Məhkəmə qərarları › İş №1(103)-1220/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1220/2020

12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1220/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli hökmündən apelyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsindən imtina edilməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında ilkin baxış keçirərək MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(101)-934/2015 saylı qərarı ilə (sədrlik edən hakim: R.V.Salmanov) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 1(101)-934/2015 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cii maddələri ilə məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə vəsatət əsassız olduğundan təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum apelyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi, həmin məhkəmənin xx xxxxxxxx 2015-ci il taixli hökmündən apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum apelyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, dövlət ittihamçısı isə həmin qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(101)-934/2015 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(101)-934/2015 saylı hökmü ilə (sədrlik edən hakim: sədrlik edən R.V.Salmanov, hakimlər-M.A.Bayramov, A.K.Orucovdan ibarət tərkibdə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, CM-nin 120.2.4-cü maddəsi ilə 19 (on doqquz) il 06 (altı) ay müddətinə və CM-nin 228.4-cü maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 20 (iyirmi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, təyin edilmiş qəti cəzanın ilk 04 (dörd) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun şübhəli şəxs qismində tutulduğu xx xxxxx 2015-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olmaqla Xəzər rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan: cinayətin aləti olan, soyuq silah hesab olunan bir ədəd açılıb-bağlanan bıçaq, hadisə yerindən tənzifə hopdurulmaqla götürülmüş mərhum X3 məxsus olan qan ləkələrinin - məhv edilməsi; hadisə zamanı mərhum X1 əynində olmuş 01 ədəd kofta, 01 ədəd büsqalter, bir cüt corab, 01 ədəd kalqotka, 01 ədəd trusik, 01 ədəd jilet, 01 ədəd cins şalvarın zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs qaytarılması; Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli köynək, 01 ədəd kəmər, 01 ədəd mavi rəngli cins şalvar, 01 ədəd alt şalvarı, 01 ədəd maykanın - onun yaxın qohumlarına qaytarılması, iş üzrə 140 (yüz qırx) manat 20 (iyirmi) qəpik təşkil edən ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsi hesabına köçürülməsi hökm edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1.1-ci maddəsinə əsasən, ittiham və ya bəraət hökmü çıxarıldıqda apelyasiya şikayəti və ya apelyasiya protesti apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfındən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən, həbsdə saxlanılan məhkum tərəfındən ittiham hökmündən apelyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. İş materiallarından göründüyü kimi məhkum Təqsirləndirilən şəxs apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmuş vəsatətində müddətin buraxılmasının səbəbi kimi barəsində olan xx xxxxxxxx 2015-ci il tarixli hökmü indiyədək rəsmi olaraq ala bilməyib, ondan əlavə hüquqi savadı olmadığı üçün və səhhətində olan problemlərlə, yəni psixi xəstəliyə tutulması ilə əlaqədar AR CPM-nin 384-cii maddəsinin tələblərini pozaraq, hökmdən apelyasiya qaydasında şikayət vermək üçün üzrlü səbəblərdən buraxmış və buraxılmış apelyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs barəsində xx xxxxxxxx 2015-ci il tarixdə çıxarılmış məhkəmə hökmünün sonuncu tərəfindən qəbzə şəxsən imzalanmaqla alındıqdan 5 (beş) ildən çox müddət keçdikdən sonra buraxılmış apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair onun vermiş olduğu yazılı vəsatətinin Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olduğunu, bununla yanaşı, iş materiallarından məhkum Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmədə müdafiəçi ilə təmin olunduğunu və ona lazımi hüquqi yardım göstərildiyini, bundan başqa, ibtidai araşdırma mərhələsində və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduğunu, bu səbəbdən sonuncunun məhkəmə baxışı ərzində müdafiəçisi ilə birlikdə müdafiə taktikasını qurmaqla fəal şəkildə öz müdafiəsini həyata keçirdiyini, eyni zamanda, məhkəmənin hazırlıq iclasının təyin edilməsi haqqında bildirişlə birlikdə təqsirləndirilən şəxsin hüquq və vəzifələrinə dair Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5 və 91.8-ci maddələrindən çıxarışın da Təqsirləndirilən şəxs göndərildiyini, beləliklə də məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının psixi xəstəliyinin olmasını əsas gətirərək qanunla müəyyən olunmuş prossesual müddəti ötürərək vaxtında apelyasiya şikayəti verməməsi ilə izah olunmasının əsassız olduğundan və göstərilən xüsusatlarla tamamilə təkzib edildiyindən müddətin buraxılması üzürlü səbəb kimi qiymətləndirilə bilmədiyini qeyd etmiş, göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair verdiyi vəsatət apelyasiya şikayətinin verilməsi müddəti üzrlü səbəblər olmadan buraxıldığı üçün təmin edilməməli və ona həmin məhkəmə qərarından apelyasiya şikayəti vermək hüququnun olması izah edilməlidir. İş materiallarından görünür ki, vəsatət vermiş Təqsirləndirilən şəxs məhkəmənin hökmünü xx.xx.2015-ci il tarixdə qəbzə imza etməklə şəxsən almış, həmçinin məhkumun saxlanıldığı Azəraycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasına hökmün surəti göndərilmiş, həmin hökmün nəticə hissəsində hökmdən hansı müddətlərdə və qaydada şikayət verilməsi hüququ aydın izah olunmuşdur. Eyni zamanda, işdəki xx.xx.2015-ci il tarixli məhkəmə iclası protokolundan da görünür ki, hökmün elan olunduğu məhkəmə iclasında da hökmdən şikayət vermə qaydası və müddəti izah olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, apelyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatət ilə bağlı heç bir əsaslı, üzürlü səbəb müəyyən edilmədiyindən apelyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair hazırkı vəsatəti rədd etməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, məhkəmə kollegiyasının qənaətinə əsasən, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsi barədə haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 391.3.3-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli hökmündən apelyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsindən imtina edilməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apellyasiya instansiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Elmar Rəhimov Hakimlər: Faiq Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar