Məhkəmə qərarları › İş №1(103)-1241/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1241/2020

19.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1241/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Əmir Novruz oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Mələk Nofəl qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun X iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 127.2.3-cü maddələri ilə məhkum olunmasına dair xx xxxxxx 2017-ci il tarixli, 1(101)-881/2017 saylı hökmündən apelyasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpasına dair məhkumun ərizəsinin təmin edilməməsi barədə həmin məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli, 1(101)-881/2017 saylı qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında ilkin baxış keçirərək, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(101)-881/2017 saylı hökmü ilə məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 391.2.1-ci maddəsinin tələbinə əsasən verilmiş apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə aid olubolmamasını yoxlayıb, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya protesti Bakı Apellyasiya Məhkəməsinə aid olmadığından cinayət işi ilə birlikdə aidiyyatı üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin iş üzrə sözügedən hökmünün nəticəvi hissəsində hökmdən apellyasiya şikayətinin və apellyasiya protestinin Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilməsi göstərilmişdir. Həmçinin iş materiallarına əsasən müəyyən olunur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməllərini Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, yeni Yoncalıq yaşayış massivi, R.Mehdiyev küçəsində törətmişdir. Azərbaycan Respublikası CPM-nin 72-ci maddəsinə əsasən apellyasiya məhkəmələri cinayət işləri və cinayət təqibi ilə bağlı materiallar üzrə apellyasiya instansiyası məhkəməsi qismində fəaliyyət göstərir və apellyasiya məhkəmələri yurisdiksiyalarına aid edilmiş rayon (şəhər) məhkəmələrinin, yurisdiksiyalarına aid edilmiş hərbi məhkəmələrin və yurisdiksiyalarına aid edilmiş ağır cinayətlər məhkəmələrinin qanuni qüvvəyə minməmiş hökmlərindən və digər qərarlarından apellyasiya şikayətləri və ya apellyasiya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 4 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 3.14-cü bəndinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsi (Sumqayıt Apelyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazi vahidlərində baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar üzrə) Sumqayıt Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsidir. Azərbaycan Respublikası CPM-nin 29.1-ci maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası CPM-nin 391.3.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin məhkəmə aidiyyatı üzrə göndərilməsi haqqında qərar qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.3.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 127.2.3-cü maddələri ilə məhkum olunmasına dair xx xxxxxx 2017-ci il tarixli, 1(101)-881/2017 saylı hökmündən apelyasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpasına dair məhkumun ərizəsinin təmin edilməməsi barədə həmin məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli, 1(101)-881/2017 saylı qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti cinayət işi ilə birlikdə aidiyyatı üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan bir ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar