Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-132/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi - atası Qanuni nümayəndə, onun nümayəndəsi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri - Abşeron rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2024cü il tarixli, 1(101)-262/2024 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə, eləcə də Zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 1(101)-262/2024 nömrəli hökmü ilə (hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər X6 və X11 ibarət tərkibdə) xx xxxx 1986-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının, Şərur rayonunun, Ərəbyengicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi qaydada sürücü işləmiş, Abşeron rayonu Masazır qəsəbəsi Masazır şossesinin cənubunda yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 20 dekabr 2022-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə xərcləri məsələləri həll edilmişdir. İşin halları: Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki zərərçəkmiş şəxsin ölümünə və bir zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdə, saat 21:43-də Şahid1 mülkiyyətində olmaqla sonuncunun nəqliyyat vasitəsindən istifadə edilməsi hüququ ilə bağlı onun adına verdiyi etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Range Rover” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu Bilgəh-Nardaran-Pirşağı dairəvi yolunun Nardaran qəsəbəsi ərazisindən keçən hissəsində Bilgəh qəsəbəsindən Nardaran qəsəbəsi istiqamətində yolun öz hərəkəti üçün icazə verilən zolağı ilə deyil, qismən sağ, qismən sol zolaqda hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda sürət həddini aşıb avtomobili saatda 70 kilometr sürətlə idarə edərkən qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs3 nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, etibarnamə olmadan idarə etdiyi “Kia Pride” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun öz hərəkəti üçün icazə verilən zolağı ilə deyil, qismən sağ, qismən sol zolaqda, daha sonra isə qarşı sol zolaqda hərəkət etməsini gördükdə yol hərəkəti qaydalarını, yəni “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərməklə qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməyib cinayətkarcasına etinasızlıq göstərərək təhlükəsiz hərəkət üçün lazımi tədbirləri görməyib öz yoluna qayıtmadan hərəkətini davam etdirmiş, həmin vaxt “Kia Pride" markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 yol hərəkəti qaydalarını, yəni “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunları etməyib diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmış, avtomobilini öz hərəkət zolağı ilə idarə etdirmək əvəzinə qarşı hərəkət zolağına çıxarmış, tormozlama əməliyyatı aparmaqla toqquşma yerinə çatmadan avtomobili dayandırmamış, “Kia Pride” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil öz hərəkəti istiqamətində tam sağ zolaqda, “Range Rover” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil isə öz hərəkəti istiqamətində tam olaraq sol zolaqda olmaqla hərəkət etmiş, bundan sonra “Kia Pride” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil sola, “Range Rover” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil isə sağa doğru istiqamətlənərək hər iki nəqliyyat vasitəsinin sürücüsü hərəkət zolağını dəyişməklə bir-birilərini çaşdırmış, bu zaman sürücü Təqsirləndirilən şəxs hərəkətin təhlükəsizliyini təmin etməyən öz idarəetmə hərəkətləri ilə idarə etdiyi “Range Rover” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil sağa doğru istiqamətlənib yolun torpaq hissəsinə çıxaraq qabaq hissəsi ilə öz yolundan çıxan Zərərçəkmiş şəxs3 idarə etdiyi “Kia Pride” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi ilə toqquşmuş, nəticədə “Kia Pride” markalı avtomobilin qabaq sağ oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 baş-beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, baş-beyinin yumşaq qişalarına və maddəsinə, onurğa beyninin boyun şöbəsinə qansızma, sağ alın-gicgah sümüyünün açıq xətti, l-ll boyun fəqərələrinin yerini dəyişən qapalı sınıqları, ikitərəfli hemotoraks (hər İki döş boşluğuna sərbəst qanın yığılması), döş sümüyünün, sol ll-Vİ, sağ ll-X qabırğaların yerini dəyişən sınıqları və həmin səviyyədə plevranın cırılması, sağ dirsək sümüyünün açıq, sol mil-bilək sümüyünün qapalı yerini dəyişən sınıqları, başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqlarından ibarət ümumilikdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olan xəsarətlər alaraq həmin tarixdə hadisə yerində ehtiyatsızlıqdan ölməsinə, “Kia Pride” markalı avtomobilin arxa sağ oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs2 baş-beyin maddəsinin əzilməsi, baş-beyin maddəsinə və yumşaq qişalarına qansızma, ikitərəfli hemopnevmotoraks (hər iki döş boşluğuna sərbəst hava və qanın yığılması), ağciyərlərin kontuziyası, qaraciyərin, nazik və yoğun bağırsaqların, müsariqənin əzilmiş-cırılmış yaraları, sağ baldır sümüklərinin açıq, sol bud sümüyünün qapalı sınıqları, sağ təpə, çənə və sağ baldır nahiyələrinin əzilmiş yaraları, sifətin və hər iki baldırın sıyrıqları və sol budun qançırından ibarət dərəcəsinə görə ümumilikdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olan xəsarətlər alaraq 09 oktyabr 2022-ci il tarixdə stasionar müalicə olunduğu Bakı şəhəri 3 saylı Şəhər Klinik Xəstəxanasında ehtiyatsızlıqdan ölməsinə, “Kia Pride” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 başın küt travması ilə əlaqədar baş beyinə subaraxnoidal qansızma, korpus kollozumun kontuziyası, intraparenximatoz hematomalar, yan mədəciklərin qansızması, ənsə sümüyünün sınığı, döş qəfəsinin küt travması ilə əlaqədar ikitərəfli hemopnevmotoraks, sağ İİ, İİİ, İV, Vİ, Vİİ, Vİİİ, İX, Xİ, Xİİ qabırğaların yerdəyişmiş sınıqları, sağ körpücük sümüyünün sınığı, çanağın küt travması ilə əlaqədar oma, qalça, sağ qasıq- oturaq sümüklərinin sınıqları, sağ bud sümüyünün sınığı, qaraciyərin və diafraqmanın travmatik cırılmasından ibarət dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan xəsarətlər alaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Apellyasiya şikayətlərinin dəlilləri və etirazlar: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 1(101)-262/2024 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 1(101)-262/2024 nömrəli hökmü prosessual pozuntulara yol verilməklə çıxarılmışdır. Bu işlər üzrə düzgün nəticəyə gəlinməsi üçün mütləq müvafiq ekspertizalar təyin olunmalı və keçirilməlidir. Bu iş üzrə keçirilmiş ekspertizaların rəyləri ilə razılaşmırlar. Buna görə də hazırki iş üzrə də əlavə kompleks video texniki və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilib keçirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 19-cu maddəsinin 3-cü abzasının tələblərində göstərilmişdir ki, məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaları rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Aparılmış yol-nəqliyyat ekspertizası natamam olmaqla, işin bütün hallarını düzgün əks etdirmir. Belə ki, ekspert rəyindən də görünür ki, rəydə biri ilə ziddiyyət təşkil edən fikirlər mövcuddur. Ekspert işin hallarına zidd olaraq təhlükə anının Kia markalı avtomobilin solu sonuncu dəfə manevr edərək təqsirləndirilən Təqsirləndirilən şəxs yoluna girdiyi anından hesalanmasını düzgün hesab etməyərək, həmin andan toqquşma anınadək keçən 1,4 saniyə ərzində Təqsirləndirilən şəxs hərəkətlərini tədqiq elməkdən imtina edir və bununla da faktiki olaraq bir tərəfdən mahiyyəti üzrə rəy verməkdən imtina edir, digər tərəfdən isə məhkəmə səlahiyyətlərini mənimsəmiş olur. Beləliklə də, ekspert təhlükə anını düzgün hesablamamaqla yanlış nəticəyə gəlmişdir. Qeyd olunan hallar nəzərə alınmaqla Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilərək, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmaldır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 1(101)-262/2024 nömrəli hökmündən Zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 1(101)-262/2024 saylı hökmünün ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Cinayət işinin materialları 5 cilddən ibarətdir. Cildlərin demək olar ki, hər birində zərərçəkmiş şəxslərin çoxlu sayda şikayətləri yer almışdır ki, hadisəni bu iş üzrə ittiham olunan Təqsirləndirilən şəxs yox, «Range Rover» markalı avtomobilin mülkiyyətçisi Şahid1 törətmişdir. Cinayət işinin materialları da hadisəni həqiqətən Şahid1 törətməsinə kifayət qədər əsaslı şübhələr yaratmışdır. Hadisənin baş verdiyi xx.xx.2022-ci il tarixindən, şübhəli şəxs Təqsirləndirilən şəxs tutulmasına qədər - 20 dekabr 2022-ci il tarixinə qədər Təqsirləndirilən şəxs iştirakı ilə bir sıra istintaq hərəkətləri aparılmışdır. Məhkəmə araşdırmaları zamanı Təqsirləndirilən şəxs verdiyi ifadələr onun iştirakı ilə aparıldığı qeyd olunan istintaq hərəkətlərini şübhə altına almışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs və «Range Rover» markalı avtomobilin mülkiyyətçisi Şahid1 iştirakları ilə tərtib edilmiş və imzalanmış xx.xx.2022-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokol əlavə edilmişdir. Məhkəmə araşdırılmaları zamanı dindirilən Təqsirləndirilən şəxs və Şahid1 hadisə yerinə baxışda iştirak etmədiklərini məhkəmənin nəzərinə çatdırdılar. Buradan belə nəticəyə gəlinir ki, hadisə zamanı ya Təqsirləndirilən şəxs hadisə yerində olmamış, ya da ki müstəntiq Kənan Kərimli tərəflərin iştirakı olmadan, hadisə yerinə baxış keçirmədən, kabinetində hadisə yerinə baxış protokolu tərtib etmiş, daha sonra isə qeyriformal şəraitdə həmin protokola imzalar etdirmişdir. Yəni, müstəntiq Kənan Kərimli hadisə baş verərkən kimlərin hadisə yerində olmasını müəyyən etməmiş, Təqsirləndirilən şəxs özünün sükan arxasında olduğuna dair verdiyi ifadəni həqiqət kimi qəbul edərək, iki aydan çox vaxtdan sonra, 20 dekabr 2022-cui il tarixində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasına dair qərar qəbul edir. Baxmayaraq ki, zərərçəkənlər müxtəlif dövlət orqanlarına davamlı surətdə şikayətlər verərək hadisə zamanı lentə alınmış videogörüntülərin müstəntiq Kənan Kərimli tərəfindən yaxınlaşdırılmaqla onlara nümayiş etdirdiyini, hadisədən sonra sükan arxasından Təqsirləndirilən şəxs yox, Şahid1 çıxdığını bildirmişlər. Məhkəmədə dindirilən X1 arxasında Şahid1 olduğunu inkar etsə də, X15 öz iş otağında cinayət işində olan videogörüntülərdən fərqli videogörüeüntüləri ona da nümayiş etdirdiyini təsdiq etmişdir. Lakin, ibtidai istintaq dövründə kimin sükan arxasında olması halı tam və hərtərəfli araşdırılmadan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli bilinərək tutulur. Bundan əlavə, işdə olan və məhkəmə tərəfindən qəbul edilən digər sübutlar da Təqsirləndirilən şəxs hadisə baş verən zaman hadisə yerində (sükan arxasında) olmasını şübhə altına alır. Belə ki,ibtidai istintaq dövründə hadisə yerinin videoçəkilişlərini aparan təhlükəsizlik şəhər kameralarının görüntüləri əldə edilmişdir. TŞ 123.2. kamerasının hadisə vaxtına təsadüf edən videogörüntülərindən müəyyən edilir ki, 08 oktyabr 2022-ci il tarixində, saat 21:43:12 radələrində «Kia» markalı avtomobillə «Range Rover» markalı avtomobil arasında toqquşma baş verir. Hadisədən dərhal sonra eyni istiqamətlərdə hərəkətdə olan digər avtomobillər maraq üçün bir qədər dayandıqdan sonra, hərəkətlətrini getdikləri istiqamətə davam etdirirlər. Təhlükəsizlik şəhər kamerasının əhatə dairəsinə düşən başqa bir minik avtomobili isə tamamilə başqa cür hərəkət edərək,hadisənin iştirakçısına çevrilir. Açıq-aşkar görünür ki, həmin avtomobil hadisə iştirakçılarına yaxın şəxslər olmaqla kömək etməklə məşğuldur. Tərəfindən Baş dövlət yol Polisi İdarəsinə verdiyim sorğuya cavab olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs mülkiyyətində «Renault» markalı göy rəngli minik avtomobili vardır. Həmin arayışı və videogörüntülərdə olan göy rəngli “yardım” göstərən avtomobilin hərəkətini nümayiş etdirməklə, şərhli qaydada məhkəmənin nəzərinə çatdırsa da, məhkəmə onun şərhimi yanız dinləməklə kifayətlənmiş, hökmdə isə həmin hala ümumiyyətlə toxunmamışdır. ehtimal olunur ki,TŞ 123.2. kamerasının görüntülərinə düşmüş göy rəngli avtomobil Təqsirləndirilən şəxs məxsus və onun idarə etdiyi avtomobildir. Avtomobildə olan digər şəxslər isə Şahid1 qeyrirəsmi işlətdiyi işçiləri olmuşdur. Məhkəmə araşdırmaları zamanı hadisə yerinə ilk gəlmiş şahidlərin də Təqsirləndirilən şəxs tanımadıqlarını söyləməsi onun sükan arxasında olmasına dair əsaslı şübhələri daha da gücləndirmişir. Bundan əlavə məhkəmədə şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o evdə olarkən Təqsirləndirilən şəxs ona zəng etmiş, bundan sonra özünə məxsus Lexsus markalı başqa bir avtomobilində digər işçisi Tərlan Lənkərani ilə birlikdə hadisə yerinə getmişdir. Məhkəmədə ifadə verən şahidlər Lexsus markalı avtomobilin orada olduğunu görmədiklərini bildirmişlər. Bundan əlavə, cinayət işinin materiallarındakı rəsmi sənədlərdə «Lexsus» markalı avtomobilin hadisə yerinə gəldiyi təsdiqini tapmır. Sübut kimi cinayət işinin materiallarına əlavə edilmiş **-GC-*** dövlət qeydiyyat nişanlı Lexsus markalı avtomobilin kamera görünrtülərində fotoşəkili iş materiallarına əlavə edilmişdir. Həmin fotogörüntülər 06-xx.xx.2022-ci il tarixlərinə aid olmaqla, xx.xx.2022-ci il tarixində baş vermiş hadisəyə heç bir aidiyyatı yoxdur. «Lexsus» markalı avtomobilin hərəkət marşrutlarına dair alınmış digər rəsmi sənədlər də, həmin avtomobilin hadisə yerində olmadığını sübut edir. Adı çəkilən avtomobil ümumiyyətlə, hadisənin baş verdiyi, digər avtomobillərin düşdüyü hadisə yerində quraşdırılmış TŞ markalı kameraların görüntülərinə də düşməyibdir. İşin bu halları onu söyləməyə əsaslar verir ki, Şahid1 hadisədən sonra özünə məxsus Lexsus markalı avtomobillə hadisə yerinə gəlməmiş, hadisəni törədən elə onun özü olmuşdur. Hadisə yerinə tez-tez gəlib gedən göy rəngli avtomobil isə Təqsirləndirilən şəxs məxsus və hadisədən sonra onun idarəçiliyində olmuş avtomobildir. Təqsirləndirilən şəxs ehtiyac ucbatından kiçik maaş müqabilində Şahid1 ailəsinə xidmət döstərir. O səbəbdən zərərçəkənlərlə barışmaq üçün vurduğu zərərin əvəzi olaraq, onlara hər hansı maddi yardım etmək gücündə deyil. Lakin,məhkəmə araşdırmaları zamanı məlum oldu ki, guya Təqsirləndirilən şəxs digər iki nəfər zəzərçəkmişlərə on minlərlə manat dəyərində pul və mülklər vermişdir. Şübhədsiz ki, həmin vəsaitlər geniş maddi imkanlara malik Şahid1 hesabına yerinə yetirilmişdir. İşin bu halı da hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini şübhə altına alır. Hökmdən digər iki zərərçəkmiş şəxslərin hüquqi varisləri tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. İşdə iştirak edən şəxslərin çıxışları: Apellyasiya baxışı zamanı məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçiləri – Müdafiəçi3 və Müdafiəçi1 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxsin nümayəndəsinin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 1(101)- 262/2024 nömrəli hökmünün ləğv edilməsini, məhkum edilmiş şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi - atası Qanuni nümayəndə və onun nümayəndəsi Nümayəndə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından onun təmin edilməməsini, tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 1(101)-262/2024 nömrəli hökmünün onların vermiş olduqları apellyasiya şikayətinə münasibətdə ləğv edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru X17 məhkum edilmiş şəxsin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə düzgün tövsif olunduğunu, müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən məhkəmənin hökmünün ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, müdafiə tərəfinin apellyasiya şikayətinin və zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Məhkəmə kollegiyası hər iki apellyasiya şikayətləri üzrə hüquqi dəyərləndirmə aparmaqla, təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətində Təqsirləndirilən şəxs hərəkətlərində cinayət əməlinin olmaması, zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayətində baş vermiş yol-nəqliyyat hadisəsində Təqsirləndirilən şəxs iştirak etməməsi və yol-nəqliyyat hadisəsinin kənar şəxs tərəfindən törədilməsi ilə bağlı göstərdiyi dəlillərə qiymət verərək, birinci instansiya məhkəməsinin ittiham hökmü çıxararkən tədqiq etdiyi aşağıdakı sübutlara istinad edilməsini zəruri və əsaslı hesab edir: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 7 il Şahid1 sürücüsü işləmişdir. Həmin şəxsə məxsus olan “Range Rover” markalı, **-DF-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 21 radələrindən sonra Şahid1 yaşadığı Bilgəh qəsəbəsində olan ünvana gəlmiş, həmin ünvan bağ evidir. Ünvana “Lexus” markalı, **-GC-*** dövlət nömrə nişanlı avtomobillə gəlmişdir. Bağ evinə gəldikdən sonra avtomobildən düşüb, orada olan Şahid1 yaxınlaşmış, ondan evə getmək üçün icazə almışdır. Bundan sonra o, “Range Rover" markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı ünvana getmək üçün bağ evindən çıxmışdır. O, hər gün həmin avtomobillə evə gedərək ertəsi gün isə həmin avtomobillə Şahid1 ünvanına gəlmişdir. Gecə adətən avtomobil onda qalmışdır. Beləliklə, qeyd olunan avtomobillə Elşənin yaşadığı ünvandan çıxmış, avtomobillə Bilgəh qəsəbəsindən üzü Nardaran qəsəbəsi istiqamətində Bakı Dairəvi yolla hərəkət etmişdir. Sürəti təxminən 60-70 km/saat olmuş, həmin yol iki tərəfli yoldur. O, iki tərəfli yolun özünə aid olan hissəsi, yəni sağ tərəfi ilə hərəkət etmişdir. Bu zaman yolun sol tərəfi ilə bir avtomobil idarəetməni itirərək qəfil onun qarşısına çıxmış, onunla toqquşmamaq üçün yolun sağında olan torpaq hissəyə çıxmış, lakin toqquşma qaçılmaz olmuşdur. Nə qədər əyləc sistemindən istifadə etsə də, həmin avtomobilin sağ tərəfi ilə toqquşmuşdur. Bundan sonra idarə etdiyi avtomobil 1 dəfə yan üstə çevrilmiş, daha sonra avtomobil dayanmışdır. Tez avtomobildən düşmüş, dərhal Elşənin nömrəsinə zəng edib hadisə barədə məlumat vermişdir. Daha sonra həmin avtomobilə yaxınlaşmış, avtomobilin sürücüsü xəsarət almamış, üzərində qan izləri olmamışdır. Ətrafda olan şəxslər də “Kia” markalı avtomobildə olanların köməyinə gəlmişlər. Şok vəziyyətdə olduğu üçün kənarda durub onlara baxmışdır. Lakin özünü itirməmiş, ətrafdakı şəxslərlə birlikdə həmin şəxslərə ilkin köməklik edə bilmişdir. Avtomobilin içərisində 3 nəfər şəxs olmuş, köməyə gələn şəxslərlə birlikdə həmin avtomobilin içərisində olan 3 nəfər şəxsi avtomobildən çıxarmışlar. Şahid1 bağban Tahir ilə birlikdə təxminən 5-10 dəqiqə ərzində hadisə yerinə gəlmişdir. Hadisə nəticəsində sürücünün yanında olan şəxs vəfat etmiş, bundan sonra X30 maşınları həmin 2 nəfər şəxsi xəstəxanaya aparmış, vəfat edən şəxsi də hadisə yerindən aparmışlar. Hadisə zamanı toqquşmadan əvvəlki sürəti təxminən 60-70 km/saat olmuşdur. Hadisədən sonra digər avtomobilin sürücüsü ittiham aktında qeyd edildiyi kimi qan içində olmamışdır. O, Bilgəh qəsəbəsi istiqamətində təxminən 60-70 km/saat sürətlə hərəkət etmişdir. Qaranlıq olduğundan və döngəli yol olduğundan gələn maşının rəngini, nömrəsini görmək, sürətini sezmək mümkün olmamışdır. İşıqlandırma şəraitində o, öz yolunu görə bilmişdir. O, qarşıdan gələn avtomobilin onun hərəkət zolağına keçib daha sonra öz zolağına qayıtdığını görmüşdür. O, digər avtomobilin onun zolağına ilk dəfə keçdiyini görərkən öz zolağında yola davam etmiş, çünki, aralarında məsafə olmuşdur. Həmin zaman onun surəti təxminən 60-70 km/saat olmuşdur. İdarə etdiyi avtomobildə yanacaq az olduğuna görə aşağı sürətlə idarə etməyə davam etmişdir ki, yanacaq doldurma məntəqəsinə çata bilsin. Qarşıdan gələn avtomobil ikinci dəfə onun zolağına keçəndə artıq idarə etməni itirərək yanakı formada onun üzərinə gəlmişdir. Qəfildən onun hərəkət zolağına keçdikdə aralarında 3-4 metr məsafə olmuş, o, dərhal sükanı sağa çevirib torpaq yola çıxmaq istəsə də, toqquşma qaçılmaz olmuşdur. O, avtomobili sağa çəkməsəydi də “Kia” onun idarə etdiyi avtomobilin sol tərəf qapısına dəyəcəydi. Çünki, “Kia” markalı avtomobil idarəetməni itirərək yanakı formada gəlmişdir. Təhlükə baş verdikdə sürücünün vəzifələri sürəti azaltmaqdan ibarətdir. “Kia” markalı avtomobilin birinci dəfə yoluna çıxması zamanı aralarında 50-60 metr məsafə olarmış. O, həmin avtomobilin idarəetməni itirməsindən, onun idarə etdiyi “Range Rover” markalı avtomobilin çəkisinin ağır olmasına baxmayaraq toqquşmadan sonra getdiyi yolun əks istiqamətində çevrilməsindən anlamışdır ki, qarşıdan gələn avtomobilin sürət həddi çox olmuşdur. Zərəçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə edilmişdir, lakin, özünü təqsirli bilmir, çünki, o, öz hərəkət zolağında hərəkət etmişdir. İbtidai istintaq zamanı Sabunçu rayon Polis İdarəsində X15 yanında verdiyi ilkin izahatını oxuyub imzalamışdır. Müdafiəçinin iştirakı olmadan dindirilmişdir. Sonradan Bakı şəhər Baş Polis İdarəsində müstəntiq Tofiq Namazovun yanında verdiyi ifadələri oxumadan imza etmiş, ilkin izahatında qarşı tərəfdəki sürücünün qan içində olması ilə bağlı ifadə verməmişdir. 7 ildir ki, qeyri-rəsmi şəkildə, əmək müqaviləsi olmadan Şahid1 sürücüsü kimi işləmişdir. O, Şahid1 uşaqlarının sürücüsü olmuşdur. Hadisə günü axşam saat 19 radələrində uşaqları məktəbdən evə gətirmişdir. Həyətdə ustalar digər avtomobilin şüşələrinin dəyişdiyi üçün onlara nəzarət məqsədilə Şahid1 həyətində dayanmışdır. Həmin avtomobil “Range Rover” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Uşaqları həm “Range Rover”, həm də, “lexus” markalı avtomobillərlə məktəbə aparıb gətirmişdir. Hadisə günü hansı avtomobillə uşaqları məktəbə apardığını xatırlamır. Avtomobilin içərisində olan təkərləri işdən çıxdıqda evə aparmaq məqsədilə Şahid1 həyətindən götürüb avtomobilə qoymuşdur. Təkərlər Şahid1 məxsus olmuşdur. Həmin təkərlər Şahid1 lazım olmadığından, öz evinə aparırmış. Hadisədən sonra xəsarət alanlara kömək etmişdir. Xəsarət alanları ətrafdan köməyə gələnlərlə birlikdə çıxarmağa avtomobildən başlamışlar. O, Şahid1 zəng etdikdən sonra yardım etməyə başlamışdır. Hadisədən sonra müstəntiq ona yaxınlaşaraq, onu polis idarəsinə aparmış və səhərə kimi orada saxlamışdır. Hadisənin səhəri günü müstəntiq onu hadisə yerinə aparmamış, müstəntiqin hadisə yerinə baxış keçirib-keçirməməsini bilməmişdir. İstifadəsində olan ***- ***-**-** mobil nömrəsindən Şahid1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələrindən hansısa birinə zəng etmişdir. Elşənin hadisə yerinə onun zəngindən neçə dəqiqə sonra gəlməsini bilməmişdir. Hadisə günü Sabunçu rayon Polis İdarəsində olduğu dövr ərzində müstəntiq onunla bağlı hər hansı istintaq hərəkəti aparmamış, sadəcə izahatını almış, həkim müayinəsinə aparmamışdır. Həmin gün Şahid1 Sabunçu rayon Polis İdarəsinə gəlmiş və sonra çıxıb getmişdir. Şahid1 izahat alıb-almamalarını bilməmişdir. Hadisə zamanı üzərində olan paltarları hadisənin səhəri gün ondan götürmüşlər. Sərxoşluq vəziyyəti aktının müəyyən edilməsi üçün onu müayinə etmişlər, amma digər avtomobilin sürücüsü müayinə olunmamışdır. Sərxoşluq vəziyyəti aktının müəyyən edilməsi üçün onu müayinəyə müstəntiq Kənan Kərimli xidməti avtomobil ilə aparmışdır. Sürücü onun zolağına çıxdıqda o, uzaq məsafə işıqlarını yandırıb, onun yolunda olduğu ilə bağlı xəbərdarlıq etmişdir. Onu nə qədər məsafədən gördüyünü xatırlamır. Hadisə günü Şahid1 bağ evindən saat 21 radələrindən sonra çıxmış və 3-4 dəqiqə sonra qəza baş vermişdir. O, evdən 21:40, 22:00 radələrində çıxdığını yazmamışdır. Qəza baş verdikdən sonra hava yastıqları açılmış, onun idarə etdiyi avtomobil hərəkət etdiyi istiqamətin əks istiqamətində fırlanmış, avtomobil aşmış və sonra özü düzəlmişdir. Onun dizində yüngül cızıq xəsarəti olmuşdur. Şalvarı bir az cırılmışdır. O, təhlükəsizlik kəmərindən istifadə etmiş və təhlükəsizlik hava yastıqları açıldığı üçün xəsarət almamışdır. Avtomobilin şüşələri qırılmışdır. O, qapını açaraq avtomobildən düşmüşdür. Hadisə zamanı qara köynək geyinmiş, təhlükəsizlik kəmərin izinin üzərində qalıb-qalmadığını xatırlamamışdır. O, təxminən 60-70 km/saat sürətlə hərəkət etmişdir. Getdiyi yolda maksimal sürət həddi 60 km/saatdır. Qarşıdan gələn avtomobil tuneldən çıxdıqdan sonra o, həmin avtomobilin onun hərəkət zolağına çıxdığını görüb uzaqvuran işıqla ona xəbərdarlıq etmişdir. Tunellə onun arasında təxminən 50 metr məsafə olmuşdur. Hadisə baş verən yol köməkçi yol olmuşdur. Onun hərəkət zolağının sol tərəfi baş yoldur, orada səki olduğu üçün avtomobillə keçmək mümkün deyildir. Məhkəmədə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun oğludur. 08 oktyabr 2022ci il tarixdə, saat 21:50 radələrində oğlu Zərərçəkmiş şəxs3 hal əhval tutmaq məqsədi ilə ona məxsus telefon nömrəsinə zəng vurmuşdur. Telefon nömrəsinə tanımadığı kişi cinsli şəxs cavab verərək oğlunun yol nəqliyyat hadisəsi zamanı 3 nəfər şəxslə birlikdə qəzaya düşdüyünü, maşınlarını kiminsə vurduğunu demişdir. Həmin şəxsdən qəzada oğlunun idarə etdiyi avtomobildə neçə nəfər olduğunu və salamatçılıq olub-olmadığını soruşmuş, həmin şəxs oğlunun idarə etdiyi avtomobildə 3 nəfər olduğunu, avtomobildə olan şəxslərin nəfəs alsalar da huşlarının özlərində olmadığını bildirmişdir. Həmin şəxsin kim olduğunu bilməmişdir. Amma həmin şəxsin telefon nömrəsini almışdır. Bundan sonra dərhal Bakı şəhərinə gəlmək üçün evdən çıxmışdır. Eyni zamanda həmin şəxsin mobil nömrəsini Bakı şəhərində yaşayan bacanağına verərək, onunla əlaqə saxlayıb hadisə yerinə getməsini xahiş etmişdir. O, təxminən Kürdəmir rayonunda olduğu zaman telefonla məlum olmuşdur ki, oğlu Arifin idarə etdiyi avtomobildə qabaqda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 hadisə yerində vəfat etmiş, avtomobildə arxa oturacaqda sağda əyləşmiş Zərərçəkmiş şəxs2 və oğlu müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Hadisə yerində ölmüş Zülfüqar Sabunçu rayonu Məhkəmə-Tibbi Ekspertiza mərkəzinə, xəsarət alan oğlu Ariflə Ayxan isə Sabunçu rayonunda yerləşən 3 saylı şəhər Klinik xəstəxanasına yerləşdirilmişmişlər. Təxminən 09 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhərinə çatmışdır. Xəstəxanaya getmiş, məlum olmuşdur ki, oğlu Arif xx.xx.2022-ci ildə saat 21:43-də idarə etdiyi “Kia” markalı Pride modelli **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu Bilgəh qəsəbəsində Bakı dairəvi yolun Nardaran qəsəbəsinin dəniz kənarından keçən hissəsində "Range Rover" markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin günün səhərisi saat 12 radələridə Ayxan həmin xəstəxanada rəhmətə getmişdir. Həmin gün səhər saatlarında oğlu Arifin vəziyyəti normal olmadığından onu X13 köçürmüşlər. Arif həmin gündən 2022-ci ilin dekabr ayının 28-nə kimi X14 stasionar müalicə almışdır. Oğlu hadisə zamanı ağır dərəcəli bədən xəsarəti almışdır. X4 müalicələri davam etdirilmişdir. O, hadisədən təxminən 3 gün sonra Sabunçu rayon Prokurorluğuna gələrək, prokurorun qəbulunda olmuşdur. O, Sabunçu rayon prokuroruna oğlunun idarə etdiyi avtomobildə pul olmasını, hazırda həmin pulun yoxa çıxmasını demişdir. O, müstəntiqə zəng edərək maraqlanmışdır. 2 gün sonra bacanağı hadisə yerinin yaxınlığında pulun olduğu boş çantanı tapmasını ona xəbər vermişdir. O, bu barədə müstəntiqə məlumat vermişdir. Çantaya baxış zamanı evakuator sürücüsü də həmin çantanı hadisə zamanı bir cavan oğlanın əlindən alaraq avtomobilin içərisinə atdığını bildirmişdir. Daha sonra isə həmin şəxs avtomobilin arxasınca gələrək, ağlamış, Arifin qohumu olmasını bildirərək avtomobilə yaxınlaşmışdır. Videogörüntülərə baxış zamanı həmin şəxsin idarə etdiyi avtomobilin nömrəsini müəyyən edərək, oğurlanmış pulu tapa bilmişlər. O, sonradan bilmişdir ki, “Range Rover” markalı avtomobilin sahibi Şahid1dir. Hadisə yerindəki fotoşəkillərdən görünür ki, qəza Şahid1 tərəfindən törədilmiş, Təqsirləndirilən şəxs tərəfindən törədilməmişdir. Hadisə zamanı “Range Rover” markalı avtomobili Şahid1 idarə etmişdir. Hadisə yerinin videogörüntülərindən məlum olur ki, “Range Rover” markalı avtomobil əks zolağa çıxaraq qəzaya səbəb olmuşdur. Hadisə yerindəki fotoşəkili kimin çəkməsini bilmir. Həmin şəkil ona oğlu xəstəxanada olan zaman təqdim edilmişdir. Fotoşəkildə 3 nəfər şəxsin dayandığı görünmüşdür. Həmin şəxslərdən biri Təqsirləndirilən şəxs, digəri Şahid1 və bir nəfəri tanımadıqları seyrək saçlı şəxs olmuşdur. “Range Rover” markalı avtomobilin ön şüşəsində iki nəfərin başlarının izi olmuşdur. Hesab edir ki, “Range Rover” markalı avtomobildə iki nəfər şəxs olmuşdur. Lakin, avtomobildən şəxslərin düşməsi hissəsində video dayandırılmışdır. O, təxminən hadisədən 3-4 gün sonra hadisənin baş verdiyi yerə baxmaq üçün getmişdir. O, uzun illərdir ki, X30 bölməsində sürücü işləyir, yol nəqliyyat hadisələrinə çox şahidlik etmişdir. O, toqquşma nöqtəsini müəyyən edə bilmişdir. Hadisə yerində əyləc izlərinə rast gəlməmişdir. Şahid1 əynindəki paltar göy və ya qara rəngdə olmuşdur. O, hesab edir ki, avtomobili Təqsirləndirilən şəxs idarə etməmişdir. Hadisə 8 oktyabr 2023-cü il tarixdə baş vermişdir. Onlar bir neçə yerə müraciət etdikdən sonra müstəntiq Kənan Kərimli xidməti otağında videogörüntüləri onlara nümayiş etdirmişdir. Həmin videoyazıya təkrarən Tofiq Namazovun xidməti otağında baxmışlar. X15 xidməti otağında baxdıqları videogörüntülər olduqca yaxın kadrlar olmuş, orada hadisə iştirakçılarını dəqiq seçmək olmuşdur. Tofiq Namazovun yanında baxdıqları görüntülər isə aydın olmamışdır. Hadisə zamanı toqquşan avtomobillərə o, şəxsən baxmamışdır. Təqsirləndirilən şəxsin qohumları barışıq üçün müraciət etməmişlər. Görüntülərdə “Range Rover” markalı avtomobildən düşən şəxsi tanımır. Oğlu Arifin idarə etdiyi avtomobil onun dostu Ülviyə məxsus olmuşdur. Ülvinin 5-6 ədəd avtomobili olmuş, onun digər avtomobillərinə Arifin etibarnaməsi olsa da, qəzada iştirak edən avtomobilə oğlunun etibarnaməsi olmamışdır. Belə ki, qeyd edilən avtomobil hadisə baş verməmişdən bir neçə gün öncə təmirdən çıxmışdır. Ülvi ailəsi ilə rayona getdiyi üçün Ariflə avtomobillərini qarşılıqlı şəkildə dəyişmişlər. Oğlunun idarə etdiyi “Kia” markalı avtomobilin texniki göstəricilərində nasazlıq olmamışdır. Yol nəqliyyat hadisəsi onun oğlunun idarə etdiyi avtomobilin hərəkət zolağında baş vermişdir. Beytulla hadisə barədə düzgün ifadə vermədiyi üçün ona qarşı şikayət və tələbi vardır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, axşam saat 21:40 radələrində Beytulla və bağ evinin bağbanı işləyən Tahir ona məxsus olan “Lexus” markalı avtomobillə evə lazım olan bir neçə əşyanı mağazadan alıb evə qayıtdıqdan sonra Beytulla yaşadığı evə getmək istədiyini bildirmişdir. Adətən Beytulla evə tez getmişdir. Həmin gün isə evdə olan digər avtomobilin bir neçə işlərini gördürdükləri üçün Beytulla evinə bir az gec getməli olmuşdur. O, Beytullaya onların evində qalmasını, səhər getməsini desə də, o evdə qonaqlarının olmasını bildirərək getmişdir. Beytulla ona məxsus “Range Rover” markalı avtomobillə onun bağ evindən çıxdıqdan təxminən 5-10 dəqiqə sonra zəng edərək qəza törətdiyini bildirmişdir. O, dərhal paltarlarını dəyişmiş, Tahirə “Lexus” markalı avtomobilin açarlarını gətirməsini bildirmişdir. Tahir açarları gətirdikdən sonra ona Beytullanın qəza törətdiyini bildirmiş və Tahir də onunla avtomobilə əyləşmiş və onlar Beytullanın yanına getmək üçün yola düşmüşlər. Onlar Zaqulba istiqamətində hərəkət etmişlər, o, Beytullaya yenidən zəng edərək, harada olmasını soruşduqda, o, qəzanı Nardaran qəsəbəsi “Sea Breaze” istirahət mərkəzi istiqamətində törətdiyini bildirmişdir. O, hadisə yerinə çatıb Beytulladan səhhətində hər hansı problem olub-olmamasını soruşmuş, daha sonra isə hadisə yerinə polis əməkdaşları və digər şəxslər gəlmişlər. Təqsirləndirilən şəxs bağ evindən tək çıxmışdır. Onun fikrincə hadisədən sonra Təqsirləndirilən şəxs ilk olaraq ona zəng etmişdir. Hadisə yerində ondan heç kim heç nə soruşmamışdır. Təqsirləndirilən şəxs təxminən 2016-2017-ci ildən etibarən sürücüsü kimi işləmişdir. Təqsirləndirilən şəxs adətən səhər tezdən gələrək uşaqları dərsə aparmış, bəzi hallarda Beytulla onların bağ evində də qalırmış. Hadisə günü Təqsirləndirilən şəxs təxminən onu saat 18-19 radələrində bağ evinə gətirib düşürmüş, daha sonra Beytulla ona məxsus “Mercedes” markalı avtomobili anasıgilin yaşadığı evə apararaq, yenidən geri qayıtmışdır. Beytulla bağ evindən ayrıldıqdan təxminən 10 dəqiqə sonra zəng edərək qəza törətdiyini demişdir. Təqsirləndirilən şəxs zəng etdikdən sonra o, hadisə yerinə həyətində bağban kimi işləyən Tahirlə birlikdə yollanmışdır. Avtomobili o idarə etmişdir. Onlar hadisə yerinə çatdıqda Beytulla özünü itirmiş vəziyyətdə dayanmış, üst-başı torpaq içində olmuşdur. Özünün yaxşı olduğunu, xəsarət almadığını, qarşı tərəfdəki avtomobildəki şəxslərin isə ağır vəziyyətdə olmalarını demişdir. Onun istifadəsində iki mobil nömrə olmuşdur, həmin mobil nömrələr iş materiallarında mövcuddur. Onun mobil telefonunda iki nömrə olduğu üçün zəngin hansı nömrəyə daxil olduğunu xatırlamır. Ümumilikdə iki dəfə telefon danışığı olmuşdur. Beytulla adətən onun “Bakcell” şəbəkəsinə aid nömrəsinə zəng etmişdir. O, yalnız ifadə verdikdən sonra Beytulladan hansı nömrəsinə zəng etdiyini soruşduqda o, “Azercell” operatoruna məxsus nömrəyə zəng etdiyini demişdir. Hadisə baş verdikdən sonra hadisə yerinə müstəntiq və ya digər şəxslə birlikdə getməmişdir. Onun evinin içərisində olan videoyazı aparatını Sabunçu rayon Polis İdarəsinin müstəntiqi Kənana təqdim etmişdir. Həmin görüntüləri onun icazəsi ilə polis əməkdaşlarına onun evdə olmadığı vaxt mənzilində işləyən işçilər təqdim etmişlər. Onu müstəntiq ifadə vermək üçün Sabunçu rayon Polis İdarəsinə dəvət etmişdir. Hadisədən sonra müstəntiq onu həkim müayinəsindən keçmək üçün aparmışdır. O, Sabunçu rayonu ərazisində tibb məntəqəsinə getmişdir. O, şahid kimi ifadə verən zaman yanında vəkili iştirak etmişdir. O, ümumiyyətlə hər zaman bütün hüquqi məsələlərdə vəkillə birgə iştirak edir. O, müayinədən keçirilmiş, hər hansı xəsarəti aşkarlanmamışdır. “Range Rover” markalı avtomobilə nə qədər ziyan vurulduğunu hesablatmamışdır. Köhnə maşın olduğu üçün, eləcə də, insan həyatlarının qarşılığında hər hansı dəyəri olmadığı üçün vurulmuş ziyanla əlaqədar zərərçəkmiş şəxs qismində tanınmaq istəməmişdir. “Range Rover” markalı avtomobilin sükanı arxasında onun olması ilə əlaqədar söylənilənlər həqiqətə uyğun deyildir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2018-ci ildən etibarən Sabunçu RPİ-nin DYPŞ-nin YPX inspektoru vəzifəsində xidmət edir. xx.xx.2022-ci İl tarixdə, saat 21:55 radələrində iş yoldaşı X8 ilə idarə etdikləri “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən radio stansiya qurğusundan eşitmişlər ki, Nardaran-Bilgəh qəsəbəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Bu zaman Balaxanı qəsəbəsində digər yol-nəqliyyat hadisəsi yerində olmuşlar. Təxminən 22 radələrində hadisə yerinə çatmışlar. Hadisə yerində görmüşlər ki, “Range Rover” markalı avtomobillə “Kia” markalı avtomobil toqquşub. Kia markalı avtomobilin içərisində 3 nəfər şəxsin olduğunu bilmişlər. Lakin, onlar çatanda 2 nəfər yaralını artıq TTYS briqadası aparmış, 1 nəfər isə vəfat etmişdir. Daha sonra hadisə yerinə evakuator xidməti dəvət edilmiş və “Range Rover” markalı avtomobillə “Kia” markalı avtomobilləri evakuator xidməti avtomobillərinə yerləşdirərək cərimə meydançasına aparılmasını təşkil etmişlər. Hadisə yerinə çatdıqda “Range Rover” markalı avtomobili idarə edən sürücünün sənədlərini yoxlamışlar. Onun heç bir xəsarəti olmamışdır. O, hadisə nəticəsində heç bir xəsarət almamışdır. “Range Rover” markalı avtomobili idarə edən sürücü şok vəziyyətində olmuş, onun adını, soyadını hadisənin necə olmasını mümkün qədər soruşmuşlar. “Range Rover” markalı avtomobili idarə edən sürücü bildirmişdir ki, digər avtomobil anidən onun hərəkət zolağına çıxdığından qəza baş vermişdir. Onlara hadisə barədə məlumat veriləndə onlar Balaxanı qəsəbəsində yol- nəqliyyat hadisəsi yerində olmuşlar. Balaxanı qəsəbəsindən hadisənin baş verdiyi yerə qədər təxminən 20-30 dəqiqəlik məsafə olmuşdur. Onları hadisə yerinə Növbətçi hissə təxminən hadisə baş verdikdən 15 dəqiqə sonra yönləndirmişlər. Onlar tez çatmaq üçün Xəzər rayonu ərazisinə daxil olaraq, Heydər Əliyev prospekti ilə hadisə yerinə tərəf getmişlər. Onlardan başqa da əməkdaşlar hadisə yerində olmuşlar. Həmin əməkdaşlardan sürücünün kim olmasını soruşmuşlar və onun şəxsiyyətini, sənədini portal vasitəsilə yoxlamışlar. Onlar çatanadək digər əməkdaşlarda portal olmadığı üçün sürücünün sənədlərini portal vasitəsilə yoxlamamışlar. O, hadisə nəticəsində xəsarət alanları görməmişdir. “Range Rover” markalı avtomobili idarə edən sürücü səhv etmirsə tünd rəngli geyimdə olmuşdur. Hazırda sürücünün geyimini xatırlamır. Onlar hadisə yerində təxminən 1 saat qalmışlar. Qəza törətmiş avtomobillərin dövlət qeydiyyat nişanlarını xatırlamır, onlar qəzada iştirak edən avtomobillərin nömrələrini gündəlik kitabçalarına qeyd edirlər. “Range Rover” markalı avtomobilin üzərindəki qeydiyyat nişanı açılmış, “Kia” markalı avtomobilin nömrə nişanı isə qəza nəticəsində yerə düşmüşdür. Onlar xəsarət və ya ölümün qeydə alındığı hadisələr zamanı hadisə yerində heç bir sənəd tərtib etmirlər. Rəhbərliyə məruzə edirlər və hadisə barədə araşdırma aparılır. Sürücünün sənədlərini təhqiqatçıya təqdim etmişlər. Hadisənin baş vermə vaxtını adətən vətəndaşlardan soruşmuşlar. Hadisə yerində olduqları müddətdə təqsirləndirilən şəxsin yanında hər hansı yaxın adamını görməmişdir. Hadisə yerinə “Lexus” markalı avtomobilin yaxınlaşıb-yaxınlaşmamasını görməmişdir. “Range Rover” markalı avtomobil torpaq yolda dayanmışdır. Yol nəqliyyat hadisəsinin hansı avtomobilin hərəkət zolağında baş verməsini bilməmişdir. Qəza baş verən yolda sürət nişanı qoyulmasa da, köməkçi yol olduğu və yaşayış məntəqəsi olduğu üçün sürət həddi ən çox 50-60 km/saat həddində ola bilərmiş. Qəza baş verən yolun ortasında səhv etmirsə səki olmuşdur. Onlar hadisə yerinə çatdıqda şəxslərdən birinin meyitini görmüşlər. Müstəntiq hadisə yerinə baxış keçirən zaman onlar yalnız yolun tənzimlənməsini həyata keçirmişlər. “Range Rover” markalı avtomobilin gəldiyi istiqamətdə sürət həddi ölçən cihaz yoxdur. “Range Rover” markalı avtomobilin sürücüsündən hansı sürət həddi ilə hərəkət etdiyini soruşduqda, aşağı sürətlə hərəkət etdiyini demiş, lakin, onun hansı sürətlə hərəkət etməsinə dair suala cavab verdiyini xatırlamır. Hadisə baş verən gün hava şəraiti aydın olmuşdur. Həmin ərazinin yaxınlığında Azərbaycan Qadını küçəsində sürət həddi ölçən cihaz vardır. Həmin cihaz hadisənin baş verdiyi yeri qeydə almaq imkanında olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2014-cü ildən etibarən Sabunçu RPİ-nin PPXB-nün polis nəfəri vəzifəsində çalışır. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən postda günaşırı xidmətdə olur. xx.xx.2022-ci il tarixdə saat 21:50 radələrində Sabunçu RPİ-nin 42-ci PB-nin inzibati ərazisində, yəni Nardaran qəsəbəsində olarkən radio stansiya qurğusundan eşitmişlər ki, Nardaran-Bilgəh qəsəbəsində yol nəqliyyat hadisəsi baş verib. Bu zaman yanında iş yoldaşları Şahid6 və Şahid2 olmuşdur. Bundan sonra hər üçü yol- nəqliyyat hadisəsinin baş verdiyi yerə getmişlər. Təxminən 10-15 dəqiqə ərzində hadisə yerinə çatmışlar. Ora çatanda “Range Rover” markalı avtomobillə “Kia" markalı avtomobil toqquşduğunu görmüşlər. “Kia” markalı avtomobilin içərisində 1 nəfər vəfat etmiş, “Range Rover” markalı avtomobilin sürücüsü isə sağlam olmuşdur. Onun gördüyü qədər hər hansı bir xəsarəti olmamışdır. Bundan sonra digər polis əməkdaşları da hadisə yerinə gəlmiş, onlar hadisə yerinin mühafizəsini təşkil etməklə məşğul olmuşlar. “Range Rover” markalı avtomobilin sürücüsünün hansı şəxs olmasını X26 əməkdaşlarından öyrənmişdir. “Range Rover” markalı avtomobildə sürücünün yanında kiminsə olub-olmamasını xatırlamır. “Range Rover” markalı avtomobilin sürücüsü xəsarət almamışdır. Onun geyimini xatırlamır. Bu kimi hadisələrə öz təşəbbüsləri ilə yaxınlaşırlar. Hadisə baş verdikdən təxminən 10-15 dəqiqə keçdikdən sonra hadisə yerinə çatmışlar. Hadisə zamanı toqquşan avtomobillərdən başqa hadisə yerində digər avtomobilin olub-olmamasını xatırlamır. “Range Rover” markalı avtomobilin təhlükəsizlik yastıqlarının açılıb-açılmamasına fikir verməmişdir. O, hadisə yerində təxminən 15-20 dəqiqə müddətində gözləmişdir. Onların heyəti üç nəfərdən ibarət olmuşdur. Onlar hadisə yerinə çatdıqda oraya X30 avtomobili çatmamışdır. Mərhum şəxsin hadisə yerindən aparılmasını təşkil etmişlər. Hadisə yerindəki “Range Rover” markalı avtomobilin sürücüsünü ola bilsin ki, hazırda görsə tanımaya bilər. Onlar hadisə yerinə çatdıqda avtomobillər toqquşma nöqtəsindən kənarlaşdırılmışdır. Avtomobillərin hissələrinin qırıqları və yağ axıntısı “Range Rover” markalı avtomobilin hərəkət zolağında olmuşdur. “Range Rover” markalı avtomobilin sürücüsü təxminən 20-25 metr aralıda dayanmışdır. Onun ayaq üstdə dayandığını görmüş, hər hansı xəsarətinin olmasının şahidi olmamışdır. “Range Rover” markalı avtomobilin sürücüsü kimi göstərilən şəxsin xarici görünüşünü dəqiq xatırlamır. Onlar hadisə yerinə xidməti avtomobillə gəlmişlər. Onlar əsasən, yolun tənzimlənməsinə cəlb olunmuşlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, 12 oktyabr 2022-ci il tarixdə axşam saatlarında yaşadığı evdə istifadə etdiyi mobil telefonunda Facebook sosial şəbəkəyə daxil olmuşdur. Xəbər lentində qabağına 08 oktyabr 2022-ci il tarixdə Sabunçu rayonu, Bilgəh qəsəbəsində iki avtomobilin, yəni "Kia Pride" markalı avtomobillə "Range Rover" markalı avtomobilin toqquşması ilə nəticələnən və onun da həmin yerdən keçərkən təsadüfən gördüyü yol-nəqliyyat hadisəsi barəsində məlumat yerləşdirildiyini görmüşdür. Həmin məlumatda hadisənin vəzifəli şəxs tərəfindən törədildiyi qeyd olunmuş, əlavə olaraq hadisəni törətdiyi iddia olunan şəxsin fotoşəkili əks olunmuşdur. O, şərh bölümündə hadisənin şahidi olduğunu, qeyd olunan şəxsin həmin ərazidə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi yerində gözünə dəymədiyini yazmışdır. Fikirlərini onunla əsaslandırmışdır ki, hadisə yerində olan zaman yolun sağ kənarında olmuşdur. Həmin vaxt ərazidə üzərinə əski çəkilmiş insan meyiti yerə uzadılmışdır. O, ətrafa toplaşan insanlardan hadisənin necə baş verməsini soruşmuş, tanımadığı şəxslər bildirmişlər ki, "Kia Pride" markalı avtomobillə qara rəngli "Range Rover" markalı avtomobilin toqquşması nəticəsində ölüm hadisəsi baş verib, "Range Rover" markalı avtomobilin yanında dayanan bir mülki geyimdə şəxsi göstərərək bildirmişlər ki, həmin şəxs "Range Rover" markalı avtomobilin sürücüsüdür. Həmin gün hadisə yerində hərbi geyimdə və xəbər lentində şəkili əks olunmuş vəzifəli şəxsə bənzəyən heç bir şəxs görmədiyi üçün “Facebook” sosial şəbəkəsinin şərh bölməsində fikirlərini yazmışdır. "Range Rover" markalı avtomobilin sürücüsünün xarici görkəmini tam təsvir edə bilməmiş, onun mülki geyimdə olduğunu görmüşdür. Müstəntiq onun sosial şəbəkədəki şərhinə görə dindirildiyini demişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Hadisə yolun sol tərəfində olmuş, onlar isə yolun sağ tərəfində hərəkət etmişlər. O, yolun digər tərəfində olsa da, Şahid1 qiyabi olaraq tanıyır. O, fotoşəkili paylaşılan şəxsi hadisə yerində görmədiyini demişdir. Onlar hadisə yerinə çatanda orada 30-40 nəfər adam olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, 08 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxslə birlikdə Şahid1 anasıgilə avtomobili aparıb qoymuşlar və onun idarə etdiyi “Lexus” markalı avtomobillə yenidən bağa qayıtmışlar. O, öz otağına daxil olduqdan bir neçə dəqiqə sonra Şahid1 ona zəng edərək çağırmış və Beytullanın qəza törətdiyini bildirmişdir. Şahid1 ilə birlikdə onun yaşadığı evdən çıxaraq hadisə yerinə, yəni Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsindən üzü Nardaran qəsəbəsi istiqamətinə tərəf yollanmışlar. Hadisə yerinə gələndə həmin yolda həqiqətən də Beytullanın idarə etdiyi "Range Rover" markalı avtomobilin qabaq hissəsinin əzik vəziyyətdə yolun sağında dayandığını, Bilgəh qəsəbəsindən Xəzər rayonu istiqamətinə gedən yolun sol kənarında isə sağ tərəfi əzilmiş vəziyyətdə "Kia Pride" markalı avtomobilin dayandığını görmüşlər. Həmin vaxt orada səhv etmirsə polis əməkdaşları və bir neçə tanımadığı şəxslər də olmuşdur. Onlar Beytulla ilə Şahid1 bağ evinə çatan kimi Təqsirləndirilən şəxs çıxıb getmişdir. Beytulla getdikdən 5-6 dəqiqə sonra Şahid1 onu çağıraraq Beytullanın qəza törətdiyini demişdir. Hadisə yerinə çatdıqda Beytullanın toztorpaq içində olmasını görmüşlər, lakin, onun hər hansı xəsarəti olmamışdır. "Range Rover" markalı avtomobilin hava yastıqlarının açılıb- açılmamasına fikir verməmişdir. Onlar hadisə yerinə çatanda polis əməkdaşları orada olmuşdur. Təqsirləndirilən şəxs "Range Rover" markalı avtomobillə ara-sıra evə getmişdiri. "Range Rover" markalı avtomobil Şahid1 atasından yadigar qaldığı üçün çox istifadə edilməmişdir. "Range Rover" markalı avtomobilin içərisində hadisə vaxtı “Mercedes” markalı avtomobilin təkərləri olmuşdur. Təkərləri maşına kimin yükləməsini bilmir. Təkərlərin maşında olmasını Beytulladan eşitmişdir. Səhv etmirsə, Beytulla təkərləri düzətdirmək üçün aparmışdır. Hadisə vaxtı onun istifadəsində ***-***-**-** nömrəsi olmuş, hazırda da həmin mobil nömrəni istifadə etməkdədir. Onlar hadisə yerinə çatdıqdan az müddət sonra X30 maşınları oraya çatmışdır. İbtidai istintaq dövründə onu bir dəfə polis idarəsinə ifadə vermək üçün çağırmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, uzun müddətdir balıqçılıqla məşğuldur. Özünə aid 1 ədəd motorlu qayığı vardır. Bu qayıqla hər gün səhər saat 07-dən günorta saat 12-ə kimi Xəzər dənizində balıq tutur. Bu balıqları daha sonra Nardaran qəsəbəsində dəniz sahilində satır. xx.xx.2022-ci il tarixdə saat 21:45 radələrində yaşadığı ünvanda olduğu zaman yoldan möhkəm səs eşitmiş, tez yola çıxmışdır. Yaşadığı ünvan Bilgəh-Nardaran yolu və ya Bakı Dairəvi Yolun yaxınlığında yerləşmişdir. Yola çıxanda görmüşdür ki, yolda yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə çoxlu sayda insanlar toplaşmışdır. Təcili həmin yerə gəlmiş, Kia markalı avtomobil ilə Range Rover markalı avtomobilin toqquşmalarını görmüşdür. Hamı Kia markalı avtomobilin başına toplaşdığı üçün o da Kia markalı avtomobilə yaxınlaşmışdır. Avtomobildə qabaqda sağda əyləşmiş sərnişin ölmüşdür. Sürücü və arxada əyləşmiş sərnişin isə sağ olmuşlar. Köməkləşib həmin şəxsləri avtomobildən çıxarmışlar. Avtomobildə olan xəsarət almış şəxsləri TTYS həkimləri aparmışlar. Digər avtomobildə isə xəsarət alan olmamışdır. Həmin avtomobilin sürücüsü də orada olmuş, onun üst-başı toz içərisində olmuşdur. Əynində qara rəngli qısa qol köynək olmuş, saçlarını arxaya daramışdır. O da kömək edən şəxslərin arasında iştirak etmişdir. Bu zaman ətrafda qonşusu Şahid16 görmüş, yaxınlaşıb Kia markalı avtomobilin arxa oturacağında qara çantanın içərisində pul olduğunu demişdir. Həmin pulu oğurlamaq qərarına gəlmişlər. Nə qədər çalışsalar da hadisə yerində içərisində pul olan çantanı oğurlaya bilməmişlər. Belə ki, orada çox sayda polis əməkdaşı və vətəndaşlar olmuşdur. Artıq evakuator xidmətindən də avtomobil gəlmişdir. Ətrafdakıların köməkliyi ilə Kia markalı avtomobili evakuator avtomobilinə yerləşdirmişlər. Bundan sonra tez evə gedib idarə etdiyi ’’Niva" markalı, **- VM-*** dövlət qeydiyyat nişanlı avtomobili götürüb yola çıxmış, Mirzəhəsənlə birlikdə avtomobilin arxası ilə cərimə meydançasına getmişdir. Evakuator avtomobili Kürdəxanı qəsəbəsində yerləşən 9 saylı dayanacağa yerləşdirmişdir. Orada avtomobildə ölənin yaxınları olduğunu bildirib avtomobilə yaxınlaşmışlar. Avtomobilin içərisindəki qara rəngli əl çantasını gizli oğurlamışlar. Əl çantasının içərisində 22.200 ABŞ dolları pul olmuşdur. Həmin pulu Mirzəhəsənlə bölmüşlər. Əl çantasını isə gətirib hadisə yerində tullamışlar. Sonra onlar saxlanılmışdır. Pulun böyük əksəriyyətini qaytarmışlar. Ona Təqsirləndirilən şəxs və Şahid1 məxsus olan fotoşəkillər təqdim edilmiş, hadisə zamanı Range Rover markalı avtomobilin sürücüsünün X9 olduğunu bildirirərək onu tanımış və təsdiq etmişdir. Digər şəxsi tanımamışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 6 ildir ki, 14 saylı X30 Stansiyasında həkim işləyir. xx.xx.2022-ci il tarixdə onunla birlikdə Nardaran filialında həkim Şahid9, Bilgəh filialında isə həkim Şahid10 növbətçi olmuşlar. Bakı dairəvi yolunun Nardaran qəsəbəsindən çıxan çıxışındakı qovşaqda yol-nəqliyyat hadisənin baş verdiyi barədə çağırış olmuş, saat 22:02-də hadisə yerinə çatmışdır. Hadisə yerinə çatanda Range Rover markalı avtomobillə Kia markalı avtomobilin toqquşduğunu görmüş, Range Rover markalı avtomobildə xəsarət alan şəxs olmadığını, Kia markalı avtomobildə 2 nəfər şəxsin xəsarət aldığını, bir nəfər şəxsin isə öldüyünü bilmişdir. Sərvər və Ülviyyə həkim ondan əvvəl hadisə yerinə çatdıqları üçün Sərvər həkim Kia markalı avtomobilin sürücüsünü, Ülviyyə həkim isə avtomobilin arxa oturacağında əyləmiş xəsarət almış sağ sərnişini xəstəxanaya aparmışlar. Həmin avtomobilin qabaq sağ oturacağında əyləşmiş sərnişinin öldüyünü müəyyən etdiyi üçün onu hadisə yerində olan polis əməkdaşlarına təhvil vermişdir. Range Rover markalı avtomobilin sürücüsünə yaxınlaşmış, onun xəsarət almadığını bilmişdir. O, qolu qısa, qara rəngli köynəkdə, göy rəngli cins şalvarda olan, üstbaşı toz olan bir şəxs olduğunu görmüşdür. Ona fotoşəkil təqdim edilmiş X2 tanıyaraq Range Rover markalı avtomobilin sürücüsünün həmin şəxs olduğunu təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid11 ifadəsində göstərmişdir ki, yaşadığı bağ evi magistral yolun kənarında, yəni Bakı dairəvi yoldan təxminən 10 metr aralıda yerləşir. 08 oktyabr 2022-ci il tarixdə təxminən saat 21:45 radələrində ailə üzvlərilə birlikdə yaşadığı evdə olarkən yoldan dəhşətli gurultu səsi gəlmiş, həmin vaxt oğlu evdən çıxaraq yola tərəf getmiş, o da əynini geyinib oğlunun arxasıyla yola çıxmışdır. Yaşadığı evdən təxminən 20 metr aralıda yoldan keçən bir neçə avtomobillərin dayandığını və ətrafa adamlar toplaşdığını görüb həmin yerə yaxınlaşmışdır. Bilgəh qəsəbəsindən Xəzər rayonu istiqamətinə gedən yolun sol kənarında sağ tərəfi əzilmiş vəziyyətdə, dövlət nömrə nişanı yadında qalmayan "Kia Pride" markalı avtomobili və həmin avtomobilin sükan arxasından bir cavan oğlanı ətrafda olan tanımadığı şəxslərin çıxardığını görmüşdür. Həmin avtomobildə digər sərnişinlər də olmuşdur. Həmin sərnişinlərdən biri avtomobilin qabaq sağ oturacağında, biri isə arxa oturacaqda sağ tərəfdə huşsuz vəziyyətdə olmuşdur. Ətrafda olan tanımadığı şəxslər və oğlu Şahid12 Rzalı oğlu avtomobildə huşsuz vəziyyətdə olan şəxsləri çıxartmışlar. Sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilas Etmə Xidmətinin əməkdaşları gəlmişlər. Lakin onlar gələnə qədər artıq avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü və sərnişinləri ətrafda olan şəxslərin köməkliyi ilə avtomobildən çıxarılmışlar. Həmin şəxslərdən biri ölmüş, arxa oturacaqda əyləşən şəxs isə sağ olmuşdur. Hadisə yerinə gələn X30 Briqadasının həkimləri xəsarət alan "Kia Pride" markalı avtomobilin sürücüsünü və sərnişinini xəstəxanaya apardılar. Sonradan hadisə yerində dövlət nömrə nişanı yadında qalmayan qara rəngli "Range Rover" markalı avtomobili görmüşdür. Həmin avtomobil də əzik vəziyyətdə olmuşdur. "Range Rover" markalı avtomobilin yanında üst-başı toz torpaq içində olan bir cavan oğlan dayanmışdır. Hadisə yerinə gələn polis əməkdaşlarından biri həmin cavan oğlandan hadisənin necə baş verməsini soruşmuş, həmin şəxs də polis əməkdaşına "mən nə qədər avtomobili qaçırtdım ki, toqquşma baş verməsin, lakin mümkün olmadı" deməsini eşitmişdir. Həmin vaxt başa düşmüşdür ki, "Kia Pride" markalı avtomobillə "Range Rover" markalı avtomobil toqquşub, cavan oğlanın üst-başı toz torpaq içində olmasından bilmişdir ki, həmin oğlan "Range Rover" markalı avtomobilin sürücüsüdür. Bundan əlavə hadisədən bir neçə gün sonra yaşadığı evin həyətində olduğu vaxt evin qapısı döyülmüş, qapını açdıqda tanımadığı 4 nəfər orta yaşlı kişini görmüş, onlardan nə məsələ olduğunu soruşmuşdur. Həmin kişilərdən ikisi bildirmişlər ki, 08 oktyabr 2022-ci il tarixdə "Kia Pride" markalı avtomobillə "Range Rover" markalı avtomobilin toqquşması ilə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində "Kia Pride" markalı avtomobilin içərisində olan sərnişinlər onların övladlarıdır. Ondan "Range Rover" markalı avtomobilin sürücüsünü görübgörməməsi barədə sorğu sual etmişlər və hadisənin necə baş verməsini soruşmuşlar. Onlara cavab verərək bildirmişdir ki, yol-nəqliyyat hadisəsinin necə baş verməsini görməmiş, səs gəldiyindən yaşadığı evdən çıxaraq hadisə yerinə getmiş, "Range Rover" markalı avtomobilin yanında üst-başı toz torpaq içində olan cavan oğlanın olmasını onlara demiş, lakin onlar ona inanmayaraq çıxıb getmişlər. "Range Rover" markalı avtomobilin sürücüsü hündür boylu, əynində qısa qol qara köynək olan, saçını arxaya daramış şəxs olmuşdur. Həmin şəxsi tanıya bilər. Həmin şəxsin xəsarət almasını görməmişdir. Hadisə yerində oğlundan başqa kimsəyi tanımamışdır. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilas Etmə Xidmətinin əməkdaşları hadisə yerinə gəlməmişdən əvvəl orada X30 Briqadasının həkimlərindən və polis əməkdaşlarından başqa heç bir dövlət işçisi olmamışdır. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilas Etmə Xidmətinin əməkdaşları sonradan gəlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X16” X27 məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 23/MEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 başın küt travması ilə əlaqədar baş beyinə subaraxnoidal qansızma, korpus kollozumun kontuziyası, intraparenximatoz hematomalar, yan mədəciklərin qansızması, ənsə sümüyünün sınığı, döş qəfəsinin küt travması ilə əlaqədar ikitərəfli hemopnevmotoraks, sağ 11,111,İV,Vİ,Vİİ,Vlll,İX,Xİ,Xİİ qabırğaların yerdəyişmiş sınıqları, sağ körpücük sümüyünün sınığı, çanağın küt travması ilə əlaqədar oma, qalça, sağ qasıq-oturaq sümüklərinin sınıqları, sağ bud sümüyünün sınığı, qaraciyərin və diafraqmanın travmatik cırılması, urosepsis, septik şok, septiki endokardit, hər iki yuxarı və aşağı ətrafların nekrozu ilə əlaqədar sağ əlin, sol saidin, hər iki baldırın amputasiyadan sonrakı vəziyyət, poliorqan çatışmazlığı (ürək, böyrək, qaraciyər)”, posttravmatik, postkomatoz, vegetativ vəziyyət aşkar edilmişdir. Aşkar edilmiş xəsarətlər-başın küt travması ilə əlaqədar baş beyinə subaraxnoidal qansızma, korpus kollozumun kontuziyası, intraparenximatoz hematomalar, yan mədəciklərin qansızması, ənsə sümüyünün sınığı; döş qəfəsinin küt travması ilə əlaqədar ikitərəfli hemopnevmotoraks, sağ İİ,111,İV,Vİ,Vİİ,Vİİİ,İX,X!,Xİİ qabırğaların yerdəyişmiş sınıqları, sağ körpücük sümüyünün sınığı; çanağın küt travması ilə əlaqədar oma, qalça, sağ qasıqoturaq sümüklərinin sımqları, sağ bud sümüyünün sınığı; qaraciyərin və diafraqmanm travmatik cırılması bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində törədilə bilərdilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs3 adına tərtib olunmuş tibbi sənədlərdə xəstəxanaya daxil olarkən onda alkoqol sərxoşluğunun olub-olmaması ilə əlaqədar qeydiyyat aşkar edilməmişdir. Zərərçəkmiş şəxs3 hal-hazırda düçar olduğu posttravmatik, postkomatoz, vegetativ vəziyyətlə əlaqədar istintaq hərəkətlərində iştirak etmək iqtidarında deyildir. (cild 3, iş vərəqə 179-185) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X16” X27 Sabunçu rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2511 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol baldır nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Törənmə müddəti xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində törənə bilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. (cild 1, iş vərəqə 236-237) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X16” X27 Sabunçu rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 2517 nömrəli rəyindən görünür ki, Şahid1 bədənində xəsarət aşkar edilmədiyi müəyyən edilmişdir. (cild 1, iş vərəqə 238-239) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022 tarixli 8/3046-4/1580 nömrəli rəyin təsviri hissəsindən görünür ki, Kia Pride markalı avtomobilin qarşı hərəkət zolağına çıxdığı andan Range Rover markalı avtomobilin toqquşma yerindən olduğu məsafə (Sa=122m) həmin avtomobilin mövcud yol şəraitinə uyğun dayanma yolundan (Sd=56,4m) böyük olması onu izah edir ki, hərəkət üçün təhlükə yaranan andan öz hərəkət zolağında tormozlama əməliyyatı aparmaqla sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Range Rover markalı avtomobili toqquşma yerinə çatmadan dayandırmağa texniki imkanı olmuşdur. Aparılmış hesablamalara əsasən Kia Pride markalı avtomobilin qarşı hərəkət zolağına çıxdığı andan sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Range Rover markalı avtomobili toqquşma yerinə çatmadan öz hərəkət zolağında dayandırmağa texniki imkanı olması, əks hərəkət zolağına çıxmış Kia Pride markalı avtomobilin öz hərəkət zolağına qayıtdıqdan sonra yenidən sola doğru istiqamətlənməsi qarşıdan əks istiqamətdə hərəkətdə olan Range Rover markalı avtomobilin qarşı hərəkət zolağına çıxması ilə əlaqədar olması və toqquşmanın Range Rover markalı avtomobilin hərəkət istiqamətində yolun hərəkət hissəsinin sağ tərəfində olan torpaq hissədə baş verməsi faktları onu izah edir ki, Range Rover markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-cİ maddəsinin 2-ci hissəsinin 1-cİ bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Hadisə yerinin sxemində və əlavə edilmiş video görüntülərə baxış keçirilməsi haqqında protokolda göstərilmişdir ki, hadisədən əvvəl Kia Pride markalı avtomobil qarşı hərəkət zolağına çıxmış, yenidən öz zolağına doğru istiqamətlənmiş, bu zaman qarşıdan əks istiqamətdə hərəkətdə olan Range Rover markalı avtomobil qarşı hərəkət zolağına çıxmış, Kia Pride markalı avtomobil öz zolağına qayıtmış, bundan sonra Kia Pride markalı avtomobil hərəkəti istiqamətində sola, qarşı hərəkət zolağına çıxmış, Range Rover markalı avtomobil isə hərəkəti istiqamətində sağa istiqamətlənmiş və avtomobillər Range Rover markalı avtomobilin hərəkəti istiqamətində yolun hərəkət hissəsinin sağ tərəfində olan torpaq hissəyə çıxaraq toqquşmuşdur. X28 markalı avtomobilin hərəkəti istiqamətində yolun hərəkət hissəsinin sağ tərəfində olan torpaq hissədə Range Rover markalı avtomobilin qabaq hissəsi ilə Kia Pride markalı avtomobilin sağ yan hissəsi arasında baş vermişdir. Videogörüntü ekspertizası tədqiqatından belə məlum olur ki, Kia Pride markalı avtomobil qismən sağ, qismən sol zolaqda olmaqla hərəkətdə olmuş, hansı zolaqda hərəkət etməsi müəyyən olunmayan əks istiqamətdə hərəkətdə olan Range Rover markalı avtomobil hərəkətini davam etdirmiş, Kia Pride markalı avtomobil qarşı sol zolaqda olmaqla hərəkətini davam etdirmiş, Range Rover markalı avtomobil qismən sağ, qismən sol zolaqda olmaqla əks istiqamətdə hərəkətini davam etdirmiş, Kia Pride markalı avtomobil öz hərəkəti istiqamətində tam sağ zolaqda, Range Rover markalı avtomobil isə öz hərəkəti istiqamətində tam olaraq sol zolaqda olmaqla hərəkət etmiş, bundan sonra Kia Pride markalı avtomobil sola, Range Rover markalı avtomobil isə sağa doğru İstiqamətlənərək avtomobillər toqquşmuşdur və hadisədən əvvəl Kia Pride markalı avtomobilin hərəkət sürəti 67 km/saat olmuşdur. Qeyd olunan vəziyyətdə Kia Pride avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini rəhbər tutmalı idi. Həmin maddənin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Göstərilən vəziyyətdə sürücü Zərərçəkmiş şəxs3 diqqətini, daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, idarə etdiyi Kia Pride markalı avtomobili qarşı hərəkət zolağına çıxarmamalı və avtomobili öz hərəkət zolağı ilə idarə etdirməli İdi. Lakin hadisədən əvvəl sürücü A.X29 markalı avtomobili qeyd olunan yol şəraitində hərəkət etdirərkən qarşı hərəkət zolağına çıxması, yenidən öz zolağına doğru istiqamətlənməsi, əks istiqamətdə hərəkətdə olan Range Rover markalı avtomobilin də sola istiqamətlənərək qarşı hərəkət zolağına çıxması, Kia Pride markalı avtomobilin öz zolağına qayıtması və yenidən Kia Pride markalı avtomobilin sola, Range Rover markalı avtomobilin isə sağa doğru istiqamətlənib yolun torpaq hissəsinə çıxaraq avtomobillərin toqquşması faktları onu izah edir ki, mövcud vəziyyətdə hadisə Kia Pride avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hərəkətin təhlükəsizliyini təmin etməyən öz idarəetmə hərəkətləri ilə əlaqədar baş vermişdir. Ona görə də göstərilən vəziyyətdə sürücü Zərərçəkmiş şəxs3 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs3 avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Tədqiqatın nəticəsi olaraq müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş "TŞ9- 123 2-2022-10-08_21h40min00s000ms" adlı videoyazıdakı görüntülərə görə həm "Kia Pride" və həm də "Range Rover" markalı avtomobillər qarşı hərəkət zolaqlarına çıxmışlar. Avtomobillərin qarşı hərəkət zolaqlarına çıxma anları videoyazıdakı götüntülərin təsviri hissəsində verilmişdir. Ekspertizaya təqdim edilmiş "TŞ9-123 2-2022-10-08_21h40min00s000ms" adlı videoyazıdakı görüntülərə görə "Range Rover" markalı avtomobilin dövlət nömrə nişanını müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş "TŞ9-123 2-2022-10-08_21h40min00s000ms" adlı videoyazıdakı görüntülərə görə "Range Rover" markalı avtomobildən toqquşmadan sonra neçə nəfər şəxsin düşməsini hadisə yerinin yazma qurğusundan kifayət qədər uzaq məsafədə olması və toqquşmadan sonra toz dumanının yaranması səbəbindən müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş “TŞ9-123 2-2022-10-08_21h40min00s000ms” adlı videoyazıdakı görüntülərə görə "Kia Pride" markalı nəqliyyat vasitəsinin bilavasitə toqquşma yeri yaxınlığında orta sürəti V = 67 km/saat olmuşdur. Ekspertizaya təqdim edilmiş “TŞ9-1232-2022-10-08_21h40min00s000ms" adlı videoyazıdakı görüntülərə görə "Range Rover" markalı avtomobilin sürətini müəyyən etmək mümkün olmamışdır. X18 markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Kia Pride markalı, 990D325 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs3 avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (cild 2, iş vərəqə 106-114) Cinayət prosesi tərəflərinin vəsatətləri, həmçinin, ekspertlər qarşısında qoyduqları suallar əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2024-cü il tarixli “Kompleks məhkəmə video-texniki və əlavə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının təyin edilməsi haqqında” qərarı ilə cinayət işi ekspertizaya göndərilmişdir. Həmin qərara əsasən tərtib edilmiş 30 may 2024-cü il tarixli 8/621-4/307 nömrəli ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş “TŞ9-123 2-2022-10- 08_21h40min00s000ms” adlı videoyazıdakı görüntülərə görə “Kia Pride" markalı, **-OD- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 avtomobillərin toqquşmasından əvvəl öz hərəkət zolağından sola sonuncu dəfə manevr etdiyi andan toqquşma anına qədər 1,40 san vaxt keçmişdir. Tədqiqatı tələb olunan yol-nəqliyyat hadisəsinin xronoloji ardıcıllığı tədqiqi hissədəki cədvəldə, “Kia Pride” markalı, 99 - OD - 325 dövlət qeydiyyat nişanlı avtomobilin kadrlarda göründüyü andan hadisənin baş verməsi anına kimi trayektoriyası və “Range Rover" markalı avtomobilə nəzərən vəziyyət şəkil 18-60 da verilmişdir. Ekspertizaya təqdim edilmiş TŞ9-123 2-2022-10-08_21h40min00s000ms adlı videoyazıdakı görüntülərə görə “Kia Pride” markalı nəqliyyat vasitəsinin bilavəsitə toqquşma yeri yaxınlığında orta sürəti V = 67 km/saat olmuşdur. Ekspertizaya təqdim edilmiş TŞ9-1232-2022-10-08_21h40min00s000ms adlı videoyazıdakı görüntülərə görə “Range Rover” markalı avtomobilin sürətini tədqiqi hissədə göstərilən səbəbdən müəyyən etmək mümkün olmamışdır. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, müdafiə tərəfinin göstərdiyi hərəkət üçün təhlükənin “Kia Pride” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz hərəkət zolağından sola 2-ci dəfə manevr etdiyi andan yaranması real hadisə mexanizminə uyğun olmadığından həmin məlumatlar üzrə tədqiqat aparılmır. Hərəkət üçün təhlükənin yaranma anının müəyyən edilməsi hüquqi məna kəsb etdiyindən həmin hal istintaq orqanları və ya məhkəmə tərəfindən qiymətləndirilir. Həmçinin qeyd edilir ki, qarşı-qarşıya toqquşma hadisələrində hərəkət üçün təhlükə ilkin olaraq qarşı sol hərəkət zolağına çıxmış nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yaradılır. Göstərilən şəraitdə Kia Pride markalı avtomobilin öz hərəkət zolağına qayıtdıqdan sonra yenidən sola doğru istiqamətlənən anda qarşıdan əks istiqamətdə hərəkətdə olan Range Rover markalı avtomobilin artıq Kia Pride markalı avtomobilin hərəkət zolağına olması və Kia Pride markalı avtomobilin öz hərəkət zolağına qayıtdıqdan sonra yenidən sola doğru istiqamətlənməsi qarşıdan əks istiqamətdə hərəkətdə olan Range Rover markalı avtomobilin qarşı hərəkət zolağına çıxması ilə əlaqədar olması nəzərə alınmaqla qeyd edilir ki, Range Rover markalı avtomobilin sürücünün hərəkəti üçün təhlükə onun qarşı hərəkət zolağında olduğu vəziyyətdə əks istiqamətdə hərəkətdə olan və öz zolağına qayıtmış Kia Pride markalı avtomobilin yenidən sola istiqamətləndiyi andan yaranması mümkün deyildir, yəni müdafiə tərəfinin göstərdiyi hərəkət üçün təhlükənin Kia Pride markalı avtomobilin öz hərəkət zolağından sola 2-ci dəfə manevr etdiyi andan yaranması real hadisə mexanizminə uyğun deyildir. Mövcud şəraitdə hərəkət üçün təhlükənin Kia Pride markalı avtomobilin ilkin olaraq qarşı hərəkət zolağına çıxması ilə əlaqədar yaranmışdır. Ona görə də, xx.xx.2022-ci il tarixli 8/3046-4/158 saylı rəydə ekspert nöqteyi-nəzərdən hərəkət üçün təhlükənin Kia Pride markalı avtomobilin ilk dəfə qarşı hərəkət zolağına çıxdığı andan yaranması qəbul edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda hərəkət üçün təhlükənin yaranma anının müəyyən edilməsi nəzərdə tutulmamışdır. Həmin Qanunda hərəkət üçün təhlükə qarşısında nəqliyyat vasitəsinin sürücüsünün hansı tədbirləri görməsi nəzərdə tutulmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” AR Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Kia Pride” markalı, 99OD325 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs3 avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Range Rover markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6185; 6/6193; 3/1504 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Range Rover” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sürücü oturacağının (sol hissə) səthindən götürülmüş lif nümunələri olan süngərin səthindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın və 01 ədəd köynəyin səthləri üzərində avtonəqliyyata aid boya mikrohissəcikləri və ya lak-boya örtüyünün sürtünmə izləri yoxdur. Geyim əşyalarının səthləri üzərində avto nəqliyyat vasitələrinə məxsus lak boya izi, sürtünmə hissəcikləri olmadığından “Range Rover” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin lak boya örtüyündən götürülmüş boya nümunələri ilə müqayisəli tədqiqat aparılmadı. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının (köynəyin, şalvarın) üzərində hər hansı bir mexaniki zədə aşkar edilmədi. Təqdim edilmiş “Range Rover” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsində olan qırılma, çatlama zədəsi formasına, morfaloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə kənar predmetin alın şüşəsinin ətraf detallarına zərbənin təsiri nəticəsində yaranması istisna edilmir. (cild 3, iş vərəqə 82-85) İş materiallarında olan DİN-in Təhlükəsiz Şəhər Xidmətinin TŞ 9-121, TŞ 9-122 və TŞ 9-123 nömrəli kameraları vasitəsi ilə 08 oktyabr 2022-ci il tarixdə saat 21:40-dan saat 22:20- dək olan müddətdə qeydə alınmış videogörüntülərə baxış keçirilməsinə dair xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, TŞ-9-121-2 video görüntüdə xx.xx.2022-ci il tarixdə saat 21:41:59-da “Range Rover" markalı avtomobil Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, 15-ci dalandan çıxaraq Nardaran qəsəbəsi istiqamətində yolun özünə aid olan hissəsi, sol tərəfi ilə hərəkət edir. TŞ-9-121-3 - video görüntünün xx.xx.2022-ci il tarixdə saat 21:42:30 anından görünür ki, “Range Rover” markalı avtomobil Nardaran-Bilgəh yolu ilə yolun özünə aid olan hissəsi, sol tərəfi ilə hərəkət edərək keçir. TŞ-9-122-3 video görüntünün xx.xx.2022-ci il tarixdə saat 21:42:51 anından görünür ki, “Range Rover” markalı avtomobil Nardaran-Bilgəh yolu ilə yolun özünə aid olan hissəsi, sol tərəfi ilə hərəkət edir. TŞ-9-122-3 video görüntünün xx.xx.2022-cı İl tarixdə saat 21:43:01 anından görünür ki, “Range Rover” markalı avtomobil Nardaran- Bilgəh yolu ilə yolun özünə aid olan hissəsi, sol tərəfi ilə hərəkət edir. TŞ-9-123-2 - kamera görüntüsünün xx.xx.2022-ci il tarixdə saat 21:43:03 anından görünür ki, “Kia Pride” markalı avtomobil Nardaran-Bilgəh yolu ilə yolun özünə aid olan hissəsi, sağ tərəfi ilə hərəkət edir. Görüntünün 21:43:06 anında “Kia Pride” markalı avtomobil yolun özünə aid olmayan, sol tərəfinə çıxır. Görüntünün 21:43:08 anında “Kia Pride” markalı avtomobil yolun özünə aid olan, sağ tərəfinə qayıdır və tormoz əyləc sistemini işə saldığı görünür. Görüntünün 21:43:08 anında “Range Rover” markalı avtomobil yolun özünə aid olmayan, sağ tərəfinə çıxır. Görüntünün 21:43:10 anında hər iki avtomobil yolun sol tərəfinə çıxır. Görüntünün 21:43:11 anında “Kia Pride” markalı avtomobil yolun sağ hissəsinə çıxır, “Range Rover” markalı avtomobil isə öz yolunun sağ hissəsinə çıxır və yolun sonuncuya nisbətdə sağ hissəsində hər iki avtomobil toqquşurlar. Range rover markalı avtomobil qabaq hissəsi ilə Kia Pride markalı avtomobilin sol yan hissəsi ilə toqquşur. Range Rover markalı avtomobil yan üstə fırlanır və yenidən gəldiyi istiqamətə fırlanaraq yenidən öz yoluna doğru istiqamətə dayanır. Digər avtomobil İsə toqquşmadan sonra zərbənin təsirindən qarşı hərəkət yolunda dayanır. Bundan sonra isə hadisə yerində toz qalxır və yoldan keçən və ətrafdan gələn şəxslər hadisə yerinə toplaşırlar. (cild 1, iş vərəqə 138-139; cild 4, iş vərəqə 13-42) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işinin materiallarına əlavə edilmiş disklərə baxış keçirilməsi haqqında” protokolda qeyd edilmişdir ki, “Range Rover” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid1 məxsusdur. Həmin avtomobilin idarə edilməsi üçün X3 xx.xx.2021-ci ildə etibarnamə verilmişdir. Etibarnamə qüvvədədir. Lexus LX 570 markalı, **-GC-*** dövlət nömrə nişanlı avtomobil Şahid1 məxsusdur. Həmin avtomobilin idarə edilməsi üçün X3 xx.xx.2019-ci ildə etibarnamə verilmişdir. Etibarnamə qüvvədədir. “Kia Pride” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil X19 məxsusdur. Həmin avtomobilin idarə edilməsi üçün Zərərçəkmiş şəxs3 etibarnamə verilməmişdir. Avtomobillərin hadisənin baş verdiyi gün, yəni xx.xx.2023-cü ildə Bakı şəhərində hərəkət trayektoriyalarına nəzərə saldıqda hər üç avtomobil şəhərin müxtəlif ərazilərdə hərəkət etdikləri görünür. Hadisə zamanı “Range Rover” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Kia Pride” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh-Nardaran-Pirşağı dairəvi yolunun Nardaran qəsəbəsi ərazisindən keçən hissəsində hərəkət etdikləri görünür. Hərəkət trayektoriyaları zamanı qeydə alınmış fotoşəkillərdən görünür ki, Range Rover” markalı, 10- DF-090 dövlət qeydiyyat nişanlı avtomobili X7, “Kia Pride” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobili isə Zərərçəkmiş şəxs3 tərəfindən idarə edilir. Fotoşəkillər protokola əlavə edilmişdir. (cild 3 vərəq 53-75) İş materiallarında olan xx.xx.2022-ci il tarixli sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs məxsus AF700519 saylı sürücülük vəsiqəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək aktivdir. “Range Rover” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün X3 xx.xx.2021-ci ildə etibarnamə verilmişdir. Etibarnamə qüvvədədir. Zərərçəkmiş şəxs3 məxsus BD007707 saylı sürücülük vəsiqəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək aktivdir. “Kia Pride’’ markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün Zərərçəkmiş şəxs3 verilmiş heç bir etibarnamə barədə məlumat mövcud deyildir. (cild 1 vərəq 185-186) Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, həm ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, həm də işə birinci instansiyası məhkəməsi tərəfindən baxılarkən əldə edilmiş sübutlar birinci instansiya məhkəməsinin məhkəmə iclasında məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, bu sübutlar hökmün təsviri-əsaslandırıcı hissəsində ətraflı təsvir edilməklə onlara CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmiş və bu qiymətləndirmənin nəticəsi olaraq məhkəmə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi üzrə cinayət əməlini törətməsi barədə qənaətə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan, eyni zamanda birinci instansiya məhkəməsinin hökmündə əsas götürülən həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görmür və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli olması, onun əməlinin hüquqi tövsifi, barəsində cəza tədbirinin seçilməsi və digər məsələlər üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətlərində göstərilənlərin əksinə olaraq hesab edir ki, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki zərərçəkmiş şəxsin ölümünə və bir zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkumun müdafiəçisinin apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin vurğulayır ki, cinayət işinin materiallarına əsasən, Təqsirləndirilən şəxs təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 124, 138-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni şahid, zərərçəkmiş şəxsin nümayəndəsinin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri ilə, həm ibtidai araşdırma zamanı, həm də işə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən keçirilmiş məhkəmə ekspertizalarının, xüsusən də məhkəmə-yol-nəqliyyat hadisələri və kompleks məhkəməvideo-texniki və əlavə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Bundan əlavə məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətində irəli sürdüyü birinci instansiya məhkəməsinin qərarının qeyriobyektiv sayılması, Təqsirləndirilən şəxs ittiham olunmuş cinayəti törətməsinin sübuta yetirilməməsi və buna görə də hökmün ləğv edilməsi və ona bəraət verilməsi haqqında qərarın qəbul edilməsinə dair tələbinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının apellyasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları rəhbər tutur. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən tələblərindən və işin hallarından çıxış edərək hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinə dəlalət edən sübutların mötəbər olmayan sübutlar kimi qiymətləndirilməsi üçün heç bir əsas yoxdur və bu baxımdan birinci instansiya məhkəməsi tam əsaslı olaraq məhz həmin sübutlara əsaslanaraq Təqsirləndirilən şəxs təqsirlilik məsələsini həll etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına əsaslanaraq ilk növbədə qeyd edir ki, yuxarıda sadalanan işin faktiki hallarından da göründüyü kimi iş üzrə ibtidai araşdırma zamanı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası keçirilməzdən əvvəl müstəntiq tərəfindən yol-nəqliyyat hadisəsinin baş verdiyi yer tam və hərtərəfli müayinə edilərək müvafiq ölçülər götürülmüş, bununla əlaqədar tərtib olunmuş protokola həmin müayinəni əks etdirən sxem və fotoşəkillər əlavə edilmiş, bundan sonra Təqsirləndirilən şəxs hadisə yerinə çıxarılaraq onun ifadələri orada da yoxlanılmış, bu ifadələrə əsasən də sonradan ekspertlərə təqdim olunmuş bir sıra məsafələr müəyyən edilmiş, həmin istintaq hərəkətinin aparılması halları isə tərtib edilmiş protokolda və ona əlavə olunmuş sxemdə və fotoşəkillərdə əks etdirilmişdir. Bundan başqa məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən keçirilmiş yol-nəqliyyat hadisələri ekspertizası ilə kifayətlənməyən birinci instansiya məhkəməsi cinayət prosesi tərəflərinin vəsatətləri, həmçinin, ekspertlər qarşısında qoyduqları suallar əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2024cü il tarixli “Kompleks məhkəmə video-texniki və əlavə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının təyin edilməsi haqqında” qərarı ilə cinayət işini ekspertizaya göndərmiş, həmin qərara əsasən tərtib edilmiş 30 may 2024-cü il tarixli 8/621-4/307 nömrəli ekspertiza rəyi ilə də Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olması və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanının olması təsdiqini tapmışdır. Təsvir edilən rəyin təhlili göstərir ki, əvvəla ekspertlər onların qarşılarında qoyulmuş suallara ətraflı və əsaslandırılmış cavablar vermək üçün nəinki iş materiallarını və onlara təqdim olunmuş videogörüntüləri, həmçinin hadisənin təfərrüatlarını əks etdirən videogörüntüləri də ətraflı tədqiq etmiş, rəy üzrə gəldikləri nəticələri isə elmi cəhətdən kifayət qədər əsaslandırmışlar. İş üzrə həm ibtidai araşdırma zamanı, həm də işə birinci instansiya məhkəməsinin məhkəmə iclasında təyin olunaraq keçirilmiş ekspertiza rəylərinin (müvafiq olaraq məhkəmə-yol nəqliyyat hadisələri və kompleks məhkəmə-video-texniki və əlavə yolnəqliyyat hadisələri ekspertizalarının rəyləri) digər sübutlarla birgə təhlili məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, həmin ekspertizaların keçirilməsi zamanı hər hansı bir pozuntuya yol verilməmiş, qeyd olunduğu kimi, onların nəticələri elmi cəhətdən kifayət qədər əsaslandırılmış, bu ekspertizaların keçirilməsi zamanı ekspertlərə hər hansı təzyiq və ya təsirin göstərilməsi müəyyən edilməmiş, rəylərin nəticələri isə iş üzrə toplanmış digər sübutlarla da müəyyən edilmiş hallarla tam uzlaşır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən ekspertiza rəylərinin şübhə altına alınması üçün heç bir əsas yoxdur və buna dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə də əsaslı sayılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinə məhkəmə baxışının tam və ya qismən məhkəmə istintaqı aparılmaqla baxılması, o cümlədən yenidən yolnəqliyyat ekspertizasının keçirilməsi üçün zərurət olmadığı üçün şikayətlərin həmin dəlilləri də qəbul edilməməlidir. Təqsirləndirilən şəxsin müdafiəçisi yalnız öz mülahizələrinə əsasən belə araşdırmanın labüdlüyünü qeyd etmiş, lakin onun tərəfindən apellyasiya məhkəməsinə əlavə olaraq araşdırılması tələb olunan heç bir sübut, o cümlədən iş üzrə keçirilmiş ekspertizaların nəticələrini təkzib edən sübutlar təqdim edilməmiş, öz dəlillərini və bu dəlillər üzərində qurulmuş tələb irəli sürərkən isə heç bir sübuta əsaslanmayan hesablamalar aparmaqla kifayətlənmişdir. Məhkəmə kollegiyası eyni zamanda zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayətinin əsas dəlilinə, yəni hadisənin bu iş üzrə ittiham olunan Təqsirləndirilən şəxs tərəfindən deyil, «Range Rover» markalı avtomobilin mülkiyyətçisi Şahid1 tərəfindən törədilməsi ilə bağlı dəlili ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsi bu məsələ ilə bağlı da müvafiş araşdırma aparmış, iş üzrə çoxsaylı şahidlər dindirilməklə, müvafiq ekspertizalar keçirilməklə hadisənin başqa bir şəxs tərəfindən deyil, məhz Təqsirləndirilən şəxs tərəfindən törədildiyi tam təsdiqini tapmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və X10 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin CM-in 263.3-cü maddəsi ilə tövsif edilməsi ilə razılaşaraq onun bu maddə ilə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda nəticəyə gələrkən həmçinin hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərinə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 15 noyabr 2013-cü il tarixdə qəbul edilmiş “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli qərarında əksini tapmış izah və tövsiyələri də nəzərə almışlar. Belə ki, həmin Qərarın 1-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilmişdir. Qərarın 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah olunmuşdur ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin Qərarda daha sonra qeyd edilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulubpozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olubolmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərərçəkmiş şəxsin sağlamlığına məhz yol hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Qeyd olunan Qərarın 19-cu bəndində məhkəmələrə həmçinin izah edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar məhkəmələrə sübutları qiymətləndirərkən iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirmələri, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 23-cü maddəsinə və qeyd olunan qanunun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il, 30 iyul 2001-ci il və 15 oktyabr 2011-ci il tarixli Fərmanlarına əsasən məhkəmə ekspertizası fəaliyyəti səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Ədliyyə və Səhiyyə Nazirliklərinin məhkəmə ekspertiza idarələri tərəfindən həyata keçirilmələrinin nəzərə alınması tövsiyə edilmişdir. Bundan başqa həmin bənddə məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilərək həmçinin tövsiyə edilmişdir ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. Bu zaman ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertlər qarşısında nəqliyyat vasitəsini idarə etmiş şəxslə yanaşı yol hərəkətinin digər iştirakçılarının da yol hərəkəti qaydalarını pozub-pozmaması və belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmaması haqında sualların qoyulması məhkəmələrə tövsiyə olunmuşdur. Ekspertlərin qoyulan suallara yalnız səlahiyyətləri çərçivəsində cavab verə bilmələrini nəzərə alaraq, məhkəmələr tərəfindən ekspertizaların təyin olunması haqqında qərarlarda təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olub-olmaması, onun törətdiyi əmələ hüquqi qiymət verilməsi barədə suallar qoyula bilməz. CPM-in 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara, o cümlədən məhkəmə ekspertizalarının yuxarıdakı rəylərinə, birinci instansiya məhkəməsinin araşdırılmış sübutlara verdikləri qiymətləndirməyə əsaslanaraq Təqsirləndirilən şəxs cinayəti məhz ona elan olunmuş ittihamda göstərilmiş şəraitdə törətməsi barədə gəldiyi nəticəni əsaslı hesab edir və eyni zamanda qeyd edir ki, işin faktiki hallarının başqa cür müəyyən edilməsi üçün birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsinə heç bir əsas yoxdur. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 1(101)-262/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, ibtidai araşdırma zamanı, həmçinin açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti və Zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 1(101)-262/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-132/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-132/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver