Məhkəmə qərarları › İş №1(103)-1295/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1295/2022

07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1295/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Zəki Baba oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair cinayət işinin materiallarının icraatına Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 1(008)-316/2022 nömrəli qərarından Zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Zərərçəkmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 1(008)-316/2022 nömrəli qərarından apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsini, şikayətinə baxılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair cinayət işinin materiallarının icraatına Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 1(008)-316/2022 nömrəli qərarından Zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayətinin prosessual müddət ötürülməklə verildiyindən hərəkətsiz saxlanılması, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 386-cı maddəsinin tələblərinin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət təyin edilməklə, Zərərçəkmiş şəxs Ədil qızının apellyasiya şikayətinin iş materialları ilə birlikdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılması, təyin edilmiş müddət ərzində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386-cı maddəsinin tələbləri yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayətinin verilməmiş hesab ediləcəyi və baxılmamış saxlanılacağı izah edilmişdir. Qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı iş materiallarında mövcud olan xx.xx.2022-ci il tarixli reyestrdən göründüyü kimi zərərçəkmiş şəxsin ünvanına göndərilmişdir, yəni o, apellyasiya şikayətinin hərəkətsiz saxlanılması barədə məlumatlı olmuşdur. Lakin cinayət işinin materiallarından göründüyü kimi təyin edilmiş 20 gün müddət ərzində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386-cı maddəsinin tələbləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.4-cü maddəsinə əsasən bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.4-cü maddəsini rəhbər tutaraq, qərara alır : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair cinayət işinin materiallarının icraatına Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 1(008)-316/2022 nömrəli qərarından Zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayəti verilməmiş hesab edilməklə baxılmamış saxlanılsın. Qərardan bir ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: İbrahim İbrahimli Hakimlər Zəki Babayev Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar