Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1239/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Faiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X3, Məhkum– Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 205-1, 213-1.1 və 213-1.3cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli hökmündən iş üzrə məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli hökmü ilə (Nəriman Mehdiyev) xx xxx 1974-cü il tarixdə Cəbrayıl rayonunun Quycaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, iki uşağı olan, fiziki şəxs kimi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonunun Quycaq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Massiv, ev 365A-da yaşayan, 03 mart 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 205-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 213-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 213-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 21 iyun 2021-ci il tarixdən hesablanmışdır. Hökmə əsasən Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov ilə Şirin Mirzəyev küçələrinin kəsişdiyi ünvanda yerləşən mağazada 4 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkiləri satış məqsədilə əldə edərək, ümumilikdə xeyli miqdar təşkil edən 1256,30 manat dəyərində satış məqsədilə nağd qaydada əldə etdiyi 114 ədəd alkoqollu içkiləri, aksiz markası ilə markalanmalı olan məhsulları belə marka olmadan 703,0 manat dəyərində 139 qutu tütün məmulatını, 3 ədəd alkoqollu içkiləri və 4 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkiləri həmin mağazada 2019-cu ilin oktyabr ayında naməlum şəxslərdən satış məqsədilə əldə edib, həmin mağazada 11 oktyabr 2019-cu il tarixədək saxlamışdır. Belə ki, o, satış məqsədilə nağd qaydada əldə etdiyi aksiz markası ilə markalanmış məhsulları, o cümlədən 1 ədədinin dəyəri 14,0 manat olan 42,0 manat dəyərində 3 ədəd 0,75 litrlik “Hillside”, 1 ədədinin dəyəri 14,0 marat olan 28,0 manat dəyərində 2 ədəd 0,75 litrlik “Rose/T”, 1 ədədinin dəyəri 14,0 manat olan 14,0 manat dəyərində 1 ədəd 0,75 litrlik “Hillside Cuvee”, 1 ədədinin dəyəri 15,0 manat olan 15,0 manat dəyərində 1 ədəd 0,50 litrlik “İvivska”, 1 ədədinin dəyəri 7,0 manat olan 35,0 manat dəyərində 5 ədəd 0,7 litrlik “Xan Kristal”, 1 ədədinin dəyəri 7,50 manat olan 45,0 manat dəyərində 6 ədəd 0,50 litrlik “Xan Yubiley”, 1 ədədinin dəyəri 10,0 manat olan 40,0 manat dəyərində 4 ədəd 0,50 litrlik “Xan Yubiley”, 1 ədədinin dəyəri 22,0 manat olan 22,0 manat dəyərində 1 ədəd 1,0 litrlik “Badikubə”, 1 ədədinin dəyəri 34,0 manat olan 68,0 manat dəyərində 2 ədəd 1,0 litrlik “Araq N9”, 1 ədədinin dəyəri 45,0 manat olan 90,0 manat dəyərində 2 ədəd 0,5 litrlik “Beluga”, 1 ədədinin dəyəri 7,50 manat olan 22,50 manat dəyərində 3 ədəd 0,70 litrlik “Serıy Volk”, 1 ədədinin dəyəri 24 manat olan 48,0 manat dəyərində 2 ədəd 0,75 litrlik “Yarımada”, 1 ədədinin dəyəri 15,0 manat olan 30,0 manat dəyərində 2 ədəd 0,75 litrlik “Wild Africa”, 1 ədədinin dəyəri 6,0 manat olan 12,0 manat dəyərində 2 ədəd 0,75 litrlik “Xan Çinar”, 1 ədədinin dəyəri 8,50 manat olan 25,50 manat dəyərində 3 ədəd 0,70 litrlik “Xan Yelkən”, 1 ədədinin dəyəri 40,0 manat olan 80,0 manat dəyərində 2 ədəd 0,50 litrlik “Kremlin Organic”, 1 ədədinin dəyəri 4,50 manat olan 4,50 manat dəyərində 1 ədəd 0,50 litrlik “Xanbağı”, 1 ədədinin dəyəri 3,50 manat olan 3,50 manat dəyərində 1 ədəd 0,75 litrlik “Xan Merlot”, 1 ədədinin dəyəri 3,50 manat olan 10,50 manat dəyərində 3 ədəd 0,75 litrlik “Xan Caber”, 1 ədədinin dəyəri 8,0 manat olan 64 manat dəyərində 8 ədəd 0,50 litrlik “Mercedes-benz”, 1 ədədinin dəyəri 10,0 manat olan 40,0 manat dəyərində 4 ədəd 0,75 litrlik “Mercedes-benz”, 1 ədədinin dəyəri 14,0 manat olan 42,0 manat dəyərində 3 ədəd 1,0 litrlik “Mercedes-benz”, 1 ədədinin dəyəri 8,0 manat olan 120,0 manat dəyərində 15 ədəd 0,50 litrlik “BMW”, 1 ədədinin dəyəri 10,0 manat olan 50,0 manat dəyərində 5 ədəd 0,75 litrlik “BMW”, 1 ədədinin dəyəri 8,0 manat olan 168,0 manat dəyərində 21 ədəd 0,5 litrlik “Toyota”, 1 ədədinin dəyəri 10,0 manat olan 20,0 manat dəyərində 2 ədəd 0,75 litrlik “Toyota", 1 ədədinin dəyəri 14,0 manat olan 84,0 manat dəyərində 6 ədəd 1,0 litrlik “Toyota”, 1 ədədinin dəyəri 5,40 manat olan 10,80 manat dəyərində 2 ədəd 0,70 litrlik “Xanbağı”, 1 ədədinin dəyəri 10,0 manat olan 20,0 manat dəyərində 2 ədəd 0,75 litrlik “Askona Muskat” alkoqollu içkilər olmaqla, cəmi 1256,30 dəyərində 114 ədəd alkoqollu içkiləri, həmçinin aksiz markası ilə markalanmalı olan məhsulları belə marka olmadan 1 ədədinin dəyəri 3,50 manat olan 84,0 manat dəyərində 24 qutu “X8”, 1 ədədinin dəyəri 4,50 manat olan 31,50 manat dəyərində 7 qutu “Parliament”, 1 ədədinin dəyəri 4,50 manat olan 45,0 manat dəyərində 10 qutu “X7”, 1 ədədinin dəyəri 4,50 manat olan 40,50 manat dəyərində 9 qutu “X4”, 1 ədədinin dəyəri 4,50 manat olan 31,50 manat dəyərində 7 qutu "Marlboro”, 1 ədədinin dəyəri 6,0 manat olan 42,0 manat dəyərində 7 qutu “Marlboro”, 1 ədədinin dəyəri 4,50 manat olan 139,50 manat dəyərində 31 qutu “X9”, 1 ədədinin dəyəri 3,50 manat olan 126,0 manat dəyərində 36 qutu “Kent Silver”, 1 ədədinin dəyəri 1,50 manat olan 6,0 manat dəyərində 4 qutu “Gold NZCompact”, 1 ədədinin dəyəri 4,50 manat olan 9,0 manat dəyərində 2 qutu “Marlboro double mix”, 1 ədədinin dəyəri 3,0 manat olan 6,0 manat dəyərində 2 qutu “X6” tütün məmulatı olmaqla, cəmi 561,0 manat dəyərində 139 qutu tütün məmulatını və 1 ədədinin dəyəri 60,0 manat olan 120,0 manat dəyərində 2 ədəd 1,0 litrlik “Sheridan’s”, 1 ədədinin dəyəri 22,0 manat olan 22,0 manat dəyərində 1 ədəd 1,0 litrlik “Nemirovskaya” alkoqollu içkiləri olmaqla, cəmi 142,0 manat dəyərində 3 ədəd alkoqollu içkilər, o cümlədən saxta aksiz markası ilə markalanmış 2 ədəd 0,75 litrlik “Blended Scotch wisky” (AD 5682620, 5682881) və 2 ədəd 1,0 litrlik “Blended Scotch wisky” (AD 5479625, 5479449) olmaqla, cəmi 4 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkiləri satış məqsədilə əldə edərək, ümumilikdə xeyli miqdar təşkil edən 1256,30 manat dəyərində satış məqsədilə nağd qaydada əldə etdiyi 114 ədəd alkoqollu içkiləri, aksiz markası ilə markalanmalı olan məhsulları belə marka olmadan 703,0 manat dəyərində 139 qutu tütün məmulatını, 3 ədəd alkoqollu içkiləri və 4 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkiləri naməlum mənbələrdən 2019-cu ilin oktyabr ayında satış məqsədilə əldə edərək sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov ilə Şirin Mirzəyev küçələrinin kəsişdiyi ünvanda yerləşən mağazada 11 oktyabr 2019-cu il tarixədək satış məqsədilə saxlamışdır. Hökmdən məhkumun müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli hökmünün dəyişdirilməsini və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 205-1-ci, 213-1.1-ci və 213-1.3-cü maddələrinin sanksiyası çərçivəsində aşağı həddə, cərimə cəzası təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz və əsassızdır, dəyişdirilməli, Təqsirləndirilən şəxs əməli təqsirli bilindiyi maddələrin sanksiyası çərçivəsində aşağı həddə cərimə cəzası təyin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsində araşdırma aparılarkən, Təqsirləndirilən şəxs ifadə verərək bildirmişdir ki, o həmin malları götürərkən onların saxta aksiz markası ilə markalanmış olduğu barədə məlumatsız olmuşdur. Belə ki, etdiyi əməli qəsdən yox, bilməyərəkdən etdiyini və bu əməlindən səmimi peşman olduğunu bildirmişdir. Eyni zamanda öhdəsində yaşlı, bir neçə xəstəlikdən əziyyət çəkən anasının, 2 azyaşlı uşağının olmasını, 1993-cü ildən ailəsi ilə birgə doğma yurd-yuvalarından məcburi köçkün düşdüklərini, Qarabağ müharibəsi iştirakçısı və veteranı olduğunu, 2017-ci ildə ürəyindən əməliyyat edildiyini, bu vaxta qədər heç bir cinayət əməli etmədiyini nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxsin hökmdə göstərilən ifadəsi təhrif olunmuş və guya onun daha çox qazanc əldə etməsi məqsədilə belə malların satışını qəsdən həyata keçirdiyi qeyd olunmuşdur. Bundan başqa, məhkəmədə ifadə verən şahidlərin də ifadələrinin birinin digərini təkzib edən ifadələrdən ibarət olduğu halda məhkəmə buna da əhəmiyyət verməmiş, öz mövqeyini bildirməmişdir. Bununla da birinci instansiya məhkəməsi öz hökmünü tərtib edərkən, məhkəmə iclasında aparılmış araşdırmaların heç birinə toxunmamış, yalnız ibtidai istintaq zamanı toplanmış materiallarda göstərilən məlumatları öz hökmünə köçürməklə, qanunsuz və əsassız hökm çıxarmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasına, əksinə yüngülləşdirən halların mövcudluğuna baxmayaraq, məhkəmə bütün bu halları öz hökmündə qeyd etsə də qərəzli mövqe göstərmiş və bu kimi halları nəzərə almamışdır. Belə ki, birinci instansiya məhkəməsi hökmü əsaslandırarkən Azərbaycan Respublikası CM-nin 8.1-ci, 41.2-ci, 58.1-ci, 58.3-cü maddələrinə və "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına istinad etsə də, həmin qərar və maddələri sadəcə sadalamış, lakin onların göstərişlərinə əməl etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, müdafiə tərəfin apellyasiya şikayəti təmin edilməli, hökm Təqsirləndirilən şəxs təyin edilmiş cəza hissəsində dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır Müdafiə tərəfi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsinə dair əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1, 213-1.1 və 213-1.3-cü maddələri ilə hüquqi tövsifini mübahisələndirməsədə, məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1, 213-1.1 və 213-1.3cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkum Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası məhkumun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətində məhkumun törətdiyi cinayət əməllərini ehtiyatsızlıqdan törətməsi ilə bağlı göstərdiyi dəlili ilə razılaşmır və hesab edir ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1, 213-1.1 və 213-1.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi işin halları və sübutlarla tam təsdiq olunur. Eyni zamanda məhkumun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətində məhkuma cəza təyin edilərkən, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə bütün yüngülləşdirici halların nəzərə alınmamasını və məhkuma sərt cəza təyin edilməsini qeyd etmişdir. Müdafiəçinin göstərdiyi dəlilini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları (himayəsində azyaşlı uşaqların olmasını) və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halların olmamasını əsas götürməsinə baxmayaraq, məhkumun ittiham olunduğu maddələrin sanksiyasında qeyd edilmiş ən sərt cəza təyin etmişdir. Belə ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdırıcı halların olmadığı, əksinə, yüngülləşdirici halların mövcud olduğu, eyni zamanda təqsirli bilindiyi maddələrin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı daha yüngül cəza növləri də nəzərdə tutulduğu məhkəmə tərəfindən daha yüngül cəza ilə cəzalandırılmasının mümkün olduğu halda cəzanın təyini zamanı qeyd olunan bütün halları düzgün qiymətləndirməmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Cəbrayıl Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 025276 nömrəli 06 noyabr 1998-ci il tarixli əsasən Təqsirləndirilən şəxs Qarabağ müharibəsi iştirakçısı və veteranıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyatı, o cümlədən cəzanı yüngülləşdirən və ağılaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göründüyü kimi birinci instansiya məhkəməsi "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il 4 nömrəli qərarında qeyd olunmuş tələbləri tam nəzərə almayaraq Təqsirləndirilən şəxs sərt cəza təyin etmişdir. Beləliklə barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin ediləcək cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hallar kimi Təqsirləndirilən şəxs ilk məhkumluğunu, Qarabağ müharibəsi iştirakçısı və veteranı olduğunu, o cümlədən, cəzasını ağırlaşdıran halların olmadığını, məhkuma elan edilmiş ittiham üzrə Cinayət Məcəlləsinin 205-1, 213-1.1 və 213-1.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həbslə bağlı olmayan digər alternativ cəza təyin edilməsinin mümkün olmasını nəzərə alaraq hesab edir ki, məhkuma təyin edilmiş cəza yüngülləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yənicinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq olunur. Azərbaycan Respublikasının CPM–nin 405.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə dəyişdirir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 205-1, 213-1.1 və 213-1.3-cü maddələri ilə məhkum edilməsinə dair 21 iyun 2021-ci il tarixli hökmü dəyişdirilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 398.1.4, 405.1.1-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L İ R : Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1, 213-1.1 və 213-1.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair 21 iyun 2021-ci il tarixli hökmü məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2000 (iki min) manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2000 (iki min) manat məbləğində cərimə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsi ilə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 1000 (min) manat məbləğində cərimə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq, 3000 ( üç min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 21 iyun 2021-ci il tarixdən 03 avqust 2021-ci il tarixədək həbsdə olduğu müddət nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və onun üzərində 2000 manat məbləğində cərimə cəzası saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Cəzasının icrası məhkumun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Yekun qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan AR CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №1(103)-1239/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1239/2021
03.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver