Məhkəmə qərarları › İş №1(103)-1299/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1299/2021

09.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1299/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Əhmədovun sədrliyi və məruzəsilə, X11 Məmmədov və İlqar Mustafa oğlu Murquzovdan ibarət tərkibdə, Altay Eldəniz oğlu Səfərəliyevin katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şöbəsinin prokuroru X6, X2, X1 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 12 avqust 1982-ci ildə Masallı rayonu, Mahmudovar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Masallı rayonunun Mahmudovar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Həbsxanasında cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə məhkum olunmasına dair 07 fevral 2014-cü il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina olunması barədə həmin məhkəmənin 27 may 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-070/2014 saylı, 07 fevral 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəza Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 yanvar 2013-cü il tarixli hökmünə əsasən müəyyən edilmiş 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına tamamilə toplanmaqla üzərində qəti olaraq 10 (on) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 18 yanvar 2013-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə vəsatətlə müraciət edərək,apellyasiya şikayəti vermə müddətinin buraxılmasını üzürlü hesab edərək, müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 fevral 2014-cü il tarixli, 1(008)-070/2014-cü il tarixli hökmündən apelyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa olunması barədə məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatətin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qərarının ləğv olunması, buraxılmış apellyasiya şikayəti vermə müddətinin üzrlü hesab edilərək bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi X5 hər biri ayrı-ayrılıqda vəsatətin dəlillərini müdafiə edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 fevral 2014-cü il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina olunması barədə həmin məhkəmənin 27 may 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qərarının ləğv olunaraq, buraxılmış müddəti üzrlü hesab edərək bərpa edilməklə, apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şöbəsinin prokuroru X8 verilmiş apellyasiya şikayətini qəbul etməyərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 fevral 2014-cü il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina olunması barədə həmin məhkəmənin 27 may 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi və iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin hər birinin ayrı-ayrılıqda çıxışlarını dinləyərək hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdir. Belə ki, iş materiallarında olan hökmün surətinin məhkum Təqsirləndirilən şəxs təqdim olunması üçün göndərilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına ünvanlanmış 10 fevral 2014-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 fevral 2014-cü il tarixli hökmünün surəti məhkum Təqsirləndirilən şəxs təqdim edilməsi üçün elə həmin tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına ünvanlanmış 10 fevral 2014-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 fevral 2014-ci il tarixli hökmünün surəti Ə.Cəlilov soyadlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 fevral 2014cü il tarixli hökmündən apellyasiya protesti və yaxud apellyasiya şikayəti verilmədiyi üçün, hökm 25 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 383-cü maddəsində müəyyən edilmiş müddət keçdikdən sonra qanuni qüvvəyə minməklə icraya yönəldilmişdir. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 fevral 2014-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair verilmiş vəsatət 06 aprel 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə daxil olmuşdur və məhkum Təqsirləndirilən şəxs tərəfindən məhkəmənin hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətdə müddətin buraxılması üçün nəzərdə tutulmuş üzrlü səbəblər göstərməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 384-cü maddəsində göstərilir ki, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökmün və ya digər qərarın elan edildiyi andan 20 gün müddətində, həbsdə saxlanılan məhkum tərəfindən apellyasiya şikayəti hökmün sürətinin ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 386.1-ci maddəsinin tələblərinə əsasən, apellyasiya şikayəti və apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər məhkəmənin hökmünü və ya digər yekun qərarını çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs tərəfindən iş materialları ilə prosessual müddətin buraxılmasının səbəbi kimi məhkumun istinad etdiyi hallar araşdırılaraq, ötürülmüş müddətin üzrlü hesab edilməsinə əsas tapmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 fevral 2014-cü il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina olunması qənaətinə gəlinmişdir, həmin məhkəmənin 27 may 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin 27 may 2021-ci il tarixli qərarının ləğv edilməsi üçün əsas ola bilməz, ona görə də məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsini rəhbər tutaraq qərara a l ı r: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 fevral 2014-cü il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina olunması barədə həmin məhkəmənin 27 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən hakim: Həsən Əhmədov Hakimlər: Habil Məmmədov İlqar Murquzov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar