Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-130/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Firdovsi oğlunun sədrliyi və məruzəsi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Fərid Qələmşah oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi – “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 304.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1506/2022 saylı, 26 sentyabr 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1506/2022 saylı, 26 sentyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Faiq Qəniyev, hakimlər İlham Mahmudov və Məhəmməd Əkbərov) xx xxxx 1984-cü il tarixdə Ermənistanın Ararat rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 304.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək. ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 304.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla, Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 01 (bir) ay 08 (səkkiz) günlük hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 06 (altı) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 06 (altı) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 06 (altı) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək, Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq, onun üzərində 06 (altı) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı 08 yanvar 2022-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımış, habelə şübhəli şəxs qismində tutulduqdan sonra mühafizə altından qaçmışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda - 87,687 qram çəkidə narkotik vasitə olan tiryəki əldə edib üzərində saxlayaraq daşımış, 14 dekabr 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsində saxlanılaraq 13-cü Polis Bölməsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli sellofana bükülmüş külli miqdarda - 87,687 qram çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin təhqiqatçısının 14 dekabr 2021-ci il tarixli qərarı ilə saat 16:40-da şübhəli şəxs qismində tutulduqdan sonra Sabunçu rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə yerləşdirilməzdən əvvəl “Covid 19” virusu ilə bağlı analiz verməsi üçün həmin Polis Bölməsinin sahə inspektoru Şahid3 və növbətçi hissənin sürücüsü - polis nəfəri Şahid4 mühafizəsi ilə 14 dekabr 2021-ci il tarixdə saat 18 radələrində ünvan 3 ünvanda yerləşən 1 saylı şəhər kliniki xəstəxanasına aparılmış, orada Polis Bölməsinin növbətçi hissəsinə aid “Mercedes Citan” markalı 99- PN297 dövlət qeydiyyat nişanlı avtomobildən düşürülərkən, həmin polis əməkdaşlarının mühafizəsi altından qaçmışdır. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və barəsində yeni qanuni hökm çıxarılmasını xahiş etmişdir. Ğəhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, onu Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları yaşadığı evdən götürərərk aparıblar və bölmədə hansısa narkotikin onun üzərindən çıxması və qeyd olunan 87 qram tiryəkin ona məxsus olması barədə sənədlərə məcburi və təzyiq altında imza etdirilmişdir. İşgəncələrdən bezdiyindən, analizə aparılarkən polisin xidməti maşınından düşüb qaçmışdır. Həmçinin hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin (101)-1506/2022 saylı, 26 sentyabr 2022-ci il tarixli hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitəni üzərində daşımamışdır. Belə ki, ibtidai istintaq zamanı X4, X6, Məmmədli israil Elməddin oğlu, X1 şahid qismində dindirilmişlər. Buna baxmayaraq, onların verdiyi mühüm əhəmiyyət kəsb edən ifadələr ittitaham aktında və hökmdə öz əksini tapmamış, ümumiyyətlə onların adı şahidlərin siyahısında göstərilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Binəqədi rayonunda yerləşən evindən Sabunçu rayon Polis şöbəsinin polis əməkdaşları tərəfindən bölməyə aparılması zamanı onun yanında olan yeznəsi X1 məhkəmə istintaqı zamanı şahid kimi dindirilməsi barədə verdiyi vəsatət də təmin olunmayıb. Məhkəmə tərəfindən AR Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinə sorğu göndərilməsi barədə vəsatəti təmin edilməyəndən və məhkəmə istintaqı yenilənməyərək hökm çıxarılandan sonra tərəfindən təxirə salınmadan AR Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinə vəkil sorğusu göndərilmişdir. AR Ədliyyə Nazirliyi Probasiya Xidmətinin vəkil sorğusuna verdiyi cavab məktubunda qeyd olunmuşdur ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək, 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, axşam 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrin işlək vəziyyətdə saxlanılması üçün onlara xidmət etmək vəzifələri qoyulmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə elektron nəzarət vasitələri tətbiq edilərək elektron monitorinq sistemində qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs elektron monitorinq sisteminə daxil olan izləmə məlumatlarından süründüyü kimi 14.12,2021-ci il saat 00:00-dan ll:24-dək Bakı səhəri Biləcəri qəsəbəsində yerləşən yaşayış verində olmuş, həmin gün saat ll:24-də yaşayış verini tərk etmiş, Dairəvi yoU Moskva və Ziya Bünyadov prospektləri sonra Səmədbəy Mehmandarov və Sülh küçələri ilə hərəkət edərək saat 12:00-da Sabunçu Rayon Polis idarəsinə səl misdin Daha sonra məhkum Təqsirləndirilən şəxs saat 12:50-də həmin ünvanı tərk edərək, saat 12:53 radələrində ünvan 5 hərəkət etmiş (Sabunçu Rayon Məhkəməsinin yaxınlığı) və günün sonunadək həmin ünvanda qalmışdır. Həmçinin cavab məktubuna göstərilən müddət ərzində məhkum Təqsirləndirilən şəxs hərəkət trayektoriylarına dair elektron monitorin sistemindən çıxarışlar əlavə olunmuşdur. Yuxarıda istinad etdiyim sənədlərdən məlum olur ki, polis əməliyyatçılarının ifadələri uydurmadır, yalnız ittihama uysun verilib. Onların ifadələri öz təsdiqini tapmır. Təqsirləndirilən şəxslə onların ifadəsi arasındakı ziddiyətlərlə başlı məsələyə birbaşa aydınlıq gəlir. Həqiqətən də Təqsirləndirilən şəxs Binəqədi rayonunda öz evindən götürülüb, o polis əməkdaşlarının qeyd etdiyi zamanda Sabunçu ərazisində olmayıb ki, əməliyyatçılar da onu orda tııtııb idarəyə aparsınlar. İbtidai araşdırma zamanı və cinayət işi materiallarından göründüyü kimi hüquqlarını müdafiə etdiyim şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilmir. Müdafiə tərəf olaraq ittihamla razı deyilik. Cinayət məsuliyyətinə cəlb edilərkən təqsirləndirilən şəxsin xeyrinə olan heç bir xüsusat nəzərə alınmamış, heç bir sübutla təsdiq olunmayan hallara əsasən hüquqlarını müdafiə etdiyim şəxsə ittiham elan edilmişdir. Bekə ki, ittihamdan da göründüyü kimi məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ittiham elan edilərkən yalnız polis əməkdaşları və hal şahidlərinin ifadələrinə istinad edilmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətlərinin təmin olunmasını, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Dövlət ittihamçısı X7 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətlərinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və müdafiə tərəfinin çıxışlarını dinləyib belə hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Ağır Cinayətlər Məhkəməsinin (101)-1506/2022 saylı, 26 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilməməli, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərində apellyasiya instansiya məhkəməsində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisinin göstərdiyi halların iş materialları ilə öz təsdiqini tapmadığını bildirir və müdafiə xarakterli mövqe kimi qiymətləndirir. Belə ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisinin apellyasiya instansiya məhkəməsindəki icraatı zamanı göstərdikləri cinayət işi üzrə toplanmış biri digərini tamamlayan sübutlarla (özünün cinayəti etiraf ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və s.) təkzib edildiyindən, məhkəmə kollegiyası həmin məlumatların həqiqətə uyğun olmayan, müdafiə xarakterli olduğunu vurğulayır və hesab edir ki, məhkum bu cür fikirlər söyləməklə məsuliyyətdən qurtulmaq və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yayınmaq məqsədi daşıyır. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 304.1-ci maddəsi elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, ünvan 2 ünvanda anası, arvadı, iki övladı və bacısı ilə birlikdə yaşamışdır. Ev təmiri işləri ilə məşğul olaraq ailəsini dolandırmışdır. Metamfetamindən istifadə etdiyinə görə 2021-ci ilin mart ayında məhkum olunmuş, ona azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi üçün Probasiya İdarəsi tərəfindən ayağına elektron qolbaq bağlanmışdır. 14 dekabr 2021ci il tarixdə saat 12 radələrində evdə olarkən həyət qapısının açıldığını və oğlu İsraildən kiminsə onun evdə olub-olmadığını soruşduğunu eşitmişdir. Həmin şəxs guya Probasiya İdarəsindən onun ayağındakı qolbağı çıxarmaq üçün gəldiklərini bildirmişdir. Özü həyətə çıxıb nə lazım olduğunu soruşduqda, iki nəfər mülki geyimli şəxs onunla işləri olduğunu deyib, həyətdən çölə çıxarmışlar. O, həmin şəxslərlə birlikdə evin həyətindən çölə çıxan kimi onu avtomobilə mindirib apamışlar. Yolda olanda həmin şəxslərdən onu hara apardıqlarını soruşmuş, amma bu şəxslər heç bir məlumat verməmişlər. Bir neçə dəqiqə sonra Sabunçu rayon Polis İdarəsinə gəlib çatmışlar. Daha sonra onu 13-cü Polis Bölməsinə aparmışlar. Orada adını bilmədiyi polis əməkdaşı “bunu 100 qram narkotiklə yükləyin getsin” demişdir. Bundan sonra onu gətirən iki nəfər polis onu başqa iki nəfər polisə təhvil vermişdir. Həmin polislər ona içərisində tiryək olan bir ədəd qara rəngli sellofanı verib videoçəkiliş aparacaqlarını, videoçəkiliş vaxtı həmin narkotik vasitəni Bülbülə qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 100 manata aldığını deməyi tapşırmışlar. O, da razılaşıb, videoçəkiliş aparılarkən, polislərin dediyi kimi etmiş və narkotik vasitəni 100 manata Bülbülə qəsəbəsində tanımadığı şəxsdən özü istifadə etmək üçün aldığını bildirmişdir. Videoçəkiliş başa çatdıqdan sonra vəkil çağırılmış, vəkilə də üzərindən narkotik vasitə aşkar edildiyini bildirmişdir. Bundan sonra vəkil getmiş, o, isə Polis Bölməsinin birinci mərtəbəsində yerləşən “nəzarətxana” adlandırılan yerdə saxlanılmış və həmin gecəni orada keçirmişdir. Bölmədə olarkən, ayağında olan elektron qolbaq yatdığı çarpayının dəmirinə ilişib qırılmış, buna görə də həmin elektron qolbaq ayağından açılıb 13-cü Polis Bölməsində qalmışdır. Sonra “Covid 19” virusu ilə bağlı analiz verməsi üçün xəstəxanaya aparılmasına görə onu iki nəfər polisə təhvil vermişlər. Həmin polislər də onu növbətçi hissənin xidməti avtomobili ilə 1 saylı şəhər kliniki xəstəxanasına aparmışlar. Həmin vaxt ondan başqa avtomobildə bir nəfər başqa tutulmuş şəxs də olmuşdur. O, avtomobildə arxa oturacaqda digər tutulmuş şəxslə birlikdə oturmuş, ön oturacaqda isə sürücü və bir nəfər polis oturmuşdur. Xəstəxanaya çatanda avtomobilin sürücüsü düşdükdən sonra o, siqaret çəkmək istədiyini bildirmişdir. Həmin sürücü avtomobilin arxa qapısını açmış, digəri isə onların sənədlərini xəstəxanaya aparmışdır. Avtomobildə oturaq vəziyyətdə olarkən əlindəki qandal açılmış, o, qandalın açılmasını büruzə vermədən polisin avtomobilinin arxa qapısının açıq olmasından istifadə edib avtomobildən düşüb qaçmağa başlamışdır. Polis onu arxasıyca qışqırıb çağırsa da o, dayanmamış və qaçmağa davam etmişdir. Xəstəxananın həyətindən çıxdıqdan sonra Nəsimi rayonu ərazisindəki “Nəsimi bazarı”nın yanından taksiyə minib bacısıgilin Mərdəkan qəsəbəsində yerləşən evinə getmişdir. Daha sonra isə Saatlı rayonuna getmişdir. Sonradan ailə üzvlərinin onun axtarışda olması ilə bağlı tez-tez sorğulandığını bilmişdir. Rayonda bir neçə gün qaldıqdan sonra Bakı şəhərinə qayıtmış, gününü küçələrdə keçirmiş və 08 yanvar 2022-ci ilə tarixdə tutulmuşdur. 14 dekabr 2021-ci il tarixdə polislər onu Sabunçu rayonu, L.Məmmədbəyli küçəsindən deyil, faktiki Binəqədi rayonu ərazisində yerləşən yaşadığı evdən gəlib aparıb tutmuşlar, üzərində axtarış aparılmasında videoçəkilişdə iştirak edən polis əməkdaşları isə onu evdən götürən polis əməkdaşları deyil, başqa polislər olmuşdur. Sonradan xatırlamışdır ki, onu yaşadığı evdən aparan polis əməkdaşlarından birinin adı Bəxtiyar, digərinin adı isə Əli olmuşdur. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, həmçinin üstündə də heç bir narkotik vasitə olmamışdır. Özünü yalnız mühafizə altından qaçmaqda təqsirli bilir. Çünki, özünün günahsız olduğunu sübut etmək üçün yalnız qaçmaqda çarə tapmışdır. Qaçmağına görə peşmandır. Məhkəmədən himayəsində bir azyaşlı uşağının olmasının nəzərə alınıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 14 dekabr 2021-ci il tarixdə saat 16 radələrində bölmənin əməliyyat müvəkkili Şahid2 ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsində onun idarə etdiyi “Nissan” markalı avtomobillə hərəkətdə olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. O, həmin şəxsə yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənədinin olubolmadığını soruşmuş, amma onun üzərində hər hansı sənəd olmadığından və özünü daha da narahat aparıb aşkar şübhəli vəziyyətə saldığına görə onu Polis Bölməsinə dəvət etmişdir. Həmin şəxs aparılarkən də real olaraq qaçıb yayınmaq istəmiş, amma onu saxlayıb 13-cü Polis Bölməsinə gətirmişlər. Orada həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Onlar rəhbərliyə raportla məruzə etmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi təhqiqatçı Azər Əhmədova tapşırılmışdır. Təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üstünə axtarış keçirilərkən sonuncunun üzərindən narkotik vasitə olan tiryəkə bənzər maddə aşkar edilərək götürülmüş və zərfə qoyularaq qablaşdırılmışdır. Sonradan eşitmişdir ki, bu şəxs “Covid 19”-la bağlı tibbi yoxlanışa aparılarkən qaçmışdır. Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixdə Binəqədi rayonu ərazisindəki evində olarkən iki nəfər polis əməkdaşının gələrək onu Probasiya Xidmətinə aparacaqlarını bildirib onu evdən çıxarması, Sabunçu rayon Polis İdarəsinə, oradan isə 13-cü Polis Bölməsinə gətirməsi, həmin polis əməkdaşlarından birinin adının Bəxtiyar olması barədə dedikləri doğru deyil. Sabunçu rayon Polis İdarəsinin 13-cü X9 adlı polis əməkdaşı işləsə də, Təqsirləndirilən şəxs o, Nicatla birlikdə Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsində saxlayaraq Polis Bölməsinə gətirmişlər. Təqsirləndirilən şəxs qarşı saxlanarkən hər hansı qanunsuz təsir və təzyiq edilməmiş, şəxsi axtarışı zamanı da aşkar şəkildə peşmançılığını ifadə etmiş və özü könüllü olaraq üstündəki tiryəkə oxşar maddəni çıxarıb təqdim etmişdir. Həmçinin, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin sahə inspektoru Şahid3 göstərdi ki, 14 dekabr 2021-ci il tarixdə saat 18 radələrində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və ondan başqa tutulmuş digər şəxsi rəhbərliyin tapşırığı ilə “Covid 19” virusu ilə bağlı analiz vermələri üçün bölmənin növbətçi hissəsinin sürücüsü Şahid4la birlikdə 13-cü Polis Bölməsinə məxsus “Mercedes Citan” markalı 99-PN297 dövlət qeydiyyat nişanlı xidməti avtomobildə 1 saylı şəhər kliniki xəstəxanasının 7-ci korpusunun qarşısına aparmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs və tutulmuş digər şəxs hər ikisi əlləri qandalla bağlı vəziyyətdə avtomobildə arxa oturacaqda oturmuşlar. O isə xidməti avtomobildə sürücünün yanındakı ön oturacaqda oturmuşdur. Həmin ünvana çatdıqdan sonra 7-ci korpusun qarşısında xidməti avtomobildən düşüb avtomobilin arxa qapısını açmış və əvvəlcə Təqsirləndirilən şəxs avtomobildən düşürtmüşdür. Həmin vaxt avtomobilin oturacağının üstünə qoyduğu Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən portal sənədini götürmək üçün avtomobilin içərisinə doğru əyildikdə, yanında olan Təqsirləndirilən şəxs qaçmağa başlamışdır. O, Təqsirləndirilən şəxs qaçarkən sonuncunun əlindəki qandalın hər iki əlini bağlayan hissəsinin açılmış vəziyyətdə bir qolunda qaldığını və həmin vəziyyətdə Elməddinin qaçdığını görmüşdür. O, tutulmuş digər şəxsin yanında qalmış, sürücü Şahid4 isə Təqsirləndirilən şəxs arxasınca qaçsa da onu tuta bilməmişdir. Bundan sonra isə onlar Təqsirləndirilən şəxs mühafizə altından qaçması barədə rəhbərliyə məlumat vermişlər. Şahidin ifadəsinin yerində yoxlanılması haqqında 12 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 15 dekabr 2021-ci il tarixli 6/5502 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə” yazısı və imzalar olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 87,687 qram tünd qəhvəyi rəngli, qətranabənzər, spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra tiryəkin qalıq çəkisi 87,487 qram təşkil etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş Ambulator məcburinarkoloji tibbi yoxlamanın 21 fevral 2022-ci il tarixli 841 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş telefon danışıqlarına dair məlumatlar olan diskə baxış keçirilməsi haqqında 12 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi 14 dekabr 2021-ci il tarixdə saat 09:02-dən həmin gün saat 19:43-dək olan müddətdə ünvan 7 ünvanda istifadə olunmuşdur. Şahid1 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi 14 dekabr 2021-ci il tarixdə saat 09:18-dən həmin gün saat 09:23-dək olan müddətdə ünvan 8 ünvanında, saat 10:12-dən saat 12:05-dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 6v, saat 12:11-dən saat 16:11-dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 6v, S.Mehmandarov küçəsi 4, Ramiz Qənbərov küçəsi 6, saat 12:11-dən saat 16:27-də Suraxanı rayonu, Əmircan qəsəbəsi, saat 16:45- də ünvan 8, saat 16:59-dan saat 19:46-dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 6v ünvanlarda istifadə olunmuşdur. Bundan başqa anten dairəsinə dair məlumatlar olan diskə baxış keçirilməsi haqqında 24 may 2022-ci il tarixli protokoldan görünür ki, X2 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi 14 dekabr 2021-ci il tarixdə saat 09:22-dən saat 10:02-dək Bakıxanov qəsəbəsi ərazisində, saat 11:02-də Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində, saat 11:14-də Binəqədi rayonu, “Eurohome” tikinti materialları ticarət mərkəzinin yanında, saat 11:28-də Xırdalan qəsəbəsində, saat 11:52-dən saat 13:09-dək Bakıxanov qəsəbəsində, saat 13:21-dən saat 16:54-dək Suraxanı rayonu, Əmircan qəsəbəsində istifadə olunmuşdur. X5 istifadəsində olan 050- ***-**-** saylı telefon nömrəsi 14 dekabr 2021-ci il tarixdə saat 13:31-dən saat 15:32- dək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində, saat 16:54-dən saat 17:04-dək Bakı şəhəri, Həsənoğlu küçəsi ilə Yəhya Bakuvi küçəsinin kəsişməsində istifadə olunmuşdur. Baxış keçirmə və götürmə videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 87,487 qram təşkil edən tiryək maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİnin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirli olması, özünün ibtidai araşdırma dövründə və birinci instansiya məhkəməsində vermiş olduğu ifadələri, şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji rəyləri və digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və iş üzrə toplanmış başqa sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 304.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində aşkar edilməməsi və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması, onun barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.1-ci maddələrinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları yəni, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, və cəzasını ağırlaşdırdan halların olmadığını kifayət qədər nəzərə alaraq, Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya şikayətinə məhkəmə baxışı zamanı da Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hər hansı digər hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmədən, Təqsirləndirilən şəxs haqqında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin (101)-1506/2022 saylı, 26 sentyabr 2022-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 304.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin (101)-1506/2022 saylı, 26 sentyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Anar İbrahimov Hakimlər: Mirzəli Abbasov Ramin Qaraqurbanlı
Məhkəmə qərarları › İş №1(103)-130/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-130/2023
16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver