Məhkəmə qərarları › İş №1(103)-1300/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1300/2021

06.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1300/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Seyfəliyev Əli Səlim oğlu və Qədim Xalid oğlu Babayevdən ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, məhkum edilmiş şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 04 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır cinayətlər Məhkəməsinin 11 mart 2016-cı tarixli hökmü ilə təyin olunmuş 17 il azadlıqdan məhrum etmə çəzasının çəkilməmiş 14 il 10 ay 22 gün hissəsi ona təyin olunmuş cəza ilə qismən birləşdirilməklə qəti olaraq sonuncunun üzərində 15 il 01 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 02 mart 2017-ci il tarixdən hesablanmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək, ona təyin olunmuş cəzanın azaldılmasını xahiş etmişdir. Verilmiş apellyasiya şikayəti üzrə apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə kollegiyasına ərizə təqdim edərək, mübahisələndirilən hökmdən vermiş olduğu apellyasiya şikayətindən imtina etdiyini qeyd edib verdiyi apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etmişdir. Proses iştirakçıları məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs vermiş olduğu apellyasiya şikayətindən imtina etməsinin onun hüququ olduğunu və həmin ərizəsinin təmin edilib apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə ərizəsinin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin ərizəsini müzakirə edib, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına apellyasiya şikayətindən imtina olunması əsası ilə xitam verilməlidir. Belə ki, AR Cinayət-Prosessual Məcəlləsinin 390.4-cü maddəsinə əsasən bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 396-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli hökmündən verdiyi apellyasiya şikayətindən imtina etdiyindən, həmin hökmdən apellyasiya protesti olmadığından, cinayətprosessual qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərinə əsasən, verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 390.1, 396 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən imtinasına dair ərizəsi təmin edilsin və həmin apellyasiya şikayətinin baxılmasına xitam verilsin. “Fides” Vəkil Bürosunun vəkili X3 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 12 (on iki) saat üçün cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq “Fides” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Rəşad Abdulov Hakimlər Qədim Babayev Əli Seyfəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar