Məhkəmə qərarları › İş №1(103)-1302/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1302/2022

11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1302/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qasımov Faiq Adil oğlunun sədrliyi və məruzəsi ilə, Rəhimov Elmar Eldar oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X11, Məhkum - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmü ilə (sədrlik edən X13, X6 və X9 ibarət tərkibdə) xx.xx.1991-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, himayəsində 2009-cu il təvəllüdlü azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəsulzadə qəsəbəsi, F.Şahbazov küçəsi, ev 39A-da qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı - 01 gün Azərbaycan Respublikası CM-nin 69.3- cü maddəsinin tələbinə əsasən hesaba alınmaqla və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmə əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədilə küllü miqdarda psixotrop maddə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq küllü miqdarda psixotrop maddə əldə etmək məqsədilə X4 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə küllü miqdarda təmiz çəkisi 3,497 qram olan psixotrop maddə metafetamini əldə edərək daşıyaraq saxlamış, xx.xx.2021-ci il tarixdə saat 23 radələrində qrupun digər üzvü Elməddin Balacayev həmin psixotrop maddənin bir hissəsini, təmiz çəkisi 2,472 qram olan metafetamini saxlaması üçün ona vermiş, həmin tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nizami RPİ-nin X2 əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı o, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 49 ünvanın qarşısında Şahid1 idarə etdiyi “BMV” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq ünvan 4ləşən Nizami RPİ-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki açıq çəhrayı rəngli gödəkçənin sol yan cibindən üzərində “Prima” yazısı olan siqaret qutusunun içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 2,472 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və üzərində “Riboksin” sözləri yazılmış 01 ədəd baş hissəsi qırıq, daxilində narkotik vasitə heroin izləri olan şüşə ampul aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq xx.xx.2021-ci il tarixdə saat 23:40 radələrində Elməddin Balacayev Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti 51 ünvanın qarşısında saxlanılaraq ünvan 4ləşən Nizami RPİ-nə gətirilmiş, orada Elməddin Balacayevin üzərinə keçirilmiş şəxsi axtarış zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən xarici əlamətlərinə və kimyəvi komponent və tərkibinə görə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamin ilə eynilik təşkil edən təmiz çəkisi 1,025 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış maddə metafetamin aşkar edilərək götürülmüşdür. Hökmdən məhkumun müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, apellyasiya şikayəti təmin olunmaqla, onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif etməklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi və həmin cəzanın çəkilməsini müəyyən müddətə təxirə salınması barədə qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı düzgün araşdırma aparılmamış, faktlara, sübutlara təqsirləndirilən şəxsin ziyanına uyğun baxılmış, qanunvericiliyin tələblərinə, cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, ağırlığına, məhkumun şəxsiyyətinə və onun ailə vəziyyətinə hüquqi qiymət verilməyərək, ümumiyyətlə əsaslı hallar əsassız yerə nəzərə alınmayaraq bu cür ədalətsiz, qanunsuz hökm qəbul edilmişdir. Belə ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi nəticəsində əldə olunmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, daşınması, saxlanması nəzərdə tutulmuşdur. Onun həmin narkotik vasitələri satması ilə bağlı telefon vasitəsilə hər hansı bir şərti alıcı ilə razılaşma olmamış və ifadəsində narkotik vasitələri öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsində təqsirləndirilərək barəsində ittiham hökmü çıxarılsa da, istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan cinayətin törədilməsi sübuta yetirən heç bir əsaslı sübut aşkar edilməmiş və fakt öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs heç bir narkotik vasitənin satışını həyata keçirməmiş, bunun üçün hər hansı şəxslərlə qabaqcadan əlbir olmamış və narkotik vasitənin satışı ilə bağlı razılaşmamışdır. Onun narkotik vasitəni əldə etməsinin məqsədi yalnız şəxsi istifadəsi üçün nəzərdə tutmuşdur. O, tanışı X4 ilə görüşərkən tanışının onda narkotik vasitənin olduğunu və istədiyi təqdirdə birlikdə istifadə edə biləcəklərini söyləmişdir. Bu zaman Təqsirləndirilən şəxs sonuncu ilə razılaşaraq narkotik vasitəni birlikdə istifadə etmək istədikləri zaman Nizami RPİ- nin polis əməkdaşları tərəfindən saxlanılaraq maşına və üzərilərinə baxış keçirərək narkotik vasitəni aşkar etmişlər. Təqsirləndirilən şəxsnun istifadəsində olan mobil telefondan, daxil olan və çıxan zənglər və həmin şəxslərin dairəsi, mobil nömrələrlə şübhəli əlaqələrin olub-olmaması, müvafiq məlumatların "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi təmin edilməmişdir. Bundan başqa məhkum Təqsirləndirilən şəxsnun əvvəllər narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olub-olmaması və digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxud cinayət əlaqələrinin və ya götürülmüş narkotik vasitələrin əldə olunma mənbəyinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır, yəni əməliyyat tapşırığında göstərilənlər öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağı vardır, əvvəllər məhkum olunmamışdır, yaşayış yerin üzrə müsbət xarakterizə olunur. Cazasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. İttiham olunduğu maddənin sanksiyasında azadlıqdan mərumetmə ilə əlaqədar olmayan cəza nəzərdə tutulduğu və yüngülləşdirici hallar olduğu halda barəsində azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi əməli törətmiş şəxsin şəxsiyyətinə, əməlin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğunsuzluq təşkil edir. X4 törətdiyi cinayət əməlini etiraf etmiş və səmimi peşmançılıq keçirir. Belə ki, X4 verdiyi ifadəsində bildirmişdir ki, onunla Təqsirləndirilən şəxs arasında narkotik vasitənin kimlərəsə verilməsi və yaxud satılması barədə razılaşma olmamış və Təqsirləndirilən şəxs ondan narkotik vasitəni öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Hesab edirik kı, yuxanda qeyd olunan hallar yüngülləşdin halların məcmusu kimi qiymətləndirilməli və X1 azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməlidir. Belə olan hal sosial ədalət barpa olunmasına və cəzanın məqsədinə çatmağa, həmçinin məhkumun islah olunmasına gətirib çıxarar, əks hal isə onun gələcəkdə cəmiyyətdən qisas almaq niyyətinin formalaşmasına əsasdır. Hökmdən məhkumun müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətinə əlavə verərək verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X10 adlı övladı vardır. Təqsirləndirilən şəxs övladını təkbaşına böyüdür və uşağı himayəsinə verə biləcəyi heç kəsi yoxdur. Odur ki, X5 Bununla bağlı sənədləri təqdim etmək üçün Ədliyyə Nazirliyinin Baş Qeydiyyat İdarəsinə sorğu ünvanlanmış, atalığın müəyyən edilməsi barədə müraciət edilmişdir. Hökmdən cinayət-prossesual qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdırmış, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsi şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspert rəyi və işin digər obyektiv halları ilə tam təsdiq olunmuş, həmin sübutlara əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş Təqsirləndirilən şəxsnun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkumun müdafiəçisinin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin ətraflı araşdırma aparmadan Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş Təqsirləndirilən şəxsnun ittiham olunduğu cinayət əməlini düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etməsinə dair göstərdiyi dəlilini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkumun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nİzami RPİ-nin rəisinə ünvanlanan 22 mart 2021-ci il tarixli raportdan müəyyən olunur ki, Bakı şəhərində yaşayan «İsa və Elməddin» adlı şəxslər mütəmadi olaraq narkotik maddələrin əldə edilməsi, saxlanılması, qəbulu və satışı ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin rəisinə ünvanlanan 22 mart 2021-ci il tarixli raportdan müəyyən olunur ki, 22 mart 2021-ci il tarixdə saat 22:20 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs, X4 və Şahid1 Bakı şəhəri, Nizami rayonu inzibati ərazisində saxlanılıb Nizami RPİ-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürülmə aparılması haqqında» 23 mart 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin cibindən siqaret qutusunun içərisində 01 ədəd qırıq şüşə ampul və 01 ədəd bükülüdə ağ rəngli, kristal şəkilli maddə aşkar edilərək götürülmüşdür Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/1161 saylı rəyindən müəyyən olunur ki, “tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün N162 möhür əksi, “Saxlanılan şəxs ... Təqsirləndirilən şəxs ...” vəs. yazılar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 2,472 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, üzərində “Riboksin” sözləri yazılmış 01 ədəd baş hissəsi qırıq şüşə ampulun daxilində narkotik vasitə - heroin izləri müəyyən edildi. Ampulda heroin iz miqdarda olduğundan çəkisini müəyyən etmək mümkün olmadı.”. Cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2021-c il tarixli, 6/3114 saylı rəyindən müəyyən olunur ki, üzərində “saxlanılan şəxs ... Təqsirləndirilən şəxs ...” sözləri soyadlar və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,975 qram olan psixotrop maddə metamfetamin ilə üzərində “saxlanılan şəxs...E.Ə.Balacayev ...” sözləri soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,422 qram olan metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent və tərkibinə görə eynilik təşkil edir Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısında (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 1848 saylı rəyindən müəyyən olunur ki, “Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.”. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in qanunun İ siyahısını əsas tutaraq Təqsirləndirilən şəxs üzərində və avtomobində aşkar olunan külli miqdarda, yəni şəxsi istehlak miqdarından artıq miqdarda metamfetaminin olması iş materiallarında olan sübutlarla təsdiq edilir və bu hal Təqsirləndirilən şəxsnun ittiham olunduğu cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi üçün əsasdır. Bundan əlavə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il 2 nömrəli qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.11-maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunvericiliyin qeyd edilən normasını əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məqsədi təmiz çəkisi 2,472 qram olan metafetamini başqa şəxsə çatdıraraq qazanc əldə etmək olmuşdur. Məhkumun müdafiəçisin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iş üzrə bütün halları nəzərə almadan Təqsirləndirilən şəxs sərt cəza təyin etməsinə dair göstərdiyi dəlilini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların (himayəsində azyaşlı uşağının olması) və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halların olmamasını əsas götürərək məhkuma ittiham olunduğu maddənin sanksiyası həddində, onun şəxsiyyətinə və törətdiyi əmələ uyğun, qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o, əvvələr məhkum edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin apellyasiya şikayətinin dəlili kimi göstərdiyi hallar Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınaraq ona daha yüngül cəza təyin edilməsinə əsas ola bilməz. Məhkum müdafiəçisinin apellyasiya şikayətində Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının iş üzrə yüngülləşdirici halları nəzərə alaraq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsinə dair göstərdiyi dəlilini müzakirə edərək məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində onun törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzası ilə əvəz edilməsi cəzanın məqsədlərinə nail olunmamasına və təqsirləndirilən şəxsin islah olunmamasına gətirib çıxarıcağını hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində onun törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsinin cəzanın məqsədlərinə nail olunmamasına və təqsirləndirilən şəxsin islah olunmamasına gətirib çıxarıcağını hesab edir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmünün qanuniliyi və əsaslılığını yoxlayaraq hesab edir ki, hökm qanuni və əsaslıdır, hökm qəbul edilərkən hər hansı bir maddi və ya prosessual hüquq normasının tələbləri pozulmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 407-ci maddələrini rəhbər tutaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Yekun qərar qəbul edildiyi andan qüvvəyə minir. Yekun qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar