Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-121/2023 07.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, X16 və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6 və Əfəndiyeva Gülnar Füzuli qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, X10, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsin hüquqi varisi-X2, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi-“Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, Barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs - Təqsirləndirilən şəxs, Qanuni nümayəndə-Qanuni nümayəndə, Müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 123.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətdikdən sonra psixi xəstəliyə tutulduğundan, onun barəsində Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı1 tərəfindən verilmiş apelyasiya protestinə və Müdafiəçi3 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 1(101)-1277/2022 saylı qərarı ilə (sədrlik edən Ə.Q.Quliyev, hakimlər A.İ.Paşayev, İ.X.Həsənzadə ibarət tərkibdə) xx xxxx 1992-ci ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Qaralar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında müalicə alan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 123.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətdikdən sonra psixi xəstəliyə tutulduğundan, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən X1 məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasına keçirilməsi, qərarın icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübutlar - Binəqədi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan “VAZ 21214” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön oturacağın söykənəcək hissəsinin üzlüyünün üzərindəki ləkənin yuyuntu ilə keçirildiyi bint kəsiyi və sürücünün bağlandığı kəmərdən kəsik hissə, hadisə yerindən götürülmüş bir ədəd qara rəngli ayaqqabı, bir ədəd papaq, bir ədəd kepka, bir ədəd dəmir parçası, bir ədəd qol saatı, bir ədəd böyük daş, 1, 2, 3, 4 rəqəmləri ilə işarələnmiş torpaq qırıntıları, bir ədəd taxta, bir ədəd laqonda daşı, bir ədəd plastmas qırıntısı, dörd ədəd kiçik daş, Zərərçəkmiş şəxs1 məxsus “X29 Prado” markalı avtomobildən götürülmüş qanabənzər maddə qaşıntısı, Şahid9 məxsus bir ədəd gödəkcə, bir ədəd köynək, bir ədəd cins şalvar, bir cüt ayaqqabı, bir ədəd çanta, mərhum Zərərçəkmiş şəxs2 məxsus jaket, qısaqol köynək, qolsuz mayka, idman şalvarı, alt tumanı, bir cüt corab və qan nümunəsi, “VAZ 21214” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş bir ədəd gödəkcə, bir ədəd cins şalvar və bir ədəd bıçaq, habelə Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək cinayət işi üzrə sübut əhəmiyyətinə malik olduqlarından, həmin maddi sübutların taleyinin cinayət işi üzrə yekun qərar qəbul edilərkən həll edilməsi qərar alınmışdır. İşin halları: Qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri, Şahid9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi, Şahid10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair 1(101)-439/2022 qeydiyyat nömrəli cinayət işindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(101)-1277/2022 qeydiyyat nömrə ilə ayrıca icraatda yeni cinayət işi ayrılmışdır. Cinayət işinin ayrılmasına səbəb Təqsirləndirilən şəxs hərəkətlərinin hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ona X1 məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinin məsləhət görülməsi olmuşdur. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. İbtidai istintaqın qənaətinə görə, Təqsirləndirilən şəxs həmkəndlisi Şahid9 10 aprel 2021-ci il tarixdə saat 17 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib Bakı şəhəri, Binəqədi rayonu, 4-cü Mədən ünvanında yerləşən İxtisaslaşdırılmış Mexanikləşdirmə İdarəsinin yaxınlığındakı “Ot Bazarı” kimi tanınan ərazidə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə aralarında baş vermiş münaqişə zamanı sonuncular tərəfindən döyülməsini deməsindən sonra həmin şəxslərlə görüşüb məsələni ayırd etmələri üçün istintaqa məlum olmayan bıçaqla silahlanıb, tanışı Şahid10 ilə birlikdə həmin gün saat 17:50 radələrində özünün idarə etdiyi “VAZ 21214” markalı, **- TB-*** dövlət qeydiyyat nişanlı və Şahid10 idarə etdiyi “Opel Corsa” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə həmin ünvana, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 1 ünvanındakı “Ot Bazarı” kimi tanınan ot satışı məntəqəsinin qarşısına gəlmiş və bu zaman tanışı Şahid9 qabaqda, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxs2 isə ondan bir qədər arxada getdiklərini görüb idarə etdiyi avtomaşını Zərərçəkmiş şəxs1 qarşısında saxladıqdan və avtomaşının əlcək qabında olan istintaqa məlum olmayan bıçağı götürərək yerə düşdükdən sonra baş verənlərə aydınlıq gətirməyə hər hansı bir cəhd göstərmədən, Şahid10 və Şahid9 ilə bir qrup şəxs halında ətrafda çoxlu sayda insanların olmasına baxmayaraq şəxsiyyətlərini başqalarının şəxsiyyətinin fövqündə qoyub həmin ərazidəki şəxslərə və açıq aşkar surətdə ictimai qaydalara əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq, mənəviyyat normalarını tapdalayaraq bir çox insanın, yəni ətrafdakı şəxslərin mənafelərinə toxunan, ictimai qaydanı kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan, eləcə də silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirməklə, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək əks tərəflə qarşılıqlı dalaşma zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə əlbayaxa olarkən əli ilə Zərərçəkmiş şəxs1 sağ üz nahiyəsinə güclü yumruq zərbəsi endirərək sonuncuya üzün sağ gözaltı və yanaq nahiyələrinin şişkinlikli qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, daha sonra isə qarşılıqlı dava zamanı Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş və cinayətkar qəsdini həyata keçirmək məqsədi ilə əlində olan bıçaqla sonuncunun həyat üçün vacib olan orqanlarının yerləşdiyi döş qəfəsi nahiyəsinə zərbə endirərək, döş qəfəsinin ön səthində solda bir ədəd plevra boşluğuna nüfuz edən, ürəyin sol mədəciyinin yaralanması ilə müşayiət olunan, ölümlə səbəbli əlaqəsi olan, kəskin qanitirməyə səbəb olmuş, dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarət yetirib Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Qərardan Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 apelyasiya şikayəti və ona əlavə verərək, barəsində məcuri müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə baraət verilməsini xahiş etmişdir. Qərardan Dövlət ittihamçısı1 apelyasiya protesti verərək Təqsirləndirilən şəxs CMnin 123.1 və 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərarını ləğv edərək, Təqsirləndirilən şəxs CM-nin 120.2.2 və 221.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmaqla ona cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti, apelyasiya protestinin dəlilləri və tərəflərin çıxışları: Müdafiəçi3 apelyasiya şikayətini və ona əlavəni onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs ittiham olunduğu CM- nin 123.1 və 221.3-cü maddələri ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməlidir. Məhkəmə o qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs2 onu həyatdan məhrum edəcəyinə dair düşüncədə olmasına rəvac verən ciddi səbəbləri olmuş və o, kortəbii olaraq özünü müdafiə etmək istəmiş, lakin, özünü müdafiə edərkən, qəsdin qarşısını almaq üçün zəruri olan müdafiə həddini aşmışdır.Məhkəmənin əsaslandırmasından göründüyü ki, məhkəmə Təqsirləndirilən şəxs zəruri müdafiə hüququnun yaranması qəbul etmiş, lakin özünün müdafiə edən zaman zəruri müdafiə həddini aşmışdır. Təqsirləndirilən şəxs dostunun ona zəng edib yardıma çağırmasına görə hadisə yerinə gedərkən bıçaq almayıb, yaxud götürməyib, həmin bıçaq daima onun idarə etdiyi avtomobildə olub, hadisə yerinə gəldikdə Zərərçəkmiş şəxs1 əlində dəmir parçasının, Zərərçəkmiş şəxs2 isə əlində bıçağın olmasını gördükdə özünü müdafiə etmək üçün avtomobilin əlcək qabını açmış, orada olan vintaçan, bıçaq və sair alətlərin içindən əlinə ilk növbədə keçən bıçağı götürmüşdür. Hadisə yerinin yaxınlığındakı avtomobil təmir sexinin ərazisində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən heç bir əsaslı səbəb olmadan dəmir boru və bıçaqdan silah qismində istifadə edilməklə Şahid9 münasibətdə hücum edilmiş, ətrafdakı şəxslər ilk dəfə onları ayırdıqda döyülmüş və xəsarətlər almış vəziyyətdə olan Şahid9 təmir sexindən çıxaraq telefonla Təqsirləndirilən şəxs zəng vurub xəsarətlər aldığını demiş, Təqsirləndirilən şəxs isə öz növbəsində ona oradan kənarlaşmağı tapşırıb arxasınca gəlib onu götürəcəyini demişdir. Təqsirləndirilən şəxs hadisə yerinə gələnədək avtomobil təmiri sexindən çıxan Şahid9 yenidən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hücumlarına məruz qalıb döyülmüş, ikinci dəfə də onları ətrafda olan şəxslər ayırsalar da, Zərərçəkmiş şəxs1 oğlunun idarə etdiyi avtomobildən dəmir parçası (akkumlyator saxlayan dəmir), Zərərçəkmiş şəxs2 isə avtomobilin sürücü qapısından bıçaq götürərək Şahid9 hücum etmiş, qeyd olunan alətlərdən silah qismində istifadə olunaraq həyatına təhlükə olduğunu görən Şahid9 avtomobil təmiri sexinin qarşısından mərkəzi yol istiqamətində qaçmış, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onu təqib etmiş, bu anda hadisə yerinə gələn Təqsirləndirilən şəxs dostu Məhəbbətin silahlı hücuma məruz qaldığını görüb özünü müdafiə etmək məqsədi ilə avtomobilin əlcək qutusundan bıçaq götürüb düşmüş, Zərərçəkmiş şəxs1 əlindəki dəmir parçası ilə Məhəbbətin baş nahiyyəsinə zərbə endirəcəyini görüb əlindəki bıçağı sağ əlindən sol əlinə keçirərək sağ əli ilə bir dəfə yumruqla Zərərçəkmiş şəxs1 vurmuş, atasının vurulduğunu görən Zərərçəkmiş şəxs2 arxadan Təqsirləndirilən şəxs yaxınlaşaraq əlindəki bıçaqla Ramilə xəsarət yetirmiş, Ramil arxadan bıçaq xəsarəti aldığını hiss edib Cavada tərəf döndükdə o, təkrarən Ramilin sinə nahiyyəsinə bıçaq zərbəsi endirmiş, Ramil isə yaralı halda olduğundan özünü qorumaq üçün əlindəki bıçaqla Cavada doğru həmlə etməyə çalışmış, Məhəbbət isə Cavadın iki dəfə bıçaqla Ramili vurub yaraladığını və dayanmadan bıçaq zərbələri endirməyə davam etməkdə olduğunu görüb Cavadı yerə yıxmış, yaranmış fürsətdən istifadə edən Təqsirləndirilən şəxs yaralı halda avtomobilinə doğru qaçmış, Məhəbbət və Elşən də onun arxasınca getmiş, bu zaman Cavad ayağa qalxmışdır. İş materiallarında olan videogörüntülərdən məlum olur ki, Təqsirləndirilən şəxs hadisə yerinə saat 17:52:19-cu saniyədə gəlmiş, saat 17:53:14-cü saniyədə isə hadisə yerindən uzaqlaşmış, yəni hadisənin sırf Təqsirləndirilən şəxsla əlaqəli hissəsi 1 dəqiqədən az müddətdə davam etmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs2 ayağa qalxması şahid ifadələri ilə yanaşı həmçinin videogörüntülərlə də təsdiq olunur. Belə ki, videogörüntülərdən göründüyü kimi hadisə 17:53:14-cü saniyədə bitdikdən sonra Zərərçəkmiş şəxs1 heç də tələsmədən adi yerişlə avtomobilinə doğru irəliləyir, Prado markalı avtomobilə əyləşməsi saat 17:54:11-ci saniyəyə, yaralı oğlunun yanma 20-30 metrlik yolu sürüb çatması isə saat 17:54:33-cü saniyəyə təsadüf etməklə ümumilikdə 1 dəqiqə 19 saniyə keçir. Məntiqlə tam aydın olur ki, oğlu yaralı vəziyyətdə yerdə uzanıqlı şəkildə olsaydı istənilən ata qaçaraq və sürətlə hərəkət edərdi. Ümumiyyətlə müxtəlif şəxslərin iş materiallarında olan ifadələri, çoxsaylı videogörüntülər, habelə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı ibtidai araşdırma orqanı tərəfindən müəyyən edilmiş hallar baxımından açıq-aşkar şəkildə görünür ki, Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq cinayətinin tərkib əlamətləri ümumiyyətlə mövcud olmamış, o, İltifat və Zərərçəkmiş şəxs2 silah qismində alətdən istifadə etməklə etdikləri xuliqanlıq hərəkətlərinin qarşısını almaq və dostu Şahid9 həyatına olan təhlükədən qurtarmaq üçün əlində bıçaq ola-ola bıçaqla deyil, məhz yumruqla Zərərçəkmiş şəxs1 vurmuş, sonra isə Zərərçəkmiş şəxs2 2 dəfə onu bıçaqla vurması halında, yəni faktiki olaraq zəruri müdafiə vəziyyətində olub əlində olan bıçaqla həyatına olunan təhlükədən qorunarkən cəmi 1 dəfə Zərərçəkmiş şəxs2 xəsarət yetirmiş, özü də yaralı olduğundan həmin anda xəsarəti hansı şəraitdə və Cavadın bədəninin hansı nahiyyəsinə doğru yetirməsini bilməmişdir. Həmin vaxt bir an belə diqqətsizlik Təqsirləndirilən şəxs həyatı bahasına başa gələ bilərdi. Müdafiə tərəfi olaraq hesab edirlər ki, zəruri müdafiə həddi aşılmamış, Təqsirləndirilən şəxs hərəkətləri zəruri müdafiə vəziyyətində baş vermişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hadisənin gedişatında ilk əvvəl dostu Şahid9 həyatına əlindəki dəmir parçası ilə qəsd edən Zərərçəkmiş şəxs1 yumruqla zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qorumuş, sonra isə öz həyatını ona bıçaqla 2 dəfə xəsarət yetirən Zərərçəkmiş şəxs2 qəsdindən qoruyarkən bıçağa əl atıb istifadə etməyə məcbur vəziyyətə düşmüş, hər iki halda Təqsirləndirilən şəxs hərəkətləri Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxs2 törətdiyi qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə tam uyğun gəlmiş, hadisə bilavasitə zərərçəkmiş şəxslərin təşəbbüsü ilə başlamışdır. Təsadüfi deyil ki, ********* nömrəli cinayət işi üzrə qəbul olunmuş «Sübutların qiymətləndirilməsi haqqında» 18 noyabr 2021-ci tarixli Qərarla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və istintaq aidiyyəti üzrə Binəqədi RPİ-nə göndərilməsi qərara alınmışdır. Baş vermiş hadisənin gedişatında Təqsirləndirilən şəxs zəruri müdafiə vəziyyətində davranması iş materiallarında olan sübutların məcmusu ilə açıq- aşkar şəkildə təsbit olunduğundan onun əməlinin Azərbaycan Respublikası CM-nin 123-cü maddəsinə tövsifini də istisna edir. Zərərçəkmişlər Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs şəxsiyyətlərini səciyyələndirən halları müqayisəli şəkildə tədqiq etsək görərik ki, cinayət törətdikləri səbəbindən bir neçə dəfə məhkum olunmuş zərərçəkmiş şəxslərdən fərqli olaraq Təqsirləndirilən şəxs daha öncə məhkum edilməmiş, hər hansı bir cinayət məsuliyyətinə cəlb olunmamışdır. Bu xüsusatın özü də, cinayət işi materiallarında mövcud digər sübutlarla yanaşı belə qənaətə gəlməyə imkan verir ki, hadisə ümumiyyətlə zərərçəkmiş tərəfin təşəbbüsü ilə baş vermiş, ictimai təhlükəli qəsdi törədənlər elə ilk olaraq zərərçəkmiş şəxslər olmuş, Təqsirləndirilən şəxs isə sadəcə həmin qəsdlərdən özünü və dostu Şahid9 qorumağa çalışmışdır. Dövlət ittihamçısı1 apelyasiya protestini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs əməlinin CM-nin 123.1-ci maddəsinə tövsif edilməsi və barəsində tibbi xarakterli tədbirlər tətbiq edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilməli və o CM-nin 120.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinərək onun barəsində ittiham hökmü çıxarılmaqla cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməlidir. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmkədlisi Şahid9 10 aprel 2021-ci il tarixdə saat 17 radələrində istifadəsində olan 050833-99-99 saylı mobil telefon nömrəsinə zəng edib Bakı şəhəri Binəqədi rayonu, 4-cü Mədən ünvanında yerləşən İxtisaslaşdırılmış Mexanikləşdirmə İdarəsinin yaxınlığındakı "Ot Bazarı” kimi tanınan ərazidə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə aralarında baş vermiş münaqişə zamanı sonuncular tərəfindən döyülməsini deməsindən sonra həmin şəxslərlə görüşüb məsələni ayırd etmələri üçün istintaqa məlum olmayan bıçaqla silahlanıb, tanışı Şahid10 ilə birlikdə həmin gün saat 17:50 radələrində özünün idare etdiyi "VAZ 21214” markalı, **-TB-*** dövlet qeydiyyat nişanlı ve Şahid10 idarə etdiyi "Opel Corsa" markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə həmin ünvana, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 1 ünvanındakı "Ot Bazarı” kimi tanınan ot satışı məntəqəsinin qarşısına gəlmiş və bu zaman tanışı Şahid9 qabaqda, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxs2 isə ondan bir qədər arxada getdiklərini görüb idarə etdiyi avtomaşını Zərərçəkmiş şəxs1 qarşısında saxladıqdan və avtomaşının əlcək qabında olan istintaqa məlum olmayan bıçağı götürərək yerə düşdükdən sonra baş verənlərə aydınlıq gətirməyə hər hansı bir cəhd göstərmədən, Şahid10 və Şahid9 ilə bir qrup şəxs halında ətrafda çoxlu sayda insanların olmasına baxmayaraq şəxsiyyətlərini başqalarının şəxsiyyətinin fövqündə qoyub həmin ərazidəki şəxslərə və açıq aşkar surətdə ictimai qaydalara əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq, mənəviyyat normalarını tapdalayaraq bir çox insanın, yəni ətrafdakı şəxslərin mənafelərinə toxunan, ictimai qaydanı kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan, eləcə də silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirməkləri vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək əks tərəflə qarşılıqlı dalaşma zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə əlbəyaxa olarkən əli ilə Zərərçəkmiş şəxs1 sağ üz nahiyəsinə güclü yumruq zərbəsi endirərək sonuncuya üzün sağ gözaltı və yanaq nahiyələrinin şişkinlikli qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, daha sonra isə qarşılıqlı dava zamanı Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş və cinayətkar qəsdini həyata keçirmek məqsədi ilə əlində olan bıçaqla sonuncunun həyat üçün vacib olan orqanlarının yerləşdiyi döş qəfəsi nahiyəsinə zərbə endirərək, döş qəfəsinin ön səthində solda bir ədəd plevra boşluğuna nüfuz edən, ürəyin sol mədəciyinin yaralanması ilə müşayiət olunan, ölümlə səbəbli əlaqəsi olan kəskin qanitirməyə səbəb olmuş, dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarət yetirib Zərərçəkmiş şəxs2 ltifat oğlunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. İş üzrə ibtidai istintaq zamanı ifadəsi elan edilmiş Təqsirləndirilən şəxs göstərmişdir kil ... "Maga” ile əlaqə saxlayaraq vəziyyətinin necə olduğunu və hadisə yerinin harada olduğunu dəqiqləşdirməklə, Məhəbbətə oradan kənarlaşmasını demiş, "Maqa” da telefonda dəqiq heç nə dəməmiş, sadəcə 20-30 nəfər tərəfindən döyülərək öldürüldüyünü bildirmişdir. Elşən də ona zəng edib harada olduğunu və hara getdiyini dəqiqləşdirmiş, artıq "Ekologiya Postu"nu keçdikdən sonra onlar Elşənin idarə etdiyi göy rəngli "Opel" markalı avtomobillə rastlaşmışlar. Həmin zaman Elşən sükan arxasında, yanında isə bir nəfər şəxs olmuş, o, hadisə yerinə arxada, Elşən isə öz avtomobilində öndə getmişdir. Hadisənin baş verdiyi əraziyə daxil olanda o, küçənin o biri başından ona tərəf qaçan "Maqa”nı və arxasınca böyük bir kütlənin gəldiyini həmin kütlənin içerisində əlində dəmir fırladan bir kişinin "Maqa"nı qovduğunu, kişinin arxasınca əlində bıçaq olan bir nəfər cavan oğlanın qaçdığını görmüşdür. "Maqa” onun avtomobilinin yanına çatanda o şəxslərin əlində silahla sonuncunu təqib etdiyini gördüyündən əlini avtomobilin əlcək qabına atıb oradan ne isə götürmək istəmiş, həmin zaman avtomobildə istifadə etdiyi bıçaq əlinə dəydiyi üçün həmin bıçağı sağ əlinə almış və avtomobili qəflətən saxlamışdır. Avtomobildən düşdükdə o, əlində dəmir parçası olan kişinin "Maqa"nın başından zərbə endirmək istədiyini görüb, bıçağı sağ əlindən sol əlinə keçirərək sağ yumruqla kişinin üz nahiyəsinden vurmuş və zərbənin təsirindən kişi yerə yıxılmışdır. Bundan sonra o, yerdə olan kişinin sinəsindən sol əli ilə sıxıb sağ əli ilə yenidən zərbə endirmək istədikdə arxa sağ nahiyəsinə nəyinsə girdiyini hiss etmiş, sağ nahiyəsinə baxdıqda qanın axdığını görüb qorxmuşdur. Həmin zaman onu vuran cavan oğlan bir az aralı düşsə də, yenidən üstünə hücum etmiş, o, həmin oğlanı qorxutmaq məqsədilə əlində olan bıçağı sonuncuya tərəf tutaraq nümayiş etdirmiş lakin qeyd etdiyi oğlan dayanmadan bir neçe dəfə ona zərbə atmış və o, həmin zərbələrdən birinin ürək nahiyəsinə gəldiyini gördükdə çevrildiyindən, zərbə onun sağ qabırğa nahiyəsinə dəymişdir. Daha sonra həmin oğlan yenidən ona bıçaqla zərbə vurmaq istədikdə o, sağ əlinə keçirdiyi bıçağı sonuncuya tərəf atmışdır. Bu zaman həmin oğlan onunla üzbəüz dayanmışdır. O, oğlana tərəf bıçaq zərbəsi atdıqdan sonra sonuncu yenə də dayanmadan ona tərəf zərbələr endirməyə cəhd etmiş, o da əli ilə yarasından tutub həmin zərbələrdən yayınmağa çalışmışdır. O, hadisə yerinə çatdıqda Zərərçəkmiş şəxs1 əlində dəmir, Zərərçəkmiş şəxs2 əlində isə bıçaq gördüyü üçün özünü qorumaq məqsədilə əlinə bıçaq götürmüş, Cavadı yalnız özünü sonuncunun ona vurduğu bıçaq zərbələrindən müdafiə etmək məqsədilə məcbur olub vurmuş, Zərərçəkmiş şəxs2 öldürmək niyyəti, eləcə də öldürməyə səbəbi olmamışdır. İdmançı olub uzun müddətdir ki, idmanla məşğul olduğu üçün ola bilsin ki, onun yetirdiyi bıçaq zərbəsi güclü və təsirli olsun və bu səbəbdən də Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş deşilmiş-kəsilmiş yara dərəcəsinə görə ağır zərər vurmaya aid olmaqla daxilə nüfuz edən xəsarətdir. İş üzre ifadə vermiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, ..Bundan sonra Nivanın sürücü olan qapısından avtomobili sürən dolu fiziki cəhətdən cüssəli oğlan aşağı düşmüş, digər iki şəxs isə avtomobilin sağ qapısından aşağı düşmüşlər. Nivanin sürücüsü yavaşca ona tərəf gəlmiş, onu vuracağını fikirləşməmiş, çünki onu tanımamışdır. Nivadan düşən digər iki şəxs isə yolun səkisi ilə qaraja ona tərəf gələn Cavada hücum edib döyməyə başlamış və Cavadı butka yerləşən boş torpaq əraziyə dartıb salmışlar. Həmin vaxt iki nəfərdən daha çox hündürboy olanı Cavadın burun nahiyəsindən yumruqla vurmuş, Cavad yerə yıxılıb yenidən ayağa qalxmaq istədikdə, Məhəbbətə oxşayan Nivadan düşən bir nəfər şəxs bıçaqla oğlu Cavadı sol sinə nahiyəsindən vurmuş. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bu zaman Elşən avtomobilini bir qədər irəli sürmüş, Ramil isə avtomobilini sola döndürərək səkinin qırağında saxlamış və əlini əlcək qabına ataraq oradan nə isə götürüb avtomobildən düşmüşdür. Daha sonra Ramil ağır söyüşlər söyən əlində dəmir parçası olan kişinin üz nahiyəsinə sağ əli ilə yumruq zərbəsi endirmiş, buna görə də həmin kişi yerə yıxılmış, Ramil də üstündə qalmışdır. Bundan sonra orada olan kütlə Ramilin ətrafında toplaşmış və o, artıq nə baş verdiyini görməmişdir. Yuxarıda qeyd edilən ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə gəldikdə heç bir səbəb olmadan avtomobilində olan bıçağı götürərək avtomobildən düşmüş və münaqişəyə qoşulmuşdur. Münaqişənin faciəvi sonluqla bitməsi məhz onun Zərərçəkmiş şəxs1 vurması ilə başlamış və Zərərçəkmiş şəxs2 qətlə yetirilmesi ilə başa çatmışdır. Əməlin tövsifi üçün hadisələrin gedişatını diqqətlə təhlil etmək, məhz kimin müdafiə mövqəyində olduğunu dəqiq müəyyən etmək lazımdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs müdafiə olunan tərəf olması qənaətinə gəlsə də, zərərçəkmiş şəxslərin əməlinə heç bir hüquqi qiymet verməmiş, mücərrəd şəkildə sonuncuları hücum edən şəxs kimi tanımışdır. Amma qeyd edilməsi zəruridir ki, Təqsirləndirilən şəxs hadisə yerinə gələrək avtomobildən silah qisminə istifadə oluna bilən əşya — bıçağı götürərək münaqişəyə qoşulması və ilk olaraq Zərərçəkmiş şəxs1 yumruq zərbəsi endirməsi onun artıq qərəzli şəxs olması, münaqişəyə hücum edən şəxs kimi qoşulması kimi qiymetlendirilməlidir. Hadisələrin davamı olaraq atası Zərərçəkmiş şəxs1 qarşı hücumlarını davam etdirərkən və bu zaman əlində bıçaq olmasını gören Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs bıçaq zərbəsi endirməsi sonuncunun Təqsirləndirilən şəxs qəsdinin qarşısının alınması kimi qiymətləndirilməli olduğu halda, məhkəmə əksinə olaraq Təqsirləndirilən şəxs - "qurban" statusu vermişdir. Təqsirləndirilən şəxs özünə aid olmayan və məğzini bilmədiyi münaqişəyə silahla daxil olduğu andan münaqişə edilən tərəf üçün artıq təhlükə obyektinə çevrilmiş və bununla da, qarşı tərəfin ondan müdafiə olunma hüququ yaranmışdır. Habelə avtomobilində silah qismində bıçaq gəzdirməsi şəxsin təhlükəli subyekt hesab etməyə kifayət qədər əsas verən dəlildir. Atasına silahlı şəxsin zərbə endirməsi və ona qarşı qəsdini davam etdirməsi, normal olaraq övladı Cavd Allahverdiyevdə həmin qəsdin qarşısını almağa dair vəhdət təşkil edən hücum-müdafiə İnstinktinin yaranmasına zəmin yaratmış və hər iki tərəf arasında qarşılıqlı münaqişə yaranmış, hansıki həmin münaqişənin sonunda Zərərçəkmiş şəxs2 qəsdən öldürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs idmançı olduğu halda Zərərçəkmiş şəxs1 ona münasibətdə yaşlı olmuş, Zərərçəkmiş şəxs2 isə qoldan qüsurlu şəxs olmuşdur. Bu da onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs daha əlverişli hücum imkanlara, zəruri olduğu halda silahsız da əlverişli müdafiə imkanlarına malik olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 14 aprel 2021-ci il tarixli, 478 saylı rəyiinə əsasən Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlər - döş qəfəsinin sağ-yan səthinin və döş qəfəsinin sağ yarısının arxa səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər xəsarətlər olmuş, məhkəmə-tibbi ekspertizasının aprel 2021-ci il tarixli, 75 saylı rəyinə əsasən isə Zərərçəkmiş şəxs2 meyitində aşkar edilmiş döş qəfəsinin ön səthinin plevra boşluğuna nüfuz edən ürəyin sol mədəciyinin yaralanmasına səbəb olmuş deşilmiş-kəsilmiş yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid olmaqlq bilavasitə onun ölümünə səbəb olmuşdur. Xəsarətlərin dərəcələrindən də açıq aydın görmək olar ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı hücumu qarşısı alına bilən olmuş və özündə ölüm təhlükəsini əks etdirməmişdir. İş materiallarında olan məhkəmə-tibbi kriminalistik və kriminalistik ekspertizasının 25 may 2021 –ci tarixli, 233- MTKŞ/2021 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs2 məxsus qısaqol köynəyin, qolsuz maykanın və jaketin hər birinin ön səthinin sol yarısının aşağı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə var.Bu zədə iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir, Təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs2 məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədə ilə, mərhum Zərərçəkmiş şəxs2 bədən səthində olan deşilmiş-kəsilmiş xəsarət yerləşməsinə görə üstüstə düşürlər. Təqdim olunmuş bıçağın tiyəsi dəstəkdən ayrılmışdır, hazırda istifadə üçün yararsızdır və mərhum Zərərçəkmiş şəxs2 məxsus paltarların üzərində olan deşilmişkəsilmiş zədənin, təqdim olunmuş bıçağın tiyəsinin təsirindən yetirilib-yetirilməməsinin müəyyən edilməsi üçün eksperimental zədələri yetirmək və bu zədənin təqdim olunmuş bıçağın tiyəsinin təsirindən törənib-törənməməsi barədə konkret fikir söyləmək mümkün deyil. Lakin iz törədən alətin tiyəsinin konstruktiv xüsusiyyətləri ilə təqdim olunmuş bıçağın konstruktiv xüsusiyyətləri eyni qrup daxilindədir. Bu əlamətlərə əsasən, mərhum Zərərçəkmiş şəxs2 məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədənin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətlərə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs2 məxsus paltarların üzərində olan kəsilmişdeşilmiş zədənin morfoloji əlamətlərinə əsasən, bu zədənin dayamaqla və məsafədən yetirilməsini təyin etmək mümkün deyil. Xəsarət yetirilərkən iz törədən alətin tiyəsi zədə nahiyəsinə doğru yönəlmiş, yara kanalının istiqaməti soldan-sağa, aşağıdan yuxarıya və öndən arxaya olmaqla, xəsarət yetirənlə müxtəlif duruş vəziyyətində ola bilərdilər (ekspert rəyinə əsasən). Mərhum Zərərçəkmiş şəxs2 məxsus idman şalvarının, alt tumanının və bir cüt corabın üzərində zədə aşkar olunmadı. Yuxarıda qeyd edilən ekspertiza rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən yetirilmiş zərbə xüsusi istiqamətlənmiş və müdafiə zərbəsi kimi, deyil hücum edən şəxsin zərbəsini özündə əks etdirmişdir. Bundan başqa, məhkəmə hüquqi mənada Təqsirləndirilən şəxs - “müdafiə olunan şəxs” kimi görməsinə baxmayaraq eyni zamanda onun əməlində qərəzli xuliqanlıq cinayətinin olmasının da qənaətinə gəlmişdir. Bununla da, məhkəmə özü öz mövqeyini şübhə altına qoymuşdur. Şəxsin qərəzli xuliqanlıq cinayəti törətməsi onun ətrafdakı şəxlərə göstərdiyi kəskin xoşagəlməz və mənfi mövqeyinin göstəricisidir. Cinayət törətmək düşüncəsi ilə hadisə yerinə gəlmiş, həmin düşüncədən əl çəkməyərək Zərərçəkmiş şəxs1 qarşı qərəzli xuliqanlı cinayət törətmiş şəxsin hansı əsaslarla zəruri müdafiə həddini aşması anlaşılmaz olaraq qalmışdır. Məhkəmənin Təqsirləndirilən şəxs əməli ilə bağlı sərgilədiyi hüquqi mövqe özü-özlüyündə ziddiyətli olmuş, bununlada, həmin mövqeyin yalnış olmasını üzə çıxarmışdır. Təqsirləndirilən şəxs hadisə yerində ilkin hərəkəti əlinə bıçaq götürməkdən ibarət olmuş və o, Zərərçəkmiş şəxs1 xəsarəti yumruqla yetirsə belə, xəsarəti yetirdikdən sonra üzərində durub yaxasından tutarkən bıçaq yenə də əlində olmuş, daha sonra isə o, həmin bıçaqla ətrafda olan çoxsaylı insanların arasında cəmiyyətə açıqcasına etinasızlıq göstərib Zərərçəkmiş şəxs2 vuraraq öldürmüşdür. Bundan başqa, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs barəsində keçirilmiş məhkəmə- psixiatrik ekspertizalarının 04,03.2022-ci il tarixli 24 saylı və xx.xx.2022-ci il tarixli 64 saylı rəylərinə əsasən onda «KƏSKİN ŞİZOFRENİYAYABƏNZƏR PSİXOTİK POZUNTU» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F23.2) olması, CM-nin 21.3cü maddəsinin təsiri altına düşdüyün və CM-nin 95.0.3-cü maddəsinə əsasən X1 məcburi müalicəyə ehtiyacı olduğu qeyd edilmişdir.xx.xx.2022-ci il tarixdə tərəfimdən təkrar komisyon sationar məhkəmə-psixiatrik ekspertizasının keçirilməsi barədə vəsarətə verilmiş və aşağıdakı qaydada əsaslandırılmışdır: “Yuxarıda adı çəkilən hər iki ekspert rəyində Təqsirləndirilən şəxs özü və ətrafdakılar üçün sosial təhlükəli olması qeyd edilmişdir. Lakin məhkəmə prosesslərində təqsirləndirilən şəxsin sosial təhlükəli olması hər hansı bir formada müşahidə edilməmişdir. Habelə, kifayət qədər gərgin keçən məhkəmə prosessləri, tərəflərin emosional çıxışları təqsirləndirilən şəxsin psixi durumunda xüsusi dəyişiklik, aqressiya yaratmamışdır. Halbuki, ekspertiza müddətinə şöbədaxili dinamik müşahidə zamanı dərman tələb etdiyi halda verilmədiyini görüb, pəncərəyə qalxmağa cəhd etməsi, üzərində alışqan saxlanılmasının qadağan olduğunu bildiyi halda buna etiraz bildirməsi əsəbləşməsi qeyd edilmişdir. Bundan başqa, məhkəmədə ifadəsi alınmış digər təqsirləndirilən şəxs Şahid10 ifadəsində Təqsirləndirilən şəxs 10 ilə yaxındır ki, tanıdığını bildirmiş, hansı xəstəlikdən əziyyət çəkməsini dəqiq bilmədiyini qeyd etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs kənar şəxslərə aqressiyası ilə bağlı suallara cavabında bildirmişdir kl, sonuncu yaxınlarına həmişə xüsusi hörmətlə yanaşmışdır. Bəzən günlərlə evdən bayıra çıxmaması və telefonlara cavab verməməsi kimi hərəkətləri olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Təqsirləndirilən şəxs qardaşı Qanuni nümayəndə göstərmişdir ki, təqsirləndirilən şəxsdə rəydə qeyd edilən xəstəliyin yaranması gənc yaşlarında boyun nahiyyəsindən keçirilmiş əməliyyatın nəticəsində yaranmışdır. Lakin ekspert rəylərində xəstəliyin yaranması ilə bağlı toplanmış amnezlərdə qeyd olunan xüsusata rast gəlinməmiş, təqsirləndiriləndə bu barədə heç bir söz deməmişdir.” Vəsatətdə qeyd edilənlərə və sonuncu ekpertiza müayinəsindən 3 ay keçməsinə baxmayaraq məhkəmə kollegiyası həmin vəsatəti təmin etməyərək məhkəmə istintaqını yekunlaşdırmışdır. Hesab edirəm ki, həmin halları tədqiq etmədən obyektiv həqiqətin aşkara çıxarılması mümkün deyildir və Təqsirləndirilən şəxsnin əməli və onun nəticələri obyektiv, tam və hərtərəfli araşdırılmamasına gətirib çıxarmışdır. Məhkəmə iş materiallarında mövcud olan və ittiham tərəfindən təqdim edilən, təkrar stasionar məhkəmə psixiatrik ekspertizasının keçirilməsini zəruri etməklə işin nəticəsi üçün önəmli olan yuxarıda sadalanan dəlilləri işin faktiki halları və bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməklə nəzərə almalı olsa da bunu etməmiş, nəticə etibarilə Təqsirləndirilən şəxsnin cinayət məsuliyyətindən azad etməklə düzgün mövqe sərgiləməmişdir. Apelyasiya icraatında barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş Təqsirləndirilən şəxs iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsi müzakirə edilmiş və X1 məcburi müalicəyə qəbul olunmuş Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermədiyi nəzərə alınmışdır. Apelyasiya icraatında xəstə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 və qanuni nümayəndəsi Qanuni nümayəndə apelyasiya şikayətini müdafiə edərək təqsiləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını, apelyasiya protestinin təmin edilməməsini xahiş etmişlər. Həmçinin şəxs barəsində məcburi müalicə təyin olunması hissəsi ilə bağlı qeyd etmişlər ki, bununla bağlı ekspertiza rəyi var və bu hissədə qərarı məhkəmənin mülahizəsinə buraxırlar. Apelyasiya icraatında dövlət ittihamçısı X17 apelyasiya protestini müdafiə edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərarını ləğv edərək, Təqsirləndirilən şəxs CM-nin 120.2.2 və 221.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmaqla ona cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməsini, apelyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Apelyasiya icraatında zərərçəkmiş Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin hüquqi varisi Cahid Allahverdiyev və vəkili Rəsul Yuifbəyli apelyasiya protestinin təmin edilməsini, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini və Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinin tələblərinə əsasən bu dəlillərdən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyi normalarının tələblərinə əməl edilməsini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti və apelyasiya protesti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə bəraət verilməsi barədə apelyasiya şikayətinin və təqsirləndirilən şəxsin CM-nin 120.2.2 və 221.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmaqla ona cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməsi barədə apellyasiya protestinin dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi, 1(101)- 439/2022 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Şahid9,Şahid10, şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərə dair 14 aprel 2021-ci il tarixli, 478 saylı rəyi, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində AR CM-in 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmasına dair Bakı şəhəri Binəqədi rayon Prokurorluğunun 18 noyabr 2021-ci il tarixli qərarı və digər mötəbər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi Şahid9 10 aprel 2021-ci il tarixdə saat 17 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib Bakı şəhəri, Binəqədi rayonu, 4-cü Mədən ünvanında yerləşən İxtisaslaşdırılmış Mexanikləşdirmə İdarəsinin yaxınlığındakı “Ot Bazarı” kimi tanınan ərazidə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə aralarında baş vermiş münaqişə zamanı sonuncular tərəfindən döyülməsini deməsindən sonra həmin şəxslərlə görüşüb məsələni ayırd etmələri üçün, tanışı Şahid10 ilə birlikdə həmin gün saat 17:50 radələrində özünün idarə etdiyi “VAZ 21214” markalı, 99TB-330 dövlət qeydiyyat nişanlı və Şahid10 idarə etdiyi “Opel Corsa” markalı, 99NO-865 dövlət qeydiyyat nişanlı avtomobillərlə həmin ünvana, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 1 ünvanındakı “Ot Bazarı” kimi tanınan ot satışı məntəqəsinin qarşısına gəlmiş və bu zaman tanışı Şahid9 qabaqda, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxs2 isə ondan bir qədər arxada getdiklərini görüb idarə etdiyi avtomaşını Zərərçəkmiş şəxs1 qarşısında saxladıqdan və avtomaşının əlcək qabında olan istintaqa məlum olmayan bıçağı götürərək yerə düşdükdən sonra, Şahid10 və Şahid9 ilə bir qrup şəxs halında ətrafda çoxlu sayda insanların olmasına baxmayaraq şəxsiyyətlərini başqalarının şəxsiyyətinin fövqündə qoyub həmin ərazidəki şəxslərə və açıq aşkar surətdə ictimai qaydalara əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq, mənəviyyat normalarını tapdalayaraq bir çox insanın, yəni ətrafdakı şəxslərin mənafelərinə toxunan, ictimai qaydanı kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan, eləcə də silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirməklə, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək əks tərəflə qarşılıqlı dalaşma zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə əlbayaxa olarkən əli ilə Zərərçəkmiş şəxs1 sağ üz nahiyəsinə güclü yumruq zərbəsi endirərək sonuncuya üzün sağ gözaltı və yanaq nahiyələrinin şişkinlikli qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, daha sonra isə mərhum Zərərçəkmiş şəxs2 ona bıçaqla döş qəfəsinin sağ-yan səthinin və döş qəfəsinin sağ yarısının arxa səthinə daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaralarından ibarət olan xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs2 onun bədəninin həyat üçün əhəmiyyətli olan hissələrinə, o cümlədən ürək nahiyyəsinə doğru zərbələrini davam etdirməsini və onu öldürmək niyyətinin olmasını özündə dəqiqləşdirdikdən sonra əlində olan bıçaqla özünü müdafiə etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 bir dəfə bıçaqla xəsarət yetirmiş və sonuncunu zəruri müdafiə həddini aşmaqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs, eləcə də şahidlərin ifadələrini qarşılıqlı şəkildə tədqiq edərək, müəyyən etmişdir ki, Zərərçəkmiş şəxs1 məhkəmədə verdiyi ifadəsində tam dəqiqliklə, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin harada və hansı şəraitdə yetirilməsi barədə məlumatı olmaması, oğlu Zərərçəkmiş şəxs2 sonuncunu bıçaqla vurmaması, eləcə də Təqsirləndirilən şəxs, Şahid10, Şahid9 və digər iki nəfər şəxsin oğlu Cavadı vuraraq öldürdüklərini aydın şəkildə görməsi barədə xüsusatları qeyd etsə də, hadisənin şahidi olmuş şəxslər Şahid2, Şahid4 və Şahid3 ifadələrində göstərdilər ki, Zərərçəkmiş şəxs1 zərbə aldıqdan sonra huşunu itirmiş vəziyyətdə olduğundan, onun dərhal ayağa qalxaraq konkret olaraq Cavadın bıçaqlanma anını görməsi mümkün olmamışdır. Eyni zamanda Şahid3 qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən yumruqla vurulduqdan sonra Cavad əlində bıçaqla həmin şəxsə tərəf cummuşdur. Beləliklə, mərhum zərərçəkmiş Cavad Alahverdiyevin əlində bıçaqla təqsirləndirilən şəxsə hücum etməsindən və bu faktı təsdiqləyən Təqsirləndirilən şəxs bədən xəsarətlərinin yetirilməsini təsdiq edən məhkəmə-tibbi ekspertizasının Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlər – döş qəfəsinin sağ-yan səthinin və döş qəfəsinin sağ yarısının arxa səthinə daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaralarının deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlməsinə dair 14 aprel 2021-ci il tarixli, 478 saylı rəyindən, eyni zamanda Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində AR CM-in 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmasına dair Bakı şəhəri Binəqədi rayon Prokurorluğunun 18 noyabr 2021-ci il tarixli qərarından da görünür ki, zərərçəkmiş şəxs Cavad Alahverdiyevin Təqsirləndirilən şəxs onun həyatı üçün təhlükəli olan müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə, onu həyatdan məhrum etmək niyyəti ola bilərdi. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs mərhum zərərçəkmiş şəxs Cavad Alahverdiyevin onu həyatdan məhrum edəcəyinə dair düşüncədə olmasına rəvac verən ciddi səbəbləri olmuş və o, kortəbii olaraq özünü müdafiə etmək istəmiş, lakin, özünü müdafiə edərkən, qəsdin qarşısını almaq üçün zəruri olan müdafiə həddini aşmışdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Prokurorluğunun 18 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmələrinə görə ********* nömrəli cinayət işindən AR CM-in 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və istintaq aidiyyatı üzrə göndərilmişdir. Göründüyü kimi, hadisə anında təqsirləndirilən Təqsirləndirilən şəxs ilk bədən xəsarətini alarkən, ona xəsarət yetirmiş Zərərçəkmiş şəxs2lə üz-üzə dayanmış vəziyyətdə olmamış, həmin bıçaq xəsarəti ona gözlənilmədən, onun görmədiyi şəraitdə yetirilərək, onda ciddi təlaş yaratmış, eyni zamanda ikinci bıçaq xəsarətini də bədəninin həyat üçün vacib olan nahiyyəsindən aldıqdan sonra, Zərərçəkmiş şəxs2 bıçaq zərbələrini davam etdirməsini görərək, çox qısa zaman kəsiyində öz həyatını müdafiə etmək kimi təbii bir instinktin təsiri altında olmuş və yalnız bir bıçaq zərbəsi endirərək, onun həyatına qəsd edəni özündən uzaqlaşdırdıqdan sonra, öz müdafiə hərəkətlərini davam etdirməyərək və Zərərçəkmiş şəxs2 onun bir bıçaq zərbəsi nəticəsində ölməsini düşünmədən, dərhal hadisə yerindən uzaqlaşmış və yalnız hadisədən bir neçə gün sonra Zərərçəkmiş şəxs2 ölməsi faktı ona məlum olmuşdur. Azərbaycan Respublikası CM-nin 36-cı maddəsi ictimaitəhlükəli qəsdə məruz qalmış şəxsin bu qəsddən qorunmaq hüququna malik olmasını, yəni qəsdin mövcudluğu ilə şərtləndirilən zəruri müdafiə vəziyyətində olduğunu təsbit etdiyi halda, ibtidai istintaq orqanı sübutlara müvafiq surətdə müəyyən edilmiş halların ziddinə olaraq Təqsirləndirilən şəxs zəruri müdafiə vəziyyətində olan şəxs kimi qəbul etməməmiş və bu səbəbdən də Təqsirləndirilən şəxs zəruri müdafiənin həddlərini aşmaqla hərəkət edib-etməməsini lazımınca araşdırmayıb onu CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilmişdir. Qeyd edilən xüsusatlar bir daha göstərir ki, Təqsirləndirilən şəxs digər şəxsi xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etmək niyyəti güdməmişdir. Nəzərə alınmaldır ki, zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürməyə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsi ilə nəzərdə tutulur. Həmçinin, baş vermiş hadisənin təşəbbüskarının Təqsirləndirilən şəxs olmamasını da əməlin hüquqi tövsifi üçün əhəmiyyətli sayılmasını məhkəmə tərkibi nəzərə almışdır. Eyni zamanda qöstərilmişdir ki, Təqsirləndirilən şəxs müdafiə zamanı istifadə etdiyi vasitə, yəni bıçaqla zərərçəkmiş şəxsə xəsarət yetirərək, onu həyatdan məhrum etmiş və bununla da zəruri müdafiə həddini aşmışdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 123.1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 123.1 və 221.3-cü maddələri ilə təqsirli bilinməsi qənaəti əsaslı olmuşdur. Göründüyü kimi, hadisə anında təqsirləndirilən Təqsirləndirilən şəxs ilk bədən xəsarətini alması, ona xəsarət yetirmiş Zərərçəkmiş şəxs2lə üz-üzə dayanmış vəziyyətdə olmaması həmin bıçaq xəsarəti ona gözlənilmədən, onun görmədiyi şəraitdə yetirilməsi işdə olan sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, apelyasiya icraatında dövlət ittihamçısının vəsatəti əsasında dindirilən xx.xx.2021-ci il tarixli, 478 nömrəli məhkəmə tibbi ekspertiza rəyini tərtib etmiş ekspert X18 proses iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs döş qəfəsinin sağ yan səthində 5-ci qabırğa proyeksiyasında, döş qəfəsinin sağ yarısının arxa səthində 10-cu qabırğa proyeksiyasında xəsarətlər aşkar edilmiş, xəsarətlərdən sağ yan səthdə olan ola bilər ki, əlçatan nahiyədə olsun, amma digəri əlçatan hissədə deyildi. Şəxsin həmin xəsarətləri öz-özünə yetirməsi inandırıcı deyildi. Yaraların yerləşmə lokalizasiyasına görə xəsarətin özü tərəfindən yetirilməsi xarakterik və inandırıcı deyil. ... Zərbənin təsiri xəsarətlərdə görünür və bu da kənar şəxs tərəfindən edilməsini daha məqsədə müvafiq edir. Təqsirləndirilən şəxs yaraları tamam fərqli istiqamətlərdə olmuşdur. Beləliklə göründüyü kimi, Təqsirləndirilən şəxs bədənindəki xəsarətlərin yerləşməsi və dərəcələri bir daha göstərir ki, həmin xəsarətlərin onun özü tərəfindən yetirilməsi mümkün olmamış, o öz həyatını müdafiə etmək məqsədi ilə mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs2 yalnız bir bıçaq zərbəsi endirərək, hadisə yerindən uzaqlaşmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs döş qəfəsinin sağ yan səthində, döş qəfəsinin sağ yarısının arxa səthində aşkar edilən xəsarətlərin əlçatan nahiyədə olmaması və həmin xəsarətləri öz-özünə yetirməsi inandırıcı görünməməsi, habelə yaraların yerləşmə lokalizasiyasına görə xəsarətin özü tərəfindən yetirilməsi xarakterik olmaması baş vermiş hadisənin məhkəmənin çəkişmə prinsipinə müvafiq olaraq müəyyən etdiyi mexanizm üzrə baş verdiyini daha təsdiq edir. Bununla da, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi cinayət tərkibini təşkil edən əlamətləri düzgün nəzərə almaqla sözü gedən cinayət əməllərini haqlı olaraq Azərbaycan Respublikası CM-nin 123.1 və 221.3-cü maddələri ilə tövsif etməklə gəldiyi nəticə işin faktiki hallarına tam uyğun olmuşdur. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşırılmasına əsaslanmaqla xəstə Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan əməlin törədilməsinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilməsi barədə birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası xatırladır ki, cinayət tərkibini təşkil edən əlamətlərin mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri CM-nin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək) Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin təşəbbüskarının kim olması düzgün müəyyən olunmuş, təqsirləndirilən Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər, habelə cinayətin təsvirində cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətlərini göstərən konkret faktlar qanunauyğun qaydada dəyərləndirilək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 123.1 və 221.3-cü maddəsi ilə tövsif olunmuş, həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar aşkar edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kolegiyası belə qənaətə gəlir ki, Ramil Rəmanovun Azərbaycan Respublikası CM-nin 123.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməsi birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılaraq sübuta yetirilmiş, ona bəraət verilməsi və ya əməlin CM-nin 120.2.2-ci maddəsi ilə tövsif olunmasına əsaslar müəyyən edilmədiyindən apelyasiya şikayəti və apelyasiya protesti həmin hissələrdə əsassız hesab edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, törədilmiş cinayət əməlinin həmçinin CM-in 221.3-cü maddəsi ilə tövsif olunması məsələsi dövlət ittihamçısı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşməsi və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına dair qərar qəbul edilmiş cinayət işi üzrə toplanmış sübutları CPM-nin tələblərinə əsasən qiymətləndirməməsi barədə apelyasiya protestinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə X4” X21 xx.xx.2022-ci il tarixli, 24 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda «KƏSKİN ŞİZOFRENİYAYABƏNZƏR PSİXOTİK POZUNTU» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F23.2) müəyyən edilir. Bunu cinayət işi materiallarındakı tibbi sənədlər, anamnestik məlumatlar (psixi xəstəliyinə görə hərbi xidmət keçmədiyini bildirməsi, 2018-ci ildə Rusiya Federasiyasında hazırda adını xatırlamadığı xəstəxanada psixiatrik müalicə aldığını qeyd etməsi, dediklərindən onda yaranan şübhələr nəticəsində tez-tez konfliktlər yaşaması səbəbindən müalicə aldığı təəssüratı yaranması, X33 Dispanserində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək «Şizofreniya əlamətləri ilə müşayiət olunan polimorf psixotik pozğunluq» diaqnozu ilə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin stasionar şöbədə müayinədə olduğu müddət ərzində özünü narahat aparması, şöbə daxili rejimə çətinliklə tabe olması, ünsiyyətə az meyilli olması, ona müraciət edildikdə əsəbi halda qısa cavablar verməsi, davranışının şəraitə qeyri-adekvat otması, acıqlı bir halda tibb personalından onu palatadan çıxarmalarını tələb etməsi, digər yoxlanılan şəxslərə və tibb personalına şübhə ilə yanaşması, onlara qarşı kobud rəftar etməsi, nalayiq ifadələr səsləndirməsi, əhvali-ruhiyyəsinin qəzəbli və aşağı olması, müayinə gedişində mimikasında şübhəlilik ifadəsi müşahidə edilməsi, söz təması yaratmağın bir qədər çətinliklə mümkün olması, söhbətə könülsüz qoşulması, gah alçaq, gah da yüksək səslə danışması, suallara neqativ yanaşması, öz şəxsiyyətinə, zamana və məkana görə bələdliyinin formal olaraq saxlanılması, müayinə zamanı zərərgörmə şəklində münasibət sayıqlama fikirlərinin müəyyən edilməsi, təfəkkürünün bir qədər ləng tempdə olması, mülahizə və mühakimələrində qəribəliklər müşahidə edilməsi, intellektual imkanlarının çevik olmaması, emosiyalarında ümumən dəyişkənlik müşahidə edilməsi, söhbətlər əsnasına yüksək əsəbiliyinin dərhal özünü biruzə verməsi, iradi aktivliyinin enməsi, keçirilən ekspertizanın məqsədini düzgün başa düşməməsi, şübhələrinin əsaslı olmasını sübuta yetirmək üçün inadkarlıqla arqumentlər gətirməsi, əks arqumentləri heç cür qəbul etməməsi, özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməsi, aparılan müayinənin gedişinə və onun ola biləcək nəticələrinə maraq göstərməməsi, törətmiş olduğu cinayət əməlinə və yaranmış vəziyyətə tənqidi münasibət bəslənməməsi və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya tezliklə qüvvəyə minəcək klassifikatorda psixi, davranış və yaxud neyroinkişaf pozuntularının beynəlxalq təsnifatının 11-ci baxışında «Kəskin və keçici psixotik pozuntu» rubrikasında 6A23.10 kodu altında «Kəskin və keçici psixotik pozuntu, çoxsaylı epizodlar, hazırda simptomatik» olaraq qeyd edilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qərarına əsasən təyin edilmiş AR Səhiyyə Nazirliyi “Məhkəmə X4” X21 təkrar komisyon stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 64 saylı ekspert rəyində göstərilmişdir ki, göstərilənləri nəzərə alan ekspert komissiyası belə qənaətə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda «ŞİZOFRENİYA SİMPTOMLARİ İLƏ MÜŞAYİƏT OLUNAN POLİMORF PSİXOTİK POZUNTU» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 23.1) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (şübhələr nəticəsində tez-tez konfliktlər yaşaması səbəbindən müalicə aldığını və psixi xəstəliyinə görə hərbi xidmət keçmədiyini bildirməsi, 2018-ci ildə Rusiya Federasiyasında hazırda adını xatırlamadığı xəstəxanada psixiatrik müalicə aldığını qeyd etməsi, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Ağdam Ruhi-Əsəb Dispanserində «Şizofreniya əlamətləri ilə müşayiət olunan polimorf psixotik pozğunluq» diaqnozu ilə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin stasionar şöbədə müayinədə olduğu müddət ərzində özünü sakit aparmaması, şöbədaxili rejimə tabe olmaması, tibbi personalın tələblərinə məhəl qoymaması, ünsiyyət qurmağa çox meyl etməməsi, ona müraciət edildikdə qıcıqlanması, əsəbi halda qısa cavablar verməsi, davranışının mövcud şəraitə qeyri-adekvat olması, teztez yersiz tələblər irəli sürməsi və mübahisə yaratması, digər yoxlanılan şəxslərə və tibb personalına şübhə ilə yanaşması, onlara qarşı kobud rəftar etməsi, nalayiq sözlər işlətməsi, haqsız tələblərinə əməl olunmadığını gördükdə bundan möhkəm əsəbiləşməsi, növbətçi personal irad bildirən zaman buna məhəl qoymaması, əhvali-ruhiyyəsinin dəyişkən olması, çox vaxt qəzəbli görkəm alması, əhvalının tez-tez pozulmasının səbəbi soruşulduqda bunu izah edə bilməməsi, yuxusunun pozulması, yaxşı qidalanmaması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində öz şəxsiyyətinə, zamana, məkana və ətraf mühitə görə bələdliyinin formal olaraq saxlanıldığının qeydə alınması, narahat və gərgin görünməsi, produktiv verbal kontakt qurmaqda çətinlik yaranması, söz ünsiyyəti zamanı söhbətə həvəssiz və qeyri-fəal şəkildə qoşulması, tez-tez səs tembrini dəyişməsi, suallara bir qədər yubanaraq cavab verməyə başlaması, onları əsasən müxtəsər cavablandırması, söhbət gedişində şübhəli münasibətinin olduğunun aşkarlanması, ona ünvanlanan sualların bir qismini neqativ qarşılayıb özünəməxsus şəkildə izah etməsi, simasında narazılıq və şübhəlilik ifadəsinin müşahidə olunması, təfəkkürünün bir qədər ləng tempdə olması, aparılan sorğu-sual gedişatında produktiv psixopatoloji simptomatika qismində zərərgörmə şəklində münasibət sayıqlama fikirlərinin müəyyən edilməsi, mülahizə və mühakimələrində qəribəliklər olması, intellektual imkanlarının ümumən çevik və bilik ehtiyatının dərin olmadığının müşahidə edilməsi, söhbət zamanı əsəbi olduğunun özünü büruzə verməsi, ittiham olunduğu cinayət əməli və hadisələrin mahiyyəti barəsində soruşularkən cəfəng fikirlər söyləməsi, bu cür fikirlərinin əsaslı olmadığı nəzərinə çatdırıldıqda əsəbi görkəm alması, dərhal şübhələnməyinin səbəbini göstərməyə və inadkarlıqla bunu sübut etməyə çalışması, özünün şərhlərinə uyğun dəlillər gətirməsi, əksarqumentləri heç cür qəbul etməməsi, sözlərini müzakirə edən «səslərin» təsiri altında olması və buna görə hər şeydən ehtiyat etməsi təsəvvürünü yaratması, belə davranışına görə özü və ətrafdakılar üçün aşkar şəkildə sosial təhlükə kəsb etməsi, maraq dairəsinin keçirdiyi psixotik yaşantılar çərçivəsində olduğunun qeydə alınması, hal-hazırkı psixi vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibət bəsləməməsi, göndərildiyi ekspertizanın keçirilməsi məqsədini düzgün başa düşməməsi və bunu tam təsəvvür edə bilməməsi, müayinənin gedişinə və nəticəsinin necə olacağına maraq göstərməməsi, özünün gələcək aqibətinə laqeydliklə yanaşması və s.) sübut edir. Göründüyü kimi, apelyasiya baxışı zamanı dövlət ittihamçısı Emil Mirzəyev vəsatət verərək, cinayət işi üzrə təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizası keçirilməsini xahiş etmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)- 2119/2022 saylı qərarı ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, iş üzrə əvvəlki məhkəmə psixiatrik ekspertizalarında iştirak etmiş ekspertlərin iştirakı istisna edilməklə ekspertizanın keçirilməsi “Məhkəmə X4” X26 ekspertlərinə həvalə olunması, kənar ekspert-psixoloqun cəlb olunması məsələsinin həmin X26 baş direktoru tərəfindən təmin edilməsi qərara alınmışdır. Materialdan göründüyü kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə görə ekspert komissiyası elə qənaətə gəlmişdir ki, yoxlanılan şəxs X11 hal-hazırda şizofreniya simptomları ilə müşayiət olunan POLİMORF PSİXOTİK POZUNTU (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F231) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (psixi xəstəliyinə görə hərbi xidmətə getmədiyini söyləməsi, Rusiya Federasiyasında hazırda adını xatırlamadığı xəstəxanada 2018-ci ildə psixiatrik müalicə .aldığını bildirməsi, X33 Dispanserində xx.xx.2020-cİ il tarixdən xx.xx.2020-ci il tarixədək «Şİzofreniya əlamətləri ilə müşayiət oiunan polimorf psixotik pozğunluq» diaqnozu ilə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya xəstəxanasında xx.xx.2022-ci il tarixdən «Şİzofreniya simptomlan ilə müşayiət olunan polimorf psixotik pozuntu» diaqnozu İlə stasionar məcburi müalicədə olması) və halhazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində özünü bir qədər narahat aparması, şöbədaxili rejimə tabe olmaması, bəzi hallarda tibbi personalın tələblərinə məhəl qoymaması, ünsiyyətə meylli olmaması, palata yoldaşlanna və tibb personalına şübhə ilə yanaşması, personalın iradlanna məhəl qoymaması, əhvali-ruhiyyəsinin dəyişkən olması, ekspert komissiyasının yığıncağında apanlan müayinə gedişində zahirən narahat və gərgin görünməsi, üzündə şübhəlilik və narazılıq ifadəsinin müşahidə edilməsi, öz şəxsiyyətinə, zamana, məkana görə bələdliyinin formal olması, suallara biganə yanaşması, bəzən suala cavab verməyərək bir nöqtəyə baxması, söhbət gedişində ona ünvanlanan suallara şübhəli münasibətinin olması, bəzi müraciətləri neqativ qarşılaması, mülahizə və mühakimələrində qəribəliklərin nəzərə çarpması, emosiyalannda dəyişkənlik müşahidə edilməsi, zahirən sakit görünsə də, emosional gərgin olduğu təssüratı yaranması, produktiv'psixopatoloji simptomatika qismində münasibət və təsir sayıqlama fikirlərinin müəyyən edilməsi, sadaladığı fikirlərin əsassız olduğunu bildirdikdə şübhələrinin əsaslı olduğunu sübuta yetirmək üçün müxtəlif nümunələr gətirərək özünəməxsus yozumlar etməsi, inadkarlıqla fərqli arqumentlər söyləməsi, əks-arqumentləri isə heç cür qəbul etməməsi, şübhəli nəzərlərlə ətrafı müşahidə etməsi, fikirlərinin beynində “səsləndiyini” bildirərək fikirlərinin sanki özünə məxsus olmadığını, “səslərin” təsiri altında olduğunu bildirməsi, təsir və münasibət sayıqlama fikirləri müəyyən edildiyindən özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməsi, maraq dairəsinin bir qədər məhdud olması, hal-hazırkı psixi vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibət bəsləməməsi) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya tezliklə qüvvəyə minəcək klassifikatorda psixi, davranış və yaxud neyroinkişaf pozuntularının beynəlxalq təsnifatının 11-ci baxışında «Kəskin və keçici psixotik pozuntu» rubrikasında 6A23.10 kodu altında «Kəskin və keçici psixotik pozuntu, çoxsaylı epizodlar, hazırda simptomatik» olaraq qeyd edilir. Həmçinin sözügedən rəyin yekun hissəsində qeyd edilmişdir:
1. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təsir və münasibət sayıqlama fikirlərinin müəyyən edilməsi, özünə qapanaraq maraq dairəsinin əsasən şübhələrinin, insanların ona qarşı olan davranışlarının üzərində fokuslanması onun özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməsini deməyə əsas verir.
2. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaşlafındä ətrafda baş verən hadisələrə reaksiyasız qalması onun psixotik simptomların təsiri altında özünə qapanması ilə şərtlənmişdir. Aparılmış müayinələrə (psixoloji və psixiatrik) əsasən Təqsirləndirilən şəxs qeyd edilən vəziyyəti onun fərdi keyfiyyətləri ilə deyil, əziyyət çəkdiyi psixi xəstəliyi ilə əlaqəli olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs simulyativ davranış qeyd olunmur.
3. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən «Şizofrenİya əlamətləri ilə müşayiət olunan polimorf psixotik pozuntu»nun etiologiyası məlum olmadığından onun gənc yaşlarında boynundan keçirdiyi əməliyyat zamanı düzgün olmayan müalicə metodunun təsirindən, istifadə edilmiş preparatların dozasının çoxluğundan və ya hər hansı başqa səbəbdən yaranmasını müəyyən etmək mümkün deyil.
4. Hal-hazırkı ekspertizaya təqdim edilən cinayət işi materiallanndankı tibbi sənədlərdən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci İl tarixdən xx.xx.2020-ci il tarixədək «Şizofrenİya əlamətləri ilə müşayiət olunan polimorf psixotik pozğunluq» diaqnozu ilə Ağdam Ruhi-Əsəb Dispanserində stasionar müalicədə olmuşdur. Aparılan müvafiq medikamentoz və psixoterapevtik müalicədən sonra Təqsirləndirilən şəxs psixi vəziyyətində nisbi yaxşılaşma yaranmış və stabilləşmə baş vermişdir. Məhz qeyd edilən yaxşılaşma səbəbindən Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən hər hansı bir psixi xəstəliyə xarakterik əlamətlər aşkar edilməmişdir. Buna görə də, yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədən zaman hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmişdir. R. E.Rəhmanov cinayət əməlini törətdiyi zaman öz əməlinin hərəkətlərinin faktiki xarakterini və ictimai təhiükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.
5. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «Şizofrenİya simptomları ilə müşayiət olunan polimorf psixotik pozuntu» müəyyən edilir.
6. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən psixi vəziyyətində hər hansı bir psixi xəstəliyə xas əlamətlər təzahür etməmişdir. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhiükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci və 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda «Şizofrenİya simptomları ilə müşayiət olunan polimorf psixotik pozuntu» müəyyən edilir. Həmin psixi pozuntu nəticəsində Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Buna görə də Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə hərəkətləri Azərbaycan Respwiikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşür.
7. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən «Şizofrenİya simptomları ilə müşayiət olunan polimorf psixotik pozuntu» hal-hazırda davam etdiyindən və onun halhazırkı psixi vəziyyəti daimi müşahidə tələb etdiyindən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü və 97.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionannda məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Eyni zamanda apelyasiya icraatında dövlət ittihamçısının vəsatəti əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyini vermiş ekspert komissiyasının sədri və komissiyanın üzvləri məhkəmə iclasına çağırılaraq dindirilmişlər. Apellyasiya icraatında şahid qismində dindirilmiş ekspert komissiyasının sədri X12 bildirmişdir ki, cinayət işinin materialları ekspert komissiyası tərəfindən araşdırılır, məruzəçi həkim şəxs barəsində məlumatları, CM-nin hansı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə məlumatları komissiya üzvlərinə çatdırır, keçirilən ekspertiza barədə məlumat verir, şəxs gətirilir və müvafiq olaraq o dindirilir. Gedişatın sonunda davranışı, ekspertlərin suallarına vevrdiyi cavablara və bütün bunlara əsasən ekspert rəyi verilir. Rəyi təsdiq edir. Dövlət ittihamçısı Təranə Məmmədovanın sualarına cavab olaraq bildirmişdir ki, onun iş saatı saat 09:00-dan 18:00-a qədərdir, həmin vaxt ərzində müəssisədə olur. Müayinə müddəti 2 həftə çəkmişdir. Şəxs 2 həftə ərizdə stasionarda saxlanılmışdır. Məruzəçi həkim-Rauf Qəmərlinski davamlı şəkildə xəstəni müşahidə edir, suallar verir, müayinə edir və artıq komissiya gününə çatanda onun 2 həftə ərzində onun davranışlarını, tibbi personal tərəfindən verilən məlumatlar məruzəçi həkim tərəfindən onlara çatdırılır. Anamnestik məlumatların müəyyən hissəsini şəxsin özündən, bəzi hissələri isə cinayət işində olan sənədlərdən əldə edirlər. Həyat anamnezini şəxsin özündən əldə etmişlər. Suallar sadə olduğuna görə istənilən psixi xəstə bunu cavablandırır. Nə vaxt anadan olub, ailəlidirmi, harada işləyir, hərbi xidmət keçibmi, bu kimi suallar verilir. Həyat anamnezi məlumatları 6-7 dəqiqə, öz müayinəsi təqribi 45 dəqiqə çəkmışdir. 30 dəqiqədən artıq olan hissədə cinayət hadisəsi ilə bağlı məlumatları əldə etmişlər. Xəstə fikirlərini özünə məxsus tərzdə cavab vermiş, ya da susub-danışmamışdır. Ekspertiza zamanı həkimləri də sanki ona qarşı olan şəxslər kimi qiymətləndirmiş, onlara şübhə ilə yanaşmışdır. Müayinə zamanı 4 nəfər komisiyanın üzvləri və təqsirləndirilən şəxs iştirak etmişdir. Məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, xəstəyə diaqnoz qoymaq üçün ekspertiza zamanı sorğu sual olunur. Hər xəstəliyin öz kriteriyaları var. Onlar kliniki psixopatoloji müayinə əsasında araşdırma aparıb, diaqnoz qoyurlar. Sayıqlama fikirləri, davranışı, danışdıqları, özünəməxsus düşüncələri və digər müayinələr əsasında xəstənin vəziyyətini deyə bilirlər. İstinad edilmiş bir neçə ədəbiyyatın adını çəkə bilər-X14 Psixopatologiya kitabı, Nadir.V.İsmayılovun Psixiatriya dərsliyi. Bu metodologiyaların qaydası, xəstə ilə necə ünsiyyətə keçmək lazımdır, gedişatda hansı suallar verilməlidir bu kimi məsələlər həmin kitablarda öz əksini tapır. Apelyasiya icraatında dindirilmiş ekspert komissiyasının üzvü məruzəçi həkim X7 bildirmişdir ki, təqsirləndiirlən şəxs artıq üçüncü dəfədir ki ekspertizadan keçirilib. İlk dəfə ekspertizada olanda anlaqlı hesab edilib, artıq ikinci dəfə keçiriləndə xəstəlik əlamətləri baş qaldırıb. Nəhayət onun iştirakı ilə keçirilən üçüncü ekspertizada müəyyən edilib ki, şəxsdə şizofreniya simptomları ilə müşayiət olunan polimorf psixotik pozuntu var. Baxmayaraq ki, cinayət törətdiyi anda xəstəlik olmayıb, hazırda məhkəmə qarşısında cavab verə bilməz, öz hərəkətlərinin faktiki xarakterini dərk etmək iqtidarında deyil. Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşür və barəsində X1 məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. O sağalandan və səhhəti bərpa edildikdən sonra məhkəmə iclasına gətirilə bilər. Xəstənin sağalma müddətinin nə qədər təşkil etməsini müəyyən etmək mümkün deyil, kəskin vəziyyətdir. Qısa müddət də çəkə, bir neçə günə sağala, xəstəliyin dövrü uzun müddət də çəkə bilər. Dövlət ittihamçısı Təranə Məmmədovanın verdiyi suallara cavab olaraq bildirmişdir ki, müalicə müddətinin müəyyən edilməsini heç bir normativ akta istinad edilməklə demək mümkün deyildir. Bu xəstənin vəziyyəti ilə əlaqəlidir, xəstə nə vaxt sağalacaq bunu heç bir normativ akt deyə bilməz. Bu xəstəliyin müddətini hər kəsə şamil etmək mümkün deyil. Xəstə bir neçə gün içində psixozdan çıxa da bilər, illərlə həmin vəziyyətdə qala da bilər. Şəxsi praktikasında olan illərlə sağalmayan xəstənin bir neçə gün içində tam sağalmış vəziyyətdə çıxdığı da olub. Nadir hallarda baş versə də, mümkündür. Elə xəstəlik də olur ki, yüngül başlayır amma getdikcə vəziyyət ağırlaşır. Xəstəliyin nə vaxt yarandığını demək çətidir. Amma onu deyə bilər ki, cinayət törətdiyi vaxt anlaqlıdır. Psixi pozuntuların səbəbini müəyyən etmək mümkün deyil. Bütün tibbi ədəbiyyatlara əsasən bunu demək olar. Xəstəliyin konkret nə səbəbdən yarandığını demək olmur. Təqsirləndirilən şəxslə müxtəlif vaxtlarda danışıqlar- tibbi müsahibələr aparılmış, sayıqlama fikirləri, fikirlərində məntiqsizlik olmuşdur. Şəxsin özündə simulasiya-yamsılama halları müəyyən edilməmışdir. Ekspertiza təyin edilməsi ilə bağlı qərarda konkret sual var idi- simualsiya var mı- onlar da həmin suala konkret cavab vermişlər. Təqsirləndirilən şəxs cinayəti psixi vəziyyəti ilə əlaqədar törətməmişdir. Hazırki psixi vəziyyətində ətrafı düşmən kimi gördüyündən cinayət törədə bilər. X15 Müdafiəçi3 suallarına cavab olaraq bildirmişdir ki, o sadəcə hazırda danışılan, yəni xx.xx.2023-cü il tarixli ekspertizada iştirak etmişdir. Psixi pozuntunun konkret hansı elmi ədəbiyyatda aid edilməsini demək qeyri-mümkündür. Elmi ədəbiyyat onların biliyidir. Rəydə göstərilən elmi əsərlər ümumi onların işinə aid olan elmi ədəbiyyatlardır. Məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, kəskin polimorf psixatik pozuntu müəyyən vaxt davam edən və çıxıb gedən psixozdur. Müddəti yoxdur, qısa müddətli də ola bilər, uzun da. Hal-hazırki vəziyyətdə çox güman ki, çıxıb gedəcək, iz buraxmayacaq. Faktiki onlar iş materiallarına əsasən və şəxslə klinik müsahibələr aparılmaqla rəy vermişlər. Xəstəliyin yaranmasının əsaslarına diqqət yetirməyə ehtiyac yoxdur. Səbəbi önəmli deyildir. 28 avqust tarixdən 25 sentyabr 2020-ci il tarixə X33 dispanderində müalicə olunması barədə məlumatı iş materiallarına əsasən müəyyən etmişlər. Ətraf üçün təhlükəlidir, təhlükə onunla ifadə oluna bilər ki, şəxs ətrafdakıları düşmən gözüylə görür. Hətta həkimlərdən də şübhələnirdi ki, ona nə üçün bu suallar verilir. Onun düşmənləri ilə əlaqəli olduğunu düşünür. Ətrafa qarşı ədavət və düşmənçilik var. Daha çox ətrafdakılara xəsarət yetirə bilər. Sayıqlama fikirləri var, ətrafdakıları düşmən hesab etdiyi üçün onları aktiv şəkildə qisas almaq üçün məhv etmək istəyə bilər. Sayıqlama fikirləri keçdikdən sonra təhlükə aradan qalxa bilər. Şəxs xəsətəxanada müalicə olunmalıdır, həkim rəy verməlidir ki, bəli bu şəxsin vəziyyətində yaxşılaşma gedir. Hal-hazırda cəmiyyət üçün təhlükəlidir. Apelyasiya icraatında dindirilmiş ekspert komissiyasının üzvü X23 bildirmişdir ki, 11 fevral 2023-cü il tarixli rəyi təsdiq edir. Onun əsas iş yeri Respublika Psixiatriya Xəstəxanasıdır. Bəzi vaxtlarda təkrar komisyon psixiatriya ekspertiza keçiriləndə dəvət edilirə və xəstənin klinik müayinəsində iştirak edir. Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavab olaraq bildirmişdir ki, xəstə stasionar qaydada müşahidə edilən zaman iştirak etmişdir. Stasionar müşahidə 21 gün müddətində keçirilir, xəstəni bir neçə dəfə müşahidə etmiş, həmçinin şöbənin gündəlik jurnalından onun davranışlarının nə formada olduğuna baxmışdır, həm ayrı-ayrılıqda həm də birlikdə müşahidə oluna bilər, onlar hər bir ekspert ayrılıqda xəstəni müşahidə edib, danışıqlar aparmışlar. Onlar günortadan sonra işdə olmurlar, ona görə də şöbənin jurnalından xəstənin gündəlik davranışları, necə yemək qəbul edir, yuxusu necədir, ətrafdakılarla necə rəftar edir onu araşdırırlar. Əsas müayinə ekspertiza zamanı olur. Qeyd edilən jurnal feldşerlər tərəfindən doldurulur. Növbəli şəkildə işləyən işçilər tərəfindən qeydlər aparılır. O yalnız 11 fevral 2023-cü il tarixli ekspertizada iştirak etmişdir. Xəstənin anlaqlı olub olmadığını müayinə əsasıda müəyyən edirlər. Xəstə həm psixoloji, həm psixiatrik müayinə edilir. Həmçinin cinayət işinin materialları əsasında müəyyən edilir. Xəstəliyin yaranmasının vaxtı barədə dəqiq məlumat verə bilmir. Onlarda olan məlumata görə Rusiyada və Ağdamda müalicə alıb. Cinayət törədən vaxtı anlaqlı olub. Xəstəliyin meydana çıxmağının səbəbini dəqiq deyə bilmər. Həbsdə olan vaxtı, gərgin psixogen şərait nəticəsində yaranır. Onların xəstələrində çox vaxt həbs, əsgərlik dövründə yaranmış olur amma mütləq şərt bunlar deyil, ailədə evdə də yarana bilər. Xəstədə belə bir meyillilik varsa gərgin psixogen şəraitdə yenidən üzə çıxa bilər. Təkcə həbsdə olmaqla əlaqəli olmaya da bilər, bu şəxs barəsində cinayət işi açılıb bu halın özü də həmin şəraitə aiddir. O əvvəlki ekspertin rəyinə münasibət bildirə bilməz. Hər bir ekspert öz rəyində müstəqildir. Məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, xəstənin vəziyyəti ilə bağlı komissiya belə qənaətə gəlib ki, o öz keçmiş vəziyyətinə retrospektiv analiz verir, cinayət törədən vaxtı anlaqlı vəziyyətdə olub. Qeyd edir ki, onu öldürmək istəyirmişlər ona görə də özünü müdafiə etmişdir. Kəskin polimorf psixiatik pozuntu diaqnozu ilə məcburi müalicə olunması tövsiyə olunmuşdur. Hesab edir ki, müalicə olunandan sonra onun vəziyyətinə yenidən baxılmalıdır. Xəstəliyin müddəti hər bir xəstə üçün fərdi xarakter daşıyır. Dəqiq demək çətindir. Xəstəyə verilən dərmanın onlara təsirindən də asılı ola bilər. Xəstənin hazırki müalicəsi ilə o məşğul deyil, məlumatı yoxdur. O yalnız ekspertizada iştirak etmişdir. Xəstəni müayinə etdikləri vaxtı cəmiyyət üçün təhlükəli olmuşdur. Hal-hazırki vəziyyəti ilə bağlı hansı şöbədə müalicə alırsa oradan öyrənmək olar. Müəyyən müddət sonra xəstəxana özü xəstənin vəziyyəti ilə bağlı məhkəməyə məlumat verir. Apelyasiya icraatında dindirilmiş ekspert komissiyanın üzvü X13 bildirmişdir ki, 11 fevral 2023-cü il saylı rəyi təsdiq edir. Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavab olaraq bildirmişdir ki, o ekspert kimi 2020-ci ildən fəaliyyət göstərir. Təqsirləndirilən şəxs fevral ayının əvvəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X4”-nin stasionar şöbəsinə gətirilmiş, təxminən 2 həftə müddətində stasionarda qalmış, həftədə 2- 3 dəfə onunla danışmağa çalışmışlar. Ümumiyyətlə suallara istəksiz cavab vermiş, dəyişkən əhval ruhiyyəli olmuşdur. Suallara cavab vermək istəmirdi, əsasən qısa cavablar verirdi. Hadisə ilə bağlı suallar verildikdə əsəbiləşirdi, deyirdi ki, məni öldürmək istəyirdilər, mən özümü müdafiə etmişəm, başqa nə edə bilərdim ki. Kommisiya günü artıq komisisyanın tərkibi xəstə barəsində məlumatlı olur, komissiyanın müddəti təxminən 1 saat çəkmişdir. Onun iş saatı həftənin 6 günü saat 09:00-dan 15:00-a qədərdir. Psixoloq kimi 2017-2018-ci ildən fəaliyyət göstərir. Məhkəmə-X4 müalicə mərkəzi deyil, stasionar şöbədə sadəcə müşahidə edilir. O rəyin psixoloji müayinə hissəsində iştirak etmişdir. Şəxsin məhkəmə prosesində danışmaması, özünə qapanması ilə bağlı sual qoyulmuşdu ki, bu onun fərdi keyfiyyətləri ilə əlaqəlidir, yoxsa onda aşkarlanan xəstəliyin əlamətləridir. Müəyyən etmişlər ki, həmin hal onun fərdi keyfiyyətləri ilə əlaqəli deyil, məhz aşkarlanan xəstəliyin əlamətidir. Fərdi keyfiyyət dedikdə ümumi idrak prosesi nəzərdə tutulur. Diqqət, hafizə, təfəkkür, qavrayış, yaddaş bunlara aiddir. Fərdi keyfiyyətlərin müəyyən edilməsi üçün bir neçə eksperimental psixoloji testlər keçirilir. Həmçinin klinik söhbət metodundan istifadə edilir. Ümumiyyətlə onun qavrayışında, təfəkkür proseslərində lənglik müşahidə edilirdi, bu da ona verilən suallara cavablarında görünürdü. Suallara yubanaraq cavab verirdi, nitqi ləngimişdi, təfəkkürü lənglikdəydi, lakin intelektual imkanlarında, yaddaşında, diqqətində də hər hansı kobud pozuntular aşkar edilməmişdi. Bunlara əsasən xəstənin məhkəmə prosesində danışmaması, özünə qapanması onun fərdi keyfiyyətləri ilə əlaqəli olmadığını deyə bilmişər. Həmçinin bir neçə testlər keçirmişlər. 4-cü artikl testi, 10 sözün öyrənilməsi. 10 sözün öyrənilməsi yaddaşın müəyyən edilməsi üçün nəzərdə tutulmuş testdir. Bir neçə dəqiqə ərzində təqdim edilmiş 10 sözə baxır, yadında qalan sözləri deyir. 4-cü artikl metodu isə təfəkkür xüsusiyyətlərinin öyrənilməsi üçün olan testdir. 4 söz təqdim edilir onlardan 3-ü bir-biri ilə əlaqəli olur, 1-i fərqli olur. Bunu seçməklə onun təfəkküründə pozuntuların olub-olmaması müəyyən edilir. Bunlarla müəyyən edilmişdir ki, şəxsdə təfəkkür, yaddaş, qavrama prosesləri lənglikdə idi, intelektual imkanlarında pozuntu müəyyən edilməmişdi. Xarakteri də xəstə insana məxsus idi. Xəstəliyi ilə bağlı Təqsirləndirilən şəxs qeyd etmişdir ki, yeniyetməlik vaxtından əsəbi ilə bağlı nevroloqa müraciət edib, xəstəliyi ilə bağlı hərbi xidmət keçməyib. Onun təfəkkürü, qavraması, xarakteri xəstə insan kimi olmuşdur. Psixoloq əslində normal insanı müəyyən edir, normadan kənar bir şey gördükdə artıq psixiatrla birlikdə bunu aşkar etməyə çalışır. Onun hadisə dövründə anlaqlı olub-olmadığını əvvəlki rəylərlə baxaraq demək olar. Xəstədə münasibət sayıqlamaları olmuşdur. Belə ki, danışıqlarında tez tez deyirdi ki, ona gülürlər, onun düşmənləri var, onu öldürmək istəyirlər. Şizofreniya xəstəliyinin diaqnozunun qoyulması, halusinasiya əlamətlərini aşkar etmək onun sahəsinə aid deyil. Təqsirləndirilən şəxs narahat və gərgin görüntüsü olmuş, hadisə ilə bağlı sual verilən kimi özündən çıxmışdır. Rəy verilərkən Psixologiya dərsliyi, X5 kitabı və başqa ədəbiyyatlara da istinad etmişlər. Suallara əlavə olaraq bildirmişdir ki, ekspert kimi 2020-ci ildə fəaliyyət göstərir. Psixologiya üzrə olan ədəbiyyatlar onun tərəfindən qeyd edilib. Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinə əsasən anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 94-cü maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası CM-nin 93.1-1-ci maddəsinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən; bu məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə; cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə; cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Həmçinin, Azərbaycan Respublikası CM-nin 95-ci maddəsi ilə məhkəmə tərəfindən psixi pozuntusu olan şəxslərə təyin edilə bilən tibbi xarakterli məcburi tədbirlərin növləri müəyyən edilir; məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi; ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə; ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə; ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə. Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ağır xəstəliyi və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda olması ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadıqda cinayət təqibi üzrə icraat dayandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 485-ci maddəsi cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın əsaslarının müəyyən edir. Həmin məcəllənin 485.5-ci maddəsinə əsasən şəxs psixi xəstəliyə məhkəmə baxışı mərhələsində tutulduğu halda məhkəmə, həmçinin iş üzrə icraatın dayandırılması haqqında məsələni həll etməlidir. Bundan başqa, “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli qərarının 15-ci bəndində qeyd edilir ki, cinayət işinə və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və xüsusi ittiham qaydasında şikayət üzrə işə birinci instansiya məhkəməsində baxılarkən təqsirləndirilən şəxsin CM-nin 21.3-cü maddəsinin təsiri altına düşən xəstəliyə düçar olması müəyyən edildikdə məhkəmə işə baxılmasını davam etdirməklə əməlin törədilib-törədilməməsi, həmin əməldə cinayət tərkibinin olubolmaması, həmin əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, şəxsin psixi xəstəliyə tutulub-tutulmaması, xəstəliyin xarakterini və xəstəlik vəziyyətinin baş verdiyi vaxtı, şəxsin barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyacın olub-olmaması və olduğu halda məhz hansı tədbirin tətbiq edilməsinə ehtiyacı olması kimi məsələləri yoxlamalı və araşdırılmış sübutlarla şəxsin ona ittiham olunmuş cinayət əməlini törətməsi, cinayət törətdikdən sonra psixi xəstəliyə tutulması və tibbi xarakterli məcburi tədbirin tətbiqinə ehtiyacı olması təsdiq olunduqda, onun haqqında belə tədbirin tətbiq edilməsi, iş üzrə icraatın isə dayandırılması haqqında qərar çıxarır. Məhkəmə iclasında tədqiq edilmiş sübutların fonunda məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs anlaqlı vəziyyətdə cinayət törətsə də məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulması aşkardır, bu hal işdə olan sübutlarla tam təsdiq edilir və bunun nəticəsində Təqsirləndirilən şəxs öz əməlinin (hərəkətinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olunduğundan Təqsirləndirilən şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tətbiq olunmaqla iş üzrə icraatın dayandırılmasına dair düzgün olaraq əsaslandırılmış qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya icraatında ekspert komissiyasının tərkibinə daxil olan həkim ekspertlərin bildirdikləri, iş üzrə istər birinci instansiya məhkəməsi, istərsə də apelyasiya icraatında keçirilmiş ekspertiza və onun nəticəsini təsdiq edən ekspert rəyləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 21.3-cü maddəsinin təsiri altına düşməsi və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına dair birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslı hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası təsvir edilənlərdən çıxış edərək işin hallarını, ekspert rəylərini nəzərə alıb, tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərinə əsaslanaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti və apelyasiya protesti əmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apelyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ:
Apelyasiya şikayəti və apelyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 123.1 və 221.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətdikdən sonra psixi xəstəliyə tutulduğundan, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Sədrlik edən Elmar Rəhimov
Hakimlər Fərid Əyyubov
Emin Mehdiyev