Məhkəmə qərarları › İş №1(103)-1290/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1290/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1290/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X2 və X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi - X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı4, Məhkum - Təqsirləndirilən şəxs1, onun müdafiəçiləri Müdafiəçi2 oğlunun və Müdafiəçi5, Məhkum - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 barəsində olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli, 1(009)-170/2021 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(009)-170/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 11 fevral 2021-ci il tarixdən hesablanmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmuş, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 11 fevral 2021-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunması, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməsi, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Akif oğlu özgə əmlaklarını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Akif oğlu ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olaraq bir qrup şəxs halında 06 fevral 2021-ci il tarixdə, saat 17:30 radələrində vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 4 ünvanında yerləşən “Zara” geyim mağazasında Təqsirləndirilən şəxs2 saat 17:56 radələrində dükanın ikinci mərtəbəsində kişi gödəkcələri satılan hissədə Zərərçəkmiş şəxs1 satışa qoyulmuş gödəkcəni geyinib yoxlamaq məqsədi ilə əynindəki gödəkcəni çıxarıb saxlaması üçün verdiyi 09 yanvar 2014cü il təvəllüdlü azyaşlı oğlu Ömərov Anarın qolunda tutaraq saxladığı və içərisində Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 180 manat dəyərində “X5” markalı pul kisəsini içində "xxxx" ASC-yə aid, hesabında 370,49 manat pul olan məvacib kartı ilə birlikdə gödəkcənin cibindən gizli olaraq talamış, özü saat 18:37 radələrində Zərərçəkmiş şəxs2 Rafıkovnanın dükanın ikinci mərtəbəsində geyim paltarlarına baxdığı üçün piştaxtanın üstünə qoyduğu əl çantasında olan və içərisində hesabında 1.012,50 manat məzənnəsində 45.000 rus rubl pul olan və Rusiya Federasiyasında fəaliyyət göstərən “SBERBANK”a aid iki ədəd sosial kartları, 721 manat nağd pul olan 96 manat dəyərində “GUARD” markalı pul kisəsini gizli olaraq talamış və dükandan çıxdıqdan sonra Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 zərərçəkmiş Zərərçəkmiş şəxs1 gödəkcəsinin cibindən oğurladığı pul kisəsində olan "xxxx" ASC nə aid Zərərçəkmiş şəxs1 adına olan *0420 nömrəli kartın hesabında olan puldan elektron məlumat daşıyıcılarından istifadə etməklə Bakı şəhəri, Bülbül prospekti, 25 nömrəli ünvanda yerləşən “Hamilton” mağazasında saat 18:37 dəqiqədə 23,97 manat, saat 18:40 dəqiqədə 98,73 manat ödəniş etmiş, onun zərərçəkmiş Zərərçəkmiş şəxs2 çantasından oğurladığı pul kisəsində olan RF-də fəaliyyət göstərən “Sberbank”a aid sosial kartdan 112 manat məzənnəsində 5.000 rubl pulu ödəniş etməklə çıxararaq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 302,70 manat, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 929 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(009)-170/2021 saylı hökmünün dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, orada onunla heç bir şəxs iştirak etməyib. Tamah niyyəti ilə götürdüyü pul çantası öz sahibinə qaytarılıb. Heç bir dəymiş ziyan ortada yoxdur. Barışıq ərizəsi olub. Onun himayəsində yaşlı, ağır yataq xəstəsi olan yeganə anası var. O, yaşlı və xəstə olan anasına işləyərək yaşayışını təmin edib və qulluğunda dururdu. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(009)-170/2021 saylı hökmünü dəyişdirərək müvəkkili Təqsirləndirilən şəxs2 törətmiş olduğu əmələ görə nəzərdə tutulmuş az ciddi cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməldən səmimi peşmanlıq keçirməsi, dəymiş ziyanı ödəməsi, zərərçəkmişlərin şikayətinin olmaması, məhkumluğunun olmaması hökmlə cəza təyin edilərkən nəzərə alınmamışdır. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(009)-170/2021 saylı hökmünü dəyişdirərək Təqsirləndirilən şəxs1 verilmiş AR CM-nin 177.2.1-ci maddəsi üzrə ittihamın çıxarılması, AR CM-nin 62-ci maddəsinə uyğun olaraq ədalətli və qanuni cəza növü tətbiq edərək az ciddi cəza olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs1 oğurluq cinayətini təkbaşına törətmiş, bu zaman heç bir şəxslə qabaqcadan əlbir olmamış, ona görə də ona verilmiş ittihamdan AR CM-nin 177.2.1-ci maddəsi çıxarılmalıdır. Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamın sübut edilməsi üçün birinci instansiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı ittiham tərəfi heç bir sübut təqdim etməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hökmündə Təqsirləndirilən şəxs1 münasibətdə cəza təyin edilərkən qanunun tələblərinə riayət olunmamış və nəticədə ədalətsiz şəkildə cəza təyin edilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 törətdiyi az ağır cinayət əməlinə görə cəza təyin edərkən onun zərərçəkmişlə barışdığını, dəymiş ziyanı tam ödəməsini, törətdiyi əmələ görə səmimi peşmançılıq keçirməsini nəzərə almamış, ədalətli cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin etməyərək daha ağır cəza növü olan azadlıqdan məhrum cəzası təyin etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs1, onun müdafiəçiləri Müdafiəçi2 Solman oğlu və Müdafiəçi5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(009)-170/2021 saylı hökmünü dəyişdirərək Təqsirləndirilən şəxs1 verilmiş AR CM-nin 177.2.1-ci maddəsi üzrə ittihamın çıxarılması, AR CM-nin 62-ci maddəsinə uyğun olaraq ədalətli və qanuni cəza növü tətbiq edərək az ciddi cəza olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(009)-170/2021 saylı hökmünü dəyişdirərək müvəkkili Təqsirləndirilən şəxs2 törətmiş olduğu əmələ görə nəzərdə tutulmuş az ciddi cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı4 çıxış edərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(009)-170/2021 saylı hökmünün məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(009)-170/2021 saylı hökmü isə dəyişdirilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləri özlərinin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.3-1 və 177.2.5-ci maddələri ilə düzgün tövsif etmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında ola AR DİN-in BAŞ ƏSİİ-dən verilmiş tələbnamədən və Quba Rayon Məhkəməsinin 06 iyul 2012-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir və 03 oktyabr 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 avqust 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 66.5-ci maddələri ilə təqsirli bilinib 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəza 03 il 09 aya endirilmişdir. 06 fevral 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs1 isə hazırki cinayət hadisəsini 06 fevral 2021-ci il tarixində törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması, həmin məhkumluq ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsinin və sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, hazırki cinayət əməllərini ehtiyacdan törətdiyini, əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını və cinayətin açılmasına kömək etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Eyni zamanda Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsinin və sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, hazırki cinayət əməllərini ehtiyacdan törətdiyini, əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını və cinayətin açılmasına kömək etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Eyni zamanda birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən cinayət törətməyə görə təqsirli bilinərək azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini və yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət törətməsini cəzasını ağırlaşdıran hallar kimi nəzərə almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası, məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın qanuniliyi və ədalətliliyini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nın 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə məhkumun cəzasını yüngülləşdirən halların mövcudluğunu, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, onlara əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli, 1(009)-170/2021 saylı hökmü məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(009)-170/2021 saylı hökmü məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Vaqif Mursaqulov Hakimlər X2 X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar