Məhkəmə qərarları › İş №1(103)-1303/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1303/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1303/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Həsənova Bahar Elxan qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvi, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1, Müdafiəçi-Bakı şəhər 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.3.2 -ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmündən Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2022-ci il tarixli, 1(101)-87/2022 saylı hökmü ilə (sədrlik edən R.Ə.Sadıxov, Ə.Q.Quliyev və A.İ.Paşayevdən ibarət tərkibdə) xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, "xxxx" şirkətlər qrupunun rəhbəri işləmiş, Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsi, dalan 9, ev 2-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 03 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 17 avqust 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxslər - Golac İbrahim, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, X3, Zərərçəkmiş şəxs9 onlara dəymiş ziyanla bağlı, Zərərçəkmiş şəxs1 isə dəymiş ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının izah edilməsi, göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X2 üçün 648 AZN (altı yüz qırx səkkiz manat) pulun «FİDES» Vəkil Bürosunun nəfinə ödənilməsi hökm edilmişdir. İşin halları: Hökmə əsasən,Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu Şahid1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə tanışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs6 Mingəçevir şəhəri ərazisində dörd orta məktəb binasının tikintisinin onun direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə ümumilikdə 96.000 manat ödəyəcəyi təqdirdə həmin məktəblərin tikinti layihəsinin icrasını ona verəcəyinə dair yalan vəd verib aldatmaqla qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməlini pərdələmək məqsədilə 21 oktyabr 2015-ci il və 27 aprel 2016-cı il tarixlərdə formal podrat müqavilələri bağlayaraq Zərərçəkmiş şəxs6 "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində 21 oktyabr 2015-ci il tarixdə 24.000 manat, 27 aprel 2016-cı il tarixdə həmin ofisdə Şahid1la birlikdə 48000 manat və 2016-cı ilin may ayının əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan “Şirəli” adlı şəxsin vasitəsi ilə 24.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 ümumilikdə külli miqdarda 96.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu Şahid1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə tanışları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs11 və onun şəriki Zərərçəkmiş şəxs4 Göygöl rayonu ərazisində üç orta məktəb və bir otel binasının tikintisinin direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə Göygöl rayonu, Qırıqlı kəndi Ramiz Əsgərov adına 264 şagird yerlik, Göygöl şəhəri 480 şagird yerlik 4 saylı, Göygöl rayonu Topalhəsənli kəndi Elzam Bayramov adına 264 şagird yerlik orta məktəb binalarının və Göygöl şəhərində otel binasının tikinti layihələrinin icrasını onlara həvalə edəcəklərini yalandan vəd edərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməllərini pərdələmək məqsədilə həmin layihələrlə bağlı 10 aprel və 16 may 2017-ci il tarixlərdə formal konsaltinq müqavilələri bağlamış və Təqsirləndirilən şəxs və Şahid1 sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş adı ilə Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs4 07 mart 2017-ci il tarixdə 26.000 manat, 10 mart 2017-ci il tarixdə 40.000 manat, 03 aprel 2017-ci il tarixdə 31.000 manat, 16 may 2017-ci il tarixdə 43.000 manat, 2017-ci ilin may ayının sonlarında 45.000 manat pulu "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 125.000 manat, Zərərçəkmiş şəxs11 60.000 manat məbləğində ümumilikdə külli miqdarda 185.000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi öz qulluq mövqeyindən istifadə etməklə tanışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X8 rayonunun mərkəzində yerləşən “Otel kompleksinin” tikinti layihəsinin icrasının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə 50.000 ABŞ dolları ödəyəcəyi təqdirdə həmin “Otelin kompleksinin” tikinti layihəsinin icrasını ona verəcəyini yalandan vəd verərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməllərini pərdələmək məqsədilə 05 may 2017-ci tarixdə formal müqavilə bağlamış və 11 may 2017ci il tarixdə "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən ofisində həmin dövrün məzənnəsi ilə 85.130 manat təşkil edən 50.000 ABŞ dolları məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs İbrahim Golaca külli miqdarda 85.130 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu Şahid1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə Şahid1 tanışı olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs2 Göygöl rayonu, Hacıkənd yolunun sağ hissəsində yerləşən ərazisində “Otel-Sağlamlıq Bərpa Mərkəzinin” tikinti layihəsinin icrasının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə 100.000 ABŞ dolları ödəyəcəyi təqdirdə həmin “Otel-Sağlamlıq Bərpa Mərkəzinin” tikinti layihəsinin icrasını ona verəcəklərini yalandan vəd verərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməllərini pərdələmək məqsədilə 23 aprel 2018-ci tarixdə formal tikinti müqaviləsi tərtib etmiş və Şahid1 Zərərçəkmiş şəxs2 2017-ci ilin sentyabr ayının sonlarında "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən ofisinin qarşısında həmin dövrün məzənnəsi ilə 170.080 manat təşkil edən 100.000 ABŞ dolları məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 külli miqdarda 170.080 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu Şahid1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs və Şahid1 tanışları Zərərçəkmiş şəxs7 gəlini Şahid3 müəllimə işlədiyi Bakı şəhəri 175 saylı orta məktəbə direktor vəzifəsinə təyin etdirilməsinə köməklik edəcəklərinə dair yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs7 23 noyabr 2017-ci il tarixdə ünvan 3 ünvanının qarşısında Şahid1 idarə etdiyi Hyundai Elantra markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobildə Təqsirləndirilən şəxs ilə birlikdə həmin dövrün məzənnəsi ilə 85.010 manat təşkil edən 50.000 ABŞ dolları məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 külli miqdarda 85.010 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu Şahid1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə tanışları “Amal+A” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 və onun şəriki Zərərçəkmiş şəxs3 Göygöl rayonu ərazisində orta məktəb və baxça binasının tikinti layihələrinin icrasının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə Göygöl rayonu Topalhəsənli kəndi 264 şagird yerlik orta məktəb binasının və Göygöl şəhərində baxça binasının tikinti layihələrinin icrasını onlara həvalə edəcəklərini yalandan vəd edərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməllərini pərdələmək məqsədilə Topalhəsənli kəndi 264 şagird yerlik orta məktəb binasının tikinti layihəsinin icrası ilə bağlı 06 sentyabr 2017-ci il tarixdə formal konsaltinq müqaviləsi bağlamış, Təqsirləndirilən şəxs və Şahid1 sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş adı ilə Zərərçəkmiş şəxs3 05 dekabr 2017-ci il tarixdə 20.000 manat və 13 dekabr 2017-ci il tarixdə 13.000 manat pulu "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə xeyli miqdarda 33.000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu Şahid1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə tanışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs1 və onun şəriki Şahid2 Göygöl rayonu Hacıkənd yolunun sağ tərəfində yerləşən ərazidə “X4” tikinti layihəsinin icrasının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə 150.000 ABŞ dolları ödəyəcəyi təqdirdə həmin “X4” tikinti layihəsinin icrasını onlara verəcəklərini yalandan vəd verərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməlini pərdələmək məqsədilə 17 yanvar 2018-ci il tarixdə formal konsaltinq müqaviləsi bağlamış və Şahid1 Təqsirləndirilən şəxs ilə birlikdə Zərərçəkmiş şəxs1 18 yanvar 2018-ci il tarixdə "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş adı ilə həmin dövrün məzənnəsi ilə 255.015 manat təşkil edən 150.000 ABŞ dolları məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 külli miqdarda 255.015 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu Şahid1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə tanışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Şahid11 Göygöl rayonu Hacıkənd yolunun sağ tərəfində yerləşən ərazidə “Otel-Sağlamlıq Bərpa Mərkəzinin” tikinti layihəsinin icrasının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə 150.000 manat ödəyəcəyi təqdirdə həmin “Otel-Sağlamlıq Bərpa Mərkəzinin” tikinti layihəsinin icrasını onlara verəcəklərini yalandan vəd verərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməllərini pərdələmək məqsədilə 31 yanvar 2018-ci tarixli formal konsaltinq müqaviləsi bağlamış və 05 fevral 2018-ci tarixdə Təqsirləndirilən şəxs və Şahid1 sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş adı ilə "xxxx" MMC-nin "xxxx" ASC-də olan rəsmi hesabından "xxxx" MMC-nin "xxxx" ASC-də olan rəsmi hesabına köçürülmüş 150.000 manat pulu Bakı şəhəri ərazisində ələ keçirərək zərərçəkmiş şəxs "xxxx" MMC-yə külli miqdarda 150.000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri rəsmi nikahda olduğu Şahid1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə tanışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahid10 Göygöl rayonu ərazisində “X9 Emalı Zavodu” və Göygöl rayonu ərazisində məktəb tikintisinin layihələrinin icrasının onun direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə həmin layihələrin icrasını ona verəcəklərini yalandan vəd verərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməlini pərdələmək məqsədilə 18 və 21 yanvar 2019-cu il tarixlərdə formal tikinti müqavilələri bağlamış, Şahid10 müqavilələri tanışı Zərərçəkmiş şəxs5 təqdim edərək "xxxx" MMC-yə “konsaltinq haqqı” ödəyəcəkləri təqdirdə həmin layihələri birgə icra edib yüksək qazanc əldə edəcəklərini bildirib sonuncunun razılığını aldıqdan sonra Şahid1 və Təqsirləndirilən şəxs "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş adı 25 yanvar 2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 məxsus 85.000 manat, 05 fevral 2019-cu il tarixdə 35.000 manat, 22 fevral 2019-cu il tarixdə 15.000 manat, 05 mart 2019-cu il tarixdə 5.400 manat, 15 mart 2019-cu il tarixdə 50.000 manat, 05 iyun 2019-cu il tarixdə 10.000 manat, 26 iyul 2019-cu il tarixdə 11.000 manat olmaqla ümumilikdə 211.400 manat pulu Şahid10 vasitəsilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 külli miqdarda ümumilikdə 211.400 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi öz qulluq mövqeyindən istifadə etməklə tanışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs9 Göygöl rayonu ərazisində “X9 Emalı Zavodu”-un tikinti layihəsinin icrasının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə layihənin icrasını ona verəcəyini yalandan vəd verərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməllərini pərdələmək məqsədilə 23 avqust 2019-cu tarixdə formal tikinti müqaviləsi bağlamış və 14 iyun 2019-cu tarixdə "xxxx" MMC-nin "xxxx" ASC-də olan rəsmi hesabından "xxxx" MMC-nin "xxxx" ASC-də olan rəsmi hesabına köçürülmüş 100.000 manat pulu Bakı şəhəri ərazisində, eləcə də 01 iyul 2019-cu il tarixdə 50.000 manat, 11 iyul 2019-cu il tarixdə 39.000 manat, 26 iyul 2019- cu il tarixdə 30.000 manat və 27 avqust 2019-cu il tarixdə 10.000 manat pulu "xxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən ofisində vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs9 ümumilikdə külli miqdarda 129.000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Hökmdən Müdafiəçi1 apelyasiya şikayəti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2022-ci il tarixli 1(101)- 87/2022 №li hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Amal+A” Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı mülki hüquqi müqavilələrin icrası olaraq, sonuncuya ödədiyi pul vəsaitlərinin mülki hüquq münasibətləri olduğu səbəbindən həmin epizodlarla verilmiş ittihamların cinayət hadisəsi olmadığı səbəbinə görə hökmdən çıxarılması, Memanşa Həsənovun 50000 manat pul vəsaitinin ələ keçirilməsi epizodu üzrə Təqsirləndirilən şəxs əməlinin CM-nin 178.3.2-ci maddəsindən 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilməsi və vurulmuş zərər ödənildiyi üçün maddənin sanksiyası çərçivəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Müdafiəçi1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökm qanunsuz və əsassızdır, hökmün əsasını ittiham tərəfinin əldə etdiyi mötəbər olmayan dəlillər təşkil etmiş, müdafiə tərəfinin mötəbər dəlilləri əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, məhkəmə təqsirləndirilən şəxsin ədalətli məhkəmə araşdırması (çəkişmə) hüququnu təmin etməmiş, hökm cinayət prosessual normalarının kobud pozuntuları ilə qəbul edilmişdir. Belə ki, məhkəmənin hökmündən və cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yalnız Zərərçəkmiş şəxs7 nağd olaraq pul almış və həmin pulu istintaqın gedişində qaytarmışdır və Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs şikayətçi olmadığı, onunla barışdığı barədə ərizəsini istintaq orqanına və məhkəməyə təqdim etmişdir. Məhkəmənin hökmündən və cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs kimi tanınmış digər şəxslərdən yalnız “RUN GROUP" MMC ilə müqavilə bağlamış və onun bank hesabına pul vəsaitini köçürmüş “Caspian Service" MMC-nin bu işə aidiyyəti vardır.Digər zərərçəkmiş şəxslər "xxxx" MMC-yə rəhbərlik etdikləri MMC-lər adından pul vəsaitini ödəmişlər və bunun müqabilində vəsaitin "xxxx" MMC-nin xəzinəsinə qəbul edildiyi barədə mədaxil qəbzlərini almışlar. İş üzrə zərərçəkmiş şəxs MMC-lərin direktorları deyil, MMC-lər özləri tanınmalı idi, hazırkı vəziyyətdə isə "xxxx" MMC-dən başqa digər zərərçəkmiş şəxslərin hazırkı işə heç bir aidiyyəti yoxdur.Birinci instansiya məhkəməsi Zərərçəkmiş şəxs7 və "xxxx" MMC istisna olmaqla digər zərərçəkmiş şəxslərin səlahiyyətinə xitam verməli idi.Məhkəmə cinayət işini istintaq materiallarında olan dəlilləri hərtərəfli, obyektiv və tam araşdırmadan onlara qiymət vermişdir. Məhkəmə hökmündən görünür ki, "xxxx" MMC-yə zərərçəkmiş şəxslərin rəhbərlik etdikləri şirkətlər tərəfindən ödənilmiş pul vəsaitləri Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmişdir. Məhkəmə qərəzli aparılan istintaqın yolunu getmiş və qərəzli şəkildə "xxxx" MMC-nin gördüyü işləri yalan təqdim etmişdir.Sənədlərdən görünür ki, "xxxx" MMC-nin 2017-2019-cu illər ərzində 3 iri investor müəyyən edərək, Nişasta zavodunun maliyyələşməsi üçün dəvət etmişdir.Yazışmalardan və sənədlərdən görünür ki, "xxxx" MMC sonda CNTİC ilə kifayət qədər uğurlu şərtlərlə müqavilə bağlamışdır. Məhkəmə həmin razılaşmanı da mətnini təhrif etmişdir. Cinayət işinin istintaq materiallarında qiymətləndirici şirkət tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan və ekspertizaya təqdim edilmiş tikinti layihə sənədləri və digər sənədlərin hazırlanması üçün çəkilmiş xərclərin qiymətinin müəyyənləşdirilməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli R-123 saylı rəyindən görünür ki, layihə-smeta sənədlərinin və digər sənədlərin (o cümlədən Şəhərsalma və tikinti ekspertizasının keçirilməsinə ödənişlər də daxil olmaqla) hazırlanmasına 2.911.731,14 (iki milyon doqquz yüz on bir min yeddi yüz otuz bir) manat vəsait xərclənmişdir.Bu xərclənən vəsait hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs adlanan "xxxx" MMC-nin konsaltinq və tikinti müqavilələr bağladığı şirkətlərdən rəsmi ödənişlər olmaqla "xxxx" MMC- nin əldə etdiyi vəsait hesabına ödənilmişdir. Qeyd edilən xüsusat, MMC-lər tərəfindən müqavilə əsasında “RUN GROUP" MMC-nin bank hesabına və xəzinəsinə ödədikləri vəsaitin nə "xxxx" MMC, nə də onun direktoru Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmədiyini göstərən dəlildir.Məhkəmənin hökmündən görünür ki, "xxxx" MMC-nin bank hesablarına mədaxil və məxariclər olmuş və həmin vəsaitlər MMCnin layihə üzrə fəaliyyətinin təmin edilməsinə yönəlmişdir. Məhkəmə hökmündə sadalanan və MMC-nin pul vəsaitlərini köçürdüyü şirkətlərin heç birinin nümayəndəsi ibtidai istintaq və məhkəmə tərəfindən dəvət edilərək dindirilməmiş və həmin vəsaitlərin təyinatı araşdırılmamışdır. Həmin vəsaitlərin və MMC-lər tərəfindən "xxxx" MMC-yə ödənilmiş vəsaitin sərfıyyatı MMC-də audit yoxlaması keçirilməklə araşdırılmamışdır. Öncədən ibtidai araşdırma orqanı həmin vəsaitlərin Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsi nəticəsinə gəlmiş və bu gəldiyi nəticə ətrafında istintaq aparmış, məhkəmə də araşdırmanı məhz bu istiqamət həyata keçirmiş və müdafiə tərəfinin fikrincə səhv nəticələrə gəlmişdir.Müdafiə tərəfi məhkəmənin gəldiyi nəticələri əsassız və qanunsuz hesab edir. Şahid1 "xxxx" MMC-yə heç bir aidiyyəti olmamış və heç bir müqavilənin tərtibində və vəsaitlərin müqavilə tərəfdaşları tərəfindən MMC-nin bank hesabına və xəzinəsinə köçürülməsində rolu olmamışdır. Şahid1 Təqsirləndirilən şəxs əri olmaqla tikinti şirkətləri ilə aparılan danışıqlarda iştirak etmişdir və bu zaman bağlanan müqavilələrə və ödənilən vəsaitlərə müdaxilə etmək səlahiyyəti olmamışdır. Qeyd edilən hökm və qərarda məhkəmələrin gəldiyi nəticələr "xxxx" MMC ilə | tikinti şirkətləri arasında bağlanan konsaltinq və tikinti müqavilələri kontekstindən kənar olmuş və həmin məhkəmələrdə qeyd edilən sənədlər araşdırma predmeti olmamışdır, çünki ola da bilməzdi. Şahid1 həmin araşdırmanın subyekti olmaq üçün səlahiyyətli deyildi. Qeyd olunanlar nəzərə alınaraq, müdafiəçi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2022-ci il tarixli 1(101)- 87/2022 №li hökmünü dəyişdirməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Amal+A” Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı mülki hüquqi müqavilələrin icrası olaraq, sonuncuya ödədiyi pul vəsaitlərinin mülki hüquq münasibətləri olduğu səbəbindən həmin epizodlarla verilmiş ittihamları cinayət hadisəsi olmadığı səbəbinə görə hökmdən çıxarılmalı, Memanşa Həsənovun 50000 manat pul vəsaitinin ələ keçirilməsi epizodu üzrə Təqsirləndirilən şəxs əməlini CM-nin 178.3.2-ci maddəsindən 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilməli və vurulmuş zərər ödənildiyi üçün maddənin sanksiyası çərçivəsində ədalətli cəza təyin edilməlidir. Apelyasiya icraatında Müdafiəçi3 apelyasiya şikayətini müdafiə edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2022-ci il tarixli 1(101)- 87/2022 №li hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilməsi, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, “Amal+A” MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin "xxxx" MMC ilə bağladığı mülki hüquqi müqavilələrin icrası olaraq, sonuncuya ödədiyi pul vəsaitlərinin mülki hüquq münasibətləri olduğu səbəbindən həmin epizodlarla verilmiş ittihamların cinayət hadisəsi olmadığı səbəbinə görə hökmdən çıxarılması, Memanşa Həsənovun 50000 manat pul vəsaitinin ələ keçirilməsi epizodu üzrə Təqsirləndirilən şəxs əməlinin CM-nin 178.3.2-ci maddəsindən 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilməsi və vurulmuş zərər ödənildiyi üçün maddənin sanksiyası çərçivəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Apelyasiya icraatında təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi ilə razılaşaraq, apelyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apelyasiya icraatında dövlət ittihamçısı birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmadığını bildirərək apelyasiya şikayətinin təmin edilməməsi və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini və Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinin tələblərinə əsasən bu dəlillərdən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyi normalarının tələblərinə əməl edilməsini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Azəbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2022-ci il tarixli, 1(101)-87/2022 saylı hökmünün dəyişdirilməsi, Ultra İnşaat” MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, “Amal+A” MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin "xxxx" MMCilə bağladığı mülki hüquqi müqavilələrin icrası olaraq, sonuncuya ödədiyi pul vəsaitlərinin mülki hüquq münasibətləri olduğu səbəbindən həmin epizodlarla verilmiş ittihamların cinayət hadisəsi olmadığı səbəbinə görə hökmdən çıxarılması və Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsinə tövsif edilməsi barədə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, təqsirləndirilən şəxsin elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işə baxan birinci instansiya məhkəməsi cinayət tərkibini təşkil edən əlamətləri (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) nəzərə almaqla sözü gedən cinayət əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif etməklə gəldiyi nəticələr işin faktiki hallarına tam uyğun olmuşdur. Birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxslər və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmasının kifayət qədər sübuta yetirilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası xatırladır ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri CM-nin Xüsusi hissəsində formalaşdırılmışdır.Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir. İş materiallarının araşdırılmış hallarından birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edildiyindən "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, “Amal+A” MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin "xxxx" MMCilə bağladığı mülki hüquqi müqavilələrin icrası olaraq, sonuncuya ödədiyi pul vəsaitlərinin mülki hüquq münasibətləri olduğu səbəbindən həmin epizodlarla verilmiş ittihamların cinayət hadisəsi olmadığı səbəbinə görə hökmdən çıxarılması və Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsinə tövsif edilməsi barədə müdafiəçinin apelyasiya şikayətinin dəlilləri əsassız sayılmalı, ittiham üzrə törədilməsi sübuta yetirilən cinayət əməllərinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluq müəyyən olunduğundan, cinayət əməllərinə verilən cinayət hüquqi qiymət qanunauyğun hesab olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə tövsif olunmuş, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar aşkar edilməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq təqsirləndirilən şəxsin dəymiş ziyanı qismən ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş, onun cəzasını ağırlaşdıran halları müəyyən etməyərək, ona törətdiyi cinayət əməlinin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun məhkum olunduğu maddənin sanksiyası daxilində cəza təyin etmişdir. Vurğulamaq zəruridir ki, cəzanın məqsədi Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edib, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alaraq onun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olan ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apelyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2022-ci il tarixli, 1(101)-87/2022 saylı hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair hissədə dəyişdirilmədən, Müdafiəçi1 apelyasiya şikayəti təmin edilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Faiq Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar