Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1283/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), İbrahimov Zamin Vəliyəddin oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 , Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs4, Müdafiəçi X4, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 1(006)-63/2025 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim A.İbadzadə) 28 fevral 2025-ci il tarixli, 1(006)-63/2025 nömrəli hökmünə əsasən xx xxx 1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, “MAİN” yaşayış kompleksi, ev 47, mənzil 18 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərini törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində və axtarış qərarı ilə tutulduğu (xx.xx.2023- xx.xx.2023-cü il tarix, xx.xx.2024-xx.xx.2024-cü il tarix, xx.xx.2024-xx.xx.2024-cü il tarix), 06 (altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, yaşadığı ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə həmçinin mülki iddia qismən təmin edilərək Təqsirləndirilən şəxs 300 (üç yüz) manat məbləğində mənəvi ziyan tutulub Zərərçəkmiş şəxs2 ödənilməsi hökm edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına və birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda tanışı Zərərçəkmiş şəxs3 özünü vəkil kimi təqdim edərək sonuncunun bacısı Kifayət Qasımovaya aliment və sosial yardımın, atası üçün pensiyanın, özünə isə sosial ev verilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 17 yanvar 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “CİTY MALL” ticarət mərkəzindəki ofisdə Zərərçəkmiş şəxs3 500 manat, 2023-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs3 mobil bank tətbiqi vasitəsilə onun istifadəsində olan 4098- 5844-7158-4365 nömrəli "xxxx" ASC-yə aid “Leo bank” kartına göndərdiyi 300 manat və 03 fevral 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “CİTY MALL” ticarət mərkəzindəki ofisdə 1000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs3 ümumilikdə 1800 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda tanışı Zərərçəkmiş şəxs6 özünü vəkil kimi təqdim edərək sonuncunun məhkəmədə mübahisələndirilən torpaq sahəsinin oğlu-Zərərçəkmiş şəxs7 xeyrinə qərar qəbul etdirməklə həll edəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 05 mart 2023- cü il tarixdə saat 14:57-də Şəmki rayonu Keçili kəndində yerləşən “Ailə” supermarketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4098-5844- 7158-4365 nömrəli "Unibank” ASC-yə aid “Leo bank” kartına göndərdiyi 1100 manat və 10 mart 2023cü il tarixdə saat 17:30-da qeyd olunan ünvanda quraşdırılmış ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 1122 manat pulu alıb ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs6 ümumilikdə 2222 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda tanışı Zərərçəkmiş şəxs5 özünü vəkil kimi təqdim edərək sonuncunun məhkəmədə olan mülki işi ilə bağlı xeyrinə qərar qəbul etdirəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 18 fevral 2023-cü il tarixdə saat 18:04-də Zərərçəkmiş şəxs5 Şəmkir şəhərində yerləşən “Zaur” marketdə quraşdırılmış “emanat” ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4098-5844-7158-4365 nömrəli "xxxx" ASC-yə aid “Leo bank" kartına göndərdiyi 815 manat və 30 mart 2023-cü il tarixdə saat 17:36-da Şəmkir rayonu Keçili kəndində yerləşən “Ailə” supermarketdə quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə həmin bank kartına göndərdiyi 700 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs Qızdarxamm Mərdanovaya ümumilikdə 1515 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda tanışı Zərərçəkmiş şəxs2 özünü vəkil kimi təqdim edərək Zərərçəkmiş şəxs2 və sonuncunun bacıları X3 və X1 məhkəmədə icraatda olan mülki işləri ilə bağlı onların xeyrinə qərar qəbul etdirəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 16 noyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “CİTY MALL” ticarət mərkəzindəki ofisdə Zərərçəkmiş şəxs2 500 manat, 2C dekabr 2022-ci il tarixdə həmin ofisdə 500 manat, 24 mart 2023-cü il tarixdə həmin ofisdə 1500 manat və 31 mart 2023-cü il tarixdə həmin ofisdə 500 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda tanışı Zərərçəkmiş şəxs4 özünü vəkil kimi təqdim edərək sonuncunun atasından qalan mirasın məhkəmə yolu ilə geri qaytarılmasına köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 27 dekabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “CİTY MALL” ticarət mərkəzindəki ofisdə Zərərçəkmiş şəxs4 400 manat, 04 yanvar 2023-cü il tarixdə saat 16:48-də Zərərçəkmiş şəxs4 Bakı şəhəri Yasamal rayonu Füzuli rreydanı yeraltı keçiddə quraşdırılmış “Pashapay” ödəmə terminalı vasitəsilə onun istifadəsində olan 4098-5844-7158-4365 nömrəli "Unibank” ASC-yə aid “Leo bank” kartına göndərdiyi 100 manat, 06 yanvar 2023- cü il tarixdə saat 12:27-də ünvan 4 ünvanında yerləşən "Araz Centre" marketdə quraşdırılmış “Pashapay" ödəmə terminalı vasitəsilə onun həmin bank kartına göndərdiyi 100 manat, həmin gün saat 20:22-də ünvan 5 ünvanında yerləşən “Ən ucuz market" mağazasında quraşdırılmış “emanat” ödəmə terminalı vasitəsilə onun həmin bank kartına göndərdiyi 120 manat, 12 aprel 2023-cü il tarixdə saat 21:15-də Bakı şəhəri Səbail rayonu Bül-bül prospekti 10m/p ünvanında quraşdırılmış “emanat” ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 1000 manat, 16 aprel 2023-cü il tarixdə saat 14:09-da ünvan 7 ünvanında yerləşən “Cavad Market" mağazasında quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 3000 manat, 25 aprel 2023-cü il tarixdə saat 16:55-də Səbail rayonu Nizami küçəsi 54 ünvanında yerləşən “Araz Centre” marketdə quraşdırılmış “Pashapay" ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 5000 manat, həmin gün saat 16:57-də qeyd edilən ünvanda quraşdırılmış ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 1000 manat, 02 may 2023-cü il tarixdə saat 18:54-də Bakı şəhəri qeyd olunan ünvanda yerləşən “pashapay" ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 200 manat, 21 may 2023-cü il tarixdə saat 15:40-da Bakı şəhəri Nəsimi rayonu Lev Tolstoy küçəsində yerləşən “24 saat market” mağazasında quraşdırılmış “emanat” ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 1500 manat və 2023-cü ilin may ayının sonlarında Səbail rayonu Nizami küçəsi 54 ünvanında yerləşən “Araz Centre” marketdə quraşdırılmış “Pashapay” ödəmə terminalı vasitəsilə həmin bank kartına göndərdiyi 150 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs4 ümumilikdə 12570 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda tanışı Zərərçəkmiş şəxs1 özünü vəkil kimi təqdim edərək sonuncuya xarici şirkət tərəfindən israf edildiyi pulunun guya Avropa Məhkəməsində iddia qaldırmaqla geri qaytarılması məsələsini həll edəcəyinə dair yalan vəd verib etibarından sui- istifadə etməklə aldadaraq bu adla, vahid niyyətlə əhatə olunan qəsdlə 07 dekabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “CİTY MALL” ticarət mərkəzindəki ofisdə Zərərçəkmiş şəxs1 500 manat və 05 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 ünvan 9 ünvanından mobil bank tətbiqi vasitəsilə onun istifadəsində olan 4098-5844-7158-4365 nömrəli "xxxx" ASCyə aid “Leo bank” kartına göndərdiyi 220 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs1 ümumilikdə 720 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları və sübutların təsviri: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 1(006)-63/2025 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 1(006)- 63/2025 nömrəli hökmünün dəyişdirilməsini, cəzasının azadılmasını və mülki iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yüngülləşdirici halları tam nəzərə almamışdır. Zərəçəkmiş şəxslərə vurulmuş ziyan tam ödənilmişdir. Himayəsində bir azyaşlı övladı var və aliment ödəyir. Həmçinin məhkəmə Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia ərizəsinin qismən təmin edilməsi hissəsində də düzgün nəticəyə gəlməmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs2 vurduğu zərər məbləğindən artıq ödəniş etmişdir. Hökmdən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 apellyasiya şikayəti vermişlər, Bakı Apellyasiya Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 1(103)-1283/2025 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 1(006)-63/2025 nömrəli hökmündən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş apellyasiya şikayətləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386-cı maddəsinin tələbləri yerinə yetirilmədiyi üçün hərəkətsiz saxlanılmışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi barədə Bakı şəhəri Nəsimni Rayon Məhkəməsinə vəsatət vermək hüququ izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 iyul 2025-ci il tarixli, 1(103)-1283/2025 nömrəli qərarına əsasən hərəkətsiz saxlanılmış işdə təyin edilmiş müddətdə tələblər yerinə yetirilmədiyindən, apelyasiya şikayətləri baxılmamış saxlanılmışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və digər zərərçəkmiş şəxslər apellyasiya şikayətləri verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi X8 apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 1(006)-63/2025 nömrəli hökmü ilə təyin edilmiş cəzanın azadılmasını və mülki iddianın rədd edilməsini xahiş etmişlər. Əlavə olaraq məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü tam təqsirli bildiyini, zərərçəkmiş şəxslərə ziyanı tam ödədiyini göstərmişdir. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs4 məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 1(006)-63/2025 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Dövlət ittihamçısı3 Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif olunduğunu, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 1(006)-63/2025 nömrəli hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərib, verilmiş apellyasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 1(006)- 63/2025 nömrəli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq digər zərərçəkmiş şəxslər məhkəmə kollegiyasının iclasında iştirak etmirlər. Məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cinayət işinin İ cildinin 1-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 29 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; Cinayət işinin İ cildinin 41-45-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Elvin Allahquliyevin 29 may 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs əməli CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır; Cinayət işinin İ cildinin 50-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; Cinayət işinin İ cildinin 89-90-cı vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir; Cinayət işinin İ cildinin 103-105-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞnin müstəntiqi Mahmud Sarıvəllinin 13 fevral 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs əməli CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alnmışdır; Cinayət işinin İ cildinin 110-cu vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 06 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; Cinayət işinin İ cildinin 153-154-cü vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 06 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir; Cinayət işinin İ cildinin 167-168-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞnin müstəntiqi Mahmud Sarıvəllinin 06 noyabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs əməli CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alnmışdır; Cinayət işinin İ cildinin 173-cü vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; Cinayət işinin İ cildinin 206-cı vərəqində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Ramiz Axundovun 04 iyul 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs iş üzrə şübhəli şəxs qismində tutularaq Nəsimi Rİ-nin MSY-nə təhvil verilməsi və tutulması üçün barəsində axtarış elan edilməsi qərara alınmışdır; Cinayət işinin İ cildinin 218-ci vərəqində olan Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞnin əməliyyat müvəkkili Elşən Nuriyevin 04 sentyabr 2023-cü il tarixli protokoluna əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:10 radələrində saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmişdir; Cinayət işinin İ cildinin 230-cu vərəqində olan şübhəli şəxsin tutulması haqqında 04 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:10-da CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; Cinayət işinin İİ cildinin 1-ci vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 06 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir; Cinayət işinin İİ cildinin 16-18-ci vərəqində olan Bakı şəhəri Nəsimi rayon prokuroru Həsən Hənifəyevin vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında 06 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-də istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair müstəntiq Mahmud Sarəvəllinin 06 sentyabr 2023-cü il tarixli vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin X11 azad olunmuşdur; Cinayət işinin İİ cildinin 19-cu vərəqində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Mahmud Sarəvəllinin 06 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Cinayət işinin İİ cildinin 26-27-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Mahmud Sarəvəllinin 01 dekabr 2023-cü il tarixli qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və tutularaq Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nə təqdim edilməsi qərara alınmışdır; Cinayət işinin İİ cildinin 41-ci vərəqində olan “şəxsin könüllü gəlməsi haqqında” 15 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə könüllü polis idarəsinə gəlmişdir; Cinayət işinin İİ cildinin 51-54-cü vərəqlər Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Elvin Allahquliyevin 02 mart 2024-cü il tarixli qərarına əsasən CM-nin 178.2.2ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilməsi və ibtidai istintaqın ********* nömrəsi altında davam etdirilməsi qərara alınmışdır; Cinayət işinin İİ cildinin 58-59-cu vərəqlərində olan “cinayət işinin başlanması və ibtidai istintaqın aparılmasının tapşırılması haqqında” 16 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; Cinayət işinin İİ cildinin 130-131-ci vərəqlərində olan Şəmkir RPŞ-nin İB-nin müstəntiqi Ülvi Salmanovun 05 yanvar 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs ittiham elan etmək üçün şübhəli şəxs qismində tutulmaqla barəsində axtarış elan edilməsi qərara alınmışdır; Cinayət işinin İİ cildinin 146-cı vərəqində olan “axtarışda olmuş şəxsin tutulması haqqında” 27 yanvar 2024-cü il tarixli protokoluna əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:40 radələrində saxlanılaraq Şəmkir RPŞ-nə gətirilmişdir; Cinayət işinin İİ cildinin 150-151-ci vərəqlərində olan şübhəli şəxsin tutulması haqqında 27 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:05-də CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; Cinayət işinin İİ cildinin 170-171-ci vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 29 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir; Cinayət işinin İİ cildinin 181-182-ci vərəqlərində olan Şəmkir RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru Ülvi Salmanovun 29 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Cinayət işinin İİ cildinin 226-229-cu vərəqlərində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞnin müstəntiqi Elvin Allahquliyevin 01 aprel 2024-cü il tarixli qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və tutularaq Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nə təqdim edilməsi qərara alınmışdır; Cinayət işinin İİ cildinin 252-ci vərəqində olan “şəxsin könüllü gəlməsi haqqında” 20 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə könüllü polis idarəsinə gəlmişdir; Cinayət işinin İİİ cildinin 11-14-cü vərəqlərində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞnin müstəntiqi Elvin Allahquliyevin 07 iyun 2024-cü il tarixli qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və tutularaq Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nə təqdim edilməsi qərara alınmışdır; Cinayət işinin İİİ cildinin 39-cu vərəqində olan “axtarışda olan şəxsin yaxalanması haqqında” 03 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Nəsimi Rİ-nin 20-ci PŞ-nə gətirilmişdir; Cinayət işinin İİİ cildinin 40-42-ci vərəqində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Elvin Allahquliyevin 04 sentyabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir; Cinayət işinin İİİ cildinin 60-cı vərəqində olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 720 manat məbləğində pul vəsaiti ödənilmişdir. Cinayət işinin İİİ cildinin 65-68-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞnin müstəntiqi Elvin Allahquliyevin 05 sentyabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır; Cinayət işinin İİ cildinin 127-128-ci vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır; Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 1(006)-63/2025 nömrəli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs elan olunmuş ittihamın zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 1800 manat məbləğində mzaddi ziyan vurulmaqla, Zərərçəkmiş şəxs6 ümumilikdə 2222 manat məbləğində maddi ziyan vurulmaqla, Zərərçəkmiş şəxs5 ümumilikdə ümumilikdə 1515 manat məbləğində maddi ziyan vurulmaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurulmaqla törədilmiş dələduzluq epizodları üzrə hazırki vəziyyətdə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin epizodlar üzrə cinayət məsuliyyətindən azad edilməli, bununla əlaqədar olaraq ona hökmlə təyin edilmiş cəza qismən yüngülləşdirilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X5 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs əməlinin tövsifi mübahisələndirilməsə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olmaları düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut, o cümlədən təqsirkar şəxsin ibtidai istintaq zamanı və ya birinci instansiya məhkəməsində verdiyi ifadələri məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya münasibətdə ilk növbədə qeyd edilməlidir ki, onun barəsində ittihamın zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 1800 manat məbləğində mzaddi ziyan vurulmaqla, Zərərçəkmiş şəxs6 ümumilikdə 2222 manat məbləğində maddi ziyan vurulmaqla, Zərərçəkmiş şəxs5 ümumilikdə ümumilikdə 1515 manat məbləğində maddi ziyan vurulmaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurulmaqla törədilmiş dələduzluq epizodları üzrə üzrə hazırki vəziyyətdə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. İttiham aktından və cinayət işinin digər materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq olunan 240070079, ********* və ********* nömrəli, eləcə də Şəmkir Rayon Polis Şöbəsində istintaq olunan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmişdir. İttihamın təsvirindən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 1800 manat məbləğində mzaddi ziyan vurulmaqla, Zərərçəkmiş şəxs6 ümumilikdə 2222 manat məbləğində maddi ziyan vurulmaqla, Zərərçəkmiş şəxs5 ümumilikdə ümumilikdə 1515 manat məbləğində maddi ziyan vurulmaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurulmaqla törədilmiş dələduzluq epizodları 2023-cü ilin fevralmart aylarında törədilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət işinin hazırki apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs razılığını ifadə edərək cəlbetmə müddəti keçdiyi sözügedən dələduzluq epizodları üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, bir icraatda birləşdirilmiş cinayət işləri üzrə hər bir cinayət əməlləri üzrə, yəni zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 1800 manat məbləğində mzaddi ziyan vurulmaqla, Zərərçəkmiş şəxs6 ümumilikdə 2222 manat məbləğində maddi ziyan vurulmaqla, Zərərçəkmiş şəxs5 ümumilikdə ümumilikdə 1515 manat məbləğində maddi ziyan vurulmaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurulmaqla törədilmiş dələduzluq epizodları üzrə cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə ittihamın dörd epizodu üzrə cinayət məsuliyyətindən azad olunduğundan hökmlə ona təyin edilmiş cəza qismən yüngülləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərin bir qismi ilə barışmasını, vurulmuş ziyanın tamamilə ödənilməsini və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 ona qarşı şikayət və tələblərinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində məhkəmənin Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia ərizəsinin qismən təmin edilməsi hissəsinin düzgün nəticəyə gəlməməsi, onun tərəfindən Zərərçəkmiş şəxs2 vurduğu zərər məbləğindən artıq ödənilməsi gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ziyanın artıq ödənilməsi ilə bağlı məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 1(006)-63/2025 nömrəli hökmü yuxarıda göstərilən əsaslarla dəyişdirilməlidir. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 28 aprel 2025-ci il tarixli, 141 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 43.3 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 1(006)-63/2025 nömrəli hökmü dəyişdirilsin. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs elan olunumş ittihamın onun Zərərçəkmiş şəxs3 1800 manat məbləğində mzaddi ziyan vurulmaqla, Zərərçəkmiş şəxs6 ümumilikdə 2222 manat məbləğində maddi ziyan vurulmaqla, Zərərçəkmiş şəxs5 ümumilikdə ümumilikdə 1515 manat məbləğində maddi ziyan vurulmaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurulmaqla törədilmiş dələduzluq epizodları üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin epizodlar üzrə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilsin. Hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası yüngülləşdirilərək 02 (iki) il 09 (doqquz) aya endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində və axtarış qərarı ilə tutulduğu (xx.xx.2023xx.xx.2023-cü il tarix, xx.xx.2024-xx.xx.2024-cü il tarix, xx.xx.2024-xx.xx.2024-cü il tarix), 06 (altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona hazırki qərarla təyin olunan 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. “DE FENDO” Vəkil Bürosunun vəkili X8 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20( iyirmi) saat üçün cəmi 220(iki yüz iyirmi) manat dövlət büdcəsindən “DE FENDO” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Zamin İbrahimov Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №1(103)-1283/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1283/2025
04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver