Məhkəmə qərarları › İş №1(103)-1314/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1314/2022

28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1314/2022 28.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X5 və X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi - X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X3, Məhkum - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2vanında yaşamış, 01 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(101)-473/2022 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(101)-473/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 iyun 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs ümumilikdə aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalan 264,9 qram psixotrop maddə metamfetamin, 18139,62 qram narkotik vasitə heroin, 152,029 qram narkotik vasitə qurudulmuş marixuana, 739,95 qram narkotik vasitə tiryək, 250 ədəd narkotik vasitə metadon həbləri və bir ədəd elektron tərəzi məhv edilməsi, “Samsung Galaxy” markalı mobil telefon aparatının Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılması, X4 üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı, həmçinin mənzilə baxış və götürmə zamanı aparılmış videoçəkilişlərin olduğu iki ədəd DVD və 5 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması, məhkəmə məsrəfləri hesab edilən 88 (səksən səkkiz) manat 70 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsi, iş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif olunan əmlakın olmaması nəzərə alınması hökm edilmişdir. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs naməlum tarixdə və şəraitdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti məlum olmayan “Məhəmməd” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli şəkildə təmiz çəkisi 152,29 qram narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda - təmiz çəkisi 18140 qram narkotik vasitə heroin, külli miqdarda - təmiz çəkisi 740 qram narkotik vasitə tiryək, külli miqdarda - tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 10,4 qram təşkil edən 260 ədəd həblər və külli miqdarda - təmiz çəkisi 265 qram psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə, həmin narkotik vasitələrin və psixotrop maddənin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə şəxsiyyəti istintaqla araşdırılan həmin “Məhəmməd” adlı şəxs və qeyriləri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitələri və psixotrop maddəni keçirdikdən sonra təmiz çəkisi 152,129 qram narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda - təmiz çəkisi 18140 qram narkotik vasitə heroin, külli miqdarda təmiz çəkisi 740 qram narkotik vasitə tiryək, külli miqdarda - tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 10,4 qram təşkil edən 260 ədəd həblər və külli miqdarda - təmiz çəkisi 265 qram psixotrop maddə metamfetamini Astara şəhərinin girişində yolun kənarında gizlədilmiş yerdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz əldə etməklə həmin narkotik vasitə qurudulmuş marixuanadan 2,129 qram çəkidə ayırıb götürməklə doqquz ədəd siqaret formasında düzəldilmiş papiroslara bölüb qablaşdırmaqla üzərində saxlamış, narkotik vasitə qurudulmuş marixuananın yerdə qalan hissəsini isə narkotik vasitə heroin, tiryək, metadon həbləri və psixotrop maddə metamfetaminlə birlikdə qara rəngli idman çantasının içərisində olmaqla kirayə tutduğu Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 59 ünvanında yerləşən 139 saylı mənzilə qanunsuz daşıyıb gizlətməklə saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 01 iyun 2021-ci il tarixdə saat 13:20-də keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmiş, orada xidməti otaqların birində saat 14:50-dən etibarən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki şalvarının sağ yan cibindən bir ədəd “Winston” markalı siqaret qutusunun içərisində doqquz ədəd siqaret formasında düzəldilmiş papiroslarda təmiz çəkisi 2,129 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 01 iyun 2021-ci il tarixdə saat 16:05-dən etibarən kirayə tutduğu ünvan 2vanına özünün icazəsi və razılığı ilə baxış keçirilən zaman yataq otağındakı çarpayının alt hissəsindən qara rəngli idman çantasının içərisində on səkkiz ədəd bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 995 qram, 955 qram, 940 qram, 600 qram, 970 qram, 990 qram, 980 qram, 940 qram, 980 qram, 2290 qram, 1170 qram, 1150 qram, 720 qram, 1120 qram, 990 qram, 710 qram, 820 qram, 820 qram, ümumi təmiz çəkisi 18140 qram olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə 740 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, bir ədəd bükümdə 150 qram çəkidə üzərindən aşkar edilmiş qurudulmuş marixuana ilə eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iki ədəd bükümlərdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 25 qram və 240 qram, ümumi təmiz çəkisi 265 qram olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 26 ədəd “Methadone 40” göstəriciləri olan dərman konvolyutunda ümumi sayı 260 ədəd qəhvəyi rəngli, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 10,4 qram təşkil edən eyni tərkibli dərman həbləri və səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-473/2022, xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsinin tərkib əlaməti olmadığı üçün həmin maddə üzrə bəraət verilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə isə tövsifini dəyişdirilərək həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin əməllərində narkotik vasitələrin qabaqcadan əlbir olan bir qrup şəxs halında satışı və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi faktı sübuta yetirilməsə də, barəsində ittiham hökmü çıxarılmışdır. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tövsifedici əlaməti ilə ittiham elan edilsə də, ittiham tərəfi əlbir olduğu şəxsin dəqiq anket məlumatlarını müəyyən etməmiş, həmin şəxsin ifadəsi alınmamış, aralarındakı razılaşmanın hansı formada olması müəyyənləşdirilməmişdir. Qaçaqmalçılıq cinayətinin həqiqətən baş verib-vermədiyi, baş verdiyi halda hansı tarixdə, kimlər tərəfindən, hansı ərazidə, hansı şəraitdə törədildiyi müəyyən olmadığı halda bu ittihamın verilməsi kifayət qədər qanunsuz və əsassızdır. Bu cinayətin törədilmə üsulları maddənin dispozisiyasında göstərilsə də, ittihamda formal olaraq sadalanmış, cinayətin hansı formada törədilməsinə aydınlıq gətirilməmişdir. Bundan başqa, narkotik vasitələrin aşkar olunması və götürülməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan və videogörüntüdən də göründüyü kimi təhqiqatçı tərəfindən çıxardılmış skoçla narkotik vasitələrin bağlandığı skoç eynidir. Həmçinin təhqiqatçının çıxardığı skoçun həcmində azalma müşahidə olunur. Qeyd olunan məqam narkotik vasitələrə baxış keçirilməmişdən əvvəl müdaxilənin olduğunu, açılaraq həmin «skoç»la bağlandığını və nəticədə də, təbii olaraq «skoç»un həcminin azaldığını göstərir. Təqsirləndirilən şəxs də, mövqeyinə əsasən onun evində narkotik vasitə olmamış, ondan əvvəl evdə kimsə olmuş və narkotik vasitələr oraya qoyulmuşdur. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi məhkəmə kollegiyasına apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, məhkəmədən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-473/2022, xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsinin tərkib əlaməti olmadığı üçün həmin maddə üzrə bəraət verilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə isə tövsifini dəyişdirilərək həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X6 çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(101)-473/2022 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(101)-473/2022 saylı hökmü isə dəyişdirilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs təqsiri şahid ifadələri, tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. İşdə olan Bakı şəhəri 67 saylı Mənzil-Kommunal İstismar Sahəsindən verilmiş 14 iyun 2021-ci il tarixli 123 nömrəli arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında pasport qeydiyyatındadır və həmin ərazi üzrə müsbət xarakterizə olunur. Elektron Məhkəmə Sistemindən götürülmüş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2004-cü il təvəllüdlü Aleks Ağazadə ad və soyadlı bir yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik informasiya idarəsindən alınmış 11 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq məhkum Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını və müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış və yuxarıda sadalanan çoxsaylı sübutlarla təkzib olunduğuna məhkumun öz müdafiəsi üçün gətirdiyi həmin dəlilləri onun öz məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir və digər sübutları üst-üstə düşdüyünə görə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən ifadələr kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın qanuniliyi və ədalətliliyini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nın 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə, cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(101)-473/2022 saylı hökmü məhkum Təqsirləndirilən şəxs barəsində qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(101)-473/2022 saylı hökmü Təqsirləndirilən şəxs barəsində apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Vaqif Mursaqulov Hakimlər X5 X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar