Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1241/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Əhmədov Zəfər Vahid oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7 qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakıları ilə, xx xxxxx 1980-cı ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(064)-16/2025 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə təyin edilmiş 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə Goranboy Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(045)-53/2022 nömrəli hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplamaq yolu ilə qəti olaraq 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Beyləqan rayonu, Təzəkənd Ə/D, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşamış, Füzuli Rayon Məhkəməsinin 1(064)- 16/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə növündə cəza çəkən, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli hökmündən zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İ.İşin halları:
1. Hökmə əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir.
2. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 ona qarşı yaranmış etibarından suiistifadə edib həbsdə olan şəxsləri azad etdirmək imkanının olmasına inandıraraq, sonuncunun həbsdə olan əri X2 həbsdən azad etdirəcəyinə dair yalandan vəd verib, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 02 dekabr 2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən "Rahat market" adlı mağazada quraşdırılmış "PashaPay" ödəmə terminalından onun 4169- 7387-7053-6328 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına göndərdiyi 550 manat, 06 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Lider market" adlı mağazada quraşdırılmış "eManat" ödəmə terminalından onun 4169-7387-7053-6328 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına göndərdiyi 900 manat, 16 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində 5000 manat, 04 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Al market" adlı mağazada quraşdırılmış "eManat" ödəmə terminalından onun 4169-7387-7053-6328 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına göndərdiyi 100 manat, 06 yanvar 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Lider market" adlı mağazada quraşdırılmış "eManat" ödəmə terminalından onun 4169-7387-7053-6328 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına göndərdiyi 600 manat, 11 yanvar 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Lider market" adlı mağazada quraşdırılmış "eManat” ödəmə terminalından onun 4169-7387-7053-6328 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına göndərdiyi 300 manat, 12 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində 1000 manat, 17 yanvar 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Lider market" adlı mağazada quraşdırılmış "eManat" ödəmə terminalından onun 4169-7387-7053-6328 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına göndərdiyi 100 manat, 18 yanvar 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Lider market" adlı mağazada quraşdırılmış "eManat” ödəmə terminalından onun 4169-7387-7053-6328 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına göndərdiyi 400 manat, 26 yanvar 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Lider market" adlı mağazada quraşdırılmış "eManat” ödəmə terminalından onun 4169-7387-7053-6328 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına göndərdiyi 1000 manat, 02 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Lider market" adlı mağazada quraşdırılmış "eManat" ödəmə terminalından onun 4169-7387-7053-6328 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına göndərdiyi 500 manat, 20 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Lider market" adlı mağazada quraşdırılmış "eManat” ödəmə terminalından onun 4169-7387-7053-6328 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına göndərdiyi 1000 manat pulu ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 11450 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.
3. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 ona qarşı yaranmış etibarından sui- istifadə edib, sosial yardım düzəltmək kimi imkanının olmasına inandıraraq, sonuncunun qohumuna sosial yardım düzəldəcəyinə dair yalan vəd verib, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 ünvan 3 ünvanda yerləşən evindən "Birbank" mobil tətbiqi vasitəsilə onun 5239-1517-1902-7446 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına 29 yanvar 2024-cü il tarixdə göndərdiyi 450 manat, 04 fevral 2024-cü il tarixdə həmin ünvandan qeyd edilən karta göndərilmiş 191 manat, 10 fevral 2024-cü il tarixdə göndərdiyi 191 manat, 20 fevral 2024-cü il tarixdə göndərdiyi 120 manat, 24 fevral 2024-cü il tarixdə həmin ünvandan qeyd edilən karta göndərilmiş 300 manat, 15 mart 2024-cü il tarixdə həmin ünvandan qeyd edilən karta göndərilmiş 150 manat, 20 mart 2024-cü il tarixdə həmin ünvandan qeyd edilən karta göndərilmiş 150 manat pulu ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1552 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 1(009)-128/2025 saylı hökmü ilə (sədrlik edən Ü.S.Şükürova) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin ediməsi, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası Füzuli Rayon Məhkəməsinin 1(064)-16/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin Füzuli Rayon Məhkəməsinin 1(064)-16/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən 24 sentyabr 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin 1(064)-16/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə 16 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrumetmə növündə cəza çəkməsinin nəzərə alınması hökm edilmişdir. Hökmlə həmçinin məhkəmə məsrəfləri məsələsi də öz həllini tapmışdır.
5. Hökmdən Zərərçəkmiş şəxs1 apelyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli hökmünün dəyişdirilərək, təyin edilmiş cəzanın ağırlaşdırılmasını xahiş etmişdir.
İİ.Apelyasiya şikayətinin dəlilləri və etirazlar:
6. Zərərçəkmiş şəxs1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayından başlayaraq həyat yoldaşı X4 barəsində başlanmış cinayət işindən həyat yoldaşının azadlığa buraxılması ilə əlaqədar dələduzluqla təkrartəkrar onu aldadaraq etibarından sui-istifadə edərək hissə-hissə 11450 (on bir min dörd yüz əlli) manat pul almışdır. Aşağıda göstərilənlərə əsasən, X5 barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-128/2025 nömrəli xx.xx.2025-ci il tarixli hökmünü qanunsuz və əsassız hesab edir. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsində aparılan məhkəmə istintaqında tam, hərtərəfli, obyektiv araşdırma aparılmadığı və nəticədə zərərçəkmiş şəxsə nisbətdə qanunsuz, əsassız, ədalətsiz hökm çıxarılması göstərilmişdir. Bu qədər təkrar-təkrar etibardan sui-istifadə edərək aldatma yolu ilə zərərçəkmiş şəxslərə maddi ziyanlar vurmaqla dələduzluq etmişdir. Təkcə Zərərçəkmiş şəxs1 ümumilikdə 11450 (on bir min dörd yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Başqa zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs2da istintaqla zərərçəkmiş şəxs kimi tanınmışdır. Lakin məhkəmə Təqsirləndirilən şəxs törətdiyi ağır cinayət əməllərinə görə həddən artıq yüngül cəza təyin etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ağırlaşdıran hallarını, onun əməlini təkrar-təkrar törədərək zərərçəkmiş şəxslərə vurduğu ziyanı və təkrarlayaraq etibardan sui-istifadə edərək cinayət törətməsini və dəymiş ziyandan ödəniş etməməsini nəzərə almayaraq, ona çox yüngül cəza təyin etmişdir. Buradan da göründüyü kimi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-128/2025 nömrəli xx.xx.2025-ci il tarixli hökmünün ədalətsiz hökm olması göz qabağındadır. Məhkəmə maddi ziyandan heç bir ödəniş etməyə-etməyə ona həddindən artıq yüngül cəza təyin etmişdir. Ona görə də Təqsirləndirilən şəxs dəfələrlə bildirir ki, onun polis, prokurorluq və məhkəmə orqanlarında yüksək əlaqələri var, heç kim ona heç nə edə bilməz. Ona həddindən artıq yüngül cəzanın təyin edilməsi buna sübutdur. Beləliklə də zərər çəkmiş şəxsin qanunla qorunan və müdafiə olunmalı hüquqları nəzərə alınmamış və nəticədə ədalətsiz və qanunsuz olaraq təqsirləndirilən şəxsə çox yüngül cəza təyin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsində onun iştirakı cəmi bir dəfə təmin olunub digər məhkəmə proseslərinin vaxtı barədə ona heç bir məlumat verilməyib və onun iştirakı olmadan məhkəmə prosesləri keçirilərək qanunsuz hökm çıxarılmışdır. Həmçinin bir zərərçəkmiş şəxs kimi ona mülki iddia vermək hüququ da izah edilmədiyindən məhkəmə prosesi zamanı mülki iddia verə bilməmişdir.
7. Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
İİİ.Proses iştirakçılarının çıxışları:
8. Apelyasiya icraatında Zərərçəkmiş şəxs1 apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli hökmünün dəyişdirilərək, təyin edilmiş cəzanın ağırlaşdırılmasını xahiş etmişdir.
9. Apelyasiya icraatında dövlət ittihamçısı təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsində iştirak edən dövlət ittihamçısının təklif etdiyi həddə cəza təyin edilməsinə etiraz etmədiyini bildirmişdir.
İV. Hüquqi məsələlər:
10. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır.
11. Azəbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.
12. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.
13. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.
14. Qeyd etmək zəruridir ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri CM-nin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir.
15. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan zərərçəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apelyasiya şikayətinin əsas dəlili təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzanın ağırlaşdırılmasından ibarətdir.
16. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələri (ədalət prinsipi və sosial ədalətin bərpa edilməsi, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti və s.) baxımından məqsədəuyğun saymayaraq aşağıdakıları qeyd edir.
17. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində iki uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb, onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini cinayətlərin residivi, CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməsi və təqsirləndirilən şəxsə cinayət qanunvericiliyinin müəyyən etdiyi hədlər daxilində azadlıqdan məhrumetmə cəzası təyin etməklə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
18. Cəzanın məqsədinə gəldikdə isə Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir.
19. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir.
20. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir.
21. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə də cəza siyasətinin humanistləşdirilməsi qarşıya qoyulan əsas vəzifə kimi göstərilmişdir. Azadlıqdan məhrum etmə ilə yanaşı alternativ cəzaların tətbiqinin genişləndirilməsi, alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilməsi mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə almışdır, təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinə əsasən məhkəmə hökmü ilə təyin edilən normanın saksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası cinayət qanunvericiliyinin və cinayət məsuliyyətinin prinsiplərinə tam uyğundur, zərərçəkmiş şəxslərin apelyasiya şikayətlərinin dəlillərində qeyd etdikləri təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağırlaşdırılması nəticəsinə gəlməyə əsas vermir.
23. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya insitansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır.
24. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli hökmü isə əsaslı və qanuni olduğundan apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli hökmü apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Sədrlik edən Elmar Rəhimov
Hakimlər Zəfər Əhmədov
Emin Mehdiyev