Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-129/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi – “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkumolunmamış, evli, ünvan 3-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1(101)-1451/2022 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Samir Əliyev (sədrlik edən), Cavid Hüseynov, Eldar İsmayılov) 21 sentyabr 2022-ci il tarixli, 1(101)-1451/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 08 aprel 2022-ci tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, CM-nin 93-1.1-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə marixuana əldə edib bir qismini üzərində, qalanını isə yaşadığı mənzilində saxlamış, 08 aprel 2022-ci il tarixdə saat 13.00 radələrində Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında saxlanılaraq Xətai RPİ-nın 34-cü PŞ-nin Xətai rayonu, S.Ə.ünvan 2nvanında yerləşən inzibati binasına gətidlmiş, xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, onun əynində olan gödəkçənin sol üst cibindən qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə edib saxladığı 01 ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 2,994 qram olan qurudulmuş marixuana götürülmüş, həmçinin yaşadığı ünvan 3 ünvanında videoçəkilişdən istifadə edilməkləmüdafiəçinin iştirakı ilə keçirilən axtarış və götürmə istintaq hərəkəti zamanı mənzilin yataq otağında olan dolabın içərisindən 02 (iki) ədəd ağ rəngli sintetik torbanın içərisindən külli miqdarda ayrı ayrılıqda çəkiləri 5005 qram və 5050 qram olmaqla ümumilikdə təmiz çəkisi 10057,994 qram (10 kq 57,994 qram) tərkiblərinə görə eyni olan, bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırma aparılmadığını, Təqsirləndirilən şəxs özünü ittiham olunduğu maddə ilə təqsirli bilmədiyini, onun üzərindən heç bir narkotik vasitənin aşkar edilmədiyini nəzərə alaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmünü ləğv edərək bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə ibtidai araşdırma natamam, birtərəfli, qeyri obyektiv aparılmaqla şəxsə qarşı əsassız və qanunsuz ittiham verilmiş və bu qanunsuzluqlar məhkəmə araşdırması zamanı təsdiq olunsa da, işə düzgün huquqi qiymət verilməyərək ibtidai istintaqın verdiyi ittiham üzrə Təqsirləndirilən şəxs cəza təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmünə nəzər yetirsək müəyyən edilir ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi dəlilləri araşdırmamış, hökm çıxararkən şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrini əsas götürmüşdür. Həmçinin ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə ifadəsi təkzib olunduğundan məhkəmədə verdiyi ifadəsinə də tənqidi yanaşılmışdır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən “aşkar edilmiş” narkotik vasitələrin hec bir ona məxsus olmamış, polis əməkdaşları tərəfindən çox saylı isgəncələr verilərək üzərindən və yaşadığı evdən aşkar edilmiş kimi rəsmiləşdirilmişdir. Əgər onun üzərində narkotik vasitələr həqiqətən olmuşdursa, üzərinə baxış nə üçün saxlanıldığı yaşadığı evin qarşısında deyil, polis şöbəsinə aparılıb keçirilmiş, yalnız bundan sonra bir daha yaşadığı evə bu dəfə çəkilişlə gəlməklə axtarış aparılmışdır. Halbuki, məhkəmə baxışında ifadə vermiş polis əməkdaşları narkotik vasitələrin dövriyyəsi ilə bağlı məlumatın daxil olduğunu və həmin məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlanılaraq polis şöbəsinə aparılıb üzərinə baxış keçirilməsini qeyd etmişlər. Məhkəmə bu hissəni hökm çıxararkən qiymətləndirməmişdir. Bu sual məhkəmədə dindirilmiş polis əməkdaşlarına da verilmiş, lakin hec biri bunun cavabını verə bilməmişdilər. Həqiqətdə polis əməkdaşları hər hansı əsas olmadan Təqsirləndirilən şəxs yaşadığı evə qanunsuz daxil olaraq qeyri-rəsmi axtarış apardıqdan sonra hər hansı narkotik vasitə tapmadan Təqsirləndirilən şəxs polis şöbəsinə aparıb işgəncəyə məruz qoyaraq həm üzərində, həm də evində narkotik vasitələrn olması barədə ifadə verməyə məcbur etmişlər. Daha sonra yenidən yaşadığı evə gələrək bu dəfə çəkiliş aparmaqla” axtarış və götürmə” aparmışlar. Məhkəmə həmçinin digər sübutları araşdırarkən cinayət işində olan “Azerfon MMC”-dən daxil olmuş 25 may 2022-ci il tarixli 5596/22 nömrəli məktuba əlavə edilmiş 01 ədəd diskə baxış zamanı narkotik vasitələrin dövriyyəsinə dair danışıqlar müəyyən edilməsini sübut kimi qəbul etmiş, lakin həmin nömrənin Təqsirləndirilən şəxs məxsus olmadığına qiymət verməmişdir. Məhkəmə baxışı zaman Təqsirləndirilən şəxs həmin nömrənin tanışı Vüqar adlı şəxsə (X8) məxsus olmasını, sonuncunun narkotik vasitələrin satışı ilə tutulması və tutulduqdan sonra həmin nömrəni işlətdiyini, narkotik vasitələrin dövriyyəsinə dair danışıqların məhz Vüqar Məmmədov tərəfindən aparılmasını bildirsə də, məhkəmə həmin xüsusatı ümumən araşdırmamışdır. Odur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmünü ləğv edib, Təqsirləndirilən şəxs bəraət verilməsinə dair qərar çıxarilması xahiş olunur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək üzərində narkotik vasitə olmadığını, üzərindən aşkar olunmuş mobil telefonun nömrəsinin ona aid olmamasını bildirib barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Müdafiəçi1 verilmiş apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini, hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hazırki iş üzrə hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində göstərilən məsələlərə aydınlıq gətirilməsi məqsədi ilə iş üzrə qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1(101)-1451/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində təqsirləndirilən şəxsin barəsində başlanmış cinayət işi üzrə bəraət hökmünün çıxarılması xahiş edilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Apellyasiya məhkəməsində: • təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o öz yaşadığı evin həyətində təmirçi işləmişdir. Saxlanıldığı gün səhər tezdən evində təmir işləri görürmüş. Oğlu da evdə imiş. Bu vaxt videokameradan baxıb görmüşdür ki, qapının ağzında 1 nəfər sahə inspektoru və 5-6 nəfər polis əməkdaşları var imiş. Oğlu qardaşıgilin həyətindən keçərək çıxıb getmişdir. Oğlu aşağı düşəndə polis əməkdaşları evinin hasarından tullanaraq evə hücum etmişlər, aşağı düşmək istəyəndə polis əməkdaşları onu saxlamış və avtomobilə mindirmişlər. Polis əməkdaşları onu polis bölməsinə aparmışlar. Polis əməkdaşları onu döyərək təzyiq göstərmiş, qolunu qandallamışlar. Ağ sellofan paketi cibinə yerləşdirmişlər və onun olduğunu bildirmişlər, o isə həmin paketin onun olmadığını bildirmişdir və onlar yenidən onu döymüşlər ki, həmin paketi boynuna götürsün. Onlardan onu döyməmələrini xahiş etmiş və həmin paketi boynuna götürmüşdür. Bundan sonra yaşadığı evə getmişlər. Polis əməkdaşları evinə də paketlərdə narkotik vasitə gətirib dolabın içərisində qara rəngli çemodanı çıxarıb içərisinə qoyub dolabın altına yerləşdirmişlər və sonra videoçəkiliş etmişlər. Bundan sonra onu yenidən polis bölməsinə aparmışlar. Daha sonra müvvəqəti saxlama yerinə gətirmişlər, sonra isə təcridxanaya aparmışlar. 32 il imiş ki, hərdən narkotik vasitədən istifadə edirmiş. Narkotik vasitəni Diego adıyla tanınan Vüqaradlı şəxsdən alırmış, hazırda o da tutulmuşdur. Yaddaşı pozulduğu üçün Diegodan başqa kimlərdən narkotik vasitə aldığını xatırlamır, heç kəsə narkotik vasitə verməmiş, özü çox çətinliklə narkotik vasitəni əldə edirmiş. Heç kəslə bir yerdə narkotik vasitə çəkməmişdir. • əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, əri Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutlarkən həm özü, həm də qızı işdə olmuşlar. Sadəcə oğlu evdə olmuşdur. Oğlunun sözlərindən ona məlum olmuşdur ki, polis əməkdaşları onların evinə qanunsuz daxil olub, evlərini dağıtmışlar, sonra isə Namiqi özləri ilə aparmışlar. Bir müddətdən sonra Namiqlə birlikdə evə qayıdanda özləri ilə torba gətirmişlər evə. Evlərində belə bir torba olmamışdır. Həyətdə kirayəşin yaşlı bir qadın demişdir ki, “Qızım, özləri ilə nəsə gətirdilər əllərində”. O qədər narkotik vasitəni evdə gizlətmək mümkün deyil, belə bir torba evlərində olsaydı, bu barədə məlumatı olardı. Evlərində heç bir vaxt narkotik vasitə olmayıb. • əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, atasının Emin adlı sahə müvəkkili ilə problemi olub, belə ki, atası usta işlədiyinə görə Emin tez-tez atasından rüşvət kimi pul istəyirdi. Ona görə onların arasında mübahisə baş vermişdir. Hadisə günü polis əməkdaşları hasardan atlanıb hətə keçərək atasını evdən aparmılar, iki-üç saat sonra isə atası ilə birlikdə yenidən evə qayıtmışlar. Polislərin əlində iki torba olmuşdur. Evlərində çəkiliş etmişlər. Atasından eşitmişdir ki, polislər atasını döymüşlər, lakin onun üzərində xəsarət görməmişdir. Polislər gəlməmişdən əvvəl evlərində torba olmamışdır. Atası Namiq narkotik vasitədən istifadə etsə də, onların evində narkotik vasitə heç vaxt narkotik vasitə olmayıb. Birinci instansiya məhkəməsində: • şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəsi və satışında şübhəli imiş. Bu barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda o və Şahid2 iştirak edirmiş. 08 aprel 2022-ci il tarixdə X15 rayonu, 9-cu Əhmədli küçəsi 4 saylı ünvanın yaxınlığında saxlamışlar və onu 34-cü Polis bölməsinə gətirmişlər. Polis bölməsində təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərində narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı olan tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evində də narkotik vasitə olduğunu bildirmişdir. Təhqiqatçının qərarı ilə Təqsirləndirilən şəxs evinə baxış keçirilmişdir və onun evində 2 ədəd ağ rəngli torbada narkotik vasitə aşkar edilmişdir. Marixuananın çəkisi 10 kiloqram imiş. Təqsirləndirilən şəxs evindəki narkotik vasitənin də ona məxsus olduğunu bildirmişdir. Saxlanılarkən Namiq onlara müqavimət göstərməmiş və ona təzyiq göstərilməyib. • şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: • ibtidai istintaqda verdiyi ifadəsində Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, 32 ildən çoxdur ki, narkotik vasitələrdən istifadə edirmiş, 3 gün əvvəl yəni xx.xx.2022-ci il tarixdə təxminən saat 14 radələrində Bakı şəhəri, 20 Yanvar metro-stansiyasının yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşı Əİi adlı şəxsdən öz istifadəsi üçün şifahi qaydada qarşılıqlı razılaşmaya əsasən 10 kiloqram qurudulmuş marixuananı 10.000 (on min) manata borc olaraq almışdır. Həmin narkotik vasitə olan marixuananı öz istifadəsi üçün müəyyən qismini ayırıb üzərində gəzdirirmiş. Lakin qalan hissəsini isə yaşadığı evin yataq otağında tünd qəhvəyi rəngli dolabın içərisində gizlətmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 13 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsində olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, onu 34-cü PŞ-nə dəvət etmişdirlər. Onlara heç bir müqavimət göstərmədən polis şöbəsinə getmişdir. 34-cü PŞ-də olan zaman üzərinə baxış keçirilərkən ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmetın olub-olmaması soruşulmuşdur. Bu zaman əynindəki qara rəngli qısaqol gödəkçəsinin sol ust cibimdən bir ədəd şəffaf rəngli sellofana bükülmüş yaşıl rəngli, ot şəkilli, spesifik iyə malik olan “marixuana” adlı narkotik maddəyə bənzər bükümü açaraq tərəziyə qoymuş və çəkisi müəyyən edildikdən sonra onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə zərfə qoyularaq, imzalanmış və qablaşdırılmışdır. Bundan sonra polis əməkdaşları və müdafiəçi ilə birlikdə yaşadığı Bakı şəhəri, ünvan 4 ünvnda yerləşən özünə məxsus fərdi yaşayış evinə gedərək könüllü olaraq yataq otağından tünd rəngli dolabın içərisində gizlətdiyi 02 ədəd ağ rəngli torbanın içərisində olan narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən ona heç bir təzyiq göstərilməmişdir. • 08 aprel 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. • Şəxsi axtarış və götürmə aparılması haqqında DİN-nin Xətai RPİ- nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X3 tərtib etdiyi 08 aprel 2022-ci il tarixli protokoldan müəyyən edilir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qısaqol gödəkçəsinin sol üst cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş təbii ot tərkibli narkotik vasitə marixuanaya bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş kütlənin nə olması barədə soruşulduqda, Təqsirləndirilən şəxs həmin narkotik maddəyə bənzər kütlənin narkotik maddə olan marixuana olmasını bildirmişdir. Həmin bükümdəki maddə elektron tərəzidə çəkildi və narkotik vasitə olan marixuanaya bənzər kütlələrin çəkisi 3,27 qram oldu. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığında üzdən tanıdığı lakin adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsdən şəxsi istifadəsi üçün qarşılıqlı razılaşmaya əsasən borc olaraq 10000 (on min) manata aldığını bitdimişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə iş üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılaraq DİN-nin “Zərflər üçün” 152 saylı möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmiş, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı ünvan 5 ünvanında narkotik vasitənin olmasını bildirmişdir. • Axtarış və götürmə aparılması haqqında DİN-nin Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X3 tərtib etdiyi 08 aprel 2022-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında olması ehtimal edilən narkotik vasitəni könüllü şəkildə təqdim etməsi üçün Təqsirləndirilən şəxs təhqiqatçı Asiman İmaməli tərəfindən təklif edildikdə Təqsirləndirilən şəxs yataq otağında olan tünd qəhvəyi rəngli dolabın alt hissəsində gizlətdiyi 02 ədəd ağ rəngli torbanın içərisində olan narkotik vasitə hesab olunan kütləni çıxarıb təqdim edərək həmin torbadakı narkotik vasitənin marixuana olduğunu, marixuananı 05 aprel 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığında üzdən tanıdığı lakin adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı Əİİ adlı şəxsdən şəxsi istifadəsi üçün qarşılıqlı razılaşmaya əsasən borc olaraq 10000 (on min) manata aldığını bildimişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd ağ rəngli torbanın içərisində olan kütlənin narkotik vasitə olan marixuanaya bənzər kütlənin çəkisinin 10.000 qram olması müəyyən edildi. Həmin kütlə iş üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılaraq DİN-nin “Zərflər üçün” 152 saylı möhürlənərək götürülmüşdür. Axtarış və götürmə zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. • Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisində 02 ədəd “mp4” formatlı video görüntü mövcuddur. Həmin fayllardan 2022_04_08_14_15_İMG_1336 adla qeyd olunmuş fayla baxış keçirdikdə, faylın 10 dəqiqə 05 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Asiman İmaməli özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini elan edir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs özünü təqdim etməsini və anket məlumatları barədə məlumat verməsini təklif edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının bu tələbindən sonra özünü təqdim edərək anket məlumatları barədə məlumat verməyə başlayır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq ona CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah oldunduğunu bildirdi. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli qısaqol gödəkçənin sol üst cibindən içərisində 01 ədəd şəffaf rəngli sellofana bükülmüş olan narkotik vasitə marixuanaya bənzər kütlələri çıxarıb təqdim edərək masanın üzərinə qoydu. Bundan sonra təhqiqatçı narkotik vasitələri haradan və hansı məqsədlə əldə etdiyini soruşur. Cavabında Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitənin İran İslam Respublikasının vətəndaşı olan Əli adlı şəxsdən özünün istifadəsi üçün qarşılıqlı razılşamaya əsasən borc olaraq 10.000 (on min) manata Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığından götürdüyünü bildirdi. Daha sonra təqdim olunan narkotik vasitələrə bənzər kütlə elektron tərəzidə çəkildi, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan marixuanaya bənzər kütlənin 3.27 qram olması müəyyən edildi. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əlavə əşya və ya predmet aşkar olunmadı. Bundan sonra masanın üzərinə qoyulan narkotik vasitələrə bənzər kütlələr zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb möhürləndi. Təhqiqatçı tərəfindən narkotik vasitəni haradan əldə etməsi barədə yenidən sual verildikdə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı Əlidən əldə etdiyini üzərində yalnız bunun olduğunu yaşadığı mənzildə də narkotik vasitə olduğunu üzərindəki narkotik vasitəni də oradan götürdüyünü, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təhqiqatçı şəxsi axtarışın bitdiyini Təqsirləndirilən şəxs yaşadığı Xətai rayonu, 9-cu Əhmədli küçəsi ev 4 ünvanında axtarış keçiriləcəyini bildirmişdir. Diskə baxış keçirən zaman 2022_04_08_14_15JMG_1337 adlı faylın olması müəyyən edilmişdir. Həmin fayla baxış keçirdikdə, faylın 15 dəqiqə 51 saniyədən ibarət olduğu müəyyən olunur, videogörüntünün birinci saniyəsindən etibarən Xətai RPl-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Asiman İmaməli özünü və iştirakçıları təqdim edərək, saxlanılan şəxs Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı ünvan 3-də narkotik maddə saxlaması ehtimalı olduğundan həmin mənzilə baxış keçirəcəyini elan edir. Bundan sonra iştirakçılar həmin mənzilə daxil olur. Təhqiqatçı Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı onun evdə narkotik vasitə saxladığını bildirdiyini və həmin narkotik vasitələri harada saxladığını soruşur. Sonuncu yataq otağında olan tünd qəhvəyi rəngli dolabı işarə edib orada narkotik vasitə saxladığını bildirir. Dolabın alt saxlanc hissəsi açılan zaman orada 02 ədəd ağ rəngli torbanın olması aşkar olunur. Təhqiqatçı torbanın içərisində nə olması və onu haradan əldə etməsi barədə Təqsirləndirilən şəxs sual verir. Təqsirləndirilən şəxs cavabında 02 ədəd ağ rəngli torbaların içərində narkotik vasitə olmasını, onu üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşı olan Əli adlı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini, onunla aparmış olduğu danışıqlar nəticəsində 10.000 (on min) borc qarşılığında Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığında əldə etdiyini bildirir. Təhqiqatçı tərəfindən torbanın yuxarı hissəsi kəsilən zaman torbanın içərisində qurudulmuş marixuanaya bənzər kütlələrin olması aşkar olunur. Həmin 02 ədəd ağ rəngli torbalar elektron tərəzi vasitəsi ilə çəkilən zaman torbadakı kütlənin çəkisinin 10 kiloqram olması müəyyən edilir. Bundan sonra təhqiqatçı mənzildə bundan əlavə hər hansı qanunla qadağan edilmiş maddə və ya predmet saxlanılması barədə Təqsirləndirilən şəxs soruşur, sonuncu aşkar edilmiş kütlədən başqa mənzildə qadağan edilmiş maddə və ya predmet saxlamadığını bildirir. İştirakçılarla birlikdə mənzildə axtarış aparı İsa da başqa əşya və ya predmet aşkar olunmur. Daha sonra təhqiqatçı mənzilə baxışın başa çatdığını elan edir. • “Azerfon MMC”-dən daxil olmuş 25 may 2022-ci il tarixli 5596/22 nömrəli məkuba əlavə edilmiş 01 ədəd diskə baxış zamanı narkotik vasitələrin dövriyyəsinə dair danışıqlar müəyyən edilmişdir. • Məhkəmə-bioloji ekspertizasının 09 aprel 2022-ci il tarixli 7/339 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs..." yazısı və imzalar olan kağız paketdəki 01(bir) ədəd sellofan bükümdə bükümdə təmiz çəkisi-2,994 qram və ağ kağız üzərində “Niyazov A...” yazısı və ağ kağız üzərində “..Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan 02(iki) ədəd ağ rəngli sintetik torbalardakı ayrı-ayrılıqda təmiz çəkiləri- 5050qram; 5005 qram, olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi- 10057,994qramdır (10 kq 57,994 qram). Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuanan ümumi təmiz çəkisi 10057,994 qram, tədqiqata sərf edildi 0,45 qram qalıq 10057,544 qram. • Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X13 Şəxsinin 07 may 2022-ci il tarixli 2304 saylı rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu-narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. • Bakı şəhəri Xətai Rayon Prokurorluğunun müstəntiqi Aqil Əşrəfovun 06 may 202-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması öz təsdiqinin tapmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın dövründə verdiyi ifadələrində və videoçəkilişlə aparılan istintaq hərəkətləri zamanı əməlini faktiki olaraq etiraf edərək özünün narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsində verdiyi ifadəsini işdə toplanmış digər sübutlarla - yuxarıda sadalanan ekspert rəyləri, istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaqın dövründə verdiyi ifadələri inandırıcı hesab edir, onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni CM-in 234.4.3cü ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirir. Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, şahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, narkotik vasitələrin dövriyyəsinə dair onun tərəfindən aparılan danışıqlar, maddi sübutlar, müvafiq ekspert rəyləri və toplanmış digər sübutlara öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə kollegiyası təqsirləndirilən şəxsin arvadı Gülnaz Vəliyevanın və oğlu Mirsaat Vəliyevin ifadələrinə tənqidi yanaşaraq, bu ifadələr digər sübutlarla təsdiq olunmadığından yaxın qohumunu müdafiə etmək üçün verilmiş ifadələr kimi qiymətləndirməklə mötəbər sübut olaraq qəbul etmir, həmin şəxslərin məhz təqsirləndirilən şəxslə yaxın qohumluq münasibətlərində olmaqla subyektiv amillərdən çıxış edərək ifadə vermələrinə dəlalət edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış və bu sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Apellyasiya şikayətində göstərilən məhkumun barəsində bəraət hökmü çıxarılması ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-nin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində mövcud olmaması və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza məsələsinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzanın təyin etmənin ümumi əsaslarını özündə əks etdirən CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası daxilində qanuni və ədalətli cəza təyin etmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1(101)-1451/2022 saylı hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair 21 sentyabr 2022-ci il tarixli, 1(101)-1451/2022 saylı hökmü təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. X4 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov
Məhkəmə qərarları › İş №1(103)-129/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-129/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver