Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-123/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Seyfəliyev Əli Səlim oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 8 may 1974-cü ildə Abşeron rayonu, Novxanı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, Abşeron rayonunun Novxanı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2021ci il tarixli, 1(101)-104/2021 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər M.M.Ağalarovun sədrliyi, Ə.M.Abasov və E.Ə.Mikayılov) 04 iyun 2021-ci il tarixli, 1(101)-104/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 7 avqust 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə xərcləri məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən cinayətlərin residivi formasında, 2019-cu ilin may ayında şəxsiyyəti istintaqla müəyyən edilməmiş bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilərək realizə edilməsi üçün ona göndərilməsi barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun Türkiyə Respublikasında olan şəxsiyyəti istintaqla müəyyən edilməmiş və istintaqa «Bobili» adı ilə məlum olan üzvünün göstərişi ilə cinayətkar qrupun İran İslam Respublikasının Aslandüz şəhərində olan şəxsiyyəti istintaqla müəyyən edilməmiş və istintaqa «Nasir» adı ilə məlum olan digər üzvü istintaqla müəyyən edilməmiş vaxtda və istintaqla müəyyən edilməmiş mənbədən 6 bükümdə, ayrıayrılıqda 44,984 qram, 48,297 qram, 46,951 qram, 38,721 qram, 37,199 qram və 47,754 qram olmaqla ümumilikdə külli miqdarda, 263,906 qram heroin narkotik vasitəsini satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə hərəsində 1 büküm olmaqla 6 ədəd mobil telefonlar üçün nəzərdə tutulan enerji yükləyicinin (adapterin) içərisində şəffaf sellofana qablaşdırıb gizlədərək ona göndərilməsi üçün 8 iyun 2019-cu il tarixdə İran İslam Respublikasından tranzit keçməklə Naxçıvandan Bakıya gələn «X17» markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü, cinayətdən xəbərsiz Azərbaycan Respublikası vətəndaşı X2 təhvil vermiş, Şahid14 öz növbəsində qeyd olunan külli miqdarda heroin narkotik vasitələrinin gizlədildiyi 6 ədəd mobil telefonlar üçün nəzərdə tutulan enerji yükləyicilərini «Nasirdən» 50 manat daşıma haqqı müqabilində qəbul edərək idarə etdiyi nəqliyyat vasitəsilə həmin tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmiş və beləcə o, həmin gün saat 16 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin «Biləsuvar» gömrük postunda ona göndərilmiş həmin narkotik vasitələrin cinayətdən xəbərsiz Şahid14 vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuş, qeyd olunan tarixdə həmin narkotik vasitələr gömrük əməkdaşları tərəfindən aşkar edilib götürülmüş, o isə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 7 avqust 2019-cu il tarixdə tutulmuşdur. Həmin hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 1(101)-104/2021 saylı hökmünün ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təqsiri sübuta yetirilməmiş, ittiham tərəfi təqsirləndirilən şəxsin qeyd olunan cinayəti törətməsinə dəlalət hər hansı mötəbər sübut əldə etməmiş, yalnız ehtimallar və şübhələr əsasında şəxsə ağır ittiham irəli sürülmüşdür. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, ittiham tərəfinin təqdim etdiyi şahidlər Təqsirləndirilən şəxs təqsirliliyini, qeyd olunan cinayətə aidiyyətini təsdiq etməmişlər, beləliklə də, həmin şəxslərin ifadələri ilə Təqsirləndirilən şəxs qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilmiş narkotik vasitədən xəbərdar olduğu, onun narkotik vasitələrin satışı ilə məşğul olduğu təsdiqlənməmiş, əksinə təqsirsizliyi sübuta yetirilmişdir. Bundan başqa, istintaq orqanı tərəfindən cinayətin faktiki icraçısı olan (X4) şəxs şahid statusunda saxlanılmaqla məsuliyyətdən kənar saxlanılmışdır. X4 ifadəsində göstərmişdir ki, 12 ildir ki, Naxçıvan MR-dən İran İslam Respublikası (İİR) və Azərbaycan Respublikası (AR) istiqamətində sürücü kimi işləmiş, narkotik vasitəni göndərən Nasir adlı İİR vətəndaşını əvvəllər tanımış, onun xahişi ilə içərisində narkotik vasitə olan telefonları bir neçə dəfə Azərbaycan Respublikası tərəfə keçirmiş, hər dəfə yolda olarkən +**********13 türk mobil operatoruna məxsus nömrədən zəng gəlmiş, həmin şəxs özünü İİR vətəndaşı Nasirin ona verdiyi malların yiyəsi kimi təqdim etməklə onun olduğu yerlə maraqlanmış və bir nəfərin həmin telefonları Bakı şəhərində qəbul edib ona çatdıracağını bildirmişdir. Həmçinin Şahid14 göstərmişdir ki, İİR-AR istiqamətində gömrük nəzarətini keçərkən adapterlərdən 4 ədədini və telefonlardan 2 ədədini avtomobilin cihazlar panelinin üzərinə atdığı, 2 ədəd adapterlə 1 ədəd telefonun isə sellofanda qaldığını göstərmişdir. Göründüyü kimi, istintaq orqanı tərəfindən cinayətdən bixəbər şəxs kimi təqdim edilən X4 narkotik vasitəni göndərən şəxsi əvvəllər tanımış, “Nasir” adlı şəxslə və narkotik vasitələrin çatdırılması ilə bağlı Türkiyə mobil operatoruna məxsus nömrə ilə mütəmadi olaraq danışıqlar aparmışdır. Əlavə olaraq bildirilməlidir ki, həqiqətin müəyyən olunması və cinayət işinin tam, hərtərəfli və obyektiv istintaq olunması məqsədilə tərəfindən Təqsirləndirilən şəxs şahid X1 “Nasir” adlı şəxslə telefon danışıqlarının olub-olmadığının müəyyən edilməsi və onların telefon danışıqlarının götürülməsi xahiş edilmişdir. Lakin vəsatət qərəzli olaraq təmin edilməmişdir. İstintaq orqanı isə telefon danışıqlarının olubolmadığını müəyyən etmədən şahid X1 cinayətdən xəbərsiz olduğu qənaətinə gəlmiş, Təqsirləndirilən şəxs isə qanunsuz və əsassız olaraq ittiham elan edilmişdir. Halbuki Təqsirləndirilən şəxs narkotik vasitələrin göndərilmə mənbəyi olan İİR vətəndaşı olan “Nasir” adlı şəxslə hər hansı əlaqəsi olmamış, heç vaxt İrana getməmiş, narkotik vasitələrdən istifadə etməmişdir. “Nasir” adlı şəxslə və narkotik vasitələrin çatdırılması ilə bağlı Türkiyə mobil operatoruna məxsus nömrə ilə mütəmadi olaraq danışıqlar aparan da X4 olmuşdur. Lakin vəsatət qərəzli olaraq təmin edilməmiş, istintaq orqanı telefon danışıqlarının olub-olmadığını müəyyən etmədən şahid X1 cinayətdən xəbərsiz olduğu qənaətinə gəlmiş, Təqsirləndirilən şəxs isə qanunsuz və əsassız olaraq ittiham elan edilmişdir. Halbuki Təqsirləndirilən şəxs narkotik vasitələrin göndərilmə mənbəyi olan İİR vətəndaşı olan “Nasir” adlı şəxslə hər hansı əlaqəsi olmamış, heç vaxt İrana getməmiş, narkotik vasitələrdən istifadə etməmişdir. “Nasir” adlı şəxslə və narkotik vasitələrin çatdırılması ilə bağlı Türkiyə mobil operatoruna məxsus nömrə ilə mütəmadi olaraq danışıqlar aparan da X4 olmuşdur. Birinci instansiya məhkəməsi isə tədqiq olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, onları təhlil etməmiş, bir-biri ilə müqayisə etməmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə qanunsuz, əsassız və ədalətsiz hökm çıxarmışdır Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və Müdafiəçi verilmiş apellyasiya şikayətinin müdafiə edərək, şikayətin təmin edilməsini və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 234.4.1 və 234.4.3-cü maddələri ilə hər hansı cinayətin törədilməsinə aidiyyəti olmadığından ona həmin maddələr ilə bəraət hökmünün çıxarılması xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X12 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə münasibətdə əməlin hüquqi tövsifi, eləcə də məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin olunan cəza (həmçinin qəti cəza) hissəsində dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətində məhkum edilmiş şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirini mübahisələndirməklə, sonuncuya hər üç maddə ilə bəraətin verilməsini xahiş etdiyindən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirli bilindiyi hər iki əməlinə münasibətdə ayrıayrılıqda qiymət verilməsini zəruri hesab edir. Müdafiəçi apellyasiya şikayətində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində sonuncunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət hökmünün çıxarılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, məhkəmə ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin şəxsiyyəti istintaqla müəyyən edilməmiş bir qrup şəxslə törətmiş olduğu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından əldə edilməsi, saxlanılması, daşınması ilə bağlı əməlinin hüquqi tövsif məsələsi ilə əlaqədar düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilmişdir. Belə ki, iş materiallarında olan «Malların yoxlanılması haqqında» 8 iyun 2019-cu il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşı X1 təqdim etdiyi əl yüklərinin yoxlanması zamanı onun əl yüklərinə daxil 1 ədəd qara rəngli idman çantasının içərisindəki 1 ədəd qara rəngli sellofan torbada tamlığı pozulmuş halda, cəmi 2 ədəd qara rəngli adaptrların (mobil telefonun enerji yükləyicisi) içərisindən gömrük nəzarətindən gizlədilmiş, hər birinin içərisində 1 ədəd olmaqla, cəmi 2 ədəd şəffaf rəngli sellofanda qablaşdırılmış bağlamalar aşkar edilmişdir. Həmin vaxt sürücü Mirhüseyn Seyidov qeyd olunan adaptrlardan 4 ədədinin də avtomobilin ön cihazlar panelinin üzərində olduğunu bildirmiş və gömrük əməkdaşlarına təqdim etmişdir. Avtomobilin ön cihazlar panelinin üzərindəki həmin 4 ədəd qara rəngli adaptrların (mobil telefonun enerji yükləyicisi) içərisindən də gömrük nəzarətindən gizlədilmiş, hər birinin içərisində 1 ədəd olmaqla, cəmi 4 ədəd şəffaf rəngli sellofanda qablaşdırılmış bağlamalar aşkar edilmişdir. Bütün bağlamalar açılaraq baxış keçirildikdə, ümumilikdə 6 ədəd bağlamanın içərisində açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddənin olduğu məlum olmuşdur. Həmin maddələr elektron tərəzidə çəkilmiş və hər adaptrın içərisindən aşkar edilmiş maddələrin qablaşdırılması ilə birgə çəkilərinin, müvafiq olaraq 41 qram, 52 qram, 43 qram, 51 qram, 52 qram və 49 qram olmaqla, cəmi 6 bağlamadakı maddənin ümumilikdə çəkisinin 288 (iki yüz səksən səkkiz) qram olduğu müəyyən edilmişdir. (cild 1, iş vərəq: 7-8) Məhkəmə fiziki-kimyəvi ekspertizasının 9 iyun 2019-cu il tarixli 14892 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «206130 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsi. AR vətəndaşı X4 barəsində..» yazısı olan paketdə, 6 (altı) ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkisi 44,984 qr., 48,297 qr., 46,951 qr., 38,721 qr., 37,199 qr və 47,754 qr, ümumi təmiz çəkisi 263,906 qr olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: heroinin ümumi təmiz çəkisi: 263,906 qr, tədqiqata sərf edildi: ümumi 0,18qr, qalıq: 263,726 qr. 10 iyun 2019-cu il tarixli protokoldan görünür ki, X4 ona təqdim edilmiş fotoşəkillər arasından Təqsirləndirilən şəxs tanımış, idarə etdiyi nəqliyyat vasitəsində gətirdiyi enerji yükləyicilərini Bakı şəhərində gətirib təhvil verməli olduğu və bundan əvvəl də dəfələrlə gətirib şəxsən təhvil verdiyi şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. (cild 1, iş vərəq: 91-93-cü) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X7 daxil olmuş və cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş və istintaqa «Nasir» adı ilə məlum olan üzvünə məxsus olan +**********35 saylı mobil telefon nömrəsinə daxil olmuş və çıxan zənglərin əks olunduğu məlumatlara baxış keçirilməsi protokolundan görünür ki, +**********35 saylı mobil telefon nömrəsindən 01.05.2019-09.08.2019-cu il tarixləri arasında Azərbaycan Respublikasında mobil və şəhər telefon nömrələrinə müxtəlif vaxtlarda zənglərin daxil və xaric olmuşdur. +**********35 saylı mobil telefon nömrəsinə dəfələrlə zəng edən, eyni zamanda zəng qəbul edən ***-***-**-** saylı mobil telefon nömrəsindən hazırki iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə də dəfələrlə danışıq aparmışdır. Yəni, ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edən şəxs müxtəlif vaxtlarda həm Kamranla, həm də «Nasirlə» əlaqə saxlamışdır. Həmçinin qeyd olunan +**********35 saylı mobil telefon nömrəsi ilə iş üzrə şahid Seyidov Mirhüseynin istifadəsində olan 070- ***-**-** saylı mobil telefonu ilə 13 may 2019, 16 may 2019, 31 may 2019 tarixlərdə danışıqlar aparıldığı müşahidə olunmuşdur. (cild 2, iş vərəq: 139-143) "xxxx" MMC-dən daxil olmuş AZF/LGL-16902/19 saylı məktuba əlavə edilmiş qoşma sənəddən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi Azərbaycan Respublikası vətəndaşı Şahid18 adına 26 noyabr 2018-ci il tarixdə qeydiyyatdan keçirilmiş, 12 iyun 2019-cu il tarixdə isə deaktiv edilmişdir. (cild 1, iş vərəq: 109-111) Digər tərəfdən Təqsirləndirilən şəxs 07 avqust 2019-cu il tarixdə şübhəli şəxs kimi verdiyi ifadəsində 08 iyun 2019-cu il tarixdə Abşeron rayonu, Novxanı kənd ərazisində “AS” marketin yanına taksi sifariş vermədiyini, həmin taksi sürücüsünü tanımadığını, ümumiyyətlə onun nömrəsindən sifariş getmədiyini, dostu Caviddən onun (Cavidin) tanışı Xəyyamı gözləyən taksini onların olduqları yerə yönləndirməsini xahiş etmədiyini, “Nasir” və X3 tanımadığını, onlarla heç vaxt danışmayıb əlaqə saxlamadığını, X1 maşınından aşkar edilərək götürülmüş telefon və adaptrların ona çatmalı olmadığını bildirmiş və 09 avqust 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verməkdən imtina etmişdir. Bundan sonra təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə əlavə olaraq dindirilərkən və eləcə də birinci instansiya məhkəməsində ifadə verərkən bildirmişdir ki, 2019-cu ilin may ayında Türkiyədə yaşayan «Bobili» ləqəbli şəxs Türkiyə mobil operatoruna məxsus telefon nömrədən «Whatsapp» vasitəsilə onunla əlaqə saxlamış, Naxçıvandan olan yaşlı bir kişinin İrandan sərhəddən keçirərək ona mobil telefon gətirib verəcəyini, həmin telefonları özündə saxlamağını, daha sonra telefonları ondan təhvil alacaqlarını bildirmişdir. «Bobili» ilə razılaşmışdır. Sonuncu ona yaşlı kişinin mobil telefon nömrəsini vermişdir. Növbəti gün həmin yaşlı kişi ona zəng edib, bir neçə dəqiqədən sonra Avtovağzal ərazisində «Naxçvan» kafesinin yanında olacağını deyib telefonları təhvil almağını bildirmişdir. İdarə etdiyi «Qaz 3110» markalı avtomobillə həmin yerə getmiş və orada Seyid adlı həmin yaşlı kişi ilə görüşmüşdür. Sonuncu bağlı sellofan paketdə mobil telefonları ona vermiş və o, telefonları götürüb evə qayıtmışdır. Həmin gün «Bobili» ona yenidən zəng edib, telefonları təhvil alıb-almadığını soruşmuşdur. Sonuncuya telefonları aldığını demişdir. «Bobili» 1-2 günə telefonları ondan götürəcəklərini bildirib, əvəzində ona 50-60 manat pul verəcəklərini bildirmişdir. Təxminən iki gündən sonra Novxanı qəsəbəsində tanımadığı bir nəfər şəxs ona 60 manat pul verib telefonları ondan götürmüşdür. Daha iki gün sonra telefonları ondan təhvil alan şəxs ona 2.600 manat pul gətirmişdir. O, həmin pulu götürüb avtovağzala aparıb Seyidə vermişdir. Növbəti dəfə təxminən 10 gündən sonra «Bobili» zəngindən sonra Seyid yenə ona telefonlar gətirib vermişdir. Bir neçə gündən sonra tanımadığı həmin şəxs telefonları ondan götürüb, ona 60 manat pul vermişdir. İki gündən sonra həmin şəxs ona 850 manat pul vermiş, o da həmin pulu Seyidə çatdırmışdır. Sonuncu dəfə iyun ayının əvvəllərində «Bobili» ona «Whatsapp»da mesaj yazıb, Seyidin yenə gətirib ona telefon verəcəyini bildirmişdir. Sonuncuya evdən çıxa bilmədiyini deyib, telefonları götürmək üçün taksi göndərəcəyini bildirmişdir. Bundan sonra o, *9933 taksi xidməti ilə əlaqə saxlayıb, avtovağzaldan Novxanı kəndi «AS» marketin yanına taksi sifariş vermişdir. Taksi sürücüsü onunla əlaqə saxladıqda ondan xahiş etmişdir ki, avtovağzalın yanında Seyid adlı şəxslə görüşüb, telefonları götürüb «AS» marketin yanına çatdırsın. Taksi sürücüsü onunla razılaşmışdır. Həmin ərəfədə dostu Cavid zəng edib, birlikdə gedib qızlarla dincəlməyi təklif etmiş və o, razılaşmışdır. Bir qədər sonra Cavid onu götürmək üçün tanışı Xəyyamla bilikdə evinin qabağına gəlmişdir. Cavidlə görüşmüş, elə bu vaxt *9933 taksi xidmətinin sürücüsü zəng edib, «AS» marketin yanına çatığını bildirmişdir. Caviddən xahiş etmişdir ki, həmin taksini olduqları küçəyə yönləndirmək üçün Xəyyamı göndərsin. Cavid də Xəyyamı bu məqsədlə göndərmişdir. Bir neçə dəqiqə gözləmiş, lakin, Xəyyam gəlib çıxmamış və telefon zənglərinə cavab verməmişdir. Odur ki, «AS» marketin yanına getmişlər, lakin nə Xəyyam, nə də taksi orada olmamışdır. Taksi sürücüsü də telefona cavab verməmişdir. Bir qədər sonra taksi sürücüsü ilə əlaqə saxlaya bilmişdir. Sonunucu gətirdiyi selofan paketi Xəyyama verdiyini bildirmişdir. Sonra Cavidlə əlaqə saxlamış, sonuncu Xəyyamı yol polislərinin saxladığını, buna görə də Xəyyamın arxasınca getdiyini bildirmişdir. Axşam saatlarında yenidən Cavidlə əlaqə saxlamışdır. Sonuncu Xəyyamı oradan çıxardığını, telefonların da onda olduğunu bildirmişdir. Cavidə gətirib telefonları ona verməsini demiş, sonuncu səhəri gün verəcəyini bildirmişdir. Növbəti gün Cavidə zəng çatmamışdır. Bu hadisədən təxminən 15 gün sonra Cavidlə görüşmüşdür. Sonuncu göndərilən telefonların içərisindən kakos çıxdığını bildirmişdir. Nasir adlı şəxsi və İranlını tanımır. Heç vaxt İranda olmamışdır. Narkotik vasitələrdən istifadə etmir. Göndərilən telefonların içərisində narkotik vasitə gizlədildiyindən məlumatı olmamışdır. Heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmamışdır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla müəyyən edilməmiş bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından əldə edilməsi, saxlanılması, daşınması ilə bağlı cinayət əməlini törətməsi yuxarıda sadalanan mötəbər sübutlarla təsdiq olunur. Həmçinin hər nə qədər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs törədilmiş cinayətə aidiyyətinin olmamasını bildirsə də, bu iş materiallarında olan subyektiv amillərin təsirindən uzaq, obyektiv sübutların məcmusu ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələsində dindirilərkən ümumiyyətlə heç kimi tanımadığını, heç kimlə əlaqə yaratmadığını bildirsə də, cinayət işi üzrə zəruri istintaq hərəkətləri həyata keçirilib müvafiq sübutlar toplanmağa başlandıqdan sonra məhkum edilmiş şəxs artıq ilkin ifadələrinin doğruluğunun toplanmış sübutlarla təkzib olunduğunu görüb işin hallarına uyğun ifadələr verərək göndərilən malların ona ünvanladığını təsdiq etmişdir. Digər tərəfdən məhkəmə kollegiyası məhkum edilmiş şəxsin “Türkiyədə yaşayan “Bobili” adlı tanışının vasitəsilə İrandan telefon və adaptrların göndərildiyini, lakin onların içərisində narkotik vasitənin olmasından xəbərsiz olması” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, real bazar dəyəri çox aşağı olan, işlənmiş, köhnə mobil telefonların və adaptrlar müqabilində 850 manat, 2600 manat pulun Mirhüseyn Seyidov vasitəsi ilə əks tərəfə göndərilməsi özü-özlüyündə Təqsirləndirilən şəxs ona göndərilmiş narkotik vasitədən məlumatlı olmasını və həmin məbləğlərin məhz narkotik vasitələrinin satışından əldə olunmasının və məhkum edilmiş şəxsin verdiyi ifadələrin özünümüdafiə xarakteri daşımaqla reallıqdan tamamilə uzaq olmasının göstəricisidir. Eyni zamanda cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid18 ifadələrindən görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsi onun adına olsa da, həmin mobil nömrəni Kamranın xahişi ilə ona vermiş, 2018-ci ildən həmin nömrə Kamranın istifadəsində olmuş, 12 iyun 2019-cu il tarixdə Kamran ona başqa bir nömrədən zəng edib, ***-***-**-** saylı telefon nömrəsini deaktiv etməsini xahiş etmiş, o isə bunun səbəbini ondan soruşmayaraq gedib nömrəni deaktiv etdirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cinayət hadisəsinin törədilməsindən cəmi 4 gün sonra, yəni, 12 iyun 2019-cu il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin deaktiv edilməsini qohumu Ləmandan xahiş etmişdir. Halbuki o ifadələrində həmin hadisədən təxminən 15 gün sonra Cavidlə görüşdüyünü, sonuncunun göndərilən telefonların içərisindən kakos çıxdığını bildirdiyini qeyd etmişdir ki, bu da Təqsirləndirilən şəxs guya göndərilən telefonların içərisindən narkotik vasitə olmasını bilmədiyinə, bundan yalnız cinayət hadisəsinin törədilməsindən 15 gün sonra Cavidlə görüşüb söhbət edən zamanı xəbər tutduğuna dair verdiyi ifadələri təkzib edir. Həqiqətdə isə Təqsirləndirilən şəxs cinayətin iştirakçısı olmaqla həmin adaptrların içərisində narkotik vasitə olmasını bilmiş, məhz bu səbəbdən cinayətin izini itirmək və məsuliyyətdən yaxa qurtarmaq üçün cinayətin digər iştirakçıları ilə əlaqə saxladığı mobil telefon nömrəsinin deaktiv edilməsini Şahid18 xahiş etmişdir. Həmçinin cinayət işi materiallarında olan "xxxx" MMC-dən daxil olmuş və Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsinə daxil olmuş və çıxan zənglərin və sms-lərin əks olunduğu diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsindən 13 may 2019-cu il tarixdə «KAMRAN GOR DUZ QOW EL YE BİLESEN 2 DENE SABAHA GUNATAYACAN PULUN CİBDEDİ» məzmununda, ***-***-**-** saylı mobil nömrədən «Qardaşım o qapıdadı onu yola salda sonra qelmeyecek o gucle demişem onaki qelsin. Qagaş sen canı onu yola sal qurban sene» məzmununda və digər məzmunda mesajlar qəbul olunduğu, daxil olan və çıxan zənglər bölməsinə baxış zamanı müxtəlif nömrələrdən zənglərin qəbul edildiyi və ötürüldüyü görünür. Cinayət işinin hallarına uyğun olaraq narkotik vasitələrin yerləşdirildiyi enerji yükləyicilərinin (adapterlərin) Təqsirləndirilən şəxs tərəfindən qəbul edilməli olduğu 8 iyun 2019-cu il tarixdə daxil olan və çıxan zənglər bölməsində cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılmış və daha sonra həmin statusu ləğv edilmiş Şahid17 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən və həmçinin «Salam Taxi» xidməti və iş üzrə şahid qismində dindirilmiş taksi sürücüsü X5 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən həmin tarixdə müxtəlif saatlarda danışıqlar aparıldığı müşahidə olunur. (cild 2, iş vərəq: 92-93, 94-97) "xxxx" MMC-dən daxil olmuş və Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** mobil telefon nömrəsinə daxil olmuş və çıxan zənglərin və sms-lərin əks olunduğu diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, ********** saylı mobil telefon nömrəsindən 17 may 2019-cu il tarixdə «Kamran senol bu deqiqe yoxdu qaqash.... duzeldirem puluvu ozum.. duzeldim getirecem» məzmununda, gələn mesajlar bölməsində isə Kamranın qeyd olunan tarixdə həmin nömrəyə «pul bdeqe ğətir bawim xarab eleme gozduyurem» məzmununda, 28 may 2019-cu il tarixdə isə qeyd olunan nömrəyə Kamranın «Bugun pulu catdir catdirmasan senicin pis olacag surocnu bugun pulu catdir vere bilmirdin goturmuyerdin» məzmunuda və digər məzmunda mesajlar göndərildiyi və qəbul olunduğu, daxil olan və çıxan zənglər bölməsinə baxış zamanı müxtəlif nömrələrdən zənglərin qəbul edildiyi və ötürüldüyü görünür. Cinayət işinin hallarına uyğun olaraq narkotik vasitələrin yerləşdirildiyi enerji yükləyicilərinin (adaptrların) Təqsirləndirilən şəxs tərəfindən qəbul edilməli olduğu 8 iyun 2019-cu il tarixdə daxil olan və çıxan zənglər bölməsində həmçinin, cinayət işi üzrə şahid qismində dindirilmiş X1 istifadəsində olan 050 (070) ***-**-** saylı mobil telefon nömrəsinə Kamranın 8 iyun 2019-cu il tarixdə yəni, hadisənin baş verdiyi gündə saat 18:57-də, 19:11-də, 22:02də, bundan başqa X10 29 may 2019-cu il tarixdə, 1 iyun 2019, 2 iyun 2019, 10 iyun 2019cu il tarixlərində müxtəlif saatlarda zəng etdiyi görünür. Bundan başqa 8 iyun 2019-cu il tarixdə saat 23:25-də, 9 iyun 2019-cu il tarixdə Türkiyə mobil operatoruna məxsus **********636 saylı mobil telefon nömrəsindən Kamranın telefonuna zənglər gəldiyi və tərəflər arasında danışıq aparıldığı məlum olur. (cild 2, iş vərəq: 104-105, 109-117) «Axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, 8 avqust 2019-cu il tarixli Abşeron Rayon Məhkəməsinin axtarış və götürmə aparılmasına icazə verilməsi barədə qərarı əsasında iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs Abşeron rayonu Novxanı kəndində yerləşən fərdi yaşayış evində axtarış aparılmış və oradan 1 ədəd «Samsung» markalı S9 modelli və 1 ədəd «Samsung» markalı «SM-J250F» (J2) modelli mobil telefonlar aşkar olunaraq götürülmüşdür. (cild 1, iş vərəq: 164-167) Təqsirləndirilən şəxs Abşeron rayonunun Novxanı kəndində yerləşən fərdi yaşayış evindən aşkar edilərək götürülmüş 1 ədəd «Samsung» markalı S9 modelli və 1 ədəd «Samsung» markalı J2 («SM-J250F») modelli mobil telefonlara baxış keçirilməsi barədə protokoldan görünür ki, 1 ədəd «Samsung» markalı J2 («SM-J250F») modelli, **********30709 və **********30707 İMEİ kodlu mobil telefonun «Menyu» bölməsində «Mənim fayllarım» qovluğunda olan 10,47 qb həcmindəki «Daxili Yaddaş»ın «CallRecordings» qovluğunda «2019-07-22», «2019-07-23», «2019-07-24», «2019-07- 25», «2019-07-26», «2019-07- 27», «2019-07-28», «2019-07-29», «2019-07-31», «2019- 08-01», «2019-08-02», «2019- 08-03», «2019-08-04», «2019-08-05» adlı fayllara rast gəlindi. Qeyd olunan faylların içərisində digər nömrələrlə aparılan danışıqlar zamanı avtomatik yazılmış səs yazıları olması müəyyən olunur. Həmin səs yazılarından müəyyən olunur ki, telefonun istifadəçisi Fərşidov Rəşad adlı şəxs olmuşdur və digər şəxslərlə arasında aparılan danışıqlarda narkotik vasitələrin, əsasən «pati» yəni, metamfetamin psixotrop maddəsi və «kakos» yəni heroin narkotik vasitəsinin «Sovetski» və «Kubinka» kimi ərazilərdə alqı-satqısının aparılması ilə bağlı danışıqlar aparılmışdır. Eyni zamanda həmin şəxs «Sulutəpə» qəsəbəsi ərazisində də bu fəaliyyətlə məşğul olur və əksər hallarda ondan «mal» almaq istəyən şəxsləri həmin ərazidəki «Araz» marketin yanına çağırır. R.Fərşidov adlı şəxsin telefonda apardığı danışıqlardan, onun digər şəxslərlə yanaşı hazırki iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxsla da əlaqələrinin olması və qeyri-qanuni fəaliyyətdə olmaları üçün kifayət qədər məlumatlar vardır. Çünki, hazırki mobil telefon Təqsirləndirilən şəxs yaşayış evindən aşkar olunduğu kimi, aparılan danışıqlarda da Kamran adının keçməsi, Kamranla danışıq aparması, növbəti danışıqlarda Kamranın «Qaz 31» markalı nəqliyyat vasitəsilə yaşadığı əraziyə gəlməsini göstərməsi hazırki iş üzrə Təqsirləndirilən şəxs cəhətlərinə uyğun gəlir. Çünki, ilkin danışıq səsi Kamranın səsi olduğu kimi, sonuncunun nəqliyyat vasitəsi də «Qaz 31» markalı nəqliyyat vasitəsidir. Fərşidov Rəşad adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün DGK İ.A.M.A.S sisteminə baxış keçirildikdə müəyyən olunmuşdur ki, həmin şəxs Azərbaycan Respublikası vətəndaşı 17 iyul 1985-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan X11r. Həmin şəxs barəsində VAİS sistemində olan məlumatlar eyni zamanda, şəxslər arasında aparılan səs danışıqları 1 ədəd diskə köçürülərək hazırki protokola əlavə olunmuşdur. (cild 2, iş vərəq: 129-132) «tədqiqat üçün səs nümunəsinin götürülməsi haqqında» 9 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs səs nümunəsi verməkdən imtina etmişdir. (cild 2, iş vərəq: 206) Göründüyü kimi məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində Təqsirləndirilən şəxs narkotik vasitədən məlumatsız olmasına, onun tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməməsinə dair irəli sürdüyü dəlillər yuxarıda qeyd olunan sübutlarla tam təkzib olunur və bununla da ona verilmiş ittihamda göstərilən xüsusatlar məhkəmədə heç bir şübhə doğurmur. Bununla yanaşı məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması, yəni qabaqcadan əlbir olan bir qrup halında narkotik vasitələrin, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsin əməlinə düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş və nəticədə sonuncu daha ağır cinayət əməlini törətməsinə görə məhkum edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan olunmuş və birinci instansiya məhkəməsi tərəfindən təsdiq edilmiş ittihama münasibət bildirərək qeyd edir ki, toplanmış sübutlarla Təqsirləndirilən şəxs istinad edilən qaçaqmalçılıq cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirakı təsdiq olunur və belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Belə ki, cinayət işi üzrə toplanmış sübutlardan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasında yaşayan şəxsin İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitə keçirəcəyindən əvvəlcədən məlumatı olmuş, həmin narkotik vasitələri qəbul edib Azərbaycan Respublikasında realizə edilməsində əvvəlcədən vəd verməklə razılıq əldə etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir. Həmçinin Təqsirləndirilən şəxs qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına əsasən narkotik vasitənin qaçaqmalçılığını bir nəfər icra etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarının 19-cu bəndinə əsasən Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan cinayət əməlinin subyekti malı bilavasitə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən cinayətdə iştirakçıların növlərindən biri olan köməkçı cinayətin törədilməsində məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxsdir. Hazırda cinayət işi üzrə toplanmış sübutlardan müəyyən edilir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasında yaşayan şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhəddindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş narkotik vasitələri əldə edib Azərbaycan Respublikasında realizə edilməsində digər şəxslə əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş narkotik vasitə üzərində sərəncam verməyi qabaqcadan vəd etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarının 19-cu bəndinə əsasən Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Məhkəmə kollegiyası yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2021-ci il hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə məhkum edilməsinə münasibətdə əməlin hüquqi tövsifi hissəsində dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, hazırda məhkum edilmiş şəxsin əməlinin ağır cinayət əməli olan CM-in 206.3.2-ci maddəsindən az ağır cinayət əməli olan CM-in 32.5, 206.2-ci maddəsinə tövsif edilməsi, eyni zamanda cəza təyini və toplanması zamanı nəzərə alınmaqla, bu hissədə də hökm dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Bununla yanaşı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə tövsif olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə tövsif olunması ilə sonuncunun əməlinin ağır cinayət əməlindən az ağır cinayət əməlinə tövsif edilmişdir ki, bu da öz növbəsində sonuncuya cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 405.1.2-ci maddəsinə görə cinayətin tövsifini dəyişdirdiyi və az ağır cinayət qanunvericiliyinin tətbiq etdiyi hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2021-ci il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə tövsif olunmalı, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsi nəzərə alınmaqla), təyin olunmuş cəza təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla qəti cəza təyin edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Nəhayət, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməsi ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkməli olan cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsinə, cəzaçəkmə müddətinin əvvəlinin hesablanmasına, maddi sübutun həllinə, ekspertiza xərcinə, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə təsir göstərmədiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 399.1.2 və 405.1.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələrilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2021ci il tarixli, 1(101)-104/2021 nömrəli hökmü məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzaları ilə qismən toplanılsın, onun üzərində qəti olaraq 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Rəşad Abdulov Hakimlər: Qədim Babayev Əli Seyfəliyev
Məhkəmə qərarları › İş №1(103)-123/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-123/2022
28.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver