Məhkəmə qərarları › İş №1(103)-1277/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1277/2023

01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1277/2023 01.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 İlham oğlunun sədrliyi və məruzəsi ilə, Mehdiyev Emin Əlxan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, Nəcəfova Lamiə Amil qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs və onun nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə2, Məhkum edimiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1 və 322.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 1(003)-6/2023 nömrəli hökmündən Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə və birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etmiş Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya portestinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 1(003)-6/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim X3) xx.xx.1970-ci ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan (tikinti üzrə usta və iş icraçısı), əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 29A/23, mənzil 10-da qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan, xx.xx.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1 və 322.1-ci maddələri ilə təqsirli bilinməsi, Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə qazancının 20 %-i dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə təyin edilmiş qazancının 20 %-inin dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası Azərbaycan Respublikası CM-in 68.3.1-ci maddəsinə əsasən islah işlərinin iki günü bir gün azadlığın məhdudlaşdırılması hesabı ilə hesablanmaqla 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddətin bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, nömrəsiz fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, hökmün icrasına nəzarətin Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cinayət işinin 61-62-ci vərəqində olan xx.xx.2021ci il tarixli şahidin dindirilməsi barədə protokolun 1-ci vərəqinin aşağısındakı imza və 2-ci vərəqində “İmza” qrafasındakı olan imzanın kimin tərəfindən saxtalaşdırılaraq imzalanması faktının müəyyən edilməsi üçün toplanmış materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi hökm edilmişdir. Hökmlə həmçinin, məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1 və 322.1-ci maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddələr ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, tanışı «Nüsrət» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə, təxminən saat 11:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, dəniz kənarı ərazidə yerləşən “Delmar” Hotelin yaxınlığındakı ərazidə Zərərçəkmiş şəxs Buzovna Bələdiyyəsi tərəfindən icarə müqaviləsi əsasında verilmiş torpaq sahəsində mövsümi kafe kimi fəaliyyət göstərən istirahət obyektinə gələrək orada qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydalarına zidd olaraq kran avtomobilinin sürücüsü Şahid1 qeyd olunan obyektdə taxta-şalban materiallarından hazırlanaraq quraşdırılmış istirahət otaqlarının sökülməsi barədə göstəriş vermiş, kranın sürücüsü Şahid1 qaldırıcı kranla istirahət zonasında quraşdırılmış 6 ədəd, 2,5x2,5 metr ölçüdə olan istirahət otaqlarını yerindən çıxartmaqla zədələmiş, Təqsirləndirilən şəxs və «Nüsrət» adlı şəxs davranış qaydalarına zidd olan bu hərəkətləri ilə Zərərçəkmiş şəxs 5574,0 (beş min beş yüz yetmiş dörd) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla özbaşınalıq edib özgənin əmlakını qəsdən zədələmişdir. Apellyasiya şikayətinin və apellyasiya protestinin dəlilləri və etirazlar: Hökmdən Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 1(003)- 6/2023 nömrəli hökmünü ləğv edərək, Təqsirləndirilən şəxs barəsində məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1 və 322.1-ci maddələri üzrə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın tam həcmdə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində bir sıra qanunvericilik aktlarına istinadlar edilərək göstərilmişdir: məhkəmə istintaqı zamanı araşdırılan sübutlar onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə münasibətdə azadlığın məhdudlaşdırılması cəzası cinayət işinin faktiki hallarına və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hallara, əsasən də cəzanın məqsədinə uyğun deyildir. Çünki Təqsirləndirilən şəxs məhkəmə iclaslarında sonadək özünü təqsirini etiraf etməyərək əməlindən peşman olmaması, bir neçə dəfə məhkəmə iclaslarında iştirak etməməsi, bir neçə dəfə iclaslara gecikməsi və bu kimi digər hərəkətləri ilə islah olunmağa meyilli olmadığını deklorativ şəkildə nümayiş etdirməsi, həmçinin zərərçəkmişə vurduğu ziyanı ödəməməsi onun islah olunmağa meyilli olmadığını göstərir və belə vəziyyətdə onun barəsində təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədinə nail olmaq üçün yetərli deyildir. Bundan başqa məhkəmə hökmün iş üzrə mülki iddia olmaması hissəsində də düzgün nəticəyə gəlməmişdir. Məhkəmə hökmdə mülki iddia olmamasını bildirsə də, əslində zərərçəkmiş tərəfindən mülki iddia ərizəsi və mülki iddiaçı qismində tanınma barədə vəsatətlə məhkəməyə müraciət olunaraq Təqsirləndirilən şəxs 5574.0 (beş min beş yüz yetmiş dörd) manat maddi ziyan, 2000 (iki min) manat məbləğində mənəvi ziyan və 96 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7670 (yeddi min altı yüz yetmiş) manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs xeyrinə tutulması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi Nümayəndə1 tərəfindən mülki iddia ərizəsi, mülki iddiaçı qismində tanınma barədə vəsatət və dövlət rüsumu qəbzi “Azemis” Elektron Məhkəmə informasiya Sistemində yaradılmış “elektron kabinetə” yüklənmişdir. Həmçinin, hökmdən birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etmiş Dövlət ittihamçısı apellyasiya portesti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 186.1 və 322.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Xəzər rayon məhkəməsinin 19 aprel 2023-cü il tarixli hökmünü, ona cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya portestinin dəlilləri qismində bir sıra qanunvericilik aktlarına istinadlar edilərək göstərilmişdir: məhkəmə təqsirləndirilən şəxsin iki yetkinlik yaşma çatmayan övladının olmasını və həmin uşaqlara görə aliment ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, lakin istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı onun anket məlumatlarında ailə vəziyyəti subay qeyd edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ailəli olub boşanmasını qeyd etsə də, bununla bağlı məhkəmə qətnaməsini, bundan əlavə uşaqların doğum haqqında şəhadətnaməsini, eləcə də digər zəruri sənədləri, aliment ödənişləri ilə bağlı qəbzlər və.s sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə isə qeyd olunan cəzanı yüngülləşdirən halın həqiqətdə mövcud olub-olmamasını və sübuta yetirilibyetirilməməsini araşdırmadan həmin halları cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Bundan əlavə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli etiraf etməsə də, cinayət nəticəsində dəymiş ziyandan qismən (2000 manat) ödəmək istəməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almaqda məhkəmə haqlı olmamışdır. Belə ki, təqsirləndirilən şəxsin həqiqətən də, cinayət nəticəsində dəymiş ziyanı ödəmək fikrində olub-olmaması araşdırılmamış, nəzərə alınmamışdır ki, onun real olaraq ziyan ödəmək fikri olsaydı belə halı təsdiq edən sənədləri, yəni qeyd olunan məbləğin məhkəmənin depozit hesabına qoyulması ilə bağlı sənədləri məhkəməyə təqdim etmiş olardı. Ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyən və barəsində bəraət hökmünün çıxarılmasını tələb edin şəxsin “ziyan ödəmək istəməsi” ilə bağlı fikirləri məhkəmə tərəfindən həqiqətən də real olaraq cinayət nəticəsində dəymiş ziyanın ödənilməsinə cəhd kimi qiymətləndirilməsi anlaşılan olmamışdır. Bundan əlavə, məhkəmə cəzanın məqsədinə dair CPM-nin 41-ci maddəsinin tələblərini nəzərə almamış, kifayət qədər əsaslar olmadan təqsirləndirilən şəxsə yüngül cəza təyin etmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə dəfələrlə məhkum edilmiş, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CMnin 29,120.1 -ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən 06 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1903 nömrəli Əfv sərəncamına əsasən cəzadan azad edilmişdir. Hazırda ittiham olunduğu əməllər CM-nin 15-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan əməlində cinayətlərin residivi yaranmasa da, qeyd olunan cinayət əməlini törətdiyi zaman üzərində ödənilməmiş məhkumluğu olmuşdur. Göründüyü kimi əvvəlki cinayətlərə görə təyin edilmiş daha ciddi cəzalar onun islah olunmasına yetərli olmamış, məhkumluğun ödənilmə müddəti başa çatmamış qeyd olunan cinayət hadisəsini törətmişdir. Məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət hadisəsi törətmiş şəxsin əməlində cəzasını yüngülləşdirən hər hansı bir hal olmadığı təqdirdə, məhkəmə hansı əsaslarla onun azadlıqdan məhrum edilmədən islah olunması qənaətinə gəlməsini hökmdə əsaslandırmamışdır. Hökmdən məhkum edilmiş şəxs apellyasiya şikayəti verməmişdir. Apellyasiya şikayətinə və apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli hökmünün dəyişdirilməsini, birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının təklifinə uyğun hədlərdə qəti azadlıqdan məhrumetmə cəzası təyin edilməsini və mülki iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, qeyd etdi ki, Təqsirləndirilən şəxs əvvəllər də məhkum olunmuş, hazırda ittiham olunduğu cinayəti törətdiyi dövrdə əməlində cinayətlərin residivi yaranmasa da, bu hallar onun islah olunmadığını göstərir. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin olunmuş cəza CM-də nəzərdə tutulmuş cəzanın məqsədlərinə xidmət etmir. Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməmiş və vurduğu ziyana görə heç bir ödəniş etməmişdir. Məhkəmə kollegiyasından, apellyasiya şikayətinin və mülki iddianın tam həcmdə təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətinə və apellyasiya protestinə etiraz edərək, apellyasiya şikayətinin və apellyasiya protestinin, həmçinin mülki iddianın təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdillər. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin və apellyasiya protestinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin əsas dəlili, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 186.1 və 322.1-ci maddələri ilə daha ağır həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsindən və mülki iddianın tam həcmdə təmin edilməsindən, həmçinin dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin əsas dəlili məhkum edilmiş şəxsə təqsirli bilindiyi maddələri ilə daha ağır həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsindən ibarət olmuşdur. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya şikayətinin dəlillərindən görünür ki, əməlin hüquqi tövsifi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası, zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayətində mülki iddiaya dair məsələnin mübahisələndirilməsinə həsr olunmuş dəlillərinə münasibətdə apellyasiya icraatını qismən məhkəmə istintaqı keçirməklə aşağıdakıları müəyyən etmişdir. Cinayət işi materiallarında öz əksini tapmasa da, “Azemis” Elektron Məhkəmə informasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən elektron kabinetdə yerləşdirilmiş iddia ərizəsi və mülki iddiaçı qismində tanınma barədə ərizə xx.xx.2022-ci il tarixdə elektron imza ilə imzalanmışdır. Sözügedən ərizənin verilməsindən bir il bir aydan artıq müddət keçdikdən sonra birinci instansiya məhkəməsi məhkəmə çıxışlarına başlandığını elan etsə də (xx.xx.2023-cü il tarixdə), həmin ərizəyə qiymət verməmişdir. Azərbaycan Respublikası CPM-in 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Həmçinin, Azərbaycan Respublikası CPM-in 51-1.5-ci maddəsinə əsasən, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş prosessual sənədlər kağız daşıyıcıda olan sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Həmin Məcəllənin 51-1.7-ci maddəsinə əsasən, bu Məcəllənin 51-1.6-cı maddəsində nəzərdə tutulmuş şəxslər bu Məcəlləyə əsasən məhkəməyə təqdim etmək hüququna malik olduqları prosessual sənədləri “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə göndərə bilərlər. Həmin Məcəllənin 51-1.10-cu maddəsinə əsasən, Bu Məcəllənin 51- 1.7 – 51-1.9-cu maddələrində nəzərdə tutulmuş qaydada “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim edilmiş sənədlərin digər qaydada verilməsi məhkəmə tərəfindən tələb oluna bilməz. Göründüyü kimi zərərçəkmiş şəxs tərəfindən mülki iddiaçı qismində tanınma barədə ərizə və mülki iddia qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtında verilmişdir, bu səbəbdən hazırda qismən məhkəmə istintaqı keçirilməklə aparılan apellyasiya icraatında Kollegiya, Azərbaycan Respublikası CPM-in 89 və 183-cü maddələrinin tələblərini rəhbər tutaraq, Zərərçəkmiş şəxs mülki iddiaçı, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanıyır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın dəlillərinə münasibətdə kollegiya aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/6617 saylı rəyi ilə müəyyən olunur ki, aparılmış hesablamalar nəticəsində, 1 ədəd taxtaşalbanın materiallarından hazırlanmış istirahət otağının hazırlanması üçün tələb olunan qiymət 929.0 (doqquz yüz iyirmi doqquz manat) manat olduğunu nəzərə alaraq, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsində Buzovna Bələdiyyəsi tərəfindən verilmiş sənədlər əsasında mövsümi kafe kimi istifadə etdiyi obyektdə 6 (altı) ədəd 2,5x2,5 metr ölçüdə olan taxta-şalban materiallardan hazırlanmış istirahət otaqlarına dəymiş maddi ziyanın orta bazar qiyməti 5574,0 (beş min beş yüz yetmiş dörd) manat olduğu müəyyən edilmişdir. Mülki iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair mədaxil qəbzinin surətindən görünür ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən "xxxx" ASC vasitəsilə 96 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası CPM-in 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarında mülki iddianın verilməsi ilə bağlı hökmün xüsusiyyətlərinin təsvir olunduğu 65, 74 və 75-ci bəndlərində qeyd edilir ki, məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179- 188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan mülki iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsdən 5574 (beş min beş yüz yetmiş dörd) manat maddi ziyan, 2000 (iki min) manat mənəvi ziyan və ödənilmiş 96 (doxsan altı) manat dövlət rüsumu məbləğində pul vəsaitinin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin əməli nəticəsində zərərçəkmiş şəxsə 5574 (beş min beş yüz yetmiş dörd) manat maddi ziyan vurması işin mübahisəsiz halıdır. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli nəticəsində zərərçəkmiş şəxsə 5574 (beş min beş yüz yetmiş dörd) manat maddi ziyan vurması iş materialları ilə təsdiq edildiyindən mülki iddia vurulmuş maddi ziyanın tutulması hissəsində təmin edilməli, Təqsirləndirilən şəxs 5574 (beş min beş yüz yetmiş dörd) manat pul zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməlidir. Kollegiya mülki iddianın vurulmuş mənəvi ziyan olaraq 2000 (iki min) manat məbləğində pul vəsaitinin mülki cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarında mülki iddianın verilməsi ilə bağlı hökmün xüsusiyyətlərinin təsvir olunduğu 71-ci bəndində qeyd edilir ki, məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Qərarında qeyd edilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası verilmiş mülki iddianın mənəvi ziyanın tutulması hissəsini cinayət işi materialları və qanunvericiliyin tələbləri baxımından əlaqəli şəkildə araşdıraraq hesab edir ki, baş vermiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkum edilmiş şəxsin şəxsiyyəti və digər meyarlar əsas verir ki, mülki iddia mənəvi ziyanın tutulması hissəsində qismən təmin edilsin. İddia qismən təmin edildiyindən, iddia tələbinin təmin edilmiş hissəsinə müvafiq olaraq mülki iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 96 (doxsan altı) manat da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Kollegiya eyni zamanda qeyd edir ki, qismən məhkəmə istintaqı ilə aparılan apellyasiya icraatı zamanı verilmiş mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olduğundan, ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olmadığından, mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün əlavə sübut tələb edilmədiyindən, digər hər hansı araşdırmanın həyata keçirilməsinə əsas yaranmamışdır. Kollegiya eyni zamanda, zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayətinin və dövlət ittihamçısının apellyasiya protestinin birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsin barəsində təyin edilmiş cəzanın nəticəsinin mübahisələndirilməsinə həsr olunmuş dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1 və 322.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkumun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən hallar kimi 2 yetkinlik yaşına çatmayan övladının olmasını, həmin övladlarına görə aliment ödəməsini, törətmiş olduğu əməli etiraf etməsə də, cinayət nəticəsində dəymiş ziyandan qismən (2000 manat) ödəmək istəməsini, cəzanı ağırlaşdıran halların isə olmamasını əsas götürərək, Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında məhkumun cəzasının dəyişdirilib, onun cəzasının yüngülləşdirilməsi və ya onun barəsində daha ağır cəza təyin edilməsi üçün əlavə əsaslar müəyyən edilməmişdir. Göründüyü kimi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlilləri cinayət işi materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən hökmdə əks etdirilimiş yüngülləşdirici hallar ilə (2 yetkinlik yaşına çatmayan övladının olmasını, həmin övladlarına görə aliment ödəməsini, törətmiş olduğu əməli etiraf etməsə də, cinayət nəticəsində dəymiş ziyandan qismən (2000 manat) ödəmək istəməsini) təkzib edilir. Kollegiya eyni zamanda apellyasiya şikayətində və apellyasiya protestində göstərilmiş məhkum edilmiş şəxsin cəzasını ağırlaşdırılması yönümlü dəlillərinə (zərərçəkmiş şəxsin daha sərt cəza təyin edilməsi xahişi, ödənilməmiş məhkumluğunun olması və.s) münasibətdə qeyd edir ki, qanunverici cəzanı ağırlaşdıran halların dairəsini dəqiq müəyyən etmişdir. İttiham tərəfinin mülahizəsi ilə hər hansısa halın məhkum edilmiş şəxsin vəziyyətini ağırlaşdıran hal kimi qiymətləndirilməsinə qanunvericilik tərəfindən yol verilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 61.1.1—61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onun islah olunacağı qənaətinə gəlinməsi məqsədə müvafiq olmuşdur. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qismən məhkəmə istintaqı aparmaqla, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini müzakirə edərək, proses iştiraçılarının çıxışlarını dinləyərək, hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1 və 322.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 1(003)-6/2023 nömrəli hökmü dəyişdirilməli, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın maddi ziyanın tutulması hissəsində tam təmin edilməli, mənəvi ziyanın tutulması hissəsində isə qismən təmin edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs X2 müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.2 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya portesti təmin edilməsin. Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.1 və 322.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 1(003)-6/2023 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia maddi ziyanın tutulması hissəsində tam təmin edilsin, mənəvi ziyanın tutulması hissəsində isə qismən təmin edilsin. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs (mülki cavabdeh) maddi ziyana görə 5574 (beş min beş yüz yetmiş dörd) manat, mənəvi ziyana görə 200 (iki yüz) manat, ödənilmiş dövlət rüsumuna görə 96 (doxsan altı) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar