Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1279/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Firdovsi oğlunun sədrliyi və məruzəsi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qədirov Şahrud Rafiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 109/2023 saylı, 30 mart 2023-cü il tarixli hökmündən Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-109/2023 saylı, 30 mart 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Zaur Tağıyev) xx.xx.1985-ci ildə Ağcabədi rayonu, Hindarx kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, Ağcabədi rayonu, Hindarx kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı 04 ay 16 gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməsi, 01 (bir) il sınaq müddəti müəyyən olunması və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması hökm edilmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin sağlamlığının qısa müddət pozulmasına səbəb olduğuna görə sağlamlığa qəsdən yüngül zərər vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində fəaliyyət göstərən “Binə bazarı” adlanan bazarın giriş qapısının qarşısında olarkən, həmin yerdə ticarət ilə məşğul olan X2 və qardaşı Zərərçəkmiş şəxs1 piştaxtalarının kənarına qoyduqları zibil qutusunu təpiklə vuraraq aşırdığı üçün Rəfail İbrahimov ona öz haqlı iradını bildirən zaman cəmiyyətə müstəsna şəxsiyyət olduğunu təsdiq etmək məqsədi ilə bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd edərək gücünü nümayiş etdirmək və qalmaqal salmaq niyyəti ilə Rəfail İbrahimov və Zərərçəkmiş şəxs1 ilə əsassız olaraq mübahisə etməyə başlamış, daha sonra Rəfail İbrahimov və Zərərçəkmiş şəxs1 kobud zorakılıqla sarsıtmaq, onlarda vahimə yaratmaqla onları müvəqqəti də olsa öz iradəsinə tabe etdirmək məqsədi ilə bazardakı mağazalardan birindən mətbəx bıçağını alaraq heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, ehtinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib ünvanına nalayiq söyüşlər söyməklə Rəfail İbrahimovun üzərinə gələrəkən Zərərçəkmiş şəxs1 qardaşını müdafiə etmək məqsədi ilə Rəfail İbrahimovun qarşısına keçən zaman Təqsirləndirilən şəxs əlindəki mətbəx bıçağını silah qismində istifadə edərək bir dəfə Zərərçəkmiş şəxs1 sol qol nahiyyəsindən qəsdən vuraraq ona sol saidin kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarət yetirmiş, daha sonra isə Rəfail İbrahimovun qəsdən üzərinə gedərək həmin bıçaq ilə bir dəfə də, Rəfail İbrahimovun sağ qol nahiyyəsindən vuraraq sonuncuya sağ saidin kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül dərəcəli zərərvurmya aid xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Hökmdən Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xəzər rayon məhkəməsinin 30 mart 2023-cü il tarixli hökmü cinayət qanunu norması düzgün tətbiq edilməklə, həmçinin Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilməklə dəyişdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini belə əsaslandırmışdır ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilərək şərti tətbiq edilməsi nə cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, nə onların törədilməsi şəraitinə, nə təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70ci maddəsini tətbiq edərək cəza təyin edərkən, eyni zamanda CM-nin 69.3-cü maddəsini də tətbiq etməklə onun həbsdə saxlanıldığı müddəti təyin edilmiş cəzaya hesablamış və qəti cəza təyin etmişdir. Lakin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1 -ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Göründüyü kimi, məhkəmə CM-nin 70-ci maddəsini tətbiq edərkən, CM-nin 69.3-cü maddəsinə istinad etməklə səhvə yol vermişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini müzakirə edərək, cinayət işinin materiallarını araşdırıb, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi və hökmün dəyişdirilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xəzər rayon məhkəməsinin 30 mart 2023-cü il tarixli hökmü cinayət qanunu norması düzgün tətbiq edilməsi və həmçinin Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsi barədə, məhkum edilmiş şəxsin və müdafiəçisinin apellyasiya protestinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə dövlət ittihamçısının apellyasiya protesti təmin edilməklə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 109/2023 saylı, 30 mart 2023-cü il tarixli hökmü dəyişdirilməlidir. Apellyasiya protestindən göründüyü kimi apellyasiya protestində məhkum tərəfindən cinayət əməlinin hüquqi tövsifi, onun cinayət əməlində təqsirlilik məsələsi mübahisələndirilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkum edilmiş şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə aid müddəanın xaric edilməklə dəyişdirilməsinə dair hissəsinə münasibətdə aşağıdaıları qeyd edir. Birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını və onlara dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və ya digər tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi, barəsində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və ona əsas cəza kimi təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün və məqsədə müvafiq hesab etmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və ona əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün və məqsədə müvafiq hesab etməsi, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasının əsaslı hesab etməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakılara görə razılaşmır. Məhkəmə kollegiyası belə hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi üçün kifayət qədər əsaslar müəyyən edilmədiyindən, Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum olunmasına dair 1(003)-109/2023 saylı, 30 mart 2023-cü il tarixli hökmü dəyişdirilməli, hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi və üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilməsinə dair müddəalar xaric edilməli, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-109/2023 saylı, 30 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda sadalananları hazırki iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək, təqsirkarların şəxsiyyəti, o, cümlədən, onun əvvəllər də xuliqanlıq cinayətini törətdiyinə görə məhkum olunduğunu, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla belə nəticəyə gəlir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs yalnız təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 405.1.4-cü maddəsinə görə hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum olunmasına dair 1(003)- 109/2023 saylı, 30 mart 2023-cü il tarixli hökmü dəyişdirilsin. Hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi və üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilməsinə dair müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-109/2023 saylı, 30 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs”qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Cəza çəkmə müddətinin əvvəli 22 iyun 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 10 saat üçün cəmi 60 manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Anar İbrahimov Hakimlər: Mirzəli Abbasov Ramin Qaraqurbanlı
Məhkəmə qərarları › İş №1(103)-1279/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1279/2023
22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver