Məhkəmə qərarları › İş №1(103)-1220/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1220/2022

01.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1220/2022 01.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X5 və X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi - X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X4, Məhkum - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(101)-1008/2021 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs barəsində onun tərəfindən verilmiş apellyasiya şikayətinə və müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(101)-1008/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmiş, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi, iş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,695 qram təşkil edən psixotrop maddə metamfetaminin məhv edilməsi - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan bir ədəd qara rəngli, **********88893 və **********18899 İMEİ kodlu “Xiome-redmi” markalı mobil telefon aparatı üzərindəki ***-***-**-** saylı mobil nömrə ilə birlikdə Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılması, - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olan iki ədəd disk və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntünün əks olunduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməsi hökm edilmişdir. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda ümumilikdə təmiz çəkisi 3,855 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Heydər Əliyev prospektində yerləşən “Socar Petroleum” yanacaq doldurma məntəqəsindəki kafenin önünə daşımış, 13 dekabr 2020-ci il tarixdə saat 02:45 radələrində orada Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, polis şöbəsində üzərində şəxsi axtarış keçirilərkən əynindəki ağ rəngli “Nike” emblemli gödəkcənin baş örtüyü hissəsindən iki ədəd yumurta formalı “Kinder” şokolad qablarının içərisində hər bir qutuda 4 ədəd olmaqla ümumilikdə 8 ədəd sellofana bükülmüş təmiz çəkiləri 0,488 qram, 0,382 qram, 0,473 qram, 0,528 qram, 0,798 qram, 0,390 qram, 0,501 qram və 0,295 qram olan ümumi təmiz çəkisi 3,855 qram xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eyni olan külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətinə əlavə verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(101)-1008/2021 saylı hökmünün ləğv edilməsini və iş üzrə işin faktiki hallarını və qanunvericiliyinin tələblərini nəzərə alaraq yeni hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, konkret halda nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin digər şəxslərlə əlaqəsinə dair qabaqcadan əlbirliyinin müəyyən edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Məhkəmə hökmündə şəxsin psixotrop maddənin satışı ilə məşğul olmasına dair hər hansı sübut müəyyən edilməmişdir. İşin hallarından göründüyü kimi, nə təqsirləndirilən şəxs tərəfindən istehlakçılarla razılıq əldə edilmiş, nə də təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin çəkilib hissələrə bölünməsi üçün avadanlıq (tərəzi) aşkar edilməmişdir. Həmçinin təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən göründüyü kimi, şəxs şəxsi istehlak məqsədilə alarkən həmin psixotrop maddə ona bükümlərə bölünmüş vəziyyətdə verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə obyektiv hüquqi qiymət verə bilməmiş onun gəldiyi nəticə işin faktiki halları ilə uyğun gəlməmiş, həmçinin ittiham hökmündə göstərilən hallar işdə sübutlarla təsdiq edilə bilməmişdir. İş materiallarında təqsirləndirilən şəxsin qeyd edilən psixotrop maddənin satışından hansı qazancı əldə etməsi, kimlərə satması və ya hansı digər şəxsi maraq müqabilində yayılmasına yönəldilmiş hərəkətlər etməsinə dair sübutlar mövcud deyildir. İş materiallarından görünür ki, sübut kimi iş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin istifadəsində olan AZERFON və Bakcell MMC-yə məxsus mobil operatorlara aid nömrələrə psixotrop maddənin satılması ilə bağlı sms göndərən mobil nömrə istifadəçilərinin müəyyən edilməsi və dindirilməsi ilə bağlı müstəntiq Əli Əhmədov tərəfindən əməliyyat tapşırığı verilsə də qeyd edilən şəxslər müəyyən edilməmiş və dindirilməmişdir. Bununla da qeyd edilən operatorlara aid sms pdf faylların mötəbər sübut olması mümkün deyil. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətini və ona əlavəni müdafiə edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(101)-1008/2021 saylı hökmünün ləğv edilməsini və iş üzrə işin faktiki hallarını və qanunvericiliyinin tələblərini nəzərə alaraq yeni hökm çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X8 çıxış edərək apellyasiya şikayətin və ona əlavənin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(101)- 1008/2021 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti və ona əlavə təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(101)-1008/2021 saylı hökmü isə dəyişdirilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs təqsiri şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nın 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki ağ rəngli üzərində “Nike” emblemi yazılmış gödəkcənin “kapüşon”undan iki ədəd “Kinder” şokolad qabını çıxararaq masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin qablarının hər birinin içərisindən 4 ədəd olmaqla ümumilikdə 8 ədəd şəffaf sellofan bükümlərində kristal formalı ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Sorğu zamanı İsmayıl Babayev ondan aşkar edilən bükümlərdəki maddənin “şüşə” adlandırdığı psixotrop maddə metamfetamin olmasını, həmin maddələri 12 dekabr 2020-ci il tarixdə onlayn olaraq tanımadığı və adını bilmədiyi şəxsdən 8 ədəd bükümdə olmaqla 180 manata aldığını bildirmişdir. Aşkar olunmuş bükümlər zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri 159 saylı möhür ilə möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə dair telefon məlumatları olan bir ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin diskdə “X6” , “SMS Tarixçəsi”, “SMS Tarixçəsi” və “Zənglərin Detallaşması” adlı 4 ədəd “PDF” formatlı fayllar olması müşahidə edilir. Həmin diskdə olan “X6” adlı fayl açıldıqda orada ********** mobil nömrənin 07 avqust 1999-cu il təvəllüdlü X7 adına olmasına dair məlumatlar vardır. “SMS” tarixçəsi adlı 2-ci “pdf” formatlı fayl açıldıqda orada ********** nömrəsindən müxtəlif abonent nömrələrinə göndərilən mesaj mətinləri olması müəyyən edilmişdir. Yazışmaların mətinlərinə nəzər yetirdikdə orada narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı yazışma olması müşahidə edilmir. “SMS” tarixçəsi adlı 3-cü “pdf” formatlı fayl açıldıqda orada müxtəlif abonent nömrələrindən ********** mobil nömrəsinə gələn mesaj mətinlərinin olması müəyyən edilmişdir. Həmin yazışmalarda xx.xx.2020-ci il 22:46-da **********80 nömrəsindən “Qaqulya men gelirem yoldayam, 1 qramm pati, 2 qramm kakos hazir ele olari sennen goturen kimi gedecem kende verecem o emanetleri qayidacam senin yanina 2 qramm pati, 6 qramm kofe goturecem. Yeniki qaqa sehere kimi iwdiyecem, her abarot getdiyce coxaldacam pulu”, xx.xx.2020-ci il saat 17:05də **********79 nörməsindən göndərilmiş “05 pati lazimdi” məzmunlu, həmin tarixdə saat 17:06-da **********79 nömrəsindən “15 deyqiye catiram mehliye Harda goruwey”; xx.xx.2020-ci il tarixdə saat 19:56-da **********53 nömrəsindən “İsi kola lazimdi tecili hardasan yigda meni”; xx.xx.2020-ci il tarixdə saat 21:48-də **********57 nömrəsindən “Kola var 5 dy”; xx.xx.2020-ci il tarixdə saat 21:47-də **********53 nömrəsindən “15 manatim var hormeti ismayl cenablari satciniza muraciyet ede bilersiz mene yarim letiriy vitirinen kola versin olanim odu ozde yadan cixmiyibsa mene hediye vermeli idin hediyee ozde)) men ne sirtig muwderiyeum. Nedi yene kutarana yaxin yigmiwam adboylirsan diyen sikiwen mamente yigirame mende)))” xx.xx.2020-ci il tarixdə saat 23:02-də **********53 nömrəsindən “Qardawimsan falqa getir bir balac 10 duzelir atirim karta” xx.xx.2020-ci il tarixdə saat 03:33-da **********79 nömrəsindən “Qaqa noldu nece eliyey uwaglari ozumnen yola saliram seher yuxu tutdu diyen seni? Emanatei ehmedliye getmemiw ya bir yereqoyki goturum saba birki Adam var seher lomkada yigacaglar rasgodumu olarnan cixardiram evde tek olacam gelen bilsen gelersen murebeynen cay vereremsene icib gedersen yaxwi arxayinam sene”; xx.xx.2020-ci il tarixdə saat 22:07-də **********79 nömrəsindən “KOla lazimdi bir meter”; xx.xx.2020-ci il tarixdə saat 06:29-da **********67 nömrəsindən“İsi yari pati var usaqnan gelrem” məzmunda Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrəyə göndərilmiş narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı mesaj mətinləri olması müşahidə edilmişdir. “Zənglərin Detallaşdırılması” adlı “pdf” formatlı fayl açıldıqda orada 88 səhifədən ibarət xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək ***-***-**-** mobil nömrəsinə gələn və çıxan zənglərin siyahısı olması müəyən olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə dair telefon məlumatları olan 1 ədəd DVD diskinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, orada “X6”, “SMS Tarixçəsi”, “SMS Tarixçəsi”, “Zənglərin Detallaşması” və “X2” adlı 5 ədəd “PDF” formatlı fayl vardır. Həmin diskdə olan “X6” adlı 1-ci fayl açıldıqda orada ***-***-**-** mobil nömrənin xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adına olmasına dair məlumat vardır. “SMS” tarixçəsi adlı 2ci “pdf” formatlı fayl açıldıqda orada ***-***-**-** nömrəsindən müxtəlif abonent nömrələrinə göndərilən mesaj mətinləri olması müəyyən edilir. Yazışmaların mətinlərinə nəzər yetirdikdə orada narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi, əldə edilməsi, daşınması və satışı ilə bağlı hər hansı yazışma olması aşkar edilməmişdir. “SMS” tarixçəsi adlı 3-cü “pdf” formatlı fayl açıldıqda orada müxtəlif abonent nömrələrindən ***- ***-**-** mobil nömrəsinə gələn mesaj mətnlərinin olması müəyyən edilmişdir. Həmin yazışmalarda xx.xx.2020-ci il tarixdə saat 21:59-da **********57 nömrəsindən “İsi 10 nugum var heresinnen 5 alinar?”; xx.xx.2020-ci il saat 22:34-də **********57 nömrəsindən “İsi yasar der yesiy alinir 25 30 manat pul birde ne vere biler ustunde”; xx.xx.2020-ci il tarixdə saat 13:59-da **********96 nömrəsindən “Yeke adamsan qapidayam cix isim var”; xx.xx.2020-ci il tarixdə saat 15:09-da **********96 nömrəsindən “Boyuk adboynu peraparator var istiyirsen”; xx.xx.2020-ci il tarixdə saat 18:14-də **********96 nömrəsindən “15Manatagelim” məzmununda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhə doğuran mesaj mətnlərinin olması müşahidə edildi. “Zənglərin Detallaşdırılması” adlı 4-cü “pdf” formatlı fayl açıldıqda orada 130 səhifədən ibarət xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək ***-***-**-** mobil nömrəsinə gələn və çıxan zənglərin siyahısı olması müəyyən olunmuşdur. “X2” adlı 5-ci “pdf” formatlı fayl açıldıqda orada bir səhifədən ibarət müxtəlif "xxxx" abonentlərinin sahiblərinə dair məlumatlar olması müəyyən edilmişdir. Qeyd edilən sübutlar verilmiş apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərməklə birinci instansiya məhkəməsi tərəfindən əmələ düzgün hüquqi qiymət verildiyini göstərir. Apellyasiya şikayəti və ona əlavənin dəlillərinin mövcud cinayət işinin materiallarında sübutlarla uzlaşmır və özündə obyektiv həqiqəti əks etmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə almış, cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın qanuniliyi və ədalətliliyini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nın 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə, cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə əsassız olduğundan təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(101)-1008/2021 saylı hökmü məhkum Təqsirləndirilən şəxs barəsində qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(101)-1008/2021 saylı hökmü məhkum Təqsirləndirilən şəxs barəsində onun tərəfindən verilmiş apellyasiya şikayətinə və müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməsin. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Vaqif Mursaqulov Hakimlər X5 X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar