Məhkəmə qərarları › İş №1(103)-1303/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1303/2025

18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1303/2025 18.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), X13 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X22 katibliyi, dövlət ittihamçıları – Azərbaycan Respublikasının Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X3 və Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, "xxxx" ASC-də sürücü və satış nümayəndəsi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 may 2025ci il tarixli 1(002)-9/2025 saylı hökmündən zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə və Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda mənimsəməklə talamışdır. Belə ki, Təqsirləndirilən şəxs "xxxx" ASC ilə 20 noyabr 2017-ci il tarixdə bağlanmış əmək və 20 noyabr 2017-ci il tarixdə bağlanmış maddi məsuliyyət daşıması haqqında müqavilələrə əsasən məsul şəxs olaraq öhdəsində olan mallara və pul vəsaitlərinə cavabdehlik daşımalı, idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub saxlamalı, görüləcək işi layiqincə yerinə yetirməyi tam öhdəsinə götürmüş, ona etibar edilmiş maddi sərvətlərin, məhsulların, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı olduğu halda işlədiyi müddətdə 04 yanvar 2020-ci il tarixdən 12 may 2020-ci il tarixədək "xxxx" ASC-nin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xəcəhəsən şosesində yerləşən “Meyvəli” ticarət bazarında olan anbarından 460 272,88 manat (dörd yüz altmış min iki yüz yetmiş iki manat səksən səkkiz qəpik) dəyərində toyuq məhsullarını satış nümayəndəsi olaraq mağazalara vermək üçün faktiki, eləcə də ASC-nin istifadə etdiyi məhsulların qəbulu, satışı, maliyyə və digər əməliyyatın aparıldığı vahid informasiya sistemi olan “AZMSALE” proqramında fərdi adından və şifrəsindən istifadə edərək qəbul edib müxtəlif ticarət obyektlərinə təhvil verərək toyuq məhsullarının satışından işlədiyi müddətdə, müxtəlif tarixlərdə hissə-hissə toplanmış cəmi 460.272,88 manat (dörd yüz altmış min iki yüz yetmiş iki manat səksən səkkiz qəpik) manatın 426.763,88 (dörd yüz iyirmi altı min yeddi yüz altmış üç manat səksən səkkiz qəpik) manatını qeyd edilən proqram vasitəsilə kassaya mədaxil qəbzlərinə əsasən ASC-nin xəzinəsinə mədaxil etsə də, qeyd edilən müddət ərzində vahid niyyətlə 33.509,00 (otuz üç min beş yüz doqquz) manatı ASC-nin kassasına mədaxil etməyib özünün şəxsi ehtiyaclarına sərf etməklə talayıb öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş özgə əmlakını xeyli miqdarda mənimsəmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli 1(002)-9/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 46.2-ci maddəsi nəzərə alınmaqla 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, o cümədən kommersiya təşkilatlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, üzərinə yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 00:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzanın icrası müddətinin onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, mülki iddianın qismən təmin edilməsi, Təqsirləndirilən şəxs vurduğu zərərin əvəzi olaraq cəmi 21203 (iyirmi bir min iki yüz üç) manat məbləğində pulun tutularaq zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" ASC-nin xeyrinə ödənilməsi hökm edilmişdir. Hökmlə, həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Hökmdən zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hökmünün dəyişdirilərək, təyin edilmiş cəzanın ağırlaşdırılması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli 1(002)-9/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilən cəzanın növü ilə razı deyil. Məhkəmənin gəldiyi nəticə cəzanın qanunvericiliklə nəzərdə tutulmuş məqsədinə uyğun olmamaqla ədalətli deyildir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun vahid niyyətlə 33509 (otuz üç min beş yüz doqquz) manat məbləğində pulu ASC-nin kassasına mədaxil etməyib özünün şəxsi ehtiyaclarına sərf etməklə talayıb öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş özgə (ASC) əmlakını xeyli miqdarda mənimsəməsi tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən tördilmiş əməlin ictimai təhlükəliliyinin xarakteri və dərəcəsi məhkəmə tərəfindən başa çatdırılmış araşdırılmanın nəticəsindən aydın görünür. Həmin cinayət əməli xeyli miqdarda zərər vurmaqla yanaşı, zərərçəkmiş hüquqi şəxsin sahibkarlıq və istehsalat fəaliyyətinin inkişafına, iqtisadiyyatına zərər vurmuşdur. Təqsirləndirilən şəxs ASC-yə vurduğu zərərin çox az bir hissəsini ödəmişdir, təqsirləndirildiyi cinayətin törədilməsini əvvəlcədən düşünmüş, fəal şəkildə təmin etmiş və ona olan etimaddan istifadə edərək bu cinayəti törətmişdir. Bunlar cəzanı ağırlaşdıran əsaslar olmasına baxmayaraq, məhkəmə bu halları nəzərə almamışdır. Məhkəmə tərəflərin çıxışlardan sonra Təqsirləndirilən şəxs son sözlə bağlı 4 (dörd) aya qədər vaxt verməsi, həmin çıxış vaxtını heç bir səbəb olmadan dəfələrlə uzatması, bilərəkdən cinayət işinin baxılama müddətini uzatmaqla həmin cinayət işində ədalət mühakiməsini yox, bank və ya bank olmayan kredit təşkilatı qismində iştirak etməsi və həmin vəzifəni icra etməsi müşahidə olunub. Bu hal məhkəmənin Məcəlləyə və Qanunlara yox, Təqsirləndirilən şəxs mövcud olan rəğbətinin və ona xüsusi yanaşmasının bir hissəsidir, onu digər təqsirləndirilən şəxslərdən fərqəndirməsi və süni ayrı-seçkilik yaratmasıdır. Məhkəmənin bu işlə bağlı yanaşmasından məlum olur ki, istənilən şəxs mənimsəmə cinayəti edə bilər, sonda sədrlik edənin müdafiəsi və dəstəyi nəticəsində azdlıqdan məhrum etmə ilə bağlı olmayan cəza ilə qurtula bilər. Məhkəmə Elçinə təqsirləndirilən şəxs kimi yox, sanki bir zərərçəkən şəxs kimi, himayə olunan şəxs kimi yanaşmışdır. Bu uzatma halları ilə bağlı dövlət ittihamçısı təqsirləndirilən şəxsin süründürməçiliyə yol verməsini və yekun məhkəmə aktının qəbul edilməsini məhkəmədən xahiş edir (iş vərəq 169-170). Oxşar işlə bağlı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Şəfa Məmmədovanın icraatında olan 1(002)- 219/2024 cinayət işi üzrə 04 dekabr 2024-ci il tarixli hökmlə X2 Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 02 il müddətə maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Baxmayaraq ki həmin cinayət işi üzrə X2 "xxxx" ASC-yə vurduğu maddi ziyanı tamamilə ödəmişdir. Elçindən fərqli olaraq, Kənan işçi və əməkdaş kimi müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində xüsusi status verilməsi və onun mühafizə olunması cinayətkarlığın qarşısının alınmasına yox, daha da yeni cinayətlələrin və cəzasızlıq mühitinin formalaşmasına səbəb olur. Cinayət Məcəlləsinin 61.1.4-cü maddəsində cinayətin törədilməsində xüsusilə fəal iştirak etmə, həmin 61.1.13-cü maddəsində cinayətin qulluq mövqeyinə və ya müqaviləyə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə törədilməsi cəzanı ağırlaşdıran hallardandır. Məhkəmə iclası zamanı dövlət ittihamçısının məhkəmə çıxışında təqsirləndirilən şəxsin 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını tələb etmiş, məhkəmənin isə 3 (üç) il azadlığın məhdudlaşdırması cəzasını təyin etməsi cinayət qanunvericiliyinin, ədalət prinsipinin, cəzanın təyini zamanı ağırlaşdırıcı halların nəzərə alınması tələbinin pozulmasına səbəb olmuşdur (iş vərəqi 161-162). Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayətin törədilməsində fəal iştirak etməsi, müqavilə əsasında yaranmış etimada əsasən cinayət törətməsində ağırlaşdıran halları nəzərə almamış, müzakirə etməmiş və Təqsirləndirilən şəxs cəza təyini zamanı bu halları araşdırmayan birinci instansiya məhkəməsinin hökmündə qeyd olunmamışdır. Məhkəmənin gəldiyi nəticələr üzrə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar tam nəzərə alınmamış, təyin edilmiş cəzanın cinayətin ağırlığına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmamışdir. Halbuki cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Hökmdən, həmçinin Dövlət ittihamçısı1 apellyasiya protesti verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli hökmünün cinayət qanununu norması düzgün tətbiq olunmaqla, həmçinin Təqsirləndirilən şəxs cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə əlavə cəza ilə yanaşı, azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Cinayət Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulan cinayət maddi tərkibli olmaqla, subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Cinayət Məcəlləsinin 179.2-ci maddəsində nəzərdə tutulan əməl az ağır cinayətlər kateqoriyasına aiddir. Əməlin ictimai təhlükəliliyi əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulması ilə ifadə olunur. Hökmdən görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Təqsirləndirilən şəxs "xxxx" ASC-də ekspeditor vəzifəsində işləyərkən şirkətə 33509 manat məbləğində maddi zərər vurduğunu, qeyd olunan məbləğdən cəmi 12498 manat ödəniş etdiyini, buna görə də sonuncudan ziyanın qalan hissəsinin ödənilməsini tələb etdiyini bildirməklə, ona ağır cəza verilməsini xahiş etmişdir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs vurduğu ümumilikdə 33509 manat məbləğində maddi ziyandan yalnız audit yoxlaması zamanı 498 manat və 11 ay davam edən məhkəmə dövründə yalnız ittiham tərəfinin çıxışlarından sonra zərərçəkmiş hüquqi şəxsə cəmi 12000 manat ödəniş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın qalan 21011 manat hissəsi onun tərəfindən ödəniş edilmədiyi halda, məhkəmə tərəfindən təqsirləndirilən şəxsə həmin cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmaqla ona əsassız olaraq humanist mövqedən yanaşılmış, zərərçəkmiş hüquqi şəxsin vurulmuş maddi ziyanın ödənilməsini tələb etməsini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olmasını nəzərə almadan ona yüngül cəza təyin etməkdə haqlı olmamış, bununla da zərərçəkmişin mənafeyini nəzərə almamışdır. Halbuki “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 420.3cü maddəsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 19 aprel 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət prosesində zərərçəkmiş şəxs törədilmiş cinayətə görə ədalətli cəzanın təyin edilməsində maraqlı şəxsdir və zərərçəkmiş şəxsin xüsusi marağı cinayətin törədilməsi nəticəsində pozulmuş hüquqlarının bərpa edilməsindən ibarətdir. Beləliklə, məhkəmə tərəfindən cəza təyini zamanı mühüm, yəni cinayətin ictimai təhlükəliliyi və xarakterinə birbaşa təsir edən halın nəzərə alınmaması cəzanın məqsədinə nail olunmasına imkan verməmişdir. Bundan başqa, hökmdən görünür ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməlini törətməsini və əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Sadalanan yüngülləşdirici hallar məhkəmə tərəfindən qanununun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Belə ki, Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə görə, şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsi və sair kimi hərəkətlərdə özünü göstərməlidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmanlıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsində qeyri-səmimilik göstərib özünü qismən təqsirli bilərək onun barəsində aparılmış audit yoxlamasında iştirak etmədiyini, qeyd edilən borcun şirkətə təqdim etdiyi fakturaların şirkət tərəfindən tapılıb qeydiyyata alınmaması səbəbindən yarandığını, şirkətə ümumilikdə 7000-8000 manat miqdarında borcunun olduğunu bildirmişdir. Göründüyü kimi, qeyd olunan xüsusatlar heç də Təqsirləndirilən şəxs məhkəmə hökmündə nəzərdə tutulduğu kimi peşmanlıq hissi keçirməsini ifadə etmir və məhkəmə həmin halı, eləcə də ilk dəfə az ağır cinayət törətməsini təyin etdiyi azadlığın məhdudlaşdırılması cəzasının tətbiqi üçün əsas kimi qəbul etməkdə haqlı olmamışdır. Halbuki Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarının 4-cü hissəsinə əsasən Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallarda, cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Yuxarıda sadalananları nəzərdən keçirərkən belə qənaətə gəlmək olar ki, məhkəmə yekun aktı qəbul edərkən cinayət qanunvericiliyinin əsas prinsipi olan ədalət prinsipinə əməl etmədən, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakterini və işin faktiki hallarını nəzərə almadan Təqsirləndirilən şəxs ədalətsiz və cəzanın məqsədlərini təmin etməyən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edərkən onun üzərinə gecə saat 00:00dan səhər saat 06:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək vəzifələri qoymuşdur. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Buna baxmayaraq, məhkəmə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edərkən onun üzərinə məhkum üçün məhdudiyyət hesab edilməyəcək zaman intervalında - gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək vəzifələri qoymuşdur. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbir olmaqla cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində qeyd edilən Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılması və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirkar şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən məhkəmə cəzanın məqsədinə nail olunub-olunmayacağını, həmçinin bunun təqsirkar üçün müəyyən məhrumiyyətlər yaradıb-yaratmayacağını nəzərə almalıdır. Təqsirkar şəxsin azadlığın məhdudlaşdırılması cəzasının icrası müddətində tərk etməməli olduğu ərazi hüdudlarını geniş, yaşayış yerini tərk etməməli olduğu müddəti isə qısa müddət müəyyən etməklə məhkəmə cəzanın şəxs üçün məhrumiyyətlər yaratması və bununla da cəzanın məqsədinə nail olunmasına dair cinayət qanunun müddəalarını pozmuşdur. Cəzanın qarşısında üç əlaqəli məqsəd - sosial ədalətin bərpası, məhkumun islah edilməsi, yeni cinayətlər törədilməsinin qarşısının alınması qoyulmuşdur. Şərh olunanlardan da göründüyü kimi, məhkəmə cəza təyininin əsaslarını müəyyən edən cinayət qanununun normalarını, Konstitusiya Məhkkəməsinin və Ali Məhkəmənin müvafiq izahlarını, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə almadan yüngül cəza təyin etmişdir. Həmin cəza cinayətin ağırlığına uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Apellyasiya şikayətinə və apellyasiya protestinə apellyasiya baxışı zamanı zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" ASC tərəfindən 17 sentyabr 2025-ci il tarixdə imzalanmış ərizələr təqdim edilmiş, hər hansı maddi tələblərinin olmadığı bildirilərək apellyasiya şikayətinin baxılmasına xitam verilməsini xahiş etmişdir. Belə ki, apellyasiya baxışı zamanı "xxxx" ASC-nin direktoru X4 Bakı Apellyasiya Məhkəməsinə onun tərəfindən imzalanmış və ASC-nin möhürü ilə möhürlənmiş 17 sentyabr 2025-ci il tarixli 229 nömrəli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASC-yə vurulmuş maddi zərərin (ziyanın) tamamilə ödənildiyini, onunla barışdıqlarını, Təqsirləndirilən şəxs qarşı hər hansı maddi və ya pul tələbi olmadığını bildirmişdir. Həmçinin apellyasiya baxışı zamanı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə da əlyazma şəklində yazdığı və tərəfindən imzalanmış 17 sentyabr 2025-ci il tarixli ərizəni təqdim edərək Təqsirləndirilən şəxs "xxxx" ASC-yə vurduğu maddi ziyanı tamamilə ödədiyini, təqsirləndirilən şəxslə barışdıqlarını, ona görə tərəflərindən verilmiş apellyasiya şikayətini geri götürdüklərini bildirərək apellyasiya şiakyətinə baxılmasına xitam verilməsini xahiş etdi. Bundan sonra, apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 apellyasiya protestinə dəyişiklik təqdim edərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli hökmünün əsas cəzaya dair hissədə dəyişdirilməsini, hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının həddinin yüngülləşdirilməsini xahiş etdi. Apellyasiya protestinə dəyişiklik onunla əsaslandırılmışdır ki, apellyasiya icraatı zamanı zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" ASC tərəfindən 17 sentyabr 2025-ci il tarixli 229 nömrəli məktubla məhkəməyə rəsmi müraciət təqdim edilərək iş üzrə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tam ödənildiyi, onunla barışdıqları, ASCnin ona qarşı hər hansı tələbinin olmadığı bildirilərək, ərizənin nəzərə alınması xahiş olunmuşdur. Həmçinin apellyasiya baxışı zamanı zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, vurulmuş ziyan tam ödənildiyindən apellyasiya şikayətindən imtina edildiyini, şikayətin baxılmasına xitam verilməsini xahiş etmişdir. Cinayət-Prosessual Məcəllənin 390.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində icraatda iştirak etmək üçün təyin edilmiş dövlət ittihamçısı birinci instansiya məhkəməsində həmin icraatda iştirak etmiş dövlət ittihamçısının verdiyi apellyasiya protestinə əlavə etmək, onu dəyişmək və ya geri götürmək hüququna malikdir. Apellyasiya icraatı zamanı zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) – "xxxx" ASC-yə vurulmuş maddi ziyan tam ödənildiyi, təqsirləndirilən şəxslə barışıq əldə edildiyi, ona qarşı tələb olmadığı nəzərə alınaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti üzrə tələb dəyişdirilməli, hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəza - 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının həddinin yüngülləşdirilməsi məhkəməyə təklif edilməlidir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs əməlindən səmimi peşman olduğunu, qeyd olunan məbləğdə ziyan vurduğunu tam etiraf etdiyini, həmin məbləği də könüllü ödədiyini bildirib belə hərəkətlərə görə zərərçəkmiş hüquqi şəxsə vaxt itkisi yaratdığı üçün üzr istəyərək cəzasının yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi məhkum edilmiş şəxs tərəfindən dəymiş ziyan artıq tam ödənildiyindən, zərərçəkmiş hüquqi şəxslə barışıq əldə olunduğundan, barəsində tələb və şikayət olmadığından həm əsas, həm də əlavə cəzaya münasibətdə hökmün dəyişdirilməsini, həmçinin təyin edilmiş cəzanın onun qeyri-rəsmi fəaliyyətlə məşğul olmasına səbəb olduğunu, işlərinə mane olduğunu bildirib sanksiyada cərimə cəzasının mövcudluğu da nəzərə alınmaqla məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi təqdim edilmiş ərizələri təsdiq edərək və məzmununa uyğun çıxış edərək artıq məhkum edilmiş şəxs tərəfindən hüquqi şəxsə dəymiş ziyanın tam ödənildiyini, hər hansı maddi, mənəvi və ya digər pul tələbləri olmadığını və apellyasiya şikayətini geri götürdüyünü bildirərək apellyasiya şikayətinin baxılmasına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən Dövlət ittihamçısı2 ziyanın tam ödənildiyini, azadlığın məhdudlaşdırılması növündə cəzanın ən yuxarı həddə təyin edildiyini, əlavə cəzanın sanksiya həddində olan cəza olduğundan dəyişdirilməsinə zərurət olmadığını, buna baxmayaraq məhkum edilmiş şəxs tərəfindən dəymiş ziyan artıq tam ödənildiyindən, zərərçəkmiş hüquqi şəxslə barışıq əldə olunduğundan, barəsində tələb və şikayət olmadığından apellyasiya protestinə dəyişiklik edilməsi zərurəti olduğunu bildirib hökmün əsas cəzaya - təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına münasibətdə dəyişdirilərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının həddinin yüngülləşdirilməsini, apellyasiya protestinə dəyişikliyin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət-Prosessual Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Cinayət-Prosessual Məcəllənin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət mühakimə icraatının vəzifələri cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Əvvəla, məhkəmə kollegiyası zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" ASCnin direktoru və nümayəndəsi tərəfindən verilmiş ərizələri müzakirə edib proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli 1(002)-9/2025 saylı hökmündən verilmiş apellyasiya şikayətinə baxılmasına zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" ASC-nin apellyasiya şikayətini geri götürməsi əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən, bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 390.7-ci maddəsinə əsasən, zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) apellyasiya instansiyası məhkəməsində iştirak edən nümayəndəsi öz apellyasiya şikayətini, habelə zərər çəkmiş şəxsin birinci instansiya məhkəməsində iştirak edən nümayəndəsinin apellyasiya şikayətini yalnız zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 391.3.10-cu maddəsinə əsasən, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 391.11-ci maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 396-cı maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Apellyasiya protestinin dəlilləri ilə əlaqədar olaraq isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan dövlət ittihamçısının apellyasiya protestinin əsas dəlili Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli 1(002)-9/2025 saylı hökmünün dəyişdirilməsi, məhkum edilmiş şəxsə cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə əlavə cəza ilə yanaşı, azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsindən ibarət olmuş, bundan sonra isə apellyasiya baxışı zamanı apellyasiya protestinə dəyişiklik təqdim edilmiş və apellyasiya protestinə dəyişiklikdə əsas tələb məhkum edilmiş şəxs barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi, yəni azadlığın məhdudlaşdırılması cəzasının müddətinin endirilməsindən ibarət olmuş, törədilən cinayətin hüquqi tövsifi, sübuta yetirilibyetirilməməsi və təqsirliliyi ilə bağlı məsələ mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-birilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş apellyasiya protestinin dəlillərinə münasibət bildirilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında məhkum edilmiş şəxs özünü ona elan olunmuş ittiham üzrə törətdiyi cinayətin halları haqda hökmün təsviri hissəsinə uyğun ifadə vermişdir. Apellyasiya protestində əməlin hüquqi tövsifi mübahisələndirilməsə də, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən məhkum edilmiş şəxsin Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Cinayət-Prosessual Məcəllənin 125, 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Məhkum edilmiş şəxsin bütün prosessual hüquqları, o cümlədən müdafiə hüququ vaxtında və səmərəli şəkildə, habelə onun işinin ədalətli və açıq araşdırılması hüququ təmin olunmaqla onun barəsində olan cinayət işinə “ağlabatan” müddətlərdə baxılmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə kollegiyası apellyasiya protestinin və sonradan apellyasiya protestinə edilmiş dəyişikliyin dəlillərinə uyğun olaraq, Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsin əməli Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş, törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlindən peşman olmasını, vurulmuş ziyandan audit yoxlaması aparılan zaman 498 manat və məhkəmə baxışı zamanı hissə-hissə olmaqla ümumilikdə 12000 manat ödəniş etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alaraq və təqsirləndirilən şəxsə münasibətdə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etməyərək, ona 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, o cümədən kommersiya təşkilatlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Lakin apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs tərəfindən dəymiş ziyanın ödənilməmiş qalan digər hissəsi də ödənilmiş, nəticədə hazırkı vəziyyətdə zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyan tamamilə ödənilmiş, yuxarıda qeyd edildiyi kimi, zərərçəkmiş hüquqi şəxs tərəfindən ərizələr təqdim edilərək məhkum edilmiş şəxsdən hər hansı maddi və pul tələbləri olmadığı, ziyanın ödənildiyi bildirilmişdir. Belə ki, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, o, əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə, alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə, hətta Cinayət Məcəlləsinin 62, 70-ci maddələrinin tətbiqinə və digər hallara imkan verir. Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə görə, cəzanı yüngülləşdirən hallardan biri zərərçəkmiş şəxslə barışıq əldə edilməsidir. Təqdim edilmiş ərizələrdən və apellyasiya baxışı zamanı zərərçəkmiş şəxsin, məhkum edilmiş şəxsin çıxışlardan görünür ki, onların arasında həqiqətən barışıq əldə olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası zərərçəkmiş şəxslə barışıq əldə edilməsi halını da Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə görə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəza siyasətinin humanistləşdirilməsinə yönələn yeniliklərdən biri olan Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardan biri kimi təsbit edilmişdir. Göründüyü kimi, cəza təyin edərkən cəzanı yüngülləşdirən digər hal - Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsi də (cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) nəzərə alınmalıdır. Həmin normaya görə, dəymiş ziyan maddi və ya qeyri-maddi (mənəvi) formada ola bilər. Həmçinin bu norma iki halı – ziyanın tamamilə ödənilməsi və ya ziyanın tamamilə aradan qaldırılmasını nəzərdə tutur. Dəymiş ziyanın tamamilə ödənilməsi talanmış əmlakın qaytrılmasında, əvəzinin pulla ödənilməsində, eyni qiymətli başqa əmlakla dəyişdirilməsində və sair formada kompensasiya edilməsində ifadə oluna bilər. Dəymiş ziyanın tamamilə aradan qaldırılması isə zədələnmiş əmlakı əvvəlki vəziyyətinə gətirən şəkildə təmir edilməsində, bərpasında və sair bu kimi hallarda mövcud ola bilər. Ödənilən və ya aradan qaldırılan ziyan cinayətin əsas tərkibində və ya ağırlaşdırıcı halı olan tərkibdə nəzərdə tutuıa bilər. Dəymiş ziyanın tamamilə ödənilməsi və ya aradan qaldırılması əməlin tövsifinə təsir etmir, cəza təyini zamanı cəzanı yüngülləşdirən hal kimi nəzərə alınır. Apellyasiya baxışı zamanı həm zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, həm dövlət ittihamçısı, müdafiəçi və məhkum edilmiş şəxsin çıxışları ilə bir daha təsdiq olunur ki, məhkum edilmiş şəxs tərəfindən vurulmuş ziyan yekun qərar qəbul edilənədək artıq tam həcmdə ödənilmişdir. Belə ki, birinci instansiya mhəkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs vurulmuş ziyandan audit yoxlaması aparılan zaman 498 manat və məhkəmə baxışı zamanı hissə-hissə olmaqla ümumilikdə 12000 manat ödəniş etmiş və bu hal hökm qəbul edilərkən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Beləliklə, bu fakt da təsdiq edir ki, hələ audit yoxlaması aparılan zamandan başlayaraq, apellyasiya baxışı da daxil olmaqla məhkum edilmiş şəxs tərəfindən mütəmadi olaraq zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın ödənilməsi məqsədilə könüllü olaraq ödənişlər edilmişdir. Belə ki, təqsirkar şəxsin əvvəllər məhkum olunmaması, ilk dəfə məhkum olunması, cinayət törətdiyinə görə peşman olması da onu kriminal meyilli, əvvəllər məhkum olunmuş və yaxud cinayətə görə özünü məzəmmət etməyən şəxslərdən fərqləndirmək üçün ağlabatan əsaslardır. Belə ki, bu hal onun cinayətə meyilli olmadığını təsdiq edir. Eyni zamanda, şəxsin cinayət törətdiyi üçün peşman olmasını bildirməsi onun əvvəlki kriminal davranışına tənqidi münasibətini əks etdirən mühüm əlamətlərdən biridir və Cinayət Məcəlləsinin heç bir norması həmin halın Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanmaqla cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasının qarşısını almır. İlk öncə təqdim edilmiş apellyasiya protestində şəxsin əməlindən səmimi peşman olmadığı qeyd edilsə də, göründüyü kimi, məhkum edilmiş şəxs apellyasiya baxışı zamanı çıxışında səmimi peşman olmasını bildirməsi və etdiyi üzrxahlıqdan da göründüyü kimi, həm törətdiyi əməldən səmimi peşmanlıq çəkir, həm də cinayətin neqativ nəticələrinin aradan qaldırılmasına kömək edib cinayət nəticəsində yetirilən ziyanı ödəmişdir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması, əməlindən səmimi peşman olması onun gerçəkdən də törətdiyi cinayətə tənqidi münasibət bəslədiyini, cinayətin ictimai-təhlükəliliyini düzgün dəyərləndirdiyini əks etdirir və digər cəzanı yüngülləşdirən, məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cəzanı ağırlaşdıran halların olmaması ilə birlikdə götürülməklə məhkəmə kollegiyasında onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən də islah oluna biləcəyinə inam yaradır. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya protestinin həmin hissədə hökmün əsassız sayılmasına dair dəlillərinə münasibət bildirilməsi üçün əlavə zərurət görmür. Belə ki, Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrindən görünür ki, mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır və həmin əməl Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. Həmin Məcəllənin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarına görə, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Qərarın 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Həmin Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndinə əsasən, Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Cəzanı yüngülləşdirən hallar dedikdə, Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (Cinayət Məcəlləsi maddə 59.2). Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin edilmiş əsas və əlavə cəzanın növü ilə razılaşır. Bununla belə, məhkəmə kollegiyası cəzanın yüngülləşdirilməsi zərurətindən əlavə hətta onu da qeyd edir ki, Cinayət Məcəlləsində nəzərdə tutulan humanizm nöqteyinəzərindən çox mühüm olan Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, yuxarıda qeyd olunan hallar nəinki cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınır, bununla yanaşı cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edildiyi halda, hətta məhkum edilmiş şəxsin cinayət məsuliyyətindən azad edilməli olmasına dair humanist mövqe - imperativ tələb də Cinayət Məcəlləsində nəzərdə tutulmuşdur. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndinə əsasən, məhkəmələrə cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutmaq, cəzanın təyin edilməsi əsaslarına dair Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmək tövsiyə edilmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalananları, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli Qərarından göstərilmiş hüquqi mövqeyi hazırkı iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, dəymiş ziyanı ödəməsini və zərərçkmiş hüquqi şəxsə barışıq əldə etməsini və məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən digər halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hökmlə müəyyən edilmiş həddən daha az müddətə azadlığın məhdudlaşdırılması cəzası və əlavə cəza çəkməklə də islah olunması mümkündür. Eyni zamanda, Cinayət Məcəlləsinin tələblərindən də göründüyü kimi, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 404-cü maddəsinin tələbinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə və həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir Məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq, Plenumun Qərarından göstərilmiş hüquqi mövqeyi hazırkı iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək, təyin edilmiş cəzanın qanuniliyini, əsaslığını və ədalətliliyini müzakirə edərək hesab edir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təyin olunmuş cəza işin hallarına, şəxsiyyətinə və cəza siyasətinə uyğun olmamış, bu səbəbdən təyin edilmiş cəza həmin maddənin sanksiyası həddində bir qədər yüngülləşdirilməlidir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin şəxsiyyətini tədqiq edərək və xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayətin ağırlığını, ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, səmimi peşman olmasını, həmçinin dəymiş ziyanın tamamilə ödənilməsini və zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qeyd edir ki, təyin edilmiş cəza həm əsas, həm əlavə cəzaya münasibətdə yüngülləşdirilməli və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında, o cümədən kommersiya təşkilatlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası əlavə cəza kimi bir ildən üç ilədək müddətə təyin edilir. Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə onun müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növünü əlavə cəza kimi təyin edə bilər. Eyni zamanda, məhkum edilmiş şəxsin törətdiyi əməlin tövsifedici əlamətlərindən göründüyü kimi, hazırkı iş üzrə cinayət məhz şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilmişdir. Göründüyü kimi, əlavə cəzanı təyin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və Cinayət Məcəlləsinin 179.2-ci maddəsinin sanksiyasında bu cıza növünün nəzərdə tutulmaması cəzanın təyin edilməsinə mane olmur. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli Qərarına görə, qanunun tələbləri və Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyi həm əsas, həm də əlavə cəzaların təyin edilməsinə aiddir. Əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayətlərin törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından birinci instansiya məhkəməsi məhkuma cəza növlərini təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almış, cəzanın növünü təyin edərkən cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirmişdir. Amma hazırkı mərhələdə təyin edilmiş əsas və əlavə cəzanın həddi işin törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarauyğun deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini endirməklə də həmin cəzanı məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Həmin Məcəllənin 399.1.5-ci maddəsinə əsasən, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 405-ci maddəsinə əsasən, cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya protestinin və apellyasiya protestinə dəyişikliyin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışını dinləyib apellyasiya protestinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayətinin baxılmasına xitam verilməli, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli 1(002)-9/2025 saylı hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs təyin edilmiş əsas və əlavə cəzanın, yəni 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, o cümədən kommersiya təşkilatlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddəti azaldılmalı, ona 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında, o cümədən kommersiya təşkilatlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 396, 397, 398.1.4, 399.1.5, 405.1.1 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Zərərçəkmiş hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsinə dair ərizəsi təmin edilsin və zərərçəkmiş hüquqi şəxsin apellyasiya şikayətinə dair hissədə şikayətin baxılmasına xitam verilsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və ona edilmiş dəyişiklik qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli 1(002)-9/2025 saylı hökmü dəyişdirilsin. Hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, o cümədən kommersiya təşkilatlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddəti həm əsas, həm əlavə cəzaya münasibətdə endirilərək ona 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında, o cümədən kommersiya təşkilatlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar