Məhkəmə qərarları › İş №1(103)-1266/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1266/2021

29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1266/2021 29.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Əkbərovun sədrliyi və məruzəsi ilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımov Fəxri Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı X2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi3, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, xx xxxxxx 2003-cü ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, Qazax rayonu, Daşsalahlı kəndində pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə xx xxxxxxxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsi 42- də pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli hökmündən zərərçəkmiş şəxs X1 nümayəndəsi Nümayəndə3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 və məhkum edilmiş şəxslər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Azər Paşayev, hakimlər Əhməd Quliyev və İradə Həsənzadə) 10 iyun 2021-ci il hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə görə Yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan qardaşı 01.06.2005-ci il təvəllüdlü X6 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 07 avqust 2018-ci il tarixdə gündüz saatlarında Zərərçəkmiş şəxs4 yaşadığı Bakı şəhəri, Xətai rayonu, məhəllə 2944, 10 saylı mənzilinin pəncərəsindən qanunsuz mənzilə daxil olub oradan 60 manat pul, 01 ədəd 170 manat dəyərində “Pirat” markalı ov bıçağı, 01 ədəd 1090 manat dəyərində “HP Pavilion 1-cor 7” markalı noutbuk, 01 ədəd 765 manat dəyərində “Tissot” markalı qol saatı, 01 cüt 120 manat dəyərində qızıl sırğa, 01 ədəd 2000 manat dəyərində qadın qol saatı, 01 dəst 200 manat dəyərində sırğa, qolbağ, sırğa, sep və üzüyü gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 4405 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 02 fevral 2019-cu il tarixə saat 06 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 1 ünvanda yerləşən ərzaq mağazasının plastik pəncərəsini özü ilə gətirdiyi vint açanla açmaqla pəncərədən mağazaya qanunsuz daxil olaraq oradan ümumi dəyəri 1365 manat 40 qəpik olan müxtəlif növ tütün məmulatları, kassa aparatından 150 manat məbləğində pulu, 30 manat dəyərində «X13 Nemət» firmasına məxsus kolbasaları, 160 manat dəyərində «Bestbif» firmasına məxsus kolbasa məhsulları, ümumi dəyəri 85 manat olan «Ancor» firmasına məxsus yağ, hər birinin qiyməti 15 manat 40 qəpik olmaqla ümumi dəyəri 46 manat 20 qəpik olan 3 qutu «Atena» firmasına məxsus pendir, hər birinin qiyməti 17 manat 90 qəpik olan olmaqla ümumi dəyəri 71 manat 60 qəpik olan 3 qutu «Vesgold» firmasına məxus yağ, hər birinin qiyməti 5 manat 50 qəpik olmaqla ümumi dəyəri 11 manat olan 2 qutu «Calinca» firmasına məxsus yağ, hər birinin qiyməti 10 manat 50 qəpik olmaqla ümumi dəyəri 21 manat olan 2 qutu «Zelandiya» firmasına məxsus yağ məhsullarını gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 1940 manat 20 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 24 fevral 2019-cu il tarixdə saat 04 radələrində Bakı-Şamaxı yolunda üzü Şamaxı rayonu istiqamətində yolun sağ tərəfində yerləşən Zərərçəkmiş şəxs12 məxsus ərzaq mağazasının qapısının arasına dəmir parçası salıb açaraq mağazaya qanunsuz daxil olaraq oradan 400 manat nağd pulu, 120 manat dəyərində qəpik pulları, 10 ədəd hər biri 3 manat 30 qəpik dəyərində ümumilikdə 33 manat olan “Sobraniya” qalın-ağ siqaretləri, 10 ədəd hər biri 3 manat 30 qəpik dəyərində ümumilikdə 33 manat olan “Sobraniya” qalın-qara siqaretlərini, 10 ədəd hər biri 3 manat 30 qəpik dəyərində ümumilikdə 33 manat olan “Sobraniya” qalıngöy siqaretlərini, 16 ədəd hər biri 3 manat 30 qəpik dəyərində ümumilikdə 52 manat 80 qəpik olan “Sobraniya” ağ-nazik siqaretlərini, 17 ədəd hər biri 3 manat 30 qəpik dəyərində ümumilikdə 53 manat 10 qəpik olan “Sonraniya” göy-nazik siqaretlərini, 10 ədəd hər biri 3 manat 30 qəpik dəyərində ümumilikdə 33 manat olan “Sobraniya” göy-nazik siqaretlərini, 18 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 54 manat olan “Kent - 1” nazik siqaretlərini, 22 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 66 manat olan "Kent - 4” nazik siqaretlərini, 9 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 27 manat olan “Kent - 4” qalın siqaretlərini, 13 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 39 manat olan “Kent - 8” qalın siqaretlərini, 17 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 51 manat olan “Kent - mentol” nazik siqaretlərini, 18 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 54 manat olan “Kent - kompakt” nazik siqaretlərini, 09 ədəd hər biri 2 manat 80 qəpik dəyərində ümumilikdə 25 manat 20 qəpik olan “winston” ağ-qalın siqaretlərini, 10 ədəd hər biri 2 manat 80 qəpik dəyərində ümumilikdə 28 manat olan “winston” qara-qalın siqaretlərini, 10 ədəd hər biri 2 manat 80 qəpik dəyərində ümumilikdə 28 manat olan “winston” göykompakt siqaretlərini, 13 ədəd hər biri 2 manat 80 qəpik dəyərində ümumilikdə 36 manat 40 qəpik olan “winston” kompakt siqaretlərini, 07 ədəd hər biri 1 manat 90 qəpik dəyərində ümumilikdə 13 manat 30 qəpik olan “rotmans” boz siqaretlərini, 10 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 30 manat olan “Davidoff” ağ siqaretlərini, 09 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 27 manat olan «davidov» göy siqaretlərini, 17 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 51 manat olan “davidov” qırmızı siqaretlərini, 08 ədəd hər biri 3 manat dəyərində ümumilikdə 24 manat olan “winston” ağ-qalın siqaretlərini, 05 blok hər biri 30 manat olan ümumilikdə 150 manat dəyərində “Kent - 4” nazik siqaretlərini, 04 blok kər biri 28 manat olan ümumilikdə 112 manat dəyərində “winston” qalın-nazik siqaretlərini, 03 blok hər biri 30 manat olan ümumilikdə 90 manat dəyərində «sobraniye» ağ-nazik siqaretlərini, 02 blok hər biri 30 manat olan ümumilikdə 60 manat dəyərində “sonraniye” göy-nazik siqaretlərini, 03 blok hər biri 30 manat olan ümumilikdə 90 manat dəyərində “sobraniye” qara-nazik siqaretlərini, 02 blok hər biri 16 manat olan ümumilikdə 32 manat dəyərində “west” boz-kompakt siqaretlərini, 01 blok hər biri 19 manat olan ümumilikdə manat dəyərində "vinikestr” göy-nazik siqaretlərini, 03 blok hər biri 19 manat olan ümumilikdə 57 manat dəyərində “vinikestr” boz-nazik siqaretlərini, 02 blok hər biri 14 manat olan ümumilikdə 28 manat dəyərində “klass” göy-nazik siqaretlərini, 02 blok hər biri 19 manat olan ümumilikdə 36 manat dəyərində “west” ağ-nazik siqaretlərini, 16 ədəd «Azercell»-lə məxsus 1 manatlıq ümumilikdə 16 manat dəyərində sim danışıq kartlarını, 8 ədəd “Azercell”-lə məxsus 2 manatlıq ümumilikdə 16 manat dəyərində sim danışıq kartlarını, 04 ədəd “Azercell”-lə məxsus 5 manatlıq ümumilikdə 20 manat dəyərində sim danışıq kartlarını, 08 ədəd “Azercell”-lə məxsus 3 manatlıq ümumilikdə 24 manat dəyərində sim danışıq kartlarını, 07 ədəd “Bakcell”-lə məxsus 5 manatlıq ümumilikdə 35 manat dəyərində sim danışıq kartlarını, 09 ədəd "Bakcell”-lə məxsus 3 manatlıq ümumilikdə 27 manat dəyərində sim danışıq kartlarını, 12 ədəd “Bakcell”-lə məxsus 2 manatlıq ümumilikdə 24 manat dəyərində sim danışıq kartlarını, 17 ədəd “Bakcell”-lə məxsus 1 manatlıq ümumilikdə 17 manat dəyərində sim danışıq kartlarını, 05 ədəd “Nar”-a məxsus 5 manatlıq ümumilikdə 25 manat dəyərində sim danışıq kartlarını, 09 ədəd “Nar”-a məxsus 2 manatlıq ümumilikdə 18 manat dəyərində sim danışıq kartlarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs12 ümumilikdə 2207 (iki min iki yüz yeddi) manat 80 (səksən) qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 03 mart 2019-cu il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs11 işlətdiyi ünvan 2 ünvanında yerləşən “Vip Smoke” ticarət köşkünün qapısının qıfıllarını sındıraraq saxlanc yeri olan həmin köşkə qanunsuz daxil olub sonuncuya məxsus 2000 manat dəyərində müxtəlif növ siqaretləri, 1 ədəd 85 manat dəyərində "Mersi Baku" markalı konyakı, 1 ədəd 70 manat dəyərində "Chivas 12" markalı viskini, 1 ədəd 75 manat dəyərində "Chivas 18 markalı viskini, 1 ədəd 40 manat dəyərində «Mac Baren» markalı tütünü, 4 ədəd cəmi 300 manat dəyərində tütünü bükmək üçün nəzərdə tutulmuş xüsusi kağız rulonlarını, 4 ədəd cəmi 210 manat dəyərində müxtəlif markalı «Elektron siqaretlərini» və 5 ədəd cəmi 25 manat dəyərində elektron siqaretlər üçün nəzərdə tutulmuş yağları gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs11 ümumilikdə 2805 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 11 mart 2019-cu il tarixə keçən gecə Zərərçəkmiş şəxs10 işlətdiyi ünvan 3 ünvanında yerləşən ərzaq mağazasının qapısını dəmir parçası ilə açaraq qanunsuz daxil olmaqla oradan ümumi dəyəri 213.10 manat təşkil edən müxtəlif markalı siqaretləri və 5 manatlıvq qəpik pulları gizli olaraq talayıb Zərərçəkmiş şəxs10 218.10 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 13 aprel 2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 işlətdiyi ünvan 4 ünvanında yerləşən “Şah Abbas” hamam kompleksinə aid köşkə nəfəslikdən qanunsuz daxil olaraq bir qutusunun qiyməti 2 manat 70 qəpik olan 57 qutu olmaqla dəyəri 155 manat təşkil edən Kent markalı, bir qutusunun qiyməti 3 manat olan 50 qutu olmaqla dəyəri 150 manat Sobranie, bir qutusunun qiyməti 1 manat 70 qəpik olan 40 qutu olmaqla dəyəri 68 manat təşkil edən «Pall Mall» markalı bir qutusunun qiyməti 2 manat 50 qəpik olan 50 qutu olmaqla dəyəri 125 manat trəşkil edən Vinston markalı, bir qutusunun qiyməti 1 manatr 70 qəpik olan 50 qutu dəyəri 85 manatr təşkil edən Vest markalı, bir qutusunun qiyməti 1 manat 40 qəpik təşkil edən 27 qutu olmaqla dəyəri 37 manat 80 qəpik olan Classik markalı,bir qutusunun qiyməti 2 manat 70 qəpik olan 12 qutu olmaqla dəyəri 32 manat 40 qəpik təşkil edən Davıdoff markalı, bir qutusunun qiyməti 2 manat 20 qəpik olan 11 qutu LD nazik markalı, bir qutusmunun qiyməti 2 manat 20 qəpik olan 16 qutu LD markalı qalın markalı,bir qtusunun qiyməti 1 manat 60 qəpik olan 13 qutu Viceroy markalı, bir qutusunun qiyməti 1 manat 50 qəpik olan 15 qutu Vinçester markalı, bir qutusunun qiyməti 1 manat 50 qəpik olan 6 qutu Vinçester nazik markalı, bir qutusunun qiyməti 1 manat 50 qəpik olan 2 qutu Keno markalı siqaretləri və 15 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 795 manat 70 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 tanışı yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 05 iyun 2019-cu il tarixdə tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs9 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 85K mənzilinə vanna otağında olan nəfəslikdən qanunsuz daxil olmaqla həmin dövrün məzənnəsi ilə 1020 manat təşkil edən 600 ABŞ dollarını, 4 ədəd hər birinin dəyəri 250 manat olan qızıl üzüklər, 3 ədəd hər birinin dəyəri 300 manat olan qızıl boyunbağı, 1 ədəd 100 manat dəyərində qızıl kulonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 3020 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 tanışı yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 06 iyun 2019-cu il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs7 Nurəddin qızının yaşadığı Bakı şəhəri, Xətai rayonu, Azadlıq küçəsi 11A saylı evin 4-cü mənzilinə plastik pəncərəni sındırıb qanunsuz daxil olmaqla 1000 manat dəyərində qızıl-zinət əşyaları, 120 manat pul, bir ədəd 250 manat dəyərində 5 qram çəkidə qızıl ulduz medal, 37 manat dəyərində rusiya istehsalı olan konyak, 150 manat dəyərində İPHONE-5S markalı üzərində 5 manat dəyərində 070- ***-**-** nömrəsi olan mobil telefon, bir ədəd 100 manat dəyərində “Lenovo” markalı üzərində nömrə olmayan mobil telefon, 2-ci mərtəbədən bir ədəd 1190 manat dəyərində «Canon-RS-50» markalı fotoaparat, 300 manat qəpik pullar, ümumi dəyəri 500 manat təşkil edən 5 ədəd müxtəlif markalı ətirlər, evdə quraşdırılan videokameranın 400 manat dəyərində yaddaş bloku gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 4047 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 21 iyun 2019-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs8 Soltanəhməd oğlunun yaşadığı Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi 9 saylı evin 37-ci mənzilinin qapısının kilidini sındırmaqla qanunsuz daxil olub oradan 1 ədəd 500 manat dəyərində qızıl boyunbağı, 1 ədəd 1000 manat dəyərində qızıl qolbaq, 1 cüt 2000 manat dəyərində briliant qaşları olan qızıl sırğa, 1 ədəd dəyəri 800 manat təşkil edən briliant qaşlı üzük, 1 ədəd 2000 manat dəyərində qızı təkqaşlı üzük, 1 ədəd 300 manat dəyərində qızıl üzük, 300 manat dəyərində qızıl dişlər, 1 ədəd 500 manat dəyərində «Orient» markalı qol saatı, 1 ədəd 200 manat dəyərində «Seiko» markalı qol saatı, 1 ədəd 50 manat dəyərində «Luc» markalı qol saatı, 1 ədəd 100 manat dəyərində «Orient»markalı qol saatı, 1 ədəd «Smart» markalı qol saatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 7950 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 və qardaşı yetkinlik yaşına çatmayan 01.06.2005-ci il təvəllüdlü X6 tanışı yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 22 avqust 2019-cu il tarixdə gündüz saatlarında Zərərçəkmiş şəxs3 yaşadığı Sabunçu rayonu Yavər Əliyev küçəsi 78 saylı evə eyvanın giriş qapısını dəmir parçası ilə açıb qanunsuz daxil olub evin ikinci mərtəbəsindən X3 məxsus 3500 manat dəyərində firuzəyi və briliant qaşlı qızıl kolye boyunbağı, 4000 manat dəyərində briliant qaşlı qızıl kolye, 1500 manat dəyərində sünbül formalı qızıl qolbağı-boyunbağı dəsti, 8000 manat dəyərində yaqut və briliant qaşlı qızıl qolbağı-boyunbağı dəsti, 3000 manat dəyərində göy daşlı qızıl qolbağı-boyunbağı dəsti, 3000 manat dəyərində qızıl qolbağıboyunbağı dəsti, 1500 manat dəyərində briliant qaşlı üzük-sırğa dəsti, 4000 manat dəyərində briliant qaşlı üzük, 300 manat dəyərində arı formalı qızıl üzük, 1500 manat dəyərində briliant qaşlı qızıl bilərzik, 500 manat dəyərində briliant qaşlı qızıl üzük, hər birinin dəyəri 500 manat olan 4 ədəd qızıl 10-luq pul, hər birinin dəyəri 300 manat olan 3 ədəd qızıl 5-lik pul, 1000 manat dəyərində briliant qaşlı qızıl medalyon, 1000 manat dəyərində zəncir formalı boyunbağı, 1000 manat dəyərində yaşıl qaşlı qızıl üzük, 1000 manat dəyərində ``RADO`` markalı saat, 3000 manat dəyərində ``MAKTAYM`` markalı qızıl saat, 300 manat dəyərində ``RAKETA`` markalı qızıl üzük, o cümlədən üçüncü mərtəbədə yataq otağından dəyəri 700 manat olan ``PORCHE`` markalı və dəyəri 800 manat olan ``FERRARİ`` markalı saat, 700 manat dəyərində qızıl sikkə, pencəyin cibində olan 400 ABŞ dolları pul, o cümlədən evin mansardında olan 2000 manat dəyərində İJ16K markalı F40607 nömrəli ov tüfəngi hər birinin dəyəri 1000 manat olan 3 ədəd ceyran dərisi, 200 manat dəyərində müxtəlif növ spirtli içkiləri gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 45780 manat xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli talamaq məqsədi ilə tanışı yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək 10 sentyabr 2019-cu il tarixdə saat 13:10 radələrində X4 məxsus ünvan 5 ünvanında yerləşən evinin daş hasarla əhatə olunmuş və dəmir darvazası olan saxlanc yeri sayılan əraziyə hasardan aşıb qanunsuz daxil olaraq həmin sahədə yerləşən iki mərtəbəli evin ikinci mərtəbəsində yerləşən plastik pəncərəsini vintaçanla açıb içəri daxil olaraq, oradan milli manat məzənnəsinə nisbətdə 34.000(otuz dörd min) manat təşkil edən 20.000 (iyirmi min) ABŞ dolları, 17.000(on yeddi min) manatı, bir ədəd 500 (beş yüz) manat dəyərində olan İphone 6+ markalı mobil telefonu, bir ədəd 700 (yeddi yüz) manat dəyərində İphone 7+ markalı mobil telefonu, bir ədəd 1000 (bir min) manat dəyərində İphone 8+ markalı mobil telefonu, ümumilikdə 5000 manat dəyərində olan bir ədəd «Faro» markalı qolbağ, bir ədəd «Boucheron» markalı boyun bağı, bir ədəd briliant qaşlı boyun bağının hər birinin dəyəri 800 manat olan iki ədəd “Amouge” markalı ətir, 1500 manat dəyərində iki ədəd “Kilian” markalı ətir, 1500 manat dəyərində bir ədəd “Sheyx” markalı ətir, 4000 manat dəyərində “Boucheron” markalı qızıl-zinət əşyaları boyun bağı-üzükqolbağ, 4000 manat dəyərində “Chopart” markalı qızıl-zinət əşyaları boyun bağı-üzük-qolbağ dəsti, 2210 manat dəyərində “Atasay” markalı qızıl-zinət əşyaları boyun bağı-üzük-qolbağ, 8500 manat dəyərində “FolliFolli“ markalı bujiteriya boyun bağı-üzük-qolbağ, 2500 manat dəyərində “Majorika“ markalı bujiteriya boyun bağı-üzük-qolbağ, 2500 manat dəyərində “Faro” markalı qolbağ, 1800 manat dəyərində “Fergamo” markalı qol saatı, 1000 manat dəyərində “Stührling” markalı qol saatı, 500 manat dəyərində “Bretling” markalı qol saatı, 500 manat “Ulysse Nardin” markalı qol saatı, 500 manat “Ulysse Nardin” markalı qol saatı və əlavə olaraq ona məxsus 30 manat dəyərində 5 ədəd corablar, 500 manat dəyərində olan “Louis Vuitton” markalı qara rəngli canta, 500 manat dəyərində “Stefano Ricci” markalı pul kisəsini gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 91.040 manat külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli talamaq məqsədi ilə tanışı yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək 11 sentyabr 2019-cu il tarixdə saat 09:50- dən saat 12:20-dək olan müddət ərzində X1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu Zahid Xəlilov küçəsi 523-cü məhəllə 3 saylı evin 4-cü mənzilinə pəncərənin kilidini sıxıb açma yolu ilə qanunsuz mənzilə daxil olub oradan K.Rəhimovaya məxsus 10.000 manat dəyərində, ağ-sarı rəngli qızıldan hazırlanmış, brilyant qaşlı, 750 əyyarlı, badamı şəkilli üzük, sırğa; 12.000 manat dəyərində, yaşıl rəngli qızıldan hazırlanmış, brilyant qaşlı, 750 əyyarlı, oval şəkilli üzük, sırğa; 3.000 manat dəyərində, ağ rəngli qızıldan hazırlanmış, brilyant qaşlı, 750 əyyarlı, dairəvi şəkilli sırğa; 1.800 manat dəyərində, ağ rəngli qızıldan hazırlanmış, 750 əyyarlı, brilyant kulonlu boyunbağ; 13.000 manat dəyərində, ağ rəngli qızıldan hazırlanmış, brilyant qaşlı,750 əyyarlı, boyunbağı və qolbağ dəsti; 500 manat dəyərində, sarı rəngli qızıldan hazırlanmış, sarı rəngli, 750 əyyarlı, qızıl kulonlu (Vitraj firmalı) boyunbağı; 3.000 manat dəyərində, səma rəngli qızıldan hazırlanmış, brilyant qaşlı,750 əyyarlı, sırğa və üzük dəsti; 6.500 manat dəyərində, sarı-qara rəngli qızıldan hazırlanmış, (Roberto-Bravo firmalı) 585 əyyarlı, sırğa, üzük və boyunbağı dəsti; 2.800 manat dəyərində, sarı-ağ rəngli qızıldan hazırlanmış 750 əyyarlı qolbağı; 3.500 manat dəyərində, sarı rəngli qızıldan hazırlanmış 925 əyyarlı boyunbağı; 100 manat dəyərində, ağ rəngli, qırmaızı qaşlarla olan 33 qramlıq gümüşdən ibarət qolbağ; 20 manat dəyərində, ağ rəngli, xamiliyon olan 5 qramlıq gümüşdən ibarət üzük və həmin dövrun məzənnəsi ilə 6460 manat olan 3.800 ABŞ dolları tamah niyyəti ilə gizli olaraq talayıb zərərçəkmiş şəxs Kifayət Rəhimovaya ümumilkdə 62.680 manat külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə, yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 tanışı yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 05 iyun 2019-cu il tarixdə tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs9 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 85K mənzilinə vanna otağında olan nəfəslikdən qanunsuz daxil olmaqla həmin dövrün məzənnəsi ilə 1020 manat təşkil edən 600 ABŞ dollarını, 4 ədəd hər birinin dəyəri 250 manat olan qızıl üzüklər, 3 ədəd hər birinin dəyəri 300 manat olan qızıl boyunbağı, 1 ədəd 100 manat dəyərində qızıl kulonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 3020 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 tanışı yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını gizli olaraq talamaq məqsədilə təkrarən 06 iyun 2019-cu il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs7 Nurəddin qızının yaşadığı Bakı şəhəri, Xətai rayonu, Azadlıq küçəsi 11A saylı evin 4-cü mənzilinə plastik pəncərəni sındırıb qanunsuz daxil olmaqla 1000 manat dəyərində qızıl-zinət əşyaları, 120 manat pul, bir ədəd 250 manat dəyərində 5 qram çəkidə qızıl ulduz medal, 37 manat dəyərində rusiya istehsalı olan konyak, 150 manat dəyərində İPHONE-5S markalı üzərində 5 manat dəyərində ***-***-**-** nömrəsi olan mobil telefon, bir ədəd 100 manat dəyərində “Lenovo” markalı üzərində nömrə olmayan mobil telefon, 2-ci mərtəbədən bir ədəd 1190 manat dəyərində «Canon-RS-50» markalı fotoaparat, 300 manat qəpik pullar, ümumi dəyəri 500 manat təşkil edən 5 ədəd müxtəlif markalı ətirlər, evdə quraşdırılan videokameranın 400 manat dəyərində yaddaş bloku gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 4047 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 tanışı yetikinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 09 iyun 2019-cu il tarixdə saat 05-06 radələrində Zərərçəkmiş şəxs13 icarə əsasında işlətdiyi ünvan 6 ünvanında yerləşən “Şərab evi” adlanan saxlanc yeri olan mağazasına qanunsuz daxil olaraq oradan, mağazadan müxtəlif növ spirtli içkilər olan viskiləri və siqaretləri, həmçinin kassadan 184 manat 40 qəpik nəğd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs13 ümumilikdə 4.289 manat 60 qəpik dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 tanışı yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan 01.06.2005-ci il təvəllüdlü X6 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 22 avqust 2019-cu il tarixdə gündüz saatlarında Zərərçəkmiş şəxs3 yaşadığı Sabunçu rayonu Yavər Əliyev küçəsi 78 saylı evə eyvanın giriş qapısını dəmir parçası ilə açıb açaraq qanunsuz daxil olub evin ikinci mərtəbəsindən X3 məxsus 3500 manat dəyərində firuzəyi və briliant qaşlı qızıl kolye boyunbağı, 4000 manat dəyərində briliant qaşlı qızıl kolye, 1500 manat dəyərində sünbül formalı qızıl qolbağıboyunbağı dəsti, 8000 manat dəyərində yaqut və briliant qaşlı qızıl qolbağı-boyunbağı dəsti, 3000 manat dəyərində göy daşlı qızıl qolbağı-boyunbağı dəsti, 3000 manat dəyərində qızıl qolbağıboyunbağı dəsti, 1500 manat dəyərində briliant qaşlı üzük-sırğa dəsti, 4000 manat dəyərində briliant qaşlı üzük, 300 manat dəyərində arı formalı qızıl üzük, 1500 manat dəyərində briliant qaşlı qızıl bilərzik, 500 manat dəyərində briliant qaşlı qızıl üzük, hər birinin dəyəri 500 manat olan 4 ədəd qızıl 10-luq pul, hər birinin dəyəri 300 manat olan 3 ədəd qızıl 5-lik pul, 1000 manat dəyərində briliant qaşlı qızıl medalyon, 1000 manat dəyərində zəncir formalı boyunbağı, 1000 manat dəyərində yaşıl qaşlı qızıl üzük, 1000 manat dəyərində ``RADO`` markalı saat, 3000 manat dəyərində ``MAKTAYM`` markalı qızıl saat, 300 manat dəyərində ``RAKETA`` markalı qızıl üzük, o cümlədən üçüncü mərtəbədə yataq otağından dəyəri 700 manat olan ``PORCHE`` markalı və dəyəri 800 manat olan ``FERRARİ`` markalı saat, 700 manat dəyərində qızıl sikkə, pencəyin cibində olan 400 ABŞ dolları pul, o cümlədən evin mansardında olan 2000 manat dəyərində İJ16K markalı F40607 nömrəli ov tüfəngi hər birinin dəyəri 1000 manat olan 3 ədəd ceyran dərisi, 200 manat dəyərində müxtəlif növ spirtli içkiləri gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 45780 manat xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli talamaq məqsədi ilə 31 avqust 20198-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs6 məxsus Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Baksol yolunda yerləşən yeni yaşayış massivində evin daş hasarından qanunsuz olaraq həyətə daxil olub evin hamam otağınının nəfəsliyindən evə daxil olkb oradan 5000 manat pul, 15000 manat dəyərində qızı-zinət əşyaları və 200 manat dəyərində video çəkiliş aparan aparatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 20200 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli talamaq məqsədi ilə tanışı yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək 10 sentyabr 2019-cu il tarixdə saat 13:10 radələrində X4 məxsus ünvan 5 ünvanında yerləşən evinin daş hasarla əhatə olunmuş və dəmir darvazası olan saxlanc yeri sayılan əraziyə hasardan aşıb qanunsuz daxil olaraq həmin sahədə yerləşən iki mərtəbəli evin ikinci mərtəbəsində yerləşən plastik pəncərəsini vintaçanla açıb içəri daxil olaraq, oradan milli manat məzənnəsinə nisbətdə 34.000(otuz dörd min) manat təşkil edən 20.000(iyirmi min) ABŞ dolları, 17.000(on yeddi min) manatı, bir ədəd 500(beş yüz) manat dəyərində olan İphone 6+ markalı mobil telefonu, bir ədəd 700(yeddi yüz) manat dəyərində İphone 7+ markalı mobil telefonu, bir ədəd 1000(bir min) manat dəyərində İphone 8+ markalı mobil telefonu, ümumilikdə 5000 manat dəyərində olan bir ədəd «Faro» markalı qolbağ, bir ədəd «Boucheron» markalı boyun bağı, bir ədəd briliant qaşlı boyun bağının hər birinin dəyəri 800 manat olan iki ədəd “Amouge” markalı ətir, 1500 manat dəyərində iki ədəd “Kilian” markalı ətir, 1500 manat dəyərində bir ədəd “Sheyx” markalı ətir, 4000 manat dəyərində “Boucheron” markalı qızıl-zinət əşyaları boyun bağı-üzükqolbağ, 4000 manat dəyərində “Chopart” markalı qızıl-zinət əşyaları boyun bağı-üzük-qolbağ dəsti, 2210 manat dəyərində “Atasay” markalı qızıl-zinət əşyaları boyun bağı-üzük-qolbağ, 8500 manat dəyərində “FolliFolli“ markalı bujiteriya boyun bağı-üzük-qolbağ, 2500 manat dəyərində “Majorika“ markalı bujiteriya boyun bağı-üzük-qolbağ, 2500 manat dəyərində “Faro” markalı qolbağ, 1800 manat dəyərində “Fergamo” markalı qol saatı, 1000 manat dəyərində “Stührling” markalı qol saatı, 500 manat dəyərində “Bretling” markalı qol saatı, 500 manat “Ulysse Nardin” markalı qol saatı, 500 manat “Ulysse Nardin” markalı qol saatı və əlavə olaraq ona məxsus 30 manat dəyərində 5 ədəd corablar, 500 manat dəyərində olan “Louis Vuitton” markalı qara rəngli canta, 500 manat dəyərində “Stefano Ricci” markalı pul kisəsini gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 91040 manat külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetikinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 tanışı yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli talamaq məqsədi ilə tanışı yetkinlik yaşına çatmayan ilə cinayət əlaqəsinə girərək təkrarən 11 sentyabr 2019-cu il tarixdə saat 09:50-dən saat 12:20-dək olan müddət ərzində X1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu Zahid Xəlilov küçəsi 523cü məhəllə 3 saylı evin 4-cü mənzilinə pəncərənin kilidini sıxıb açma yolu ilə qanunsuz mənzilə daxil olub oradan K.Rəhimovaya məxsus 10.000 manat dəyərində, ağsarı rəngli qızıldan hazırlanmış, brilyant qaşlı, 750 əyyarlı, badamı şəkilli üzük, sırğa; 12.000 manat dəyərində, yaşıl rəngli qızıldan hazırlanmış, brilyant qaşlı, 750 əyyarlı, oval şəkilli üzük, sırğa; 3.000 manat dəyərində, ağ rəngli qızıldan hazırlanmış, brilyant qaşlı, 750 əyyarlı, dairəvi şəkilli sırğa; 1.800 manat dəyərində, ağ rəngli qızıldan hazırlanmış, 750 əyyarlı, brilyant kulonlu boyunbağ; 13.000 manat dəyərində, ağ rəngli qızıldan hazırlanmış, brilyant qaşlı,750 əyyarlı, boyunbağı və qolbağ dəsti; 500 manat dəyərində, sarı rəngli qızıldan hazırlanmış, sarı rəngli, 750 əyyarlı, qızıl kulonlu (Vitraj firmalı) boyunbağı; 3.000 manat dəyərində, səma rəngli qızıldan hazırlanmış, brilyant qaşlı,750 əyyarlı, sırğa və üzük dəsti; 6.500 manat dəyərində, sarı-qara rəngli qızıldan hazırlanmış, (Roberto-Bravo firmalı) 585 əyyarlı, sırğa, üzük və boyunbağı dəsti; 2.800 manat dəyərində, sarıağ rəngli qızıldan hazırlanmış 750 əyyarlı qolbağı; 3.500 manat dəyərində, sarı rəngli qızıldan hazırlanmış 925 əyyarlı boyunbağı; 100 manat dəyərində, ağ rəngli, qırmaızı qaşlarla olan 33 qramlıq gümüşdən ibarət qolbağ; 20 manat dəyərində, ağ rəngli, xamiliyon olan 5 qramlıq gümüşdən ibarət üzük və həmin dövrun məzənnəsi ilə 6460 manat olan 3.800 ABŞ dolları tamah niyyəti ilə gizli olaraq talayıb zərərçəkmiş şəxs K.Ə.Rəhimova ümumilkdə 62.680 manat külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən zərərçəkmiş şəxs X1 nümayəndəsi Nümayəndə3 apellyasiya şikayəti verib məhkum edilmiş şəxsə verilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun gəlmədiyini qeyd edərək hökmün dəyişdirilməsini, məhkum edilmiş şəxslərə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsinin sanksiyasının yuxarı hədlərində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunmasını xahiş etmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verib birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını qeyd edərək hökmün dəyişdirilməsini və onun cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verib cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Hökmdən digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verib cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət işinin materiallarını araşdırıb proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətlərindən görünür ki, verilmiş apellyasiya şikayətində məhkum edilmiş şəxsin təqsirliliyi məsələsi və ya törətdiyi cinayətin hüquqi tövsifi mübahisələndirilməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 AR CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri məhkum edilmiş şəxslərin özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, iş materiallarında ekspert rəyləri və istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunmuş cinayət əməllərini törətmələri haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onların həmin əməlini Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yənicinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyatı, o cümlədən cəzanı yüngülləşdirən və ağılaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Zərərçəkmiş şəxs X1 nümayəndəsi Nümayəndə3 hökmün dəyişdirilərək məhkum edilmiş şəxslərə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsinin sanksiyasının yuxarı hədlərində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunmasını xahiş etsə də, məhkəmə kollegiyası məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın ağırlaşdırılması üçün əsas görmür və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları və cəzalarını yüngülləşdirən hal kimi cinayəti törədərkən yetkinlik yaşına çatmadıqlarını, əməllərindən səmimi peşman olmalarını, vurulmuş ziyanın qismən ödənilməsini nəzərə alaraq onlara təqsirli bilindikləri AR CM-nin 177.3.2-ci maddəsinin sanksiyası daxilində cəza təyin etmənin ümumi prinsiplərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkum edilmiş şəxsə təyin edilmiş cəzanı cəzanın məqsədlərini təmin etmək baxımından yetərli hesab edir. Məhkəmənin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 və məhkum edilmiş şəxslər tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək məhkum edilmiş şəxslərə təyin edilmiş cəzanın ağır olduğunu, onlara cəza təyin edilərkən cəzalarını yüngülləşdirən halların nəzərə alınmadığını göstərsələr də, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxslərə cəza təyin edərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayəti törədərkən yetkinlik yaşına çatmadıqlarını, əməllərindən səmimi peşman olmalarını, vurulmuş ziyanın qismən ödənilməsini, məhkum edilmiş şəxslərin cəzalarını ağırlaşdıran halların olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının minimum həddində, Təqsirləndirilən şəxs1 isə minimum həddinə yaxın həddə cəza təyin etmişdir. Müdafiəçilər məhkum edilmiş şəxslərin zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənilməsinə və zərərçəkmiş şəxslərin bəzilərinin onlara qarşı şikayət və tələbinin olmamasına istinad edərək onlara daha yüngül cəzanın təyin edilməsini xahiş etsələr də, məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxsə vurulmuş ziyanın qismən ödənilməsi və barışığın əldə edilməsi hər bir halda şəxsin cəmiyyətdən tam təcrid edilməsi zərurətini, o cümlədən, hazırki halda cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında və daha təhlükəli üsulla, yəni qanunsuz olaraq mənzilə daxil olmaqla törədilməsi nəzərə alınmaqla əməlin ictimai təhlükəliliyini aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 9, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkum edilmiş şəxsin şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda sadalanan yüngülləşdirici halları nəzərə alıb onlara cəzanın məqsədlərini təmin edən qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə məhkum edilmələrinə dair 10 iyun 2021-ci il tarixli hökmü məhkum edilmiş şəxslərin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən, AR CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L I R : Zərərçəkmiş şəxs X1 nümayəndəsi Nümayəndə3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 və məhkum edilmiş şəxslər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə məhkum edilmələrinə dair 10 iyun 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar