Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1238/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi hakim), İbrahimli İbrahim Adil oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru X3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-616/2022 saylı, 11 aprel 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-616/2022 saylı, 11 aprel 2022-ci il tarixli hökmü ilə (X7 (sədrlik edən və məruzəçi) Telman Hüseynov və Eldar İsmayılov) xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında (Sabunçu rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvan) qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 3-cü mədən küçəsi, ev 119-da yaşamış, 07 sentyabr 2021-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, həbsdə saxlanıldığı müddətin cəza müddətinə daxil edilməsi və cəzanın əvvəlinin onun tutulduğu vaxtdan, yəni 07 sentyabr 2021-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi, hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,298 qram təşkil edən narkotik vasitə heroinin məhv edilməsi, onun üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılması, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməsi hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və üzərində gəzdirməklə daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, yəni ümumi təmiz çəkisi 3,398 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 07 sentyabr 2021-ci il tarixdə, saat 15:00 radələrində Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və qanunsuz olaraq satmaqda şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən “Univermaq” ticarət mərkəzinin qarşısında saxlanılaraq, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 2 (iki) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,706 qram və 1,692 qram, ümumi təmiz çəkisi isə 3,398 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 3,398 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 07 sentyabr 2021-ci il tarixdə, saat 15:00 radələrində Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və qanunsuz olaraq satmaqda şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən “Univermaq” ticarət mərkəzinin qarşısında saxlanılaraq, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 2 (iki) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,706 qram və 1,692 qram, ümumi təmiz çəkisi isə 3,398 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Apellyasiya protestinin dəlilləri: Hökmdən dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı apellyasiya protesti vermiş və apellyasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində dövlət ittihamçısı kimi iştirak edərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təklif etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2022-ci il tarixli hökmü birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki lallarına uyğun olmaması səbəbindən ləğv edilməli, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair yeni ittiham hökmü çıxarılmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2022-ci il tarixli hökmü onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən mötəbər sübut yoxdur. Məhkəmə hesab etmişdir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitənin yalnız külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlmişdir. Lakin məhkəmənin qeyd olunan mövqeyi əsassız olmaqla, gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 7 sentyabr 2021-ci il arixdə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən “Univermaq” ticarət mərkəzinin qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirib onu narkotik vasitələrin daşınmasında, gəzdirilməsi və istifadəsində şübhəli şəxs qismində polis bölməsinə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə Suraxanı RPl-nin 31-ci PB-ə getmiş və PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə aparılmasının zəruri olmasını bildirmiş, vəkilinin iştirakı olmadan üzərində şəxsi axtarış və götürmə aparılmasına etirazının olmaması barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən xidməti otaqların birində video çəkilişlə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verildikdə əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən içərisində kakos kimi tanıdığı narkotik vasitə olan olan iki ədəd bükümləri təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümlərə baxış keçirmiş və bükümlərin hər birinin içərisindən qəhvəyi rəngli maddələr aşkar olunmuşdur. Aşkar edilmiş narkotik vasitələr polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol, eyni zamanda qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş həmin narkotik vasitəni 6 sentyabr 2021-ci il arixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində, tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadələrində özünü yalnız Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilsə də qalan hissələrdə ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etmişdir. (iş vərəq 95-96, məhkəmə iclasının protokolları) Şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid1, Şahid2 ibtidai və məhkəmə istintaqında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı onlara məlumat daxil olmasını, bununla əlaqədar əməliyyat tədbirləri keçirilməsini, Rəşad Müvətovun üzərində iki ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,706 qram və 1,692 qram, ümumi təmiz çəkisi isə 3,398 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunmasını təsdiq etmişlər, (iş vərəq 116- 118, 121-123, nəhkəmə iclasının protokolları) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 7 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 32) görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 7 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 34) görünür ki, şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən gümüşü kağızda 2 (iki) ədəd bükümü çıxararaq polis əməkdaşlarına təqdim edərək həmin bükümlərin içərisində narkotik vasitə sayılan “kakos” olduğunu və həmin vasitəni şəxsi istifadəsi üçün 6 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 8 sentyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3938 nömrəli rəyindən (cild 1, iş vərəqə 41-43) görünür ki, tədqiqata təqdim olunmuş zərfdə 2 (iki) ədəd jükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,706 qram və 1,692 qram olmaqla, ümumi çəkisi 3,398 qram qəhvəyi rəngli tozşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 8 sentyabr 2021-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 5(010)-422/2021 saylı qərarından (cild 1, iş vərəqə 48-49) görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı RPl-nin 31-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş 7 sentyabr 2021-ci il tarixli əməliyyat-axtarış ədbirlərinin keçirilməsi barədə qərar qanuni hesab edilmişdir. Göründüyü kimi məhkəmə yekun qərara gələrkən şahidlərin ifadələrini, təqsirləndirilən şəxsin üzərində axtarış aparılması protokolunu, ekspertiza rəylərini düzgün qiymətləndirmədən nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşıdığı narkotik vasitə olan heroin iki bükümdə olmaqla təmiz çəkisi 3,398 qramdır, bu da müəyyən edilmiş külli miqdardan 2 dəfəyə yaxın çoxdur. İbtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirsə də məhkəmə narkotik vasitənin külli miqdarda və iki bükümdə olmasına, şahidlərin ifadələrinə, təqsirləndirilən şəxsin üzərində axtarış aparılması protokoluna, ekspertiza rəylərinə diqqət yetirməmişdir. Məhkəmə, təqsirləndjrilən şəxs Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadəsini əsas götürərək həmin halları digər sübutların məcmusu üzrə düzgün qiymətləndirməmiş, sonda da işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya protestində Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2022-ci il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona cinayət qanununun müddəalarına uyğun həmin maddənin sanksiyası həddində cəza təyin edilməsinə dair yeni ittiham hökmü çıxarılması xahiş olunmuşdur. Apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. İşdə iştirak edən şəxslərin çıxışları: Apellyasiya instansiyası məhkəməsində, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X4 dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestini müdafiə etdiyini bildirərək, apellyasiya protestinin dəlillərinə uyğun çıxış etdi, apellyasiya protestinin təmin edilməsini, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2022-ci il tarixli hökmün ləğv edilməsini, cinayət qanunu normaları düzgün tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib həmin maddə ilə cinayət və cinayət prosessual qanunvericiliyin müddəalarına uyğun daha ağır cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə qarşı etiraz etdiyini bildirdi, üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədinin olmadığını, öz istifadəsi üçün aldığını, heç vaxt narkotik vasitə satmaqla məşğul olmadığını, saxlanılarkən cibində yalnız 2 (iki) ədəd kağız bükümlərdə heroin olmasını qeyd edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-616/2022 saylı, 11 aprel 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması, apellyasiya protestinin isə təmin edilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə qarşı etiraz etdiyini bildirdi, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü ona istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamla təqsirli bilmədiyini, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini və həmin əməlini etiraf etdiyini, satış məqsədi olmadığını qeyd edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-616/2022 saylı, 11 aprel 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması, apellyasiya protestinin isə təmin edilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya protestinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı apellyasiya protestinin əsas dəlili Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2022-ci il tarixli hökmünün ləğv edilməsindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona cinayət qanununun müddəalarına uyğun həmin maddənin sanksiyası həddində cəza təyin edilməsinə dair yeni ittiham hökmü çıxarılmasından ibarətdir. Birinci instansiya məhkəməsində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilimədiyini qeyd edərək, ifadəsində göstərmişdir ki, o, heç vaxt heç kimə narkotik vasitələr satmamışdır. O, uzun müddətdir ki, narkotik vasitə olan “kakosdan” istifadə etmişdir. O, 07 sentyabr 2021-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən “Univermaq” ticarət mərkəzinin qarşısında olan zaman 2 (iki) nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra həmin polis əməkdaşları onu narkotik vasitələrin daşınmasında, gəzdirilməsində və istifadəsində şübhəli şəxs qismində saxlayaraq Polis bölməsinə dəvət etmişlər. O, da polis əməkdaşlarına etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinə getmişdir. Orada onun hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin polis əməkdaşları videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış və götürmə aparılacağını ona bildirmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən xidməti otaqların birində videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində hər hansı qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu təqdirdə təqdim etmək təklif edilmişdir. O, da əynində olan açıq göy rəngli cins şalvarın cibindən içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olan 2 (iki) ədəd bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onun təqdim etdiyi bükümlərə baxış keçirmişlər və bükümlərin hər birinin içərisindən qəhvəyi rəngli maddələr aşkar olunmuşdur. Aşkar edilmiş narkotik vasitələr polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. Sonra bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Sorğu-sual zamanı o, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 2 (iki) ədəd bükümdə olan narkotik vasitəni 06 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. O, heç vaxt heç kimə narkotik vasitə satmamışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. O, bunu ibtidai istintaq zamanı da demişdir. Həmin vaxt müstəntiq ona demişdir ki, sənədlərini Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tərtib edəcəkdir. Ona görə də o, müstəntiq ilə razılaşaraq özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilmişdir. Lakin sonradan müstəntiq ona demişdir ki, barəsində olan cinayət işini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə sənədləşdirmiş və artıq gecdir. O, müstəntiqə bu məsələ ilə əlaqədar öz etirazını bildirsə də, onun sözünə məhəl qoyan olmamışdır. Buna görə də o, bundan sonraki mərhələdə sənədlərin heç birini imzalamamışdır. Müstəntiq isə ona demişdir ki, “qol çəksən də, çəkməsən də artıq hər şey bitib, sənədlər tərtib edilib”. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 09 sentyabr 2021-ci il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan olunmuş ittihamla qimsən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən “Univermaq” ticarət mərkəzinin qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirib onu narkotik vasitələrin daşınmasında, gəzdirilməsi və istifadəsində şübhəli şəxs qismində polis bölməsinə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 31-ci PB-nə getmiş və PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə aparılmasının zəruri olmasını bildirmiş, vəkilinin iştirakı olmadan üzərində şəxsi axtarış və götürmə aparılmasına etirazının olmaması barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən xidməti otaqların birində video çəkilişlə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verildikdə əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən içərisində kakos kimi tanıdığı narkotik vasitə olan olan iki ədəd bükümləri təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümlərə baxış keçirmiş və bükümlərin hər birinin içərisindən qəhvəyi rəngli maddələr aşkar olunmuşdur. Aşkar edilmiş narkotik vasitələr polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol, eyni zamanda qablaşdırılmış zərf onunn və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş həmin narkotik vasitəni 06 sentyabr 2021 -ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində, tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün almışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsində Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 07 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 3-cü Mədən küçəsi, ev 119-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə 31ci Polis bölməsinin rəhbərliyinin göstərişi əsasında ondan və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar birlikdə həmin tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən “Univermaq” ticarət mərkəzinin qarşısına getmişlər və orada Təqsirləndirilən şəxs saxlamışlar. Onlar əvvəlcə özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər, sonra isə sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs də onlara özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bildikdən sonra sonuncuya üzərində narkotik vasitə olması barədə şübhəli olduğunu bildirmişlər və araşdırma aparılması üçün 31-ci Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə 31-ci Polis bölməsinə getmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın həyata keçirilməsində Təqsirləndirilən şəxsla yanaşı, o, Şahid2, təhqiqatçı və müdafiəçi iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) ədəd kağız bükümünü çıxararaq təhqiqatçıya təqdim etmiş və həmin bükümlərin içində narkotik vasitə olduğunu bildirmişdir. Sonra həmin kağız bükümlər açılmış və bükümlərin hər birinin içərisindən qəhvəyi rəngli, tozşəkilli maddələr aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs 2 (iki) bükümdə olan narkotik vasitəni 06 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırılmışdır. Sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsində Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs oğunun əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edərkən belə nəticəyə gəlmişdir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs 3,398 qram çəkidə narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə edib üstündə saxlaması və daşıması sübuta yetirilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən sübutlar nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı müəyyən olunmamışdır. Məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən sübut aşkar olunmadı. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs əməlinin narkotik vasitənin satış məqsədilə əldə edilməsi kimi qiymətləndirilməsi üçün hüquqi əsasın olmadığı qənaətinə gəlir. Bundan başqa Təqsirləndirilən şəxs 09 sentyabr 2021-ci il tarixdə şübhəli və həmin tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi etirafedici ifadələrində də ondan aşkar edilmiş narkotik vasitələri tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Onun bu ifadələri nə ibtidai istintaq zamanı, nə də məhkəmə baxışında ittiham tərəfinin təqdim etdiyi şahidlərin ifadələri ilə təkzib edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsinin məhkəmədə sübuta yetirilmədiyi və işdə olan sübutların məcmusunun müqayisəli tədqiqinə əsaslanaraq, onun üzərindən aşkar edilib götürülmüş 3,398 qram çəkidə narkotik vasitə heroini şəxsi istehlakı üçün əldə etməsi qənaətinə gəlir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələbinə uyğun olaraq yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmaqla cinayət işi üzrə toplanmış sübutları təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış təkzibolunmaz sübutlarla tam sübuta yetirilir. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutların məcmusu ilə Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətinin olması təsdiq olunsa da, onun bu əməli, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma və göndərməklə külli miqdarda törətməsi, yəni ona istinad edilən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi təsdiqini tapmamışdır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - külli miqdarda törətməsi heç bir sübutla təsdiqini tapmadığı və ehtimallara əsaslandığı halda, protest müəllifi tərəfindən irəli sürülən formal mülahizələrə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasının qeyd edilməsi, bu ehtimalların məhkəmə tərəfindən də təsdiq edilməsinin, habelə əsassız və qanunsuz olaraq onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinin tələb olunması anlaşılmazdır. Halbuki dövlət ittihamçısı özü birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestində istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni satmaq məqsədi ilə üzərində saxlaması ilə bağlı hər hansı mötəbər sübuta istinad etməmiş, yalnız Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə qismən təqsirli bilməsi, ibtidai istintaq və məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməsi, aşkar olunmuş 3,398 qram heroinin iki bükümdən ibarət olması ilə bağlı halı satışa dəlalət edən sübut kimi təqdim etməyə cəhd etmişdir. Halbuki Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bundan başqa qeyd olunmalıdır ki, nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ondan aşkarlanmış külli miqdarda narkotik vasitənin satışı barədə kimlərləsə şövdələşməsinə dəlalət edən hər hansı bir sübut müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində ona istinad edilən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş hərəkətlərin deyil Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən isə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək onu həmin maddə ilə məhkum edərkən yuxarıda sadalanan konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən şahidlərin ifadələri, baxış protokolları, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara düzgün hüquqi qiymət verilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun qeyd olunan cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin mənasından görünür ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin maddədə nəzərdə tutulan cinayətin tərkibini yaradır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, məhkəmə kollegiyası apellyasiya protestinin Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyinin əsassız olmaqla, gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilməsini iş materialları və işin obyektiv halları ilə tam sübut olunmuş hesab etdiyindən, Dövlət ittihamçısı apellyasiya protestində göstərilən dəlillərə ətraflı cavab verməyə lüzum görmür və apellyasiya protestinin təmin olunmaması nəticəsinə gəlməsini qeyd edir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqlarınn pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (19 aprel 1994-cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə kollegiyası eyni zamanda Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini müzakirə edərək, cinayət işinin materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb hesab edir ki, qeyd olunduğu kimi birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsüf edilərək ona həmin maddə ilə cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə ən yuxarı həddə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, cinayət qanununda nəzərdə tutulmuş həddə qanuni cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını, apellyasiya protestinin təmin edilmədən, məhkəmə hökmünün isə dəyişdirilmədən saxlanılması barədə məhkum edilmiş şəxsin və onun müdafiəçisinin çıxışlarını dinləyib apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-616/2022 saylı, 11 aprel 2022-ci il tarixli hökmü Dövlət ittihamçısı apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, istər ibtidai araşdırma zamanı, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 407 və 410-Cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-616/2022 saylı, 11 aprel 2022-ci il tarixli hökmü Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik еdən: Zəki Bаbаyеv Hаkimlər: İbrahim İbrahimli Ziya Şirinov
Məhkəmə qərarları › İş №1(103)-1238/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1238/2022
28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver