Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-131/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Müdafiəçi2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Köbər Zəyzid kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, fərdi tikili evdə kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 1(005)-458/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan olunaraq məhkəməyə verilmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan bir nəfər zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ verən «BCD» kateqoriyalı sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz olan “DAF AD 85 XC” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili 10 yanvar 2022-ci il tarixdə saat 18:13 radələrində Binəqədi rayonu istiqamətindən Baksol yolu ilə Keşlə qəsəbəsi istiqamətinə saatda 10 km sürətlə idarə edərkən yolun ünvan 1 ünvanı hissəsinə çatdıqda piyada X7 yolun hərəkət hissəsinə daxil olub soldan sağa keçməsini, hərəkət üçün təhlükə yaranmasını görüb piyadaya yol vermək məqsədilə avtomobilin surətini azaldaraq dayandırmış, piyada F.İbrahimovun onun idarə etdiyi avtomobilin qarşısından keçməyə imkan yaratmış və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələbinə riayət etməklə, yəni hərəkətə başlamazdan əvvəl piyadanın yolun hərəkət hissəsini boşaltmasını gözləməli və hərəkətin təhlükəsizliyinin təmin olunmasına tam əmin olmalı, hərəkətin digər iştirakçıları üçün mane yaratmamaqla yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, həmin yol hərəkəti qaydalarını pozub piyadanın avtomobilin qarşısından tam keçməsini və hərəkət hissəsini boşaltmasını gözləmədən avtomobili hərəkətə gətirməsi ehtiyatsızlıqdan piyada Fəzail İbrahimovun avtomobilin qabaq sağ hissəsi ilə vurularaq təkərin altına düşməsinə və onun üzərindən keçib sürütləməklə Fəzail İbrahimovun kəllə-tağı və əsası sümüklərinin çoxsaylı qəlpəli açıq sınıqları, baş beynin və qişalarına qansızma, boyun nahiyəsinin əzilmişcırılmış yarası, sağ və sol diz oynağında, sol sağrı nahiyəsinin, sol aşıq-baldır oynağının sıyrılmış yaraları, kəllə tağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyin toxumasının əzilməsi, yan mədəciklərə və qişaları altına qansızma ilə müşayiət edilən həyati xəsarətlər almasına kəllə tağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyin toxumasının əzilməsi, yan mədəciklərə və qişaları altına qansızma kimi aldığı xəsarətlər zərərçəkmış Fəzail İbrahimovun hadisə yerində ölməsinə səbəb olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim H.E.Kamranov) 1(005)- 458/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-458/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi, əməlində cinayət tərkibi olmadığına görə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, istintaq dövründə iş obyektiv araşdırılmamış, birinci instansiya məhkəməsidə verilən ittihamla razılaşaraq işi tam obyektiv aparmayaraq hökm elan etmişdir. Belə ki, Təqsirləndirilən şəxs idarə etdiyi “DA 1 AD 85 XC” markalı ** HZ *** nömrəli beton qarışdıran yük maşınını etibarnamə ilə idarə edir. 10 yanvar 2022-ci il tarixində saat 18:00 radələrində işlərini qurtarıb yaşadığı evə getmək üçün idarə etdiyi yük maşını ilə Baksol yolu ilə Binəqədi rayonu ərazisi istiqamətindən Keşlə qəsəbəsi istiqamətində yola düşmüşdür.Həmin vaxt avtomobil yolunda tıxac olduğundan o, yük maşınını saat 10 km sürətlə idarə etmiş, maşınının kabinində ondan başqa dostluq etdiyi münasibətdə olduğu Fikrət olmuşdur. Avtomobil yolu ilə hərəkətdə olub ünvan 2 ünvanda yerləşən dəmir yolu xəttini keçərkən təxminən 4-5 metr aralı məsafədən yolun sol tərəfindən piyada, əvvəllər tanımadığı adını sonradan öyrəndiyi Fəzail İbrahimov əlində sellofan torba, asta yerişlə yolun ortasına kimi keçməsini görmüşdür.Təqsirləndirilən şəxs piyadaya yol vermək məqsədi ilə idarə etdiyi avtomobilin sürətini tam azaldıb dayanmış, piyada Fəzail İbrahimov hərəkətini davam etdirib onun idarə etdiyi maşının qarşısından tam keçmişdir.Rüfət piyadanın maşının qarşısından tam keçdiyini görüb daha sonra hərkətə başlayıb yolunu davam etdirmiş və dəmiryol xəttini keçib həmin yerdən təxminən 30 metr məsafə qət etdikdən sonra qara rəngli “Nissan” markalı avtomobilin sürücüsü onun idarə etdiyi avtomobili ötüb və Təqsirləndirilən şəxs saxlatdırmağa çalışmışdır.Rüfət avtomobili yolun kənarına yönəldib saxlamış, avtomobildən düşmüş və “Nissan” markalı avtomobilin sürücüsü də düşmüş və ona yaxınlaşaraq piyadanı vurması barədə məlumat vermiş və geriyə qayıtmasını söyləmişdir.Təqsirləndirilən şəxs elə bir şey olmadığını söyləmiş və hadisə harda olması, kimi vurması barədə soruşmuşdur.Həmin şəxs Təqsirləndirilən şəxs geri bir az öncə keçdiyi dəmir yolu xəttinin yanına qayıtmağı və orada vurduğu piyadanı görəcəyini bildirmişdir.Dərhal Təqsirləndirilən şəxs yanında olan dostu Fikrətlə birlikdə həmin şəxsin dediyi yerə qayıtmış və çatanda bir az əvvəl yolu keçmək istəyən yol verdiyi şəxsin yerdə uzanmış vəziyyətdə olmasını görmüş və ətrafına çoxlu adamlar yığışmasını görmüşdür.lnsanlara yaxınlaşaraq beton qarışdıran maşının sahibi olduğunu söyləmiş, həmin insanlar isə ona hadisənin onunla əlaqəsi olmadığını bildirmişlər.Sonradan polis əməkdaşları hadisə yerinə gəlmiş, hadisə yerinə baxış keçirmiş və polislər piyada Fəzail İbrahimovun meyidini maşınla tibbi müayinə üçün ölüxanaya göndərmişlər. Verilən şahid ifadələrində də görsənir ki, Təqsirləndirilən şəxs mərhum Fəzail İbrahimova yolu keçmək üçün yol vermiş və piyada yolu tam keçdikdən sonra yoluna davam etmişdir. Bundan başqa işdə olan diskə nəzər yetirsək müəyyən edərik ki, piyada yolu keçərkən Təqsirləndirilən şəxs avtomobili saxlamış, piyada yol vermiş, piyada isə yolu keçərək yolunu davam etdirmişdir.Rüfətin idarə etdiyi yük maşını ilə Fəzail İbrahimova toxunmağı heç bir görüntüdə öz əksini tapmamışdır.Əgər Təqsirləndirilən şəxs idarə etdiyi yük maşını ilə Fəzail İbrahimova toxunsa idi onu hiss edər dərhal avtomobili saxlayaraq yardım edərdi.Təqsirləndirilən şəxs elə bir sürəti olmayıb ki, onu hiss etməsin.Bildiyimiz kimi yük maşını yerdən çox hündürdü və Rüfət onun keçib getməsini rahat şəkildə görmə imkanı olmuşdur. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materilların məhkəmə ekspertizasına dair 6/487-3/109- 6/508 nömrəli rəyindən görsənir ki, “DAF AD 85 XC markalı” ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobil üzərindən götürülmüş lif nümunələri olan süngülərin səthindən aşkar edilmiş kənar İf mikrohissəcikləri arasında təqdim edilmiş geyim əşyalarının tərkib liflərindən yoxdur.Rəyə əsasən, tədqiqata təqdim edilmiş Fəzail İbrahimova məxsus olduğu qeyd edilən 01 gödəkçənin, 01 ədəd şalvarın, 01 ədəd poliverin, 01 ədəd maykanın, 01 cüt corabın, 01 ədəd alt tumanın və 01 cüt ayaqqabının səthləri üzrərində avtonəqliyyata aid boya mikrohissəciklər və ya lak boya örtüyünün sürtünmə izləri yoxdur.Təqdim edilmiş “DAF AD 85 XC” markalı, ** HZ *** dövlət nörmə nişanlı avtomobilin üzərində olan zədələr, izlər hər hansı bərk və bərk olmayan predmetlə kontakda olması, dəyməsi nəticəsində yaranması mümkündür.Lakin zədə kənarında xüsusi əlamətlər olmadığından konkret olaraq insanla təmasda olması nəticəsində yaranması müəyyən etmək mümkün deyildir. Ekspert tərəfindən təqdim edilmiş rəyə fikir versək açıq aşkar yazılmışdır ki, geyim əşyaların üzərində maşına aid heç bir iz aşkar edilməmişdir.Avomobil üzərində olan zədə insanla təmasda olması nəticəsində yaranması mümkün deyildir. Qeyd etmək istəyirəm ki, Təqsirləndirilən şəxs idarə etdiyi yük maşını yetəri qədər ağır tonajlı yük maşınıdır və həmin avtombil bir anlıq düşünsək ki, Fəzail İbrahimovun üzərindən keçib o nə dərəcədə hiss olunmazdı. Birinci instansiya məhkəməsi ekspert tərəfindən təqdim edilmiş rəyə heç bir önəm verməmiş istintaq tərəfindən verilmiş ittiham yönümlü qərara əsaslanmışdır. Birinci instansiya məhkəməsində iş üzrə məhkəmə video texniki ekspertiza təyin edilməyərək müəyyən edilməyib ki, piyada Rüfətin idarə etdiyi avtomobilin qarşı tərəfi ilə vurulmuşdur yoxsa qarşısından keçdikdən sonra avtomobil hərəkətə başlayarkən kənardan avtomobilin altına müvazinətini itirərək yaxud sair səbəbdən yıxılmışdır.İş materiallarında olan video görüntülərdən açıq aşkar görünür ki, avtomobilin hərəkəti istiqamətinoə yolun sağ tərəfində kifayət qədər qısa məsafədə hündür daş hasar var və piyadanın həmin sahədən büdrüyərək ora keçib getməsini görürük və bu səbəbdən Rüfət hərəkətə başlayaraq avtomobilin altına yıxılması istisna olunmur. Xüsusilə qeyd etmək istəyirəm ki, iş üzrə keçirilmiş ekspertiza rəyindən görünür ki, meyidin üzərində aşkar edilmiş xəsarətlərin onun yandan avtomobil altına düşməsi nəticəsində əmələ gəlməsi mümkündür ya yox? Hesab edirik ki, istintaq ittiham yönülü aparıldığından bu sual istintaq tərəfindən qəsdən ekspertiza qarşısında qoyulmamışdır.Fikrimizcə eyni məqsədlədə hadisənin video görüntüsü mövcud olduğu halda istintaq tərəfindən iş üzrə məhkəmə video texniki ekspertizası təyin edilməmiş və hadisə baş vermə mexanizmi məqsədyönlü şəkildə axıradək tam obyektiv araşdırılmamışdır. Həmin məsələlərin araşdırılması üçün Apellyasiya baxışı zamanı iş üzrə kompleks məhkəmə video texniki və yol nəqliyyat hadisələri ekspertizası təyin edilməlidir.Həmçinin də əlavə məhkəmə tibb ekspertizası keçirilərək meyidin üzərində aşkar edilmiş xəsarətlərin piyadanın hərəkətdə olan avtomobilin altına yoxsa yandan yıxılması zamanı yetirilməsi mümkün olub olmaması araşdırılmalıdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi isə apellyasiya şikayəti verməmişlər. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-458/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X11 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X19 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, hökmün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-458/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Belə ki, birinci instansiya məhkəməsində təqsiriləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilən ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, dolanışıq məqsədilə X4 adına olan DA 1 AD 85 XC markalı **-HZ-*** nömrəli beton qarışdıran yük maşınını etibarnamə ilə idarə edir, həmin maşınla müştərilərin verdikləri sifarişləri yerinə yetirərək qazanc əldə edir. Maşının sahibi ilə aralarında olan razılığa görə işlərdən əldə olunmuş qazancı yarı bölürlər. 10 yanvar 2022- ci il tarixdə, saat 18:00 radələrində işlərini qurtarıb yaşadığı evə getmək üçün idarə etdiyi yük maşını ilə Baksol yolu ilə Binəqədi rayonu ərazisi istiqamətindən Keşlə qəsəbəsi istiqamətinə yola düşmüşdür. Həmin vaxt avtomobil yolunda tıxac olduğundan o, yük maşınını saatda 10 km sürətlə idarə etmişdir, maşının kabinində ondan başqa dostluq münasibətində olduğu Fikrət olmuşdur. Avtomobil yolu ilə hərəkətdə olub Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 20/96 saylı ünvanda yerləşən dəmir yol xəttini keçərkən təxminən 4-5 metr aralı məsafədən yolun sol tərəfindən piyada, əvvəllər tanımadığı adını sonradan bildiyi X7 əlində sellofan torba, asta yerişlə yolun ortasına kimi keçməsini görmüşdür. Təqsirləndirilən şəxs piyadaya yol vermək məqsədilə idarə etdiyi surətini tam azaldıb dayanmış, piyada Fəzail İbrahimov hərəkətini davam etdirib onun idarə etdiyi maşının qarşısından keçmişdir. O, piyadanın maşının qarşısından tam keçdiyini görüb daha sonra hərəkətə başlayıb yolunu davam etdirmiş və dəmiryol xəttini keçib həmin yerdən təxminən 30 metr məsafə qət etdikdən sonra qara rəngli “Nissan” markalı, nömrəsinə diqqət yetirə bilmədiyi avtomobilin sürücüsü onun idarə etdiyi avtomobili ötüb və Təqsirləndirilən şəxs saxlatdırmağa çalışmışdır. O, avtomobili yolun kənarına yönəldib saxladıqdan sonra həmin avtomobilin sürücüsü idarə etdiyi avtomobili onun avtomobilinin qarşısında saxlamışdır. Təqsirləndirilən şəxs maşından düşdükdən sonra həmin avtomobilin sürücüsü də avtomobilindən düşmüş, ona yaxınlaşmış və Təqsirləndirilən şəxs piyadanı vurması barədə məlumat verib geriyə qayıtmalı olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs piyadanı vurmasını hiss etmədiyi üçün harada, kimi vurmasını soruşmuşdur. Həmin şəxs ona geri bir az öncə keçdiyi dəmir yolu xəttinin yanına qayıtmağı və orada vurduğu piyadanı görəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilində sərnişin qismində olan Fikrətlə birlikdə piyada həmin şəxsin dediyi yerə qayıtmış və çatanda bir az əvvəl yolu keçmək üçün yol verdiyi piyada Fəzail İbrahimov yerdə uzanmış vəziyyətdə olmasını və ətrafına çoxlu adamlar yığışmasını görmüşdür. Oradakı insanlardan eşitdiyi qədər həmin şəxsi beton qarışdıran maşının vurmasını öyrənmişdir. İnsanlara yaxınlaşaraq beton qarışdıran maşını idarə etdiyini bildirsə də, həmin insanlar ona hadisənin onunla bir əlaqəsinin olmadığını bildirmişlər. Biraz keçmiş hadisə yerinə polis əməkdaşları gəlib baxış keçirmişlər və orada olduğu üçün onu da hadisə yerində görmüşlər. Baxış keçirdikdən sonra polislər piyada Fəzailin meyitini maşınla tibbi müayinə olunması üçün ölüxanaya göndərmiş və hadisə yerindən getmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, X8 o vurmamışdır. O, Fəzail İbrahimovun yolu keçdiyini gördüyü üçün nəqliyyat vasitəsini saxlamış, piyadanın tam keçdiyini gördükdən sonra hərəkətini davam etdirmişdir. Lakin piyadanın yolu keçdiyini görməsi üçün yan və arxa güzgülərə baxa bilməmişdir. Belə ki, həmin güzgülərə baxdıqda ondan arxada “Shacdman” markalı yük maşınını görmüşdür. Fəzail İbrahimovun yas mərasimində iştirak edərək yas mərasiminin xərclərinin qarşılaması əsası kimi isə bildirmişdir ki, hadisədə onun bir təqsiri olmasa da, sadəcə insanların çoxu günahkar kimi onu gördüyü üçün o da bunu etmək məcburiyyətində qalmışdır. Apellyasiya baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadə verərək , birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, zərərçəkmiş şəxsə yol vermiş, zərərçəkmiş şəxs onun maşınının önündən keçmiş, aralandıqdan sonra onu taksi sürücüsü saxladıb adam vurmusan demiş, o isə öz növbəsində hadisə yerinə qayıtmış, lakin sonra həmin şahid gəlib, qardaş bunu sən vurmamısan demiş, ordakı camaat da bu sənin maşınıva dəyməyib deyə bildirmişdir, həmçinin onun maşınının ağır tonlu maşın olması səbəbindən onun zərərçəkmiş şəxsi vuracağı təqdirdə zərərçəkmiş şəxsin daha pis vəziyyətdə olma ehtimalının yüksək olduğunu, amma o adamın bircə başının partladığını, bir də əlində qaraltı olduğunu, onun həmin gün bölməyə qayıtdığını, maşına baxış keçirilməsindən ötrü bölmədən adam apardığını, maşında heç nə tapılmadığını, zərərçəkmiş şəxsin maşının harasına isə dəyəcəyi təqdirdə iz qalmalı olduğunu, mərhumun paltarında da maşına aid heç nə tapılmadığını, onun zərərçəkmiş şəxsə yol verdiyini, zərərçəkmiş şəxsin əlində sumka ilə maşının qabağından, gəlib keçdiyini, həmin vaxt tıxac olduğunu, onun maşının arxasından da “Shacman” maşının gəldiyini, biraz aralandıqdan sonra taksi sürücüsünün onu gəlib saxladığını, “sənin maşınının altından adam çıxdı” dediyini, “onun isə harda?”,deyə soruşduğunu, cavabında onu saxladan sürücünün “pryezde” dediyini, onun isə “axı mən ona yol verdim” cavabını verdiyini, sürücünün isə “yox e qayıt dala” dediyini, onun tıxac olduğundan maşını saxladıb, piyada gəldiyini, gəldikdə adamın yerdə olduğunu, iki-üç nəfər də adamın onun başına yığıldığını, onlara “mən mikser şoferiyəm” deyə söylədiyini, oradakı şəxslərin “qardaş sən onu vurmadın axı yol verdin” dediyini, onun isə “bir taksi sürücüsü saxladı ki, adam vurmusan, qayıt dala” dediyini əlavə etdi. Birinci instansiya məhkəməsində zərər çəkmiş şəxs X7 hüquqi varisi X11 bildirmişdir ki, 10 yanvar 2022-ci il tarixdə, axşam vaxtları saat 19:00 radələrində işdən evə gedən zaman atasının iş yoldaşı Bəhruz adlı şəxs ona telefon vasitəsi ilə zəng vurub bildirmişdir ki, bir az əvvəl atası Fəzaili işdən çıxıb evə gedərkən evin yaxınlığında yolu keçən zaman maşın vurmuşdur və atası aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. O, bunu bildikdən sonra dərhal hadisə baş vermiş yerə yəni, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 20/96 saylı ünvanda yerləşən Setka Toxuma sexinin bərabərliyindəki avtomobil yoluna gəlmiş və orada ona məlum olmuşdur ki, polislər hadisə yerinə baxış keçirdikdən sonra atasının meyitini xəstəxanaya göndərmişlər. Dəqiqləşdirmişdir ki, atasının meyitini ekspertiza müayinəsi üçün Bakı şəhəri 5 saylı xəstəxananın həyətində yerləşən morqa aparıblar və həmin yerə gəlmişdir. Həmin yerə gəldikdə görmüşdür ki, orada polis əməkdaşları və başqa tanımadığı şəxslər var. Həmin yerdə olan polis əməkdaşları ilə söhbət etdikdə ona məlum olmuşdur ki, atası Fəzaili Ə.Qayıbov küçəsində yolu keçərkən avtomobil yolu ilə hərəkət edən sürücü əvvəllər tanımadığı adı polislərdən ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi yük maşını ilə vurub xəsarət yetirmişdir. Bundan sonra atası Fəzailin meyitini həkimlər tibbi müayinə etdikdən sonra təhvil almışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 10 yanvar 2022-ci il tarixdə, saat təxminən 18:00 radələrində işə getmək üçün yaşadığı Masazır qəsəbəsində əvvəllər tanımadığı, adını sonradan bildiyi Ülvi adlı şəxsin idarə etdiyi “Nissan” markalı nömrəsinə diqqət yetirmədiyi taksi maşınına arxa oturacaqda əyləşmişdir. İş yerinin yerləşdiyi yerə getmək üçün Ülvi maşını idarə edib Baksol yolu ilə Binəqədi rayonu ərazisi istiqamətindən Keşlə qəsəbəsi istiqamətində hərəkət edirdi. Həmin vaxt avtomobil yolunda tıxac olduğundan və hava qaranlıq olduğundan Ülvi maşını asta sürətlə idarə edirdi. Həmin vaxt hərəkətdə olduqları maşının qarşısında təxminən 10 metr aralı məsafədə adını sonradan bildiyi Rüfət adlı şəxs idarə etdiyi beton qarışdıran yük maşını ilə hərəkət edirdi. Tıxac səbəbindən yavaş hərəkət etdikləri üçün diqqət yetirmişdir ki, Rüfətin idarə etdiyi yük maşını **-HZ-*** qeydiyyat nömrəlidir. Avtomobil yolu ilə hərəkətdə olub Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 20/96 saylı ünvanda yerləşən dəmir yolu relslərinə çatıb keçərkən təxminən 10 metr aralı məsafədən görmüşlər ki, qarşıda hərəkət edən Rüfətin idarə etdiyi maşının altından əvvəl sellofan torbada olan iki çörək və arxası ilə tanımadığı kişi çıxıb yerə düşdü. Həmin vaxt Ülvi dərhal piyadanın düşdüyü yerdən aralı məsafədə avtomobili saxladı və görmüşlər ki, Rüfətin maşının altından çıxan piyada yerdən durmadı və yolun ortasında qaldı. Hadisə baş verdiyini görüb həmin yerdə hərəkət edən bütün sürücülər maşınları dayandırdılar. Həmin vaxt Rüfət yük maşınını hərəkət etdirib hadisə baş vermiş yerdən aralaşdı. Rüfətin maşınla hadisə yerindən aralaşdığını görüb ona hadisə barədə məlumat vermək məqsədilə Ülvi idarə etdiyi avtomobili hərəkət etdirib onun maşınının arxası ilə getdi və təxminən 30 metr aralaşdıqdan sonra səs siqnalı verib onun idarə etdiyi maşının qarşısına keçib dayandırmasını işarə etdi. Rüfət maşını saxladıqdan sonra Ülvi idarə etdiyi maşını yolun kənarında Rüfətin maşınının qarşısında bir az aralıda saxlayıb maşından düşüb ona tərəf yaxınlaşdı. Həmin vaxt o da maşından düşüb onlara yaxınlaşmışdır. Rüfət maşından düşüb onlara yaxınlaşdıqda o, sürücü Ülvi ilə birlikdə ona demişlər ki, yolu keçən piyada maşının təkərinə ilişib altından çıxıb yerə düşdü və hazırda yolun ortasında qalıb. Həmin vaxt onun yanında bir nəfər tanımadıqları kişi var idi. Bunu dedikdən sonra Rüfət həyacandan əlləri ilə başını tutub onlara heç bir söz demədən geri hadisə yerinə getmişdir. Həmin vaxt o, işə gecikdiyi üçün hadisə yerində qala bilməmiş və Ülvi ilə birlikdə həmin yerdən aralaşaraq iş yerinə gəlmişdir. Sonradan nə baş verməsi barədə heç bir məlumatı yoxdur. O, piyadanın beton qarışdıran yük maşınını idarə edən Rüfətin maşınının altından çıxıb yerə düşdüyünü görmüşdür. Həmin vaxt hərəkətdə olduğu maşını idarə edən Ülvi adlı şəxs bunu görüb piyada düşdüyü yerə çatana qədər aralı məsafədə maşını saxlamışdır. Lakin hadisə baş verən vaxt hava qaranlıq olduğundan maşın onlardan irəlidə hərəkət etdiyi üçün piyadanı necə vurmasını görə bilməmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 10 yanvar 2022-ci il tarixdə, saat 18:00 radələrində tanışı Rüfətlə birlikdə sonuncunun idarə etdiyi beton qarışdıran yük maşını ilə Baksol yolu ilə Binəqədi rayonu ərazisi istiqamətindən Keşlə qəsəbəsi istiqamətinə hərəkət etmişlər. Həmin vaxt avtomobil yolunda tıxac olduğundan Rüfət yük maşınını saatda 10 km sürət ilə idarə etmişdir. O, maşının kabinində Rüfətin yanında əyləşmişdir. Avtomobil yolu ilə hərəkətdə olub Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 20/96 saylı ünvanda yerləşən dəmir yol xəttinə çatıb keçərkən təxminən 4-5 metr aralı məsafədən yolun sol tərəfindən piyadanın əlində sellofan torba ilə asta yerişlə yolun ortasına kimi keçib və hərəkətini davam etdirməsini görmüşdür. Rüfət həmin piyadaya yol vermək məqsədilə idarə etdiyi maşının sürətini tam azaldıb dayandırmış və piyada Fəzail İbrahimov hərəkətini davam etdirib hərəkətdə olduqları maşının qarşısından keçmişdir. Rüfət piyada Fəzailin maşının qarşısını tam keçdiyini görüb sonra maşını hərəkət etdirib yoluna davam etməyə başlamışdır və dəmiryol xəttini keçib həmin yerdən təxminən 30 metr aralanmışdır. Hərəkətdə olan zaman görmüşdür ki, qara rəngli “Nissan” markalı nömrəsinə diqqət yetirə bilmədiyi maşının sürücüsü hərəkətdə olduqları maşını ötüb və sonra onları saxlatdırmağa çalışır. Rüfət maşını yolun kənarına verib saxladıqdan sonra həmin maşının tanımadığı sürücüsü idarə etdiyi maşını onlardan irəlidə saxlamışdır. O, və Rüfət maşından düşdükdən sonra həmin maşının sürücüsü maşından düşüb Rüfətə yaxınlaşmış, və «sən maşınla adam vurmusan, hara gedirsən geri qayıtmaq lazımdır» demişdir. Rüfət idarə etdiyi maşınla hansı adamı vurduğunu soruşanda həmin şəxs geri dəmir yol xəttinin yanına qayıtmağı və orada maşınla vurulanı görəcəyini söyləmişdir. Bundan sonra Rüfətin avtomobili orada qalmış və onlar birlikdə piyada həmin şəxsin dediyi yerə qayıtmışlar. Hadisə yerinə gəldikdə bir az əvvəl yol verdikləri piyadanın yerdə uzanmış vəziyyətdə olduğunu və ətrafına çoxlu adamlar toplaşdığını görmüşlər. Həmin şəxslərə yaxınlaşdıqda məlum olmuşdur ki, Fəzail yolu keçərkən maşınla vurulması nəticəsində xəsarət alıb yerə yıxılıb və aldığı xəsarətlər ağır olduğu üçün ölmüşdür. Rüfət orada olan şəxslərə bildirmişdir ki, o, betonqarışdıran maşının sürücüsüdür. Bundan sonra Rüfət hadisədən həyəcanlı olduğundan və əvvəl nə baş verdiyini tam anlaya bilmədiyindən bir söz demədən kənara çəkilmişdir. Rüfətin həyacanlı olduğunu gördüyü üçün dəstək olmaq məqsədilə yanında dayanmışdır. Hadisə yerinə polis əməkdaşları gəlib baxış keçirmişlər və Rüfəti hadisə yerində görmüşlər. Baxış keçirdikdən sonra polislər piyada Fəzailin meyitini maşınla meyidxanaya göndərmişlər və hadisə yerindən getmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 10 yanvar 2022-ci il tarixdə, saat 18:00 radələrində Binəqədi rayon ərazisində olan işini görüb, idarə etdiyi yük maşınında qalan metal yükünü «Şeş Beş» adlanan ərazidə yerləşən yerdə boşaltmaq üçün Binəqədi rayon ərazisi istiqamətindən Baksol yolu ilə hərəkət etmişdir. Həmin vaxt qeyd olunan yolda avtomobil tıxacı olduğu üçün maşını saatda 10-15 km sürət ilə idarə etmişdir, maşının kabinində ondan başqa kimsə olmamış, maşının yük yerində təxminən 2-3 ton ağırlığında metal hissələri olmuşdur. Həmin vaxt ondan qarşıda təxminən 1 metr aralı məsafədə markasına və nömrəsinə diqqət yetirmədiyi sedan maşını hərəkət etmiş, həmin maşından təxminən 1 metr aralı məsafədə «DAF» markalı nömrəsinə diqqət yetirə bilmədiyi yük maşını hərəkət etmişdir. Qeyd olunan avtomobil yolu ilə hərəkətdə olub ünvan 3 ünvanda yerləşən dəmiryol relslərini keçmək üçün təxminən 1 metr məsafə qalmış diqqət yetirmişdir ki, ondan irəlidə hərəkət edən sedan markalı maşının sürücüsü qarşısında yaranmış hansısa maneədən qaçmaq üçün idarə etdiyi avtomobili qəflətən sola istiqamətləndirdi. Buna görə o, əvvəl ehtiyatlandığı üçün ayağını maşının qaz pedalından çəkmişdir. Həmin vaxt o, yolun ortasında çörək olduğunu görüb maşının təkəri ilə çörəyin üstündən keçməmək üçün maşının sükanını sola burub ortalama çörəyin üstündən ötüb keçmişdir və sonra diqqət yetirmişdir ki, hərəkət yolunun sağ kənarında yerə yıxılmış və uzanıqlı vəziyyətdə tanımadığı orta yaşlı kişi var və ətrafına tanımadığı 3 nəfər adam yaxınlaşaraq yığışmışlar. Düşünmüşdür ki, yəqin həmin şəxs sərxoşdur və bu səbəbdən yolun kənarında verə uzanıb. Buna baxmayaraq o, ehtiyat məqsədi ilə idarə etdiyi maşının tormozunu sıxıb həmin yerdə keçən dəmiryol relslərinin üstündə maşını tam dayandırmışdır. Həmin vaxt yerə uzanmış vəziyyətdə olan şəxsə yaxınlaşmış tanımadığı şəxslərdən biri əl işarəsi ilə ona işarə edib maşını hərəkətsiz vəziyyətdə saxlamağını bildirmişdir. Sonra həmin şəxs əl işarəsi ilə ona maşınla hərəkət edib həmin yeri ötüb keçməyini bildirmişdir. O, maşını hərəkət etdirib dəmiryol relslərini keçib hərəkətini davam edərək həmin yerdən aralaşmışdır və qeyd etdiyi ünvana gedib maşında olan yükü boşaltmışdır. Həmin gün yükü boşaltdıqdan sonra o, yaşadığı evə gəlmişdir və evdə olan zaman bir nəfər şəxs zəng vurub özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirmiş və sonra ona Nərimanov Rayonu 17-ci Polis Şöbəsinə gəlməyini demişdir. O, çağırışla bağlı qeyd olunan Polis Şöbəsinə gəldikdən sonra polis əməkdaşlarından ona məlum olmuşdur ki, Baksol yolunda qeyd etdiyi yerdə yolun kənarında yerə yıxılaraq uzanıqlı vəziyyətdə olan şəxs əvvəllər tanımadığı adını sonradan bildiyi X14 maşınla vurulması nəticəsində xəsarət alaraq yerə yıxılmışdır və aldığı xəsarətlər ağır olduğundan hadisə yerində ölmüşdür. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək, Dərnəgüldə yaşadığını, evdən çıxıb Koroğluya getməsi ilə bağlı avtobusa minmək üçün avtobus dayanacağında dayandığını, rəhmətə gedən şəxsi də, onun ailəsini də tanıdığını, zərərçəkmiş şəxsin çörək alıb, yolu bir tərəfdən digər tərəfə keçdiyini, ona heç bir maşının dəymədiyini, maşının ona aidiyyəti olmadığını bildirdi. Məhkəmə kollegiyasının verdiyi suallara cavab olaraq şahid X5 zərərçəkmiş şəxsin “DAF AD 85 XC” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurularaq yerə yıxıldığını görmədiyini, sadəcə olaraq hadisə baş verdikdən sonra kömək etdiyini, zərərçəkmiş şəxsin əlindən çörəyi götürdüyünü bildirdi. İbtidai araşdırma zamanı verdiyi və birinci instansiya məhkəməsində tədqiq edilərək elan edilmiş ifadəsində Şahid1 göstərmişdir ki, o, dolanışıq məqsədilə sürücülük vəsiqəsi əsasında idarə etdiyi Nissan Sunny markalı **-FM-*** nömrəli avtomobildən taksi kimi istifadə edir. İdarə etdiyi maşınla şəhərdaxili sərnişin, daşınması ilə məşğul olur. 10 yanvar 2022-ci il tarixdə saat 18:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində maşına müştəri kimi əyləşmiş əvvəllər tanımadığı adını sonradan Sevinc kimi bildiyi qadını sifariş verdiyi yerə, yəni metronun «Ulduz» stansiyasının yaxınlığına aparmaq üçün Baksol yolu ilə Binəqədi rayonu ərazisi «istiqamətindən Keşlə qəsəbəsi istiqamətinə hərəkət etmişdir. Həmin vaxt avtomobil yolunda tıxac olduğundan o, maşını saatda 10 km. sürətilə idarə etmiş Sevinc adlı sərnişin isə arxa otuıracaqda əyləşmişdir. Həmin vaxt onun avtomobilinin qarşısında, təxminən 10 metr aralı əıəsafədə beton qarışdıran yük maşını hərəkətdə olmuşdur. Tıxac səbəbindən yavaş hərəkət etdiyi üçün araşdırma zamanı adını bildiyi Rüfətin idarə etdiyi yük maşını dövlət qeydiyyat nişanının **-HZ-*** olmasını görmüşdür. ünvan 4 ünvanda yerləşən dəmir yol xəttini keçərkən təxminən 10 metr aralı məsafədən qarşısında hərəkətdə olan Rüfətin idarə etdiyi avtomobilin altından əvvəl selofan torbadakı iki çörək və sonra isə tanımadığı bir nəfərin çıxıb yerdə qalmasını görmüşdür. Şahid1 dərhal piyadanın düşdüyü yerdən təxminən 7 metr aralı məsafədə avtomobili saxlamışdır və Rüfətin maşının altından çıxan piyadanın yerdən qalxmadığını, yolda olan digər sürücülərin avtomobillərini saxladıqlarını müşahidə etmişdir. Rüfətin yük maşınını hərəkət etdirib hadisə yerindən aralandığını görüb Rüfətin hadisədən xəbəri olmadığını başa düşmüş və ona hadisə törətməsi barədə məlumat vermək məqsədilə avtomobilini onun avtomobilinin arxası ilə sürmüş təxminən 30 metr aralandıqdan sonra səs siqnalı verib Rüfətin idarə etdiyi maşının qarşısına keçib dayanmasına işarə etmişdir. Rüfət maşını saxladıqdan sonra avtomobili onun avtomobilinin qarşısında saxlayıb maşından düşmüş, Rüfət maşından düşüb ona yaxınlaşdıqda ona vurduğu piyadanın maşının təkərinə ilişdiyindən bir qədər məsafə sürütdürdükdən sonra altından çıxıb yerdə qalması barədə məlumat verəndə, Rüfətin hadisədən məlumatı olmamasım başa düşmüşdür. Belə ki, Rüfət həyacandan əlləri ilə başını tutmuş ona heç bır söz demədən avtomobilində olan sərnişinlə geri hadisə yerinə qəlmişdir. Həmin vaxt maşınında olan sərnişin tələsdiyi üçün o, hadisə yerində qala bilməmiş və maşını idarə edib həmin yerdən aralanaraq müştərini sirafiş verdiyi yerə aparmışdır. Sonradan nə baş verməsi barədə onun heç bir məlumatı yoxdur. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək, ayın tarixinin dəqiq yadında qalmadığını, ancaq həmin vaxt Dərnəgül istiqamətində hərəkət etdiyini, sürət həddinin aşağı olduğunu, yolda çörək gördüyünü və onu götürmək üçün maşını saxladığını, həmin vaxt isə bir nəfərin də yerdə uzandığını, ondan sağ tərəfdə “Shacman” markalı maşının olduğunu, özünün isə ikinci yolda hərəkət etdiyini, Rüfətin maşının yolu keçməsi, səbəbindən birdən nəsə olma ehtimalını düşünüb onun maşınını saxlatdırdığını, Rüfətə belə bir hadisə olduğunu, onun edib-etmədiyini soruşduğunu, Rüfətin isə öz növbəsində “yox” cavabı verdikdən sonra onun hadisə yerinə qayıtdığını, özünün isə işinin dalınca getdiyini bildirdi. Apellyasiya baxışı zamanı ekspert qismində dindirilmiş X15 məhkəmə baxışı zamanı ünvanlanmış suallara cavab olaraq bildirdi ki, iş üzrə istintaq orqanının qərarında məhkum edilmiş şəxsin qaçması qeyd olunmuş, bu isə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37.4-cü maddəsi ilə uyğunsuzluq təşkil etmiş, zərərşəkmiş şəxsə toxunub-toxunmaması ilə bağlı məsələyə dair digər ekspert tərəfindən baxılıb rəy verilmiş, iş materiallarında olan ümumi məlumatlara istinad etmiş, həm istintaq mexanizmi, şahid ifadələri, baxış protokolu, həmçinin iş üzrə digər materiallara istinad etmişdir. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə” 11 yanvar 2022-ci il tarixli, 2/240 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. İş materiallarında olan “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X12 tərəfindən etibar edilən Təqsirləndirilən şəxs 31 may 2022-ci il tarixdə DAF AD 85XC yük markalı nəqliyyat vasitəsini istifadə etmək üçün etibarnamə verilmişdir. İş materiallarında olan AC 738600 seriya və nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə xx.xx.2029-cu il tarixədək etibarlı olan “BCD” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan “Paltarların götürülməsi və baxış keçirilməsi haqqında” 17 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, mərhum piyada X7 hadisə zamanı əynində olmuş 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd poliver, 01 ədəd mayka, 01 cüt corab, 01 ədəd alt tumanı və 01 cüt ayaqqabı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X13 X23 02 fevral 2022-ci il tarixli, 04 nömrəli meyitin ekspertizasının rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – kəllə - tağı və əsası sümüklərinin çoxsaylı qəlpəli açıq sınıqları, baş beyin və qişalarına qansızma, boyun nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ və sol dız oynağında, sol sağrı nahiyəsinin, sol aşıq-baldır oynağının sıyrılmış yaraları, həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. X1 ölümünə səbəb – kəllə tağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyin toxumasının əzilməsi, yan mədəciklərə və qişaları altına qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi təsdiq edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasına dair 6/487-3/109-6/508 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “DAF AD 85 XC” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən götürülmüş lif nümunələri olan süngərlərin səthindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında təqdim edilmiş geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, X9 məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin, 01 ədəd şalvarın, 01 ədəd poliverin, 01 ədəd maykanın, 01 cüt corabın, 01 ədəd alt tumanın və 01 cüt ayaqqabının səthləri üzərində avtonəqliyyata aid boya mikrohissəcikləri və ya lak-boya örtüyünün sürtünmə izləri yoxdur. Təqdim edilmiş “DAF AD 85 XC” markalı, **-HZ-*** dövlət nömrə nişanlı avtomobilin üzərində olan zədələr, izlər hər hansı bərk və bərk olmayan predmetlə kontakda olması, dəyməsi nəticəsində yaranması mümkündür. Lakin zədə kənarında xüsusi əlamətlər olmadığından konkret olaraq insanla təmasda olması nəticəsində yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş geyim əşyalarından gödəkçənin, jaketin, şalvarın üzərində rəyin təsviri hissəsində şərh olunan zədələr, izlər vardır. Həmin zədələr, izlər öz formasına, quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk (küt) predmetlə kontakda olması, ilişməsi, sürtünməsi nəticəsində yaranması mümkündür. Həmin zədələr yol nəqliyyat hadisəsi zamanı yarana bilər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 254 manat təşkil edir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 10 fevral 2022-ci il tarixli protokoldan görünür ki, kameranın müşahidə zonasının qarşısında yerləşən avtomobil yolunda fiksə edilmiş görüntünün 18:13:30 saniyəsində, yəni kameranın görüntü monitorunda qeydə alınmış qeyd olunan saniyəsində avtomobil yolu ilə hərəkət edən beton qarışdıran maşının altından çıxan insan yolun ortasına düşür və həmin vaxt onun dərhal arxası ilə aralı məsafədə hərəkət edən avtomobillərin sürücüləri hadisəni görüb dərhal idarə etdikləri avtomobilləri dayandırırlar. Beton qarışdıran yük maşını isə hərəkətini davam etdirərək həmin yerdən aralaşır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına dair 24 iyun 2022-ci il tarixli, 8/1605 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, DAF AD 85 XC markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18 iyul 2022-ci il tarixli məktubundan görünür ki, X2 məlumatına əsasən, vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə “BCD” kateqoriyalı, AC 738600 seriya və nömrəli sürücülük vəsiqəsi verilmişdir. Həmin sürücülük vəsiqəsi xx.xx.2029-cu il tarixədək aktivdir. İş materiallarında olan “Cinayət işləri üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi və əməlin tövsif edilməsi barədə” 27 iyun 2022-ci il tarixli qərardan görünür ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 236.2 və 264-cü maddələrindən həmin Məcəllənin 263.2-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs həmin maddə ilə ittiham verilməsi üçün kifayət hesab edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin tərkibi olmadığından həmin hissədə barəsində cinayət təqibinə xitam verilməsi, baş vermiş hadisənin fiksə edildiyi və köçürülərək istintaqa təqdim edildiyi 01 ədəd CD disk sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsi, istintaq zamanı götürülmüş mərhum piyada X7 hadisə zamanı əynində olmuş 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd poliver, 01 ədəd mayka, 01 cüt corab, 01 ədəd alt tumanı və 01 cüt ayaqqabı sübut əhəmiyyəti olduğundan maddi sübut kimi tanınması və məhkəmə baxışınadək saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 28 iyun 2022-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan AZ-İİ № 615810 nömrəli və AZ-İ 894632 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs müvafiq olaraq 27 sentyabr 2010-cu il təvəllüdlü X18 adlı və 24 yanvar 2007-ci il təvəllüdlü X16 adlı 2 övladı vardır. İş materiallarında olan Zərərçəkmiş şəxsin hüquqi varisi X3 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. İşin apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 məhkəmə kollegiyasına Təqsirləndirilən şəxs cinayət işi üzrə kompleks məhkəmə video-texniki və məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilməsinə dair vəsatət vermiş və məhkəmə kollegiyasının 10 may 2023-cü il tarixli qərarı ilə həmin vəsatət təmin edilərək iş üzrə kompleks məhkəmə video-texniki və məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 14 iyul 2023-cü il tarixli, 8/1591-4/938 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd optik diskdə qeydə alınmış videoyzılardakı görüntülərə görə hadisənin baş vemə şəraitini və Təqsirləndirilən şəxs idarə etdiyi “DAF AD 85 XC” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin piyada (mərhum) Fəzail İbrahimova toxunub-toxunmadığını müəyyən etmək mümkün olmamışdır. Videoyazılarda qeydə alınan kadrlardakı görüntülər kifayət qədər keyfiyyətli olmadığından Audio və videoyazıların məhkəmə ekspertizası yolu ilə hadisənin baş vermə şəraitini və Təqsirləndirilən şəxs idarə etdiyi “DAF AD 85 XC” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin piyada (mərhum) Fəzail İbrahimova toxunub-toxunmadığını müəyyən etmək mümkün olmamışdır. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara uyğun tədqiqat aparılaraq aşağıdakı nəticəyə gəlinmişdir ki: “DAF AD 85 XC” markalı 99HZ943 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-cİ hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə kollegiyası məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə verilmiş rəyləri iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə təhlil edərək həmin rəyi şübhə altına almağa əsas görmür, rəydə hər hansı natamamlıq müəyyən etmir və hesab edir ki, verilmiş həmin rəylər işin həqiqi hallarına tam uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut, o cümlədən ekspert rəyi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Kollegiya xüsusi vurğulamağa lüzum bilir ki, iş materiallarında olan sübutlar: yəni mərhumun bədən səthində aşkar edilmiş xəsarətlərin və paltarlarındakı zədələrin yaranma mexanizminə dair tibbi və trassoloji ekspertizaların rəyləri, məhkəmə-avtotexniki ekspertizalarının rəyləri, “diskə baxış keçirilməsi haqqında” 10 fevral 2022-ci il tarixli protokolda, görüntünün 18:13:30 saniyəsində, avtomobil yolu ilə hərəkət edən beton qarışdıran maşın keçdikdən sonra onun qət etdiyi yolda bir nəfərin yolun ortasına düşməsi, arxada hərəkət edən avtomobillərin dərhal idarə etdikləri avtomobilləri dayandırması, beton qarışdıran yük maşınının hərəkətini davam etdirərək oradan uzaqlaşması, onun arxasınca gedən taksi sürücüsü Şahid1 Təqsirləndirilən şəxs saxlayaraq hadisə barədə məlumatlandırması və hadisə yerinə qaytarması barədə ifadələri, eləcə də digər dəlillərin müqayisəsi onu deməyə əsas verir ki, zərərçəkmiş şəxs həqiqətən Təqsirləndirilən şəxs idarə etdiyi yük maşını ilə vurulmuş, sonuncunun ittiham edildiyi əməli törətməkdə təqsirli olması iş materialları ilə tam sübuta yetirilmişdir. İnkar edilmir ki, hadisə anında idarə etdiyi yük maşınının ağır çəkili və böyük qabaritli olması, sükanın hündürlüyü və bilavasitə yük maşınının qarşı aşağı hissəsinə lazımi diqqət etməməsi, yoldakı səs-küy və sıxlıq şəraiti Təqsirləndirilən şəxs törətdiyi məlum hadisəni dərhal hiss etməməsinə səbəb bilərdi, lakin birmənalı aydın olur ki, o sükan arxasında olarkən piyadanın tam şəkildə yolu keçməsinə əmin olmadan, keçdiyini düşünərək nəqliyyat vasitəsini hərəkətə gətirməklə bədbəxt hadisəni törətmişdir. Digər tərəfdən, onun zərərçəkmiş tərəflə barışması və onlara dəymiş ziyanı ödəməsi onlar qarşısında dolayı yolla təqsirini etiraf etməsi kimi də qiymətləndirilə bilən məqamlardandır. Beləliklə, cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs barəsində bəraətin əsaslarının müəyyən edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilmiş hallar müəyyən edilmədiyindən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilə bilməz, bu barədə apellyasiya şikayətinin dəlilləri müdafiə tərəfinin subyektiv mülahizələri üzərində qurulmaqla Təqsirləndirilən şəxs barəsində cinayət təqibini istisna etmir. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxs X7 hüquqi varisi X11 ilə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbi olmamış və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.1059.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə almaqla birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə cəza təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 oktyabr 2022ci il tarixli, 1(005)-458/2022 nömrəli hökmü isə qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə ekspertizasının dəyəri – 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 1(005)-458/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə ekspertizasının dəyəri – 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Həsən Əhmədov Ziya Şirinov
Məhkəmə qərarları › İş №1(103)-131/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-131/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver