Məhkəmə qərarları › İş №1(103)-122/2024

Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-122/2024

30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-122/2024 30.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), X10 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə2 Əli oğlunun, Müdafiəçilər Müdafiəçi4, Müdafiəçi6, Müdafiəçi5, X11, Bəraət almış şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 iştirakları ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə bəraət verilmələrinə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə və Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin onun ittihamından xaric edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 1(001)-449/2023 saylı hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə, zərərçəkmiş şəxs (mülki iddiçı) Zərərçəkmiş şəxs, onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə2 Əli oğlu və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-449/2023 saylı, 04 oktyabr 2023cü il tarixli hökmü ilə (sədrlik edən hakim Fərid Əmirəliyev) xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş (məhkumluğu ödənilməmiş və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi və həmin maddəyə dair müddəalar xaric edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 17 mart 2023-cü il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmışdır. xx xxxxxx 1964-cü il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən, korpus 88 ünvanında yaşamış Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilmiş, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilmişdir; xx xxxxx 1989-cu il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yerləşən fərdi yaşayış evində yaşamış Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilmişdir. Hökmlə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı mülki iddiası qismən təmin edilmişdir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 oğurluq cinayət əməli nəticəsində vurulmuş 14.060 (on dörd min altmış) manat maddi ziyan və dövlət rüsumu qismində ödənilmiş 133 (yüz otuz üç) manat pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməsi hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, əvvəlcədən hazırladıqları cinayət planına əsasən, cinayət təcavüzünün obyekti kimi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində nömrəsiz fərdi evdə yaşayan Zərərçəkmiş şəxs seçərək, sonuncunun evindən oğurluq etmək qərarına gəlmiş, bu səbəbdən də onlar öz aralarında cinayət rollarını bölüşdürüb, öz cinayət əməllərinin ictimai təhlükəliliyini dərk edərək, ictimai təhlükəli nəticələrin başlana biləcəyini qabaqcadan görərək və belə nəticələrin baş verməsini arzulayaraq, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ona, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yaşadığı evinin yaxınlığında yaşayan Zərərçəkmiş şəxs evində külli miqdarda pul və qızıl-zinət əşyalarının olması barədə məlumatları, məsləhətləri verməklə, oğurluq edəcəkləri ev sahiblərinin hansı vaxtda evdən çıxıb qayıtdıqlarını öyrənmək məqsədi ilə Təqsirləndirilən şəxs3 onun üç gün ərzində evində qalmasına şərait yaratmış, Təqsirləndirilən şəxs2 isə onu oğurluq cinayətini başa çatdırdıqdan sonra idarə etdiyi «Changan» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerinin yaxınlığından götürəcəyinə vəd verməsi ilə oğurluq cinayətinin törədilməsinə kömək etmiş və o, bundan istifadə edərək, xx.xx.2022-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə keçərək, evin yataq otağının plastik pəncərəsinin açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq, həmin yataq otağında olan dolabın siyirməsindən 9000 manat dəyərində boyunbağı və qolbaqdan ibarət 01 ədəd 750 əyarlı qızıl dəstini, 5000 manat dəyərində sırğa və üzükdən ibarət 01 ədəd 750 əyarlı qızıl dəstini və evin mətbəxindəki dolabda olan plastik bankanın içərisindən xırda qəpiklərlə 60 manat məbəlğində nağd pulu götürüb həmin evi tərk edərək, hadisə yerindən uzaqlaşmış, Gülarə Əmirova isə onu idarə etdiyi avtomobillə həmin yerdən götürüb əldə etdikləri əmlakı öz aralarınnda bölərək, Zərərçəkmiş şəxs ümumilikdə 14060 (on dörd min altmış) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qardaşı oğlu Təqsirləndirilən şəxs3 və tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, əvvəlcədən hazırladıqları cinayət planına əsasən, cinayət təcavüzünün obyekti kimi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində nömrəsiz fərdi evdə yaşayan Zərərçəkmiş şəxs seçərək, sonuncunun evindən oğurluq etmək qərarına gəlmiş, bu səbəbdən də onlar öz aralarında cinayət rollarını bölüşdürüb, öz cinayət əməllərinin ictimai təhlükəliliyini dərk edərək, ictimai təhlükəli nəticələrin başlana biləcəyini qabaqcadan görərək və belə nəticələrin baş verməsini arzulayaraq, Təqsirləndirilən şəxs3la birlikdə Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yaşadığı evinin yaxınlığında yaşayan Zərərçəkmiş şəxs evində külli miqdarda pul və qızıl-zinət əşyalarının olması barədə məlumatları, məsləhətləri verməklə, oğurluq edəcəkləri ev sahiblərinin hansı vaxtda evdən çıxıb qayıtdıqlarını öyrənmək məqsədi ilə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 üç gün ərzində evində qalmasına şərait yaratmış, o, isə Təqsirləndirilən şəxs1 oğurluq cinayətini başa çatdırdıqdan sonra idarə etdiyi «Changan» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerinin yaxınlığından götürəcəyinə vəd verməsi ilə oğurluq cinayətinin törədilməsinə kömək etmiş və Təqsirləndirilən şəxs1 bundan istifadə edərək, xx.xx.2022-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə keçərək, evin yataq otağının plastik pəncərəsinin açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq, həmin yataq otağında olan dolabın siyirməsindən 9000 manat dəyərində boyunbağı və qolbaqdan ibarət 01 ədəd 750 əyarlı qızıl dəstini, 5000 manat dəyərində sırğa və üzükdən ibarət 01 ədəd 750 əyarlı qızıl dəstini və evin mətbəxindəki dolabda olan plastik bankanın içərisindən xırda qəpiklərlə 60 manat məbəlğində nağd pulu götürüb həmin evi tərk edərək, hadisə yerindən uzaqlaşmış, o, isə Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə həmin yerdən götürüb əldə etdikləri əmlakı öz aralarınnda bölərək, Zərərçəkmiş şəxs ümumilikdə 14060 (on dörd min altmış) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə bibisi Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, əvvəlcədən hazırladıqları cinayət planına əsasən, cinayət təcavüzünün obyekti kimi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində nömrəsiz fərdi evdə yaşayan Zərərçəkmiş şəxs seçərək, sonuncunun evindən oğurluq etmək qərarına gəlmiş, bu səbəbdən də onlar öz aralarında cinayət rollarını bölüşdürüb, öz cinayət əməllərinin ictimai təhlükəliliyini dərk edərək, ictimai təhlükəli nəticələrin başlana biləcəyini qabaqcadan görərək və belə nəticələrin baş verməsini arzulayaraq, Təqsirləndirilən şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yaşadığı evinin yaxınlığında yaşayan Zərərçəkmiş şəxs evində külli miqdarda pul və qızıl-zinət əşyalarının olması barədə məlumatları, məsləhətləri verməklə, oğurluq edəcəkləri ev sahiblərinin hansı vaxtda evdən çıxıb qayıtdıqlarını öyrənmək məqsədi ilə o, üç gün ərzində Təqsirləndirilən şəxs1 evində qalmasına şərait yaratmış, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 oğurluq cinayətini başa çatdırdıqdan sonra idarə etdiyi «Changan» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerinin yaxınlığından götürəcəyinə vəd verməsi ilə oğurluq cinayətinin törədilməsinə kömək etmiş və Təqsirləndirilən şəxs1 bundan istifadə edərək, xx.xx.2022-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə keçərək, evin yataq otağının plastik pəncərəsinin açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq, həmin yataq otağında olan dolabın siyirməsindən 9000 manat dəyərində boyunbağı və qolbaqdan ibarət 01 ədəd 750 əyarlı qızıl dəstini, 5000 manat dəyərində sırğa və üzükdən ibarət 01 ədəd 750 əyarlı qızıl dəstini və evin mətbəxindəki dolabda olan plastik bankanın içərisindən xırda qəpiklərlə 60 manat məbəlğində nağd pulu götürüb həmin evi tərk edərək, hadisə yerindən uzaqlaşmış, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə həmin yerdən götürüb əldə etdikləri əmlakı öz aralarınnda bölərək, Zərərçəkmiş şəxs ümumilikdə 14060 (on dörd min altmış) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Apellyasiya protestinin və şikayətlərinin dəlilləri, proses iştirakçılarının çıxışları, sübutların təsviri: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 1(001)- 449/2023 saylı hökmündən Dövlət ittihamçısı1 apellyasiya protesti verərək həmin hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə təqsirli bilinməklə məhkum edilmələrinə dair ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı ifadəsində göstərmişdir ki, polis tərəfindən tutularaq müvəqqəti saxlanma yerinə gətirilən zaman təzyiq altında qaldığından digər təqsirləndirilən şəxslərin adlarını çəkmiş, lakin həqiqətdə həmin oğurluq cinayətini tək törətmiş, bu barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 heç bir söz demədiyindən sonuncular bundan xəbərsiz olmuşlar. Bundan başqa, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs1 təxminən 4-5 aydır tanıdığını. Cəbrayılın ona məxsus evdə kirayədə yaşayan Rəqsanənin qardaşı olmasını, Rəqsanənin qardaşını ona təqdim edərək Cəbrayılın bir neçə ay öncə cəzaçəkmə müəssisəsindən çıxdığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, yaşadığı evdə olan zaman, qardaşı oğlu Samirin anası Natavan onun istifadəsində olan mobil nömrəyə zəng edərək, Samirin telefonunun sönülü olduğunu, sonuncudan narahat olduğunu bildirmiş, bu səbəbdən də o, yaşadığı evdən çıxaraq, özünə məxsus idarə etdiyi «Changan» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Samirin yaşadığı evə getmişdir. Lakin, qapı bağlı olduğundan geri qayıdan zaman, yaşadığı evin yaxınlığında Cəbrayılla rastlaşmışdır. Belə ki, sonuncu yolun kənarı ilə əks istiqamətdə hərəkət edirdi. O, Cəbrayılı görən zaman, avtomobili yolun kənarında saxlamış və Cəbrayıl onun idarə etdiyi avtomobilin qabaq sərnişin oturacağında əyləşmişdir. Cəbrayıl idarə etdiyi avtomobilə əyləşdikdən sonra bir qədər bacısı Rəqsanə haqqında söhbət etmiş, daha sonra Cəbrayılla birlikdə yaşadığı evin həyətinə getmişlər. Baş vermiş oğurluq cinayətindən məlumatı olmadığını bildirmişdir. Məhkəmə əsassız olaraq hesab etmişdir ki, ibtida istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə CM-nin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə heç bir dəlilə istinad edilməmiş və iş materiallarında olan sübutlar təqsirləndirilən şəxslərin həmin əməllərə görə təqsirli bilinməsi üçün kifayət etmir, eləcə də məhkəmədə təqsirləndirilən şəxslər tərəfindən qeyd edilən cinayət əməllərinin törədilməsinə dair ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar təkzib edilmişdir. Hesab edirəm ki, aşağıdakı əsaslara görə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli hökmü ləğv edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı şahid, şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində bildirmişdir ki, Təqsirləndirilən şəxs2m və Təqsirləndirilən şəxs3 bir neçə ildir tanıyır, belə ki, bacısı Rəqsanə Gülsarəyə məxsus Binəqədi qəsəbəsində yerləşən evdə kirayədə yaşayır. Gülsarə və Samir yaşadığı evə gəldikdən sonra, ona Samirin yaşadığı evlə üzbəüz bir evin olduğunu, həmin evdə külli miqdarda qızıl-zinət əşyalarının və nağd pulun olduğunu bildirmişlər. Bu səbəbdən də Gülsarə ona həmin evdən oğurluq etməyi təklif etmiş və oradan əldə edəcəkləri pul və ya qızıl-zinət əşyaları üç nəfər arasında bölünməli imiş. O, həmin şəxslərlə razılaşdıqdan sonra, xx.xx.2022-ci il tarixdə axşam saatlarında bacısı Rəqsanənin kirayədə yaşadığı evə qonaq getmiş, həmin gün Samir qeyd olunan ünvana gəlmiş və onu axşam saat 23 radələrində özünün kirayədə yaşadığı evə aparmışdır. O, Samirin kirayədə yaşadığı evə gəldikdən sonra, Samir yaşadığı evlə üzbəüz yerləşən evi ona göstərərək, həmin evdən oğurluq edəcəklərini ona demişdir. O, Samirlə birlikdə həmin ev sahiblərinin saat neçədə evdən çıxıb, neçədə gəldiklərini, evdə kimin olubolmadığını güdməyə başlamışlar. Nəhayət xx.xx.2022-ci il tarixdə, saat 05:30 radələrində həmin ev sahiblərinin, yəni ər və arvadın evdən çıxaraq getdiklərini görmüş və təxminən 20 dəqiqədən sonra o, Samirə məxsus qara rəngli papaqlı gödəkçəsini və qara rəngli cins şalvarını geyinmiş, öz paltarlarını isə Samirin yaşadığı evdə saxlayıb, Samirin evini tərk edib həmin evə yaxınlaşaraq evin qonaq otağının plastik pəncərəsinin aralı olduğunu görüb, həmin pəncərədən evə daxil olmuşdur. Evdən oğurluq etdikdən sonra evi tərk edərək oradan uzaqlaşmış, kənarda dayanaraq Gülsarə ilə Samirin gəlməsini gözləmişdir. Bir qədər sonra Samir öz idarə etdiyi «Mercedes» markalı avtomobillə həmin yerə gəlmiş, lakin o, Samirə evdən nə oğurladığı barədə məlumat verməmişdir. Çünki Samir onu aldadaraq evdə külli miqadarda qızıl və pulun olduğunu demiş, lakin evdən oğurladığı qızıl və kapron qabdakı qəpik pullardan başqa heçnə tapmamışdır. O, kapron qabdakı qəpikləri sellofan torbaya yığmış və həmin qəpikləri Samirə verərək evdən yalnız qəpiklər çıxdığını bildirmişdir. Bir neçə dəqiqə sonra Gülsarə idarə etdiyi qırmızı rəngli, markasını bilmədiyi avtomobillə onların olduqları yerə gəlmişlər. Gülsarə gəldikdən sonra o, sonuncunun idarə etdiyi avtomobilinə əyləşmiş və evdən kapron qabdakı qəpik və bir cüt sırğadan başqa heçnə tapmadığını, qəpik pulları Samirə verdiyini deyib, bir cüt qızıl sırğanı da Gülsarəyə vermiş ki, sataraq pul əldə etsin. Bundan başqa, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması protokolundan da görünür ki, o, istintaq zamanı vermiş olduğu ifadəsini bir daha hadisə yerində əyani şəkildə göstərmişdir. Habelə, cinayət işinin materiallarında olan üzləşdirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiklərini bir daha Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzünə qarşı demişdir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 istintaq orqanına ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaxınları tərəfindən onların bu cinayətdən xəbərsiz olmaları və oğurluq cinayətini onların köməkliyi və məlumatı olmadan təkbaşına törətməsi barədə ifadə verməsi, onlarla yenidən üzləşərək ifadəsini dəyişməsi üçün ona təzyiqlər olduğunu bildirmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs1 video çəkilişlə yenidən ifadə verərək əvvəllər ifadəsində göstərdiklərini bir daha təsdiq etməklə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğurluq cinayətini törətməkdə ona köməklik etdiklərini bildirmişdir. Həmin video çəkilişdə Təqsirləndirilən şəxs1 sərbəst ifadə verdiyi, ona qarşı heç bir təsir və təzyiqin olmadığı da müəyyən edilir. Bundan başqa, cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, diskdə olan video görüntü Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində və Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən küçəsində quraşdırılmış müşahidə kameraları ilə xx.xx.2022-ci il tarixdə alınmışdır. Həmin videoda xx.xx.2022-ci il tarixdə saat 06:21-də bir nəfər əynində qara rəngli şalvar, qara rəngli papaqlı gödəkçə olan kişi cinsli şəxsin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində olan küçə ilə hərəkət etdiyi, daha sonra həmin şəxsin Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən küçəsində hərəkətdə olduğu zaman, yanında qırmızı rəngli «Changan» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı və həmin şəxsin qeyd olunan avtomobilə minməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 görüntüdə əynində qara rəngli şalvar, qara rəngli papaqlı gödəkçə olan şəxsin onun özü olduğu, yanında dayanmış qırmızı rəngli «Changan» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs2 olduğu, əvvəlcədən qurulmuş cinayət planına əsasən sonuncu onu həmin yerdən idarə etdiyi avtomobillə götürməli imiş. Qeyd olunan xüsusat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin cinayəti birlikdə törətdiklərini bir daha təsdiq edir. Habelə, məhkəmə Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə istintaqı zamanı Samirin yaşadığı evdən qayıdan zaman yaşadığı evin yaxınlığında Cəbrayılla rastlaşmasım, sonuncunun yolun kənarı ilə ona əks istiqamətdə hərəkət etməsini, Cəbrayılı görən zaman avtomobili yolun kənarında saxladığını, Cəbrayılın onun avtomobilinə oturduğunu, onunla bacısı Rəqsanə haqqında söhbət etdiyini və sonra sonuncunu özü ilə bacısının onun kirayədə yaşadığı evə aparması kimi ifadəsinə tənqidi yanaşmayaraq, belə bir uydurma ifadənin həqiqətə uyğun olmayan, özünü müdafiə xarakterli dəlil kimi qiymətləndirməmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 görən zaman onun əks istiqamətdə getməsi bacısı Rəqsanəgilə getməsini istisna edir, çünki Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 avtomobilə əyləşdikdən sonra avtomobili Cəbrayılın getdiyi istiqamətin əksinə doğru sürmüşdür, bundan başqa dəfələrlə məhkum olunmuş və uzun müddət məhkumluq həyatı yaşamış Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 münasibətinə, yəni onun avtomobilinə əyləşərək bacısı barədə söhbət etməsini bildirməsinə özünü müdafiə xarakterli dəlil kimi tənqidi yanaşmamışdır. Habelə, məhkəmə nəzərə almamışdır ki, cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs1 Mehdiabad qəsəbəsində yaşasa da Zərərçəkmiş şəxs evinə səhər saat 06 radələrində daxil olmaqla oğurluq etməsi sonuncunun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində olduğu kimi məhz gecə saatlarından ona oğurluq cinayətində köməklik etmiş Təqsirləndirilən şəxs3 evində qalmaqla onun evindən zərərçəkmiş şəxsin evini müşahidə etmələrini və həmin cinayətə zəmin yaradacaq zamanı, yəni zərərçəkmiş şəxs və onun həyat yoldaşının evdən çıxmasını gözləmələrini bir daha təsdiq edir. Bundan başqa, Təqsirləndirilən şəxs1 barəsində Binəqədi rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ona elan edilmiş CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə özünü təqsirli bilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 barəsində məhkəmədə həbs qətimkan tədbiri seçilən zaman ona elan edilmiş ittihamla özünü təqsirli bilmiş, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ona cinayət törətməkdə köməklik etməmələri barədə məhkəməyə heç bir söz deməmişdir. Halbuki, o, məhkəmə baxışı zamanı polisdə ona təsir edildiyindən belə bir ifadə verməsini bildirsə də, məhkəmədə barəsində qətimkan tədbiri seçilən zaman məhkəməyə obyektiv həqiqəti bildirməsinə heç bir maneə olmamışdır. Habelə, tərəfimdən Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələr arasındakı ziddiyyəti və onun digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə cinayət hadisəsi zamanı əlaqələrinin müəyyən edilməsi üçün Təqsirləndirilən şəxs1 telefon məlumatlarının müvafiq mobil operatorlardan götürülməsi barədə məhkəməyə yazılı qaydada vəsatət verilsə də məhkəmə həmin vəsatəti əsaslandırılmadan təmin etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 1(001)- 449/2023 saylı hökmündən zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 birgə apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələrində nəzərdə tutlmuş cinayət əməlin törətməkdə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəza təyin edilməsini, mülki iddia tələbinin tam təmin edilərək oğurluq cinayət əməli nəticəsində mənə vurduqları 14060 (on dörd min altmış) manat maddi ziyan və dövlət rüsumu qismində ödənilmiş 133 (yüz otuz üç) manat pulun təqsirləndirilən şəxslərin-mülki cavabdehlərin hər üçündən müştərək qaydada tutularaq mənə- zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs qızma ödənilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdirlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 1(001)-449/2023 saylı hökmünü hərtərəfli, əsaslı, ədalətli, işin hallarına uyğun hesab etmirlər. Birinci instansiya məhkəməsində icraat zamanı cinayət və cinayət prosesual qanunvericiliyin tələblərinə sədrlik edən hakim tərəfindən kifayət qədər əməl edilməmiş, bir zərərçəkmiş şəxs, mülki iddiaçı kimi onun konstitusiyada, qanunlarda nəzərdə tutulmuş hüquqlarına etinasız yanaşılaraq iş üzrə əsl həqiqətin ortaya çıxarılmasına, bunun nəticəsi olaraq cinayət əməlinin törədilməsində təqsirli olan hər üç şəxsin cinayət məsuliyyətinə cəlb edilib cəzandırılmasına təşəbbüs göstərilməmiş, ittiham tərəfi kimi onun, dövlət ittihamçısının, onun nümayəndəsinin bununla bağlı təklifləri, vəsatətləri nəzərə alınmamış, yaxud da qanunsuz olaraq təmin edilməmişdir. İbtidai araşdırma zamanı təqsirləndirilən şəxslərə verilmiş ittihamın mahiyyəti üzrə qısa olaraq bildirir ki, Təqsirləndirilən şəxs1 onun evinin yaxınlığında yaşayan Təqsirləndirilən şəxs2 və onun qardaşı oğlu Təqsirləndirilən şəxs3 ilə birləşib cinayət əlaqəsinə girərək onun evindən oğurluq etmək barədə razılaşmış, öz aralarında cinayət rollarını bölüşdürərək və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ona verdiyi məlumatlara, məsləhətlərə uyğun olaraq onun mənzilinə girmiş, evindən 14.060 (on dörd min altmış) manat dəyərində qızıl-zinət əşyalarını oğurlamış və öz aralarında bölmüşlər. Cinayət törətməzdən əvvəl 3 gün ərzində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 evində onunla birlikdə onun evini güdmüş, onun və həyat yoldaşının evdən nə vaxt çıxmaqlarını, nə vaxt evdə olmadıqlarını müşahidə etmiş və xx.xx.2023-cü il tarixdə səhər erkən onların evdən iş dalınca Sədərək ticarət mərkəzinə getmək üçün evdən çıxandan sonra pəncərədən evinə girərək oğurluq etmişdir. Cinayəti törətdikdən sonra əvvəlcədən razılaşdıqları kimi onu gözləyən Samir və Gülsarə ilə görüşmüş, Təqsirləndirilən şəxs2 avtomobilinə minərək Gülsarənin evinə gəlmiş, onun evindən oğurladığı bir cüt sırğanı Gülsarəyə vermiş, içində 60 manat dəyərində qəpiklər olan kapron qabı isə Təqsirləndirilən şəxs3 vermişdir. Yerdə qalan qızıl bilərzik və qızıl boyunbağından ibarət dəsti və qızıl üzüyü isə Xıırdalan şəhərinə apararaq orada satmışdır. İbtidai istintaq zamanı bütün bu qeyd olunan hallar Təqsirləndirilən şəxs1 şahid kimi, şübhəli şəxs kimi, təsirləndirilən şəxs kimi verdiyi ifadələrdə öz təsdiqini tapmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə üzləşdirilməsi zamanı onların üzlərinə qarşı bu məzmunda ifadə vermişdir. Bundan başqa iş materiallarında olan video görüntülər olan disk, şahid ifadələri, istintaq hərəkətlərinin protokolları da təqsirləndirilən şəxslərə verilən ittihamın əsaslı olduğunu təsdiq etmişdir. Lakin birinci instansiaya məhkəməsində icraat zamanı prosesə sədrlik edən hakim onların qənaətinə görə hansısa subyektiv səbəblərdən, qərəzli olaraq ibtidai araşdırma zamanı toplanmış bu sübut və sənədləri ittihamın təsdiq edilməsi üçün yetərli hesab etməmiş, məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs1 hansısa subyektiv səbəblərdən,məqsədli şəkildə ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə prosesi zamanı dəyişməsini əsas gətirərək, digər təqsirləndirilən şəxslər, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayətin törədilməsində təqsirli olmaması qənatinə gəlmişdir. Məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs1, ittihamda göstərilidiyi kimi cinayətin digər iştirakçılarının guya ki, cinayətin törədilməsindən xəbəri olmaması, cinayəti tək törətməsi barədə ifadələri iş materialları ilə, işin halları ilə üst-üstə düşmür.İş materiallarından, işin hallarından açıqca görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi ifadələri məhkəmədə dəyişərək yeni məzmunda verdiyi ifadəsi inandırıcı deyildir, iş materialları, işin halları ilə ziddiyət təşkil edir, ifadəsinin məqsədli şəkildə dəyişməsi hiss olunur. Təqsirləndirilən şəxs1 məhkəmə prosesi zamanı verdiyi ifadəsində bildirir ki, 17 mart 2023-cü il tarixdə polislər tərəfindən tutularaq müvəqqəti saxlama yerinə gətirilərkən polislər tərəfindən ona təzyiq göstərilmiş və digər təqsirləndirilən şəxslərin adlarını vermək məcburiyyətində qalmışdır. Əsslində isə o,cinayəti tək törətmişdir. İş materiallarına nəzər salarkən isə onun bu sözləri təsdiqini tapmır, bunun əksi görünür.Yəni Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadənin həqiqətə söykənmədiyi, şübhəli məqamların,ziddiyətlərin olduğu bilinir. Belə ki, Təqsirləndirilən şəxs1 əgər doğrudan da ilk dəfə tutulub müvəqqəti saxlama yerinə gətirilərkən təzyiq göstərilməsinə görə digər təqsirləndirilən şəxslərin adlarını veribsə, istintaq dövründə kifayət onun qədər vaxtı və imkanı olub ki, həqiqəti bildirsin.Axı elə tutulan günün səhərisi günü,xx.xx.2023-cü il tarixdə Binəqədi rayon məhkəməsi onun barəsində həbs qətimkan tədbiri ilə bağlı təqimata baxmışdır. Niyə,hansı səbəbdən ona olan təzyiqlə bağlı məhkəməyə məlumat verməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 niyə şübhəli şəxs kimi tutulan zaman, təqsirləndirilən şəxs kimi cəlb edilən zaman müdafiəçisinə məlumat verməyib. Uzun müddət ibtidai araşdırma davam edib, lakin Təqsirləndirilən şəxs1 ona təzyiq göstərilərək iradəsi ziddinə ifadəsinin alındığı barədə hər hansı instansiyaya müraciət etməyib. Ən nəhayət cinayət işinin ibtidai araşdırması qurtaran zaman, müdafiəçisi ilə birlikdə iş materialları ilə tanış olanda yekun protokolunda bununla bağlı öz etirazını qeyd etməyib, vəsatət təqdim etməyib. Məhkəmə prosesi zamanı ifədəni dəyişmək hələ o demək deyil ki, təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadə həqiqət deyildir. Binəqədi Rayon Məhkəməsi cinayət təqibinin hər iki mərhələsində təqsirləndirilən şəxsin verdiyi ifadələri işin digər hallları ilə müqayisəli şəkildə təhlil edib həqiqəti üzə çıxmasım təmin etməli idi. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 öz ifadələrində bildirirlər ki, Təqsirləndirilən şəxs1ı Gülsarənin kirayəyə verdiyi evdə yaşayan bacısı Rəqsanəgildə görüb tanımışlar və Samir onu Zərərçəkmiş Zərərçəkmiş şəxs Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yerləşən evinin qonşuluğunda yerləşən evinə də dəvət etmişdir. Bundan sonra Cərayılı bir daha görməmişlər. Amma nədənsə Təqsirləndirilən şəxs1 Əliiyeva Fatmanın evinə oğurluğa girən günü səhər sübh tezdən Təqsirləndirilən şəxs2 Samirin anası zəng edir, Samirin telefonuna zəng çatmadığını, narahat olduğunu bildirir və Təqsirləndirilən şəxs2 öz avtomobili ilə Samirin yaşadığı, oğurluq hadisəsinin baş verdiyi əraziyə gəlir, orada mənim evimdən oğurluq edib çıxan Təqsirləndirilən şəxs1la rastlaşaraq onu öz avtomobilinə mindirib evinə gətirir. Bütün bunlar təsədüfdürmü, yoxsa Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrin daha həqiqi olmmasının təsdiqidir, birinci instansiya məhkəməsi bu halların üzərindən sükutla keçməyi üstün tutmuşdur. Məhkəmənin proses zamanı və hökmündə təqsirləndirilən şəxslərə verilmiş ittihamın sübut edilməsində yetərsiz hesab etdiyi videogörüntülər olan diskdə olan təkçə 07:21 radələrində Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 rastlaşmasının qeydə alınması kifayət edir ki, Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadədə göstərdiyi kimi səhər saat 8-9 radələrində yox, məhz Təqsirləndirilən şəxs1 mənim evimdən oğurluq edib çıxarkən görüşüblər. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs1 bildirir ki, o 3 gün Samirin evində qalmış və Samirlə birlikdə onun evini güdmüşlər. Onun və həyat yoldaşının evdən nə vaxt çıxdığını, hansı vaxt evdə olmadıqlarını müəyyən etmək üçün evini müşahidə etmişlər. Bu və digər halların,ziddiyətlərin aydınlaşdırılması, iş üzrə əsl həqiqətin ortaya çıxarılması üçün nümayəndəsinin və dövlət ittihamçısının demək olar ki, eyni məzmunlu, Təqsirləndirilən şəxs1 özünün bildirmiş olduğu ***-***-**-** saylı mobil nömrənin, habelə “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə onun adına olan mobil nömrələr müəyyən edilməklə həmin nömrələrin oğurluq hadisəsinin baş verdiyi xx.xx.2023-cü tarixi əhatə edən dövrü, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək olan anten məlumatları, habelə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrlərdə həmin nömrələrə daxil olan və çıxan zənglər və SMS mətnlərinin müvafiq mobil operatorlardan götürülməsi barədə vəsatətlərini birinci instansiya məhkəməsi heç bir səbəb göstərməyərək təmin etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məhkəmə iclasının protokolunda ittiham tərəfinin qeyd olunan vəsətətinin nəyə görə, hansı səbəbə görə təmin olunmamasına dair heç bir qeyd, əsaslandırma yoxdur. Yalnız tək bircə cümlə ilə təmin olunmasın göstərilib. Birinci iinnstansiya məhkəməsi iş üzrə qəbul etdiyi yekun qərardahökmdə də qeyd olunan sübutun nəyə görə əldə edilməsinə qarşı olduğunu əsaslandırmayıb, aydınlıq gətirməyib. Lakin hesab edir ki, qeyd olunan məlumatların əldə edilməsi hökmdə olan ciddi şübhəli məqamların, ziddiyətlərin aradan qaldırılması üçün mütləq zəruri idi. Birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs1 məhkəmədə heç bir prosesual sənəd, məlumata əsaslanmayan məqsədyönlü şəkildə dəyişdirilmiş ifadələrini əsas götürərək digər təqsirləndirilən şəxslərə bəraət verməsi əsassızdır, qanunun tələblərinin pozulmasıdır. Hesab edir ki, iş üzrə həm ibtidai istintaq dövründə toplanmış sübütlar, həmdə məhkəmə istintaqı zamanı tərəflərin verdiyi vəsətət əsasında və məhkəmənin öz təşəbbüsü ilə əldə etdiyi yeni sübutlar təhlil edilib iş üzrə əsl həqiqətin ortaya çıxarılmasına yönəlməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 1(001)- 449/2023 saylı hökmündən məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək ailə vəziyyətini, himayəsində 6 azyaşlı övladlarının olduğunu nəzərə alıb onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə daha yüngül (alternativ) cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X7 apellyasiya protestinin təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 1(001)- 449/2023 saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə təqsirli bilinməklə məhkum edilmələrinə dair ittiham hökmü çıxarılmasını, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 ilə birgə verdikləri apellyasiya şikayətinin təmin edilməsini, məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 apellyasiya şikayətini isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 birgə verdikləri apellyasiya şikayətini və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 1(001)-449/2023 saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələrində nəzərdə tutlmuş cinayət əməlin törətməkdə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəza təyin edilməsini, mülki iddia tələbinin tam təmin edilərək oğurluq cinayət əməli nəticəsində mənə vurduqları 14060 (on dörd min altmış) manat maddi ziyan və dövlət rüsumu qismində ödənilmiş 133 (yüz otuz üç) manat pulun təqsirləndirilən şəxslərin-mülki cavabdehlərin hər üçündən müştərək qaydada tutularaq mənə- zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs qızma ödənilməsi barədə yeni hökm çıxarılmasını, məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 isə apellyasiya şikayətini əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi5 dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin və zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 apellyasiya şikayətinin təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 1(001)-449/2023 saylı hökmünü dəyişdirərək Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə daha yüngül (alternativ) cəza təyin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı bəraət alımış şəxs Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi6 dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin və zərərçəkmiş şəxs (mülki iddiaçı), onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 1(001)-449/2023 saylı hökmünün Təqsirləndirilən şəxs3 aid hissədə dəyişdirilmədən saxlanılmasını, məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 isə apellyasiya şikayətinin təmin edilməsinə heç bir etirazlarının olmadıqlarını bildirmişlər. Apellyasiya baxışı zamanı bəraət alımış şəxs Təqsirləndirilən şəxs2, onun müdafiəçiləri X13 və Müdafiəçi4 dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin və zərərçəkmiş şəxs (mülki iddiaçı), onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 1(001)-449/2023 saylı hökmünün Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilmədən saxlanılmasını, məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 isə apellyasiya şikayətinin təmin edilməsinə heç bir etirazlarının olmadıqlarını bildirmişlər. Hazırda apellyasiya baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə cinayət törətməmişdir. Onlar ümumiyyətlə onunla cinayətin törədilməsində iştirak etməyiblər. Bacısı Gülsarənin evində kirayədə yaşayır. Samiri o, cəmi bir dəfə görmşdür. Təqsirləndirilən şəxs2 də iki-üç dəfə görmüşdür. O, ifadələrində də bildirmişdir ki, onları tanımır, belə tanıyır ki, yəni, iki-üç dəfə görmüşdür. Yaxınlığı olmamışdır. O, Mehdiabad qəsəbəsində yaşamışdır, daha sonra Binəqədi qəsəbəsində yaşayıb. Müvəqqəti saxlama yerində onu aparıb otağa salıblar, əməliyyatçı Anar müəllim, müstəntiq Vüsal müəllim ona hədə-qorxu gəlib, ondan qabaq Nicat müəllim ona hədə-qorxu gələrək ona “bu insanlar səninlə birlikdə getməlidir” demişdir. O, insanlar niyə onunla getməlidir?, əgər cinayətdə onunla əlbir olmayıblarsa, insanlar niyə getməlidir sroka?. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 verilmiş suallara cavab olaraq bildirdi ki, o, cinayəti tək etmişdir. Bu cinayətdə başqa adamların xəbəri olmmışdır. Hadisəyə qədər Gülsarə xanımla, Samirlə heç bir danışıqları olmamışdır. İstintaq zamanı o, polis tərəfindən təzyiqlərə və işgəncələr məruz qalmışdır. Oğuruq zamanı o, qızıl bilərzik, sep, sırğa, bir də üzük götürmüşdür. Həmin əşyalarıda 2.800 manata satmışdır. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis tərəfindən tutularaq müvəqqəti saxlanılma yerinə gətirilən zaman təzyiq altında qalmış və bu səbəbdən digər təqsirləndirilən şəxslərin adlarını bildirmişdir. Ona Gülsarə və Samirin sroka gedəcəyini, onların adlarını da çəkməyisini bildirmişlər. Lakin o, oğurluq cinayətini tək törətmiş və bundan Gülsarə və Samirə heç bir söz deməmişdir. Ayın tarixi tam yadında qalmasa da o, oğurluğu səhər saatlarında etmişdir. Məhlədən keçəndə görmüşdür ki, evdən çıxırlar. Ev sahiblərinin evdən getdiklərindən 15- 20 dəqiqə sonra o, evə girmişdir. Həmin evin qonaq otağının plastik pəncərəsinin aralı olduğunu görüb, pəncərədən evə daxil olmuş, evə daxil olduqdan sonra yataq otağına keçmiş və orada yerləşən dolabın siyirməsini çəkdikdə, siyirmədən bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl bilərzikdən ibarət dəsti, bir ədəd qızıl üzük və bir cüt qızıl sırğadan ibarət dəst taparaq oğurlamışdır. Daha sonra evin mətbəxinə daxil olmuş və oradakı dolabdan içərisində qəpiklər yığılmış kapron qabı görüb götürmüşdür. Sonra evdən çıxıb getmişdir. Kameraya tək düşmüş, evə də tək girmişdir. Onun iş üzrə digər təqsirləndirilən şəxslərlə oğurluqla bağlı əlaqəsi olmamışdır və iş üzrə mülki iddianı tam qəbul edir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, özü mehdiabadda qalmış, bacısı Gülsarə xanımın evində kirayə qalmış, Gülsarə xanımı da oradan tanımışdır. Samiri də bacısı yaşayan həyətdə görmüşdür. Oğurluq etdiyi ev zəngəzur restoranı tərəfdə yerləşir. Oğurluğu səhər saat 7-yə 15-20 dəqiqə qalmış etmişdir. Təxminən 25 dəqiqə evdə qaldıqdan sonra əşyaları və qəpik pulları oğurlayıb evdən çıxmışdır. Həmən evdən çıxıb, Xırdalan şəhərində getmişdir. İstintaq zamanı müstəntiqdən tələb etməsinə baxmayaraq Gülsarə və Samirlə aralarında ikinci dəfə üzləşdirmə aparılmamışdır. Məhkəmədən törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Halbuki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı şahid, şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində bildirmişdir ki, Təqsirləndirilən şəxs2m və Təqsirləndirilən şəxs3 bir neçə ildir tanıyır, belə ki, bacısı Rəqsanə Gülsarəyə məxsus Binəqədi qəsəbəsində yerləşən evdə kirayədə yaşayır. Gülsarə və Samir yaşadığı evə gəldikdən sonra, ona Samirin yaşadığı evlə üzbəüz bir evin olduğunu, həmin evdə külli miqdarda qızıl-zinət əşyalarının və nağd pulun olduğunu bildirmişlər. Bu səbəbdən də Gülsarə ona həmin evdən oğurluq etməyi təklif etmiş və oradan əldə edəcəkləri pul və ya qızıl-zinət əşyaları üç nəfər arasında bölünməli imiş. O, həmin şəxslərlə razılaşdıqdan sonra, xx.xx.2022-ci il tarixdə axşam saatlarında bacısı Rəqsanənin kirayədə yaşadığı evə qonaq getmiş, həmin gün Samir qeyd olunan ünvana gəlmiş və onu axşam saat 23 radələrində özünün kirayədə yaşadığı evə aparmışdır. O, Samirin kirayədə yaşadığı evə gəldikdən sonra, Samir yaşadığı evlə üzbəüz yerləşən evi ona göstərərək, həmin evdən oğurluq edəcəklərini ona demişdir. O, Samirlə birlikdə həmin ev sahiblərinin saat neçədə evdən çıxıb, neçədə gəldiklərini, evdə kimin olubolmadığını güdməyə başlamışlar. Nəhayət xx.xx.2022-ci il tarixdə, saat 05:30 radələrində həmin ev sahiblərinin, yəni ər və arvadın evdən çıxaraq getdiklərini görmüş və təxminən 20 dəqiqədən sonra o, Samirə məxsus qara rəngli papaqlı gödəkçəsini və qara rəngli cins şalvarını geyinmiş, öz paltarlarını isə Samirin yaşadığı evdə saxlayıb, Samirin evini tərk edib həmin evə yaxınlaşaraq evin qonaq otağının plastik pəncərəsinin aralı olduğunu görüb, həmin pəncərədən evə daxil olmuşdur. Evdən oğurluq etdikdən sonra evi tərk edərək oradan uzaqlaşmış, kənarda dayanaraq Gülsarə ilə Samirin gəlməsini gözləmişdir. Bir qədər sonra Samir öz idarə etdiyi «Mercedes» markalı avtomobillə həmin yerə gəlmiş, lakin o, Samirə evdən nə oğurladığı barədə məlumat verməmişdir. Çünki Samir onu aldadaraq evdə külli miqadarda qızıl və pulun olduğunu demiş, lakin evdən oğurladığı qızıl və kapron qabdakı qəpik pullardan başqa heçnə tapmamışdır. O, kapron qabdakı qəpikləri sellofan torbaya yığmış və həmin qəpikləri Samirə verərək evdən yalnız qəpiklər çıxdığını bildirmişdir. Bir neçə dəqiqə sonra Gülsarə idarə etdiyi qırmızı rəngli, markasını bilmədiyi avtomobillə onların olduqları yerə gəlmişlər. Gülsarə gəldikdən sonra o, sonuncunun idarə etdiyi avtomobilinə əyləşmiş və evdən kapron qabdakı qəpik və bir cüt sırğadan başqa heçnə tapmadığını, qəpik pulları Samirə verdiyini deyib, bir cüt qızıl sırğanı da Gülsarəyə vermiş ki, sataraq pul əldə etsin, (cild 1, iş vər 48- 51, cild 1, iş vər 108-110, cild 1, iş vər 167-170). Hazırda apellyasiya baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq görsətmişdir ki, onun bu işlərin heç birindən xəbəri yoxdur. Daha doğrusu o, Cəbrayılı bacısına görə tanımışdır. Səhər-səhər evinə gəlib, bacısının yanına gedib-gəlib. Özü də taksi sürücüsü işləyir. O. Hardan bilrər di ki, Cəbrayıl hardan gəlib hara gedir?. Əgər etsəydim, özümü təqsirli hesab edərdim, ancaq heç bir günahı yoxdur. Onun Fatma xanımın evində nə baş verib xəbəri olmamışdır. Müstəntiq yazır ki, guya güya maşını onların evinin yanında olub, lakin onun maşını öz məhləsində olub. Kamera da var, hər şey çəkilib. O, Cəbrayılı səhər-səhər görəndə iş dalınca gedirdi. Gördü ki, Cəbrayıl o tərəfdən gəlir və o, avtomobilini düz kameranın qabağında saxlamışdır. O, Cəbrayıldan soruşmuşdur ki, hara gedirsən?, o, da bildirmişdir ki, Rəqsanənin yanına. Rəqsanə də Cəbrayılın bacısıdır, onlarda kirayədə qalır. Onun Cəbrayıla sözü olduğundan ona avtomobilə əyləşməyini bildirmişdir. Cəbrayılda onun avtomobilinə əyləşdikdən sonra o, avtomobilə kənara çəkmişdir. Cəbrayılla bacısı arasında ədavət, söz-söhbət olduğundan, Cəbrayıla demişdir ki, həyətdə səs-küy salmasınlar. Bundan başqa onların arasında sözsöhbəti olmayıb. Cəbrayıl kimin evindən oğurluq edib, neyniyib, nə götürüb heç nədən onun xəbəri olmayıb. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 verilmiş suallara cavab olaraq bildirdi ki, o, taksi sürdüyündən, gecə də gündüz də işləyir. 12 nəfər ailə üzvünə o, tək baxır. Cəbrayılın hansı evə girdiyindən xəbəri yoxdur, heç o evi də o, tanımır. Ona Cəbrayıl heç bir qızıl sırqa verməyib. O, 40 ildir həmin ərazidə yaşayır, Zərərçəkmiş şəxs tanımır. 10 ildir Rəqsanə onun evində kirayədə qalır. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən, korpus 88 ünvanında yaşayır. Onun adı şəxsiyyət vəsiqəsində Təqsirləndirilən şəxs2 kimi qeyd olunsa da, qohum və tanışları ona Sevil deyə müraciət edirlər. Təqsirləndirilən şəxs1 təxminən 4-5 aydır tanımışdır. Cəbrayıl ona məxsus evdə kirayədə yaşayan Rəqsanənin qardaşıdır. Rəqsanə qardaşını ona təqdim edərək, Cəbrayılın bir neçə ay öncə cəzaçəkmə müəssisəsindən çıxdığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, yaşadığı evdə olan zaman, qardaşı oğlu Samirin anası Natavan onun istifadəsində olan mobil nömrəyə zəng edərək, Samirin telefonunun sönülü olduğunu, sonuncudan narahat olduğunu bildirmişdir. Bu səbəbdən də o, yaşadığı evdən çıxaraq, özünə məxsus idarə etdiyi «Changan» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Samirin yaşadığı evə getmişdir. Lakin, qapı bağlı olduğundan geri qayıdan zaman, yaşadığı evin yaxınlığında Cəbrayılla rastlaşmışdır. Belə ki, sonuncu yolun kənarı ilə əks istiqamətdə hərəkət edirdi. O, Cəbrayılı görən zaman, avtomobili yolun kənarında saxlamış və Cəbrayıl onun idarə etdiyi avtomobilin qabaq sərnişin oturacağında əyləşmişdir. Cəbrayıl idarə etdiyi avtomobilə əyləşdikdən sonra bir qədər bacısı Rəqsanə haqqında söhbət etmiş, daha sonra Cəbrayılla birlikdə yaşadığı evin həyətinə getmişlər. Belə ki, Cəbrayıl bacısı Rəqsanənin yaşadığı evə getmək istəmiş, lakin Rəqsanə evdə olmadığından, Cəbrayıl yaşadığı evin həyətində çay içdikdən sonra çıxıb getmiş və o, Cəbrayılı bir daha görməmişdir. Baş vermiş hadisə ilə bağlı onun heç bir təqsiri yoxdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Cəbrayıl onun avtomobilinə səhər saat 8-9 arası minmiş və bacsının yanına gedəcəyini bildirdiyindən onu aparmağı qərara almışdır. Avtomobildə əyləşdikdən sonra bir müddət bacısı Rəqsanə haqqında söhbət etmiş daha sonra avtomobili hərəkət etdirmişdir. Cəbrayılı gördükdə onun əlində heç nə olmamışdır. Odur ki, məhkəmədən barəsində bəraətverici hökm çıxarılmasını xahiş etmişdir. Hazırda apellyasiya baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 ifadəsində göstərdi ki, birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq eedir. Əlavə olaraq göstərmişdir ki, o, Cəbrayılı tanımırdı. Bir dəfə görmüşdür xalasıgildə. Bölməyə də özü yaxınlaşmışdır. O, məhkəmədə deməmişdir ki, onu tanıyır. O, demişdir ki, Cəbrayılı bir dəfə görmüş, aralarında salam, sağ ol bu qədər. Onunla heç bir ünsiyyəti olmayıb, onun nömrəsi onda olmayıb. O, özü yaxınlaşmışdır bölməyə, onun elə savadı yoxdur, birinci dəfədir, Nicat müəllim kompyuterdə yazdı, gətirdi, o, sual verdi ki, “bu nədir?”, dedi ki, “heç nə bir dənə qol çək, buraxırıq gedirsən”. Ondan sonra onu tutdular. Onu gətirdilər müvəqqəti saxlama yerinə, müstəntiqə dedi ki, “vəkilim gəlsin, bəs mən oxuya bilmirəm”. Müstəntiq də dedi ki, “heç nə bir dənə qol çək”, o, da bir dənə qol çəkmişdir. Ondan sonra o, günahsız yerə əziyyət çəkmişdir. Bu günə kimi heç kimə bir manat ziyan vurmamışdır. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 verilmiş suallara cavab olaraq bildirdi ki, o, Cəbrayılı tanımır, o, Cəbrayılı evinə qonaq çağırmamışdır. O, həmin məhəllədə kirayədə qalır, oğurluq günü o, həmin gün evdə idi, günorta idi, heç bilmirdi ki, oğurluq olub, hardasa 10 nəfər polis əməkdaşı evə daxil olaraq evi axtardılar, heç nə tapmadılar və ona bildirdilər ki, onlarla bölməyə getməlidir izahat verməlidir. Zərərçəkmiş şəxsi qonşu kimi tanımışdır, Onunla başqa ünsiyyət olmayıbdır. Təqsirləndirilən şəxs1 ondan evin yeri barədə soruşmayıbdır. O, Təqsirləndirilən şəxs1 bir dəfə xalasıgilə gedəndə görmüşdür. Onun heç nədən xəbəri yoxdur. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyək ifadəsində göstərmişdir ki, o, ailəsi birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yerləşən fərdi yaşayış evində kirayədə yaşayır. Təqsirləndirilən şəxs1 təxminən 5-6 əvvəl tanımışdır. Sonuncu onun bibisi Gülsarəyə məxsus evdə kirayədə yaşayan Rəqsanənin qardaşıdır. Cəbrayılı birinci dəfə bibisinə məxsus evdə, yəni Rəqsanənin kirayədə yaşadığı evdə görmüş və Cəbrayıl ilə tanış olduqdan sonra sonuncunu kirayədə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yerləşən fərdi yaşayış evinə dəvət etmişdir. Cəbrayıl da onun dəvəti ilə həmin evə gəlmiş və axşam saatlarında oradan çıxıb getmişdir. Bundan sonra o, Cəbrayılı bir daha görməmişdir. xx.xx.2022-ci il tarixdə isə ona qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus evdən oğurluq hadisəsinin baş verməsi və həmin cinayətin Cəbrayıl tərəfindən törədilməsi barədə məlum olmuşdur. Baş vermiş hadisə ilə bağlı onun heç bir təqsiri yoxdur. Odur ki, məhkəmədən barəsində bəraətverici hökm çıxarılmasını xahiş etmişdir. Hazırda apellyasiya baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq bildirir ki, o, 8-ə 20 dəqiqə işləmiş bazardan evə gələrkən, gördü ki, ev qoyduğum kimi deyil. O, görmüşdür ki, açmadığı pəncərə açıqdır və üstünə qəpiklər tökülüb. Ondan şübhələnmiş və gedib, qəpik qoyduğu yerə baxmışdır. Qızıl olan yerə, pulu olan yerə baxdıqda, görmüşdür ki, pul yerindədir, qızl və qəpik yoxdur. Yalan desəydi, deyərdi ki, pul da gedib, nə var onu demişdir. O, oğluna demiş, oğlu da DİN-nin 102-yə zəng vurmuş, gəlib onlardan izahat almışlar. Onlar deyirlər ki, bir-birlərini tanımırlar, tanımayan adam birinci gündən necə olur məhkəmədə siqaret alır, yemək alır, onlar yalan deyirlər, bir-birlərini tanıyırlar. Evdə yoldaşı ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 özü müstəntiqlə birlikdə baxış keçirməyə gələndə özü hər şeyi açıb demişdir. Təqsirləndirilən şəxs1 demişdir ki, o, üç gün gəlib qalmışdır üzbə üz evdə, onları izləmişdir, o, səhər tezdən saçını darayaraq, bazara çıxıb getdiyini görmüş və ondan sonra onun evinə girmişdir. O, dedi ki, “mən bilsyədim sizin evdə o qədər şey yoxdur heç girməzdim”. Ona deyiblər ki, evdə 120.000 pul, xeyli də qızıl var. Cəbrayıla Samir və Gülsarə deyib. Deyirlər ki, sizi tanımırıq, yalan deyirlər. O, mağaza işlədirdi. Onun mağazasına da girib baxıblar. Samirlə, Samirin anası onun mağazasından bir çörək belə almadan çıxıb gediblər. Hər şeyi də qəşəng bilirdilər. O, 18 ildir o evdə yaşayır. Bunlar ora gələndən sonra belə hal baş verib. Ona dəymiş ziyan ödənilməyib. O, Cəbrayıl, Gülsarə və Samirdən şikayətçidir. Ona dəymiş ziyanı tələb edir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yerləşən fərdi yaşayış evində həyat yoldaşı Şahid3 ilə birlikdə yaşayır. Yaşadığı ev bir mərtəbəlidir, evin pəncərələrinin üzərində dəmir barmaqlıqlar yoxdur, həmin ev 0,06 ha torpaq sahəsində yerləşir, evin həyətyani sahəsi dörd tərəfdən divar daşları ilə hasara alınmış, həyətə giriş isə dəmir darvazadan mümkündür. xx.xx.2022-ci il tarixdə saat 05 radələrində həyat yoldaşı ilə birlikdə evin giriş qapısını bağlayıb Qaradağ rayonunda yerləşən «Meyvəli» adlanan bazara yollanmışlar. Evdən çıxan zaman, evin yataq otağının plastik pəncərəsini yarımçıq açıq vəziyyətdə qoymuşdur. Həmin gün təxminən saat 07 radələrində evə qayıdan zaman, evin dəmir giriş qapısını özündə olan açarla açıb evə daxil olduqda, evin yataq otağının plastik pəncərəsinin tam açıq və pərdənin yığılmış vəziyyətdə olduğunu görmüşdür. İlk öncə o, buna əhəmiyyət verməmiş, həyat yoldaşının pəncərəyə toxunduğunu düşünmüşdür. Daha sonra evin qonaq otağının plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görüb əmin olmuş ki, evdə olmadıqları müddət ərzində naməlum şəxs və ya şəxslər evə qanunsuz daxil olmuşlar. O, evə baxış keçirdiyi zaman, məlum olmuş ki, evin yataq otağında olan dolabın siyirməsindən 9000 manat dəyərində boyunbağı və qolbaqdan ibarət 01 ədəd 750 əyarlı qızıl dəsti, 5000 manat dəyərində sırğa və üzükdən ibarət 01 ədəd 750 əyarlı qızıl dəsti və evin mətbəxindəki dolabda olan bankanın içərsindən xırda qəpiklərlə 60 manat məbəlğində nağd pul oğurlanmışdır. Beləliklə baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 14060 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona vurulmuş maddi ziyan ödəilməmiş və o, şikayətçidir. Məhkəmədən verdiyi mülki iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yerləşən fərdi yaşayış evində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 05 radələrində həyat yoldaşı ilə birlikdə evin giriş qapısını bağlayıb Qaradağ rayonunda yerləşən «Meyvəli» adlanan bazara yollanmışlar. Evdən çıxan zaman, evin yataq otağının plastik pəncərəsini yarımçıq açıq vəziyyətdə qoymuşlar. Həmin gün təxminən saat 07 radələrində evə qayıdan zaman, evin dəmir giriş qapısını özündə olan açarla açıb evə daxil olduqda, evin yataq otağının plastik pəncərəsinin tam açıq və pərdənin yığılmış vəziyyətdə olduğunu görmüşlər. Daha sonra evin qonaq otağının plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu gördükdə həyat yoldaşı Fatma ona evdən oğurluq olmasından şübhələndiyini bildirmişdir. Onlar evə baxış keçirən zaman məlum olmuşdur ki, evin yataq otağında olan dolabın siyirməsindən boyunbağı və qolbaqdan ibarət 01 ədəd 750 əyarlı qızıl dəsti, sırğa və üzükdən ibarət 01 ədəd 750 əyarlı qızıl dəsti və evin mətbəxindəki dolabda olan bankanın içərsindən xırda qəpiklərlə 60 manat məbəlğində nağd pul oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində onlara ümumilikdə 14060 manat məbləğində maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində qızıl və gümüş məmulatlarının alışı, satışı və təmiri ilə məşğul olur. 22 sentyabr 2022-ci il tarixdə, günorta saatlarında işdə olduğu zaman, əvvəllər tanımadığı və ilk dəfə gördüyü şəxs işlədiyi mağazaya daxil olmuşdur. Həmin şəxs ona yaxınlaşaraq özünə məxsus qızıl-zinət əşyalarını satmaq istədiyini bildirmişdir. Həmin şəxs ona bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl bilərzikdən ibarət qızıl dəstini, həmçinin əzilmiş vəziyyətdə olan qızıl üzüyü təqdim etmişdir. O, təqdim olunan əşyaların qızıl olub-olmamasını yoxlaması üçün qonşuluqda yerləşən mağazada qızıl və gümüş məmulatlarının alışı, satışı və təmiri ilə məşğul olan tanışı Elxana müraciət etmiş və Elxan həmin əşyalara baxdıqdan sonra onların qızıl olduğunu bildirmişdir. Bundan sonra o, mağazaya qayıdaraq həmin şəxsə, yəni adı sonradan məlum olan Cəbrayıl adlı şəxsə həmin qızıl-zinət əşyalarını ümumilikdə 2450 (iki min dörd yüz əlli) manata ala biləcəyimi bildirmişdir. Həmin şəxs onunla razılaşdıqdan sonra o, Elxandan 1500 manat məbləğində borca pul almış və özü də, həmin pulun üstünü düzəldib Cəbrayıl adlı şəxsə ümumilikdə 2450 manat pul vermişdir. Cəbrayıl adlı şəxs isə özünə məxsus şəxsiyyət vəsiqəsinin kserosurətini ona verərək, özünə məxsus mobil nömrəsini, həmçinin qızıl-zinət əşyalarını öz razılığı ilə satdığını həmin kağızın üzərində qeyd etmiş və bundan sonra mağazadan çıxıb getmişdir. Bundan bir müddət keçdikdən sonra polis əməkdaşları tərəfindən ona Cəbrayıl tərəfindən satılan qızıl-zinət əşyalarının oğurluq yolu ilə əldə olunması məlum olmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı dindirilmiş Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, yuxarıda göstərdiyi ünvanda 2018-ci ildən yaşayır, həmin ev Təqsirləndirilən şəxs2 məxsusdur və Gülsarənin özüdə həmin həyətdə yerləşən digər evdə yaşayır, sonuncu ilə normal münasibəti olmuşdur. Təqsirləndirilən şəxs1 onun ögəy qardaşıdır, onların anaları birdir, ataları isə ayrıdırlar. Təqsirləndirilən şəxs3 da tanıyır, sonuncu Gülsarə xanımın qardaşı oğludur. Qardaşı Cəbrayıl 2022-ci ilin təxminən may ayında cəzaçəkmə müəssisəsindən azad olunmuşdur, azadlığa buraxıldıqdan sonra bir neçə dəfə onun yaşadığı ünvana qonaq qismində gəlmişdir. Həmin ərəfələrdə Cəbrayıl, Gülsarə və Samirlə tanış olmuş, onların arasında normal münasibət yaranmışdır. xx.xx.2023-cü il tarizdə qardaşı Cəbrayıl, Gülsarə və Samir birlikdə Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdırlar. Sonradan ona məlum olmuş ki, həmin şəxslər Samirin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən ünvanın yaxınlığında olan evdən oğurluq etmişlər. Həmin ərəfələrdə o, Bakı şəhəri, Əhmədli qəsəbəsində yerləşən «PAB-45» adlanan kafedə qabyuyan işləmiş və onun iş rejimi hər gün axşam saat 11-dən səhər saat 11-dək olmuşdur. xx.xx.2022-ci il tarixdə o, evinə günorta saatlarında gəlmiş və evinə gəldiyi zaman, evdə heç kəs olmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöəsinin müstəntiqi, polis mayoru X14 ona verilən suallara cavab olaraq onun tərəfindən yalnız Təqsirləndirilən şəxs1 videoçəkilişlə ifadəsi aldığını, üzləşdirmənin isə şöbənin digər müstəntiqi Nicat Nayıbov tərəfindən aparıldığını, aparılmış həmin üzləşdirmədən başqa heç bir üzləşdirmə keçirilmədiyini, videogörüntüdə saat və tarix tam düşməmiş, lakin saat 1 olmalı idi. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 22 sentyabr 2022-ci il tarixdə oğurluq hadisənin baş verdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək videogörüntülər aşkar edilərək 1 ədəd diskə köçürülməklə götürülmüşdür. İşdə olan könüllü təqdim etmə, götürmə və baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş qəbzdən görünür ki, iş üzrə Şahid1 «qızılın alqısatqı» qəbzi götürülmüşdür. Həmin qəbzə baxış keçirilərəkən, üzərində kiril hərifləri ilə xx.xx.2022-ci il təhvil verən şəxsin soyadı Abuzərov; adı Cəbrayıl; atasının adı Adil; Şəxsiyyət vəsiqəsi seriya AA*******; malın adı sep; qolbaq; qızıl üzük; alış qiyməti 2450 manat yazıların olması müşahidə olunmuşdur. Baxışda iştirak edən Şahid1 həmin qızılzinət əşyalarını o, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 aldığını bildirmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs evindən oğurladığı qızıl-zinət əşyaların bir qismini o, xx.xx.2022-ci il tarixdə Şahid1 satdığını və qəbzin üzərində olan imzanın onun özünə məxsus olduğunu bildirmişdir. Qeyd olunan xüsusat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin cinayət törətdiklərini bir daha təsdiq edir. İşdə olan ifadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir edərək videoçəkiliş aparmaqla protokola əlavə olunmuşdur. İşdə olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 17 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 17 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 17 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan cinayət işi üzrə əməlin tövsif olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. İşdə olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. İşdə olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. İşdə olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)- 283/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17 mart 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)- 282/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17 mart 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)- 281/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 3 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17 mart 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, eləcə də müvafiq hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(012)-401/2018 nömrəli hökmü ilə CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2022ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İşdə olan baxış keçirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, diskdə olan video görüntü Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində və Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən küçəsində quraşdırılmış müşahidə kameraları ilə xx.xx.2022-ci il tarixdə alınmışdır. «CD» formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində bir ədəd video fayl olduğu müəyyən edilmişdir. Həmin video fayl açıldıqda xx.xx.2022-ci il tarixdə saat 06:21-də bir nəfər əynində qara rəngli şalvar, qərar rəngli papaqlı gödəkçə olan kişi cinsli şəxsin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində olan küçə ilə hərəkət etdiyi, daha sonra həmin şəxsin Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən küçəsində hərəkətdə olduğu zaman, yanında qırmızı rəngli «Changan» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı və həmin şəxsin qeyd olunan avtomobilə minməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən təqsirləndirilən şəxs X8 görüntüdə əynində qara rəngli şalvar, qərar rəngli papaqlı gödəkçə olan şəxs onun özü olduğu, yanında dayanmış qırmızı rəngli «Changan» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs2 olduğu, əvvəlcədən qurulmuş cinayət planına əsasən sonuncu onu həmin yerdən idarə etdiyi avtomobillə götürməli imiş. İşdə olan badisə yerinə baxış keçirilən zaman bir ədəd diskə köçürülmüş video görüntülər olan diskə baxış keçirilərkən diskdə 1 jpg, yəni foto, 7 mp4, yəni video formatlı fayl olması, foto və videodakı şəxsin əynində qara paltarlar olması, WA0038 nömrəli 14 saniyə davam edən və tarix, vaxt əks olunmayan videogörüntüdə qara paltarlı şəxsin küçə ilə hərəkətdə olduğu, WA0039 nömrəli 11 saniyə davam edən və tarix, vaxt əks olunmayan videogörüntüdə həmin şəxsin dövlət qeydiyyat nişanı və markası görünməyən avtomobilə əyləşməsi, WA0040 nömrəli 17 saniyə davam edən və tarix, vaxt əks olunmayan videogörüntünün 1-ci saniyəsində yalnız qeyd olunan qırmızı avtomobilin irəli hərəkət etməsi, WA0041 nömrəli 1 dəqiqə 3 saniyə davam edən və tarix, vaxt əks olunmayan videogörüntüdə qeyd olunan qırmızı avtomobilin 56 saniyə sonra irəli hərəkət etməsi, WA0043 nömrəli 13 saniyə davam edən və tarix, vaxt əks olunmayan videogörüntüdə qara paltarlı şəxsin küçə ilə hərəkətdə olduğu, WA0044 nömrəli 11 saniyə davam edən və xx.xx.2022-ci il tarixi saat 06:21:13-06:21:24 vaxtı əks olunan videogörüntüdə qara paltarlı şəxsin küçə ilə bir qədər irəliyə getməsi və daha sonra geriyə qayıtması, WA0045 nömrəli 22 saniyə davam edən və tarix, vaxt əks olunmayan videogörüntüdə qara paltarlı şəxsin küçə ilə hərəkət eədərk döngəyə daxil olması müəyyən edilmişdir. İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid1 götürülmüş 1 (bir) ədəd «qızılın alqı-satqı» qəbzi və 1 (bir) ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İşdə olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İşdə olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Apellyasiya baxışı zamanı təyin edilərək keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəhkəmə-xətşünaslıq ekspertizasının 14 fevral 2024-cü il tarixli, 4/73 №-li ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 48-51-ci vərəqlərində olan 17 mart 2023-cü il tarixli şahidi dindirmə protokolunun 1-ci və 2-ci vərəqlərində “İmza:” qrfalarındakı və aşağı hissələrdəki imzalar, 3-cü vərəqinin aşağı hissəsində olan imza, 4-cü vərəqində “İmza:” qrafasında “Təqsirləndirilən şəxs1” yazılarından əvvəl yerləşən imza; 62-66-cı vərəqlərində olan 17 mart 2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolunun 1-ci vərəqində “Təqsirləndirilən şəxs1” yazısı qarşısındakı imza, 2-ci vərəqində “Təqsirləndirilən şəxs1” yazısı qarşısındakı və aşağı sol tərəfdəki imzalar, 3-cü və 4-cü vərəqlərində aşağı sol tərəflərdəki imzalar, 5-ci vərəqində “İmza:” qrafasında “Təqsirləndirilən şəxs1” yazısı qarşısındakı imza; 92-ci vərəqində olan 17 mart 2023-cü il tarixli 'Vəkillərin siyahısını təqdim etmək haqqında” protokolda “Təqsirləndirilən şəxs1” yazıları qarşısındakı imza; 93-94-cü vərəqlərində olan Bakı şəhəri 11 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərin siyahısının 1-ci vərəqinin aşağı hissəsində və 2-ci vərəqində “Təqsirləndirilən şəxs1” yazıları qarşısındakı imzalar; 99-cu vərəqində olan 17 mart 2023-cü il tarixli Müdafiəçini təqdim etmə barədə protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 100-cü vərəqində olan “17 mart 2023-cü il tarixli Şübhəli şəxsin tutulması haqqında qərarda “Şübhəli şəxs:” qrafasındakı imza; 101-102-ci vərəqlərində olan 17 mart 2023-cü il tarixli Şübhəli şəxsin tutulması haqqında protokolun 1-ci vərəqində “Şübhəli şəxs:” qrafasındakı və aşağı hissədəki imzalar, 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasındakı imza; 104-105-ci vərəqlərində olan 17 mart 2023-cü il tarixli bildirişin 1-ci vərəqində aşağı tərəfdəki və 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasındakı imzalar; 106-cı vərəqində olan bildirişdə “lmz^:”^qrafasınääkı imza; 107-ci vərəqində olan 17 mart 2023-cü il tarixli Şübhəli şəxsə etiraz hüququnun izah edilməsi haqqında protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 108-110-cu vərəqlərində olan 17 mart 2023-cü il tarixli Şübhəli şəxsin dindirilməsi protokolunun 1-ci vərəqində “İmza:” qrafalanndakı və aşağı hissədəki imzalar, 2-ci vərəqində “İmza:” qrafasındakı və aşağı hissədəki imzalar, 3-cü vərəqində “İmza:” qrafasındakı imza; 157-158-ci vərəqlərində olan 18 mart 2023-cü il tarixli Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarın 2-ci vərəqində “Təsirləndirilən şəxs:” qrafasındakı imza; 167-170-ci vərəqlərində olan 18 mart 2023-cü il tarixli Təqsirləndirilən şəxsi dindirmə protokolunun 1-ci vərəqində “İmza:” qrafasında və aşağı hissədəki imzalar, 2-ci vərəqində “Təqsirləndirilən şəxs:” qrafasındakı və xahiş edirəm” və "... təqsirli bilirəm” yazıları qarşısndakı imzalar, 3-cü vərəqin aşağı hissəsindəki imza, 4-cü vərəqində “İmza:” qrafasında “Təqsirləndirilən şəxs1” yazıları qarşısındakı imza - ABUZƏROV CƏBRAYİL ADİL oğlu tərəfindən icra olunmuşdur.

2. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 62-66-cı vərəqlərində olan 17 mart 2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolunun 1-ci vərəqində “Təqsirləndirilən şəxs2” yazısı qarşısındakı imza, 2-ci vərəqində “Təqsirləndirilən şəxs2” yazısı qarşısındakı və aşağı sağ tərəfdəki imzalar, 3-cü vərəqində aşağı sağ tərəfdəki imza və 4-cü vərəqində “İmza:” qrafasında “Təqsirləndirilən şəxs2” yazısı qarşısındakı imza; 111-ci vərəqində olan xx.xx.2023-cü il tarixli ərizədə “Təqsirləndirilən şəxs2” yazıları qarşısındakı imza; 112-ci vərəqində olan 17 mart 2023-cü il tarixli Müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 113-cü vərəqində olan 17 mart 2023-cü il tarixli Vəkillərin siyahısının təqdim edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs2” yazıları qarşısındakı imza; 130-132-ci vərəqlərində olan 17 mart 2023-cü il tarixli Şübhəli şəxsin dindirilməsi protokolunun 1-ci vərəqində “İmza:” qrafalanndakı imzalar, 2-ci vərəqində “İmza:” qrafasındakı və aşağı hissədəki imzalar, 3-cü vərəqində “İmza:” qrafasındakı imza; 172-173-cü vərəqlərində olan 18 mart 2023-cü il tarixli Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarın 2-çi vərəqində “Təsirləndirilən şəxs:” qrafasındakı imza - Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası iş üzrə qismən məhkəmə istinatı aparmaqla cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya protesti qismən təmin edilməli, zərərçəkmiş şəxs (mülki iddiçı) Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, məhkum edilmiş şəxs (mülki iddiaçı) Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Binəqdi Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 1(001)-449/2023 saylı hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzaçəkmə müəssisəsinin növü və cəzasının başlanğıcı müəyyən olunmalı; Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, onların həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər cəza müddətində hesablanıb nəzərə alınmalı, habelə üzərlərinə qanunla nəzərdə tutulan vəzifələr qoyulmalı, mülki iddia məsələsi həll edilməli, eləcə də yeni ittiham hökmünün çıxarılması ilə digər məsələlər də həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X4 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunların tələbinə uyğun hazırki cinayət işi üzrə həm məhkəməyədək icraat zamanı, həm birinci instansiya məhkəməsində tədqiq edilmiş, həm də apellyasiya məhkəməsi iclasında sübutları işin faktıkı hallarına uyğun qiymətləndirib, cinayət və cinayət prosessual qanunların tətbiqinin qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları müəyyən etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəmədə verdiyi ifadəsində polis tərəfindən tutularaq müvəqqəti saxlanılma yerinə gətirilən zaman təzyiq altında qalmış və bu səbəbdən digər təqsirləndirilən şəxslərin adlarını bildirdiyini, lakin oğurluq cinayətini tək törətdiyini və bundan Gülsarə ilə Samirə heç bir söz demədiyini, oğurluqla bağlı onların heç bir təqsirinin olmadığını bildirmişdir. Eyni zamanda digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 baş vermiş oğurluq hadisəsi ilə bağlı heç bir təqsirlərinin olmadığını, Təqsirləndirilən şəxs1 oğurluqla bağlı əvvəlcədən onlara heç nə demədiyini göstərmişlər. Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini sübut kimi qəbul etməkdən imtina edərkən onun ibtidai istintaq zamanı guya fiziki təzyiqlərə məruz qalması ilə əsaslandırmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması protokolundan da görünür ki, o, istintaq zamanı vermiş olduğu ifadəsini bir daha hadisə yerində əyani şəkildə göstərmişdir, (cild 1, iş vər 85-86) Habelə, cinayət işinin materiallarında olan üzləşdirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiklərini bir daha Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzünə qarşı demişdir, (cild 1, iş vər 62-71). Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 istintaq orqanına ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaxınları tərəfindən onların bu cinayətdən xəbərsiz olmaları və oğurluq cinayətini onların köməkliyi və məlumatı olmadan təkbaşına törətməsi barədə ifadə verməsi, onlarla yenidən üzləşərək ifadəsini dəyişməsi üçün ona təzyiqlər olduğunu bildirmişdir, (cild 2, iş vər 60) Belə olan halda, Təqsirləndirilən şəxs1 video çəkilişlə yenidən ifadə verərək əvvəllər ifadəsində göstərdiklərini bir daha təsdiq etməklə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğurluq cinayətini törətməkdə ona köməklik etdiklərini bildirmişdir, (cild 2, iş vər 61-64) Həmin video çəkilişdə Təqsirləndirilən şəxs1 sərbəst ifadə verdiyi, ona qarşı heç bir təsir və təzyiqin olmadığı da müəyyən edilir. Bundan başqa, cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, diskdə olan video görüntü Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində və Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən küçəsində quraşdırılmış müşahidə kameraları ilə xx.xx.2022-ci il tarixdə alınmışdır. Həmin videoda xx.xx.2022-ci il tarixdə saat 06:21-də bir nəfər əynində qara rəngli şalvar, qara rəngli papaqlı gödəkçə olan kişi cinsli şəxsin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində olan küçə ilə hərəkət etdiyi, daha sonra həmin şəxsin Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən küçəsində hərəkətdə olduğu zaman, yanında qırmızı rəngli «Changan» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı və həmin şəxsin qeyd olunan avtomobilə minməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 görüntüdə əynində qara rəngli şalvar, qara rəngli papaqlı gödəkçə olan şəxsin onun özü olduğu, yanında dayanmış qırmızı rəngli «Changan» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs2 olduğu, əvvəlcədən qurulmuş cinayət planına əsasən sonuncu onu həmin yerdən idarə etdiyi avtomobillə götürməli imiş. Qeyd olunan xüsusat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin cinayəti birlikdə törətdiklərini bir daha təsdiq edir, (cild 2, iş vər 69). Habelə, məhkəmə Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə istintaqı zamanı Samirin yaşadığı evdən qayıdan zaman yaşadığı evin yaxınlığında Cəbrayılla rastlaşmasım, sonuncunun yolun kənarı ilə ona əks istiqamətdə hərəkət etməsini, Cəbrayılı görən zaman avtomobili yolun kənarında saxladığını, Cəbrayılın onun avtomobilinə oturduğunu, onunla bacısı Rəqsanə haqqında söhbət etdiyini və sonra sonuncunu özü ilə bacısının onun kirayədə yaşadığı evə aparması kimi ifadəsinə tənqidi yanaşmayaraq, belə bir uydurma ifadənin həqiqətə uyğun olmayan, özünü müdafiə xarakterli dəlil kimi qiymətləndirməmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 görən zaman onun əks istiqamətdə getməsi bacısı Rəqsanəgilə getməsini istisna edir, çünki Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 avtomobilə əyləşdikdən sonra avtomobili Cəbrayılın getdiyi istiqamətin əksinə doğru sürmüşdür, bundan başqa dəfələrlə məhkum olunmuş və uzun müddət məhkumluq həyatı yaşamış Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 münasibətinə, yəni onun avtomobilinə əyləşərək bacısı barədə söhbət etməsini bildirməsinə özünü müdafiə xarakterli dəlil kimi tənqidi yanaşmamışdır. Habelə, məhkəmə nəzərə almamışdır ki, cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs1 Mehdiabad qəsəbəsində yaşasa da Zərərçəkmiş şəxs evinə səhər saat 06 radələrində daxil olmaqla oğurluq etməsi sonuncunun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində olduğu kimi məhz gecə saatlarından ona oğurluq cinayətində köməklik etmiş Təqsirləndirilən şəxs3 evində qalmaqla onun evindən zərərçəkmiş şəxsin evini müşahidə etmələrini və həmin cinayətə zəmin yaradacaq zamanı, yəni zərərçəkmiş şəxs və onun həyat yoldaşının evdən çıxmasını gözləmələrini bir daha təsdiq edir. Bundan başqa, Təqsirləndirilən şəxs1 barəsində Binəqədi rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə özünü təqsirli bilmişdir (cild 1. iş vər-220-224). Göründüyü kimi, Təqsirləndirilən şəxs1 barəsində məhkəmədə həbs qətimkan tədbiri seçilən zaman ona elan edilmiş ittihamla özünü təqsirli bilmiş, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ona cinayət törətməkdə köməklik etməmələri barədə məhkəməyə heç bir söz deməmişdir. Halbuki, o, məhkəmə baxışı zamanı polisdə ona təsir edildiyindən belə bir ifadə verməsini bildirsə də, məhkəmədə barəsində qətimkan tədbiri seçilən zaman məhkəməyə obyektiv həqiqəti bildirməsinə heç bir maneə olmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. X18 25-ci bəndində qeyd edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olmaları istintaq orqanı tərəfindən düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində cinayət təqibini istisna edən hallar müyyən edilmədiyindən, birinci instansiya məhkəməsi həmin maddələrlə onlara bəraət verməklə əsassız və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birinci instansiya məhkəməsində verdikləri özünü müdafiə xarakterli ifadələrinə tənqidi yanaşmamış, bəraət verərkən onların prosessual hüququ olan özlərini təqsirli bilməyərək cinayət törətməmələri barədə ifadələrinə əsaslanmış, təqsirləndirilən şəxslərin qeyri-düzgün ifadələrini nəzərə almış, təqsirləndirilən şəxslərin ifadələrini onların ibtidai istintaqa verdikləri ifadələri ilə müqayisə edib təhlil etməmiş, ittihamın əsasını təşkil edən sübutlara düzgün qiymət verməmiş, nəticədə əsassız bəraət hökmü çıxarmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə şübhə ilə yanaşmağa tutarlı və “ağlabatan” əsaslar olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsində və hazırda apellyasiya icraatı zamanı məhkəmə baxışı zamanı ittiham üzrə oğurluq əməlinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə törətməməsi, sonuncuların həmin oğurluq cinayətindən məlumatlarının olmaması barədə məhkəmədə verdiyi ifadəsi özünü və cinayətin digər iştirakçılarını müdafiə xarakterli olaraq qeyri-səmimi və qeyriobyektiv olduğundan, habelə ibtidai istintaq materialları ilə təkzib edildiyindən özünü müdafiə xarakterli kimi qiymətləndirilməli olduğu halda, birinci instansiya məhkəməsi buna tənqidi yanaşmamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması barədə dəlilləri də əsassız olmaqla öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında tərtib edilmiş məhkumun tibbi kartasından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Bakı İstintaq Təcridxanasına qəbul edilərkən müayinə olunmuş və onda köhnə çapıqlar aşkar olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması barədə hər hansı şikayəti də olmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Belə olan halda, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması barədə dəlilləri sonradan düşünülmüş müdafiə xarakterli, öz təsdiqini tapmayan dəlillər kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bəraət verərkən əsaslandığı dəlillər tam əsassız olmaqla yuxarıda qeyd olunan sübutlarla təkzib olunur. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə təqsirli olmaları yuxarıda göstərilən sübutlarla tam sübuta yetirilmiş və onlara bəraət verilməsi üçün Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 42-ci maddəsində nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə təqsirli bilinərək, habelə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək onlara həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası ilə təyin ediləcək cəzaya münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yənicinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq olunur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyatı, o cümlədən cəzanı yüngülləşdirən və ağılaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini qismən etiraf edərək əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(012)-401/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 27 may 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini isə 22 sentyabr 2022-ci il tarixdə törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1- ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən yenidən qəsdən cinayətin törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs1 əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 17 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-283/2023 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 17 mart 2023-cü il tarixdən hesablanmış və o, 17 mart 2023-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək cəza məsələsini müzakirə edərkən onların ilk məhkumluğunu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzalarını yüngülləşdirən hal kimi, habelə cinayətin törədilməsində iştiraklarının xarakterini və dərəcəsini nəzərə alaraq onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı, həm də ədalətli hesab edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 17 mart 2023-cü il tarixindən 04 oktyabr 2023-cü il tarixinədək həbsdə və ev dustaqlığında saxlanıldığı 06 (altı) ay 17 (on yeddi) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs3 17 mart 2023-cü il tarixindən 04 oktyabr 2023-cü il tarixinədək həbsdə saxlanıldığı 06 (altı) ay 17 (on yeddi) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılaraq üzərlərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli mirova Gülsarə Sabir qızının və Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Bundan başqa, iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş mülki iddiaya dair qeyd edilməlidir ki, məhkəmə baş vermiş cinayət hadisəsi nəticəsində dəymiş maddi ziyanın təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 tutularaq mülki iddiaçıya ödənilməsini qanuni və əsaslı hesab edir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus ümumilikdə 14060 (on dörd min altmış) manat məbləğində olan əmlakı oğurlaması faktı istər özünün etirafedici və digər cinayət prosesinin işirakçılarının ifadələri ilə, istərsə də cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş sübutlarla tam təsdiq edilmişdir. Ona görə də, məhkəmə, təqdim edilmiş iddia ərizəsini və cinayət işinin materiallarını nəzərdən keçirərək zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəlləsinin 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər. Həmin Məcəlləsinin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəlləsinin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Göstərilənlərə əsasən məhkəmə kollegiyasl hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı mülki iddiası təmin edilərək təqsirləndirilən şəxslər (mülki cavabdeh) Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada oğurluq cinayət əməli nəticəsində vurulmuş 14.060 (on dörd min altmış) manat maddi ziyan və dövlət rüsumu qismində ödənilmiş 133 (yüz otuz üç) manat pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd qəbz və 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 132 (yüz otuz iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə tələbinə əsasən, məhkəmənin cinayət işi üzrə gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, qeyd olunan məhkəmənin həmin hökmünün ləğv edilməsi əsaslarından biridir. Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Göstərilən Məcəllənin 401.2-ci maddəsinə əsasən, məhkəmə hökmündə və ya qərarında əks etdirilmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmədikdə və məhkəmə tərəfindən məhkəmə iclasında tədqiq edilmiş, özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli dərəcədə təsir göstərən sübutları nəzərə almadıqda, birinci instansiya məhkəməsi öz hökmündə və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə və məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olduqda, birinci instansiya məhkəməsinin hökmündə və ya qərarında şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.2, 405.1.4-cü və 407.2-ci maddəsini rəhbər tutaraq

H Ö K M E T D İ:

Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Zərərçəkmiş şəxs (mülki iddiçı) Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqdi Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 1(001)- 449/2023 saylı hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli 17 mart 2023-cü il tarixdən hesablanmaqla, həbsdə saxlanılma müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 17 mart 2023-cü il tarixindən 04 oktyabr 2023-cü il tarixinədək həbsdə və ev dustaqlığında saxlanıldığı 06 (altı) ay 17 (on yeddi) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 13 (on üç) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 17 mart 2023-cü il tarixindən 04 oktyabr 2023-cü il tarixinədək həbsdə saxlanıldığı 06 (altı) ay 17 (on yeddi) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, 02 (iki) il 5 (beş) ay 13 (on üç) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd qəbz və 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxslər (mülki cavabdeh) Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada oğurluq cinayət əməli nəticəsində vurulmuş 14.060 (on dörd min altmış) manat maddi ziyan və dövlət rüsumu qismində ödənilmiş 133 (yüz otuz üç) manat pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri 132 (yüz otuz iki) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinin xeyrinə ödənilsin. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 tərəfindən Təqsirləndirilən şəxs3, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 Zülfiqar oğlu tərəfindən Təqsirləndirilən şəxs1, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, hər birinə 60 (altmış) saat üçün hər birinə ayrı-ayrılıqda cəmi 360 (doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Sədrlik edən İbrahim İbrahimli

Hakimlər: Zaur Hüseynov

Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar