Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-121/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X4 və X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi - X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin prokuroru X3, Məhkum - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, 1986-cı il martın 21-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, əkinçiliklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 1(101)-355/2021 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 Samir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 1(101)-355/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikasının CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəlinin 2020-ci il iyunun 25-dən hesablanması, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunması, onun ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi, 69,82 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 480 manat köçürülməsi, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməklə dörd ədəd sintetik torbadakı bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş, altı ədəd sintetik torbadakı yaş vəziyyətdə bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuananın tədqiqatdan sonrakı müvafiq qaydada 18.014,92 qram və 24.154,88 qram qalıqları, səkkiz ədəd sintetik torbada 391 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi və iki ədəd sintetik torbada 740 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərinin məhv edilməsi, bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkməklə, yetişdirməklə və onları (onların hissələrini) toplamaqla kultivasiya etmiş, həmçinin satış məqsədi ilə külli miqdarda narkotik vasitə hazırlamış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkməklə, yetişdirməklə və onları (onların hissələrini) toplamaqla kultivasiya edib satış məqsədi ilə külli miqdarda narkotik vasitə hazırlamaq, saxlamaq və satmaq üçün naməlum mənbədən istintaqa məlum olmayan vaxtda və şəraitdə narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını əldə etdikdə 2020-ci ilin aprel ayında X5 məxsus icarə əsasında götürdüyü, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Yeni yaşayış massivində yerləşən həyətyanı sahədə əkmiş, onların cücərməsinə nail olduqdan sonra bitkiləri həmin həyətyanı torpaq sahəsində əkməklə 2020-ci il iyunun 25-dək külli miqdarda tərkibində narkotik maddələr olan 391 ədəd çətənə (kannabis) bitkisinə və tərkibində narkotik maddələr olan 740 ədəd çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qulluq göstərməklə onları yetişdirərək və hissələrini toplayaraq kultivasiya etmiş, göstərilən çətənə (kannabis) bitki kollarından kustar üsulla hazırladığı külli miqdarda, yəni 18.015 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 24.155 qram çəkidə narkotik vasitə qurudulmamış marixuananı satış məqsədi ilə qeyd edilən ünvandakı həyətyanı sahədə yerləşən tikilidə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində 2020-ci il iyunun 25-də saat 12:30-da Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Yeni yaşayış massivində yerləşən həyətyanı sahəyə Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə baxış zamanı torpaq sahəsinə əkilmiş və aqrotexniki qaydada qulluq göstərilmiş külli miqdarda 391 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkisi və 740 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri, həmçinin sonuncunun həyətdəki girəcəkdən sol tərəfdə yerləşən tikilidə təqdim etdiyi, kustar üsulla hazırlanan ümumilikdə 10 ədəd torbada olmaqla külli miqdarda, yəni dörd ədəd sintetik torbada 18.015 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və altı ədəd sintetik torbada 24.155 qram təmiz çəkidə narkotik vasitə qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 Samir oğlu apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 1(101)-355/2021 saylı hökmünü ləğv edib Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü və 237.2.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 30-234.4.3-cü və 30-237.2.3-cü maddəsinə tövsif etməklə Təqsirləndirilən şəxs barəsində icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs Süleyman oğlu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü və 237.2.3-cü maddəsi ilə deyil Azərbaycan Respublikası CM-nin 30-234.4.3-cü və 30-237.2.3-cü maddəsi ilə ittiham edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi ictimai təhlükəli əməldən peşman olaraq əkdiyi 391 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkiləri, külli miqdarda 740 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri, həmçinin Təqsirləndirilən şəxs həyətdə girəcəkdən sol tərəfdə yerləşən tikilidə təqdim etdiyi ümumi sayı 10 ədəd olmaqla 04 ədəd sintetik torbada 18.015 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 06 ədəd sintetik torbada külli miqdar, 24.155 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilərək (əslində isə sintetik torbada zibildən başqa bir şey olmamışdır) götürülmüşdür. Təqsirləndirilən şəxs polis əməkdaşları həyətə gələn zaman artıq narkotik tərkibli bitki əkməkdən könüllü imtina etmişdir, polis əməkdaşları həyətə gələndə təqsirləndirilən Təqsirləndirilən şəxs bütün çətənə kollarını kökündən dartıb çıxartdıqdan sonra həyətdə toplamış və yandırmaq üçün benzin də gətirmişdir. Eyni zamanda narkotik bitkinin də zir-zibilini sintetik torbalara yığaraq yandırmağa hazırlamışdır. Qeyd etdiyimiz fakt video diskə baxılarsa öz təsdiqini tapar. Həmin hökmdən narazı qalan Dövlət ittihamçısı apellyasiya protesti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 1(101)-355/2021 saylı hökmü məhkuma təqsirli bilindiyi cinayətlərin məcmusu üzrə daha ağır qəti cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul etmişdir. Göründüyü kimi, məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu cəzanı yüngülləşdirici hal kimi qəbul etmişdir. Hesab edir ki, məhkəmənin məntiqi olaraq şəxsin ilk dəfə cinayət törətdiyini vurğulamaqla həmin halı cəzanı yüngülləşdirici hal kimi qəbul etməsi qanunsuz olmuşdur. Həmçinin, işə baxan məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi qəbul etmişdir. Şəxsin müsbət xarakterizə olunması cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasına əməl olunmasının nəticəsidir. Məhkəmə yalnız təqsirləndirilən şəxsin müsbət xarakterizə olunmasını göstərməklə kifayətlənmiş, lakin bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını məhkəmə hökmünün təsviriəsaslandırıcı hissəsində göstərməmişdir. İşin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs çəkisi külli miqdardan 84 dəfədən çox narkotik vasitə olan qurudulmuş marixuananı, çəkisi külli miqdardan 46 dəfədən çox əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin şitillərini və çəkisi külli miqdardan 24 dəfədən çox əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan yaş vəziyyətdə çətənə (kannabis) bitkilərini satış məqsədi ilə qanunsuz əldə edərək satmaq istəmiş, bununla da cəmiyyətin yüzlərlə üzvünün həyat və sağlamlığını təhlükə altına almışdır ki, bu da onun törətdiyi cinayətin ictimai təhlükəliliyini artırmaqla bərabər Təqsirləndirilən şəxs şəxsiyyətinin səciyyələndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Məhkəmə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə aşağı həddə cəza təyin etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmiş və ona cinayətin ağırlığına uyğun olmayan cəza təyin etmişdir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli hökmü ona təqsirli bilindiyi CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə cinayətlərin məcmusu üzrə daha ağır qəti cəza təyin edilməklə dəyişdirilməlidir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X7 apellyasiya protestinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 1(101)-355/2021 saylı hökmü məhkumun təqsirli bilindiyi cinayətlərin məcmusu üzrə daha ağır qəti cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya protestinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 1(101)- 355/2021 saylı hökmünü ləğv edib Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü və 237.2.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 30- 234.4.3-cü və 30-237.2.3-cü maddəsinə tövsif etməklə Təqsirləndirilən şəxs barəsində icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 1(101)-355/2021 saylı hökmü isə dəyişdirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs təqsiri şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nın 234.4.3 və 237.2.3-cü maddələri ilə düzgün tövsif etmişdir. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin 2020-ci il iyulun 06-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarındakı Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2020-ci il 24 sentyabr tarixli, 2418 nömrəli arayışdan və eyni tarixli 2419 nömrəli xasiyyətnamədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində ailə üzvləri, o cümlədən 2020-ci il 12 fevral təvəllüdlü Murad adlı övladı ilə birlikdə yaşayan Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şifahi və ya yazılı şikayət daxil olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, ilk məhkumluğunu, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun deyildir. Məhkəmə məhkuma əsassız olaraq orta həddindən də aşağı cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi məhkuma yüngül cəza təyin etməklə həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinə nail olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza məsələsini həll edərkən, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən halları hökmdə qeyd etsə də, törədilmiş cinayət əməlinin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun və ədalətli olmayan yüngül cəza təyin etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə islah oluna biləcəyi nəticəsinə gəlmiş, lakin bu nəticəni yalnız müəyyən etdiyi cəzanı yüngülləşdirən hallara istinad etməklə əsaslandırmış, cinayətin ictimai təhlükəliliyini nəzərə almamışdır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza məsələsini həll edərkən, məhkumun barəsində onun törətdiyi cinayət əməlinin xarakteri və ictimai-təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun və ədalətli olmayan yüngül cəza təyin etmişdir. Məhkəmənin Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinə görə təyin etdiyi cəza formal olaraq qanuni çərçivədə olsa da, mahiyyət etibarı ilə qanunvericinin müəyyən etdiyi tələblərə cavab vermir. Göründüyü kimi, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq orta həddən də az cəza təyin etmiş və bununla da, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi ilə müəyyən edilmiş ədalət prinsipini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.4-cü maddəsinə görə hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021ci il tarixli, 1(101)-355/2021 saylı hökmü isə dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 397.1, 397.2 və 405.1.4-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 1(101)-355/2021 saylı hökmü məhkum Təqsirləndirilən şəxs barəsində onun müdafiəçisinin apellyasiya şikayətinə və dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 1(101)-355/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası artırılaraq 07 (yeddi) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası artırılaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qaldırılsın. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 Samir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Vaqif Mursaqulov Hakimlər X4 X9
Məhkəmə qərarları › İş №1(103)-121/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-121/2022
13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver