Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-127/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), X30 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X33 katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi – “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2023-cü il tarixli 1(101)-243/2023 saylı hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2023-cü il tarixli 1(101)-243/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 03 may 2022-ci il tarixdən hesablanaraq barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış, ona Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə Dövlət ittihamçısı1 imtinası qəbul edilmiş və Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət təqibinə xitam verilmiş, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş və ərazi narkoloji dispanserində qeydiyyata alınmışdır. Hökmlə, həmçinin maddi sübutların taleyi, ekspertiza xərci məsələsi də həll edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə dövlət ittihamçısının imtinası qəbul edilərək Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət təqibinə xitam verilmiş, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs cinayətin haqqında icraat ayrılmış başqa şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 may 2022-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Masazır gölünün yanında taksi fəaliyyəti ilə məşğul olan və Təqsirləndirilən şəxs cinayətkar fəaliyyətindən məlumatı olmayan qohumu Şahid5 idarə etdiyi “Daewoo Nexia” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə içərisində külli miqdarda - 5065,249 qram çəkidə narkotik vasitə olan heroin, külli miqdarda - 1105 qram çəkidə qurudulmuş marixuana, külli miqdarda - 1055 qram çəkidə psixotrop maddə olan metamfetamin olan qara torbanı əldə edərək əldə etdiyi narkotik vasitə külli miqdarda - 60,249 qram hissəsini bölüb 01 ədəd bükümdə üzərində, narkotik vasitə və psixotrop maddələrin qalan hissəsini isə törədilən əməl barədə məlumatı olmayan Şahid5 idarə etdiyi “Daewoo Nexia” markalı **-DH-*** qeydiyyat nişanlı avtomobildə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 03 may 2022-ci il tarixdə saat 00:50-də Şahid5 tərəfindən idarə edilən “Daewoo Nexia” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan zaman Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X6 küçəsi, döngə 1 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmiş, Baş İdarədə həmin tarixdə saat 02:45-dən etibarən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda - 60,249 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə 03:35-dən etibarən törədilən əməl barədə məlumatı olmayan Şahid5 idarə etdiyi “Daewoo Nexia” markalı **-DH-*** qeydiyyat nişanlı avtomobilə baxış zamanı sağ ön oturacağın alt hissəsindən Təqsirləndirilən şəxs məxsus 01 ədəd bağlamanın içərisində olan 05 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1005 qram, 1000 qram, 1010 qram, 990 qram, 1000 qram olmaqla, ümumilikdə külli miqdarda - 5005 qram çəkidə narkotik vasitə olan heroin, 01 ədəd sellofan bağlamada külli miqdarda - 1105 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd bükümdə külli miqdarda - 1055 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri, işdə iştirak edən şəxslərin çıxışları: Həmin hökmdən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2023cü il tarixli 1(101)-243/2023 saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində həmin maddələr üzrə bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs və hadisənin şahidinin ifadəsinə əsasən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs 03 may 2022-ci il tarixdə Şahid5 tərəfindən idarə edilən “Daewoo Nexia” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan zaman Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X6 küçəsi, döngə 1 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmiş, Baş İdarədə həmin tarixdə saat 02:45-dən etibarən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Daha sonra həmin tarixdə saat 03:35- dən etibarən avtomobilə baxış keçirilmiş və bu zaman sağ ön oturacağın alt hissəsindən külli miqdarda narkotik vasitə aşkar edilərək götürülmüşdür. “Layıcov Azərbaycana qarşı işi üzrə” Avropa Məhkəməsinin qərarında qeyd edilir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Məhkəmə bundan əlavə qeyd edir ki, istintaq orqanları ölkədə keçirilmiş məhkəmə prosesləri zamanı ərizəçinin və onun avtomobilinin axtarışının video çəkilişinin surətini təqdim etməmiş (yuxarıda 21-ci bəndə bax) və Hökumətdən açıq şəkildə xahiş edilsə də, o, sözügedən videoçəkilişinin surətini məhkəməyə təqdim etməmişdir. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Qeyd edilən halla bağlı Avropa Məhkəməsi təcrübəsinin olmasına baxmayaraq, bu dərəcə əhəmiyyətli məsələyə birinci instansiya məhkəməsi tərəfindən etinasız yanaşılmış və diqqətdən kənar qalmışdır. Halbuki belə vacib məsələ məhkəmə tərəfindən araşdırılmalı, mövcud vəziyyət təhlil edilməli və bütün ehtimallar nəzərdən keçirilməli idi. Həmçinin qeyd edilməlidir ki, təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 10 ilə yaxındır ki, öz şəxsi istifadəsi üçün narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edirdi. Eyni zamanda həmin narkotik vasitələri iranlı Siruzdan əldə etmişdir. Təqsirləndiriləni də ifadəsindən göründüyü kimi, o, satış məqsədi olmadan narkotik vasitəni yalnız öz şəxsi istifadəsi üçün əldə etmişdir. Odur ki, Təqsirləndirilən şəxsin əməlində qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olma Təqsirləndirilən şəxs elan olunmuş ittihamda qeyd olunan əməllərin onun tərəfindən törədilməsini təsdiqləyən mötəbər sübutların toplanılmadığı müəyyən olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, sorğuda qaldırılan məsələnin həlli üçün əhəmiyyətli məqam cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş kimi qiymətləndirilməsi üçün əməlin törədilməsində qabaqcadan cinayət əlaqəsinə girmiş iki və ya daha çox icraçının olmasının zəruriliyidir. Bu qərardan belə nəticəyə gəlinə bilər ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməsi uyğun gəlmir. Konstitusiya Məhkəməsinin ümumi mövqeyini nəzərə alsaq, əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi nəticəsinə o zaman gəlinir ki, bu cinayət əməli törədilməmişdən qabaq cinayət əlaqəsinə girən iki və ya daha çox icraçı olsun. Bundan əlavə olaraq, iki və daha çox icraçı olanda belə hər hansı iştirakçılıq zamanı deyil, onların cinayətin obyektiv cəhətinin icrasında birgə iştirak etmək olsun. Bu cinayətdə də işin hallarına və sübutlara nəzər yetirilsə, səhv nəticəyə gəlinməsinə rast gəlirik. Belə ki, Siruzun şəxsiyyəti dəqiq müəyyən olunmamış, onun kim olduğu, həqiqətən bu işdə iştirak edib etməməyini sübuta yetirəcək kifayət qədər dəlillərin olmadığını görə bilərik. Bundan əlavə heç Siruz deyə bir şəxsin varlığı barədə də dəqiq məlumat yoxdur. Ümumi cinayətə baxılan zaman Təqsirləndirilən şəxs heç satış məqsədilə narkotik və psixotrop maddələrin əldə edilməsi barədə dəqiq sübutlar təqdim edilməmişdir. Yalnız “WhatsApp” proqramı üzərindən söhbətə görə, mötəbər sübutların olmadığını nəzərə almayaraq, məhkəmənin Təqsirləndirilən şəxs 234.4.1-ci və 234.4.3-cü maddələrində göstərilən cinayətə görə hökm təyin etməsinin düzgün qərar olmadığı aydın olur. Bütün bu halları nəzərə alaraq deyə bilərlər ki, Təqsirləndirilən şəxs yalnız 234.1-ci maddə ilə cinayət məsuliyyətinə cəlb olunması digər mövqeyə görə, cinayət hüquq normasında tövsifedici əlamət kimi göstərilmiş qabaqcadan əlbir olan bir qrup şəxs anlayışı hər hansı formada iştirakçılığı deyil, məhz qabaqcadan əlbir olan dəstənin cinayətin obyektiv cəhətinin icrasında birgə iştirakını nəzərdə tutur. Məsələn, əməl o halda Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif edilə bilər ki, özgənin əmlakını gizli olaraq talamada dəstə üzvlərindən ən azı iki nəfər iştirak etmiş olsun. Cinayətin obyektiv cəhətinin bir nəfər tərəfindən icra edildiyi, digər iştirakçıların isə başqa funksiyaları yerinə yetirdiyi halda, cinayət əməli qabaqcadan əlbir olan bir qrup şəxs əlaməti üzrə deyil, Məcəllənin 177.1-ci maddəsinə müvafiq olaraq tövsif edilməlidir. Bu mövqeyə əsasən isə Təqsirləndirilən şəxs törətdiyi cinayətin qabaqcadan əlir olan bir qrup şəxs tərəfindən törədildiyini deyə bilmək üçün, cinayətin obyektiv cəhətinin icrasında birgə iştirakı olmalıdır. Obyektiv cəhət dedikdə, törədilmiş cinayətin müəyyən zamanda, məkanda, şəraitdə baş verən ictimai-təhlükəli qəsdin zahiri cəhətidir. Yəni hər hansı iştirakçılıq zamanı deyil, obyektiv cəhətin birgə icrası zamanı əlbir olan iki və daha çox şəxs iştirak etmiş olsun. Siruzun şəxsiyyətinin müəyyən olunmadığı nəzərə alsaq, həmçinin narkotik satışının qabaqcadan əlbir şəkildə həyata keçirmələri barədə kifayət qədər sübutlara malik olunmadığına görə məhkəmənin qətnaməsini yanlış hesab edə bilərik. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs kiminləsə əlbir olmamış, ona istinad olunan maddələr üzrə kiminləsə aralarında qabaqcadan razılaşma əldə edilməmiş, vəzifə bölgüsü aparılmamışdır. Belə olduğu halda ona “qabaqcadan əlbir olan bir qrup şəxs” tövsifedici əlaməti nəzərdə tutulmuş ittihamın verilməsini qanunsuz və əsassız hesab edir. Birinci instansiya məhkəməsi isə tədqiq olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, onları təhlil etməmiş, bir-biri ilə müqayisə etməmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə qanunsuz, əsassız və ədalətsiz hökm çıxarmışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və ya apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2024-cü il tarixli qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2023-cü il tarixli hökmü dəyişdirilmiş, “Şahid5 idarə etdiyi “Daewoo Nexia” markalı **-DH-*** qeydiyyat nişanlı avtomobildə 01 ədəd bağlamanın içərisində olan 05 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1005 qram, 1000 qram, 1010 qram, 990 qram, 1000 qram olmaqla, ümumilikdə külli miqdarda - 5005 qram çəkidə narkotik vasitə olan heroin, bir ədəd sellefon bağlamada külli miqdarda 1105 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və bir ədəd bükümdə külli miqdarda 1055 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilməsi” qeyd olunan epizod üzrə ittiham maddi və prosessual hüquq normalarının pozulması ilə irəli sürüldüyündən həmin epizod verilmiş ittihamdan xaric edilmiş və Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin qərardan narazı qalan Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti və məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 1(102)- 1166/2024 saylı qərarı ilə məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçı tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2024-cü il tarixli qərarının kassasiya protestinə münasibətdə ləğv edilərək cinayət işinin həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsində məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı müdafiə tərəfinin mübahisələndirdiyi hazırkı məsələlər Ali Məhkəmə tərəfindən baxılıb hüquqi qiymət verildiyi üçün bəraət verilməsinə dair səsləndirilən dəlillərin əsası olmadığını, bu xüsusatlara yuxarı instansiya məhkəməsi tərəfindən konkret iş materiallarına istinad edilməklə həm ittihamın xaric olunan epizodu, həm də bəraət hökmü çıxarılmasına dair hissədə hüquqi qiymət verilərək əsaslar olmadığının təsbit olunduğunu, hökmün dəyişdirilməsinə əsaslar olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində məhkəmə iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, məhkum edilmiş şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs müdafiəçisinin dedikləri ilə razı olduğunu bildirib ona bəraət verilməsini xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət-Prosessual Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Apellyasiya şikayətində müdafiəçi məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını və işin əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək tələbini Cinayət-Prosessual Məcəllənin 399.1.2 və 399.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəllənin 399.1.2 və 399.1.3-cü maddələrinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili Təqsirləndirilən şəxs bəraət verilməsindən ibarət olmuşdur. Müdafiə tərəfi məhkum edilmiş şəxsə bəraət verilməli olmasını iddia etsə də, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq məhkum edilmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, iş materiallarında olan sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, müdafiə tərəfinin apellyasiya şikayətində əsaslandırdığı halları artıq hökmündə tədqiq etməklə, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və məhkum edilmiş şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilmişdir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 10 ilə yaxındır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan mütəmadi olaraq istifadə etmişdir. Həmin narkotik vasitəni son zamanlar iranlı Siruzdan əldə etmişdir. X10 dəmiryolunda işlədiyi vaxtdan tanımışdır. Əvvəllər Bakı şəhərində marixuananı Siruzdan pul ödəməklə əlbəəl əldə etmişdir. Sonuncu dəfə isə Siruzla ondan 300 qram marixuananı şəxsi istifadəsi üçün alacağı barədə razılaşmışdır. 02 may 2022-ci il tarixdə Siruz onunla “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayıb malın artıq ölkə ərazisində Abşeron rayonu ərazisində olmasını söyləyib ondan zəng gözləməyini, dediyi halda bir avtomobil tapıb təcili gedib malı götürməyini söyləmişdir. Həmin gün saat 23 radələrində Siruz ona Masazır gölünün yanındakı yolda darvazanın yanına qara torba qoyacağını, onu gedib götürməsini bildirmişdir. Əmisi oğlu Şahid5 taksi fəaliyyəti ilə məşğul olduğu üçün sonuncu ilə əlaqə saxlayıb bir nəfər tanışından bağlama götürməli olduğunu və onu Masazır gölünün yanına aparmasını xahiş etmişdir. Şahid5 də idarə etdiyi “Daewoo” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu qeyd olunan ünvana aparmışdır. Əmisi oğluna oraya nə məqsədi ilə getdiyini və nə götürəcəyini deməmişdir. Orada Siruzla “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayıb malın yerini dəqiqləşdirmişdir. 1 saat orada qaldıqdan sonra Siruz ona malın yerini bildirmişdir. O, əmisi oğlu Eminə tanışının gələcəyini və onunla görüşüb bağlamanı götürəcəyini yalan dediyindən həmin ərazidə bir nəfər şəxsin getdiyini görüb tanışının o şəxs olmasını demiş və ona avtomobili üzü şəhərə tərəf saxlamasını, özünün isə həmin şəxslə görüşüb gələcəyini demişdir. O, avtomobildən düşüb həmin şəxs tərəfə getmişdir. Emin isə avtomobili döndərib yolun əksi istiqamətində durmuşdur. Siruzun ona bildirdiyi yerdən bir ədəd bağlamanı götürmüş, həmin bağlama ilə maşına qayıdaraq oturacağın altına qoymuşdur. Oradan üzü şəhər istiqamətində sürdüyü zaman görmüşdür ki, arxadan onların maşınını 3 ədəd “sedan” tipli maşınlar təqib edir. Həmin maşınların üzərində polisə aid olmalarına dair heç bir işarə olmamış, Emin qorxusundan maşını yolun kənarındakı marketin soyuducusuna çırpmışdır. O, dərhal maşından düşüb qara torbanı ondan 2-3 metr aralıda dayanmış cipin altına ataraq qaçmağa çalışmış, lakin bunun mənasız olmasını anlayaraq onu təqib edən polis əməkdaşlarına təslim olmuşdur. Həmin əməkdaşlar mülki geyimdə olsa da, onların polis olmasını hərəkətlərindən anlamışdır. Polislərlə birlikdə Eminin maşınının dayandığı yerə gəlmiş və görmüşdür ki, Emin maşında sükan arxasında oturmuşdur. Onun digər maşının altına atdığı qara torbanı isə polislər aşkar edərək götürmüşlər. Bundan sonra, onu, Emini maşını ilə birlikdə polisə aparmışlar. Orada onun üzərinə baxış keçirmişlər, lakin onun üzərindən heç nə aşkar edilməmişdir. Bundan sonra, Eminin polisin həyətində dayanmış maşınına baxış keçirərək qara torbanı maşından aşkar edib içindən ayrı-ayrı heroinə, marixuanaya və metamfetaminə bənzər maddələri aşkar etmişlər. Həmin maddələr ona məxsus, yəni Siruzun göndərdiyi maddələrdir. Lakin o, Siruzdan 300 qram marixuana sifariş verdiyi halda sonuncu özbaşına olaraq külli miqdarda heroin və metamfetamin göndərmiş, marixuananın da həcmi istədiyi 300 qramdan xeyli artıq olmuşdur. Ona saxlanılan zaman, üzərinə və maşına baxış keçirilən zaman heç bir təzyiq və fiziki zor tətbiq edilməmişdir. Həmçinin polis əməkdaşları qohumu Eminin günahsız olmasını müəyyən etdikdən sonra onu azad etmiş, onu isə müdafiəçi dəvət edərək şübhəli şəxs qismində tutmuşlar. İbtidai istintaq zamanı üzərinə baxış keçirilməmişdən əvvəl təhqiqatçı Nizami Omarov onun şalvarının cibinə bir büküm heroin qoymuş, ona belə izah etmişdir ki, qayda belədir. O da Nizami Omarovla razılaşmış və sonuncunun cibinə qoyduğu bükümü baxış zamanı özünə məxsus büküm kimi təqdim etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsin şöbə rəisi vəzifəsində xidmət edən polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, 02 may 2022-ci il tarixdə həmkarı Şahid1 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon sakini olan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, məlumat əsasında əməliyyat tədbiri keçirilmiş və əməliyyat qrupunun üzvü kimi tədbirdə iştirak etmişdir. xx.xx.2022-ci il tarixdə saat 00:50 radələrində Təqsirləndirilən şəxs bənzər şəxsin “Daewoo Nexia” markalı **-DH-*** qeydiyyat nişanlı avtomobildə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X6 küçəsi, döngə 1 ünvanın yaxınlığında olmasını görmüşlər. Dərhal həmin avtomobilə yaxınlaşıb Təqsirləndirilən şəxs və yanında olan digər şəxsi saxlamışlar. Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid5 onun qohumudur və maşının Şahid5 məxsus olmasını bildirmişdir. O və həmkarı Eminə məxsus avtomaşının yol qəzasını törətməsini görməmişlər, həmin maşın səkinin yanında dayanmışdır, maşında heç bir zədə olmamışdır. Bildirir ki, əməliyyat keçirdikləri əraziyə dörd nəfər olmaqla iki maşınla gəlmişlər. Narkotik vasitə və psixotrop maddələrinin olduğu torbanı “Daewoo Nexia” markalı maşının yanında dayanmış maşının altından aşkar etməmişlər, Təqsirləndirilən şəxs onlardan yayınmağa cəhd etməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, təhqiqatçı təklif etmişdir ki, sonuncular üzərlərində olan əşyaları təqdim etsinlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki şalvarın sol yan cibindən “Redmi” markalı mobil telefon və 53 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin çəkisini artıq xatırlamır. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və onlar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Redmi” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 53 manat pul isə özünə geri qaytarılmışdır. Şahid5 üzərinə baxış keçrilməsini, artıq xatırlamır, lakin onu xatırlayır ki, “Daewoo Nexia” markalı maşina baxışda iştirak etmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Siruz” adlı şəxsin vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Abşeron rayonundan sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında “Siruz” adlı şəxsin ona pul verəcəyini, özünün narkotik vasitə istifadəçisi olduğunu, həmçinin onunla birlikdə saxlanılmış Şahid5 məxsus “Daewoo Nexio” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik maddə saxladığını, həmin narkotik maddələri təqdim edə biləcəyini, həmin avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Şahid5 da avtomobilinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra idarənin həyətində saxlanılmış avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs və Şahid5 avtomobildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid5 avtomobili əlindəki pult ilə açdıqdan sonra Təqsirləndirilən şəxs avtomobilin qabaq sağ oturacağın altından içərisində beş ədəd bağlamada narkotik vasitə olan heroinə bənzər, 01 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, 01 ədəd bağlamada psixotrop maddə olan metamfetaminə bənzər kütlələr olan bağlamanı təqdim etmişdir. Təqdim edilmiş bağlamalar elektron tərəzidə çəkilmiş, xatırladığı qədər bu əşyaların çəkisi 7 kq-a yaxın olmuşdur. Sonra həmin kütlələr içərisi boş olan torbaya qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq Şahid5 məxsus avtomobildən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Siruz” adlı şəxsin vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Abşeron rayonundan sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında “Siruz” adlı şəxsin ona hər kiloqram narkotik maddəyə görə 700 manat pul verəcəyini, avtomobildə ona məxsus narkotik maddə olması barədə Şahid5 heç bir məlumatı olmadığını bildirmişdir. Şahid5 də Təqsirləndirilən şəxs dediklərini təsdiq edib özünə məxsus avtomobildə narkotik vasitə və psixotrop maddələrin olmasından məlumatının olmadığını söyləmişdir. Qeyd etmək istəyir ki, nə o, nə də digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs və onun qohumu Şahid5 qarşı fiziki zor tətbiq edilməmiş, onların üzərinə və yaxud maşına qanunsuz əşyalar qoyulmamışdır. Hər iki baxış videoçəkilişlə aparılmış, çəkilişi həmkarı Şahid3 aparmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs keçiridikləri əməliyyat tədbiri ilə bağlı tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna dair əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyatın keçirilməsinə dair qərar qəbul etmiş, əməliyyat qrupunun rəhbəri olmaqla idarənin əməkdaşlarından ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. 02 may 2022-ci il tarixdə axşam saatlarında əməliyyat qrupunun üzvləri ilə birlikdə Baş İdarədən çıxıb Təqsirləndirilən şəxs olacağı Bakı şəhəri, Binəqədi rayonu istiqamətində getmişlər. xx.xx.2022-ci il tarixdə saat 00:50 radələrində Təqsirləndirilən şəxs “Daewoo Nexia” markalı avtomobildə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X6 küçəsi ilə hərəkət etmələrini müşahidə edərək onları saxlayıb hər ikisini və maşını idarəyə gətirmişlər. Ramin saxlanılan zaman maşından kənara hər hansı bir əşya atmamışdır. İdarədə Təqsirləndirilən şəxs və Şahid5 təhqiqatçıya təhvil verilmişlər. Təhqiqatçı hər ikisinə hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçilər təyin etmişdir. Müdafiəçilər onlara təqdim edildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Sonra inzibati otaqların birində əməliyyat qrupunun və müdafiəçilərin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs və Şahid5 barəsində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Xatırladığı qədərilə Təqsirləndirilən şəxs masanın üzərinə markasını xatırlamadığı mobil telefon da qoymuşdur. Daha sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş, içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfindən imzalanmışdır. Sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid5 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid5 üzərində qanunla qadağan olunmuş narkotik maddə olmadığını bildirmişdir. Bundan sonra sonuncunun üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki şalvarın cibindən bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd avtomobil açarı aşkar olunaraq götürülmüşdür. Şahid5 üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Samsung” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, avtomobil açarı isə şübhəli şəxsə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Siruz” adlı şəxsin vasitəsi ilə bir gün əvvəl Abşeron rayonunun ərazisində Masazır gölünün yanından götürdüklərini həmin qanunsuz əşyaları sonradan “Siruzun” göstərişi ilə deyilən ünvanlara qoymalı idilər. Gördüyü işin qarşılığında “Siruz” adlı şəxsin ona hər kiloqram narkotik maddəyə görə müəyyən miqdarda pul verəcəyini vəd etmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, onunla birlikdə saxlanılmış Şahid5 bu işə heç bir aidiyyatı yoxdur. Qanunsuz əşyaların qalan hissəsini isə Şahid5 maşınında olduğunu bildirmişdir. Bundan sonra, şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokol iştirakçılara oxunmaqla tərəflərindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs və Şahid5 ərizə təqdim edərək “Daewoo Nexia” markalı avtomobilə baxış keçirilməsinə etirazlarının olmadıqlarını bildirmişlər. xx.xx.2022-ci il tarixdə saat 03:35-dən etibarən Şahid5 idarə etdiyi “Daewoo Nexia” markalı avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs və Şahid5 avtomobildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid5 avtomobili əlindəki pult ilə açdıqdan sonra Təqsirləndirilən şəxs avtomobilin qabaq sağ oturacağın altından içərisində 05 (beş) ədəd bağlamada narkotik vasitə olan heroinə bənzər, 01 (bir) ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, 01 (bir) ədəd bağlamada psixotrop maddə olan metamfetaminə bənzər kütlələr olan bağlamanı təqdim etmiş, təqdim edilmiş bağlamalar elektron tərəzidə çəkilmiş, içərisi boş olan torbaya qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Sonra Şahid5 idarə etdiyi avtomobilin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid4 həmkarları Şahid1 və Şahid2 ifadələrinə uyğun ifadə verərək göstərmişdir ki, 02 may 2022-ci il tarixdə həmkarı Şahid1 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon sakini olan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, məlumat əsasında əməliyyat tədbiri keçirilmiş və əməliyyat qrupunun üzvü kimi tədbirdə iştirak etmişdir. xx.xx.2022-ci il tarixdə saat 00:50 radələrində Təqsirləndirilən şəxs bənzər şəxsin “Daewoo Nexia” markalı avtomobildə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X6 küçəsi ilə hərəkət etməsini görərək həmin maşını saxlayıb Təqsirləndirilən şəxs və yanında olan digər şəxsi maşınla birlikdə idarəyə gətirmişlər. Saxlanılan zaman Təqsirləndirilən şəxs Şahid5 qohumu olduğunu və maşının sonuncuya məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman hər hansı bir əşyanın kənara atılmasını görməmişdir. İdarədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, təhqiqatçı üzərlərində olan əşyaları təqdim etmələrini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, kütlə elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin çəkisini artıq xatırlamır, sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və onlar tərəfindən imzalanmışdır. “Daewoo Nexia” markalı maşına baxış da iştirak etmiş, maşının salonun ön hissəsindən bir ədəd torba aşkar edilmişdir. Həmin torbanın içərisində heroinə, metamfetaminə və marixuanaya bənzər bükümlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Siruz” adlı şəxsin vasitəsi ilə 02 may 2022-ci il tarixdə Abşeron rayonun ərazisində Masazır gölünün yaxınlığından iranlının göstərişi ilə götürdüyünü, həmin qanunsuz əşyaları iranlının deyəcəyi ünvanlara qoymalı olduğunu bildirdi. Birinci instansiya məhkəməsində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid3 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, 02 may 2022-ci il tarixdə Baş İdarəyə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. 02 may 2022-ci il tarixdə axşam saatlarında əməliyyat qrupunun üzvləri ilə birlikdə Baş İdarədən çıxıb Təqsirləndirilən şəxs olacağı Bakı şəhəri, Binəqədi rayonu istiqamətində getmişlər. Artıq 03 may 2022-ci il tarixdə saat 00:50 radələrində Təqsirləndirilən şəxs bənzər şəxsin “Daewoo Nexia” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobildə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X6 küçəsi, döngə 1 ünvanın yaxınlığında olmasını görmüşlər. Dərhal həmin avtomobilə yaxınlaşıb Təqsirləndirilən şəxs bənzər və yanında olan digər şəxsi saxlatmışlar. Həmin şəxslərə xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş, onlara özlərini təqdim etmələrini söyləmiş, həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs və Şahid5 olmalarını bildirmişlər. Şəxsiyyətlərini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını, həmçinin qohumu Şahid5 idarə etdiyi “Daewoo Nexia” markalı **- DH-*** dövlət qeydiyyat nişanlı avtomobildə də özünə məxsus olan narkotik vasitə və psixotrop maddələrin olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, Şahid5 və idarə etdiyi “Daewoo Nexia” markalı **-DH-*** qeydiyyat nişanlı avtomobil Baş İdarəyə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs və Şahid5 hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçilər təyin edilmişdir. Müdafiəçilər onlara təqdim edildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, inzibati otaqların birində əməliyyat qrupunun və müdafiəçilərin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs və Şahid5 barəsində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki şalvarın sol yan cibindən “Redmi” markalı mobil telefon və 53 manat pul aşkar olunaraq götürülmüş, kütlə elektron tərəzidə çəkilmiş, içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Redmi” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 53 manat pul isə özünə geri qaytarılmışdır. Daha sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid5 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid5 üzərində qanunla qadağan olunmuş narkotik maddə olmadığını bildirmiş, sonuncunun üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki şalvarın cibindən bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd avtomobil açarı aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Samsung” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, avtomobil açarı isə şübhəli şəxsə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Siruz” adlı şəxsin vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Abşeron rayonundan sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında “Siruz” adlı şəxsin ona hər kiloqram narkotik maddəyə görə 700 manat pul verəcəyini, özünün narkotik vasitə istifadəçisi olduğunu, təxminən 10 ildir ki, narkotik maddə istifadə etdiyini, həmçinin onunla birlikdə saxlanılmış Şahid5 məxsus “Daewoo Nexio” markalı **-DH-*** nömrəli avtomobildə narkotik maddə saxladığını, həmin narkotik maddələri təqdim edə biləcəyini, həmin avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Şahid5 onunla birlikdə saxlanılmış Təqsirləndirilən şəxs üzərində narkotik maddə olması barədə heç bir məlumatının olmadığını, özünün də narkotik maddələrdən istifadə etmədiyini, idarə etdiyi avtomobildə narkotik maddələr olması barədə məlumatının olmadığını, avtomobilinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokol iştirakçılara oxunmaqla tərəflərindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs və Şahid5 ərizə ilə müraciət edərək “Daewoo Nexia” markalı **-DH-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazlarının olmadıqlarını bildirmişlər. xx.xx.2022-ci il tarixdə saat 03:35-dən etibarən Şahid5 idarə etdiyi “Daewoo Nexia” markalı **-DH-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs və Şahid5 avtomobildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid5 avtomobili əlindəki pult ilə açdıqdan sonra Təqsirləndirilən şəxs avtomobilin qabaq sağ oturacağın altından içərisində 05 (beş) ədəd bağlamada narkotik vasitə olan heroinə bənzər, bir ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, bir ədəd bağlamada psixotrop maddə olan metamfetaminə bənzər kütlələr olan bağlamanı təqdim etmişdir. Təqdim edilmiş bağlamalar elektron tərəzidə çəkilmiş, içərisi boş olan torbaya qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Sonra Şahid5 idarə etdiyi avtomobilin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq Şahid5 məxsus avtomobildən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Siruz” adlı şəxsin vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Abşeron rayonundan sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında “Siruz” adlı şəxsin ona hər kiloqram narkotik maddəyə görə 700 manat pul verəcəyini, avtomobildə ona məxsus narkotik maddə olması barədə Şahid5 heç bir məlumatı olmadığını bildirmişdir. Şahid5 də Təqsirləndirilən şəxs dediklərini təsdiq edib özünə məxsus avtomobildə narkotik vasitə və psixotrop maddələrin olmasından məlumatının olmadığını söyləmişdir. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya, predmet və maddə aşkar olunmamış, baxış və götürmə aparılması haqqında protokol tərtib olunaraq tərəflərindən imzalanmışdır. Cinayət işində olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 03 may 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsetmə müddətinin əvvəli 03 may 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 03 may 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 03 may 2022-ci il tarixdə saat 00:50-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X6 küçəsi, döngə 1 ünvanının yaxınlığında Şahid5 ilə birlikdə saxlanılaraq Baş İdarəyə gətirilmiş, videoçəkiliş aparılmaqla şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Cinayət işində olan avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında 03 may 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla Şahid5 idarə etdiyi “Daewoo Nexia” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış kerilmiş, baxış zamanı avtomobilin ön sağ sərnişin oturacağının altından Təqsirləndirilən şəxs məxsus içərisində 05 (beş) ədəd bağlamada narkotik vasitə olan heroinə bənzər maddə, 01 (bir) ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə, 01 (bir) ədəd bağlamada psixotrop maddə olan metamfetaminə bənzər maddələr olan bağlama aşkar edilərək götürülmüşdür. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının 03 may 2022-ci il tarixli 6/2547 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 60,249 qram təşkil edən qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr...” sözləri olan kağız yapışdırılmış torbadakı beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1005 qram, 1000 qram, 1010 qram, 990 qram, 1000 qram, ümumi təmiz çəkisi 5005 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroindir, bir ədəd bükümdə təmiz çəkisi 1055 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə - kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Zərfdəki və torbadakı narkotik vasitə olan heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 5065,249 qramdır. Zərfdəki heroinin təmiz çəkisi 60,249 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 60,199 qram, torbadakı heroinin ümumi təmiz çəkisi 5005 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 5004,9 qram, torbadakı metamfetaminin təmiz çəkisi 1055 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1054,9 qram təşkil etmişdir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının 03 may 2022-ci il tarixli 7/429 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi kütlələr...” yazı və imzalar olan torbada bir ədəd sellofan bağlamada təmiz çəkisi 1105 qram olan bitki mənşəli kütlə - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 1105,0 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1104,95 qram təşkil etmişdir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 18 iyul 2022-ci il tarixli 3893 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Cinayət işində olan baxış keçirilməsi haqqında 15 iyul 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, İAMAS-dan təqdim olunmuş MAPS-uçot xəritəsinə baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus P5460410 saylı pasportdan istifadə etməklə 13 mart 2020-ci il tarixdən 15 fevral 2022-ci il tarixədək dəfələrlə İran İslam Respublikası ərazisinə daxil olması və yenidən ölkə ərazisinə qayıtması müəyyən edilmişdir. Cinayət işində olan diskə baxış keçirilməsi haqqında 20 iyul 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, cinayət əməli törədərkən onların olduqları yer üzrə uyğun gələn anten əhatə dairələri müəyyən edilmişdir. Sms tarixçəsinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı nömrəyə müxtəlif mobil nömrələrdən “Qaqa men o mali dala qatara bilmezdim mumkun deyidi”, “bilsenki bu ziblin qiymeti orda qepiy qurusdu,diyrem bu pati eriyir, kola suludu hec vecivede deyil senin”, “Maraglanim men onu? Bele 5 neferlik tema olacaq .atomdu”, “Uzurlu say ramin qardasim teker lazmidiye 10dene tulku goz panarama masin tekeri”, “Abi pencerenin kvadrati neceyedi?, “Ramin nolar onu 02 ayri 03 ayri ayri ayri elede men sevali kecdim piyada dusurem 9mertebeye”, “qaqa eve gedirem didim bir weyin olar balaca gelem goturem”, “Ordaki qiymeti yox sen bize diyende ustune de ne qoyasan hamisini de yeri neceyedi ozun bilsen besdi”, “Qaqaş bəlkə məni yola salasan gozduyenim var” məzmunda mesajlar göndərilmişdir. Cinayət işində olan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 07 iyul 2022-ci il tarixli 077-8957-1222 saylı məktubundan müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikası vətəndaşı “Siruz” adlı şəxsin əvvəlcədən təyin etdiyi yerdən əldə etməsi müəyyən olunmuş, “Siruz” adlı şəxsin İran İslam Respublikası ərazisində yaşaması səbəbindən onun ətrafında məqsədyönlü əməliyyat-axtarış tədbirləri keçirilməsi mümkün olmamışdır. Cinayət işində olan təqsirləndirilən şəxsi xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində iki azyaşlı uşağı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan Təqsirləndirilən şəxs məhkumluğuna dair Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası aşkar edilərək götürülmüş narkotik vasitənin və psixatrop maddənin miqdarını, onların ayrı-ayrı bükümlərdə olmasını, sms mətnlərini, ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri və iş üzrə toplanmış digər sübutları nəzərə alaraq hesab edir ki, aşkar edilmiş narkotik vasitə və psixotrop maddə məhz satış məqsədi ilə əldə edilmişdir. Göründüyü kimi, hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Cinayət-Prosessual Məcəllənin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkum edilmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, məhkum edilmiş şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onun təqsirlilik məsələsini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası müdafiə tərəfinin Təqsirləndirilən şəxs təqsirli olmaması ilə bağlı apellyasiya icraatında bildirdiklərini iş üzrə araşdırılmış ittihamı təsdiq edən sübutlarla və işin faktiki halları ilə müqayisəli təhlil edib onun həmin dəlillərini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini qeyd edir. Qeyd edilməlidir ki, məhkum edilmiş şəxs özünü ittiham olunduğu müvafiq maddələrlə təqsirli bilməsə də, verilmiş ittihamda göstərilən xüsusatlar, şəxsi axtarış və götürmə istintaq hərəkəti, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr, şahidlərin ifadələri (xüsusilə şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadə), təqsirləndirilən şəxsin göndərdiyi və ona göndərilən sms mətnlər və iş üzrə əldə olunmuş digər mümkün və mötəbər sübutlarla, həmçinin məhkum edilmiş şəxs barəsində qəbul edilmiş məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır. Odur ki, təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətində istinad etdiyi dəlillər məhkum edilmiş şəxsin məsuliyyətdən yayınmasına yönəlmiş formal mülahizələrdən ibarət olduğundan və iş materialları ilə təkzib olunduğundan rədd olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxsin müdafiəçisinin dəlilləri ittihamın sübut olması kifayət edən sübutların mümkünlüyünə və mötəbərliyinə təsir göstərmir. Apellyasiya şikayətində müdafiəçi məhkum edilmiş şəxsin təqsirli olub-olmaması məsələsini mübahisələndirmiş, işin əhəmiyyətli olan hallarının sübuta yetirilməməsini iddia etmişdir. Müdafiə tərəfi təqsirləndirilən şəxsə bəraət verilməli olmasını iddia etsə də, verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla iş materialları ilə öz təsdiqini tapmadığından və qanunvericiliyin müvafiq müddəaları ilə təkzib olunduğundan məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması üçün Cinayət-Prosessual Məcəllənin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar aşkar edilməmişdir. Birinci instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr müdafiə tərəfinin iddialarının, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, müdafiə tərəfinin apellyasiya müraciətində isə məhkəmənin gəldikləri nəticələri təkzib edə biləcək əsaslı dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs cinayət əməlinin faktiki məzmunu, əməlin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Məhkəmə kollegiyası nəzərə alır ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin miqdarı külli miqdar təşkil etməklə, istehlak miqdarından dəfələrlə çox olmuşdur ki, qeyd olunan hallar da məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edən hallardan biridir. Eyni zamanda, əməliyyat məlumatı da Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuşdur. Belə ki, iş materiallarında olan raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. Bundan əlavə, müdafiə tərəfi məhkum edilmiş şəxsin üzərində narkotik vasitə və psixotrop maddə olmadığını iddia etsə də, bu hal da iş materialları ilə təkzib edilməkdədir. Əvvala, bu hal məhkum edilmiş şəxsin şəxsi axtarış və götürmə zamanı göstərdikləri, istintaq zamanı vermiş olduğu ifadələri ilə uzlaşmır. Digər tərəfdən, şəxsi axtarış və götürmə protokolu, baxış keçirilməsi və maddi sübutun götürülməsi protokolu ilə yanaşı, şahid ifadələri ilə həmin narkotik vasitənin və psixotrop maddənin məhkum edilmiş şəxsə aidiyyəti müəyyən edilir. Müdafiə tərəfinin növbəti dəlili məhkum edilmiş şəxsin narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması, öz istifadəsi üçün əldə etməsi ilə bağlı olmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədilə əldə olunması, saxlanılması və daşınması Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin 234.2-ci maddəsində cinayətin məqsədi dispozisiyada konkret olaraq cinayət tərkibinin zəruri əlaməti kimi nəzərdə tutulmuşdur. Belə ki, həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən narkotik vasitələri qanunsuz əldə etmə, saxlama, daşıma və ya göndərmə əməlləri satış məqsədi ilə törədildikdə həmin maddə (maddələr) ilə cinayət məsuliyyətinə səbəb olur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 959 nömrəli Qanunun 1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin miqdarı miqdar təşkil etməklə bükümlərdə olmuş, həmçinin istehlak miqdarından dəfələrlə çox olmuşdur ki, qeyd olunan hal da narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edən hallardandır. Məhkum edilmiş şəxsdə kannabioidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyi yaranması görünsə də, onun üzərindən narkotik vasitə də aşkar edilmişdir. Digər tərəfdən, məhkum edilmiş şəxs özünü narkotik vasitənin satışını həyata keçirmədiyi kimi təsvir etdiyi halda, iş materiallarında olan ona məxsus mobil nömrəyə daxil olan və çıxan sms yazışmalarından onun özündə və hətta başqalarına da verə biləcək qədər narkotik vasitəyə sahiblik etməsinin, digərilərinə verməsinin müəyyən edilməsi ilə təkzib olunur. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 1(102)-1166/2024 saylı qərarında qeyd edilmişdir ki, Cinayət-Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 146.1 -ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə kollegiyası qeyd etmişdir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamdan nəqliyyat vasitəsindən narkotik vasitənin aşkar edilməsi epizodunu xaric edən apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuşdur. Apellyasiya məhkəməsinin verilmiş ittiham üzrə Şahid5 idarə etdiyi "Daewoo Nexia” markalı **-DH-*** qeydiyyat nişanlı avtomobildə bir ədəd bağlamanın içərisində olan 05 ədəd bükümdə - ayrı-ayrılıqda çəkiləri 1005 qram, 1000 qram, 1010 qram, 990 qram, 1000 qram olmaqla, ümumilikdə külli miqdarda 5005 qram çəkidə narkotik vasitə olan heroin, bir ədəd sellofan bağlamada külli miqdarda - 1105 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd bükümdə külli miqdarda - 1055 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilməsinin qeyd olunan epizod üzrə öz təsdiqini tapmaması barədə nəticəsi əsaslandırılmış, inandırıcı qənaət hesab edilə bilməz. Avropa Məhkəməsinin Layıcov Azərbaycana qarşı iş üzrə 10 aprel 2014-cü il tarixli qərarının 42-ci bəndində qeyd edilmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman "əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Həmin qərarın 64-cü bəndində qeyd edilmişdir ki, prosesin bütünlükdə ədalətli olub- olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə kollegiyası hesab etmişdir ki, verilmiş apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində məhkum edilmiş şəxsin ifadələrində göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə məhkum edilmiş şəxs ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və əməlini Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən məhkum edilmiş şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyini özünün istintaq zamanı vediyi ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materialları nəzərə almaqla, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrinin sanksiyası daxilində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal qismində olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında məhkumun cəzasının dəyişdirilib, ona daha yüngül cəza təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə əsasən, bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, 234.4.3cü maddəsinə əsasən isə külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, Cinayət-Prosessual Məcəllənin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs müvafiq maddələrin sanksiyası aralığında həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməsi qənaətinə gələrkən digər sübutlarla yanaşı, düzgün olaraq ibtidai araşdırma zamanı vermiş olduğu ifadələrə də əsaslanmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd edir ki, haqlı olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinin təsdiqini tapmadığı qənaətinə gəlinmiş, Dövlət ittihamçısı1 ittihamdan imtinası qəbul edilərək həmin maddə ilə cinayət təqibinə xitam verilmişdir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2023-cü il tarixli 1(101)-243/2023 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193, 397.1,397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2023-cü il tarixli 1(101)-243/2023 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-127/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-127/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver