Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1333/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), X9 və X11 ibarət tərkibdə, Məhkəmə iclas katibi X10, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Müdafiəçi, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2024cü il tarixli, 1(101)-384/2024 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 1(101)-384/2024 nömrəli hökmünə əsasən (hakimlər Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər X17 və X3 ibarət tərkibdə) xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, 01 fevral 2023-cü il tarixdə barəsində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 01 fevral 2023-cü il tarixli qərarı ilə “həbs” qismində qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 30 yanvar 2023cü il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttiham aktına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəs ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib, saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda ümumi təmiz çəkisi 7,916 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 30 yanvar 2023-cü il tarixdə saat 12:30-da Suraxanı RPİ-nin NMB-nin və 31-ci PB-nin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilərək orada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan tünd boz rəngli şalvarın sağ cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,864 qram və 4,052 qram olmaqla, ümumi təmiz çəkisi 7,916 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hökmə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməmişdir. Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları və sübutların təsviri Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 1(101)-384/2024 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyi üçün Təqsirləndirilən şəxs bəraət verilməsini, ibtidai istintaq zamanı ciddi qanun pozutularlanna yol vermiş polis əməkdaşları barəsində xüsusi qərar çıxarılaraq araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuroruna göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm ibtidai istintaq həm də məhkəmə isrintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs özünü təqsirli bilməmiş, qeyd etmişdir ki o 30 yanvar 2023- cü il tarixində yaşadığı evə gəlmiş polis əməkdaşlarının təklifi ilə birlikdə 31-ci bölməyə getmiş, bir müddə orada gözləmiş və yalnız saat 17:18 radələrində guya onun narkotik vasitləərin qanunsuz dövriyyəsi ilə bağlı saxlanması ilə bağlı sənədləşdirmə işləri aapnlmış, onun üzərində hər hansı qanunsuz vasitə olmamış, həmin maddələr polis əməkdaşları tərəfindən stolun üstünə qoyulmuş yalnız bundan sonra hal şahidləri də oraya gəlmişdir. Qeyd olunan formada saxlanılmsım və guya onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmada ittihamın irəli sürülməsini dini inancı ilə əlaqələndirir. 11 avqust 2023-cü il tarixində keçirilmiş məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində qeyd etmişdir ki əməliyyatçı İzzət müəllim tərəfindən əməliyyat qrupu yaradılmış və üzlərindən biri də o olmuş, Əmircan qəsəbəsində Ruhullaha yaxınlaşmışlar, özlərini təqdim etmişlər, bölməyə gətirmişdilər, bölmədə təhqiqatçının otağında üstündə olanları təqdim etməkdən imtina etmiş, iki büküm və kaşlyok aşkar olunmuşdur. Müdafiə tərəfinin suallarına cavab olaraq Şahid5 bildirmişdir ki, əməliyyatın keçirilməsi barədə qərarla tanış olsa da onun tarixini xatırlamır, kimdən daxil olmasını bilmir, əməliyyat-qeydiyyat işinin açılmasını xatırlamır, (Təqsirləndirilən şəxs çarpaz suala cavab olaraq qeyd etmişdir ki şahid onun evdə saxlanmasında iştirak etməyib), şahid bildirmişdir ki, ***-***-**-** saylı nömrə ona məxsusdur onun üzrində olduğu da olur olmadığı da, konkret olaraq hansı küçədə saxlamağı bilmir, saxlandığı zamanı üzərində nə olmasını bilmir, əvvəl idarədə müstəntiqin yanında olsa da gününü xatırlamır, Ruhullahı saxlayanda tək idi, onun şəxsiyyətinin necə müəyyən olunmasım bilmir, onun şəkli olub-olmamasını bilmir, görünüşünə görə müəyyən olunmuşdur, saxlanılan zaman Ruhullah hər hansı təsir göstərməyib, saxlandığı zaman Ruhullah hər hansı müqavimət göstərməyib, dərhal üzərinə baxış keçirilməsinə cəhd olunmayıb, Ruhullah günorta 11-12 radələrində saxlanılıb, saxlandıqdan yarım saat 15 dəqiqə sonra üzərinə baxış keçirilib, şəxsi axtarışda vəkil dəvət olunmuşdur, vəkilin şəxsi axtarışda iştirak edib-etməməsini xatırlamır, şəxsi axtarış zamanı 5 nəfər idi, 2 nəfər yoldan çağırılan və 3 nəfər əməliyyatçı, yoldan çağırılan adamları əməliyyatçı çağırmışdır, üzərindən 2 büküm və kaşlok çıxıb, bükümlərin haradan çıxmağını xatırlamır, müstəntiq onu necə dəvət etməsini xatırlamır ya telefonla ya da rəhbərliyə deyib, Ruhullahı saxlandığı zaman evində axtarış keçirilməyib buna cəhd də edilməyib, əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı qərarla tanış olmuşdur, orada nələrin göstərilməsini xatırlamır, əməliyyatların nələr olmasını bilmir, şəxsi axtarışda şahid qismində iştirak edib. Şahid dindirildikdən sonra tərəfimdən vəsatət verilərək ***-***-**-** saylı nömrəyə Təqsirləndirilən şəxs saxlandıqdan bir gün əvvəl və bir gün sonra daxil olan və şıxan zənglər tələb olunmuşdur. Məhkəmə həmin vəsatəti baxılmamış saxlamışdır. 06 oktyabr 2023-cü il tarixində keçirilmiş məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində qeyd etmişdir ki, yolnan keçəndə şöbə əməkdaşları onu hal şahidi kimi dəvət etmiş, iştirak edəndə təqsirləndirilən şəxsin üstündən 2 büküm mal çıxıb. Dövlət itthamçısını suallarına cavab olaraq şahid qeyd etmişdir ki miqdarı çəkisini bilmir, mal deyəndə nə olduğunu bilmir mal deyəndə eşitdiyinə görə narkotiki deyirlər, kloka bükülmüş balaca olmuşdu, üzərinə axtaranda çıxmışdı, sonra hə dediyini bilmir tələsdiyi üçün çıxıb getişdir, başqa hal şahidi dostu idi amma o qorxub çəkindiyi üçün gəlməmişdir, ilk dəfə hal şahidi olub. Müdafiə tərəfinin suallarına cavab olaraq şahid qeyd etmişdir ki yeni Suraxanıda yaşayır, ***-***-**- ** nömrəsi həmin vaxt onun olub, həmin gün onun üzrində olub, polislər bölmənin qabamda ona yaxınlaşıb, “bolt” və “woltda” kuriyer xidmətində işləyir, üzərində GBPS olmayıb, həmin gün sifariş almağa gedirdi, dostunun adını bilir Ümid soyadını bilmir, o da onun yanında gedirdi, motosletin nömrəsi olmayıb, Ümidin nömrəsini bilmir, saat təxminən 5-6 olardı, nevroz olduğu üçün yaddaşında problem var, yaddaşı zəifdi yadında qalmır, onları dəvət edən polis əməkdaşlarım xatırlamır, otaq girişdə növbətçi hissənin qapısı ilə üzbəüzdü, bir dəfə telefonu itəndə orada iştirak edib, araşdırma aparılmışdı, bu işdən başqa məhkəmə prosesində iştirak etməyib, otaqda şübhəli şəxs kimi göstəriblər, kənarda dayanıb baxıb, bükümlər arxa sağ cibindən çıxmışdı, çıxan kimi getmişdi, növbətçi hissənin pəncərəsində imzalamışdır, baxışdan əvvəl heç nə imzalamamışdılar, onlara heç nə deməmişdilər, iltizam elan olunmamışdır, hüquq və vəzifələri izah olunmamış, xəbərdarlıq elan olunmayıb, imzalar sonradan olub, otaqda 3-4 nəfər polis olmuşdu, mülki adam olmamışdı, hal şahidi kimi tək o iştirak etmişdi, bölmədə ərizə kimi yazmışdılar, ərizəni üzərinə baxış keçidiyi gün imzalamışdır, sonradan 1 dəfə idarədə olmuşdur, ondan başqa idarədə olmayıb yalnız üzərinə baxış keçiriləndə olmuşdur, başqa vaxt idarədə olmayıb, üzləşdirmədən başqa sənədləri imzalamağı xatırlamır, ***-***-**-** nömrəsini son 1 aya qədər işlədib, üzərindən başqa nə çıxdığını xatırlamır, üzərinən çıxmış mah tərəzidə çəkmədilər, həmin vaxt videoçəkiliş aparılmışdır, təqsirləndirilən şəxs heç bir videoya etiraz etməmişdi, mal Ruhullahın arxa sağ cibindən çıxıb, etiraz etmişdir ki onun üzərindən heç nə çıxmayıb, saatla bağlı problemləi var, iki ifadəsinin ikisini də təsdiq edir. Təqsirləndirilən şəxs çarpaz suallara cavab olaraq qeyd etmişdir ki şəxsi axtarış saat 5-6 arası olub, şahidlər gələndə artıq onun üzərindən çıxdığı iddia olunan əşyalar polislər tərəfindən stolun üstünə qoyulmuşdur. xx.xx.2023-cü il tarixində keçirilmiş məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində qeyd etmişdir ki, o ümumiyyətlə yazıb oxumağı bacarmır, şahid andını oxuya bilmir. Bu səbəbdən şahid andını digər şəxslər tərəfindən oxunulmuş və o təkrar etmişdir. Sərbəst ifadəsində qeyd etmişdir ki o Təqsirləndirilən şəxsı bir dəfə bölmədə görüb. O gələndə hər şey stolun üstündə olub, Ruhullahın üstündən nəsə çıxmasını görməyib. Özü kuriyer işləyir və polislər onu yoldan tutub içəri salıb. Dövlət ittihamçısını suallarına cavab olaraq qeyd etmişdir ki əvvəllər hal şahidi kimi iştirak etməyib, o həmin gün işdən gəlib və polis əməkdaşları içəri otağa salıblar, o gəlmişdir ki üstündən çıxmamasım görsün, elə, orada başqa heş nə olmayıb, stolun üstündə olanları görməyib paketdə olub, ad soyad götürüb imza edib gedib, sonradan idarədə də deyib ki tanımır. Müdafiə tərəfinin suallarına cavab olaraq demişdir ki, həmin gün orada Şahid1 adlı şəxs olub, onun iş yoldaşıdı, hazırda iş yoldaşı deyil, 055-863 onun nömrəsidir, ləqəbi Ümid olduğu üçün çöldə bayırda ona Ümid deyirlər, axşam saat 10-11 radələrində Şahid1 ona zəng vurub bölməyə çağırıb ki adam vurmuşam gəl bölməyə, Şahid1 onun ***-***-**-** saylı mobil nömrəsinə zəng vurub, zəng gələndə o Nərimanovda olub, başqa bir şəxslə Rəsul adlı bir yerdə gəliblər, gələndə motoskilet bölmənin həyətində olub, həmin gün başqa vaxt Suraxanıda olmayıb yalnız həmin zəngdən sora gəlib, onu qaldığı yer bölmədən uzaqdan, bölmədə olduğu müddətdə və çıxanda ona zənglər gəlməyib, Nicat demişdi ki adam vuruşam gəl bölmənin yanına, Təqsirləndirilən şəxs üzərinə baxış keçirməsinin şəxsən şahidi olmayıb, o gedəndə əşyalar stolun üstündə idi, həmin əşyaların Təqsirləndirilən şəxs üzərindən çıxıb çıxmamasını görməyib, yazıb oxumağı bacarmır, polisdə yaılanları oxuyub məğzini başa düşə bilməz, ifadə verəndə tək olub, ifadəsi oxunmayıb, imza çəkəndə demişdilər ki qardaş çıxacaq ona görə imza atıb, ikinci dəfə idarədə görüb, ondan əvvəl idarədə olmayıb, idarədə olanda 2-3 sənəd hamısın imzalayıb. Sədrlik edən hakim sənədləri göstərdi və suallara cavab olaraq orada olan xəttin ona məxsus olmadığın bildirdi. Heç birinci sinifə də getməyib, əvvəllər pol bölməsində olmayıb, heç kim yazısını ona oxutmayıb, oxumadan qol çəkdiyi üçün günah ondadır, imza çəkə bilir. Polis əməkdaşları ona demişdir ki qardaş çıxacaq ona görə razı olub. Şahidin izahatı elan olundu və ona orada nə yazıldığının elan olunmadum bildirdi. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Ruhulla Novruzzadənin barəsində keçirilmiş şəxsi axtarış istintaq hərəkəti protokolunun məzmunundan, həmin istintaq hərəkətinin keçirilməsində iştirak edən hal şahidi ifadələrindən görünür ki, təqsirləndirilən şəxsin üzərindən apanlan axtarış zamanı narkotik vasitəyə bənzər maddə aşkar edilmiş, lakin sonuncu həmin narkotk vasitənin ona məxsus olmamasını, kimin tərəfindən cibinə qoyulmasından məlumatı olmamasını bildirmişdir. Göründüyü kimi ibtidai istintaq dövründə üzərindən narkotik vasitə aşkar edilməsi halını inkar etməsə də özünə məxsus olmamasını qeyd etmişdir. Məhkəmə iclasında isə şəxsi axtarış zamanı üzərindən aşkar edilməsi iddia edilən narkotik vasitənin “onun paltarları ilə ümumiyyətlə təmasda olmamasını” bildirsə də onun qeyd edilən ifadəsi hal şahidi Şahid1 tərəfindən verilmiş ifadələr ilə təkzib edilmişdir. Məhkəmə iclasında hal şahidlərdən biri müvafiq istintaq hərəkətinin keçirilməsində sonradan gəldiyini bildirsə də nə ibtidai istintaq dövründə, nə də məhkəmə iclasında təqsirləndirilən şəxs onun barəsində şəxsi axtarış istintaq hərəkəti keçirilməsi, həmin istintaq hərəkətinin keçirilməsində qanunla müəyyən edilmiş qaydada iki hal şahidinin iştirak etməsi faktını inkar etməmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti haqqında protokolun sonunda həmin protokolun iştirakçıları tərəfindən imzalanmamışdan əvvəl ucadan səsləndirilməsi məsələsi öz əksini tapmışdır. Digər tərəfdən Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadənin özü tərəfindən yazılmaması həmin ifadələrin həqiqiliyini şübhə altına alınması üçün əsas ola bilməz. Belə ki, adı çəkilən şahid məhkəmə iclasında ifadə verərkən də ibtidai İstintaq dövründə verdiyi ifadəyə uyğun izahat vermişdir. Bundan başqa müvafiq dindirmə protokolunun sonunda “mənim sözlərimdən düzgün yazılıb ” ifadəsi öz əksini tapmışdır. Hal şahidindən izahat almış təhqiqatçı X14 isə həmin izahatların özü tərəfindən yazıldığını inkar etməmişdir. Bundan başqa müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlər X1 və X5 Ruhulla Novruzzadənin tutulma yeri və vaxtı barədə verdikləri ifadələr ilə təqsirləndirilən şəxsin öz yaşadığı ünvanın qarşısında tutulması barədə müvafiq xüsusatı özündə əks etdirən cinayət işi materiallarına əlavə edilmiş sənədlərlə(raportlar, şəxsi axtarış və götürmə haqqında protokol və s. ) təsdiq edilir. Məhkəmə təqsirləndirilən şəxsin bir-biri ilə ziddiyyət təşkil edən ifadələrini, eləcə də barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunun mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmaması kimi hallan iş üzrə mövcud olan şahid ifadələri, üzləşdirmə protokolları ilə birgə müqayisə edərək qiymətləndirməklə təqsirləndirilən şəxsin şəxsi axtanş zamanı üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinin ona aid olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, üzərindən aşkar edilərək götürülən narkotik vasitənin ona məxsus olması işin mübahisəsiz halıdır Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətində göstərilən əsaslarla Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 1(101)-384/2024 nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X13 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 1(101)-384/2024 nömrəli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadə verərək göstərmişdir ki, 30 yanvar 2023-cü il tarixində saat 1-in yarısında 3-4 nəfər həyətdə dayanan adamlar onu çağırmış, bacısı oğlu həyətə çıxdıqda Ruhullahın o, olub olmadığını soruşmuş daha sonra o, həyətə daxil olmuşdur. Həmin şəxslər özlərini təqdim etmədən onlarla birlikdə bölməyə getməsini təklif etmişdirlər. O, yuxarı çıxıb paltarını dəyişdikdən sonra, polis əməkdaşları ilə birlikdə 31-ci polis bölməsinə getmişdir. Saat 1-ə qalmış polis bölməsinə çatmış, təxmini 3 saat sonra vəkil gəlmiş, narkotik vasitəni öz üzərinə götürməsi və videoçəkiliş zamanı təqdim etməsi barədə polis əməkdaşlarının təklifi ilə razılaşmadığından bölməyə iki nəfər hal şahidi gətirilmiş, masanın üzərinə iki büküm növünü bilmədiyi narkotik vasitə qoyulmuşdur. Narkotik vasitə olan bükümlərin mənim paltarı ilə ümumiyyətlə təması olmamışdır. Ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilməmiş, barəsində hər hansı istintaq hərəkətinin həyata keçirilməsinə etiraz etməmişdir. Şərait imkan verməsinə baxmayaraq nə tutularkən evinin qarşısında, nə də polis əməkdaşları bölməyə daxil olmazdan öncə onun üzərinə baxış keçirilməmişdir. Hal şahidləri gəldikdən sonra polis əməkdaşları narkotik vasitəni stolun üzərinə qoymuşdurlar. O, bölmədə olarkən telefonu evdə olduğundan və ona icazə verilmədiyindən ailə üzvlərilə əlaqə saxlaya bilməmişdir. Polis əməkdaşlarının narkotik vasitəni stolun üzərinə qoyması ilə hal şahidlərinin gəlməsi arasında təxmini 1 saat yarım fərq olmuşdur. O, vəkildən imtina etmiş lakin polis əməkdaşları ona istintaq zamanı dövlətin təyin etdiyi vəkilin iştirak etməli olduğunu bildirmişdirlər. Narkotik vasitənin istifadəsi və satışı ilə məşğul olmamışdır. Ona ibtidai istintaq dövründə təqdim edilən sənədləri oxumadan imza etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə daxil olmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılaraq təqsirləndirilən şəxsin yaşadığı küçəyə getmişlər. Zahiri əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşdıqdan sonra onu Polis Bölməsinə dəvət etmiş, orada təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə etiraz etdiyindən dəvət edilmiş hal şahidlərinin iştirakı ilə həyata keçirilmiş baxış zamanı onun üzərindən bir neçə bükümdə qəhvəyi rəngli və toz şəklində olan maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs Vüqar Bədəlov küçəsində, yaşadığı mənzilə yaxın ərazidə saxlanılmışdır. Hadisə yerinə o, Rasim və İzzətlə birlikdə getmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən onlara müqavimət göstərməmiş, şəxsin üzərinə baxış keçirilərkən 200-300 manat pul vəsaiti, şəxsiyyət vəsiqəsi və digər sənədlər də aşkar olunmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, “Bolt Food” işləyir. Yol ilə gedərkən ona yaxınlaşan polis əməkdaşlarının şübhəli şəxsin üzərinə keçirilməsi planlaşdırılan baxış istintaq hərəkətində hal şahidi kimi iştirak etməsi barədə təklifi ilə razılaşaraq bölməyə getmiş, bölmədə təqsirləndirilən şəxs ona təqdim edilmiş, hadisələri yalnız kənardan müşahidə etməsi xahiş edilmişdir. Baxış zaman təqsirləndirilən şəxsin üzərindən iki ədəd kiçik sellofana bükülü vəziyyətdə narkotik vasitə aşkar olunmuşdur. Baxışın vaxtını bilməsə də hava qaranlıq olmamışdır. Ona təqsirləndirilən şəxsi göstərilmiş və yalnız kənardan durub hadisələri müşahidə etməsi bildirilmişdir. Təqsirləndirilən şəxsin üzərindən pul qabı da aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin ona aid olmamasını bildirmişdir. Şəxsi axtarış günortadan sonra saat 5-6 radələrində olmuşdur. Bölmədə bu şəxsdən başqa yanında bir nəfər də olmuşdur. Nicat adlı digər hal şahidi gəldikdə narkotik vasitə stolun üzərində olmuş, o Nicatı üzləşmə zamanı görmüşdür. Birinci instansiya məhkəməsində elan edilərək tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadədən görünür ki, 30 yanvar 2023-cü il tarixdə təxminən saat 14 radələrində şəxsi işi ilə əlaqədar olaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin yaxınlığından keçən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək bir nəfər şəxsin üzərinə baxış keçiriləcəyini və bu zaman hal şahidi qismində çıxış etməyi təklif etmişlər. O da razılaşmışdır. Bundan sonra təxminən saat 14:10 radələrində polis əməkdaşları onu 31-ci Polis Bölməsinə dəvət etmiş və ona hüquq və vəzifələri izah olunmuşdur. Sonradan bir nəfər tanımadığı başqa hal şahidi də dəvət edilmiş və təxminən saat 15 radələrində Polis Bölməsində otaqların birində bir nəfər şəxsin üzərinə baxış keçirilməsinə başlanılmışdır. Əvvəlcə üzərinə baxış keçirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs olması bildirilmiş, baxış zamanı həmin şəxsin əynində olan tünd boz rəngli şalvarın sağ cibindən 02 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Həmin bükümlər açılaraq içərisində toz şəkilli spesifik iyə malik maddə olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə baxış zamanı onun əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən qara rəngli pul kisəsi aşkar olunmuşdur. Həmin pul kisəsi açılaraq içərisinə baxış keçirildikdə 261 manat pul, bank kartları və digər kartlar olması məlum olmuşdur. Sorğu zamanı Nurullah Novruzzadə pul kisəsi və onun içindəkin pul və kartların onun özünə məxsus olduğunu, lakin üzərindən aşkar edilmiş 02 ədəd bükümün ona məxsus olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Sonra isə həmin 02 ədəd büküm və pul kisəsi içərisindəkki pul və kartlarla birlikdə götürülərək qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imza olunmuşdur. Birinci instansiya məhkəməsində və ibtidai istintaq dövründə verdiyi ifadələri arasındakı ziddiyyəti izah edərkən Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, həm izahatlardakı, həm də üzləşdirmə ptorokollarındakı imzaların ona məxsus olmasını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, “kuryer” qismində fəaliyyət göstərir. Polis əməkdaşları tərəfindən ona hal şahidi olması barədə verilmiş təklif ilə razılaşmış, Ruhullahı tanımadığını bildirdikdən sonra, ad və soyadı öyrənilmişdir. O bölmədə olarkən stolun üzərində paketdə əşya görmüşdür. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə şahidlik etməmiş, stolun üzərində olan əşyaların mənbəyi barədə məlumatı olmamışdır. Birinci instansiya məhkəməsində elan edilərək tədqiq edilən Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, 30 yanvar 2023-cü il tarixdə təxminən saat 14 radələrində şəxsi işi ilə əlaqədar olaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin yaxınlığından keçən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək bir nəfər şəxsin üzərinə baxış keçiriləcəyini və bu zaman hal şahidi qismində çıxış etməyi təklif etmişlər. O da razılaşmışdır. Bundan sonra təxminən saat 14:10 radələrində polis əməkdaşları onu 31-ci Polis Bölməsinə dəvət etmiş və ona hüquq və vəzifələri izah olunmuşdur. Sonradan bir nəfər tanımadığı başqa hal şahidi də dəvət edilmiş və təxminən saat 15 radələrində Polis Bölməsində otaqların birində bir nəfər şəxsin üzərinə baxış keçirilməsinə başlanılmışdır. Əvvəlcə üzərinə baxış keçirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs olması bildirilmiş, baxış zamanı həmin şəxsin əynində olan tünd boz rəngli şalvarın sağ cibindən 02 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Həmin bükümlər açılaraq içərisində toz şəkilli spesifik iyə malik maddə olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə baxış zamanı onun əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən qara rəngli pul kisəsi aşkar olunmuşdur. Həmin pul kisəsi açılaraq içərisinə baxış keçirildikdə 261 manat pul, bank kartları və digər kartlar olması məlum olmuşdur. Sorğu zamanı Nurullah Novruzzadə pul kisəsi və onun içindəkin pul və kartların onun özünə məxsus olduğunu, lakin üzərindən aşkar edilmiş 02 ədəd bükümün ona məxsus olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Sonra isə həmin 02 ədəd büküm və pul kisəsi içərisindəkki pul və kartlarla birlikdə götürülərək qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imza olunmuşdur. Birinci instansiya məhkəməsində və ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyəti şahid onunla izah etmişdir ki, oxumağı və yazmağı bacarmır. Verdiyi izahatda adını isə ona astadan yazdırdıqları üçün yaza bilməsi ilə izah etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 ifadə verərək bildirmişdir ki, Ruhullahın qaldığı evin qapısı məscidin həyətinə açılmış, o dəstəmaz alan zaman iki nəfər Ruhullaha yaxınlaşmış, Ruhullahı kiminsə çağırdığını eşitmişdir. Hadisə günorta namazından öncə, təxminən saat 12:30-da baş vermişdir. Dəstəmazı bitirdikdən sonra o məscidin içinə daxil olmuş, məscidin qarşısı şüşəli olduğu üçün iki nəfərin Ruhullah ilə söhbət etdiyini görmüş, etdikləri söhbətin məzmununu eşitməmiş, həmin şəxslərin Ruhullahın dostları olduğunu düşünmüşdür. Ruhullah çölə çıxdıqdan sonra həmin şəxslərlə söhbət edib yenidən içəri girmiş, 5-10 dəqiqə sonra çölə çıxıb həmin şəxslərlə birlikdə qara avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Ruhullah yas mərasimlərində və digər məclislərdə quran oxuduğuna görə o, Ruhullahın hansısa məclislə əlaqədar avtomobillə getdiyini düşünmüş, sonradan Ruhullahı polis əməkdaşlarının apardığını bilmişdir. Ruhullahın üzərində qanunsuz hansısa əşya olsaydı onu rahat şəkildə kənara ata bilərdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadə verərək göstərmişdir ki, 30 yanvar 2023-cü il tarixdə, günorta saat 12:30 radələrində iki nəfər mülki geyimli polis əməkdaşı həyətə daxil olmuş, o evin qapısından çıxdıqda ondan Ruhullah olub-olmadığı soruşulmuş, o Ruhullahın bacısı oğlu olduğunu bildirmişdir. O dayısı Ruhullaha onu iki nəfərin axtardığını, 2-3 dəqiqə sonra dayısının qayıdaraq onu 31-ci Polis Bölməsinə çağırdıqlarını və gedib-gələcəyini bildirmişdir. Onlar 3-4 saat Ruhullahdan xəbər ala bilməmiş, 31-ci Polis Bölməsinə zəng etdikdə Ruhullahın orada olmadığı onlara bildirilmişdir. Onlar bir neçə Polis İdarəsinə getsələr də Ruhullahın yerini müəyyən edə bilməmiş, evə qayıdarkən yenidən 31-ci Polis Bölməsinə getmək qərarına gəlmişdir. Onlar bölmənin içərisinə girdikdə xalası Ruhullahı telefon danışılan otaqda görmüşdür. Dayısı polislərlə danışıb evə qayıtdıqda tək olmuş və üzərində olan hansısa qanunsuz əşyanı atmaq imkanına sahib olmuşdur. Sonradan evə baxış keçirilməmişdir. Dayısı axşam 12 radələrində ev telefonuna zəng edərək onun üçün müdafiəçi tutulmasını istəmişdir. Onların evinin telefon nömrəsi ***-***-**-** olmuşdur. Polis əməkdaşları onunla danışarkən özlərini təqdim etməmişdirlər. O, dayısının polis əməkdaşları ilə etdiyi söhbətin məzmununu eşitməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, 30 yanvar 2023-cü il tarixdə, Ruhullah adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onlar “raportla” rəisə məruzə etdikdən sonra əməliyyat qurupu yaradılmış, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxsi müəyyən edib, özlərini təqdim edərək Polis Şöbəsinə dəvət etmişdirlər. Şöbədə vəkil və hal şahidinin iştirakı ilə şəxsin üzərindən iki bükümdə narkotik vasitə aşkar olunmuş, təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etməsi barədə məlumatının olmadığını bildirmişdir. Əməliyyat məlumatı İzzət adlı polis əməkdaşına daxil olmuşdur. Hadisənin üzərindən uzun müddət keçdiyi üçün şəxsi harada saxladıqlarını xatırlamır. Şəxsin üzərinə hal şahidi olmadığı üçün yerində baxış keçirilməmiş, vəkil şəxsi axtarış zamanı iştirak etmişdir. Onlar şəxsi günorta təxminən 11- 12 radələrində saxlamış, təqsirləndirilən şəxsi idarəyə apararkən onun əlinə qandal vurmamış, şəxsin üzərinə həmin gün baxış keçirtmişdirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərilmişdir ki, Şahid3 daxil olmuş əməliyyat məlumatı əsasında xarici görünüşünə əsasən Əmircan qəsəbəsində, evinin yaxınlığında təqsirləndirilən şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra 31-ci Polis Bölməsinə dəvət etmiş, təhqiqatçının otağında təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən onun üzərindən iki bükümdə narkotik vasitə aşkar olunaraq götürülmüşdür. O, hadisənin üzərindən uzun müddət keçdiyi üçün bir çox məqamları xatırlamır.Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuş, saxlanılarkən ona qarşı təzyiq göstərilməmiş, hava şəraiti isə tutqun olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldıqdan təxminən 1 saat sonra barəsində şəxsi axtarış istintaq hərəkəti həyata keçirilmişdir. Şəxsi axtarış zamanı 5 nəfər iştirak etmiş, onlardan iki nəfəri hal şahidi 3 nəfəri isə polis əməkdaşı olmuşdur. Hal şahidləri təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən gəlmiş, təqsirləndirilən şəxsin üzərindən iki büküm narkotik vasitə və pul qabı aşkar edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs barəsində 30 yanvar 2023-cü il tarixdə tutma protokolu tərtib edilmiş, o təxminən gündüz vaxtları saxlanılmışdır. Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixdə, Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və 31-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən xidməti ərazidə keçirilən əməliyyat tədbirləri nəticəsində, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək yaşadığı ünvan 6 ünvanının qarşısında saxlanılmış və Polis Şöbəsinə gətirilmişdir. X16 Novruzzadə barəsində müdafiəçinin iştirakı ilə tutma protokolu tərtib edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən səhər vaxtları olmuşdur. Vəkilin təyin edilməsi barədə qərarı Vəkil Bürosuna özü aparmışdır. Həmin Vəkil Bürosu onların şöbəsinə yaxın məsafədə olmuşdur. Şübhəli şəxsin tutulması protokolunun tərtib olunma və şəxsin tutulma saatları barədə tərəfindən texniki səhvə yol verilmişdir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində videoçəkiliş vasitəsilə qeydə alınmalı olan şəxsi axtarış istintaq hərəkəti keçirilməli olması barədə məlumat verilsə də sonuncu həmin videoçəkilişin televiziya kanallarında yayımlanacağını düşünərək etiraz etdiyindən bölməyə 2 nəfər hal şahidləri dəvət edilmişdir. Hal şahidlərinin ifadələri onun özü tərəfindən yazılmışdır. “Şəxsi axtarış və götürmə aparılması” haqqında 30 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, “Ruhulla” adlı şəxs Suraxanı rayonu, Bülbülə qəsəbəsi, V.Bədəlov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncu saat 12:30 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirilərək hal şahidlərinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş, bu zaman onun əynində olan tünd boz rəngli şalvarın sağ cibindən 02 ədəd şəffaf sellofan büküm və əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən qara rəngli pul kisəsi aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 34-38). Məhkəmə-kimyəvi ekspertizasının 31 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs..” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,864 qram və 4,052 qram olmaqla ümumi təmiz çəkisi 7,916 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 7,816 qram təşkil etmişdir (cild 1, iş vərəqə 51-52). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən daxil olmuş 14 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 1(101)-384/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin tövsifini müzakirə edərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “İnsan Hüquqlarının və X8 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. .. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Sözügedən Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Apellyasiya şikayətinin və müdafiə tərəfinin əsas alibisi ondan ibarət olmuşdur ki, cinayət işi üzrə iddia edilən narkotik Təqsirləndirilən şəxs məxsus olmamışdır. Oxşar dəlillərlə Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində də çıxış etmişdir. Birinci instansiya məhkəməsi bununla bağlı qeyd etmişdir ki, Ruhulla Novruzzadənin barəsində keçirilmiş şəxsi axtarış istintaq hərəkəti protokolunun məzmunundan, həmin istintaq hərəkətinin keçirilməsində iştirak edən hal şahidi ifadələrindən görünür ki, təqsirləndirilən şəxsin üzərindən aparılan axtarış zamanı narkotik vasitəyə bənzər maddə aşkar edilmiş, lakin sonuncu həmin narkotk vasitənin ona məxsus olmamasını, kimin tərəfindən cibinə qoyulmasından məlumatı olmamasını bildirmişdir. Göründüyü kimi ibtidai istintaq dövründə üzərindən narkotik vasitə aşkar edilməsi halını inkar etməsə də özünə məxsus olmamasını qeyd etmişdir. Məhkəmə iclasında isə şəxsi axtarış zamanı üzərindən aşkar edilməsi iddia edilən narkotik vasitənin “onun paltarları ilə ümumiyyətlə təmasda olmamasını” bildirsə də onun qeyd edilən ifadəsi hal şahidi Şahid1 tərəfindən verilmiş ifadələr ilə təkzib edilmişdir. Birinci instansiya məhkəməsində hal şahidlərdən biri müvafiq istintaq hərəkətinin keçirilməsində sonradan gəldiyini bildirsə də nə ibtidai istintaq dövründə, nə də məhkəmə iclasında təqsirləndirilən şəxs onun barəsində şəxsi axtarış istintaq hərəkəti keçirilməsi, həmin istintaq hərəkətinin keçirilməsində qanunla müəyyən edilmiş qaydada iki hal şahidinin iştirak etməsi faktını inkar etməmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəmə iclasında həmin hal şahidlərindən biri olan Şahid2 yazıb–oxuya bilməməsinin nəzərə alınmaqla həm onun tərəfindən verilmiş ifadələrin, həm də iştirak etdiyi şəxsi axtarış istintaq hərəkəti protokolunun mötəbərliliyinin şübhə alınması ilə əlaqədar dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla müvafiq şəxsi axtarış və götürmə istintaq hərəkəti haqqında protokolun sonunda həmin protokolun iştirakçıları tərəfindən imzalanmamışdan əvvəl ucadan səsləndirilməsi məsələsi öz əksini tapmışdır. Digər tərəfdən Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadənin özü tərəfindən yazılmaması həmin ifadələrin həqiqiliyini şübhə altına alınması üçün əsas ola bilməz. Belə ki, adı çəkilən şahid məhkəmə iclasında ifadə verərkən də ibtidai istintaq dövründə verdiyi ifadəyə uyğun izahat vermişdir. Bundan başqa müvafiq dindirmə protokolunun sonunda “mənim sözlərimdən düzgün yazılıb ” ifadəsi öz əksini tapmışdır. Hal şahidindən izahat almış təhqiqatçı X14 isə həmin izahatların özü tərəfindən yazıldığını inkar etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 94-cü maddəsinin tələbləri baxımından da Şahid2 hal şahidi qismində müvafiq istintaq hərəkətində iştirak etməsinə maneə olan hər hansı hal müəyyən edilməmişdir. Bundan başqa müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlər X1 və X5 Ruhulla Novruzzadənin tutulma yeri və vaxtı barədə verdikləri ifadələr ilə təqsirləndirilən şəxsin öz yaşadığı ünvanın qarşısında tutulması barədə müvafiq xüsusatı özündə əks etdirən cinayət işi materiallarına əlavə edilmiş sənədlərlə(raportlar, şəxsi axtarış və götürmə haqqında protokol və s. ) təsdiq edilir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin bir-biri ilə ziddiyyət təşkil edən ifadələrini, eləcə də barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunun mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmaması kimi halları iş üzrə mövcud olan şahid ifadələri, üzləşdirmə protokolları ilə birgə müqayisə edərək qiymətləndirməklə təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinin ona aid olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, üzərindən aşkar edilərək götürülən narkotik vasitənin ona məxsus olması işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəilə razılaşmaqla bərabər, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən digər hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olub ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 20 sentyabr 2013-cü il, 10 avqust 2017-cü il və 2 may 2023-cü il təvəllüdlü üç azyaşlı övladı vardır. Birinci instansiya məhkməsi qeyd edilən halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 1(101)-384/2024 nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: Məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2024cü il tarixli, 1(101)-384/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Zaur Hüseynov Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №1(103)-1333/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1333/2024
10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver