Məhkəmə qərarları › İş №1(103)-1246/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1246/2021

26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1246/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Faiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X2, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli hökmündən Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında ilkin baxış keçirərək MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Hökmdən narazı qalan Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1 apellyasiya protesti verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli hökmünün dəyişdirilməsini və məhkumun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasına dair müddəaların xaric olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs məhkum Təqsirləndirilən şəxs ilə barışması, ona qarşı şikayət və tələbinin olmamasına dair ərizə təqdim etmişdir. Apellyasiya baxışı zamanı məhkumun müdafiəçisi Müdafiəçi2 Təqsirləndirilən şəxs “Vətən müharibəsi”nin iştirakçısı olmasını bildirərək “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X5 Birliyinin Mİ 011127 nömrəli, 03 sentyabr 2021-ci il tarixli vəsiqəsinin surətini və Təqsirləndirilən şəxs “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmasına dair Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncəmının surətini məhkəməyə təqdim etdi. Apellyasiya protestinin məhkəmə icraatı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X4 ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətini geri götürdüyünü və apellyasiya protestinin baxılmasına xitam verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə prosesində müdafiə tərəfi apellyasiya protestdən imtina edilməsinin apellyasiya protesti vermiş şəxsin hüququ olduğunu bildirmiş və apellyasiya protestinin geri götürülməsinə etiraz etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası həmin ərizəni müzakirə edərək, apellyasiya protestinə baxılmasına xitam verilməsi barədə prosess iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, aşağıdakı əsaslara görə Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinin baxılmasına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 390.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin Məcəllənin 391.11-ci maddəsinə görə apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 396-cı maddəsinə görə apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz apellyasiya tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinin baxılmasına xitam verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 396-cı maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli hökmündən iş üzrə Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1 verilmiş apellyasiya protestinin baxılmasına xitam verilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar