Məhkəmə qərarları › İş №1(103)-1269/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1269/2022

13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1269/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Əkbərovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımov Fəxri Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı X5, Zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs12, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 Bəxtiyar oğlunun və müdafiəçisi Müdafiəçi5, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs2 Bəxtiyar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə, xx.xx.1988-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 Bəxtiyar oğlu, onun müdafiəçisi Müdafiəçi3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs1 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Hafiz Kamranov) 05 may 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası uşağı - xx.xx.2021-ci il təvəllüdlü X8 14 yaşına çatana qədər təxirə salınmışdır. Həmin hökmlə Təqsirləndirilən şəxs2 Bəxtiyar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 05 may 2022-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin may ayında istintaqa dəqiq məlum olmayan vaxtda və tarixdə özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin səlahiyyətli işçisi kimi təqdim edərək tanışları Şahid1 və Zərərçəkmiş şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs8 qızı 7 yaşlı Dəniz Manaflını Bakı şəhərində yerləşən “Avropa Azərbaycan” məktəbinin ibtidai sinifinin pulsuz bölməsinə 3500 manat müqabilində qəbul etdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Şahid1 Zərərçəkmiş şəxs8 5000 manat pulu Zərərçəkmiş şəxs1 vasitəsilə sonuncuya məxsus Nərimanov rayonu Ağa Nemətulla küçəsi 72 ünvanında yerləşən ofisində aldıqdan sonra 1500 manat pulu özünə götürmüş, qalan 3500 manat pulu Bakı şəhəri, Nəsimi rayonunda yerləşən metronun 28 may stansiyasının qarşısında Təqsirləndirilən şəxs1 Şahid1 alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqla araşdırılan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 2018-ci ilin may ayında istintaqa dəqiq məlum olmayan vaxtda və tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin səlahiyyətli işçisi kimi təqdim edərək tanışı Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs1 oğlu 2007-ci il təvəllüdlü X1 Bakı şəhərində yerləşən S.C.Pişəvəri adına Respublika Humanitar fənlər Gimnaziyasına düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs1 3000 manat pulunu tanışı Şahid1 vasitəsilə sonuncunun yaşadığı ünvan 2 ünvanında ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 2018-ci ilin may ayında istintaqa dəqiq məlum olmayan vaxtda və tarixdə özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin səlahiyyətli işçisi kimi təqdim edərək tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs1 qızı 2004-cü il təvəllüdlü X9 Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Bakı Avropa” liseyinin pulsuz bölməsinə 3000 manat müqabilində qəbul etdirəcəyinə yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Şahid1 Zərərçəkmiş şəxs1 3500 manat pulu sonuncuya məxsus Nərimanov rayonu Ağa Nemətulla küçəsi 72 ünvanında yerləşən ofisində aldıqdan sonra 500 manat pulu özünə götürmüş, qalan 3000 manat pulu Şahid1 yaşadığı ünvan 3 ünvanında Təqsirləndirilən şəxs1 ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 2018-ci ilin iyun ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan vaxtda və tarixdə özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin səlahiyyətli işçisi kimi təqdim edərək tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Təhsil Nazirliyinə nazirin müşaviri vəzifəsinə 7000 manat müqabilində təyin etdirəcəyinə köməklik edəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Şahid1 Zərərçəkmiş şəxs1 12000 manat pulu sonuncuya məxsus Nərimanov rayonu Ağa Nemətulla küçəsi 72 ünvanında yerləşən ofisində aldıqdan sonra 5000 manat pulu özünə götürmüş, qalan 7000 manat pulu Bakı şəhəri, Nəsimi rayonunda yerləşən metronun 28 may stansiyasının qarşısında Təqsirləndirilən şəxs1 Şahid1 alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 2018-ci ilin iyun-iyul aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin səlahiyyətli işçisi kimi təqdim edərək tanışı Şahid1 və Zərərçəkmiş şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs4 kürəkəni Şahid3 Bakı şəhərində yerləşən Asan xidmət mərkəzlərinin birində növbə rəisi vəzifəsinə 3000 manat müqabilində təyin etdirəcəyinə köməklik edəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Şahid1 Zərərçəkmiş şəxs4 6000 manat pulunu Nuriyə Əhmədovadan sonuncuya məxsus Nərimanov rayonu Ağa Nemətulla küçəsi 72 ünvanında yerləşən ofisində aldıqdan sonra 3000 manat pulu özünə götürmüş, qalan 3000 manat pulu Bakı şəhəri, Nəsimi rayonunda yerləşən metronun 28 may stansiyasının qarşısında Təqsirləndirilən şəxs1 Şahid1 alıb ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 2018-ci ilin iyul ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin səlahiyyətli işçisi kimi təqdim edərək tanışı Şahid1 və Zərərçəkmiş şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs5 Azərbaycan Diplomatiya Akademiyasına mühasib-kassir vəzifəsinə 4000 manat müqabilində təyin etdirəcəyinə köməklik edəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Şahid1 Zərərçəkmiş şəxs5 8000 manat pulunu Nuriyə Əhmədovadan sonuncuya məxsus Nərimanov rayonu Ağa Nemətulla küçəsi 72 ünvanında yerləşən ofisində aldıqdan sonra 4300 manat pulu özünə götürmüş, qalan 4000 manat pulu Bakı şəhəri, Nəsimi rayonu, 6-cı mikrorayonda yerləşən metronun Nəsimi stansiyasının qarşısında Təqsirləndirilən şəxs1 Şahid1 alıb ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqla araşdırılan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 2018-ci ilin avqust ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin səlahiyyətli işçisi kimi təqdim edərək tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs2 onun üçün Almaniya Federativ Respublikasında daimi yaşamaqdan ötrü lazım olan alman dili üzrə “goethe” (Alman dili biliklərinin təsdiqi haqqında) sertifikatı düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs2 1500 manat pulunu Nuriyə Əhmədovanın vasitəsilə sonuncuya məxsus Nərimanov rayonu Ağa Nemətulla küçəsi 72 ünvanında yerləşən ofisində ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 2018-ci ilin avqust ayının sonlarında istintaqa dəqiq məlum olmayan vaxtda və tarixdə özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin səlahiyyətli işçisi kimi təqdim edərək tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə qardaşı Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən “British School” məktəbinə mühafizə rəisi vəzifəsinə düzəldəcəyinə köməklik edəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs3 5000 manat pulunu Nuriyə Əhmədovanın vasitəsilə sonuncuya məxsus Nərimanov rayonu Ağa Nemətulla küçəsi 72 ünvanında yerləşən ofisində ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 2018-ci ilin avqust ayının sonlarında istintaqa dəqiq məlum olmayan vaxtda və tarixdə özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin səlahiyyətli işçisi kimi təqdim edərək tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs9 Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən “British School” məktəbinə mühafizəçi kimi işə düzəldəcəyinə köməklik edəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs9 isə 3000 manat pulunu Nuriyə Əhmədovanın vasitəsilə sonuncuya məxsus Nərimanov rayonu Ağa Nemətulla küçəsi 72 ünvanında yerləşən ofisində ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 2018-ci ilin avqust ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin səlahiyyətli işçisi kimi təqdim edərək tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs11 Bakı şəhəri Xətai rayonunda yerləşən Zakir Yusifov adına 194 nömrəli orta məktəbə riyaziyyat müəllimi kimi işə düzəlməsinə köməklik edəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs11 5000 manat pulunu Zərərçəkmiş şəxs1 vasitəsilə sonuncuya məxsus Nərimanov rayonu Ağa Nemətulla küçəsi 72 ünvanında yerləşən ofisində ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 2018-ci ilin avqust ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin səlahiyyətli işçisi kimi təqdim edərək tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə X2 Yasamal rayonunda yerləşən bağçaların birinə müdir vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Rəksanə Talıbovanın 15000 manat pulunu Zərərçəkmiş şəxs1 vasitəsilə Bak şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində ələ keçirməklə zərərçəkmiş şəxs Rəksanə Talıbovaya xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 2018-ci ilin avqust ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin səlahiyyətli işçisi kimi təqdim edərək tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs7 Mövsüm oğlunun oğlu Şahid2 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul etdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs7 9000 manat pulunu Zərərçəkmiş şəxs1 vasitəsilə sonuncuya məxsus ünvan 4 ünvanında yerləşən ofisində ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 2018-ci ilin sentyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin səlahiyyətli işçisi kimi təqdim edərək tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs6 tanışı Masallı rayonu Şıxlar kənd orta məktəbində müqavilə üzrə müəllimə işləyən Şahid5 işlədiyi orta məktəbdə 1 illik müddətini artırılmasına köməklik edəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Tmara Novruzovanın 1500 manat pulunu Zərərçəkmiş şəxs1 vasitəsilə sonuncuya məxsus ünvan 5 ünvanında yerləşən ofisində ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 2018-ci ilin sentyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin səlahiyyətli işçisi kimi təqdim edərək tanışı Zərərçəkmiş şəxs1 oğlu 2007-ci il təvəllüdlü X1 Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Bakı Avropa” liseyinin pulsuz bölməsinə qəbul etdirəcəyinə yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs1 2000 manat plunu sonuncuya məxsus ünvan 5 ünvanında yerləşən ofisində ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əri Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışıZərərçəkmiş şəxs12 özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin mülki universitetlərlə bağlı iş şöbəsinin məsul əməkdaşı kimi təqdim edərək onu Təhsil Nazirliyinin Təchizat şöbəsinin rəisi vəzifəsinə təyin etdirəcəyinə köməklik edəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra ondan 2018ci ilin sentyabr -oktyabr aylarında istintaqa dəqiq məlum olmayan tarixlərdə və vaxtlarda hissəhissə vahid niyyətlə əhatə olunan qəsdlə qrupun üzvü Təqsirləndirilən şəxs2 vasitəsi ilə ünvan 6 ünvanında 32320 (otuz iki min üç yüz iyirmi) manat pulunu ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs12 özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin mülki universitetlərlə bağlı iş şöbəsinin məsul əməkdaşı kimi təqdim edərək sonuncunun tanışı Zərərçəkmiş şəxs13 “Asan Xidmət” mərkəzlərinin birində sektor müdiri vəzifəsinə təyin etdirəcəyinə köməklik edəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 2018-ci ilin oktyabr ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Bakı şəhəri Nəsimi rayonu, 28 may küçəsində yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin qarşısında Zərərçəkmiş şəxs12 vasitəsilə Zərərçəkmiş şəxs13 5000 manat pulunu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 2018-ci ilin noyabr ayında istintaqa dəqiq məlum olmayan vaxtda və tarixdə özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin səlahiyyətli işçisi kimi təqdim edərək Zərərçəkmiş şəxs8 qızı 7 yaşlı Dəniz Manaflının oxuduğu Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Avropa Azərbaycan” məktəbindən ödəniş tam olunmadığına görə çıxarılmamasına köməklik edəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs8 600 manat pulunu ünvan 7 ünvanında yerləşən “Avropa Azərbaycan” məktəbinin qarşısında ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını xeyli miqdarda aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs15 özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin məxfi şöbəsinin əməkdaşı kimi təqdim edərək rəfiqəsi Zərərçəkmiş şəxs14 oğlu 2002-ci il təvəllüdlü X11 ali məktəbə qəbulu üçün dövlət imtahan mərkəzində elektron qeydiyyatdan keçirəcəyini və bununla yanaşı Bədən Tərbiyyəsi və İdman Akademiyasına bir illik ödəniş daxil olmaqla qəbul etdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra vahid niyyətlə Zərərçəkmiş şəxs14 Zərərçəkmiş şəxs15 vasitəsilə və şəxsən 05 iyul 2019-cu il tarixdən 08 iyul 2019-cu il tarixədək olan müddət ərzində hissə-hissə Bakı şəhəri, Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində yerləşən metronun Memar Əcəmi stansiyasının yaxınlığında ümumilikdə 5200 manat pul alıb ələ keçirməklə Zərərçəkmiş şəxs14 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs15 özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin məxfi şöbəsinin əməkdaşı kimi təqdim edərək oğlu 2011-ci il təvəllüdlü X10 “Bakı Avropa” liseyinə qəbul etdirəcəyinə köməklik edəcəyinə və anası X3 isə Bakı şəhəri Xutor küçəsində açılacaq bağçaya işçi kimi götürəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra vahid niyyətlə Zərərçəkmiş şəxs15 28 iyun 2019-cu il tarixdə ünvan 8 ünvanda yerləşən 43 saylı notariat ofisinin qarşısında 150 manat, 29 iyun 2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində yerləşən metronun Memar Əcəmi stansiyasının yaxınlığında 100 manat, 03 iyul 2019-cu il tarixdə metronun Memar Əcəmi stansiyasının yaxınlığında yerləşən “Mcdonalds”-da 50 manat və sonuncu dəfə 01 avqust 2019-cu il tarixdə ünvan 8 ünvanda yerləşən 43 saylı notariat ofisinin qarşısında 500 manat olmaqla cəmi 800 manat pul alıb ələ keçirməklə təkrarən dələduzluq elmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etinə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs16 etibarından sui-istifadə edib onu Bakı şəhəri, Yasamal rayonu 52 saylı tam orta məktəbdə Riyaziyyat müəllimi kimi işə düzəlməsinə, qardaşı X4 iki nəvəsini “British School” məktəbinə şagird kimi düzəlməsinə köməklik edəcəyinə dair yalan vəd verməklə özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin səlahiyyətli işçisi kimi təqdim edərək üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra ondan 05 avqust 2019-cu il tarixdə ünvan 9 ünvanda yerləşən “Gənclik Mall” ticarət mərkəzinin qarşısında 12000 manat pulu alıb Zərərçəkmiş şəxs16 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin vaxt Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nə dəvət olunub üzərinə baxış keçirilərkən əlində göy rəngli sellofan torbada 12000 (on iki min) manat pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə arvadı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qrup üzvləri arasında əldə olunmuş razılığa görə Təqsirləndirilən şəxs1 tanışı Zərərçəkmiş şəxs12 özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin mülki univerisitetlərlə bağlı iş şöbəsinin məsul əməkdaşı kimi təqdim edərək onu Təhsil Nazirliyinin Təchizat şöbəsinin rəisi vəzifəsinə təyin etdirəcəyinə köməklik edəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra onunla vahid niyyətlə hərəkət edən qrup üzvü Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs12 2018-ci ilin sentyabr-oktyabr aylarında istintaqa dəqiq məlum olmayan tarixlərdə və vaxtlarda hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 10 ünvanında 32320 (otuz iki min üç yüz iyirmi) manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs12 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmənin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 Bəxtiyar oğlu apellyasiya şikayəti verib cəzadan narazı olduğunu, hökm çıxararkən yüngülləşdirici halların nəzərə alınmadığını, iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənildiyini, himayəsində 2 azyaşlı uşağının, xəstə və yaşlı anasının olduğunu qeyd edərək ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Həmçinin hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verib hökmün tamamilə qanunsuz və əsassız olduğunu, onun özünü verilmiş ittihamda təqsirli bilmədiyini, zərərçəkmiş şəxslərin həqiqətə uyğun olmayan ifadələr verdiyini, iş üzrə tam və obyektiv araşdırma aparılmadığını, sübutların düzgün tədqiq edilmədiyini və həmin cinayət əməllərini törətmədiyini qeyd edərək hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs2 Bəxtiyar oğlu barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 Bəxtiyar oğlu müdafiəçisi Müdafiəçi3 vermiş olduğu apellyasiya şikayəti ilə razılaşmayaraq barəsində ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Həmçinin hökmdən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs1 apellyasiya şikayətləri verib hökmdən narazı olduqlarını, cinayət işinin obyektiv araşdırılmadığını, cinayətkarlara verilmiş cəzanın yüngül olduğunu qeyd edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmünün qismən dəyişdirilərək məhkum edilmiş şəxslərə təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulmuş sanksiyanın ən yuxarı həddində cəza təyin edilməsini və tərəflərindən verilmiş mülki iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs12 ərizə təqdim edərək ona olan 32300 manat məbləğində borcdan 10000 manat ödənildiyini və qalan borcun hissə-hissə ona ödəniləcəyini bildirərək verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Zərərçəkmiş şəxs12 apellyasiya şikayətindən imtina etdiyinə görə həmin şikayətə münasibətdə apellyasiya icraatına xitam verilməli, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 Bəxtiyar oğlunun və Zərərçəkmiş şəxs1 apellyasiya şikayətləri təmin edilməməli, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 Bəxtiyar oğlunun apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 Bəxtiyar oğluna təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməli, Təqsirləndirilən şəxs2 Bəxtiyar oğluna Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək həmin cəza azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, hökm qalan hissədə dəyişidirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs12 tərəfindən apellyasiya baxışı zamanı verilmiş ərizəni nəzərə alaraq belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs12 verildiyi apellyasiya şikayətindən imtina etdiyindən qanunvericiliyin tələblərinə əsasən həmin şikayətə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 390.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin Məcəllənin 396-cı mаddəsinə əsаsən аpellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 Bəxtiyar oğlunun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 Bəxtiyar oğlu barəsində bəraət hökmünün çıxarılması xahiş olunsa da, Təqsirləndirilən şəxs2 Bəxtiyar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, əşyaya baxış keçirilməsi haqqında 05 avqust 2019-cu il tarixli və istintaq hərəkətlərinin aparılması haqqında digər protokollar, xx.xx.2019-cu il tarixli qəbz, Whatsapp ani mesajlaşma mübadilə vasitəsi ilə aparılan yazışmalar, zərərçəkmiş şəxslərlə Təqsirləndirilən şəxs2 Bəxtiyar oğlu arasında keçirilən üzləşdirmələr və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 Bəxtiyar oğlu özünü ona istinad olunan cinayət əməllərində təqsirli bilməsə də, məhkəmə kollegiyası onun məhkəmə istintaqı zamanı verilmiş ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir və qeyd edir ki, onun həmin ifadəsi iş materiallarında olan sübutlarla və şahidlərin ifadələri ilə təkzib olunur. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs2 Bəxtiyar oğluna ittiham olunmuş cinayət əməllərini törətmələri haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onların həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci i tarixli, 7 №-li qərarında göstərilmişdir ki, dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyatı, o cümlədən cəzanı yüngülləşdirən və ağılaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Zərərçəkmiş şəxs1 hökmün qismən dəyişdirilərək məhkum edilmiş şəxslərə təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulmuş sanksiyanın ən yuxarı həddində cəza təyin edilməsini və tərəflərindən verilmiş mülki iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaların ağırlaşdırılması üçün əsaslar görmür və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları, Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxş Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs10 ilə barışıq əldə etməsini, sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 vurulmuş ziyanın qismən ödənilməsini, himayəsində 3 azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi və cəzasını ağırlaşdıran halların olmadığını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 vurulmuş ziyanın qismən ödənilməsini, himayəsində 2 azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi və cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq cəza təyin etmişdir ki, cəzaların ağırlaşdırılması üçün əsaslar yoxdur. Həmçinin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CMin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab etməklə yanaşı, CM-in 79.1-ci maddəsinin tələblərinə əsasən onun himayəsində 14 yaşına çatmamış uşağının olmasını nəzərə alır və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsini uşaq 14 yaşına çatana qədər təxirə salınmasını məqsədəmüvafiq hesab edir. CM-in 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkum edilmiş şəxsə təyin edilmiş cəzanı cəzanın məqsədlərini təmin etmək baxımından yetərli hesab edir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 Bəxtiyar oğlunun apellyasiya şikayətində ona təyin edilmiş cəzaya münasibətdə məhkum edilmiş şəxsin, şəxsiyyətini, Təqsirləndirilən şəxs2 Bəxtiyar oğlunun əməlindən səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 vurulmuş ziyanın qismən ödənilməsini və həmçinin apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs12 ziyan ödənildiyindən apellyasiya şikayətindən imtina etməsini, himayəsində 2 azyaşlı övladının olmasını, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsrə təyin edilmiş cəza ağır cəzadır. Belə ki, işə baxan birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 Bəxtiyar oğluna cəza təyin edərkən onun barəsində olan yüngülləşdirici halları sadalamaqla həmin halları nəzərə aldığını göstərsə də, hökmdə qeyd olunan yüngülləşdirici halları kifayət qədər nəzərə almamış və məhkum edilmiş şəxsə ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası törədilmiş məhkum edilmiş şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda sadalanan yüngülləşdirici halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Bəxtiyar oğlunun cəmiyyətdən tam təcrid edilmədən də islah olunmaları mümkün olduğundan ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməlidir. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 Bəxtiyar oğluna Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə yüngülləşdirilməsini cəzanın məqsədlərini təmin etmək üçün yetərli hesab edir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs12 apellyasiya şikayətindən imtina etdiyinə görə həmin şikayətə münasibətdə apellyasiya icraatına xitam verilməli, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 Bəxtiyar oğlunun müdafiəçisi Müdafiəçi3 və Zərərçəkmiş şəxs1 apellyasiya şikayətləri təmin edilməməli, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 Bəxtiyar oğlunun apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 Bəxtiyar oğluna təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməli, Təqsirləndirilən şəxs2 Bəxtiyar oğluna Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək həmin cəza azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, hökm qalan hissədə dəyişidirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsini rəhbər tutaraq Q Ə R A R A A L İ R : Zərərçəkmiş şəxs12 apellyasiya şikayətindən imtina etdiyinə görə həmin şikayətə münasibətdə apellyasiya icraatına xitam verilsin. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 Bəxtiyar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs2 Bəxtiyar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair 05 may 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 Bəxtiyar oğluna təyin edilmiş cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs2 Bəxtiyar oğluna Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə yüngülləşdirilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən X6 həbsdə saxlanıldığı 07 (bir) ay 08 (səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 günə 02 gün hesablanmaqla 01 (bir) il 02 (iki) ay 16 (on altı) gün müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 03 (üç) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 Bəxtiyar oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Bəxtiyar oğlunun üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 Bəxtiyar oğlunun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata kecirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Bəxtiyar oğlu dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi5 və Müdafiəçi4 tərəfindən məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2 Bəxtiyar oğlunun və Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdikləri hər iş saatına görə 06 manat hesab edilməklə, 72 saat üçün cəmi 432 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 05 saylı hüquq məsləhətxanasının vəkilləri Müdafiəçi5 və Müdafiəçi4 dövlət büdcə vəsaiti hesabına 432 manat işlədikləri Bakı şəhəri 05 saylı hüquq məsləhətxanasının hesabına köçürülsün. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar