Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1270/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Seyfəliyev Əli Səlim oğlunun sədrliyi və məruzəsi ilə, Abdulov Rəşad Məhərrəm oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Ağakişiyev Raul Firdovsi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı3, Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə1, Məhkum - Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Tərcüməçi – X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2021-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə və şikayətə verilmiş əlavəyə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.İ.Məmmədov, hakimlər T.Q.Hüseynov və Z.Q.Ağayevdən ibarət tərkibdə) xx xxxxxx 1964-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Zərərçəkmiş şəxs2 MMC-nin baş mühasibi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 4, mənzil 48-də qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi, ev 8, mənzil 9-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təyin edilmiş əsas cəza həmin Məcəllənin 313-cü maddəsi ilə təyin edilmiş əsas cəza ilə, əlavə cəza isə əlavə cəza ilə qismən toplanılaraq, Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilməklə üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, bundan başqa, o, vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 30 mart 2008-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kommersiya X154 Qeydiyyatı İdarəsi tərəfindən ********** VÖEN-i əsasında dövlət qeydiyyatına alınmaqla hazır yeməklərin göndərilməsi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs2n direktoru ilə bağladığı 20 iyun 2016-cı il tarixli, 93 nömrəli əmək müqaviləsi əsasında həmin Cəmiyyətin baş mühasibi vəzifəsinə işə qəbul olunmaqla həmin vəzifədə işləyərkən qeyd edilən əmək müqaviləsi və eyni tarixli baş mühasibin vəzifə təlimatlarına görə, müəssisədə uçotun formalaşdırılması, baş vermiş maliyyə-təsərrüfat fəaliyyətləri üzrə ilkin uçot sənədləri əsasında aktivlər, öhdəliklər, kapital, gəlir və xərclər barədə məlumatların yığılması, həmin məlumatların qeydiyyatı və ümumiləşdirilməsi, bu məlumatlara uyğun analitik və sintetik uçotun aparılması, habelə maliyyə, vergi və digər hesabatların müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin etmək, xərclər smetasının hazırlanmasını təşkil etmək, məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının, pul təminatının və ona bərabər tutulan ödənişlərin hesablanması üzrə hesablama cədvəlinin, əmək haqqının, pul təminatının və ona bərabər tutulan (məzuniyyətə çıxma, xidmətdən buraxılma və digər hallarla bağlı) ödənişlərin qabaqcadan verilməsini, birdəfəlik haqq-hesabın işlənilməsini və ödənişlərin aparılmasını, dövlət büdcəsinə ödəmələr, məcburi dövlət sosial sığorta haqqı, icbari sığorta, işsizlikdən sığorta, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsini və digər ehtiyat fondlarına ayırmaları həyata keçirmək və digər səlahiyyətlərə malik maddi məsul şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş həmin Cəmiyyətə məxsus əmlakı mənimsəməklə talamaq məqsədilə 01 yanvar 2018-ci il tarixdən 31 yanvar 2020-ci il tarixədək olan müddətdə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 15 ünvanında yerləşən həmin Cəmiyyətə məxsus inzibati binadakı xidməti otağındakı kompüterdə rəsmi sənəd olan cəmiyyətin işçilərinin aylıq əmək haqqı cədvəllərinə, yəni 2018-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə ümumilikdə 24 ədəd cədvələ tamah niyyətilə özü də daxil olmaqla Cəmiyyətdə işləyən digər işçilərin, o cümlədən, X189, X166, X76, X167, X77, X25, X168, X102, X51, X39, X78, X190, X54, X79, X111, X112, X131, X70, X80, X55, X26, X113, X114, X56, X57, X1, X11, X58, X81, X16, X82, X83, X84, X17, X59, X18, X19, X85, X143, X115, X86, X87, X191, X144, X60, X61, X20, X88, X145, X146, X40, X62, X89, X21, X41, X147, X22, X63, X42, X27, X12, X90, X91, X28, X43, X239, X13, X10, X169, X170, X171, X116, X117, smayılov Sərxan Əli oğlu, X118, X64, X92, X44, X148, X4, X45, X29, X46, X3, X30, X119, X120, X5, X93, X47, X149, X150, X121, X240, X5, X172, X122, X94, X123, X124, X95, X65, X14, X192, X31, X125, X44, X48, X126, X96, X49, X127, X151, X88, X128, X66, X152, X6, X15, X67, X48, X32, X127, X23, X68, X33, X97, X127, X34, X153, X129, X35, X98, X142, X148, X99, X100, X128, X69, X53 və X8, ümumilikdə 142 (yüz qırx iki) nəfərin adlarını qanuni şəkildə əmək haqqı almaq hüquqlarına uyğun bir dəfə yazmaqla bərabər diqqət çəkməməsi və gözdən yayınması üçün seçim əsasında hər dəfə bir qisminin adlarını ayrı-ayrı vaxtlarda təkrarən də yazıb, təkrar yazdığı adların qarşısında isə "xxxx" ASC-dən özünün adına verilmiş 4169 74** **** 2187 nömrəli ödəniş kartının **********0104 saylı, həmin bankın Səbail filialından 2019-cu ilin iyun ayında təhvil alaraq bir ay ərzində özündə saxladığı, həmin cəmiyyətdə aşbaz vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid4 adına olan 4169 74** **** 0164 nömrəli ödəniş kartının **********0104 saylı, 2019-cu ilin sentyabr ayında həmin bankın qeyd olunan filialından təhvil alıb 2020-ci ilin yanvar ayına kimi özündə saxladığı, həmin cəmiyyətdə aşbaz vəzifəsində işə qəbul olunması üçün 22 avqust 2019-cu il tarixli əmək müqaviləsi bağlanılsa da, işə başlamamış cinayətdən xəbərsiz X50 adına olan 4169 74** **** 0572 nömrəli ödəniş kartının **********0104 saylı və 2019-cu ilin noyabr ayında həmin bankın qeyd olunan filialından təhvil alaraq 2020-ci ilin yanvar ayına kimi özündə saxladığı, həmin cəmiyyətdə aşbaz vəzifəsində işə qəbul olunması üçün 08 noyabr 2019cu il tarixli əmək müqaviləsi bağlanılsa da, işə başlamamış cinayətdən xəbərsiz Şahid5 adına olan 4169 74** **** 2622 nömrəli ödəniş kartının **********0104 saylı hesab nömrələrini yazmaqla, bilə-bilə məzmununa yalan məlumatları daxil etdiyi həmin cədvəlləri qeyd edilən müddət ərzində hər ay olmaqla çap qurğusu (printer) vasitəsilə surətini kağız daşıyıcıda çıxardıb cədvəllərin cəmiyyətin cinayətdən xəbərsiz olan direktoru X101 tərəfindən təsdiq edilərək aidiyyəti üzrə icra edilməsi üçün "xxxx" ASC-nin Səbail filialına göndərilməsinə nail olmaqla, öz adına olan **********0104 saylı hesaba 2 (iki) şəxsin adı qarşısında yazılmaqla 06 mart 2018-ci il tarixdə 1.509,08 manat, 1 (bir) şəxsin adı qarşısında yazılmaqla 10 aprel 2018-ci il tarixdə 1.806 manat, 2 (iki) şəxsin adı qarşısında yazılmaqla 04 may 2018-ci il tarixdə 3.600 manat, 3 (üç) şəxsin adı qarşısında yazılmaqla 05 iyun 2018-ci il tarixdə 5.600 manat, 3 (üç) şəxsin adı qarşısında yazılmaqla 04 iyul 2018-ci il tarixdə 2.615,04 manat, 9 (doqquz) şəxsin adı qarşısında yazılmaqla 06 avqust 2018-ci il tarixdə 5.065,94 manat, 9 (doqquz) şəxsin adı qarşısında yazılmaqla 07 sentyabr 2018-ci il tarixdə 7.000 manat, 19 (on doqquz) şəxsin adı qarşısında yazılmaqla 03 oktyabr 2018- ci il tarixdə 6.608 manat, 9 (doqquz) şəxsin adı qarşısında yazılmaqla 05 noyabr 2018-ci il tarixdə 4.021 manat, 18 (on səkkiz) şəxsin adı qarşısında yazılmaqla 05 dekabr 2018-ci il tarixdə 9.500 manat, 21 (iyirmi bir) şəxsin adı qarşısında yazılmaqla 27 dekabr 2018-ci il tarixdə 11.025,22 manat, 23 (iyirmi üç) şəxsin adı qarşısında yazılmaqla 14 fevral 2019-cu il tarixdə 11.947,16 manat, 20 (iyirmi) şəxsin adı qarşısında yazılmaqla 07 mart 2019-cu il tarixdə 8.600 manat, 26 (iyirmi altı) şəxsin adı qarşısında yazılmaqla 10 aprel 2019-cu il tarixdə 16.000 manat, 37 (otuz yeddi) şəxsin adı qarşısında yazılmaqla 07 may 2019-cu il tarixdə 16.556,12 manat, 25 (iyirmi beş) şəxsin adı qarşısında yazılmaqla 04 iyun 2019-cu il tarixdə 10.084,34 manat, 19 (on doqquz) şəxsin adı qarşısında yazılmaqla 05 iyul 2019- cu il tarixdə 10.518,19 manat, 38 (otuz səkkiz) şəxsin adı qarşısında yazılmaqla 06 avqust 2019-cu il tarixdə 16.000 manat, 21 (iyirmi bir) şəxsin adı qarşısında yazılmaqla 06 sentyabr 2019-cu il tarixdə 13.192,53 manat, 19 (on doqquz) şəxsin adı qarşısında yazılmaqla 08 oktyabr 2019-cu il tarixdə 9.431,48 manat, 24 (iyirmi dörd) şəxsin adı qarşısında yazılmaqla 05 noyabr 2019-cu il tarixdə 11.156,44 manat, 16 (on altı) şəxsin adı qarşısında yazılmaqla 03 dekabr 2019-cu il tarixdə 8.732,68 manat və 14 (on dörd) şəxsin adı qarşısında yazılmaqla 27 dekabr 2019-cu il tarixdə 7.562,98 manat olmaqla, cəmi 198.132,2 manat (yüz doxsan səkkiz min yüz otuz iki manat iyirmi qəpik), Şahid4 adına olan **********0104 saylı hesaba 14 (on dörd) şəxsin adı qarşısında yazılmaqla 05 iyul 2019-cu il tarixdə cəmi 6.981,71 manat (altı min doqquz yüz səksən bir manat yetmiş bir qəpik), Khan Muhammadın adına olan **********0104 saylı hesaba 16 (on altı) şəxsin adı qarşısında yazılmaqla 06 sentyabr 2019-cu il tarixdə 7.507,47 manat, 24 (iyirmi dörd) şəxsin adı qarşısında yazılmaqla 08 oktyabr 2019-cu il tarixdə 10.273,91 manat, 21 (iyirmi bir) şəxsin adı qarşısında yazılmaqla 05 noyabr 2019- cu il tarixdə 10.543,57 manat, 18 (on səkkiz) şəxsin adı qarşısında yazılmaqla 03 dekabr 2019-cu il tarixdə 8.808,97 manat və 19 (on doqquz) şəxsin adı qarşısında yazılmaqla 27 dekabr 2019-cu il tarixdə 11.115,44 manat olmaqla, cəmi 48.249,36 manat (qırx səkkiz min iki yüz qırx doqquz manat otuz altı qəpik) və Şahid5 adına olan **********0104 saylı hesaba 17 (on yeddi) şəxsin adı qarşısında yazılmaqla 03 dekabr 2019-cu il tarixdə 9.458,35 manat və 16 (on altı) şəxsin adı qarşısında yazılmaqla 27 dekabr 2019-cu il tarixdə 10.656,58 manat olmaqla, cəmi 20.114,93 manat (iyirmi min yüz on dörd manat doxsan üç qəpik) olmaqla, ümumilikdə cəmi 273.478,2 manat (iki yüz yetmiş üç min dörd yüz yetmiş səkkiz manat iyirmi qəpik) məbləğində pul vəsaitinin köçürülməsinə nail olub, 01 fevral 2018-ci il tarixdən 31 yanvar 2020-ci il tarixədək olan müddət ərzində qeyd edilən ödəniş kartları vasitəsilə "xxxx" ASC-nin Bakı şəhərində yerləşən müxtəlif bankomatlarından həmin pul vəsaitini tam şəkildə şəxsən məxaric edib şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs2 MMC-yə məxsus olmaqla ona etibar olunmuş 273.478,2 manat (iki yüz yetmiş üç min dörd yüz yetmiş səkkiz manat iyirmi qəpik) məbləğində pul vəsaitini həmin Cəmiyyətə vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talama cinayətini, eləcə də vəzifəli şəxs qismində rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı cinayətini törətmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ŞİKAYƏTƏ ƏLAVƏNİN DƏLİLLƏRİ: Hökmdən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2021-ci il tarixli hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs barəsində daha yüngül cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsinə əsasdır. Müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətinə əlavə verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs irəli sürülən ittihamla bağlı bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsi, ələ keçirilmiş 274.000 manat məbləğində pulun özünün şəxsi ehtiyaclarına deyil, Vüsalə adlı şəxsə verməsi, onun Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməməsi və həmin cinayət əməllərinə onun aidiyyatının olmaması ilə bağlı hissədə verdiyi ifadəsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətini və şikayətə verilmiş əlavənin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdıraraq, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayəti və şikayət əlavə təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq hökmün qanuniliyini apellyasiya şikayətinin və şikayətə verilmiş əlavənin dəlillərini də nəzərə almaqla yoxlayaraq açağıdakıları qeyd edir: Apellyasiya şikayətində məhkum Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsi, şikayətə verilmiş əlavədə isə ona bəraət verilməsi iddia edilir və bununla bağlı bir sıra dəlillərə istinad olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X9 təməl prinsiplərindəndir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs bəraət verilməsi ilə bağlı şikayətin dəlilinə münasibətdə vurgulayır ki, onun öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talaması, vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı cinayəti törətməsi işdə olan müvafiq məlumatlarla sübuta yetirilmiş və birinci instansiya məhkəməsi qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və məhkəmədə tədqiq edilmiş sübutlara düzgün qiymət vermiş, həmin sübutlar yoxlanılarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə riayət olunmuşdur. Məhkəmənin həmin məsələlər üzrə mövqeyinin, gəldiyi nəyicənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur, apellyasiya şikayətinin bəraətə dair dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə də əsaslanır. Həmin normada təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların analizi belə qənaətə gəlməyə tam əsas verir və həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək qeyd edir ki, onlar məhkumun təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Bu nəticə işin hallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs haqqında bəraət hökmünün çıxarılması üçün əsas yoxdur, müdafiə tərəfinin şikayətinin dəlilləri də buna əsas vermir. Hökmdə həmin məsələlərlə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verməmişdən əvvəl Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-də baş mühasib vəzifəsində işləmişdir. Təxminən 2017-ci ilin əvvəllərində onun qardaşı Lətif Məmmədovun ailəsində problemlər yaranmış və həmin ərəfədə Təqsirləndirilən şəxs qonşusu Əsli adlı qadına qardaşının ailəsində yaranmış problemlər barədə məlumat vermişdir. Əsli adlı şəxs isə Şahid6 adlı yaxşı falçı tanıdığını və Vüsalənin ona kömək edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs Əsli adlı qadınla qonşu olduğundan və sonuncuya etibar etdiyindən Əslinin ona etdiyi təklifi xoş niyyətlə qəbul etmiş və sonuncudan onu Şahid6 ilə tanış etməsini xahiş etmişdir. Daha sonra Əsli adlı qadın Təqsirləndirilən şəxs Şahid6 işlətdiyi mobil telefon nömrəsini vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs Şahid6 ilə telefon vasitəsilə danışmış və onlar tanış olmuşlar. Təqsirləndirilən şəxs Şahid6 ilə Əsli adlı qadın vasitəsi ilə tanış olması cinayət işinin mübahisəsiz halını təşkil edir. Qeyd edilən hallar həm Təqsirləndirilən şəxs, həm də Şahid6 məhkəmə istintaqında ayrı-ayrılıqda verdikləri ifadələri ilə tam şəkildə öz təsdiqini tapmışdır. Şahid6 Təqsirləndirilən şəxs ilə tanış olduqdan sonra Şahid6 Təqsirləndirilən şəxs sadəlövh insan olduğunu hiss etmiş və sonuncunun sadəlövhlüyündən istifadə etmək istəmişdir. Belə ki, Şahid6 Təqsirləndirilən şəxs psixoloji cəhətdən təsir edərək sonuncunun qardaşına və qardaşının ailə üzvlərinə cadu olunduğunu, yaxın zamanda sözügedən şəxslərin böyük problemlərlə qarşılaşacağını bildirmiş və qardaşıgilə edilmiş caduları pozacağını deyərək bunun müqabilində müxtəlif növ əşyalar və pul vəsaitini təqsirləndirilən şəxsdən istəmişdir. Təqsirləndirilən şəxs isə Şahid6 inanaraq sonuncunun dediklərini dəfələrlə icra etmişdir. Təqsirləndirilən şəxs Şahid6 təsiri altına düşərək sonuncuya dəfələrlə müxtəlif əşyalar, pul vəsaiti, qızıl-zinət əşyaları verməsi cinayət işinin materialları ilə öz təsdiqini tapmışdır. Bundan başqa, Şahid6 gələcəkdə məsuliyyətdən yayınmaq məqsədi ilə mümkün qədər Təqsirləndirilən şəxs ilə canlı ünsiyyətdən və təmasdan çəkinmişdir. Şahid6 yuxarıda göstərilən müxtəlif əşyaları, pul vəsaitini, çoxlu sayda danışıq kartlarını Təqsirləndirilən şəxs şəxsən deyil, başqa şəxslər (faktiki nikah münasibətində olan əri Salman və oğlu Rafael) vasitəsi ilə almışdır. Eyni zamanda cinayət işinin materiallarından açıq-aşkar görünür ki, Şahid6 əri Salman adlı şəxs həmin ərəfədə telefonların təmiri və danışıq kartlarının satışı ilə məşğul olan mağazada işləmiş, Şahid6 oğlu Rafael isə Salmana bu işdə kömək etmişdir. Təqsirləndirilən şəxs dəfələrlə Şahid6 müxtəlif məbləğlərdə pul vəsaiti, qızı-zinət əşyaları və sair əşyalar verməsinə baxmayaraq, sonuncu Təqsirləndirilən şəxs əl çəkməmiş və Təqsirləndirilən şəxs göstərdiyi xidmətlərə (cadu, falçılıq və sair) görə daha çox pul verməsini istəmişdir. Təqsirləndirilən şəxs həmin dövrdə əlində olan şəxsi pul vəsaitini və digər imkanlarından istifadə edərək əldə etdiyi başqa əşyaları Şahid6 üçüncü şəxslər vasitəsi ilə təqdim etdikdən sonra Şahid6 tələbi üzrə əlavə pul vermək imkanına malik olmamışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs 01 yanvar 2018-ci il tarixdən 31 yanvar 2020-ci il tarixədək baş mühasib kimi işlədiyi Zərərçəkmiş şəxs2 MMC-yə məxsus külli miqdarda, yəni cəmi 273.478,2 manat (iki yüz yetmiş üç min dörd yüz yetmiş səkkiz manat iyirmi qəpik) məbləğində pul vəsaitini özünə məxsus əmək haqqı kartı və işlədiyi müəssisənin işçilərinin əmək haqqı kartları vasitəsilə "xxxx" ASC-nin Bakı şəhərində yerləşən müxtəlif bankomatlarından tam şəkildə şəxsən məxaric edərək qanunsuz şəkildə ələ keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs2 MMC-yə məxsus olan və ona etibar edilmiş 273.478,2 manat (iki yüz yetmiş üç min dörd yüz yetmiş səkkiz manat iyirmi qəpik) məbləğində pul vəsaitini həmin Cəmiyyətə vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə ələ keçirmiş, eləcə də vəzifəli şəxs qismində rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı cinayətini törətmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi onun ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələr ilə tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə istintaqı zamanı müxtəlif orqanlara müraciət edərək törətmiş olduğu cinayətin üsulu və mexanizmi barədə ətraflı məlumat vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərək və cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək işlədiyi Zərərçəkmiş şəxs2 MMC- yə məxsus 273.478,2 manat (iki yüz yetmiş üç min dörd yüz yetmiş səkkiz manat iyirmi qəpik) məbləğində pul vəsaitini mənimsədiyini dəfələrlə etiraf etmiş, eləcə də törətmiş olduğu cinayət əməllərinin üsulunu və mexanizmini, başqa sözlə, qeyd edilən məbləğdə pul vəsaitini hansı üsul və qayda ilə mənimsəyərək ələ keçirdiyini açıq şəkildə göstərmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2 və 313- cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla razılaşmamasının yeganə səbəbi ondan ibarətdir ki, o, həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı bildirmişdir ki, 273.478,2 manat (iki yüz yetmiş üç min dörd yüz yetmiş səkkiz manat iyirmi qəpik) məbləğində pul vəsaitini ələ keçirmiş olsa da, həmin cinayəti tək başına deyil, Şahid6 vasitəsi ilə törətmiş və ələ keçirmiş olduğu bütün pul vəsaitini məhz Şahid6 ona falçılıq və cadugarlıq fəaliyyətinin əvəzi olaraq sonuncuya vermişdir. Başqa sözlə, təqsirləndirilən şəxs iddia etmişdir ki, o, 273.478,2 manat (iki yüz yetmiş üç min dörd yüz yetmiş səkkiz manat iyirmi qəpik) məbləğində pul vəsaitini mənimsəmə yolu ilə ələ keçirsə də, həmin pulu özünə və ailəsinə sərf etməmiş, əksinə bütövlükdə həmin pulu Şahid6 təsiri altında sonuncuya vermişdir. Qeyd edilən məsələ ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Şahid6 sonuncunun yaxın qohumları vasitəsi ilə müxtəlif vaxtlarda, müxtəlif yerlərdə və müxtəlif məbləğlərdə pul və sair bahalı əşyaların verilməsi öz təsdiqini tapsa da, məhkəmə istintaqında onun Şahid6 verdiyi (göndərdiyi) pul vəsaitinin ümumi məbləğini və sair əşyaların ümumi dəyərini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini təsdiq edən hallardan biri də onun ibtidai istintaq zamanı bir neçə dəfə Zərərçəkmiş şəxs2 MMC-yə ödəniş etməklə sonuncuya vurulmuş ziyanın qismən ödənilməsində ifadə olunmuşdur. Onun tərəfindən 23.000 manat məbləğində ziyan ödənilmişdir. Vurulmuş ziyanın qismən ödənilməsi də ona dəlalət edir ki, Təqsirləndirilən şəxs işlədiyi müəssisəyə məxsus külli miqdarda pul vəsaitini mənimsəmə yolu ilə qanunsuz şəkildə ələ keçirmişdir. Yuxarıda göstərilənləri bir daha məcmu halda təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməllərində həqiqətən də Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin zəruri tərkib əlamətləri var...” Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təqsirli bilinməsi və əməlinin tövsifi məsələləri üzrə gəldiyi nəticəni hökmdə ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri də birinci instansiya məhkəməsinin həmin mövqeyinin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası şikayətin “...Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsi, ələ keçirilmiş 274.000 manat məbləğində pulun özünün şəxsi ehtiyaclarına deyil, Vüsalə adlı şəxsə verməsi, onun Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməməsi və həmin cinayət əməllərinə onun aidiyyatının olmaması ilə bağlı hissədə verdiyi ifadəsi məhkəmə tərəfindən nəzərə alınmamışdır...”, dəlilinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsinə birinci instansiya məhkəməsi tərəfindən müqayisəli şəkildə “...Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsi, ələ keçirilmiş 274.000 manat məbləğində pulun özünün şəxsi ehtiyaclarına deyil, Vüsalə adlı şəxsə verməsi, onun Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməməsi və həmin cinayət əməllərinə onun aidiyyatının olmaması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir...” hüquqi qiymət verilmişdir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmə hökmü Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin hüquqi tövsifinə, təyin edilmiş cəzanın növünə və həddinə münasibətdə cinayət işinin materiallarına və qanunun tələblərinə tam uyğun çıxarılmışdır. Birinci instansiya məhkəməsinin cəza təyini məsələsində mövqeyi (gəldiyi nəticə) iş materiallarına, qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, şikayətin dəlilləri də buna əsas vermir. Belə ki, birinci instansiya məhkəməsi tərəfində Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, cinayəti Şahid6 qanunsuz hərəkətlərinin təsiri altında törətməsi, evli olması, qismən ziyanı ödəməsi (23.000 manat) və yaşadığı yer üzrə müsbət xarakterizə olunması Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmış və cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Hökmdən görünür ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə minimum həddə yaxın cəza təyin edilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs daha yüngül cəza təyin olunması ilə bağlı şikayətin dəlilinə münasibətdə qeyd edir ki, bunun üçün Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqinə əsas ola biləcək hallar iş üzrə mövcud deyil. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsindəki cinayət işinə Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinin tələbinə uyğun olaraq verilmiş ittiham daxilində baxılmışdır. Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, şikayətin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası CM-nin 8.1, 58.3 və 42.1-ci maddələrində nəzərdə tutulmuş normalra əsaslanır və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının izahlarını nəzərə alır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 8.1, 41.2 və 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyyəsində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CMnin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 399-cu maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyil, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, birinci instansiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti və şikayətə verilmiş əlavə isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayəti və şikayətə verilmiş əlavə təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-1270/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1270/2021
06.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver