Məhkəmə qərarları › İş №1(103)-125/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-125/2023

23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-125/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Firdovsi oğlunun sədrliyi və məruzəsi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X6, müdafiəçi – Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, bəraət almış şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-7/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və mülki iddiaçı-zərərçəkmiş Bakı şəhər Lokal Gəlirlər Baş idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-7/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Vüsal Qurbanov) 04 avqust 1965-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 45 “A”, mənzil 16 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-maddəsi ilə irəli sürülmüş ittihamın həmin Məcəllənin 213.1-ci maddəsi ilə davam etdirilməsinə dair Dövlət ittihamçısı qismən imtinası qəbul edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə bəraət verilmişdir. İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi və fəaliyyət ünvanı ünvan 1 MMC” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) təsisçisi və faktiki rəhbəri olarkən, həmin cəmiyyətin nizamnaməsində nəzədə tutulmuş funksiyaları özü tam yerinə yetirərək, əmlakının, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 103, 104, 105.1, 125.1.4, 130.1, 130.2, 149, 153, 154, 159.1, 173, 174, 175, 177 və 178-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə, ümumilikdə külli miqdar təşkil edən 140562,12 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, o, təsisçisi və faktiki rəhbəri olduğu "xxxx" MMC-nin adından həyata keçirdiyi alqı-satqı əməliyyatları nəticəsində, 2017-ci il üzrə gəliri 1119827,25 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərcləri 933189,40 manat, əldə etdiyi mənfəəti 186637,85 manat və həmin il üzrə ödəməli olduğu mənfəət vergisi 37327,57 manat olduğu halda, həmin ilin yekunlarına dair vergi orqanına təqdim etdiyi mənfəət vergisinin bəyannaməsində gəlirini 891818,33 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərclərini 889421,33 manat, əldə etdiyi mənfəətini 2397,00 manat və ödəməli olduğu mənfəət vergisini 479,40 manat göstərərək, 36848,17 manat; 2018-ci il üzrə gəliri 2656806,71 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərcləri 2214005,59 manat, əldə etdiyi mənfəəti 442801,12 manat və həmin il üzrə ödəməli olduğu mənfəət vergisi 88560,22 manat olduğu halda, həmin ilin yekunlarına dair vergi orqanına təqdim etdiyi mənfəət vergisinin bəyannaməsində gəlirini 2297445,71 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərclərini 2290445,71 manat, əldə etdiyi mənfəətini 7000,00 manat və ödəməli olduğu mənfəət vergisini 1400,00 manat göstərərək, 87160,22 manat, cəmi isə 124008,39 manat mənfəət vergisini; bundan başqa o, "xxxx" MMC-nin (VÖEN **********) adından 2018-ci ildə müxtəlif adda mal-materialların idxalını və alqı-satqı əməliyyatlarını həyata keçirməsi nəticəsində qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi ƏDV bəyannamələrinə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə, 2018-ci ilin mart ayı üzrə 5491,00 manat ƏDV tutulan dövriyyədən, 988,38 manat ƏDV-ni az, aprel ayı üzrə 9507,00 manat ƏDV tutulan dövriyyədən, 1711,26 manat ƏDV-ni az, may ayı üzrə 29832,95 manat ƏDV tutulan dövriyyədən, 5369,94 manat ƏDV-ni az, iyun ayı üzrə 56730,00 manat ƏDV tutulan dövriyyədən, 10211,40 manat ƏDV-ni az, iyul ayı üzrə 43244,28 manat ƏDV tutulan dövriyyədən, 7783,97 manat ƏDV-ni artıq, avqust ayı üzrə 57880,56 manat ƏDV tutulan dövriyyədən, 10418,50 manat ƏDV-ni az, sentyabr ayı üzrə 23285,78 manat ƏDV tutulan dövriyyədən, 4191,44 manat ƏDV-ni az, oktyabr ayı üzrə 2472,50 manat ƏDV tutulan dövriyyədən, 445,05 manat ƏDV-ni az, noyabr ayı üzrə 2257,89 manat ƏDV tutulan dövriyyədən, 406,42 manat ƏDV-ni az, dekabr ayı üzrə 612,50 manat ƏDV tutulan dövriyyədən, 110,25 manat ƏDV-ni az, nəticədə 33852,64 manat vergiləri az, 7783,97 manat ƏDV-ni artıq hesablamaqla, cəmi 26068,67 manat ƏDV-ni, 124008,39 manat mənfəət vergisini, ümumilikdə isə külli miqdarda təşkil edən 140562,12 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Hökmdən mülki iddiaçı-zərərçəkmiş Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-7/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini və tərəfindən verilmiş mülki iddianın tam təmin edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-7/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə əsas və əlavə cəzanın təyin edilməsi və mülki iddianın tam təmin edilməsi barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Mülki iddiaçı-zərərçəkmiş Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X12 məhkəmə iclasında apellyasiya şikayətini mülki iddiaya dair hissəsində müdafiə edərək, ona uyğun izahat verərək, məhkəmədən şikayətin mülki iddiaya dair hissəsində təmin edilməklə, ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7 məhkəmə iclasında apellyasiya protestini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Müdafiəçi, bəraət almış şəxs Təqsirləndirilən şəxs hər birisi ayrı-ayrılıqda protestin və şikayətin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-7/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ittiham özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir, həmin MMCni 2016-cı ildə özü təsis etmişdir. MMC-nin fəaliyyəti əsasən müxtəlif təyinatlı malların, o cümlədən müxtəlif adda qıfıl, tibbi ləvazimat, elektrik akkumulyatoru və iri buynuzlu malqaranın respublikaya idxal olunmasından və satışından ibarət olmuşdur. İşin həcmindən asılı olaraq müəssisədə 3-5 nəfər işçi işləmiş, onlarla əmək müqaviləsi imzalanmış, onlara əmək haqqı ödənilmişdir. Müəssisənin mühasibi olmadığından, mühasibatlıq işlərini özü həyata keçirmişdir. Müəssisənin fəaliyyətinə dair bütün hesabatları qanunla müəyyən edilmiş müddətlərdə vergi orqanlarına özü təqdim etmişdir. Müəssisənin fəaliyyəti barədə məlumatları özündə əks etdirən sənədlərin bir hissəsinin kserosurətləri istintaq orqanı tərəfindən ondan götürülmüş, lakin xərc sənədlərinin çox hissəsi ondan götürülməmiş və həmin xərc sənədləri nəzərə alınmamışdır. Nəticədə əsassız olaraq 140562,12 manat məbləğində vergi hesablandığını və həmin vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı ilə ona ittiham elan edildiyini qeyd edərək, ona verilmiş ittiham üzrə bəraət verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində mülki iddiaçı mülki iddiaçı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs X8 2018-ci ilin mart ayı üzrə 5491,00 manat ƏDV tutulan dövriyyədən, 988,38 manat ƏDV-ni az, aprel ayı üzrə 9507,00 manat ƏDV tutulan dövriyyədən, 1711,26 manat ƏDV-ni az, may ayı üzrə 29832,95 manat ƏDV tutulan dövriyyədən, 5369,94 manat ƏDV-ni az, iyun ayı üzrə 56730,00 manat ƏDV tutulan dövriyyədən, 10211,40 manat ƏDVni az, iyul ayı üzrə 43244,28 manat ƏDV tutulan dövriyyədən, 7783,97 manat ƏDV-ni artıq, avqust ayı üzrə 57880,56 manat ƏDV tutulan dövriyyədən, 10418,50 manat ƏDV-ni az, sentyabr ayı üzrə 23285,78 manat ƏDV tutulan dövriyyədən, 4191,44 manat ƏDV-ni az, oktyabr ayı üzrə 2472,50 manat ƏDV tutulan dövriyyədən, 445,05 manat ƏDV-ni az, noyabr ayı üzrə 2257,89 manat ƏDV tutulan dövriyyədən, 406,42 manat ƏDV-ni az, dekabr ayı üzrə 612,50 manat ƏDV tutulan dövriyyədən, 110,25 manat ƏDV-ni az, nəticədə 33852,64 manat vergiləri az, 7783,97 manat ƏDV-ni artıq hesablamaqla, cəmi 26068,67 manat ƏDV-ni, 124008,39 manat mənfəət vergisini, ümumilikdə isə 140562,12 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bu səbəbdən dövlət büdcəsinə ödənilməkdən yayındırılmış 140562,12 manat məbləğində ziyanın (vergi məbləğinin) mülki cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsini və mülki iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bəyannamələr İdarəsinin 1-ci şöbəsinin böyük dövlət vergi müfəttişi Şahid1 ifadəsində bildirmişdir ki, "xxxx" MMC-yə (VÖEN **********) 2018-ci ilin iyun və avqust ayları üçün əlavə dəyər vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış verginin tərkibi Vergilər Nazrliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin Bəyannamələr idarəsində araşdırılmışdır. 2018-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə aparılan araşdırma zamanı vergi ödəyicisinin xx.xx.2017-ci il tarixə 0,0 manat mal qalığının olduğu, xx.xx.2017-xx.xx.2018-ci illər ərzində 1584347,15 manat məbləğində malların idxal olunduğu müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar idxal edilmiş mallara ticarət əlavəsi tətbiq edilməklə (20%) müvafiq dövr üzrə vergiyə cəlb edilən dövriyyənin 1661662,2 manat göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2018-cı il tarixli **********139800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluqların səbəbləri ilə bağlı əsaslandırılmış izahat, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2018-ci ilin iyun ayı üçün əlavə dəyər vergisi üzrə 43119,8 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********053300 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. 2018-ci ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə aparılan araşdırma zamanı vergi ödəyicisinin xx.xx.2017-ci il tarixə 0,00 manat mal qalığının olduğu, xx.xx.2017- xx.xx.2018-ci illər ərzində 2167915,55 manat məbləğində malların idxal olunduğu müəyyən edilmişdir. Qeyd olunanlar, eyni zamanda satılmış mallara ticarət əlavəsi tətbiq edilməklə müvafiq dövr üzrə vergiyə cəlb edilən dövriyyənin 2495365,54 manat göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuş, qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********012400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluqların səbəbləri ilə bağlı əsaslandırılmış izahat, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2018ci ilin avqust ayı üçün əlavə dəyər vergisi üzrə 18765,2 manat əlavə vergi məbləği hesablanmışdır. Bu barədə vergi ödəyicisinə xx.xx.2018-cı il tarixli **********335200 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Audit şöbəsinin dövlət vergi müfəttişi Şahid4 ifadəsində bildirmişdir ki, ********* nömrəli cinayət işinin materialları üzrə mütəxəssis ayrılmasına dair 20 may 2019-cu il tarixli qərarın icrası ilə əlaqədar olaraq "xxxx" MMC-nin xx.xx.2016- xx.xx.2019 vergi dövrü üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin məbləğinin müəyyən edilməsi, həmçinin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə daxil olmuş materiallar, AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatları əsasında araşdırmalar aparılmışdır. "xxxx" MMC-nin şəxsi hesab vərəqəsi və ona əlavə olunmuş sənədlər əsasında 2018-ci ilin iyun ayı üzrə kameral vergi yoxlaması ilə hesablanmış 39303.37 manat məbləğində əlavə dəyər vergisinin, 2018-ci ilin avqust ayı üzrə hesablanmış 29075,60 manat (10310.4 manat cari, 18765.2 kameral) əlavə dəyər vergisinin, 2018-ci ilin sentyabr ayı üzrə cari hesablanmış 4162,32 manat əlavə dəyər vergisinin, 2018-ci il üzrə təqdim olunmuş bəyannamələrə əsasən 9.24 manat isə MÖMV məbləğlərinin, ümumilikdə 72550.53 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması qeyd olunmuşdur. AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatlarına, o cümlədən xx.xx.2019 tarixli şəxsi hesab vərəqəsi məlumatlarına əsasən xx.xx.2016-xx.xx.2019 hesabat dövründə 276630.58 manat vergilər hesablanmış, hesablanmış vergilərə 183104.02 manat azalma verilmiş, dövlət büdcəsinə 16893.73 manat vergi ödənişi aparılmış, xx.xx.2019-cu il vəziyyətinə müəssisənin 76644.69 manat əsas vergilər üzrə borcu olmuşdur. ŞHV üzrə borcun tərkibində vergilər-2018-ci ilin maydekabr aylarının ƏDV-si 74441.74 manat, 2019-cu ilin fevral-may aylrarının ƏDV-si 546.48 manat, 2018-ci il MÖMV 26.32 manat, 2018-ci ilin mənfəət vergisi 920.60 manat, 2018-ci ilin 2-4-cü rübləri üçün avans hesablanmış mənfəət vergisi 359.55 manat, 2019-hesablanmış cari mənfəət verçisi 350 manat təşkil etmişdir. Sadələşdirilmiş vergi üzrə cəmiyyət tərəfindən araşdırılan xx.xx.2016- xx.xx.2017 vergi dövründə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri üzrə 176.24 manat sadələşdirilmiş vergi hesablanaraq ödənilmiş, kənarlaşma aşkar edilməmişdir. ƏDV üzrə araşdırma zamanı cəmiyyət tərəfindən araşdırılan xx.xx.2016- xx.xx.2019 vergi dövründə təqdim edilmiş ƏDV bəyannamələri üzrə ƏDV-dən azad olunan satış 527120.0 manat, 18% ƏDV tutulan satış 2696845.79 manat, satışdan ƏDV 485432.24 manat, əvəzləşdirilən ƏDV 462837.79 manat (idxalda 4622221.92 manat, daxili alışda 615.87 manat) olmaqla büdcəyə ödənilməli ƏDV 22594.46 manat təşkil etmişdir. Kameral yoxlama ilə cəmiyyətin xx.xx.2016-xx.xx.2019 vergi dövründə ƏDVdən azad olunan satış 527120.0 manat, ƏDV tutulan satışı 3038620.80 manat, satışdan ƏDV 546951.74 manat, idxalda əvəzləşdirilən ƏDV 456444.89 manat olmaqla büdcəyə ödənilməli ƏDV 90506.86 manat müəyyən edilmişdir. AVİS və Hesabat/Axtarış informasiya sisteminin (elektron qaimə, elektron VHF, idxalda YGB) məlumatlarına əsasən və ödəyicinin öz ƏDV bəyannamələri əsas götürülməklə cəmiyyətin araşdırılan dövrdə ƏDV-siz qiymətlə daxili bazarda aldığı mallar 27779.95 manat, xidmətlər 2970.30 manat, xaricdən idxal etdiyi mallar 3100607.25 manat (malın dəyəri 2981205.95 manat, idxal rüsumu 100941.30 manat, digər rüsumlar 18460.0 manat), idxalda ödənilmiş və əvəzləşdirilməli ƏDV 470821.47 manat olmuşdur. Cəmi ƏDV-siz qiymətlə alış 3131357.50 manat (bunun 2970.30 manatı xidmət alışından ibarətdir) təşkil etmiş, araşdırma ilə idxal edilmiş və daxili bazarda alınmış 2744902.81 manatlıq malların təqdim etməsi aşkar edilmədiyindən ödəyicinin bəyan etdiyi ƏDV bəyannamələri əsas götürülməklə və idxal gömrük rəsmiləşdirilməsində tətbiq edilən qiymət nəzərə alınmaqla təqdim edilmiş mallar üzrə ƏDV-dən azad olunan satış 484620.0 manat, 18% ƏDV tutulan satış 2784651.96 manat, satışdan ƏDV 501237.35 manat, idxalda ödənilmiş və əvəzləşdirilən ƏDV 470821.46 manat olmaqla büdcəyə ödənilməli ƏDV 30415.9 manat müəyyən edilmişdir. Araşdırılan dövr üzrə ƏDV-nin 60090.96 manat artıq hesablandığı müəyyən edilmiş, mənfəət vergisi üzrə araşdırma zamanı təqdim edilmiş 2017-ci iİ üçün mənfəət vergisi bəyannaməsi üzrə (kameral düzəliş aparılmamışdır) satış gəliri 891818.33 manat, xərcləri 889421.33 manat, vergiyə cəlb olunan mənfəət 2397.00 manat və hesablanmış mənfəət vergisi 479.40 manat olmuşdur. 2018-ci ili üçün isə təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə (kameral düzəliş aparılmamışdır) satış gəliri 2297445.71 manat, xərcləri 2290445.71, vergiyə cəlb olunan mənfəət 7000.00 manat və hesablanmış mənfəət vergisi 1400.00 manat olmuşdur. Faktiki olaraq cinayət işinə əlavə olunmuş materiallara, AVİS və Hesabat/Axtarış informasiya sisteminin baza məlumatlarına idxal YGB, alış-satış EVHF, elektron qaimə, bank məlumatlarına əsasən xərclər müəyyənləşdirilmiş, xərcləri təsdiq edən sənəd kimi idxal sənədləri və bunlarla bağlı xərcləri təsdiq edən sənədlər əsas götürülərək, gəlirləri təsdiq edən sənədlər, eyni zamanda çeşid fərqi üzrə satış gəlirində xərcləri təsdiq edən sənədlər olmadığına və anoloji vergi ödəyicisi tapılması mümkün olmadığından Vergi Məcəlləsinin 83.9-cu maddəsinə, Nazirlər Kabinetinin 01,03.2001-ci il tarixli 55 saylı və xx.xx.2003-cü il tarixli 42 saylı qərarlarına əsasən xərclərə görə 20% şərti rentabellik tətbiq edilməklə, 2017-ci ildə xərclər daxili alışda 12163.00 manat, idxal edilmiş mallar 916973.40 manat, əmək haqqı xərcləri 2650.00 manat, DSMF ayırmaları 583.00 manat, bank xidməti 550.00 manat, rabitə xərcləri 270.0 manat olmaqla, ümumilikdə 933189.40 manat olduğundan 2017-ci ildə ödənilməli mənfəət vergisi 37327.57 manat (933189.40: 100 x 20 x 20%) müəyyən adilmişdir. 2018-ci ildə xərclər daxili alışda 15616.95 manat, idxal edilmiş mallar 2183633.85 manat, əmək haqqı xərcləri 7584.32 manat, DSMF ayırmaları 1706.47 manat, bank xidməti 4000.00 manat, rabitə xərcləri 600.0 manat, icarə haqqı xərcləri 864.00 manat olmaqla ümumilikdə 2214005.59 manat olduğundan 2018-ci ildə ödənilməli mənfəət vergisi 88560.22 manat (2214005.59: 100 x 20 x 20%) müəyyən edilmişdir. 2017-ci il üzrə hesablanmış 479.40 manat mənfəət vergisi nəzərə alınmaqla 36848.17 manat (373327.57-479.40), 2018-ci ildə hesablanmış 1400.00 manat mənfəət vergisi nəzərə alınmaqla 87160.22 manat (885xx.xx- 1400.00) mənfəət vergisinə ŞHV-də əlavə hesablama verilməklə, cəmi əlavə hesablanmalı mənfəət vergisi 124008.39 manat təşkil etmişdir. Araşdırılan dövr üzrə ŞHV-dəki 16893,73 manat ödəniş nəzərə alınmaqla, dövlət büdcəsinə ödəməkdən yayındırılmış verginin məbləği 140562,12 manat (76644.69- 60090.96+124008.39) müəyyən edilmiş, yayındırılmış məbləğin 26068,66 manatını 2018- ci ilin mart-dekabr ayları üzrə ƏDV, 25933,24 manatını 2017-ci ilin mənfəət vergisi, 88560.22 manatını isə 2018-ci ilin mənfəət vergisi təşkil etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 2016-cı ildə tanış olmuş, əvvəllər ticarət fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 2016-cı ildə tanışı vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Nazim onunla işləməyə söz vermiş, Nazim həmin vaxtlar müxtəlif malların idxalı ilə məşğul olmuşdur. Nazim bütün işlərini özü həyata keçirmiş, sadəcə olaraq idxal etdiyi mallar çox olduğundan ona kömək lazım olduğuna görə direktoru olduğu "Almaz-19 MMC” MMCnin adına idxal olunan malların gömrük rəsmiləşdirilməsinə kömək etmək məqsədilə ona xx.xx.2017-ci il tarixdə 31 dekabr 2017- ci il tarixədək qüvvədə olan etibarnamə vermişdir. Onunla malların gömrük rəsmiləşdirilməsinə görə həmin tarixdə 1 ay qüvvədə olan müqavilə bağlamış, hər əməliyyata görə müqavilə əsasında ona 50 manat məbləğində pul verməyi öhdəsinə götürmüşdür. İdxal olunan malların qəbul olunmasında bir sıra hallarda Nazim özü də iştirak etmişdir. İdxal olunan malları rəsmiləşdirdikdən sonra onun özünə təhvil vermiş, bağlanmış müqaviləyə əsasən bir neçə idxal əməliyyatının aparılmasında iştirak etmiş, sonra Nazimlə əlaqələri kəsilmişdir. Həmin vaxtdan sonra Nazimin işləri ilə maraqlanmamış, artıq özü iş qurmağa başlamışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, Almaz-19 MMC" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə təxminən 2017-ci ildə metronun 20 Yanvar stansiyasının yaxınlığında keçən yolda tanış olmuşdur. Öz avtomaşını ilə yolda gedərkən bir nəfər tanımadığı şəxsin yolu keçərkən çətinlik çəkdiyini görüb, həmin adamın spirtli içki qəbul etdiyinə görə də avtomaşınını saxlayıb onu maşına oturması üçün dəvət etmişdir. Həmin şəxs maşına oturandan sonra həqiqətən içkili olduğunu və görmə qabiliyyətinin zəif olduğunu görüb hara getmək istədiyini soruşduqda Nərimanov rayonuna gedəcəyini bildirmişdir. Onu evinə qədər aparmaq qərarına gələrək, yolda gedərkən onunla tanış olmuş, onun adının Nazim olduğunu bilmiş, Nazim Korlar Cəmiyyətində firmada işlədiyini demişdir. Nazimlə tanış olduqdan sonra arada onunla mobil telefon vasitəsilə əlaqə saxlamışdır. 2018-ci ilin təxminən noyabr ayında Nazım mobil telefonla danışıb direktoru olduğu müəssisənin adına idxal etdiyi malların Gömrük İdarəsində rəsmiləşdirilməsi işində ona kömək etmək lazım olduğnu, işi çox olduğundan özünün tək çatdıra bilmədiyini demişdir. Bir tanış kimi onun xahişinə əməl etmiş, Gömrük İdarəsində qoyulan qaydaya əsasən idxal olunan malların sənədlərini gömrük işçisinə təqdim etdikdən sonra həmin sənədlər maliyyə idarəsinə göndərilmiş, amma həmin sənədlərin içərisində onları təqdim edən şəxsin səlahiyyətini təsdiq edən sənəd olmadıqda qəbul olunmayaraq geri qaytarıldığına görə Nazim direktoru olduğu "xxxx" MMC-nin adına idxal olunan malların gömrük rəsmiləşdirilməsinə kömək etmək məqsədilə xx.xx.2018-ci il tarixdə 31 dekabr 2018-ci il tarixədək qüvvədə olan etibarnamə vermişdir. Bu barədə Nazim onunla müqavilə də imzalamış, sadəcə olaraq qan təzyiqi xəstəliyindən əziyyət çəkdiyinə görə yaddaşı zəifləmişdir. Bu qayda ilə təxminən iki dəfə Nazimin müəssisəsinin adına idxal olunmuş malların gömrük rəsmiləşdirilməsini həyata keçirmiş, gömrük sənədləşməsindən sonra gömrük rüsumlarını ödəmək üçün Nazimə zəng vurmuş və Nazim ödənilməli məbləği tanımadığı taksi sürücüsü ilə göndərdikdən sonra Gömrük İdarəsinin kassasına ödəmişdir. Bundan sonra hazır olan sənədləri orada malların boşaldılması və yük maşınlarına bələdçilik edən briqadaya vermiş, gördüyü işə görə Nazim ona 50 manat pul ödəmişdir. Nazimin məhz hansı malları idxal etdiyini xatırlamır, çünki malların idxalına dair tərtib olunmuş sənədlərin məzmununa baxmamışdır. Malları da özü şəxsən görməmiş, buna marağı da olmamış, həmin işlərlə çox vaxt Nazim özü məşğul olmuş, həmin vaxtdan sonra Nazimlə qeyd olunan məzmunda iş birliyi olmamış, amma indiyə kimi də onunla mobil telefonla arada danışaraq, ünsiyyət saxlayır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" MMC-nin baş mühasibi Şahid9 ifadəsində bildirmişdir ki, "xxxx" MMC ilə işlədiyi "TM SERVİS” MMC arasında 2018-ci ilin yanvar-dekabr ayları ərzində sənədlərdə göstərilən tibbi vərəqə və yapışdırıcıların alınması barədə müqavilə bağlanaraq əməliyyatlar aparılmışdır. Həmin müəssisə ilə "xxxx" MMC arasında 2018-ci ilin yanvar-dekabr aylarında sənədlərdə göstərilən müxtəlif sayda tibbi vərəqə və yapışdırıcıların alınmasına dair hər ay üzrə ayrı müqavilə imzalanmış, qeyd olunan müqavilələr "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə "xxxx" MMC-nin direktori X15 arasında bağlanmışdır. Müqavilələrdə göstərilən tibbi vərəqə və yapışdırıcılar ya Təqsirləndirilən şəxs və ya onun tapşırığı əsasında işçisi tərəfindən onlara təhvil verilmişdir. Amma əsasən qeyd olunan malları Təqsirləndirilən şəxs özü gətirib təhvil vermiş, həmin MMCdən alınmış malların dəyəri nağd qaydada "xxxx" MMCnin direktoru Təqsirləndirilən şəxs və ya onun tapşırdığı işçisinə ödənilmişdir. Həmin MMC ilə aparılmış əməliyyatlar qanuna uyğun qaydada sənədləşdirilmiş, həmin MMC-dən alınmış mallar marşrut avtobuslarının sürücülərinin reys qabağı tibbi müayinədən keçirilməsi zamanı istifadə olunmuş, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs “TM SERVİS" MMC ilə aparılmış əməliyyatlarla əlaqədar dəfələrlə müəssisədə olmuşdur. İş materiallarında olan birinci instansiya məhkəməsində elan edilərək araşdırılmış “Diskə baxış keçirilməsi haqqında” 12 aprel 2019-cu il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, 1000-170/1xx-xx/006952 nömrəli məktubu ilə daxil olmuş bir ədəd diskə baxış keçirilmişdir. Həmin bir ədəd diskə baxış keçirilərkən aşağıdakılar müəyyən edilmişdir: - "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək və xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə gömrük bəyannamələri əsasında rəsmiləşdirilən idxal əməliyyatları haqqında 2 cədvəl vardır. - “Almaz-19 MMC" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən Şahid5, Şahid7, X13, X9, Şahid6, X10 adına verilmiş etibarnamələrin kserosurətləri vardır. "xxxx" MMC-nin 2017 və 2018-ci illərdə müxtəlif müəssisələrdən malların idxal olunmasına dair müqavilələr, CMR, sertifikatlar, hesabfakturalar, qaimələr, icazə sənədləri və digər sənədlərin kserosurətləri vardır. İş materiallarında olan birinci instansiya məhkəməsində elan edilərək araşdırılmış Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Audit şöbəsinin dövlət vergi müfəttişi Şahid4 tərəfindən verilmiş 08 iyul 2019-cu il tarixli Mütəxəssis Rəyindən görünür ki, araşdırma ilə idxal edilmiş və daxili bazarda alınmış 2744902.81 manatlıq malların təqdim etməsi aşkar edilmədiyindən ödəyicinin bəyan etdiyi ƏDV bəyannamələri əsas götürülməklə və idxal gömrük rəsmiləşdirilməsində tətbiq edilən qiymət nəzərə alınmaqla təqdim edilmiş mallar üzrə ƏDV-dən azad olunan satış 484620.0 manat, 18% ƏDV tutulan satış 2784651.96 manat, satışdan ƏDV 501237.35 manat, idxalda ödənilmiş və əvəzləşdirilən ƏDV 470821.46 manat olmaqla büdcəyə ödənilməli ƏDV 30415.9 manat müəyyən edilmiş, araşdırılan dövr üzrə ƏDV-nin 60090.96 manat artıq hesablandığı müəyyən edilmişdir. Cinayət işinə əlavə olunmuş materiallara, AVİS və Hesabat/Axtarış informasiya sisteminin baza məlumatlarına idxal YGB, alış-satış EVHF, elektron qaimə, bank məlumatlarına əsasən xərclər müəyyənləşdirilmiş, xərcləri təsdiq edən sənəd kimi idxal sənədləri və bunlarla bağlı xərcləri təsdiq edən sənədlər əsas götürülərək, gəlirləri təsdiq edən sənədlər, eyni zamanda çeşid fərqi üzrə satış gəlirində xərcləri təsdiq edən sənədlər olmadığına və anoloji vergi ödəyicisi tapılması mümkün olmadığından Vergi Məcəlləsinin 83.9-cu maddəsinə, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı və xx.xx.2003-cü il tarixli 42 saylı qərarlarına əsasən xərclərə görə 20% şərti rentabellik tətbiq edilməklə 2017-ci ildə xərclər daxili alışda 12163.00 manat, idxal edilmiş mallar 916973.40 manat, əmək haqqı xərcləri 2650.00 manat, DSMF ayırmaları 583.00 manat, bank xidməti 550.00 manat, rabitə xərcləri 270.0 manat olmaqla ümumilikdə 933189.40 manat olduğundan 2017-ci ildə ödənilməli mənfəət vergisi 37327.57 manat (933189.40:100x20x20%) müəyyən edilmiş, 2018-ci ildə xərclər daxili alışda 15616.95 manat, idxal edilmiş mallar 2183633.85 manat, əmək haqqı xərcləri 7584.32 manat, DSMF ayırmaları 1706.47 manat, bank xidməti 4000.00 manat, rabitə xərcləri 600.0 manat, icarə haqqı xərcləri 864.00 manat olmaqla ümumilikdə 2214005.59 manat olduğundan 2018-ci ildə ödənilməli mənfəət vergisi 88560.22 manat (2214005.59:100x20x20%) müəyyən edilmiş, 2017-ci il üzrə hesablanmış 479.40 manat mənfəət vergisi nəzərə alınmaqla 36848.17 manat (373327.57- 479.40), 2018-ci ildə hesablanmış 1400.00 manat mənfəət vergisi nəzərə alınmaqla 87160.22 manat (885xx.xx-1400.00) mənfəət vergisi, cəmi əlavə hesablanmalı mənfəət vergisi 124008.39 manat, yekunda araşdırmanın nəticəsi olaraq ŞHV-ndə aşağıdakı düzəlişlər aparılmalı, artıq hesablandığı üçün 2017-ci il avqust ayı 5777.03 manat, noyabr ayı 408.43 manat, 2018-ci ilin iyun ayı 35248.40 manat, avqust ayı 18657.10 manat-cəmi 60090.96 manat ƏDV məbləği ŞFİV-də azaldılmalı, mənfəət vergisi üzrə 2017-ci il üçün 36848.17 manat, 2018-ci il üçün isə 87160.22 manat, cəmi 124008.39 manat əlavə hesablama verilməli, araşdırılan dövr üzrə ŞFİV-dəki 16893,73 manat ödəniş nəzərə alınmaqla dövlət büdcəsinə ödəməkdən yayındırılmış verginin məbləği 140562,12 manat (766xx.xx-60090.96+124008.39) təşkil etmiş, yayındırılmış məbləğin 26068,66 manatını 2018-ci ilin mart-dekabr ayları üzrə ƏDV, 25933,24 manatını 2017-ci ilin mənfəət vergisi, 88560.22 manatını isə 2018-ci ilin mənfəət vergisi təşkil etmişdir. İş materiallarında olan birinci instansiya məhkəməsində elan edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 avqust 2019-cu il tarixli, 18103 nömrəli rəyindən görünür ki, istintaq orqanının ekspertiza təyini qərarının əsaslandırıcı hissəsində göstərilənlər (yəni mütəxəssis qismində Vergi Cinayətlərinin İbtidai X1 Şöbəsinin dövlət müfəttişinin xx.xx.2019-cu il tarixli rəyində və rəyə əlavə olunmuş sənədlərdə göstərilənlər) nəzərə alınmaqla "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli vergi borcunun məbləğinin 140562,12 manat olması müəyyən edilmiş, o cümlədən ƏDV üzrə: - 2018-ci ilin mart-dekabr ayları üzrə 26068, 66 manat, mənfəət vergisi üzrə: - 2017-ci il üzrə 25933,24 manat, 2018-ci il üzrə 88560,22 manat. İş materiallarında olan birinci instansiya məhkəməsində elan edilərək araşdırılmış “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 213.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi sübuta yetirildiyindən onun əməlinin Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsindən həmin Məcəllənin 213.2.2-ci maddəsinə tövsif edilməsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, 1000-170/1xx-xx/006952 nömrəli məktubu ilə daxil olmuş "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə Azərbaycan Respublikasına idxal olunmuş mallarla bağlı müqavilələrin, vergihesab fakturaların, yük gömrük bəyannamələrin, valyuta nəzarəti uçot kartoçkaların, gömrük rüsumları və vergilərin gömrük orqanında ödənildiyini təsdiq edən mədaxil qəbzlərin, gömrük vəsiqə və bəyannamələrin, idxal olunmuş malların kim və ya kimlər tərəfindən təhvil alınması barədə məlumatların, müvafiq sənədləşmələrin və təqdim edilmiş vəkalətnamələrin (etibarnamə) kserosurətlərinin olduğu bir ədəd diskin və yerli məhkəmə orqanlarının müvafiq qərarlarına əsasən protokollaşdırılaraq götürülmüş "xxxx" MMC-nin mühasibat və bank sənədlərinin, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixli protokolla götürülmüş "xxxx" MMC-nin mühasibat sənədlərinin iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi qərara alınmışdır İş materiallarında olan birinci instansiya məhkəməsində elan edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2022-ci il tarixli, 9/1557 saylı rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi təqdim edilmiş iş materiallarına əsasən müəssisə tərəfindən aparılmış əməliyyatlara görə iş materiallarında olan 08 iyul 2019-cu il tarixli mütəxəssis rəyi nəzərə alınmadan kameral vergi yoxlaması nəticəsində "xxxx" tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləğinin 18.645,03 manat olması müəyyən olunur. MÖMV 2018/08 - 3,08 manat; MÖMV 2018/09 – 6,16 manat; ƏDV 2018/9 üzrə - 4162,32 manat; ƏDV 2018/08 üzrə - 10310,4 manat. Kameral yoxlama ilə ƏDV 2018/06 – 4054,97 manat, ƏDV 2018/08 – 108,1 manat; Cəmi 4163,07 manat. Qeyd edilir ki, məhkəmə-mühasibat ekspertizası yoxlama (təftiş, audit) materialları (mühasibat sənədləri) əsasında aparılan tədqiqatdır. Lakin müəssisənin fəaliyyəti üzrə hesablanmalı olan vergi məbləğinin müəyyən edilməsi üçün iş materiallarında mühasibat sənədləri (qaimə fakturalar, VHFlər, kassa mədaxil-məxaric orderləri, ödəniş sənədləri) və s. tam şəkildə öz əksini tapmamışdır. O cümlədən ekspert qarşısında qoyulmuş sualda iş materiallarında olan 08 iyul 2019-cu il tarixli mütəxəssis rəyi nəzərə alınmadan kameral vergi yoxlaması nəticəsində "xxxx" MMC-si barəsində hesablanmış vergilərin Vergi Məcəlləsinin tələblərinə uyğun olub-olmaması sualı qoyulmuşdur. Kameral vergi yoxlaması zamanı müəssisəyə mənfəət vergisi hesablanmamışdır. Göstərilənlərə əsasən "xxxx" MMC-nin ekspert qarşısında qoyulan suallarda qeyd olunan fəaliyyət dövrləri üzrə hesablanmış mənfəət vergisinin məbləğinin düzgünlüyünü və ya həmin müəssisəyə hesablanmalı olan mənfəət vergisi məbləğlərinin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı. İş materiallarında olan birinci instansiya məhkəməsində elan edilərək araşdırılmış Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Audit Şöbəsinin dövlət vergi müfəttişi Şahid4 tərəfindən verilmiş 08 iyul 2019-cu il tarixli mütəxəssis rəyi ilə araşdırılan dövr üzrə ŞHV-dəki 16893,73 manat ödəniş nəzərə alınmaqla, dövlət büdcəsinə ödəməkdən yayındırılmış verginin məbləği 140562,12 manat (76644.69- 60090.96+124008.39) müəyyən edilmiş, yayındırılmış məbləğin 26068,66 manatını 2018- ci ilin mart-dekabr ayları üzrə ƏDV, 25933,24 manatım 2017ci ilin mənfəət vergisi, 88560.22 manatını isə 2018-ci ilin mənfəət vergisi təşkil etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan görünür ki, o, cəmi 26068,67 manat ƏDV-ni, 124008,39 manat mənfəət vergisini, ümumilikdə isə 140562,12 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və zərər çəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin mövcudluğu məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, onun tərəfindən həmin cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olması ilə bağlı düzgün nəticəyə gəlmişdir. İş materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. İnsan Hüquqlarının və X4 X2 6-cı maddəsinin 2-ci bəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 9 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət qanunvericiliyinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İttihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları X2 presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Məhkəmə bir sıra qərarlarında qeyd etmişdir ki, «əsaslı şübhə yeri qoymayan» sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham orqanının üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasina dair" 29 yanvar 2004-cü il tarixli Qərarında göstərilir ki, “təqsirləndirilən şəxsin özünə qarşı ifadə verməyə məcbur edilə bilməməsinə dair konstitusiya norması ədalətli məhkəmə baxışını, fərdin azadlıq konstitusiya hüququnu, təqsirsizlik prezumpsiyasını, şəxsi toxunulmazlığı təmin edən mühüm təminatlardan biridir. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə görə də hər kəs ona qarşı irəli sürülən hər hansı bir ittihama baxılması zamanı tam bərabərlik əsasında digər təminatlarla yanaşı, özünə qarşı ifadə verməyə və ya təqsirini boynuna almağa məcbur edilməməlidir. Həmin Qərarda qeyd edilir ki, özünə qarşı ifadə verməyə məcbur edilməmək hüququ şübhəli və ya təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməyə məcbur edilməsinin qarşısını almağın mühüm təminatıdır. Lakin bu hüquq mütləq deyil, onun hədləri hər bir konkret halda fərdin, cəmiyyətin və dövlətin maraqları arasında dəqiq və ədalətli balans əsasında müəyyənləşdirilməlidir. Hadisənin baş verməsinə səbəb olan şəxsin hərəkətlərində (yaxud hərəkətsizliyində) cinayət tərkibi olarsa, bir qayda olaraq cinayət işinin başlamasından sonra şəxsin statusundan asılı olaraq müvafiq cinayət-prosessual hüquqları, o cümlədən özünə qarşı ifadə verməmək hüququ yaranır və bu hüquqlar cinayət prosesinin bütün mərhələlərində təmin olunmalıdır.” Ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, «ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir» («Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2002-ci il tarixli qərarı). Bu baxımdan məhkəmə hesab edir ki, təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 2-ci bəndində izah edilmişdir ki, məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə təhqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə, məhkəmə öz nəticələrini şərh edərkən, iş üzrə toplanılan, lakin məhkəmə iclasında təhqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Müttəhimin, zərərçəkmişin, şahidlərin təhqiqat, ibtidai istintaq və ya başqa məhkəmə iclasında verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisəli şəkildə təqiq edilmiş olsun. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A (İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3-cü maddəsinə əsasən hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Həmin Bəyannamənin 7-ci maddəsinə görə, bütün insanlar qanun qarşısında bərabərdirlər və qanun tərəfindən bərabər müdafiə hüququna malikdirlər. Bütün insanlar bu Bəyannaməni pozan hər hansı ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə hər hansı cəhddən eyni dərəcədə müdafiə olunma hüququna malikdirlər. Həmin Bəyannamənin 8-ci maddəsinə görə, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Həmin Bəyannamənin 9-cu maddəsinə görə, heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz. 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiə üçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Hüseyn və başqaları Azərbaycana qarşı" iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, “ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Qasımov Azərbaycana qarşı" iş üzrə 10 noyabr 2016-cı il tarixli Qərarında qeyd edir ki, “Bu nəticə yox vasitə öhdəliyidir. Dövlət orqanları hadisə ilə bağlı sübutıları toplamaq üçün ağlabatan addımlar atmalıdırlar. Hansı üsuldan istifadə edilməsindən asılı olmayaraq dövlət orqanları onların diqqətinə çatdırılan məsələ barədə öz təşəbbüsləri ilə tədbirlər görməlidirlər. Bundan əlavə təcrübədə cavabdehliyin təmin edilməsi üçün istintaq və onun nəticləri üzərində kifayət qədər içtimai nəzarət elementi olmalıdır”. Vergi cinayətlərinin törədilməsinin əsas motivləri nəzəri mülahizələrə və cinayət əməllərinin törədilməsinə sövq edən səbəb və düşüncələrin məntiqinə uyğun olaraq vergi ödəyicisinin büdcə sisteminə və dövlətin büdcədənkənar fondlarına vergi ödənişlərini gizlətməklə qeyri-qanuni yolla qanunsuz varlanmasıdır. Cinayət Məcəlləsində nəzərdə tutulmuş bütün vergi cinayətləri arasında vergidən yayınma növü daha çox yayılmışdır. Şəxs qanunla müəyyən edilmiş qaydada təqsiri sübuta yetirilməyənə qədər vergi hüquqpozmasını törətməkdə təqsirsiz hesab edilir. Məsuliyyətə cəlb edilən şəxsdən təqsirsizliyini sübut etmək tələb olunmur. Vergi hüquqpozması faktını və onu törətmiş şəxsin təqsirini sübut edən halları sübut etmək vəzifəsi vergi orqanlarına həvalə edilir; məsuliyyətə cəlb edilən şəxsin təqsiri ilə bağlı aradan qaldırıla bilməyən şübhələr bu şəxsin xeyrinə şərh edilir. Bu müddəalardan aşağıdakı nəticələrə gəlmək olar:

1. Təqsirsizlik prezumpsiyası vergi orqanı tərəfindən əksi sübuta yetirilməyənə qədər vergi ödəyicisi bu və ya digər vergi hüquqpozmalarını törətməkdə təqsirsiz hesab edildiyini bəyan edən başlanğıc müddəadır. Vergi ödəyicisinin bütün hərəkətlərinin qanuni olduğu, vergi ödəyicisinin ilkin sənədlərində və vergi hesabatında olan məlumatların etibarlı və düzgün olduğu ehtimal olunur. Hətta vergi orqanı tərəfindən hər hansı səhvlər, uyğunsuzluqlar, ziddiyyətlər və s. aşkar edildikdə, ehtimal olunur ki, belə yanlışlığa vergi ödəyicisi tərəfindən təqsirsiz (məsələn, çap xətası, hesablamalarda riyazi səhv, vergi qanunvericiliyinin ziddiyyətli şərhi və s. nəticəsində) olaraq yol verilib.

2. Konkret vergi hüquqpozmasının törədilməsində vergi ödəyicisinin təqsirini sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür. Vergi ödəyicisi yalnız o halda vergi məsuliyyətinə cəlb edilə bilər ki, vergi orqanında vergi hüquqpozmasının törədilməsində vergi ödəyicisinin təqsirini birmənalı şəkildə təsdiq edən təkzibedilməz sübutlar olsun. Vergi ödəyicisi öz hərəkətlərinin qanuniliyini əsaslandırmaq və sübut etmək məcburiyyətində deyil. Vergi jinayətləri üzrə ittiham irəli sürülərkən, bir qayda olaraq onun əsasını iş üzrə keçirilmiş ekspert araşdırmasının nətijələri təşkil edir. Məhkəmə kollegiyası jinayət işləri üzrə aparılan ekspert tədqiqatı ilə bağlı bir sıra mülahizələrini qeyd etməyi zəruri hesab edir. Vergidən yayınma ilə bağlı cinayət işlərinin təhlili ekspertizanın nəticələrinin qiymətləndirilməsi zamanı baş verən bir sıra çatışmazlıqları göstərir. Belə ki, bəzi hallarda məhkəmələr ekspert rəyini hərtərəfli yoxlamadan və düzgün qiymətləndirmədən, onu digər sübutlardan üstün olan sübut kimi qiymətləndirirlər. Bəzən ekspert rəyinin qiymətləndirilməsinin nəticələri hökmdə tam əks olunmur. İş üzrə ilkin rəy vermiş mütəxəssislərin ixtisası ilə bağlı çatışmazlıqlar var, bəzən cümlələr ekspertin fərziyyə qənaətlərinə əsaslanır. Məhkəmə ekspertin rəyi ilə hansı faktların müəyyən edildiyini göstərməyə borcludur və yalnız onun rəyinə istinad etməklə məhdudlaşmamalıdır. Jinayət prosesual qanunverijiliyin tələblərinə əsasən ekspert rəyi ekspert tərəfindən aparılan müstəqil araşdırmanın nəticələrinə əsasən tərtib edilmiş bir sənəddir. Baxılan cinayət işlərinin əksəriyyətində isə isə belə müstəqil araşdırmanın aparılmadığı, ekspertin yalnız mütəxəssisin arqumentləri əsasında rəy verdiyi müəyyən olunur. Vergitutma sahəsində cinayətlər haqqında işlərdə sübut predmetinə daxil olan halların aydınlaşdırılmasında mühüm rol məhkəmə-iqtisadi ekspertizasına məxsusdur. Təjrübədə məhkəmə-iqtisadi ekspertizaların (mühasibat, maliyyə-iqtisadi, maliyyə-analitik, maliyyə-kredit, planlaşdırma-iqtisadi, vergi və s.) təsnifatı ilə bağlı vahid fikir yoxdur, bu da xeyli dərəcədə ciddi problemlər yaradır. Məhkəmə ekspertizalarının təklif olunan təsnifatları çox şərtlidir. Hazırda “məhkəmə iqtisadi ekspertizası” termini iki növdən - məhkəmə-mühasibat uçotu və məhkəməmaliyyə-iqtisadi ekspertizadan ibarət müstəqil ekspertiza sinfini ifadə edir. Maliyyə-iqtisadi və məhkəmə vergi ekspertizaları kimi yeni yaranan məhkəmə ekspertizaları artıq mövcud olan məhkəmə ekspertizası siniflərində öz yerini tapmışlar. Nəzəriyyədə və praktikada məhkəməiqtisadi ekspertizaların vahid təsnifatının olmaması əsasən onun əsaslarının müəyyən edilməsinə müxtəlif yanaşmalarla bağlıdır. Bir sıra yanaşmalarda məhkəmə-iqtisadi ekspertizaların təsnifatı zamanı ümumiyyətlə heç bir meyardan istifadə edilmir. Məhkəmə-iqtisadi ekspertizaların vahid və aydın təsnifatının praktiki fəaliyyət üçün əhəmiyyətindən çıxış edərək, onun meyarı kimi iqtisadi xarakterli konkret ixtisas üzrə ali peşə təhsili çərçivəsində əldə edilmiş biliklərdən istifadə etmək məqsədəuyğundur. Yalnız vergilərin və sığorta haqlarının hesablanmasının düzgünlüyünün yoxlanıldığı ekspertiza düzgün olaraq məhkəmə-vergi ekspertizası hesab olunur, digər iqtisadi profilli məsələlərlə yanaşı vergilərin və sığorta haqlarının hesablanmasının düzgünlüyünün yoxlanıldığı ekspertiza isə məhkəmə-iqtisadi ekspertizası hesab olunur. Vergi ekspertizası zamanı təjrübədə ekspert qarşısına, bir qayda olaraq aşağıdakı suallar qoyulur:

1. Hesabat dövrü üçün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin və ya müəyyən bir şirkətin mənfəət vergisi üzrə vergi bazası qanunun müddəalarına uyğundurmu? Uyğun deyilsə, hesablanmamış gəlir vergisinin məbləği nə qədərdir?

2. Təşkilat tərəfindən tətbiq edilən gəlir vergisinin hesablanması qaydası tələb hüququnun ötürülməsi üzrə əməliyyatlar haqqında qanunvericiliyin tələblərinə cavab verirmi? Cavab vermirsə, bu, hesablanmış gəlir vergisinin məbləğinə necə təsir edib?

3. Müəssisənin sənədlərində müəyyən bir məhsulun müəyyən müddətə satışı üzrə əməliyyatlar əks olunurmu? Olunmayıbsa, bu, hesablanmış gəlir vergisinin məbləğinə necə təsir edib? Məlumdur ki, belə məsələlər hüquqi xarakter daşıyır, ona görə də ekspert- iqtisadçının səlahiyyətinə aid edilə bilməz. Məhkəmələri hüquqi yox, fiziki və ya hüquqi şəxslərin yayındıqları verginin məbləğinin müəyyən edilməsi, iqtisadi xarakterli digər məsələlərin həlli ilə bağlı iqtisadi ekspert araşdırmaları ilə maraqlandırmalıdır. Vergi ekspertizası zamanı müxtəlif araşdırma metodlarından istifadə edilməklə, ekspert qarşısında qoyulmuş suallara javab vermək olar. Ekspert araşdırması aparılarkən, təjrübədə balans modelləşdirmə metodundan istifadə oluna bilər ki, bu vergi ekspertizasının konkret metodu deyil. Bu, müəssisənin və ya şəxsin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodudur. Modelləşdirmə elmi biliyin ən vacib üsullarından biridir, onun köməyi ilə öyrənilən obyektin modeli (şərti təsviri) yaradılır. Onun mahiyyəti bundan ibarətdir ki, araşdırılan göstəricinin faktor göstəricilərlə qarşılıqlı əlaqəsi konkret riyazi tənlik şəklində ötürülür. Məhkəmə-vergi ekspertizaları aparılarkən, məhkəmə-mühasibat uçotu və məhkəmə maliyyə-iqtisadi ekspertizalarının aparılması zamanı tətbiq olunan digər tədqiqat metod və metodlarından istifadə oluna bilər (misal üçün, struktur modelləşdirmədən istifadə etməklə mühasibat uçotu sənədlərinin və onların elementlərinin sistem məlumatlarının təhlili metodlarından, hesablama və analitik üsullardan, qrafik-analitik üsullardan, məntiqi modellər silsiləsindən (hipotetik modelləşdirmə deyilir), iqtisadi və riyazi üsullardan, struktur və funksional analizdən və s. Təjrübədə isə bu araşdırma metodlarının heç birindən istifadə olunmadığı, ümumiyyətlə müstəqil ekspert araşdırmasının aparılmadığı, işin gedişində maraqlı olan idarənin mütəxəssisinin verdiyi rəyin bütünlüklə ekspert rəyində köçürülülməklə rəy tərtib olunduğu müşahidə olunur ki, bu da nətijə etibarı ilə əsassız ittihamların irəli sürülməsinə səbəb olur. Vergidən yayınma ilə bağlı cinayət işləri təkcə işin faktiki hallarını müəyyən etmək deyil, həm də onlara xüsusi uçot və vergi qiymətləndirməsi vermək zərurəti ilə əlaqəli bir xüsusiyyət ilə xarakterizə olunur. Bu məqsədlər üçün istintaq orqanları xüsusi biliklərin müvafiq sahələri üzrə işin gedişində maraqlı olmayan mütəxəssislərin cəlb edilməsinə müraciət edirlər. Vergidən yayınma hallarında cinayət-prosessual sübutetmədə xüsusi biliklərdən istifadənin özünəməxsus xüsusiyyətləri vardır. İstintaqdan əvvəlki mərhələdə vergi cinayətlərinin əlamətlərini aşkar etmək və cinayət işinin başlanması məsələsini həll etmək üçün lazım olan materialları toplamaq üçün xüsusi biliklərdən istifadə olunur. Bu mərhələdə vergi qanunvericiliyinə əməl olunmasının sənədli auditi aparılmalı, vergi ödəyicilərinin auditi aktı tərtib edilməli, xüsusi mühasibat uçotu biliklərinin tətbiqi üzrə mütəxəssislərlə məsləhətləşmələr aparılmalıdır. Vergidən yayınma faktı üzrə cinayət işinin başlanması barədə qərar qəbul edilərkən, sənədli vergi yoxlamasının aktı mühüm əhəmiyyət kəsb edir, çünki bu sənəd vergidən yayınma cinayətinin törədilməsi haqqında ümumiləşdirilmiş məlumat mənbəyidir və onun obyektiv tərəfini üzə çıxarır. Vergi yoxlaması rəyində çox vaxt vergi ödəyicisi tərəfindən yol verilmiş qanun pozuntuları barədə ehtimal xarakterli mülahizə əks olunur. Əməldə jinayətin tərkibinin rəydə olmasını və ya olmamasını təsdiq edən sübutlar, vergi bəyannamələri və vergilərin və (və ya) rüsumların hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərlə yanaşı, qanunla səlahiyyət verilmiş orqanlar tərəfindən vergilər və rüsumlar haqqında qanunvericiliyin, digər vergi nəzarəti formalarının icrasını yoxlamaq aktları da ola bilər. Vergi ödəyicisinin sənədli yoxlanılması rəyinin mütəxəssis tərəfindən düzgün qiymətləndirilməsi sübut edilməli olan bir çox vacib halları müəyyən etməyə imkan verir. Sənədli yoxlama rəyinin yalnız yoxlama zamanı aşkar edilmiş vergi qanunvericiliyinin pozulmasının sənədləşdirilmiş faktları və ya onların olmaması göstərilməlidir. Yoxlanılan şəxslərin hərəkətlərində vergi cinayəti tərkibinin olub-olmaması barədə vergi yoxlaması rəyində nəticə çıxarmaq yolverilməzdir. Bu məsələnin həlli mütəxəssisin səlahiyyətində deyil. Eyni zamanda, vergidən yayınma ilə bağlı cinayət işlərinə hadisənin və ya cinayət tərkibinin olmaması səbəbindən xitam verilməsi arzuolunmaz praktikasının qarşısını almaq üçün yoxlama rəyində göstərilən faktların mütəxəssislər tərəfindən hərtərəfli qiymətləndirilməsi vacibdir və mümkün olduqda, istintaq aparatının müstəntiqləri tərəfindən sənədli yoxlama aktları tərtib edilərkən, təkcə normativ xarakterli aktların müəyyən müddəalarının pozulmasına deyil, həm də cinayət işinin başlanmasına qərar verilərkən, istintaq üçün vacib olan müddəaların özlərinin müfəssəl təsvirinə istinadların əks etdirilməsi zəruridir; yoxlanılmış mühasibat uçotunun və digər ilkin sənədlərin ətraflı siyahısı sənədli yoxlama aktına əlavə edilməlidir ki, bu da gələcəkdə onların öyrənilməsinin tamlığı üçün əlavə əsas kimi xidmət edəcəkdir. Yoxlama aktında olan faktiki məlumatları qiymətləndirərkən, onlar konkret ilkin sənədlərə istinadlarla təqdim edilməlidir. Bununla belə, vergi yoxlamasına dair mütəxəssis rəyinin əhəmiyyətini mütləqləşdirmək də heç bir halda yolverilməzdir. Təkcə onu qeyd etmək kifayətdir ki, vergi yoxlamalarının nətijələrinə dair mütəxəssis rəyləri heç də həmişə tələblərə cavab vermir. Bu rəylərdə ən çox rast gəlinən çatışmazlıqlar aşağıdakılardır: rəyin işin gedişində maraqlı olan idarənin əməkdaşı tərəfindən tərtib olunması; yoxlamaların aparılması metodologiyasının pozulması və mütəxəssislər tərəfindən vergi qanunvericiliyinin düzgün şərh edilməməsi; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması mexanizminin tam təqdim edilməməsi; müəyyən edilmiş pozuntuların Vergi Məcəlləsindəki mətni ilə onların mətnində uyğunsuzluqlar; vergi ödəyicisinin vergi və mühasibat hesabatlarını formalaşdıran sənədlərin tədqiqinin natamamlığı və nəticədə verilən nəticələrin əsassızlığı. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın əsasını Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Audit Şöbəsinin dövlət vergi müfəttişi Şahid4 tərəfindən verilmiş 08 iyul 2019-cu il tarixli mütəxəssis rəyi və onun əsasında tərtib olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 avqust 2019-cu il tarixli, 18103 nömrəli rəyi təşkil edir. Vergi qanunvericiliyində vergi yoxlamasının həyata keçirilməsi zamanı mütəxəssisin cəlb edilməsi imkanı nəzərdə tutulmaqla bu zaman yerinə yetirilməli olan imperativ şərtləri də müəyyən edilmişdir. Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Mütəxəssis müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflərin hüquq və vəzifələri, mütəxəssis qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. Bu Məcəllənin 45.1-ci maddəsinə müvafiq olaraq cəlb olunmuş mütəxəssis onun qarşısında qoyulmuş suallar barəsində öz rəyini bildirməlidir. Mütəxəssisin rəyi yazılı şəkildə tərtib olunur, onun tərəfindən imzalanır və səyyar vergi yoxlamasının aktına əlavə edilir. Vergi ödəyicisi vergi yoxlamasının aktına əlavə olunmuş mütəxəssisin rəyi ilə razılaşmadıqda, bu barədə yoxlama aktında müvafiq qeydlər edə bilər. Mütəxəssisin səhv və ya bilərəkdən yalan rəy verməsi nəticəsində vergi orqanlarına və ya vergi ödəyicisinə dəyən zərərin ödənilməsi mülki qanunvericiliyə müvafiq olaraq tələb oluna bilər. Bundan başqa, Cinayət- Prosessual Məcəllənin 96.1-ci maddəsində mütəxəssisə verilmiş anlayışdan görünür ki, mütəxəssis cinayət prosesində marağı olmayan, öz razılığı əsasında istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında elm, texnika incəsənət və digər peşə sahəsindəki xüsusi bilik və bacarığından istifadə edərək kömək göstərmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. Lakin, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs hesablanmış vergilər məhz qanunla nəzərdə tutulmayan üsulla (mütəxəssis rəyi əsasında) müəyyən edilmişdir. Rəyi tərtib etmiş olan mütəxəssis Şahid4 Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Audit Şöbəsinin dövlət vergi müfəttişidir, yəni ibtidai istintaqı aparan orqanın əməkdaşıdır. Belə olan halda, şübhəsiz ki, onunla ibtidai istintaq orqanı (vəzifəli şəxsi) arasında xidməti asılılıq mövcuddur ki, həmin asılılığın mövcudluğu onun verdiyi rəyin mötəbərliyinə bilavasitə təsir edir. Bu da öz növbəsində onu işin nətcəsində maraqlı şəxsə çevirir. Halbuki, rəy vermiş mütəxəssislə cinayət prosesinin iştirakçıları arasında heç bir xidməti, qohumluq, maddi və sair asılılıq mövcud olmamalıdır. Bu mövqe qanunvericiliyin aidiyyəti normalarının mahiyyətindən irəli gəlir. Birinji instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 96.1-ji və 124.2-ci maddələrinə, Vergi Məjəlləsinin 45-ji 83-jü maddələrinə istinad edərək, düzgün olaraq Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Audit Şöbəsinin dövlət vergi müfəttişi Şahid4 tərəfindən verilmiş 08 iyul 2019-cu il tarixli mütəxəssis rəyinin sübut kimi qəbuledilməzliyi, bu səbəbdən, ittihamın əsasını təşkil edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 avqust 2019-cu il tarixli, 18103 nömrəli rəyinin heç bir sübutedici əhəmiyyətinin olmadığını qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 avqust 2019-cu il tarixli, 18103 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, istintaq orqanının ekspertiza təyini qərarının əsaslandırıcı hissəsində göstərilənlər (yəni mütəxəssis qismində Vergi Cinayətlərinin İbtidai X1 Şöbəsinin dövlət müfəttişinin xx.xx.2019-cu il tarixli rəyində və rəyə əlavə olunmuş sənədlərdə göstərilənlər nəzərə alınmaqla) "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli vergi borcunun məbləğinin 140562,12 manat olması müəyyən edilmişdir. Həmin rəyin tədqiqi zamanı müəyyən edilmiş və heç bir şübhə doğurmayan bir məqam bundan ibarətdir ki, həmin rəy xx.xx.2019-cu il tarixli mütəxəssis rəyi əsasında tərtib edilmişdir. Belə ki, qeyd olunan ekspert rəyinin əsaslandırıcı hissəsinə nəzər yetirdikdə məlum olur ki, ekspert tərəfindən xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinin məzmunu olduğu kimi köçürülmüş, ardınca vergi qanunvericiliyin ayrı-ayrı maddələrinin məzmunu əks olunmuşdur. Həmin ekspert rəyi ilə hər hansı yeni tədqiqatın aparılması, müvafiq nəticəyə gəlməyə əsas olan sənədlərə istinad olunması müəyyən olunmur. Halbuki, məhkəmə-mühasibat ekspertizası mütəxəssis rəyi əsasında deyil, yoxlama (təftiş, audit) materialları (mühasibat sənədləri) əsasında, yuxarıda qeyd olunan metodlarla aparılan tədqiqatdır. Başqa sözlə, ekspert mütəxəssisin rəyində göstərdiyi hesablamaları olduğu kimi rəyinə köçürərək həmin rəyə uyğun formal olaraq Vergi Məcəlləsinin normalarını sadalamaqla rəy vermişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə qərarın təsviri hissəsində göstərilmiş bütün məlumatlar istintaq orqanı tərəfindən əvvəlcədən müəyyən edilmişdir ki, bu cür hesablama Vergi Məcəlləsinin tələblərinə ziddir. Yəni, müstəntiq, ekspert tərəfindən müvafiq ekspertiza tədqiqatı əsasında müəyyən edilməli olan (ekspertiza tədqiqatının predmeti olan halları) məlumatları özü ondan əvvəl öz qərarında göstərir və ekspertin qarşısına həmin məlumatlar əsasında vergilərin məbləğinin hesablanması barədə sual qoyur. Bununla istintaq orqanı əslində ekspertiza təyin edilməsi haqqında qərarında hansı sənədlərə istinad edilməsi, hansı hesablamaların əsas götürülməli olması üzrə müvafiq ekspertiza idarəsinə istiqamət vermişdir. Beləliklə, məhkəməyədək icraat zamanı istintaq orqanının yönəldici qərarı əsasında sonda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən rəy verilmişdir. Belə olan halda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 avqust 2019-cu il tarixli, 18103 nömrəli rəyinin əsasını təşkil edən xx.xx.2019-cu il tarixli mütəxəssis rəyi özü əsassız olduğundan, həmin rəy əsasında tərtib edilmiş ekspert rəyi də sübut kimi qəbul edilə bilməzdi. Məhkəmənin qərarı ilə təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2021-ci il tarixli, 9/1454 saylı rəyi ilə müəyyən edilmişdir ki, Vergi Məcəllləsində mütəxəssis tərəfindən vergilərin hesablanması nəzərdə tutulmamışdır. Lakin iş materiallarından göründüyü kimi, vergi orqanı tərəfindən müəssisəyə mənfəət vergisi və ƏDV mütəxəssis rəyinə əsasən hesablanmışdır. Həmçinin hazırkı tədqiqatla rəyin tədqiqi hissəsində də qeyd edildiyi kimi, sənədlər iş materiallarında tam olmadığından müdafiə tərəfindən təqdim edilmiş və cinayət işinin materiallarına əlavə olunmuş xərc sənədləri nəzərə alınmaqla "Almaz-19 MMC” MMC-nin dövlət büdcəsinə ödəməli olduğu (ittihamda göstərilmiş dövr ərzində) əlavə dəyər və mənfəət vergilərinin məbləğinin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, təkrar məhkəmə-mühasibatlıq ekspertizasına dair 29 iyun 2021-ci il tarixli, 9/1454 nömrəli ekspert rəyi ilə Təqsirləndirilən şəxs ümumilikdə 140562,12 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına dair verilmiş ittiham sübut olunmamışdır. Məhkəmənin qərarı ilə təyin edilmiş növbəti təkrar məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2022-ci il tarixli, 9/1557 saylı rəyindən görünür ki, təqdim edilmiş iş materiallarına əsasən müəssisə tərəfindən aparılmış əməliyyatlara görə iş materiallarında olan 08 iyul 2019-cu il tarixli mütəxəssis rəyi nəzərə alınmadan kameral vergi yoxlaması nəticəsində "xxxx" tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləğinin 18.645,03 manat olması müəyyən olunur. Qeyd edilir ki, məhkəmə-mühasibat ekspertizası yoxlama (təftiş, audit) materialları (mühasibat sənədləri) əsasında aparılan tədqiqatdır. Lakin müəssisənin fəaliyyəti üzrə hesablanmalı olan vergi məbləğinin müəyyən edilməsi üçün iş materiallarında mühasibat sənədləri (qaimə fakturalar, VHF-lər, kassa mədaxil-məxaric orderləri, ödəniş sənədləri) və s. tam şəkildə öz əksini tapmamışdır. O cümlədən ekspert qarşısında qoyulmuş sualda iş materiallarında olan 08 iyul 2019-cu il tarixli 08 iyul 2019- cu il tarixli mütəxəssis rəyi nəzərə alınmadan kameral vergi yoxlaması nəticəsində "Almaz-19 MMC” MMC-si barəsində hesablanmış vergilərin Vergi Məcəlləsinin tələblərinə uyğun olub-olmaması sualı qoyulmuşdur. Kameral vergi yoxlaması zamanı müəssisəyə mənfəət vergisi hesablanmamışdır. Göstərilənlərə əsasən "Almaz-19 MMC” MMC-nin ekspert qarşısında qoyulan suallarda qeyd olunan fəaliyyət dövrləri üzrə hesablanmış mənfəət vergisinin məbləğinin düzgünlüyünü və ya həmin müəssisəyə hesablanmalı olan mənfəət vergisi məbləğlərinin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmamışdır. Həmin rəyin tədqiqindən aydın olmuşdur ki, iş üzrə mövcud mötəbər sənədlər əsasında "xxxx" tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləğinin 18.645,03 manat müəyyən edilir; müəssisənin fəaliyyəti üzrə hesablanmalı olan vergi məbləğinin müəyyən edilməsi üçün iş materiallarında mühasibat sənədləri (qaimə fakturalar, VHF-lər, kassa mədaxil- məxaric orderləri, ödəniş sənədləri) və s. tam şəkildə öz əksini tapmamışdır. qeyd olunan fəaliyyət dövrləri üzrə hesablanmış mənfəət vergisinin məbləğinin düzgünlüyünü və ya həmin müəssisəyə hesablanmalı olan mənfəət vergisi məbləğlərinin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmamışdır. Həmin sübutlarla Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləğinin 18.645,03 manat olması müəyyən olunmuşdur ki, bu isə öz növbəsində JM-nin 213-cü maddəsinin “Qeyd" hissəsinə əsasən onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini istisna edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün ödənilməsindən yayındırılmış vergilərin məbləği yeri qanunla əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ təşkil etməlidir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə ödənilməsindən yayındırılmış vergilərin olmadığı müəyyən olunmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs əməlində ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin (həmçinin birinci instansiya məhkəməsində işə baxılan zaman nəzərdə tutulmuş məbləğə münasibətdə) tərkibi yoxdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olmuş və Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmamışdır. Odur ki, onun qeyd edilən hərəkətlə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olması ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır və birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlində cinaytət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə ona bəraət verməklə haqlı nəticəyə gəlmişdir. Odur ki, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, hökm əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsini rəhbər tutaraq

Q Ə R A R A A L İ R:

Dövlət ittihamçısının apellyasiya protesti və mülki iddiaçı-zərər çəkmiş Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin olunmasın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-7/2022 saylı, 14 sentyabr 2022-ci il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və mülki iddiaçı-zərərçəkmiş Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə (mülki iddiaya dair hissədə) münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Sədrlik edən: Anar İbrahimov

Hakimlər: Mirzəli Abbasov

Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar