Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-124/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Faiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum – Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi5 iştirakları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən iş üzrə məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 17 (on yeddi) il müddətinə, azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmə əsasən o, xx.xx.2019-cu il tarixdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində onlara qonaq gəlmiş qaynı Təqsirləndirilən şəxs1 ilə birlikdə olarkən, qayınanası Şahid1 saat 23 radələrində rəsmi nikah bağlamadan ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs mübahisə yaratması və sonuncunun zorakılıq etməsi barədə Təqsirləndirilən şəxs1 telefonla məlumat verməsindən sonra, Zərərçəkmiş şəxs əvvəllər də onun arvadı Şahid2 və azyaşlı qız övladını nalayiq ifadələrlə təhqir etməsi, qayınanası Şahid1 zorakılıq etməsi, eləcə də qaynı Təqsirləndirilən şəxs1 mütəmadi təhqir edərək alçaltması səbəbindən hiddətlənərək sonuncu ilə birlikdə Zərərçəkmiş şəxs yuxarıda qeyd edilən səbəblərdən qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gələrək, həmin niyyətlərini həyata keçirmək üçün Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib xx.xx.2019-cu il tarixdə saat 03 radələrində sonuncu ilə birlikdə Şahid1 yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi yeni yaşayış massivi ünvanında yerləşən ünvansız fərdi yaşayış evinə gəlmiş, Təqsirləndirilən şəxs1 orada lüt vəziyyətdə çarpayıda yatan Zərərçəkmiş şəxs oyadaraq, sonuncunu qəsdən öldürməyə yönəlmiş niyyətlərini həyata keçirmək üçün evin mətbəx otağından bıçaq götürdükdə, sonuncu həmin bıçağı Təqsirləndirilən şəxs1 əlindən almağa nail olub evdən çıxaraq qəsəbə daxili yol istiqamətində qaçmış, həmin vaxt o, Təqsirləndirilən şəxs1la həmrəy olduğunu nümayiş etdirib, Zərərçəkmiş şəxs təqib edərək evin qarşısında tutub saxlamış, bu zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yaxınlaşaraq bir necə dəfə yumruqla vurmuş, sonuncu əlindəki bıçaqla ona dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirib yenidən qaçmağa nail olaraq həmin evin qarşısından keçən yolun yuxarı hissəsinə tərəf hərəkət etsə də, o, qəsəbə daxili keçən əsas yol istiqamətində Zərərçəkmiş şəxs çataraq sonuncunu saxlayıb təpik və yumruqla zərbələr vurmaqla müqavimətini sındırmış, həmin vaxt Təqsirləndirilən şəxs1 onun Zərərçəkmiş şəxs müqavimətini sındırmasından istifadə edib sonuncunun bədənin müxtəlif nahiyələrinə əli və ayağı, habelə daş parçaları ilə zərbələr vurduqdan sonra, müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirib, sonuncuya xüsusi ağrılar və iztirablar yetirdiklərini dərk və arzu edərək edərək yerdən mişar daşı götürüb Zərərçəkmiş şəxs üzərinə bir neçə dəfə ataraq sonuncuya onunla birlikdə ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilməyən alt dodağın sol yarısının dodaq haşiyəsinə və selikli qişasına qansızması, sol əlin İ barmağının tış səthinin, sağ əlin və İ,V barmaqlarının tış səthlərinin, sol ayağın İ barmağının arxa səthinin səthi əzilmiş yaralarısı, sağ qulaq seyvanı və sağ gicgah-çənə oynağı nahiyəsinin sıyrıqlı qançırı, sol dirsək oynağı nahiyəsinin sıyrıqlı qançır-şişkinliyi, şənə nahiyəsinin, boyun nahiyəsinin, sol əlin ovuc səthinin, sağ əlin tış səthinin və sol baldır nahiyəsinin qançırları,alın nahiyəsinin, sağ bazu oynağı nahiyəsinin, sağ bazu nahiyəsinin, sağ milbilək oynağı nahiyəsinin, sağ kürək nahiyəsinin, döş qəfəsinin sağ yarısının arxa səthinin, bel nahiyəsinin sol yarısının, sağ sağrı və bud nahiyəsinin, sol diz oynağı nahiyəsinin, sol baldır nahiyəsinin fasiləli sıyrıqları,sağ almacıq nahiyəsinin, alt dodağın, boyun nahiyəsinin, sağ çiyin qurşağı nahiyəsinin, sol bazu oynağı nahiyəsinin, döş qəfəsinin sağ yarısının ön səthinin, sol kürək nahiyəsinin, bel nahiyəsinin, hər iki bud nahiyəsinin, hər iki baldır nahiyəsinin, hər iki ayaq pəncəsinin sıyrıqları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malik üst çənədə solda 2-ci dişin travmatik düşməsi ilə müşayiət olunan üst dodaq haşiyəsinə və selikli qişasına qansızma, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə malik burun sümüklərinin sınıqları ilə müşayiət olunan burun nahiyəsinin çoxsaylı sıyrıqları, sol Vİİ-Vİİİ qabırğaların sınıqları ilə müşayiət olunan döş qəfəsinin sol yarısının sıyrıqları, sol baldır sümüklərinin qapalı sınıqları ilə müşayiət olunan sol baldır nahiyəsinin qançırı və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik baş beyinin qişaları altına, toxumasına qansızmalar və sol təpə sümüyünün kəllə əsasına keçən qəlpəli və xətti sınıqları ilə müşayiət olunan alın nahiyəsinin, hər iki təpə nahiyələrinin, ənsə nahiyəsinin əzilmiş-cırılmış yaralan, sol təpə nahiyəsinin dərialtı hematoması və həmin nahiyələrdə başın yumşaq toxumalarının iç səthinə qansızmalar, dalağa, mədəaltı vəziyə və sol tərəfdə böyrəkətrafı piy toxumasına qansızmalar, sağ baldır sümüklərinin açıq sınığı, sol baldır sümüklərinin qapalı sınığı kimi yetirdiyi çoxsaylı xəsarətlərdən burun sümüklərinin, sol Vİİ-Vİİİ qabırğaların, sağ baldır sümüklərinin açıq, sol baldır sümüklərinin qapalı sınıqları ilə əlaqədar inkişaf edən travma şoku Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş, o bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Hökmdən narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayəti Təqsirləndirilən şəxs2 barəsində Bakı Ağır Cinayətlər məhkəməsi tərəfindən çıxarılmış xx xxxxxxxx 2020-ci il tarixli hökmün dəyişdirilməsi, Təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələrindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə tövsif edilməsi və Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğunun olmamasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını, ailəli olması, himayəsində iki azyaşlı uşağının olması kimi yüngülləşdirici halları nəzərə almaqla Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin sanksiyasının aşağı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istintaq orqanı və işə baxan birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün tövsif edilməmişdir, tətbiq edilməli olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi məhkəmə tərəfindən tətbiq edilməmişdir, ona münasibətdə cinayət qanunun təqsirə görə məsuliyyət prinsipi, ədalət və humanizm prinsipləri açıq-aşkar pozulmuşdur, təyin edilmiş cəza törədilmiş əmələ, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun deyildir. Baş vermiş hadisənin zərər çəkmiş şəxsin bilavasitə uzun sürən qanuna zidd hərəkətləri, davranışları nəticəsində törədilməsi məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir, bu kimi pozuntular sonda məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 həddindən artıq ağır cəza təyin edilməsi ilə nəticələnmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi əməli ən uzağı qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilməli idi, lakin nə cinayət işinin istintaqını aparan istintaq orqanı, nə də işə baxan birinci instansiya məhkəməsi işə düzgün baxmamış, Təqsirləndirilən şəxs2 əməlini düzgün qiymətləndirməmişdir, əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəyə tövsif etməmişdir. Hesab edirlər ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi qəsdən öldürmək niyyətinin olmasını, onu qəsdən öldürməsini ittiham tərəfi məhkəmədə sübut edə bilməmişdir. Hökmdən cinayət-prossesual qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instanisya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdırmış, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspert rəyi və işin digər obyektiv halları ilə tam təsdiq olunmuş, həmin sübutlara əsasən Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxs2 barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları (himayəsində iki azyaşlı uşağının olmasını) və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halların olmamasını əsas götürərək məhkum Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddənin sanksiyası həddində, məhkumun şəxsiyyətinə və törətdiyi əmələ uyğun, qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün qanuniliyi və əsaslılığını yoxlayaraq hesab edir ki, hökm qanuni və əsaslıdır, hökm qəbul edilərkən hər hansı bir maddi və ya prosessual hüquq normasının tələbləri pozulmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 407-ci maddələrini rəhbər tutaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs2 verdiyi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Yekun qərar qəbul edildiyi andan qüvvəyə minir. Yekun qərardan Azərbaycan Respublikası CPM-in 408-410-cu maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №1(103)-124/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-124/2021
26.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver