Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-1315/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi hakim), Şirinov Ziya Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X4, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-775/2022 saylı, 10 may 2022ci il tarixli hökmündən dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-775/2022 saylı, 10 may 2022-ci il tarixli hökmü ilə (X7 (sədrlik edən və məruzəçi) Cavid Hüseynov və Eldar İsmayılov) xx xxx 1990-cı il tarixdə Bakı şəhərindən anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatında olmaqla həmin ünvanda yaşamış, 21 oktyabr 2021-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 21 oktyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması, ondan ekspertiza xərci təşkil edən 219 (iki yüz on doqquz) manat 09 (doqquz) qəpiyin alınaraq dövlət büdcəsinə keçirilməsi, iş üzrə maddi sübut olan Suraxanı RPİ-də saxlanılan ümumi təmiz çəkisi ekspertiza tədqiqatından sonrakı qalıq 3,250 qram heroinin, 0,87 ml- quru qalıq 0,394 qram geroin məhlulu, qalıq 0,138 qram metamfetaminin məhv edilməsi, barəsində şəxsi axtarışın keçirilməsi görüntülərini əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasının nəzərə alınması hökm edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona görə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,112 qram, 0,218 qram ümumi təmiz çəkisi 3,330 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,178 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 01 ədəd 1 ml-lik şprisdəki 0,8 ml həcmində məhlulun tərkibində 0,434 qram kustar üsulla hazırlanmış narkotik vastiə heroini və üzərində heroin izləri olan elektron tərəzini əldə edib boz rəngli əl çantasının və onun içərisində olan sarı rəngli pul qabının içərisində saxlayaraq daşımış, 21 oktyabr 2021-ci il tarixdə saat 18:30 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PBnin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxlayaraq daşıdığı içərisində narkotik vasitə heroin izləri olan 01 ədəd boz rəngli əl çantasının içərisindəki sarı rəngli pul qabının içərisindən 02 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 3,330 qram təşkil edən kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə fərqlilik təşkil edən narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,178 qram psixotrop maddə metamfetamin, əl çantasının içərisindən isə 01 ədəd 1 ml-lik şpirsdəki 0,8 ml həcmində məhlulun tərkibində 0,434 qram kustar üsulla hazırlanmış narkotik vastiə heroin və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və şəraitdə, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,112 qram, 0,218 qram ümumi təmiz çəkisi 3,330 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,178 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 01 ədəd 1 ml-lik şprisdəki 0,8 ml həcmində məhlulun tərkibində 0,434 qram kustar üsulla hazırlanmış narkotik vastiə heroini və üzərində heroin izləri olan elektron tərəzini əldə edib boz rəngli əl çantasının və onun içərisində olan sarı rəngli pul qabının içərisində saxlayaraq daşımış, 21 oktyabr 2021-ci il tarixdə saat 18:30 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək ünvan 4 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxlayaraq daşıdığı, içərisində narkotik vasitə heroin izləri olan 01 ədəd boz rəngli əl çantasının içərisindəki sarı rəngli pul qabının içərisindən 02 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 3,330 qram təşkil edən kustar üsulla hazırlanmış, kimyəvi tərkiblərinə görə fərqlilik təşkil edən narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,178 qram psixotrop maddə metamfetamin, əl çantasının içərisindən isə 01 ədəd 1 ml-lik şpirsdəki 0,8 ml həcmində məhlulun tərkibində 0,434 qram kustar üsulla hazırlanmış narkotik vastiə heroin və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı apellyasiya protesti və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti vermişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, dövlət ittihamçısı qismində məhkəmədə çıxışında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bılınərək ona 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsıni məhkəməyə təklif etmişdir. Məhkəmənin 10 may 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-cı maddəsinə tövsif edilməsi qanunsuz və əsassız olduğundan hökm ləğv edilməli və o, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin daha yüngül maddəsi ilə tövsıf etməsini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs nə ibtidai istintaq zamanı, nə də məhkəmədə verdiyi ifadələrində narkotik vasitəni satış məqsədi ilə aldığını etiraf etməmişdir. Eyni zamanda şahidlər də hər biri ayrı-ayrılıqda verdikləri ifadələrində Təqsirləndirilən şəxs sorğu-sual zamanı onun narkotiki özü istifadə etməsi üçün aldığını bildirməsini göstərmişlər. Həmçinin məhkəmə qeyd etmişdir ki, ibtidai araşdırma zamanı və məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. Məhkəmə işin faktiki hallarına uyğun olmayan, qanunsuz və əsassız nəticəyə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü əvvəl təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 21 oktyabr 2021-cı ıl tarixdə saat 16:45 radələrində yaşadığı evdə olan zaman, evin qapısı bərkdən döyülmüş qapını açmaq üçün çölə çıxdıqda, qapını açanda sahə inspektoru və əməliyyat müvəkkili onu tutub çölə çıxarmışdır. Onlar evinin həyətinin qarşısında onun üzərini axtarmağa başlamışlar və heç nə tapmamışlar. Bundan sonra polis əməkdaşları onu evin həyətinə gətirmişlər və onlardan sahə inspektoru Azər adlı şəxs isə çölə çıxmışdır. Bu vaxt əməliyyat müvəkkili Elçin onun yanında olmuşdur. Azər adlı şəxs Elçini yanına çağıraraq əlində olan çanta və sarı rəngdə qabı ona göstərərək, bunları tapdıqlarını bildirəndə, o, həmin çanta və qabın ona məxsus olmadığını onlara bildirmişdir. Polis əməkdaşları onu polis bölməsinə aparmışlar. Polis bölməsində polis əməkdaşları ona büküm təqdim edərək, onu cibinə yerləşdirməyini və ona məxsus olduğunu bildirməyini istədikdə, o, ona edilən təzyiqlərə baxmayaraq həmin bükümü cibinə yerləşdirməmiş və ona məxsus olduğunu deməmişdir. Buna görə də polis əməkdaşları digər otaqda ona təzyiq göstərmişlər. Bundan sonra onlar bükümü stolun üzərinə yerləşdirərək videoçəkiliş etmişlər. O, da məcbur olub stolun üzərindəki narkotik vasitənin onun olduğunu demişdir. Daha sonraki məhkəmə prosesində Təqsirləndirilən şəxs ifadə verərək, bildirmişdir ki, saxlanılarkən üzərində 1 ədəd şprisdə narkotik vasitə olub, əvvəlki məhkəmə iclasında valideynləri zalda olduğundan onlardan utandığı üçün bu barədə deyə bilməmişdir. Narkotik vasitə istifadəçisi olduğu üçün peşimandır. Bundan sonra narkotik vasitədən istifadə etməyəcək. Narkotik vasitəni Zığ qəsəbəsində tanışlara pul verərək onlardan almışdır. Narkotik vasitəni heç vaxt satış məqsədilə əldə etməmişdir. Narkotik vasitəni iki gündən bir təqribən 60 manata əldə etmişdir. Lakin pulu tam ödəməmiş, borclu qalmışdır. Narkotik vasitədən istifadə etdiyi əməlindən peşimandır. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 3 il müddət olar ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. O, istifadə etdiyi narkotik vasitəni Bakı şəhərindən müxtəlif ərazilərdən tanımadığı şəxslərdən almışdır. 21 oktyabr 2021-cı il tarixdə saat təxminən 18:30 dəqiqədə yaşadığı evin qarşısında olan vaxtı mülkü geyimli şəxslər ona yaxınlaşmış özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirmiş üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti ilə bağlı Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşmış onlarla birlikdə Suraxanı RPİ-nin 33-cü PB-nə gəlmişdir. Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati otaqların birində hüquq və vəzifələri ona izah olunduqdan sonra polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona bildirilmişdir ki, üzərində qeyri-qanuni hər hansı bir əşya və ya predment varsa könüllü olaraq təqdim etsin. O, əlində saxladığı boz rəngli əl çantasının içərisində olan sarı rəngli pul qabının içərisindən 02 ədəd büküm narkotik vasitə heroini, 01 ədəd bükümdə psixotrop maddə metamfetamini, əl çantasından isə 01 ədəd 1 ml-lik şpristin içərisində narkotik vasitə olan heroini və 01 ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Yuxarıda qeyd olunanlar həmçinin, iş uzrə şahid ifadələri və 21 oktyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokol və həmin protokola əlavə edilmiş videoçəkiliş ilə də təsdiqini tapır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 oktyabr 2021-cı ıl tarixli, 6/4704 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş kağız paketdəki 01 ədəd boz rəngli əl çantasında 01 ədəd 1 ml-lık şprstdəkı 0,8 ml həcmində məhlulun tərkibində 0,434 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin müəyyən edilmişdir. Elektron tərəzinin üzərində və əl çantasında heroının izləri müəyyən edilmişdir. Həmin predmetlərdə heroin iz şəkilində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Çantadakı pul qabının içərisində olan 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,112 qram, 0,218 qram ümumi təmiz çəkiləri 3,330 qram qəhvəyi rəngli maddə kütlələri kustar usulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,178 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 11 fevral 2022-ci il tarixli, 6/805 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroin kütlələri kimyəvi tərkiblərinə görə fərqlidirlər (şprisdə olan 0,8 ml həcmində tünd qəhvəyi rəngli məhlulun qurudulmasından alınmış qalıq təmiz çəkisi 0,394 qram heroin kütləsi ilkin olaraq məhlul vəziyyətində olduğundan tərkibi dəyişmişdir və bu səbəbdən də eyniləşdirmə üzrə tədqiqat aparılmır) Hökmdə qeyd olunur ki, ibtidai araşdırma zamanı və məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarı da onun satış məqsədi ilə əldə olunmasına dəlalət etmir və təcrübədə bundan yüksək miqdarda narkotik vasitənin satış məqsədi olmadan əldə olunmasına rast gəlinir. Göründüyü kimi, məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinin şəxsi istehlak miqdarından 25 dəfə çox, külli miqdar üçün müəyyən olunmuş həddən 2 dəfəyə yaxın çox olmasını, həmçinin Təqsirləndirilən şəxs üzərindən şəxsi istehlak miqdarından artıq çəkidə metamfetamın aşkar olunmasını, qeyd olunan narkotik vasitə və psixotrop maddələrin ayrı-ayrı bükümlərə bölünməsi üçün istifadə olunan tərəzinin olmasını və qeyd olunan narkotik vasitə, psixotrop maddə və avadanlığı üzərində daşımasını nəzərə almadan təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 234.4.3cü maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif etməkdə haqlı olmamışdır. Beləliklə, cinayət işinin ibtidai istintaqı zamanı əldə edilmiş və məhkəmə baxışı zamanı da tədqiq olunmuş yuxarıda şərh olunan sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam subuta yetirilir. Lakin buna baxmayaraq məhkəmə işın faktiki hallarına uyğun olmayan, özünün mülahizələrinə əsaslanan dəlillər gətirməklə Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Apellyasiya protestində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmünün ləğv edilməsi, Şəhriyar İsiamovun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksıyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsi xahiş olunmuşdur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hökmdə düzgün olaraq qeyd etmişdir ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin tövsifi məsələsinə gəldikdə hesab edir ki, Təqsirləndirilən şəxs həmin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək ona elan edilmiş satış məqsədi ilə narkotik vasitəni qanunsuz əldə edib, həmin narkotik vasitənin satmasına dair ittihamının təsdiq edilməməsi qənaətinə gəlir. Belə ki, əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı nəyə əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi nəticəni heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs nə ibtidai istintaq zamanı, nə də məhkəmədə verdiyi ifadələrində narkotik vasitəni satış məqsədi ilə aldığını etiraf etməmişdir. Eyni zamanda şahidlər də hər biri ayrı-ayrılıqda verdikləri ifadələrində Təqsirləndirilən şəxs sorğu-sual zamanı onun narkotiki özü istifadə etməsi üçün aldığını bildirməsini göstərmişlər. Yuxarıda qeyd olunduğu kimi, ittiham aktında istinad edilən sübutların (ifadələrin) heç birində belə bir məlumat yoxdur ki, narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlməyə əsas versin. Cəzanın təyin edilməsi zamanı məhkəmə tərəfindən yüngülləşdirici hallar nəzərə alınmamışdır. Belə ki, birinci İnstansiya məhkəməsi tərəfindən cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilməmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, himayəsində azyaşlı övladlarının olmasını, səmimi peşimançılıq keçirməsini nəzərə almamışdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Birinci instansiya məhkəməsi hökmdə qeyd etmişdir ki, məhkəmə təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlik dərəcəsini nəzərə alır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs səmimi peşiman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını yüngülləşdirici hal kimi nəzərə aldığını qeyd etsədə, cəza təyini zamanı həmin halları faktiki olaraq nəzərə almamışdır. Belə ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddini təyin etmiş, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını və cinayət əməlini törətməsini qismən etiraf edib səmimi peşimançılıq çəkməsini nəzərə almamışdır. Yuxarıda qeyd olunan və birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmayan cəzanı yüngülləşdirən hallar, yəni Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsini etiraf etməsi və himayəsində 2 azyaşlı uşağının olması kimi yüngülləşdirici halları nəzərə almalı olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan halların nəzərə almaması əsassız olmuşdur. Apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-775/2022 saylı, 10 may 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə işdə cəzasını yüngülləşdirən halların məcmusunu nəzərə alaraq azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya protestinə və apellyasiya şikayətinə qarşı yazılı etirazlar verilməmişdir. İşdə iştirak edən şəxslərin çıxışları: Apellyasiya məhkəməsinin iclasında, dövlət ittihamçısı X5 dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestini müdafiə etdiyini, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirərək, apellyasiya protestinin dəlillərinə uyğun çıxış etdi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-775/2022 saylı, 10 may 2022-ci il tarixli hökmünün ləğv edilməsini, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməklə yeni hökm çıxarılmasını, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs verilmiş apellyasiya şikayətini müdafiə etdiyini, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə qarşı isə etiraz etdiyini bildirərək, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdi, əlavə olaraq göstərdi ki, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində yalnız istifadəyə hazır vəziyyətdə olan 01 ədəd 1 ml-lik şprisdəki 0,8 ml həcmində məhlulun tərkibində 0,434 qram narkotik vastiə heroin olmuş, elektron tərəzi və digər narkotik vasitələr olmamışdır. Elektron tərəzinin qapağı sınıq olmuşdur. Elektron tərəzi və digər narkotik vasitələr polis əməkdaşlarına məxsus olmuşdur. İstintaq zamanı ona təzyiqlər olunsa da, həmin təzyiqlərlə bağlı bədənində hər hansı xəsarət olmamış, istintaq təcridxanasına daxil olarkən yoxlanılmış, lakin bədənində xəsarətlər olunmadığından qeydə alınmamışdır. İstintaq zamanı ona təzyiqlər olunması barədə hər hansı orqana şikayət etməmiş və yoxlama aparılmamışdır. Tibb kitabçasında qeyd olunan “sağ bazuda pestuiksiyon çapıq toxumalar, sağ baldırda 2 ədəd çapıq toxuma”sndan ibarət xəsarətləri isə tutulmamışdan əvvəl almışdır. Sağ qolunda olan çapıq toxumaları narkotik vasitəni şprislə dəfələrlə qoluna vurması nəticəsində yaranmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 775/2022 saylı, 10 may 2022-ci il tarixli tarixli hökmünün dəyişdirilərək ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin isə təmin olunmamasını xahiş edir. Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 verilmiş apellyasiya şikayətini müdafiə etdiyini, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə qarşı isə etiraz etdiyini bildirərək, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdi, apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-775/2022 saylı, 10 may 2022-ci il tarixli tarixli hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin isə təmin olunmamasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Birinci intansiya məhkəmənin hökmü ilə razılaşmayan dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı apellyasiya protestinin əsas dəlili Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsi barədə cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmünün ləğv edilərək, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasından, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətinin əsas dəlili isə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmünün dəyişdirilib Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında göstərilən azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasından ibarətdir. Məhkəmə kollegiyası apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirib hesab edir ki, ilk olaraq apellyasiya protestinin dəlillərinə qiymət verilməli, eyni zamanda apellyasiya şikayətinin dəlillərinə qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini, o cümlədən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməllərinin birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsinə dair dəlilini işin faktiki halları ilə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə edilməsi, saxlaması və daşımasının sübuta yetirilməməsi, aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin külli miqdarda olması kriteriyasından yanaşılıb, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün istifadə edilən avadanlığın, elektron tərəzinin aşkar edilməsinə münasibət bildirilmədən Təqsirləndirilən şəxs əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmaması əsasları ilə onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi düzgün hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Həmin qərarda həmçinin göstərilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsıf etməsini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs nə ibtidai istintaq zamanı, nə də məhkəmədə verdiyi ifadələrində narkotik vasitəni satış məqsədi ilə aldığını etiraf etməmişdir. Eyni zamanda şahidlər də hər biri ayrı-ayrılıqda verdikləri ifadələrində Təqsirləndirilən şəxs sorğu-sual zamanı onun narkotiki özü istifadə etməsi üçün aldığını bildirməsini göstərmişlər. Həmçinin məhkəmə qeyd etmişdir ki, ibtidai araşdırma zamanı və məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyasının mövqeyinə görə saxlanılarkən Təqsirləndirilən şəxs əlində saxlayaraq daşıdığı içərisində narkotik vasitə heroin izləri olan 01 ədəd boz rəngli əl çantasının içərisindəki sarı rəngli pul qabının içərisindən 02 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 3,330 qram təşkil edən kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə fərqlilik təşkil edən narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,178 qram psixotrop maddə metamfetamin, əl çantasının içərisindən isə 01 ədəd 1 ml-lik şpirsdəki 0,8 ml həcmində məhlulun tərkibində 0,434 qram kustar üsulla hazırlanmış narkotik vastiə heroin və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edildiyi halda, birinci instansiya məhkəməsi onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə düzgün tövsif etməməklə cinayət qanunu normasının tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 oktyabr 2021-ci il tarixdə saat 16:45 radələrində yaşadığı evdə olan zaman, evin qapısı bərkdən döyüldü, o qapını açmaq üçün çölə çıxdıqda, qapını açanda sahə inspektoru və əməliyyat müvəkkili onu tutub çölə çıxarmışdır. Onlar evinin həyətinin qarşısında onun üzərini axtarmağa başlamışlar və heç nə tapmamışlar. Bundan sonra polis əməkdaşları onu evin həyətinə gətirmişlər və onlardan sahə inspektoru Azər adlı şəxs isə çölə çıxmışdır. Bu vaxt əməliyyat müvəkkili Elçin onun yanında olmuşdur. Azər adlı şəxs Elçini yanına çağıraraq əlində olan çanta və sarı rəngdə qabı ona göstərərək, bunları tapdıqlarını bildirəndə, o həmin çanta və qabın ona məxsus olmadığını onlara bildirmişdir. Polis əməkdaşları onu polis bölməsinə aparmışlar. Polis bölməsində polis əməkdaşları ona büküm təqdim edərək, onu cibinə yerləşdirməyini və ona məxsus olduğunu bildirməyini istədikdə, o, ona edilən təzyiqlərə baxmayaraq həmin bükümü cibinə yerləşdirməmiş və ona məxsus olduğunu deməmişdir. Buna görə də polis əməkdaşları digər otaqda ona təzyiq göstərmişlər. Bundan sonra onlar bükümü stolun üzərinə yerləşdirərək videoçəkiliş etmişlər. O, da məcbur olub stolun üzərindəki narkotik vasitənin onun olduğunu demişdir. Daha sonraki məhkəmə prosesində Təqsirləndirilən şəxs ifadə verərək, bildirmişdir ki, saxlanılarkən üzərində 1 ədəd şprisdə narkotik vasitə olub, əvvəlki məhkəmə iclasında valideynləri zalda olduğundan onlardan utandığı üçün bu barədə deyə bilməmişdir. Narkotik vasitə istifadəçisi olduğu üçün peşimandır. Bundan sonra narkotik vasitədən istifadə etməyəcək. Narkotik vasitəni Zığ qəsəbəsində tanışlara pul verirdi, onlar alırdı. Narkotik vasitəni heç vaxt satış məqsədilə əldə etməmişdir. Narkotik vasitəni iki gündən bir təqribən 60 manata əldə edirdi, lakin pulu tam ödəməmişdi, borclu qalmışdı. Narkotik vasitədən istifadə etdiyi əməlindən peşimandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində isə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, təxminən 3 il müddət olar ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. O, istifadə etdiyi narkotik vasitəni Bakı şəhərindən müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alır. 21 oktyabr 2021-ci il tarixdə saat təxminən 18:30 dəqiqədə yaşadığı evin qarşısında olan vaxtı mülkü geyimli şəxslər ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirmiş üzərinə şəxsi axtarış və götürmə aparlıması zərurəti ilə bağlı Suraxanı RPİ-nin 33-cü PBnə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşmış onlar ilə birlikdə Suraxanı RPİ-nin 33-cü PB-nə gəlmişdir. Suraxanı RPİ-nin 33-cü PB-nin izibati otaqların birində hüquq və vəzifələri ona izah olunduqdan sonra polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona bildirilmişdir ki, üzərində qeyri-qanuni hər hansı bir əşya və ya predment varsa könüllü olaraq təqdim etsin. O, əlində saxladığı boz rəngli əl çantasının içərsində olan sarı rəngli pul qabının içərisindən 02 ədəd büküm narkotik vasitə heroini, 01 ədəd bükümdə psixotrop maddə metamfetamini, əl çantasından isə 01 ədəd 1 ml-lik şpristin içərsində narkotik vasitə olan heroini və 01 ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmiş polis əməkdaşları təqdim etdiyi kütlələrin nə olduğunu ondan soruşduqda o təqdim etdiyi iki büküm kütlənin narkotik vasitə heroin, bir büküm kütlənin psixotrop maddə metamfetamin, 01 ədəd 1 ml-lik şpristin isə içərsində heroin olduğunu, və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini və əl çantasında daşıdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Sonra isə üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2021-ci il tarixdə Şəhriyar adlı şəxsin narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması məqsədilə onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda o, və digər polis əməkdaşı Tərlan Bebudov da iştirak edirdi. Həmin gün daxil olmuş məlumat əsasında ünvan 5 ünvanın qarşısında Şəhriyar adlı şəxsi onun əlamətlərinə görə tanıyıb ona yaxınlaşaraq xidməti vəsiqələri göstərib özlərini təqdim edib, onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim etmiş və adsoyadının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onu Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxs heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinin inzibati binasına gəlmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın keçirilməsi zamanı Təqsirləndirilən şəxs əlindəki qol çantasında xatılamadığı miqdarda narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilən narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. 22 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və evdən narkotik və psixotrop maddəyə oxşar kütlə və qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı cinayət məsuliyyətindən və cəzadan yayınmaq, özünü müdafiə etmək üçün işin obyektiv hallarına uyğun gəlməyən, satış məqsədilə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etməsindən, üzərində daşıma və saxlamasından ibarət olan həqiqəti gizlətməyə çalışan ifadələr verərək ondan aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin bir hissəsinin və elektron tərəzinin ümumiyyətlə ona məxsus olmadığını, həmin predmetlərin və elektron tərəzinin özünə məxsus olması və şəxsi istifadəsi üçün əldə etməsi barədə ibtidai istintaq mərhələsində verdiyi ifadələrinin təzyiq altında verdiyini göstərmişdir ki, məhkəmə də öz növbəsində Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin, habelə elektron tərəzinin ona məxsus olmaması barədə xüsusatları inandırıcı hesab etməməsinə baxmayaraq, sonuncunun narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi olmadan şəxsi istehlakı üçün əldə etməsi, saxlaması, daşıması kimi yalnış nəticəyə gəlmişdir. Həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona istintaq zamanı təzyiqlər edilməsi barədə apellyasiya şikayətində və birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərilənləri yoxlamaq məqsədi ilə, məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs barəsində olan 1273 saylı şəxsi işi tələb edilərək baxış keçirilmiş və onda Bakı İstintaq Təcridxanasına qəbul edilərkən hər hansı bir zorakılıq əlaməti və xəsarət aşkar edilmədiyi müəyyən edilmişdir. Eyni zamanda həmin məqsədlə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs 88651 saylı Tibb kitabçası tələb edilərək baxış keçirilmiş və onda Bakı İstintaq Təcridxanasına qəbul edilərkən “sağ bazuda pestuiksiyon çapıq toxumalar, sağ baldırda 2 ədəd çapıq toxuma”sndan ibarət xəsarətlər aşkar edilsə də, Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində izahat verərkən həmin xəsarətləri tutulmamışdan əvvəl aldığını, istintaq zamanı ona təzyiqlər olunmasına baxmayaraq, təzyiqlərlə bağlı bədənində hər hansı xəsarət olmadığını, istintaq təcridxanasına daxil olarkən yoxlanılmasını, lakin bədənində xəsarətlər olunmadığından qeydə alınmadığını, istintaq zamanı ona təzyiqlər olunması barədə hər hansı orqana şikayət etmədiyini və yoxlama aparılmadığını, tibb kitabçasında qeyd olunan xəsarətləri isə tutulmamışdan əvvəl almasını, “sağ qolunda olan çapıq toxumaları”nın narkotik vasitəni şprislə dəfələrlə qoluna vurması nəticəsində yaranmasını bildirmişdir. Bununla da məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona istintaq zamanı təzyiqlər edilməsi barədə apellyasiya şikayətində və birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərdikləri həqiqəti əks etdirmədiyi və onun uydurma təxəyyülünün nəticəsi olduğunu təsdiq etmişdir. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qeyd edilən halları düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirməyərək obyektiv nəticəyə gəlməmiş, sübutlara qiymət verərkən ziddiyyətli mövqedən çıxış edərək yekunda fərqli qənaətə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan 10 may 2022-ci il tarixli hökmü birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, habelə qanunun normasının düzgün tətbiq edilməməmsi səbəbindən ləğv edilməli, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni ittiham hökmü çıxarılmalıdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edərkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin miqdarını, həmçinin onun xırda bükümlərə ayrılmasını, üzərindən elektron tərəzinin aşkar edilməsini nəzərə almamışdır. Belə ki, narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlak miqdarı həmin narkotik vasitənin və psixotrop maddənin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Hazırkı cinayət işində isə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxsdə aşkar olunmuş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin çəkisi onun gündəlik ehtiyacının yuxarı həddindən dəfələrlə çox olmuşdur. Birinci isntansiya məhkəməsi hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb edən və yuxarıda qeyd etdiyi halları nəzərə almadan, yalnız ümumi ifadələrdən istifadə etməklə ittihamın təsdiq olunmadığı qənaətinə gəlmişdir ki, bu da cinayət prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir və məhkəmənin həmin hallara əsaslanmaqla gəldiyi qənaət qanunsuzdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 bükümdən ibarət narkotik vasitə heronin çəkisi 3,330 qram, 1 bükümdən ibarət psixotrop maddə metamfetaminin çəkisi isə 0,178 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilən narkotik vasitə heroinin və psixotrop maddə metafetaminin bükümlərdə olması, sayı, üzərindən elektron tərəzinin aşkar edilməsi Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasını göstərir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Siyahıdan görünür ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitə olan heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarı 0,15 qramdan artıq, külli miqdarı isə 2 qram və ondan artıq həddə müəyyən olunmuşdur. Bundan başqa, narkotik vasitəni və psixotrop maddəni hər hansı şəxsə satmaq niyyətində olması, habelə onları satış məqsədilə əldə etməsi təqsirləndirilən şəxsin hər hansı istehlakçı ilə razılıq əldə edib-etməməsi, narkotik vasitənin və psixotrop maddənin hazırlanması üçün hər hansı bir avadanlığının olub-olmaması ilə şərtləndirilə bilməz. Çünki, narkotik vasitəni (heroini) və psixotrop maddə (metamfetamini) satış məqsədi ilə əldə etmiş Təqsirləndirilən şəxs istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin lazımı miqdarda əldə edilməsi mümkündür və istisna olunmamışdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə əməlin hüquqi tövsifinə dair nəticəyə gələrkən faktiki olaraq yalnız Təqsirləndirilən şəxs vermiş olduğu, işin obyektiv hallarına uyğun gəlməyən ifadələrinə əsaslanmış, işin digər hallarını ümumiyyətlə təhlil etməmiş və nəzərə almamış, gəldiyi nəticəni əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikası CPM-nin 353.2.2-353.2.5-ci maddələrinə əsasən ittiham hökmünün təsviri-əsalandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri, təqsirli şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar, ittihamın bir hissəsi əsasız hesab edildikdə, bunun əsasları, təqsirli şəxsin hərəkətlərinin tövsifi məhkəmə tərəfindən dəyişdirildikdə bunun motivləri göstərilməlidir. Hazırki, hökmdə isə məhkəmə iş üzrə toplanmış məhkəmədə tədqiq edilmiş obyektiv sübutların qəbul etməməsinin motivlərini göstərməmiş, tədqiq olunan sübutları düzgün qymətləndirməmiş, məhkum edilmiş şəxsin əməlini tövsif etməsinin motivlərini əsaslandırmamış və iş üzrə qeyri-obyektiv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan, 21 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokollardan görünür ki, polis əməkdaşları Suraxanı RPİ-nin 33-cu PB-nin inzibati binasında yerləşən xidmət otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilir, Təqsirləndirilən şəxs əlindəki boz-yaşıl rəngli əl çantasının içərisində olan sarı rəngli pul qabınım içərisindən üç ədəd büküm kütləni təqdim edərək bildirir ki, təqdim etdiyi iki ədəd büküm kütlə narkotik vasitə olan heroin, bir büküm kütlə isə psixotrop maddə metamfetamindir özü istifadə etmək məqsədilə ümumilikdə 80 manata almışdır. Təqsirləndirilən şəxs əl çantasından içərisində məhlul olan 01 ml-lik şpristi və 01 ədəd elektron tərəzini təqdim edərək şprsitin içərisindəki məhlulun heroin olduğunu və özü istifadə etmək məqsədilə əl çantasında saxlayaraq daşıdığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-kimyəvi ekspertizası üzrə 22 oktyabr 2021-ci il tarixli, 6/4704 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş kağız paketdəki 01 ədəd boz rəngli əl çantasında 01 ədəd 1ml-lik şprstdəki 0,8 ml həcmində məhlulun tərkibində 0,434 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin müəyyən edildi, elektron tərəzinin üzərində və əl çantasında heroinin izləri müəyyən edildi. Həmin predmetlərdə heroin iz şəkilində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Çantadakı pul qabının içərisində olan 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,112 qram, 0,218 qram ümumi təmiz çəkiləri 3,330 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,178 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin təmiz çəkisi 0,178 qram, tədqiqata sərf edildi 0,04 qram, qalıq 0,138 qram. Heroinin təmiz çəkisi 3,330 qram, tədqiqata sərf edildi 0,08 qram, qalıq 3,250 qram. Heroin məhlulu 0,87 ml- quru qalıq 0,434 qram tədqiqata sərf edildi 0,04 qram, qalıq 0,394 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-kimyəvi ekspertizası üzrə 11 fevral 2022-ci il tarixli, 6/805 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroin kütlələri kimyəvi tərkiblərinə görə fərqlidirlər ( şprisdə olan 0,8 ml həcmində tünd qəhvəyi rəngli məhlulun qurudulmasından alınmış qalıq təmiz çəkisi 0,394 qram heroin kütləsi ilkin olaraq məhlul vəziyyətində olduğundan tərkibi dəyişmişdir və bu səbəbdən də eyniləşdirmə üzrə tədqiqat aparılmır) Heroinin qalıq 3,250 qram, tədqiqata sərf edildi 0,08 qram, qalıq 3,170 qram. Heroin məhlulu 0,87 ml- quru qalıq 0,394 qram (istifadə olunmadı) Metamfetamin qalıq 0,138 qram (istifadə olunmadı) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin verdiyi xx.xx.2022-ci il tarixli, 627 sayli rəydən görünür ki, Təqsirləndirilən şəxs “opioidlərin” qəbulu nəticəsində yaranan asilliq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. narkomaniydan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş və hazırda da onda müxtəlif iki növdə, böyük miqdarda narkotik vasitələr aşkar edilib götürülmüşdür. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs narkotik vasitələri guya öz istifadəsi üçün əldə etməsinə dair ifadəsi işin qeyd olunan obyektiv halları ilə yanaşı, həm də onun məhz narkotik vasitə olan heroindən istifadə etməsi nəticəsində yaranmış, narkomaniya xəstəliyindən əzab çəkməsinə dair məhkəmə-narkoloji ekspertizasının rəyi ilə təkzib olunur. Göründüyü kimi, məhkəmə hökmündə iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş obyektiv sübutların qəbul etməməsinin motivlərini göstərməmiş, tədqiq olunan sübutları düzgün qiymətləndirməmiş, məhkum edilmiş şəxsin əməlini tövsif etməsinin motivlərini əsaslandırmamış və işin obyektiv hallarına uyğun olmayan nəticəyə gəlmiş, Təqsirləndirilən şəxs əməlinin tövsifində səhvə yol vermişdir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin mahiyyətindən görünür ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini, bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olmaqla həmin maddədə nəzərdə tutulan cinayət əməlləri formal tərkibli olmaqla obyektiv cəhətdən fəal hərəkətlərlə, subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Həmin Məcəllənin 234-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Əlavə obyekti isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığıdır. CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin obyektiv cəhəti satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri xə ya psixotrop maddələri satmada ifadə olunur. Həmin hərəkətlər törədildiyi andan cinayət başa çatmış sayılır. Göründüyü kimi, məhkəmə 10 may 2022-ci il tarixli hökmündə hansı səbəbdən təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsini təsdiq edən özünün ibtidai istintaq zamanı, habelə şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı verdikləri iladələrini, müvafiq istintaq hərəkəti protokollarını, əldə edilmiş maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul etməməsini hökmündə əsaslandırmadan işin faktiki hallarına uyğun olmayan nəticələrə gəlmişdir. Ona görə də məhkəmə, məhkəmə baxış zamanı iş üzrə toplanmış sübutlara obyektiv qiymət verməyərək, müəyyən etdiyi hallar sübutlara deyil, yalnız mülahizəyə əsaslanmaqla işin faktiki hallarına uyğun olmamış, heç bir əsaslandırma aparmadan, hərhansı sübutlara əsaslanmadan və cinayət işinin materiallarında olan sənədləri təkzib edən dəlilləri gətirmədən təqsirləndirilən şəxsin əməllərini əsassız və qanunsuz olaraq tövsif etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutları tam və hərtərəfli araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmiş və iş üzrə artıq formalaşmış təcrübədən fərqli olan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.” Göründüyü kimi, Ali Məhkəmə Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün təkcə narkotik vasitələrin miqdarı ilə yanaşı çəkilib xırda bağlamalara bükülməsi, digər, yəni istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının həmin izahının mənasına görə, təqsirkar narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini inkar etdiyi təqdirdə məhkəmə müvafiq araşdırma aparmalı, iş üzrə bir sıra amil və halları təhlil edib təqsirkarın niyyətini müəyyən etməlidir. Birinci instansiya məhkəməsinin hökmündə isə həmin Plenum qərarının izahına istinad olunsa da, məhkəmə diqqəti əsasən məhkumun narkotik vasitəni satış məqsədi ilə əldə etməsini etiraf etmədiyinə yönəlmiş və Plenum qərarının izahında olan amillərin olub-olmadığı məsələsini kifayət qədər ətraflı araşdırıb onlara qiymət verməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədiylə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən isə şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Sadalananladan görünür ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlinə işin obyektiv hallarına uyğun qiymət verməmiş, onun tərəfindən törədilən konkret cinayət əməlinin cəhətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin dispozisyasında nəzərdə tutulan tərkib əlamətləri arasında tam uyğunluq olmasını nəzərə almamış, nəticə etibarilə Azərbycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli olan Təqsirləndirilən şəxs əməlini düzgün tövsif etməməklə CM-nin əsaslandığı qanunçuluq və digər prinisplərini pozmuşdur. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,112 qram, 0,218 qram ümumi təmiz çəkisi 3,330 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,178 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 01 ədəd 1 ml-lik şprisdəki 0,8 ml həcmində məhlulun tərkibində 0,434 qram kustar üsulla hazırlanmış narkotik vastiə heroini və üzərində heroin izləri olan elektron tərəzini əldə edib boz rəngli əl çantasının və onun içərisində olan sarı rəngli pul qabının içərisində saxlayaraq daşımış, 21 oktyabr 2021- ci il tarixdə saat 18:30 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxlayaraq daşıdığı içərisində narkotik vasitə heroin izləri olan 01 ədəd boz rəngli əl çantasının içərisindəki sarı rəngli pul qabının içərisindən 02 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 3,330 qram təşkil edən kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə fərqlilik təşkil edən narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,178 qram psixotrop maddə metamfetamin, əl çantasının içərisindən isə 01 ədəd 1 ml-lik şpirsdəki 0,8 ml həcmində məhlulun tərkibində 0,434 qram kustar üsulla hazırlanmış narkotik vastiə heroin və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanı tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə istintaq orqanının gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cinayət qanununun normasının tətbiqi zamanı səhvə yol verdiyindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-775/2022 saylı, 10 may 2022-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə yanaşı apellyasiya şikayətinin dəlillərini də yoxlayaraq həmin dəlillərin əsassız olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmaq səlahiyyətinə malikdir. Həmin Məcəllənin 399.1.2-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 401.1.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli iş materialları ilə tam təsdiq olunur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm həmin sübutlara, həm də yuxarıda göstərilən hallara əsaslanaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-775/2022 saylı, 10 may 2022-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli və apellyasiya protestinə əsasən hökm ləğv edilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin olunmalı cəza məsələsini müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnış o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşını almaq məqsədi ilə tətbiq edilir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, cəza çəkmədən islah olunması üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 N-li Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsinə əsasən cinayət qanuni ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yalnız sübutlara əsasən müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 03 noyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. İş materiallarında olan cinayət işinə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü Miran və xx.xx.2021-ci il təvəllüdlü Çingiz adlı iki azyaşlı uşağı vardır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cinayəti qismən etiraf edib səmimi peşiman olması, əvvəllər məhkum olunmaması, himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. İş üzrə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və məhkum edilmiş şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona aşağı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 21 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmalı, həmçinin ərazi narkoloji dispanserdə narkomaniyadan profilaktiki qeydiyyata qeydiyyata götürülməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı Şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanılan ümumi təmiz çəkisi ekspertiza tədqiqatından sonrakı qalıq 3,250 qram heroin, 0,87 ml- quru qalıq 0,394 qram geroin məhlulu, qalıq 0,138 qram metamfetamin məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X1 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə uyğun olaraq iş üzrə keçirilmiş ekspertiza tədqiqatı xərcləri 219 (iki yüz on doqquz) manat, 9 (doqquz) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs üzərində Suraxanı RPİ-nin 33-cü Polis bölməsində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.2, 399.1.2 və 401-ci maddələrininin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Hökm etdi: Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı apellyasiya protesti təmin edilsin. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 775/2022 saylı, 10 may 2022-ci il tarixli hökmü Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən ləğv edilsin və cinayət işi üzrə yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkməsinin əvvəli 21 oktyabr 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkərkən narkomaniyadan məcburi müalicə edilsin və ərazi narkoloji dispanserdə narkomaniyadan profilaktiki qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan 219 (iki yüz on doqquz) manat, 9 (doqquz) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Suraxanı RPİ-də saxlanılan ümumi təmiz çəkisi ekspertiza tədqiqatından sonrakı qalıq 3,250 qram heroin, 0,87 ml- quru qalıq 0,394 qram heroin məhlulu, qalıq 0,138 qram metamfetamin məhv edilsin. Maddi sübutların məhv edilməsi “Azərbaycan Respublikasının narkomanlığa və X1 X3 üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs üzərində Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü Polis bölməsində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik еdən: Zəki Bаbаyеv Hаkimlər: Ziya Şirinov İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(103)-1315/2022
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-1315/2022
08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver