Məhkəmə qərarları › İş №1(103)-1301/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1301/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1301/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsinə dair həmin məhkəmənin 1(094)-2/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Pirallahı Rayon Məhkəməsinin 1(094)-2/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş 5 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmış və üzərində qəti olaraq 5 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Mülki iddia qismən təmin edilərək, Təqsirləndirilən şəxs maddi ziyana görə 15120,00 manat, mənəvi ziyana görə 1000,00 manat, qiymətləndiriciyə xidmət haqqı kimi ödənilmiş 200,0 manat və 289,00 manat ödənilmiş dövlət rüsumu, cəmi 16609,0 (on altı min altı yüz doqquz) manat tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X3 ödənilməsi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə zərər çəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi Nümayəndə hökmdən apellyasiya şikayəti vermiş, eyni zamanda vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək, məhkəmənin hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Pirallahı Rayon Məhkəməsinin 1(094)-2/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı (hakim Faiq Qasımov) ilə vəsatət təmin edilməmişdir. Qərardan narazı qalan zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini, üzrlü səbəbdən buraxdığı müddətin bərpa edilərək verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin xx.xx.2024-cü il tarixli hökmündən qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş 20 günlük müddətin son günü xx.xx.2024-cü il tarixinə təsadüf etmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi işi ilə əlaqədar olaraq ölkə xaricində keçirilən tədbirdə iştirak etdiyinə görə apellyasiya şikayəti vermə müddəti ötürülmüşdür. Müddətin bərpa edilməsinə dair vəsatətə ölkə xaricində olmasını təsdiq edən sənədlər əlavə edilsə də, məhkəmə buraxılan müddəti bərpa etməmişdir. Ölkə xaricində olduğuna görə müddətin ötürülməsi üzrlü səbəbdən baş vermişdir. Məhkəmə iclasında məhkum və müdafiəçi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında dövlət ittihamçısı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, müddətin bərpa edilməsi üçün isə heç bir üzrlü səbəb və əsasın olmadığını göstərərək, verilmiş apellyasiya şikayətinin təmin edilməyib qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, zərər çəkmiş şəxsin hüquqi varisi X5 və onun nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə ilkin məhkəmə baxışı iclasının onların iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətini cinayət işinin materialları ilə birlikdə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkum olunduğu Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarından zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, mübahisələndirilən qərar qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 gün müddətində verilir; 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. 386-cı maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Apellyasiya şikayətinin və ya apelyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Göründüyü kimi, qanunvericilikdə yalnız həbsdə saxlanılan məhkuma münasibətdə hökmdən apellyasiya şikayəti vermə müddəti hökmün surətinin ona verildiyi andan hesablanır. Digər proses iştirakçılarına münasibətdə isə hökmdən apellyasiya şikayəti və apellyasiya protesti vermə müddəti hökmün elan edildiyi andan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü zərər çəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsinin iştirakları ilə elan edilmişdir. Onlar tərəfindən həmin hökmdən apellyasiya şikayəti vermək üçün prosessual müddətin axımı xx.xx.2024-cü il tarixdən başlamaqla, xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi apellyasiya şikayətində məhkəmənin mübahisələndirilən hökmündən apellyasiya şikayəti vermənin son gününün xx.xx.2024-cü il tarixə təsadüf etdiyini, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi işi ilə əlaqədar olaraq ölkə xaricində keçirilən tədbirdə iştirak etdiyinə görə apellyasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən ötürüldüyünü qeyd etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən vəsatətə əlavə edilmiş aviabiletdən və xarici pasportdakı dövlət sərhədini keçmə barədə giriş-çıxış qeydlərindən müəyyən olunur ki, o, xx.xx.2024-cü il tarixdə saat 04:15-də xarici ölkəyə səfərə getmiş və xx.xx.2024-cü il tarixdə saat 01:50-də Bakı şəhərinə qayıtmışdır. Göründüyü kimi, Nümayəndə prosessual müddətin sonuncu günü gecə saatlarında ölkə xaricinə getmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, Nümayəndə bu səfəri əvvəlcədən planlaşdırılmışdır. Belə ki, ən azından aviabiletin üzərində olan qeyddən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə həmin elektron aviabilet əldə edilmişdir. Belə olan halda, xarici ölkəyə gedənə qədər nümayəndənin hökmdən apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı olmuş, onu bu müddət ərzində apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı halın mövcud olması iş materialları ilə müəyyən olunmur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, nümayəndənin prosessual müddətin sonuncu günü xarici ölkəyə getmiş olması ötürülmüş prosessual müddətin bərpası üçün üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Beləliklə, məhkəmə kollegiyası zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrsüz səbəblərə görə buraxmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.3 və 391.3.3-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Pirallahı Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair xx.xx.2024cü il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsinə dair həmin məhkəmənin 1(094)-2/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər: (sədrlik edən və məruzəçi) Zaur Hüseynov Əfqan Ələkbərov Həsən Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar