Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1337/2024 12.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: X23 (sədrlik edən və məruzəçi hakim), X20 və X13 ibarət tərkibdə, Məhkəmə iclas katibi X21, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxsin hüquqi varisi X19 nümayəndəsi (order və etibarnamə əsasında) Müdafiəçi2, Müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən X31, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 1(007)-9/2024 nömrəli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X25 və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə və Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 1(007)-9/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim X29) xx xxx 1997-ci ildə Masallı rayonu, Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Masallı rayonu, Təzə Alvadı Ə/D, Əhmədli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 14 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddətin ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılması, üzərində qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə, həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən o, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 14 noyabr 2022-ci il tarixdə, saat 16:11 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Toyota” markalı “Prius” modelli, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə “Koroğlu” metrostansiyasından şəhər mərkəzi istiqamətində saatda 86,5 km/sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni təhlükə yarandığını gördükdə tormozlama əməliyyatı aparmaqla hadisənin qarşısını almağa texniki cəhətdən imkanı olduğu halda buna əməl etməyərək Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 108 ünvanında yerləşən "Gimnastika arenası”nın yaxınlığında mövcud şəraitdə ehtiyatsızlıqdan yolu sağdan sola adi qaçışla keçən piyada Zərərçəkmiş şəxs Mixayloviçi avtomobilin qabaq sağ hissəsi ilə vuraraq sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid daxili massiv qanaxma və baş beyinin, kəllə daxili yumşaq qişalarının və başın dərialtı yumşaq toxumalarının qansızmaları ilə müşayiət olunan gicgah sümüklərinin kəllə əsasına keçən, kəllə əsasının, qabırğaların sınıqları və daxili orqanların travmatik cırılmaları və qansızmaları, bədənin çoxsaylı sıyrıq və qançırlarından ibarət xəsarətlər yetirmiş, həmin xəsarətlərdən skelet sümüklərinin qapalı sınıqları, baş beyin və daxili orqanların qansızması və travmatik cırılmaları Zərərçəkmiş şəxs Mixayloviçin ölümünə səbəb olmuşdur. Apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlilləri və etirazlar: Həmin hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X25 apellyasiya şikayəti verərək, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə daha ağır cəza təyin edilməklə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1 (007)-9/2024 nömrəli hökmünün dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri kimi göstərilmişdir ki, 14 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, H.Əliyev prospekti 108 ünvanında "Gimnastika arenası" yaxınlığında onun qardaşı Zərərçəkmiş şəxs Mixayloviç yolu keçmək istəyərkən X14 idarə etdiyi "Toyota Prius" markalı avtomobillə onun qardaşını vurması nəticəsində sonuncu hadisə yerində dünyasını dəyişmişdir. Hadisəni törədən X14 nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq qardaşı Aleksandrın ölümünə səbəb olmuş və Sənan Müseyibovun törətmiş olduğu cinayət əməli aparılan ibitdai və məhkəmə istintaqı ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı təqsirləndirilən şəxs X6 Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 05 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını tələb etmiş, zərərçəkmiş şəxsin hüquqi varisi kimi o, təqsirləndirilən şəxsə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının verilməsini tələb etmişdir. Lakin məhkəmə qanunsuz olaraq himayədarlıq edərək X8 daha yüngül cəza təyin etməklə kifayətlənmişdir. Halbuki onun qardaşının ölümünə səbəb olmuş X14 törətdiyi əmələ görə heç bir peşmançılıq hissi çəkməmiş, ümumiyyətlə nə məhkəmədə, nə də məhkəmədən kənar şəkildə gəlib ona üzürxahlıq etməmiş, guya barışmaq üçün cəhd etmiş kimi yalandan özünü göstərsə də, lakin real olaraq tam laqeyd, məsuliyyətsiz, özündən razı şəkildə hərəkətlər edərək barışıq yönümlü heç bir addım atmamışdır. Məlum məsələdir ki, bu cür qanunsuz hərəkətləri edərkən X14 işə baxan hakimə güvənib sonda yüngül cəza veriləcəyini bilmiş və bu səbəbdən işin axırına belə arxayın olmuşdur. Elə əvvəldən hakimin ölüm işinə yanaşma tərzini, insan həyatına laqeyd münasibətini, birtərəfli mövqeyini, işdə maraqlı olduğunu və hər bir vasitə ilə təqsirkar şəxs X2 etmək məqsədini gördükdə, işin sonunda Sənan Müseyibova yüngül cəza veriləcəyi ona məlum olmuşdur. O, bu barədə şikayət etsə də, nəticədə işə baxan hakim öz istədiyini edərək təqsirkar şəxsə lazimi köməklik göstərib sonuncunun istəyinə uyğun “cəza” vermişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, təqsirləndirilən şəxs X6 Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli hökmü Sənan Müseyibova təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza təyin edilməklə dəyişdirilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il, 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 45-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verilməməlidirlər. Lakin hazırkı iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələblərini nəzərə almamış, təqsirkar şəxs Müseyibov Sənan tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də zərərçəkmiş şəxslə barışığın olmaması, dəymiş ziyanın ödənilməməsi və hazırda şikayətçi olduğunu, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları sonuncuya daha ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə yüngül cəza verməklə sosial ədalət prinsipini pozmuşdur. Həmçinin məhkəmə nə üçün belə bir qənaətə gəldiyini öz hökmündə əsaslandıra bilməmişdir. Törətdiyi əməldən peşmançılıq hissi keçirməyən və özünü günahkar bilməyən X14 məhkəməni ələ alıb öz maraqlarına nail olmuşdur. Məhkəmə bu kimi ağırlaşdırıcı hallara qiymət verməmiş və ölümlə nəticələnən hadisəyə verdiyi yüngül cəzanı öz hökmündə əsaslandıra bilməmişdir. Bu səbəbdən insanların inam-etibarını, güvənini sarsıdan məhkəmə təqsirkar şəxsə gələcəkdə analoji cinayətlər törətməyə şərait yaratmasını nəzərə alsaq, onun islah olunması üçün verilmiş cəzanın yüngül olduğunu və gələcəkdə bu kimi cinayət əməlləri rahatlıqla törədəcəyini istisna etmir. Həmin hökmdən, həmçinin Dövlət ittihamçısı2 apellyasiya protesti verərək, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli hökmünün cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə cəzaları təyin edilərək, habelə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmaqla dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri kimi göstərilmişdir ki, Məhkəmə baxışı zamanı dövlət ittihamçısı qismində iştirak edərək X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmaqla 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla, 05 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təklif etmişdir. Məhkəmənin hökmünə əsasən, X14 14 noyabr 2022-ci il tarixdə, saat 16:11 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan ‘Toyota” markalı "Prius” modelli, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə “Koroğlu” metrostansiyasından şəhər mərkəzi istiqamətində saatda 86,5 km/sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni təhlükə yarandığını gördükdə tormozlama əməliyyatı aparmaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 108 ünvanında yerləşən ‘’Gimnastika arenasının yaxınlığında mövcud şəraitdə ehtiyatsızlıqdan yolu sağdan sola adi qaçışla keçən piyada Zərərçəkmiş şəxs Mixayloviçi avtomobilin qabaq sağ hissəsi ilə vuraraq sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid daxili massiv qanaxma və baş beyinin, kəllə daxili yumşaq qişalarının və başın dərialtı yumşaq toxumalarının qansızmaları ilə müşayiət olunan gicgah sümüklərinin kəllə əsasına keçən, kəllə əsasının, qabırğaların sınıqları və daxili orqanların travmatik cırılmaları və qansızmaları, bədənin çoxsaylı sıyrıq və qançırlarından ibarət xəsarətlər yetirmiş, həmin xəsarətlərdən skelet sümüklərinin qapalı sınıqları, baş beyin və daxili orqanların qansızması və travmatik cırılmaları Zərərçəkmiş şəxs Mixayloviçin ölümünə səbəb olmuşdur. Aşağıdakı əsaslara görə hesab edir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsi barədə cinayət işi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli hökmü təqsirləndirilən şəxsə cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə cəzaları təyin edilərək, habelə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmaqla dəyişdirilməlidir. Məhkəmə tərəfindən törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, nəticəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün nəzərə alınmamış, cəzanın məqsədini təmin etməyən yüngül cəza təyin edilmişdir. Belə ki, məhkəmə hökmündə X6 əməlində Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsinə əsasən isə ağırlaşdıran halların olmadığını göstərmişdir. Bundan başqa, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X19 ifadələrindən görünür ki, hadisədən sonra barışığa cəhd olunmamış, neçə dəfə məhkəmə iclaslarına gəlib getsə də, qarşı tərəf Olqa Kudinaya yaxınlaşmamış, nəticədə barışıq əldə edilməmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Həmçinin iş materiallarına əlavə edilmiş 21 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə Nəsimi RPİ-də cinayət təqibi aparılmış, 03 dekabr 2021-ci il tarixdə cinayət təqibi Azərbaycan Respublikası CPM-in 40.3cü maddəsi ilə rədd edilmişdir. Qeyd olunanlara baxmayaraq, məhkəmə cəzanı yüngülləşdirən halların olmadığını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığa cəhd edilmədiyini, eləcə də təqsirləndirilən şəxsin əvvəllər də yol-nəqliyyat hadisəsi törətdiyini görməzdən gəlmiş, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsini yalnız təqsirləndirilən şəxs Sənan Müseyibovun maraqları ilə tamamlamış, bununla da cinayət hadisəsi ilə əlaqədar ziyana məruz qalmış tərəf kimi zərərçəkmiş şəxsin maraqlarını nəzərə almamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 87.1-ci maddəsinə əsasən fiziki ziyan vurulmuş zərərçəkmiş şəxs həyatını itirmiş şəxsdir, belə olan halda insan həyatının maddi qarşılığı yoxdur, bu halda ziyanın aradan qaldırılmasına cəhd edilməsi mümkünsüzdür. Bununla belə məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində “barışıq əldə etməyə cəhd edilməsi” halını önə çəkməklə yüngül cəza təyini üçün zəmin yaratmış, barışığa cəhd etmənin nədə ifadə olunduğunu əsaslandırmamış, yalnız formal ifadələrlə kifayətlənmişdir. Təqsirləndirilən şəxs X14 tərəfindən törədilən Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Əlavə obyektini isə insan həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün Cinayət Məcəlləsinin 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. X6 törətdiyi cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir. Onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla avtomobili idarə etməsi insan ölümünə - ağır nəticələrə səbəb olmuşdur. Məhkəmə təqsirləndirilən şəxs X8 cəza təyini zamanı heç bir əsas olmadan ona aşağı həddə cəza təyin etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında qeyd edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması və törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Lakin məhkəmə Cinayət Məcəlləsinin 2, 8, 41.2, 58.1, 58.3 və 59.2-ci maddələrinin tələblərinə formal yanaşaraq Sənan Müseyibova cəza təyin edərkən onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış və əsassız olaraq ona aşağı həddə əsas və əlavə cəza təyin etməklə, əsas cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən edərək, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətçi olduğunu nəzərə almamış və faktiki olaraq cəzasızlığa şərait yaratmışdır. Halbuki qeyd edilən Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşin hallarından isə görünür ki, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan X8 ittiham olunduğu Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayət qanununun qeyd olunan normalarının, Ali Məhkəmənin Plenumunun qərarında göstərilənlərə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə əhəmiyyət verilməmiş, məhkəmə əsassız olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin etmişdir. Həmin hökmdən, həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cii il tarixli, 1(007)- 9/2024 saylı hökmünün ləğv edilməsini və X6 barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri kimi göstərilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-9/2024 nömrəli hökmü tamamilə qanunsuz və ədalətsizdir. Ona görə də ləğv olunmalı və təqsirləndirilən şəxs X14 barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, təqsirləndirilən şəxs X14 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, **-FY-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobili etibarnamə əsasında idarə etmişdir. O, həmin avtomobili X5 icarə əsasında götürmüş, sonuncu da həmin avtomobili idarə etmək üçün ona etribarnamə vermişdir. O, həmin avtomobil ilə taksi fəaliyyəti göstərib gündəlik qazanc əldə etmişdir. Sənan Müseyibov 14 noyabr 2022-ci il tarixdə, saat 14:00 radələrində dostu Mehmanın anası Mənzər Qədirovanı və atası X11 qəsəbəsində yaşadıqları evin qarşısından götürərək Bakı şəhəri, Nizami metrostansiyasının yaxınlığına aparmışdır. Bu zaman Fərxəddin Qədirov ön sərnişin oturacağında, Mənzər Qədirova isə arxa sərnişin oturacağında əyləşmişdir. O, Heydər Əliyev prospekti ilə üzü Nərimanov rayonu istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt avtomobili təqribən saatda 80 km/sürətlə idarə etmişdir. Həmin prospektdə yerləşən “Koroğlu” metrostansiyasım keçmiş, bu zaman o, yolun soldan birinci zolağında hərəkət etmiş, yolun solunda yerləşən “Gimnastika Arenası” adlanan binanın paralelinə çatanda ondan öndə hərəkət etdiyi zolaqla gedən qara rəngli sedan markalı avtomobil sağdakı zolağa istiqamətlənmişdir. Bu zaman o, həmin avtomobilin qabaq qapı şüşəsindən baxdıqda ön alınlıq şüşəsindən bir nəfər şəxsin onun hərəkət etdiyi zolağa doğru qaçdığını görmüşdür. O, bu zaman baş verəcək hadisənin qarşısını almaq üçün tam əyləcləmə etmiş və avtomobilin hərəkətini sola doğru istiqmətləndirmişdir ki, həmin şəxsi vurmasın. Lakin avtomobilin sürəti saatda təqribən 80 km olduğundan avtomobil tam durmamış və ön qabaq hissəsi həmin şəxsə, adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs Mixayloviçə dəymişdir. O, avtomobili Aleksandrı vurduğu yerdən təqribən 2-3 metr qarşıda saxlaya bilmişdir. Bundan sonra o, avtomobildən düşüb həmin şəxsə yaxınlaşmış və sonuncunun qan içində olduğunu görmüşdür. Bundan sonra ətrafa insanlar toplaşmışdır. O, bu zaman 103 xidmətinə zəng edib məlumat vermiş, daha sonra orada tibbi yardımın və polisin gəlməyini gözləmiş, daha sonra polis gəlmişdir. O, hadisənin qarşısını almaq üçün əlindən gələni etsə də, bu mümkün olmamışdır. Onun bu hadisənin qarşısını almağa imkanı olmamışdır. Bu səbəbdən də o, özünü təqsirli bilmir. Qəza törətdiyi anda avtomobil saz vəziyyətdə olmuşdur. O, spirtli içki və ya narkotik vasitələrin təsiri altında olmamışdır. Piyadanı vurmazdan əvvəl piyadanı ondan öndə qismən sağda hərəkət edən qara rəngli sedan markalı avtomobilin qabaq sol qapı şüşəsindən baxıb ön alınlıq şüşəsindən onun zolağına tərəf qaçdığını görmüşdür. O, hadisənin qarşısını almaq üçün piyadanı görən kimi avtomobildə əyləcləmə əməliyyatı etmiş və avtomobili sola doğru yönəltmişdir. Bundan başqa, orada piyada keçmək üçün yer nəzərdə tutulmadığından o, həmin yerdən piyadanın keçə biləcəyini düşünməmişdir. Nədənsə nə ibtidai istintaq zamanı, nə də ki, məhkəmə istintaqı zamanı nə ekspert, nə məhkəmə, nə də ki, tərəflər hadisə baş verən yerə baxış keçirməmişlər. Həmçinin dəfələrlə tələb etmələrinə baxmayaraq, məhkəmə eksperimenti də keçirilməmiş və bunun keçirilməsi ilə bağlı verdikləri vəsatətlər də rədd olunmuşdur. Qeyd edir ki, həmçinin ekspert kimi rəy verən X1 ki, “siz ekspert olaraq, həmin ərazidə olmusunuzmu və rəy verərkən ərazinin relyefini, quruluşunu, avtomobil axınını, yolun enini və sair görmüsünüzmü və yerində baxmısınızmı?”. Ekspert cavab vermişdir ki, “xeyr, rəy verilərkən bunların heç birini etməmişəm”. Buradan belə çıxır ki, ekspert X24 gecə yatıb, səhər durub işə gələndə Əlyazmalar və səslərin ekspertiza şöbəsinin verdiyi rəqəmlər əsasında (ölçülər əsasında), gözüyumlu rəy vermişdir ki, guya 115 metr məsafədən piyada təqsirləndirilən şəxsin görünüş sahəsində olmuşdur. Lakin hörmətli ekspertin verdiyi rəy o halda mötəbər ola bilər ki, təqsirləndirilən şəxs X7 qarşısında hər hansı bir avtomobil olmasın. Həm videodan, həm təqsirləndiirlən şəxsin, həm də şahid ifadələrindən açıq-aşkar görünür ki, qadağan olunmuş yerdən yolu keçən piyada ilə toqquşandan az öncə qarşıda qara “Ford Fusion” markalı avtomobil qəflətən sağa istiqamətləndikdən sonra piyada təqsirləndirilən şəxsin avtomobilinin önünə çıxmışdır. Bu zaman isə hadisə qaçılmaz olmuşdur. Yəni fiziki olaraq, nə əvvəlcədən, nə də toqquşma anında hadisəni görmək və müvafiq olaraq, bundan qaçmaq mümkün olmamışdır. Digər tərəfdən ölkəmizin gözəl mənəvi dəyərlərinə görə şəxsin günahının olub-olmasından asılı olamayaraq, təqsirləndirilən şəxs və onun ailə üzvləri zərərçəkən şəxsin yaxınlarına baş çəkmək, dəymiş zərəri ödəmək üçün cəhd etmişlər. Hadisə baş verən zaman zərərçəkən tərəf heç kimi yaxın burxmamış, heç kimi görmək istəməmişdir. Daha sonra onlar yenidən zərərçəkmiş şəxslə barışığa cəhd etsələr də, zərərçəkmiş şəxs bu halda 25.000 (iyirmi beş min) manat zərər çəkdiklərini, bu qədər vəsaitin ödənilməsini tələb etmişdir. Bildirmək istəyir ki, təqsirləndirilən şəxs X14 və onun atası Müseyibov Tehran hər ikisi gündəlik qazanclarını taksi fəaliyyəti ilə təmin edirlər. Yəni təqsirləndirilən şəxsin 25.000 (iyirmi beş min) manat vəsaiti ödəmək imkanı yoxdur. Təqsirləndirilən şəxsin təklif etdiyi vəsaiti isə zərərçəkən tərəf qəbul etməkdən imtina etmişdir. İndi biz nə edək? Cinayət törədib oğurluq edək?! Həmçinin nəzərə çatdırmaq istəyir ki, yolu qadağan olunmuş yerdən keçmək istəyən şəxs Zərərçəkmiş şəxs Mixayloviç dünyasını dəyişdikdən sonra məlum olmuşdur ki, sonuncu qara ciyər sirrozundan əziyyət çəkmişdir. Həmçinin qeyd edir ki, Zərərçəkmiş şəxs Mixayloviç subay olmuş və heç vaxt ailəli olmamışdır. Aleksandrın ən yaxın qoyumu kimi bacısı X25 çıxış edir. Ədliyyə Nazirliyinin 30 dekabr 2023-cü il tarixli, 8/3031-4/1683 nömrəli ekspert rəyinin 9-cu vərəqinin sonuncu abzasında qeyd edilmişdir ki, piyada avtomobillərin hərəkət istiqamətində sağdan 2-ci və 3-cü hərəkət zolağına daxil olduqdan vurulana kimi 1.28 saniyə vaxt keçmişdir. Bildirmək istəyir ki, təqsirləndirilən şəxsin piyadanı öncədən görmək imkanı sıfıra bərabərdir, əksini sübut edən şəxs eksperiment keçirərək sübut etsin. Əks halda cəfəngiyyat yazmaq və ya danışmaqla heç kimin həyatı ilə oynamasınlar. Bildirir ki, təqsirləndirilən şəxs elə ilk ifadəsində (vəkilin iştirakı olmadan) bildirmişdir ki, piyadanı öncədən görməmiş və görmək imkanı olmamış, piyadanı qarşıdakı qara maşının sağ qabaq şüşəsindən həmin avtomobilin ön alın şüşəsi hissəsində görmüşdür. Bundan sonra tormozlanma və sola çəkmə etsə də, hadisədən yayına bilməmişdir. Qeyd edir ki, ekspert rəyində göstərilən 1.28 saniyə ərzində və həmin məsafədə başqa heç bir şey etmək olmazdı. Göründüyü kimi heç bir sübuta istinad edilməyən ekspertin gözəyarı təqdim etdiyi qüsurlu rəy mötəbər sübut kimi qəbul edilə bilməzdi! Lakin hakim sonda təqsirsiz Müseyibov Sənanın barəsində ittiham hökmü çıxardı. İndi bu qədər qüsuru olan, baş vermiş hadisə mexanizmindən fərqli mexanizmin müəyyən edilməsi üçün Plenum qərarına əsasən "mötəbərliyi heç bir şübhə doğurmayan sübutlar məcmusu”-nu təşkil edə bilərmi? Təbii ki, edə bilməz və bilməzdi. Amma artıq görünür ki, məhkəmə heç nəyə yaramayan, qeyrimötəbər ekspertiza rəyinə “əmtəə görünüşü vermiş və qüsurluluğunu görərək, bilərəkdən belə bir ekspertiza rəyi əsasında təqsirsiz insan barəsində ittiham hökmü çıxarmışdır! İndi isə bu ittihamın dağıdılması yolunda sonuncu nöqtəni qoyaq olar: İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Erkapic Xorvatiyaya qarşı iş üzrə özünün xx.xx.2013-cü il il tarixli qərarında yazmışdır: “Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, ibtidai araşdırmada verilmiş ifadə protokollarından daha çox məhkəmələrdə verilmiş ifadələrə üstünlük verilsin, ona görə ki, birincisi əsasən cinayət təqibi orqanının öz işini formalaşdırmaq üçün topladığı məlumat prosesidir”. Bu isə o deməkdir ki, təqsirləndirilən şəxsin məhkəmədə veridiyi ifadəsinə üstünlük verilməlidir. Həmin ifadə mərhum piyadanın hərəkət sürəti tempi ilə bağlı heç bir sübutla təkzib olunmur. Təqsirləndiirlən şəxs isə məhkəmə qarşısında göstərmişdir ki, mərhum piyada yolu çox iti sürətlə, demək olar ki, qaçışa bərabər iti yeriş tempi ilə keçməyə cəhd göstərmişdir. Azərbaycan Respublikasının CPM-nin 1.1-ci maddəsində göstərilir ki, cinayət prosessual qanunvericiliyin cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikasının Prezidentinin tövsiyyələrinə əsasən Azərbaycan Respublikası Baş prokuroru “cinayət təqibi zamanı insan hüquqlarının və azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun protokolu orqanlarında nəzərə alınmasını haqqında 01 dekabr 2006-cı il tarixli, 09/84 "a” nömrəli əmr vermişdir. Həmin əmrlə milli cinayət-prosessual qanunvericilik normalarının və anlayışlarının əsl məzmununun müəyyən edilməsi və təcrübədə təsdiq edilməsi üçün presedent qaydasında Avropa Məhkəməsinin onlara verdiyi tövsifə üstünlük verməsi, hüquq tətbiqi prosesində tərtib edilən sənədlərdə (qərarlar, vəsatətlər, təqdimatlar və s) seçilmiş prosessual mövqe və əldə edilmiş nəticənin əsaslandırılmasının hüquqi məsələlərlə aid hissəsində Avropa Məhkəməsinin təcrübəsindən hüquqi prinsiplərə, göstərişlərə və mövqələrə (standartlara) istinad olunması praktikasından istifadə edilməsi prokurorluq orqanları qarşısında bir vəzifə kimi qoyulmuşdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinin tələbinə mtivafıq olaraq cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda cinayətin törədilməsinə aidiyyəti olmadıqda, təqsirlilliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirlədirilən şəxsə çıxarırlar. Apellyasiya şikayətlərinə və apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Apellyasiya icraatı qaydasında cinayət işinə baxılarkən zərərçəkmiş şəxsin hüquqi varisi X19 nümayəndəsi Müdafiəçi2 bildirmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi ilə təqsirləndirilən şəxs arasında barışıq əldə edilmiş, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş ziyan tam şəkildə ödənilmiş və ona görə də zərərçəkmiş şəxsin hüquqi varisi Olqa Mixaylovnanın təqsirləndirilən şəxs Sənan Müseyibova qarşı heç bir şikayəti və tələbi yoxdur. Tərəflər arasında barışıq əldə edildiyindən və zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş ziyan tam şəkildə ödənildiyindən zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi sonradan məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X4 bildirmişdir ki, birinci instansiya məhkəməsində tərəflər arasında barışıq əldə edilmədiyindən birinci instansiya məhkəməsində iştirak edən dövlət ittihamçısı tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 1(007)-9/2024 nömrəli hökmündən apellyasiya protesti verilmiş və protest təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağırlaşdırılmasına yönəlmişdir. Lakin hazırda tərəflər arasında barışıq əldə edildiyindən şərait dəyişmişdir. Dövlət ittihamçısı qeyd etdiklərinin nəzərə alınaraq verilmiş apellyasiya protesti və apellyasiya şikayətləri üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi X31 digər müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək verilmiş apellyasiya şikayətinin təmin edilməklə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 1(007)-9/2024 nömrəli hökmünün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməsini, habelə zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs X16 müdafiəçisi olmuş Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək və digər müdafiəçisi X22 çıxışı ilə razı olduğunu bildirərək onun xeyrinə verilmiş apellyasiya şikayətinin təmin edilməklə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 1(007)-9/2024 nömrəli hökmünün ləğv edilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona bəraət verilməsini, habelə zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini xahiş etmişdir. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarına əsasən, a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri – təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməsindən ibarət olduğundan, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlilləri təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın ağırlaşdırılmasından ibarət olduğundan məhkəmə kollegiyası ilk növbədə müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verilməsini məqsədəmüvafiq hesab edir. Bu hissədə ilk növbədə qeyd edilməlidir ki, X16 birinci instansiya məhkəməsində ifadə verərək həqiqətən də 14 noyabr 2022-ci il tarixdə Heydər Əliyev prospekti ilə üzü Nərimanov rayonu istiqamətində hərəkətdə olduğunu, həmin vaxt avtomobili təqribən saatda 80 km/sürətlə idarə etdiyini, həmin prospektdə yerləşən "Koroğlu” metrostansiyasını keçdiyini, bu zaman yolun soldan birinci zolağında hərəkət etdiyini, yolun solunda yerləşən "Gimnastika Arenası” adlanan binanın paralelinə çatdıqda ondan öndə hərəkət etdiyi zolaqla gedən qara rəngli sedan markalı avtomobilin sağdakı zolağa istiqamətləndirdiyini, həmin vaxt həmin avtomobilin qabaq qapı şüşəsindən baxdıqda ön alınlıq şüşəsindən bir nəfər şəxsin onun hərəkət etdiyi zolağa doğru qaçdığını gördüyünü, həmin vaxt baş verəcək hadisənin qarşısını almaq üçün tam əyləcləmə etdiyini və həmin şəxsi vurmamaq üçün avtomobilin hərəkətini sola doğru istiqmətləndirdiyini, lakin avtomobilin sürəti saatda təqribən 80 km olduğundan avtomobili tam durdura bilmədiyini, nəticədə ön qabaq hissəsini həmin şəxsə, adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs Mixayloviçə dəydiyini, avtomobili sonuncuya vurduğu yerdən təqribən 2-3 metr qarşıda saxlaya bildiyini, bundan sonra avtomobildən düşüb həmin şəxsə yaxınlaşdığını və həmin şəxsin qan içində olduğunu gördüyünü, sonra ətrafda insanların toplaşdığını, bu zaman 103 xidmətinə zəng edib məlumat verdiyini, daha sonra orada tibbi yardımın və polislərin gəlməyini gözlədiyini, sonradan isə polislərin gəldiyini bildirmişdir. Başqa sözlə, Sənan Müseyibov xx.xx.2023-cü il tarixdə yuxarıda göstərilən ünvanda idarə etdiyi nəqliyyat vasitəsi ilə onun hərəkət etdiyi zolağa doğru daxil olan Zərərçəkmiş şəxs Mixayloviçi vurduğunu təsdiq etmişdir. Bununla da qeyd edilən faktın baş verməsi cinayət işinin mübahisəsiz halıdır. Təqsirləndirilən şəxs X16 idarə etdiyi nəqliyyat vasitəsi ilə Zərərçəkmiş şəxs Mixayloviçi vurduğunu etiraf etsə də, bu hadisədə təqsirinin olmasını mübahisələndirmişdir. Belə ki, o, iddia etmişdir ki, hadisənin qarşısını almaq üçün əlindən gələni etsə də, bu mümkün olmamışdır. Onun bu hadisənin qarşısını almağa imkanı olmamışdır. Bu səbəbdən də o, özünü təqsirli bilmir. Qəza törətdiyi anda avtomobil saz vəziyyətdə olmuş, o, spirtli içki və ya narkotik vasitələrin təsiri altında olmamışdır. Piyadanı vurmazdan əvvəl piyadanı ondan öndə qismən sağda hərəkət edən qara rəngli sedan markalı avtomobilin qabaq sol qapı şüşəsindən baxıb ön alınlıq şüşəsindən onun zolağına tərəf qaçdığını görmüşdür. O, hadisənin qarşısını almaq üçün piyadanı görən kimi avtomobildə əyləcləmə əməliyyatı etmiş və avtomobili sola doğru yönəltmişdir. Bundan başqa, orada piyada keçmək üçün yer nəzərdə tutulmadığından o, həmin yerdən piyadanın keçə biləcəyini düşünməmişdir. Göründüyü kimi X16 göstərilən hadisədə təqsirinin olmadığını bildirməklə ittihamı mübahisələndirmişdir. Lakin məhkəmə kollegiyası müdafiə tərəfinin iddia etdiyi dəlillərlə razılaşmır və qeyd edir ki, X7 Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işinin materialları ilə tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, cinayət işində olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X18 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 15 noyabr 2022-ci il tarixli, 190 nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs Mixayloviçin meyitinin bədən səthində aşkar olunmuş - daxili massiv qanaxma və baş beyinin, kəllə daxili yumşaq qişalarının və başın dərialtı yumşaq toxumalarının qansızmaları ilə müşayiət olunan gicgah sümüklərinin kəllə əsasına keçən, kəllə əsasının, qabırğaların sınıqları və daxili orqanların travmativ cırılmaları və qansızmaları; bədənin çoxsaylı sıyrıq və qançırları-həyatidirlər, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 14 noyabr 2022-ci il tarixdə piyada qismində baş vermiş yolnəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs Mixayloviçin müayinəsi zamanı aşkar olunmuş qara ciyərin sirrozu və ürəyin sol mədiciyinin kardiosklerozu xəstəlik əlamətləridir və baş vermiş ölümlə səbəbli əlaqələri yoxdur. Zərərçəkmiş şəxs Mixayloviçin ölümünə səbəb həyatla bir araya sığmayan xəsarətlər, skelet sümüklərinin qapalı sınıqları, baş beyin və daxili oraqnların qansızması və travmatik cırılmaları olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanadakı müayinəsindən 12-15 saat əvvələ uyğun gələ bilər. Zərərçəkmiş şəxs Mixayloviçin meyitindən götürülmüş qanının məhkəmə-kimyəvi müyinəsi nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusutörəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, priazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri və videogörüntülərin tədqiqi ekspertizasının 27 fevral 2023-cü il tarixli, 8/265- 8/111 nömrəli ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD-R diskdə yazılmış “TŞ4-100 3-2022-11- 14_16h05mino0s000ms” VİD-20220826-WA0122” adlı videoyazıdakı görüntülərə görə: la. “Ford Fusion” markalı avtomobil iki hesablama cismi arasındakı 15,4 m məsafəni 0,68 saniyə müddətində qət etmiş və bu zaman avtomobilin surəti 81,5 km/saat olmuşdur. lb.“Toyota Prius” markalı avtomobil iki hesablama cismi arasındakı 15,4 m məsafəni 0,64 saniyə müddətində qət etmiş və bu zaman avtomobilin surəti 86,5 km/saat olmuşdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD-R diskdə yazılmış “TŞ4- 1003-2022-11-14_16h05min00s000ms” VİD-20220826-WA0122” adlı videoyazıdakı görüntülərə görə asfalt örtüyün yaş olmadığı (quru olduğu), həmin anda yağışın yağmadığı müəyyən olunur. Tədqiq olunan şəraitdə “Toyota Prius” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayyət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X3 idarə etdiyi “Ford Fusion” markalı, **-MA- *** dövlət qeydiyyat nişanlı avtomobilin piyada ilə kontakda olmaması, yəni sürücü E.E.Məmmədovun idarə etdiyi “Ford Fusion” markalı avtomobilin mövcud yol nəqliyyat hadisəsinin iştirakçısı olmaması nəzərə alınaraq sürücü E.E.Məmmədovun hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi bilik tələb etmir. Birinci instansiya məhkəməsində işə baxılarkən təyin edilmiş Təkrar məhkəmə yolnəqliyyat hadisələri və audio-videoyazılar ekspertizasının 30 dekabr 2023-cü il tarixli, 8/3031- 4/1683 saylı ekspertiza rəyindən görünür ki, 1a. Ekspertizaya təqdim olunmuş 1 ədəd ““ZYKLEN” markalı DVD-R diskə yazılmış “TŞ4-100 3-2022-11 - 14_16h05min00s000ms”VİD- 20220826-WA0122” adlı videoyazıdakı görüntülərə görə “Toyota Prius” markalı avtomobilin rəyin tədqiqi hissəsində göstərilən hesablama cismləri arasındakı məsafəni qət edərkən orta sürəti v = 86,5 km/saat olmuşdur. 2a. Ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD-R diskə yazılmış “TŞ4-100 3-2022-11- 14_16h05min00s000ms” adlı videoyazya görə piyada avtomobillərin hərəkəti istiqamətində sağdan 1-ci hərəkət zolağına daxil olduqdan vurulana kimi hərəkətinin xronologiyası rəyin tədqiqi hissəsində verilmişdir. Videoyazıdakı görüntülərə görə obyektin sürücünün görünüş dairəsinə düşdüyü anın müəyyən olunması videoyazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlər siyahasına aid deyil (X32); Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə müdafiə tərəfinin vəsatətində göstərilən məlumatlar, yəni “Toyota Prius” markalı, 77FY694 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkəti üçün təhlükənin sağdan sola keçən piyadanın sağdan 2-ci və 3-cü hərəkət zolaqlarını ayıran qırıq xəttin üzərindən iti qaçışla hərəkət etdiyi andan yaranması real hadisə mexanizminə uyğun deyil və real hadisə mexanizminə uyğun olmayan məlumatlar əsasında tədqiqat aparılmır. Piyadanın ayrıcı zolaqdan hərəkət hissəsinə daxil olaraq yolu sola doğru keçməyə başlaması Toyota Prius markalı avtomobilin sürücüsünün görünüş dairəsində olmuş və mövcud şəraitdə Toyota Prius markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə istintaqtərəfindən müəyyən edildiyi kimi, piyadanın ayrıcı zolaqdan hərəkət hissəsinə daxil olduğu andan yaranmağa uyğundur. Toyota Prius markalı sürücüsü X6 hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Elmi ədəbiyyatlarda təhlükə - nəqliyyat vasitəsinin hərəkət zolağına tərəf təhlükəli yerini dəyişən obyekt, yaxud hərəkət sürətinin tam dayanmaya qədər azaltmağı tələb edən yol hərəkətinin başqa halları (təhlükəsizliyinin təmin olunmasına təsir edən qəflətən yaranmış nasazlıq, svetoforun qırmızı işığı, kapotun açılması və s.) tərəfindən yaradılan yol-nəqliyyat şəraitinin elementidir. Qeyd olunan sualların cavabı rəyin tədqici hissəsində izah edilmişdir. Məhkəmə qərarı əsasında təyin edilmiş təkrar məhkəmə yol-nəqliyyat hadisələri və audio-videoyazılar ekspertizasının 30 dekabr 2023-cü il tarixli, 8/3031- 4/1683 saylı ekspertiza rəyindən göründüyü kimi, müdafiə tərəfinin hadisənin baş verməsi ilə bağlı iddia etdiyi mexanizm göstərilən ekspertiza rəyi ilə təkzib olunmuşdur. Həmçinin qeyd edilən ekspertiza rəyindən görünür ki, “Toyota Prius” markalı sürücüsü X6 hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cinayət işi üzrə ətraflı və obyektiv araşdırma aparılmış və nəticədə düzgün olaraq Sənan Müseyibovun əməli Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı və işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tərəfindən qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdırıb aydınlaşdırmaqla X8 ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X25 tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti bilavasitə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağırlaşmasına yönəlsə də, apellyasiya icraatı qaydasında apellyasiya şikayətlərinə və apellyasiya protestinə baxılıb yekun məhkəmə aktı çıxarılanadək tərəflər arasında, yəni zərərçəkmiş şəxsin hüquqi varisi ilə təqsirləndirilən şəxs arasında barışıq əldə edildiyindən, zərərçəkmiş şəxsin hüquqi varisinə təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan kimi 10.000 manat məbləğində pul vəsaiti ödənildiyindən, nəticədə zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığından məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, artıq iş üzrə yeni hal yaranmış, bu hal isə tərəflərin barışmasında ifadə olunmuş və sözügedən hal zərərçəkmiş şəxsin hüquqi varisi X25 tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinin təmin olunmasını istisna edir. Məsələ ondan ibarətdir ki, apellyasiya icraatı qaydasında işə baxılarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş yeni yüngülləşdirici hallar yaranmışdır. Belə ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyası tərəflərin barışmasını və cinayət nəticəsində vurulmuş ziyanın təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisinə tam şəkildə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən X6 cəzasını yüngülləşdirən hallar kimi qəbul edir, həmçinin qeyd edir ki, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən - Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məsələ ondan ibarətdir ki, cinayət işinə birinci instansiya məhkəməsində baxılarkən tərəflər arasında barışıq əldə edilmədiyindən və cinayət hadisəsi nəticəsində vurulmuş ziyan ödənilmədiyindən məhkəmə haqlı olaraq X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilib ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Lakin hazırda yeni yüngülləşdirici hallar yarandığından (barışıq əldə edilməsi və vurulmuş ziyanın tam şəkildə ödənilməsi) məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməli ilə təyin etdiyi əsas cəza ilə razılaşa bilməz və belə hesab edir ki, Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş əsas cəzanın həddi endirilməlidir (azaldılmalıdır). Bu hissədə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin əsas cəza ilə bağlı gəldiyi nəticə yalnız tərəflər arasında əldə edilmiş barışıq və cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın tam şəkildə aradan qaldırılması halları nəzərə alınmaqla cinayət qanunu normasının tətbiqi ilə bağlı dəyişdirilməli, habelə yeni yüngülləşdirici hallar birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş əlavəyə cəzaya şamil edilməməlidir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən ona əsaslanmışdır ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə Nəsimi RPİ-də ********* nömrəli material üzrə cinayət təqibi aparılmış və 03 dekabr 2021-ci il tarixdə cinayət təqibi Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsi ilə rədd edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş əsas cəzaya aid hissədə dəyişdirilməklə ona təyin edilmiş əsas cəzanın həddi həmin maddənin sanksiyası həddində endirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın cəza təyin edilmənin ümumi prinsiplərinə zidd olmasını və cəzanın ağırlığını, eləcə də birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və nəzərə alınması mümkün olmayan, lakin apellyasiya baxışı zamanı nəzərə alınmalı olan cəzanı yüngülləşdirən yeni halların olmasını və cəzanın yüngülləşdirilməsinə mane ola biləcək hər hansı halın olmadığını məcmu halda nəzərə alaraq hesab edir ki, ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməməli, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş əsas cəzaya aid hissədə dəyişdirilməklə təyin edilmiş əsas cəza həmin maddənin sanksiyası həddində endirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biri kimi çıxış edir. Həmin Məcəllənin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Sözügedən Məcəllənin 403-cü maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsinin əsaslarından biri kimi çıxış edir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunan Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda izahı və şərhi verilən halları məcmu halda nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X25 və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, lakin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 1(007)-9/2024 nömrəli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası həmin maddənin sanksiyası həddində endirilməli və onun şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət həmin cəzadan çıxılmalı, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 399.1.5, 403 və 405.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Zərərçəkmiş şəxsin hüquqi varisi X25 və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 1(007)-9/2024 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə əsas cəza kimi təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 4 (dörd) il 6 (altı) ay müddətə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 14 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş əsas cəzadan çıxılsın və onun üzərində 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Əli Məmmmədov Hakimlər: Emin Əliyev Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(103)-1337/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1337/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver