Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1321/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, X5 və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əfəndiyeva Gülnar Füzuli qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi - Nümayəndə1, Müdafiəçi – Bakı şəhər 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və zərəçəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 1(101)-58/2023 saylı hökmü ilə (sədrlik edən S.H.Hacıyev, hakimlər R.V.Salmanov, S.Şahid5 ibarət tərkibdə) 7 oktyabr 1986-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvəllər məhkum olunmamış, "xxxx" MMC-nin rəhbəri vəzifəsində işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə dövlət və özünün idarətmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 27 noyabr 2019-cu il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinnin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübutlar - 16 dekabr 2019-cu il tarixli qərarla "xxxx" MMC ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında bağlanmış xx.xx.2016-cı il tarixli T.F013/16 nömrəli işlər (mallar və xidmətlər) üzrə satınalma müqaviləsinin, mal-materialların alqı-satqısı barədə "xxxx" MMC ilə bağlanmış xx.xx.2017, "xxxx" MMC ilə bağlanmış xx.xx.2018, "xxxx" MMC ilə bağlanmış xx.xx.2017 və xx.xx.2018, "xxxx" MMC ilə bağlanmış xx.xx.2017, "xxxx" MMC (əvvəlki adı “X7” MMC) ilə bağlanmış xx.xx.2018, "xxxx" MMC ilə bağlanmış xx.xx.2018, "xxxx" MMC ilə bağlanmış xx.xx.2017, "xxxx" MMC ilə bağlanmış xx.xx.2018, "xxxx" MMC ilə bağlanmış xx.xx.2018 və "xxxx" MMC ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilələrin, 764299, 607421, 607392, 013772, 270911, 326949, 104728, 671614, 021459, 247178, 247096, 174498, 678664, 039417, 244074, 029569, ******* nömrəli qaimələrin, xx.xx.2017-ci il tarixli 214474 nömrəli məxaric orderinnin, xx.xx.2017-ci il tarixli **********, 100122757, xx.xx.2017-ci il tarixli **********, **********, 10.7.2017-ci il tarixli **********, ********** nömrəli ödəniş tapşırıqlarının cinayət işində saxlanılması, zərərçəkmiş şəxs Azərbaycan Respubilkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mülki iddiasının qismən təmin edilməsi, 159.230,28 manatın Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respubilkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ödənilməsi, 22.925 manat dəyərində mal qalığının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına keçirilməsi, iş üzrə məhkəmə məsrəfi - məhkəmə-texniki-tikinti ekspertizaları üzrə tədqiqatın dəyəri cəmi 650 (altı yüz əlli) manatın Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi hökm edilmişdir. İşin halları: Hökmə əsasən, istintaq orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir; belə ki, o, qardaşı Şahid4 adından 24 avqust 2012-ci tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər idarəsi tərəfindən qeydiyyata alınmaqla ********** nömrəli X2 Nömrəsi (VÖEN) verilmiş, hüquqi ünvanı ünvan 3 həmin dövrdən 9 sentyabr 2014-cü il tarixədək MMC-nin direktoru vəzifəsində işləməklə və həmin tarixdə cinayətdən xəbərsiz olan qardaşı Şahid4 formal olaraq MMC-nin direktoru təyin edilməsini təmin edib 1 oktyabr 2014-cü il tarixdən direktor müavini vəzifəsini yerinə yetirib faktiki olaraq MMC-yə rəhbərliyi özü həyata keçirməklə, 24 avqust 2012-ci tarixdə təsdiq olunmuş Nizamnaməyə əsasən Cəmiyyətin adından qərarlar qəbul etmək, onu təmsil etmək, etibarnaməsiz fəaliyyət göstərmək, işçiləri vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, Cəmiyyətə məxsus əmlakın qorunub saxlanılması, pul vəsaitinin təyinatı üzrə istifadə olunmasına nəzarət etmək və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş və öhdəsində olan özgə əmlakını dövlət vəsaitini vahid qəsdlə talamaq məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Masallı rayonunda 2 ədəd 3 otaqlı, Lənkəran rayonunda 4 ədəd 3 otaqlı, Astara rayonunda 2 ədəd 3 otaqlı, Lerik rayonunda 4 ədəd 3 otaqlı və Yardımlı rayonunda 1 ədəd 3 otaqlı olmaqla, ümumilikdə 13 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin satınalması ilə bağlı keçirilən tenderdə həmin MMC-nin adından iştirak edib nəzərdə tutulan işləri əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla 892.645,69 manat (səkkiz yüz doxsan iki min altı yüz qırx beş manat altmış doqquz qəpik) pul vəsaiti hesabına yerinə yetirməklə bağlı təklif verdikdən sonra tender komissiyasının 24 iyun 2016-cı il tarixli protokoluna əsasən qalib elan edilməklə və həmin protokol əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "xxxx" MMC arasında bağlanmış 19 iyul 2016-cı il tarixli T.F-013/16 nömrəli işlərlə (mallar və xidmətlər) bağlı satınalma müqaviləsi üzrə 16 ay müddətinə həmin işlərin yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun vəsaiti hesabına ayrılaraq Nazirlik tərəfindən 14 mart 2017ci il tarixdə MMC-nin "xxxx" ASC-nin ünvan 4 ünvanında yerləşən Abşeron filialında olan AZ10MUGA**********00019AZM19 saylı hesabına köçürülmüş 226.943,82 manat (iki yüz iyirmi altı min doqquz yüz qırx üç manat səksən iki qəpik (ƏDV ilə birlikdə 267.793,71 manat (iki yüz altmış yeddi min yeddi yüz doxsan üç manat yetmiş bir qəpik)), 10 iyul 2017-ci il tarixdə "xxxx" ASC-nin ünvan 6 ünvanında yerləşən 4 saylı filialında olan AZ22GUNA******************** saylı hesabına köçürülmüş 38.575,60 manat (otuz səkkiz min beş yüz yetmiş beş manat altmış qəpik (ƏDV ilə birlikdə 45.519,22 manat (qırx beş min beş yüz on doqquz manat iyirmi iki qəpik)) və 29 dekabr 2017-ci il tarixdə "xxxx" ASC-nin ünvan 7 ünvanında yerləşən Baş ofisində olan AZ94MUGA**********00179AZM00 saylı hesabına köçürülmüş 490.959,97 manat (dörd yüz doxsan min doqquz yüz əlli doqquz manat doxsan yeddi qəpik (ƏDV ilə birlikdə 579.332,76 manat (beş yüz yetmiş doqquz min üç yüz otuz iki manat yetmiş altı qəpik)) olmaqla, ümumilikdə 756.479,39 manat (yeddi yüz əlli altı min dörd yüz yetmiş doqquz manat otuz doqquz qəpik (ƏDV ilə birlikdə 892.645,69 manat (səkkiz yüz doxsan iki min altı yüz qırx beş manat altmış doqquz qəpik)) məbləğində pul vəsaitindən 29.950 manatını (iyirmi doqquz min doqquz yüz əlli) tikinti materiallarının alınması üçün 14 mart 2017-ci il tarixdə 214784 nömrəli məxaric orderinə imza edib "xxxx" MMC-nin "xxxx" ASC-nin Abşeron filialında olan AZ10MUGA**********00019AZM19 saylı hesabından nağd şəkildə məxaric etməklə, eləcə də, eyni məqsədlə 596.273,90 manatını (beş yüz doxsan altı min iki yüz yetmiş üç manat doxsan qəpik) ayrı-ayrı ödəniş tapşırıqları əsasında müxtəlif hüquqi şəxslərin hesabına köçürməklə, o cümlədən 15 mart 2017-ci il tarixdə həmin hesabdan 34.040 (otuz dörd min qırx) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ07AVRA******************** saylı, həmin tarixdə eyni hesabdan 121.150 (bir yüz iyirmi bir min bir yüz əlli) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ51VTBA**********4873AZN001 saylı, 10 iyul 2017-ci il tarixdə "xxxx" MMC-nin "xxxx" ASC-nin 4 saylı filialında olan AZ22GUNA******************** saylı hesabından 18.160 (on səkkiz min bir yüz altmış) manat pul vəsaitini "xxxx" MMC-nin Bank "xxxx" ASC-də olan AZ90BBTB******************** saylı, 5 yanvar 2018-ci il tarixdə "xxxx" MMC-nin "xxxx" ASC-nin Baş ofisində olan AZ94MUGA**********00179AZM00 saylı hesabından 13.000 (on üç min) manat pul vəsaitini "xxxx" MMC-nin Bank "xxxx" ASC-nin Promo filialında olan AZ85BBTB******************** saylı, həmin tarixdə eyni hesabdan 34.980 (otuz dörd min doqquz yüz səksən) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" QSC-nin Binəqədi filialında olan AZ19ACAB******************** saylı, 8 yanvar 2018ci il tarixdə eyni hesabdan 67.259,60 manat (altmış yeddi min iki yüz əlli doqquz manat altmış qəpik) pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ82ATAZ******************** saylı, həmin tarixdə eyni hesabdan 28.202,15 manat (iyirmi səkkiz min iki yüz iki manat on beş qəpik) pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ18PAHA40060AZNHCO190046462 saylı, 10 yanvar 2018-ci il tarixdə eyni hesabdan 15.000 (on beş min) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-nin Sabunçu filialında olan AZ31AİİB******************** saylı, həmin tarixdə eyni hesabdan 6.285,35 manat (altı min iki yüz səksən beş manat otuz beş qəpik) pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-nin Nərimanov filialında olan AZ98NİCB**********0001A40060 saylı, həmin tarixdə eyni hesabdan 46.306,80 manat (qırx altı min üç yüz altı manat səksən qəpik) pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-nin Nərimanov filialında olan AZ03NİCB**********0001A40060 saylı, 12 yanvar 2018-ci il tarixdə eyni hesabdan 28.600 (iyirmi səkkiz min altı yüz) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-nin Mərkəzi filialında olan AZ86MUGA**********03654AZM03 saylı, 15 yanvar 2018-ci il tarixdə eyni hesabdan 30.000 (otuz min) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ40AZF********************1 saylı, həmin tarixdə eyni hesabdan 49.700 (qırx doqquz min yeddi yüz) manat pul vəsaitini "xxxx" MMC-nin Bank "xxxx" ASC-də olan AZ90BTBB******************** saylı, həmin tarixdə eyni hesabdan 19.605 (on doqquz min altı yüz beş) manat pul vəsaitini “X7” MMC-nin "xxxx" QSC-nin Xırdalan filialında olan AZ34ACAB******************** saylı, 16 yanvar 2018-ci il tarixdə eyni hesabdan 15.510 (on beş min beş yüz on) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" QSC-nin Binəqədi filialında olan AZ19ACAB******************** saylı, 18 yanvar 2018-ci il tarixdə eyni hesabdan 51.480 (əlli bir min dörd yüz səksən) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-nin Nərimanov filialında olan AZ52NİCB**********0001A40060 saylı, 22 yanvar 2018-ci il tarixdə eyni hesabdan 16.995 (on altı min doqquz yüz doxsan beş) manat pul vəsaitini "xxxx" MMC-nin Bank "xxxx" ASC-nin AZ90BBTB******************** saylı hesabına köçürməklə və həmin hüquqi şəxslərdən qeyd edilən dəyərdə tikinti materialları alıb həmin tikinti materiallarının bir hissəsini müqavilə üzrə nəzərdə tutulan işlərin görülməsinə sərf edib əksər hissəsini isə özünün borclarının əvəzinə ayrı-ayrı şirkətlərə və şəxslərə verməklə, habelə 130.255,49 (bir yüz otuz min iki yüz əlli beş manat qırx doqquz qəpik) manat məbləğində pul vəsaitini MMC-nin vergi, sosial sığorta ödəmələri və bank xərcləri üzrə istifadə edib, müqavilədə nəzərdə tutulan müddətin bitməsinə baxmayaraq, Lənkəran rayonu Digah kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 16.849,41 manat, Lənkəran rayonu Nərimanabad kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 16.410,63 manat, Lənkəran rayonu Bürcəli kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 35.047,76 manat, Lənkəran rayonu Siyar kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 17.488,17 manat, Lerik rayonu Əliabad kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 80.615,05 manat, Lerik rayonu Küsəkəran kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 57.415,50 manat, Lerik rayonu Noda kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 80.615,05 manat, Lerik rayonu Cangəmirən kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 19.025,32 manat, Yardımlı şəhərində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 79.744,21 manat, Masallı şəhərində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 19.168,95 manat, Masallı şəhərində inşa edilmiş digər 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 19.098,15 manat, Astara rayonu Hamuşan (Kijəvə) kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 57.415,50 manat və Astara rayonunda inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 16.180,97 manat dəyərində, ümumilikdə 515.074,67 manat (beş yüz on beş min yetmiş dörd manat altmış yeddi qəpik) dəyərində işləri yerinə yetirməyib, ayrılmış vəsaitin cəmi 241.404,72 manatını (iki yüz qırx bir min dörd yüz dörd manat yetmiş iki qəpiyini) müqavilə üzrə nəzərdə tutulan işlərin görülməsinə sərf edib, 14 mart 2017-ci il tarixdən 22 yanvar 2018-ci il tarixədək olan dövr ərzində həmin işlərin tamamlanması üçün zəruri olan və Nazirlik tərəfindən ayrılaraq faktiki rəhbərlik etdiyi Cəmiyyətin bank hesablarına köçürülməklə ona etibar edilmiş cəmi 515.074,67 manat (beş yüz on beş min yetmiş dörd manat altmış yeddi qəpik) pul vəsaitini bank hesabından nağd şəkildə çıxarmaqla, ayrı-ayrı hüquqi şəxslərdən aldığı tikinti materiallarını digər şəxsi məqsədləri üçün istifadə etməklə, habelə MMC-nin hazırkı müqavilə ilə bağlı olmayan öhdəliklərinin icrasına yönəltməklə öz qulluq mövqeyindən istifadə edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurub mənimsəməklə talamış, əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Hökmdən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apelyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-58/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını, onun məhkəmə zalından azad edilməsini, mülki iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Hökmdən zərərçəkmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə1 apelyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-58/2023 nömrəli hökmünün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mülki iddiasının təmin edilməyən hissəsində ləğv edilməsini, mülki iddianın tam təmin edilməsi (515.074,67 manat) barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətlərinin dəlilləri və tərəflərin çıxışları: Müdafiəçi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında, o cümlədən məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla – Təqsirləndirilən şəxs nəinki hökmdə göstərilmiş 159,230,28 manatın, bir manatı belə mənimsəməsi ittihamı təsdiq olunmur, əksinə təkzib olunur. Təqsirləndirilən şəxs verilmiş ittihamın kökündə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "xxxx" MMC arasında 19 iyul 2016-cı il tarixində bağlanılmış işlər üzrə T.F-013/16 №-li müqavilə dayanır. Müqaviləyə əsasən tərəflər Azərbaycanın cənub zonasında 13 ədəd üçotaqlı fərdi yaşayış evinin, o cümlədən Masallı rayonunda 2, Lənkəran rayonunda – 4, Lerik rayonunda – 4, Yardımlıda – 1, Astarada 2 evin tikintisi işlərinin satın alınması üçün icraçıya bir mənzilə görə 68665,07 manat, 13 ədəd fərdi ev üçün cəmi 892645,69 manat (ƏDV daxil olmaqla) ödənilməsinə dair tender təklifinin qəbul edilməsi təsdiqlənib. Əgər nazirliyin "xxxx" MMC-nin fəaliyyətindən narazılığı var idisə, o nə etməli idi? Əvvəla, o, adıçəkilən müqaviləyə uyğun hərəkətlər etməli idi. Söhbət hansı hərəkətlərdən gedir? İlk növbədə, nazirlik Azərbaycan Respublikasının Mülki Məcəlləsini rəhbər tutmalı idi, ona görə ki, sözügedən müqavilə mülki qanunvericilik əsasında bağlanılıb. O bunu edibmi? Xeyr, o, prokurorluğa şikayət göndərməyə üstünlük verib, özü də ki, Təqsirləndirilən şəxs nazirlikdən 157000 manatlıq borcu israrla tələb edəndən sonra. Halbuki, 1) Nazirlik MMCyə müqavilə qiymətinin 10 %-nə qədər cərimə sanksiyaları tətbiq edə bilərdi, o bunu edibmi? Xeyr, etməyib! 2) Nazirlik MMC-yə yazılı xəbərdarlıqlar göndərə bilərdi. O bunu edibmi? Xeyr, etməyib. Nəhayət, nazirlik 30 gün əvvəl yazılı xəbərdarlıq etməklə, müqaviləni ləğv etməli idi, o bunu da etməyib. Buradan o nəticəyə gəlinir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırkı rəhbərliyi Təqsirləndirilən şəxs haqlı tələblərinə cavab olaraq, qisasçılıq zəminində prokurorluq orqanlarından Tural ilə haqq-hesab çəkmək məqsədilə istifadə edərək, onun uzunmüddətli həbsinə və azadlıqdan məhrum edilməsinə nail olub, bu zaman nazirliyin "xxxx" MMC ilə bağladığı müqavilənin tələblərinə heç bir əhəmiyyət verməyib, onda nəzərdə tutulmuş qaydada yaranmış mübahisəni danışıqlar yolu ilə həll etməyə cəhd belə göstərməyib. Hökmə əsasən Təqsirləndirilən şəxs 1) pul vəsaitini bank hesabından nağd şəkildə çıxarıb; 2) ayrı-ayrı hüquqi şəxslərdən aldığı tikinti materiallarını digər şəxsi məqsədləri üçün istifadə edib; 3) MMC-nin müqavilə ilə bağlı olmayan öhdəliklərinin icrasına yönəltməklə öz qulluq mövqeyindən istifadə edərək nazirliyə vahid niyyətlə külli miqdarda ziyan vurub pul vəsaitini mənimsəyib. Müstəntiqin ardınca, məhkəmə də öz hökmündə yazıb ki, Təqsirləndirilən şəxs pul vəsaitini bank hesabından nağd şəkildə çıxarıb. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs pul vəsaitini bankdan nağd şəkildə çıxarmasına dair hansısa sübut təqdim edilməyib, ona görə ki, "xxxx" MMC-nin bank əməliyyatları nağdsız qaydada həyata keçirilib. Müstəntiqlərin özlərinin iş materiallarına əlavə etdikləri bank ödəniş və köçürmə sənədləri isbat edir ki, əməliyyatlar nağdsız qaydada aparılıb. O cümlədən, istisnasız olaraq bütün tikinti materialları nağdsız köçürmələr vasitəsilə əldə edilib. 4 ilə yaxın müddətdə ittiham tərəfi ortaya bu tezisi təsbit edən heç nə qoya bilməyib, məcbur olub, ittihamda bunu bu şəkildə uydurub. "xxxx" MMCnin fəaliyyətinin xx.xx.2016-cı ildən xx.xx.2017-ci il tarixədək olan dövrü ilə bağlı cəmiyyətdə səyyar vergi yoxlaması keçirilərək xx.xx.2017-ci il tarixli aktla5 rəsmiləşdirilmiş, həmin akt əsasında qəbul edilmiş qərara əsasən Ağstafa və Füzuli rayonlarında inşa edilmiş fərdi evlərə görə (o evlərə görə nazirlik "xxxx" MMCyə borclu olub)6 cəmiyyətə 15906,34 manat mənfəət vergisi, 1680,07 manat əlavə dəyər vergisi (ƏDV) və 26154,52 manat maliyyə sanksiyası hesablanaraq tutulub. Həmin vəsait Lənkəran, Lerik, Yardımlı, Masallı və Astara rayonlarında tikilməli evlərə görə ödənilmiş pul vəsaitindən silinib. Təqsirləndirilən şəxs istəsə idi belə, bunun qarşısını ala bilməzdi. "xxxx" MMC "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən (əvvəlki adı “X7” MMC olub) müxtəlif inşaat materialları alıb, həmin materiallar nağdsız köçürmə yolu ilə əldə edilib. İkincisi, hökmə görə, Təqsirləndirilən şəxs ayrı-ayrı hüquqi şəxslərdən aldığı tikinti materiallarını digər şəxsi məqsədləri üçün istifadə edib. Bunu təsdiq edən heç bir sübut yoxdur, ittiham tərəfi, istər müstəntiqlər olsun, istər dövlət ittihamçısı, istərsə də nazirliyin nümayəndəsi belə sübut təqdim etməyiblər, edə bilməyiblər, çünki Təqsirləndirilən şəxs tikinti materiallarından şəxsi məqsədləri üçün istifadə etməyib, materiallardan fərdi yaşayış evlərinin inşasında istifadə edilib. Üçüncüsü, hökmdə deyilir ki, Təqsirləndirilən şəxs pul vəsaitini MMC-nin müqavilə ilə bağlı olmayan öhdəliklərinin icrasına yönəldib. Yenə də həqiqətdən uzaqdır, söhbət "xxxx" MMC-nin vergi mükəlləfiyyətindən gedirsə, müvafiq vəsait səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş qərara əsasən silinib və Təqsirləndirilən şəxs istəsə idi belə, bunun qarşısını ala bilməzdi. Məlumdur ki, Təqsirləndirilən şəxs həbsə alınmamışdan nazirlik 157000 manatdan artıq borcunun bir hissəsini, 81085,81 manatı etiraf edərək, əvəzləşdirib, bu da maddi ziyanın ödənilməsi kimi qəbul edilib. Məhkəmə hətta həmin vəsaiti belə nəzərə almaqdan imtina edərək hökmdə yazır ki, Təqsirləndirilən şəxs faktiki rəhğərlik etdiyi "xxxx" MMC arasında olan mülki xarakterli münasibətlərə aid edir. Yerdə qalan vəsaitdən nazirliyin daha 76000 manat borcunu çıxdıqda, "xxxx" MMC-də keçirilmiş səyyar vergi yoxlaması aktı əsasında qəbul olunmuş qərara əsasən cəmiyyətin hesabından silinmiş 15906,34 manat mənfəət vergisi, 1680,07 manat ƏDV, habelə 26154,52 manat maliyyə sanksiyası silinib, görəcəyik ki, burada nazirliyə dəymiş ziyandan söhbət belə gedə bilməz. Əksinə, nazirliyin borclu qalması şübhə doğurmur. Özü də ki, bu vəsaiti mənimsəmə predmeti kimi qiymətləndirmək tamamilə yanlış bir şeydir. Gördüyümüz kimi, Təqsirləndirilən şəxs hərəkətlərində cinayət tərkibinin olmaması şəkk-şübhəsizdir. Bir-neçə kəlmə də nazirliyin verdiyi mülki iddia barədə. Birincisi, həmin iddia predmetinə kommersiya məhkəmələri baxa bilər. İddianın cinayət işi çərçivəsində verilməsi o demək deyil ki, mülki-prosessual qanunvericilik normaları nəzərə alınmamalıdır. Azərbaycan Respublikası CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Bayaq göstərdim ki, nazirlik mübahisənin həlli üçün zəruri hüquqi addımları atmayıb, xəbərdarlıq (pretenziya) göndərməyib və s. Bir də ki, müqavilə üzrə tərəf Təqsirləndirilən şəxs deyil, "xxxx" MMC-dir. Üstəlik, bu kimi iddialara baxılması üçün qabaqca mediasiya mərhələsi keçilməlidir. Bu səbəbdən mülki iddia baxılmamış saxlanılmalıdır. Zərərçəkmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-58/2023 nömrəli hökmü mülki iddianın təmin edilməyən hissəsində əsassız və qanunsuzdur, aşağıda göstərilənlərə əsasən sözügedən hökm qismən ləğv edilməlidir və mülki iddia tam təmin edilməlidir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talaması, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsində təqsirli bilinmiş, ona Azərbaycan Respublikası CM-in 179.4 və 308.2-ci maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə öz hökmündə belə qənaətə gəlmişdir ki, iş materialları əsasında, o cümlədən tikilən 13 yaşayış binasına baxış keçirilməklə aparılmış komissiyon tikinti-texniki ekspertiza üzrə verilmiş 8 yanvar 2021-ci il tarixli 10/3930 nömrəli ekspert rəyindən görünür ki, xüsusilə külli miqdar təşkil edən və ittihamın əsası olan 515.074,67 manat məbləğində pul vəsaiti binaların təmirtikinti işlərinə yönəldilməmiş (yəni mənimsənilən) məbləğ pul vəsaiti deyil - həmin binalarla bağlı təmirtikinti işlərinin başa çatdırılması üçün əlavə tələb olunan ümumi vəsaitdir. Beləliklə, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanın məbləğini qeyd edilən üsulla müəyyən etməkdə haqlı olmamışdır, belə ki, 515.074,67 manat Təqsirləndirilən şəxs tərəfindən faktiki mənimsənilən pul məbləği (işlərin görülməsindən yayındırılan məbləğ) deyil, işlərin başa çatdırılması üçün tələb olunan məbləğdir. Məhkəmə çəkişmə prinsipini rəhbər tutaraq Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirilyinə vurulan maddi ziyanın məbləğinin müəyyən edilməsi məqsədilə qarşı tərəflərin, yəni müdafiə, və ittiham (zərərçəkmiş şəxsin nümayəndəsi) tərəflərinin vəsatətləri və dəlilləri əsasında təkrar olaraq komisyon məhkəmə-texniki–tikinti ekspertizaları təyin etmiş və son olaraq komisyon məhkəmə-tikinti texniki və mühasibatlıq ekspertizası üzrə 14 noyabr 2022-ci il tarixli ekspert rəyi ilə qeyd edilən obyektlərin həmin dövrdə mövcud olan sərbəst bazar qiymətləri ilə yerinə yetirilmiş iş həcmlərinin dəyəri 574.324,12 manat, ayrı-ayrı tikinti obyektləri üzrə faktiki olaraq yerinə yetirilməyən iş həcminin ümumi məbləği isə 182.155.28 manat məbləğində müəyyən edilmişdir. məhkəmə öz hökmündə Astara, Lerik, Yardımlı, Masallı və Lənkəran rayonlarında olan 13 ədəd fərdi yaşayış evlərinin təmirtikinti işlərinin başa çatdırılması üçün tələb olunan ümumi vəsaitin məbləğinin 515.074,67 manat məbləğində olması təsdiq etsə də, sonda mülki iddianın əsassız olaraq heç bir əsaslandırma aparmadan qismən təmin etmişdir. İddianın təmin edilməyən hissəsi əsaslandırılmamışdır. Belə ki, məhkəmə bu əsassız qənaətə gələrkən mənimsənilən məbləğin 182.155.28 manat məbləğində olmasını əsas gətirmişdir. Odur ki, iş üzrə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallara məhkəmə tərəfindən düzgün qiymət verilməmiş, Təqsirləndirilən şəxs törətdiyi əməllərə yanlış hüquqi qiymət verilərək, tövsif düzgün edilməmiş, CM-in 179.3.2-ci maddəsilə təqsirli bilinmiş və nəticədə mülki iddia əsassız olaraq qismən təmin edilmişdir. Hesab edirlər ki, mülki iddia tam təmin edilməlidir. Apelyasiya icraatında təqsirləndirilən şəxs və müdafiəçisi apelyasiya şikayətini müdafiə edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2023-cü il tarixli 1(101)- 58/2023 saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını, onun məhkəmə zalından azad edilməsini, mülki iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Apelyasiya icraatında zərərçəkmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə1 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya icraatında dövlət ittihamçısı apelyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2023-cü il tarixli 1(101)-58/2023 saylı hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını araşdırıb, apelyasiya şikayətlərinin dəlillərini və Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinin tələblərinə əsasən bu dəlillərdən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyi normalarının tələblərinə əməl edilməsini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayətləri təmin edilməməlidir. Azəbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2023-cü il tarixli 1(101)-58/2023 saylı hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması barədə təqsirləndirilən şəxsin müdafiəçisinin apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması təqsirləndirilən Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi cinayət tərkibini təşkil edən əlamətləri nəzərə almaqla sözü gedən cinayət əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə tövsif etməklə gəldiyi nəticələr işin faktiki hallarına tam uyğun olmuşdur. Eyni zamanda, məhkəmə baxışının yekununda təqsirləndirilən Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM 179.4 və 308.2-ci maddələri üzrə verilmiş ittiham Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsinə tövsif edilməsi ittiham tərəfində mübahisə doğurmamış, göründüyü kimi zərərçəkmiş tərəf hökmü yalnız mülki iddia hissəsində mübahisələndirmişdir. Həmçinin, təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar və habelə ona bəraət verilməsi əsasları iş materialları ilə müəyyən edilmədiyindən müdafiə tərəfinin apelyasiya şikayəti həmin hissədə də əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən X4 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli olmaması barədə apelyasiya icraatında özünün və müdafiəçisinin bildirdiklərini müdafiə xarakterli vasitə kimi tanıyır və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini təsdiq edir. Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna qiymət verərək hesab etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşırılmasına əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan əməlin törədilməsinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş mülki iddianın tam təmin edilməsi ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə zərərçəkmiş şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 515.074,67 manat məbləğində mülki iddianı nəzərdən keçirərək belə qənaətə gəlmişdir ki, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan məhkəmə istintaqı zamanı cəmi 159,230,28 manat müəyyən edildiyindən, verilmiş mülki iddia qismən təmin edilməli və 159.230,28 manat məbləğində pul vəsaiti (faktiki vurulmuş ziyan) təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respubilkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ödənilməli, 22.925 manat dəyərində mal qalığı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına keçirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, işdə olan komisyon məhkəmə-tikinti texniki və mühasibatlıq ekspertizası üzrə 14 noyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, adları çəkilən obyektlərin həmin dövrdə mövcud olan sərbəst bazar qiyməti ilə yerinə yetirilmiş iş həcmlərinin dəyəri 574.324,12 manat (ƏDV-siz) məbləğində müəyyən edilmişdir. Həmin işlərin görülməsi üçün Azərbaycan Respublikası Əmək Sosial Müdafiəsi Naziriyi tərəfindən "xxxx" MMC-yə ümumilikdə ƏDV-siz 756.479,4 manat məbləğində vəsait köçürüldüyü nəzərə alınmaqla, ayrı-ayrı tikinti obyektləri üzrə faktiki olaraq yerinə yetirilməyən iş həcmi 182.155.28 manat (ƏDV-siz) məbləğində müəyyən edilir. Həmin məbləğdən 159.230,28 manat məbləğində pul vəsaiti (faktiki vurulmuş ziyan) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ödənilməsi və 22.925 manat dəyərində mal qalığının isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına keçirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Bu səbəbdən də zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş şikayətin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iş üzrə mülki iddiasına birinci instansiya məhkəməsində baxılarkən cinayət prosesində mülki iddianın sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl edilmişdir. Məhkəmə kollegiyası xatırladır ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri CM-nin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə tövsif olunmuş, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar aşkar edilməmişdir. Vurğulamaq zəruridir ki, cəzanın məqsədi Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Belə ki, birinci instansiya məhkəməsi kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, törətdiyi cinayət əməlinin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun təqsirli bilindiyi maddənin sanksiyası daxilində cəza təyin etmişdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edib, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alaraq onun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olan ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apelyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2023-cü il tarixli 1(101)-58/2023 saylı hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair hissədə dəyişdirilmədən, təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və zərərçəkmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Fərid Əyyubov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №1(103)-1321/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1321/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver