Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-1289/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçilər Bakı Şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə xx.xx.1962-ci il tarixdə Qazaxıstan Respublikasının Çimkənd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, “Sab MMC”-də direktor işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 02.06.2021ci il tarixli, 1(009)-85/2021 nömrəli hökmündən Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cinayət işinin ibtidai istintaq materiallarına görə, Təqsirləndirilən şəxs 02.04.2020-ci il tarixdə saat 11 radələrində ünvan 2 ünvanında olarkən oğlu Zərərçəkmiş şəxs ilə qızı Şahid5 və sonuncunun həyat yoldaşı Şahid6 arasında ailə münasibətləri zəminində yaranmış mübahisə zamanı oğlu Zərərçəkmiş şəxs sakitləşdirmək məqsədilə əlində olan içərisində su ilə dolu termosla Zərərçəkmiş şəxs bir dəfə vuraraq onda sol dirsək oynağının əziyi kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül xəsarət yetirmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (sədrlik edən hakim Azər Tağıyev) 02.06.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1200 (min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmış, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin hökmündən Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək hökmün ləğv olunmasını və cinayət işinin birinci instansiya məhkəməsi qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Zərərçəkmiş şəxs apellyasiya şikayətində göstərmişdir ki, hökm Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349 və 353-cü maddələrinin tələblərinə zidd olaraq çıxarılmış, maddi və prossesual normaları düzgün tətbiq edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktında ittihamın irəli sürülməsi öz təsdiqini tapmamış, ona qarşı cinayət törədən şəxs cinayət məsuliyyətindən kənarda saxlanılaraq Təqsirləndirilən şəxs təqsirli bilinərək məhkəməyə verilmişdir. O, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materialları ilə tanış olandan sonra müstəntiqə vəsatət verərək Təqsirləndirilən şəxs barəsində əsassız olaraq başlanılmış cinayət təqibinə xitam verilməsi, cinayəti törədən Şahid6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işinin başlanılması və istintaqın aparılması barədə qərar qəbul olunmasını xahiş etmiş, lakin müstəntiq tərəfindən vəsatət təmin olunmamışdır. Zərərçəkmiş şəxs 02.04.2020-ci il tarixdə Səbail RPİ-nin 41-ci PB-nə ərizə ilə müraciət edərək 02.04.2020-ci il tarixdə saat 14.00 radələrində bacısı Fitat və onun həyat yoldaşı Fərhadın ailə münaqişə zəminində onu əl, ayaq və daşla vuraraq xəsarət yetirmələri və hədə-qorxu gəlmələri, bu əməllərinə görə onları cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş etmiş, şikayəti əsasında Səbail RPİ-nin 41-ci PB-nin təhqiqatçısı Fərrux Tarverdiyev tərəfindən araşdırılmaya başlanılmış, onun izahatı alınmış və aldığı xəsarətlərlə bağlı məhkəmə-tibb ekspertizasına göndərilmişdir. Şahid6 da 02.04.2020-ci il tarixdə guya onun tərəfindən döyülərək xəsarət alması barədə Səbail RPİ-nin 41-ci PB-nə şikayət etmişdir. Şahid6 tibbi ekspertizadan keçirilmiş, lakin rəyə əsasən onun bədəni üzərində hər hansı bir xəsarətin olması aşkar edilməmişdir. Müstəntiq tərəfindən cinayət işinin əsassız və lüzumsuz yerə dəfələrlə dayandırılmasından sonra hadisənin baş verməsindən 5 ay sonra, 31.08.2020-ci il tarixdə Şahid6 zərərçəkmiş şəxslə üzləşmə zaman sonuncuna yetirilmiş xəsarətlərin guya anası Təqsirləndirilən şəxs tərəfindən uşaq termosu ilə yetirilməsi barədə ifadəsindən sonra istintaq orqanı aldığı xəsarətin guya anası Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi nəticəsinə gəlmişdir. İş materiallarından açıq-aşkar görünür ki, anası Təqsirləndirilən şəxs, bacısı Şahid5 və yeznəsi Şahid6 nə ərizəsində, nə də ilkin izahat və ifadələrində ona uşaq termosu ilə xəsarət yetirilməsini bildirməmişlər. Sonda üzləşmə zamanı Şahid6 cinayət məsuliyyətindən kənarda qalması üçün onun özü tərəfindən yetirilmiş xəsarətləri anası Təqsirləndirilən şəxs üzərinə atmışdır. Səbəb də budur ki, Şahid6 «Simbrella» firmasında maliyyə direktoru olmaqla yüksək vəzifəli şəxsdir və gələcəkdə onun məhkumluğunun olmaması üçün qaynanası ibtidai istintaq zamanı təqsiri öz üzərinə almaqla kürəkənini məsuliyyətdən qəsdən kənarda saxlamışdır. Bundan başqa işdə olan hadisə ilə bağlı vidiogörüntüdən də açıq-aydın görünür ki, ona xəsarət Şahid6 və Şahid5 tərəfindən yetirilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdıraraq, məhkəmə iclasında iştirak etmiş şəxslərin çıxışlarını dinləyərək, cinayət işinin materiallarında olan sübutlar toplusuna məcmu halında qiymət verərək, cinayət işi üzrə ziddiyyətli məqamları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə zərərçəkmiş şəxsin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli ittiham hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi və cinayətə aidiyyəti olmadığı üçün bəraət verilməsinə dair yeni hökm çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsinin ittiham hökmündə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamın iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədlərlə sübuta yetirildiyi göstərilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, keçmiş əri X6 ilə 1988-ci il tarixdə rəsmi nikaha daxil olmuş. 2004-cü il tarixdə rəsmi nikahlarına xilam verilmiş və birgə nikahdan doğulan oğlu Zərərçəkmiş şəxs atasının yanında qalması məhkəmə qətnaməsi ilə müəyyən olunmuş, oğlu Zərərçəkmiş şəxs bir müddət, yəni 2006-cı il tarixdən 2018-ci il tarixədək Rusiya Federasiyasında yaşayandan sonra Azərbaycan Respublikasına qayıtmış, ona məxsus mənzildə ailəsi ilə yaşamağa başlamış, bundan başqa onun qızı Şahid5 2018-ci ildə Fərhad adlı şəxslə ailə həyatı qurmuş və bir müddət X4 yaşamış, 2019-cu ilin noyabr ayında qızı Fitat yoldaşı ilə birlikdə Azərbaycana qayıtmış və ona məxsus olan ünvan 2 ünvanında yaşamağa başlamışdır. Bir müddəidən sonra oğlu Gündüz ona və qızına qarşı bir sıra əsəbləşdirici sözlər və hərəkətlər edərək, söyüb təhqir elməyə başlamış və yersiz ona pul tapıb verməyini tələb edərək, aldığı borc pulları qaytarmaq əvəzinə evdə lüzumsuz söz-söhbət yaratmış, aralarında olan danışıqlara görə oğlu ondan həmin evdən qeydiyyatdan çıxıb getmək məqsədilə kompensasiya əvəzi kimi 9.900 manat pul almış, lakin bu günə qədər qeydiyyatda olduğu ünvandan çıxmamış, bundan başqa qızının deməsindən ona məlum olmuşdur ki, oğlu Gündüz guya Rusiya Federasiyasında rekertlərin onu hədələməsini bəhanə edərək aldadaraq qızından əvvəlcə 15.700 ABŞ dolları və sonra yenə 4.000 ABŞ dolları nağd pul kimi borc alaraq bu günə qədər qaytarmamış, bütün bu xüsusatlarla bağlı Bakı Şəhəri Səbail Rayon Məhkəməsində mülki iş üzrə məhkəmə prosesləri olmuşdur. Aralarında olan söz-söhbətlər nəticəsində qızı Fitat yoldaşı ilə ayrı mənzilə köçmələrini qərara almış və o, onlarla birlikdə getmək qərarına gəlmiş, bu məqsədlə 02.04.2020-ci il tarixdə 166 yük taksisi çağıraraq yüklərini yığışdırmış, həmin vaxt oğlu Gündüz gələrək yükləri boşaltmalarını tələb etmiş və onları evdən buraxmamışdır. Gündüz yığılan yüklərin içərisində onun da əşyaları olduğunu bildirmiş, əslində isə həmin yüklərin içərisində ona məxsus heç bir əşya olmamış, bu zaman o, DİN-in 102 xidmətinə zəng edərək polis əməkdaşlarının gələrək məsələni araşdırmalarını istəmiş, daha sonra o, Gündüzün onlardan uzaqlaşması üçün əlində olan içərisində su ilə dolu termos olan sellofan torbanı Gündüzün sol qolunun dirsək nahiyəsindən vurmuş, bundan sonra onlar həyətə çıxmışlar. Gündüz əlində mobil telefonla çəkiliş edərək münaqişə yaratmağa çalışmış və yük maşınının qapısını açmağa başlamış, o isə onun qarşısına keçərək maşının qapısını açmağa imkan verməmiş və Gündüzün sinəsindən vuraraq əynində olan maykanı cırmış, bundan sonra Fərhad kameranı söndürmək üçün Gündüzə yaxınlaşmış və əli ilə Gündüzün əlindəki mobil telefonu söndürməyə çalışmış, lakin buna nail olmamış, daha sonra o yerdən daş götürmüş, lakin sonra daşı yerə tullamış, onlar birtəhər öz avtomobillərinə minib oradan getmişlər. Gündüzün ifadəsində guya Fərhadın onu yumruq, şillə və təpik zərbələri ilə vurması barədə bildirdikləri yalandır, Fitat hadisə zamanı Gündüzü qorxutmaq üçün yerdən daş götürmüş, lakin onu vurmamış. Gündüzün Fitat və Fərhada pul borcu olduğundan o, həmin pulu qaytarmamaq üçün yalan danışır və istəyir ki, Fərhad məsuliyyətə cəlb olunsun, buna görə də onun Gündüzə yetirdiyi yüngül xəsarətin yalandan Fərhad tərəfindən yetirildiyini deyir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdii ifadəsinə oxşar ifadə verərək həmçinin bildirmişdir ki, ailədə oğlu ilə qızı və kürəkəni arasında yaranmış kəskin münasibətlər onu bu cinayəti öz üzərinə götürməyə vadar etmiş və nə qədər çalışsa da, həmin münasibətlərin bu səviyyəyə gələməsini istəməmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 02.04.2020-ci ildə saat 11-12 radələrində həyat yoldaşı Alisa ona zəng vuraraq anasının, bacısının, Fərhadın yük taksisi çağıraraq gündəlik tələbat ərzaqlarını, öz geyim əşyalarını həmin taksiyə yüklədiklərini bildirmiş, o, evə çatanda artıq yük taksisinin fəhlələri maşının arxa hissəsinə ev əşyalarını yığmış və ona aid olan əl çantalarını və orada olan əşyalarını həmin maşına yükləmiş, yüklərin içərisində ona məxsus olan əl çantası olmuş və çantada ona məxsus fotoşəkillər, 2 ədəd flaşkart, 9.000 ABŞ dolları və uşaqlarının adına yığılmış 600 manat pul vəsaiti olmuş, o, həmin hadisəni əl telefonu ilə video-lentə aldıqda anası həyətə çıxaraq qonşular tərəfə uca səslə qışqıraraq “Gündüz bizi evdən qovalayır, biz artıq burada qala bilmirik" deyərək ona təhqiredici sözlər deməyə başlamış, o. anasıgilin onu provokasiyaya sürüklədiklərini hiss etmiş, sakit dayanaraq hər bir hadisəni video-lentə almış. Fərhad ona 1-2 dəfə zərbələr endirmiş, hədə-qorxu gəlmiş, bacısı daş götürərək onu vurmuş, anası 102 xidmətinə zəng vuraraq “burada bizim üstümüzə cumublar, gəlin bizi bu bəladan qurtarın" demiş, 102 xidmətinin əməkdaşları göstərilən ünvana gəldikdə onlar Fərhadın maşınına minərək qaçıb getmiş, həmin əməkdaşlar onu Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsinə dəvət etmiş, orada onun aldığı xəsarətləri gördükdə Bayılda yerləşən ekspertizaya göndəriş verilmiş, bundan sonra anası və bacısı ayrı-ayrılıqda ona qarşı Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə “pul tələbi" ilə bağlı müraciətlər etmişlər ki, guya bacısı ona 19.700 ABŞ dolları, anası isə 9.900 manat borc pul vermiş və həmin pulları geri tələb etmişlər, o isə həmin iddiaları rədd edərək anası və bacısına qarşı qarşılıqlı iddia vermiş, bu barədə hal-hazırda Bakı Şəhəri Səbail Rayon Məhkəməsində mülki prosesləri davam edir, mübahisə zamanı Fərhad onun üz və qol nahiyələrinə bir neçə ədəd yumruq, şillə və təpik zərbəsi endirmiş, bacısı Fitat da əl ilə onun üzünə şillə zərbələri endirərək üzünü cırmaqlamış, bundan sonra yerdən daş götürərək ona təxminən 10-15 ədəd daş zərbəsi atmış və həmin daş zərbələrinin çoxu ona dəyməsə də, təxminən 2-3 ədəd daş zərbəsi onun sinə nahiyəsinə, əlinə və sol qolunun dirsək nahiyəsinə dəymiş, onların arasında mülk üstündə mübahisə olmuş və bacısıgil onun evdən çıxmağını istəmiş, o, evdən çıxmadıqda 02.04.2020-ci il tarixdə onlar özləri məcbur qalıb evdən çıxmış, həmin yük yığılan vaxt o, öz mobil telefonu ilə yükləri çəkmiş, ona görə ki, həmin vaxt orada ona məxsus çantalar olmuş və o, sonradan bunu sübut edə bilmək üçün videoçəkiliş aparmış və ona məxsus olan çantaları aparmamalarım bildirmiş, buna görə də onun üstünə cummuşlar və onun kimisə vurmasını istəmişlər, o isə heç kimə toxunmamış və hərəkətləri mobil telefonu ilə çəkmişdir. Əlavə olaraq qeyd etmişdir ki, yeznəsi Fərhad və bacısı Fitat ona hədə qorxu gələrək “sənin başına oyun açacağıq deyə" nalayiq söyüşlərlə onu təhqir etmiş, bundan başqa yeznəsi Fərhad ona “Sən çox yaşamayacaqsan" demiş, bundan başqa özünün yüksək vəzifədə işləyən şəxslərin adını çəkməklə həmin şəxslərin əli ilə onu tutdurub zirzəmilərdə saxlatdıracağını demiş, həmin vaxt hadisənin şahidləri Nəbi adlı sürücü, anası Təqsirləndirilən şəxs, 166 yük taksi sürücüsü, həmin yük avtomobilində işləyən fəhlələr, bundan başqa qonşuluqdakı evdə təmir işləri aparan ustalar olmuş, hadisə zamanı yoldan maşınlar keçmiş, lakin konkret olaraq kimsə avtomobili saxlayaraq hadisə yerinə yaxınlaşmamışdır. O, həmin vaxt mobil telefonla çəkiliş apardığı üçün əli ilə Fərhadı və bacısım aralarında məsafə olması və çəkiliş apara bilməsi üçün itələmiş, həmin vaxt Fərhad onu yumruq və şillə zərbələri ilə vurmuş, o, isə Fərhadı vurmamış, Fitat yerdən daş götürüb atarkən həmin daşlardan bir neçəsi onun sinəsinə, əlinə və qolunun dirsək nahiyəsinə dəymişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, anası kürəkənini cinayət məsuliyyətindən yayındırmaq məqsədilə qəsdən ona xəsarətlərin yetirilməsi ilə bağlı cinayət əməllərinin törədirilməsini öz üzərinə götürmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 baş vermiş hadisə ilə bağlı ifadəsində göstərmişdir ki, 01.04.2020-ci il tarixdə Gündüz həyat yoldaşına nalayiq ifadələr işlədərək yoldaşını təhqir etmiş, bundan sonra artıq onlar gedərək kirayə mənzil götürmüş, 02.04.2020-ci il tarixdə köçmək üçün yoldaşı Fərhad 166 yük taksisi çağırmış və onlar əşyalarını toplamış, bu zaman qardaşı Gündüz əlində mobil telefonla videoçəkiliş apararaq evə gəlmiş və yoldaşına yenə də nalayiq ifadələr işlətməyə başlamış, sonra anası Arzu xanım polisə zəng vurmuş, bu zaman Gündüz yük maşınını getməyə qoymamış və guya Gündüzün əşyalarını götürdüklərini demiş, həmin vaxt yoldaşı Fərhad Gündüzün videoçəkilişi dayandırması üçün telefonu Gündüzün əlindən kənara itələməyə çalışmış, Gündüz əli ilə yoldaşının üzünə şillə vurmuş, bu zaman o, yoldaşını müdafiə etmək üçün yerdən daş götürərək Gündüzə tərəf atmış, lakin həmin daşlar Gündüzə toxunmamış, daha sonra yoldaşı yük taksisinə sürməsini demiş və yük taksisi getmişdir. Sonra o, həyat yoldaşı Fərhad, anası Arzu xanım, azyaşlı övladı və övladının dayəsi avtomobilə oturaraq çıxıb getmişlər. 02.04.2020-ci il tarixdə evdə mübahisə edərkən anası Təqsirləndirilən şəxs əlində olan su termosu ilə Gündüzün sol qolunun dirsək nahiyəsindən vurmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid6 ifadəsində hadisəni təsvir edərək göstərmişdir ki, 02.04.2020-ci il tarixdə köçmək üçün o, 166 yük taksisi çağırmış və əşyalarını toplamış, həmin vaxt o, Zərərçəkmiş şəxs gələrək yük daşıyan şəxslə söhbət etdiyini görmüş, bundan sonra Gündüz evə gələrək yüklərin boşaldılmasını tələb etmiş ki, nə apardıqlarını görsün, həmin vaxt Gündüzün əlində mobil telefon olmuş və onları çəkmiş, o isə Gündüzə, onların artıq yükləri yığdıqlarını demiş və Gündüz evdən çıxaraq yük maşınının sürücüsünə də yükləri boşaltmamalarını və sürüb getmələrini demiş, bu zaman o, Gündüzə yaxınlaşaraq çəkiliş aparmaması üçün telefonunu kənara itələmiş, həmin vaxt Gündüz əlinin içi ilə onun sifətinin sol hissəsindən gözünün üstündən bir zərbə vurmuş, həmin vaxt həyat yoldaşı onu müdafiə etmək üçün yerdən daş götürüb Gündüzə tərəf atmış, lakin daş Gündüzə dəyməmiş, daha sonra o, yük taksisinə sürməsini demiş və yük taksisi getmiş, sonra o, həyat yoldaşı Fitat, qaynanası Arzu xanım, azyaşlı övladı və övladının dayəsi onun avtomobilinə oturaraq çıxıb getmişlər. Yük maşınında Zərərçəkmiş şəxs əl çantası olmamış, həmçinin Gündüzə aid hər hansı pul vəsaiti və əşyalar olmamış, həmçinin o, Zərərçəkmiş şəxs heç bir zərbə endirməmiş, onun Gündüzə zərbə endirmək üçün fiziki cəhətdən imkanı da yoxdur, həyat yoldaşı Fitat Gündüzün üzünə şillə vurmamış və üzünü cırmaqlamamış, Gündüz həmin vaxt onu vurduğu üçün həyat yoldaşı Şahid5 onu müdafiə etmək üçün Gündüz istiqamətində daş atmış, həmin vaxt həyat yoldaşı Şahid5 onun arxasında olmuş, buna görə də ola bilər ki, Fitat Gündüzün konkret olaraq onun hansı nahiyəsinə vurduğunu görməmiş, həmçinin həyat yoldaşı Şahid5 Gündüzün üzərinə gələrək Gündüzə şillə zərbəsi endirdikdə həmin zərbələrin heç biri Gündüzə dəyməmiş, daş zərbələri də Gündüzə dəyməmiş, həmin vaxt hadisənin şahidləri yük taksisinin sürücüsü, iki fəhlə, Nəbi adlı taksi sürücüsü və evdə işləyən Adilə adlı xadimə olmuş, o və yoldaşı Gündüzə heç bir hədə-qorxu gəlməmiş, o, Gündüzün yaxasından tutmamış, evdə mübahisə edərkən qayınanası Təqsirləndirilən şəxs əlində olan su termosu ilə Gündüzün sol qolunun dirsək nahiyyəsindən vurmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, artıq 9 aydır ki, o, 166 yük daşıma xidmətində “X12” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini sürür, 02.04.2020-ci il tarixdə günorta saatlarında 166 yük daşıma xidmətinin operatoru ona zəng edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv ev 90-da sifariş olduğunu bildirmiş, onlar qeyd edilən ünvanda olan evdən ev əşyalarını götürüb Yasamal rayonu ərazisində olan başqa evə aparmalı olmuş, o, operatorla danışdıqdan sonra sifarişçi olan Təqsirləndirilən şəxs məxsus mobil nömrəyə zəng edərək danışmış və Arzu xanım ona ünvanı başa salmış, o, 166 yük daşımada işləyən 2 nəfər fəhlə ilə 02.04.2020-ci il tarixdə saat 14 radələrində qeyd edilən ünvanda yerləşən həyət evinə gəlmiş, onları qeyd edilən ünvanda sonradan adı ona məlum olan Gündüz qarşılamış və əsəbi halda ünvanın bura olduğunu göstərmiş, o, işin qaydasına görə evə çıxaraq əşyalara baxmış, əşyaların içərisində pul və qızıl-zinət əşyalarının olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs, heç bir qiymətli əşya olmadığını demiş və bu barədə tərtib etdiyi aktı imzalamış, bundan sonra o, fəhlələrə yükləri daşıyıb avtomobilə yığmaları üçün göstəriş vermiş, özü isə avtomobilin yük yerinə minmiş və yüklərin yığılmasına köməklik etmiş, fəhlələr yükləri daşıyan zaman onları qarşılayan oğlan, yəni Gündüz qapının qarşısında dayanaraq mobil telefonu ilə videoçəkiliş etmiş, həmin vaxt Gündüz telefonla kimləsə danışaraq orada olan 2 ədəd böyük çemodanı özünün aldığını və özünə məxsus olduğunu bildirmiş və həmin çemodanların düşürülməsini tələb etmiş, onlar əşyaları tam şəkildə maşına yükləmiş, bu zaman evin həyətindən çıxan sonradan adı ona məlum olan Fərhad onlara avtomobili sürməyi demiş, o, avtomobilə minib işə salmaq istəyəndə avtomobilin sağ yan tərəfindən səs-küy gəldiyini eşitmiş, o, avtomobilin sağ yan tərəfinə keçən zaman, Təqsirləndirilən şəxs sonradan adı ona məlum olan Fitat və Gündüzün bir-biri ilə yaxalaşmış vəziyyətdə olduqlarını və bir-birlərinə qarşı təhqiramiz ifadələr işlətdiklərini görmüş, o, fəhlələri kənara çəkmişdir ki, bu işə qarışmasını, o, özü yaxınlaşıb aralamaq istədikdə Arzu ilə Gündüz ona “sən yaxın gəlmə, heç bir müdaxilə etmə, öz ailə problemimizdir” deyə bildirmiş, belə olduqda o da yaxınlaşmamış və fəhlələrlə kənara çəkilmiş, həmin vaxt Gündüz bacısı Fitatı söydüyünə görə Fərhad Gündüzə tərəf gedərək Gündüzün yaxasından tutub itələyəitələyə avtomobilin ön tərəfindən digər yan tərəfə keçmiş, buna görə də o, həmin şəxslərdən kimin kimi vurduğunu görməmiş, sonra Fərhad əsəbi halda gələrək rus dilində öz-özünə danışaraq “sən məni vurursan” sözünü deyərək ona “sür maşını get, polisə demişik, polislər gəlib özləri həll edəcəklər” demiş, bundan sonra o, fəhlələrlə birlikdə yük avtomobilinə minib oradan çıxmış və yükü Yasamal rayonu ərazisində olan evə çatdırmış, o, əvvəlcə Gündüzlə Fitatın, sonra isə Gündüzlə Fərhadın bir-birlərinin yaxasından tutub çəkişdiklərini görmüş, həmin vaxt qeyd olunan şəxslərin birbirlərini vurduqlarını görməmiş, həmçinin Fərhadın və Fitatın Gündüzü vurduğunu da görməmiş, o, yalnız Fitatın yerdən daş götürərək Gündüzə doğru atdığını görmüş və həmin daş zərbələrinin Gündüzə dəyibdəymədiyini bilmir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 və Şahid8 ifadələrində Şahid3 ifadəsində dediklərini təsdiq edərək analoji ifadələr vermişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 02.04.2020-ci il tarixdə günorta saatlarında Arzu xanım ona zəng edərək aptekdə çanta olduğunu və çantanı gətirəcəyini bildirmiş, o, Arzu xanımın dediyi aptekə getmiş və çantanı götürüb gətirmiş, Arzu xanımgilin evinə çatdıqda həyətin girişində 166 yük taksisinin dayandığını görmüş, həmin yük taksisinə fəhlələr yükləri yığmış, o, Arzu xanımgilin evinə daxil olmuş və çantanı Arzu xanıma verib çölə çıxmış, çölə çıxarkən qəfildən yanından Arzu xanımın qızı Fitat qaçaraq keçmiş, Fitatın arxasınca isə Fitatın yoldaşı Fərhad gəlmiş, Fitat qardaşı Gündüzün üzərinə gedərək Gündüzü cırmaqlamağa başlamış, sonra arxasınca Fərhad Gündüzə tərəf getmiş, lakin Gündüzü vurmamış, həmin vaxt Gündüz Fərhadın üz nahiyəsindən vurmuş, daha sonra Fitat yerdən torpaq hissəcikləri götürüb Gündüzə doğru atmağa başlamış, həmin vaxt Gündüz əlində mobil telefonla videoçəkiliş etmiş, bundan sonra mübahisə bir qədər də davam etmiş, lakin mübahisə zamanı konkret olaraq kimsə kimisə vurmamış, arabir Fitat yerdən torpaq hissəcikləri götürüb Gündüzə doğru atmış, daha sonra o, öz avtomobilinə əyləşərək çıxıb getmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 04.04.2020-ci il tarixli 180 nömrəli rəyində qeyd edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol yanağın yuxarı yarısının, boyunun ön səthinin aşağı 1/3nin mərkəzinin, sağ əl pəncəsinin arxa səthində İİ-İİİ daraq sümükləriarası sahənin sıyrıqları, sol dirsək oynağının hərəkət məhdudluğu və kəskin ağrılarla müşayiət olunan hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 02.04.2020-ci il tarixdə qeyd olunan nahiyələrə əl, yumruq və daşla vurma nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə sol dirsək oynağının hərəkət məhdudluğu və ağrılarla müşayiət olunan hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Digər xəsarətlər isə həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, eləcə də, müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb, xəsarətlərin özü tərəfindən özünə yetirmə nəticəsində deyil, kənar şəxs (şəxslər) tərəfindən yetirilmiş lokal zərbələr təsirindən törənə bilinmələri barədə fikir söyləmək mümkündür. İşdə olan təkrar məhkəmə-tibbi ekspertizanın 04.06.2020-ci il tarixli, T151/2020 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sol yanaqda, boyunda, sağ əl pəncəsinin arxa səthində sıyrıq, sol dirsək oynağında yumşaq toxumaların əziyi və sıyrığı olmuşdur. Qeyd edilən xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən tarixdə və şəraitdə, yəni 02.04.2020-ci ildə dava-dalaş zamanı yarana bilərdilər, dərəcəsinə görə sol dirsək oynağının əziyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə istər birlikdə, istərsə də ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş məhkəmə-tibbi eksperti Şahid1 ifadəsində göstərmişdir ki, işlədiyi şöbəyə vətəndaş X2 tibbi eksperizadan keçirilməsi barədə qərar daxil olmuş, həmin qərar əsasında Zərərçəkmiş şəxs ekspertizadan keçirilmiş və nəticəyə gəlinmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər - sol yanağın yuxarı yarısının, boyunun ön səthinin aşağı 1/3-nin mərkəzinin, sağ əl pəncəsinin arxa səthində İİ-İİİ daraq sümükləri ararsı sahənin sıyrıqları, sol dirsək oynağının hərəkət məhdudluğu və kəskin ağrılarla müşayiət olunan hematoması bərk küt əşyanın(əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə yəni, 02.04.2020-ci il tarixdə qeyd olunan nahiyələrə əl, yumruq və daşla vurma nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sol dirsək oynağının hərəkət məhdudluğu və ağrılarla müşayiət olunan hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs sol dirsək oynağının hərəkət məhdudluğu və ağrılarla müşayiət olunan hematoması müxtəlif şəraitdə, o cümlədən içərisində su ilə dolu dəmir materialdan termosla qeyd olunan nahiyəyə zərblə vurma nəticəsində də əmələ gələ bilməsi inkar olunmur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş məhkəmə-tibbi eksperti Şahid2 ifadəsində göstərmişdir ki, şöbəyə vətəndaş X2 təkrar məhkəmə tibbi eksperizadan keçirilməsi barədə qərar daxil olmuş, həmin qərar əsasında Zərərçəkmiş şəxs onun və məhkəmə-tibbi eksperti Hafiz Kazımovun iştirakı ilə ekspertizadan keçirilmiş və nəticəyə gəlinmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs sol yanaqda, boyunda, sağ əl pəncəsinin arxa səthində sıyrıq, sol dirsək oynağında yumşaq toxumaların əziyi və sıyrığı olmuş, qeyd edilən xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən tarixdə və şəraitdə, yəni 02.04.2020-ci il tarixdə dava-dalaş zamanı yarana bilərmiş, dərəcəsinə görə sol dirsək oynağının əziyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə istər birlikdə, istərsə də ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs sol dirsək oynağının əziyi və sıyrığı xəsarətinə nəzər yetirərkən xəsarətin forma və ölçülərinə görə daha çox dəmir termosla, o cümlədən dindirilərkən ona təqdim olunan termosla yetirilməyə uyğun gəlir. Cinayət işinin ibtidai istintaqı zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar hər ikisi ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq etmiş, Təqsirləndirilən şəxs mübahisə zamanı əlində olan termosla Zərərçəkmiş şəxs qolundan vurduğunu, Şahid6 Zərərçəkmiş şəxs mübahisə zamanı vurmadığını sonuncunun üzünə qarşı bildirmiş, Zərərçəkmiş şəxs isə anası Təqsirləndirilən şəxsnm mübahisə zamanı onu vurmadığını, Şahid6 onu vurub xəsarət yetirdiyini bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 1 ədəd CD diskə birinci instansiya məhkəməsində baxış keçirilərkən müəyyən olmuşdur ki, video-diskdəki birinci faylda olan 7 dəqiqə 29 saniyəlik görüntünün 0:40 saniyəsində Şahid5 Zərərçəkmiş şəxs istiqamətində nəsə atması müşahidə olunur. Videodiskdəki səkkizinci faylda olan 01 dəqiqə 15 saniyəlik görüntünün 01:10 saniyəsində Şahid5 qaçaraq gəlib Zərərçəkmiş şəxs üz nahiyəsinə doğru zərbələr endirməsi müşahidə olunur. Videodiskdəki doqquzuncu faylda olan görüntüdə Şahid5 Zərərçəkmiş şəxs istiqamətində daş atması, Şahid6 isə Zərərçəkmiş şəxs əlində olan mobil telefonu aşağı endirmək istəməsi müşahidə olunur. Videodiskdəki onuncu faylda olan 1 dəqiqə 36 saniyəlik görüntünün 00:54 saniyəsində Təqsirləndirilən şəxs Şahid5 üzünə şillə zərbəsi endirməsi müşahidə olunur. Diskə baxış keçirilərkən görüntülərdə mübahisə və münaqişənin əsasən Şahid6la Zərərçəkmiş şəxs arasında baş verdiyi, mübahisənin baş verdiyi yerdə ictimai qaydanın pozulmadığı, cəmiyyətə qarşı hörmətsizlik ifadə olunmadığı, mübahisənin ailədaxili mübahisə olması müşahidə olunur. İş materiallarında olan Şahid5 tərəfindən təqdim edilmiş 1 ədəd CD diskə birinci instansiya məhkəməsində baxış keçirilərkən müəyyən olunmuşdur ki, video görüntülərdə Zərərçəkmiş şəxs əlində olan mobil telefonla çəkiliş etməsi, bu zaman onun əynində olan köynəyinin cırılmış vəziyyətdə olması, həmçinin Zərərçəkmiş şəxs və Şahid6 bir-birinə nalayiq ifadələr işlətməsi müəyyən olmuşdur. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X1 yekun çıxışında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl iş materialları ilə, o cümlədən onun özünün etirafedici ifadələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunmamasını, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs hadisə vaxtı onun qızı Fitat, kürəkəni Fərhad və oğlu Gündüz arasında qarşılıqlı olaraq dava-dalaş olduğunu, o bir böyük kimi onları sakitləşdirməyə çalışmış, hətta mübahisə etdiklərinə və dalaşdırqlarına görə qızı Fitatı və oğlu Gündüzü vurmuşdur. Zərərçəkmiş şəxsin xəsarətinin ona Şahid6 və Şahid5 tərəfindən yetirilməsi barədə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs və onun nümayəndəsi (vəkil) Nümayəndə Zərərçəkmiş şəxs xəsarətin anası Təqsirləndirilən şəxs deyil, Şahid6 və Şahid5 tərəfindən yetirildiyini, bununla da cinayətin subyektinin düzgün müəyyən olunmadığını göstərərək hökmün ləğv edilməsini və cinayət işinin ibtidai istintaq mərhələsinə qaytarılmasını xahiş etdilər. Məhkəmə kollegiyası cinayət işində olan materialları nəzərdən keçirərək, cinayət prosesi iştirakçılarının, o cümlədən bitərəf şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, iş üzrə toplanmış sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Belə ki, cinayət işi üzrə ittiham aktında və birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs adından təsvir edilmiş ifadələrdə onun elan olunmuş ittiham üzrə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əməlini etiraf etdiyi göstərilmiş və birinci instansiya məhkəməsi bu halı mötəbər sübut kimi ittiham hökmünün əsasına qoymuşdur. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin normanın mənasına görə, şəxsin təqsirlilik məsələsi verilmiş ittiham daxilində yoxlanılır. Elan olunmuş ittihamın qısa məzmunu ondan ibarətdir ki, Təqsirləndirilən şəxs su ilə dolu termosla Zərərçəkmiş şəxs bir dəfə vuraraq onda sol dirsək oynağının əziyi kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül xəsarət yetirmişdir. Halbuki, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəylərinə müvafiq olaraq Zərərçəkmiş şəxs yalnız sol dirsək oynağının əziyi deyil, sol yanağın yuxarı yarısının, boyunun ön səthinin aşağı 1/3-nin mərkəzinin sıyrıqları da müəyyən olunmuşdur. Həmin xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlərə aid olmaqla dərəcəsi təyin edilməsə də, bu hal onu təsdiq edir ki, hadisə vaxtı Zərərçəkmiş şəxs başqa şəxslər tərəfindən də xəsarətlər yetirilmişdir. Bundan başqa, hadisə yerində olmuş və bitərəf hesab olunan şahidlər, yəni Şahid3, Şahid4, Şahid8 və Şahid7 ifadələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs termosla və ümumiyyətlə hər hansı digər üsulla vurduğunu gördüklərini bildirməmişlər. Əksinə, şahidlər Şahid3, Şahid4, Şahid8 və Şahid7 hadisə vaxtı Gündüzün bacısı Fitatı söydüyünə görə sonuncunun əri Şahid6 Gündüzə tərəf gedərək Gündüzün yaxasından tutub itələyə-itələyə avtomobilin ön tərəfindən digər yan tərəfə keçdiklərini, buna görə də həmin şəxslərdən kimin kimi vurduğunu görmədiklərini bildirmişlər. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayətə görə cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında zərərçəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə həyata keçirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.5-ci maddəsində ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti olmadan prokuror tərəfindən başlanılması halları göstərilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ilkin ərizəsindən və izahatından görünür ki, o, ailə münaqişəsi zəminində bacısı Fitat və onun əri Fərhad tərəfindən əl-ayaq zərbələri və daşla vurduqlarını göstərmiş, anası Arzu tərəfindən ona hər hansı xəsarət yetirildiyini göstərməmişdir. Cinayət işi üzrə diqqət çəkən məqamlardan biri odur ki, 04.07.2020-ci il tarixdə başlanılmış cinayət işi üzrə Zərərçəkmiş şəxs ilkin şikayət ərizəsində, ilkin izahatında və bütün ifadələrində ona xəsarətin bacısı Fitat və onun əri Fərhad tərəfindən yetirildiyini göstərdiyi halda, cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən olunmaması əsası ilə dayandırılmışdır. 31.08.2020-ci il tarixədək cinayət işi üzrə dəfələrlə dindirilmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Şahid5, Şahid6 və hadisələrin birbaşa şahidi olmuş şəxslər bütün ifadələrində Zərərçəkmiş şəxs sağlamlığına yüngül xəsarətin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi və hadisə vaxtı sonuncunun əlində su termosunun olmasını ümumiyyətlə bildirmədikləri halda, 31.08.2020-ci il tarixdə hələ şahid statusunda olan Təqsirləndirilən şəxs nümayəndəsi qismində vəkil Müdafiəçi1 cinayət prosesinə qoşulduqdan sonra 31.08.2020-ci il tarixdə sanki təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs aşkara çıxarılmış, hətta Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs üzləşdirilərkən sonuncu əməlini “etiraf etməyə” başlayaraq “hadisə zamanı əlindəki içərisində su termosu olan selofan torba ilə Gündüzün qoluna vurduğunu” bildirmiş, həmin üzləşmədən sonra Zərərçəkmiş şəxs və Şahid6 üzləşdirilərkən sonuncunun isə “... həmin vaxt qaynanası Arzu xanımın çanta ilə Gündüzü vurduğunu...” göstərmişdir. 31.08.2020-ci il tarixdə Zərərçəkmiş şəxs və Şahid5 üzləşdirilərkən sonuncular termosla bağlı hər hansı bir halı bildirməmişlər, müstəntiq tərəfindən onlara termosla bağlı suallar verilməmiş, Şahid5 isə anası tərəfindən qardaşına xəsarətin yetirildiyini ümumiyyətlə göstərməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində 25.05.2021-ci il tarixdə dindirilmiş məhkəmə-tibbi eksperti Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs sol dirsək oynağının əziyi və sıyrığı xəsarətinə nəzər yetirərkən xəsarətin forma və ölçülərinə görə daha çox dəmir termosla, o cümlədən dindirilərkən ona təqdim olunan termosla yetirilməyə uyğun gəlir. Ekseprt Şahid1 da xəsaətin məhz dəmir materialdan olan termosla yetirilməsinin inkar olunmadığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, termosun dəmir materialdan olub-olmaması ittihamın təsvirində göstərilməmişdir. Su termoslarının “plastmas” materialdan da ola biləcəyi nəzərə alınarsa termosun hansı materialdan olması və materiala uyğun xəsarət yetirilmə təsirinin müəyyən edilməsi baxımından əhəmiyyət kəsb edirdi ki, bu hal cinayət işi üzrə müəyyən olunmamış qalmışdır. Digər tərəfdən, ekspert Şahid2 zərərçəkmişə xəsarətin, dindirilərkən ona təqdim olunan termosla yetirilməyə uyğun gəldiyini göstərmiş, lakin nədənsə ondan əvvəlki tarixdə, yəni 02.03.2021-ci il tarixdə dindirilmiş ekspert Şahid1 həmin “termos” təqdim olunmamaqla onun mövqeyi öyrənilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə əsasən, əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki, əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun. Göründüyü kimi, cinayət işi “maddi sübut” kimi təqdim olunan termos müstəntiq tərəfindən əldə olunduqdan sonra onun əlamətləri ətraflı (rəngi, materialı, ölçüsü və s.) təsvir edilməmiş, zərərçəkmiş şəxsə təqdim edilməmiş, hətta maddi sübutun şəkilləri belə cinayət işinin materiallarına əlavə edilməmişdir və bu hallar onun maddi sübut kimi həqiqətdə cinayətin aləti kimi mövcüduluğunu və əhəmiyyətini itirir. Həmçinin qeyd edilməlidir ki, zərərçəkmiş şəxsin hazırda baxılan apellyasiya şikayəti faktiki olaraq Təqsirləndirilən şəxs xeyrinə və onun təqsirsizliyinə dair olduğu halda, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 müdafiəyə meyl etməmələri, hətta ittiham hökmünün qüvvəsində saxlanılmasını xahiş etmələri cinayət işi üzrə diqqəti çəkən məqamlardandır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirliliyinə və törədilmiş cinayətin aiddiyətinə dair kifayət qədər şübhələrin olduğunu, ittiham tərəfinin təqdim etdiyi sübutların kifayət qədər ziddiyyətli olmasını və uzlaşmamasını, məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs təqsirliliyinə dair daxil inam yaratmadığını, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən, sübut kimi qəbul edilməsinə yol verilmədiyini, bitərəf şahid ifadələrində Təqsirləndirilən şəxs təqsirliliyinə və törədilmiş cinayətin aiddiyətinə dair heç bir hallar göstərilmədiyini, əksinə hadisə zamanı mübahisə və münaqişənin əsas etibarı ilə Zərərçəkmiş şəxs, Şahid6 və Şahid5 üçlüyü arasında baş verdiyini, bu halların tərəflərin özlərinin təqdim etdiyi video görüntülərlə də açıq-aşkar təsdiq olunduğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual hərəkətlərin və sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Konstitusiya və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş şəxs tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi təqsirli bilərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Xüsusi olaraq qeyd edilmişdir ki, hazırkı cinayət işinə baxan birinci instansiya məhkəməsi ibtidai istintaq orqanının səhvlərini təkrarlayaraq şahidlərin kifayət qədər ziddiyyətli və uzlaşmayan ifadələrini, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirmişdir. Bu isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinin kobud surətdə pozulması ilə yanaşı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulması deməkdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası Cianyət- Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə görə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə görə, qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən, cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Karpenko Rusiya Federasiyasına qarşı”, “Vidal Belçikaya qarşı” və “Edvards İngiltərəyə qarşı” şikayətlərlə bağlı qərarlarında xüsusi qeyd etmişdir ki, milli məhkəmələrin üzərinə düşən əsas vəzifələrdən biri şahidlərin verdikləri ifadələrin doğrulugunu və mötəbərliyini düzgün yoxlamaq, sübutların işin hallarına uyğun olub-olmaması və həmin sübutların mümkünlüyünü qiymətləndirmək, habelə ziddiyyət təşkil edən sübutları sübutlar siyahısından xaric etməkdir. Eyni zamanda, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Radçikov Rusiya Federasiyasına qarşı” qərarında istintaqın natamamlığı və birtərəfli aparılmasına istinad edərək təqsirləndirilən şəxs haqqında çıxarılmış bəraət hökmünün yuxarı məhkəmə instansiyasında ləğv edilməsinə nail olan prokurorluq orqanlarının hərəkətləri ilə bağlı bildirmişdir ki, şikayətçinin işi üzrə “istintaqın natamam və birtərəfli olması və səhvən bəraətə gətirib çıxarması” haqqında bəyanat mahiyyət etibarı ilə – məhkəmə səhvləri olmadığı, səlahiyyətlərdən sui-istifadə edilmədiyi, maddi hüququn tətbiqində səhvlər olmadığı təqdirdə – məhkəmə araşdırmasında əhəmiyyətli pozuntunun mövcudluğunu göstərmir (“Bratyakin Rusiya Federasiyasına qarşı” şikayətlə bağlı qərar). Əks təqdirdə istintaq orqanları tərəfindən ibtidai istintaqın lazımi səviyyədə keçirilməməsinin nəticələrinin yükü tamamilə şikayətçinin üzərinə qoyulardı və ən əhəmiyyətlisi odur ki, yalnız istintaq prosedurunda qüsurların və ya səhvlərin olması ilə bağlı təkcə mülahizə onların kiçik və əhəmiyyətsiz olduğundan asılı olmayaraq, ittiham orqanları üçün artıq baxılmış və yekun qərar çıxarılmış işlər üzrə icraatın təzələnməsi haqqında vəsatətlər verməklə səlahiyyətlərindən sui-istifadə üçün sərhədsiz imkanlar yaradardı. Bu prosedurdan sui-istifadə imkanının təhlükəli olması hazırkı şikayətə əsas olan işlər kimi işlərdə xüsusilə ciddidir, çünki ittiham tərəfi istintaqın qüsurlarını görərək və məhkəmədən həmin işin əlavə istintaq edilməsi üçün qaytarılması haqqında vəsatət vermək imkanına malik olduğu halda bu imkandan istifadə etməməyə üstünlük vermiş, bunun əvəzinə (kassasiya) nəzarət qaydasında hüquqi müdafiə vasitəsinə müraciət etmişdir. Bu işlə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, dövlət hakimiyyət orqanlarının səhvləri və ya qüsurları təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Başqa sözlə, istintaq orqanlarının və ya hətta məhkəmələrin səhvləri ilə bağlı riskləri dövlət daşımalıdır və belə səhvlər maraqlı şəxsin (təqsirləndirilən şəxsin) hesabına aradan qaldırıla bilməz. Beləliklə, bu işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, şikayətçinin işi üzrə bəraət hökmünün ləğv edilməsi məhkəmə səhvinin və ya ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yol verilən səhvin aradan qaldırılması məqsədini daşımamış, sadəcə, təkrar məhkəmə araşdırması və işin yenidən baxılması məqsədi üçün istifadə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 401-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi öz hökm və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə həmin məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olduqda, habelə birinci instansiya məhkəməsinin hökm və ya qərarında şərh edilmiş hallarla onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 402-ci maddəsinə görə, irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökm və ya qərarında mötəbər olmayan, ziddiyyətli, yolverilməz və ya aid olmayan sübutlarla təsdiq edildikdə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi məhkəmənin həmin hökmünün ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə görə, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair 12.05.2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli, iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 02.06.2021ci il tarixli hökmü ləğv edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi və cinayətin törədilməsinə aidiyyəti olmadığı üçün bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 35 (otuz beş) iş saat hüquqi xidmətə görə Müdafiəçi2 210 ( iki yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21, 42, 55, 56, 62, 344-350, 352, 353, 356-358, 397-402 və 407ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum olunmasına dair 02.06.2021-ci il tarixli, 1(009)-85/2021 nömrəli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi və cinayətin törədilməsinə aidiyyəti olmadığı üçün bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra 02.04.2020-ci il tarixdə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül xəsarət yetirilməsi ilə bağlı material cinayət təqibi məsələsinin həll edilməsi üçün Bakı Şəhəri Səbail Rayon Prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 35 (otuz beş) iş saat hüquqi xidmətə görə Müdafiəçi2 210 ( iki yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Ramin Qaraqurbanlı Hakimlər Mirzəli Abbasov Vaqif Mursaqulov
Məhkəmə qərarları › İş №1(103)-1289/2021
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-1289/2021
11.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver