Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1207/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Zəki Baba oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Müdafiəçi X3, Məhkum edilmiş Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1992-ci il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsinda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)- 322/2021 saylı hökmü ilə 03 il müddətə azadlıqdan məhrum etmə və 300 manat cərimə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 1(006)-21/2022 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən hakim S.Mustafayeva) 15 mart 2022-ci il tarixli, 1(006)-21/2022 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 02 gün tutulma müddəti təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 1(004)-322/2021 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə və 300 manat cərimə cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 300 manat cərimə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 09 aprel 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 fevral 2021-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs3 işlətdiyi ünvan 3 ünvanda yerləşən “Playrooms Gameclub” oyun salonuna müştəri qismində daxil olub həmin oyun salonunun “Barcelona” otağında əyləşib oyun oynadıqdan sonra əvvəlcədən aralarında planlaşdırdıqları vəzifə bölgüsünə əsasən həmin gün saat 23 radələrində o, oyun salonunda olan şəxslərin fikrini yayındırmaq məqsədilə həmin otaqdan çıxaraq hesabı ödəmək görüntüsü yaratmaqla oyun salonunun işçisinə yaxınlaşan zaman Aygün Məmmədova əyləşdikləri otaqdan çıxaraq oyun salonunun “Real Madrid” otağına daxil olub həmin otaqdan bir ədəd 400 manat dəyərində “Playstation 4 pro” markalı oyun aparatını üzərində olan qəhvəyi rəngli kağız paketə qoymaqla gizli olaraq talayıb Təqsirləndirilən şəxsla birlikdə həmin oyun salonunu tərk edərək Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 fevral 2021-ci il tarixdə saat 02:31-də ünvan 4 ünvanda dayanmış Zərərçəkmiş şəxs2 məxsus 2015-ci il buraxılışlı “Toyota Prado” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb avtomobilin alt hissəsində olan səsboğucu qazanı özündə olan vintaçanla açıb ehtiyat hissəsi olan 800 manat dəyərində səsboğuçu katalizatoru üzərində olan hər birinin dəyəri 200 manat təşkil edən ümumilikdə 400 manat dəyərində 2 ədəd nizamlayıcı ilə birlikdə gizli olaraq talayaraq zərər çəkmiş şəxs X1 ümumilikdə 1200 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 mart 2021-ci il tarixdə, saat 02 radələrində ünvan 5 ünvanının qarşısında dayanmış Zərərçəkmiş şəxs1 məxsus 2011-ci il buraxılışlı “Toyota Prado” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb həmin avtomobilin alt hissəsində olan səsboğuçu qazanı özündə olan vintaçanla açıb ehtiyat hissəsi olan 400 manat dəyərində səsboğuçu katalizatoru gizli olaraq talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 1(006)-21/2022 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hakim qərar qəbul edərkən onun Qarabağ döyüşləri iştirakçısı olduğunu, ilk məhkumluğunu, himayəsində azyaşlı uşağının olmasının nəzərə almadığını və ona maksimum həddə cəza təyin etdiyini göstərib onun şərti azadlığa buraxılmasını xahiş etmişdir. Hökmdən zərərçəkmiş şəxslər apellyasiya şikayəti, dövlət ittihamçısı apellasiya protesti verməmişdir. Apellyasiya şikayətində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlinin tövsifi mübahisələndirilmir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 apellyasiya şikayətinin təmin edilməsini, onun Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti cəza verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X9 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 1(006)-21/2022 saylı hökmü cinayət qanunu normasını düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 1(006)-21/2022 saylı hökmü cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətində məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin tövsifi mübahisləndirilməsə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə baxışı və ibtidai istintaq zamanı cinayət işi üzrə gəlinmiş nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olub ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2017-ci il tarixdə cərimə cəzasını tam ödəmişdir (İİ cild, i.v.170-171). Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)-322/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Tərtər Hərbi Məhkəməsinin 13 avqust 2021-ci il tarixli hökmü təyin edilmiş 300 (üç yüz) manat miqdarında cərimə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə və 300 (üç yüz) manat cərimə cəzaları təyin edilmişdir. Mübahisələndirilən hökmdən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Göründüyü kimi, mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərildiyi kimi maksimum həddə deyil, təqsirli bilindiyi maddənin sanksiyasının minimum həddə cəza təyin edilməmişdir. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq Cinayət Məcəlləsinin 70-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də Cinayət Məcəlləsinin 41.2ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini mümkün edən hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir. Bu normaların tələbləri məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, iş üzrə sübutlar əsasında müəyyən edilmiş hallar onların heç də Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi barədə fikir yürütmək üçün kifayət etmir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı kifayət qədər nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmiş, onun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza, şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61 maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyası hüdudlarında cəzanın məqsədlərini təmin edən azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir, təyin edilmiş cəzanın növünün dəyişdirilməsi və ya yüngülləşdirilməsi üçün hazırda apellyasiya baxışı zamanı əsaslar müəyyən olunmadı. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya nəhkəməsi cəza məsələsinin həll zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3 və 66.5-ci maddələrini tətbiq edərkən mövcüd qaydalara düzgün riayət etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə cəza təyin etdikdən sonra, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 02 gün tutulma müddətinin həmin cəzadan çıxmalı olduğu halda, məhkəmə əksinə edərək, yəni Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təyin etdiyi cəzadan 2 günü çıxıb, daha sonra Cinayət Məcəlləsinin 66.5-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə cəza təyin etməklə səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza müəyyən edilir. CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 1(006)-21/2022 saylı hökmü cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 1(006)-21/2022 saylı hökmü dəyişdirilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunan 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ona Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 1(004)-322/2021 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə və 300 manat cərimə cəzası ilə qismən toplanılsın və qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 300 manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunan qəti azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz ) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası və 300 manat cərimə cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: İbrahim İbrahimli Hakimlər: Zəki Babayev Ziya Şirinov
Məhkəmə qərarları › İş №1(103)-1207/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1207/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver