşanda Sahib demişdir ki, «gəlmişəm sənin pişiyini aparam». Bunun üstündə aralarında mübahisə düşmüş, Sahib ona nalayiq söyüş söymüş, həmin vaxt əvvəllər tanıdığı Məhəmməd arxadan gəlib Sahibə bir yumruq vuraraq oradan qaçıb getmişdir. Sahib zərbədən yerə yıxılmış, palçıq olduğundan Sahibin qolundan tutub ayağa qaldırmış, həmin vaxt Sahibin gödəkçəsi palçığa bulaşmış, Sahib gödəkcəsini çıxarıb onun üzərinə tullayaraq Məhəmmədin arxasınca qaçmışdır. Sahibin gödəkcəsini özü ilə götürüb yaşadığı evə aparmış, gödəkçənin cibində telefon olduğunu görüb fikirləşmişdir ki, Sahib məhəlləni tanıyır, səhər gələndə gödəkcəni və telefonu ona verər. Sahibə qarşı quldurluq etməmiş, zərərçəkmiş şəxs məhkəmədə ərizə təqdim edib onların hər ikisi ilə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə dindirilmiş şahid İbrahim İbrahimov ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsəbədə yaşayan şəxslər kimi tanımış, 9 yanvar 2022-ci ildə axşam saat 21 radələrində siqaret almağa kafeyə gedərkən, iki nəfərin danışa-danışa getdiklərini görmüş, həmin vaxt Məhəmmədin qaçıb onlardan birini arxadan vurub qaçdığını, vurduğu şəxs yerə yıxılıb qalxaraq Məhəmmədin dalınca qaçdığını görmüş, ifadə vermək üçün polis idarəsinə çağırmamışlar, hadisə yerində pişik görməmiş və həmin vaxtı söyüş eşitməmişdir. Məhkəmədə dindirilmiş şahid Zaur Abbasov ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsləri qəsəbə sakinləri kimi tanıyır. Onun yaşadığı Ramana qəsəbəsində Şuşa şəhərciyi adlanan ərazidə işlədiyi sexi vardır. Hadisə vaxtı iki nəfərin hündürdən danışdıqlarını, bir nəfərin arxadan gəlib onlardan birini vurub qaçdığını görmüş, vurulan adam yerə yıxılmış, sonra yerdən qalxaraq onu vuranın ardınca qaçmışdır. Axşam qaranlıq olduğundan həmin şəxsləri tanımamış, kimin kimi vurmasını bilməmişdir. Səhəri gün hadisə barədə eşidəndə hadisəni axşam gördüyünü demişdir. Məhkəmədə dindirilmiş şahid Firdovsi Məmiyev öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 tanıyır, Təqsirləndirilən şəxs1 yox. Hadisə axşam taksi ilə getmiş, bu vaxt Məhəmmədin onun yanından qaçıb getdiyini görüb nə olduğu soruşmuş, sonuncu isə ona “sənlik deyil» deyib qaçıb uzaqlaşmış, Məhəmmədin qaçdığı, kimisə vurmasını görməmiş, hadisə barədə səhər Məhəmmədi kiminsə yumruqla vurmasını eşitmiş, zərərçəkən Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərmişdir ki, hadisə çoxdan olmuş yadında qalmamış, təqsirləndirilən şəxslərlə barışmış, onlardan heç bir şikayət və tələbi yoxdur. Xahiş etmişdir ki, onları ağır cinayətlə ittiham etməsinlər. Məhkəmə bu sübutlara heç bir qiymət verməmişdir. Məhkəmə yalnız məhkəmə istintaq zamanı verilmiş ifadələrə əsaslanaraq obyektiv hökmü qəbul etməlidir. Belə ki, Təqsirləndirilən şəxs2 ailəsi ilə birlikdə Rusiyada yaşamış və orta məktəbi oxumuş, kiril əlifbası ilə yazıb oxumağı bacardığından, latın qrafikası ilə hərfləri tanımamış və oxuya bilməmişdir. Məhkəmənin sübut kimi əsaslandığı ilkin İfadələr sübut siyahısından çıxarılmalı olduğu halda, məhkəmə bunu etməmiş və beləliklə ittiham mövqeyində durmuşdur. Qanunun tələbindən göründüyü kimi Təqsirləndirilən şəxs2 ilkin istintaqda verdiyi ifadələri ona zor tədbiq edilməklə alındığından sübut kimi qiymətlədirilə bilməz. Məhkəmə istintaq zamanı məhkəmənin sübut növü kimi qəbul etdiyi ilkin izahatlarında istintaqda dindirilmiş təqsirləndirilən şəxsləri digər ifadələrində var ki, həmin ifadələri məhkəmədə verilmiş ifadələrdə eynilik təşkil edir. Məhkəmə hansı əsasla şübhə doğuran psixi və fiziki zor tətbiq edilib alınan ifadələri əsas götürməsi məhkəmənin həqiqəti araşdırmaq istəməmə- sindən irəli gəlir. Məhkəmənin isə təqsirləndirilənin hüquqlarını pozaraq işdə olan heç bir şübhə doğurmayan sübutlara əhəmiyyət verməyərək, onları müttəhimin özünə müdafiə kimi qəbul etməklə qanunların tələbini və ədalətiik prinsipini pozmuşdur. Beləliklə də məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması və məhkəmənin müəyyən etdiyi halların sübuta yetirilməməsi ilə olduğundan ləğv edilməli, Təqsirləndirilən şəxs2 əməli düzgün tövsif edilməklə, Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunmaqla təqmirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 397-ci maddəsinə əsasən, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi, cinayət qanunu və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki hallar apellyasiya məhkəməsi tərəfindən yalnız apellyasiya şikayəti və yaxud protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsinin cinayət qanununa və bu Məcəllənin normalarına riayət etməsi apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası apellyasiya şikayətin dəlillərini cinayət işinin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq, cinayət prosesinin iştirakçılarının fikirlərini dinləməklə hesab edir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmalıdır. Bakı Apellyasiya Məhkəməsində təqsirləndirilən Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi3 çıxışlarında Kənan Ablullayevin apellyasiya şikayətində göstərilənləri eyni ilə təsdiq etməklə, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2 öz çıxışlarında müdafiəçi Gürsel Atakişiyevin verdiyi apellyasiya şikayətində göstərilənləri xüsusatları bir daha təsdiq etməklə, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmədə Zərərçəkmiş şəxs öz çıxışında təqsirləndirilən şəxslərin ona qarşı quldurluq edib ona xəsarətlər yetirməklə yanaşı, onun mobil telefonu, pulunu və digər əşyasını ələ keçirdiklərini bildirməklə, sonuncular tərəfindən verilmiş apellyasiya şikayətlərinin əsassız və qanunsuz olduğundan, təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən və məhkəmə iclaslarının protokollarından görünür ki, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib quldurluq cinayətini törətmələri, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmələri hər birinin özünü məhkəmədə həmin cinayətin törədilməsində təqsirli bilməmələrinə baxmayaraq, onların hər birinin həmin cinayətin törədilməsində təqsiri ibtidai istintaq dövründə verdikləri etirafedici ifadələri ilə yanaşı, ibtidai istintaq dövründə və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə; baxış, götürmə, müayinə, tanınma, üzləşmə və digər istintaq hərəkətlərinin protokolları ilə; iş üzrə toplanmış və birinci instansiya məhkəməsində elan olunaraq tədqiq edilmiş çoxsaylı başqa mötəbər sənədlərlə subuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 2022-ci ilin yanvar ayının əvvəllərindən tanımış, Məhəmməd onun dayısıgilin evində fərdi qaydada təmir işlərində usta işləmiş, 06 yanvar 2022-ci ildə “İnstagram” sosial şəbəkəsində bir nəfərin, sonradan adını bildiyi Sahib adlı şəxs ona sms yazmış, aralarında söhbət etmişlər, 02 gün sonra Sahib ondan evində pişik saxlayıb-saxlamadığını soruşduqda, saxladığını demiş və Sahib öz “Skottiş” cinsli pişiyi olduğundan pişiyi ilə cütləşdirmək istədiyini bildirmişdir. Sahibin təklifini qəbul etmiş, 09 yanvar 2022-ci ildə Sabunçu rayonu Ramana qəsəbəsi “Akasya” restoranı yaxınlığında görüş təyin edib həmin yerdə görüşmüşlər. Öz pişiyini gətirmiş, lakin Sahibin pişiyini gətirmədiyini gördükdə, Sahibdən nə üçün pişiyini gətirmədiyini soruşanda Sahib demişdir ki, «gəlmişəm sənin pişiyini aparam”. Bu sözün üstündə aralarında mübahisə düşmüş, Sahib ona nalayiq söyüş söymüş və həmin vaxt əvvəllər tanıdığı Məhəmməd arxadan gəlib Sahibə bir yumruq vurub həmin yerdən qaçıb getmişdir. Sahib zərbədən yerə yıxılmış və palçıq olduğundan Sahibin qolundan tutub ayağa qaldırmış, Sahibin gödəkçəsi palçığa bulaşmış, Sahib gödəkcəsini çıxarıb onun üzərinə tullayaraq Məhəmmədin arxasınca qaçmış, Sahibin gödəkcəsini özü ilə götürüb evinə aparmışdır. Həmin vaxt gödəkçənin cibində mobil telefon olduğunu görüb düşünmüşdür ki, Sahib məhəlləni tanıyır, səhər gələndə gödəkcəni və telefonu verər. Sahibə qarşı quldurluq etməmişdir. Sualları cavablandırarkən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, öz pişiyini 2000 manata almış, Məhəmmədin hadisə yerinə necə gəldiyini bilmir. Sahiblə görüşməyə gələrkən öz pişiyini gətirib kənarda qəfəsdə saxlamışdır. Sahib öz pişiyini gətirmədiyindən və onun pişiyini aparacağını dediyindən aralarında mübahisə yaranmış, hadisə vaxtı özünün telefonu üzərində olmuş, kiməsə zəng vurmağa Sahibin telefonunu istəməmiş, İstintaqda bir dəfə ifadə vermiş, ifadəni əməliyyatçı ona diktə etmiş, əməliyyatçının dedikləri kimi ifadə yazmışdır. Məhəmmədlə görüşmələri barədə əvvəlcədən razılaşmamışdır. Pişiyi cütləşdirmək üçün Sahiblə arasında pul söhbəti olmamış, özünün Sahibə qarşı quldurluq etmək fikri olmamışdır. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə onun ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi arasında ziddiyətlər olduğundan, ibtidai istintaq zamanı verdiyi ilk ifadəsi məhkəmədə elan olunaraq tədqiq edilmiş, həmin ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 dayısıgilin evində fərdi qaydada usta işləyəndən tanımışdır. 06 yanvar 2022-ci ildə “İnstagram” sosial şəbəkəsində Sahib adlı şəxs ona sms yazmış və söhbət etməyə başlamışlar. 02 gün sonra Sahib ondan evdə pişik saxlayıb-saxlamamağını soruşduqda, evdə pişik saxladığını bildirdikdə Sahib ona özünün “Skottiş” cinsli pişiyinin cütləşdirmək istədiyini bildirdikdə, Sahibin təklifini qəbul edib 09 yanvar 2022-ci ildə Sabunçu rayonu Ramana qəsəbəsi “Akasya” restoranın yaxınlığında görüş təyin etmişlər. Həmin gün əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs2 də onunla görüşə gəlməyini xahiş etmiş və Məhəmməd onun təklifini qəbul etmiş, 9 yanvar 2022-ci ildə saat 21 radələrində Ramana qəsəbəsində “Akasya” restoranı yaxınlığında Məhəmməd və Sahib görüşmüşlər. Sahibə pişiyinin evdə olduğunu deyib piyada yaşadığı evə tərəf hərəkət etmələrini təklif etdikdə Sahib heç bir problem olmadığını demiş, onlar yaşadığı evə çatarkən onun istifadə etdiyi mobil telefon nömrəsində kontur olmadığından Sahibdən telefonunu ona verməsini və pişiyi çölə çıxarmaları üçün evə zəng etməli olduğunu demiş, Sahibin telefonunda nömrə yığarkən yanında olan dostu Məhəmməd Sahibin burun nahiyəsinə kəllə ilə vurmuş və Sahibin boğazından yapışaraq yerə yıxmış, Həmin vaxt Məhəmməd ona Sahibin üzərini axtarmağını və üzərində olan əşyaları götürməyini bildirmiş, özü Sahibin üzərində axtarış aparmış və Sahibin üzərindən 2 manat 50 qəpik pul, bir ədəd plastik kartı, bir ədəd avtobus kartı və Sahibin üzərində olan qış gödəkcəsini götürmüş, həmin əşyaları götürdükdən sonra Məhəmməd Sahibi buraxmış və Məhəmmədlə oradan qaçaraq uzaqlaşıb yaşadığı evə getmişdir. Sahibin üzərindən götürdüyü plastik kartları Ramanada “Naxçıvan” marketin yaxılığında tullamış, 10 yanvar 2022 ci ildə Sabunçu rayonu Ramana qəsəbəsi “Akasya” restoranının yaxınlığında olarkən polis əməkdaşları onu saxlamış və Sahibin üzərindən götürdüyü əşyaları polis əməkdaşlarına təqdim etmişdir. İstintaqda ona verilən suallara cavab kimi Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Sahibin telefonunda nömrə yığarkən yanında dostu Məhəmməd Sahibin burun nahiyəsinə kəllə ilə vurmuş və Sahibin boğazından yapışaraq yerə yıxmışdır. Həmin vaxt Məhəmməd ona Sahibin üzərini axtarmağını və üzərində olan əşyaları götürməyini bildirmişdir. Sahibin üzərində axtarış aparmış və Sahibin üzərindən 02 manat 50 qəpik, bir ədəd plastik kartı, bir ədəd avtobus kartı və Sahibin üzərində olan qış gödəkcəsini götürmüşdür. Məhəmməd ona Sahibin üzərini axtarmağını və üzərindəki əşyaları götürməyini bildirdiyindən, Sahibin üzərində olan əşyaları götürmüşdür. İstintaqda verdiyi ifadəni təsdiq etmədiyini, məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs2 öz ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin yanvar ayının əvvəllərindən tanıyır. Kənanın dayısı evində fərdi qaydada təmir işlərində ustalıqla məşğul olmuşdur. 09 yanvar 2022-ci il tarixdə saat 21 radələrində Sabunçu rayonu Ramana qəsəbəsində olan “Akasya” restoranı yaxınlığından keçərkən Kənanın sonradan adını bildiyi Sahib adlı şəxslə mübahisə etdiklərini, hər ikisinin uca səslə nalayiq söyüşlər söydüyünü görmüş, onlara yaxınlaşanda Sahib nalayiq söyüş söymüş, söyüş söydüyünə görə Sahibin üz nahiyyəsinə bir yumruq vuraraq həmin yerdən qaçıb getmiş və sonra orada nə baş verdiyini bilməmişdir. Suallara cavabında Təqsirləndirilən şəxs2 bildirmişdir ki, hadisə yerindən 500-600 metrlik məsafədə qadınlar olmuş, onlar da söyüşü eşitmişlər. Sahibi bir dəfə üz nahiyyəsindən yumruqla vurmuş Sahibi vuran kimi oradan qaçıb getmiş, onun arxasınca kiminsə gəlib gəlmədiyini görməmiş, hadisə yerinə gələrkən orada qəfəsdə pişik görmüş, lakin hansı rəngdə pişiyin olduğunu xatırlamır. Sonradan polis bölməsində bilmişdir ki, Kənan Sahibin telefonunu götürmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə onun istintaq zamanı ilk verdiyi ifadəsi arasında ziddiyətlər olduğundan ibtidai istintaq zamanı verdiyi ilk ifadəsi məhkəmədə elan olunaraq tədqiq edilmiş, həmin ifadəsində Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin yanvar ayının əvvəllərindən tanımış, Kənanın dayısının evində fərdi qaydada ustalıqla məşğul olmuşdur. 09 yanvar 2022-ci ildə Kənan ona zəng vuraraq bir nəfər şəxslə görüşəcəyini və onun da görüşə gəlməyini xahiş etdikdə, Kənanın təklifini qəbul etmiş, saat 21 radələrində Sabunçu rayonu Ramana qəsəbəsində “Akasya” restoranının yaxınlığında Sahib adlı şəxslə görüşmüş və Kənan Sahibə pişiyin evdə olduğunu bildirərək piyada olaraq yaşadığı evə tərəf hərəkət etmələrini təklif etmiş, Sahib də heç bir problemin olmadığını demiş, Kənan evə çatan zaman istifadəsində olan mobil nömrəsində kontur olmadığından, Sahibdən özünə məxsus telefonu ona verməsini və pişiyi çölə çıxarmaları üçün evə zəng etməli olduğunu bildirmişdir. Kənan Sahibin telefonunda nömrə yığarkən, Sahibin əşyalarını əldə etmək üçün, Sahibin burun nahiyəsinə kəllə ilə vurmuş və Sahibin boğazından yapışaraq yerə yıxmış, Kənana Sahibin üzərini axtarmağını və olan əşyaları götürməyini bildirmişdir. Kənan da Sahibin üzərində axtarış aparmış və Sahibin üzərindən 2 manat 50 qəpik pul, bir ədəd plastik kartı, bir ədəd avtobus kartını və Sahibin üzərində olan qış gödəkcəsini götürmüş, Sahibin üzərindən həmin əşyaları götürdükdən sonra Sahibi buraxmışdır. 10 yanvar 2022 ci ildə Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində olarkən polis işçiləri onu saxlamışlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, onların əlində bıçaq və ya hər hansı bir kəsici-deşici alət olmamışdır. Onlar görüşərkən Zərərçəkmiş şəxs qarşı cinayət əməli törətmə fikirləri olmamış, maddi imkanı zəif olduğundan ani olaraq Sahibin üzərindən əşyaları talamağı düşünmüş, bu məqsədlə ani olaraq Sahibin burun nahiyəsinə kəllə ilə vurmuş və Sahibin boğazından yapışaraq yerə yıxmışdır. Həmin vaxt Kənana Sahibin üzərini axtarmağı və üzərindəki əşyaları götürməyini demiş, Kənan Sahibin üzərindəki əşyaları götürmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, məhkəmədə verdiyi ifadənin düzgün olduğunu bildirmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, onun həyat yoldaşının heyvan saxlamağa həvəsi olduğundan “Skottish” cinsli pişik saxlamışdır. 2022-ci il yanvar ayında pişiklərin cütləşmə vaxtı olduğundan bir neçə müddət sosial şəbəkələrdə eyni cinsli pişiyin kişi cinsini axtarmış, 06 yanvar 2022-ci ildə "İnstagram" sosial şəbəkəsində eyni cinsli pişiyi olan Təqsirləndirilən şəxs1lə tanış olmuşdur. Təxminən 3-4 gün sosial şəbəkədə Kənanla danışdıqdan sonra 09 yanvar 2022-ci ildə Sabunçu rayonu Ramana qəsəbəsi "Akasya" restoranı yanında görüş təyin etmişlər. Onların arasında olan razılaşmağa görə Kənanda olan kişi cinsli pişiyi evinə aparıb pişiyi ilə cütləşdirdikdən sonra geri qaytarmalıdır. 09 yanvar 2022-ci ilə Kənanla qeyd edilən ünvanda görüşmüş, Kənan görüşə hazırda tanıdığı Məhəmmədlə gəlmiş, onlar görüşdükdən sonra Kənan evlərinin bir az aralıda olduğunu və piyada gedəcəklərini demiş, Ramana qəsəbəsini tanımadığından hara gedəcəklərini bilməmiş, sadəcə Kənan və Məhəmmədlə birlikdə onların dediyi istiqamətə getmiş, bir az getdikdən sonra adamlar olmayan bir hissədə Kənan ondan mobil telefonu ilə 070 ilə başlayan bir nömrəyə zəng etməyini xahiş etmiş, deyilən nömrəni yığıb telefonu Kənana vermiş, elə bu anda Kənanın dostu Məhəmməd onu itələyərək divara söykəyib burun nahiyəsindən kəllə ilə bir dəfə zərbə vurmuş, sonra əli ilə boğazından sıxaraq onu yerə yıxmış və ondan üzərində olan əşyaları verməyini tələb etmiş, üzərində qiymətli bir əşyanın olmadığını deyəndə, Kənan əlləri ilə ciblərini axtarmış və ciblərində olan 5 manat pulu, dəyəri 10 manat olan «Muğanbank»a məxsus plastik əmək haqqı kartını, dəyəri 2 manat olan BNA-ya məxsus avtobus kartını, bir ədəd 50 manat dəyərində “Xiomi” markalı mobil telefonu və dəyəri 80 manat üzərində qış gödəkcəsini zorla çıxarıb qaçıb getmişlər. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Kənan və Məhəmməd iki nəfər olduqlarından və ona daha ciddi xəsarət yetirməklərindən ehtiyat edib heç bir müqavimət göstərməmişdir. Hadisə ilə bağlı ona cəmi 147 manat ziyan dəymiş, Məhəmməd və Kənanın əlində hər hansı bir kəsici-deşici alət və ya bıçaq olmamışdır. Məhəmməd və Kənanın ünvanına nalayiq ifadə işlətməmişdir. Məhəmməd onu anidən itələyərək divara söykəyib burun nahiyəsindən başı ilə bir dəfə üz nahiyyəsinə vurmuş, sonra əli ilə boğazından sıxaraq yerə yıxıb üzərində olan əşyaları verməyini tələb etmişdir. Kənan isə əlləri ilə onun ciblərini axtarmış və ciblərində olan 5 manat pulu, Muğan banka məxsus plastik əmək haqqı kartını, avtobus kartını, “Xiomi” markalı mobil telefonu və üzərində olan qış gödəkcəsini zorla çıxararaq qaçıb getmişlər. Hadisə yeri qaranlıq olmuş, Kənanla mübahisəsi olmamış, Kənan telefonu ondan alandan sonra Məhəmməd onu vurmuşdur. Gödəkcəsi Türkiyədən alınmış, hazırda qiymətini bilmir. Məhəmmədin arxasınca qaçmamış, ərazini tanımadığı üçün və üst-başı qan olduğundan həmin yerdən çıxıb getmişdir. Hazırda ərizə təqdim edərək təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə dindirilmiş şahid X2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsəbədə yaşayan şəxslər kimi tanımış, 09 yanvar 2022-ci ildə axşam saat 21 radələrində, siqaret almaq üçün kafeyə gedərkən, iki nəfərin danışa-danışa getdiklərini görmüş, həmin vaxt Məhəmmədin qaçıb onlardan birini arxadan vurub qaçdığını, vurduğu şəxsin yerə yıxıldığını və yerdən qalxaraq Məhəmmədin dalınca qacdığını görmüşdür. Polis idarəsində ifadə vermiş, hadisə yerində pişik görməmiş və söyüş eşitməmişdir. Məhkəmədə dindirilmiş şahid X9 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsəbə sakinləri kimi tanıyır. Onun özünün yaşadığı Ramana qəsəbəsində Şuşa şəhərciyi adlanan ərazidə işlədiyi sexi vardır. Hadisə vaxtı iki nəfərin hündürdən danışdıqlarını, bir nəfərin arxadan gəlib onlardan birini vurub qaçdığını görmüşdür. Vurulan adam yerə yıxılmış və yerdən qalxaraq vuranın arxası ilə qacmış, Qaranlıq olduğundan həmin şəxsləri tanımamış, kimin kimi vurmasını bilməmişdir. Səhəri gün hadisə barədə eşidib gördüyünü demişdir. Məhkəmədə dindirilmiş şahid X5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 tanıyır, Təqsirləndirilən şəxs1 tanımır. Hadisə axşamı taksi ilə gedərkən, Təqsirləndirilən şəxs2 yanından qaçıb getdiyini görüb nə olduğunu soruşmuş, Məhəmməd ona “sənlik deyil” deyib qaçıb uzaqlaşmışdır. Sadəcə Təqsirləndirilən şəxs2 qaçdığını görmüş, onun kimisə vurmasını görməmişdir. Hadisə barədə səhər eşitmişdir ki, Məhəmməd kimisə yumruqla vurmuşdur. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 64 nömrəli 10 yanvar 2022-ci il tairxli rəyinə görə Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər- burun sümüyünün yerini dəyişməyən qapalı sınığı, burun və sol yanaq nahiyyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmiş, müddəti 09 yanvar 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Lokalizasiyasına və xarakterinə görə aşkar edilmiş qeyd olunan xəsarətlərin yıxılma nəticəsində törənməsi və eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilmişdir. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 563 saylı 05 mart 2022-ci il tarixli rəyinə əsasən, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilmir. Törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığının və sair psixi xəstəliyin əlamətləri qeyd olunmamış, həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan, törətdiyi əməl barəsində anlaqlıdır və əməli CM-in 21 və 22-ci maddələrin təsiri altına düşmədiyindən, hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 565 saylı 05 mart 2022-ci il tarixli rəyinə əsasən, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilmir. Törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığının və sair psixi xəstəliyin əlamətləri qeyd olunmamış, həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan, törətdiyi əməl barəsində anlaqlıdır və əməli CM-in 21 və 22-ci maddələrin təsiri altına düşmədiyindən, hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan sənədlərə əsasən zərərçəkmiş Zərərçəkmiş şəxs götürülmüş mobil telefon və qış gödəkcəsi təqsirləndirilən Təqsirləndirilən şəxs1 aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla müstəntiq tərəfindən götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9\1325 saylı 17 mart 2022-ci il tarixli rəyinə əsasən, zərərçəkmişə məxsus tədqiqata təqdim edilmiş 01 ədəd süni dəri materialdan hazırlanan “made in Turkey raymen” sözləri yazılan qara rəngli gödəkcəsinin 2022-ci ilin yanvar ayına pərakəndə orta bazar qiyməti 40 manat, “Xiaomi” markalı “M1804C3CG” modelli mobil telefonun 2022-ci ilin yanvar ayına pərakəndə orta bazar qiyməti 80 manat müəyyən edilir. İş materiallarında olan sənədlərə əsasən, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus dəyəri 40 manat süni dəridən hazırlanmış, üzərində “made in Turkey raymen” sözləri olan qara rəngli gödəkcəsi və dəyəri 80 manat “Xiaomi” markalı “M1804C3CG” modelli mobil telefon cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etiyindən, maddi sübut kimi tanınaraq işin nəticəsinə kimi Zərərçəkmiş şəxs saxlanılması üçün ona qaytarılmışdır. Göstərilənlərdən əlavə, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgə əmlakı ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın etməklə quldurluq cinayətini törətmələri cinayət işi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı digər sübutlarla öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmusu halında qiymət verməklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmələri və əməllərində cinayət tərkibinin olması toplanmış sübutlarla öz təsdiqini tamamilə tapmışdır. Eyni zamanda, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin hər birinin özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməmələri və özlərini təqsirli bilməmələri barədə məhkəmədə verdikləri ifadələrində irəli sürülən dəlillər toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib edildiyini və işin faktiki hallarına uyğun olmamasını nəzərə alaraq hesab etmişdir ki, onların hər birinin məhkəmədə verdiyi ifadələri özünü müdafiə xarakterli və cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7.10 və 91.5.10-cu maddələrinin tələblərinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxs ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya verməkdən imtina etmək, ona qarşı irəli sürülən ittihama dair ifadə (izahat) vermək və ya verməkdən imtina etmək hüququna malikdir. Göstərilən normaların tələbləri isə birbaşa ona dəlalət edir ki, təqsirləndirilən şəxs və ya şübhəli şəxs istədiyi kimi öz müdafiəsini mümkün olan və zəruri hesab etdiyi bütün vasitələrdən istifadə etməklə həyata keçirmək hüququna malikdir, yəni ifadə vermək və yaxud ifadə verməkdən imtina etmək və hər hansı bir məzmunda ifadə vermək onun vəzifəsi deyil, hüququdur. Belə olan halda, təqsirləndirilən şəxsin istintaqda və yaxud məhkəmədə hər hansı məzmunda ifadə verməsi yalnız onun müdafiə hüququ kimi qəbul olunaraq qiymətləndirməklə nəzərə alınmalıdır. Göründüyü kimi, təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməkdə təqsirləri özlərinin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri ilə yanaşı, istintaq zamanı və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə; baxış, götürmə, müayinə, tanınma, üzləşdirmə, ifadələrin hadisə yerində yoxlanılması, digər istintaq hərəkətlərinin protokolları ilə; toplanmış və birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş başqa çoxsaylı mötəbər və təkzibedilməz sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Beləliklə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxslərin, zərərçəkmişin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul olunmasına, toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla yanaşı, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətmələrində təqsirli olmaları kifayət qədər sübuta yetirildiyindən, əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə düzgün tövsif olunduğundan, onların hər biri həmin maddələrlə təqsirli bilinməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 01 nömrəli 03 mart 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə-özgə əmlakının tamah məqsədilə hüquqazidd, əvəzsiz götürülməsi və əmlakın təqsirkar və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 5-ci bəndinə əsasən oğurluq edilərkən, təqsirli şəxsin hərəkəti mülkiyyətçi və ya əmlakın digər sahibi və ya digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və əmlakı saxlamağa çalışarsa belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Göstərilən Qərarın 7-ci bəndinə əsasən, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqaların nəfinə yönəltmək, ya tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Quldurluq isə özgə əmlakını talama məqsədilə həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış hesab edilir. Həmin Qərarın 10-cu bəndinə əsasən, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə razılıq əldə edilməsi və ya hər hansı icraçı və cinayətin digər iştirakçısı tərəfindən hansı konkret hərəkət edilməsi araşdırılmalıdır. Beləliklə də, təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayəti törətməzdən əvvəl onların arasında belə bir əlbirlik olmuş, cinayətkar niyyətinin həyata keçirilməsi üçün rolları bölüşdürməklə öz aralarında razılıq əldə edərək, hər birinin konkret olaraq hansı hərəkəti etməsi müəyyənləşdirilmiş, yəni onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin cinayətin törədilməsini öz aralarında planlaşdırmaqla hazırlıq tədbirləri görmüşlər. Eyni zamanda, təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş Zərərçəkmiş şəxs üzərinə basqın edərkən, sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq etməklə quldurluq cinayət əməlini birlikdə törətmişlər. Məhkəmə kollegiyası toplanmış sübutları Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə uyğun şəkildə bir-biri ilə və ayrı-ayrılıqda məcmu halda müqayisə etməklə, təqsirləndirilən şəxslərin hər birinin ibtidai istintaqda verdiyi ifadələrinin etirafedici məzmunu ilə yanaşı, dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı istintaq hərəkətlərin protokollarını və keçirilmiş ekspertizaların rəylərini mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətəndirməklə hesab edir ki, onların hər biri qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq cinayətini öz təsdiqini tapmışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs1 bəraət verilməsi barədə onun özü tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillər və təqsirləndirilən Təqsirləndirilən şəxs2 əməlinin Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə tövsif olunmaqla, onun həmin maddə ilə təqsirli bilinib barəsində yeni ittiham hökmü çıxarılması barədə müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayətində irəli sürülən dəlillər iş üzrə toplanmış çoxsaylı mötəbər sübutlarla təkzib edildiyindən və işin faktiki hallarına uyğun olmadığından, əsassız hesab edilməli və bu səbəbdən apellyasiya şikayətləri təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli hökmü əməlin tövsifi hissəsində qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin hər birinə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmə şəraitni, onların şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etməklə, həmçinin təyin olunacaq cəzanın onların hər birinin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almışdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərlə barışmış, onların hər hansı birinə qarşı onun iddası, şikayəti və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq cəza məsələsini müzakirə edərkən, hər birinin cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı; hər birinin zərərçəkmiş şəxslə barışmalarını, zərərçəkmiş şəxsin onlara qarşı şikayətinin və tələbinin olmamasını - təqsirləndirilən şəxslərin hər birinin cəzasını yüngülləşdirən hallar qismində qiymətləndirməklə nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təqsirləndirilən şəxslərə təyin olunan cəzanın müddəti və ya həcmi hazırki Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxslə barışıq əldə etdiyindən Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən onlara təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə cəza təyin edərkən, onların hər birinin cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, hər birinin cəzalarını yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab etmişdir ki, onların hər birinə təqsirli bilindikləri maddənin sanksiyasının ortv həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədini təmin edə bilər. Hər birinin cəzasının əvvəli tuulduğu 10 yanvar 2022-ci il tarixdən hesablanmalı və cəzalarını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. Bundan başqa, birinci instansiya məhkəməsi maddi sübutlarla və digər məsələlərlə bağlı müzakirə apararaq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab etmişdir ki, iş üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs məxsus dəyəri 40 manat olan süni dəri materialdan hazırlanmış, üzərində “made in Turkey raymen” sözləri olan qara rəngli gödəkcəsi və dəyəri 80 manat “Xiaomi” markalı “M1804C3CG” modelli mobil telefonun zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı; habelə 50 manat təşkil edən keçirilmiş ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən bərabər paylar üzrə, yəni hər birindən 25 manat tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq cəzanın həddini və növünü müəyyən edərkən, birinci instansiya məhkəməsi onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlik dərəcəsini, cəza təyin etmənin ümumi əsaslarını, hər birinin şəxsiyyətini və cəzalarını ağırlaşdıran halların olmaması ilə yanaşı, cəzalarını yüngülləşdirən halların olmasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla, onların hər birinə təqsirli bilindiyi maddənin sanksiyasının orta həddində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin, «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinin və Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının tələblərinə uyğun ədalətli cəza təyin etmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin əməli Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif olunmaqla yanaşı, onların hər birinə qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və təqsirləndirilən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayətləri toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş mötəbər sübutlarla təkzib edildiyindən və işin faktiki hallarına uyğun olmadığından təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə görə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, cinayət kollegiyası, q ə r a r a a l ı r: Təqsirləndirilən şəxs1 və təqsirləndirilən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan 23 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. -“Xəzər Konsaltinq” Vəkil bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə, işlə tanışlıqla bağlı, prosessual sənədlərin tərtib edilməsi ilə və məhkmə iclaslarında iştirakı ilə bağlı sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, ümumilikdə 30 saat üçün cəmi 180 ( yüz səksən ) manat dövlət büdcəsindən müvafiq hesaba ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddət ərzində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər: 1.(sədrlik edən) İlqar Murquzov
2. Qədim Babayev
3. Anar Tanrıverdiyev